date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2023-12-24
816,609
Somali ordusu 130-dan çox terrorçunu məhv etdi
Somali ordusu bir sıra əyalətlərində apardığı əməliyyatlarda “Əş-Şəbab”ın 130-dan çox yaraqlısını məhv edib. Axar.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin məlumatında deyilir. Məlumata görə, Muduq bölgəsində strateji əhəmiyyət kəsb edən ərazilər yaraqlılardan azad edilib. Əməliyyat zamanı xeyli sayda silah-sursat da ələ keçirilib. Qeyd edilir ki, bundan əvvəl Somali silahlı qüvvələri mərkəzi Harardere bölgəsində əməliyyat keçirib, nəticədə “Əş-Şəbab” qruplaşmasının 33 silahlısı məhv edilib.
2023-12-24
816,610
Hacıyevin təklifinə Abramyanın gülünc reaksiyası
Prezidentin köməkçisi Hikmət Hacıyevin sülh danışıqlarının yolunu açan fikri Ermənistan müxalifətində gülünc reaksiya ilə qarşılanıb. Axar.az xəbər verir ki, “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan bu təklifi “təhlükəli” adlandırıb. “Bir neçə gün əvvəl Azərbaycanın əsas məmurlarından biri olan Hacıyev kifayət qədər təhlükəli nəticələri olan, amma geniş müzakirə olunmayan açıqlama verdi. O qeyd etdi ki, demarkasiya/delimitasiya prosesi mürəkkəb və uzun sürür və Ermənistan və Azərbaycan arasında danışıqlar sənədindən çıxarılmalı və ayrıca müzakirə edilməlidir. Bu, faktiki olaraq o deməkdir ki, sərhəd məsələləri o qədər həlledilməzdir və ya tərəflər qarşılıqlı razılıq əldə etmək imkanından o qədər uzaqdırlar ki, onu əsas sənədin müzakirəsindən kənarda və ya onun yanında qoyurlar. Beləliklə, hansısa mərhələdə hansısa sənəd imzalansa belə, o, yalnız xoş niyyətli deklarativ mahiyyət daşıyacaq. Birinci təhlükə odur ki, sərhəd məsələsində dərin problemlər yeni eskalasiyaya və ya partlayışa gətirib çıxara bilər ki, bunun əlamətləri Azərbaycanın əsas təbliğat resurslarında mütəmadi olaraq öz əksini tapır”, - Abramyan sosial şəbəkə hesabında yazıb. Qeyd edək ki, sərhədin delimitasiya və demarkasiyası illərlə davam edən prosesdir və bu, bütün dünyada bu cür qəbul edilir. Məsələn, Azərbaycanla Gürcüstan bir-birinin ərazi bütövlüyünə hörmət edir və tanıyır, ancaq sərhədin bəzi hissələrində hələ də komissiyalar dəqiqləşmələr aparırlar. Bu baxımdan Azərbaycan tərəfinin delimitasiya və demarkasiya prosesini sülh sazişindən ayırmaq təklifi beynəlxalq hüquqa və normalara uyğun, eyni zamanda, sülh sazişinin imzalanması istəyindən doğan mütərəqqi jestidir. Bunun İrəvanda fərqli qəbul edilməsi isə yalnız sülh sazişinə mane olmaq üçün edilən manipulyasiyalardır.
2023-12-24
816,611
Ukrayna daha çoxuna ümid etməməlidir - Palomeros
Ukrayna ordusu ən yaxşı halda qarşıdakı qışda hazırkı mövqelərini saxlaya bilər. Axar.az xəbər verir ki, bunu Fransa Hərbi Hava Qüvvələri Baş Qərargahının keçmiş rəisi, general Jan-Pol Palomeros deyib. "Ukraynalıları dəhşətli qış gözləyir və biz kənarda qalmamalıyıq. Ən yaxşı halda indi sahib olduqları mövqeləri qoruya biləcəklər. Daha çox şeyə ümid etməməlisən", - o bildirib. Palomeros qeyd edib ki, ağır itkilər fonunda Kiyevin qarşısında həm də silahlı qüvvələrin şəxsi heyətini artırmaq vəzifəsi durur: "Yeni əsgər axtarışı getdikcə çətinləşir və ukraynalılar bu münaqişədən yorulublar. Buna görə də onların Qərbdən hərtərəfli dəstəyə ehtiyacı var". Palomerosun sözlərinə görə, hazırda Avropa Kiyevə yardım üçün kifayət qədər səy göstərmir.
2023-12-24
816,613
Japarov Sankt-Peterburqa səfər etdi
Qırğızıstan Prezidenti Sadır Japarov Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfər edib. Axar.az Rusiya mediasına istinadən xəbər verir ki, qırğız lider Aİİ-nin Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək. Bundan əlavə, Japarov gələn həftə MDB dövlət başçılarının qeyri-rəsmi sammitində də iştirak edəcək.
2023-12-24
816,615
“Dqr” ləğv edilməyib? – Erməni deputat rüsvay etdi
Samvel Şahramanyanın müşaviri deyib ki, Dağlıq Qarabağın dövlət institutları sonrakı illərdə də fəaliyyətini davam etdirəcək. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu “Mülki müqavilə” fraksiyasının deputatı Arusyak Culxakyan deyib. “Bu bəyanatın bütün hüquqi cəfəngiyyatlarını bir kənara qoyaq. Birincisi, “Dağlıq Qarabağ”ın (məhv olmuş saxta rejim – red.) qurumları o vaxt fəaliyyətini davam etdirə bilər ki, “Dağlıq Qarabağ”ın Ermənistan banklarına olan 315 milyard dram məbləğində borcunu ödəsin. Hansı ki, hazırda bu borcu Ermənistan hökuməti öz üzərinə götürüb. İkincisi, Ermənistan Respublikasının ərazisində bir hökumət mövcuddur. O da azad, ədalətli və şəffaf seçkilər yolu ilə seçilən qanuni Ermənistan Respublikası hakimiyyətidir. Və nəhayət, siz öz ağılsızlığınızla “Dağlıq Qarabağ”ı süquta sürüklədiniz. Ermənistan Respublikası ilə də eyni şeyi edə biləcəyinizi gözləməyin. Bu dövlətin bir sahibi var ki, onunla kimsənin oyun oynamasına imkan verməyəcək. Stullarınızda sakitcə oturun”, – Arusyak Culxakyan bildirib.
2023-12-24
816,617
ABŞ ərazisini genişləndirdi: 1 milyon kv.km...
ABŞ Arktikadakı ərazisini genişləndirib. Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. ABŞ kontinental şelfin bir hissəsini genişləndirib ki, bu da Arktikada və Berinq dənizində olan hissənin davamıdır. Bu ərazi Kanada və Rusiya tərəfindən də iddia edilən bir milyon kvadrat kilometr sahəni əhatə edir. ABŞ, həmçinin Atlantik və Sakit okeanında, eləcə də Meksika körfəzindəki rəfin sərhədlərini də elan edib.
2023-12-24
816,618
Bu partiya da seçkilərə qatılmayacaq
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) fevralın 7-də keçirəcək növbədənkənar prezident seçkilərində iştirak etməyəcək. Axar.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə qərar partiyanın dünən keçirilən qurultayında qəbul edilib. Partiya məclisi seçkidə iştirak etməmək barədə qərar qəbul edib və qurultayda həmin qərar təsdiqlənib. Qurultay zamanı partiyanın nizamnaməsində bir sıra dəyişikliklər edilib. Qeyd edək ki, 7 fevral 2024-cü ildə keçiriləcək seçkilərə 15 nəfər namizədliyini irəli sürüb, MSK 7 nəfərin namizədliyi təsdiq edib, 8 nəfərin müraciətinə baxır.
2023-12-24
816,619
Netanyahudan etiraf: Ağır bədəl ödəyirik!
İsrail ordusu Qəzza zolağının dərinliklərinə doğru irəliləyir. Axar.az xəbər verir ki, bunu İsrailin Baş nazir Benyamin Netanyahu deyib. Baş nazir qeyd edib ki, onlar HƏMAS üzərində tam qələbəyə qədər mübarizə aparacaqlar. Netanyahu İsrail ordusunun işğala görə yüksək bədəl ödədiyini də etiraf edib: “Əsgərlərimizin həyatını qorumaq üçün hər şeyi edirik".
2023-12-24
816,621
"Qırmızı Körpü"də 998 avtomobil gözləyir
Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 998 avtomobil gözləyir. Bu barədə Axar.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 7, “Biləsuvar” gömrük postunda 35, “Qırmızı Körpü” gömrük postunda 998, “Mazımqara” gömrük postunda 24, “Samur” gömrük postunda 5 və “Xanoba” gömrük postunda 4 yük maşını var. Qeyd edək ki, ötən gün "Qırmızı Körpü"də 827 yük maşını gözləyirdi.
2023-12-25
816,626
Şok iddia: Ukrayna 4 ölkə arasında bölünəcək - Video
Ukrayna gələn il Polşa, Macarıstan və Rumıniyanın geri almaq istəyəcəyi əhəmiyyətli ərazilərini itirə bilər. Axar.az xəbər verir ki, bunu MKİ-nin keçmiş əməkdaşı Larri Conson deyib. "Tamamilə mümkündür ki, tarixi Rumıniya əraziləri Rumıniyaya, bəziləri Macarıstana, digər ərazilər isə Polşaya qayıdacaq. Bu, Ukrayna üçün pis xəbərdir", - o bildirib. O, əlavə edib ki, Odessa gələn il Rusiyaya verilə bilər. Conson hesab edir ki, Ukraynanın parlaq gələcəyi yoxdur.
2023-12-24
816,627
Gəlin, AB-ni tez məhv edək - Filippo
Avrokomissiyanın rəhbəri Ursula fon der Leyen tərəfindən aparılan ticarət siyasəti Fransa üçün fəlakətlidir. Axar.az xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının rəhbəri Florian Filippo X şəbəkəsində yazıb. “AB bizi öldürür! Dekabrın 18-də Ursula qürurla elan etdi ki, o, yeni AB azad ticarət sazişi imzalayır, bu dəfə Keniya ilə... AB bizim ölməyimizi istəyir! Gəlin, onu tez məhv edək və özümüzü azad edək!” – o bildirib.
2023-12-24
816,628
Araz Əliyev həbs edildi
Dünən axşam saatlarında itkin düşdüyü deyilən gənc müəllim Araz Əliyevin həbs edildiyi məlum olub. Axar.az xəbər verir ki, bu barədə Musavat.com-a A.Əliyevin həyat yoldaşı Gülarə İsmayılova məlumat verib. O bildirib ki, Araz Əliyev dekabrın 23-də saat 17:00-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. A.Əliyev evdən çıxarkən tanışları ilə qısamüddətli görüşə getdiyini desə də, sonradan ondan xəbər çıxmayıb. 1994-cü il təvəllüdlü Araz Əliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Əliyev barəsində 25 sutka inzibati həbs qərarı çıxarılıb.
2023-12-24
816,629
Murad Dadaşovun bu xanımlarla rəqsi... - Video
Xalq artisti Murad Dadaşov Xəzər Media Mərkəzinin Yeni il tədbirində heyətini bir araya yığıb. Axar.az "Olay"a istinadən xəbər verir ki, media kapitanının fiziki məhdudiyyətli xanımlarla rəqsi diqqət çəkib. Həmin anları təqdim edirik:
2023-12-25
816,630
Belqradda iğtişaşlar: polisdən sərt müdaxilə... - Video
2023.12.24. 22:29 Serbiya paytaxtı Belqradın mərkəzində “Serbiya zorakılığa qarşı” müxalifət blokunun tərəfdarları şəhər administrasiyasının binasına basqın etməyə çalışırlar. Axar.az TASS-a istinadən xəbər verir ki, etirazçılar meriya binasına girməyə cəhd edirlər. Nümayişçilər qapını sökmək üçün bayraq dirəklərindən istifadə edib, həmçinin pəncərəni sındırıb, bura müxtəlif predmetlər atıblar. Eyni zamanda müşahidə kameralarını da məhv ediblər. Bundan əlavə, iğtişaşçılar məşəllərdən istifadə edirlər. Qeyd edək ki, aksiya Tiktok sosial şəbəkəsi vasitəsilə canlı yayımlanırdı. Serbiya Prezidenti Aleksandr Vuçiç seçkilərdə uduzan müxalifətin bu aksiya ilə hakimiyyəti dəyişə bilməyəcəyini açıqlayıb. *** Belqrad meydanına gələn polis qüvvələri etirazçı kütləni dağıdıb. Bu barədə TASS məlumat yayıb.
2023-12-24
816,633
Qəzzada savaşı bitirməyin ən sürətli yolu... - Bennett
Yaxın Şərqdə müharibəyə son qoymağın ən sürətli yolu Qəzza zolağına yanacaq nəqlini kəsməkdir. Axar.az xəbər verir ki, bu barədə İsrailin keçmiş baş naziri Naftali Bennett X sosial şəbəkəsindəki səhifəsində yazıb. O vurğulayıb ki, anklava yanacaq tədarükünə icazə vermək üçün İsrailə yönələn təzyiqlər mənəvi və praktiki cəhətdən yanlışdır. Bennett bildirib ki, yanacaq tədarükü HƏMAS-ın tunel adlandırdığı əsas silahını sözün əsl mənasında “qidalandırır”: “Yanacaq tədarükü dayansa, yeraltı rabitə sistemi fəaliyyətini dayandıracaq və bu, radikal qrupun məğlubiyyətinə səbəb olacaq. Kim müharibəni bitirmək istəyirsə, Qəzzaya bir damcı belə yanacağın girməməsi üçün İsraili dəstəkləməlidir”.
2023-12-24
816,637
HƏMAS liderlikdən uzaqlaşdırılmalıdır - Trudo
Sülhün yeganə yolu girovların azad edilməsi, humanitar yardımların çatdırılması və HƏMAS-ın Qəzzada liderlikdən uzaqlaşdırılmasıdır. Axar.az xəbər verir ki, bu sözləri Kanadanın Baş naziri Castin Trudo Fələstin və İsrail arasında münaqişə haqda "Qlobal Nyus"a müsahibəsində deyib. Onun sözlərinə görə, bu, irəliyə doğru yeganə yoldur: "Ona görə də atəşkəs üçün belə şərtlər irəli sürülür".
2023-12-24
816,639
Bakı metrosunda kişi stansiya yoluna düşdü
Bakı Metropoliteninin “Xalqlar dostluğu” stansiyasında 65-70 yaşlar arası kişi sərnişin ehtiyatsızlıq səbəbilə qatar stansiyaya daxil olarkən stansiya yoluna düşüb. Bu barədə Axar.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. Onun sözlərinə görə, dərhal stansiya yolundan yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti dəvət olunub. “Stansiya işçisi və polis əməkdaşının operativ gördüyü tədbirlər sayəsində sərnişin stansiya yolundan çıxarılaraq ona ilkin yardım göstərilib. Təcili tibbi yardım personalı xəsarət almış sərnişinə ilkin tibbi yardım göstərib. Sərnişin təcili tibbi yardım xidməti ilə yola salınıb. Təmas relsində yüksək gərginlik bərpa edildikdən sonra qatar stansiyanı tərk edib. Polis və stansiya personalının çevik tədbirləri nəticəsində qatarların hərəkətində intervaldan əlavə cəmi 5 dəqiqə yubanma qeydə alınıb”.
2023-12-24
816,645
4 gündə 48 İsrail əsgərini öldürdük - Ubeyda
Son 4 gündə İsrailin 48 əsgərini öldürmüşük. Axar.az xəbər verər ki, bu barədə HƏMAS-ın silahlı qanadı İzzəddin Əl-Qəssam Briqadasının sözçüsü Əbu Ubeyda deyib. O, həmçinin təmsil etdiyi qrupun bu müddət ərzində İsrailə məxsus 35 zirehli texnikanı da məhv etdiyini açıqlayıb.
2023-12-24
816,647
Vuçiç xalqa müraciət edəcək
Serbiya Prezidenti Aleksandr Vuçiç etirazçıların Belqrad şəhər administrasiyasının binasına soxulmaq cəhdləri fonunda xalqa müraciət edəcək. Axar.az xəbər verir ki, bu barədə “Veçernye Novosti” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, müraciət onlayn baş tutacaq. Qəzet başqa heç bir təfərrüat açıqlamayıb. Qeyd edək ki, serb müxalifətçiləri Belqrad şəhər administrasiyasına basqın ediblər Etirazçılar şəhər administrasiyasının qapılarını sındırmağa cəhd edib, məşəllər yandırıblar.
2023-12-24
816,649
"Fənərbağça"-"Qalatasaray" matçı: qalib müəyyənləşmədi
Türkiyə Superliqasında XVIII turun mərkəzi oyunu keçirilib. Axar.az xəbər verir ki, İstanbul derbisində "Fənərbağça" "Qalatasaray"ı qəbul edib. Qarşılaşma qolsuz başa çatıb. 44 xala malik komandalar 1-2-ci yerləri bölüşürlər. "Fənərbağça" top fərqinə görə ilk sırada qərarlaşıb.
2023-12-24
816,652
Serbiyada inqilab baş verir? - Vuçiç
Belqrad şəhər administrasiyasının binasını ələ keçirmək cəhdi inqilab deyil, Serbiya hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir. Axar.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç xalqa təcili müraciəti zamanı deyib. "Sizə demək istəyirəm ki, Serbiya vətəndaşları, səhnələr dramatik olsa da, narahat olmayın. Heç bir inqilab baş vermir, onlar bunun heç birindən yaxa qurtara bilməyəcəklər və biz təsadüfi nümayişçilərin heç birinə zərər verməmək üçün yumşaq reaksiya göstəririk”, - deyə Vuçiç bildirib. Qeyd edək ki, Belqradda müxalifət tərəfdarları şəhər administrasiyasının binasına daxil olmağa cəhd göstəriblər.
2023-12-24
816,654
54 müsəlman türkün ölüm olayı hər gün bu cür xatırladılır
İnternetdən istifadə zamanı qarşımıza çıxan “Http 404 page not found” sözünün çox faciəli tarixi var. Bunun texniki izahı belədir: Bu xəta tələb olunan faylın veb serverlərdə tapılmadığı deməkdir. İstifadəçi serverə qoşulur, lakin istədiyiniz nəticəyə çata bilmir. Bəs, bu sözün internet termininə çevrilməsinə səbəb olan tarixi hadisə hansıdır? 1989-cu ilin 28 avqustunda Pakistan Beynəlxalq Hava Yollarına məxsus yerli sərnişin təyyarəsi ölkənin şimalında yerləşən Gilgit şəhərindən İslamabada doğru yola düşür. Məlumat üçün deyim ki, bu bölgədə indi şinlər, yaşkunlar, kəşmirlilər və digər millətlər yaşasalar da, soykökləri Şərqi Qaraxanilər dövləti ilə bağlıdır. Ərəb müəllifləri Qaraxanilər sülaləsini “Əfrasiyabın varisləri” adlandırır və “Arslan xan”, “Buqara xan” və “Xaqan” titullarını daşıdıqlarını yazırlar. Bir qrup tədqiqatçı Qaraxanilər sülaləsini uyğurlara, digərləri karluklara, Türkiyə tarixçiləri isə Altay türklərinə aid edirlər. Son tədqiqatlar Qaraxanilər sülaləsinin türkmənşəli çiqil tayfasından çıxdığını göstərmişdir. Pilotlardan biri saat 07:40-da uçuşun normal olması barədə məlumat verir. Və… daha sonra təyyarə ilə əlaqə saxlamaq mümkün olmur. 54 sərnişinin taleyi barədə heç bir məlumat yoxdur, onların itkin düşdüyü və öldüyü güman olunur. Himalay dağlarında (Gilgit ərazisində hündürlüyü 7 min metrdən çox olan 50-dən artıq dağ zirvəsi var, yəni bölgə dağlıq ərazidir – red.) qəzaya uğradığı güman edilən təyyarənin qalıqları indiyədək aşkar olunmayıb. Təyyarənin uçuş nömrəsi "404" idi... Məhz uzun axtarışlar nəticə vermədiyi, bu günə qədər də taleyi barədə məlumat olmayan təyyarə və sərnişinlərinin xatirəsini əbədiləşdirmək üçün Dünya Hörümçək Toru sistemində “Http 404 page not found” sözü yarandı... 1989-cu ildə baş verən hadisə WWW sistemini quran Tim Berners Li və Robert Kayo tərəfindən 1990-cı ildə proqram sisteminə daxil edilib.
2023-12-25
816,655
Rusiya ilə bir-birimizi niyə qırmalıyıq? - Arestoviç
Ukrayna ilə Rusiya Federasiyası arasında sülh bağlanandan sonra Qərbə qarşı birgə məhkəmə iddiası qaldırılmalıdır. Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç rusiyalı müxalif jurnalist Yuliya Latıninə müsahibəsində deyib. “İndi Avdeyevka, Çasov Yar üçün bir-birimizi öldürəcəyik, yüzlərlə, minlərlə, onminlərlə qurban verəcəyik. Nə üçün? Bundan Rusiya və Ukrayna nə əldə edir? İki regional mərkəz üçün hər iki tərəfdən minlərlə qurban verməklə nə qazanırıq? Tarixi baxımdan nə əldə etmişik? Biz ətrafımızda dayanan və iki bıçaqlı meymunun bir-birinin üzərinə atılmasını alqışlayan Vaşinqton və Brüsseldən olan dayılarınmı xoşuna gəlirik? Axı, bu bizim nəyimizə lazımdır”, - o bildirib. O qeyd edib ki, Putinlə danışmaq, sülh bağlamaq, daha sonra Qərb ölkələrinə qarşı məhkəməyə müraciət etmək lazımdır.
2023-12-25
816,656
Saray körpüsündə 66 yaşlı qadını maşın vurdu
Sumqayıtda 66 yaşlı piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Axar.az Report-a istinadən məlumat verir ki, hadisə “Saray körpüsü” adlanan ərazidə qeydə alınıb. Yolu keçmək istəyən piyada 1957-ci il təvəllüdlü Alidə Allahverdi qızı Dəmirovanı maşın vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Faktla bağlı Sumqayıt Prokurorluğunda araşdırma aparılır.
2023-12-25
816,658
Bu gün Sankt Peterburqda Aİİ sammiti başlayır
Dekabrın 25-də Sankt-Peterburqda Aİİ sammiti başlayacaq. Axar.az xəbər verir ki, 2030-2045-ci illər arasında ittifaqda inteqrasiya proseslərinin gələcək inkişafının əsas istiqamətləri, həmçinin Aİİ və İran arasında azad ticarət sazişinin imzalanması da daxil olmaqla, 20-dən çox məsələnin müzakirəsi planlaşdırılır. Qeyd edək ki, MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi görüşü də 26 dekabrda Sankt-Peterburqda baş tutacaq.
2023-12-25
816,659
HƏMAS-dan Milad açıqlaması: Xristianların bu qərarı...
HƏMAS qruplaşması Fələstində yaşayan xristianların Milad bayramını təntənəli qeyd etməmək qərarını alqışlayıb. Axar.az xəbər verir ki, bununla bağlı HƏMAS-ın Teleqram səhifəsində paylaşım edilib. “Builki bayramı sadəcə dini rituallarla məhdudlaşdırıb, sionistlərin hücumuna məruz qalan Qəzza xalqının yanında olan fələstinli xristianların qürurlu davranışını təqdir edirik. Xristianların Milad bayramı ilə bağlı verdiyi qərar Fələstin xalqının müsəlman-xristian olaraq milli dəyərlərini, torpağını qorumaqda vahid və qətiyyətli olduğunu ortaya qoyur”, - deyə bildirilib.
2023-12-25
816,660
Güclü külək Biləsuvar və Cəlilabadı işıqsız qoydu
Hazırda Cəlilabad və Biləsuvar rayonları ərazisində də güclü külək əsir. Axar.az Report-a istinadən xəbər verir ki, qəfil başlayan külək səbəbindən hər iki rayonun bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb. Hazırda bölgədə küləkli hava şəraiti davam edir.
2023-12-25
816,661
Dünyaca məşhur boksçu müsəlman oldu - Video
Dünyaca məşhur amerikalı peşəkar boksçu Gervonta Davis şəhadət gətirərək islam dinini qəbul edib. Axar.az xəbər verir ki, idmançının kəlmeyi-şəhadəti deməsi ilə bağlı görüntülər yayılıb. Həmin görüntüləri təqdim edirik:
2023-12-25
816,662
İrəvandan pozitiv ismarışlar eşidirik - Bayramov
Sülh müqaviləsi hər şeyin 100 faiz həlli demək deyil. Axar.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AzTV-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, sülh müqaviləsi ilə bağlı bütün əhəmiyyətli təşəbbüslərin müəllifi məhz Azərbaycandır: “Proses bir tərəfin istəyindən, arzusundan asılı deyil. Burada hər iki tərəfin müvafiq addımlar atması önəmlidir. Azərbaycanın suverenliyi tam bərpa olunduqdan sonra biz Ermənistan siyasi rəhbərliyi tərəfindən səslənən ismarışları diqqətlə izləyirik. Müəyyən pozitiv ismarışları da eşidirik. Ancaq pozitiv sözlərin və ismarışların verilməsi önəmli olsa da, onların real işlərə transformasiya edilməsi daha önəmli məqamdır”. Nazir bildirib ki, rəsmi Bakı cari ilin noyabr ayının sonunda İrəvandan sülh müqaviləsi üzrə növbəti təkliflər paketini alıb: “Bir ay ərzində tərəfimizdən işlənmiş təkliflər paketi Ermənistana təqdim olunub. Proses davam edir. Düşünürəm ki, 2024-cü ildə görüşlər keçiriləcək. Biz bu məsələyə real və nikbin baxırıq. Eyni zamanda biz sülh müqaviləsi barədə danışarkən başa düşməliyik ki, bu, hər şeyin 100 faiz həlli demək deyil. Bu, ölkələr arasında münasibətlərin inkişaf etdirilməsinin əsasını qoya bilər. Bir günün içərisində Azərbaycan-Ermənistan münasibətləri Azərbaycan-Gürcüstan münasibətləri səviyyəsinə qədər yüksələ bilməz. Ancaq ən azından normal qonşuluq münasibətlərinin əsasının qoyulması və iki ölkə arasında açıq münasibətlərin həllinin prinsiplərini müəyyənləşdirən bir saziş ola bilər və olmalıdır”.
2023-12-25
816,663
Rusiyada 5 milyon işçiyə ehtiyac var
Hazırda Rusiya işçi qüvvəsi çatışmazlığı yaşayır. Ölkə iqtisadiyyatında çatışmayan işçilərin sayı təxminən 4,8 milyon nəfərdir. Axar.az Musavat.com-a istinadən xəbər verir ki, belə nəticə Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi Nikolay Axapkinin Rosstatın məlumatlarına əsasən hazırladığı araşdırmada əksini tapıb. “2022-2023-cü illərdə işçi çatışmazlığının kəskin artmasını qeyd etməmək mümkün deyil. Bu, hətta əmək təklifinin sabit qaldığı şəraitdə də özünü büruzə verdi. Rosstatın təqdim etdiyi məlumatları bütün məşğul əhaliyə şamil etsək, onda 2023-cü ildə işçi çatışmazlığı təxminən 4,8 milyon nəfər olacaq”, - deyə araşdırmada bildirilib.
2023-12-25
816,669
Baydenin təyyarəsi yaxınlığında UNO göründü
ABŞ Prezidenti Co Baydenin olduğu təyyarənin Los-Anceles hava limanına enişi zamanı uçan naməlum obyekt görünüb. Axar.az xəbər verir ki, bu barədə “Nyu York Post” məlumat yayıb. Belə ki, şarabənzər aparat hava limanı yaxınlığında lentə alınan həvəskar çəkilişə düşüb. Prezidentin təyyarəsini müşayiət edən F-35 qırıcısına yanacaq doldurulan zaman videoda qəribə obyekt peyda olub. “Sən də bunu gördün? Nə isə uçdu. Bu, UNO-dur?” - deyə video müəlliflərindən biri Coşua Solorzano deyib. Lakin onun qardaşı Piter Solorzano bu versiya ilə razılaşmayıb. O, görünən obyektin hava şarı olduğunu bildirib. Məqalədə qeyd edilir ki, insident dekabrın əvvəllərində baş verib. Adıçəkilən həvəskar şəxslər prezidentin təyyarəsini və onu müşayiət edən iki F-35 qırıcısını lentə almaq istəyiblər.
2023-12-25
816,670
Britaniya Venesuelaya qarşı gəmi göndərir
Britaniyaya məxsus hərbi gəmi Qayana sahillərinə yola düşəcək. Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” qəzeti yazıb. Britaniya Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, "Trent" patrul gəmisi Venesuelanın ərazi iddiaları ilə üzləşən keçmiş Britaniya koloniyasına dəstək nümayişi olaraq Cənubi Amerikaya göndəriləcək. Top və pulemyotlarla silahlanmış "Trent" əsasən terrorla mübarizə təlimlərində istifadə olunur, həmçinin dəniz quldurluğu və qaçaqmalçılığın qarşısının alınması əməliyyatlarında iştirak edir. Gəmi adətən Aralıq dənizində fəaliyyət göstərir. "Trent"in heyəti 65 nəfərdən ibarətdir. Gəmiyə helikopterin də yerləşməsi mümkündür.
2023-12-25
816,671
Vuçiç TŞ-nin təcili iclasını çağırdı
Serbiya Prezidenti Aleksandr Vuçiç paytaxtda iğtişaşlar fonunda Milli Təhlüksizlik Şurasının təcili iclasını çağırıb. Axar.az xəbər verir ki, bu barədə “TV Pink” məlumat yayıb.
2023-12-25
816,672
İsrail daha bir qaçqın düşərgəsinə zərbə endirdi
İsrail qırıcılarının Qəzzanın mərkəzində Maqazi qaçqın düşərgəsinə zərbə endirməsi nəticəsində azı 66 nəfər həyatını itirib. Axar.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb. Zərbələr nəticəsində onlarla insan xəsarət alıb.
2023-12-25
816,673
Bu, Ukraynada vətəndaş müharibəsinə səbəb olacaq - Soskin
Ukrayna Prezidenti Vladimir Zelenskinin müharibəni davam etdirmək və mümkün səfərbərlik qərarından olduqca narahatam. Axar.az xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin deyib. O, Ukraynada başlıca problemləri - büdcədə maliyyə çatışmazlığı, qrivnanın devalvasiyası, inflyasiya, cəbhədə uğurun olmaması və böyük itkiləri sadalayıb. Eyni zamanda o, Kiyevin Qərb ölkələrinin köməyi olmadan da hərbi əməliyyatları davam etdirməyi planlaşdırdığına işarə edib: "Bütün hadisələr Ukraynada vətəndaş müharibəsinin başlanmasına təsir edəcək. Hələ də pul yoxdur, devalvasiya və inflyasiya var, bu, talon sisteminə gətirib çıxaracaq. Cəbhədə böyük itkilər var, amma gülən və vəziyyəti dərk etmək qabiliyyətini itirmiş rəhbərlik var”.
2023-12-25
816,674
Daha 27 ailə Zabuxa yola salındı
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb. Axar.az xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 25-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.Bu mərhələdə Zabux kəndinə daha 27 ailə - 95 nəfər köçürülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Zabux sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbr diləyiblər. Xatırladaq ki, indiyədək Zabux kəndində 203 ailənin, yəni 783 nəfərin daimi məskunlaşması təmin edilib.
2023-12-25
816,680
Yardımlıda dərədən 18 kq narkotik aşkarlandı
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 18 kiloqram narkotik vasitə və güclü təsiredən xassəyə malik həblər aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, əldə edilmiş əməliyyat məlumatı əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər eyni əmələ görə məhkum olunmuş Lənkəran şəhər sakini Xalid Hüseynov Yardımlı rayonu ərazisində saxlanılıb. Həmin şəxsin Ərsilə kəndi ərazisində dərədə gizlətdiyi torbadan ümumilikdə 17 kiloqram artıq marixuana, 1 kikoqram tiryək və 6260 ədəd narkotik tərkibli metadon həbi aşkarlanaraq götürülüb. Araşdırma zamanı X.Hüseynovun xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi və aşkarlanan narkotik vasitələri satışının təşkil olunmasından ötrü deyiləcək yerlərə çatdırmalı olduğu müəyyən edilib. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.
2023-12-25
816,681
Aviaşirkətlərimiz Ermənistana 90 min avro ödəyib
Azərbaycan aviaşirkətləri 2023-cü ildə Naxçıvana və əks istiqamətdə uçuşlar üçün Ermənistana təxminən 90 min avro ödəyib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb. “Nəzərinizə çatdırırıq ki, 2023-cü ildə Azərbaycan aviaşirkətlərinin Ermənistanın hava məkanında aeronaviqasiya xidmətlərindən əldə etdiyi gəlir 90 018,71 avro təşkil edib”, - məlumatda deyilib. Qeyd edək ki, “Azərbaycan Hava Yolları” 2021-ci il oktyabrın 6-dan Bakıdan Naxçıvana sərnişin reysləri həyata keçirmək üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb. 2022-ci ildə Azərbaycanın milli aviadaşıyıcısı AZAL eyni marşrut üzrə uçuşlar üçün Ermənistana təxminən 112 min avro ödəyib.
2023-12-25
816,685
Tovuzda ağır qəza: ölən və yaralananlar var
Tovuz rayon Düz Cırdaxan kəndində ağır yol-nəqliyyat hadisəsi olub. Axar.az xəbər verir ki, yanacaqdoldurma məntəqəsinin yaxınlığında VAZ-2104 və VAZ-21099 markalı avtomobillərin iştirakı ilə baş verniş yol-nəqliyyat hadisəsi zamanı 1989-cu il təvəllüdlü Razim Mədətov dünyasını dəyişib. Daha 5 nəfər - 1989-cu il təvəllüdlü V.Məmmədov, 1969-cu il təvəllüdlü H.Məmmədov, 1989-cu il təvəllüdlü E.Əhmədova və 2 azyaşlı xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
2023-12-25
816,688
İsrailin məhv etdiyi HƏMAS üzvlərinin sayı açıqlandı
Oktyabrın 7-də Qəzza zolağında münaqişənin şiddətlənməsindən bəri İsrail ordusu HƏMAS-ın 8 min üzvünü məhv edib. Axar.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” qəzeti məlumat yayıb.
2023-12-25
816,689
31 yaşlı qadın qeysəriyyə əməliyyatından sonra öldü
09:46 İsmayıllıda 31 yaşlı qadın qeysəriyyə əməliyyatından sonra ölüb. Baş Prokurorluğun Mətbuat xidmətindən Axar.az-a bildirilib ki, dekabrın 24-də saat 10 radələrində İsmayıllı rayon sakini, 1992-ci il təvəllüdlü Ülviyyə Əhmədovanın xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla müəyyən edilib ki, Ülviyyə Əhmədova bir gün öncə qeysəriyyə əməliyyatı olunub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
2023-12-25
816,692
Bu rayonlara qar yağdı
Dekabrın 25-i saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib, əksər rayonlarda arabir yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, dekabrın 24-də müşahidə olunan güclü külək 25-i səhər saatlarından 8-13 m/s-dək mülayimləşib. Qar örtüyünün hündürlüyü Daşkəsən, Şahdağda 13 sm, Göygöldə 12 sm, Qrızda 11 sm, Ordubad 10 sm, Gədəbəydə 6 sm, Şahbuz, Qubada 3 sm, Qusarda 2 sm, Altıağac, Xaltan, Şəki 1 sm olub. Düşən yağıntının miqdarı Qusarda 17 mm, Göygöldə 15 mm, Daşkəsəndə 10 mm, Şahdağ, Qrız, Naxçıvan, Ordubad, Culfa, Şahbuz, Şəmkir, Gədəbəy, Zaqatala, Şəki, Şabran, Xınalıq, Xaltan, Altıağac, Balakən, Ağdam, Naftalan, Gəncə, Qax, Şərur, Xaçmaz, Yevlax, Neftçalada 7 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub. Daşkəsən, Göygöl, Qrız, Lerik, Göyçayda duman müşahidə olunub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5-7 dərəcə isti, Naxçıvan MR-da 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Aran rayonlarında 3-6 dərəcə isti, dağlıq rayonlarda 8-14 dərəcə şaxta olub.
2023-12-25
816,698
Bakıda top mərmisi tapıldı
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Bu barədə Axar.az-a FHN-dən məlumat verilib. Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 85 mm-lik bir ədəd BR-365 yivli top mərmisi olduğu müəyyən edilib. Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
2023-12-25
816,699
Temperatur ötən günlərlə müqayisədə yüksələcək
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin dekabrın 25-də gündüz saatlarından tədricən sabitləşəcəyi, 26-27-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, arabir güclənən mülayim cənub küləkləri üstünlük təşkil edəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.
2023-12-25
816,701
Rusiya ordusu üçün silah istehsalı 12 dəfə artıb – Manturov
Rusiya Silahlı Qüvvələri üçün 2023-cü ildə bir sıra maddələr üzrə silah istehsalı və təchizatı 10-12 dəfə artıb. Axar.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini, sənaye və ticarət naziri Denis Manturov deyib. Manturov onu da əlavə edib ki, 2023-cü ildə dövlət müdafiə sifarişlərinin həcmi ötən illə müqayisədə iki dəfə artıb.
2023-12-25
816,702
İranda neft satışı orduya həvalə edilir
İranda yeni büdcə ilində silahlı qüvvələrin maliyyələşdirilməsi üçün neft və qaz satışının bir hissəsi onların nəzarətinə veriləcək. Axar.az xəbər verir ki, bunu Neft və Qazçıxarma Şirkətləri Assosiasiyasının başçısı Hidayətullah Xadimi deyib. O, bunun yanlış olduğunu və neft ixracatında problemlərin, gözlənilməz hadisələrin baş verməsinə səbəb olacağını əlavə edib.
2023-12-25
816,703
Altıgünlük məktəblərdə dərs nə vaxt başlayır?
Beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrində bu həftə son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü isə 7 yanvar tarixidir. Bu barədə Axar.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən müəssisələrdə bu həftə son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü 2024-cü ilin 4 yanvar tarixləri müəyyən olunub. Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü ilin 4 və 5 yanvar iş günləri ilə müvafiq olaraq 2023-cü ilin 30 dekabr və 2024-cü ilin 7 yanvar istirahət günlərinin yerləri dəyişdirilib. Belə ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Bu il 30 dekabr şənbə, 2023-cü ilin 31 dekabr və 2024-cü ilin 7 yanvar tarixləri bazar günlərinə təsadüf edir. Gələn il yanvarın 6-sı şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə bir həftə - 31 dekabr 2023-cü il 1, 2, 3, 4, 5 və 6 yanvar 2024-cü il qeyri-iş günü olacaq. Yeni ilin ilk iş günü isə yanvarın 7-də olacaq.
2023-12-25
816,708
Bu zabitlərimiz yeni vəzifələrə təyin olundu - Video
Əlahiddə Ümumqoşun Orduda bir qrup zabitin təkmilləşdirmə kursunu müvəffəqiyyətlə bitirərək yeni vəzifələrə təyin olunması münasibətilə buraxılış mərasimi keçirilib. Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Mərasimdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev zabitləri kursu uğurla başa vuraraq yeni vəzifələrə təyin olunmaları, həmçinin qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib, hər bir zabitə Vətənimizin müdafiəsində qüsursuz xidmət arzulayıb. Mayor Ramid Süleymanov məzunlar adından çıxış edərək kurs müddətində əldə etdikləri bilik və bacarıqları tabelikdə olan şəxsi heyətin döyüş, ictimai-siyasi və mənəvi-psixoloji hazırlıqlarının artırılmasında tətbiq edəcəklərini bildirib. Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib. Kurs birincisi xatirə lövhəsinə buraxılış emblemini vurduqdan sonra məzunların tribuna önündən təntənəli keçidi olub. Sonda xatirə şəkli çəkdirilib.
2023-12-25
816,710
Seçkilərlə bağlı MSK-ya şikayətlər daxil olur
Şikayətlər həm seçicilər, həm namizədlər tərəfindən olur. Axar.az xəbər verir ki, bunu Seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan seminarda Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov deyib. O qeyd edib ki, şikayətlər hər zaman ciddi əsaslara söykənmir: “Bəzən vətəndaşlar emosional olaraq şikayətlər edirlər. Bəzən isə şikayətlər siyasi motivlər əsasında olur, biz buna da şahid olmuşuq. Bütün hallarda şikayətləri araşdırıb ədaləti əks etdirən nəticəyə gəlmək əsas məqsədimizdir". R.Qasımov əlavə edib ki, 2006-cı ildən bəri MSK-ya daxil olan şikayətlərə baxılması ilə bağlı beynəlxalq təşkilatlatla birgə sənəd hazırlanıb. Qeyd edək ki, 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.
2023-12-25
816,711
Bu maşınlar 1000-2000 manat bahalaşdı - Video
Avtomobil bazarında bahalaşma müşahidə edilir. Axar.az xəbər verir ki, qiymət artımı ikinci əl nəqliyyat vasitələrində daha çox hiss olunur. Satıcılar bildirir ki, bahalaşmaya son aylarda daşıma xərclərinin artması səbəb olub. Onların sözlərinə görə, bu tendensiya gələn il də davam edəcək. Qiymət artımı təbii ki, alıcılara sərf etmir. Onlar bazarda ciblərinə uyğun qiymətə avtomobil tapmaqda çətinlik çəkdiklərini deyirlər. Satıcıların sözlərinə görə, gələn ildən 2014-cü il istehsalı olan avtomobillərin ölkəyə idxalının məhdudlaşdırılması da qiymət artımına səbəb olacaq. Ətraflı Xəzər TV-nin süjetində:
2023-12-25
816,712
“Artsax yaşayır” deyən erməni belə cəzalandırıldı
Separatçıların başçısı Samvel Şahramanyanın “müşaviri” Vladimir Qriqoryan “dqr”in buraxılması “qərar”ının ləğv edildiyini açıqladıqdan bir müddət sonra “vəzifəsindən” istefa verib. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, xəbər verir ki, bu barədə V.Qriqoryan Feysbukda yazıb. O, “dqr liderinin müşaviri” “vəzifəsini” artıq yerinə yetirmədiyini bildirib. “Sonuncu müsahibəm müxtəlif fərziyyələrə səbəb oldu, lakin bu, mənim şəxsi şərhim idi. Hazırda heç bir rəsmi mövqe yoxdur”, - separatçı vurğulayıb. Qeyd edək ki, V.Qriqoryanın sözügedən iddiasına Ermənistan hakimiyyətinə yaxın deputat və ekspertlər də sərt reaksiya göstəriblər. Onlar bu çıxışın Ermənistan üçün təhlükəli olacağını deyiblər. Separatçı müşavirin istefasının daxili təzyiqlə əlaqəli olduğu ehtimal edilir.
2023-12-25
816,713
İlham Əliyev üç ölkə rəhbərinə məktub ünvanladı
10:31 Prezident İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Sisiyə təbrik məktubu ünvanlayıb. Axar.az məktubun mətnini təqdim edir: “Hörmətli cənab Prezident, Misir Ərəb Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Biz Azərbaycan ilə Misir arasında ənənəvi dostluq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk. İnanıram ki, dövlətlərarası əlaqələrimizin möhkəmlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Misir xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm”. *** Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu göndərib. Məktubda deyilir: "Əlahəzrət, Küveyt Dövlətinin Əmiri kimi taxta çıxmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Küveyt dostluq əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Küveyt xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram". *** Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının yeni seçilmiş Prezidenti Viola Amherdə təbrik məktubu göndərib. Məktubda deyilir: "Hörmətli xanım Amherd, İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, qarşıdakı ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm. Biz Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında təşəkkül tapmış əlaqələrə böyük əhəmiyyət veririk. Dövlətlərarası münasibətlərimizin ötən dövr ərzində yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatması məmnunluq doğurur. İnanıram ki, xalqlarımızın rifahı naminə dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik. Bu xoş fürsətdən istifadə edərək qarşıdan gələn Yeni, 2024-cü il münasibətilə də Sizə və dost xalqınıza ən səmimi təbriklərimi yetirir, İsveçrə Konfederasiyasına daim firavanlıq və rifah arzulayıram".
2023-12-25
816,717
İsrail ordusu ölən hərbçilərinin sayını yenilədi
İsrail HƏMAS-la toqquşmalarda ölən hərbçilərinin sayını yeniləyib. Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Məlumata görə, oktyabrın 7-dən bəri İsrail ordusunun döyüşlərdə ölən hərbçilərinin sayı 489-a yüksəlib.
2023-12-25
816,718
Ölkəmizdə arzulanmaz durum: pul bazası azaldı
Azərbaycanda pul bazası yenidən azalıb. Mərkəzi Bankın məlumatına görə, dekabrın ilk gününə ölkə üzrə pul bazası əvvəlki ay ilə müqayisədə 67.6 milyon manat azalaraq 18 milyard 334 milyon manata düşüb. Qeyd edək ki, iki aylıq azalmalara rəğmən ümumi pul bazası bu ilin əvvəlinə nisbətən artıb. Axar.az xəbər verir ki, bu barədə iqtisadçı, millət vəkili Vüqar Bayramov qeyd edib. O bildirib ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir: “Pul bazasının kiçilməsində Mərkəzi Bankın inflyasiya tələbinin optimallaşdırılması ilə bağlı tədbirlərı xüsusi təsirə malikdir. Belə ki, pul bazasının genişlənməsi tələbi artırır, kiçilməsi isə istehlak tələbini məhdudlaşdırır. İstehlak tələbinin azalması isə təklifin dəyişmədiyi halda antiinflyasiya effektinə malik olur. Pul bazasının kiçilməsi fonunda xarici valyutalara tələbin də yüksəlməsi müşahidə olunmaqdadır. Digər tərəfdən, pul bazasının kiçilməsi real sektorun vəsaitə olan tələbinin ödənilməsi baxımdan arzuolunan deyil. Baza genişləndikcə xərcləmələr və real sektorda tələb də yüksəlir. Bu da istehsal üçün daha çox imkanlar yaradır. Bu kontekstdən, pul bazasının optimallığı həm inflyasiya yaradıcı effektlərin tənzimlənməsinə, həm də real sektorun dəstəklənməsinə xidmət etməlidir. Buna görə də pul bazasının optimallaşdırılması siyasəti real sektorun canlanmasını xüsusi təşviq etməlidir. Bu baxımdan kiçilmə deyil, optimallaşdırma siyasətinə üstünlük verilməlidir”.
2023-12-25
816,723
Paşinyan Rusiyaya getdi
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasına iki günlük işgüzar səfərə gedib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazir Aparatı məlumat yayıb. Bildirilib ki, Baş nazir dekabrın 25-də Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasında, dekabrın 26-da isə MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək.
2023-12-25
816,724
İsrailə 3 pilləli sülh planı təklif edildi
Misir İsraillə HƏMAS arasında müharibəyə son qoymaq üçün üç mərhələli plan təklif edib. Plana atəşkəs, girovların azad edilməsi və Fələstin hökumətinin yaradılması daxildir. Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” qəzeti məlumat yayıb. “İsrail rəsmiləri bir neçə yəhudi mediasına Misirin HƏMAS ilə müharibədə atəşkəs və Qəzza zolağında yaraqlılar tərəfindən saxlanılan israilli girovların azad edilməsi üçün yeni təklif irəli sürdüyünü təsdiqləyib. Bəzi rəsmilərin fikrincə, İsrail təklifi qəti şəkildə rədd etməyib, layihə üzrə danışıqlar aparıla bilər”, - məlumatda deyilir. Qeyd olunur ki, birinci mərhələ 40 girovun - qadınların, azyaşlıların və qocaların, xüsusən də xəstələrin azad edilməsi müqabilində döyüş əməliyyatlarının iki həftəlik dayandırılması nəzərdə tutulur: “Bunun müqabilində İsrail 120 fələstinli məhbusu azad edəcək. Bu müddət ərzində hərbi əməliyyatlar dayandırılacaq, İsrail tankları geri çəkiləcək və Qəzzaya humanitar yardımlar gələcək. İkinci mərhələdə İordan çayının qərb sahilində və Qəzza zolağında anklavın yenidən qurulmasına nəzarət edəcək, Fələstində parlament və prezident seçkisinə yol açacaq texnokratik hökumət formalaşacaq. Üçüncü mərhələyə hərtərəfli atəşkəs, HƏMAS və “İslami Cihad” qruplaşması ilə əlaqəli İsrail həbsxanalarında olan fələstinli məhbusların əvəzində əsgərlər də daxil olmaqla, qalan israilli girovların azad edilməsi daxildir”.
2023-12-25
816,727
Mikroavtobus yük maşını ilə toqquşdu: 1 ölü, 16 yaralı
Masallıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan Axar.az-a bildirilib ki, dekabrın 25-də saat 08 radələrində Lənkəran rayon sakini S.Xudiyevin idarə etdiyi mikroavtobus Ələt-Astara avtomobil yolunun Masallı şəhəri ərazisindən keçən hissəsində hərəkətdə olarkən Lənkəran rayon sakini E.Mirzəyevin idarə etdiyi "KamAZ" markalı avtomobillə toqquşub. Nəticədə mikroavtobusda olan sərnişin, Lənkəran rayon sakini Mailə Bayramova aldığı xəsarətlərdən ölüb. Həmin avtomobilin sürücüsü və 15 nəfər sərnişin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya daxil olublar. Faktla bağlı araşdırma aparılır.
2023-12-25
816,728
670-ci gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 670-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 353 950 hərbçi, 5 877 ədəd tank, 10 919 ədəd zirehli döyüş maşını, 8 347 ədəd artilleriya sistemi, 934 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 613 hava hücumundan müdafiə sistemi, 329 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 11 075 ədəd avtomobil texnikası, 6436 ədəd PUA, 1 616 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 234 xüsusi avadanlıq itirib.
2023-12-25
816,733
Azərbaycana qızılcaya qarşı vaksin gətirildi - Rəsmi
Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və yoluxmaların qarşısının alınması məqsədilə, vaxtında qızılcaya qarşı vaksinasiyadan kənarda qalan 11- 40 yaşlı əhali arasında vaksinasiya tədbirlərinin aparılması üçün müvafiq vaksin preparatlarını Azərbaycana gətirib. Nazirlikdən Axar.az-a verilən məlumata görə, hazırda immunizasiya tədbirlərinin təşkili üzrə işlər görülür. Qeyd olunub ki, Avropa regionunda bu ilin əvvəllərindən qızılca xəstəliyinin alovlanması nəticəsində hazırda Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılması davam edir: "Azərbaycanda qeydə alınan yoluxma hadisələrinin və epidemioloji vəziyyətin təhlili göstərir ki, 10 yaşa qədər uşaqlarla yanaşı, 10 yaşından yuxarı uşaqlar və böyüklər arasında da yoluxma halları baş verir. Belə yoluxma halları əsasən qızılca infeksiyasına qarşı həssas, yəni heç vaxt bu xəstəliyi keçirməyən və ya qızılcaya qarşı vaksinasiya olunmayan 40 yaşa qədər şəxslər arasında müşahidə edilir. Nazirlik əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə 10 yaşa qədər uşaqların ölkədə qüvvədə olan Profilaktik peyvəndlər təqviminə əsasən və qızılcaya yoluxmalara görə hazırda həssas hesab edilən 11- 40 yaşlı şəxslərin qızılca infeksiyasına qarşı peyvənd olunmasını vacib hesab edir. Qeyd olunan əhali qruplarının vaksinasiyası üçün yaşayış yerləri üzrə uşaq və yaşlı qrupa aid əhaliyə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edilməsi tövsiyə olunur. 11-40 yaşı əhali qruplarının yoluxmadan müdafiəsi üçün 1 dəfə vaksinasiya olunması kifayət edir".
2023-12-25
816,734
2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edildi
Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Azərbaycan Prezident Administrasiyasına ölkədə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.
2023-12-25
816,738
Prezident daha 4 sərəncam, 8 fərman imzaladı
11:11 Prezident İlham Əliyev Göyçay rayonunun Bakı‒Şamaxı‒Yevlax (218 km)‒Potu‒Ulaşlı Şıxlı‒Üngütlü‒Çərəkə‒Çərəcə‒Şıxlar‒Xəlitli‒Yeniarx‒Hacıağabəyli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Axar.az sərəncamın mətnini təqdim edir: 1. On dörd min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Bakı‒Şamaxı‒Yevlax (218 km)‒Potu‒Ulaşlı Şıxlı‒Üngütlü‒Çərəkə‒Çərəcə‒Şıxlar‒Xəlitli‒Yeniarx‒Hacıağabəyli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,4 milyon (bir milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun. 4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. *** Prezident İlham Əliyev Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti aşağıdakı normativ hüquqi aktları 6 ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməlidir: - dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin təsviri, spesifikasiyası, nümunəsi və verilməsi qaydası; - dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının təşkili və keçirilməsi qaydası; - dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin vəzifələrinin siyahısı, onların geyim forması, fərqlənmə nişanlarının təsviri və daşınması qaydası; ADY isə dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanlarının təşkilini və keçirilməsini təmin etməlidir. *** Hövsan aerasiya qurğusundan Xəzər dənizinə axıdılan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi ilə bağlı Abşeron rayonu ərazisində pilot layihə həyata keçiriləcək. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncam alternativ su mənbələrindən istifadənin genişləndirilməsi, su itkilərinin azaldılması, tullantı sularının təmizlənməsi və təkrar istifadəsi, habelə bu sahəyə yeni texnologiyaların cəlb edilməsi məqsədilə imzalanıb. Nazirlər Kabinetinə pilot layihənin qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla həyata keçirilməsi ilə əlaqədar zəruri tədbirlər görülməsini təmin etmək, Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya pilot layihənin həyata keçirilməsi üzrə tədbirlərin əlaqələndirilməsi məsələlərini həll etməlidir. *** Prezident İlham Əliyev 2024-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamla 2024-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 000 000 (bir milyon) manat ayrılıb. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin edəcək. “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək. *** Prezident İlham Əliyev Azərbaycan Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 421, № 8, maddə 1702; 2020, № 4, maddə 397; 2022, № 11, maddə 1259) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin: 1. Aşağıdakı məzmunda 4.7.1-3-cü yarımbənd əlavə edilsin: “4.7.1-3. bu Nizamnamənin 4.14-cü bəndinin üçüncü cümləsində nəzərdə tutulmuş qərarı qəbul edir;”. 2. 4.14-cü bəndin üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin: “İcraçı direktor olmadıqda Şuranın qərarı ilə, müvəqqəti olmadıqda isə İcraçı direktorun əmri ilə müavinlərindən biri onu əvəz edir.”. *** Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1. 2023-cü il noyabrın 13-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş” təsdiq edilsin. 2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin. *** Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında energetika sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1. 2023-cü il noyabrın 13-də Rabat şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında energetika sahəsində əməkdaşlığa dair Saziş” təsdiq edilsin. 2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Mərakeş Krallığı Hökumətinə bildiriş göndərsin. *** Prezident İlham Əliyev “Azərbaycan Respublikası hökuməti ilə Mərakeş krallığı hökuməti arasında logistika sahəsində əməkdaşlıq haqqında Çərçivə Sazişi”nin təsdiq edilməsi barədə fərman imzalayıb. Fərmanda deyilir: 1. 2023-cü il noyabrın 13-də Rabat şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında logistika sahəsində əməkdaşlıq haqqında Çərçivə Sazişi” təsdiq edilsin. 2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Çərçivə Sazişi qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Çərçivə Sazişinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Mərakeş Krallığı Hökumətinə bildiriş göndərsin. *** Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ətraf mühit və dayanaqlı inkişaf sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1. 2023-cü il noyabrın 13-də Rabat şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ətraf mühit və dayanaqlı inkişaf sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiq edilsin. 2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Mərakeş Krallığı Hökumətinə bildiriş göndərsin. *** Prezident İlham Əliyev “İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsi haqqında” 30 dekabr 2022-ci il tarixli fərmanında dəyişiklik edib. Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin builki xərcləri 2 241 239 633 manatdan 2 301 959 633 manata çatdırılıb. O cümlədən icbari tibbi sığorta ödənişləri və dotasiya məbləği 1 803 778 570 manatdan 1 873 778 570 manata dəyişdirilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələri üzrə icbari tibbi sığorta ödənişləri və dotasiya məbləği üzrə xərclər 1 653 778 570 manatdan 1 625 778 570 manata dəyişdirilib. TƏBİB-in tabeliyində olmayan tibb müəssisələrindən tibbi xidmətlərin alışı üzrə sığorta ödənişləri 150 000 000 manatdan 248 000 000 manat dəyişdirilib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini və TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin maddi-texniki bazasının və kadr təminatının maliyyələşdirilməsi xərcləri 174 809 683 manatdan 165 529 683 manata dəyişdirilib. *** Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 21 noyabr tarixli 1022-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 21 noyabr tarixli 1022-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram: 1. Müəyyən edilsin ki: 1.1. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 67-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Əsasnamənin 67-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur; 1.3. həmin Əsasnamənin 63-1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti nəzərdə tutulur; 1.4. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 21 noyabr tarixli 1022-VIQD nömrəli Qanununun 3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.5. həmin Qanunun 3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. üç ay müddətində: 2.1.1. miqrasiya orqanlarında, habelə digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə qulluğa qəbul zamanı sınaq müddətinin müəyyən edilmədiyi halların dəqiq tənzimlənməsi məqsədilə normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.1.2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 21 noyabr tarixli 1022-VIQD nömrəli Qanununda xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması ilə əlaqədar müəyyən edilmiş tənzimləmə nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.1.3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 17.4-3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 21 noyabr tarixli 1022-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin. 3. “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 206 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 12, maddə 994; 2010, № 7, maddə 625; 2011, № 4, maddə 294; 2012, № 5, maddə 425; 2013, № 3, maddə 253, № 5, maddə 515, № 6, maddə 645, № 12, maddə 1518; 2014, № 5, maddə 471; 2017, № 5, maddə 759, № 7, maddə 1328; 2020, № 5, maddə 561; 2021, № 12, maddə 1355) aşağıdakı dəyişikliklər edilsin: 3.1. 2.1-ci bəndə “62-ci maddəsinin ikinci cümləsində,” sözlərindən sonra “67-ci maddəsinin birinci və ikinci cümlələrində,” sözləri əlavə edilsin; 3.2. aşağıdakı məzmunda 2.1-4-cü bənd əlavə edilsin: “2.1-4. həmin Əsasnamənin 67-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”; 3.3. 2.3-cü bənddən “maddəsində, 63-1.1-ci maddəsində (hər iki halda)” sözləri çıxarılsın; 3.4. 2.4-cü, 2.4-2-ci, 2.4-3-cü bəndlər və 3-cü hissə ləğv edilsin; 3.5. 2.4-1-ci bəndə “Əsasnamənin” sözündən sonra “63-1-ci maddəsində,” sözləri əlavə edilsin. 4. “Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli 442-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 noyabr tarixli 739 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 11, maddə 1099) 3-cü və 4-cü hissələri ləğv edilsin. 5. Bu Fərmanın 1.1-ci, 1.2-ci, 3.1-ci, 3.2-ci və 3.4-cü (“Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 206 nömrəli Fərmanının 2.4-cü bəndinə münasibətdə) bəndləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydası ilə eyni gündə qüvvəyə minir", - fərmanda qeyd olunub. *** İlham Əliyev “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram: 1. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 610; 2001, № 10, maddə 646; 2002, № 5, maddələr 273, 279, № 7, maddə 413, № 8, maddə 478, № 9, maddə 563; 2003, № 8, maddə 434; 2004, № 1, maddə 19, № 5, maddə 345; 2005, № 1, maddə 18, № 4, maddə 299, № 9, maddə 799, № 12, maddə 1101; 2006, № 8, maddə 676, № 11, maddə 935; 2007, № 1, maddə 10, № 3, maddə 223, № 9, maddə 865, № 12, maddə 1247; 2008, № 1, maddələr 7, 10; 2009, № 7, maddələr 531, 534; 2010, № 7, maddə 615; 2011, № 11, maddə 999; 2013, № 5, maddə 509, № 6, maddə 649, № 8, maddə 900; 2014, № 4, maddə 348, № 6, maddə 625; 2015, № 12, maddələr 1450, 1461; 2016, № 4, maddələr 667, 669, № 10, maddə 1644; 2017, № 3, maddə 353, № 5, maddə 814, № 7, maddə 1321; 2018, № 3, maddə 444, № 4, maddə 680, № 6, maddə 1219, № 9, maddələr 1824, 1832, № 10, maddə 2004, № 11, maddə 2271; 2019, № 4, maddə 648, № 7, maddə 1241; 2020, № 7, maddə 883, № 11, maddələr 1345, 1356; 2021, № 6 (I kitab), maddə 565, № 12, maddə 1424; 2022, № 5, maddə 452, № 8, maddə 863, № 12, maddə 1406; 2023, № 1, maddə 98) 4-cü hissəsində “kredit və ya hesab kartlarını və ya başqa” sözləri “ödəniş alətlərini və ya qiymətli kağız sayılmayan” sözləri ilə əvəz edilsin. 2. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12 (I kitab), maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, 2289, № 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, № 1, maddələr 52, 68, № 3, maddə 426, № 4, maddələr 602, 630, № 5, maddələr 825, 846, 852, № 6, maddələr 1035, 1046, № 8, maddələr 1395, 1401, № 11, maddə 1700; 2020, № 3, maddələr 238, 240, 241, № 5, maddələr 540, 564, № 6, maddələr 691, 709, № 7, maddələr 863, 880, 884, № 8, maddələr 1027, 1032, № 9, maddə 1155, № 11, maddə 1359, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 36, № 4, maddə 317, № 5, maddə 444, № 6 (I kitab), maddələr 565, 575, № 7, maddələr 724, 728, 741, № 10, maddə 1101, № 12, maddələr 1407, 1423; 2022, № 1, maddə 28, № 2, maddə 111, № 4, maddələr 313, 323, № 5, maddə 473, № 8, maddələr 837, 861, 897, № 12, maddə 1462; 2023, № 1, maddələr 52, 66, 97, № 2, maddələr 220, 226, 231, № 3, maddələr 350, 360, 375, № 4, maddə 505, № 6, maddə 795, № 7, maddələr 946, 953, 976, № 8 (I kitab), maddələr 1139, 1166, 1168, 1179, 1180; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 13 dekabr tarixli 2380 nömrəli Fərmanı) 5.47-ci bəndinə “439-1,” rəqəmlərindən sonra “439-2,” rəqəmləri əlavə edilsin. 3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200, № 6, maddə 1105, № 9, maddə 1638, № 11, maddə 1984; 2018, № 2, maddə 199, № 3, maddələr 415, 419, 429, № 5, maddələr 915, 927, № 7 (I kitab), maddə 1481, № 8, maddə 1698, № 11, maddələr 2242, 2289, № 12 (I kitab), maddələr 2566, 2597; 2019, № 1, maddə 82, № 2, maddə 213, № 3, maddə 426, № 4, maddələr 620, 630, 649, № 5, maddələr 819, 862; 2020, № 3, maddələr 238, 240, № 4, maddə 404, № 7, maddələr 864, 885, № 8, maddə 1041, № 9, maddə 1153; 2021, № 6 (I kitab), maddə 566, № 7, maddələr 724, 728, № 12, maddələr 1407, 1423; 2022, № 4, maddələr 313, 323, № 8, maddə 896, № 10, maddə 1146, № 11, maddələr 1267, 1269, № 12, maddələr 1414, 1462, 1464; 2023, № 1, maddə 97, № 2, maddə 226, № 3, maddə 375, № 4, maddələr 472, 505, № 5, maddə 653, № 7, maddələr 946, 953, № 8 (I kitab), maddə 1139; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 13 dekabr tarixli 2380 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 15.0-cı bəndinə “439-1,” rəqəmlərindən sonra “439-2,” rəqəmləri əlavə edilsin. 4. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
2023-12-25
816,739
Prezidentdən Ramil Usubovla bağlı sərəncam
Ramil İdris oğlu Usubov “Şərəf” ordeni ilə təltif edilib. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. R.Usubov Azərbaycanda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib.
2023-12-25
816,741
Məcid Çaybasarski təltif edildi
Azərbaycan Respublikasında dövlət qulluğunda xidmətlərinə görə Məcid Mayis oğlu Çaybasarski 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
2023-12-25
816,745
Pekində tarixin ən uzun soyuq dalğası qeydə alındı
Pekində 1951-ci ildən bəri ən uzun soyuq dalğa qeydə alınıb. Axar.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. “Şiddətli soyuq dalğa bu ay Çinin əksər hissəsini bürüyüb. Paytaxt Pekində bir neçə gün əvvəl başlayan soyuq hava şəhərin metro sistemində problemlər yaradıb. Bu ayın əvvəlində Pekində güclü qar yağması nəticəsində iki qatar metro xəttində toqquşub, yüzlərlə sərnişin xəstəxanaya yerləşdirilib. Qansu əyalətinin şimal-qərbində bu ay baş vermiş zəlzələdən sonra aşağı temperatur xilasetmə işlərinə də mane olub”, - məlumatda deyilir.
2023-12-25
816,746
FHN-dən Yeni illə bağlı əhaliyə xəbərdarlıq - Video
Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə xəbərdarlıq edib. Bu barədə Axar.az-a FHN-dən məlumat verilib. Bildirilib ki, qarşıdan Yeni il bayramı gəlir. Bu münasibətlə bəzədilən küknar ağacı ətrafında keçirilən bayram tədbirləri həm də yanğın təhlükəsini yaradır. Təəssüflə qeyd edilməlidir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi vətəndaşların ən sadə təhlükəsizlik qaydalarına etinasız münasibətinə rast gəlinir ki, bu da sonda əziz bayramın faciəyə çevrilməsinə səbəb olur. Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə, o cümlədən yeni il şənliklərinin keçiriləcəyi məkanların rəhbərlərinə bir daha müraciət edərək, aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına riayət etməyin vacibliyini xatırladır: - Evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı; - İşıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli; - Ağac tezalışan oyuncaqla bəzədilməməli; - Qapalı məkanda atəşfəşanlıq edilməməlidir. Bundan başqa, bayram şənliyində aşağıdakılar nəzərə alınmalıdır: - Şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli; - Şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı; - Pəncərədə dəmir barmaqlıq olmamalı; - Məkanın iki çıxışı olmalı; - Ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhəsi olmalı; - Ehtiyat çıxış yollarında sərbəst çıxışa mane olan heç nə olmamalı; - Təxliyə yolları işıqlandırılmalı və birbaşa çıxışa aparmalı; - Otağın qapıları mütləq bayıra açılmalı; - Məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı; - Şənlikdə işıq tam söndürülməməli; - Şənliyə tezalışan materialdan paltar geyinilməməli; - Məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır. Həmçinin, bildiririk ki, qanunvericiliyə əsasən, mülkiyyət formasından asılı olmayaraq tədbir keçirilən bütün obyekt və müəssisələrin rəhbərləri yanğın təhlükəsizliyinin təmin edilməsinə cavabdehlik daşıyır. Odur ki, tədbir ərəfəsində obyektin yanğından mühafizə sisteminə aid bütün qurğu, avadanlıq və s. təftiş edilməli, onların sazlığı təmin olunmalı, habelə obyektin bütün işçiləri yanğına qarşı təlimatlandırılmalı və baş verə biləcək yanğın hadisəsi zamanı vəzifələrini dəqiq bilməlidirlər. Tədbirlərin keçiriləcəyi məkanların rəhbərlərindən üzərlərinə düşən məsuliyyət çərçivəsində yanğın təhlükəsizliyi tələblərini müvafiq qaydada təmin etmək və tədbirlərin keçirilməsini Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırmaq tələb olunur. Obyekt rəhbərləri Xidmətə müraciət edərək məsələ ilə bağlı metodiki köməklik və mütəxəssis rəyi ala bilərlər. Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!
2023-12-25
816,751
Ağdamda iclas: Bu məsələlər müzakirə olundu
11:49 Ağdam şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun növbəti iclası keçirilib. Axar.az xəbər verir ki, iclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 və 2 saylı Bərpa, Tikinti və İdarəetmə Publik Hüquqi Şəxsin nümayəndələri iştirak ediblər. İclasda işçi qrup üzvləri və dəvət olunan digər qurumların nümayəndələri tərəfindən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ekoloji tədbirlər, regionun biomüxtəlifliyi, mineral xammal ehtiyatları və yeraltı suların monitorinqi və təftişi işləri, faydalı qazıntı yataqlarından səmərəli istifadənin təşkili, müasir texnologiyalardan istifadə olunması, yol tikintisi işlərində tələb olunan xammal təminatı, Ağdam şəhərində aparılan içməli və tullantı su sistemlərinin yenidən qurulması işləri, meliorasiya və su təsərrüfatı obyektlərinin bərpası və inkişafı istiqamətində görülmüş işlər, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “yaşıl enerji”nin inkişafı və ekoloji mühitin keyfiyyətinin artırılması istiqamətində aparılan işlər, Ağdam şəhərində tətbiq olunan “yaşıl” texnologiyalar, yol-infrastruktur layihələrininin icrası zamanı ətraf mühitə təsirlər, işğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarının idarə olunması barədə iştirakşılara məlumat verilmiş, bərpa və yenidənqurma işləri nəticəsində tikinti və söküntü tullantılarının həcminin artması ilə əlaqədar Ağdam rayonunda başlanılan təkrar emal fəaliyyətinin genişləndirilərək işğaldan azad edilmiş digər ərazilərdə tətbiqi ilə bağlı məsələlər müzakirə edilib. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tezliklə həllini tapmalı olan bir neçə ekoloji məsələyə toxunub və işçi qrupdan bu məsələlərin həllini nəzarətə götürməyi xahiş edib. İşçi qrupun rəhbəri tərəfindən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsinin beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük etimadın olduğu qeyd edilib. Eyni zamanda Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezidentin Sərəncamı barədə məlumat verilib.
2023-12-25
816,753
İri gövdəli ağaclar qəbirlərin üzərinə aşdı - Video
Gəncədə iri gövdəli ağaclar qəbirlərin üzərinə aşıb. Axar.az xəbər verir ki, hadisə şəhərin 4 saylı qəbiristanlığında (Yeni Səbiskar) baş verib. İlkin məlumata görə, 10-a yaxın ağac qəbirlərin üzərinə düşüb. Bəzi məzarlara ziyan dəyib.
2023-12-25
816,756
Erməni cəmiyyəti onları ələ salır - Erməni bloger
Samvel Şahramanyanın əslində nə etdiyi məlum deyil. Onun separatçı rejimin ləğvi ilə bağlı qərarından imtina etməsi xəbəri bu rejimin hansısa bir “məmur”undan gəldi. Orada söhbət əvvəlki sənədi avtomatik ləğv edən imzalanmış yeni sənəddən gedirdi. Bu sözləri Axar.az-a erməni bloger İşxan Verdyan Samvel Şahramanyanın separatçı rejimin ləğvi ilə bağlı qərarından imtina etməsi haqqında danışarkən deyib. “İmzalanan” yeni sənədin heç bir ciddi təsiri olmadığını deyən erməni bloger bildirib ki, separatçıların verdiyi bəyənatlar Ermənistan cəmiyyətində əhəmiyyət daşımır: “Əslində, belə sənəddən nə qədər istəsən imzalamaq olar - onlar heç bir şeyə təsir etmir. Ermənistan hökuməti ölkədəki istənilən kvazi-hakimiyyət strukturunun dövlət təhlükəsizliyinə təhdid olduğunu yüksək səslə bəyan edib. Cəmiyyətin əksəriyyəti isə bu “məmurları” açıq şəkildə ələ salır və onların məsuliyyətə cəlb olunmasını tələb edir. Ermənistanda “Qarabağ məmurlarının”, hətta özlərinin keçmiş təbəələri - Qarabağdan olan ermənilər arasında nüfuzu yoxdur. Bu adamların dediyi bəyanatlara əhəmiyyət verilməməlidir. Onlar bugünkü gündə heç nəyə təsir etmirlər”. Verdyan bildirib ki, “arsax” məsələsinin həll olunmadığı ilə bağlı verilən bəyanatlar revanşist xaraktelidir və cəmiyyətdə sabitliyi pozmağa yönəlib: “Deputat, general Seyran Ohanyan “Arsax” məsələsi hələ həll olunmayıb” deyəndə nəyə ümid edir? Bu, Qarabağ klanının bütün KİV-lərində standart olaraq müşahidə olunan adi revanşist ritorikadır. Qarabağ məmurları isə həmişə bu klanın başında dayanıblar. Ona görə də onların addımları revanşistlərin məntiqinə tam uyğundur. Bəli, onlar həmişə çılğın bəyanatlar veriblər, indi də elə edirlər. Bu cür açıqlamaların məqsədi isə Ermənistanın daxili siyasi meydanında sabitliyi pozmaq olub”.
2023-12-25
816,757
İNTİSAD-ın rəhbəri Bakıda: Ticarət 50 milyarda qalxa bilər
Türkiyəli tanınmış vəkil, İNTİSAD-ın (İnternasional Türkiyə İş İnsanları Dərnəyi) sədri Səlahəddin Parın Axar.az-a müsahibəsi: - Səlahəddin bəy, ölkəmizlə bağlı təəssüratınızdan başlayaq... - Bundan öncə də Azərbaycana bir neçə dəfə səfər etmişəm. İlk dəfə təxminən on il öncə gəlmişəm. O gündən bəri, xüsusilə son beş ildə həm şəhərsalma, həm iqtisadi, həm də insanların rifah halı ilə bağlı müsbət mənada dəyişikliklərin şahidi oldum. - Vəkillik fəaliyyətinizlə yanaşı, eyni zamanda İNTİSAD-ın sədrisiniz. Dərnək və gördüyünüz işlərlə bağlı məlumat verməyinizi xahiş edirəm. - Dərnəyimiz 2017-ci ildə İstanbulda qurulub və hazırda dünyanın 9 ölkəsində nümayəndəliyimiz var. Üç əsas fəaliyyət məqsədimiz var: birincisi, dünya artıq qlobal bir şəhərə çevrilir və bizim beynəlxalq əlaqələr şəbəkəsinə ehtiyacımız var. Ona görə də qarşımıza beynəlxalq səviyyədə dostluq və ticarət şəbəkəsi formalaşdırmaq hədəfini qoyduq; ikincisi, iş adamları təmsil etdikləri cəmiyyətin lokomotivləridir və qazanılan hər uğurda ölkənin, xalqın mütləq şəkildə payı var. Bu səbəbdən cəmiyyətə borcluyuq və qazandığımızla borcumuzu ödəmək üçün həm ölkəmizdə, həm də xaricdə sosial layihələr həyata keçirməliyik. Nümunə kimi Türkiyədə ənənəvi olaraq şəhid və qazi ailələri üçün təşkil etdiyimiz iftar süfrələrini, Afrikadakı gənclərə edilən yardımları, təqaüd proqramlarını və s. göstərmək olar; üçüncüsü isə dərnəyimizi, məcazi dillə desək, iş insanları fabrikinə çevirmək istədik. Tələbəlik illərində mənə məsləhət verən, bələdçilik edən insanlar vardı. Onların sayəsində məzun olduqdan sonra nə ilə qarşılaşacağımı çox yaxşı öyrəndim. İNTİSAD da tələbələrə model olmağa çalışır. İş həyatına keçiddə, sosial həyatda sıxıntı çəkməmələri üçün onlara iş, staj imkanı veririk. - Türkiyə ilə Azərbaycan arasında iqtisadi-ticari əlaqələrin səviyyəsini necə qiymətləndirirsiniz? - 10 il öncə ilk dəfə Azərbaycana gəldiyim zaman yenə bizə baxış çox isti olsa da, indiki qədər yaxın deyildi. Yəni mübaliğəli şəkildə desək, Qarabağ Zəfəri və zəlzələdən öncə əmiuşağı idik, indi isə qardaş olduq. Dövlət və millət olaraq ən ağır günlərdə bir-birimizin yanında olduq. Şuşa Bəyannaməsinin imzalanmasından sonra ölkələrimiz arasında ticarət həcmi artmağa başladı. İşğaldan azad edilən torpaqlarda və digər bölgələrdə Türkiyənin iş adamlarına xeyli imkanlar yaradıldı. Bəs bu bəs edirmi? – Əlbəttə ki, xeyr. Çünki mövcud potensial qat-qat çoxdur. Hazırda mövcud olan təqribən 20 milyard dollarlıq ticarət həcmini rahat şəkildə 50 milyard dollarədək yüksəltmək mümkündür. Azərbaycana səfərimizin əsas səbəblərindən biri də Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iştirak idi. Dərnək olaraq da burada yaxın gələcəkdə bir sıra layihələri gerçəkləşdirməyi planlaşdırırıq. Əlbəttə, qarşılıqlı fəaliyyət ticarət dövriyəsini də artıracaq. Çünki Azərbaycan və Türkiyə strateji bölgədə yerləşir, ölkələrimiz bir-biri üçün daha böyük iqtisadi məkana, yeni bazarlara çıxış üçün qapı rolunu oynayır. - Zəngəzur dəhlizinin iqtisadi imkanlarını necə qiymətləndirirsiniz? - Türkiyə və Azərbaycan arasında quru qolun olması Ədirnədən Çinədək birbaşa yolun yenidən açılması, tarixi İpək Yolunun canlanması deməkdir. Türkiyə dövləti son 10 ildə bütün ölkədə genişşaxəli nəqliyyat layihələri həyata keçirdi. Zəngəzur dəhlizinin açılması Azərbaycana və digər qardaş ölkələrimizə Türkiyə üzərindən dünya bazarına çıxmaq üçün yeni imkanlar verəcək. Eyni zamanda biz də Azərbaycan üzərindən qardaş ölkələrimizlə rahat şəkildə əlaqə qura biləcəyik. Yəni birlikdə böyük bir iqtisadi və sonra siyasi mərkəzə çevriləcəyik. Əlbəttə, bu kimlərinsə xoşuna gəlmir. Ancaq kiminsə xoşu gəlmir, istəmir deyə, biz yolumuzdan qala bilmərik. - Dünyanın təhlükəsizlik arxitekturasının yenidən qurulduğu mərhələdəyik. Qarşıdan gələn yeni dünya düzənində özümüzə layiqli yer tutmaq üçün güclü olmaq lazımdır. Bu baxımdan Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələr strateji mahiyyət daşıyır. Bu əlaqələr necə inkişaf etdirilə bilər? - Baş verən qlobal proseslər çərçivəsində nə qədər dövlətlər əsas aktor kimi görünsə də, əslində bir çox sahədə sərhədlər götürülmüş vəziyyətdədir. Yəni dünyanın bir yerində baş verən hansısa müharibə, yaxud problem digər ölkələrə də ciddi təsir göstərir. Ona görə də tez zamanda daxili problemləri həll edib, başımızı qaldırıb, gedən qlobal proseslərdə nə qədər söz sahibi olduğumuza baxmalıyıq. Yəni dünyanı idarə edənlər arasındakı yerimizə nəzər yetirməliyik. Bunun üçün də siyasi, iqtisadi, hərbi güc və ideoloji baxımdan söykənə biləcəyimiz güclü təşkilat lazımdır. Bütün bunlar fonunda TDT çərçivəsində ticarət həcmimizi gücləndirməli, ortaq gömrük, vergi güzəştləri, vizasız gediş-gəliş kimi bir çox məsələləri həyata keçirməliyik. Əgər müxtəlif məsələlərdə dünyanın taleyi ilə bağlı qərar verildiyi zaman söz sahibi olmaq istəyiriksə, bunları etməliyik.
2023-12-25
816,763
Şəhid övladlarına Yeni il süfrəsi təşkil edildi - Video
“Fireland group” və “Restaurants by Emin Agalarov”un birgə təşkil etdiyi “Qürur dolu yeni il” bayram tədbiri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Azərbaycan respublikasının Müdafiə Nazirliyinin də dəstəyi ilə şəhid əmanətlərini yenidən bir araya toplayıb. Artıq 3-cü ildir ki, “Fire Land Group” komandası “Mənim atam qəhrəmandır” və “ Mənim oğlum qəhrəmandır” layihələri çərçivəsində 2800-ə yaxın şəhid əmanətini birlik çətirinin altında toplamaqdadır. Bu günə kimi Şuşa, Heydər Əliyev Mərkəzinin qarşısı, “Dreamland Golf Club”, Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, İçərişəhər kimi önəmli məkanlarda 40-dan çox tədbir həyata keçirən komandanın kordinatorları da şəhid ailələrinin üzvləridir. Hər dəfə cəmiyyətin müxtəlif təbəqələrindən, ictimai şəxslərdən, sənət adamlarından və dövlət qurumlarından bu layihəyə olan dəstək bu səfər də gecikməyib. “Fireland group”la bərabər bayramı şəhid əmanətlərilə qeyd etmək istəyən “Restaurants by Emin Agalarov” dekabrın 24-də Dəniz mall-da yerləşən “Dyadya Maks” restoranında şəhid övladlarına möhtəşəm Yeni il süfrəsi təşkil edib. “Restaurants by Emin Agalarov”a daxil olan digər restoran “Zafferano Baku”da isə şəhid xanımları qarşılanıb. Günə əyləncəylə başlayan şəhid övladları səhər saat 11:00-dan etibarən Sky parkda və atraksionda əyləniblər. Daha sonra “Dyadya Maks” restoranın əməkdaşları restoranın girişində onları alqışlarla qarşılayıblar. Nahar edən şəhid əmanətlərinə elə restoranın içində film seansı və müxtəlif oyunlar təşkil olunub. Günorta saatlarında tədbirin bədii hissəsini idarə edən tanınmış aparıcı İlkin Həsəni tanınmış aktyor Elşən Orucovla bərabər şəhid əmanətlərinə hədiyyələr təqdim edib. Daha bir hədiyyəni isə CinemaPlus əməkdaşları edərək, şəhid övladlarına kinoteatr biletləri təqdim ediblər. Hər zaman şəhid övladlarının yanında olan, sevilən və populyar ulduz Zamiq Hüseynov bu səfər də səhnəni onlarla bölüşüb. Sənətçi şəhid əmanətlərinin sevdiyi mahnıları səsləndirib. Tədbirin Cənab Prezident İlham Əliyevin ad gününə təsadüf etməsi şəhid övladlarının diqqətindən qaçmayıb. Onlar Ali Baş Komandanın 62 yaşını ürəklərindən gələn səmimi sözlər və sevgi ilə təbrik ediblər. Eyni zamanda Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Elmar Zeynalabdinov və Şəhid Rasim Məmmədovun anası Xuraman Məmmədova tədbirdə çıxış edərək təşkilatçılara təşəkkürlərini bildiriblər. “Fireland group”un rəhbəri, AYB-nin üzvü Cəlal Qurbanov tədbir haqda fikirlərini belə ifadə edib: “Bizi şəhidlərimizə və onların əmanətlərinə borcluluq hissinə kökləyən vətəndaş mövqeyimizlə yanaşı, həm də Cənab Prezident İlham Əliyevin bu mövzuya həssaslığıdır. Yəqin ki, hər kəs onun şəhid ailələri ilə, şəhid övladları ilə ünsiyyətindəki doğmalığa şahiddir. Xüsusilə Xankəndində keçirilən Azərbaycan kubokunun 8/1 final mərhələsindəki görüntülər hər kəsin ürəyincə oldu. Cənab Prezidentin şəhid övladları ilə səmimiyyəti ürəyimizi isitdi. Prezident bu addımı ilə şəhid ailələri mövzusunda öz mövqeyinin, qayğıkeş yanaşmanın nə dərəcədə ürəkdən, içdən gəldiyini ortaya qoydu. Təbii ki, məhz Cənab prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqlarına sadiq olan dövlət qurumları bu məsələdə şəhid ailələrinə diqqətini əsirgəmir. Öz layihələrimizdə biz bu münasibəti dəfələrlə hiss etmişik. Bir daha “Mənim atam qəhrəmandır”, “Mənim oğlum qəhrəmandır” layihələrinə dəstək verən Heydər Əliyev Mərkəzinin direktoru, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərova, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Müdafiə Nazirliyinə layihələrimizin iştirakçıları olmuş bütün şəhid əmanətlərinin adından təşəkkür edirəm. Məhz bu gün – “Qürur dolu Yeni il” bayramının belə möhtəşəm təşkilində bizimlə bərabər bütün resurslarını istifadə edən “Restaurants by Emin Agalarov” a, xüsusilə mədəniyyətimizin də gözəl təmsilçisi olan xalq artisti Emin Ağalarova dərin minnətdarlığımı bildirirəm. Əqidəmizə doğma olduqlarını, şəhid əmanətlərinə həssaslıqlarını bir daha nümayiş etdirdilər".
2023-12-25
816,764
Güclü külək bəzi məktəblərə ziyan vurdu
Ötən həftənin sonu ölkənin bəzi ərazilərində müşahidə olunan güclü külək bir sıra rayon və kənd təhsil müəssisələrinə ziyan vurub. Axar.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Qeyd olunub ki, güclü külək bir sıra bağça və məktəblərin dam örtüyünün bir qismini sıradan çıxarıb, ağaclar aşıb, bəzi binalarda pəncərələrin şüşələri sınıb: "Ziyan dəymiş bağça və məktəblərə baxış keçirilib, təmir-bərpa işlərinin aparılması üçün lazımi tədbirlər görülüb. Abşeron rayonu və Bakı şəhəri üzrə fəaliyyət göstərən təhsil müəssisələrində külək nəticəsində hər hansı bir fəsad müşahidə edilməyib. Yaranmış vəziyyət tədris prosesinin davamlılığına təsir etməyib, hazırda təhsil müəssisələri öz fəaliyyətini davam etdirir. Bağça və məktəblərdəki mövcud vəziyyət diqqət mərkəzində saxlanılır".
2023-12-25
816,765
Vaqif Xaçatryan yenidən hakim qarşısına çıxarıldı
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Axar.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatı və apellyasiya şikayətinin dəlilləri araşdırılıb. İş üzrə məhkəmə baxışı 2024-cü ilin yanvarın 7-nə təyin edilib.
2023-12-25
816,769
İsrail HƏMAS liderlərini öldürməyəcək - Plan
İsrail HƏMAS liderlərini öldürməyəcək, onları Qəzzadakı girovlarla dəyişmək niyyətindədir. Axar.az xəbər verir ki, bu barədə “Kan 11” telekanalı məlumat yayıb. İsrail rəsmiləri HƏMAS lideri Yəhya Sinvara və hərəkatın hərbi qanadının rəhbəri Məhəmməd əl-Deyfə toxunulmazlıq verilməsi, sonra isə oğurlanan girovlar müqabilində onları Qətərə və ya başqa ölkəyə göndərmək imkanlarını araşdırır. Telekanal bildirib ki, bu plan İsrailin hərbi və siyasi rəhbərliyi tərəfindən müzakirə edilir, lakin hələlik qəti təkliflər yoxdur.
2023-12-25
816,771
Nikol Piterə getdi: Əliyevlə görüş olacaqmı? - Video
12:22 Paşinyan Avrasiya İqtisadi İttifaqının Sankt-Peterburq sammitinə və MDB dövlət başçılarının illik qeyri-rəsmi görüşünə qatılacaq. Nikolun Rusiyanın aktiv rol oynadığı bütün görüşləri boykot etmək siyasəti bununla bitəcəkmi? Çətin ki! Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib. “Paşinyan Ermənistanı Rusiyadan qoparıb Qərbə aparmaq istəyir. Yəqin ki, Putinlə görüşdə yenə Rusiyanı günahlandıracaq, yalan danışacaq. O, bununla məşhurdur. Əliyevlə görüş olacaqmı? Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə doğru addım atılacaqmı? Artıq vaxtdır”, - o bildirib.
2023-12-25
816,777
Güneyə güclü qar yağdı, məktəblər bağlandı
Dekabrın 25-də Güney Azərbaycanın Xiyav, Vərziğan və Çaldıran şəhərlərinin məktəblərində tətil elan edilib. Axar.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin yerli idarələri məlumat yayıb. Bildirilib ki, temperaturun kəskin aşağı düşməsi, güclü qar yağması və yolların bağlanmasına səbəbilə adıçəkilən şəhərlərdə dərslər dayandırılıb.
2023-12-25
816,781
Hərbi Prokurorluğun vəzifəliləri Xankəndidə - Foto
Hərbi Prokurorluq Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Xankəndidə tədbir keçirib. Bu barədə Axar.az-a Hərbi Prokurorluqdan məlumat verilib. Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxslərinin, yüksək rütbəli hərbçilərin və ərazi hərbi prokurorlarının iştirakı ilə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi qulluqçularla keçirilən tədbirdən əvvəl dahi şəxsiyyət Heydər Əliyevin və bütün şəhidlərin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Bundan sonra Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin salamları şəxsi heyətə çatdırılıb. Hərbi prokurorun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev, Hərbi Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi, ədliyyə polkovniki Emil Kərimov, Ağdam hərbi prokuroru, ədliyyə polkovniki Surxay Hüseynov, polkovnik Sadiq Hüseynov və digər çıxışçılar istiqlal yolumuzu və firavan gələcəyimizi nurlandıran, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan dahi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, dövlətimizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər. Çıxışçılar, eyni zamanda, xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il ərzində ölkəmizdə görülmüş misilsiz işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş müstəsna uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşmasından, bu uğurların qazanılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyindən və xalqın müdrikliyindən danışıblar. Tədbirdə, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Qələbə və uğurlu antiterror tədbirləri xüsusi vurğulanmaqla, Vətən müharibəsindən, o dövrlərdə prokurorluğun, həmçinin Hərbi Prokurorluğun Silahlı Qüvvələrlə, eləcə də aidiyyəti rayonların rəhbərlikləri ilə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib, iftixar dolu günlərin unudulmaz təəssüratları xatırlanıb. Sonra hərbi qulluqçuların qayğı və problemləri ilə maraqlanılıb, onlarla hüquqi maarifləndirici mövzularda söhbətlər aparılıb.
2023-12-25
816,782
Baş bankirdən yeni qərar: bunun üçün kapital tələbi qoyuldu
Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Valyuta mübadiləsi fəaliyyətinə lisenziyanın (lisenziyanın əlavəsinin) alınması üçün ərizə forması”nı və “Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün nizamnamə (şərikli) kapitalının minimum miqdarı, girov vəsaitinin məbləği və geri alınmasına dair rəyin forması ilə bağlı Tələblər”i təsdiqləyib. Axar.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. Eyni zamanda Maliyyə Bazarlarına Nəzarət Palatasının 21 dekabr 2017-ci il tarixli “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya (lisenziya əlavəsinin) alınması üçün ərizənin forması”nın təsdiq edilməsi barədə və “Girov vəsaitinin geri alınmasına dair rəyin forması”nın təsdiq edilməsi barədə qərarları ləğv edib. Yeni qərara əsasən, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxslərə, eləcə də hər obyektə görə nizamnamə kapitalının minimum həddi müəyyən edilib. Belə ki, valyuta mübadiləsi fəaliyyəti üçün kapital tələbi I bölgədə (Bakı) 600 min manat, hər əlavə obyektə görə 300 min manat, II bölgədə (Abşeron, Sumqayıt və Gəncə) 450 min manat, hər əlavə obyektə görə 150 min manat, III bölgədə (I, II və IV bölgələr istisna olmaqla, həmçinin Naxçıvan MR) 375 min manat, hər əlavə obyektə görə 75 min manat, IV bölgədə (Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının işğaldan azad edilmiş əraziləri) 300 min manat, hər əlavə obyektə görə 0 manatdır. Bu Tələblərdə nəzərdə tutulan nizamnamə (şərikli) kapitalına dair tələblər eynilə qeyri-rezident hüquqi şəxsin filialının nizamnamə kapitalına bərabər tutulmuş vəsaitinə şamil ediləcək. Bundan başqa, valyuta mübadiləsi fəaliyyətinə lisenziya və ya onun əlavəsini almaq istəyən şəxs müvəkkil bankda minimum nizamnamə (şərikli) kapitalının 10%-i məbləğində girov vəsaiti yerləşdirməlidir. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər bu tələblər qüvvəyə mindiyi tarixdən 6 ay ərzində minimum nizamnamə kapitalının formalaşdırılması, habelə girov vəsaitinin məbləğinin yerləşdirilməsi ilə bağlı müvafiq tədbirlər görməli və bununla əlaqədar müvafiq sənədləri həmin müddətdə AMB-yə təqdim etməlidirlər. AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
2023-12-25
816,783
Bakıda temperatur 18 dərəcəyə yüksələcək
Bakıda və Abşeron yarımadasında dekabrın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 45-55 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, gündüz 0-5° şaxta olacaq.
2023-12-25
816,784
Bakıda narkotik satan 22 yaşlı qız saxlanıldı - Foto
Xətai rayonunda narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib. DİN-də Axar.az-a verilən məlumata görə, paytaxt sakinləri 1990-cı il təvəllüdlü Afiq Quliyev, 2001-təvəllüdlü Ramilə Qurbanova və 1987-ci il təvəllüdlü Nicat Əliyev saxlanılıblar. Bu şəxslərdən 10 kiloqrama yaxın heroin, marixuana, psixotrop tərkibli metadon həbləri və metanfetamin aşkar olunub. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Həmçinin idarə əməkdaşlarının noyabr-dekabr aylarında həyata keçirdikləri silsilə əməliyyatlar zamanı rayon ərazisində yerləşən bir neçə mənzildə "tiryəkxana" təşkil edən, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 43 nəfər saxlanılıb. Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də digər hüquqpozmalara qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
2023-12-25
816,785
Samvelin “imtinası”: yeni müharibə alovlandırılır?
Cari ilin sonunda Qarabağ məsələsi media müstəvisində yenidən gündəmə gəldi. “Dqr”in sonuncu rəhbəri Samvel Şahramanyan bildirib ki, “artsaxın” özünü ləğv etməsinə dair heç bir sənəd yoxdur. Bu tezisi Şahramanyanın “müşaviri” Vladimir Qriqoryan da mediaya müsahibəsində səsləndirib: “Artsax”, “hökumət və respublikanın” bütün digər “orqanları” 2024-cü ildən sonra fəaliyyətini davam etdirəcək”. Biz nəyi müşahidə edirik? Yeni geosiyasi sensasiyanın yaranmasını, yoxsa ləğv edilmiş tanınmamış qurum rəhbərliyinin Ermənistan daxilində Qarabağ problemindən yararlanmaq cəhdini? Axar.az xəbər verir ki, bunu rusiyalı ermənipərəst politoloq Sergey Markedonov deyib. “Gəlin, ondan başlayaq ki, antiterror əməliyyatından əvvəl də “dqr”in mövcudluğunun davam etməsi məsələsi qaldırılmışdı, lakin informasiya radarlarında görünmürdü. 2023-cü ilin oktyabrında İrəvanda “Qarabağın daimi nümayəndəliyində” etiraz aksiyası zamanı Şahramanyan demişdi ki: “Xalqın yaratdığı “cümhuriyyəti” heç bir sənədlə ləğv etmək olmaz”. Onun sözlərinə görə, “dqr”in ləğvi ilə bağlı Şahramanyanın özünün imzaladığı sənəd yalnız hərbi əməliyyatları dayandırmaq, hərbçilərin və mülki şəxslərin həyatını qorumaq üçün qəbul edilib. Bu o deməkdirmi ki, biz yeni hərbi münaqişə ərəfəsindəyik?​ Axı, əgər “dqr”in buraxılması məsələsi olmasaydı, onun statusunun aydınlaşdırılması (ən azı sırf nəzəri cəhətdən) problemi qalardı. İllərdir hərbi üsul hədəflərə çatmağın ən sürətli və effektiv vasitəsi olub. Nəticə çıxarmağa tələsməyək. Təbii ki, Bakı Şahramanyanın planında maraqlı deyil. Amma rəsmi İrəvan da Şahramanyanla razı deyil. İndi Ermənistan getdikcə daha çox “Sülh qovşağı” (“Dünyanın kəsişməsi”) layihəsini irəli sürməkdən danışır, əgər İrəvan və Bakı yeni müharibəyə sürüklənərsə, bu mümkün deyil. Yeni status-kvoya əsasən, kənar oyunçular arasında “neo-Qarabağ layihəsi”ndə açıq-aşkar maraqlar yoxdur. Qarabağın ermənisizləşdirilməsi və Azərbaycanın nəzarətinə qaytarılması güclü milli travmadır. Təkcə Qarabağ erməniləri üçün deyil, həm də irəvanlılar üçün də. Bu kontekstdə istənilən “mühacirət kabineti”nin formalaşdırılması “siyasi terapiya” aparmaq kimi qəbul edilir. İrəvanda belə bir şey olmayacaq, amma San Fransisko və ya Qlendeyl üfüqlərində görünə bilər. Müxtəlif illərdə Serb Kraina Respublikası, Tibet və ya Tamil İlama kimi sürgün hökumətlər olub. Lakin psixologiya ilə yanaşı, başa düşülən siyasi mülahizələr də var. Zaman dəyişir. Bu gün Ermənistanda siyasi sferada “qarabağsızlaşdırma” gedir. Ancaq hamı Serbiyadakı “dekosovizasiya” ilə olduğu kimi bu tendensiya ilə razılaşmır. Mövcud vəziyyət birinci sinif şagirdi üçün aydın olsa belə. Ona görə də erməni siyasi ictimaiyyəti daxilində bu mövzudan yararlanmaq cəhdləri baş verəcək. Üstəlik, Şahramanyanın çox pis taleyi var. Hər zaman onun haqqında deyəcəklər ki, imzalayan budur”, - o bildirib.
2023-12-25
816,792
Aksiya: Təbrizin qızıl bazarı bağlandı
Təbrizin qızıl alış-verişi mərkəzi olan məşhur tarixi “Əmir bazarı” tətil aksiyasına başlayıb. Axar.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb. Bildirilib ki, qızıl alverçiləri və bazarda mağazası olan iş adamları hökumətin cari büdcə ilində qızıl alış-verişi üçün 25 faiz vergi təyin etməsinə etiraz edirlər. Bununla yanaşı, Həmədan, İsfahan və Tehran şəhərlərində də qızıl mağazalarının tətil etdiyi bildirilib.
2023-12-25
816,793
Bu tarixdə geomaqnit qasırğası gözlənilir
Günəş küləyi sürətinin 24 dekabrda baş vermiş Tac Kütlə Atılmaları (TKA) təsiri ilə artacağı gözlənilir. Axar.az xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, geomaqnit sahəsi – 24 dekabrda baş vermiş TKA təxminən 1900 km/san sürətə malikdir və 27 dekabrda Yerə çatacağı gözlənilir. Bu səbəbdən G1 (zəif) səviyyəli geomaqnit qasırğasının baş verməsi ehtimalı var. Sonra isə geomaqnit sahəsinin sakit olacağı proqnozlaşdırılır.
2023-12-25
816,797
Sahibkarlarla növbəti görüş Beyləqanda keçiriləcək
Azəriqaz İB ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. Azəriqaz İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Beyləqan rayonunda görüşü təşkil olunacaq. Axar.az xəbər verir ki, aksiya Gənclər Mərkəzinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” dekabrın 27-də saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
2023-12-25
816,800
Baydenin təyyarəsinin yanında görünən UNO - Video
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Co Baydenin təyyarəsinin eniş etdiyi Los-Anceles hava limanı üzərində uçan naməlum obyekt (UNO) görünüb. Axar.az xəbər verir ki, həvəskar kameralar tərəfindən qeydə alınan görüntülər sosial şəbəkələrdə yayılıb. “Nyu York Post” hadisənin dekabrın əvvəllərində baş verdiyini bildirib.
2023-12-25
816,801
İsrail mediası: Qəzzadakı müharibəni uduzmuşuq
Biz qalib gəlməyəcəyik. Oktyabrın 7-də İsrail torpağında milli ev hüququmuz üçün Qəzzada indiki müharibəni uduzduq. Yerüstü əməliyyatların hər günü yalnız uğursuzluğu artırır. Axar.az xəbər verir ki, bu barədə İsrailin “Haaretz” nəşri məlumat yayıb. “Bu dəhşətli müharibə başa çatdıqda, İsrail barbar HƏMAS hücumundan dərhal sonra olduğundan daha pis vəziyyətdə qalacaq. Bəs bu uğursuzluq heç olmasa yaxşı nəsə vəd edirmi? Bəlkə İsrail-Fələstin münaqişəsinin sonu gəlir? Oktyabrın 16-da Hərbi kabinet müharibənin məqsədlərini açıqladı: HƏMAS-ın Qəzza zolağında hökmranlığına son qoymaq və onun hərbi imkanlarını məhv etmək; Qəzza zolağından İsrailə qarşı terror təhlükəsini aradan qaldırmaq; girov problemini həll etmək, İsrail sərhədlərini və vətəndaşlarını qorumaq üçün hər cür səy göstərmək. Müharibə bitəndə biz bu məqsədlərin heç birinə nail ola bilməyəcəyik. Rəy sorğuları göstərir ki, Qəzza zolağındakı hərəkətlərimiz HƏMAS-ın təkcə Qəzzada deyil, həm də İordan çayının qərb sahilində fələstinlilər arasında statusunu gücləndirir. HƏMAS-ın Qəzza zolağında olmasını istəməyənlər indi onu Fələstin administrasiyasında da görəcəklər”, - məlumatda deyilir. Qeyd olunub ki, İsrailin beynəlxalq nüfuzu artıq tarixinin ən aşağı həddinə düşüb: “Bu, təkcə onun dostları ilə, xüsusən də ABŞ-la əlaqələri deyil, həm də dünyadakı yəhudi icmalarını təhdid edir, həmçinin israillilərin xaricdə dışlanmasına gətirib çıxarır. Regiondakı digər ölkələr arasında da mövqelərimiz kəskin şəkildə pisləşib. Hizbullahın bizə hücum etməkdən çəkindiyi ehtimalının əksinə olaraq, geri çəkilən İsraildir. ABŞ Prezidenti Bayden vəziyyəti anlayanda və sürətlə Aralıq dənizinə təsirli bir hərbi qüvvə göndərəndə Təl-Əvivin Hizbullah qarşısında zəifliyi geniş şəkildə təsdiqləndi. Amerikanın qüvvələrinə baxmayaraq, İran satellitləri problemlər yaratmağı bacarır. Hizbullah on minlərlə şimallı israillini öz ölkələrində qaçqına çevirdi, cənubda isə Yəməndəki husilər İsrailin dəniz əlaqələrini kəsməyə müvəffəq oldular. Beləliklə, İsrail 1956 və 1967-ci illərdə müharibə üçün əsas hesab etdiyi amili qəbul etmək məcburiyyətində qaldı”.
2023-12-25
816,802
Zurabişvili İlham Əliyevə məktub göndərdi
Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Axar.az məktubun mətnini təqdim edir: "Zati-aliləri. Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir və ən səmimi arzularımı çatdırıram. Sizə möhkəm cansağlığı və ölkənizə xidmətinizdə uğurlar diləyirəm. Gürcüstan ilə Azərbaycan Respublikası arasında mehriban qonşuluq və tərəfdaşlıq münasibətləri onilliklər ərzində inkişaf edir. Ölkələrimiz arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsində Sizin şəxsi töhfəniz xüsusi əhəmiyyət kəsb edir. Zati-aliləri, bir daha dərin ehtiramımı bildirir, bu fürsətdən istifadə edərək Sizi və dost Azərbaycan xalqını Yeni il münasibətilə təbrik edir, sülh, cansağlığı və firavanlıq arzulayıram".
2023-12-25
816,808
“Nar” satış şəbəkəsinin təmsilçiləri ilə görüş keçirib
Mobil operator ölkə boyunca satış xidmətlərini həyata keçirən diler təmsilçiləri ilə illik yekun görüşü keçirdi. Görüş zamanı “Nar”ın satış göstəriciləri, tətbiq etdiyi yeniliklər və əldə etdiyi nailiyyətlər təqdim olunub. Üstün müştəri məmnuniyyətinin təmin edilməsi və sərfəli qiymət siyasəti nəticəsində “Nar” yeni qoşulan abunəçi sayı və eləcə də, ümumilikdə satış göstəricilərini yüksəltməyə nail olduğu haqqında məlumat verilib. Bununla yanaşı, 2023-cü ildə Bakı, Gəncə, Gədəbəy, Goranboy, Göygöl, Kürdəmir, Laçın, Mingəçevir, Neftçala, Qəbələ, Şəki, Şərur, Tovuz və Zərdab şəhərlərində yenilənmiş “Nar” diler mağazaları uğurla abunəçilərə təqdim olunub. Tədbirdə Laçın rayonunda və həmçinin, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xususi nümayəndəlikləri iştirak ediblər. Dövlət rəsmiləri Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan işgüzar mühit və azad edilmiş ərazilərin biznes potensialı haqqında görüş iştirakçılarını məlumatlandırıblar. Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
2023-12-25
816,809
Türkiyə ordusu qisas aldı: 56 terrorçu məhv edildi
Türkiyə ordusu 56 PKK terrorçusunu havadan və qurudan aparılan əməliyyat çərçivəsində zərərsizləşdirib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, terrorçular İraq və Suriyanın şimalında keçirilən əməliyyatlar nəticəsində məhv edilib. Qeyd edək ki, “Pəncə Kilid” əməliyyat bölgəsinə terror hücumu nəticəsində 12 türk əsgəri şəhid olmuşdu.
2023-12-25
816,812
Putin Ukraynaya “Milad sürprizi” hazırlayır
Rusiya hücuma keçməyə qərar verərsə, Ukraynanın Milad bayramını məhv edə bilər. Axar.az xəbər verir ki, bu sözləri Estoniya ordusunun keçmiş rəhbəri, Avropa Parlamentinin üzvü və istefada olan general Riho Teras ERR TV-yə deyib. “Ukraynanın gücü tükənmək üzrədir. Rusiyada da o qədər çox şey yoxdur, ancaq Milad hücumu üçün kifayət edə bilər”, - bildirib. Teras hesab edir ki, Moskva Ukraynaya hərbi təzyiqi əhəmiyyətli dərəcədə artırıb və qarşıda iki çox vacib həftə var: “Əgər cəbhə dağılsa və Rusiya hansısa böyük məskunlaşan ərazini tutsa, bu, bütün dünya üçün pis siqnal olacaq”.
2023-12-25
816,815
Ramil Usubovun təltif edilmə səbəbi nədir?
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Prezident yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov “Şərəf” ordeni ilə təltif edilib. Axar.az xəbər verir ki, R.Usubovun mükafatlandırılmasının səbəbi onun 75 yaşının tamam olması ilə bağlıdır. Ramil İdris oğlu Usubov 22 dekabr 1948-ci ildə Xocalı şəhərində anadan olmuşdur. 1966-1968-ci illərdə Sovet ordusunun Şərqi Almaniyada yerləşən hərbi bazalarının birində həqiqi hərbi xidmətdə olan Ramil Usubov 1972-ci ildə N.Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbini bitirmişdir. Ramil Usubov 1970-ci ildə daxili işlər orqanlarında xidmət etməyə başlamışdır. Cinayət-axtarış strukturlarında xidmət aparmış, 1975-ci ildən 1980-ci ilə qədər Şuşa rayon Polis Şöbəsində cinayət axtarış bölməsinin rəisi, 1980–1984-cü illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984–1987-ci illərdə isə Əli-Bayramlı (hazırkı Şirvan) Şəhər-Rayon Polis Şöbəsinin rəisi vəzifələrdə çalışmışdır. 1987-ci ildə Ramil Usubov Naxçıvan MSSR daxili işlər naziri vəzifəsinə təyin edilmiş, 1989-cu ilədək bu vəzifədə işləmişdir. Həmin ildən 1991-ci ilə qədər Azərbaycan SSR Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin rəisi, 1991–1992-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992–1993-cü illərdə isə burada Kadrlar İdarəsinin şöbə rəisi olmuşdur. Ramil Usubov 11 avqust 1993-cü ildə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri, 29 aprel 1994-cü ildə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilmişdir. 3 may 1994-cü ildə Ramil Usubova general-mayor, 26 dekabr 1995-ci ildə general-leytenant, 15 yanvar 2002-ci ildə general-polkovnik hərbi rütbəsi verilmişdir. Ramil Usubov 20 iyun 2019-cu ildə Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilmiş və həmin tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilmişdir. R.Usubov "Azərbaycan Bayrağı", "Böyük zabit" (Polşa), 1-ci dərəcəli "Vətənə xidmətə görə", "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilib. Ailəlidir, Emil və Raul adında 2 oğul və 1 qız övladı var. Emil Usubov polis general-mayoru, Raul Usubov isə polis polkovnik-leytenantıdır, hər ikisi "İgidliyə görə" medalı ilə təltif edilib.
2023-12-25
816,816
Sabah 3 rayonda qaz olmayacaq
“Ağdam-Hindarx-Ağcabədi” avtomobil yolunun genişləndirilməsi ilə əlaqədar Ağcabədi, Beyləqan, Füzuli rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Axar.az xəbər verir ki, bu barədə Azəriqaz İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, “Ağdam-Hindarx-Ağcabədi” avtomobil yolunun genişləndirilməsi ilə əlaqədar SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Bərdə-Ağcabədi” yüksək təzyiqli magistral qaz kəmərinin yenidən qurulmuş yol keçidində yeni çəkilmiş yüksək təzyiqli qaz kəmərinin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı 26.12.2023-cü il saat 08:00-dan etibarən işlər başa çatanadək “Ağcabədi” QPS-dən və 26.12.2023-cü il saat 09:00-dan etibarən isə işlər başa çatanadək “Beyləqan”, “Allahyarlı”, “Əhmədbəyli”, “Horadiz” QPS-lərdən, “AZAQROTAXIL” MMC və “Füzuli-Diaqnostika” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır. “Təmir işləri aparılan müddətdə Ağcabədi, Beyləqan, Füzuli rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq”, - qurumdan qeyd edilib.
2023-12-25
816,819
“Misli”nin sponsorluğu ilə Peşəkar İntellekt Liqası yekunlaşdı
Azərbaycanın qanuni lotereya və idman mərc oyunları operatoru Azərlotereya ASC-nin “Misli” brendi korporativ sosial məsuliyyət çərçivəsində hər zaman ölkədə elm və təhsilin tərəqqisinə, gənc nəslin intellektual inkişafına töhfə verən, onların asudə vaxtlarının səmərəli keçirilməsinə kömək edən daha bir tədbirə dəstək olub. “Misli”nin sponsorluğu ilə intellektual oyunlar üzrə ölkənin ən yaxşılarının yarışdığı Peşəkar İntellekt Liqasının (PİL) final mərhələsi keçirilib. İllərdir ki, həyata keçirilən PİL bu ildən “Misli”nin dəstəyi ilə davam edib. Məqsəd intellektual oyunlar hərəkatına dəstək göstərmək, gənclərdə elm və təhsilə marağı artırmaq, onların dünya görüşünün genişləndirilməsinə, rəqabətli mühitin yaradılmasına nail olmaq, eləcə də Azərbaycan tarixi və mədəniyyətini gənc nəsilə aşılamaqdır. Fevral-dekabr ayları ərzində ümumilikdə 23 turnir təşkil edilib, 50-dən artıq müxtəlif komanda qatılıb. Hər həftə 400 nəfərdən artıq şəxs oyunlardan yararlanıb. İl ərzində isə 8500-dən artıq şəxs bu oyunlarda iştirak edib. Finalda 24 komanda mübarizə aparıb. Sonda 1-ci yer “Santa Klara”, 2-ci yer “Avangard”, 3-cü yerə isə “Nirvana” komandası layiq görülüb. Qalib komandalara qiymətli hədiyyələr və pul mükafatı təqdim olunub. “Azərlotereya” bundan sonra idmanın inkişafı istiqamətində ölkə əhəmiyyətli tədbirlərin təşkilində yaxından iştirak etməyə davam edəcək.
2023-12-25
816,820
Bu bazaları anında vuracağıq: NATO isə cavab verməyəcək
Rusiya Ukraynadakı xarici hərbi bazalar yaradılacağı təqdirdə onlara mütləq zərbələr endirəcək. Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Teleqram kanalında yazıb. AB-nin Ukrayna üçün təhlükəsizlik zəmanətləri bəyannaməsindən danışan Medvedyev sənədin özünün heç bir əlavə dəyəri olmayan “filkin qramotu” olduğuna diqqət çəkib: “Bu sənəd Kiyevə ayrı-ayrı ölkələrlə silah tədarükü, hərbi kadrların hazırlanması, hərbi proqramların maliyyələşdirilməsi, o cümlədən Ukraynada hərbi bazaların yaradılmasını nəzərdə tutan müqavilələr bağlamaq imkanı verir. Bu, “sizi NATO-ya qəbul etməyəcəyik, Rusiya ilə müharibə istəmirik, amma fərdi əsasda özünüzə heç nədə yox deməyin” modelidir. Və burada sual onların Vaşinqton müqaviləsinin 5-ci maddəsini necə şərh edəcəkləridir. Başqa sözlə, Rusiya belə bir bazanı vurduqda (və bu, istər-istəməz baş verəcək, çünki bazanın hərbçiləri xüsusi olaraq bizə qarşı döyüşmək üçün gəliblər) NATO ölkələrindən birinin yaratdığı bazanın məhv edilməsinə görə alyans ölkələri bizə kollektiv cavab verməyə hazır olacaqmı? İstənilən hərbi bazaya zərbə, şübhəsiz ki, bu müqavilənin 6-cı maddəsinin (“Razılığa gələn tərəflərdən hər hansı birinin silahlı qüvvələrinə, gəmilərinə və ya təyyarələrinə silahlı hücum”) tətbiqi üçün əsasdır. Ancaq sonrası daha maraqlıdır, cavab müqavilənin eyni 5-ci maddəsində göstərildiyi kimi hərbi və kollektiv xarakter daşımaq məcburiyyətində deyil”.
2023-12-25
816,822
Urmiyada insanlar ölür: şagird fəryad etdi - Video
Urmiya gölünün qurudulmasından sonra üzə çıxan problemlər gölün yaxınlığındakı yaşayış məntəqələrinin sakinlərinin sağlamlığına ciddi ziyan vurur. Axar.az xəbər verir ki, azərbaycanlı məktəblinin bununla bağlı müraciəti sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub. “Əvvəllər bütün şəhərlərdən, hətda xarici ölkələrdən göldə istirahət etmək üçün xeyli insan gəlirdi. İndi isə heç kim bizim sağlamlığımızla maraqlanmır”, - o deyib.
2023-12-25
816,823
FHN-də “Heydər Əliyev İli” ilə bağlı yeni tədbir
Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev irsi və onun layiqli davamçısı” mövzusunda tədbir keçirilib. Axar.az xəbər verir ki, tTədbirdə Şimal-qərb Regional Mərkəzinin rəisi polkovnik-leytenant Elnur Məhərrəmov, FHN-in regionda fəaliyyət göstərən strukturlarının rəhbərləri və Mərkəzin şəxsi heyəti iştirak edib. Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan FHN-in Şimal-qərb Regional Mərkəzinin rəisi polkovnik-leytenant Elnur Məhərrəmov və digər çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin dövlət müstəqilliyinin əldə edilməsi və qorunub saxlanılması, ordu quruculuğu, respublikamızın sosial-iqtisadi inkişafı və digər sahələrdə misilsiz xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, bugünkü güclü Azərbaycanın möhkəm özülləri məhz Ümummilli Liderin ölkəyə rəhbərlik etdiyi 1993-2003-cü illərdə qoyulub. Çıxışlarda Ulu Öndərin müdrik siyasi kursunun mahir davamçısı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl, məqsədyönlü daxili və xarici siyasət nəticəsində ölkəmizin bölgənin lider dövləti kimi beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutması, söz sahibi olması qürur hissi ilə vurğulanıb. Sonda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
2023-12-25
816,824
Nikol Bakıya təzyiq üçün Peterburqa getdi
Rusiya ilə qarşıdurma fonunda Putinlə görüşdən qaçan Paşinyanın uzun müddət sonra Avrasiya İqtisadi İttifaqı və MDB-nin iclasında iştirak etmək üçün Sankt-Peterburqa getməsinin birdən çox səbəbi var. Biricinsi, iqtisadi amillərdəndir: KTMT-dən imtina edən İrəvanın Fransanın timsalında hərbi alternativ imkanları olsa da, iqtisadi alternativi yoxdur, bu baxımdan, Ermənistanın Aİİ bazarına ehtiyacı var və siyasi-hərbi müstəvidə nə qədər Moskvanın nəzarətindən uzqlaşmaq istəsə də, Azərbaycanla kommunikasiyanın açılması ilə nəticələnə biləcək sülh sazişinin imzalanmadığı müddətdə Rusiya bazarından asılılığı davam edəcək; İkincisi, İran faktorudur: Sankt-Peterburqda Aİİ və İran arasında azad ticarət sazişinin imzalanması planlaşdırılır; sammitdə iştirakdan imtina Tehranla münasibətlərə də mənfi təsir edə bilər, o cümlədən, Ermənistan ittifaq ölkələrinin İranla genişlənməsi gözlənilən ticarət imkanlarından kənarda qalmaq istəmir; Üçüncüsü, Paşinyanın bu səfərdə siyasi hədəflərdindən biri də Azərbaycana təzyiq edə bilməyən Qərbə mesaj verməkdir. Bunun fonunda Ermənistanın KTMT-dən uzaqlaşmaq xəttinin davam edəcəyi gözləniləndir, çünki bununla bağlı “Azərbaycan bəhanəsi var”.
2023-12-25
816,827
İrandakı səfirliyimiz açılır? – İki vacib şərt
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İran və Azərbaycan prokurorluq əməkdaşlarının görüşünün nəticəsinə istinadən deyib ki, Azərbaycan Respublikasının İrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması üçün yol xəritəsi hazırlanıb. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. “Səfirliyin açılması üçün yol xəritəsinin əsas iki bəndi bəllidir: səfirliyimizə hücum edən terrorçu məhkəmədə layiqli cəzasını aldıqdan və Tehranda saxta ittihamla həbs edilən tələbəmiz vətəninə qaytarıldıqdan sonra Azərbaycanın İrandakı səfirliyinin açılması həll olunacaq. Heç bir ölkə qonşuluğundakı səfirliyinin qapadılmasını istəməz. Azərbaycan da səfirliyin fəaliyyətə başlamasını istəyir. Ancaq Tehran zəruri addımlar atmadığı üşün məsələ uzanır və belə bir təəssürat yaranır ki, İrandakı dairələrin bir qismi Azərbaycanın səfirliyinin açılmasında maraqlı deyillər”, - o bildirib.
2023-12-25
816,830
Hacıqabulda maşın məktəblini vurub öldürdü
Hacıqabulda avtomobil məktəblini vuraraq öldürüb. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Nəvahi kəndində qeydə alınıb. Belə ki, avtomobil yolu keçmək istəyən 2015-ci il təvəllüdlü Əlisoltan Əli oğlu Rzayevi vurub. Yaralı Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib. Faktla bağlı araşdırma aparılır.
2023-12-25
816,835
Parlament seçkiləri bu tarixdə keçiriləcək - Mühüm
Növbədənkənar parlament seçkiləri 2020-ci ilin fevral ayında keçirildi, amma bu o demək deyil ki, növbəti seçkilər 2025-ci ilin fevral ayında keçirilməlidir. Bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas Çingiz Qənizadə deyib. “Konstitusiyanın 98-ci maddəsində qeyd olunur ki, növbədənkənar parlament seçkiləri keçirildikdə deputatların səlahiyyət müddəti 5 ildən az ola bilər. Həmin maddədə göstərilir ki, seçkilər beş ildən bir noyabr ayının 1-ci bazar günündə keçirilir. Digər tərəfdən, qanuna görə, parlament seçkiləri irəli çəkilə bilər, ancaq ertələnə bilməz. Başqa sözlə desək, əgər 5 il müddətinin tamam olmasını gözləsək, onda seçki Konstitusiyaya görə 2025-ci ilin noyabrında keçirilməlidir. Bu isə parlamentin səhaliyyət müddətinin uzadılması deməkdir ki, buna da heç bir hərbi, fövqəladə səbəb yoxdur. Buna görə də Azərbaycanda parlament seçkilərinin 2024-cü ilin noyabrında keçiriləcəyini gözləmək olar”, - o bildirib. Ç.Qənizadə vurğulayıb ki, hətta parlament seçkilərinin noyabrdan da tez keçirilməsi mümkündür: “Prezident seçkiləri növbədənkənar olduğuna görə, 2024-cü ildə yeni dövr başlayacaq və yeni parlamentin də daha tez yaranmasına ehtiyac olacaq. Ola bilər ki, parlament seçkiləri bir az da qabağa çəkilsin. Bunu da zaman göstərəcək. Bu məsələlərə toxunmadan qeyd etmək istəyirəm ki, parlament seçkiləri Azərbaycan Respublikası Konstitusiyasının 98-ci maddəsinə uyğun olaraq, yəni 5 ildən sonra yox, 5-ci ilin – 2024-cü ilin noyabrın 3-də keçiriləcək”.
2023-12-25
816,840
Qurban Qurbanovdan 500-cü oyun
Qurban Qurbanov baş məşqçi kimi Azərbaycan çempionatlarında 500-cü oyununu keçirib. Axar.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, “Qarabağ”ın baş məşqçisinin yubileyi Azərbaycan Premyer Liqasının XVIII turuna təsadüf edib. Ağdam klubu səfərdə “Zirə” ilə görüşüb. 51 yaşlı mütəxəssisin yetirmələri 500-cü qarşılaşmada 1:0 hesabı ilə qalib gəliblər. O, karyerası ərzində iki kluba – “Neftçi” və “Qarabağ”a rəhbərlik edib. Q.Qurbanovun kollektivləri 500 görüşdə 312 qələbə qazanıb, 117 heç-heçə edib və 71 dəfə uduzublar. Qurbanov Premyer Liqadakı oyun sayında mütləq rekordçudur. İkinci sırada olan Qəhrəman Əliyevin hesabında 381 matç var. Qeyd edək ki, mütəxəssisin debütü 2006/2007 mövsümündə gerçəkləşib. 2006-cı il avqustun 6-da Qurbanovun baş məşqçisi olduğu “Neftçi” “Gənclərbirliyi”ni 6:1 hesabı ilə məğlub edib.