date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2023-12-27
817,523
Gələn il keçiriləcək buraxılış imtahanlarının tarixləri
Dövlət İmtahan Mərkəzi ümumi və tam orta təhsil səviyyəsi üzrə 2024-cü ildə keçiriləcək buraxılış imtahanlarının tarixini açıqlayıb. Mərkəzdən Axar.az-a bildirilib ki, imtahan qrafiki Elm və Təhsil Nazirliyi ilə razılaşdırılıb. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramları tədris ilinin əvvəlində – sentyabr ayında ictimaiyyətə təqdim olunub və Mərkəzin saytına yerləşdirilib. Buraxılış imtahanı proqramları yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışlarında da dərc olunacaq. Qeyd edək ki, imtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat paylaşılacaq. Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları modelində dəyişiklik yoxdur və 2024-cü ildə builki imtahan modeli tətbiq olunacaq. DİM tərəfindən keçiriləcək digər imtahanların qrafiki 2024-cü ilin yanvar ayı ərzində paylaşılacaq.
2023-12-27
817,526
Rus ordusu mühüm postu ələ keçirdi
Rusiya ordusunun 20-ci motoatıcı diviziyası Donetsk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin strateji əhəmiyyətli dayaq məntəqəsinə nəzarəti ələ keçirib. Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, rus ordusu intensiv atəş altında hücuma keçib: “Rusiyalı hərbçilər dörd ukraynalı əsgərin yerləşdiyi dayaq nöqtəyə yaxınlaşa biliblər. Döyüşdə Ukrayna Silahlı Qüvvələrinin iki hərbçisi məhv edilib, biri yaralanıb, biri isə əsir götürülüb. Bundan əlavə, Qərb silahlarının böyük arsenalını ələ keçirmək mümkün olub. Qənimətlər arasında on ədəd NLAW tank əleyhinə raket sistemi və beş ədəd “Javelin” tank əleyhinə raket sistemi də var. Rusiya hərbçiləri dörd ədəd İsveç AT-4 əl qumbaraatanı, atıcı silahlar, müşahidə və rabitə vasitələri, qaz maskaları da aşkar ediblər”.
2023-12-27
817,529
Abdullahian Paşinyanla görüşdü
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Axar.az xəbər verir ki, məlumatı İran XİN yayıb. Görüşdə İranın Ermənistandakı səfiri də iştirak edib. Qeyd edək ki, Abdullahian bu gün İrəvana səfəri çərçivəsində erməni həmkarı ilə də görüşüb.
2023-12-27
817,531
Bəzi rayonların inzibati əraz bölgüsü qismən dəyişdi
Prezident İlham Əliyev Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Axar.az xəbər verir ki, qanuna əsasən, Şuşa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Malıbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Malıbəyli kəndi, Quşçular kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Quşçular və Aşağı Quşçular kəndləri Xocalı rayonunun inzibati ərazi bölgüsünə daxil edilib. Malıbəyli və Quşçular kənd inzibati ərazi dairələri Şuşa rayonunun tabeliyindən Xocalı rayonunun tabeliyinə verilib. Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Veysəlli kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Veysəlli və Ağbaşlı kəndləri ləğv edilərək ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılıb. Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Qacar kənd inzibati ərazi dairəsi tərkibindəki Divanalılar kəndinin dövlət mülkiyyətində olan 139 ha torpaq sahəsi, habelə ləğv edilərək ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış Yuxarı Veysəlli və Ağbaşlı kəndlərinin dövlət mülkiyyətində olan 1 025 ha ərazisi bütövlükdə bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, Xocavənd rayonunun inzibati ərazisinə verilib. Cəbrayıl rayonunun inzibati ərazi bölgüsünə daxil olan Sarıcalı kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Məzrə kəndi ləğv edilərək ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılıb. Ləğv edilərək ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış Yuxarı Məzrə kəndinin dövlət mülkiyyətində olan 329 ha ərazisi bütövlükdə bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, Xocavənd rayonunun inzibati ərazisinə verilib. Laçın rayonunun inzibati ərazi bölgüsünə daxil olan Köhnəkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Alıcan kəndi ləğv edilərək ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılıb. Ləğv edilərək ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış Alıcan kəndinin dövlət mülkiyyətində olan 384,0 ha ərazisi bütövlükdə bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, Xocavənd rayonunun inzibati ərazisinə verilib. Xocalı rayonunun inzibati ərazisinə aid dövlət mülkiyyətində olan 186 ha torpaq sahəsi bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, Ağdam rayonunun inzibati ərazisinə verilib. Xocavənd rayonunun inzibati ərazisinə aid dövlət mülkiyyətində olan 481 ha torpaq sahəsi bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, Qubadlı rayonunun inzibati ərazisinə verilib.
2023-12-27
817,533
Ağdərə rayonunun yaradılması haqqında qanun
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Qanunu təsdiqləyib. Axar.az xəbər verir ki, sənədə əsasən, Ağdərə rayonunun inzibati ərazi bölgüsünə aşağıdakı ərazi vahidləri daxil edilir: Ağdam rayonunun Baş Güneypəyə kənd inzibati ərazi dairəsi tərkibindəki Baş Güneypəyə kəndi, Xatınbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Xatınbəyli kəndi, Məlikli kənd inzibati ərazi dairəsi tərkibindəki Məlikli və Qazançı kəndləri, Orta Güneypəyə kənd inzibati ərazi dairəsi tərkibindəki Orta Güneypəyə kəndi, Sırxavənd kənd inzibati ərazi dairəsi tərkibindəki Sırxavənd, Ballıqaya, Bəşirlər və Qaraşlar kəndləri, Yeni Qaralar kənd inzibati ərazi dairəsi tərkibindəki Yeni Qaralar kəndi; Kəlbəcər rayonunun Çərəktar kənd inzibati ərazi dairəsi tərkibindəki Çərəktar kəndi, Çıldıran kənd inzibati ərazi dairəsi tərkibindəki Çıldıran, Dəvədaşı və Mehmana kəndləri, Dovşanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Dovşanlı, Bazarkənd və Hayad kəndləri, Heyvalı kənd inzibati ərazi dairəsi tərkibindəki Heyvalı və Yayıcı kəndləri, Həsənriz kənd inzibati ərazi dairəsi tərkibindəki Həsənriz kəndi, İmarət Qərvənd kənd inzibati ərazi dairəsi tərkibindəki İmarət Qərvənd, Çapar və Zardaxaç kəndləri, Kolatağ kənd inzibati ərazi dairəsi tərkibindəki Kolatağ və Damğalı kəndləri, Qızılqaya kənd inzibati ərazi dairəsi tərkibindəki Qızılqaya və Yuxarı Oratağ kəndləri, Qozlu kənd inzibati ərazi dairəsi tərkibindəki Qozlu kəndi, Qozlukörpü kənd inzibati ərazi dairəsi tərkibindəki Qozlukörpü kəndi, Narınclar kənd inzibati ərazi dairəsi tərkibindəki Narınclar kəndi, Vəngli kənd inzibati ərazi dairəsi tərkibindəki Vəngli, Çormanlı və Şahmansurlu kəndləri; Tərtər rayonunun Ağdərə şəhər inzibati ərazi dairəsi tərkibindəki Ağdərə şəhəri, Ağabəyyalı kənd inzibati ərazi dairəsi tərkibindəki Ağabəyyalı kəndi, Canyataq kənd inzibati ərazi dairəsi tərkibindəki Canyataq və Gülyataq kəndləri, Çardaqlı kənd inzibati ərazi dairəsi tərkibindəki Çardaqlı, Lüləsaz və Meqrelalay kəndləri, Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Çaylı, Suqovuşan və Təpəkənd kəndləri, Həsənqaya kənd inzibati ərazi dairəsi tərkibindəki Həsənqaya, Çiləbürt, Göyarx və Maralyansarov kəndləri, Kiçik Qarabəy kənd inzibati ərazi dairəsi tərkibindəki Kiçik Qarabəy kəndi, Qızıloba kənd inzibati ərazi dairəsi tərkibindəki Qızıloba, Seysulan və Yarımca kəndləri, Aşağı Oratağ kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Oratağ, Qasapet və Dəmirli kəndləri, Şıxarx qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şıxarx qəsəbəsi, Talış kənd inzibati ərazi dairəsi tərkibindəki Talış kəndi, Ulu Qarabəy kənd inzibati ərazi dairəsi tərkibindəki Ulu Qarabəy kəndi, Umudlu kənd inzibati ərazi dairəsi tərkibindəki Umudlu və Zəylik kəndləri. Qanuna görə, həmçinin Baş Güneypəyə, Xatınbəyli, Məlikli, Orta Güneypəyə, Sırxavənd və Yeni Qaralar kənd inzibati ərazi dairələri Ağdam rayonunun, Çərəktar, Çıldıran, Dovşanlı, Heyvalı, Həsənriz, İmarət Qərvənd, Kolatağ, Qızılqaya, Qozlu, Qozlukörpü, Narınclar və Vəngli kənd inzibati ərazi dairələri Kəlbəcər rayonunun, Ağdərə şəhər, Şıxarx qəsəbə, Ağabəyyalı, Canyataq, Çardaqlı, Çaylı, Həsənqaya, Kiçik Qarabəy, Qızıloba, Aşağı Oratağ, Talış, Ulu Qarabəy və Umudlu kənd inzibati ərazi dairələri Tərtər rayonunun tabeliyindən Ağdərə rayonunun tabeliyinə verilir.
2023-12-27
817,536
Hindistan XİN başçısı Rusiyadadır: Putinlə görüş
Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar Rusiyaya səfər edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, Subramanyam Cayşankar səfər zamanı rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, Prezident Vladimir Putin də Hindistan XİN başçısını qəbul edəcək.
2023-12-27
817,538
Ağdərə Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edildi
Ağdərə Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilib. Axar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1043-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi barədə Fərmanında əksini tapıb. Fərmanla “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 7, maddə 720) 1.6-cı bəndinə “Ağdam,” sözündən sonra “Ağdərə,” sözü əlavə edilib.
2023-12-27
817,540
Ağdərə İH-in fəaliyyəti təmin ediləcək
Ağdərə Rayon İcra Hakimiyyətinin fəaliyyəti təmin ediləcək. Axar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1043-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi barədə fərmanında əksini tapıb. Fərmanla Nazirlər Kabinetinə Ağdərə Rayon İcra Hakimiyyətinin fəaliyyətinin Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanının 2-ci hissəsi ilə təsdiq edilmiş “Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçısı aparatının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı”na uyğun olaraq təşkili məqsədilə zəruri maliyyə vəsaitinin ayrılması və inzibati bina ilə təmin olunması üçün bir ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
2023-12-27
817,545
Qarabağ bitdi, sırada nə var? - “Ekonomist”
Böyük Britaniyanın nüfuzlu “Ekonomist” nəşri 2024-cü ildə dünyada baş verəcək dəyişikliklər, siyasi yeniliklər və təhlükə ehtimalları ilə bağlı məqalə dərc edib. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, nəşr 2023-cü ildə Cənubi Qafqazda yaşananlardan sonra proseslərin gedişatının daha ciddi yön alacağını yazıb. Məqalədə bildirilir ki, Qarabağda keçirilən antiterror əməliyyatları və qondarma rejimin süqutu mühüm proseslərin bir epizodu idi: “Bu proseslər növbəti il də davam edəcək. 2020-ci ildə Rusiya Qarabağın qaytarılmasına mane olmadı, ardınca öz təsirini saxlamaq üçün bölgəyə sülhməramlılarını göndərdi. Ukrayna ilə müharibə fonunda Vladimir Putin Azərbaycan və Türkiyə ilə əməkdaşlığı yoxsul Ermənistandan üstün tutdu. Moskva Ermənistanda rejim dəyişikliyinin olmasına ümid bəsləyir. Eyni zamanda Ermənistandan keçməsi nəzərdə tutulan dəhlizə nəzarət etmək istəyir”. Nəşr yazır ki, Azərbaycan və Türkiyə regionda kartları ələ alıblar və Rusiyaya güzəştə getməyəcəklər: “Bakı və Ankara Qərbin yanında yer almaq istəmirlər. Onlar Cənubi Qafqazda öz güc bazalarını yaratmağı planlaşdırırlar. Ukraynada davam edən müharibə nəticəsində Türkiyə kimi bir neçə dövlət postsovet məkanında yüksəlişə keçdi, Kremlin təsir dairəsi isə zəifləməyə başladı”.
2023-12-27
817,546
Lavrov: Qoy, Ukrayna ilə onlar məşğul olsunlar!
Müstəqilliyini itirmiş və kənardan idarə olunan Ukraynadakı daxili siyasi gərginlik ölkənin daxili işidir. Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kiyev hakimiyyətin müxtəlif qolları ilə ordu komandanlığı arasında gərginliyi şərh edərkən deyib. “Bu, müstəqilliyini itirmiş, kənardan idarə olunan ölkənin daxili işidir, qoy onu idarə edənlər bu konkret məsələ ilə məşğul olsunlar”, - o bildirib.
2023-12-27
817,550
Ermənistan ordusunun döyüş hazırlığını artırır - Papikyan
Yaxın vaxtlarda Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığını ciddi şəkildə artıracaq tədbirlər həyata keçiriləcək. Axar.az xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan kollegiya iclasında deyib. “Ordunun döyüş hazırlığının və döyüş səmərəliliyinin artırılmasına, idarəetmə vərdişlərinin təkmilləşdirilməsinə, habelə hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına mühüm töhfə verəcək proqramlar artıq həyata keçirilir”, - o bildirib.
2023-12-27
817,552
Səfirimiz müğənniyə qoşulub, oxudu - Video
Azərbaycanın Almaniyadakı səfirliyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olub. Kult.az xəbər verir ki, bununla bağlı Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev X hesabında tədbirdən görüntülər paylaşıb. Şənlikdə müğənni Rəşad İlyasovun ifa etdiyi “Yaşa Azərbaycan” mahnısına səfir də qoşulub. Müğənni ilə Nəsimi Ağayevin mahnını birlikdə ifa etdiyi görüntülər maraqla qarşılanıb.
2023-12-27
817,553
Bu istiqamətdə Ukraynanın 90 hərbçisi məhv edildi
Cənubi Donetsk istiqamətində 90-a qədər ukraynalı hərbçi məhv edilib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Cənubi Donetsk istiqamətində “Şərq” qüvvələrinin bölmələri artilleriya və aviasiya ilə birlikdə Novomixaylovka qəsəbəsi ərazisində Ukrayna Silahlı Qüvvələrinin 79-cu Hava Desant Hücum Briqadasının şəxsi heyətini atəşə tutub. Düşmənin 90 hərbçisi və 3 pikapı məhv edilib”, - məlumatda qeyd olunub.
2023-12-27
817,554
Mirzoyandan sülhlə bağlı açıqlama: Fürsət yaranıb
Bakı ilə sülh üçün fürsət yaranıb. Axar.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda iranlı həmkarı Hüseyn Əmir Abdullahianla birlikdə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, İrəvan prosesin uğuruna inanır. Nazirin sözlərinə görə, İrəvan Azərbaycanın sülh müqaviləsi ilə bağlı son təkliflər paketini öyrənəcək və lazımi qaydada cavab təqdim edəcək.
2023-12-27
817,555
Rusiya bu məhsulun Qazaxıstana tranzitini qadağan edir
“Rosselxoznadzor” ABŞ-dan gələn bütün quş əti məhsullarının Rusiya vasitəsilə Qazaxıstana tranzitinə məhdudiyyətlər tətbiq etmək niyyətindədir. Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” mənbələrə istinadən məlumat yayıb. “Rosselxoznadzor” ABŞ-dan gələn bütün quş əti məhsullarının Rusiyadan Qazaxıstana tranzitinə müvəqqəti məhdudiyyətlərin qoyulmasını zəruri hesab edir. 2022-ci ildə bu cür tədarüklərin həcmi 23 min ton, 2023-cü ildə daha az, 15 min ton təşkil edib”, - mənbə bildirib. Qeyd olunur ki, qərar hər iki dövlətin (Rusiya və Qazaxıstan ) ərazilərini yüksək patogenli quş qripinin tətbiqindən qorumaq üçün nəzərdən keçirilir: “Çünki ABŞ-da bu xəstəliklə bağlı vəziyyət indi qeyri-sabitdir”.
2023-12-27
817,556
672-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı
Rusiya müharibənin 672-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 560 təyyarəsi, 262 helikopteri, 10 121 PUA-sı, 442 zenit-raket kompleksi, 14 341 tank və digər zirehli texnikası, 1 189 reaktiv yaylım atəş sistemi, 7 527 artilleriya və minaatanı, 16 765 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
2023-12-27
817,560
ABB-nin TamEco layihəsi milli KSM mükafatına layiq görüldü
Ölkəmizdə artıq 5-ci ildir təqdim olunan Milli KSM Mükafatının builki qalibləri açıqlanıb. ABB-nin TamEco layihəsi "İqlim dəyişikliyinə qarşı mübarizə" nominasiyası üzrə Milli KSM mükafatına layiq görülüb. "İqlim dəyişikliyinə qarşı mübarizə" BMT-nin dayanıqlı inkişaf məqsədlərindəndir. “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olmaq Azərbaycanın da 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri kimi müəyyənləşib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı əsasında 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Xatırladaq ki, ölkəmiz 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29 kimi mötəbər bir tədbirə də ev sahibliyi edəcək. ABB-nin TamEco layihəsi də bu istiqamətdə həyata keçirilən dövlət siyasətinə ictimai dəstəkdir. Layihə 2022-ci ildən başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Visa beynəlxalq ödəniş təşkilatı ilə tərəfdaşlıq əsasında hazırlanmaqla reallaşdırılıb. Layihəyə əsasən, müştərilər ABB-dən TamEco kartı sifariş verdikdə hər karta görə bir ağac əkilməsi imkanı yaranıb. Ağac tinglərinin alınması üçün ianə ödənişini müştərilərin adından Bank öz üzərinə götürüb. Beləliklə, ABB-dən bir TamEco kartı sifariş etmiş hər müştəri bununla ölkəmizdə bir ağac böyütmüş olub. Layihə çərçivəsində Azərbaycan ərazisində ümumən 36 000 ağac əkilib. TamEco kartının özü də dünya okeanından toplanmış təkrar emal olunan plastik materialdan hazırlanıb. Bu, Visa-nın bazasında təkcə Azərbaycanda deyil, ümumən Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika regionunda təqdim olunan ilk eko kartdır. Milli KSM Mükafatının mükafatlandırma komissiyasının tərkibində bir çox dövlət qurumları təmsil olunur. Layihənin əsas məqsədi ölkəmizdə həyata keçirilən korporativ sosial məsuliyyət (KSM) layihələrinin və xeyriyyəçilik işlərinin sayının artırılmasına təkan vermək, həmçinin KSM layihələri həyata keçirən şirkətlərin fəaliyyətini daha geniş miqyasda təqdir etməkdir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.
2023-12-27
817,561
İrəvan tarixi şəhərimizdə konsulluq açır - Razılıq verildi
İran Ermənistanın Təbrizdəki Baş Konsulluğunun 2024-cü ilin əvvəlində açılacağına ümid edir. Axar.az xəbər verir ki, bunu İrəvanda səfərdə olan İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian erməni həmkarı Ararat Mirzoyanla görüşündə deyib. Abdullahianın sözlərinə görə, İran tərəfi bu gün Ermənistanın Təbrizdə Baş Konsulluğunun açılmasına razılıq verib.
2023-12-27
817,563
Məhkəmədən Əziz Orucovla bağlı qərar
Məhkəmə "Kanal13" interntet televiziyasının rəhbəri Əziz Orucovla bağlı qərar qəbul edib. Axar.az xəbər verir ki, bu barədə Report-a onun həyat yoldaşı Lamiyə Çerpanova məlumat verib. Ə.Orucovun işi üzrə Səbail Rayon Məhkəməsinə ev dustaqlığına buraxılması ilə bağlı müraciət olunub. Bu gün keçirilən məhkəmə iclasında onun müraciəti qəbul olunmayıb. Qeyd edək ki, o, noyabrın 27-də saxlanılıb. Ə.Orucova qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb. Səbail Rayon Məhkəməsində noyabrın 28-də keçirilən prosesdə Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.
2023-12-27
817,564
Özəl xəstəxanalara göndərişlər dayandırılıb? - Rəsmi
Sosial şəbəkədə özəl klinikalara icbari tibbi sığorta ilə göndərişlərin verilməsinin dayandırılmasına dair məlumat yayılıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Axar.az-a bildirilib ki, Agentliyin 30 noyabr 2023-cü il tarixli 34 nömrəli Qərarına əsasən “İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqələrinin verilməsi Qaydası”nda dəyişiklik edilib: “Əsas dəyişiklik vətəndaşların vaxt, maliyyə vəsaiti itirmədən öz yaşadığı inzibati ərazi daxilində və ya tibbi ərazi bölməsi (TƏB) ərazisində dövlət və ya özəl tibb müəssisəsində xidmətdən yararlanmasını təmin etməkdir. Əvvəlcə TƏB anlayışına aydınlıq gətirmək istərdik. Qeyd edək ki, ümumilikdə 14 TƏB var. TƏB TƏBİB-in tabeliyinə verilən dövlət tibb müəssisələrinin inzibati ərazi vahidləri üzrə qruplaşdırılmasıdır. Bir TƏB-ə bir neçə şəhər/rayon üzrə dövlət tibb müəssisəsi daxil edilib. 1 TƏB-ə aid nümunəni diqqətinizə çatdırırıq: Şəki-Zaqatala TƏB-inə Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonları daxildir. Əvvəlki qaydaya görə vətəndaşa öz ərazisində və ya TƏB-in daxilindəki dövlət tibb müəssisəsində xidmətin göstərilməsi mümkün olmadıqda digər TƏB-də yerləşən həmin xidməti göstərmək imkanına malik olan dövlət tibb müəssisəsinə göndərilirdi. Məsələn, Qaxda yaşayan şəxsə həmin ərazidə və ya Şəkidəki xəstəxanada xidmətin göstərilməsi mümkün olmadıqda digər TƏB-də yerləşən məsələn, Mingəçevirdə olan dövlət tibb müəssisəsinə göndərilirdi. Yeni qaydaya görə isə, şəxsə həmin ərazidə və ya TƏB-in daxilindəki dövlət tibb müəssisəsində xidmətin göstərilməsi mümkün olmadıqda həmin TƏB-in ərazisində yerləşən pasiyentin seçiminə əsasən Agentliklə müqaviləsi olan özəl tibb müəssisəsinə xidmətdən yararlanması üçün göndəriş verilir. Məsələn, Qaxda yaşayan şəxsə həmin ərazidə və ya TƏB-in daxilindəki Şəki rayonundakı dövlət tibb müəssisəsində xidmətin göstərilməsi mümkün olmadıqda həmin TƏB-ə aid olan Agentliklə müqaviləsi olan özəl tibb müəssisəsinə göndəriş verilir. Yəni əvvəlki qaydadan əsas fərqi və üstünlük ondan ibarətdir ki, vətəndaşa xidməti TƏB daxilindəki dövlət xəstəxanasında göstərmək mümkün deyilsə, vətəndaşa seçim hüququ verilir. Belə ki, ya vətəndaş TƏB-dən kənarda yerləşən dövlət tibb müəssisəsini seçir, yaxud da özünün aid olduğu TƏB-in ərazisindəki müqaviləli özəl tibb müəssisəsini seçir”. “Bununla yanaşı, vətəndaş seçdiyi digər TƏB-dəki dövlət tibb müəssisəsində, məsələn, Mingəçevirdə tibbi xidmətdən yararlana bilmirsə bu zaman müalicə həkimi tərəfindən həmin TƏB-in ərazisində yerləşən Agentliklə müqaviləsi olan özəl tibb müəssisəsinə göndərilir. Yəni vətəndaş yenidən öz yaşadığı əraziyə qayıtmadan xidmətdən yararlanır” - məlumatda qeyd edilib.
2023-12-27
817,571
Azərbaycanda bu tarixdə qısaldılmış iş günü olacaq
Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə əsasən Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, iş günü hesab edilməyən bayram günləri və Ümumxalq Hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Bu barədə Axar.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Nazirlər Kabinetinin 2023-cü il 9 dekabr tarixli Qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü ilin 4 və 5 yanvar iş günləri ilə müvafiq olaraq 2023-cü ilin 30 dekabr və 2024-cü ilin 7 yanvar istirahət günlərinin yerləri dəyişdirilib. Bununla əlaqədar beşgünlük, həmçinin altıgünlük iş həftəsində 30 dekabr tarixi bayramqabağı iş günü olduğundan iş yerlərində (Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla) həmin iş gününün müddəti bir saat qısaldılır.
2023-12-27
817,572
Fidan Blinkenlə danışdı: F-16 ilə bağlı öhdəliklər...
Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki diplomatik mənbələr məlumat verib. ABŞ tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında İsveçin NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsinin Türkiyə Böyük Millət Məclisinin plenar iclasına tövsiyə olunması müzakirə olunub. Bundan əlavə, H.Fidan ABŞ-ın F-16 təyyarələri ilə üzərinə götürdüyü öhdəliklərə riayət edəcəyinə inandığını bildirib.
2023-12-27
817,573
Feysbuk hesabları ilə bağlı rəsmi xəbərdarlıq - Foto
Son zamanlar kiberdələduzlar tərəfindən Feysbuk sosial şəbəkəsində müxtəlif adlarda saxta dələduzluq səhifələri yaradılır. Bu barədə Axar.az-a Elektron Təhlükəsizlik Xidmətindən bildirilib. Dələduzlar səhifələrində bir çox şirkətlərin Feysbuk səhifələrini qeyd edərək, onların silinəcəyinə dair həqiqəti əks etdirməyən məlumatlar paylaşırlar. Belə ki, paylaşımlarda Feysbuka daxil olmaq üçün saxta keçidlər vasitəsilə istifadəçilərin giriş məlumatları tələb edilir. Məlumatlar daxil edildikdən sonra Feysbuk hesabının dələduzlar tərəfindən ələ keçirilməsi halı müşahidə olunur. Elektron Təhlükəsizlik Xidməti qurumlardan bu kimi hallara qarşı diqqətli olmağı, həmçinin tanımadıqları mənbədən gələn keçidlərə daxil olmamağı tövsiyə edir.
2023-12-27
817,574
Qanunsuz balıq satışı ilə məşğul olanlar cəzalandırıldı
Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə hüquqazidd əməllərin qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, Mingəçevir su anbarında və Kür çayında qanunla qadağan edilmiş vasitələrdən istifadə edilməklə həyata keçirilən balıq ovuna, eləcə də ekoloji cinayətlərə qarşı aparılan mübarizə tədbirləri ilə əlaqədar balıqçılarla profilaktiki söhbət aparılıb, onlara qanun pozuntusuna yol verməməyi tövsiyə olunub. Həmçinin, polis əməkdaşları tərəfindən yol kənarında, müəyyən edilməmiş yerlərdə balıq satışını həyata keçirən şəxslərə qarşı nəzarət-yoxlama tədbirləri keçirilib. Qanunvericiliyin tələbləri onlara izah olunub və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
2023-12-27
817,575
Orbanın Zelenski ilə görüş şərti açıqlandı
Ukrayna Prezidenti Vladimir Zelenski ilə Macarıstan Baş naziri Viktor Orban arasında görüş mübahisəli məsələlər həll olunmayana qədər baş tutmayacaq. Axar.az xəbər verir ki, bunu Macarıstan xarici işlər nazirinin müavini Levente Madyar deyib. "Vladimir Zelenski ilə Viktor Orban arasında görüşə hazırlaşarkən biz şərt qoyduq: əvvəlcə mübahisəli məsələləri necə həll edəcəyimizi razılaşdıracağıq. Biz hələ bu nöqtəyə gəlməmişik, ona görə də indi görüş vaxtsız olardı, lakin biz bunun üzərində işləyirik", - nazir vurğulayıb. Qeyd edək ki, bir müddət öncə Ukrayna tərəfi görüşlə bağlı hazırlıqların getdiyi barədə açıqlama yayıb.
2023-12-27
817,576
Teatrda 300 min pulu mənimsədi... - Rəsmi
Azərbaycan Dövlət Pantomima Teatrında 2019-cu ildən mühasib vəzifəsində çalışmış Aytən Ceyhun qızı Kərimova 2023-cü ilin yanvar ayında işində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilib. Bu barədə Kult.az-a Mədəniyyət Nazirliyindən bildirilib. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onun barəsində Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanılıb. İstintaq tamamlanıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məlum olub ki, Aytən Kərimova mühasib vəzifəsini icra etdiyi müddətdə həmin teatrda müxtəlif vasitələrlə ümumilikdə 332 000 manat məbləğində pul vəsaitini mənimsəyib. Bununla da Mədəniyyət Nazirliyinin əmlakının qorunub saxlanılması və maliyyə vəsaitlərindən qənaətlə, fəaliyyətə uyğun istifadəsinə və nazirliyin qanunla qorunan mənafelərinə mühüm zərər vurulub.
2023-12-27
817,577
Dövlət Sirri ilə bağlı Prezidentdən mühüm qərar
Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın yeni tərkibi təsdiqlənib. Axar.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvafiq fərman imzalayıb. Dəyişikliyə əsasən, Komissiyanın statusu dəyişib və Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya olub. Bununla yanaşı, Komissiyanın sədri Baş nazirinin birinci müavini deyil, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi olacaq. Komissiyanın yeni tərkibini təqdim edirik: Komissiyanın sədri Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Komissiyanın üzvləri Azərbaycan Respublikası müdafiə nazirinin müavini Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Azərbaycan Respublikası daxili işlər nazirinin müavini Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin müavini Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin müavini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti.
2023-12-27
817,580
Avtovağzallar gücləndirilmiş iş rejiminə keçir
Azərbaycan ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 28 dekabr - 7 yanvar tarixlərində gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə Axar.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Məlumata görə, AYNA şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, təsdiq olunmuş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib. Bakı Beynəlxalq Avtovağzal Kompleksində bayram günlərində sərnişin axınına uyğun olaraq, marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq. Bildirilir ki, sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək. Vətəndaşlar biletləri “biletim.az” portalından onlayn qaydada, həmçinin avtovağzalların gündəlik və qabaqcadan satış kassalarından əldə edə bilərlər.
2023-12-27
817,581
Məhkəmədən Köçəryanın cinayət işi ilə bağlı qərar
Məhkəmə Ermənistanın eks-prezidenti Robert Köçəryana qarşı cinayət işinə xitam verib. Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Qeyd edək ki, Köçəryan və baş nazirin keçmiş müavini Armen Gevorkyan eyni cinayət işi üzrə təqsirləndirilir. Eks-prezident iş adamı Silva Ambartsumyandan külli miqdarda rüşvət (3 milyon dollar) almaqda, Gevorkyan isə çirkli pulların yuyulmasında ittiham olunub.
2023-12-27
817,582
Putinə qalib gəlməyi xəyal belə etmirəm - Slutski
Mən prezident seçkilərində xalqa düzgün iştirak etməyi arzulayıram. Martın 17-də onlar özləri bizə qiymət verəcəklər. Axar.az xəbər verir ki, bunu Rusiyada keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak edəcək Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, RLDP sədri Leonid Slutski deyib. "Putini seçkilərdə məğlub etməyi xəyal edirsinizmi" sualına Slutski belə cavab verib: "Mən xüsusi hərbi əməliyyatda qalib gəlməyi arzulayıram. Amma Putini məğlub etməyi xəyal etmirəm. Niyə? Çünki Putin planetin ən nüfuzlu siyasətçisidir". Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilib.
2023-12-27
817,583
Bakıda dəm qazının miqdarı normadan yüksək oldu
Gün ərzində çirkləndirici qaz qarışıqlarından Bakı üzrə dəm qazının miqdarı normadan 1.1 dəfə yüksək müəyyən edilib. Axar.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Dəm qazının miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərlə əlaqədardır.
2023-12-27
817,584
Blinken yenidən Yaxın Şərqə gedir
ABŞ Dövlət katibi Entoni Blinken növbəti həftənin sonunda Yaxın Şərq turnesinə çıxacaq. Axar.az xəbər verir ki, bu barədə "Axios" saytı məlumat yayıb. Məlumata görə, Blinken öncə İordan çayının qərb sahilinə, daha sonra İsrail, İordaniya, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərə səfər edəcək. Qeyd edək ki, bu, Blinkenin oktyabrın 7-dən bəri Yaxın Şərqə beşinci səfəri olacaq.
2023-12-27
817,586
Prezidentdən Əli Nağıyevə növbəti yüksək vəzifə
Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın sədri dəyişib. Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, Komissiyanın sədri Baş nazirin birinci müavini deyil, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi olacaq.
2023-12-27
817,589
Elşad Abdullayev prorektor təyin olundu
Elşad Abdullayev Sumqayıt Dövlət Universitetinin elm və innovasiyalar üzrə prorektoru vəzifəsinə təyin edilib. Axar.az Report-a istinadən xəbər verir ki, E.Abdullayev 2009-2018-ci illərdə Radiasiya Problemləri İnstitutunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışıb. 2019-2023-cü illərdə Bakı Mühəndislik Universitetində Pedaqoji fakültənin dekanı olub. 2023-cü ilin noyabr ayında Sumqayıt Dövlət Universitetində rektorun müşaviri vəzifəsinə təyin olunub. 2016-cı ildə isə “nüvə kimyası” ixtisası üzrə dosent elmi adı alıb. 2021-ci ildə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. 2022-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
2023-12-27
817,590
Yunanıstanda təyyarə havada partladı
Yunanıstanın Kalamata aerodromu yaxınlığında "Т-2 Buckeye" təlim təyyarəsi qəzaya uğrayıb. Axar.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb. Məlumata görə, havada ikən təyyarədə partlayış olub. Qəza nəticəsində pilot ölüb.
2023-12-27
817,592
Bu ölkə ilə ticarət dövriyyəmiz 1.6 milyardı ötdü
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi 1 milyard 633.8 milyon dollar təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 40% və ya 467 milyon dollar çoxdur. Axar.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Almaniyadan Azərbaycana ixracın həcmi 2022-ci ilin ilk 11 ayı ilə müqayisədə 45% artaraq 842.7 dollara bərabər olub. Eyni dövrdə Azərbaycandan Almaniyaya ixracın həcmi isə 35% artaraq 791 milyon dollar təşkil edib. Qeyd edək ki, hesabat dövründə Azərbaycandan Almaniyaya 29.8 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.
2023-12-27
817,594
Vahid Ələkbərov İlham Əliyevə məktub yazdı
Azərbaycanlı məşhur milyarder Vahid Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Axar.az xəbər verir ki, təbrik məktubunda qeyd olunur: "İcazə verin, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim. Sizin müdrik rəhbərliyinizlə həyata keçirilən ardıcıl dərin islahatlar və müasirləşdirmə siyasəti, ölkə iqtisadiyyatının davamlı və balanslaşdırılmış inkişafının təmin edilməsi üzrə düşünülmüş tədbirlər sistemi bütün dünya tərəfindən qəbul olunur. Respublikada energetika və inşaat kompleksləri, yüngül və ağır sənaye, nəqliyyat infrastrukturu, sosial, elm və mədəniyyət sahələri uğurla inkişaf etdirilir. "Lukoyl" şirkətinin Azərbaycandakı fəaliyyətinə göstərdiyiniz diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Cari layihələr üzrə öhdəlikləri tam həcmdə yerinə yetirmək, eləcə də Azərbaycandakı tərəfdaşlarımızla uzunmüddətli əməkdaşlığımızı genişləndirmək və möhkəmləndirmək üçün əlimizdən gələni edəcəyik. Zati-aliləri, icazə verin, Sizə uzun ömür və möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, tərəqqi, Azərbaycan Respublikasının inkişafı və onun dost xalqının rifahının daha da yaxşılaşdırılması naminə ali dövləti vəzifənizdə yeni uğurlar arzulayım".
2023-12-27
817,596
Pirotexniki vasitələr satanlar məsuliyyətə cəlb olundu
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı şəhər ərazisində yerləşən 3 mağazada gizli şəkildə pirotexniki vasitələr satan şəxslər müəyyən olunub. Onlardan müxtəlif növ partlayıcı maddələr və pirotexniki vasitələr aşkar edilərək götürülüb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
2023-12-27
817,598
Pakistan yeni reaktiv sistemini sınaqdan keçirdi
Pakistan yerli “Fatah II” mənzili uzadılmış reaktiv yaylım atəşi sistemini uğurla sınaqdan keçirib. Axar.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Sistemin idarə olunan raketləri inersial-peyk yönləndirmə sistemi ilə təchiz edilib və 400 km-ə qədər məsafədə yüksək dəqiqliklə hədəfləri vurmaq qabiliyyətinə malikdir. 150 km-ə qədər uçuş məsafəsi olan “Fatah I” ilk dəfə Pakistanda 2021-ci ilin avqustunda sınaqdan keçirilib.
2023-12-27
817,602
Netanyahudan Ərdoğana cavab
Ərdoğan bizi günahlandıra biləcək sonuncu şəxsdir. Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatına münasibət bildirərkən deyib. Netanyahu bildirib ki, İsrail Müdafiə Qüvvələri Ərdoğanın təriflədiyi və dəfələrlə ev sahibliyi etdiyi HƏMAS-la mübarizə aparır. Qeyd edək ki, daha öncə Ərdoğan Netanyahunu Adolf Hitlerlə müqayisə edərək tənqid edib.
2023-12-27
817,605
Ukraynadakı çevrilişdə onlar əsas rol oynayıb - Nebenzya
Rusiya Ukraynada çevrilişin həyata keçirilməsində ABŞ və AB-nin əsas rol oynadığına şübhə etmir. Axar.az xəbər verir ki, bunu Rusiyanın BMT TŞ-dəki daimi nümayəndəsi Vasili Nebenzya Ukraynada 2014-cü ildəki hakimiyyət çevrilişindən danışarkən bildirib. “Bizim AB və ABŞ-ın ifrat sağçı radikallar və neonasistlərdən rıçaq kimi istifadə edərək səsli azlığın etirazını təşviq etmək vəidarə etməkdə əsas roluna şübhəmiz yoxdur", - rusiyalı nümayəndə qeyd edib.
2023-12-27
817,607
Mirzoyandan Paşinyanın Piterə getməsinə reaksiya
KTMT-dən fərqli olaraq Ermənistanda heç vaxt Avrasiya İqtisadi İttifaqına qarşı tənqidlər olmayıb. Axar.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyanla birgə mətbuat konfransında deyib. “Düşünürəm ki, Aİİ səmərəli fəaliyyətini davam etdirir", - Mirzoyan söyləyib. Qeyd edək ki, dekabrın 25-də Sankt-Peterburqda keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasına Ermənistan Baş naziri Nikol Paşinyan da qatılıb. Aİİ-də sədrlik də Ermənistana keçib.
2023-12-27
817,608
Bakıda mənzildə meyit tapıldı
Bakıda mənzildə meyit tapılıb. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
2023-12-27
817,609
Bu ölkədə keçmiş xarici işlər naziri qaçırıldı
Burkina-Fasonun keçmiş xarici işlər naziri Ablasse Uedraoqo qaçırılıb. Axar.az xəbər verir ki, bu barədə "Franss Press" agentliyi məlumat yayıb. Bildirilib ki, 70 yaşlı siyasətçi dekabrın 24-də axşam saatlarında özünü milli polisin üzvləri kimi təqdim edən şəxslər tərəfindən evindən qaçırılıb. Qeyd edək ki, Uedraoqo müxalifətin üzvüdür və 2022-ci il sentyabrın sonunda dövlət çevrilişindən sonra hakimiyyətə gələn İbrahim Traore hökumətinin əleyhinə çıxışlar edirdi.
2023-12-27
817,610
Peterburqda “lift diplomatiyası”: Nikol sadiq qalacaqsa…
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın Sankt-Peterburqda görüşlə yanaşı, iclasdan birgə çıxması da diqqət çəkdi. Bu, tərəflər arasında münasibətlərin normallaşması, birbaşa təmasların inkişafı baxımından müsbət məqamdır. Axar.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib. “Lakin bu detal 2018-ci ildə MDB-nin Düşənbə sammiti çərçivəsində baş verən “lift diplomatiyası”nı da xatırladır. Həmin vaxt Əliyev Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyanla ilk dəfə görüşürdü. Paşinyan “atəşkəsə” əməl etmək haqda söz vermiş və Əliyevdən xahiş etmişdi ki, danışıqlarda konstruktiv mövqe səergiləyəcək, lakin hakimiyyətə yeni gəldiyi üçün zamana ehtiyacı var. Sonradan mövqeyinin dəyişməsi 44 günlük müharibəyə səbəb oldu. Sankt-Peterburqda “lift diplomatiyası”nı xatırladan təmasların hadisələrin inkişafına necə təsir edəcəyi də Paşinyanın sülh gündəliyinə nə qədər sadiq qalacağından asılı olacaq”, - politoloq vurğulayıb.
2023-12-27
817,614
Tehran və İrəvanın azərbaycanlılara qarşı siyasəti
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib ki, yaxın vaxtlarda Təbrizdə Ermənistanın konsulluğu açılacaq. İran Qafanda konsulluq açdığına görə Tehran da Ermənistana Təbrizdə konsulluq xidməti açmağa şərait yaradıb. Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib. O xatırladıb ki, Azərbaycan Təbrizdə konsulluq açmaq üçün təxminən 12 il Tehranın icazəsini gözləməli oldu: “Müxtəlif bəhanələr gətirilirdi. Ermənistan üçün isə İranda bütün qapılar açıqdır. Azərbaycanlıların şəhəri olan Təbrizdə Ermənistan konsulluğunun açılmasının Tehran və İrəvan üçün siyasi əhəmiyyəti var. Hər ikisi bölgədə azərbaycanlıların mövqelərinin güclənməsinə qarşıdır və bu mövzuda əməkdaşlıqlarını davam etdirirlər”.
2023-12-27
817,615
Ümid edirik ki, blokada tezliklə başa çatacaq - Tusk
Polşa hakimiyyəti Ukrayna ilə sərhədin blokadasının tezliklə başa çatacağına ümid edir. Axar.az xəbər verir ki, bunu Polşa Baş naziri Donald Tusk Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə bildirib. “Bildiyiniz kimi, tam olmasa da, biz polşalı fermerlərin emosiyalarını sakitləşdirməyə müvəffəq olduq. Ümid edirəm ki, Polşa daşıyıcılarını uğurla təmsil etmək səylərimiz blokadanın yumşaldılmasına gətirib çıxaracaq", - Tusk vurğulayıb. Qeyd edək ki, noyabrın əvvəlində daha sonra fermerlərin də qoşulduğu Polşa daşıyıcıları Ukrayna ilə sərhəddə yol keçid məntəqələrini bağlayıblar. Polşalı fermerlər dekabrın 24-dən etibarən isə Ukrayna ilə sərhəddəki Medıke keçid məntəqəsindəki məhdudiyyəti aradan qaldırmağa razılaşıblar.
2023-12-27
817,617
Abdullahian İrəvanda mesaj verdi: Sülh olsun, bu şərtlə…
İran Cənubi Qafqazda sabit sülhün bərqərar olmasını, eləcə də Şimal-Cənub tranzit marşrutunun işə salınmasını tam dəstəkləyir. Axar.az xəbər verir ki, bu sözləri İran XİN rəhbəri Hüseyn Əmir Abdullahian İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib. O bildirib ki, İran Ermənistan Baş naziri Nikol Paşinyanın təqdim etdiyi “Sülh qovşağı” layihəsini də alqışlayır: “İran istəyir ki, regionda sülh və sabitlik xarici qüvvələrin müdaxiləsi olmadan təmin edilsin, yalnız regional qarantlar sayəsində bütün sahələrdə sülh və təhlükəsizliyi təmin etmək mümkün olacaq”.
2023-12-27
817,620
Parisdən Bakıya cavab: İki diplomatımızı ölkədən çıxartdı
Azərbaycanın Parisdəki səfirliyinin iki əməkdaşı Bakının fransalı diplomatlara qarşı oxşar hərəkətinə cavab olaraq “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edilib. Axar.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb. “Rəsmi Paris Azərbaycanın Fransanın Azərbaycandakı səfirliyinin diplomatik heyətinin iki əməkdaşını “persona-non-qrata” (arzuolunmaz şəxs) elan etməsi ilə bağlı qərarını nəzərə alıb. O, Azərbaycanın öz qərarını əsaslandırdığı iddiaları qəti şəkildə rədd edir. Fransa cavab tədbiri olaraq Azərbaycanın Fransadakı səfirliyinin iki əməkdaşını “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edib”, - məlumatda deyilir. Qeyd edək ki, dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib.
2023-12-27
817,622
“Çılpaq gecə” qalmaqalı: Məşhur bloger həbs edilir
Vergi idarəsi Nastya İvleyevaya qarşı yoxlamalara başlayıb. Kult.az xəbər verir ki, bu barədə “Maş” (Mash) Teleqram kanalı məlumat yayıb. Bildirilib ki, rusiyalı blogeri “xüsusilə külli miqdarda vergidən yayınma” ittihamı ilə beş ilədək həbs cəzası gözləyir. Qeyd edək ki, İvleyevanın təşkil etdiyi gecə mərasimi Rusiyada böyük rezonansa səbəb olub. Bu tədbirə qatılan rusiyalı məşhurların bəzilərinin tamamilə çılpaq və yaxud həddən artıq açıq-saçıq geyinməsi, o cümlədən LGBT təbliği rusiyalı ictimai fəalları və ziyalıları, politoloqları, ekspertləri qəzəbləndirib. Tədbirə qatılan Filip Kirkorovdan “xalq artisti” adının geri alınması üçün hətta Duma üzvü Mədəniyyət Nazirliyinə müraciət edib. Rusiya ziyalıları isə ardıcıl çıxışlar edərək, bu tədbirdə iştirak edənlərin “bağışlanmamasını” tələb edirlər. Dünən isə məlum olub ki, Moskva məhkəməsi Nastya İvleyevaya qarşı 1 milyard rubl tələbi ilə bağlı iddia ərizəsini qəbul edib. Məhkəmə iclası gələn il keçiriləcək.
2023-12-27
817,626
Qərb Rusiyaya ərazi güzəştləri edəcək - "Politiko"
ABŞ və Avropa ölkələri Ukraynanın potensial sülh danışıqları üçün mövqeyini gücləndirməyə çalışır və bu, çox güman ki, Moskvaya ərazi güzəştləri demək olacaq. Axar.az xəbər verir ki, bu barədə "Politiko" nəşri Ağ Ev rəsmisinə və bir avropalı siyasətçiyə istinadən yazıb. Nəşrin yazdığına görə, Qərb paytaxtlarında Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun fiaskosundan sonra hava hücumundan müdafiə sistemləri ilə zəngin müdafiə xətlərinin gücləndirilməsindən və Ukraynanın hərbi sənaye kompleksinin bərpasından danışırlar. “İndi ABŞ və Avropanın Ukraynaya yardımı ciddi təhlükə altında olduğu üçün Bayden administrasiyası və Avropa rəsmiləri səssizcə diqqəti Ukraynanın mövqeyini gücləndirməyə yönəldirlər. Bu cür danışıqlar, yəqin ki, Ukraynanın bir hissəsinin Rusiyaya güzəştə getməsi demək olacaq”, - nəşr bildirib. Vurğulanıb ki, ABŞ-da prezident seçkiləri ilində Co Bayden seçdiyi xarici siyasət kursunun uğursuzluğunu etiraf edə və dəyişikliyi açıq elan edə bilməyəcək: “Bu müzakirələr (sülh danışıqları haqqında – red.) başlayır, lakin administrasiya siyasi riskə görə açıq şəkildə geri çəkilə bilmir”.
2023-12-27
817,630
İrəvan təhlükəli oyunlara cəlb edilir - Zaxarova
Biz xarici qüvvələrin İrəvanı daha təhlükəli geosiyasi oyunlara necə cəlb etməyə çalışdığını görürük. Görürük ki, erməni xalqının taleyi Qərb üçün qətiyyən maraqlı deyil. Onlar ermənilərin hisslərindən, tarixi yaddaşlarından, ağrılarından, iztirablarından sırf öz maraqları üçün istifadə edirlər. Axar.az xəbər verir ki, bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova bugünkü mətbuat kofnransında deyib. O bildirib ki, münasibətlərin müttəfiqlik xarakterini nəzərə alaraq, Rusiya Ermənistanda sülhün, sabitliyin və firavanlığın olmasını hər cür dəstəkləməyə hazırıq: “Bu, bir sıra səbəblərə görə bizim üçün həqiqətən vacibdir. Bu, bizim ümumi tariximiz, xalqların qarşılıqlı anlaşması və mədəniyyətidir. Bu, həm də regional sabitlik, ümumi çağırışlar və problemlərdir ki, onları birlikdə həll etmək daha asandır. Rusiya və Aİİ ilə ticarət-iqtisadi əlaqələr sayəsində Ermənistan iqtisadiyyatında əhəmiyyətli artım qeydə alınıb. Biz İrəvanla Bakı arasında üçtərəfli sazişlər əsasında münasibətlərin normallaşması üçün yaxşı imkanlar görürük. Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması üçün ilkin şərtlər var. Ümumiyyətlə, biz Cənubi Qafqazda gərginliyin azaldılmasında və regionun zəngin potensialının üzə çıxarılmasında maraqlıyıq ki, buna da “3-3” formatı sayəsində əməkdaşlığın genişləndirilməsi kömək edə bilər”.
2023-12-27
817,634
Zurabişvilidən çağırış: Torpaqlarımız Rusiyaya verilir
Mən rusların gürcü torpaqlarının növbəti zəbtini və işğal siyasətini pisləyirəm. Axar.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili X sosial şəbəkə hesabında yazıb. Salome Zurabişvili beynəlxalq ictimaiyyəti Rusiyaya cavab verməyə çağırıb: “Biçvintada daçaların köçürülməsi ilə bağlı gördüyümüz insanların sərt reaksiyası birbaşa işğalın nəticəsidir. Mən beynəlxalq ictimaiyyəti sərt və sürətli reaksiya verməyə çağırıram”. Qeyd edək ki, daha öncə qondarma Abxaziya parlamenti dövlət daçalarının Rusiyaya verilməsi haqqında sazişi təsdiqləyib.
2023-12-27
817,635
Almaniyanın silah ixracında rekord göstərici
2023-cü ildə Almaniya hökuməti silah ixracına əvvəlki illə müqayisədə 40 faiz daha çox (11,7 milyard avro) icazə verib. Axar.az xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat Nazirliyinin yaydığı hesabatda bildirilib. Qeyd olunub ki, sözügedən artım Almaniyanın bütün tarixində rekord göstəricidir. Sənəddə təqdim olunan məlumatlar 2023-cü il yanvarın 1-dən dekabrın 12-dək olan dövrə aiddir və bu müddət ərzində hökumət koalisiyası 6,15 milyard avro dəyərində silah və 5,67 milyard avro dəyərində digər hərbi məhsulların ixracını təsdiqləyib. Ümumi məbləğin demək olar ki, 90 faizi AB və NATO ölkələri, Ukrayna və Yaponiya, Avstraliya və Cənubi Koreya kimi bəzi digər müttəfiq dövlətlər üçün nəzərdə tutulub. Təsdiqlənmiş ixracın 1/3-i (4,15 milyard avro) Ukraynaya yardıma ayrılıb. İsrail, Birləşmiş Ərəb Əmirlikləri və ya Səudiyyə Ərəbistanı kimi üçüncü ölkələr üçün Almaniya hökuməti 1,76 milyard avro dəyərində silah və hərbi texnikanın ixracına icazə verib.
2023-12-27
817,636
Sabah bu ərazilərdə qaz olmayacaq
Sabah Bakı və Mingəçevirin bəzi ərazilərində qaz olmayacaq. Bu barədə Axar.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Mingəçevir şəhəri, Gəncə şosesində aztəminatlı ailələr üçün inşa edilmiş binaların qazlaşdırılması ilə bağlı yeni çəkilmiş orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, həmçinin “Daş Butka” QTM-dən qidalanan orta təzyiqli istismara yararsız yeraltı qaz xəttinin bir hissəsinin əvəzlənməsi, eləcə də yeni çəkilmiş yeraltı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi məqsədilə “Mingəçevir 1 xətt” ölçü qovşağı üzərində quraşdırılmış kollektordan qidalanan orta təzyiqli qaz xəttindən və “Sərdarov zavodu” orta təzyiqli qaz xəttindən 28.12.2023-cü il saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir-quraşdırma işləri aparılan müddətdə Mingəçevir şəhərinin bir hissəsinin, paytaxtın Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Biləcəri qəsəbəsində Ordubadi küçəsinin, I,II,III Mədən, Baksol yolu və Binəqədi şosesi adlanan yaşayış ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
2023-12-27
817,637
Türkiyədə minimum əmək haqqı kəskin artdı
Türkiyədə minimum əmək haqqı məbləği artırılıb. Axar.az xəbər verir ki, bu barədə "Hürriyyət" məlumat dərc edib. Məlumata görə, 1 yanvar 2024-cü il tarixindən etibarən minimum əmək haqqı 49% artımla 17 min 2 türk lirəsi (982 AZN) olub. Bundan öncə minimum əmək haqqı 11,5 min lirə idi. Minimum əmək haqqı artımı bütün maaş və pensiyalara eyni həcmdə təsir edib.
2023-12-27
817,638
Netanyahu əxlaqdan danışacaq sonuncu şəxsdir - Türkiyə
İsrail Baş naziri Benyamin Netanyahu soyqırım və əxlaqla bağlı nə isə söyləyə biləcək ən sonuncu şəxsdir. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun İsrail Baş naziri Netanyahunun Türkiyə lideri Ərdoğanın ünvanına söylədiyi fikirlərlə bağlı sosial şəbəkə səhifəsində yazıb. “İsrail Baş naziri Benyamin Netanyahu soyqırım barədə danışacaq ən sonuncu şəxsdir. O, mülki şəxslərə qarşı törətdiyi hərbi cinayətləri özünümüdafiə kimi dünyaya satmaq sənətinə yiyələnib. Dünya onun qarşısını ala bilməsə də, tarix onu müharibə cinayətkarı kimi qınayacaq. Əxlaqdan danışa biləcək sonuncu şəxs İsrailin Baş naziri Netanyahudur”, - F.Altun bildirib.
2023-12-27
817,640
Filip Kirkorovun rəsmi saytı bağlandı
Rusiya xalq artisti Filip Kirkorovun rəsmi saytı fəaliyyətini dayandırıb. Kult.az xəbər verir ki, hazırda sayta giriş mümkünsüzdür. Saytın fəaliyyətinin dayanmasının səbəbi açıqlanmır. Qeyd edək ki, teleaparıcı Anastasiya Nastya İvleyevayanın qalmaqallı “Çılpaq gecə”sində iştirak edənlər arasında F.Kirkorov da olub. Rəsmi səviyyədə onun xalq artisti titulundan məhrum edilməsi təklifi səsləndirilir.
2023-12-27
817,642
İsrail ordusu Livanla sərhəddə yüksək hazırlıq elan etdi
İsrail Müdafiə Qüvvələri müxtəlif fövqəladə hallar üçün planları təsdiqləyib və Livanla sərhəd bölgəsində çox yüksək hazırlıq vəziyyətindədir. Axar.az xəbər verir ki, bunu İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi deyib. “Bu gün biz müxtəlif gözlənilməz hadisələrlə bağlı planları təsdiq etdik və lazım gələrsə, zərbə endirməyə hazır olmalıyıq. Müdafiə Qüvvələri və onun şimal komandanlığı çox yüksək hazırlıq vəziyyətindədir”, - Halevi vurğulayıb.
2023-12-28
817,644
ABŞ Ukraynaya 2023-cü ilin son yardımını göndərdi
00:02 ABŞ administrasiyası Ukraynaya 250 milyon dollar dəyərində hərbi yardım ayırır. Bu, 2023-cü ildə son yardım olacaq. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken deyib. “Həmin paketdə 250 milyon dollar dəyərində silah və texnikanın göndərilməsi nəzərdə tutulur”, - deyə Blinken bildirib.
2023-12-28
817,647
İsveç bunun üçün ciddi addımlar atdı - Türkiyə
Türkiyə İsveçin NATO-ya üzvlüyü ilə bağlı irəliləyişə ümid edir. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç "TRT Haber" telekanalının efirində bildirib. "İsveç Madrid protokolu üzrə öhdəliklərini yerinə yetirmək üçün ciddi addımlar atıb. Xüsusilə, bu, hərbi məhsulların tədarükünə aiddir. Ümid edirəm ki, İsveçin yaxın gələcəkdə NATO-ya üzvlüyü ilə bağlı əhəmiyyətli irəliləyişlər olacaq", - Kılıç bildirib. Qeyd edək ki, dekabrın 26-da Türkiyə parlamentinin Beynəlxalq Əlaqələr Komissiyası səs çoxluğu ilə İsveçin NATO-ya qəbulu ilə bağlı ratifikasiya protokolunu təsdiqləyib. Sənəd Baş Assambleyanın səsverməsinə çıxarılıb. R.T.Ərdoğanın müşavirinin sözlərinə görə, İsveçin NATO-ya müraciətinin təsdiqlənməsi məsələsində son sözü bütövlükdə Türkiyə parlamenti deyəcək.
2023-12-27
817,648
Vərəsəlik hüququ barədə vacib qərar
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, iclasda Ali Məhkəmənin sorğusu əsasında Mülki Məcəllənin 1246-cı və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb. Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlər Ali Məhkəmənin və Milli Məclis Aparatının mülahizələrini, Bakı Apellyasiya Məhkəməsinin, Sumqayıt Apellyasiya Məhkəməsinin, Vəkillər Kollegiyasının və Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının, Martin Lüter adına Halle-Vittenberq Universitetinin Beynəlxalq iqtisadi hüquq və müqayisəli hüquq üzrə professoru A.Əliyev və Azərbaycan Diplomatik Akademiyasının və Martin Lüter adına Halle-Vittenberq Universitetinin birgə doktorantura layihəsi çərçivəsində doktorantı N.Rəsulzadənin rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib. Qərarda deyilir ki, Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246-cı və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Milli Məclisə tövsiyə edilib. Konstitusiya Məhkəməsinin Qərarında bildirilir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
2023-12-28
817,649
Putin Hindistanla münasibətlərdən danışdı
Rusiya ilə Hindistan arasında münasibətlər dünyada olan bütün çətinliklərə baxmayaraq, mütərəqqi şəkildə inkişaf edir. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Hindistan xarici işlər naziri Subramanyam Cayşankarla görüşündə bildirib. “Biz çox məmnuniyyətlə qeyd edirik ki, dünyada baş verən bütün təlatümlərə baxmayaraq, Asiyadakı ənənəvi dostlarımız, Hindistan, hind xalqı ilə əlaqələr getdikcə inkişaf edir", - Putin vurğulayıb. Qeyd edək ki, Hindistanın Rusiyanın neft daşıyan tankerlərini ölkəyə buraxmaması fonunda xarici işlər naziri Subramanyam Cayşankarın Moskva səfəri maraqla izlənilir.
2023-12-28
817,650
Laçının möhtəşəm gecə görüntüsü - Video
İşğaldan azad olunmuş Laçın şəhərinin gecə görüntüsü yayılıb. Axar.az həmin görüntünü təqdim edir:
2023-12-28
817,652
İsrail HƏMAS-ın 3 tunelini məhv etdi
İsrail ordusu Qəzza zolağında "Əl-Rantisi" xəstəxanası ərazisində HƏMAS-a məxsus üç tunel şaxtasını aşkar edərək məhv edib. Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) məlumatında deyilir. Bildirilib ki, on metrlərlə dərinlikdə olan tunel xəstəxananın altından keçən və Qəzza şəhərinin mərkəzinə aparan yeraltı tunel şəbəkəsi ilə birləşdirilib.
2023-12-28
817,656
İsraildən Livana: Siz edə bilməsəniz, biz edəcəyik!
İsrail-Livan sərhədindəki mövcud vəziyyətin diplomatik yolla həlli üçün vaxt bitir. Axar.az xəbər verir ki, bunu İsrailin keçmiş müdafiə naziri və ölkənin fövqəladə hökumətinin üzvü Benni Qantz deyib. “İsrailin şimal sərhədində vəziyyət dəyişiklik tələb edir. Diplomatik həll üçün vaxt bitməkdədir. Əgər dünya və Livan hökuməti İsrailin şimal rayonlarının atəşə tutulmasını dayandıra və Hizbullahı sərhəddən uzaqlaşdıra bilməsə, bunu ÇAXAL edəcək”, - deyə Qantz bildirib.
2023-12-28
817,658
AB sanksiyalarla bağlı soruşanda təəccübləndim - Kılıç
Türkiyə və AB-nin Rusiyaya qarşı sanksiyalarla bağlı fərqli fikirləri var. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç deyib. "Bizim sanksiyalar məsələsində (Rusiyaya qarşı) fərqli mövqelərimiz var. AB sanksiyalarla bağlı sual verəndə mən hətta təəccübləndim və soruşdum: Biz AB-nin üzvü olmuşuqmu? Biz BMT-ni izləyirik. Bununla bağlı tələblərimiz, mövqeyimiz var. Lakin eyni zamanda, biz (Rusiyaya qarşı sanksiyalardan yan keçmək üçün) "dolama yol" deyilik”, - Kılıç bildirib.
2023-12-28
817,659
İbrahiminin ailəsi üsyan etdi: 1 gün artıq cəzanın səbəbi…
Peyman İbrahimi ümumilikdə 22 ay 17 gün həbs cəzasına məhkum edilib. Evdədir, bir həftə sonra vəkili qərara etiraz olaraq, yenidən məhkəməyə müraciət edəcək. Bu sözləri Axar.az-a mədəni fəal Peyman İbrahiminin bacısı Həcər İbrahimi deyib. O bildirib ki, P.İbrahimi ilə bağlı verilən qərar onları qane etmir: “Ümid edirdik ki, Peymanı həbsə atmayacaqlar. Cəza verilsə də, şərti cəza alacaq. Lakin ona “rəhbəri təhqir etmə” maddəsi ilə verilən 15 ay 1 günlük cəza bunu mümkün etmir. Bir gün əlavəsi varsa, mütləq şəkildə cəza evində yatmalıdır. Bu hökmü də ona qəsdən belə veriblər ki, Peyman zindanda yatsın”. Qeyd edək ki, avqustun 27-də Təbriz Kəşfiyyat İdarəsi tərəfindən həbs edilən və iki aydan çox həbsdə saxlanılan milli fəal Peyman İbrahimi Dinvər oktyabrın 25-də 300 milyon tümən girov müqabilində müvəqqəti olaraq sərbəst buraxılmışdı. Lakin dekabr ayında onun cəzası ilə bağlı hökm verildi. O, “rejim əleyhinə təbliğat” ittihamı ilə 7 ay 16 gün, “rəhbəri təhqir etmək ittihamı” ilə isə 15 ay 1 gün olmaqla, ümumilikdə 22 ay 17 gün həbs cəzasına məhkum edilib.
2023-12-28
817,662
Türkiyədə hakimi döyən keçmiş prezidentlə bağlı qərar
Türkiyə Superliqasının 15-ci turunda "Rizəsppor"la oyundan (1:1) sonra hakim Xəlil Meleri yumruqla vuran “Ankaragücü”nün sabiq prezidenti Faruk Qoca həbsdən buraxılıb. Axar.az xəbər verir ki, F.Qocanın vəkilləri istintaqın davam etdiyi müddət ərzində onun həbsdə qalmasına etiraz ediblər. Etirazı dəyərləndirən Ankara Ağır Cəza Məhkəməsi F.Qocanın məhkəmə nəzarəti altında azadlığa buraxılmasına qərar verib. Hakimin döyülməsinə görə F.Qoca ilə birlikdə həbs edilən Yunus Şahin və Kənan Çətinkayanın həbsi isə davam edir.
2023-12-28
817,663
Sensasion iddia: Ukrayna F-16-larla darmadağın edir
F-16 qırıcılarının birinci partiyasının artıq Ukraynaya çatdırıldığı ehtimalı irəli sürülüb. Axar.az xəbər verir ki, bu barədə “Nyusvik” (Newsweek) nəşri yazıb. Nəşrin iddiasına görə, dekabr ayında ardıcıl şəkildə Rusiya qırıcılarının vurulması sıradan hadisələr deyil. Bildirilib ki, Rusiya son üç həftə ərzində 8 qırıcı təyyarə itirib: “Dekabrın 5-də Ukrayna ordusu İlanlar adası yaxınlığında rus qırıcısını vurduğunu açıqlayıb. 12 gün sonra isə Rusiyanın aviabazasına edilən hücum zamanı Su-34 qırıcısı məhv edilib. Həmin gün Ukrayna mediası Rusiyanın yanlışlıqla özünün Su-25 taktiki bombardmançılarından birini vurduğunu yazıb. Dekabrın 22-də Ukrayna Rusiyanın daha üç Su-34 bombardmançı təyyarəsini məhv edib. Kiyev həm də 24 dekabrda rus ordusuna aid Su-30 və Su-34-ün məhv edildiyi haqqında açıqlama yayıb. 26 dekabrda Ukrayna Krımda Rusiyanın "Novoçerkassk" desant gəmisini vurub. Hazırda gəmiyə F-16-dan qanadlı raketlərin atıldığına dair fikirlər də səsləndirilməkdədir”. Nəşrin eksperti bildirib ki, bu uğurlar F-16 ilə bağlı ola bilər, sadəcə, Qərb 20 aylıq müharibədən dərs çıxarıb və anlayır ki, verdiyi mühüm silahı elan etməmək daha doğrudur.
2023-12-28
817,664
Bu şəhərin işğalı ilə Ukraynanın müdafiəsi yarıldı
Marinka Ukrayna ordusunun müdafiəsinin dağıldığı yerə çevrilmək potensialına malikdir. Axar.az xəbər verir ki, bunu ABŞ hərbi kəşfiyyatının keçmiş zabiti Skott Ritter bildirib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin möhkəmləndirilmiş ərazilərində ciddi irəliləyiş olub: "Şəhərdən geri çəkildikdən sonra Ukraynanın təhlükəsizlik qüvvələri gələcək fəaliyyətlər üçün resursları bölüşdürməyə məcbur olacaqlar. Lakin onların bu resursları yoxdur. İndi rusların belə irəliləyişləri daha çox olacaq". Qeyd edək ki, dekabrın 25-də Rusiya qoşunları Donetskin Marinka şəhərini tamamilə işğal edib.
2023-12-28
817,665
"Glock 17" tapançasının yaradıcısı öldü
Avstriyalı mühəndis və iş adamı, “Glock 17” (Qlok) odlu silahının yaradıcısı Qaston Qlok 95 yaşında vəfat edib. Axar.az xəbər verir ki, bu barədə “Die Presse” məlumat yayıb. “Sona qədər o, şirkətin və işçilərinin strateji istiqamətinə cavabdeh idi”, - deyə bildirilib. Qeyd edək ki, “Glock 17” Avstriya ordusu üçün hazırlanmış tapançadır.
2023-12-28
817,666
Cənubi Koreya ABŞ-dan daha 20 qırıcı alır
Cənubi Koreya Şimali Koreyanın hərbi təhdidlərinə cavab vermək qabiliyyətini gücləndirmək üçün ABŞ-dan daha 20 ədəd F-35A qırıcısı almaq üçün müqavilə imzalayıb. Axar.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Bildirilir ki, ABŞ-ın “Lockheed Martin” şirkətinin istehsalı olan döyüş təyyarələrinin alınmasına dair müqavilə sentyabrda Vaşinqtondan razılıq alındıqdan sonra dekabrın 8-də imzalanıb. Məlumata görə, yeni F-35A qırıcıları 2027-ci ildə təhvil veriləcək və təkmilləşdirilmiş döyüş qabiliyyətinə və təhlükəsizlik xüsusiyyətlərinə malik olacaq. Qeyd edək ki, Cənubi Koreya Hərbi Hava Qüvvələrində 2019-2022-ci illərdə ABŞ-dan alınmış 39 ədəd F-35A qırıcısı var.
2023-12-28
817,667
Nyu Yorkda "İz" filmi nümayiş olunacaq
ABŞ-ın Nyu York şəhərində çağdaş Azərbaycanın qurucusu, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “İz” adlı sənədli film nümayiş etdiriləcək. Axar.az Report-a istinadən xəbər verir ki, Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə təqdim olunan filmin premyerası Nyu Yorkda fəaliyyət göstərən Türk Evində baş tutacaq. Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən təqdim edilən ekran əsərində Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunur.
2023-12-28
817,668
Məhkəmə Trampı seçkilərdən kənarlaşdırmadı
Miçiqan Ali Məhkəməsi 14-cü düzəliş əsasında ABŞ-ın keçmiş prezidenti Donald Trampı 2024-cü il seçki bülletenindən kənarlaşdırmaqdan imtina edib. Axar.az xəbər verir ki, bu barədə CNN nəşri məlumat yayıb. Məlumata görə, düzəliş dövlətə qarşı üsyan və ya üsyanda iştirak edən keçmiş hökumət rəsmilərinin Nümayəndələr Palatasının və Senatın təsdiqi olmadan seçilməsini qadağan edir. Qeyd olunur ki, Miçiqan ştatında məhkəmə iddiası sentyabrda bir qrup seçici adından “Free Speech For People” hüquq müdafiə təşkilatı tərəfindən qaldırılıb.
2023-12-28
817,669
Kişilərdə ən çox aşkar edilən 3 xərçəng növü...
Kişilərdə onkoloji proseslərin inkişafına həyat tərzi və keyfiyyəti çox təsir edir. Axar.az Medicina.az-a istinadən xəbər verir ki, onkoloq Yelizaveta Vasilyeva kişilərdə tarix boyu hansı xərçəng növlərinin daha çox aşkarlandığını açıqlayıb. “Kişilərdə bütün onkoloji xəstəliklər içində birinci yerdə ağciyər xərçəngi gəlir. Bunun da səbəbi siqaret, nikotindir. Hər gün siqaret çəkənlərdə bu risk 9 dəfə artır. Müntəzəm olaraq evdə siqaret tüstüsünə məruz qalanlar da risk altındadır. Eləcə də kişilərdə zərərli istehsalatda işləmək də ağciyərlərdə şiş yarada bilir. İkinci yerdə - prostat xərçəngi gəlir. Kişinin yaşı artdıqca risk artır. Kişilər simptom olmasa belə ildə 1 dəfə PSA testi verməlidir. Üçüncü yerdə dəri xərçəngi gəlir. Kişilər çox günəş altında olduğu və demək olar ki, gündən qoruma kremi çəkmədiyi üçün bazalhüceyrəli xərçəng boyun, burun və başda yaranır”, - o bildirib.
2023-12-28
817,670
Nikol əmin idi ki, Qərb Bakını buna məcbur edəcək!
Nikol Paşinyan əmin idi ki, Qərb o qədər güclüdür ki, Azərbaycanı diz çökdürməsə də, heç olmasa, Ermənistan üçün əlverişli şərtlərlə sülh müqaviləsi imzalamağa məcbur edə bilər. Axar.az xəbər verir ki, bu sözləri Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan deyib. “O, əvvəldən bilirdi ki, bunun əvəzi Qarabağdan imtina etməkdir. Yəni Paşinyan Qarabağdan imtina edir, bunun nəticəsində Rusiyanın mövqeləri zəifləyir, buna cavab olaraq Qərb dəstək verir. Qərb bunu sırf diplomatik yolla dəstəklədi, lakin planın həyata keçirilməsinə gəldikdə məlum oldu ki, Qərbin təsirinin çox ciddi məhdudiyyətləri və sərhədləri var. Paşinyan Qərbin Azərbaycan üzərindəki təsir rıçaqlarından istifadə edəcəyinə arxalanaraq, birtərəfli qaydada Qarabağı qurban verdi”, - Zurabyan bildirib. Onun sözlərinə görə, Paşinyan Qərbin birləşəcəyi və Rusiya Federasiyasını diz çökdürəcəyi təbliğatına inanıb: “Buna inanaraq, o, Qərbə stavka etdi, Rusiyanı zəif, geri çəkilən biri kimi rədd etdi və sonra reallığın təbliğat iddialarına tam uyğun gəlmədiyi ortaya çıxanda, Rusiyanın hələ diz çökmədiyini, əksinə, təşəbbüsü öz əlinə aldığını anlayanda vəziyyəti düzəltməyə çalışır. Bu gün artıq bütün dünya Ukraynanın qaçılmaz məğlubiyyətindən danışır”.
2023-12-28
817,671
Bizi Rusiya ilə müharibəyə sürükləyirlər - Şor
Avropaya inteqrasiya adı altında Qərb Moldovanı silahla doldurur. Axar.az xəbər verir ki, bunu moldovalı müxalif siyasətçi İlan Şor deyib. "Artıq Moldova üçün heç bir Avropa yolu olmamalıdır, çünki bu yalandır, nə 2 min avro pensiya, nə də alman yolları olacaq. Moldova bunların heç birini Qərbdən və Avropadan almayacaq. Onlara bizim Rusiya ilə döyüşməyimiz lazımdır, amma siz və mən buna imkan verməməliyik. Moldovanı pensiya pulu ilə doldurmaq əvəzinə, silahla doldururlar", - Şor bildirib. Qey edək ki, AB-nin dekabrın 14-də keçirilən sammitində Ukrayna və Moldova ilə AB üzvlüyü danışıqlarına başlanılması qərarı verilib.
2023-12-28
817,672
Zelenski yalnız müharibə düşünür, sülh istəmir - Lavrov
Ukrayna Prezidenti Vladimir Zelenskinin nümayəndələri müharibə nöqteyi-nəzərindən düşünürlər, onların sülhə iradəsi yoxdur. Axar.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. “Biz Zelenski rejiminin sülh iradəsinin olmadığını qeyd etməyə məcburuq. Onun nümayəndələri müharibə nöqteyi-nəzərindən düşünür və çox aqressiv ritorikaya əl atırlar”, - Lavrov bildirib.
2023-12-28
817,674
Rus gəmisi vuruldu: Boğazlar bağlıdır, Xəzərdən gələcək?
Qara və Azov dənizlərində Rusiyanın hazırda 80-ə yaxın gəmisi var. Axar.az xəbər verir ki, bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin spikeri Dmitri Pletençuk Krımda Rusiyanın desant gəmisinin vurulması barədə danışarkən deyib. "Onlardan 10-u qanadlı raket daşıyıcısıdır. Ancaq bu daşıyıcıları Sevastopolda yerləşdirmək lazımdır, orada isə problem yarana bilər", - o söyləyib. Pletençuk vurğulayıb ki, ruslar üçün Rusiya Qara dəniz Donanmasının eskadrilyasını doldurmaq çətindir. Ukrayna Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi xatırladıb ki, Montrö Konvensiyasına görə İstanbul boğazı bağlıdır. "Xəzər dənizindən gəmilərin daxili sularla daşınması çox çətindir. İşğalçılar artıq buna cəhd ediblər, lakin orada mürəkkəb geosiyasi mənzərə var. Hələ də Volqa və Baltikyanı ərazilərdən keçmək variantları var. Lakin o istiqamətdə bütün gəmiləri oradan köçürmək olmaz”, - Pletençuk bildirib. Qeyd edək ki, dekabrın 26-da Ukrayna Hərbi Hava Qüvvələri işğal altındakı Krım yarımadasının Feodosiya şəhərinin limanında “Novoçerkassk” desant gəmisini məhv edib. Bundan sonra Rusiyanın iki hərbi gəmisi Krımı tərk edib.
2023-12-28
817,675
Napoleonun yamsıladığı Şərq fatehi
Dünya tarixində “ən çox qələbə qazanan sərkərdə” titulunu bu günə qədər özündə saxlayan Napoleon Bonapart 56 qələbə ilə ilk yerdə durmaqda davam edir. Ondan sonra yerləri Sezar, Makdeoniyalı İsgəndər tutur. Amma heç vaxt dilə gətirilməyən bir həqiqət var: Bu da Napoleonun döyüş strategiyasını Nadir Şahdan götürməsidir. İllərdir fransızlar və dünyanın bəzi tarixçiləri Azərbaycan torpaqlarında böyük imperiya quran, əfşar türkü olan Nadir Şahın nəinki Napoleon, bir çox Avropa və Şərq sərkərdəsi üçün örnək olmasını gizlətməyə çalışır. İslam şərqini Nadir, Avropanı isə sonuncu dəfə Napoleon birləşdirdi. Hər ikisi böyük sərkərdə idi və hakimiyyəti öz qılıncları, öz istedadları və qabiliyyətləri ilə fəth etmişdilər. Onlar hakimiyyəti irsi qəbul etməmişdilər, sarayda yaşamamışdılar, saray adət-ənənəsinə bələd deyildilər. Onlar hakimiyyətdə öz qayda-qanunlarını, idarəetmə üsullarını yaratmışdılar. Çox az adam bilir ki, Napoleon hökmran olanda Nadir Şahın bəzi xarizmatik hərəkətlərini təqlid etmişdir. Ciddi tədqiqatçılar Napoleonun hərəkətlərini diqqətlə izləsə və Nadir Şahı bilsə, görər ki, onun bəzi addımları eynilə Nadir Şahın təkrarıdır. Sadəcə bir misal: İmperator adı alan gün Roma Papası imperator tacını onun başına qoymaq istəyəndə, Napoleon tələsik tacı onun əlindən almış və özü öz başına qoymuşdu. Yəni “məni məhz özüm imperator etmişəm” mesajını vermişdi. Lakin bu hərəkəti Nadir Şahı yamsılamaqdır: Nadirqulu Xan 8 mart 1736-cı ildə Cavadda (Suqovuşanda) özünü şah elan edəndə mollabaşı Mirzə Əbdül Həsənin əlindən tacı alıb, özü öz başına qoymuşdu və “məni şah edən özüməm” mesajını vermişdi. Bəs bunu hardan bilirdi Napoleon? Qacar dövlətinə səfər etmiş fransız şərqşünası Amadeus Jaubert Napoleonla görüşəndə Şərqin fatehi Nadir Şah barədə ona məlumatlar verir. Buna qədər də Nadir Şah haqda məlumatlı olan fransız fatehi onun haqqında daha çox məlumat toplamağa başlayır. Rudi Matthee adlı tarixçi yazır ki, Napoelon Qacar dövlətinə, Fətəli şaha məktub göndərir, Nadir Şah haqda məlumat istəyir, Fətəli şah isə Parisdəki səfiri Əsgər xan Əfşarla Nadir Şahın hakimiyyəti dövründə Mirzə Mehdi xan Astarabadi tərəfindən qələmə alınan tarixi əsəri - “Tarix-e Cahanqoşa-ye Nadir”in (kitabın ilk adı “Tarix-e Nadir” olub. Sonradan farslar onun orijinal nüsxələrini məhv edib adını dəyişirlər) bir nüsxəsini Parisə göndərir və kitab İmperator Kitabxanasına bağışlanır. Sonradan bu kitabın fransız dilinə çevrilməsini tapşıran İmperator Napoleon o kitabla yanaşı, Ande de Klaustrenin (André de Claustre) müəllifi olduğu “Tomas Quli xanın tarixi: Yeni fars kralı” (“Histoire De Thamas Kouli-kan: Nouveau Roi De Perse”) kitablarını daima yanında saxlamışdır. Hətta Müqəddəs Yelena adasında sürgündə olan zaman onun masasının üstündə bu kitablar olub. Nadir Şahla Napoleon arasında bir oxşarlıq və paralellik də onların hər ikisinin artilleriyaçı olması idi. Döyüş zamanı iriçaplı və nisbətən xırda çaplı topların yerləşdirilməsi üsulu, atəşin troyektoriyasının müəyyən edilməsi və s. sahəsində onların hər ikisi onlaradək mövcud olmayan yeni qaydaların tətbiq edilməsi ilə döyüşdə mühüm qələbələr qazanıblar. Hər ikisi qorxmaz və mərd idi. Onları döyüşün ən qızğın yerlərində görmək olardı. Öz sərkərdələrini at üstündə döyüşən görən əsgərlər daha da cürətlənir və düşmən üzərinə yeriyirdilər. Bir faktı da qeyd edim ki, Napoleon Rusiyaya qarşı müharibəyə başlayanda 700 min əsgəri var idi, 230 minlik rus ordusu isə bu dalğanın qarşısında duruş gətirə bilməzdi. “Otranto hersoqu Jozef Fuşenin xatirələri. Paris, 1824” (“Mémoires de Joseph Fouché, duc d'Otrante. Paris, 1824”) kitabında belə bir qeyd var. Rus çarı Aleksandr Napoleona qarşı çıxmaq üçün düşmənçilik etdiyi ölkələrdən də kömək istəmişdi. Onun kömək istədiyi yerlərdən biri də Azərbaycan xanlıqları idi. Xanlıqlardan 20 mindən bir az çox əsgər gəlmişdi. Zəruri bir qeyd edim ki, Napoleon Bonapartın sağ əli azərbaycanlı Rüstəm bəy olub. Napoleon da Nadir Şahın ordu quruculuğndan yararlanmışdı. Nadir Şah ağır silahlarla siahlanmış süvarilərə qarşı döyüşə bilmək üçün texniki və yüksək səviyyəli piyada qoşunu qura bilmişdi. O, artilleriyanın dəstəklədiyi, tüfəng və top atəşlərinin əlaqələndirildiyi çox güclü ordu yaratmışdı. Napoleon da Misirə gələndə eyni sistemlə ordusunu formalaşdırır. Nadir Şahın Herat şəhərinin ələ keçirilməsi üçün aparılan döyüş strategiyasının oxşarını Napoleon Misiri fəth edən zaman istifadə etmişdir. Hər iki hərbi döyüşün xəritəsini təqdim edirəm: 1) Əfqanlarla döyüşdə Nadir mühafizə birliyini Tal təpələri üzərində olan sol cinahı qorumaq üçün irəli göndərir, bu vaxtdan isə artilleriyanı piyada yoluna baxan yüksək yerə yerləşdirmək üçün istifadə edir. Nadir piyada qoşununu toplayaraq əfqan ordusunun mərkəzinə hücum edir və onu iki yerə bölür. 2) Borodino döyüşü - 26 avqust-7 sentyabr 1812-ci ildə Napoleonun hərbi düzümü. Eyni dəst-xətt. Nadir Şahın strategiyasının oxşarı. Onların faciəli sonluqlarında fərq Nadir Şahın xaincəsinə öldürülməsi, Napoleonun isə öz sərkərdələri tərəfindən satqıncasına tərk edilməsi oldu. Nadir Şah o dünyaya, Napoleon isə əlçatmaz bir adaya (əvvəlcə Elbaya, sonra isə Müqəddəs Yelena adasına sürgünə) göndərildi. Amma Napoleon özünün 100 günlük ikinci hakimiyyəti zamanı bir də parladı və Vaterloda satqınlıq nəticəsində məğlub edildi. Nadir şah isə heç vaxt məğlub olmadı.
2023-12-28
817,683
Güclü küləklə bağlı daha bir xəbərdarlıq
09:14 Bakıda və Abşeron yarımadasında dekabrın 28-i axşamadək güclü şimal-qərb küləyinin davam edəcəyi, küləyin maksimal sürətinin 18-23 m/s, arabir 25-30 m/s, yarımadanın bəzi yerlərində arabir 33-38 m/s-dək güclənəcəyi gözlənilir. Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, dekabrın 28-i axşamdan 29-u səhərədək yarımadanın bəzi yerlərində fasillərlə yağıntılı olacağı ehtimalı var.
2023-12-28
817,685
AMB-dən gələn il üçün inflyasiya proqnozu
Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ildə ölkədə illik inflyasiyanın 5-5,5% civarında olacağını gözləyir. Axar.az xəbər verir ki, bu barədə AMB-nin 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir. Məlumata görə, xarici amillərin səngiməsi və hökumətlə birlikdə həyata keçirilən antiinflyasiya tədbirləri ortamüddətli dövrdə inflyasiyanın hədəf diapazonunda formalaşmasını dəstəkləyəcək.
2023-12-28
817,686
Bu yolda sürət həddi endirildi
Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu barədə Axar.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Qeyd edilib ki, eyni zamanda bütün məlumat sürət tablolarında "Güclü külək" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
2023-12-28
817,687
Bakıda 2 nəfər dəm qazından öldü
Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb. Axar.az xəbər verir ki, 1975-ci il təvəllüdlü Elnur Rəhman oğlu Quliyev və 2000-ci il təvəllüdlü Elşən Hüseyn oğlu Əliyev birlikdə yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində nömrəsiz fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüblər. Faktla bağlı Bakı şəhəri Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.
2023-12-28
817,689
2023-cü ilin ən yaxşı gənc futbolçusu bəlli oldu
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin ən yaxşı gənc oyunçusunu açıqlayıb. Axar.az xəbər verir ki, bu ada mövsümün əvvəlindən Almaniyanın "Borussiya" (Dortmund) klubundan İspaniya "Real"ına keçən Cud Bellingem layiq görülüb. 20 yaşlı yarımmüdafiəçi 276 xalla bütün rəqiblərini qabaqlayıb. Almaniyanın "Bavariya" klubundan Camal Musiala (120) ikinci, İspaniya "Barselona"sından Qavi (82) üçüncü olub.
2023-12-28
817,690
Güclü küləyə görə qatarlar hərəkət qrafikindən çıxdı
Güclü külək səbəbindən elektrik enerjisinin verilişində yaranan fasilələr qatarların hərəkət qrafikindən çıxmasına səbəb olub. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib. Məlumata əsasən, bu gün səhər saatlarından başlayan güclü külək nəticəsində elektrik təchizatının verilməsində yaranmış texniki nasazlığa görə, əsasən Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət edən qatarların qrafikində qismən kənaraçıxma halları qeydə alınmaqdadır. Eyni zamanda, güclü küləyin əsməsi ilə əlaqədar sərnişinlərin mənzilbaşına təhlükəsiz çatdırılması baxımından bəzi sahələrdə qatarların sürət həddinin endirilməsi ilə bağlı maşinistlərə təlimat verilib.
2023-12-28
817,698
Türkiyədə dəhşətli qəza: 11 ölü, 57 yaralı - Video
Türkiyənin Şimali Mərmərə magistral yolunun Sakarya istiqamətində zəncirvari qəza baş verib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, sıx duman səbəbindən 3-ü avtobus və biri yük maşını olmaqla 7 nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində 11 nəfər ölüb, 57 nəfər yaralanıb. Yaralılardan 7-sinin vəziyyəti ağırdır. Hadisə yerinə polis və təcili tibbi yardımı briqadaları cəlb olunub.
2023-12-28
817,701
Güclü külək: ağac maşınların üzərinə aşdı - Video
Bakıda güclü külək nəticəsində bir neçə avtomobilə ziyan dəyib. Axar.az Bakı.vs-ə istinadən xəbər verir ki, Əhmədli qəsəbəsindəki Mehmandarov küçəsində ağacın aşması nəticəsində “Hunday Sonata” markalı avtomobilə ciddi ziyan dəyib. Aşan ağacın budaqları digər maşınlara da ziyan vurub. Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında dekabrın 28-i axşamadək güclü şimal-qərb küləyinin davam edəcəyi, küləyin maksimal sürətinin 18-23 m/s, arabir 25-30 m/s, yarımadanın bəzi yerlərində arabir 33-38 m/s-dək güclənəcəyi gözlənilir.
2023-12-28
817,702
Qarabağda təminat yolları qar örtüyündən təmizlənir - Video
Çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan bölmələrin istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili məqsədilə zəruri tədbirlər davam etdirilir. Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təminat yolları qar örtüyündən təmizlənərək daim işlək vəziyyətdə saxlanılır, avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunur. Mühəndis təminatı üzrə tədbirlər plana uyğun olaraq növbəti ildə də davam etdiriləcəkdir.
2023-12-28
817,703
Ukraynaya məxfi şəkildə F-16-lar verilib?
Ukrayna ordusunun Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat Kiyevin Qərbin F-16 qırıcılarının ilk partiyasını artıq qəbul etdiyi barədə iddiaları təkzib edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. “Amerikanın “Nyusvik” nəşri Ukraynada F-16-ların olması, hətta 8 rus təyyarəsinin məhv edilməsində onların rolu barədə material dərc edib. Bu, Teleqram kanallarımız və öz reputasiyasına əhəmiyyət verməyən müxtəlif medialar üçün əla “şans” olub. “F-16 qırıcıları artıq Ukraynadadır!” Ciddisiniz?! Bəs onda niyə dünən 23 dəfə Ukrayna və xarici medialarda rus gəmisinin F-16 ilə məhv edilməsi və ümumiyyətlə bu qırıcıların artıq bizdə olması kimi axmaq bəyanatları təkzib etmək üçün çıxış etdim?” - İqnat bildirib. Qeyd edək ki, “Nyusvik” mənbələrə istinadən Ukraynanın ona vəd edilən F-16-lardan artıq bir neçəsini aldığı barədə məlumat yayıb. Nəşr qeyd edib ki, son üç həftə ərzində Rusiya Ukraynada bir neçə döyüş təyyarəsini itirib. Bundan başqa, dekabrın 26-na keçən gecə Rusiyanın böyük desant gəmisi “Novoçerkassk” müvəqqəti işğal olunmuş Feodosiya (Krım) limanında məhv edilib. Ukrayna ordusunun Hərbi Hava Qüvvələrinin məlumatına görə, raket zərbəsi ukraynalı pilotlar tərəfindən həyata keçirilib. Rusiya sosial şəbəkələrində sözügedən gəmiyə qanadlı raketlərin F-16-dan atıldığı iddiası irəli sürülüb.
2023-12-28
817,704
AMB süni intellektdən istifadə edəcək
Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü ildə qarşısına qoyduğu hədəflərdən biri analitik təhlilər və iqtisadi modellərdə süni intellektin (Aİ) istifadəsini nəzərdən keçirməklə makroiqtisadi proqnozvermə qabiliyyətinin təkmilləşdirilməsidir. Axar.az xəbər verir ki, bu barədə AMB-nin 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir. "Əsas məqsəd pul siyasəti qərarlarını nəzəri və ekonometrik cəhətdən adekvat modellərin nəticələrini nəzərə almaqla qəbul etməkdir. Model aparatı yerli və xarici ekspertlərin makroiqtisadiyyat və kəmiyyət metodları üzrə son elmi araşdırmaları, mərkəzi bankların qabaqcıl təcrübələri əsasında təkmilləşdiriləcək. Alternativ statik göstəricilər genişləndiriləcək, makroiqtisadi məlumatlardan təşkil olunmuş irihəcmli verilənlər bazasının formalaşdırılması davam etdiriləcək", - bəyanatda qeyd olunub.
2023-12-28
817,705
Lavrov: İrəvan çətin vəziyyətdən çıxmaq istəyirsə...
Qərb dövlətləri Ermənistana və bütövlükdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır, onların vəzifəsi Moskvanı sıxışdırıb çıxarmaqdır. Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına əsasən TASS-a eksklüziv müsahibəsində deyib. “Ermənistan hazırda bir sıra problemlərlə üz-üzədir. Üstəlik, Qərb oyunçularının köməyi ilə onları dayandırmaq mümkün olmayacaq. ABŞ və AB Rusiyadan fərqli olaraq respublikaya və bütövlükdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır. Onların vəzifəsi tamam başqadır - Moskvanı və digər regional gücləri sıxışdırmaq, Balkanlar, Yaxın Şərq və Ukraynadan sonra yeni gərginlik mənbəyi yaratmaq”, - o bildirib. Lavrov vurğulayıb ki, bu çətin vəziyyətdən çıxış yolu göz qabağındadır: “İrəvan, Bakı və Moskvanın üçtərəfli razılaşmalarını ən yüksək səviyyədə həyata keçirmək”.
2023-12-28
817,707
Bakı-Quba-Rusiya yolunun kənarında yanğın - Video
10:15 Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun kənarında yerləşən plastik qablar, məişət və taxta tullantılarının yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-dən Axar.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda havanın güclü küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğınsöndürənlər tərəfindən yanğının söndürülməsi əməliyyatı davam etdirilir. *** Sumqayıt şəhəri, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun kənarında 1,5 ha sahədə məişət və təkər tullantıları yanıb. Bu barədə FHN-dən məlumat verilib. Qeyd olunub ki, ətraf ərazilər yanğından mühafizə olunub, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
2023-12-28
817,709
Lavrov hədələdi: Bu, İrəvan üçün zərərlidir!
Rusiya hərbi bazası razılaşmaya uyğun olaraq Ermənistanda yerləşir, onun respublika ərazisində məqsədəuyğunluğunu müzakirə etmək zərərlidir. Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına əsasən TASS-a eksklüziv müsahibəsində deyib. “Ermənistan ərazisindəki 102-ci Rusiya hərbi bazasının məqsədəuyğunluğu ilə bağlı müzakirələri zərərli hesab edirik. Ordunun orada yerləşdirilməsi haqqında saziş 1995-ci il martın 16-da, ilk növbədə, milli maraqlara və dövlətlərimizin Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə dair ümumi məqsədlərinə əsaslanaraq imzalanıb”, - o bildirib. Lavrov onu da qeyd edib ki, İrəvan Qərbin təlqininə uyaraq, Moskva ilə müttəfiqliyini qeyri-müəyyən vədlərlə dəyişməyə çalışır: “Təəssüf ki, rəsmi İrəvan qərblilərin təlqininə uyaraq öz xarici siyasət xəttini yenidən formatlamağa çalışır. Moskva ilə zamanın sınağından çıxmış ittifaqı hətta Qərbdən konkret yardıma deyil, yalnız qeyri-müəyyən vədlərə dəyişir. Strateji dönüş kursuna haqq qazandırmaq üçün respublikanın bütün bəlalarına, o cümlədən Qarabağın itirilməsinə görə Rusiyanı günahlandırmağa çalışır. Biz dəfələrlə Rusiyanın narahatlığını açıq şəkildə demişik, indi Ermənistan hakimiyyətinin qeyri-dost addımlarını bir daha sadalamağın mənası yoxdur”.
2023-12-28
817,711
Cəlalabadda terror aktının qarşısı alındı
Qırğızıstanın xüsusi xidmət orqanları respublikanın cənubundakı Cəlalabad şəhərində kilsəyə hücumun və Yeni il ağacının yanında terror aktına cəhdin qarşısını alıb. Axar.az xəbər verir ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin mətbuat xidmətində məlumat yayıb. Məlumata görə, Cəlalabadda terrorla mübarizə tədbirləri zamanı “İslam Dövləti - Vilayəti Xorasan” beynəlxalq terror təşkilatının üzvü olan 16 yaşlı iki nəfər saxlanılıb: “Bu şəxslər məsafədən internet vasitəsilə terror qrupunun sıralarına cəlb ediliblər. Onlar terrorçuların göstərişi ilə Cəlalabad şəhərinin mərkəzi meydanındakı əsas yolka önünə PUA (kustar üsulla hazırlanmış partlayıcı qurğu - red.) yerləşdirmək, həmçinin Cəlalabadda Müqəddəs Məryəmin Uğrunda kilsəsinə terror hücumu və silahlı hücum təşkil etmək niyyətində olub”.
2023-12-28
817,714
Qarabağ səhifəsi bağlandı: Sakit oturaq, sülh imzalasınlar
Ermənistana Qarabağ məsələsində daha dərinə getməməyi məsləhət görürəm. Bu bizə heç nə vermir. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Qarabağdakı keçmiş separatçıların İrəvana qaçan nümayəndəsi Samvel Babayan deyib. “Ermənistan üçün, sülh üçün gəlin sakit oturaq. Proses öz axarı ilə getsin. İrəvan Bakı ilə sülh danışıqları aparır, buna qarışmayaq. Qarabağ məsələsində nizam-intizam yox idi, səhifə bağlandı. Elə davranaq ki, sonralar sülh sazişinin əldə olunmasında problem yaranarsa, günahkar Qarabağdan gələnlər olmasın. Bu məsələnin daxil edilmədiyi bir müqavilə imzalamağa hazırdırlar, qoy etsinlər. Ermənistana sülh gətirəcəksə, bu addımı atsınlar”, – S.Babayan deyib.
2023-12-28
817,716
Ermənistan suverenliyini itirmək təhlükəsi ilə üz-üzədir
Rusiya ümid edir ki, Ermənistan NATO ilə dialoqun dərinləşməsi səbəbindən milli müdafiə və təhlükəsizlik sahəsində dövlət suverenliyini itirmək təhlükəsindən xəbərdardır. Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına dair TASS-a eksklüziv müsahibəsində deyib. “Bu il Ermənistan alyansla bir neçə tədbirdə iştirak edib. İrəvan silahlı qüvvələrini NATO standartlarına uyğun modernləşdirməyə davam edir və onun hərbi personalı Şimali Atlantika blokunun bəzi ölkələrində hazırlanır. Bu, bizi narahat etməyə bilməz. Biz dəfələrlə erməni həmkarlarımızın diqqətinə çatdırmışıq ki, NATO-nun əsl məqsədi regionda öz mövqelərini möhkəmləndirmək və “parçala və hökm et” sxemi ilə manipulyasiyaya şərait yaratmaqdır”, - o bildirib.
2023-12-28
817,720
Bayram günlərində banklar və “Azərpoçt” işləyəcək?
31 dekabr - 6 yanvar qeyri-iş günlərində ölkədəki bankların filial və şöbələri, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus Azərpoçt MMC-nin şöbələri və valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb. Məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 14 bankın 101 satış nöqtəsi (o cümlədən, 3 bank üzrə 7 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt”un 74 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 5 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 1-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək. Bayram günlərində fəaliyyət göstərəcək bankların filial və şöbələrinin, “Azərpoçt”un satış nöqtələrinin və valyuta mübadiləsi məntəqələrinin iş qrafiki ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür: https://uploads.cbar.az/press-releases/f7b4a989136a7fd43f454d983.pdf https://uploads.cbar.az/press-releases/d70bbd7910741158cd26ab1d1.pdf https://uploads.cbar.az/press-releases/f535af838fa85bd71c2b988d9.pdf
2023-12-28
817,721
673-cü gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 673-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 356 670 hərbçi, 5 940 ədəd tank, 11 015 ədəd zirehli döyüş maşını, 8391ədəd artilleriya sistemi, 935 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 617 hava hücumundan müdafiə sistemi, 329 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 11 180 ədəd avtomobil texnikası, 6503 ədəd PUA, 1 620 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1 247 xüsusi avadanlıq itirib.