date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2023-12-26
817,049
Təsdiqləndi: Rəisi bu tarixdə Türkiyəyə gedir
10:38 İran Prezidenti İbrahim Rəisi yanvar ayının ilk həftəsində Türkiyəyə səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Əli Bagiri deyib. O bildirib ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında baş tutacaq. Səfər zamanı Türkiyə-İran Ali Səviyyəli Əməkdaşlıq Şurasının iclasının keçirilməsi gözlənilir. Qeyd edək ki, "Hurriyyət" nəşri səfərin 4 yanvarda baş tutacağını yazmışdı.
2023-12-26
817,054
Paşinyanı nə qorxutdu ki, Piterə getdi? - Arşakyan
İrəvanın qətiyyətlilik nümayiş etdirib Moskvanın təlqin və təhdidlərinə boyun əyməyəcəyinə ümid edirdim. Təəssüf ki, bu baş vermədi. Bu il Ermənistan üçün ağır oldu, “artsaxı” tamamilə itirdik və ordan gələnlərin yükü Ermənistan büdcəsinin üzərinə düşdü. Amma İrəvanın Qərblə yaxınlaşması, Roma Əsasnaməsinin ratifikasiyası, Paşinyanın MDB və KTMT-yə məhəl qoymaması, AB-nin Ermənistanda müşahidə missiyasının genişləndirilməsi və s. kimi yaxşı hadisələr də oldu. Təəssüflər olsun ki, Paşinyan daha yaxşı gələcəyə olan son ümidlərimizi öldürdü. Aydındır ki, Rusiya Paşinyanı Aİİ kimi tədbirlərdə görmək istəyirdi, çünki Ermənistanın iştirakı olmasaydı, onlar natamam olardı. Peskov, Zaxarova, Qaluzin günlərlə təhdid və eyham edirdilər ki, Paşinyan Sankt-Peterburqa getməsə, Ermənistan üçün pis olacaq. Axar.az xəbər verir ki, bunu erməni siyasi analitik Tevos Arşakyan deyib. “İrəvan hakimiyyəti təhdidlərə tab gətirməyərək, Rusiyaya getdi. Bəs Moskva Paşinyanı nə ilə bu qədər qorxutdu ki, o, Putinə baş əyməyə tələsdi? Kreml Nikolu başqa hansı qarmaqlarla saxlayır? Elə görünürdü ki, “artsaxın” itirilməsindən sonra Rusiyanın İrəvan üzərində heç bir təsirli rıçağı yoxdur. Ölkə iqtisadiyyatı Rusiya asılılığından qurtulur, üstəlik, iqtisadiyyat yüksəlir. Bəs ruslar Paşinyanı nə ilə təhdid edib qorxudur? Doğrudanmı o, beşinci kolondan qorxur? Amma bu gülməlidir, hətta bütün müxalifət bir araya gəlsə belə, Paşinyanla rəqabət apara bilməyəcək. Bəli, reytinq son 3 ildə xeyli aşağı düşüb. Amma insanlar Köçəryana, Sərkisyana və digər sabiqlərə daha çox nifrət edir, bunu 2021-ci il seçkisi də göstərdi. Əgər gələn bazar günü seçki keçirilsə, Paşinyan yenidən qalib gələcək. Ona görə qalib gələcək ki, cəmiyyətimiz Qarabağ klanının bərpasını istəmir, gücsüz ünsür olduğumuz, klanların, məmurların, oliqarxların inanılmaz zənginləşdiyi, ölkənin yoxsullaşdığı keçmişə qayıtmaq istəmir. Rusiya Köçəryan və Sərkisyanın hakimiyyətini bərpa edə bilməyəcək, çünki erməni xalqı bunu istəmir. Biz sülh, əmin-amanlıq və firavanlıq içində yaşamaq istəyirik. Bunu isə bizə yalnız Qərb - AB, NATO, ABŞ verə bilər. Bizə elə gəldi ki, Paşinyan da eyni şeyi istəyir. Amma o, birdən-birə Rusiyaya Ermənistan üçün tamamilə lazımsız olan sammitə getdi. Yalnız lazımsız deyil, həm də təhlükəli olan sammitə. Axı o, bununla İrəvan hakimiyyətinin gözlənilməz saltosundan çaş-baş qalmış Qərbdəki dostlarımızı rədd edir. Razılaşın, əgər Qərbə doğru bir kurs təyin etmisinizsə, çəkinmədən ona əməl etməlisiniz. Əgər imtina etsəniz, yarı yolda təslim olsanız, o zaman belə bir tərəfdaş heç kimə lazım deyil. Doğrudanmı Paşinyan Sankt-Peterburqa gedərkən bütün bunları başa düşmədi?”, - o bildirib.
2023-12-26
817,057
İsrail Musəvini məhv etdi - İranın “cavabı”
Tehran İsrail ordusunun Suriyada İranın hərbi müşaviri general Rza Musəvinin ölümü ilə nəticələnən hərəkətlərini kəskin şəkildə pisləyir. Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib. “Sionist rejim öz acınacaqlı mövcudluğu müddətində beynəlxalq qayda və normaları daim pozaraq çoxlu müxtəlif cinayətlər törədib. İndi də qorxaq bir terror aktı törədib. İran lazımi tədbirləri görmək və İsrailin hərəkətlərinə lazımi yerdə cavab vermək hüququnu özündə saxlayır”, - Kənani bildirib. Qeyd edək ki, dekabrın 25-də İsrail ordususunun endirdiyi zərbələr nəticəsində iranlı general Rza Musəvi Dəməşqin cənubundakı Seyidə Zeynəb bölgəsində öldürülüb.
2023-12-26
817,060
Bakıda tanınmış vəkilin qardaşı necə öldürülüb?
Bakıda tanınmış vəkilin qardaşını qətlə yetirməkdə təqsirləndirilən Rəsul Ağazadənin cinayət işi üzrə məhkəmənin ilk baxış iclası keçirilib. Axar.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə prokuror Orxan Səmədov ittiham aktını elan edib. İttiham aktında göstərilib ki, Rəsul Ağazadə cəzasını çəkib qurtarmasına baxmayaraq, islah yoluna qədəm qoymayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda 22 aprel 2023-ci il tarixdə gecə saat 01 radələrində Bakı şəhərində tamah niyyəti ilə maddi sərvət əldə etmək məqsədilə tanışı M.M.-ə (ad və soyad şərtidir) basqın edib quldurluqla əlaqədar qəsdən öldürməklə əmlakını ələ keçirmək qərarına gəlib. O, həmin niyyətini həyata keçirmək üçün açılıb-qatlanan bıçaqla silahlanaraq cinsi əlaqədə olmaq adı ilə cinsi azlıq nümayəndəsi olan Namik İsrafilovla onun Nərimanov rayonu, Akademik Həsən Əliyev ünvanında yerləşən evində görüşüb. M.M.-lə könüllü şəkildə qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonra əvvəlcədən planlaşdırdığı niyyətini reallaşdırmaq məqsədilə ona hücum edərək əvvəlcə əli ilə zərbələr endirib. Təqsirləndirilən şəxs M.M.-in qəsdən öldürülməsinə və əmlakının ələ keçirilməsinə yönəlmiş bilavasitə niyyətlə hərəkət edərək silah qismində istifadə etdiyi bıçağı çıxarıb M.M.-in boyun nahiyəsinə həyatı üçün təhlükəli olan bir dəfə zərbə endirərək sağlamlığına ağır xəsarət yetirib. M.M. aldığı ciddi xəsarətlərdən və qanitirmədən ölüb. Rəsul Ağazadə masanın üzərində olan M.M.-ə məxsus bir ədəd 120 manat dəyərində "Redmi Note 7 modelli mobil telefonı ələ keçirib. Daha sonra həmin telefonu cinayətdən xəbərsiz olan tanışı Zülfüqar İsmayılova 60 manata sataraq əldə etdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib. R.Ağazadənin bundan öncə də bir dəfə məhkumluğu olub. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələrilə ittiham elan edilib. Daha sonra təqsirləndirilən şəxsə söz verilib. R.Ağazadə ona elan edilmiş ittihamla və Cinayət Məcəlləsinin iki maddəsilə özünü təqsirli bilməyib. Məhkəmənin növbəti iclası fevralın 5-nə təyin edilib. Qeyd edək ki, qətlə yetirilən M.M. tanınmış vəkil, eyni zamanda deputatlığa namizəd olmuş V.M.-in qardaşı imiş.
2023-12-26
817,062
“10 001 hədiyyə” lotereyasının qaliblərinə hədiyyələr verildi
Xəbər verdiyimiz kimi, ölkənin ilk rəqəmsal bankı Birbank-da 3 tirajdan ibarət “10 001 hədiyyə” lotereyası keçirilir. Artıq lotereyanın 2 tirajı geridə qalıb. 2 tirajda ümumilikdə 2 104 008 karta məxsus 19 819 173 şans iştirak edib. Canlı yayımda təsadüfi üsulla seçilən 6 600 kart qalib olub. İki tirajın sonunda uduş fonduna daxil edilən hədiyyələrdən 10 000₼ pul mükafatı, 1 000₼ dəyərində səyahət paketi, “Umico Market”dən 500₼ dəyərində hədiyyə kuponu, 10 “Umico” bonusları və 5₼ dəyərində keşbeklər öz sahiblərini tapıb. Ötən günlərdə isə lotereyanın birinci və ikinci tirajının qaliblərinə hədiyyələr təqdim edilib. İlk tirajda 10 000₼ pul mükafatına Aysel xanım sahib olub, onun 1-ci tirajda 50 şansı var idi. “Lotereyadan məlumatım olsa da, mənə mesaj gələndə inanmamışdım. Hətta linkə belə daxil olmadım. Doğrudur, oyunlarda şanslıyam, amma bu məbləğdə mükafatı qazanacağım ağlıma gəlməzdi. Bilirəm ki, lotereyalara inanmayanlar çoxdur. Mən də onlardan biri idim, amma Kapital Bank fikrimi dəyişdi. Şəffaf oyun üçün sizə təşəkkür edirəm. Məni çox sevindirdiniz. Hər kəsə uğurlar arzu edirəm”. Qusarda yaşayan Ağakərim bəyin isə ilk tirajda 85 şansı var idi və o, 1000₼ dəyərində səyahət paketi qazanıb. “2 ildən çoxdur Birbank kartları istifadə edirəm. Amma ilk dəfə lotereyada qalib olmuşam. Çoxdandır Şərq ölkələrinə səyahət planlayıram, amma büdcəm yetmirdi. Bu məbləğ lap yerinə düşdü”- deyə, qalib bildirib. 2-ci tirajda 20 şansla iştirak edən Musa bəy də 10 000₼ mükafat qazanmağın sevincini bölüşdü: “Mənə ilk dəfə zəng edib məlumat verəndə elə bildim dost-tanışlarım zarafat edirlər. Təəccübləndim, çünki heç vaxt şansa inanmamışam. Amma fikrim dəyişdi, hətta mən artıq özümü şanslı adam hesab edirəm. Kapital Bank-a isə təşəkkür edirəm”. 1 000₼ dəyərində səyahət kuponu qazanan Pərviz bəy isə mükafatın bayram öncəsi onu çox sevindirdiyini bildirdi: “Kapital Banka minnətdaram Yeni il öncəsi bundan gözəl hədiyyə ola bilməzdi. Mən səyahəti çox sevirəm. Kuponu ölkədaxili səyahətə istifadə edəcəm. Belə lotereyaları tez-tez edin ki, hamı faydalansın”. Lotereyanın 3-cü tirajı 27 dekabr tarixində həyata keçiriləcək. İstifadəçilər linkdən FİN kodu daxil etməklə lotereyada iştirak şanslarını izləyə bilərlər. https://bir.bank/bbltrypr. Qaliblər tirajın sonunda, Kapital Bank-ın sosial media hesablarında və https://birbank.az saytında elan olunacaq. Xatırladaq ki, lotereyada uduş fonduna “Xəzri Rezidens” yaşayış kompleksindən 2 otaqlı mənzil daxildir. Eyni zamanda dəniz mənzərəli “Xəzri Rezidens” yaşayış kompleksindən mənzil aldıqda “Birbank” promo kodunu təqdim edən müştərilərə 12 000 AZN-dək endirim ediləcək. Endirim üçün: https://bir.bank/bbxzrpr. Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Feysbuk və İnstaqram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, Vatsap vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.
2023-12-26
817,065
Milli Məclisin plenar iclası başladı
Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb. Axar.az xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 8 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. Qərbi azərbaycanlıların tarixi Vətənə qayıdışı haqqında Milli Məclisinin Bəyanatı 2. “Arbitraj haqqında” qanun layihəsi (üçüncü oxunuş) 3. Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) 4. “Mediasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 5. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunların icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 6. “Prokurorluq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 7. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 8. “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)
2023-12-26
817,069
Qətlə yetirilən hansı tanınmış vəkilin qardaşıdır? - Foto
Xəbər verdiyimiz kimi, tanınmış vəkilin qardaşını tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilinən keçmiş məhkum Rəsul Ağazadənin məhkəmə iclası başlayıb. Axar.az xəbər verir ki, qətlə yetirilən şəxs vəkil, 2020-ci ildə keçirilən parlament seçkilərində namizəd kimi iştirak edən Vasif İsrafilovun qardaşıdır. V.İsrafilov 1983-cü ildə Xaçmaz rayonu Şollar kəndində anadan olub, iki ali təhsili var, 2014-cü ilə kimi Bakı şəhərində bir neçə məhkəmədə hakim köməkçisi, məsləhətçi vəzifələrində işləyib. 2014-cü ildən Vəkillər Kollegiyasının üzvüdür.
2023-12-26
817,070
Rusiya desant gəmisinin vurulduğunu təsdiqlədi
Feodosiyada Ukrayna Silahlı Qüvvələrinin hücumu zamanı "Novoçerkassk" desant gəmisi zədələnib. ​Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Bu gecə Feodosiya bazasında Ukrayna Silahlı Qüvvələrinin idarə olunan aviasiya raketlərini dəf edərkən “Novoçerkassk” böyük desant gəmisi zədələnib. Hava hücumundan müdafiə sistemləri Jovten yaşayış məntəqəsi ərazisində (Nikolayevdən 125 km şimal-şərqdə) düşmənin iki Su-24 taktiki təyyarəsini məhv edib”.
2023-12-26
817,071
Metroda neçə qatar var: yeni vaqonlar alınacaq?
Hazırda Bakı Metropolitenində istifadəyə yararlı 61 qatar var, bunlardan 23-ü, yəni 115 vaqon yeni nəsil, yerdə qalan 38 qatar – yəni 190 vaqon isə istismar müddətini tamamlamamış köhnə nəsildir. Bu sözləri Axar.az-a açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, 2022-ci ildə ölkəyə 4 qatar (20 vaqon) gətirilib və artıq xəttə buraxılıb: “İstismar müddəti bitmiş vaqonlarla bağlı iki qayda tətbiq olunur. Bu vaqonlar ya xəttən çıxarılıb doğranılıb “metal qırıntısı” kimi satılır, ya da xüsusi texniki komissiya yaradılır, uyğun rəyə əsasən istifadə müddəti uzadılır. Metal qırıntısı kimi satışda da iki nüans var: birincidə istifadə müddəti tamamlanmış hissə doğranıb satılır. İkinci vahid qaydaya əsasən, vaqonun hansısa hissəsi dəyişdirilibsə və yenisi qoyulubsa, vaqon istismar müddətini tamamladıqda yeni hissə “Ehtiyat hissələrin mübadilə fondu”nda saxlanılır. Həmin hissə yüklük qatarlarda istifadə olunur”. Yeni qatarların alınmasına gəldikdə isə qurum rəsmisi bildirib ki, bu vaxta qədər Rusiyanın “Metrovaqonmaş” müəssisəsi ilə tərəfdaşlıq edilib: “Hazırda vaqonların alınması ilə bağlı fəal araşdırma və danışıqlar aparılır. “Metrovaqonmaş”la da tərəfdaşlıq istisna edilmir, danışıqlar aparılır. Yeni ildə ölkəyə yeni vaqonların gətirilməsi və bu kimi digər məsələlərlə bağlı texniki işlər və danışıqlar tamamlandıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək”.
2023-12-26
817,075
10 min miqrant ABŞ-a doğru hərəkət edir - Video
10 min mühacir Meksikadan ABŞ sərhədinə doğru yollanıb. Axar.az xəbər verir ki, bu barədə Meksika mətbuatı məlumat yayıb. Məlumata görə, 24 fərqli ölkədən köç edən mühacirlərin 3 mini 14 yaşına qədər uşaqdır. Meksika və ABŞ rəsmiləri sərhəddə təhlükəsizlik qüvvələrini daha da artıracaqlarını bildiriblər.
2023-12-26
817,078
Paşinyan fəlakətə səbəb olacaq qumar oynayır
Paşinyan dünən Sankt-Peterburqda bildirdi ki, Aİİ siyasi və xüsusən də geosiyasi gündəmi olmayan iqtisadi birlikdir. Əslində, Paşinyanın beynəlxalq münasibətlərlə bağlı düzgün olmayan fikirləri var. İqtisadi cəhətdən bir struktura inteqrasiya olunaraq təhlükəsizlik problemlərinin həllini başqa sistemdə görmək mümkün deyil. Bunun xarici siyasətin şaxələndirilməsi ilə heç bir əlaqəsi yoxdur, bu, fəlakətə səbəb ola biləcək ümumi qumardır. Axar.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib. “NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kolomina Paşinyanın Sankt-Peterburqa səfəri fonunda, “Ermənistan xarici siyasətini dəyişmək və Moskvadan uzaq durmaq barədə aydın qərar verib”, - deyə açıqlama yaydı. Kolomina havadan belə bir açıqlama verməzdi. Ermənistan müxtəlif geosiyasi mərkəzləri çaşdırmağa çalışır. Yenə deyirəm, bunun nə xarici siyasətə, nə təhlükəsizlik sisteminə, nə də iqtisadiyyatın şaxələndirilməsinə aidiyyəti var, bu, sadəcə olaraq, gündəmin olmamasının və təhlükəli avantüranın nəticəsidir”, - o bildirib.
2023-12-26
817,079
Qarabağda biznes qurmaq istəyənlərə müraciət
Kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olan sahibkarlara və hüquqi şəxslərə işğaldan azad olunmuş ərazilərdə əməkdaşlıq təklif edilir. Axar.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, antiterror əməliyyatı nəticəsində işğaldan azad olunmuş ərazilərdə yaşayan sakinlərin, burada təmsil olunan dövlət qurumları, podratçı təşkilatlar və onların işçi heyətinin bir sıra xidmətlərlə təmin olunmasına zərurət yaranmışdır. Bununla əlaqədar, bu ərazilərdə ticarət, ictimai iaşə, məişət xidməti və digər istiqamətlərdə bəzi müəssisə və obyektlərin fəaliyyətinin (hotel, restoran, aptek, çörəkbişirmə, avtomobil servis mərkəzi və avtoyuma, çamaşırxana və quru təmizləmə, təmizlik xidməti, yükdaşıma xidməti, mobil operator məntəqələri və inşaat malları mağazası) bərpası planlaşdırılır. • Fəaliyyətə ən qısa zamanda başlama imkanının olması; • Kadr potensialının mövcud olması; • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təklif etdiyi şəxslərin kvota üzrə işlə təmin olunması; • Fəaliyyətin təmin olunması üçün dövriyyə vəsaitlərinin (maliyyə vəsaiti, xammal, mal-material və s.) olması; • Müvafiq sahə üzrə maddi-texniki bazasının olması (avadanlıq, texnika və s. təminatının olması); • Müvafiq sahə üzrə təcrübəyə malik olması; • Dövlət büdcəsi qarşısında gecikdirilmiş vergi, Dövlət Sosial Müdafiə Fondu (DSMF) və digər öhdəliklərinin olmaması. Müvafiq sahə üzrə fəaliyyətin təmin edilməsinə maraqlı olduğunuz təqdirdə aşağıda göstərilən sənədləri 31 yanvar 2024-cü il saat 12:00-a kimi [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik: • İşçilərin siyahısı; • Maddi-texniki baza haqqında məlumat; • Bank çıxarışı və anbar qalığı haqqında məlumat; • İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) hüquqi şəxslərin dövlət reyestrindən çıxarış və müvafiq sahə üzrə təcrübəsi haqqında məlumat; • Dövlət büdcəsi qarşısında vergi, DSMF və digər öhdəliklərinə dair DVX-dən arayış; • İşğaldan azad olunmuş ərazilərdə mal, iş və ya xidmət təqdim edilməsi barədə müqavilə və ya digər yerinə yetirilmiş işlər barədə məlumat; • Qanunvericiliyin tələblərinə uyğun olaraq lisenziya və icazə tələb olunan sahələrə dair müvafiq sənədlərin notarial qaydada təsdiq olunmuş surəti. İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlar üçün bir sıra güzəştlər və dövlət dəstəyi tədbirləri nəzərdə tutulur. Vergi güzəştləri: • İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. • İşğaldan azad edilmiş ərazinin ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan rezidentləri siyahısı təsdiq edilmiş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalına görə 2023-cü il yanvarın 1-dən etibarən 10 (on) il müddətində ƏDV-dən azaddır. Bu azadolma müvafiq qaydada verilmiş təsdiqedici sənəd əsasında tətbiq edilir. • İşğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə bu fəaliyyəti göstərən vergi ödəyicilərinə istehsal, o cümlədən emal və hasilat fəaliyyəti sahəsi üzrə vergi azadolması tətbiq edilir. Bu vergi azadolması istehsal, o cümlədən emal və ya hasil edilərək işğaldan azad edilmiş ərazi daxilində və ya həmin ərazidən kənara təqdim edilən, habelə ölkəmizdən ixrac edilən mallara görə əldə olunan gəlirlərə şamil edilir. • İşğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazinin rezidentlərinə təqdim edən hüquqi və fiziki şəxslərə topdansatış ticarət, tikinti və xidmət (əhaliyə göstərilən xidmətlər istisna olmaqla) sahələri üzrə vergi azadolması tətbiq olunur. • İşğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə fəaliyyət göstərən vergi ödəyicilərinə turizm, pərakəndə ticarət, ictimai iaşə və digər əhaliyə xidmət sahələri üzrə vergi azadolması tətbiq olunur • Yuxarıda nəzərdə tutulan vergi azadolmaları işğaldan azad edilmiş ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil edilir. • Fiziki şəxs olan istehlakçılar tərəfindən işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilən ƏDV-nin 30 faizi, nağd qaydada ödənilən ƏDV-nin 5 faizi geri qaytarılır. Əməkhaqqının birgə maliyyələşdirilməsi ilə bağlı maliyyə yardımı: • İşəgötürənlər işçi heyətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin göndərişi əsasında müəyyən edərsə, həmin şəxslərin əməkhaqqının birgə maliyyələşdirilməsi nəzərdə tutulur. Əməkhaqqının 50%-i işəgötürən tərəfindən, 50%-i isə Dövlət Məşğulluq Agentliyi tərəfindən ödəniləcəkdir. Sosial güzəştlər: • Əmək müqaviləsi üzrə iş yeri işğaldan azad edilmiş ərazilərimizdə olarsa, mütəxəssislər qanunvericilikdə nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər. • İşğaldan azad edilmiş ərazilərimizdə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Sosial sığorta güzəştləri: • Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən qeyri-dövlət (maliyyə və avtonəqliyyat vasitələri ilə yük daşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılar (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) sektoru üzrə neft-qaz sahələrində fəaliyyəti olmayan sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının aşağıdakı hissəsi dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır. Muzdlu işçisi olan sığortaedən tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının: • 2023-cü il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək – 100 faizi miqdarında; • 2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək – 80 faizi miqdarında; • 2029-cu il yanvarın 1-dən 2031-ci il yanvarın 1-dək – 60 faizi miqdarında; • 2031-ci il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək – 40 faizi miqdarında. • Fiziki şəxslərin (muzdlu işçisi olmayan), o cümlədən sabit qəbz və fərqlənmə nişanı alan vergi ödəyicilərinin də 10 il müddətində özlərinə görə ödədikləri məcburi dövlət sosial sığorta haqlarının 100 faizi miqdarında subsidiyalaşdırılması nəzərdə tutulur. Kommunal güzəştlər: • Qanunvericiliyə uyğun olaraq, riskli vergi ödəyicisi olmayan, habelə işğaldan azad edilmiş ərazilər üzrə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə maddi nemətlər yaratmağa yönəldilmiş fəaliyyəti həyata keçirən hüquqi şəxslərə və fiziki şəxslərə kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə ölkədaxili tariflərə uyğun olaraq ödədikləri vəsaitin 20 (iyirmi) faizi məbləğində maliyyə yardımı ödənilir. Əlavə məlumat üçün: 012 311 01 60 (daxili 1206)
2023-12-26
817,081
“Nar” Voleybol Federasiyasının rəsmi tərəfdaşıdır
“Nar” ölkədə voleybolun inkişafına və təbliğinə mühüm töhfə məqsədi ilə Azərbaycan Voleybol Federasiyasının (AVF) rəsmi tərəfdaşı oldu. Əməkdaşlıq çərçivəsində mobil operator qadınlar və kişilər arasında yerli çempionatın keçirilməsinə dəstək göstərəcək. “Nar”ın dəstəyi ilə 2023-2024-cü ilin voleybol mövsümü artıq start götürüb. Voleybol həvəskarlarına ölkə çempionatının oyunları izləmək və dəstək olmaq üçün giriş sərbəstdir. “Nar” Azərbaycan Voleybol Çempionatında öz komandasını təmsil edən bütün voleybolçularımıza uğurlar arzu edir. Voleybol idman növünü yerli və beynəlxalq səviyyədə təbliğ etmək məqsədi ilə “Nar” 2017-ci ildə qadın voleybolçular arasında Avropa çempionatının rəsmi telekommunikasiya tərəfdaşı kimi çıxış edib. Korporativ sosial məsuliyyət (KSM) strategiyasına uyğun olaraq “Nar” ölkədə sağlam həyat tərzini təbliğ edərək gənclər arasında voleybol daxil olmaqla, müxtəlif idman növlərinə marağın artmasını dəstəkləyir. Mobil operatorun gerçəkləşdirdiyi KSM layihələri haqqında nar.az/projects səhifəsindən məlumat əldə edə bilərsiniz. “Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
2023-12-26
817,082
Bu gün Putin Paşinyanı şəxsən sorğu-sual edəcək
Kreml Paşinyanın Rusiyaya səfərini gözləyirdi, çünki onların Nikola çoxlu sualı var və Putin şəxsən ondan cavab almalıdır. Rusiya hakimiyyəti bu dəfə çox ciddidir, Paşinyandan növbəti qeyri-müəyyən bəyanat deyil, ölkələr arasında əməkdaşlıq və son dərəcə gərgin münasibətlərlə bağlı suallara aydın və konkret cavablar tələb edəcək. Axar.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti mənbələrinə istinadən məlumat yayıb. “İrəvan uzun müddət Rusiyanın vasitəçiliyi ilə təşkil olunan görüşlərdən yayınırdı, lakin indi, deyəsən, Paşinyan Moskva ilə münasibətləri pozmağa yönəlmiş addımlarına peşmandır və onları bərpa etmək qərarına gəlib. Bu mənada Paşinyanın Rusiyaya səfərini tarixi saymaq olar”, - məlumatda deyilir. Qeyd edək ki, Sankt-Peterburqda ötən gün Aİİ sammiti başlayıb, bu gün isə MDB ölkə başçılarının ənənəvi qeyri-rəsmi görüşü baş tutacaq. Ermənistan Baş naziri Nikol Paşinyan sammitə qatılıb.
2023-12-26
817,087
Azərbaycanda 60 milyona obyekt satılır - Foto
Azərbaycanda 60 milyona obyekt satılır. Axar.az Ölkə.az-a istinadən xəbər verir ki, anbar və istehsalat sahələri 65000 kv/m olan 19 hektar ərazini əhatə edən obyekt Çiçək qəsəbəsində yerləşir. Hündürlüyü 8 metr olan obyektin 120 girişi, yük maşını üçün parkinqi, yanğından mühafizə və təhlükəsizlik sistemi, təbii işıqlandırma və havalandırma sistemi var. Obyektin bütün sənədlərinin qaydasında olduğu bildirilir və bölünmədən, bütöv şəkildə satılır.
2023-12-26
817,090
Tramp Azərbaycan müxalifətinin lideri olsaydı...
Serbiyada parlament seçkilərindən sonra müxalif qüvvələrin etiraz aksiyaları keçmiş sosialist ölkələrində Qərbin müstəqil, milli və suveren dövlətlərə qarşı “Maydan inqilabları”nın davamıdır. Prezident Vuçiç haqlı olaraq şəhər meriyasına zorakı hücumun xaricdən idarə olunan, Brüsseldən təyin edilən, Rusiya əleyhinə sanskiyalara və NATO-ya qoşulan hökumət qurmaq planının tərkib hissəsi adlandırıb. Özünü müstəqil sayan, lakin tərəfsizlik prinsipini hər addımda pozan CNN müxalifətin əsas tribunasıdır. Amerika və Almaniyanın qeyri-hökumət təşkilatları və siyasi institutları etirazçıları, xüsusilə tələbə-gəncləri fasiləsiz aksiyalara, toqquşma və dövlət çevrilişinə səsləyir. Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib. Onun fikrincə, bir vaxtlar Slobodan Miloşeviçi Haaqa tribunalında mühakimə edənlər Serbiyaya elə bir rəhbər seçilmək istəyir ki, xalq Kosovonanın müstəqilliyi ilə birdəfəlik barışsın: “Bizə tanış mənzərədir, deyilmi? Siyasi hakimiyyətə dinc yolla gəlməyi 200 ildir təbliğ edən Amerikada 2020-ci ilin prezident seçkilərinin nəticələrinə etiraz edənlərin 2021-ci ilin 6 yanvarında Kapitoliyə hücumunu “dövlət çevrilişinə cəhd”, iştirakçıları “daxili terrorçular” adlandıran Federal Məhkəmə Kapitoli üsyanında 60 nəfəri istintaqa çəkdi. Bir çox aksiyaçıya ən yüksək - 7 il həbs cəzası çıxarıldı. Beynəlxalq hesabatlarda ölkələri avtoritar, qeyri-azad və ya demokratiya adası sayanlar Vaşinqtondakı azadlıq mübarizəsinə hər cür ləkə atdılar. Kapıtoli qiyamından sonra demokratiya etalonu olan ölkənin sabiq prezidentinin bütün sosial şəbəkə hesabları donduruldu, indi isə Kolarodo Ali Məhkəməsi hüququ deyil, siyasəti əsas götürərək, ştat ərazisində Donald Trampın seçkilərdə iştirakını qadağan edib. Təsəvvürünüzə gətirin ki, Respublikaçılar Partiyasının əsas namizədinə qarşı qanunsuz tədbirlər bizim ölkəmizdə müxalif təmsilçilərə qarşı törədilsəydi, əksər Avropa mediası və parlamentariləri ölkəmizin mühakiməsinə necə qalxardı. Lakin Tramp Azərbaycan müxalifətinin lideri olmadığı üçün onun hüquqlarının qorunmasına “Human Rights Watch” və digər təşkilatlar qoşulmur. Narıncı və məxməri inqilablar, Qərbin demokratiyanı silaha və işğal alətinə çevirməsinin qan rəngli nümunələridir”. Deputat bildirib ki, 14-28 mayda Türkiyə dövləti Ərdoğanın liderliyi ilə qlobal ssenariləri pozduğu üçün xarici diktə və çevrilişlər dövrünü arxada qoyduqlarını dünyaya nümayiş etdirmişdilər: “Azərbaycan xalqı 44 müqəddəs gündə təkcə işğala qarşı deyil, həm də dövlətimizin siyasi gələcəyini müstəqil müyyənləşdirməyə nail oldu. Ölkəmizə qarşı xarici təzyiq və müdaxilələrin əsas hədəfi demokratiya deyil, separatizm və təcavüzün cəngində torpaqlarımızı, sərvətlərimizi ələ keçirməkdir. Ona görə də seçkiləri geosiyasi mübarizə arenasına çevirən Qərb Gürcüstan və Ukraynanı hərbi toqquşma meydanı etdi. Ağır nəticələri hamıya bəllidir. Oxşar ssenari ilə keçmiş Yuqoslaviyanın varisi olan Serbiyadan Kosovanı ələ keçirdikləri kimi, Qarabağı Azərbaycandan qopara bilməmələri onların ən böyük siyasi məğlubiyyətidir. Vətən müharibəsi məxməri inqilablara da qalib gəldi”.
2023-12-26
817,092
“Traktor” oyunçularına oyun zamanı butulka atıldı
Dekabrın 25-i günortadan sonra 13-cü tur çərçivəsində Güney Azərbaycan təmsilçisi “Traktor” komandası Gilan əyalətinin “Mələvan” komandası ilə növbəti görüşünü keçirib. Axar.az xəbər verir ki, oyun Ənzəli şəhərində baş tutub. Gərgin şəraitdə keçirilən qarşılaşma 0-0 hesabı ilə başa çatıb. Bununla da “Traktor” turnir cədvəlində 3-cü yerini qoruyub. Oyun vaxtı “Mələvan” komandasının tərəfdarları “Traktor” oyunçularını davamlı təhqir edib, onlara butulka və başqa yad cisimlər atıb, lazer işığı salaraq, klubun oyununa problemlər yaradıblar. Bununla bağlı “Traktor” klubunun baş direktoru Huşəng Nəsirzadə oyun nəzarətçilərinə və İran Futbol Federasiyasına şikayət məktubu göndərib.
2023-12-26
817,094
İlham Əliyev 2 fərman imzaladı
12:12 Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə fərman imzalayıb. Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Fərmanın mətni ilə buradan tanış ola bilərsiniz. *** Prezident İlham Əliyev “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1030-VIQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb. Fərmanda deyilir: 1. Müəyyən edilsin ki: 1.1. “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3.9-cu (hər iki halda) və 3.10-cu bəndlərində, 4-cü maddəsində (hər iki halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Qanunun 3-cü maddəsinin 3.9-cu bəndində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi nəzərdə tutulur; 1.3. həmin Qanunun 3-cü maddəsinin 3.9-cu bəndində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya nəzərdə tutulur; 1.4. həmin Qanunun 3-cü maddəsinin 3.10-cu bəndində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzərdə tutulur; 1.5. həmin Qanunun 4-cü maddəsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya nəzərdə tutulurlar; 1.6. həmin Qanunun 4-cü maddəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Dövlət Məşğulluq Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1030-VIQ nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin. 3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi: 3.1. “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1030-VIQ nömrəli Qanununun 2-ci maddəsinin 2.1-ci bəndində nəzərdə tutulmuş işsizlikdən sığorta haqları üzrə gəlirlərin yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin; 3.2. həmin Qanunun 2-ci maddəsinin 2.1-ci bəndində nəzərdə tutulmuş işsizlikdən sığorta haqları üzrə gəlirlərin aylıq və rüblük bölgüsünü 10 (on) gün müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq etsin; 3.3. büdcə təşkilatlarının 2024-cü il yanvarın 1-dək yaranmış işsizlikdən sığorta haqları üzrə borclarına dair məlumatları 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 3.4. “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1030-VIQ nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin. 4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi: 4.1. işsizlikdən sığorta fondunun 2024-cü il büdcəsinin xərclərinin yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin; 4.2. “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1030-VIQ nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin. 5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi: 5.1. büdcədən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlər üzrə əvvəlki illərdə yaranmış işsizlikdən sığorta haqları üzrə borclarını 2024-cü il üçün xüsusi vəsaitlərin smetalarında nəzərə alsın; 5.2. “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1030-VIQ nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin. 6. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, şəhər və rayon icra hakimiyyətləri dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların işsizlikdən sığorta üzrə sığorta haqlarını vaxtında və tam ödəməsini təmin etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki qurumlarla birlikdə tədbirlər görsünlər. 7. Bu Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
2023-12-26
817,095
Ukraynanın vurduğu nəhəng “Novoçerkassk” - Foto
Xəbər verdiyimiz kimi, bu gün Krımdakı Feodosiya limanında Rusiya Qara dəniz Donanmasına məxsus “Novoçerkassk” böyük desant gəmisi Ukrayna HHQ-si tərəfindən vurulub. Axar.az xəbər verir ki, gəmi 1987-ci ildə Polşanın Qdansk şəhərində inşa olunub və həmin ilin 30 noyabrında istismara verilib. Gəmi desant çıxarmaları və dəniz yolu ilə qoşunların və yüklərin daşınması üçün nəzərdə tutulub. Müxtəlif növ zirehli texnikaları, o cümlədən tankları daşımaq qabiliyyətinə malikdir. “Novoçerkassk”ın uzunluğu 112.5 metr, eni isə 15 metrdir. Gəminin ağırlığı adi vəziyyətdə 3450 ton, yüklə birlikdə isə 4080 tona çatır. Gəminin heyəti 87 nəfərdən ibarətdir. “Novoçerkassk” iki ədəd 57 mm-lik 2 lüləli AK-725 pulemyotu, iki ədəd 20 lüləli 122 mm-lik “Qrad” reaktiv yaylım atəş sistemi və “Strela” zenith-raket kompleksi ilə silahlanıb. Qeyd edək ki, 2022-ci ilin martın 24-də Berdyansk limanında da gəmiyə hücum olunmuşdu. Həmin vaxt gəminin 3 heyət üzvü ölmüşdü.
2023-12-26
817,101
Onun nəşini Rusiyadan gətirməliyik – Fazil Mustafa
Yusif Vəzir Çəmənzəminlinin nəşinin Azərbaycana gətirilərək Şuşada dəfn edilməsi təşkil edilməlidir. Hökumət bu istiqamətdə ciddi addımlar atmalıdır. Kult.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa çıxış edib. O bildirib ki, Rusiya ilə münasibətlərin normal olmasından istifadə edib buna nail olmaq mümkündür: “Biz Qarabağa yalnız insanları deyil, həmçinin Azərbaycan dövlətçiliyində xidməti olan, tariximizə mühüm şəxsiyyət kimi düşmüş şəxslərin ruhunu da qaytarmalıyıq”. Qeyd edək ki, Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvar ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində aclıqdan vəfat edib. Səhəri gün – 1943-cü il yanvarın 4-də Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunub. 1956-cı ildə Yusif Vəzirə bəraət verilib.
2023-12-26
817,103
Bakıda güclü külək əsəcək
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 50-60% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi axşam arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.
2023-12-26
817,104
Fransa bizdən əl çəkən deyil - Deputat
Fransa qeyri-dost ölkə elan edilməlidir. Axar.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli çıxış edib. O bildirib ki, dünya dövlətlərinin təcrübəsində bu presedent var: “Fransa bizdən əl çəkən deyil. Bu ölkə ilə bağlı öz mövqeyimizi ortaya qoymalıyıq. Bu ölkə Azərbaycan qarşı açıq düşmənçilik edir”.
2023-12-26
817,110
İranda polis bölməsində güclü yanğın oldu
Sistan və Bəlucistan əyalətinin Rask şəhərinin polis məntəqəsində güclü yanğın baş verib. Axar.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb. Dekabrın 25-dən 26-a keçən gecə polis bölməsində partlayış səsləri eşidildikdən sonra yanğının başladığı bildirilir. Rəsmi məlumatda hadisənin qaynaq işləri aparılması səbəbindən meydana gəldiyi iddia edilib. Qeyri-rəsmi məlumatlarda polis bölməsinə yenidən hücum edildiyi qeyd olunub. Xatırladaq ki, dekabrın 15-də həmin polis bölməsinə silahlı hücum nəticəsində 14 polis əməkdaşı öldürülüb.
2023-12-26
817,111
Aviqdor Liberman İlham Əliyevə məktub göndərdi
İsrail Knessetinin deputatı, “İsrail Bizim Evimizdir” partiyasının sədri Aviqdor Liberman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Axar.az məktubun mətnini təqdim edir: "Möhtərəm cənab İlham Əliyev! Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Bu il Sizin Azərbaycan Respublikasına rəhbərliyinizin 20 ili tamam oldu. Siz atanızın, əfsanəvi dövlət xadimi Heydər Əliyevin siyasətini davam etdirirsiniz. Ölkəniz Sizin rəhbərliyinizlə siyasət, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə böyük uğurlar qazanıb. Mən Bakıda tez-tez oluram və Sizin hakimiyyətiniz dövründə Azərbaycanda baş verən böyük dəyişikliklərin şahidiyəm. Sizə möhkəm cansağlığı arzulayıram. Bizdə - İsraildə deyildiyi kimi, 120 il yaşayasınız! Sizə gözəl ölkənizin rifahı naminə yeni-yeni uğurlar diləyirəm. Azərbaycan Respublikasına sülh və tərəqqi arzulayıram".
2023-12-26
817,114
Gələn il Azərbaycan daha iki ölkəyə qaz satacaq
2024-cü ildə Azərbaycan Avropanın daha iki ölkəsinə qaz ixrac edəcək. Bunu Axar.az-a Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban deyib. Ekspertin sözlərinə görə, 2024-cü ildə Azərbaycanda qaz hasilatı artacaq: “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağından ilk qaz 2023-cü ilin iyul ayının əvvəlində hasil edilib. Cari ildə bu yataqdan 700 milyon m³ qaz çıxarılıb. 2024-cü ildə isə 2 dəfə çox - 1,5 milyard m³ qaz hasil olunacaq. Bundan başqa, “Ümid” yatağından cari ildə 2 milyard m³ qaz hasil edilmişdisə, 2024-cü ildə bu yataqdan 2,4 milyard m³ qaz çıxarılacaq”. Eskpert bildirib ki, qaz hasiltanın artması bu sahə üzrə ixracatın coğrafiyasını da genişləndirəcək: “2024-cü ildə Avropanın daha iki ölkəsi – Macarıstan və Serbiya Azərbaycandan stabil qaz alışını həyata keçirəcək”.
2023-12-26
817,115
671-ci gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 671-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 354 960 hərbçi, 5 899 ədəd tank, 10 956 ədəd zirehli döyüş maşını, 8 366 ədəd artilleriya sistemi, 934 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 614 hava hücumundan müdafiə sistemi, 329 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 11 109 ədəd avtomobil texnikası, 6458 ədəd PUA, 1 618 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1 239 xüsusi avadanlıq itirib.
2023-12-26
817,116
"Azercell" yenilənmiş rouminq xidmətini təqdim edir
Lider mobil operator 160 ölkədə 390-dən çox şəbəkədə rouminq xidməti təklif edir "Azercell" abunəçilərin rouminqdə müştəri təcrübəsini inkişaf etdirmək məqsədi ilə Yeni il öncəsi yenilənmiş rouminq xidmətini təqdim edir. - İndi rouminq internet paketləri daha əlçatandır. "Azercell" 60-dan çox şəbəkəni əlavə etməklə rouminq internet paketlərinin əhatə dairəsini daha genişləndirdi. Artıq abunəçilər 88-dən çox ölkədə 210 operatorun şəbəkəsində Azercell-in sərfəli rouminq internet paketlərindən faydalana bilərlər. Bundan başqa, paketlərdən istifadə zamanı manual şəbəkə seçiminə ehtiyac qalmadı. - Səyahət zamanı “Kabinetim” tətbiqindən, "Azercell"in rəsmi saytından və canlı çatdan istifadə (Live chat) nəticəsində yaranan trafikə görə xidmət haqqı tutulmayacaq. - Eyni zamanda tərəfdaşların çoxsaylı istəklərini nəzərə alaraq, korporativ müştərilər üçün xüsusi olaraq yeni 10 GB həcmində rouminq internet paketi istifadəyə verildi. "Azercell"in rouminq xidməti haqqında ətraflı məlumat əldə etmək üçün bura daxil olun.
2023-12-26
817,119
Milli Məclisdə bəyanat səsləndirildi
Milli Məclisin dekabrın 26-da keçirilən plenar iclasında parlamentdə təmsil olunan Qərbi Azərbaycan İcması nümayəndələrinin - 23 deputatın adından Bəyanat səsləndirilib. Axar.az xəbər verir ki, bəyanatı Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli oxuyub. Bəyanatda vurğulanır ki, Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışının təmin edilməsi etimad quruculuğu vasitələrindən biridir. Həmçinin bəyanatda Qərbi Azərbaycanın indiki Ermənistanın ərazisində tarixən azərbaycanlıların sıx şəkildə yaşadığı coğrafi məkan olduğu, əhalinin dəfələrlə öz doğma yurdlarından sürgün edildikləri, amansızlıqla qətlə yetirildikləri bildirilir. XVIII əsrdən başlanan deportasiya üç müxtəlif (1905–1920, 1948–1953, 1988–1992) mərhələni əhatə edib. Qalib Azərbaycanın sülhün bərqərar olunmasında, Ermənistanla normallaşma istiqamətində səylərini davam etdirdiyi diqqətə çatdırılıb.
2023-12-26
817,124
2024-cü ildə də sahibkarlar yoxlanılmayacaq - Bayramov
Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il artırılır. Müəyyən yoxlamalar istisna olmaqla, digər bütün yoxlamalar 2024-cü ildə də aparılmayacaq. Bu müəyyən edilmiş məhdudiyyətləri nəzərə almaqla müddət ərzində yalnız bu yoxlamalar ola bilər: vergi, maliyyə bazarları sahəsi, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyəti, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət. Axar.az xəbər verir ki, bu barədə iqtisadçı, millət vəkili Vüqar Bayramov deyib. “Digər mühüm məqam daha öncə qanunvericiliyə edilən dəyişikliklərə əsasən, yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra da həmin dövrdəki fəaliyyətlə bağlı yoxlamaların aparılmasının qadağan edilməsidir. Yəni yoxlamaların qadağan edildiyi müddət bitdikdən sonra sahibkarın yoxlamaların qadağan edildiyi dövr üçün fəaliyyəti yoxlanılmayacaq. Təbii ki, bu zaman icazə verilən yoxlamalar üzrə fəaliyyətlər istisna ediləcək”, - o bildirib. Bayramov qeyd edib ki, bu qanun 2015-ci il noyabrın 1-dən qüvvəyə minib.
2023-12-26
817,125
İlham Əliyev Rusiyaya getdi - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib. Axar.az xəbər verir ki, Sankt-Peterburq şəhərinin “Pulkovo-1” hava limanında dövlətimizin başçısını Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov və digər rəsmi şəxslər qarşılayıblar.
2023-12-26
817,130
Bu materik uğrunda rəqabət kəskinləşir - Səbəb
Böyük dövlətlər son zamanlar Arktika uğrunda çox ciddi savaş başladıb və bu, yeni məsələ deyil. Amma bu savaş getdikcə daha çox qızışır. Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. “Alimlərin fikrincə, Arktikada çox böyük təbii ehtiyatlar var. Bildirilir ki, orada indiyənə qədər insanlığın istehlak etdiyi neft və qazdan daha çox həcmdə yataqlar mövcuddur. Ona görə də böyük dövlətlər Arktika uğrunda savaşı genişləndiriblər. Hətta Finlandiyanın da, İsveçin də NATO-a üzvlük məsələsi həmin o mübarizənin tərkib hissəsidir. Çünki bu iki ölkənin Arktikaya çıxış imkanları var”, - Cəfərli bildirib. Ekspert qeyd edib ki, rəqabətin daha bir səbəbi Şimal yoludur: “Əvvəllər ilin 8-9 ayı Şimal yolu buz bağlayırdı. İndi isə qlobal istiləşmənin təsiri ilə həmin yol ilin 6 ayı ərzində işlək olur. Bu da dünya ticarətinə çox ciddi imkanlar yaradır. Ona görə də ABŞ, Kanada, Rusiya, hətta coğrafi olaraq heç bir aidiyyəti olmasa da, Çin və bir çox ölkə Arktika uğrunda savaşır. Çox güman ki, yaxın illərdə Arktika uğrunda savaşın daha şiddətli olacağını müşahidə edəcəyik”. Qeyd edək ki, ABŞ Arktikadakı ərazisini genişləndirdiyini açıqlayıb.
2023-12-26
817,131
Sabirabad polisi pirotexniki vasitələri müsadirə etdi
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayon sakini Ş.Abusovun qeyd edilən qayda pozuntusuna yol verdiyi və rayon ərazisində qanunsuz olaraq pirotexniki vasitələrin satıldığı müəyyən edilib. Sonuncu tərəfindən satılan pirotexniki vasitəsilər şöbə əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb. Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.
2023-12-26
817,136
Ermənilər Qarabağda mülki obyektdə nə saxlayıb? - Foto
Qarabağ bölgəsinin Ortakənd yaşayış məntəqəsində yerləşən və vaxtilə ermənilər tərəfindən silah-sursat anbarı kimi istifadə olunmuş mülki təyinatlı obyektə baxış keçirilən zaman içərisində xeyli sayda müxtəlif növ mina, kustar üsulla hazırlanmış əldəqayırma partlayıcı qurğu və çoxlu sayda digər döyüş sursatları aşkar edilib. Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Həmin mina və əldəqayırma partlayıcı qurğular Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən müsadirə edilib.
2023-12-26
817,138
Suriya hava limanlarının fəaliyyəti dayandırıldı
İsrailin hava hücumları nəticəsində Suriyanın Dəməşq və Hələb şəhərlərinin hava limanlarının fəaliyyəti tamamilə dayanıb. Axar.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Suriya Müdafiə Nazirliyinə istinadən yayılan məlumatda hava limanlarının uçuş və enmə zolaqlarının dağıdıldığı bildirilib.
2023-12-26
817,141
Rusiyanın desant gəmisi bu raketlərlə vurulub
“Novoçerkassk” desant gəmisinə edilən hücum zamanı Ukraynanın iki Su-24 təyyarəsinin vurulması ilə bağlı Rusiya Müdafiə Nazirliyinin bəyanatı yalandır. Axar.az xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat deyib. İqnat bildirib ki, “Novoçerkassk”a hücum zamanı uzaqmənzilli “Storm Shadou/SCALP” raketlərindən istifadə olunub: “Rusiya bu raketləri vura bilər, lakin hava hücumundan müdafiəni müəyyən taktika və yaxşı Qərb silahlarından istifadə etməklə keçmək mümkündür”. Qeyd edək ki, Rusiya “Novoçerkassk” desant gəmisinə hücumu və gəminin zədələndiyini təsdiqləyib. Bildirilib ki, gəmi aviasiya hücumu nəticəsində zərbə alıb. Əvəzində isə Rusiya iki Su-24 qırıcısını vurub.
2023-12-26
817,142
ANAMA-nın əməkdaşı Ağdamda minaya düşdü
13:55 İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində dekabrın 26-da Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1982-ci il təvəllüdlü Zaur Eldar oğlu Mahmudov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Bu barədə Axar.az-a ANAMA-dan bildirilib. O, hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılır. Vəziyyəti qənaətbəxşdir. *** Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində minaya düşən əməkdaşının son durumu açıqlanıb. Agentlikdən bildirilib ki, minaya düşən Zaur Mahmudov rayon xəstəxanasına yerləşdirilib. Müayinə zamanı daban sümüyü və ayaq daraq sümüklərinin sınığı aşkarlanıb. Xəsarət alan şəxsə bütün zəruri tibbi dəstək göstərilib. Vəziyyəti qənaətbəxşdir.
2023-12-26
817,144
Lukaşenkonun Qarabağ erməniləri haqda təklifi rədd edildi
Belarus Prezidenti Aleksandr Lukaşenko Qarabağdan Ermənistana köçənlərə yardım göndərmək üçün dəfələrlə İrəvana müraciət edib. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə erməni KİV-də məlumat yayılıb. A.Lukaşenkonun digər ölkə və təşkilatlar kimi Qarabağdan köçənlərə yardım göndərmək istədiyi, lakin rədd cavabı aldığı qeyd olunub. İddia edilir ki, İrəvanın Minskə mənfi cavab verməsinə Belarusun Azərbaycanla yaxın münasibətlərinin olması səbəb göstərilib.
2023-12-26
817,146
İlham Əliyev Lukaşenko ilə görüşdü - Foto
14:00 Dekabrın 26-da Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşü olub. Axar.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Belarus arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı bir daha məmnunluqla qeyd edildi, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğu bildirildi. Yüksək səviyyəli görüşlərin və təmasların əlaqələrimizin möhkəmləndirilməsi işinə töhfə verdiyi vurğulandı. Dövlət başçıları əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə edərək gələcək təmaslar və əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi apardılar.
2023-12-26
817,148
Yumurtanın qiymətini artırmayın! - Rəsmi xəbərdarlıq
Son günlər bir sıra satış şəbəkələrində süfrə yumurtasının qiymətində artım edildiyinə dair məlumatlar yayılır. Bunu Rusiyaya süfrə yumurtasının ixracının başlanmasından sonra guya Azərbaycanda yumurta çatışmazlığının yaranması ilə əsaslandırmağa çalışırlar. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası məlumat yayıb. “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası olaraq bəyan edirik ki, nəinki son günlərdə, hətta son aylarda birliyimizdə təmsil olunan yumurta istehsalçılarının heç biri tərəfindən yumurtanın müəssisədən çıxış qiymətində artım edilməyib. Belə ki, içərisində 360 yumurta olan bir qutunun marketə çatdırılma da daxil olmaqla, qiyməti 53 manat təşkil edir ki, bu da 1 yumurta üçün 14,5 qəpik deməkdir. Bu qiymət, hətta ötən ilin eyni dövründəkindən 1 qəpik ucuzdur. Bu gün Azərbaycanda gündəlik süfrə yumurtası istehsalı 5 milyon ədədə yaxın, gündəlik tələbat isə 3,6 milyon ətrafındadır. İxraca yalnız və yalnız tələbatdan artıq olan yumurta göndərilir. Biz istehsalçılar olaraq, satış şəbəkələrinə müraciət edirik ki, onlara satış qiymətində hər hansı dəyişiklik etmədiyimiz halda qiyməti artırıb, cəmiyyətimizi narahat edən yalan əsaslandırmalarla əhali arasında ajiotaj yaratmasınlar. Azərbaycan dövləti bütün kənd təsərrüfatı istehsalçılarına olduğu kimi, quş əti və yumurta istehsalçılarına da bir sıra mühüm dəstək mexanizmləri tətbiq edir. İndiki şəraitdə ölkəmizdə yumurtanın qiymətinin artırılması üçün hər hansı iqtisadi əsas yoxdur. Buna görə də biz məhsulumuzu əvvəlki qiymətlərlə satış şəbəkələrinə təqdim edirik. Biz bir daha bəyan edirik ki, Azərbaycanın əsas yumurta istehsalçılarından heç biri topdansatış qiymətlərində hər hansı dəyişiklik etməyib”, - deyə assosiasiyanın məlumatında qeyd olunub. Qurumdan bildirilib ki, əhalinin tələbatını ödəyəcək həcmdən daha artıq istehsal var və hər hansı çatışmazlıq mövcud deyil.
2023-12-26
817,149
Qusarda hasar aşdı: qadın altında qalaraq öldü
Qusar rayonunda hasar aşıb. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Cağarqışlaq kəndində baş verib. Belə ki, kənd sakini - 1979-cu il təvəllüdlü Valentina Ramazanovanın üzərinə hasar aşıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
2023-12-26
817,152
NK-da iclas: tapşırıqlar verildi
Azərbaycan Baş nazirinin müavini, “Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyası”nın sədri Şahin Mustafayevin rəhbərliyi ilə növbəti iclas keçirilib. Bu barədə Axar.az-a Nazirlər Kabinetindən məlumat verilib. İclasda Komissiyanın “2024-cü il üzrə İş planı”, “Təhlükə potensiallı obyektlər, eləcə də təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlıqlara, qurğulara və digər alət və vasitələrə dair müasir tələblərə uyğun ilkin qəbul edilməsi zəruri olan texniki reqlamentlərlə bağlı Tədbirlər Planı”, “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlər və aqrokimyəvi maddələr, o cümlədən ammonium nitratla çirklənmiş Azərbaycan ərazilərində mövcud problemlərin aradan qaldırılmasına dair Tədbirlər Planı” müzakirə olunaraq təsdiq edilib. İclasda həmçinin Komissiyanın Elektron Məlumat Bazasının (Portalının) formalaşdırılmasına, qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan “Təhlükə potensiallı obyektlər üzrə vahid dövlət reyestri”nin hazırlanmasına, təhlükə potensiallı obyektlərin istismarı sahəsində mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsinə, habelə Komissiyanın üzvü olan dövlət orqanlarına (qurumlarına) fəaliyyət istiqamətlərinə aid təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarı sahəsində nəzarətin gücləndirilməsinə dair müvafiq tapşırıqlar verilib.
2023-12-26
817,155
MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirildi
14:20 Dekabrın 26-da Sankt-Peterburqda MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib. Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Rusiya Prezidenti Vladimir Putin görüşdə çıxış edib.
2023-12-26
817,156
Ukraynada savaş bitən kimi nələr olacaq? - Naumov
İndiki hadisə və bəyanatların apokaliptik görünməsinə baxmayaraq xüsusi hərbi əməliyyatdan sonra çox az şey dəyişəcək və gələcək obyektiv qanunlarla müəyyənləşəcək. Rusiya ilə AB arasında iqtisadi əməkdaşlıq sürətlə bərpa olunacaq. Ənənəvi olaraq “rusofil” ölkələr öndə gedəcək. Rəqiblərdən geri qalıb əlverişsiz vəziyyətə düşməmək üçün alman sahibkarlar da Rusiya ilə müştərək işə qayıtmaq istəyəcəklər. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Naumov deyib. “Lakin sanksiyalar ləğv edilməyəcək, amma Polşa və ya Estoniyanın bir səsi, məsələn, neftlə bağlı məhdudiyyətlərin aradan qaldırılmasına veto qoymaq üçün kifayət edəcək. Rusiya istənilən halda savadlı əhalisi, böyük bazarı, bol resursu, əhəmiyyətli bazar komponentinə malik iqtisadiyyatı olan şəhərləşmiş ölkə olaraq qalacaq. Buna görə də iqtisadi məntiq tərəflərdən yaxınlaşmağı tələb edəcək. ABŞ-la münasibətlər əvvəlki vəziyyətə qayıdacaq. Hər iki tərəf son nəticədə birbaşa müharibədən qaçmaqda, silahlara nəzarətdə və nüvə texnologiyasının yayılmasına qarşı mübarizədə maraqlıdır. Münasibət soyuq, gərgin, lakin işlək olacaq. Əgər Tramp hakimiyyətə gəlsə, ABŞ-ın daxili problemlərə diqqət yetirdiyini və Çinlə qarşıdurma üzərində dayandığını görəcəyik. Çoxqütblü dünya formalaşmağa davam edəcək - qlobal cənub ölkələrinin artan rolu kifayət qədər obyektivdir və qeyri-Qərb dünyasının təsiri hər halda artacaq. Rusiya güclərin bu konsertində öz səsini tapmalı olacaq: NATO-nu rədd edən ölkənin reputasiyası Rusiyanın əlinə oynayacaq, lakin çoxqütblülük həm də dünya siyasətinin bir-biri ilə razılaşmayan bir çox subyekti deməkdir”, - o bildirib. Naumov qeyd edib ki, müharibədən sonra da Rusiya aşağı-yuxarı eyni rolu oynayacaq: “İki potensial hegemon arasında tarazlıq yaratmaq, hər iki tərəfdən faydalanmaq və heç birindən asılı olmamaq! Daxili siyasətdə yumşalma gözləməyin mənası yoxdur, ideoloji monotonluq tendensiyası davam edəcək. Ölkədən gedənlərin nəticəsiz qayıtmasına icazə veriləcək, ən hay-küylü və ictimai tənqidçilər üçün istisna ediləcək”.
2023-12-26
817,161
Rusiya gəmisində dəhşətli partlayışın səbəbi - Video
Xəbər verdiyimiz kimi, bu gün Rusiyanın Qara dəniz Donanmasına məxsus “Novoçerkassk” böyük desant gəmisi Ukrayna HHQ-si tərəfindən vurulub. Axar.az xəbər xəbər verir ki, gəminin vurulması ilə bağlı yeni görüntülər Teleqram kanallarında paylaşılıb. Gəminin vurulma zamanı böyük partlayışın baş verdiyi videodan açıq şəkildə görünür. Ukrayna mənbələrinin verdiyi məlumata görə, partlayışın güclü olmasına səbəb gəmidə “Şahid” dronlarının yerləşməsidir.
2023-12-26
817,165
Bakı iki fransız diplomatı qovdu - Rəsmi
26 dekabr 2023-cü il tarixində Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb, həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq notası Fransa səfirinə təqdim edilib.
2023-12-26
817,170
Ermənistanın aldığı silahların qiyməti şok etdi
İkinci Qarabağ müharibəsindən sonra Ermənistan ciddi şəkildə silahlanır. Ermənistana silah tədarükündə isə hazırda Hindistan və Fransa əsas ölkələrdir. Axar.az Hindistan və Fransanın Ermənistana satdığı silah sistemlərinin bazar qiyməti ilə bağlı məlumatı təqdim edir: - “Svati” radar sistemləri – Sistem Hindistan Müdafiə Araşdırma və İnkişaf Təşkilatı (İndian Defence Research and Development Organization) və “Bharat Elektroniks” şirkəti tərəfindən istehsal olunur. Ermənistan 2020-ci ildə dörd “Svati” sistemi alıb. ABŞ-ın Corc Vaşinqton Universitetinin “Avrasiyada Tədqiqat və Təhlükəsizliyə Yeni Yanaşmalar” Proqramının (The Program on Newapproaches to Research and Security in Eurasia – PONARS Eurasia) rəsmi internet səhifəsində 16 fevral 2022-ci il tarixdə yayımlanan “Ermənistanın Hindistandan yeni “Svati” radarı və müdafiə idxalları: Avrasiya geostrategiyası, yoxsa texnologiya interfeysi? (Armenia`a New Swathi Radar and Defence Imports from India: Eurasian Geostrategy or Technology İnterface?) adlı məqalədə Ermənistanın sözügedən sistemlər üçün 40 milyon dollar ödədiyi bildirilib; - Ötən ilin oktyabr ayında “Pinaka” reaktiv yaylım atəş sistemi, tank əleyhinə raketlər və müxtəlif növ sursatların alınması üçün Ermənistan və Hindistan arasında 245 milyon dollarlıq müqavilə imzalanıb. Açıq internet mənbələrindən əldə edilən məlumata görə, hazırda Hindistan ordusunun arsenalında müasir lazerlə idarə olunan, helikopterdən buraxılan “Nag”(1 ədəd 500 min dollar), insan tərəfindən daşına bilən “Man-Portable Anti-Tank Guided Missile” (Qiyməti ilə bağlı dəqiq məlumat yoxdur), Mi-35 helikopterindən buraxılış üçün SANT (Smart Stand-off Anti-Tank Missile – İlk dəfə 2020-ci ildə sınaqdan keçirilib, satış qiyməti ilə bağlı dəqiq məlumat yoxdur) TƏİR-ləri, reaktiv zirehlə qorunan hədəfləri vurmaq üçün tankdan atıla bilən lazerlə idarə olunan və s. TƏİR-lər var; - MArG 155 təkərli özüyeriyən haubitsalar – Hindistanın “Frontierindia.com” saytının 13 noyabr 2022-ci ildə verdiyi məlumata görə, ötən ilin doqquz noyabrında Hindistanın “Bharat Forge” şirkəti Ermənistana MArG haubitsalarının göndərilməsi üçün öz törəmə şirkəti “Kalyani Strategic Systems” şirkəti ilə 155,5 milyon dollar dəyərində müqavilə imzalayıb; - “Konkurs-M” raketləri – insan tərəfindən daşına bilən TƏİR-lər sinfinə daxildir. Rusiyanın verdiyi lisenziya əsasında Hindistanın “Bharat Dynamics Ltd” şirkəti tərəfindən istehsal olunur. Ötən ilin dekabrında sözügedən raketlərin Ermənistana satılması ilə bağlı danışıqların aparılması haqqında məlumat yayılıb. Dünya bazarında bir ədəd “Konkurs–M”-in qiyməti təqribən 130-150 min dollar civarındadır. Ermənistanın neçə ədəd alacağı bilinmir; - ATAGS topları – “Indian Defence Research Wing” portalının 13 sentyabr 2022-ci il tarixdə yaydığı məlumata görə, qarşıdakı üç il ərzində 84 ATAGS-ın tədarükü üçün Hindistan və Ermənistan arasında 155,5 milyon dollarlıq saziş imzalanıb; - “Zen Anti-Drone System” – “Azadlıq” radiosunun erməni xidmətinin 10 noyabrda Ermənistan Müdafiə Nazirliyindəki mənbəsinə istinadən yaydığı məlumatda bu anti-dron sisteminin alınması üçün Dehli və İrəvan arasında 41 milyon dollarlıq müqavilə imzalandığı qeyd olunub; - 30-40 mm çaplı qumbaralar – “İndian Aerospace Defence Nyus”un 15 noyabrda dərc etdiyi məlumatda Hindistanın Ermənistana 150 min ədəd 30-40 mm çaplı qumbaralar göndərəcəyi bildirilib. Eyni zamanda məlumatda Hindistanın Ermənistana “Munitions India Limited” şirkətinin istehsalı olan 5 milyon ədəd 7,62 mm çaplı güllə verdiyi qeyd olunub; - “Akaş” (Akash) ortamənzilli yer-hava HHM sistemi – “Sputnik Hindistan”ın 5 gün öncə yaydığı məlumatda İrəvanın bu sistemi əldə etmək üçün Dehli ilə 600 milyon dollarlıq müqavilə imzaladığı bildirilib; - “BrahMos” qanadlı raketləri – Hindistan Rusiya ilə birlikdə istehsal edir. “Indian Defence Research Wing” portalı bu raketin Ermənistana verilməsi ilə bağlı məlumat yayıb. Müxtəlif növləri var. Açıq internet mənbələrində qiymətinin 3,5-5 milyon dollar arasında dəyişdiyi qeyd olunub; - “Pralay” yaxınmənzilli ballistik raketi - “Indian Defence Research Wing” portalı Ermənistana verilməsi ilə bağlı danışıqların aparılması məlumatını yayıb. Açıq internet resurslarında qiymətinin 1 milyon dollar civarında olduğu göstərilib. Fransadan alınan silah sistemləri: - SEZAR artilleriya sistemi – 2023-cü il dekabrın 3-də Fransa sistemin Ermənistana tədarükü məsələsinin mümkün qədər tez öyrənilməsini tövsiyə edib. “Militarytoday.com”un yaydığı məlumata görə, sistemin qiyməti 7,5 milyon dollardır; - “Bastion” çoxməqsədli zirehli texnikası. Bu ilin noyabrında Gürcüstan vasitəsilə Ermənistana 24 ədəd göndərilib. Ümumilikdə Ermənistan 50 ədəd “Bastion” alacaq. “Army-guide.com”un yaydığı məlumata görə, bir ədədinin qiyməti 403 min dollardır (ümumi 20,150 milyon); - GM-200 radarı – 24 oktyabr 2023-cü ildə Fransanın müdafiə naziri Sebastyan Lekornu erməni həmkarı Suren Papikyanla görüşü zamanı 3 ədəd GM-200 radar və “Mistral” HHM sisteminin Ermənistana tədarükü ilə bağlı memorandumun imzalandığını bildirib. “Armyrecognition.com”un yaydığı məlumata görə, GM-200-ün birinin satış qiyməti 14,5 milyon dollardır; - “Mistral” HHM sistemi – Açıq internet resurslarında bir ədədinin satış qiymətinin 300-350 min dollar arasında olduğu bildirilir. Siyahı bununla bitmir. Sadaladığımız artilleriya sistemləri, top və s. mətbuata məlum olanlardır. Ermənistanın gizli şəkildə daha çox silah və hərbi texnika alması mümkündür. Bu isə milyardlarla dollar deməkdir. Əlbəttə, belə silahlanma yeni müharibə hazırlığından xəbər verir. Ortaya isə bir sual çıxır: Ermənistan bu qədər silahı hansı vəsaitlə alır? Əlimizdə olan rəqəmlərlə isə Ermənistanın son 3 il ərzində aldığı və alacağı silahlara və hərbi texnikaya sərf edəcəyi ümumi vəsaitin ən azı 2 milyard dolları keçəcəyi gözlənilir.
2023-12-26
817,173
Nikol “status” üçün çalışanda Bakı addım atdı - Voytaşeviç
Ermənistan və Rusiya arasında qarşılıqlı qınaq mübadiləsi siyasi oyundur. Paşinyan başa düşürdü ki, dünya Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır, ona görə də Rusiya və KTMT-nin müdaxiləsi mümkün deyil. Lakin 2022-ci ildə baş verən sərhəd döyüşlərinə gəlincə, müttəfiqlərin heç nə etməməsi erməni nöqteyi-nəzərindən problemə çevrildi. Axar.az xəbər verir ki, bunu Polşa Beynəlxalq Münasibətlər İnstitutunun Cənubi Qafqaz məsələləri üzrə eksperti Voytsex Voytaşeviç deyib. “Bəs Paşinyan nə etməli idi? 2020-ci il müharibəsindən sonra o bilirdi ki, Ermənistan ordusu çox zəifdir və Azərbaycanla müharibədə qalib gələ bilməyəcək. Rusiya silah satmaq istəmirdi, İrəvan hakimiyyəti bütün dünyada silah axtarırdı, amma başa düşmək lazımdır ki, İrəvan və Bakının iqtisadi imkanları müqayisə oluna bilməz”, - o bildirib. Voytaşeviç qeyd edib ki, Paşinyan Qarabağ ermənilərinə hansısa muxtariyyət əldə etmək üçün hər şeyi etməyə çalışıb: “Artıq siyasətdən söhbət getmirdi, ona görə də bütün səylər dil və mədəni muxtariyyətin təmin edilməsinə yönəlmişdi. Ermənistan BMT, AB, ABŞ və Rusiyanı bu işə cəlb etmək istəyirdi, lakin danışıqlar uzandı və sonda Azərbaycan öz hərbi əməliyyatı ilə bağlı qərarını verdi. Putin üçün Paşinyanın Qarabağdan imtina etdiyini söyləmək asandır, lakin Nikolun seçimi yox idi. Paşinyan yenə də deyə bilərdi ki, Qarabağ Ermənistanın bir hissəsidir. Ancaq yeni bir müharibə olacağı təqdirdə o, 100% məğlubiyyətə uğrayacaqdı”. Polşalı ekspert Ermənistanla Ukraynanın yaxınlaşmasını Rusiyanın Qarabağdakı ermənilərə münasibətindən məyusluqla izah edib: “Üstəlik, Rusiyanın Ukraynada qələbə qazanacağı təqdirdə növbəti hədəfin Cənubi Qafqaz ölkələri ola biləcəyi ilə bağlı qorxular da var. Ukraynanın Azərbaycana silah satmasının ermənilərin xoşuna gəlmədiyini xatırlayırıq. Amma Paşinyanın siyasəti Ermənistan cəmiyyətinin əhval-ruhiyyəsindən asılıdır. İndi erməni cəmiyyəti məyusdur və mahiyyətcə antirusiya mövqeyi tutur. Paşinyan populist olduğu üçün Ukraynadan danışanda da mövqeyini dəyişdi. İrəvanın yeni siyasətinin səbəbi də budur. Ermənistan hakimiyyəti hələ də xarici siyasətini necə quracağına qərar verməyib. Ermənilər Qarabağ mövzusunda Azərbaycanla təkbətək qalandan sonra onlar ABŞ və Avropa ölkələrinə yönəlmək istəyir, MDB və KTMT-nin iclaslarında iştirak etmir, baxmayaraq ki, bu təşkilatları tərk etmək niyyətlərini birbaşa bildirmirlər. İrəvanda qeyri-rəsmi olaraq deyirlər ki, bir il əvvəl Amerika və Avropa siyasətçilərinə KTMT-dən çıxmaq istəyi barədə danışıblar. Amma buna “hələ vaxt çatmayıb və Rusiyanın Ermənistanda hərbi əməliyyatı üçün təhlükə var” cavabını alıblar. Paşinyan noyabrda da oxşar eyhamlar etmişdi. Xüsusilə, Ermənistanın KTMT-yə gələcək üzvlüyü ilə bağlı suala o, milli maraqları əsas tutacağını bildirib. Bununla belə, bir çox analitik faktiki olaraq ölkənin KTMT-ni artıq tərk etdiyini vurğulayır. Onlar üçün rəsmi statusdan çox reallıq önəmlidir. Ermənistan hökuməti Qərbdən güclü təhlükəsizlik zəmanəti aldıqdan sonra KTMT-dən çıxmaq qərarına gələcək. Qərb isə belə zəmanətləri yalnız Rusiya Ukraynada məğlub olanda verə bilər. O vaxta qədər həm Qərb, həm də Ermənistan çox ehtiyatlı davranacaq. Çox güman ki, 2024-cü ildə Rusiya ilə münasibətlər bu il olduğu kimi olacaq. Yəni, “iki addım irəli, bir addım geri” siyasəti davam edəcək”.
2023-12-26
817,176
“Dənizdən-dənizə” idik, “İtdən-itə” olduq - Aşotyan
Qısaca ümumiləşdirsək, deyə bilərik ki, gələn il biz Nikolla (Ermənistanın Baş naziri Nikol Paşinyan – red.) yenidən və “arsaxsız” görüşəcəyik. Axar.az xəbər verir ki, bunu Ermənistanın Respublika Partiyasının sədr müavini Armen Aşotyan deyib. “Biz “arsax”sızıq, çünki Nikolla bir yerdəyik. Gələn hər ili, ayı, həftəni və səhəri Nikolla qarşıladığımız zaman “olmayanların” siyahısı genişlənəcək. 2023-cü ildə vaxtilə “dənizdən-dənizə” xəyal quran Ermənistan indi “itdən-itə Ermənistan” oldu. İlk baxışdan elə görünə bilər ki, məşhur 18+ fəalı ilə keçmiş dünya ulduzunun Ermənistana təsiri arasında heç bir əlaqə yoxdur. Ancaq bu yalnız ilk baxışdan belədir. Çünki reallıqda hər iki fakt ölkənin sistem böhranının iki simvolik təzahürüdür”, - Aşotyan bildirib. Onun sözlərinə görə, Nikolun səyləri sayəsində Ermənistanda siyasət klinik ölüm yaşayır: “İdeya, məqsəd, güc, müqavimət, qaydalar yoxdur. Snup Doqun (amerikalı reper – red.) konsertinin böyük dövlət vəsaiti hesabına təşkil edilməsi təşəbbüsü xalqı bürümüş sistem böhranının ən bariz nümunələrindən biridir. Hakimiyyətin konsert sayəsində Ermənistanın dünyada tanınmasını artırmağa haqq qazandırması “5000 illik tarixi olan xalqın” (? – red.) qaralmış sifətində üfunət iyi verir”.
2023-12-26
817,181
Prezidentliyə namizədliyini irəli sürənlər - Siyahı
7 fevral 2024-cü ildə keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürənlərin sayı artmaqdadır. Axar.az xəbər verir ki, namizədlik üçün müraciət edənlərin sayı 16-ya çatıb. Onlardan yalnız 7-nin namizədliyi təsdiqlənib, 9 namizədin müraciətinə baxılır. İlham Əliyevin rəqibləri olmaq istəyənlərin siyahısını təqdim edirik: 2. Zahid Oruc, millət vəkili, 3. Qüdrət Həsənquliyev, millət vəkili, BAXCP sədri, 4. Yunus Oğuz, “Olaylar” qəzetinin baş redaktoru, 5. Abutalıb Səmədov, “Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, 6. Qulamhüseyn Əlibəyli, sabiq millət vəkili, 6. Ərəstun Oruclu, politoloq, 8. Mətləb Mütəllimli, sabiq deputat, 9. Sarvan Kərimov, pensiyaçı, 10. Fazil Mustafa, millət vəkili, 11. Fikrət Yusifov, iqtisadçı, sabiq nazir, 12. Razi Nurullayev, millət vəkili, MCP sədri, 13. Fuad Əliyev, siyasətçi, 14. Elşad Musayev, Böyük Azərbaycan Partiyasının sədri, 15. Arzuman Əbdülkərimov, “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri, 16. Yusif Bağırzadə, sabiq millət vəkili.
2023-12-26
817,183
Millimizin sabiq futbolçusunun oğlu Mbappeni keçdi
Cari mövsüm Çempionlar Liqasının qrup mərhələsində ən çox uğurlu driblinq edən futbolçular bəlli olub. Axar.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. İlk sırada İtaliyanın "Napoli" klubunda çıxış edən gürcüstanlı Xviça Kvaratsxeliya qərarlaşıb. 22 yaşlı hücumçu 46 uğurlu driblinqlə birincidir. Fransanın PSJ komandasından Kilian Mbappe (44) ikinci, İtaliya "Milan"ından Rafael Leau (36) üçüncü olub. Qeyd edək ki, Xviça Azərbaycan milli komandasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.
2023-12-26
817,185
Ərdəbilin də qızıl bazarı bağlandı
Ərdəbil şəhərində də qızıl bazarı bağlanıb. Axar.az xəbər verir ki, bu barədə yerli mənbələr məluamt yayıb. Bildirilib ki, bu vasitə ilə qızıl alverçiləri və mağaza yiyələri hökumətin cari büdcə ilində qızıl alış-verişi üçün 25 faiz vergi təyin etməsinə etiraz edirlər. Qeyd edək ki, dekabrın 24-dən Həmədan, Təbriz, İsfahan və başqa bir neçə şəhərin qızıl mağazaları tətil aksiyası keçirir.
2023-12-26
817,189
İran hədələdi, İsrail ordusu hazırlığa başladı
Dekabrın 25-i İsrailin Suriyaya hava hücumu nəticəsində SEPAH generalı Rza Musəvinin öldürülməsindən və İran hökumətinin təhdidlərindən sonra İsrail ordusu ehtiyat tədbirləri görüb. Axar.az xəbər verir ki, bu barədə ABŞ mediası İsraildəki mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, İsrail ordusu İranın Suriya və Livandan ehtimal edilən raket hücumlarına görə hazır vəziyyətə gətirilib.
2023-12-26
817,190
Qarabağa getmək istəyənlərin nəzərinə!
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə 2024-cü ilin yanvar ayı üçün biletlər 28 dekabr saat 11:00-da satışa çıxarılacaq. Axar.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Təhlükəsizliyin təmin olunması, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib. Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil. Sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 664 reys həyata keçirilib, 27 229 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.
2023-12-26
817,191
Piterdə mümkün üçtərəfli görüş: ən mükəmməl variant… - Video
Prezident Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Sankt-Peterburqa səfər edib. Bu, Rusiyaya üçtərəfli görüşün keçirilməsi fürsəti verir. Hətta üçtərəfli formatda görüş rəsmi şəkildə baş tutmasa belə, Putinin Əliyev və Paşinyanla sülh sazişi üzərində müəyyən müzakirələr aparacağı mümkündür. Lakin Rusiyanın hazırda tərəflərlə nəyi müzakirə edə biləcəyi sual altındadır. Moskvanın sülh sazişində vasitəçiliyini şərtləndirəcək iki məsələ mövcuddur: - sərhədin delimitasiyası: Sovet xəritələri Rusiya Baş Qərargahındadır; - kommunikasiyanın açılması: Azərbaycanın bununla bağlı istəyi və rusların “istinad nöqtəsi” 10 noyabr bəyanatıdır. Hərçənd, hər iki məsələ üzərində artıq kifayət qədər korrektlər edilib: ikitərəfli formatın önə çıxması fonunda Bakı və İrəvan delimitasiyanı sonraya saxlamaq haqda müzakirə aparır; 10 noyabr bəyanatı de-fakto qüvvədən düşüb və Bakı Naxçıvana “maneəsiz çıxış” məsələsində “Azərbaycandan Azərbaycana prinsipini” irəli sürür. Bu baxımdan, Putinin Əliyev və Paşinyanla sülh sazişi üzərində müzakirə aparacaq konkret məsələsinin qalmadığı görünür. Lakin Putinin tərəflər arasında “hakim” rolunu yenidən ön plana çıxarmaq fürsətindən istifadə etməyə çalışacağı da aydındır. Və əsas müzakirəni kommunikasiyanın açılması, açılacaq yollarda Rusiyanın iştirakçılığını təmin etmək üzərində qura biləcəyi ehtimalı var. Sankt-Peterburqda üçtərəfli formatda rəsmi, yaxud qeyri-rəsmi təmaslar olarsa, bu, sülh sazişi üzərində hansısa irəliləyişin əldə edilməsi yox, Rusiyanın Qərb qarşısında “bir addım” önə çıxması ola bilər, xüsusilə Qərb platformasında görüşə nail ola bilmədikləri təqdirdə, Moskvanın bunu etməsi fonunda. İstisna deyil ki, Peterburqda mükün görüş Qərbi üçtərəfli təmasların təşkili istiqamətində hərəkətləndirəcək. Lakin bu mübarizədə ən mümkün həll yolu Bakının irəli sürdüyü variant ola bilər: Əliyev ikitərəfli formatın üzərində dayanmaqla Qərbə Rusiya vasitəçiliyinin önə çıxamayacağını göstərdi və müəyyən qədər də olsa, razılaşdırdı, eyni yanaşma ilə - Qərb platformasına getməməklə Moskvanın da Bakı-İrəvan sülh danışıqlarına aktiv müdaxiləsinin qarşısını ala bilər.
2023-12-26
817,193
AB missiyası Zodda növbəti patrul keçirdi
Ermənistan-Azərbaycan sərhədinə bitişik Sotkda (Zod) AB müşahidəçiləri təhlükəsizlik vəziyyətini izləmək üçün patrul xidməti həyata keçiriblər. Axar.az xəbər verir ki, bu barədə AB-nin Ermənistanda yerləşən mülki müşahidəçilərinin yaydığı məlumatda deyilir. “Patrul xidmətinin məqsədi təhlükəsizlik vəziyyətini izləmək və hesabat hazırlamaq, habelə münaqişənin təsirinə məruz qalan ərazilərdə insanların təhlükəsizliyinin təmin edilməsi prosesinə töhfə verməkdir”, - məlumatda deyilir.
2023-12-26
817,197
Şahin Bağırov vətəndaşları qəbul etdi
Bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib. Axar.az əbər verir ki, komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Masallı və Yardımlı rayon sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub. Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
2023-12-26
817,199
Qaz sayğacları nə vaxt sıfırlanacaq? - Video
Qazdan istifadə ilə bağlı limitlərin yenilənməsi və digər məqamlarla bağlı SOCAR-ın Azəriqaz İB-nin şöbə rəisi Eldəniz Vəliyev açıqlama verib. Axar.az xəbər verir ki, E.Vəliyev smart kart tipli sayğacların 31 dekabrdan 1 yanvara keçən gecə saat 00:00-dan etibarən avtomatik olaraq yenilənəcəyini bildirib. O qeyd edib ki, mexaniki sayğaclardan istifadə edən abonentlərdə isə yenilənmə 5-6 yanvardan etibarən reallaşacaq: “Ümumilikdə narahatlıq üçün əsas yoxdur. Çünki abonentlər üçün 365 günün tamlığı qorunur”.
2023-12-26
817,200
Prezidentliyə namizəd olan 65 yaşlı subay kimdir?
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərində namizədlərin sayının 16-ya yaxınlaşmasının özü artıq şok sayıla bilər. Azərbaycanın prezident seçkisi tarixində belə aktivliyi xatırlamıram – hətta 2003-cü ildə də seçki yarışında bu qədər istəkli olmayıb. Qəribədir: Qarabağı tam azad edən, Xankəndidə parad keçirən Prezident İlham Əliyevin reytinqinin az qala 99 faizə qalxdığı bir vaxtda bu cəsarətdə bulunanlar kimlərdir? “Əliyevin rəqibi olmuş” statusuna iddia edənlərin bəzilərinin tərcümeyi-halına baxanda isə ikinci şok yaşadım – daha doğrusu, namizəd olacağını ictimai şəkildə elan edən Sarvan Kərimova. Onun imza toplayıb-toplamayacağı və qeydiyyata alınıb-alınmayacağı, ümumiyyətlə, namizədliyinin təsdiqlənib-təsdiqlənməyəcəyi ayrı məsələdir. Əsas odur ki, 2024-cü il seçkilərinə qatılmaq istəyən şəxsin özünün öz əliylə yazdığı tərcümeyi-halda, az qala, 2024 səhv var. Məsələn, sitat: “1992÷93 - cü illərdə də könüllü özünü müdadiə batalonunların birində Qarabağda Vətənimizin müdafiəsində zabit kimi iştirak etmişəm. (Bildiyiniz kimi o vaxtlar indikilərin bir çoxları Moskvada kurtka alveri edirdilər)”. Bu avtobioqrafiyanı yazan şəxsin “fərdi elmi yaradıcılıqla” məşğul olduğunu bildirməsi də bir ayrı aləmdir. Dosyedən seçmələr: - 65 yaşlı namizədimiz subaydır; - 280 manat minimum əmək pensiyası alır; - Aldığı əlavə 80 manat veteran pulunun 60 manatını da kommunal xidmətlərə və nəqliyyata xərcləyir; - hazırda müstəqil şəkildə elmi fəaliyyətlə məşğuldur və təkcə Azərbaycanı deyil, bəşəriyyəti bir sıra təhlükələrdən xilas edəcək… “Fərdi alim”in bu cür mükəmməl tərcümeyi-halında çatışmayan cəhətlər də var: prezidentliyə namizəd olacağını iddia edən Sarvan baba başını hansı firmadan olan şampunla yuyur, sevdiyi dondurma hansıdır, 2024-cü ildə Şaxta Babadan nə istəyir?..
2023-12-26
817,205
Kolleclərin müstəqil statusu ləğv olunacaq - Ekspert
Kolleclərin böyük əksəriyyəti müasir dövrün çağırışlarına cavab vermir və maddi texniki bazaları zəifdir, əmək bazarı ilə ayaqlaşmır. Axar.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib. “Ölkəmizdə hazırda 55 orta ixtisas təhsili müəssisəsi - kollec var. Burada 62.423 subbakalavr - tələbə təsil alır. Onların mütəxəssis kimi yetişməsilə 6078 müəllim məşğul olur”, - Əsədov bildirib. Onun sözlərinə görə, təhsilin əlçatanlılığı üçün müəssisələrin təhsil haqqının az olması vacibdir: “Cəmiyyətin kollec ilə bağlı düşüncəsi və yanaşması müxtəlifdir. Bəziləri elə düşünür ki, kolleclər lazım deyil və bilik, bacarıqları zəif olanlar burada təhsil alır. Bir məqamı qeyd edim ki, müzakirə olunan Təhsil haqqında qanun qəbul olunandan sonra kolleclərin bir pillə olaraq mövcudluğu sual altına düşəcək və kolleclərin ləğv olunacağını da demək olar. Belə ki, onlar universitetlərin daxilində bir pillə kimi olacaqlar”.
2023-12-26
817,208
Güclü külək əsəcək, yağış yağacaq - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında dekabrın 27-si axşamdan 28-i gündüzədək qısa müddətə qərb, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, səhər yarımadanın bəzi yerlərində arabir 28-32 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, dekabrın 28-i axşamdan 29-u səhərədək yarımadanın bəzi yerlərində fasilələrlə yağıntı olacağı ehtimalı var. Azərbaycanın rayonlarında dekabrın 27-si axşamdan 28-i axşamadək bəzi yerlərdə qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 28-də ayrı-ayrı yerlərdə arabir 28-32 m/s-dək güclənəcəyi gözlənilir. Dekabrın 28-i səhərdən 29-u səhərədək isə qısamüddətə əsasən şimal və şərq rayonlarında arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənir. Ayrı-ayrı yerlərdə (Balakən-Şəki,Quba-Qusar, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var.
2023-12-26
817,209
Daha 8 şəxsin prezidentliyə namizədliyi təsdiqləndi
Mərkəzi Seçki Komissiyası (MSK) daha 8 şəxsin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. Axar.az xəbər verir ki, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib. Müzakirələrdən sonra namizədliyi özü tərəfindən irəli sürülən Sarvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Bununla da prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 15-ə çatıb. Xatırladaq ki, MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. Daha sonra MSK-nın dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunub. Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
2023-12-26
817,213
İranla sərhəddə 64 kq narkotik aşkarlandı
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirməyə cəhd edən şəxslər saxlanılıb. Bu barədə Axar.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Dekabrın 24-də saat 23:50-də Yardımlı rayonunun Ostayır kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 4 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində hərəkəti müşahidə edilib. Sərhəd zastavası dərhal “Silaha” komandasına qaldırılıb, xidməti ərazi qapadılıb və axtarış tədbirləri həyata keçirilərək hüquq mühafizə orqanlarına məlumat verilib. Sərhəd naryadının sayığlığı və peşəkarlığı nəticəsində hadisə yerindən uzaqlaşmağa cəhd edən sərhəd pozucularından biri Yardımlı rayon Ostayır kənd sakini − Xalid Teyyub oğlu Rəhimov saxlanılıb. Əraziyə keçirilən baxış zamanı ümumi çəkisi 64 kiloqram 332 qram narkotik vasitə (64 kiloqram 300 qram marixuana, 32 qram tiryək) və 100 ədəd psixotrop tərkibli "Dimenhydrinate 50 mg - Jalinous" həbləri aşkar edilərək götürülüb. Ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək hadisə yerindən uzaqlaşmağa nail olan cinayətkar dəstənin digər üzvlərinin şəxsiyyətləri müəyyənləşdirilərək dekabrın 25-də Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə həyata keçirilmiş təxirəsalınmaz sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 00:35-də Yardımlı rayon sakinləri - Saiq Teyyub oğlu Rəhimov və Cavid Əliisa oğlu Cabbarov, saat 10:30-da isə axtarışı davam edən digər qaçaqmalçı Qasımov Nurlan Fitat oğlu saxlanılıb.
2023-12-26
817,215
8 namizədin səlahiyyətli nümayəndələri qeydə alındı
Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən daha 8 şəxsin səlahiyyətli nümayəndələrini qeydə alıb. Axar.az xəbər verir ki, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib. Müzakirələrdən sonra prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin səlahiyyətli nümayəndələri qeydə alınıb. Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
2023-12-26
817,216
Şoyqu “Novoçerkassk”la bağlı Putinə məruzə etdi
Müdafiə naziri Sergey Şoyqu Vladimir Putinə Ukrayna Silahlı Qüvvələrinin Feodosiyaya hücumu və böyük desant gəmisi “Novoçerkassk”a dəyən ziyan barədə məruzə edib. Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. Peskov əlavə məlumat verməyib. Qeyd edək ki, bu gün Rusiyanın Qara dəniz Donanmasına məxsus “Novoçerkassk” böyük desant gəmisi Ukrayna HHQ-si tərəfindən vurulub.
2023-12-26
817,222
Ermənistanın Rusiyaya yolu 3 gündür bağlıdır
Ermənistandan Rusiyaya gedən yeganə quru yol – Yuxarı Lars üçüncü gündür ki, bütün nəqliyyat növləri üçün bağlanıb. Axar.az xəbər verir ki, bu barədə Gürcüstanda yaşayan rusiyalı fəal Nikolay Leşvitsanın Teleqram kanalında məlumat verilib. Məlumatda qeyd olunub ki, keçid məntəqəsinin bağlı qalmasına davam edən güclü qar səbəb olub. Məntəqənin açılmasının dəqiq vaxtı hələlik məlum deyil. Kanalın məlumatına görə, hazırda keçid məntəqəsində mindən çox avtomobil gözləyir.
2023-12-26
817,223
ÜST-dən qlobal qızılca təhlükəsi ilə bağlı xəbərdarlıq
Uşaqların peyvənd olunmayacağı təqdirdə qlobal qızılca təhlükəsi qalmağda davam edəcək. Axar.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib. Məlumata görə, COVİD-19 pandemiyası ilə əlaqədar dünya ölkələrində qızılcaya qarşı peyvəndlənmənin əhatə dairəsi azalıb. Qeyd olunub ki, bu tendensiyanın nəticəsi olaraq 2022-ci ildə qızılcaya yoluxma halları 2021-ci illə müqayisədə qlobal miqyasda 18%, ölüm halları isə 43% artıb: "ÜST və ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) yeni hesablamasına görə, bu vəziyyət çoxluq uşaqlar təşkil etməklə təxmin edilən qızılcaya yoluxma hallarının 9 milyona, ölüm hallarının isə 136 000-ə çatması deməkdir. Qızılcaya yoluxma halları peyvəndlənmənin əhatə dairəsinin zəif olunduğu bütün ölkələr və icmalar üçün risk yaradır. Qızılcaya yoluxma hallarının geniş yayılmasının qarşısının alınmasında peyvəndin rolu əvəzsizdir. Təkcə 2000-ci ildən 2022-ci ilə qədər qızılcaya qarşı peyvənd qlobal miqyasda 57 milyon insanın bu xəstəlikdən həyatını itirməsinin qarşısını alıb". Qeyd edək ki, qızılca peyvəndi immunizasiya proqramlarının əsas komponentlərindən biridir. Qızılcaya qarşı peyvəndlənmə əhatəsinin 95%-dən aşağı olduğu ölkələrdə xəstəliyin geniş yayılma riski meydana çıxır. Cari dövrdə qızılca əhalinin sağlamlığı üçün ciddi təhlükə yaratmaqda davam edir. 2022-ci ilin noyabrından 2023-cü ilin oktyabr ayına qədərki dövrdə ÜST-nin Avropa region ölkələrində 30 000-dən çox qızılcaya yoluxma halı qeydə alınıb. ÜST bütün ölkələri qızılca və digər xəstəliklərə qarşı hər bir uşağın peyvənd olunması istiqamətində səyləri artırmağa çağırır. Bundan əlavə, epidemiyaların qarşısının alınmasına kömək etmək üçün qlobal, regional, milli və yerli səviyyələrdə bütün səhiyyə tərəfdaşları güclü nəzarət sistemləri tətbiq etməklə epidemiyaya cavab tədbirlərinin gücləndirilməsinə çalışmalıdır.
2023-12-26
817,225
İran səfiri İrəvanda məktəbdə görüş keçirdi
İranın Ermənistandakı səfiri Mehdi Sübhani və səfirliyin mədəniyyət müşaviri Məhəmməd Əsədi Müvəhhid İrəvanda 200 nömrəli məktəbdə görüş keçiriblər. Axar.az xəbər verir ki, bu barədə “Araks” erməni nəşri məlumat yayıb. İranlı nümayəndələr məktəbdə fars dili öyrənən şagirdlərlə görüşüb, məktəb rəhbərliyi ilə məsləhətləşmələr aparıblar. İran səfiri 1600 şagirdin oxuduğu, 750 şagirdin fars dili öyrəndiyi məktəbin problemlərinin həllinə yardım edəcəklərini deyib. Qeyd edək ki, İranla Ermənistan arasında güclənən hərtərəfli münasibətlər fonunda Ermənistanda fars dilinin tədrisi genişləndirilir.
2023-12-26
817,227
ABB-dən Yeni ilə özəl endirimli kreditlər!
ABB Yeni ilə özəl olaraq “Xoş-beş” nağd kredit kampaniyasına başlayıb. Kampaniya çərçivəsində müştərilər ABB-dən nağd kredit alarkən illik faiz dərəcəsində müxtəlif güzəştlər qazanacaqlar. Belə ki, ABB - dən ilk dəfə kredit alan, yaxud son 90 gün ərzində ABB-də aktiv və bağlı krediti olmayan müştərilərə illik faiz dərəcəsində 3% güzəşt ediləcək. Digər banklardakı aktiv kreditini bağlayan müştərilər isə əlavə 2%-dək güzəşt əldə edəcəklər. Beləliklə, rəsmi gəliri olan, əmək haqqını istənilən bankın kartı ilə alan müştərilər bu gözəl fürsətdən yararlanaraq 5%-dək güzəşt əldə etmək imkanına sahib olacaqlar. Kreditin şərtləri: Məbləğ - 40 000 manatadək Müddət - 60 ayadək Komissiya - 0% Sığorta haqqı - 0% İllik faiz dərəcəsi – 10.9%-dən başlayaraq Kampaniya 15 yanvar 2024-cü il tarixinə qədər davam edəcək. Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB mobile tətbiqindən, bankın saytından, ABB-nin istənilən filialından almaq mümkündür. Müştəri Bankın saytı vasitəsilə əvvəlcədən Randevu götürərək filiallarda krediti növbə gözləmədən əldə edə bilər. Filialda kredit əldə edərkən, müştəriyə TamKart kredit kartı da hədiyyə edilir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.
2023-12-26
817,231
FHN Qarabağı minalardan belə təmizləyir - Foto
Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi işğaldan azad olunmuş ərazilərimizin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını sürətlə davam etdirir. Axar.az xəbər verir ki, Vətən müharibəsi bitdikdən sonra ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarına müvafiq qurumların əməkdaşları ilə yanaşı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi də cəlb olunub. Əməliyyatlar təyin olunmuş istiqamətlər üzrə, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparılır. Əməkdaşlar ən müasir avadanlıqlarla təchiz olunub və bu sahədə beynəlxalq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər. Bundan əlavə, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Nazirlik tərəfindən alınan “GCS-200” markalı, kənardan idarə edilən müasir minatəmizləyən robotlar işğaldan azad edilmiş ərazilərin piyada və tank əleyhinə minalardan təmizlənməsi işlərində istifadə olunur. Robotlar məsafədən idarəetmə pultuna malikdir. Robotlar iki kovuşdan ibarətdir - biri yumşaq torpaq səthini minalardan təmizləmək üçün, digəri isə daşlıq əraziləri minalardan təmizləmək üçün istifadə olunur. Bir robotu idarə etmək üçün bir mexanik və iki operator olur. Robotun arxa hissəsində özünü dartma xüsusiyyəti var və robot 10 kiloqram tratil ekvivalenti gücündə partlayışa dözümlüdür. Yəni, bu tip partlayış zamanı yalnız robotun qarşısındakı hissə zədələnə bilər, digər hissələr heç bir zədə görmür. Prosesə istehkamçılarla bərabər xüsusi təlim keçmiş itlər də qoşulub. Ərazilərin mina və partlamamış hərbi sursatlarla çirklənmə miqyası həddindən artıq geniş olduğu üçün minaaxtaran itlərdən istifadə olunur. Bu itlər çox sayda minaları və partlayıcı maddələri aşkarlama qabiliyyətinə malikdir. Hazırda minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir.
2023-12-26
817,233
Putinlə Paşinyanın bu görüntüsü gündəm oldu - Video
Sankt-Peterburqda olan MDB dövlət başçıları Pavlovsk qoruq muzeyini ziyarət edib. Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu ziyarət zamanı Putinin Nikol Paşinyanla nələrisə müzakirə etdiyi görünür. Yayılan videodan görünür ki, Putinlə Paşinyan qızğın müzakirə aparır. Lakin onların siyasi məsələləri, yoxsa muzeylə bağlı danışdıqları bəlli deyil. Nikol Paşinyanın antirusiya siyasəti fonunda erməni Baş nazirin Sankt-Peterburqa səfəri və Putinlə təmasları diqqətlə izlənilir.
2023-12-26
817,238
"Açıq mikrafon" Türkmən kəndində quruldu
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin növbəti "Açıq mikrofon" aksiyası Bərdə rayonunun Türkmən kəndində baş tutub. Axar.az xəbər verir ki, aksiyaya B.Hacıyev küçəsindən üz tutan sakinlər yeni salınmış yaşayış massivinə küçə qaz xətlərinin çəkilməsini xahiş ediblər. Sahil Qurbanovun müraciəti qaz sızması, Səfa Qasımovun müraciəti isə fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı olub. Görüşə üz tutan hər bir vətəndaşın müraciəti fərdi olaraq dinlənilib, sakinlərə ətraflı izahatlar verilib.
2023-12-26
817,239
671-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı
Rusiya müharibənin 671-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 560 təyyarəsi, 261 helikopteri, 10 104 PUA-sı, 442 zenit-raket kompleksi, 14 334 tank və digər zirehli texnikası, 1 189 reaktiv yaylım atəş sistemi, 7 509 artilleriya və minaatanı, 16 738 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
2023-12-26
817,241
Əli Əsədov qərar imzaladı
Nazirlər Kabineti 31 may 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qərarına dəyişiklik edib. Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Pirsaat qəsəbəsi ərazisində yerləşən dövlət ehtiyat fondu torpaqları kateqoriyasına aid 300,77 hektar torpaq sahəsi günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib. Energetika Nazirliyinə “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”nın tələblərinə uyğun olaraq elektrik enerjisi istehsalçısının seçilməsi tapşırılıb. Bu Qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib
2023-12-26
817,243
Sergey Narışkin İlham Əliyevi təbrik etdi
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Axar.az xəbər verir ki, təbrik məktubunun mətnini təqdim edir: "Hörmətli İlham Heydər oğlu. Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə təbrik edirəm. Sizə ali dövləti vəzifənizdə bundan sonra da aktiv və səmərəli fəaliyyət, möhkəm cansağlığı, səadət, firavanlıq, dostlarınızın səmimiyyətini və diqqətini, əzizlərinizin və yaxınlarınızın sevgisini arzulayıram. Bu xoş fürsətdən istifadə edərək, Sizə Rusiyanın və Azərbaycanın xüsusi xidmətləri arasında ölkələrimizin təhlükəsizliyinə təhdidlərə qarşı layiqli və etibarlı təminatın yaradılmasına, regionda sülhün və sabitliyin qorunmasına istiqamətlənən kəşfiyyat xətti üzrə qarşılıqlı fəaliyyətə göstərdiyiniz daimi diqqət və dəstəyə görə minnətdarlığımı bildirirəm".
2023-12-26
817,245
Polisə atdığı daş qonşunun başına düşərək, onu öldürdü
Bu ilin aprel ayında Sabirabadda polislərə daş atarkən ehtiyatsızlıqdan həmkəndlisini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başa çatıb. Axar.az Publik.az-a istinadən xəbər verir ki, Sabirabad Rayon Məhkəməsində keçirilən prosesdə 49 yaşlı Ehtiram Tarverdiyevə hökm oxunub. Məhkəmədə bildirilib ki, Ehtiram Tarverdiyev hadisədən əvvəl qanunsuz ovçuluq etdiyi üçün ETSN əməkdaşları tərəfindən cərimələnib. Daha sonra polis əməkdaşları cəriməni ödətdirmək məqsədilə onun yaşadığı kəndə gəlib. Bu zaman sərxoş halda olan Ehtiram müqavimət göstərib. Onun ailə üzvləri və qonşular gələrək sakitləşdirməyə çalışıblar. E.Tarverdiyev yerdən götürdüyü daşı polisə atarkən daş qonşuluqda yaşayan Qələm Balakişiyevanın baş nahiyəsinə dəyib. Qadın ağır vəziyyətdə Şirvan şəhər Xəstəxanasına çatdırılsa da, vəfat edib. Ehtiram Tarverdiyevə Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə), 221.3 (silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilən xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələri ilə yekun ittiham elan edilib. Məhkəmənin hökmü ilə ona 4 il 2 ay müddətinə həbs cəzası təyin edilib.
2023-12-26
817,246
Oman sahillərində güclü zəlzələ baş verdi
Oman sahillərində 4,9 maqnitudada zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri 163 min insanın yaşadığı Salala şəhərindən 295 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə olub.
2023-12-26
817,247
Sankt-Peterburqda Yekaterina Sarayı ilə tanışlıq...
18:13 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edən digər ölkələrin rəhbərləri dekabrın 26-da Sankt-Peterburqda “Yekaterina sarayı” ("Екатерининский дворец") ilə tanış olublar. Axar.az xəbər verir ki, XVIII əsr memarlığının şah əsəri sayılan “Yekaterina sarayı”nın inşası 1744-1756-cı illəri əhatə edib. 1918-ci ildə “Yekaterina saray-park ansamblı” muzeyə çevrilib. İkinci Dünya müharibəsi illərində faşist istilası zamanı bu tarixi abidə dağıdılaraq talan edilib, muzey kolleksiyasının əhəmiyyətli hissəsi itirilib, dağıntılar və talan nəticəsində abidəyə ciddi ziyan dəyib. “Yekaterina sarayı”nın bərpası 1957-ci ildən bəri davam edir.
2023-12-26
817,248
Namizədlər üçün ödənişsiz efir vaxtı ayrılacaq
Növbədənkənar Prezident seçkilərində namizədliyi qeydə alınan şəxslərə seçkiqabağı təşviqat aparmaq məqsədilə bir sıra media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq. Bu barədə Axar.az-a Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. Həmin media subyektləri aşağıdakılardır: - İctimai Televiziya və Radio Yayımları Şirkəti; - “Azərbaycan” qəzeti; - “Xalq qəzeti”; - “Respublika” qəzeti; - "Bakinski raboçi” qəzeti. Yuxarıda göstərilən qurumlar, o cümlədən digər televiziya və radio yayımçıları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə MSK-ya müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.
2023-12-26
817,250
YAP imza vərəqələrini MSK-ya təqdim etdi
Yeni Azərbaycan Partiyası (YAP) 50 min seçici imzasının olduğu imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib. Axar.az xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının rəsmi Feysbuk və X hesablarında məlumat yayılıb. Bildirilib ki, Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində Azərbaycan Respublikası Prezidentliyinə irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin müdafiəsi üçün topladığı 50 min seçici imzasının olduğu imza vərəqələrini Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tələb olunan digər sənədlərlə birlikdə dekabrın 26-da Mərkəzi Seçki Komissiyasına təqdim edib. “Bu prosesin qısa müddət ərzində və mütəşəkkil surətdə həyata keçirilməsində zəhməti olan bütün siyasi həmfikirlərimizə təşəkkürümüzü bildirir və fürsətdən istifadə edərək partiya üzvlərimizi, bütün Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, doğma Azərbaycanımıza isə sülh və tərəqqi, Azərbaycan Respublikası Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da yeni-yeni qələbə və Zəfərlər arzu edirik”, - deyə partiyanın məlumatında bildirilib.
2023-12-26
817,251
Azərbaycanda Televiziya və Radio Şurası ləğv edildi
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov dekabrın 26-da Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasının ləğv edilməsi barədə sərəncam imzalayıb. Axar.az Report-a istinadən xəbər verir ki, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş qurumun ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin edəcək, həmçinin bu Sərəncamdan irəli gələn digər məsələləri həll edəcək. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti iki ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edəcək. Qurum həmçinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını təmin edib Naxçıvan Ali Məclisinə məlumat verəcək. A.İbrahimovun digər bir sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs ləğv edilib.
2023-12-26
817,253
26 min ədəd saxta aksiz markası satdılar - Cinayət işi açıldı
Saxta aksiz markalarının dövriyyəsi ilə məşğul olan şəxslərin qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Baş Prokurorluq və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən birgə həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Axar.az xəbər verir ki, bu barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti birgə məlumatı yayıb. Qeyd olunub ki, aparılmış əməliyyat-istintaq tədbirləri ilə Cəfər Cəfərovun qabaqcadan əlbir olduğu Səxavət Məmmədovla Azərbaycan Respublikasında istehsalı nəzərdə tutulmuş alkoqollu içkilərin 26 min ədəd saxta aksiz markalarını digər şəxslərə satmaqla qanunsuz olaraq saxta aksiz markalarının dövriyyəsini həyata keçirmələrinə əsaslı şübhələr müəyyənləşdirilib. İş üzrə toplanmış ilkin sübutlar əsasında Cəfər Cəfərov və Səxavət Məmmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1-ci (Saxta aksiz markalarının dövriyyəsi) maddəsi ilə ittiham elan edilməklə barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
2023-12-26
817,255
Mina qurbanlarının sayı 341 nəfərə çatdı - XİN
Azərbaycana qarşı mina təhlükələrinin aradan qaldırılması beynəlxalq prioritet olmalıdır! Axar.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi X hesabında paylaşımında bildirib. "Ermənistanın yerləşdirdiyi minanın daha bir qurbanı. 2020-ci il müharibəsinin bitməsindən indiyədək qurbanların ümumi sayı 341 nəfərə çatıb, onlardan 65-i həlak olub (50-si mülki şəxs, 15-i hərbçi). Azərbaycana qarşı mina təhlükələrinin aradan qaldırılması beynəlxalq prioritet olmalıdır!", - paylaşımda deyilir. Qeyd edək ki, bugün Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Zaur Eldar oğlu Mahmudov mina partlaması nəticəsində xəsarət alıb.
2023-12-26
817,256
MDB dövlət başçıları Peterqof Sarayı ilə tanış oldular
18:54 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edən digər ölkələrin rəhbərləri dekabrın 26-da Sankt-Peterburqda “Böyük Peterqof Sarayı” ("Большой петергофский дворец") ilə tanış olublar. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
2023-12-26
817,258
Bakı sülhün əldə olunması üçün addımlar atır - Simonyan
Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olmasına töhfə verən addımlar atır, İrəvanla Bakı arasında razılaşma mümkündür. Axar.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə bildirib. "Sülh heç vaxt bu qədər yaxın olmayıb. Biz sülh prosesini irəli aparırıq. Azərbaycan tərəfinin də oxşar yanaşması var. Onlar bu istiqamətdə addımlar atır", - o qeyd edib. Spiker əlavə edib ki, Ermənistan və Azərbaycan arasında qarşıdan gələn sülh sazişinin əsas prinsipləri artıq razılaşdırılıb: “Bəzi suallar qalır, amma düşünürəm ki, biz bunu danışıqlar yolu ilə həll edə bilərik”.
2023-12-26
817,261
Prokurorluqdan dəm qazı ilə bağlı əhaliyə xəbərdarlıq
Baş Prokurorluq dəm qazı təhlükəsindən qorunmaq üçün əhaliyə müraciət edib. Axar.az xəbər verir ki, müraciətdə deyilir: - 1 kub.m təbii qazın yanması üçün 2 kub.m oksigen və ya 10 kub.m hava tələb olunur. Vanna otağına daima təmiz hava daxil olmalıdır ki, oradakı oksigen yanaraq bitməsin və dəm qazı yaranmasın. - Yanma prosesində hava çatışmadıqda qazın natamam yanması baş verir və nəticədə kəskin zəhərləyici xassəyə malik dəm qazı əmələ gəlir. - Dəm qazının əmələ gəlməsinin qarşısını almaq üçün yanma məhsulları olan otaqlarda tez-tez havanın dəyişdirilməsi, qızdırıcıların hava sovurucu borularının yaxşı işləməsinə nəzarət etmək lazımdır. - Qapalı mühitdə qaz yandırılarkən mütləq nəfəsliklər açıq olmalıdır. - Dəm qazı ilə yüngül zəhərlənmə zamanı insanda başgicəllənmə, baş ağrısı, quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxır. - Daha ağır zəhərlənmə isə qıcolmalar, huşun uzun müddət itirilməsi, beyin ödemi, ürəyin zədələnməsi baş verir.
2023-12-26
817,265
ANAMA əməkdaşı Gəncə xəstəxanasına yerləşdirildi
İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində yaralanan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Zaur Eldar oğlun Mahmudovun vəziyyəti qənaətbəxşdir. Ağdam Rayon Mərkəzi Xəstəxanasından Axar.az-a bildirilib ki, xəsarət alan şəxsə bütün zəruri ilkin tibbi dəstək göstərilib və Gəncə klinik xəstəxanasına təxliyə olunub. Qeyd edək ki, işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində dekabrın 26-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Zaur Mahmudov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
2023-12-26
817,267
Bakı və İrəvan sülh sazişi imzalamağa hazırdır - Peskov
Bakı və İrəvan sülh müqaviləsini yekunlaşdırmağa hazırdır. Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. "Onlar müharibə edən tərəflər deyil. Onlar vahid sənəd əldə etməyə, sülh danışıqlarını yekunlaşdırmağa, sülh müqaviləsinə nail olmağa tam hazır olduqlarını bildirirlər. Burada heç bir risk yoxdur", - Kreml nümayəndəsi suala cavabında bildirib.
2023-12-26
817,270
İlkin Süleymanovun növbəti məhkəməsi keçirildi
Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlində ittiham olunan İlkin Süleymanovun apellyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib. Axar.az-ın Report-a istinadən məlumatına görə, məhkəmədə İlkin Süleymanovun vəkilləri çıxış edərək, İlkin Süleymanova oxunan hökmün qərəzli olduğunu, bir daha həmin hökmün dəyişdirilməsini istəyiblər. Növbəti məhkəmə prosesi yanvarın 16-na təyin olunub. Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub. İlkin Süleymanov məhkəmənin qərarı ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.
2023-12-26
817,271
Bayramov iranlı həmkarı ilə danışdı
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd edilib ki, telefon danışığı zamanı Azərbaycan və İran arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Telefon danışığında həmçinin qarşılıqlı maraq doğuran regional əməkdaşlıq məsələləri müzakirə olunub.
2023-12-26
817,273
TBMM İsveçin NATO-ya üzvlük protokolunu qəbul etdi
Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyası İsveçin NATO-ya üzvlük protokolunu qəbul edib. Axar.az bu barədə "TRT Haber"ə istinadən xəbər verir. Məlumata görə, İsveçin NATO-ya daxil olma protokolu səs çoxluğu ilə qəbul edilib. Bildirilib ki, proses tam başa çatmayıb, son sözü TBMM-in plenar iclası deyəcək. Qeyd edək ki, Finlandiya və İsveç ötən ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət ediblər. Finlandiya bu il aprelin 4-də NATO-nun 31-ci üzvü olub. Lakin Türkiyə təsdiq etmədiyinə görə İsveçin müraciəti hələ də müsbət nəticələnməyib.
2023-12-26
817,275
Putin MDB-dən olan həmkarları ilə müzakirə apardı
Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqun mədəniyyət obyektlərinə səfər zamanı MDB ölkələrindən olan həmkarları ilə ikitərəfli və beynəlxalq məsələləri fəal müzakirə edib. Axar.az xəbər verir ki, bu barədə V.Putin Konstantinovski sarayında MDB-nin qeyri-rəsmi sammitini açarkən bildirib. “Zaldan zala keçərkən hər biriniz, o cümlədən də mən ikitərəfli və çoxtərəfli formatda cari məsələlər barədə ətraflı söhbət etdik, beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi apardıq”, - o deyib. Xatırladaq ki, gün ərzində Rusiya Prezidenti və MDB ölkələrindən olan həmkarları Sankt-Peterburqun yaxınlığında yerləşən bir neçə park və saray kompleksinə baş çəkib. “Ümumiyyətlə deyə bilərik ki, biz gün ərzində bir-birimizlə çox məhsuldar ünsiyyətdə oluruq”, - V.Putin bildirib. O, həmçinin əlavə edib ki, başa çatmaqda olan il MDB üçün son dərəcə aktiv və hadisələrlə zəngin olub.
2023-12-26
817,276
İsrail səfirliyi yaxınlığında partlayış baş verdi
Hindistanın paytaxtı Yeni Dehlidə İsrail səfirliyi yaxınlığında partlayış baş verib. Axar.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb. Partlayış nəticəsində səfirlik əməkdaşlarından xəsarət alanın olmadığı bildirilib. İsrail tərəfi insidentin araşdırılmasında hindistanlı həmkarları ilə əməkdaşlıq edir.
2023-12-26
817,277
Masazırda mənzildən meyit tapıldı
Abşeronda mənzildən meyit tapılıb. Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Abşeron rayonunun Masazır qəsəbəsində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
2023-12-26
817,279
Müharibə uzun müddət davam edəcək - İsrail
Qəzzada müharibə uzun aylar davam edəcək. Axar.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi deyib. “Bu müharibənin mürəkkəb hədəfləri var, mürəkkəb ərazidə aparılır. Ona görə də müharibə uzun aylar davam edəcək. Biz indi səylərimizi Qəzza zolağının cənubunda, o cümlədən Xan Yunisdə cəmləşdiririk”, - deyə Halevi bildirib.
2023-12-26
817,280
Hikmət Hacıyev mina partlayışından yazdı
Azərbaycanda mina qurbanlarının sayı artmaqda davam edir. Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin X sosial şəbəkəsindəki səhifəsindəki paylaşımda qeyd edib. Prezidentin köməkçisi bu gün işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində baş verən mina partlayışına diqqət çəkib. Paylaşımda mina qurbanlarının statistikasını əks etdirən infoqrafika da verilib. İnfoqrafikada qeyd olunub ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanın 341 vətəndaşı mina qurbanı olub. Göstərilən müddət ərzində mina partlamalarından 65 nəfər ölüb, 276 nəfər isə yaralanıb. 2020-ci il noyabrın 10-dan 2023-cü il dekabrın 6-dək Azərbaycanda minalardan 50 mülki şəxs və 15 hərbçi həlak olub. Eyni zamanda 112 mülki şəxs və 164 hərbçi yaralanıb.
2023-12-26
817,282
Ay və Günəş tutulmalarının təqvimi açıqlandı
Tutulmalar zamanı Ay, Yer və Günəş fəzada demək olar ki, bir düz xətt boyunca yerləşirlər. Lakin Ayın orbit müstəvisi ekliptika müstəvisi ilə cəmi 509'-lik bucaq əmələ gətirir. Bu barədə Axar.az-a Nəsrəddin Tusi Adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bu fərqə görə biz hər ay deyil, Ay və Günəşin müəyyən konfiqurasiyasında tutulmaları müşahidə edə bilirik. Günəş tutulmasının baş verməsində Günəş və Ay diskinin görünən bucaq ölçüsünün eyni olması da mühüm rol oynayır. 2024-cü ildə iki Günəş, iki Ay tutulması olmaqla ümumilikdə dörd tutulma baş verəcək. 25 martda ilin ilk Ay tutulması baş verəcək. Bu tutulma yarımkölgəli Ay tutulmasıdır. Bu tutulma zamanı Ay tam kölgəyə keçmədiyinə görə tutulma o qədər də hiss olunmur. Yarımkölgəli Ay Tutulması Avstraliyanın şərq hissəsi, Cənubi və Şimalı Amerikada, Sakit Okean, Atlantik Okean, Arktika və Antarktida da, Avropanın qərb hissəsində müşahidə olunacaq. Bakı vaxtı ilə saat 08:53-də başlayacaq və saat 13:32-də bitəcək, tutulmanın maksimumumu saat 11:12-də olacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda yerləşdiyinə görə tutulma Azərbaycandan müşahidə olunmayacaq.
2023-12-26
817,285
MİT-dən Suriya əməliyyatı: 50 hədəf məhv edildi
Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) Suriyada terror hədəflərinə zərbələr endirib. Axar.az xəbər verir ki, Suriyanın Eyn əl-Ərəb, Qamışlı və Amudə şəhərlərində PKK-ya məxsus 50-yə yaxın təsisat məhv edilib.
2023-12-26
817,288
Əliyevin MDB liderləri ilə səmimi görüşü – Video
MDB dövlət başçılarının qeyri-rəsmi görüşünə qatılmaq üçün Sankt-Peterburqa gedən Prezident İlham Əliyevin MDB liderləri ilə görüşünü əks etdirən görüntü yayılıb. Axar.az xəbər verir ki, “RİA Novosti”nin yaydığı görüntüdə İlham Əliyevə xüsusi münasibətin göstərildiyi diqqət çəkib.
2023-12-26
817,290
KAAN-ın ilk uçuşu ertələndi
Türkiyənin KAAN döyüş təyyarəsinin ilk uçuşu bir neçə həftədən sonra baş tutacaq. Axar.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə öz mənbələrinə istinadla məlumat yayıb. Mənbələr əlavə edib ki, Türk Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən həyata keçirilən Türkiyənin ən əhəmiyyətli müdafiə layihələrindən biri olan KAAN-ın hazırlıq və sınaqları tam sürətlə davam edir. Bu günə qədər oturacaqların buraxılış sınağı, tam uzunluqda statik sınaq, statik idarəetmə səthinin sınağı, eniş qurğusunun sınağı, avionika sınağı, yanacaq sınaqları və mühərrikin işə salınması sınağı tamamlanıb. Yerüstü və taksi sınaqları başa çatdıqdan sonra KAAN-ın ilk uçuşunu cəmi bir neçə həftəyə edəcəyi gözlənilir. Qeyd edək ki, KAAN-ın bu il dekabrın 27-də havaya qalxacağı gözlənilirdi.
2023-12-26
817,295
Zalujnıdən etiraf: Bu şəhəri itirdik
Ukrayna qoşunları Marinka şəhərindən geri çəkilib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı deyib. “Qoşunlarımız şəhərdən geri çəkilib. Marinkanın ətrafında, digər yerlərdə səngər qazıblar. Marinka daha yoxdur”, - deyə Zalujnı bildirib. Qeyd edək ki, ötən gün Rusiya müdafiə naziri Sergey Şoyqu Marinkanın tamamən işğal edilməsi barədə Prezident Vladimir Putinə məlumat vermişdi.