date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2023-12-25 | 816,842 | İrəvan təsdiqlədi: Bakı təkliflər paketi göndərdi | İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı daha bir təkliflər paketi alıb. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov yerli mediaya müsahibəsində Azərbaycan tərəfindən işlənmiş təkliflər paketinin Ermənistana təqdim olunduğunu bildirib. |
2023-12-25 | 816,843 | Prezident Elbay Qasımzadəni təltif etdi | Elbay Qasımzadə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Azərbaycan memarlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Elbay Ənvər oğlu Qasımzadə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. |
2023-12-25 | 816,844 | Lukaşenko Sankt-Peterburqa gəldi - Video | Belarus Prezidenti Aleksandr Lukaşenko Sankt-Peterburqa gəlib. Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Qeyd edək ki, dekabrın 25-də Sankt-Peterburqda Avrasiya İqtisadi Şurasının iclası, dekabrın 26-da isə MDB-nin qeyri-rəsmi sammiti keçiriləcək. |
2023-12-25 | 816,845 | Pakistana girən SEPAH üzvü öldürüldü | SEPAH-ın Sistan və Bəlucistanın Səravan bölgəsindəki yerli üzvləri Pakistan ərazisində pusquya düşüblər. Axar.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb. Silahlı şəxslərə qarşı əməliyyat keçirmək üçün Pakistan ərazisinə daxil olan SEPAH üzvü Əli Qumşadzehi Maşkid şəhəri yaxınlığında bəluc silahlı qrupu tərəfindən öldürülüb. Bununla yanaşı, onlarla SEPAH üzvünün yaralandığı və bölgəni tərk etməyə məcbur edildikləri bildirilib. Məlumatda SEPAH üzvlərinin 14 hərbi maşınla Pakistana daxil olduqları deyilir. Qeyd edək ki, dekabrın 15-də Sistan və Bəlucistan əyalətinin Rask şəhərində polis bölməsinə 14 məmurun ölümü ilə nəticələnən hücum edilib. |
2023-12-25 | 816,852 | Bakıda polisdən qaçan sürücü yeraltı parkinqə girdi - Video | Bakıda yol polisinə tabe olmayan sürücünün görüntüləri yayılıb. Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, “Mersedes S Klass” markalı lüks avtomobil yol polisinin “saxla” əmrinə tabe olmayıb. Sürücü nəqliyyat vasitəsilə yeraltı parkinqə daxil olub. Yol polisi isə onu parkinqin ərazisində də təqib edib. "S Klass" sürücüsünün parkinq ərazisində 15 dəfəyədək dövrə vurduğu iddia edilir. Bakı Şəhər Dövlət Yol Polisi idarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib ki, yol polisi əməkdaşının “saxla” əmrinə tabe olmayan sürücü barəsində inzibati qaydada qanunamüvafiq tədbirlər görülüb. |
2023-12-25 | 816,853 | Fransa Ukraynanın imtina etdiyini bizə verir – Xaçikyan | Ermənistanda bir qrup qrant yeyən təşviqatçının son bir neçə ildə yaydığı yalan vəd və nağıllarından bəzilərinin siyahısını tərtib etmişəm. Birinci yalanda dedilər ki: “Pelosinin səfəri o deməkdir ki, ABŞ Ermənistana kömək edəcək”. İkinci yalanlarında “Makronun ermənilərə dəstək verməsi ilə bağlı erməni dilində açıqlamaları və təsirli yazıları Fransanın bizə kömək edəcəyi anlamına gəlir” deyə car çəkdilər. Makron isə sanksiya olmayacağını bəyan etdi, “artsaxın etnik təmizləməsinə” məhəl qoymadı və Ukrayna, Özbəkistan, Qazaxıstan və s.-dən fərqli olaraq heç vaxt Ermənistana səfər etmədi. Üçüncü yalanlarına gəlincə, “demokratik ölkə olduğumuza görə demokratik Qərb bizə kömək edəcək”. Qərb isə Əliyevi özünün etibarlı tərəfdaşı elan etdi. Axar.az xəbər verir ki, bunu ABŞ-ın Stenford Universitetinin siyasi elmlər üzrə professoru Artur Xaçikyan deyib. “Daha sonra yaydılar ki, guya Laçın yolunun açılması ilə bağlı Haaqa məhkəməsinin qərarı və beynəlxalq ictimaiyyətin təzyiqi bizə kömək edəcək. Gah da “biz Rusiyanın müttəfiqi olmasaq və KTMT-dən çıxsaq, Qərb bizə kömək edəcək” dedilər. Fransa bizə simvolik yardım göstərdi, baxmayaraq ki, biz hələ də Rusiyanın müttəfiqi sayılırıq və hələ də KTMT-dəyik. Azərbaycan Rusiyanın rəsmi tərəfdaşıdır, lakin ABŞ-dan hərbi yardım alır. Gürcüstan Rusiyanın müttəfiqi deyildi, lakin 2008-ci il müharibəsi zamanı Qərbdən kömək almadı. Ardınca daha bir yalan danışdılar ki: “Qərb Ukraynaya kömək etdiyi kimi bizə də kömək edəcək”. Qərb Ukraynaya ciddi yardım, 250 milyard dollar və ən müasir silahlar verdi. Amma indi Ukraynanı tərk edir, onu düşmənlə baş-başa qoyur, pulunun bitdiyini deyir. Qrant yeyənlər bildirirdilər ki: “Ermənistana hücum və ya “artsaxda etnik təmizləmə” olarsa, Qərb sanksiyalar tətbiq edəcək”. Qərb hökumətləri isə heç bir sanksiya olmayacağını söylədi. Daha böyük bir yalan isə “Fransa bizə hərbi yardım göstərdi” oldu. Paris isə Ermənistana 23 il əvvəl özünün imtina etdiyi döyüş maşınlarını göndərdi. Bunlardan hətta Ukrayna da imtina edib ki, şəxsi heyəti mərmilərdən, raketlərdən və ya dronlardan qoruya bilmir. Bu texnikalar sülhməramlı və kəşfiyyat missiyaları üçün ən yoxsul Afrika ölkələrinə ixrac olunur. Deyirlər ki, guya demokratik Qərb və sivil dünya birliyi Ermənistanın gələcəyidir. Amma demokratik Qərb Ukraynanı müharibəyə təhrik etdi, ukraynalıları 2020-ci ilin yazında sülh danışıqlarını dayandırmağa məcbur etdi və indi onu taleyin ümidinə buraxdı. Qərb hələ 1947-ci ildə BMT tərəfindən tanınan Fələstin əhalisinin soyqırımını, dinc əhalinin öz ərazisində məhv edilməsini səssizcə qəbul edir. Qurbanların sayı 20 minə çatır ki, onların da əksəriyyəti uşaqdır. ABŞ hökuməti isə İsrail ordusuna fəal şəkildə kömək etməyə davam edir, fələstinlilərin soyqırımına məhəl qoymur və dünya ictimaiyyətinin müharibəni dayandırmaq cəhdlərinin qarşısını alır”, - o bildirib. |
2023-12-25 | 816,854 | İqtisad Universitetinə yeni prorektor təyin olundu | Azərbaycan Dövlət İqtisad Universitetində kadr təyinatı olub. Axar.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Fariz Əhmədov universitetin elmi işlər üzrə prorektor vəzifəsinə təyin olunub. F.Əhmədov bundan əvvəl ali təhsil müəssisəsinin Beynəlxalq magistratura və doktorantura mərkəzinin direktoru vəzifəsində çalışıb. |
2023-12-25 | 816,857 | Marketlərin Yeni il endirimləri: Nələr var? | Bu il də supermarketlərdə Yeni illə bağlı endirim kampaniyaları davam edir. Market şəbəkələri bayram kampaniyaları ilə yanaşı, xüsusi seçilən məhsullara da endirimlər tətbiq edir. Axar.az xəbər verir ki, respublika ərazisində fəaliyyət göstərən bütün supermarketlər endirim kampaniyaları elan edib. “Bravo” supermarketlər şəbəkəsinin “Super qiymət” adlı Yeni il kampaniyası 21 dekabrdan 3 yanvaradək davam edəcək. Bayrama özəl 50%-dək endirimlər də mövcuddur. Kampaniya çərçivəsində içkilər, ət və süd məhsulları, meyvə-tərəvəz də daxil olmaqla, onlarla çeşiddə məhsul uyğun qiymətə alıcılara təqdim olunur. “Araz” supermarketlər şəbəkəsinin “Araz Baba” adlı endirim kampaniyası dekabrın 21-dən etibarən müştərilərin istifadəsinə verilib. 3 yanvar tarixinə qədər davam edəcək kampaniyada seçilmiş məhsullara 60%-dək endirim var. Kampaniyaya qida məhsulları - içkilər, süd və ət məhsulları, meyvə-tərəvəz və s. daxil edilib. “Neptun” supermarketlərində “Sədəf-Sədəf” endirim kampaniyası 31 dekabra kimi davam edəcək. Seçilmiş məhsullara 50%-dək endirim edilir. “Oba” marketlər şəbəkəsində də “Parıldayan endirimlər” kampaniyası dekabrın 21-də başlayıb və 3 yanvara qədər davam edəcək. Endirimlər gündəlik tələbat məhsullarına, həmçinin bayram ərəfəsində istifadə olunan məhsullara aiddir. |
2023-12-25 | 816,858 | Hacıqabulda Mart soyqırımına aid insan sümükləri tapıldı | Hacıqabul rayonunda insan sümükləri aşkarlanıb. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qubalı Baloğlan kəndinin ərazisindən keçən Pirsaatçay çayı yaxınlığında qeydə alınıb. Belə ki, kənd sakinlərindən biri təsadüfən çayın yaxınlığındakı qurumuş arxdan keçərkən insana məxsus kəllə, çanaq və digər sümüklər aşkarlayıb. İnsan sümükləri aidiyyəti qurumlara təhvil verilib. Tarixçilər ərazidə tapılan insan sümüklərinin 31 Mart soyqırımının qurbanlarına aid olduğunu ehtimal edib. Onların fikrincə, 1918-ci il mart soyqırımı zamanı Lalayanın dəstəsi tərəfindən rayonun bir sıra yaşayış məntəqələrində olduğu kimi, Qubalı-Baloğlan kəndində də dinc əhaliyə qarşı qətliamlar törədilib. O zaman kənddə 500-dən çox dinc sakin qətlə yetirilib. Tarixçilər hesab edir ki, sözügedən ərazidə arxeoloji qazıntılar aparılarsa, kütləvi məzarlığın aşkarlanması qaçılmazdır. |
2023-12-25 | 816,859 | Vəd edilən sosial yardımlar gecikdi - Nazirlik susur | Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dekabr ayının sosial yardımlarının bayramla əlaqədar olaraq daha tez ödənilib yekunlaşacağı barədə məlumat yaymışdı. Axar.az xəbər verir ki, məlumatda ünvanlı sosial yardımların 22 dekabra kimi ödəniləcəyi deyilsə də, ödənişlər hələ də yekunlaşmayıb. Dövlət Sosial Müdafiə Fondundan saytımıza bildirilib ki, əlavə məlumat veriləcək. Qeyd edək ki, ünvanlı sosial yardımın ödənilməsi adətən hər ayın 25 və 26-da tamamlanırdı. Belə çıxır ki, vəd edilən “tez ödənilmə” baş tutmadı. |
2023-12-25 | 816,862 | Təbrizdə Muğam festivalı keçiriləcək | 2024-cü ilin fevral ayının 20-24 tarixlərində Təbrizdə Muğam musiqi festivalı keçiriləcək. Kult.az xəbər verir ki, bunu Təbriz Şəhər Şurasının Mədəniyyət Komissiyasının başçısı Qulamrza Əhmədi deyib. Onun sözlərinə görə, festivalda 9-17 və 18-40 arası yaş qruplarına mənsub şəxslər iştirak edəcəklər. Əhmədi festivalda iştirak edən sənətçilərin hamısının yerli və ənənəvi geyimdə çıxış etmələrinin şərt olduğunu deyib. |
2023-12-25 | 816,867 | ABŞ yardımı kəsərsə, Ukrayna ciddi itkilərə məruz qalacaq | Ukraynada silah və sursat ehtiyatlarının azalması, eləcə də beynəlxalq tərəfdaşların öhdəliklərinin zəifləməsi ilə bağlı həyəcan təbili çalınır. Axar.az xəbər verir ki, bu barədə “İndependent” məlumat yayıb. “Ukrayna ordusu gərgin döyüş fonunda ABŞ-dan gələn yardımın kəsiləcəyi təqdirdə Rusiya qüvvələrinin onların müdafiə xəttini pozub bir neçə gün ərzində qələbə qazana biləcəyindən qorxur”, - məlumatda deyilir. Qeyd olunur ki, Prezident Zelenski son günlər kəskin optimist tonunu qoruyub: “Müttəfiqləri daha çox dəstəkləməyə çağırıb, eyni zamanda Ukraynanın müharibəni uduzmaq üzrə olduğunu qətiyyətlə rədd edib”. Avdeyevka hərbi idarəsinin rəhbəri Vitali Barabaş qeyd edib ki, ABŞ-ın yardımı kəsilsə, bu, həm onun şəxsi heyəti, həm də yerli mülki əhali arasında böyük itkilərə səbəb olacaq: “Müdafiə xətti dəyişə bilər və bu, tammiqyaslı müharibənin başlanğıcında olduğu kimi, ağılsız itkilərə səbəb olar. Ən böyük problem sursat çatışmazlığıdır. Bizə təkcə bizim istiqamətdə (Avdeyevka) deyil, ümumiyyətlə, bütün müdafiə xətti boyunca Rusiya ordusunu dayandırmaq üçün mümkün qədər çox sursat lazımdır. 155 mm-lik sursat, daha çox HİMARS lazımdır”. |
2023-12-25 | 816,870 | Məşğulluğun verdiyi inək xəstə olub? - Rəsmi | Dövlət Məşğulluq Agentliyi (DMA) özünüməşğulluq proqramı çərçivəsində Balakəndə vətəndaşa verilən inəklə bağlı məsələyə aydınlıq gətirib. Axar.az xəbər verir ki, agentliyin yaydığı məlumata əsasən özünüməşğulluq proqramına qoşulmuş Balakən rayon sakini Ömərov Zaura 2022-ci ilin iyun ayında aktivlərin (malların) təqdim olunması zamanı çəkilən videogörüntülər araşdırılıb. Qeyd olunub ki, Z.Ömərov istəyinə uyğun olaraq “Maldarlıq təsərrüfatı” zərfi üzrə Özünüməşğulluq proqramına qoşulub, 2022-ci ilin iyun ayında 3 baş inək və 400 kq qarışıq yemlə təmin edilib: "Zaur malları şəxsən özü seçərək, razılığını bildirərkən yük avtomobilində heyvanlardan birinin yıxılması görüntüsü düzgün olmayan fikirlərin yaranmasına səbəb olub. İnəklərin aparılması üçün gətirilən avtomobilin yük yeri kiçikhəcmli olduğundan sıxlıq yaranıb, biri büdrəyərək yıxılıb. Aktivlər vətəndaşa tam sağlam, baytar sənədi əsasında təhvil verilib. Ona verilən heyvanlardan heç bir narazılıq və bu barədə hər hansı müraciət olmayıb. 2022-ci ilin dekabrında Zaur Ömərovun özünüməşğulluq fəaliyyətinin dəyərləndirilməsi məqsədilə keçirilmiş baxış zamanı həyat yoldaşı verilmiş aktivləri artıq satdıqlarını, Zaurun isə Rusiya Federasiyasında işlədiyini bildirib". Qeyd edək ki, sosial şəbəkələrdə DMA tərəfindən vətəndaşa xəstə inəyin verilməsi iddia olunub. |
2023-12-25 | 816,872 | Alimentin ödənilməsi ilə bağlı prosedur sadələşdirildi | Ali Məhkəmə alimentin ödənilməsi ilə bağlı proseduru sadələşdirib. Bu barədə Axar.az-a Ali Məhkəmədən bildirilib. Qeyd edilib ki, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyaları Ailə Məcəlləsinə əsasən uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi məsələsinə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə baxıb. Mülki və Kommersiya kollegiyaları bu tələbə hansı icraat qaydasında baxılması, habelə sübutetmə yükünün tərəflər arasında bölüşdürülməsi ilə bağlı qərar qəbul edib. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət məhkəmə tərkibi qərara alıb ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələb qətnamənin icra qaydasının müəyyən edilməsi barədə müraciətdir. Alimentin tutulması tələbinə dair iddiaya baxılarkən bu barədə edilmiş müraciət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə qətnaməsi ilə tutulan alimentə münasibətdə bu məsələ borclunun ərizəsi əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilir. Alimentin ödənilməsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan icra qaydasının müəyyən edilməsindən sonra həmin qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, belə müraciətlərə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılır. Məhkəmə qətnaməsi ilə tutulan alimentin bir hissəsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun şəkildə ödənilməsi, habelə bu icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli, hər iki halda iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan qaydada uşağın adına açılmış bank hesabına yığılmış vəsaitə valideynlərdən birinin istəyi ilə sərəncam verilməsi barədə mübahisəyə həmin valideynin tələbi əsasında iddia icraatı qaydasında baxılır. |
2023-12-25 | 816,874 | Güclü külək əsəcək - Xəbərdarlıq | Bakıda və Abşeron yarımadasında dekabrın 26-da gecə və səhər, 27-də günün ikinci yarısında cənub-qərb küləyinin 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir. Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Azərbaycanın rayonlarında dekabrın 25-i axşamdan 28-i gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. |
2023-12-25 | 816,875 | Serbiyada “Maydan təcrübəsi” tətbiq edilir | Qərb dövlətləri Serbiyadakı vəziyyəti sarsıtmağa çalışır. Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. “Kollektiv Qərbin “Maydan çevrilişi” üsullarından istifadə edərək Serbiyada vəziyyəti sarsıtmaq cəhdləri göz qabağındadır”, - o bildirib. Qeyd edək ki, “Serbiya zorakılığa qarşı” müxalifət blokunun tərəfdarları ötən gün Belqrad administrasiyasının binasına basqın edib, şəhərə ciddi ziyan vurublar. |
2023-12-25 | 816,880 | Bakıda taksi sürücüsündən 21 kq narkotik götürüldü - Video | Bakıda polis narkotik maddələrin taksi və kuryer xidmətləri adı altında qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirib. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, narkotik maddələrin taksi və kuryer xidmətləri adı altında qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri əməliyyat zamanı kuryer xidmətlərindən birinin işçisi paytaxt sakini Elvin Mustafayev narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılıb. Onun üzərindən və idarə etdiyi motosikletdən 5 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş qurudulmuş marixuana aşkar edilib. Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı paytaxt ərazisində taksi fəaliyyəti ilə məşğul olan Suraxanı rayon sakini Rəşad Salmanov da saxlanılıb. Onun üzərindən və Bülbülə qəsəbəsindəki mənzilindən 21 kiloqram, o cümlədən 15 kiloqram heroin, 3 kiloqram metamfetamin, 3 kiloqram marixuana və narkotiklərin satışı zamanı istifadə etdiyi plastik kart aşkar edilib. E.Mustafayev və R.Salmanov onlardan aşkar olunan narkotikləri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsi ilə Qaradağ və Binəqədi rayonları ərazilərində gizlədilən yerlərdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Faktlarla bağlı cinayət işləri başlanılıb saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir. |
2023-12-25 | 816,881 | İran əsgəri yanlışlıqla yoldaşını güllələdi | Dekabrın 24-ü gecə saatlarında Zahidan şəhərində İran ordusunun əsgəri güllələnərək öldürülüb. Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. “Bölgədəki durumun həssaslığına görə postda olan hərbçi səhvən hərəkətdə olan şəxsə atəş açıb. Nəticədə yanlışlıqla digər hərbçini öldürüb”, - İran KİV yazıb. |
2023-12-25 | 816,883 | Azərbaycan futbolunda əlbəyaxa dava - Video | Azərbaycan Birinci Liqasının 12-ci turu çərçivəsində keçirilən "Karvan"-"Zaqatala" matçında insident yaşanıb. Axar.az Publika.az-a istinadən xəbər verir ki, hadisə oyunun 88-ci dəqiqəsində olub. Hesabda öndə olduqları zaman qonaqların futbolçusu yerə yıxılıb. Bu da Yevlax təmsilçisinin futbolçularının xoşuna gəlməyib. Nəticədə ona etiraz edərək, vaxtı uzatmamasını istəyiblər. Bu zaman ara qarışıb. "Karvan"ın hücumçusu Ruslan Voronsov çiyni ilə rəqib futbolçuya zərbə endirib. Bundan sonra gərginlik artıb. Nəticədə futbolçuları çətinliklə sakitləşdirmək mümkün olub. Voronsov isə etdiyi hərəkətə görə qırmızı vərəqə ilə cəzalandırılıb. Bu, oyundakı ilk insident deyildi. "Zaqatala"nın vurduğu ikinci qoldan sonra tərəflər arasında mübahisə yaşanmışdı. Ancaq oyunu idarə edən Əli Əliyev yalnız qonaqlardan Steyn Essononuya "qırmızı" göstərmişdi. |
2023-12-25 | 816,884 | Bakıya qarşı 600 nəfərlik xüsusi qrup: Tapşırıq verilib ki... | Qərb mediasının verdiyi xəbərə görə, Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub. Hər şey Fransa səfirlikdaxili rezidenturasının Azərbaycan ərazisində əslində Fransanın “tərəfdaşı” kimi bilinən ölkələrin nümayəndələrinə qarşı çox arxayın kəşfiyyat əməllərinə görə diqqətə düşməsi ilə başlayıb (identifier.in.ua). Geniş əlaqələrindən istifadə edən rezidentura region ölkələrində fəal hərəkət edərək təsir dairəsini genişləndirməyə çalışıb. Yerli mediada yer almış iddiaya görə, uzun illər Fransa casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri könüllü olaraq Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlığa təşəbbüs göstərib, Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyətinə dair dəlil və sənədlər təqdim edilib. Qərb mediasına görə, bu əməliyyat Fransa xüsusi xidmət orqanlarının son 50 ildəki ən böyük iflası və biabırçılığıdır. Məlumatlar rəsmi təsdiqini tapsa, bu, Fransanın Vyana Konvensiyası da daxil olmaqla beynəlxalq qanunvericiliyin tələblərini pozması deməkdir. Bu, Fransanın təkcə Cənubi Qafqaz deyil, Afrikada da siyasətinə təsir edəcək. Fransa Prezidenti Emmanuel Makron Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad edib. Daxili Təhlükəsizlik Baş İdarəsinə (DGSİ) rəhbərlik etmiş Nikola Lerner isə Xarici Kəşfiyyat strukturuna yeni rəhbər təyin edilib. Hələ II Qarabağ savaşının gedişində bəlli olmuşdu ki, Fransa Azərbaycana qarşı çoxsaylı diplomatik addımlarla (“dqr”i tanımaq, Ermənistana birbaşa hərbi yardım çağırışları) kifayətlənmək istəmir, ölkəmizə qarşı təxribatçı fəaliyyət göstərmək hədəfləri də var. Belə ki, 2020-ci dekabrında türk mediası DGSE-nin Azərbaycanın işğaldan azad etdiyi ərazilərinin “Ermənistana qaytarılması” üçün geniş fəaliyyətə keçməsi haqda yazı dərc etmişdi. Yazıda iddia edilirdi ki, diplomatik danışıqlarda Azərbaycanın mövqeyinin zəiflədilməsi, erməni təxribatlarının, əks kəşfiyyat fəaliyyətinin təşkili məqsədilə DGSE-də 600 nəfərlik xüsusi qrup yaradılıb. Bildirilirdi ki, təxribat, o cümlədən informasiya təxribatları vasitəsilə məsələnin mahiyyətini anlamayan şəxslər qıcıqlandırıla, onlar sosial həyəcanla “davrana bilərlər”. ASALA-nın yenidən təşkilatlandırılmasının, Avropada yaşayan türk və azərbaycanlıların təxribat əməllərinə cəlb edilməsinin mümkünlüyünə də diqqət çəkilirdi. Məlumat dərc olunduğu ərəfədə və sonralar baş verənlər onu ciddiyə almağa əsas verirdi. Belə ki, yazının dərcindən keçən müddət ərzində İkinci Qarabağ müharibəsinin nəticələrinin mübahisələndirilməsi üçün Qərb, xüsusən fransız mediası davamlı iş aparır, yalnız erməni tərəfinin mövqeyini təqdim edən yazı və reportajlar verir, Fransanın xüsusi təsir etmə imkanı olan qurumlar, o cümlədən UNESKO Qarabağda erməni abidələri ilə bağlı sırf Ermənistan tərəfinin feyklərinə əsasən bəyanat qəbul edir. Azərbaycan Prezidenti qurumun bu addımını qınayaraq “UNESKO hər hansı bir ölkənin filialı deyil" demişdi. 2021-ci ilin noyabrında BBC bu mövzu ilə bağlı ola biləcək maraqlı reportaj yayımlamışdı. Reportajda deyilirdi ki, Fransa prezident seçkiləri kampaniyası çərçivəsində noyabrın 5-də yazıçı Erik Zemmurun namizədliyini rəsmən elan etdiyi ilk mitinqdə “İrqçiliyə yox” yazılmış köynəklərlə etiraz edən “SOS Racisme” qrupuna qarşı ifrat sağçı “Zouaves Paris” üzvləri tərəfindən zorakılıq tətbiq edilib. Hücum görüntülərində şəxsiyyəti müəyyən edilən “Zouaves” təşkilatının lideri, 23 yaşlı Mark de Cacqueray-Valmenier Paris polisi tərəfindən saxlanılıb. Maraqlı olan “Zouaves”in Ermənistanla əlaqələri idi. Əlbəyaxa döyüş ustası olan M.Valmenier katolik, aristokrat və varlı ailədəndir. İfrat sağçı lider Qarabağda Ermənistanın Azərbaycana qarşı apardığı müharibədə də iştirak edib. 2020-ci ilin payızında işğal olunmuş ərazilərimizdə Azərbaycana qarşı müharibəyə qatılan ifrat sağçı yaraqlı öz İnstaqram hesabında “Xristian ermənilərlə müsəlman azərilərə qarşı döyüşəcəyini” açıqlamışdı: “Dağlıq Qarabağda qitəmiz və sivilizasiyamız təhlükə altındadır”. Fransada terror qruplaşması kimi tanımağa məcbur olduqları “Zouaves”lər üçün bu müharibə onların müsəlmanlara qarşı mübarizəsinin sübutu idi. Halbuki II Qarabağ müharibəsi zamanı Fransa siyasətçiləri, o cümlədən Makron “Azərbaycan tərəfindən döyüşən islamçılar” haqda dezinformasiyanın yayılmasında bilavasitə iştirak etmişdilər. “Avropada yaşayan türk və azərbaycanlıların təxribat əməllərinə cəlb edilməsinin mümkünlüyünə dair“ iddia ilə indi əsasən Fransada mənzillənmiş siyasi mühacirlərin Vətən müharibəsindəki qələbimizi mübahisələndirən, hər kiçik sosial narazılığı mütəşəkkil etiraz kampaniyasına çevriməyə, ordunun hakimiyyətə loyallığını zədələməyə hesablanmış fəaliyyətlərinin hiss olunacaq səviyyədə artması arasında müəyyən paralellər aparıla bilər. Məsələn, son ifşa haqda xəbərlərdən dərhal sonra bir azərbaycanlı mühacir siyasi fəalın Qərb qrantları ilə yayımlanan ingilisdilli resurslardan birində dərc olunmuş yazısı diqqəti cəlb edir. Yazıda Azərbaycanın rəsmi ritorikasında anti-müstəmləkəçilik tezislərindən istifadə edilməsinə toxunulsa da, əsas fokus Fransa ilə münasibətlər üzərindədir . Xatırladılır ki, 2023-cü ilin iyulunda Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Nazirlər Toplantısında aparılan müzakirə əsasında “Fransız müstəmləkəçiliyinə qarşı Bakı təşəbbüs qrupu” yaradılıb. 2023-cü il oktyabrın 20-də də Fransanın “keçmiş müstəmləkələrində olan dövlətlərin daxili işlərinə kobud müdaxiləsi” və “indiki müstəmləkələrində insan hüquqlarının kobud şəkildə pozulması” hədəflənən növbəti anti-neokoloniyal konfrans keçirilib. Bunu yanlış, qərəzli və selektiv yanaşma nümunəsi kimi təqdim edən müəllif Qarabağın azad olunmasını da yanlış hesab edir, Fransanın Ermənistana hərbi-diplomatik dəstəyinə haqq qazandırır. Xaricdən yayımlanan bir neçə Yutub kanalı isə Azərbaycanın Afrikada fəallığı, antimüstəmləkəçi ritorikası əleyhinə silsilə tənqidi verilişlər həsr etmişdilər. Bu, türk mediasında 2020-ci ilin sonlarında DSGE haqda dərc edilmiş yazıda yer alan direktivi istər-istəməz yada salır - “təxribat, o cümlədən informasiya təxribatları vasitəsilə məsələnin mahiyyətini anlamayan şəxslər qıcıqlandırıla bilərlər”. Xüsusi qıcıqlandırma olmasa da, ciddi təşəbbüslər ortadadır. |
2023-12-25 | 816,885 | Bakı ilə bu şəhər arasında yeni aviareys açılır | Rusiyanın Ural Hava Yolları aviaşirkəti yanvarın 13-dən Yekaterinburq və Bakı arasında birbaşa uçuşlara başlayacaq. Axar.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Bakı ilə Yekaterinburq arasında birbaşa uçuşlar həftədə üç dəfə - bazar ertəsi, cümə axşamı və şənbə günləri həyata keçiriləcək. Hazırda Yekaterinburqdan Bakıya üç aviadaşıyıcı – Azərbaycan Hava Yolları QSC (AZAL) və Rusiyanın “Red Winds” və “İrAero” aviaşirkətlərinin təyyarələri uçur. Həmçinin yanvar ayından etibarən Ural Hava Yolları Rusiyanın paytaxtı və Yekaterinburqdan İstanbula birbaşa uçuşlar həyata keçirəcək. |
2023-12-25 | 816,887 | Putin və Paşinyan görüşəcək - Peskov | Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclası və MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla görüşə biləcək. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Onlar tədbirdə və tədbirdən kənarda ünsiyyət qurmaq üçün əla fürsət əldə edəcəklər”, - o bildirib. |
2023-12-25 | 816,888 | Rusiyada hərbi aerodromda partlayış | Rusiyada hərbi aerodromda partlayış olub. Axar.az xəbər verir ki, hadisə Yeysk şəhərində qeydə alınıb. Partlayışdan sonra aerodrom üzərində qatı tüstü görünüb. Hadisənin səbəbi və təfərrüatı açıqlanmayıb. |
2023-12-25 | 816,891 | 670-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 670-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 558 təyyarəsi, 261 helikopteri, 10 080 PUA-sı, 442 zenit-raket kompleksi, 14 309 tank və digər zirehli texnikası, 1 189 reaktiv yaylım atəş sistemi, 7 493 artilleriya və minaatanı, 16 690 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2023-12-25 | 816,893 | Ermənistan diplomatiyası riyakarlığa son qoymalıdır - İcma | Ermənistan diplomatiyası riyakarlığa və destruktiv fəaliyyətə son qoymalıdır. Axar.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib. Qeyd olunub ki, Ermənistan Xarici İşlər Nazirliyi iki ölkə arasında sülhün bərqərar olmasına qarşı çıxmaqda davam edir: "Azərbaycanı “etnik təmizləmə”də günahlandıran Ermənistan xarici işlər nazirinin müavini “erməni mədəni irsi” ilə bağlı Qarabağa UNESKO missiyasının göndərilməsinə dair çağırış edib. Öncə vurğulamaq istərdik ki, təxminən 30 illik bir dövrdə işğal edilmiş torpaqlarda Azərbaycan xalqının mədəni irsini dağıdan, təhqir edən və UNESKO missiyasının həmin ərazilərə göndərilməsinə mane olan Ermənistan olub". "UNESKO-nun faktaraşdırıcı missiyası əsrlər boyu Azərbaycan xalqının yaratdığı zəngin mədəni irsin monitorinqi məqsədilə məhz Ermənistana göndərilməlidir. Qərbi Azərbaycan İcması bu məsələni dəfələrlə qaldırıb. Lakin Ermənistan nəinki UNESKO missiyasına imkan vermir, hətta Azərbaycan xalqının mədəni irsinin mövcudluğunu belə danır. Ermənistan diplomatiyası riyakarlığa və destruktiv fəaliyyətə son qoymalıdır", - bəyanatda vurğulanıb. |
2023-12-25 | 816,896 | MM-in payız sessiyasının sonuncu iclası nə vaxt olacaq? | Milli Məclisin payız sessiyasının sonuncu plenar iclasının vaxtı məlum olub. Axar.az xəbər verir ki, parlamentin builki sonuncu iclası dekabrın 30-da keçiriləcək. Toplantının gündəliyi barədə yaxın günlərdə məlumat veriləcək. |
2023-12-25 | 816,897 | Təbrizdə ekoproblem: əkin sahələrinə... | Təbrizin "Kolorpars" zavodunun çirkli və zəhərli tullantıları Basmınc bölgəsinin əkin sahələrinə buraxılır. Axar.az xəbər verir ki, bu barədə Təbrizin yerli mediası məlumat yayıb. Bildirilib ki, bu, bölgə əhalisinə maddi ziyan vurmaqla yanaşı, sakinlərin həyatını da təhlükəyə salıb. Zəhərli tullantıların çaylara, yeraltı su qaynaqlarına nüfuz etdiyi, bölgədə bu günə kimi müşahidə olunmamış xəstəliklərin yayıldığı bildirilib. Qeyd edilib ki, ətraf mühit fəalları və yerli sakinlərin ekoloji problemlə bağlı şikayət və müraciətləri nəticəsiz qalıb. |
2023-12-25 | 816,899 | Bu futbol klubumuz Xankəndini təmsil edəcək | MOİK futbol klubu yeni mövsümdən Xankəndi şəhərini təmsil edəcək. Axar.az Publika.az-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin balansında olan komandanın orada məskunlaşması yönündə artıq işlərə başlanıb. Əvvəlcə klub rebrendinq edilib. Klub yeni loqo ilə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində Xankəndidə keçirilən "Qarabağ"la oyunda meydana çıxıb. Bundan başqa, şirkətlərdən biri MOİK-in titul sponsoru olub. MOİK-in yeni mövsümdən hansı liqada çıxış etməsindən asılı olmayaraq, Xankəndini təmsil edəcəyi artıq dəqiqləşib. Futbol komandasının məskunlaşması üçün baza və şərait yaradılacaq. Bundan əlavə, yaxın gələcəkdə Mərkəz Ordu İdman Klubunun nəzdində fəaliyyətdə olan bütün idman növləri üzrə idmançıların və komandaların da qədim şəhərimizdə məskunlaşması planlaşdırılır. |
2023-12-25 | 816,900 | Hüquq müdafiəçiləri erməni separatçılara baş çəkdi | İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, sədr müavini Elçin Şirinov və Hüquq şöbəsinin müdiri Rövşən Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində saxlanılan keçmiş Dağlıq Qarabağ separatçılarının rəhbərləri Arayik Arutyunyan, Ruben Vardanyan, David Manukyan və Lyova Mnatsakanyana baş çəkib. Axar.az xəbər verir ki, bu barədə komitə sədrinin müavini Elçin Şirinov məlumat verib. Onun sözlərinə görə, başçəkmədə məqsəd saxlanma şəraiti, onlarla rəftar qaydaları, qidalanma rejimi və s. məsələlərlə maraqlanmaq olub: “Həmin şəxslərlə həm ayrılıqda, həm də bir yerdə görüş baş tutub. Görüş zamanı adıçəkilən şəxslər saxlanılma şəraitindən razılıqlarını ifadə ediblər. Saxlanılan şəxslər onlar üçün vaxtaşırı gəzintinin təşkil olunduğunu, hər həftə ailə üzvləri ilə telefonla danışmaq üçün şərait yaradıldığını bildiriblər. Onlar istədikləri kitablarla təmin olunublar, televizor və elektron kitabxanaya çıxış imkanları yaradılıb, idman zallarından istifadə təşkil edilib. Adıçəkilən şəxslər onlara heç bir ayrı-seçkiliyin edilmədiyini etiraf ediblər. Onlara eyni zamanda ailə üzvlərinin istəyi ilə vəkil də təyin olunub. Həmin zaman Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistandan həmin şəxslərin yaxınlarının onlara göndərdikləri azuqələri təhvil verirdilər. Araik danışıq zamanı bildirib ki, Azərbaycan SSR ərazisində o vaxt “Stepanakert” adlandırılan şəhərdə doğulub. Azərbaycan dilində bir neçə söz bilsə də, ermənidilli məktəbdə təhsil aldığından dili tam yaxşı bilmir”. Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağdakı keçmiş qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı saxlayaraq Bakıya gətiriblər. |
2023-12-25 | 816,901 | Tarixi abidələrə müdaxilə faktları aşkar olundu - Foto | Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 63 ünvanında yerləşən 2993 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinin fasad hissəsinə müdaxilə olunduğu aşkar olunub. Bu barədə Kult.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən abidəyə baxış keçirilən zaman tarixi tikilinin birinci mərtəbəsində fəaliyyət göstərən obyektin sahibi tərəfindən fasad hissəsində rənglənmə işlərinin aparıldığı müəyyən edilib: "Abidənin fasadına vurulan rəngin təmizlənərək, tarixi tikilinin ilkin görkəminə qaytarılması istiqamətində tədbirlər görülür". Məlumata görə, həmçinin Nəsimi rayonu Süleyman Ələsgərov 2A və 28 may küçələrinin kəsişməsində yerləşən 2889 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsində qanunsuz təmir işlərinin aparıldığı aşkar olunub: "Baxış zamanı zirzəmidən yuxarı mərtəbəyə beton qatın kəsilərək pilləkən yığılması, yükdaşıyıcı divarların deşilərək havalandırma borularının quraşdırlması faktı aşkar olunub". Hər iki faktla bağlı qanuna müvafiq tədbirlər görülməkdədir. Qeyd edək ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır. |
2023-12-25 | 816,902 | Yanvarda PA-nın vətəndaş qəbulu - Cədvəl | Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin yanvar ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb. Axar.az xəbər verir ki, cədvəllə bu linkdən tanış olmaq mümkündür. |
2023-12-25 | 816,903 | Kənan Kərimzadə nazir müavini təyin olundu | Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri Kənan Kərimzadə nazir müavini təyin edilib. Bu barədə Axar.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, Kənan Kərimzadə 1989-cu ildə Bərdə şəhərində anadan olub. 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunda təhsil alıb, bakalavriat səviyyəsini maliyyə və kredit ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2010-cu ilin fevral-aprel aylarında ABŞ-nin Dyuk Universitetinin Beynəlxalq İnkişaf Mərkəzi tərəfindən keçirilən “İqtisadi inkişaf üçün tətbiqi dövlət maliyyəsi” kursunu bitirib. 2011-2012-ci illərdə “Edmund S.Muskie Mübadilə Proqramı" çərçivəsində Nyu-Yorkda yerləşən Fordham Universitetində “Beynəlxalq siyasi iqtisad və inkişaf” proqramında təhsil alıb. 2017-2019-cu illərdə ABŞ-nin CFA İnstitutunun “İnvestisiyaların idarə edilməsi” proqramını bitirib və xartiyalı maliyyə təhlilçisi (CFA Charterholder) beynəlxalq akkreditasiyasını əldə edib. 2013-2016-cı illərdə “Capital Motors” MMC-də maliyyə və təhlil üzrə mütəxəssis, 2016-2019-cu illərdə “PMD Group” MMC-də investisiyalar üzrə baş mütəxəssis, investisiyalar üzrə rəhbər, departament menecerinin müavini, 2019-2020-ci illərdə isə Strateji planlaşdırma və təhlil şöbəsinin müdiri vəzifələrində çalışıb. 2020-2021-ci illərdə Elm və Təhsil Nazirliyində nazirin müşaviri vəzifəsində işləyib. 2021-ci ildən Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərir. 2023-cü ilin fevral-may aylarında nazirliyin Aparat rəhbəri vəzifəsini icra edib. Ailəlidir, iki övladı var. |
2023-12-25 | 816,904 | Gəncədə ATS-də yanğın oldu | Gəncə şəhər Müseyib Bağırov küçəsində yerləşən Gəncə şəhər 57 saylı Telekommunikasiya ərazisində naqillərdə qısaqapanma səbəbindən yanğın olub. Axar.az xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. |
2023-12-25 | 816,905 | Prokurorluqdan qazdan istifadə ilə bağlı əhaliyə müraciət | Baş Prokurorluq təbii qazdan istifadə edən əhaliyə müracət edib. Axar.az xəbər verir ki, Baş Prokurorluğun müraciətində qeyd olunur: "Mənzilə daxil olarkən qaz sızmasının olmadığını təyin etməmiş açıq oddan və elektrik şəbəkəsindən istifadə etməyin. İşığı yandırmaq və söndürmək olmaz. Hər iki halda qığılcım əmələ gəlir. - Qaz cihazlarından istifadə etməzdən əvvəl mütləq otağın havasını dəyişin, yalnız qaz iyinin olmadığına əmin olduqdan sonra cihazı yandırın. - Qaz cihazlarından istifadə edərkən əvvəl kibriti və ya digər alışqanı yandırın sonra qaz kranını açın. - Qaz cihazlarını nəzarətsiz qoymayın. Kiçik yaşlı uşaqların, ruhi xəstələrin, qazdan istifadə etməyi bacarmayan şəxslərin qaz cihazlarından istifadə etməsinə imkan verməyin. - Qaz iyi hiss etdikdə, dərhal bütün kranları bağlayın, elektrik cihazlarını şəbəkəyə qoşmayın və işlək cihazları şəbəkədən ayırmayın, işığı yandırıb-söndürməyin, mənzilin havasını dəyişdirib 104 №-li telefonla qəza dispetçer xidmətinə müraciət edin. - Uzun müddətə evi və ya mənzili tərk etdikdə, həmçinin gecə vaxtlarında yatmazdan əvvəl qaz cihazları üzərindəki və nəzarətçi kranları bağlayın. - Yanğın baş verdikdə dərhal mənzilə və ya evə gedən qaz xətti üzərindəki giriş kranını (ventili) bağlayın, 101-112 №-li telefonla FHN-nin yanğından mühafizə xidmətinə, 104 №-li telefonla isə qaz qəza dispetçer xidmətlərinə xəbər verin. - Mənzildə olan tüstü bacalarının ildə bir dəfə qış mövsümündən əvvəl təmizlənməsini təmin edin. Qaz cihazlarından istifadə zamanı qadağan edilir: - Qaz cihazları üzərində paltar və ya diğər alışa bilən əşyaların qurudulması; - Qaz cihazları olan otaqlarda tez alışan mal və materialların yerləşdirilməsi və saxlanması. Məsələn kimyəvi tərkibli təmizləyici vasitələr. Unutmayın ki, qazdan istifadə qaydalarına riayət etməklə Siz özünüzün və ətrafdakıların həyatını təbii qazla baş verə biləcək arzuolunmaz bədbəxt hadisələrdən qorumuş olarsınız!" |
2023-12-25 | 816,909 | Komitə həbsdə olan generala baş çəkdi | İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində saxlanılan Naxçıvan Muxtar Respublikasının Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənova baş çəkib. Axar.az xəbər verir ki, başçəkmədə komitənin sədri Tural Hüseynov, sədr müavini Elçin Şirinov və Hüquq şöbəsinin müdiri Rövşən Məmmədov iştirak ediblər. T.Həsənov saxlanma şəraitindən razı olduğunu söyləyib. O, gigiyena vasitələri, dərman preparatları ilə təmin edildiyini bildirib. Qeyd edək ki, general-mayor T.Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Sabiq xidmət rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilir. Hazırda Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə onun məhkəməsi davam edir. Naxçıvana gediş-gəlişlə əlaqədar olaraq proses onlayın keçirilir. |
2023-12-25 | 816,912 | Əliyevlə Paşinyan təkbətək görüşəcəkmi? - Kreml | Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında ayrı-ayrılıqda ikitərəfli təmaslar nəzərdə tutulmayıb. Axar.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov bildirib. "Ayrı-ayrı ikitərəfli görüşlər planlaşdırılmır, lakin hər kəs tədbir çərçivəsində ünsiyyət qura biləcək", - Peskov deyib. Qeyd edək ki, MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi sammiti dekabrın 26-da Sankt-Peterburq şəhərində baş tutacaq. |
2023-12-25 | 816,913 | Bakıda rektor prorektorun qətli üçün nə qədər ödəyib? | Elm və Təfəkkür Universitetinin prorektorunun öldürülməsində təqsirləndirilən şəxslər barədə cinayət işi məhkəməyə göndərilib. Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirləndirilən şəxslər ifşa edilib. İbtidai istintaq zamanı həmin universitetin rektoru vəzifəsində işləmiş Müşviq Atakişiyevin Tariyel Əhmədovu öldürməyi qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun sifarişi əsasında isə Samir Quliyevin cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlara əsasən rektor vəzifəsində qalmasına və işgüzar nüfuzuna maneə kimi qəbul etdiyi üçün Müşviq Atakişiyevin qisas məqsədilə pul müqabilində zərərçəkmiş şəxs Tariyel Əhmədovun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə 40 min ABŞ dolları müqabilində, habelə gələcəkdə maddi və mənəvi dəstək olmaq şərtilə bu cinayəti sifariş verdiyi həmkəndlisi Samir Quliyevin bir neçə gün zərərçəkmişi izlədikdən sonra Bakı şəhəri, Yasamal rayonunun Şərifzadə küçəsində yerləşən idman meydançalarından birində küt əşya ilə bir neçə dəfə onun baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ölümünə səbəb olan xəsarətlər yetirməsi müəyyən edilib. Müşviq Atakişiyev (sifarişçi) və Dəyanət Quliyev (sifarişçi) Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (sifarişlə adam öldürmədə təşkilatçı), Samir Quliyev (icraçı) isə həmin Məcəllənin 120.2.5-ci (sifarişlə adam öldürmədə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Ötən illərdən bağlı qalan qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə cinayətlərinin üstünün açılması, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilmələrinin təmin olunması sahəsində Baş Prokurorluq tərəfindən aidiyyəti dövlət orqanları ilə birgə zəruri tədbirlərin icrası davam etdirilir. |
2023-12-25 | 816,914 | Zelenski Orbanla nələri müzakirə edə bilər? | Ukrayna Prezidenti Vladimir Zelenski Macarıstan Baş naziri Viktor Orbanla iki dövlət arasında münasibətlər kontekstində geniş spektrli məsələləri müzakirə edə bilər. Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidentinin Ofis rəhbərinin müavini İqor Jovkva deyib. Onun sözlərinə görə, Zelenski və Orban görüşdə iqtisadi məsələləri müzakirə edə, xüsusən də tranzit mövzusuna toxuna bilərlər. Jhovkva həmçinin vurğulayıb ki, diplomatiyada hökumət rəsmiləri arasında ən təsirli söhbətlər təkbətək baş tutur. "Biz bu səfəri mütləq hazırlayacağıq və komandalar işləyəcək", - rəsmi söyləyib. Qeyd edək ki, Orban Zelenskinin görüş təklifini qəbul edib. |
2023-12-25 | 816,915 | İsrail SEPAH-ın müşavirini öldürdü | İsrailin hücumu nəticəsində SEPAH müşaviri Seyidrazi Musəvi Suriyada ölüb. Axar.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Bildirilib ki, Seyidrazi Musəvi Qasım Süleymaninin yaxın silahdaşlarından biri olub. |
2023-12-25 | 816,916 | Bakı-Sumqayıt qatarı yolda qaldı: ADY-dən yeni məlumat | 19:55 Bu gün saat 18:45-də Bakı Dəmiryol Vağzalından çıxan Bakı-Pirşağı-Sumqayıt qatarı yolda qalıb. Axar.az xəbər verir ki, hadisəyə səbəb elektrik enerjisi kəsintisidir. Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova faktı Report-a təsdiq edib. Onun sözlərinə görə, elektrik enerjisi kəsintisi səbəbindən qatar Zabrat-Pirşağı mənzilində qalıb: “Hazırda aidiyyəti qurumun və ADY-nin əməkdaşları ərazidədir. Qısa zamanda elektrik enerjisi verilişi bərpa ediləcək”. *** Bakı-Pirşağı-Sumqayıt reysinin sərnişinləri əks istiqamətdə hərəkət edən qatarla mənzil başına çatdırılacaq. Bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib. Eyni zamanda elektrik enerjisinin verilməsi istiqamətində təmir-bərpa işləri davam etdirilir. Qeyd edək ki, bu gün Bakı-Pirşağı istiqamətində saat 18:30-da, 18:45-də və 18:10-da yola düşən sərnişin qatarları Zabrat- Pirşağı mənzilində və Məmmədli platformasında elektrik təchizatı sahəsində yaranmış texniki nasazlığa görə hərəkət qrafikindən çıxıb. Elektrik təchizatının verilməsində yaranmış texniki nasazlığa görə Bakı-Pirşağı istiqamətində hərəkət edən qatarların qrafikində yubanma halları qeyd alınıb. |
2023-12-25 | 816,917 | Ölkədə banklarla bağlı qanunda dəyişikliklər oldu | Azərbaycanda yeni qəbul olunmuş "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında’ qanunla əlaqədar "Banklar haqqında qanun"da dəyişikliklər edilib. Axar.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Belə ki, qanunun 38.3 maddəsi çıxarılıb. Bu maddəyə görə, Azərbaycan Mərkəzi Bankı bankların istifadə etdikləri avtomatlaşdırılmış hesablaşma və pul köçürmələri sistemlərinin etibarlığının və təhlükəsizliyinin, bank informasiyasının mühafizəsinin onlar tərəfindən təmin edilməsinə aid minimum tələbləri müəyyən edə bilər. Bu səlahiyyətlər AMB-də qalmaqda davam edir, çünki "Mərkəzi Bank haqqında" qanunun 48.3.4-cü maddəsində öz əksini tapıb. Bununla yanaşı, banklar ödəniş əməliyyatlarını və hesablaşmaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa, habelə Mərkəzi Bankın həmin Məcəlləyə və Qanuna uyğun olaraq qəbul etdiyi normativ xarakterli aktlara, bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə və müvafiq müqavilələrə uyğun olaraq həyata keçirirlər. Digər dəyişikliyə əsasən, banklar istənilən halda ödəyiciyə tapşırığın icrası haqqında bildiriş verməli olacaqlar. |
2023-12-25 | 816,918 | Putin Paşinyanı belə qarşıladı - Video | Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanı qarşılayıb. Axar.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Paşinyan Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasına gəlib. |
2023-12-25 | 816,919 | Bu təşkilat təhlükəsizliyi pozarsa, 10 min cərimələnəcək | Xarici elektron pul təşkilatının Azərbaycandakı yerli filialı tərəfindən pul vəsaitlərinin təhlükəsizliyinə dair tələblər pozularsa, 10 min manatadək cərimə ediləcək. Axar.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsinə yeni 439-2-ci maddə (Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericiliyin pozulması) əlavə olunur. Dəyişikliklə elektron pul təşkilatı, o cümlədən xarici elektron pul təşkilatının yerli filialı tərəfindən pul vəsaitlərinin təhlükəsizliyinə dair qanunla müəyyən olunmuş tələblərin pozulmasına görə vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək miqdarda, hüquqi şəxslər 7 000 manatdan 10 000 manatadək məbləğdə cərimə olunacaq. |
2023-12-25 | 816,920 | Putindən deportasiyası ilə bağlı yeni qərar | Rusiyada xarici vətəndaşların deportasiyası üçün yeni qaydalar müəyyən edilib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin qanun imzalayıb. Dəyişikliklərə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin belə yerlərdə saxlanılması 90 gündən çox ola bilməz. Sənəd nəzarət orqanlarına deportasiyanı digər sanksiyalarla əvəz etmək hüququ verir. Əcnəbilərdən 50 min rubla qədər cərimə ödəmək və ya 200 saata qədər məcburi iş görmək də tələb oluna bilər. |
2023-12-25 | 816,924 | Ölkəmiz Rusiyaya yumurtanın III partiyasını tədarük etdi | Rusiyaya Azərbaycandan yumurtanın üçüncü partiyası - 306 min ədəd idxal edilib. Axar.az xəbər verir ki, bu barədə "Rosselxoznadzor" məlumat yayıb. Qeyd edilib ki, Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə yumurtanın Azərbaycandan 18 ton (306 min ədəd) həcmində üçüncü partiyası gətirilib. Azərbaycandan yumurtanın 36 ton (612 min ədəd) həcmində ilk tədarükü dekabrın 19-da baş tutub. İkinci tədarük dekabrın 21-də 18 ton (306 min ədəd) həcmində olub. Yumurta ixracı barədə qərar 2023-cü ilin noyabrında "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvert və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli arasında aparılan danışıqların nəticələrinə əsasən qəbul edilib. |
2023-12-25 | 816,928 | Döyüşləri daha da dərinləşdirəcəyik - Netanyahu | Yaxın günlərdə Qəzza zolağında quru əməliyyatını genişləndirəcəyik. Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib. “Biz dayanmırıq, mübarizəmizi davam etdiririk və yaxın günlərdə döyüşləri daha da dərinləşdirəcəyik. Bu, uzun döyüş olacaq - hələ yekuna var”, - Netanyahu qeyd edib. |
2023-12-25 | 816,930 | Rus qoşunları bu şəhəri tamamilə işğal etdi | Rusiya qoşunları Donetskin Marinka şəhərini tamamilə işğal edib. Axar.az xəbər verir ki, bu barədə müdafiə naziri Sergey Şoyqu ölkə Prezidenti Vladimir Putinlə görüşdə bildirib. "Aktiv hücum əməliyyatları zamanı "Cənub" qrupunun hücum dəstələri bu gün Donetskin cənub-qərbindəki Marinka şəhərini tamamilə ələ keçirib", - Müdafiə Nazirliyinin rəhbəri bildirib. Şoyqu vurğulayıb ki, şəhərin nəzarətə götürülməsi Donetski Ukrayna Silahlı Qüvvələrinin atəşindən daha effektiv qorumağa imkan verəcək. Qeyd edək ki, dekabrın 10-da Rusiya ordusu Marinka şəhərində Rusiya bayrağını qaldırıb. |
2023-12-25 | 816,932 | "Kəpəz"in stadionunda yanğın oldu - Foto | Gəncə şəhərində "Kəpəz" futbol klubunun stadionu ərazisində yanğın olub. Axar.az xəbər verir ki, hadisə stadionun tikintisi aparılan ərazisinin yaxınlığında mühafizə konteyneri olan ərazidə baş verib. Hadisə yerinə Gəncə Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub. Yanğın söndürülüb. İlkin məlumata görə, yanğın elektrik naqillərindəki qısaqapanmadan baş verib. |
2023-12-25 | 816,936 | Ermənistan ölmək istəyirsə... - Lukaşenko | Ermənistan iqtisadi cəhətdən ölmək istəyirsə, biz onu itirə bilərik. Lakin düşünmürəm ki, ermənilər axmaq insanlardır. Axar.az xəbər verir ki, bunu Avrasiya İqtisadi İttifaqının (Aİİ) Sankt-Peterburqda keçirilən sammitində Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. Lukaşenko Ermənistan Baş naziri Nikol Paşinyanın KTMT-dən incidiyini, lakin Aİİ-nin fəaliyyətindən narazı olmadığını söyləyib. |
2023-12-25 | 816,940 | İranla bu saziş qüvvəyə mindikdən sonra... - Putin | Avrasiya İqtisadi İttifaqının (Aİİ) İranla azad ticarət sazişi əlaqələrin gücləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Peterburqda keçirilən Aİİ sammitində deyib. "Bu saziş Avrasiya İttifaqının Avrasiya regionunun ən böyük və texnoloji cəhətdən inkişaf etmiş iqtisadiyyatlarından biri ilə əlaqələrinin gücləndirilməsi kontekstində həqiqətən də ciddi əhəmiyyət kəsb edə bilər. Saziş qüvvəyə mindikdən sonra, demək olar ki, bütün kateqoriyalarda istehsal olunan mallar geniş İran bazarına - 90 milyon nəfərə rüsumsuz çıxış əldə edəcək", - V.Putin qeyd edib. |
2023-12-25 | 816,943 | Zelenski başa düşür, əks halda tam çöküş olacaq - Batya | Vladimir Zelenski Ukraynadakı münaqişənin həllinin yeganə yolunun siyasi olduğunu anlamağa başlayıb. Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərə açıqlamasında bildirib. “Biz onlarla (Ukrayna hakimiyyəti - red.) daha yaxından işləyəcəyik ki, onlar başa düşsünlər ki, bu, yeganə şansdır. Əgər bundan istifadə etməsələr, tam çöküş olacaq", - Belarus lideri vurğulayıb. Onun sözlərinə görə, artıq Zelenskinin mətbuat konfransında söylədikləri siyasətçilərin qulağına çatıb: "Hərbçilər baş verənləri görür. Təzyiq çox güclüdür. Yəqin ki, Zelenskinin mətbuat konfransında onun vəziyyəti anlamağa başladığını hiss etdiniz". |
2023-12-25 | 816,945 | Bu qanunu pozanlar 7 min manat cərimələnəcək | Azərbaycanda ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericiliyi pozanlar 7 min manat cərimələnəcək. Axar.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsinə yeni 439-2-ci maddə (Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericiliyin pozulması) əlavə edilib. Yeni maddəyə əsasən, ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericiliyin pozulmasına, yəni Azərbaycan Mərkəzi Bankının apardığı reyestrdə olmayan ödəniş agenti vasitəsilə ödəniş xidmətlərinin göstərilməsinə; - Ödəniş xidməti təchizatçıları, o cümlədən xarici ödəniş xidməti təchizatçılarının yerli filialları tərəfindən ödəniş agentinin cəlb edilməsi, ödəniş agenti tərəfindən ödəniş xidmətlərinin göstərilməsi, o cümlədən ödəniş agenti ilə bağlanan müqavilənin şərtlərinə dair tələblərin pozulmasına; - Xarici ödəniş təşkilatı, elektron pul təşkilatı və ödəniş sistemi operatorunun yerli filial açmadan ölkədə fəaliyyət göstərməsinə dair bağlanılmış müqavilə barədə məlumatın ödəniş xidməti təchizatçıları tərəfindən qanunla müəyyən edilmiş müddətdə təqdim edilməməsinə; - Banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru tərəfindən elektron pulun emitenti, ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti təchizatçısı və hesab üzrə məlumat xidməti təchizatçısı kimi fəaliyyət göstərəcəyi barədə məlumatın Azərbaycan Mərkəzi Bankına qanunla müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə - vəzifəli şəxslər 1 000 manatdan 3 000 manatadək, hüquqi şəxslər 5 000 manatdan 7 000 manatadək məbləğdə cərimə ediləcək. Ödəniş xidməti təchizatçısı və ödəniş sistemi operatoru, o cümlədən xarici ödəniş xidməti təchizatçısının və xarici ödəniş sistemi operatorunun yerli filialı tərəfindən əməliyyat və ya təhlükəsizlik insidentləri haqqında məlumatların Azərbaycan Mərkəzi Bankına qanunla müəyyən edilmiş müddətdə təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə - vəzifəli şəxslər 500 manatdan 700 manatadək miqdarda, hüquqi şəxslər 3 000 manatdan 5 000 manatadək məbləğdə cərimə olunacaq. Ödəniş təşkilatı, elektron pul təşkilatı və ödəniş sistemi operatoru, o cümlədən xarici ödəniş təşkilatı, xarici elektron pul təşkilatı və xarici ödəniş sistemi operatorunun yerli filialı tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına qanunla müəyyən edilmiş hesabatların təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə- vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə, hüquqi şəxslər 3 000 manatdan 5 000 manatadək məbləğdə cərimə ediləcək. |
2023-12-25 | 816,948 | Bu şəhərin ələ keçirilməsi bizə əlavə imkanlar verir - Şoyqu | Marinka şəhərinin ələ keçirilməsi Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini zəiflədir. Axar.az xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə məruzəsində deyib. O vurğulayıb ki, Marinkanın ələ keçirilməsi Rusiya Silahlı Qüvvələrinə gələcək fəaliyyətləri üçün əlavə imkanlar verir. Onun sözlərinə görə, doqquz il ərzində Ukrayna Silahlı Qüvvələri Marinkada yeraltı keçidlərlə birləşdirilən güclü istehkam sahəsi yaradıb, demək olar ki, hər küçədə möhkəmləndirilmiş struktur olub. |
2023-12-26 | 816,949 | Türk ordusu SDQ-nin mövqelərini belə bombalayır - Video | 2023.12.25 - 22:05 Türkiyə ordusu Suriyanın şimal-şərqindəki Hasekə vilayətinin Qamışlı bölgəsində Suriya Demokratik Qüvvələrinin (SDQ) bir neçə hədəfini bombalayıb. Axar.az xəbər verir ki, bu barədə yerli mənbə "RİA Novosti"yə bildirib. “Türkiyə döyüş təyyarələri və pilotsuz təyyarələri Qamışlının şimalında dəmir yolu stansiyası və elektrik stansiyası ərazisində SDQ-nin mövqelərini davamlı olaraq bombalayır”, - mənbə bildirib. Onun sözlərinə görə, Türkiyə artilleriyası SDQ-yə məxsus maşınları, həmçinin bu terror qruplaşmasına məxsus obyektləri hədəf alıb. |
2023-12-25 | 816,950 | Saakaşvilinin səhhətində mühüm irəliləyiş | Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin ümumi vəziyyəti yaxşılaşıb. Axar.az xəbər verir ki, bu barədə Saakaşvilinin müalicə aldığı tibb müəssisəsinin direktoru Zurab Çxaidze bildirib. “Xəstənin (Saakaşvili) ümumi vəziyyəti yaxşılaşıb. Onun həyati parametrləri normallaşıb, lakin laboratoriya testlərinin nəticələri hələ də diqqət tələb edir", - Çxaidze qeyd edib. |
2023-12-25 | 816,952 | Belqradda iğtişaşlar: nazirliyə giriş bağlandı - Video | 22:22 Serbiyanın paytaxtı Belqradda iğtişaşlar davam edir. Axar.az xəbər verir ki, etirazçılar Dövlət Administrasiyası və Yerli Özünüidarəetmə Nazirliyinin binasının girişini bağlayıb Polis idarəsinin rəisi İvitsa İvkoviç hökumət binalarının və körpülərin bağlanmasına göz yummayacağını deyib. Qeyd edək ki, “Serbiya zorakılığa qarşı” müxalifət bloku ölkədə keçirilən parlament seçkilərinin nəticələrinə etiraz edir. |
2023-12-25 | 816,954 | İlham Əliyevdən 2024-cü illə bağlı paylaşım - Foto | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “2024 - Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib. Axar.az həmin paylaşımı təqdim edir. |
2023-12-25 | 816,955 | Putin elan etdi: Sədrlik Ermənistana keçir | Yanvarın 1-dən Rusiya Avrasiya İqtisadi İttifaqına sədrliyi Ermənistana təhvil verəcək. Axar.az xəbər verir ki, bu sözləri Prezident Vladimir Putin Aİİ-nin Sankt-Peterburqda keçirilən sammitində deyib. “Mən erməni tərəfdaşlarımıza və dostlarımıza uğurlar arzulamaq istəyirəm”, - deyə o vurğulayıb. Putin “erməni tərəfdaşlara” kömək etməyə hazır olduqlarını qeyd edib. |
2023-12-25 | 816,958 | ABŞ-ın Çin qorxusu: süni intellektdən istifadə ilə... | ABŞ Çinin əvvəllər heç vaxt görülməmiş miqyasda Amerika vətəndaşlarından müxtəlif növ məlumat toplamaq üçün süni intellektdən istifadə etməsindən qorxur. Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnalı” məlumat yayıb. Bildirilib ki, Federal Tədqiqat Bürosu (FTB) və digər qurumlar Çinin süni intellektdən amerikalılar haqqında məlumat toplamaq və saxlamaq üçün indiyə qədər heç vaxt mümkün olmayan miqyasda istifadə edə biləcəyinə inanır. Nəşrin məlumatına görə, məsələ son bir il ərzində o qədər kəskinləşib ki, FTB direktoru və Qərb kəşfiyyat orqanlarının rəhbərləri oktyabr ayında texnologiya liderləri ilə görüş keçiriblər. |
2023-12-25 | 816,961 | Fransa “evini” həll etsin, sonra İrəvana girər – Batya | Fransa nəsə etməyə çalışır. Siz görürsünüz ki, Fransada nələr baş verir: gərək öz evlərində bunları həll etsinlər, sonra Qafqaza girsinlər. Axar.az xəbər verir ki, bu sözləri Belarus lideri Aleksandr Lukaşenko Sankt-Peterburqda mediaya açıqlamasında deyib. “Onlar bunu özləri başa düşə bilmirlər. Ermənilər bunu görür. İctimaiyyət qarşısında baş verənlər bir şeydir, ictimaiyyətdən kənar olanlar tamam başqadır - əsas proseslər orada olur. Həmin proseslərə görə Ermənistan mütləq bizimlə olacaq. Çünki bu, onların inkişafının ən vacib istiqamətidir”, - Lukaşenko vurğulayıb. |
2023-12-25 | 816,965 | Aleksey Navalnı tapıldı | Aleksey Navalnını tapdıq. Axar.az xəbər verir ki, bu barədə rusiyalı müxalifətçinin mətbuat katibi Kira Yarmış məlumat verib. “O, indi Yamalo-Nenets Muxtar Dairəsinin Xarp kəndində saxlanılır. Bu gün vəkil ona baş çəkib. Aleksey özünü yaxşı hiss edir”, – Kira Yarmış yazıb. |
2023-12-25 | 816,969 | ADU-nu tələbələr idarə etdi: “Bir günlük xəlifə” | Azərbaycan Dillər Universitetində (ADU) “Bir günlük xəlifə” layihəsində iştirak edən tələbələr vəzifələrinin icrasına başlayıblar. Axar.az xəbər verir ki, ilk olaraq xəlifələr Ulu öndər Heydər Əliyevin büstünü ziyarət ediblər, büstün önünə gül dəstələri qoyublar. Xəlifə-rektor Nicat Quluzadə müvafiq vəzifələrə xəlifə seçilmiş tələbələrlə ümumi iclas keçirib, qarşıda duran işlərlə bağlı müzakirələr aparılıb, tapşırıqlar verilib. Bildirilib ki, 2023-cü ildə həyata keçirilən "Bir günlük xəlifə" layihəsi Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Bu, Azərbaycan Dillər Universitetinin Ulu öndərin əziz və unudulmaz xatirəsinə olan töhfəsidir. Layihə çərçivəsində bir sıra ölkələrin fövqəladə və səlahiyyətli səfirləri ADU-nun qonağı olublar. Əvvəlcə xəlifə-rektor Nicat Quluzadə Pakistanın ölkəmizdəki səfirinin birinci müavini Moazzam Ali Sahito ilə görüşüb. Diplomat ADU-nun “Bir günlük xəlifə” layihəsini yüksək qiymətləndirib. Görüşdə eyni zamanda ADU-nun Pakistan dil və mədəniyyət mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilib, gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. "Qələbəyə aparan yol" inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Daha sonra Nicat Quluzadə və beynəlxalq əlaqələr üzrə prorektor Əli Rzayev Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzla görüşüb. Səfir “Bir günlük xəlifə” layihəsinin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, bu, ADU-nun rektoru, akademik Kamal Abdullanın tələbələrin idarəetmə istiqamətində təcrübə qazanmalarına hesablanan vacib təşəbbüsüdür. “Bir günlük xəlifə” layihəsi universitetdə 2017-ci ildən təşkil olunur. Layihə çərçivəsində tələbələr tərəfindən səsvermə yolu ilə seçilən xəlifələr bir gün ərzində universitetin rəhbər strukturlarını idarə edirlər. Bir gün ərzində rektor, prorektorlar, dekanlar, mərkəz və şöbə müdirləri tələbə, magistr və doktorantlar olurlar. Onlar bir gün ərzində universitetdə tədris prosesi, inzibati və sair işlərlə bağlı qərarlar qəbul edir, bir sıra yeniliklər həyata keçirirlər. Nicat Quluzadə göstərilən etimadı ən yüksək səviyyədə doğrultmağa çalışdıqlarını bildirib. Hər bir gənc öz imkanları daxilində dövlətinin, millətinin daha parlaq gələcəyi üçün çalışmalıdır. Görüşdə ADU və səfirlik arasında olan əməkdaşlıq yüksək qiymətlədirilib. Sonra Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd əl-Bluşi ilə görüş keçirilib. Görüşdə ərəb dilinə olan maraq haqqında danışılıb, ərəb dilinin tədrisi istiqamətində yeni addımların atılacağı diqqətə çatdırılıb. Qeyd olunub ki, ADU-da Ərəb dili və mədəniyyəti mərkəzinin açılması istiqamətində mühüm addımlar atılıb. Mərkəzin açılışından sonra əməkdaşlıq daha sıx və səmərəli olacaq, tələbələr üçün yeni imkanlar yaranacaq. Səfir “Bir günlük xəlifə” layihəsinin tələbələrinin həyatındakı yerini yüksək dəyərləndirib. Daha sonra xəlifə-rektor Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin direktoru Aqşin Bağırov və litseydə təhsil alan şagirdlərlə görüşüb. Təhsil kompleksi və Azərbaycan Dillər Universitet arasında olan əməkdaşlığın yüksələn xətlə inkişafı etdiyi vurğulanıb. ADU ilə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi arasında imzalanan anlaşma memorandumu çərçivəsində bir sıra vacib addımlar atılıb, tədbirlər təşkil olunub. Aqşin Bağırov akademik Kamal Abdullanın ideya müəllifi olduğu və təşəbbüsü ilə keçirilən “Bir günlük xəlifə” layihəsinin tələbələrin həyatında unudulmaz xatirəyə çevriləcəyini, onların idarəçilik bacarıqlarını formalaşadıracağını deyib. Daha sonra xəlifə-rektorun təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan tədbir keçirilib. Tədbirdə xəlifə-rektor Nicat Quluzadə, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Aydan Əhmədzadə Ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığı haqqında danışıb, onun gənclərə olan böyük qayğısından bəhs olunub. Çıxışlarda Ulu öndərin genişmiqyaslı fəaliyyətində təhsilin inkişafının prioritet sahə kimi mühüm yer tutması qeyd edilib. “Bir günlük xəlifə” layihəsinin əsas məqsədlərindən biri tələbələrin ictimai həyatda fəal iştirak etmək, təhsil və bilik əldə etmək, yaradıcı və sağlam tələbə həyatı yaşamaq və imkanlarını genişləndirmək üçün şərait yaratmaqdır. Sözügedən bu layihə tələbələrin özünüidarəetmə, işgüzarlıq kimi xüsusiyyətlərin inkişafında, onların peşə məsuliyyətini dərk etməsində önəmli rol oynayacaq. |
2023-12-25 | 816,971 | Putin Lukaşenko ilə zarafat etdi: Xəsislik etməyin... - Video | Rusiya Prezidenti Vladimir Putin Aİİ iclası zamanı zarafatla Belarus lideri Aleksandr Lukaşenkodan acgözlük etməməyi xahiş edib. Axar.az xəbər verir ki, Belarus Prezidenti ölkədə ərzaq təminatından danışaraq, yumurta mövzusunda xüsusi söz açıb. “Öz istehsalımız hesabına biz daxili tələbatımızı - taxıl, donuz əti, quş əti, süd, tərəvəz, bitki yağı, toyuq yumurtası - ödəyirik”, - Lukaşenko qeyd edib. Putin isə cavab kimi zarafatla ondan xəsislik etməməyi və Rusiyaya bir az yumurta tədarük etməyi xahiş edib. Qeyd edək ki, Rusiyada yumurta qıtlığı yaranıb. |
2023-12-25 | 816,974 | Sabirabadda ağır qəza: yaralılar var | Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib, yük və minik maşınları toqquşub, iki nəfər xəsarət alıb. Axar.az xəbər verir ki, hadisə saat 19 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonu Qaratəpə kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində xəsarət alan Alışan Zülfüqar oğlu Məmmədov və Elşad Mirzəxan oğlu Həsənov Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. |
2023-12-25 | 816,975 | Anar Salahzadə yüksək vəzifəyə təyin edildi | Laçın Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. Axar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb. Əmrə əsasən, doktor Anar Salahzadə Laçın Rayon Mərkəzi Xəstəxanasının Keyfiyyətə Nəzarətin İdarədedilməsi Komitəsinin rəhbəri vəzifəsinə təyin edilib. O, bu təyinata qədər Tərtər Rayon Mərkəzi Xəstəxanasının Statistika bölməsinin rəhbəri vəzifəsində çalışırdı. |
2023-12-25 | 816,976 | Nikol Piterdə “xəbərdarlıq” etdi: Əks halda... | Avrasiya İqtisadi İttifaqı iqtisadi birlikdir və onun siyasi və geosiyasi gündəmi olmamalıdır. Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Ermənistanın sədrliyinin Aİİ haqqında müqavilənin imzalanmasının onuncu ildönümü ilə üst-üstə düşməsi simvolikdir ki, bu da Aİİ-nin siyasi, hətta geosiyasi gündəmi olmayan iqtisadi birlik olması ilə bağlı fundamental postulata əsaslanır. Onu bu şəkildə dərk etməyə və iqtisadi əməkdaşlığımız çərçivəsində qarşılıqlı əlaqəni inkişaf etdirməyə davam edirik, bu kontekstdə Avrasiya inteqrasiyasını siyasiləşdirmək cəhdlərinin qarşısını almağa çalışırıq", - baş nazir vurğulayıb. Onun sözlərinə görə, Aİİ və onun iqtisadi prinsipləri siyasi ambisiyalarla əlaqələndirilməməlidir və əsas ticarət və inteqrasiya azadlıqları siyasi mülahizələrə görə məhdudlaşdırıla bilməz və məhdudlaşdırılmamalıdır, çünki bu, assosiasiyanın fundamental prinsiplərinin korroziyasına gətirib çıxaracaq: “Bu kontekstdə Ermənistan tərəfi iqtisadi proseslərin 2030-cu ilə qədər və 2045-ci ilədək olan dövr üçün gələcək inkişafı haqqında bəyannamənin imzalanmasını vacib hesab edir ki, bu da birliyin orta və uzunmüddətli inkişafının konseptual və prioritet istiqamətlərinə əsaslanır”. O, həmçinin bəyan edib ki, Ermənistan Aİİ-nin İranla azad ticarət sazişi imzalamasını alqışlayır: “Tam formatlı sazişin imzalanması İranla ticarət, iqtisadi, logistika və nəqliyyat əlaqələrinin gücləndirilməsinə töhfə verəcək və bizə birgə planlar üçün möhkəm müqavilə bazası yaratmağa imkan verəcək”. |
2023-12-25 | 816,977 | Azərbaycanlı iş adamı qətlə yetirildi | Rusiyada azərbaycanlı iş adamı amansızlıqla qətlə yetirilib. Axar.az APA-ya istinadən xəbər verir ki, qətl hadisəsi Dağıstanın Xasavyurt şəhərində baş verib. Belə ki, 37 yaşlı Cabir adlı Azərbaycan vətəndaşının evinə hücum olub. Onu mənzilində döyərək qətlə yetiriblər. Həmyerlimizin evində dodağı qopmuş vəziyyətdə cəsədi aşkar olunub. Onun qətlə yetirildiyi vaxt həyat yoldaşı da evdə olub. Məlumata görə, Cabirin kiçik məişət texnikası və mətbəx əşyaları mağazası olub. O, ötən gecə ezamiyyətdə olduğu Dubaydan uçaraq Xasavyurtdakı evinə qayıdıb. Səhər saat 5 radələrində iki nəfər Cabirin evinə gəlib. Həmyerlimizin onlarla borc haqqında söhbəti olub. Daha sonra söhbət davaya çevrilib, iş adamının arvadı ona kömək etmək istəsə də, başından aldığı zərbədən sonra o, huşunu itirib. Hazırda polis qətlin iştirakçılarını axtarır. |
2023-12-25 | 816,979 | Roma Papası Bakı və İrəvandan danışdı | Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesinin əhəmiyyətini qeyd edib. Axar.az xəbər verir ki, katoliklərin ruhani lideri Papa Fransisk Milad bayramı günündə Vatikanın Müqəddəs Pyotr meydanında ənənəvi “Urbi et Orbi” (“Romaya və dünyaya”) bayram xeyir-duasını oxuyub, çıxış edib və təbrikini çatdırıb. Çıxışında Azərbaycan ilə Ermənistan arasında sülh prosesindən danışan Roma Papası vurğulayıb: “Qoy, Ermənistanla Azərbaycan arasında yekun sülh günü yaxınlaşsın. Bu sülh prosesini dəstəkləmək üçün humanitar təşəbbüslərin davam etdirilməsi, köçkünlərin qanuni və təhlükəsiz şəkildə öz evlərinə qayıtması, hər bir icmanın dini adət-ənənələrinə və ibadət yerlərinə qarşılıqlı hörmətin olması vacibdir”. Papa Fransisk həmçinin Yaxın Şərqdə, eləcə də digər münaqişə zonalarında sülhün əldə olunmasının vacibliyini bildirib. |
2023-12-26 | 816,980 | Qəzzada ölənlərin sayı artdı | Oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 20 min 674 nəfərə çatıb. Axar.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin Teleqram kanalında məlumat yayılıb. Məlumata görə, daha 54 min 536 nəfər xəsarət alıb. |
2023-12-26 | 816,982 | ABŞ 1 milyon kv.km-ya iddia edir - Rusiyadan cavab | ABŞ-ın Arktikada və Berinq dənizində təbii ehtiyatlarla zəngin kontinental şelfdə mübahisəli ərazilərin bir hissəsinə dair iddiaları Rusiya üçün strateji əhəmiyyət kəsb edən ərazilərə aid deyil. Axar.az xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Dmitri Kasatkin bildirib. “Ola bilsin ki, qismən kəsişmələr var, lakin onlar həm həcm, həm də iqtisadi potensial baxımından strateji əhəmiyyətli ərazilərə aid deyil. Rusiya üçün Lomonosov silsiləsindən Mendeleyev silsiləsinə qədər olan şelf zonasında öz maraqlarını müdafiə etmək strateji baxımdan daha vacibdir", - şərhçi vurğulayıb. Qeyd edək ki, bir neçə gün öncə ABŞ Dövlət Departamenti Arktika və Berinq dənizində kontinental şelfin genişləndirilməsini elan edib ki, bu da Vaşinqtona potensial minerallarla zəngin dəniz dibləri üzərində hüquqlarını təmin etməyə imkan verəcək. |
2023-12-26 | 816,986 | Tokayevdən unikal təklif: Hind okeanı sahili boyunca... | Qazaxıstan Rusiya-Qazaxıstan-İran marşrutu üzrə fiber-optik rabitə xətti çəkməyi təklif edib. Axar.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib. “Qazaxıstan informasiya texnologiyaları sahəsində əməkdaşlığın hərtərəfli inkişafından yanadır. Bu müstəvidə Rusiya-Qazaxıstan-İran marşrutu üzərindən Hind okeanının sahili boyu keçən mövcud beynəlxalq xətlərə qoşulmaq üçün fiber-optik rabitə xəttinin çəkilməsi imkanlarını nəzərdən keçirməyi təklif edirəm”, – dövlət başçısı bildirib. Onun sözlərinə görə, bu, Avrasiya məkanında tranzit daşımaları üçün alternativ marşrut yaratmağa imkan verəcək. |
2023-12-26 | 816,987 | Nüvə silahları yerindədir, vaqnerçilər isə... - Batya | Rusiyanın bütün taktiki nüvə silahları yerindədir, yaxşı vəziyyətdədir. Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərə deyib. A.Lukaşenko Belarus hərbçilərinin hər gün Rusiya silahları ilə təlim keçdiyini vurğulayıb: "Biz hər gün öyrənirik. Hətta bizimlə qalan keçmiş vaqnerçilər də bu gün bölmələrimizdə işləyir, təcrübələrini bölüşürlər". |
2023-12-26 | 816,989 | HƏMAS-ın inanılmaz müqaviməti heyrət doğurdu - Video | HƏMAS qruplaşmasının silahlı qanadı İzəddin Əl-Qəssam Briqadasının Qəzzada İsrail ordusuna qarşı mübarizəsini əks etdirən görüntü paylaşılıb. Axar.az xəbər verir ki, görüntülərdə HƏMAS üzvlərinin öz həyatlarını real riskə ataraq, İsrail ordusuna ciddi itki yaşatdıqları əks olunub. Sözügedən görüntüləri təqdim edirik: |
2023-12-26 | 816,990 | Borrell pis adamdır: Ağlı olsa, deyərdi ki... | Rusiya və Belarusun NATO ilə yeni müharibəyə vaxtı yoxdur. Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Avropa Birliyinin baş diplomatı Jozep Borrellin NATO ilə Rusiya arasında uzunmüddətli müharibəyə hazırlaşmağa çağıran bəyanatını şərh edərkən deyib. "Bu cəfəngiyyatdır! Bu, pis adamdır, sadəcə, axmaqdır. Onun siyasətlə heç bir əlaqəsi yoxdur. Ağıllı olsaydı, işgüzar şəkildə belə düşünərdi: "Allah eləsin, Rusiya ilə bu problemləri həll edək. Bu problemlərin öhdəsindən gələk. Niyə bu problemlərin üstünə yenisini əlavə edək ki?" Hər kəs belə düşünərdi", - Lukaşenko söyləyib. Belarus lideri qeyd edib ki, nə ruslar, nə də belaruslar döyüşmək istəyir. |
2023-12-26 | 816,991 | Polkovnik: İrəvan 700 km mənzilli raket alır: təhlükə... - Video | 08:30 Hindistan Ermənistana vermək istədiyi “BrahMos” qanadlı raketlərini Rusiya ilə birgə istehsal edir. Bu sözləri Axar.az-a Hindistanın Ermənistana satmaq istədiyi “BrahMos” qanadlı raketi və “Pralay” yaxınmənzilli ballistik raketinin xüsusiyyətləri haqqında danışan Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib. Polkovnik “BrahMos”ların daha çox hərbi obyektlərin vurulması üçün nəzərdə tutulduğunu bildirib: “Raket ilk dəfə sualtı qayıqlardan atılmaq üçün hazırlanıb. Sonradan isə həm qurudan, həm də döyüş təyyarələrindən atıla bilən versiyaları da istehsal olundu. Fikrimcə, Ermənistan bunların quru versiyasını alacaq. Çünki İrəvanın əlindəki döyüş təyyarələrinin ağırlığını nəzərə alsaq, hava versiyasının satın alınması mümkün görünmür. “BrahMos”ların quru versiyası ən uzaq uçuş mənzilinə sahibdir. Bu, təxminən 700 km-ə, havadan yerə olanlarda isə 350-400 km-ə çatır. Həssas izləmə və hədəf təyinetmə sisteminə malikdir. Klassik döyüş başlığı ilə rahat şəkildə bir hərbi hissəni və s. vurmaq mümkündür”. Sadiq Akyarın sözlərinə görə, “Pralay” yaxınmənzilli ballistik raketi taktiki xarakterlidir: “Uçuş məsafəsi 150-500 km arasındadır. Həm “BrahMos”, həm də “Pralay” SSRİ dövründə istehsal edilən “Skad” taktiki ballistik raketlərinin müasir versiyalarıdır. Yəqin ki, Ermənistan bunları alaraq əlindəki köhnə “Skad”ların yerinə istifadə etmək niyyətindədir. Əlbəttə, alındığı halda bu raketlər Ermənistanın yaxınmənzilli ballistik raket ehtiyacını qarşılayacaq, əlini gücləndirəcək. Ancaq logistika, təchizat və peşəkar mütəxəssis ehtiyacını nəzərə alsaq, “BrahMos” və “Pralay”ların Ermənistan ordusuna mənfi təsirləri də olacaq. Hər halda İkinci Qarabağ müharibəsindən sonra Hindistan və Fransa Ermənistana silah-sursat və hərbi texnika tədarükü baxımından önə çıxır, orduda isə Rusiya silahları say baxımından üstünlük təşkil edir. Bu qədər silah-sursatın, hərbi texnikanın yalnız balans yaratmaq üçün Ermənistana verilməsi ağlabatan deyil. Bütün ehtimal və ssenarilərə hazır olmalıyıq”. Qeyd edək ki, Hindistanın “Indian Defence Research Wing” portalı ölkənin Müdafiə Nazirliyinin tabeliyindəki Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatına istinadən Dehlinin İrəvana səsdən sürətli “BrahMos” qanadlı raketi və “Pralay” yaxınmənzilli ballistik raketlərini tədarük etmək istədiyini yazıb. Bununla yanaşı, indiyə kimi Hindistan Ermənistana dörd mobil “Svati” radar sistemi verib. Digər tərəfdən 2022-ci ildə ölkələr arasında “Pinaka” reaktiv yaylım atəş sistemi, tank əleyhinə raketlər və müxtəlif növ sursatların alınması üçün 245 milyon dollarlıq müqavilə imzalanıb. Bunlarla bərabər Ermənistana MArG 155 özüyeriyən haubitsa və “Zen Anti-Drone System” (Zen antidron sistemi - ZADS) ilə yanaşı, 30 mm və 40 mm çaplı qumbaralar da göndəriləcək və HHM sistemlərinin istehsalı ilə məşğul olan “Zen Technologies” şirkəti orada özünə filial açmaq niyyətindədir. Ən son isə Hindistanın Ermənistana qiyməti 600 milyon dollar dəyərində olan “Akaş” kompleksini tədarük etməyə hazırlaşdığı bildirilib. |
2023-12-26 | 816,992 | Nikol Piterdə Qərbə mesaj verdi, Batya isə hədələdi | Ermənistan Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının Sankt-Peterburq sammitində çıxışı zamanı “Aİİ-ni geosiyasi olmayan iqtisadi birlik” adlandırıb və qeyd edib ki, Avrasiyaya inteqrasiyanın siyasiləşdirilməsinə qarşıdır. Axar.az xəbər verir ki, bu barədə politoloq Asif Nərimanlı qeyd edib. O bildirib ki, Paşinyanın bu sözləri Qərbə ünvanlanmış kimi görünür: bununla Rusiyaya qarşı mövqeyindən imtina etmədiyini, sammitə iqtisadi əməkdaşlığa görə getdiyini və Avrasiyaya inteqrasiyanın siyasi yox, iqtisadi məqsəd daşıdığını ifadə edir: “Sammitdə əsas diqqətçəkən məqam isə Putinin Paşinyana demək istədiyi sözləri ənənəvi olaraq Lukaşenkonun dili ilə çatdırması idi. Belarus Prezidenti Lukaşenko Ermənistana Fransaya bel bağlamamağı tövsiyə etdi, Əfqanıstanı nümunə çəkdi və üz döndərəcəyi təqdirdə iqtisadi baxımdan “öləcəyi” mesajını verdi. Belə demək mümkünsə, Batya Paşinyanı Putinin ona verdiyi “şirin dillə” hədələdi”. |
2023-12-26 | 816,993 | SEPAH rəsmisi öldürüldü: İran "qisas" elan etdi | İsrail Suriyadakı korpusun baş məsləhətçisinin ölümünə görə məsuliyyət daşıyacaq. Axar.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) internet saytındakı bəyanatda bildirilib. “Şübhəsiz ki, yırtıcı və vəhşi sionist rejim bu cinayətin əvəzini ödəyəcək”, - bəyanatda vurğulanıb. Qeyd edək ki, İsrailin hücumu nəticəsində SEPAH müşaviri Seyidrazi Musəvi Suriyada ölüb. |
2023-12-26 | 816,994 | Zelenski səhv edib, bu qədər pul yoxdur - Deputat | Ukraynanın büdcəsində 500 min insanın səfərbər edilməsi planını yerinə yetirmək üçün vəsait yoxdur. Axar.az xəbər verir ki, bu fikri Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak deyib. "Mənə elə gəlir ki, prezident (Vladimir Zelenski – red.) səhv edib, yarım milyard qrivna yox, daha çox pul lazımdır. Bizdə bu qədər pul yoxdur", - deputat bildirib. |
2023-12-26 | 816,995 | Qərb Kremllə daha bir Avropa ölkəsində toqquşdu | Qərb tərəfindən belə bir addımın atılması gözlənilən idi. Uzun müddətdir ki, Serbiya Avropada Rusiyanın əsas dayaq nöqtələrindən biridir. Hətta SSRİ dövründə Yuqoslaviya Moskvanın ən əsas müttəfiqi olub. Bu sözləri Axar.az-a politoloq Turab Rzayev Serbiyada baş verən son gərginlikdə Avropanın iştirakının olması ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib. O, çox da uzaq tarix olmayan NATO qoşunlarının Belqradı bombalamasını, Kosovanın Serbiyadan qopardılmasını misal çəkərək, bunun Qərb-Şərq qarşıdurmasının bir hissəsi kimi nəzərdən keçirilməli olduğunu bildirib: “İndiki Rusiya-ABŞ qarşıdrmasında yenə də Serbiya Moskvanın Avropada əsas dayaq nöqtəsi kimi çıxış edir. İstər Serbiya, istər elə AB daxilində Macarıstan, Bolqarıstan kimi bir sıra dövlətlər var ki, Rusiyaya sanksiyalardan yayınmağa kömək edir, Ukrayna münaqişəsindən diqqətin yayınmasına səbəb olurlar. Biz bundan əvvəl Serbiya və Kosova arasındakı münasibətlərin gərginləşməsinin, Balkan konfliktlərinin qızışma ehtimalının olduğunun şahidi olmuşuq. Burada əsas hədəf odur ki, Rusiya Avropanın mərkəzini qarışdıra biləcəyini göstərib. Eyni zamanda, diqqətin Ukrayna münaqişəsindən dünyanın fərqli istiqamətindəki münaqişələrə yönəldilməsinə çalışıb”. Politoloq Serbiyada baş verən son gərginliyi Qərbin intiqamı kimi dəyərləndirib: “Rusiyaya Avropa cəbhəsində güclənməyə və Ukraynadan diqqət yayındırmağa çalışan ölkələrə qarşı Qərbin bir intiqam alacağı, hansısa formada aktiv siyasi fəaliyyət yeridəcəyi gözlənilən idi. Məsələn, sırf Yaxın Şərqdəki prosesi qızışdırdığına görə İrana qarşı da belə bir addım atılacağı ehtimal olunur. Serbiyanın cəzalanacağı da istisna deyil. Ən azından Serbiya hökumətinin başını qatmağa, hakimiyyəti zəiflətməyə və onu daxili problemlərə yönəlməyə cəlb edəcəklər. Alınsa, dövlət çevirilişi edib, Avropaya və NATO-ya inteqrasiya tərəfdarı olan, Rusiya ilə arasında məsafə qoyan yeni rejim formalaşdırmağa çalışacaqlar. Bunu daha əvvəllər Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya ölkələrində ediblər. Mümkündür ki, Serbiyada da yenidən etməyə çalışsınlar. Necə ki, Yuqoslaviyanı vaxtılə fərqli liberal və gənclər təşkilatlarının əli ilə bu şəkildə parçaladılar, ola bilsin Serbiyada bunu yenidən həyata keçirsinlər”. |
2023-12-26 | 816,997 | Rusiyadan BMT TŞ-nin qətnaməsinə reaksiya | BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi humanitar qətnamə Qəzzada vəziyyəti dəyişməyəcək, bunun üçün atəşkəs lazımdır. Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib. "BMT Təhlükəsizlik Şurasının yeni 2720 saylı qətnaməsi, hərbi əməliyyatların dayandırılması üçün əsas tələb olmadan, bu fəlakətli vəziyyəti düzəldə bilməz. BMT-nin Baş katibi və ixtisaslaşmış humanitar qurumların rəhbərləri Qəzzaya yardımın çatdırılmasının mümkünsüzlüyünü dönə-dönə vurğulayırlar", - Rusiya XİN-dən verilən bəyanatda qeyd olunub. Qeyd edək ki, daha öncə BMT Təhlükəsizlik Şurası İsrail və HƏMAS-dan Qəzza zolağına humanitar yardımın çatdırılmasını asanlaşdırmağı tələb edən qətnamə qəbul edib, həmçinin BMT Baş katibini bu yardımın çatdırılması üçün koordinator təyin etməyə çağırıb. |
2023-12-26 | 816,999 | Nigeriyada toqquşmalar: 160 nəfər öldü | Şənbə və bazar günləri Nigeriyanın mərkəzindəki Plato əyalətində bir neçə kənddə silahlı şəxslərin hücumları nəticəsində azı 160 nəfər həlak olub. Axar.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Qeyd edilir ki, may ayından bəri Platoda icmalararası toqquşmalar baş verir. Bu səbəbdən 3 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Fulani köçəriləri ilə fermerlər arasında münaqişə Nigeriyanın bir neçə ştatını əhatə edir. Münaqişəyə səbəb torpaq sahələri üzərində hüquqlar və su ehtiyatlarına çıxışlarla bağlıdır. |
2023-12-26 | 817,000 | Serbiyada çevriliş planı: Rusiya qarşısını belə alır | Serbiyadakı seçkilərin nəticələrindən sonra öz təsir agentlərini bu ölkənin parlamentinə sala bilməyən Qərb Ukrayna ssenarisi üzrə “rəngli inqilab” təşkil etməyə çalışsa da, Rusiya xüsusi xidmət orqanları lazımi məlumatları əvvəlcədən serb həmkarlarına ötürməklə bu cəhdin qarşısını almaqda Belqrada kömək ediblər. Axar.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko RİA-ya müsahibəsində deyib. O bildirib ki, Rusiya və Serbiyanın kəşfiyyat xidmətləri arasında kifayət qədər sıx tərəfdaşlıq əlaqələri qurulub: “Aydındır ki, məlumat mübadiləsi çərçivəsində Rusiya xüsusi xidmət orqanları Belqradı “rəngli inqilab”, əslində dövlət çevrilişi üçün mümkün cəhdlər və ssenarilər barədə əvvəlcədən xəbərdar ediblər”. Korotçenkonun sözlərinə görə, Qərb tərəfindən maliyyələşdirilən Serbiya müxalifətinin hərəkətləri göstərdi ki, hökumət binalarını ələ keçirmək və hakimiyyəti zorla dəyişmək kimi klassik ssenaridən istifadə olunur: “Bu, Ukrayna ssenarisinin “Serbiya Maydanı” versiyası idi. Bu cəhdlərin arxasında, ilk növbədə, Serbiya müxalifətindəki Qərbin təsir agentləri dayanır: Draqan Jilas, Miroslav Aleksiç, Aleksandr Yovanoviç, Srcan Milivojeviç, Marinika Tepiç, Radomir Lazoviç, Dobrica Veselinoviç və s. Bu, serb müxalifətinin müxtəlif qüvvələrini təmsil edən nüvədir, hamısı Qərb təsir agentləridir”. Korotçenko vurğulayıb ki, müxalifətin Belqraddakı aksiyalarının Almaniyanın Serbiyadakı səfirliyi tərəfindən koordinasiya edildiyi üzə çıxıb: “Maliyyə isə bir sıra alman fondlarından, məsələn, Henrix Böll Fondundan, o cümlədən, Soros Açıq Cəmiyyət Fondundan və Rokfeller Fondundan gəlir. Bundan əlavə, Belqraddakı iğtişaşlara Avropa Parlamentinin avstriyalı Andreas Şider kimi üzvləri, sosial demokratların bir sıra nümayəndələri və alban lobbiçiləri də fəal təsir göstərirlər. Aleksandar Vuçiçi dəstəkləyən siyasi partiyaların dekabrın 17-də keçirilən növbədənkənar seçkilərdə inamlı qələbə qazanaraq Serbiya parlamentində səs çoxluğu əldə etdiyi bir şəraitdə çevriliş cəhdinin Qərbin seçki nəticələrinə cavab olduğu göz qabağındadır. Bu şərtlər daxilində Serbiya Prezidenti Aleksandr Vuçiçin atdığı addımlar tamamilə qanunidir. O, kütləvi iğtişaşların yatırılması, bununla da çevriliş ssenarisi üzrə “rəngli inqilabın” reallaşmasının qarşısının alınması üçün göstəriş verib”. Ekspert xatırladıb ki, serb rəsmiləri 2024-cü ilin əvvəlində yaradılması planlaşdırılan Serbiyanın yeni hökumətinin Rusiyaya qarşı sanksiyalar tətbiq etmək, Kosovanı tanımaq niyyətində olmadığını bildirib: “İnanıram ki, indiki şəraitdə Rusiya Serbiyanın qanuni hakimiyyətini dəstəkləyəcək və serb təhlükəsizlik qüvvələri bu və ya digər ssenari üzrə istənilən yeni çevriliş cəhdini yatırmaqda qərarlı olacaq”. Qeyd edək ki, 24 dekabrdan Serbiyada seçki nəticələrinə etiraz edən qərbyönlülərin aksiyaları başlayıb və sonradan iğtişaşlara çevrilib. Serbiya Prezidenti Aleksandr Vuçiç ölkə vətəndaşlarına müraciətində Belqradı gözlənilən iğtişaşlarla bağlı xəbərdar edən digər dövlətlərin partnyor xüsusi xidmət orqanlarına təşəkkür edib. Serbiyanın Baş naziri Ana Brnabiç isə gözlənilən iğtişaşlarla bağlı məlumatlara görə Rusiya kəşfiyyat xidmətlərinə təşəkkür edib. |
2023-12-26 | 817,001 | Əliyev xarici diplomatı belə susdurdu - Video | Xarici işlər naziri Ceyhun Bayramov AzTV-yə müsahibəsində xarici nümayəndə heyəti ilə danışıqlar prosesində yaşanan maraqlı məqamlardan birini açıqlayıb. Axar.az xəbər verir ki, XİN rəhbəri bu danışıqların birində Prezident İlham Əliyevin Azərbaycana qarşı ikili standartlar sərgiləyən xarici diplomatı necə susdurmasından söz açıb. "Danışıq ingilis dilində idi. Amma cənab Prezidentin dediyini Azərbaycan dilinə tərcümə etsək, bu ifadə "Siz etdiyiniz ikili standartların dərsliyidir" idi. Mənə çox maraqlı idi ki, bu məqamda reaksiya, izahat necə olacaq. Qısa zamanda gördüm ki, sükut... Heç bir kontur-arqument gətirilmədi", - nazir deyib. Daha ətraflı videoda: |
2023-12-26 | 817,002 | İsrail SEPAH müşavirinin evini darmadağın etdi - Video | İsrail İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) müşaviri Seyidrazi Musəvinin yaşadığı evə üç raket atıb. Axar.az xəbər verir ki, bunu İranın Suriyadakı səfiri Hüseyn Əkbəri deyib. Onun sözlərinə görə, saat 14:00 radələrində Musəvi səfirlikdə, ofisində olub və günortadan sonra Zeynəbiyə rayonunda yerləşən mənzilə gedib: “Görünür, onun evinə İsrail 3 raket atıb, Seyidrazi Musəvinin yaşadığı yaşayış binası tamamilə dağılıb". Qeyd edək ki, İsrailin hücumu nəticəsində SEPAH müşaviri Seyidrazi Musəvi Suriyada ölüb. O, Qüds briqadasının sabiq komandiri Qasım Süleymaninin silahdaşı olub. SEPAH onun qisasını alacağını elan edib. |
2023-12-26 | 817,003 | Rusiya müharibəni udur, yoxsa Qərb aldadır? | Müharibə uzandıqca həm Qərb ölkələrində, həm də Ukraynanın özündə yorğunluq əmələ gəlir. Yəni ABŞ Konqresi 60 milyard dollarlıq yardımı təsdiq etmədi, Avropada müəyyən pessimist fikirlər səsləndirilir, qarşıdakı ildə Ukraynada prezident seçkisi gözlənilir. Fikrimcə, burada hiylə elementi ola bilər. Bu sözləri Axar.az-a Ukrayna müharibəsində baş verən durğunluq və Qərbdən verilən pessimist açıqlamalar barədə danışan siyasi şərhçi Elxan Şahinoğlu deyib. Politoloq Ukraynanın müharibəni yayadək uzatmaq istəyindən bəhs edib: “Bəhs etdiyimiz addımın Rusiyanı özünü qalib hiss etməsi, Qərbin artıq Ukraynanın işğalı ilə barışdığı təsəvvürünü oyatmaq və arxayınlaşdırmaq məqsədilə atılması da mümkündür. Yaxın dövrə nəzər yetirsək, ABŞ-ın SSRİ-ni də dağıtmaq üçün bənzər metodlardan istifadə etdiyini görə bilərik. Qərb bir tərəfdən yardımın dayandığını, yaxud azaldığını desə də, digər tərəfdən gizli şəkildə Ukraynaya silahlar göndərilir. Çünki müqavimət davam edir və Rusiya hələ də müdafiə xəttini yarıb Donbası tamamilə işğal edə bilməyib. Müharibədə Rusiyanın da 200-300 min civarında hərbçi itirdiyi bildirilir. Əlbəttə, Ukrayna ilə müqayisədə Rusiyanın canlı qüvvə potensialı çoxdur və Kiyev üçün min kilometrlərlə məsafədə müdafiə xətti yaratmaq asan deyil. Lakin müqavimət hələ qırılmayıb. Ukrayna hazırda mövqe döyüşlərini davam etdirməklə prosesi yaya qədər uzatmaq məqsədi güdür. Mənə elə gəlir ki, hazırki məqamda Ukrayna danışıqlar masasına oturmayacaq. Çünki indi Rusiya ilə danışıqlar masasına oturmaq Ukraynanın bölünməsinə razılıq verməkdir. Biz qarşıdakı qış aylarında da mövqe döyüşlərinin davam etməsinə şahid olacağıq”. |
2023-12-26 | 817,004 | Bağırsaqları sağlam edən içkilər | Bağırsaqlara müsbət təsir edən içkiləri açıqlanıb. Axar.az Medicina.az-a istinadən xəbər verir ki, bu barədə həkim Cozef Selhab danışıb. “Bunlardan birincisi qara qəhvədir. Xüsusən qaraciyər piylənməsinə qarşı bu içki antioksidant təsir edir. Qaraciyərin xərçəngi, sirrozu riskini azaldır. Kofein metobolizmi artırır, piyləri, kaloriləri yandırır, bununla da piylənmənin qarşısını alır. Qəhvə içməyənlər eyni təsirə malik yaşıl çay içə bilər. Yaşıl çayda olan maddələr bağırsağa da əla təsir edir. Daha sağlam içki istəyənlər blenderdə meyvə və tərəvəzləri qarışdıra bilər. Bu içkilər həm toxluq verir, həm də vitaminlərlə təmin edir. Bağırsaq mikroflorası onun sağlamlıq açarıdır. Bağırsaq iltihabına qarşı pro və prebiotiklər vacibdir. Əgər bu qidaları yesəniz, beyin, psixi sağlamlığınız da düzələ bilər. Probiotik tərkibli qidalar kələm, fermentləşdirilmiş turşular, qatıq, kefir, yoqurtdur”, - həkim qeyd edib. |
2023-12-26 | 817,005 | Rus qoşunları hücuma keçdi: müdafiəni yarır | Rusiya ordusu aviasiyanın dəstəyi ilə Liman istiqamətində Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarmağa çalışır. Axar.az xəbər verir ki, bu barədə "Rusvesna" məlumat yayıb. Bildirilir ki, hücum əməliyyatları Serebryanoye meşə təsərrüfatı, Beloqorovka və Veseli ərazilərində aparılır. "Kütləvi artilleriya zərbəsindən sonra zirehli dəstələr Ternov və digər istiqamətlərdə Ukrayna hərbçilərinin mövqelərinə basqın ediblər. Döyüşlər zamanı bir sıra dayaq məntəqələri ələ keçirilib, onlarla Ukrayna hərbçisi öldürülüb, bəziləri əsir götürülüb”, – deyə bildirilir. |
2023-12-26 | 817,010 | Ukrayna Rusiyanın desant gəmisini məhv etdi - Video | Ukrayna Hərbi Hava Qüvvələri işğal altındakı Krım yarımadasının Feodosiya şəhərinin limanında “Novoçerkassk” desant gəmisini məhv edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşşuk Teleqramda bildirib. “Rusiyada donanma getdikcə azalır. Bu dəfə Rusiyanın Qara dəniz flaqmanı “Moskva” kreyserini böyük “Novoçerkassk” desant gəmisi müşayiət edir”, – o vurğulayıb. Xatırladaq ki, 2022-ci ilin martın 24-də sözügedən gəmi işğal altındakı Berdyansk şəhərinin limanında olarkən Ukrayna qüvvələrinin raket hücumuna məruz qalmışdı. Eyni ilin aprelində isə Ukrayna qüvvələri Rusiyanın Qara dəniz donanmasının flaqmanı “Moskva” kreyserinə qanadlı raketlərlə zərbə endirərək onu batırmışdı. |
2023-12-26 | 817,015 | Ov tüfəngini oğurladı, sonra evi yandırdı | Cari ilin fevral ayının 2-də Lənkəran rayon Boladi kəndinin ərazisindəki evlərdən birinin yanması və həmin evdən 1 ədəd ov tüfənginin oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Bu barədə Axar.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində həmin yaşayış evinin Boladi kənd sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Şaiq Mirzəyev tərəfindən yandırıldığı məlum olub. Belə ki, həmin şəxs həmkəndlisinin evinə gizli yolla daxil olaraq oradan "İJ" markalı ov tüfəngini oğurladıqdan sonra həmin evi yandırıb. Ş.Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb və oğurlanan silah aşkarlanaraq maddi sübut kimi götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır. |
2023-12-26 | 817,017 | Seçkilərin ədalətli və şəffaf keçirilməsi üçün… - MSK sədri | Növbədənkənar prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün addımlar ardıcıl, sistemli və keyfiyyətlə atılır. Axar.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun Ekspert qrupu üzvlərinə müraciətində bildirib. Onun sözlərinə görə, müstəqil Azərbaycan əlamətdar tarixi hadisə - 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri ərəfəsindədir: "Seçkilər ilk dəfə ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuş bir şəraitdə, işğaldan azad edilmiş regionlar da daxil olmaqla, respublikamızın hər bir bölgəsində keçirilir. Ən yeni tariximizin müstəsna əhəmiyyətli ictimai-siyasi hadisəsi olan bu irimiqyaslı tədbirin Konstitusiya və Seçki Məcəlləsinin tələblərinə uyğun, azad, ədalətli və şəffaf keçirilməsi üçün MSK tərəfindən hazırlanıb təsdiq edilmiş Təqvim planı əsasında lazımi tədbirlər görülür, bütün addımlar ardıcıl, sistemli və keyfiyyətlə atılır". |
2023-12-26 | 817,020 | Maştağada qız atasını bıçaqladı | Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində evdə ailə-məişət zəminində dava zamanı ata bıçaqlanıb. Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Elman Oqtay oğlu Xəlilov qarnın ön divarının kəsilmiş-deşilmiş diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. E.Xəlilovun qızı tərəfindən bıçaqlandığı bildirilir. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən qızı saxlayıb. |
2023-12-26 | 817,023 | ABŞ Kətaib Hizbullahın mövqelərinə zərbələr endirdi | ABŞ ordusu İraq və Suriyadakı bazalarına edilən hücumlara cavab olaraq Kətaib Hizbullah qruplaşmasının hədəflərinə zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin məlumat verib. “Bu gün Prezident Baydenin göstərişi ilə ABŞ qüvvələri İraqda Kətaib Hizbullah və ona bağlı qrupların istifadə etdiyi üç obyektə lazımi zərbələr endirib”, - Ostin bildirib. |
2023-12-26 | 817,026 | Pirotexniki vasitələr satan şəxs saxlanıldı | Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı pirotexniki vasitələrin gizli şəkildə satışı ilə məşğul olan rayon sakini saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Axar.az-a verilən məlumata görə, onun fəaliyyət göstərdiyi ərzaq mağazasına baxış keçirilən zaman külli miqdarda pirotexniki vasitələr və aksiz markaları ilə markalanmamış siqaret qutuları aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir. |
2023-12-26 | 817,031 | Bakıda 4 min manatlıq velosiped oğurlandı | Paytaxtın Nəsimi rayonunda 3950 manat dəyərində 3 ədəd velosiped oğurlayan şəxs saxlanılıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda rayon ərazisində iki evin girişindən 3950 manat dəyərində 3 ədəd velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sənan Səfərov saxlanılıb. Araşdırma aparılır. |
2023-12-26 | 817,033 | AQTA-dan çağırış: Bu məhsulları alarkən diqqətli olun! | Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçıları tərkibində şəkər olan qida məhsullarını alarkən diqqətli olmağa və həmin məhsulların etiket məlumatlarına nəzər yetirməyə çağırıb. AQTA-dan Axar.az-a verilən məlumata görə, istehlakçılar tərkibində şəkər olan qida məhsullarını alarkən üzərindəki etiket məlumatlarını nəzərdən keçirməlidirlər. Belə ki, bu zaman ilk növbədə məhsulların tərkibindəki şəkərin miqdarına diqqət yetirilməlidir. Yadda saxlamaq lazımdır ki, etiketin üzərindəki miqdar məhsulun hər 100 mq və ya 100 ml-dəki miqdarı göstərir. Bunu nəzərə alaraq, istehlakçılar həmin qidadan qəbul edəcəkləri miqdara uyğun şəkər istehlakını hesablaya bilərlər. Həmçinin məhsulların tərkibindəki inqrediyentlər onların həmin qidadakı miqdarının azalması istiqamətində yazılır. Əgər inqrediyent siyahının əvvəlindədirsə, deməli, onun məhsulda miqdarı digər inqridiyentlərə nisbətən daha çoxdur. Bəzən məhsulların üzərində şəkər sözü yazılmaya bilər, lakin əvəzində qlükoza, fruktoza, dekstroza, maltoza, sirop yazıla bilər. Bunlar da şəkərin növləridir. Bundan əlavə, eyni növ qida məhsullarını müqayisə edərək tərkibində daha az şəkər olanı almaq tövsiyə edilir. Qeyd edək ki, şəkərin normadan artıq istehlak edilməsi insan orqanizmində piylənmə, diş çürüməsi, 2-ci tip diabet, ürək xəstəlikləri, ateroskleroz yaradır, bəzi xərçəng xəstəlikləri riskini artırır. Mövcud təhlükələr nəzərə alınaraq, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən böyüklər və uşaqlar üçün gündəlik sərbəst şəkər qəbulunun təxminən 25 qrama (6 çay qaşığı) qədər azaldılması tövsiyə olunur. Bu miqdar tək şəkər tozuna, qəndə deyil, həm də qidaların tərkibindəki şəkərə aid edilir. |
2023-12-26 | 817,036 | Nikol Piterdə özünü ağıllı göstərdi, dedi ki... - Badalyan | Ermənistanın Baş naziri Nikol Paşinyan doğurdan da özünü ən ağıllı hesab edir. O, ötən gün də növbəti saxtakarlığını etdi. Axar.az xəbər verir ki, bunu rusiyayönlü erməni bloger Mika Badalyan Paşinyanın Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. "O, Aİİ-nin heç bir siyasi, hətta geosiyasi maraqları olmayan sırf iqtisadi birlik olduğunu qeyd edən nizamnaməsini üzündən oxudu. Bununla o, birincisi, siyasi baxımdan Rusiya ilə eyni yolda olmadığını açıq-aydın göstərdi, ikincisi, bununla da Putinlə görüşə getdiyi üçün antirusiya elektoratı qarşısında özünə haqq qazandırdı”, - Badalyan bildirib. Qeyd edək ki, Paşinyan ötən gün Aİİ sammitindəki çıxışında “Avrasiya İqtisadi İttifaqı iqtisadi birlikdir və onun siyasi və geosiyasi gündəmi olmamalıdır” deyə bildirmişdi. |
2023-12-26 | 817,038 | Azərbaycanda daha bir şirkət ləğv olunur | "Çörək Nəqliyyat" ASC ləğv edilir. Axar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla əlaqədar gələn ilin yanvarın 30-da cəmiyyətin növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncaqda şirkətin ləğvi ilə bağlı qərar veriləcək. Qeyd edək ki, cəmiyyətin səhmdarları bundan əvvəllər də şirkətin ləğv olunması ilə əlaqədar ümumi yığıncağa dəvət olunub. Amma buna baxmayaraq, hər dəfə yığıncaq müəyyən səbəblərə görə təxirə düşüb. |
2023-12-26 | 817,039 | İsrailli nazir ABŞ-a gedir: döyüş intensivliyi azalacaq | İsrailin strateji planlaşdırma naziri Ron Dermer Qəzza zolağında müharibənin növbəti mərhələsi ilə bağlı danışıqlar aparmaq üçün bu gün Vaşinqtona gedəcək. Axar.az xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Ron Dermer Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan, Dövlət katibi Entoni Blinken və ABŞ Konqresinin üzvləri ilə görüşəcək: “Dermer onlarla Qəzza zolağında hərbi əməliyyatların sona çatması və müharibənin aşağı intensivlik mərhələsinə keçid planlarını müzakirə edəcək. İsrail yanvarın sonuna kimi aşağı intensivlikli müharibəyə keçmək niyyətindədir”. |
2023-12-26 | 817,043 | Azərbaycan və İranın baş prokurorları görüşdü | Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə İranın Baş prokuroru Məhəmməd Kazım Movahedi-Azad arasında videoformatda geniş tərkibli görüş keçirilib. Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Görüşdə Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinə cari ilin 27 yanvar tarixində edilən terror hücumu ilə bağlı cinayət işi üzrə məhkəmə baxışının keçirilməsi, yekun qərarın qəbulunun sürətləndiriləməsi və hüquqi əməkdaşlıq mexanizmləri müzakirə olunub. Bundan başqa, görüş zamanı ölkələrimizin prokurorluq orqanları arasında hüquqi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin, ölkəmizin İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə və İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi də iştirak edib. |
2023-12-26 | 817,048 | FHN sürücü axtarır | Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinə sıravi və kiçik rəis heyəti üzrə sürücü vəzifəsinə sənəd qəbulu elan edir. Bu barədə Axar.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, işə qəbulla bağlı müsabiqədə Bakı şəhəri və Abşeron rayonunda daimi qeydiyyatda olan, həqiqi hərbi xidmət keçmiş, 30 yaşı 10.01.2024-cü il tarixinədək tamam olmayan, boyu 170 sm və yuxarı olan, tam orta, orta-ixtisas və müvafiq ali təhsilli, “BC” kateqoriyalı sürücülük vəsiqəsinə sahib və "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" qanunla müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən şəxslər aşağıdakı linkə daxil olaraq işə qəbul formasını doldurub [email protected] elektron poçt ünvanına göndərməlidirlər. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.