date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2023-12-23 | 816,138 | Gizli kameralar açıq şəkildə satılır - Video | İnternet resurslarında gizli kameralar açıq şəkildə satılır. Axar.az xəbər verir ki, bu kameraların ölkəmizdə alışı, satışı və istifadəsi qanunla qadağan olunsa da, buna məhəl qoyulmur. Satıcılar bildiriblər ki, son zamanlar gizli kamera ilə maraqlananların sayı artıb. Hüquqşünas Turan Abdullazadə isə qeyd edib ki, gizli kameralar vasitəsilə çəkiliş aparılması şəxsi həyata birbaşa müdaxilədir. Ətraflı "ATV Xəbər"in süjetində: |
2023-12-23 | 816,139 | Dərbənddə meteoritin düşmə anı - Video | Rusiyanın Dərbənd şəhərinin sakinləri meteoritin düşməsinə şahidlik ediblər. Axar.az xəbər verir ki, görüntü sosial şəbəkələrdə paylaşılıb. Məlumat üçün qeyd edək ki, meteoritlər adətən yüksək sürətlə Yer kürəsi istiqamətində hərəkət etsələr də, göydə sürətlə əriyərək təhlükə törətmirlər. |
2023-12-23 | 816,140 | Nazirdən əmr: Əsədov vəzifədən azad edildi | Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini işdən çıxarılıb. Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Elxan Xəlil oğlu Əsədov sözügedən vəzifəsindən azad edilib. Qeyd edək ki, 1955-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olan Elxan Əsədov uzun illər FHN-də çalışıb. |
2023-12-23 | 816,141 | Dünyanın ən gözəl qızı bu xanım seçildi - Video | “Miss Earth” beynəlxalq gözəllik müsabiqəsinin qalibi Albaniya təmsilçisi olub. Axar.az Baku.vs-yə istinadən xəbər verir ki, yarışmanın finalı Yutubda yayımlanıb. Müsabiqəsinin finalında münsiflər heyəti dörd qalibi seçib. Ən şərəfli titul albaniyalı Drita Ziriyə verilib. Müsabiqənin təşkilatçıları həmçinin yeddi xüsusi nominasiya üzrə mükafatlar təqdim ediblər. Vyetnamlı Do Thi Lan Anh ən yaxşı performansa və ən yaxşı milli geyimə görə təltif olunub. Filippinli İlyane Aduane bikini yarışmasının qalibi olub. Xalqın seçimi indoneziyalı Sindi İnanto olub. Ən yaxşı gecə paltarına görə Qazaxıstan təmsilçisi Dilnaz Tilayeva mükafatlandırılıb. İstedad yarışmasında birinci yeri Yeni Zelandiyadan olan Caitlin Dulcie tutub. Yarışmanın finalını təqdim edirik: |
2023-12-23 | 816,142 | İmran Xan zaminə buraxıldı | Pakistanın Ali Məhkəməsi “Rəsmi sirlər haqqında” qanunu pozmaqda ittiham edilərək həbsdə olan keçmiş baş nazir İmran Xan və keçmiş xarici işlər naziri Şah Mahmud Qüreşinin zaminə buraxılmasını təsdiqləyib. Axar.az xəbər verir ki, bu barədə "Daun" nəşri məlumat yayıb. Məlumata görə, məhkəmə keçmiş nazirləri 1 milyon Pakistan rupisi qarşılığında azadlığa buraxıb. Qeyd edək ki, noyabr ayında Pakistanın Ədalət Hərəkatı Partiyası Ali Məhkəməyə müraciət edərək, Xan və Qüreşinin zaminə buraxılmasını istəyib. |
2023-12-23 | 816,143 | Makron Hindistana səfər edəcək | Fransa Prezidenti Emmanuel Makron yanvarın 26-da Hindistanın paytaxtı Yeni Dehliyə səfər edəcək. Axar.az "Röyters"ə istinadən xəbər verir ki, Makron Hindistanın Respublika Günü ilə əlaqədar təşkil ediləcək tədbirdə iştirak edəcək. Bildirilib ki, Fransa prezidenti baş qonaq qismində qarşılanacaq. Xatırladaq ki, Hindistanın Baş naziri Narendra Modi iyul ayında Fransanın milli bayramında fəxri qonaq qismində iştirak edib. |
2023-12-23 | 816,144 | Türkiyə İsveçə daha bir şans verdi | Gələn həftə Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyası İsveçin NATO-ya qəbulu ilə bağlı ratifikasiya protokolunun müzakirələrini bərpa edəcək. Axar.az NTV telekanalına istinadən xəbər verir ki, bu, dekabrın 26-da keçirilməsi nəzərdə tutulan komissiyanın iclasının gündəliyinə daxil edilib. Qeyd edək ki, İsveçin NATO-ya üzvlüklə bağlı müraciətinin Türkiyə parlamentində ratifikasiya prosesi oktyabrda başlayıb. İlkin olaraq protokol Beynəlxalq Əlaqələr Komissiyasına təqdim edilib, qəbul edildikdən sonra Parlamentin Baş Assambleyasının səsverməsinə çıxarılacaq. Yalnız Macarıstan və Türkiyə İsveçin alyansa qoşulması ilə bağlı protokolları ratifikasiya etməyib. |
2023-12-23 | 816,145 | Macarıstan Bolqarıstanı Şengen zonasına buraxdı | Macarıstan Bolqarıstanın Şengen zonasına daxil olmasına qoyduğunu vetonu ləğv edib. Çünki Bolqarıstan Rusiya qazının öz ərazisindən tranziti üçün artan rüsumların tətbiqini aradan qaldırıb. Axar.az xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto deyib. “Biz Bolqarıstanın xarici işlər naziri Mariya Qabriel ilə yenidən telefonla danışdıq. O bildirdi ki, Macarıstana təbii qaz tədarükünə əlavə vergini ləğv edən qanun bu gün Bolqarıstan qəzetində rəsmi olaraq dərc edilib və bununla da qüvvəyə minib”, - deyə Siyarto bildirib. Qeyd edək ki, bundan öncə Macarıstan Bolqarıstana Rusiya qazının öz ərazisindən tranziti üçün tarifin artırılması qərarını ləğv etməyəcəyi təqdirdə Şengen zonasına daxil olmasına veto qoyacağı barədə xəbərdarlıq etmişdi. |
2023-12-23 | 816,146 | Xəzərdə zəlzələ oldu | Dekabrın 23-də Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Axar.az-a AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Belə ki, yerli vaxtla saat 02:11-də qeydə alınan zəlzələnin maqnitudası 3-ə bərabər olub. Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib. |
2023-12-23 | 816,148 | Fransız siyasətçilər xəcalət çəkməlidir - İcma | Fransanın Evian şəhərində Xurşidbanu Natəvanın abidəsinin yerləşdiyi park ətrafında yaranmış vəziyyət fransız cəmiyyətini çulğalayan azərbaycanofobiyanın artıq absurd səviyyəyə çatdığını göstərir. Axar.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib. "Qərbi Azərbaycan İcması bu vandalizm əməlini, mədəni irsin dağıdılmasını, islamofob hərəkəti kəskin şəkildə pisləyir və UNESKO-nu məsələyə dərhal reaksiya verməyə çağırır. İşğal dönəmində Natəvanın məzarı dağıdılmışdı. Bu gün Fransada Natəvanın abidəsinin sökülməsi təhlükəsi erməni və fransız cəmiyyətinin hansı “ortaq dəyərlər”ə malik olmasını nümayiş etdirir. Azərbaycanı Qarabağda guya “erməni irsini dağıtmaq”da ittiham edən irqçi fransız siyasətçilər, deputatlar, merlər, jurnalistlər xəcalət hissi keçirməlidir. Lakin irqçilik mərəzindən qurtula bilməyən Fransanın nə etməsindən asılı olmayaraq, bu gün xan qızı Natəvanın ruhu şaddır. Şuşa da, Xankəndi də, onun dəfn edildiyi Ağdam da, bütün Qarabağ azaddır", - bəyanatda vurğulanıb. |
2023-12-23 | 816,149 | Salyanda maşın aşdı: bir ailənin 4 üzvü xəsarət aldı | Salyan rayonunda baş verən yol qəzasında bir ailənin dörd üzvü xəsarət alıb. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Sarvan kəndi ərazisində qeydə alınıb. Belə ki, “Jiquli” markalı avtomobil hərəkətdə olarkən anidən idarəetməni itirib və yolun kənarına aşıb. Qəza nəticəsində bir ailənin dörd üzvü - rayonun Sarvan kənd sakinləri, 1961-ci il təvəllüdlü Gülşən Davud qızı Abışova, 1988-ci il təvəllüdlü Xanım Yusif qızı Abışova, 2010-cu il təvəllüdlü Eşqin Emil oğlu Abışzadə və 1988-ci il təvəllüdlü Emil Həsrətddin oğlu Abışov müxtəlif dərəcəli xəsarətlər alıblar. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. |
2023-12-23 | 816,150 | Neft həftəni bu qiymətlə yekunlaşdırdı | Dünya birjalarında neft yenidən ucuzlaşıb. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 79,07 dollara, yüngül neftin bir barreli isə 73,56 dollara təklif olunur. |
2023-12-23 | 816,151 | Gülçöhrə Şəfiyeva vəfat etdi | Bu gün Heydər Əliyev Sarayının keçmiş baş rejissoru, Prezident təqaüdçüsü, əməkdar mədəniyyət işçisi Gülçöhrə Şəfiyeva vəfat edib. Kult.az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib. Bildirilib ki, G.Şəfiyeva 74 yaşında dünyasını dəyişib. |
2023-12-23 | 816,161 | Kiprdən Türkiyəyə qarşı addım - Ankaradan reaksiya | Avropa Birliyinin (AB) direktivinə əsaslanaraq bütün üzv ölkələr tərəfindən hazırlanan, eyni zamanda Cənubi Kiprin Nazirlər Kabineti tərəfindən təsdiq edilən “Dəniz sahəsinin planlaşdırılması”nda göstərilən bölgələr Türkiyə və Şimali Kipr Türk Respublikasının hüquqlarını pozur. Bu qəbuledilməzdir. Axar.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib. “Xatırladıram ki, Türkiyənin Aralıq dənizindəki türk kontinental şelfinin sərhədləri 2004-cü ildə və sonuncu dəfə 2020-ci ildə BMT tərəfindən qeydə alınıb. Cənubi Kipr Administrasiyasının dəniz yurisdiksiyası əraziləri ilə bağlı birtərəfli aktlarının qəbul edilməyəcəyi əvvəldən bildirilib və Türkiyənin bölgədəki çalışmaları bu çərçivədə davam edir. Cənubi Kiprin bu dəfə AB-nin “Dəniz sahəsinin planlaşdırılması” ilə bağlı direktivini istismar etmə təşəbbüsü nəticəsiz cəhdlərin son həlqəsi kimi qiymətləndirilir”, - XİN rəsmisi vurğulayıb. Ö.Keçeli qeyd edib ki, Türkiyənin Kipr adasının qərbində, Kipr türklərinin isə adanın ətrafındakı ərazilərdə qanuni hüquq və səlahiyyətləri var: “Cənubi Kipr Administrasiyasının iddialı, reallıqdan kənar və heç bir əsası olmayan qeyri-qanuni təşəbbüsləri Kipr probleminin hərtərəfli, ədalətli və davamlı həllinə nail olmaq səylərinə zərər verir”. |
2023-12-23 | 816,164 | 668-ci gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 668-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 352 390 hərbçi, 5 854 ədəd tank, 10 871 ədəd zirehli döyüş maşını, 8 286 ədəd artilleriya sistemi, 932 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 611 hava hücumundan müdafiə sistemi, 324 ədəd hərbi təyyarə, 327 ədəd helikopter, 10 995 ədəd avtomobil texnikası, 6384 ədəd PUA, 1 613 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 223 xüsusi avadanlıq itirib. |
2023-12-23 | 816,167 | Gürcüstanda zəlzələ oldu | Bu gün səhər saatlarında Gürcüstanın Kaxeti bölgəsində 4,4 maqnitudalı zəlzələ olub. Axar.az xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb. Zəlzələ yerin 15 kilometr dərinliyində meydana gəlib. Dağıntı və tələfat barədə məlumat verilməyib. |
2023-12-23 | 816,172 | Xaçmazda inşa olunan yeni körpü - Foto | Dekabrın 23-də Xaçmazda Qudyalçay üzərində inşa olunan yeni körpü istifadəyə verilib. Axar.az xəbər verir ki, ikiaşırımlı yeni körpünün uzunluğu 66, eni 15 metrdir. Respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində, Qudyalçay üzərində yerləşən körpü sel sularının təsiri nəticəsində cari ilin sentyabr ayında dağılıb. Həmin aydan başlayan tikinti işləri 3 ay ərzində yekunlaşdırılıb. Avtomobil körpüsündə piyadaların hərəkəti üçün zolaqlar tikilib, kənarlarına məhəccərlər quraşdırılıb. Körpü istifadəyə verildikdən sonra da mühafizə bəndlərinin və istinad divarlarının tikintisi davam edəcək. |
2023-12-23 | 816,173 | Bakı-Həştərxan aviareysi gecikir | Azərbaycan Hava Yolları QSC-nin (AZAL) bu gün saat 08:05-də Bakıdan Rusiyanın Həştərxan şəhərinə yerinə yetirməli olduğu reys gecikir. Bu barədə Axar.az-a Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib. Məlumata görə, gecikməyə səbəb Həştərxan hava limanında hava şəraitinin əlverişsiz olmasıdır. Bakıdan uçuş gecikdiyi üçün təyyarənin Həştərxandan saat 10:40-da nəzərdə tutulan geri dönüşü də gecikəcək. |
2023-12-23 | 816,174 | Türkiyə 6 şəhid verdi - Səfirliyimizdən reaksiya | Azərbaycanın Ankaradakı səfirliyi Türkiyə hərbçilərinə qarşı terror hücumunu şiddətlə qınayıb. Axar.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin X hesabında paylaşım edilib. “İraqın şimalında xain terror hücumu nəticəsində şəhid olan qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin. Onların ailələrinə və yaxınlarına səbr diləyirik. Terroru şiddətlə qınayırıq”, - paylaşımda bildirilib. Qeyd edək ki, İraqın şimalında terrorçuların hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisi şəhid olub. |
2023-12-23 | 816,177 | Zakir Həsənov Yaşar Gülərə başsağlığı verdi | Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülərə başsağlığı ünvanlayıb. Axar.az başsağlığının mətnini təqdim edir: “Cari ilin 22 dekabr tarixində İraqın şimal bölgəsində terrorçuların xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbər məni hədsiz kədərləndirdi. Sizin acınız bizim də acımızdır. Biz terrorun bütün növ təzahürlərini qətiyyətlə qınayırıq. Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və dəstəkləyirik. Bu hadisə zamanı şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm. Allah rəhmət eləsin”. |
2023-12-23 | 816,184 | Şuşa yolunda ağır qəza: ölən var | Şuşa yolunda ağır yol qəzası olub. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə betonqarışdıran avtomobilin idaretməni itirməsi nəticəsində baş verib. Yol qəzası nəticəsində Biləsuvar rayon sakinləri Rahil Ağayev (sürücü) yaralanıb, Elçin Nəzərov isə ölüb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. |
2023-12-23 | 816,187 | Bakıda silah-sursat aşkarlandı - Video | Bakı şəhərinin Xəzər rayonu, Binə qəsəbəsi ərazisində silah-sursat aşkarlanıb. Axar.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş istifadəyə yararlı 2 ədəd G-303-CSS tüstülü əl qumbarası, 1 ədəd UZRQM mexanizm, 1 ədəd TOZ-8 yivli ov silahı götürülüb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib. |
2023-12-23 | 816,190 | Bakı-Sumqayıt yolunda ağır qəza: 8 yaralı var - Yeniləndi | 11:22 Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Xırdalan qəbiristanlığının qarşısındakı yolda olub. Belə ki, "Opel" və "Şevrolet" markalı avtomobillər toqquşub. Nəticədə nəqliyyat vasitələrində olan 8 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. *** Baş DYP İdarəsinin Bakı-Sumqayıt yolunda baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. İdarədən verilən məlumata görə, bu gün saat 10:00 radələrində Bakı-Sumqayıt yolunun 11-ci km-də yolun hərəkət hissəsində dayanan “Opel” markalı 90 VV 419 nömrə nişanlı avtomobillə nəqliyyat vasitələrini sağdan ötməyə çalışan “Ravon” markalı 77 DA 091 nömrə nişanlı avtomobilin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində hər iki avtomobilə maddi ziyan dəymiş və 1 nəfər (“Opel” markalı avtomobilin sürücüsü F.Azadov) xəsarət almışdır. Hər iki sürücünün taksi fəaliyyəti ilə məşğul olduğu bildirilir. |
2023-12-23 | 816,191 | Peruda qızıl mədəni çökdü: ölənlər var | Peruda qızıl mədəninin çökməsi nəticəsində 7 nəfər həlak olub. Axar.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Mədənin qanunsuz fəaliyyət göstərdiyi bildirilir. Bölgədə axtarış-xilasetmə tədbirləri davam edir. |
2023-12-23 | 816,198 | Dəm qazı daha bir can aldı | Gədəbəy rayonu Slavyanka kənd sakini, 1956-cı il təvəllüdlü Nəzakət Ovçu qızı Süleymanova dəm qazından boğularaq ölüb. Axar.az xəbər verir ki, hadisə evin hamam otağında baş verib. Faktla bağlı araşdırma aparılır. |
2023-12-23 | 816,204 | İsrail qırıcıları Qəzzanı bombaladı | İsrail Hərbi Hava Qüvvələri (HHQ) Qəzza şəhəri də daxil olmaqla, şəhər ətrafındakı yaşayış məntəqələrinə, o cümlədən Deyr əl-Bələhdə yerləşən hədəflərə zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb. Xatırladaq ki, İsraillə HƏMAS arasında müharibə bu il oktyabrın 7-də başlayıb. |
2023-12-23 | 816,205 | Təbrizdə 4,6 bal gücündə zəlzələ baş verdi | İranda 4,6 bal gücündə zəlzələ olub. Axar.az xəbər verir ki, yeraltı təkan bu gün səhər yerli vaxtla 06:27-də Təbriz şəhərindən 33 kilometr şimal-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. |
2023-12-23 | 816,206 | Ermənistanın Rusiyaya yolu yenə bağlandı | Ermənistandan Rusiyaya gedən yeganə quru yol – Yuxarı Lars hava şəraiti ilə bağlı yenidən yük maşınları üçün bağlanıb. Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi və Rusiya Daxili İşlər Nazirliyinin Şimali Osetiya Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi məlumat yayıb. |
2023-12-23 | 816,208 | Bu matç mühüm siyasi əhəmiyyət daşıyır - Deputat | Cari il dekabrın 21-də Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirilmişdir. Birmənalı olaraq demək lazımdır ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçirilən ilk futbol matçı olmaqla, bu oyun bütün xalqımızın hədsiz sevincinə səbəb olmuş tarixi hadisə idi. Axar.az xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib. Deputat bildirib ki, həmin oyunda qəhrəman şəhidlərimizin övladlarının və ailə üzvlərinin də iştirak etməsi şəhidlərin ruhuna ehtiram və vətənpərvərlik nümunəsidir: "Ölkə Prezidenti cənab İlham Əliyev oyundan əvvəl Xankəndi stadionunda etdiyi çıxışında xüsusi olaraq vurğuladı ki, bu futbol matçının qədim Azərbaycan diyarı olan Xankəndidə keçirilməsinin çox böyük siyasi mənası var. Torpaqlarımızın Ermənistan tərəfindən işğalda saxlandığı 30 il ərzində Xankəndidə separatçılar yuva salmışdılar və bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Ermənistan və onun havadarları elə bilirdilər ki, bu vəziyyət əbədi davam edəcək. Lakin Şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdi ki, Qarabağ bizim tarixi, əzəli torpağımızdır". K.Qafarov daha sonra xalqımızın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin bütün dünya azərbaycanlıları üçün daimi qürur mənbəyi olacağını vurğulayaraq deyib: “Üç il bundan əvvəl Ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Zəfər qazanaraq Şanlı Ordumuz torpaqlarımızın otuz illik işğalına son qoydu. Bu parlaq Qələbə bütün dünya azərbaycanlılarının qəlbində əbədi yaşayacaq bir tarix, hamımızın tükənməyən qürur mənbəyi oldu. Artıq bu ilin sentyabr ayının 19-da keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində isə, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Oktyabr ayının 15-də cənab Prezident İlham Əliyev Xankəndidə, Xocalıda, Əsgəranda, Xocavənddə və Ağdərədə üçrəngli bayrağımızı qaldırdı. Bu gün bütün Qarabağda və Şərqi Zəngəzurda Azərbaycan Bayrağı qürurla dalğalanır. Azərbaycan işğaldan azad edilmiş bütün ərazilərində geniş quruculuq-abadlıq işləri aparır. Dekabrın 21-də ilk futbol matçının keçirildiyi Xankəndi stadionu da cəmi iki ay ərzində əsaslı təmir olunmuş, demək olar ki, yenidən inşa edilmişdir. Möhtərəm dövlət başçımızın dediyi kimi, separatizm simvolikasını əks etdirən bütün yazılar da tarixin zibilxanasına atılmışdır. Qarabağ Azərbaycandır və bundan sonra bütün Qarabağ torpaqlarında Azərbaycan Bayrağı əbədi dalğalanacaqdır”. |
2023-12-23 | 816,209 | Qarabağa fərdi maşınlarla səfər etməyə icazə verildi | "Böyük Qayıdış" siyasətinin davamı olaraq Azərbaycan vətəndaşlarının və xarici turistlərin işğaldan azad edilmiş ərazilərə səfərləri asanlaşdırılır. Axar.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Dövlət Turizm Agentliyinin birgə açıqlamasında bildirilir. Məlumata görə, əgər indiyə qədər vətəndaşlar yalnız müəyyən istiqamətlərdə təşkil edilmiş avtobus reysləri və qrup şəklində turist səfərləri ilə işğaldan azad edilmiş ərazilərə səfər edirdilərsə, dekabrın 27-dən Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə fərdi minik avtomobilləri ilə də səfər edə biləcəklər. Vətəndaşlar səfər üçün icazəni sabahdan başlayaraq “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən əldə edə bilərlər. Şuşa şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” ilə, Suqovuşan qəsəbəsinə isə Tərtər və Goranboy (Tapqaraqoyunlu kəndi) rayonlarından keçməklə mümkün olacaqdır. Şuşa və Suqovuşan istiqamətində səfər üçün vətəndaşlara icazələrin verilməsi zamanı bir sıra tənzimləmələr tətbiq ediləcək. Bu barədə ətraflı məlumatı “Yolumuz Qarabağa” portalı üzərindən əldə etmək mümkündür. Səfəri sürücünün oturacaq yeri də daxil olmaqla, oturacaq yerlərinin sayı 9-dan çox olmayan fərdi minik avtomobilləri ilə etmək mümkündür. Fərdi minik avtomobilləri dedikdə dövlət qeydiyyat nişanına malik, B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdə tutulur. Bir minik avtomobilində sürücü də daxil olmaqla maksimum 9 nəfərin səfəri üçün icazə alına bilər. İcazələrin etibarlılıq müddəti Şuşa şəhəri üçün iki gün, Suqovuşan qəsəbəsi üçün isə bir gün olacaq. Səfərlərin nizamlı təşkili və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ilkin dövrdə gün ərzində Şuşaya 80, Suqovuşana isə 60 minik avtomobilinin səfər etməsinə icazə verilməsi nəzərdə tutulur. Fərdi minik avtomobillərini idarə edən şəxslər “Yolumuz Qarabağa” portalı üzərindən səfərlə bağlı qaydalar, mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlar ilə tanış olmalı, həmçinin bu barədə özü ilə səfər edən şəxsləri məlumatlandırmalı,mina təhlükəsizliyinə əməl etmək üçün işğaldan azad edilmiş ərazilərə daxil olduqdan və müvafiq yoxlanışdan keçdikdən sonra marşrut trayektoriyasından kənara çıxmamalı, yol ayrıcılarında diqqətli olmalı və səfər marşrutu boyunca dayanmadan son məntəqəyə qədər nəqliyyat vasitəsini idarə etməlidirlər. Vətəndaşlar səfərdən öncə portalda yerləşdirilmiş mehmanxanalarla əlaqə saxlayıb otaq sifarişlərini həyata keçirə bilərlər. Bakı-Şuşa istiqamətinə qrup şəklində turist turları, eləcə də “Yolumuz Qarabağa” portalı üzərindən təşkil edilən avtobus reysləri əvvəlki qaydada davam etdiriləcək. Turist turlarında bundan sonra xarici vətəndaşların da iştirakına şərait yaradılır və turlarda iştirak üçün yerli və xarici turistlər istənilən turizm şirkətinə müraciət edə bilərlər. Suqovuşan istiqamətinə qrup səfərləri Dövlət Turizm Reyestrində (data.tourism.gov.az) turoperator və turoperator-turagent kimi təsnif edilmiş turizm şirkətləri tərəfindən təşkil ediləcək. |
2023-12-23 | 816,212 | Zakir Həsənov bir qrup zabiti Qarabağa göndərdi | Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının və vətənpərvərlik hissinin daha da yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə nazirinin tapşırığına əsasən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin bir qrup zabit heyəti işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrdə olub. Çətin relyefli ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşlərdə şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, xidməti-məişət şəraiti öyrənilib, onları maraqlandıran suallar cavablandırılıb. Həmçinin hərbi qulluqçularla milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb, onlara hərbi xidmətlə bağlı lazımi tövsiyələr verilib. Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq qərar və əmrlərinin tələbləri, o cümlədən sayıqlığın artırılmasına dair təlimatları və təhlükəsizlik qaydaları şəxsi heyətə çatdırılıb. Hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı yüksək qiymətləndirilib. Hərbi qulluqçular isə öz növbələrində göstərilən etimadı nümunəvi xidmətləri ilə doğrultmağa çalışdıqlarını bildiriblər. |
2023-12-23 | 816,214 | İsrail ordusu Hizbullahın obyektlərinə zərbə endirdi | İsrail ordusu dekabrın 23-də səhər saatlarında Hizbullah qruplaşmasının Livandakı hərbi obyektlərinə artilleriya zərbələri endirib. Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib. Xatırladaq ki, daha əvvəl İsrail ordusu qırıcı təyyarələrlə Hizbullahın mövqelərinə zərbələr endirib. |
2023-12-23 | 816,217 | Əcnəbilərin Qarabağa turist səfərlərinə icazə verildi | Azərbaycan hökuməti xarici ölkə vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə turist kimi səfər etməsinə icazə verib. Axar.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Dövlət Turizm Agentliyinin birgə açıqlamasında bildirilir. Məlumata görə, Bakı-Şuşa istiqamətinə qrup şəklində turist turlarında iştirak üçün xarici turistlər istənilən turizm şirkətinə müraciət edə bilərlər. Amma Suqovuşan istiqamətinə qrup səfərlərini Dövlət Turizm Reyestrində (data.tourism.gov.az) turoperator və turoperator-turagent kimi təsnif edilmiş turizm şirkətləri təşkil edəcək. |
2023-12-23 | 816,218 | Rəşad Dağlının "Niva"sı satışa çıxarıldı - Video | Hazırda həbsdə olan tanınmış meyxanaçı Rəşad Dağlının qara rəngli "Niva"sı satışa çıxarılıb. Kult.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Qeyd edək ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi bıçaqla qətlə yetirib. R.Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ilə ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, İsgəndərlə görüşə "Niva" markalı avtomobillə gedib. |
2023-12-23 | 816,219 | DTX Fransanın casus şəbəkəsini necə ifşa etdi? | Azərbaycan kəşfiyyatı Fransa kəşfiyyatını məğlub etdi. Xüsusi xidmət orqanlarının Fransanın casus şəbəkəsini ifşa etməsindən sonra bütün Avropa “mat” vəziyyətinə düşüb. Və məsələ heç də Fransa kəşfiyyatının uğursuzluğu yox, Azərbaycan xüsusi xidmət orqanlarının peşəkarlığından ibarətdir. Mediada yayılan məlumatda qeyd olunur: Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub. Burada söhbət təkcə Fransa agentura şəbəkəsinin Azərbaycanda ifşa olunmasından getmir. Azərbaycan xüsusi xidmət orqanları Fransa kəşfiyatının Şərqi Avropadan Mərkəzi Asiyaya qədər geniş coğrafiyada fəaliyyət göstərən şəbəkəsini deşifrə edib. Və müharibənin qalibi Azərbaycan kəşfiyyatıdır. Hərbi müstəvidə aparılan müharibələrdən fərqli olaraq, kəşfiyyat müharibələri heç vaxt bitmir. Bu döyüşdə nə atəşkəs razılaşması, nə də sülh sazişi var, kəşfiyyat daim mübarizə aparır və pərdəarxası müharibə zamansız şəkildə davam edir. Bakı-Paris xəttində gərginləşən münasibətlər, Fransanın açıq müstəvidə həyata keçirdiyi anti-Azərbaycan siyasəti fonunda fransızların casus şəbəkəsinin ifşa edilməsi iki ölkə arasında kəşfiyyat müharibəsinin aktiv fazaya keçdiyini deməyə əsas verir. İstisna deyil ki, kəşfiyyat müharibəsini aktiv fazası da məhz 44 günlük müharibədən sonra – Makron administrasiyasının Bakıya açıq hücuma keçməsi ilə başlayıb. Casus şəbəkəsi necə ifşa olunub? Qərb mediasına sızan məlumata görə, hər şey Fransa səfirlikdaxili rezidenturasının Azərbaycan ərazisində əslində Fransanın “tərəfdaşı” kimi bilinən ölkələrin nümayəndələrinə qarşı çox arxayın kəşfiyyat əməllərinə görə diqqətə düşməsi ilə başlayıb. Belə görünür ki, Fransanın Azərbaycandakı səfirliyi casus yuvası olaraq istifadə edilib və səfirlik əməkdaşları digər ölkələrin diplomatlarının “ələ alınması” prosesini həyata keçirməyə cəhd edirmiş. Geniş əlaqələrindən istifadə edən rezidentura region ölkələrində fəal hərəkət etməklə yeni məqsədlər formalaşdırmaq və təsir dairəsini genişləndirməklə məşğul olub. Məlumata görə, mənbələrdən əldə edilmiş informasiyaya əsasən, araşdırma bir-biri ilə əlaqəli xüsusatlar şəbəkəsini aşkarlamağa imkan verən çox maraqlı aspektləri üzə çıxarır. Uzun illər Fransa casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri isə könüllü olaraq Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlığa təşəbbüs göstərib. Müəyyən müddət ərzində bir qismi indi və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb. Bununla yanaşı, Azərbaycan xüsusi xidmət orqanlarına Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyətinə dair dəlil və sənədlər təqdim edilib. Azərbaycan xüsusi xidmət orqanları tərəfindən istintaq olunan cinayət işi üzrə Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini həyata keçirən bir sıra şəxs həbs olunub, bəziləri isə istintaq altındadır. Beynəlxalq hüququn pozulması Fransanın diplomatik fəaliyyəti kəşfiyyat məqsədilə istifadə etməsi Vyana Konvensiyasının pozulması deməkdir. Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasında səfirliklərin fəaliyyəti konkret olaraq təspit olunur. Diplomatların kəşfiyyatın işini icra etməsi beynəlxalq qanunla qadağandır, çünki diplomatik toxunulmazlıq imtiyazı onlara yalnız öz missiyasını yerinə yetirmək üçün verilir. Diplomatiyanı casusluq fəaliyyəti üçün istifadə edən Fransa isə başda Vyana Konvensiyası olmaqla beynəlxalq hüqu kobud sürətdə pozub. Göründüyü kimi, Fransa beynəlxalq təşkilatlarda təmsilçiliyindən ayrı-ayrı dövlətlərin daxili işinə qarışmaq və təxribat planları həyata keçirmək məqsədilə sui-istifadə edib. Fransa kəşfiyyatının məğlubiyyəti Azərbaycan xüsusi xidmət orqanları qarşısında aciz qalan Fransa kəşfiyyatı son illər tarixinin ən biabırçı dövrünü yaşayır. Fransa xüsusi xidmət orqanları nə AUKUS işini, Ukrayna müharibəsini, nə də Malidəki çevrilişi və digər hadisələri əvvəlcədən proqnozlaşdıra bilməyib. Bununla yanaşı, Afrika və Cənubi Qafqazda ciddi uğursuzluğa düçar olublar. Hətta Makronun özü Fransa xüsusi xidmət orqanlarının “heç nədən xəbərinin olmadığı” ittihamını irəli sürmüşdü. Məlumatlara görə, Cənubi Qafqaz və Afrikadakı uğursuzluqdan sonra Makron Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad edib. Daxili Təhlükəsizlik Baş İdarəsinə (DGSİ) rəhbərlik etmiş Nikolas Lerner isə Xarici Kəşfiyyat strukturuna yeni rəhbər təyin edilib. Beynəlxalq mütəxəssislər hesab edir ki, Azərbaycan xüsusi xidmət orqanlarının Fransa şəbəkəsini de-şifrə etməsi yeni faktların da ortaya çıxması ilə nəticələnəcək və bu, Makron üçün heç də yaxşı gələcək vəd etmir. Fransa casus şəbəkəsinin ifşası ümumilikdə bu ölkənin düşdüyü acınacaqlı vəziyyəti ön plana çıxarır. Bunun əsas səbəbi də Makron Administrasiyasının yalnış siyasət yürütməsidir. Azərbaycana qarşı siyasət də bu yanlışların, düşünülməmiş addımların ən bariz nümunəsidir. |
2023-12-23 | 816,222 | İrəvan Dehlidən silah alıb, Rusiyaya göndərir - Sensasiya | Qərbin Rusiyaya qarşı tədbiq etdiyi sanksiyalardan yan keçmək üçün (yalnız silah-sursat məsələsinə ciddi nəzarət edirlər, ölkələr də Şimali Koreyadan başqa, Kremlə silah satmır) elə Qərb şirkətləri onlarla mexanizm tapıblar, həmin şirkətlər bir neçə ölkədən, o cümlədən Ermənistandan gen-bol istifadə edirlər. İrəvan Kreml üçün “nəfəslik”lərdən biri rolunu oynayır, ona görə də sözdə “dalaşsalar” da, əməldə ciddi əməkdaşlıqları davam edir. Axar.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli qeyd edib. O bildirib ki, son 2 ildə Ermənistandan Rusiyaya ixrac 3 dəfəyə yaxın artıb, illik qarşılıqlı ticarət dövriyyələri 5 mlrd. dolları keçib: “Belə “düşmənçilik” olmur. Son 2 ildə Ermənistan Rusiyaya 3,7 mlrd. dollarlıq ikili təyinatlı mal ixrac edib - yarımkeçiricilər, mikrosxemlər, elektron avadanlıqlar. Ermənistan bu məhsulları istehsal edirmi - təbii ki, yox, Rusiya Ermənistanda yerli şirkətlər yaradıb rahatlıqla işləyir. İrəvan da babat pul qazanır, ona görə ÜDM artımı onlarda tarixi rekordlar vurur”. Ekspert bildirib ki, Qərb Rusiyaya neft və neft məhsullarını almağı qadağan edib, amma ehtiyacları var, hələ Sovet dövründən bəzi zavodlar məhz Rusiya neftinə uyğun emal texnologiyaları ilə təhciz edilib, çünki rus nefti daha ağır neftdir, emalı bir az fərqlidir: “Buna görə də maraqlı bir sxem düşündülər - Hindistan Rusiyadan neft alır, başqa tankerə boşaldır və ya emal edir və Avropaya satır. Formal olaraq bu artıq rus nefti olmur, Qərbin vicdanı “təmiz” qalır, amma ehtiyacını da ödəmiş olur. 2023-cü ilin ilk yarısında Hindistan Rusiyadan 2022-ci ilin eyni dövrünə nisbətən 11 dəfə (!!!) çox neft alıb! Rusiya bu ilin ilk 6 ayında Hindistana 31,6 mlrd. dollarlıq mal (neft/neft məhsulları) satıb, həmin ölkədən isə cəmi 1,7 mlrd. dollarlıq mal alıb - beləliklə, 30 mlrd. dollara yaxın Rusiyanın lehinə müsbət saldo yaranıb və bu vəsait Hindistan rupisində bu ölkənin banklarına yığılıb. Çünki Hindistan Mərkəzi Bankı onları konvertasiya edib Rusiyaya ötürməyə mane olacaq qərar verib. Yəni rəsmi Dehli də gördü ki, gəlib-gedən rusun pulunu yeyir, dedilər, biz kimdən əskiyik, müəyyən maneələr icad etdilər, bilirlər ki, Kremlin başqa yolu yoxdur, nefti satmaqda davam edəcək. Hindistan qərar verdi ki, Rusiya o rupilərə ölkədən nə istəsə, alıb apara bilər. Son aylar Hindistan, nədənsə, Ermənistanı yaman sevməyə başlayıb, ard-ardına silah anlaşmaları imzalayır, silah göndərirlər. Bəyəm İrəvanın indi Hindistandan silah almağa ildə 1 mlrd. dollar artıq pulu var?! Məncə, sxem belədir - Rusiya Hindistan banklarında ilişən 30 mlrd. dollarlıq rupiyə arada silah alıb Ermənistan alırmış kimi rəsmiləşdirib, İrəvana göndərir, sonra da həmin silahlar Rusiyaya gedir, bəzi silah növləri, raketlər Rusiyanın istehsal etdiyi ölçüdə və kalibrdədir, hətta Rusiya üzərindəki yazıları, nömrələri asanlıqla dəyişib öz malı kimi istifadə edə bilər. Beləliklə, bu “hind filmini” ciddi araşdırmaq lazımdır, Azərbaycanın rəsmi orqanları məsələni beynəlxalq gündəmə çıxarmalıdırlar, çox güman, əsl “Bollivud” stilindədir, birinə zərbə dəyir, 15 metr o yanda o birisi yıxılır...” |
2023-12-23 | 816,225 | Şuşa və Suqovuşana gedənlərə mühüm xəbər | Daxili İşlər Nazirliyi dekabrın 27-dən etibarən Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə səfər edəcək vətəndaşların təhlükəsizliyi məqsədilə zəruri tədbirlər görür. DİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, vətəndaşların hərəkəti yalnız müəyyən edilən istiqamətlər üzrə təşkil olunacaq. Qeyd olunub ki, təhlükəsizlik məqsədilə marşrutdan kənar ərazilərə vətəndaşların hərəkətinə icazə verilməyəcək: "Bununla bağlı müvəqqəti polis postlarında sürücülərə təlimat-bildirişlər təqdim olunacaq". Xatırladaq ki, fərdi minik avtomobilləri ilə də səfər edəcək vətəndaşlar icazəni 25 dekabrdan başlayaraq “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən əldə edə bilərlər. Şuşa şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” ilə, Suqovuşan qəsəbəsinə isə Tərtər və Goranboy (Tapqaraqoyunlu kəndi) rayonları istiqamətindən müəyyən edilib. |
2023-12-23 | 816,227 | Fələstinin bəxti gətirib, öz Paşinyanı yoxdur! | Fələstinlilərin bəxti gətirib, İsrailin isə yox. Çünki Fələstinin öz Paşinyanı yoxdur. Axar.az xəbər verir ki, bu sözləri “Alfa Nyus”a (Alpha News) müsahibəsində Yaxın Şərq və Mərkəzi Asiya Araşdırmaları Mərkəzinin direktoru Semyon Baqdasarov deyib. Erməni ekspertin fikrincə, gücünə görə dünyanın 18-ci ordusuna belə ciddi müqavimət göstərməyi bacaran, mahiyyətcə nizamsız qilahlı qüvvələrə malik olan HƏMAS-dan heç kim belə ciddi müqavimət gözləmirdi: “Halbuki HƏMAS-ın Dağlıq Qarabağ ermənilərinin silahlarından 100 dəfə az silahı var. İsrail ordusu da Azərbaycan Ordusu deyil”. O deyib ki, səbəb fələstinlilərin öz Paşinyanının olmamasıdır: “Ermənistan rəhbərliyinin bu mənfur, təslimçi, xain siyasəti bu faciəyə gətirib çıxardı”. |
2023-12-23 | 816,228 | FHN-də “Heydər Əliyev İli” ilə bağlı növbəti tədbir | Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin dövlətçilik tariximizdə yeri və rolu” mövzusunda tədbir keçirilib. Axar.az xəbər verir ki, tədbirdə FHN-in Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev, Regional Mərkəzin şəxsi heyəti və FHN-in digər yerli strukturlarının məsul əməkdaşları, Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin şöbə müdiri Fərid Gülməmmədov, Sumqayıt Dövlət Universitetinin Azərbaycan və Şərqi Avropa xalqları kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Əmirxan İsayev iştirak ediblər. Əvvəlcə, tədbir iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbri giriş sözü ilə açan Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev Ümummilli Lider Heydər Əliyevin Vətən, xalq qarşısında misilsiz xidmətlərindən danışıb, ölkəmizin hazırda Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə sürətlə inkişaf etdiyini, qarşıya qoyduğu hədəflərə çatdığını bildirib. Ulu Öndərin Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində böyük xilaskarlıq missiyasından danışan digər çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsini, ərazi bütövlüyü və suverenliyimizin bərpa olunmasını tarixdə əbədi qalacaq hadisə adlandırıblar. Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub. |
2023-12-23 | 816,229 | İsrailin seçimi yoxdur, HƏMAS-ı məhv etməlidir | İsrail Fələstinin radikal HƏMAS hərəkatını bütünlüklə məhv etməlidir. Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın sabiq prezidenti Donald Tramp bildirib. “Bəli, HƏMAS-dan yaxa qurtarmaq lazımdır. İsrai bunu etməlidir. Onların seçimi yoxdur”, - o deyib. |
2023-12-23 | 816,230 | Qərbi azərbaycanlıların siyahıya alınması yekunlaşdı | Qərbi Azərbaycandan olan soydaşlarımızın siyahıya alınma prosesi artıq yekunlaşıb. Axar.az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, 250 mindən çox şəxsin adı olan siyahı təqdim edilib: "Yaxın zamanda bununla bağlı ictimaiyyətə daha geniş məlumat veriləcək". |
2023-12-23 | 816,232 | Bu rektorlar əməkdaşlarını sevindirdi: bayram mükafatı… | Yeni il bayramı ilə əlaqədar olaraq bəzi univristetlər əməkdaşlarına pul mükafatları verir. Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata əsasən ADNSU-nun rektor əvəzi Vazeh Əsgərovun müvafiq əmri ilə bayram ilə əlaqədar universitetin bütün əməkdaşlarına vəzifələrindən asılı olaraq 300, 400 və 500 manat məbləğində pul mükafatı verilib. Həmçinin Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev universitetin bütün əməkdaşlarına 200 manat məbləğində, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev isə əməkdaşlara maaşlarının 30%-i məbləğində pul mükafatının verilməsi ilə bağlı əmr imzalayıb. Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın əmri ilə ADU-nun əməkdaşlarına da bayramı ilə əlaqədar pul mükafatı veriləcəyi bildirilib. 2024-cü ildən isə universitet əməkdaşlarının maaşının artırılması nəzərdə tutulur. |
2023-12-23 | 816,234 | Qallant Blinkenlə Qəzzanı müzakirə etdi | İsrail müdafiə naziri Yoav Qallant və ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. Axar.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Tərəflər Qəzzadakı əsirlər və humanitar yardım məsələsini müzakirə ediblər. |
2023-12-23 | 816,235 | İstirahət günü hava necə olacaq? | Bakıda və Abşeron yarımadasında dekabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, gecə və axşam bəzi yerlərdə az yağıntı olacağı ehtimalı var. Gündüz arabir güclənən cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sütunundan 753 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75%, gündüz 40-50% olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər bəzi rayonlarda yağıntıda fasilə olacaq. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq. |
2023-12-23 | 816,240 | Akif İslamzadə də seçimini etdi: 7 fevralda ona səs verəcək | 7 fevral 2024-cü il tarixində keçiriləcək prezident seçkiləri ilə bağlı vaxtilə müxalif düşüncələrinə görə seçilən bir çox tanınmış sima artıq seçimini edib: Tanınmış bəstəkar Cavanşir Quliyevdən sonra xalq artisti Flora Kərimova da səsini İlham Əliyevə verəcəyini açıqlayıb. Axar.az xəbər verir ki, keçmiş cəbhəçi Akif İslamzadə Globalinfo.az-a açıqlamasında birmənalı olaraq Prezident İlham Əliyevi dəstəklədiyini bildirib. O, İlham Əliyevin alternativi olmadığını deyib: “20 il müddətində özünü təsdiq etdi. Hərçənd mənim münasibətim tamam başqa idi, amma İlham Əliyev özünü bir dövlət adamı kimi necə lazımdır, təsdiq etməyi bacardı. Vəssalam…” A.İslamzadə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) seçkiləri boykot etməsinə də münasibət bildirib: “Xalq Cəbhəsi Partiyasından əsər-əlamət qalmayıb. Boykot edir, etsin! Boykot etməyin nə mənası var axı? Bu gün prezidentliyə namizədliklərini irəli sürənlər bəyəm prezident seçiləcəklərinə inanırlar? Boykot da təxmini belə bir şeydir. Amma mənim kimi köhnə cəbhəçilər ki var, biz hər zaman cəbhəçi olaraq qalacağıq. Cəbhə şərti olaraq addır. Əzəldən millətə, Vətənə, torpağa bağlı olan bizlər böyüklərimizə görmək nəsib olmayan müstəqilliyi gördük”. |
2023-12-23 | 816,241 | Terror dövlətinin yaranmasına imkan verməyəcəyik - Türk nazir | Türkiyənin terrorla mübarizəsi davam edəcək. Axar.az xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Antalyada çıxışı zamanı deyib. “Terror vasitəsilə Türkiyəni zəiflətmək istəyənlər məqsədlərinə çatmayacaqlar. Cənub sərhədimizdə terror dövlətinin yaradılmasına imkan verməyəcəyik. Bunun üçün ciddi mübarizə aparır, şəhidlər veririk”, - o bildirib. Qeyd edək ki, İraqın şimalında terrorçuların hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisi şəhid olub. |
2023-12-23 | 816,247 | Meşədi Babanın qohumu, məşhur müğənni corab satır - Video | 15 il efirlərdə olmuşam. İndi küçələrdə corab satıram. Kult.az xəbər verir ki, bunu Baku TV-nin “Arzunun vaxtı” verilişində meyxanaçı Məşədi Babanın bibisi qızı, bir vaxtların məşhur siması Şahnaz Bulatova deyib. Efirlərdən uzaq düşməsinin səbəbinin övladlarının xəstəlikdən əziyyət çəkməsi olduğunu söyləyən müğənni evini də övladlarına görə satdığını qeyd edib. “O evi zavodda qab yuya-yuya almışdım. 20 il Bayılda ata evimin həyətindəki hamamı düzəldib orada qaldım. Qardaşlarıma, onların həyat yoldaşlarına mane olmaq istəmədim”, – Şahnaz xanım deyib. |
2023-12-23 | 816,248 | Azərbaycanda prezidentliyə namizədlərin sayı 9-a çatdı | Yazıçı-publisist, “Olaylar” qəzeti və eyniadlı agentliyin baş redaktoru Yunus Oğuz növbədənkənar prezident seçkisində öz təşəbbüsü ilə namizəd olacağını açıqlayıb. Axar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə o özü məlumat verib. Y.Oğuz yaxın günlərdə sənədlərini rəsmi olaraq Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcəyini bildirib: “Tarixi qələbəmizdən sonra ilk dəfə olaraq ərazi bütövlüyü tam təmin edilən Azərbaycanda keçirilən prezident seçkisində iştirak etmək şərəfli bir missiyadır. Radikal müxalifətin seçkini boykot etmək qərarını pisləyirəm. Çünki bu prezident seçkisi təkcə ölkədaxili məsələ yox, həm də beynəlxalq hadisədir. Hesab edirəm ki, prezident seçkisində iştirak etmək üçün şəffaf və demokratik mühit mövcuddur. Həmçinin Vətən müharibəsindən sonra yaranan yeni reallıqlar fövqündə görüləcək kifayət qədər iş var. İşğal edilmiş ərazilərdə quruculuq və bərpa işləri, “Böyük Qayıdış” Dövlət Proqramının icrası, ölkənin iqtisadi dayanıqlılığının təminatı, əhalinin sosial rifahının daha da yüksəldilməsi kimi mühüm vəzifələr qarşısındayıq. Prezident seçkisinə namizədliyimi irəli sürməkdə məqsədim həlli vacib olan məsələlərin reallaşmasına öz töhfəmi verməkdən ibarətdir. Dövlətimizin orta və uzaq hədəflərində onun yanında olmaq şərəf və vətəndaşlıq borcudur. Millətimiz və dövlətimiz üçün xeyirli, uğurlu olsun!” Xatırladaq ki, Y.Oğuz 2003-cü ildə keçirilən prezident seçkisində də namizəd olub və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xeyrinə namizədliyini geri götürüb. Qeyd edək ki, Yunus Oğuz prezidentliyə namizədliyi irəli sürülən doqquzuncu şəxsdir. |
2023-12-23 | 816,250 | Bu sahədə ciddi böhran: təcili tədbirlər görülməsə... | Ölkədə televiziya tamaşaçıları arasında keçirilən son araşdırmalara əsasən, əhalinin 76 faizi peyk siqnalı vasitəsilə qəbul edilən kanallara baxır, 15 faizi kabel televiziyalarının, 4 faizi isə İPTV abunəçisidir, 3 faizi də yerüstü rəqəmsal yayımlara tamaşa edir. Axar.az Report-a istinadla xəbər verir ki, qanunsuz fəaliyyət göstərən OTT platformaları üzərindən televiziyaya baxanların sayı 18 faizə çatıb, bölgələrdə sürətli internet yayıldıqca bu rəqəm daha da artacaq. Hazırda ölkə boyu qanunsuz televiziya yayımlarının fəal istifadəçilərinin sayı 300 mindən artıqdır. Qanunsuz yayımlanan internet saytlarının, OTT platformlarının (o cümlədən müxtəlif cihazlara yüklənmiş olanlar) istifadəçilərinin çoxalması orada müxtəlif reklamların yerləşdirilməsi, əslində qanunsuz reklam bazarının təşəkkülü deməkdir. Əvvəllər qanunsuz yayımlanan saytlarda bukmeyker tətbiqlərinin reklamı gedirdisə, bu gün qanunsuz OTT platformları tərəfindən teleyayım əsnasında əmtəə və xidmət reklamı formatı təklif edilir. Rəqəmli və Audiovizual Yayım Sənayesi İctimai Birliyinin proqnozlarına görə, təcili tədbirlər görülməsə, rəsmi yayımlanan telekanallardakı reklam bazarının həcmi 2022-ci ildəki 42 milyon manatdan 2024-2025-ci illərdə 30 milyon manatadək, yəni 28,6 faiz geriləyəcək. Qeyd edək ki, OTT - Over the Top: internet üzərindən video xidmətlər göstərilməsi şəkli, provayderdən istifadəçinin qurğusuna şəbəkə vasitəsilə siqnalın ötürülməsini ehtiva edir. |
2023-12-23 | 816,252 | Krıma raket hücumu: körpüdə hərəkət dayandı | Ukraynanın Rusiyanın ilhaq etdiyi Krım yarımadasında partlayış olub. Axar.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb. Bildirilib ki, yarımadanın Cankoy rayonuna raket atılıb. Hücumla əlaqədər olaraq Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb. Ərazidə Rusiyanın hava hücumundan müdafiə sistemi işə düşüb. |
2023-12-23 | 816,253 | DİM imtahanların nəticələrini açıqladı | Dövlət İmtahan Mərkəzi doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər, habelə əcnəbilərin Azərbaycan dili imtahanının nəticələrini açıqlayıb. Axar.az xəbər verir ki, imtahan iştirakçıları nəticələr, cavab kartı və yazı işlərinin vizual təsviri ilə DİM-in internet saytında tanış ola bilərlər. İddiaçılar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. 394 iddiaçı xarici dillər (ingilis, alman, fransız), 2 nəfər isə Azərbaycan dili üzrə imtahanda iştirak edib. 103 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib. 2 əcnəbi iddiaçı Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib. Həm xarici dillər üzrə fəlsəfə doktoru imtahanında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Hər blok üzrə tapşırıqlar 10 ballıq şkala üzrə qiymətləndirilir. İmtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq bloklarının hər biri üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 30 bal toplamış iddiaçılar və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 2023-cü il 25 dekabr saat 10:00-dan 26 dekabr saat 17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 27 dekabr 2023‑cü il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək. Bir iddiaçının ərizəsi (müraciəti) üzrə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır. |
2023-12-23 | 816,258 | Türkiyə şəhidlərin qisasını aldı: Terrorçular məhv edildi | PKK terror təşkilatı İraqdan sonra Suriyada da Türkiyə ordusuna qarşı hücuma cəhd edib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, “Fərat qalxanı” əməliyyat bölgəsində silahlı hücuma hazırlaşan PKK-nın 5 terrorçusu Türkiyə komandoları tərəfindən məhv edilib. Qeyd edək ki, İraqda PKK-nın Türkiyə ordusuna hücumu nəticəsində 6 hərbçi şəhid olub. |
2023-12-23 | 816,262 | Tələbələr yarışda 4000 manat qazandılar | "PAŞA Sığorta" şirkətinin təşkilatçılığı ilə keçirilmiş “Hakaton” müsabiqəsində Bakı Ali Neft Məktəbinin tələbələri birinci yerə çıxaraq 4000 manat pul mükafatı qazanıblar. Axar.az xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov məlumat verib. I yerin qalibi Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının tələbələri İsmayıl Məmmədzadə, Əli Məhərrəmli və Nadir İsgəndərovdan ibarət "Karma" komandası olub. II yerə "Phaster" komandası, III yerə isə "Eclipse" komandası layiq görülüb. 18-19 noyabr tarixlərində “Hakaton” müsabiqəsində müxtəlif universitetlərdə təhsil alan tələbələrdən ibarət komandalar yarışıblar. Ümumilikdə “Hakaton”a 70-ə yaxın komanda müraciət edib, 33 komanda dəvət alıb, finala isə 22 komanda çıxıb. |
2023-12-23 | 816,265 | Tanınmış basketbolçu evində ölü tapıldı | Venesuela millisinin basketbolçusu Qarli Sojo Karakasdakı evində ölü tapılıb. Axar.az xəbər verir ki, bu barədə Beynəlxalq Basketbol Federasiyasının (FİBA) rəsmi saytı məlumat yayıb. Bildirilib ki, 24 yaşlı idmançının ölümünün səbəbi hələ ki məlum deyil. Gənc basketbolçunun epilepsiya tutmasından vəfat etdiyi güman olunur. Qeyd edək ki, Qarli Sojonun son klubu yerli “Bronkos” olub. |
2023-12-23 | 816,266 | Rəisi Sisi ilə danışdı: Qəzzadakı son vəziyyət... | İran Prezidenti İbrahim Rəisi misirli həmkarı Əbdülfəttah Sisi ilə telefonla danışıb. Axar.az xəbər verir ki, məlumatı İran mediası yayıb. İ.Rəisi həmkarını yenidən prezident seçilməsi münasibətilə təbrik edib. Dövlət başçıları ikitərəfli münasibətlərin inkişafını və Qəzzada baş verən son hadisələri müzakirə ediblər. |
2023-12-23 | 816,271 | Hindistan sahillərində gəmi PUA ilə vuruldu | Böyük Britaniya Dəniz Ticarət Təşkilatı (UKMTO) pilotsuz uçuş aparatının (PUA) Hindistan sahillərində üzən gəmiyə zərbə endirdiyini bildirib. Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. "Zərbə nəticəsində partlayış və yanğın olub. Hadisə Hindistanın Veraval şəhərindən 200 dəniz mili məsafədə baş verib. Yanğın söndürülüb, itki yoxdur. Araşdırmalar aparılır”, - məlumatda bildirilib. Gəminin hansı ölkəyə aid olduğu barədə məlumat verilməyib. |
2023-12-23 | 816,273 | Rusiyanın ərazilərimizdə seçki keçirməsi... – Kiyev | Rusiyanın işğal olunmuş ərazilərimizdə prezident seçkilərini keçirmək qərarı qeyri-qanunidir. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. “Ərazilərimizdə Rusiya seçkilərinin keçirilməsi Ukrayna Konstitusiyasını və qanunvericiliyini, beynəlxalq hüququn norma və prinsiplərini, xüsusən də BMT nizamnaməsini kobud şəkildə pozur. Bu seçki prosesi, keçmişdəki digər oxşar təbliğat cəhdləri kimi, etibarsız sayılacaq”, - məlumatda bildirilib. Qeyd edilib ki, Rusiya Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində - Krım Muxtar Respublikasında, Sevastopolda, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin müəyyən ərazilərində səsvermə məntəqələri təşkil etmək niyyətini açıqlayıb. Xatırladaq ki, Rusiya Mərkəzi Seçki Komissiyası növbəti prezident seçkilərinin 2024-cü il martın 17-də keçiriləcəyini elan edib. |
2023-12-23 | 816,277 | Azərbaycan ət idxalını azaltdı | Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 38 min 286 ton ət idxal edib. Axar.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Qeyd olunub ki, bu həcmdə ətin dəyəri 78 milyon 555 min ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 62 ton (0,2%) azdır, dəyər baxımından isə 6 milyon 354 min ABŞ dolları (8,8%) çoxdur. 11 ay ərzində ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,6%-ni təşkil edib. |
2023-12-23 | 816,280 | Türkiyə ordusu 6 şəhid verdi: Ərdoğandan ilk açıqlama | Dünən İraqın şimalında terrorçuların həyata keçirdiyi hücumlar zamanı şəhid olan əsgərlərimizə Allahdan rəhmət diləyirəm. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəhid olan 6 hərbçi barədə danışarkən deyib. “Hərbçilərimizin qanı yerdə qalmayıb. Terrorçu əclaflar tökdükləri qana görə cavab veriblər və verəcəklər. Əməliyyatlar zamanı 12 terrorçu zərərsizləşdirilib”, - Ərdoğan bildirib. |
2023-12-23 | 816,282 | FİFA Qarabağda futbola pul ayıra bilər | FİFA Azərbaycanın işğaldan azad olunmuş ərazilərində futbol infrastrukturu üçün maliyyə vəsaiti ayıra bilər. Axar.az xəbər verir ki, bu barədə FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov “Anadolu” agentliyinə açıqlamasında deyib. Funksioner bildirib ki, maddi dəstək “FİFA Forward” proqramı çərçivəsində həyata keçiriləcək: “Müharibələrdə infrastruktura ciddi ziyan dəyir. Savaşlar bitdikdən sonra zərər çəkən ölkələrə dəstək göstərəcəyik. Bir gün dünyaya sülh gələcək. Futbol insanları birləşdirəcək, dünya daha qlobal olacaq". E.Məmmədovun sözlərinə görə, 2016-cı ildən həyata keçirilən layihə çərçivəsində FİFA-ya üzv olan 211 milli assosiasiyaya fərq qoyulmadan ümumilikdə 2,8 milyard ABŞ dolları məbləğində yardım edilib: “Türkiyə futbol ölkəsidir. FİFA burada futbolun inkişafına xüsusi önəm verir. Türkiyə Futbol Federasiyası ilə sıx əlaqədəyik. Ölkənin bütün kənd və şəhərlərində futbol oynanılır. İndiyədək “FİFA Forward” proqramı çərçivəsində Türkiyəyə ümumilikdə 9,8 milyon dollar vəsait ayrılıb. Bu dəstək gələn il də davam edəcək”. |
2023-12-23 | 816,283 | Prezidentliyə namizədliyi irəli sürülənlərin sayı 15-ə çatdı | Prezidentliyə namizəd olmaq üçün daxil olan müraciətlərin sayı 15-ə çatıb. Axar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bugünkü iclasında deyib. Onun sözlərinə görə, 7 namizədin müraciəti artıq təsdiqlənib, 8-nin müraciətinin təsdiqi üçün işlər görülür. |
2023-12-23 | 816,284 | Yeni şəxsiyyət vəsiqələri ilə səsvermə qaydası... | Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən iclasda seçicilərin şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti ilə bağlı məsələyə aydınlıq gətirib. Axar.az xəbər verir ki, o, şəxsiyyət vəsiqələrinin etibarlılıq müddətinin sənədin üzərində qeyd olunduğunu deyib. M.Pənahov bildirib ki, səsvermə üçün əsas olan şəxsiyyət vəsiqəsinin etibarlılığıdır: "Yeni nəsil şəxsiyyət vəsiqələrində də bu var. Hazırladığımız bildiriş formalarında da köhnə nəsil şəxsiyyət vəsiqələrinə uyğun olaraq verilmə tarixi də tələb edilir. Əvvəl şəxsiyyət vəsiqəsinin verilmə tarixi sənədin etibarlı olub-olmaması üçün lazım idi. Yeni nəsil şəxsiyyət vəsiqələrində isə artıq etibarlılıq müddəti göstərilir. Yəni bunu düzgün izah etmək lazımdır. Yoxsa, buna görə vətəndaş məhkəməyə müraciət edə bilər. Müxtəlif istiqamətlərdə maarifləndirmə işlərinə başlanılıb". |
2023-12-23 | 816,286 | 668-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 668-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 554 təyyarəsi, 261 helikopteri, 9991 PUA-sı, 442 zenit-raket kompleksi, 14 279 tank və digər zirehli texnikası, 1 189 reaktiv yaylım atəş sistemi, 7 462 artilleriya və minaatanı, 16 618 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2023-12-23 | 816,289 | Bakıda anadan olan SSRİ xalq artisti vəfat etdi | Azərbaycanın "Dostluq" ordeni ilə təltif olunmuş SSRİ xalq artisti Murad Kajlayev 92 yaşında vəfat edib. Kult.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Dağıstan Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. “Təəssüf ki, Murad Kajlayev Dağıstanda dünyasını dəyişib”, - qurumdan bildirilib. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il yanvarın 15-də imzaladığı sərəncamı ilə M.Kajlayev Azərbaycan mədəniyyətinin inkişafında və Rusiya ilə Azərbaycan arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə "Dostluq" ordeni ilə təltif edilib. Dövlət başçısının 2021-ci il yanvarın 29-da imzaladığı digər sərəncam ilə M.Kajlayev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub. Qeyd edək ki, Murad Maqomedoviç Kajlayev 1931-ci il yanvar ayının 15-də Bakı şəhərində həkim ailəsində doğulub. Onun atası Maqomed məşhur həkim, keçmiş SSRİ-də görkəmli lorinqoloq idi. Hələ erkən yaşlarında Muradın musiqi istedadı üzə çıxıb. Onu o zaman Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki 10 illik orta ixtisas musiqi məktəbinin (indiki Bülbül adına 11 illik orta ixtisas musiqi məktəbinin) fortepiano ixtisası sinfinə qəbul ediblər. 1949-cu ildə M.Kajlayev müvəffəqiyyətlə fortepiano ixtisası sinfini bitirərək, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinə daxil olub. O, təhsilini tanınmış bəstəkar-pedaqoq, professor Boris Zeydmanın bəstəkarlıq sinfində alır. M.Kajlayev 2016-cı ildə Dağıstan Respublikasının himninə musiqi yazıb. Bəstəkar SSRİ-Türkiyə birgə istehsalı olan məşhur “Məhəbbətim mənim, kədərim mənim” (Fərhad və Şirin) fliminə də musiqi yazıb. Dirijorluq üzrə təcrübə dərslərini dahi maestro Niyazidən dərs alıb. O, daha sonra Mahaçqala və Moskvada işləyib. |
2023-12-23 | 816,293 | HƏMAS İsrailin 5 tankını məhv etdi | HƏMAS hərəkatının hərbi qanadı İzzəddin Əl-Qəssam Briqadası İsrail ordusuna aid 5 tankı məhv edib. Axar.az xəbər verir ki, bu barədə İzzəddin Əl-Qəssam Briqadası məlumat yayıb. Bildirilib ki, İsrail ordusu tərəfindən Qəzza zolağına 2 raket atılsa da, partlamayıb: “Həmin raketlər İsrail ordusunun keçdiyi yola yerləşdirilib və hərbi texnika bölgəyə çatanda partladılıb. Nəticədə İsrail ordusuna məxsus 5 tank məhv edilib, hərbçilər arasında da xeyli sayda itki olub”. |
2023-12-23 | 816,295 | Şuşada, Xankəndidə səs vermək istəyənlər var - MSK sədri | Mənim özümə şəxsən çoxlu məktublar gəlib. Şuşada, Xankəndidə səs vermək istəyənlər var. Axar.az xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib. O qeyd edib ki, məcburi köçkün seçicilər ona bununla bağlı müraciət ediblər. Qeyd edək ki, 2024-cü ilin fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. |
2023-12-23 | 816,298 | MSK sədri: Tələbələrin səsvermədə iştirakı... | Tələbələrin səsvermədə iştirakı məsələsində Elm və Təhsil Nazirliyi ilə birgə işləmək lazımdır. Axar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bugünkü iclasında deyib. MSK sədrinin sözlərinə görə, tələbələrin səsverməsi ilə bağlı fərqli addım atılmalıdır: “Səsvermə keçiriləndə tələbələr universitetlərdə olmurlar. Biz indidən bu məsələnin üzərində dayanmalıyıq. Tələbələrin səsverməsi məsələsini dəqiqləşdirməliyik. Tələbələr ya qeydiyyatda olduqları ünvanda, ya da təhsil aldıqları universitetlərdə səs verməlidir. Rayonlardan olan tələbələrin hamısını biz gərək qeydiyyatdan çıxma vəsiqəsi ilə təmin edək ki, harda olur-olsun, səs verə bilsinlər. Bakıda olan tələbələr məlumdur. Elm və Təhsil Nazirliyi siyahıları bizə təqdim etməlidir. Biz artıq ilkin addımları atmağa başlamışıq”. M.Pənahov söyləyib ki, həmçinin Xarici İşlər Nazirliyi ilə də xaricdə yaşayan Azərbaycan vətəndaşlarının səsverməsi ilə bağlı işlərə başlanılıb: “Xaricdə yaşayan vətəndaşlarımız özlərinə yaxın diplomatik nümayəndəlikdə siyahıya düşməlidir. Onlar bizə də müraciət edə bilərlər ki, onları diplomatik nümayəndəliklə əlaqələndirək. Çalışmalıyıq ki, onların səsinə səs verə bilək”. |
2023-12-23 | 816,300 | Tovuz stadionunda işıq dirəyi aşdı, oyun təxirə salındı - Foto | 17:47 Azərbaycan Premyer Liqasının XVIII turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu yarımçıq dayandırılıb. Tovuz klubundan Axar.az-a verilən məlumata görə, buna güclü külək nəticəsində projektorlardan birinin aşması səbəb olub. Peşəkar Futbol Liqasından isə bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb, azarkeşlər evakuasiya olunublar. Futbolçular, oyun rəsmiləri təhlükəsiz ərazidədirlər. Qeyd edək ki, oyunda “Turan Tovuz”un minimal hesablı üstünlüyü var – 2:1. *** Azərbaycan Premyer Liqasının XVIII turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu təxirə salınıb. Bu barədə Peşəkar Futbol Liqasından məlumat verilib. Buna səbəb 81-ci dəqiqədə matçın keçirildiyi Tovuz şəhər stadionunda işıq dirəklərindən birinin aşması olub. Güclü külək nəticəsində projektor qırıldığından, baş hakim Rəvan Həmzəzadə son dəqiqələrin oynanılmamasını qərara alıb. Dekabrın 24-də keçiriləcək görüşün qalan hissəsi saat 12:00-da başlayacaq. |
2023-12-23 | 816,302 | Dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq | Dekabrın 24-də yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimal olunur. Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. |
2023-12-23 | 816,304 | Məşhur rusiyalı müğənni Moldovaya buraxılmadı | Gürcü əsilli məşhur rusiyalı müğənni İrakli Pirtsxalava Moldovaya buraxılmayıb. Kult.az xəbər verir ki, bu barədə Moldovanın sərhəd polisinin mətbuat katibi Raisa Noviçki məlumat yayıb. Onun sözlərinə görə, son 24 saat ərzində 39 vətəndaş giriş şərtlərinə əməl etmədiyi üçün Moldovaya buraxılmayıb. Onların arasında rusiyalı müğənni İrakli də olub. Qeyd edək ki, İrakli dekabrın 24-də Moldova siyasətçisi və iş adamı İlan Şorun təşkilatçılığı ilə Balti şəhərində Yeni il konsertində çıxış etməli idi. |
2023-12-23 | 816,306 | Sumqayıta qazın verilişi tam bərpa olundu | 18:39 Sumqayıtda 38 min abonentin qazı kəsilib. Axar.az xəbər verir ki, bu barədə Sumqayıt Qaz İstismar idarəsindən bildirilib. Məlumata görə, Ceyranbatan ərazisində zəncirli traktorun qaz xəttini zədələməsi nəticəsində abonentlərə qazın verilişində fasilələr yaranıb. Problem bir neçə saat ərzində həll olunacaq. *** Sumqayıtda qazın verilişində yaranan fasilə aradan qaldırılıb. Bu barədə Sumqayıt Qaz İstismar İdarəsindən bildirilib. |
2023-12-23 | 816,307 | Qərb bölgəsində güclü külək: nəhəng yolka aşdı - Video | Qərb bölgəsində əsən güclü külək bəzi fəsadlar törədib. Axar.az xəbər verir ki, Gəncə şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb. Bölgədə güclü külək səbəbindən ağaclar sınıb. Yeni il şənliyi üçün hazırlanan nəhəng yolka aşıb. Hazırda küləkli hava şəraiti davam edir. |
2023-12-23 | 816,308 | İran çağırış etdi: İsrailə yanacaq göndərməyin | İranın dini lideri Əli Xamenei müsəlman ölkələrin xalqlarını İsrailə yanacaq və digər məhsulların çatdırılmasının qarşısını almağa çağırıb. Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb. “Müsəlman xalqlar öz rejimlərindən İsrailə yardımı dayandırmağı və onunla əlaqələri kəsməyi tələb etməlidirlər”, - o bildirib. |
2023-12-23 | 816,311 | İstanbulda 1,5 milyon insan köçürüləcək - Ərdoğan | 5 il ərzində İstanbulda 1,5 milyon insan zəlzələyə davamlı evlərə köçürüləcək. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Qeyd olunub ki, 600 min zəlzələyə davamlı ev tikiləcək: "İstanbulda təqribən 7,5 milyon bina var, o cümlədən 6 milyon yaşayış binası, bunlardan 600 mini təmir edilməlidir. Məqsədimiz beş il ərzində yaşayış üçün təhlükəli sayılan evlərdən 1,5 milyon sakini köçürməkdir". Qeyd edək ki, seysmoloqlar İstanbul ərazisində 7 və daha yüksək bal gücündə zəlzələ ola biləcəyi ilə bağlı daim xəbərdarlıq edirlər. |
2023-12-23 | 816,312 | "Qırmızı Körpü"də gözləyən maşınların sayı açıqlandı | Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 827 avtomobil gözləyir. Axar.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 4, “Biləsuvar” gömrük postunda 65, “Mazımqara” gömrük postunda 53, “Samur” gömrük postunda 28 və “Xanoba” gömrük postunda 7 yük maşını var. AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır. |
2023-12-23 | 816,313 | Xersonda partlayış səsləri eşidilir | Ukraynanın Xerson şəhərində partlayış səsləri eşidilib. Axar.az xəbər verir ki, bu barədə Xerson şəhər hərbi administrasiyasının rəhbəri Roman Mroçko deyib. "Şəhərin sahilyanı ərazilərində partlayış səsləri eşidilir", - məlumatda qeyd edilib. |
2023-12-23 | 816,314 | Novxanıda evdən meyit tapıldı | Abşeronda evdən meyit tapılıb. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib. |
2023-12-23 | 816,315 | HƏMAS-ın daha bir rəhbər şəxsi öldürüldü | İsrail ordusunun Qəzzanın cənubundakı Rəfah bölgəsinə endirdiyi hava hücumu zamanı HƏMAS-ın hərbi qanadının təchizatından məsul olan rəsmisi ölüb. Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb. Məlumata görə, öldürülən Həsən əl-Atraş HƏMAS üçün silahların tədarükünə, eləcə də müxtəlif ölkələrdən Qəzza zolağına qaçaqmalçılıq yolu ilə silahların keçirilməsinə cavabdeh olub. |
2023-12-23 | 816,316 | Separatçıların Ağdamda daha bir vandallığı - Video | AzTV Qarabağda erməni separatçıların vaxtı ilə törətdiyi cinayətlər barədə süjet hazırlayıb. Axar.az xəbər verir ki, 30 illik işğal müddətində Ağdama gələn su mənbələri qurudulub. Yalnız Şahbulaq və Gülablı kəhrizlərinin qaldığı bildirilir. Digər 95 kəhrizin isə məqsədli şəkildə qurudulduğu vurğulanır. Daha ətraflı süjetdə: |
2023-12-23 | 816,318 | Qəzzada ölənlərin son sayı açıqlandı | İsrailin hücumları nəticəsində Qəzzada ölənlərin sayı 20 258-ə çatıb. Axar.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, 53 688 nəfər yaralanıb. |
2023-12-23 | 816,319 | Balakəndə dəhşətli qətl: yeniyetmə atasını öldürdü | Dekabrın 23-də saat 12:30 radələrində Balakən rayonu ərazisində 1975-ci il təvəllüdlü Qəhrəman İlyas oğlu Bayramovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Axar.az-a bildirilib ki, polis və prokurorluq əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Q.Bayramovun oğlu, 2008-ci il təvəllüdlü yeniyetmə saxlanılıb. Faktla bağlı araşdırma aparılır. |
2023-12-23 | 816,320 | Türkiyə ordusu daha 6 şəhid verdi | Bu gün İraqın şimalında "Pəncə kilid" əməliyyatı bölgəsində Türkiyə Silahlı Qüvvələrinin daha 6 hərbçisi şəhid olub, bir nəfər yaralanıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, terrorçularla qarşıdurma zamanı 13 terrorçu da məhv edilib. Bölgədə əməliyyatın davam etdirildiyi bildirilib. Qeyd edək ki, ötən gün də türk ordusu 6 şəhid verib. |
2023-12-23 | 816,330 | Putinin Yeni il planları... - Peskov açıqladı | Rusiya Prezidenti Vladimir Putinin yaxın gələcək üçün çoxlu planları var. O, Yeni il tətilində qısamüddətli fasilə verə bilər, lakin qış tətilindən heç vaxt tam istifadə etmir. Axar.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov bildirib. "Onun çoxlu iş planları var, hamısı həyata keçiriləcək", - Peskov deyib. Peskov Putinin ilin sonuna qədər Şimal Hərbi Dairəsinə səfər edib-etməyəcəyi sualına cavab verməyib. |
2023-12-23 | 816,333 | "Sumqayıt" qalib gəldi, üçüncü pilləyə yüksəldi | Azərbaycan Premyer Liqasında XVIII turun daha bir matçı keçirilib. Axar.az xəbər verir ki, günün ikinci görüşündə "Sumqayıt" öz meydanında "Səbail"i minimal hesabla (1-0) məğlub edib. Xallarının sayını 27-yə çatdıran sumqayıtlılar üçüncü pilləyə yüksəliblər. "Səbail" isə hesabında 26 xalla dördüncü yerə enib. Qeyd edək ki, tura dekabrın 24-də keçiriləcək "Turan Tovuz" - "Araz-Naxçıvan" (81-ci dəqiqədən sonra), “Neftçi” – “Kəpəz” və “Zirə” – “Qarabağ” oyunları ilə yekun vurulacaq. |
2023-12-23 | 816,335 | Qərb Rusiyanın dağılmasını buna görə istəmir | Əlbəttə, “kollektiv Qərb” Rusiyanın bölgədə hegemonluğuna son qoymaq istəyir və bunun üçün mümkün alətlərdən istifadə etməyə çalışır. Ancaq Rusiyanın dağılması nə “kollektiv Qərbin”, nə də Rusiyaya qonşu olan ölkələrin bir qisminin maraqlarına cavab verir. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya prezidenti tərəfindən vaxtaşırı olaraq “Kollektiv Qərb SSRİ-dən sonra Rusiyanın dağılmasını istəyirdi” fikrinə münasibət bildirərkən qeyd edib. “Kollektiv Qərb” Rusiyanın dağılmasını ən azı ona görə istəməz ki, nüvə düyməsinin kimin və ya hansı radikal qüvvələrin əlinə keçəcəyindən narahatdır. Qonşu ölkələrin də bir qismi Rusiyanın dağılmasını ona görə istəməz ki, bu böyüklükdə ölkədə başlana biləcək xaos ətrafa daha çox problem yaradacaq. “Kollektiv Qərb” və Avrasiya bölgəsinin bir qisim dövləti Rusiyanın dağılmasını deyil, o dərəcədə zəiflməsini istəyir ki, bu dövlət beynəlxalq aləmə problemlər yaratmasın, yalnız daxili sabitlik və iqtisadiyyatı barədə düşünsün”, - politoloq vurğulayıb. |
2023-12-24 | 816,336 | İsraili bu ölkəyə hücumdan bir zəng çəkindirib | ABŞ Prezidenti Co Bayden İsrail Baş naziri Benyamin Netanyahunu Hizbullah hərəkatına qarşı hücumdan çəkinməyə inandıra bilib. Axar.az xəbər verir ki, bu barədə "Voll Strit Jurnalı" adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Qəzetin yazdığına görə, İsrail Hizbullah qüvvələrinin bir neçə cəbhədə eyni anda hücumlar həyata keçirmək üçün sərhədi keçməyə hazırlaşdığına dair kəşfiyyat məlumatlarına malik olub. İsrailin hərbi təyyarələri döyüşə hazır vəziyyətə gətirilib və zərbələr endirmək üçün əmr gözləyib, lakin Baydenin oktyabrın 11-də Netanyahuya çağırışı hər şeyi dəyişib. Nəşr qeyd edib ki, ABŞ İsrail tərəfinin kəşfiyyat məlumatlarını etibarsız hesab edib. Təfərrüatı açıqlanmayan söhbətdə Ağ Evin sahibi Netanyahuya Livana zərbənin nəticələri haqqında düşünməyi təklif edib. Nəşrin məlumatına görə, İsrail təkbaşına belə bir addım ata bilməyəcəyini anlayıb və Vaşinqtondan dəstək istəyib. Netanyahunun kabineti hesab edirdi ki, Yaxın Şərqdə böyük müharibə qaçılmazdır və məqsədi ilk zərbəni vurmaqdır. Bu fikri ən fəal şəkildə İsrail müdafiə naziri Yoav Qallant irəli sürüb. Bayden genişmiqyaslı müharibənin qarşısının alına biləcəyini təkid edərək, Netanyahunu inandırıb. Baydenin telefon zəngindən sonra Netanyahunun kabineti Hizbullah qüvvələrini vurmaq fikrindən daşınıb. |
2023-12-23 | 816,338 | Hava şəraiti dəyişdi, bir sıra ərazilərə qar yağdı | Dekabrın 23-ü saat 20:00-a olan məlumatına əsasən, günün ikinci yarısından hava şəraiti dəyişib, Balakən, Şəki, Mingəçevir, Zaqatala, Sarıbaşda (Qax), Ağstafa, Ceyrançöl, Gəncə, Tovuz, Yevlaxda arabir yağış, Şahdağ, Gədəbəydə qar yağıb. Axar.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bəzi yerlərdə cənub-qərb küləyi arabir güclənib. Küləyinin maksimal sürəti: Naftalanda 32 m/s, Gəncədə 30 m/s, Tərtərdə 28 m/s, Tovuzda 26 m/s, Ağstafada 25 m/s, Balakəndə 24 m/s, Yevlaxda 23 m/s, Bərdədə 22 m/s, Şəki, Zaqatalada 20 m/s, Tovuzda 18 m/s, Ceyrançöldə 17 m/s, Şəmirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb. |
2023-12-23 | 816,339 | Kirkorov geyiminə görə “xalq artisti” titulunu itirə bilər | Estrada müğənnisi Filipp Kirkorovu bloger və teleaparıcı Anastasiya İvleyevanın qalmaqallı gecəsində iştirak etdiyinə görə “Rusiyanın xalq artisti” titulundan məhrum etmək çağırışı edilib. Kult.az “Maş” (Mash) kanalına istinadla xəbər verir ki, bu təkliflə Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə üzrə Federal Layihənin (FPBC) rəhbəri Vitali Borodin çıxış edib. Borodin İvleyevanın tədbirində açıq-saçıq geyimdə göründüyü üçün Kirkorovun “xalq artisti” titulundan məhrum edilməsi xahişi ilə Rusiya Mədəniyyət Nazirliyinə müraciət edib. O, gecə iştirakçılarını LGBT təbliğatında ittiham edib (LGBT ictimai hərəkatı ekstremist təşkilat kimi tanınır və Rusiyada qadağan olunub – red.). Daha əvvəl İvleyevanın tədbirində tamamilə çılpaq görünən (yalnız bir ayağında corab olub) rusiyalı rep ifaçısı Vacio (əsl adı Nikolay Vasiliev) 15 sutka müddətinə həbs edilmişdi. Sənətçiyə qarşı xırda xuliqanlıq faktı ilə bağlı protokol tərtib edilib. Bundan əlavə, o, LGBT təbliğatına görə 200 min rubl cərimə ödəməli olub. Qeyd edək ki, İvleyevanın gecəsi dekabrın 21-nə keçən gecə Moskvanın "Mutabor" klubunda baş tutub. Gecədə sənətçilər Filipp Kirkorov, Lolita Milyavskaya, Dima Bilan, teleaparıcı Kseniya Sobçak və digər şou-biznes ulduzları iştirak ediblər. Gecədən internetdə yayılan foto və videolar sosial şəbəkə istifadəçilərini qəzəbləndirib. İctimai fəallar prokurorluqdan tədbirdə LGBT təbliğatının olub-olmadığını yoxlamağı xahiş ediblər. |
2023-12-23 | 816,340 | Rusiyada prezidentlik savaşı: namizədlərin sayı 29-a çatdı | Rusiyada keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürənlərin sayı 29-a çatıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova məlumat verib. Qeyd edək ki, Rusiyada prezident seçkiləri 15-17 mart 2024-cü ildə keçiriləcək. |
2023-12-23 | 816,342 | Külək Gəncədə binanın dam örtüyünü uçurdu | Güclü külək Gəncədə doqquzmərtəbəli yaşayış binasının dam örtüyünü uçurub. Axar.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Nəticədə bir neçə avtomobilə ziyan dəyib. Bundan başqa, şəhərin digər ərazilərində bir neçə ağac avtomobillərin üzərinə aşıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. |
2023-12-23 | 816,350 | Bakının Ermənistandakı casusları onlardır - Lapşin | Aleksandr Lapşin Ermənistandakı rus sərhədçiləri azərbaycanlılara məlumat sızdırmaqda ittiham edib. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, israilli bloger, Ermənistanın "böyük dostu" Aleksandr Lapşin İrəvanın hava limanında Rusiya sərhədçiləri tərəfindən həyata keçirilən miqrasiya nəzarəti faktını tənqid atəşinə tutub. “Bu barədə düşünməyə bilmirəm. Təl-Əvivdə sərhəd nəzarəti kabinələrində əyləşənlər İsrail miqrasiya polisi yox, məsələn, çinlilər, amerikalılar, argentinalılar olsaydı, mən nə hiss edərdim?" – deyə Lapşin vurğulayıb. “Bir ölkəyə giriş-çıxışa bu ölkənin hakimiyyət orqanlarından başqa heç kimin nəzarət etmək hüququ yoxdur. Amma mən Ermənistanın paytaxtı İrəvandan uçarkən mütəmadi olaraq rus sərhədçilər, daha doğrusu, slavyan görünüşlü ruslar tərəfindən aparılan pasport yoxlamasından keçirəm. Bəs giriş-çıxış zamanı sərhədçiyə verilən məlumatlar hara ötürülür? Çox yaxşı bilirəm ki, Ermənistan sərhədini keçməyimiz barədə məlumatlar Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinə açıqdır”, – Lapşin deyib. “Azərbaycan təhlükəsizlik qüvvələrinin əlində Ermənistana səfər etmiş yüzlərlə digər sərnişinin, yəni həm Ermənistan vətəndaşlarının, həm də turistlərin məlumatları var. Bütün məlumatları isə Rusiya Federasiyası alır. Rusiyanın əldə etdiyi məlumatların bundan sonra hara ötürüldüyünü təxmin etmək çətin deyil”, – Lapşin fikirlərini yekunlaşdırıb. |
2023-12-23 | 816,351 | Azərbaycanlı idman ustası Ukrayna müharibəsində öldü | Ukraynada gedən döyüşlərdə daha bir azərbaycanlı həlak olub. Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, Elçin Muradov Ukraynadakı müharibədə həyatını itirib. O, beynəlxalq dərəcəli hakim, boks üzrə idman ustası olub. E.Muradovun hansı istiqamətdə gedən döyüşlərdə və hansı şəraitdə həlak olduğu barədə məlumat verilməyib. |
2023-12-23 | 816,352 | İsrail ordusu həlak olan hərbçilərinin sayını yenilədi | İsrail HƏMAS-la toqquşmalarda həlak olan hərbçi sayını yeniləyib. Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Bildirilib ki, oktyabrın 7-dən bəri İsrail ordusunun həlak olan hərbçilərinin sayı 477-ə yüksəlib. |
2023-12-23 | 816,356 | Zelenski 134 şirkətə sanksiya tətbiq etdi | Ukrayna Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin Milli Təhlükəsizlik Şurasının daha iki qərarının qüvvəyə minməsi üçün fərman imzalayıb. Fərmana əsasən, Kipr, Ukrayna və Rusiya vətəndaşları da daxil olmaqla, 8 şəxsə qarşı sanksiya tətbiq edilib. Həmçinin Krımda yerləşən 15 şirkət məhdudiyyətlərə məruz qalıb. Məhdudiyyətlər siyahısına 119 şirkət, o cümlədən ruslar, ukraynalılar və Latviya vətəndaşları da daxil olmaqla, 43 fiziki şəxs daxildir. Ümumilikdə 51 nəfərə və 134 şirkətə qarşı sanksiya tətbiq edilib. |
2023-12-23 | 816,357 | "Ayaks" uduzdu, utandı və pulu geri qaytardı | Dekabrın 21-də sürpriz şəkildə “Ayaks” futbol komandası Niderland kubokunda həvəskar komandaya məğlub olub. Axar.az Publika.az-a istinadla xəbər verir ki, Niderland klubu oyuna gələn "Ayaks" azarkeşlərinə məktub ünvanlayıb. Oyundan bir gün sonra Utrextdəki “Galgenwaard” stadionuna gələn 325 azarkeşə bilet pulunun və səyahət xərclərinin geri qaytarılacağı ilə bağlı elektron məktublar göndərilib. “Şübhəsiz ki, komandamızın “Herkules”lə oyundakı zəif çıxışını ağrılı qəbul etdiniz. Biz bu ağrını paylaşırıq və çox utanırıq. Qərara alınıb ki, bilet alan bütün səfər azarkeşlərinə pul qaytarılsın. Amma onu da başa düşürük ki, bu təzminat o ağrılı axşamın xatirələrini silməyəcək”, – məktubda bildirilib. Qeyd edək ki, dekabrın 21-də "Ayaks" səfərdə həvəskar komanda hesab edilən "Herkules"lə ölkə kubokunun 1/16 final matçında üz-üzə gəlib və qarşılaşma meydan sahiblərinin 3-2 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə ilə qonaqlar kubokda mübarizəni dayandırıb. |
2023-12-23 | 816,358 | Hindistanlı məşhur Azərbaycanda - Foto | Hindistanlı məşhur televiziya aparıcısı, bloger Şarma Kritika Azərbaycana gəlib. Kult.az xəbər verir ki, bu barədə bloger özünün İnstaqram hesabında paylaşım edib. Şarma Kritika Bakı bulvarında çəkdirdiyi şəkillərini Feysbuk hesabında paylaşıb. Sözügedən fotoları təqdim edirik: |
2023-12-23 | 816,360 | Rus ordusu 4 tankı, 36 PUA-nı vurdu - MN | Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin 24 saat ərzində 16 hücumunu dəf edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, rus qoşunları Donetsk istiqamətində ABŞ istehsalı olan “Bradley” piyada döyüş maşını və bir "Leopard 2" də daxil olmaqla, dörd zirehli texnika vurub. Rusiya ordusu Ukraynaya məxsus 36 pilotsuz uçuş aparatını da zərərsizləşdirib. |
2023-12-23 | 816,362 | İsrailin hücumları dayandırılana qədər... - Hizbullah | Hizbullah Qəzza zolağına hücum dayandırılana qədər Livanın cənubundan İsrailə qarşı silahlı müqaviməti dayandırmayacaq. Axar.az xəbər verir ki, bunu Hizbullah təmsilçisi Nabil Kauk deyib. “ABŞ və Qərbin dəstəklədiyi İsrail bizi hər gün təhdid edir və tələblər irəli sürür. Lakin Hizbullah heç nəyi dəyişmək niyyətində deyil və müqavimət qüvvələri Livan ərazisindən əməliyyatlarını davam etdirəcək. PUA və raketlərin istifadəsi İsraili hərbi əməliyyatları dayandırmağa məcbur etməyin yeganə yolu olaraq qalır”, - o bildirib. |
2023-12-23 | 816,364 | Putin aylardır ki, Qərbə Ukrayna ilə bağlı mesaj ötürür | Rusiya Prezidenti Vladimir Putin aylardır ki, diplomatik kanallar vasitəsilə Ukrayna ilə təxminən iki il davam edən müharibədə atəşkəs rejimini müzakirə etməyə hazır olduğunu bildirir. Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri Kremlə yaxın iki keçmiş yüksək rütbəli rus məmuruna, həmçinin Rusiya nümayəndələrindən mesaj alan ABŞ və beynəlxalq rəsmilərə istinadla məlumat yayıb. İddiaya görə, 2022-ci ilin sentyabrında Putin Rusiya ordusunun ələ keçirdiyi ərazilərlə kifayətlənməyə hazır olduğu mesajını verib. Mənbələr nəşrə bildiriblər ki, Rusiya qoşunları döyüş meydanında yenidən güc qazanarsa, Putin fikrini dəyişə bilər. |
2023-12-23 | 816,366 | Onların güclənməsinə imkan verməyəcəyik - Ərdoğan | Son terrorçu məhv edilənə qədər terroru mənbəyində məhv etmək strategiyasını qətiyyətlə həyata keçirməyə davam edəcəyik. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan X hesabında edib. "Türkiyə nəyin bahasına olursa olsun, İraqın şimalında və Suriyada terror təşkilatının güclənməsinə imkan verməyəcək", - Ərdoğan vurğulayıb. Qeyd edək ki, ötən gündən bəri Türkiyə ordusu terrorçularla qarşıdurmada 12 hərbçisini itirib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.