date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2023-12-21 | 815,710 | Ən qısa zamanda sülh sazişi... - Hakan Fidan | Biz İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması imkanını alqışlayırıq. Axar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı bildirib. "Türkiyə iki ölkə arasında etimadı artıran konkret addımlardan məmnuniyyət duyur, sülh sazişinin ən qısa zamanda imzalanacağına ümid edir", - nazir deyib. |
2023-12-21 | 815,711 | Bakı ilə qarşılıqlı əlaqələrin inkişafında maraqlıyıq - Qruşko | Rusiya Azərbaycanla qarşılıqlı münasibətlərin inkişafında maraqlıdır. Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla görüşündə deyib. O, Rusiya və Azərbaycanda arasında mövcud olan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin əhəmiyyətindən danışıb, ölkələrin beynəlxalq təşkilatlarda əməkdaşlığını yüksək qiymətləndirib. XİN başçısının müavini 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyanatın bütün müddəalarının həyata keçirilməsinin və tezliklə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyini qeyd edib. O, həmçinin Rusiya və Azərbaycan arasında parlamentlərarası münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyətindən danışıb. |
2023-12-21 | 815,712 | Şamaxıda kişi qohumunu güllələdi - Cinayət işi açıldı | 19:02 Dekabrın 21-də saat 18 radələrində şəxsi münasibətlər zəminində 1990-cı il təvəllüdlü Saday Əlismayıl oğlu Manafov 1979-cü il təvəllüdlü Rəfail Qərib oğlu Feyzullayevi odlu silahla qətlə yetirib. DİN-in mətbuat xidmətindən Axar.az-a bildirilib ki, S.Manafov hadisədən sonra intihara cəhd edib və cəhdin qarşısı alınıb. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Qeyd olunub ki, S.Manafov polis əməkdaşıdır. Ölən və hadisəni törədən şəxslər qohumdur. *** Dekabrın 21-də saat 18:30 radələrində Şamaxı rayon sakini 1979-cu il təvəllüdlü Rəfail Feyzullayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Rayon prokurorluğundan bildirilib ki, araşdırma zamanı 1990-cı il təvəllüdlü Saday Manafovun aralarındakı şəxsi münasibətləri zəminində qohumu Rəfail Feyzullayevi silahdan bir neçə dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Saday Manafov iş üzrə prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. |
2023-12-21 | 815,716 | Praqada silahlı atışma: 15 nəfər öldü - Video | 19:45 Çexiyanın paytaxtı Praqada Karlova Universitetinin Filologiya fakültəsində silahlı atışma baş verib. Axar.az xəbər verir ki, bu barədə şəhər polisi X səhifəsində yazıb. Bildirilib ki, silahlı şəxs zərərsizləşdirilib, ölənlər və onlarla yaralanan var. Məlumata görə, insanlar binadan təxliyə edilib. *** Lidovky.cz portalının məlumatına görə, silahlı insident zamanı azı 10 nəfər ölüb. *** Baş verən atışma zamanı azı 15 nəfər həlak olub, 20-dən çox insan yaralanıb. Bu barədə “Röyters” məlumat yayıb. |
2023-12-21 | 815,720 | Texniki baxışda utilizasiya haqqı da ödənilməlidir - Qərar | “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da dəyişiklik edilib. Axar.az xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazov dəyişiklik barədə müvafiq qərar imzalayıb. Qərarla nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdə dövlət rüsumu ilə yanaşı, “Tullantılar haqqında” qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi olmalıdır. Bununla yanaşı, dövlət texniki baxışının həyata keçirilməsi zamanı dövlət rüsumu ilə yanaşı, utilizasiya haqqı da ödənilməlidir. Qərar respublika daxili işlər orqanlarında elan edilib və sənədlə bağlı bənd 2024-cü il fevralın 1-dən qüvvəyə minir. |
2023-12-21 | 815,721 | Şirvanda mikroavtobus krana çırpıldı: yaralılar var | Şirvan şəhərində yol qəzası baş verib, mikroavtobus qaldırıcı krana çırpılıb. Axar.az xəbər verir ki, hadisə bu gün Şirvan-Salyan avtomobil yolunun Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsi ərazisində qeydə alınıb. Qəzada xəsarət alanlar Könül Əliyeva, Mətanət Sadıqova, Rəfiqə Məmmədova, Söhbət Kərimov Şirvan Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. |
2023-12-21 | 815,722 | Bakıda inzibati binada yanğın baş verdi | Bakıda inzibati binada yanğın olub. Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 200 m² olan taxta konstruksiyadan ibarət birmərtəbəli fəaliyyət göstərməyən inzibati binanın yanar konstruksiyaları 60 m² sahədə və dam örtüyü 30 m² sahədə yanıb. Yüksək temperaturdan binaya bitişik, ümumi sahəsi 220 m² olan ikimərtəbəli evin xarici divari 10 m² sahədə qarsalanıb. Binanın qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. |
2023-12-21 | 815,724 | "Azəriqaz": Ödəniş sisteminin fəaliyyəti dayandırılacaq! | Nəzərinizə çatdırırıq ki, internet şəbəkəsi infrastrukturunda profilaktik işlərin görülməsi planlaşdırılır. Bu səbəbdən həmin müddət ərzində SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyət üçün açıq olan bütün resurslarının, veb-səhifənin, elektron poçt və VPN xidmətlərinin, həmçinin ödəniş sistemlərinin fəaliyyəti müvəqqəti olaraq dayanacaq. Axar.az xəbər verir ki, bu barədə SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin məlumatında deyilir. Verilən məlumata görə, profilaktik işlərin bu gün (21.12.2023 tarixində) saat 21:00-dan etibarən bir neçə saat ərzində davam etməsi nəzərdə tutulur. Abonentlərdən mövcud vəziyyəti nəzərə almalarını xahiş edirik. |
2023-12-21 | 815,725 | Alyaskada güclü zəlzələ baş verdi | Alyaska sahillərində 6,3 maqnitudada zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Zəlzələnin episentri 300-ə yaxın insanın yaşadığı Adak qəsəbəsindən 106 km cənub-şərqdə, 33 km dərinlikdə yerləşir. Sunami təhlükəsi ilə bağlı hələlik heç bir məlumat verilməyib. |
2023-12-21 | 815,728 | "Neftçi" darmadağınla mərhələni adladı | Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Axar.az xəbər verir ki, raundun son oyununda “Neftçi” meydançaya çıxıb. “Ağ-qaralar” I Liqa təmsilçisi “Qaradağ Lökbatan”la üz-üzə gəlib. “Neftçi Arena”da baş tutan matçda sensasiya baş verməyib. “Neftçi” doğma arenasında rəqibini 4:0 hesabı ilə darmadağın edib. “Neftçi”nin 1/4 finaldakı rəqibi “Sumqayıt” olacaq. Bu mərhələnin oyunları yanvarın 30-31-də və fevralın 6-7-də keçiriləcək. Qeyd edək ki, daha əvvəl “Sabah”, “Sumqayıt”, “Araz-Naxçıvan”, “Qəbələ”, “Səbail”, “Zirə” və “Qarabağ” 1/4 finala yüksəliblər. |
2023-12-21 | 815,729 | Mirzoyan və KTMT rəhbəri Cənubi Qafqazı müzakirə etdi | Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və KTMT Baş katibi İmanqali Tasmaqambetov İrəvanda Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Görüş zamanı Ararat Mirzoyan və İmanqali Tasmaqambetov regiondakı vəziyyət, nəqliyyat və iqtisadi əlaqələrin inkişafına yönəlmiş layihələr barədə fikir mübadiləsi aparıblar. Qeyd edək ki, KTMT baş katibi hazırda İrəvanda səfərdədir. |
2023-12-21 | 815,730 | Maduro Putinə ərazi mübahisəsindən danışdı | Rusiya Prezidenti Vladimir Putin və Venesuela Prezidenti Nikolas Maduro arasında telefon danışığı baş tutub. Axar.az xəbər verir ki, söhbət zamanı Venesuela və Qayana arasında ərazi mübahisəsi müzakirə edilib. Kreml rəhbəri problemin diplomatik həllindən yana olduğunu açıqlayıb. Bundan əlavə, Putin qeyd edib ki, Rusiya Venesuela rəhbərliyinin milli iqtisadiyyatın və ölkənin suverenliyinin gücləndirilməsi istiqamətində səylərini dəstəkləməyə davam edəcək. |
2023-12-21 | 815,731 | Qəzzadan Türkiyəyə 1149 nəfər təxliyə edildi | Bu günədək Qəzzadan Türkiyəyə 1 149 nəfər təxliyə edilib. Təxliyəsini gözləyən digər vətəndaşlarımızı da yaxın günlərdə təhlükəsiz şəkildə ölkəmizə gətirməyi hədəfləyirik. Axar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı bildirib. |
2023-12-21 | 815,734 | İsrail ordusu Qəzzada bu bölgəni ələ keçirdi | İsrail Müdafiə Qüvvələrinin bölmələri Qəzza zolağında HƏMAS hərəkatının əsas dayaqlarından biri hesab edilən Şücayyə üzərində nəzarəti təmin edib. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bölmələrin məqsədyönlü əməliyyatlar keçirmək üçün ərazidə qalacağı bildirib. |
2023-12-21 | 815,741 | Rusiya HHM-ləri ATACMS raketini vurdu | Rusiyanın hava hücumundan müdafiə sistemləri Krım körpüsünə doğru uçan ATACMS raketini məhv edib. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Xerson vilayətinə "qubernator" təyin etdiyi Vladimir Saldo özünün Teleqram kanalında yazıb. “Bu gün Krım körpüsünə doğru uçan ATACMS raketi Azov dənizi üzərində vurulub”, - deyə o bildirib. |
2023-12-21 | 815,744 | ABŞ Danimarkada qoşun yerləşdirəcək - Saziş | ABŞ Dövlət katibi Entoni Blinken və Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen Vaşinqtonda ikitərəfli müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıblar. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilir. Bildirilib ki, 10 il müddətinə nəzərdə tutulan bağlanmış saziş ABŞ-a yaxın və uzunmüddətli perspektivdə Danimarka ərazisində qoşun və hərbi texnika yerləşdirməyə imkan verəcək. Vaşinqton həmçinin Danimarkanın üç hava bazasına giriş imkanı əldə edəcək. |
2023-12-21 | 815,747 | Moskvada Yeni il şənliklərində atəşfəşanlıq olmayacaq | Rusiyanın paytaxtı Moskvada Yeni il şənliklərində atəşfəşanlıq olmayacaq. Axar.az xəbər verir ki, bu barədə Moskva meriyasının məlumatında bildirilib. Məlumata görə, Yeni il bayramı atəşfəşanlıq olmadan qeyd ediləcək. Bildirilib ki, Rusiyanın 20 regionunda da ənənəvi atəşfəşanlıq olmayacaq. Qeyd edək ki, ötən il də Moskvada Yeni il şənliklərində atəşfəşanlıq olmayıb. |
2023-12-21 | 815,748 | Dehlidən şok: İrəvana qanadlı və ballistik raketlər verir | Hindistan Ermənistanla raket sistemlərinin mümkün satışı ilə bağlı danışıqlar aparır. Axar.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyinin tabeliyində olan Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatına istinadən “Indian Defence Research Wing” portalı məlumat yayıb. Xüsusilə Hindistan səsdən sürətli “BrahMos” qanadlı raketi və “Pralay” yaxınmənzilli ballistik raketi tədarük etməkdə maraqlıdır. “Pralay” raketinin uçuş məsafəsi 150-500 km, "BrahMos" raketi isə 290 km-ə qədərdir. Qeyd edək ki, Hindistan Ermənistana dörd mobil “Svati” radar sistemi verib, 2022-ci ildə “Pinaka” reaktiv yaylım atəş sistemi, tank əleyhinə raketlər və müxtəlif növ sursatların alınması üçün 245 milyon dollarlıq müqavilə imzalanıb. Həmçinin Hindistan MArG 155 özüyeriyən haubitsa və “Zen Anti-Drone System” (Zen antidron sistemi - ZADS) ilə yanaşı, 30 mm və 40 mm çaplı qumbaralar da tədarük edəcək. Bundan başqa, Hindistanın pilotsuz təyyarələri vurmaq üçün hava hücumundan müdafiə sistemləri istehsal edən “Zen Technologies” şirkəti Ermənistanda filial açmaq niyyətindədir. Ən sonuncu məlumata görə isə Hindistan Ermənistana “Akaş” kompleksi də (600 milyon dollar dəyərində saziş çərçivəsində) tədarük etmək niyyətindədir. |
2023-12-21 | 815,750 | “Rus dünyası” Fondunun əməkdaşları ADU-da – Foto | “Rus dünyası” Fondunun əməkdaşları Azərbaycan Dillər Universitetində qonaq olublar. Axar.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Bildirilib ki, Rusiyaşünaslıq mərkəzi ADU-da yeni təsis olunmasına baxmayaraq, uğurla faəliyyət göstərir, mərkəzin iş prinsipləri yüksələn xətlə inkişaf edir: “ADU son illər təhsil uğurları və elmi nailiyyətləri ilə həm ölkədə, həm də dünyada böyük nüfuz qazanıb. ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərinin fəaliyyəti beynəlxalq əlaqələrin qurulması baxımından mühüm əhəmiyyət kəsb edir. ADU-nun Rusiyaşünaslıq mərkəzi tələbələrin və müəllimlərin bilik və bacarıqlarının artırılması və beynəlxalq əlaqələrin qurulması yönündə öz fəallığı ilə seçilir”. Görüşdə iştirak edən “Rus dünyası” Fondunun icraçı direktoru Vladimir Vyaçeslavoviç, Rusiya qrantları proqramının koordinatoru Svetlana Şerbakova, Rusiya səfirliyinin birinci katibi Sergey Leonidoviç, “Rossotrudniçestvo” təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov səmimi qarşılanmaya və qonaqpərvərliyə görə universitet rəhbərliyinə və kollektivinə öz təşəkkürlərini bildiriblər. Qonaqlar ADU ilə əməkdaşlığın perspektivlərini yüksək qiymətləndirib, qarşılıqlı elmi təcrübələrin aparılmasının əhəmiyyətindən danışıblar. Bildirilib ki, Rusiyada xarici dillərin tədrisi və tədqiqi, həmçinin Azərbaycan dilinin öyrənilməsi üçün əlverişli imkanlar mövcuddur. Burada dil, mədəniyyət, tarix sahələrinin tədqiqinin də vacibliyi diqqətə çatdırılıb. |
2023-12-21 | 815,751 | Qərb Cənubi Qafqazda qaynar nöqtə yaratmağa çalışır | Hər il Rusiyanın qərb sərhədləri yaxınlığında 40-a yaxın iri təlimlər keçirilir ki, onların da ssenariləri ölkəmizlə silahlı qarşıdurmaya əsaslanır. Getdikcə alyansa üzv olmayan dövlətlər onlara cəlb olunur. Axar.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov deyib. “Eyni zamanda, Qərb yeni qaynar nöqtələr yaratmağa və Balkan yarımadası, Dnestryanı, Cənubi Qafqaz, Mərkəzi Asiya və Əfqanıstanda münaqişələri dəstəkləməyə çalışır”, - Gerasimov bildirib. O, eyni zamanda Suriyada vəziyyətin mürəkkəb olaraq qaldığını da söyləyib. |
2023-12-21 | 815,753 | Yuli Qusmana “Şərəf” ordeni təqdim edildi | Mədəniyyət Nazirliyində Azərbaycanın Xalq artisti, Rusiyanın məşhur teatr və kino rejissoru, teleaparıcı, ictimai xadim, əslən Bakıdan olan Yuli Qusmana “Şərəf” ordeni təqdim edilib. Bu barədə Axar.az-a Mədəniyyət Nazirliyindən bildirilib. Xatırladaq ki, Yuli Qusman Prezident İlham Əliyevin 7 avqust 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə bu ali ordenlə təltif olunub. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli 80 illik yubileyi və respublikamızın yüksək təltifinə layiq görülməsi münasibətilə Yuli Qusmana təbriklərini çatdırıb. Qeyd olunub ki, ömrünün böyük hissəsini incəsənət sahəsinə həsr edən rejissor zəngin irs yaradıb. Bakılı olması ilə hər zaman fəxr edən sənətkar Azərbaycanın haqq səsinin beynəlxalq aləmə çatdırılmasına da öz töhfəsini verib. Yuli Qusman çıxış edərək sənətinə verilən yüksək dəyərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Sonra nazir “Şərəf” ordeninin nişanını və vəsiqəsini rejissora təqdim edib, xatirə şəkli çəkdirilib. |
2023-12-21 | 815,758 | Ukrayna bütünlüklə Rusiyanın nəzarətinə keçə bilər - Qarabin | Ukraynada Rusiyaya birləşmə ilə bağlı referendum keçirilə bilər. Ondan sonra Moskva Ukraynanın idarəçiliyini öz üzərinə götürəcək, onun bərpasına kömək edəcək və bununla da yerli sakinlərin rəğbətini qazanacaq. Axar.az xəbər verir ki, bu sözləri Slovakiya prezidentliyinə namizəd Ştefan Qarabin deyib. O bildirib ki, Rusiya Ukraynanın qeyd-şərtsiz təslim olmasından başqa heç nə istəmir. |
2023-12-21 | 815,759 | Orban Zelenskinin təklifini qəbul etdi | Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Prezidenti Vladimir Zelenskinin görüş dəvətini qəbul etdiyini bildirib. Axar.az xəbər verir ki, bu barədə “Sky Nyus” məlumat yayıb. Orban bu gün keçirdiyi mətbuat konfransında Zelenskinin gələcəkdə ikitərəfli görüş keçirmək dəvətini qəbul etdiyini deyib. |
2023-12-21 | 815,761 | Rəisinin təxirə düşən səfəri: Türkiyəyə gedir | İran Prezidenti İbrahim Rəisinin Türkiyəyə səfəri yaxın vaxtlarda baş tutacaq. Axar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Böyük Millət Məclisinin iclasında deyib. “Biz İran Prezidenti cənab Rəisinin yaxın gələcəkdə Türkiyədə keçiriləcək Ali Əməkdaşlıq Şurasının iclasında iştirakını gözləyirik”, - o bildirib. Xatırladaq ki, İran prezidentinin Ankaraya səfəri noyabrın 28-nə planlaşdırılsa da, sonradan təxirə salınmışdı. |
2023-12-21 | 815,763 | Çilidə də güclü zəlzələ baş verdi | Çili sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb. Axar.az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri 24 min insanın yaşadığı Tokopilya şəhərindən 18 km şimal-qərbdə, ocağı 69 km dərinlikdə yerləşib. Dağıntı və ya tələfat, sunami təhlükəsi barədə məlumat verilmir. Qeyd edək ki, Alyaskada 6,3 bal gücündə zəlzələ qeydə alınmışdı. |
2023-12-21 | 815,766 | Xankəndidə 25 sentyabr partlayışı: 218 ölü, 120 yaralı... | Xankəndidə 25 sentyabr 2023-cü ildə yanacaq məntəqəsində baş verən yanğınla bağlı ən son məlumat elan edilib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, yanacaq-sürtkü materialları anbarında baş vermiş partlayış nəticəsində 218 nəfər ölüb, 120 nəfər yaralanıb. 218 öləndən üçünün şəxsiyyəti hələlik müəyyən edilməyib. Partlayış zamanı anbarda 1000-ə yaxın vətəndaş olub. Anbarda 300 min litr yay, 77 min litr qış dizel yanacağı və 42 min litrə yaxın benzin olub. |
2023-12-21 | 815,769 | Rusiyada İsrafil Məmmədovun xatirə lövhəsi ucaldıldı | Rusiyada Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun şərəfinə xatirə lövhəsi ucaldılıb. Axar.az xəbər verir ki, dekabrın 20-də Novqorod vilayətinin Starorusskoye rayonunun Nagovski kənd qəsəbəsində tarixi əhəmiyyət kəsb edən hadisə baş verib: Azərbaycanın mərd oğlu, Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun şərəfinə ucaldılmış xatirə lövhəsinin açılışı olub. Starorusskoye rayonunun sakinləri İkinci Dünya müharibəsində həlak olanların xatirəsini hər zaman ehtiramla yad edirlər. Onlardan biri də rayon ərazisində şücaət göstərmiş azərbaycanlı İsrafil Məmmədovdur. "Novqorodskaya zemlya" (Novqorod torpağı) Regionlararası İctimai Təşkilatı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun şərəfinə xatirə lövhəsinin hazırlandığı "Xatırlamalı, heç vaxt unutmamalı: SSRİ xalqları Starorusskoye torpaqlarında nasist işğalçılarına qarşı mübarizədə" layihəsini hazırlayıb. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov adına Regional İctimai Təşkilat xatirə lövhəsinin təntənəli açılışına dəvət olunub. Təşkilatın sədri Əli Kazımov tədbirin təşkilatçılarına və əlamətdar tədbirdə iştirak edən hər kəsə ənənələrin qorunub saxlanmasına və qəhrəmanların xatirəsinin yad edilməsinə görə təşəkkür edib. |
2023-12-21 | 815,770 | Türk ölkəsinin Rusiyaya “birləşdirilməsi”... – Qalmaqal | Rusiyanın səfiri Oleq Malginov Özbəkistan Xarici İşlər Nazirliyinə çağırılıb. Axar.az xəbər verir ki, bununla bağlı Özbəkistan XİN məlumat yayıb. Buna səbəb rusiyalı siyasətçi, “Ədalətli Rusiya” partiyasının həmsədri, yazıçı, Ukrayna müharibəsi iştirakçısı Zaxar Prilepin keçmiş SSRİ ərazilərinin Rusiyaya birləşdirilməsini və onların sakinlərinə rus dilinin öyrədilməsini təklif etməsi, bu kontekstdə xüsusilə Özbəkistanı misal gətirməsi olub. Qeyd olunur ki, görüş zamanı Rusiya nümayəndəsinə Özbəkistanın bəyanatı dərin narahatlıq hissi ilə qəbul etdiyi barədə prinsipial məlumat verilib. “Bu cür bəyanatlar Rusiya mediasında geniş yayılsa da, məqsədyönlü şəkildə təxribat xarakterlidir və xalqlarımız arasında yaranmış tarixən dostluq münasibətlərinə mənfi təsir göstərə bilər”, - deyə məlumatda bildirilir. Öz növbəsində Oleq Malginov deyib ki, Zaxar Prilepinin bəyanatlarının dost və müstəqil Özbəkistanla bağlı Rusiya rəhbərliyinin rəsmi mövqeyi ilə heç bir əlaqəsi yoxdur: “Rusiyada Özbəkistanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü heç vaxt şübhə altına alınmayıb”. |
2023-12-21 | 815,775 | Bayden satılmış üsyançıdır - Tramp | ABŞ-ın sabiq prezidenti Donald Tramp Ağ Ev rəhbəri Co Baydeni üsyançı və satqın adlandırıb. Axar.az xəbər verir ki, bu barədə Tramp özünün sosial şəbəkə səhifəsində yazıb. “Mən üsyançı deyiləm. Satılmış Co Bayden isə üsyançıdır”, - deyə Tramp bildirib. Qeyd edək ki, bundan öncə Co Bayden Trampı üsyançı adlandırmışdı. |
2023-12-22 | 815,776 | İmran Xana şok: seçkilərdə iştirak edə bilməyəcək | Pakistanın keçmiş Baş naziri İmran Xan fevralın 8-də keçiriləcək parlament seçkilərində iştirak edə bilməyəcək. Axar.az xəbər verir ki, bu barədə İmran Xanın vəkili məlumat verib. Bildirilib ki, Pakistan məhkəməsi İmran Xanın siyasi fəaliyyətdən kənarlaşdırılması barədə qərardan apellyasiya şikayətini təmin etməyib. Qeyd edək ki, daha öncə keçmiş baş nazirin parlament seçkilərində iştirak edəcəyi bildirilmişdi. |
2023-12-22 | 815,777 | Havanın yaxşılaşması ilə ruslar hücumları gücləndirib | Hava şəraitinin yaxşılaşması ilə düşmən əməliyyat-taktiki aviasiya və FPV tipli kvadrokopterlərdən istifadə intensivliyini artırıb. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Feysbuk hesabında bildirilib. Eyni zamanda, ruslar zirehli texnikanın dəstəyi ilə aktiv hücum əməliyyatlarını davam etdirir. Hava və artilleriya hücumlarının sayını artırıb. Rusiya işğalçıları gün ərzində Ukrayna hərbçilərinin mövqelərinə və yaşayış məntəqələrinə 41 hava zərbəsi endirib və çoxsaylı reaktiv raket sistemlərindən 28 hücum həyata keçirib. "Rusiyanın terror hücumları nəticəsində, təəssüf ki, mülki əhali arasında yaralananlar var. Şəxsi yaşayış binaları və digər mülki infrastrukturlar dağıdılıb və zədələnib", - Baş Qərargah qeyd edib. |
2023-12-22 | 815,779 | "Şaxta Baba" 24-cü mərtəbədən yıxılaraq öldü - Video | Rusiyanın Çelyabinsk şəhərində “Şaxta Baba” kostyumundakı alpinist 24-cü mərtəbədən yıxılaraq ölüb. Axar.az xəbər verir ki, bu barədə 112 Teleqram kanalı məlumat yayıb. Faciə Lesoparkovaya küçəsində hadisə şahidlərinin gözü qarşısında baş verib. Belə ki, ölən şəxsin 25 yaşı olub. O, mənzilə qalxaraq qəfil uşaqların qarşısında peyda olmaq istəyib. Lakin ilkin ehtimallara görə, kəndirləri səhv salıb və nəticədə yerə düşüb. Faktla bağlı araşdırma aparılır. |
2023-12-21 | 815,780 | Tural Əliyevə PA-da yüksək vəzifə verildi | Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, Tural Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektoruna müdir təyin edilib. Qeyd edək ki, T.Əliyev 1985-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin politologiya ixtisası üzrə bakalavr, milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib, siyasi elmlər üzrə fəlsəfə doktorudur. Tural Əliyev 2013-cü ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında çalışır, dövlət qulluğunun baş müşaviridir. |
2023-12-21 | 815,781 | Əliyev oyunu mərkəzdən başladı – Top yenə Ordudadır! | Gözlər Xankəndiyə dikilib. Əvvəl o istiqamətdə gözümüz yol çəkərdi, xəyala dalardıq. “Görəsən, mümkün olarmı” düşüncə-sualı beynimizi qurd kimi gəmirərdi. Şuşanın nə vaxtsa azad ediləcəyinə inanırdıq. Xankəndi haqda isə… Xəyalən belə ora gedib çıxmaqda çətinlik çəkirdik. Amma indi bu şəhərdə futbol yarışması keçirilir. “Qarabağ”-MOİK-in tarixi və rəmzi qarşılaşmasını izləyirik. Prezident İlham Əliyev yarışmadan öncə stadionda möhtəşəm nitq söylədi. O çıxışdakı detallara varmayacam. İlham Əliyevin çıxışı bütöv halda böyük siyasi və geopolitik hadisə idi. Separatçıların 30 ildən çoxdur özlərinə yuva etdiyi tarixi Azərbaycan şəhərindən İlham Əliyev dünyaya səsləndi. Qlobal güclərə mesaj verdi: “Burdayam, sizin bəslədiyiniz separatizmin yuvasını başınıza yıxmışam. Onun yerində gözəllik yaratmışam”. Prezidentin oyuna rəmzi start verməsi də bir ayrı məna daşıdı. İlham Əliyev meydançanın mərkəzindən topu MOİK-in oyunçusuna atdı. Təsadüf sayıla bilməz. “Top yenidən ordudadır” ismarışı kimi yozmaq olar. Sülh tərəfdarıyıq, amma ordu amili hər zaman ön planda olacaq. O top həm də Azərbaycan üzərinə oyun oynayan qüvvələrin qapısına vurulan QƏLƏBƏ qolu kimi tarixə yazıldı. Xankəndidəki futbol yarışması bir mərhələnin bitdiyinin, yenisinin başladığının simvoludur, siqnalıdır. Müharibə, hərbi qarşıdurma bitdi, bölgəyə mədəni-kütləvi tədbirlər gəlir – sülh gəlir. Bir mesaj da budur. Prezident Əliyev müharibədən dərhal sonra Ermənistana barış əli uzatmışdı. Demişdi, “müharibə başa çatdı, gəlin sülh, əmin-amanlıq şəraitdə yaşayaq”. Ardından “3+3” formatını təklif etmişdi. Bütün bunlar Laçın işğaldan azad edildiyi gün Prezidentin televiziya ilə xalqa müraciətində səsləndirilmişdi. Sonralar da belə çağırışlar çox oldu. Bu ilin may ayında İlham Əliyev Laçında olarkən dedi ki, separatçılar könüllü təslim olsalar, onları əfv edə bilər. Bu təkliflərin heç biri Ermənistanı, separatçıları ağıllandırmadı, xəyal dünyasından oyatmadı. Revanşizm xəstəliyindən sağaltmadı. Son zərbə, həlledici həmlə bu ilin 19-20 sentyabrında oldu. Ordumuzun keçirdiyi bir sutkalıq antiterror əməliyyatı Qarabağın işğalına son qoydu! Erməni separatizmini süqutu uğratdı! Azərbaycanın ərazi bütövlüyü tam və birmənalı bərpa edildi! Separatçılar əli-qolu bağlı Bakıya gətirildi! Bu qədər olanlardan dərs çıxarmaq əvəzinə, yenə sülh bağlamaqdan yayınır Ermənistan. Havadarlarına arxayın olub, prosesi uzadır. Nə etsə də xeyiri olmayacaq. Azərbaycanın diktəsini, şərtlərini qəbul edəcək. Nikol Paşinyan, ya da ondan sonra gələcək rəhbər sülh sazişini Azərbaycan Prezidentinin təklif etdiyi masada və paytaxtda imzalayacaq. Prezident futbol yarışmasını şəhid övladları ilə birlikdə izlədi. Bundan əvvəl isə çıxışında şəhid ailələrini, övladlarını salamladı. Dedi ki, onlar stadiondadırlar. Bu tarixi matçı birlikdə izləyəcəyik. Və bir şəhid anası ilə görüşdü. Sonra da Vətənə və ona əmanət edilən çocuqların yanına qalxdı. O övladlar Azərbaycanın gələcəyidir. Həm də parlaq gələcəyi. Prezident ona əmanət edilmiş şəhid uşaqlarına ölkəni, Azərbaycanı əmanət edir. Məncə, ən böyük, ən təsirli və vacib mesaj bu idi… |
2023-12-21 | 815,782 | Prezidentin şəhid övladları ilə səmimi söhbəti - Video | Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Xankəndidə keçirilən "Qarabağ"- MOİK matçını şəhid övladları ilə birgə izləyiblər. Axar.az xəbər verir ki, ölkə başçısı ilə şəhid övladları arasında baş tutan səmimi söhbət sosial şəbəkədə maraqla qarşılanıb. Həmin anın videogörüntülərini təqdim edirik: |
2023-12-22 | 815,783 | Rəsmi Bakı Çexiyaya başsağlığı verdi | Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Çexiyaya başsağlığı verib. Axar.az xəbər verir ki, bununla bağlı XİN-in X sosial şəbəkəsindəki hesabında paylaşım edilib. "Çexiyanın Praqa şəhərindəki Karlov (Çarlz) Universitetində baş verən kütləvi atışma nəticəsində insan tələfatı bizi dərindən kədərləndirir. Bu faciəli hücumda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik", - XİN-dən qeyd olunub. |
2023-12-22 | 815,784 | Atasını öldürüb, sonra qətliam törətdi | Çexiyanın paytaxtı Praqanın Karlov Universitetində baş verən atışma Kladno şəhərindən olan 24 yaşlı tələbə David K. tərəfindən həyata keçirilib. Axar.az “Idnes.cz” xəbər portalına istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. David K. polis onu zərərsizləşdirmək üçün əməliyyata başladıqdan sonra intihar edib. Hücum edən şəxsin qanuni olaraq bir neçə növ odlu silaha sahib olduğu və universitetdə terror aktı törətməyə hazırlaşdığı bildirilir. Bundan əlavə, o, atasını bir neçə saat əvvəl öldürmədə şübhəli bilinir. Qeyd edək ki, atışma nəticəsində azı 15 nəfər ölüb, 24 nəfər yaralanıb. |
2023-12-22 | 815,785 | Dehli Rusiya tankerlərini buna görə buraxmır | Hindistanın Rusiyanın neft daşıyan tankerlərini ölkəyə buraxmamasının səbəbi məlum olub. Axar.az xəbər verir ki, bu barədə "Blumberq" nəşri məlumat dərc edib. Qeyd olunub ki, ABŞ-ın Putinin “kölgə donanmasına” hücum kampaniyasına başlamasından sonra Hindistan Rusiya tankerlərini qəbul etməyi dayandırıb. "Gəmiləri nəyin saxladığı dəqiq bəlli deyil, lakin bu, ABŞ-ın Rusiya neftini daşıyan tankerlərə qarşı sanksiyaları ola bilər", - nəşr bildirib. Qeyd edək ki, oktyabrın ortalarında ABŞ Maliyyə Nazirliyi Rusiya neftinin ticarəti ilə bağlı gəmilərə qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Bu müddət ərzində sanksiyaya məruz qalan səkkiz gəmidən altısı Rusiyanın dövlət tanker şirkəti "PJSC Sovcomflot"a məxsusdur. Bu tankerlərdən biri - "NS Century" Hindistanın Vadinar limanına neft çatdırmalı idi, lakin indi bir aydan çoxdur ki, Şri-Lankanın cənubunda okeanda gözləyir. Rusiya neftini daşıyan altı tanker artıq bir müddətdir ki, naməlum səbəbdən Hindistan sahillərində dayanıb. |
2023-12-22 | 815,792 | Qəzzada əməliyyat intensivliyi azaldılır - Razılaşma | İsrail ABŞ-la təmaslarda Qəzza zolağında hərbi əməliyyatların intensivliyinin azaldılması zərurəti barədə razılığa gəlib. Axar.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. “Lakin bunun dəqiq nə vaxt baş verəcəyi bəlli deyil”, - Kirbi söyləyib. |
2023-12-22 | 815,793 | Rusiyanın 300 milyardı Ukraynaya verilir - Şok | Co Bayden administrasiyası dondurulmuş Rusiya aktivlərini Ukraynaya vermək üçün müttəfiqlərlə təcili danışıqlara başlayıb. Axar.az xəbər verir ki, bu barədə "Nyu York Tayms" nəşri mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, Konqresdə belə bir addıma dəstək artmaqdadır və bu, ABŞ administrasiyasında nikbinlik yaradır. Nəşrin həmsöhbətləri bildiriblər ki, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Kanada və Yaponiyanın hakimiyyət orqanları ilə müvafiq danışıqlar son vaxtlar sürətlənib. Söhbət təxminən 300 milyard dollarlıq Rusiya aktivindən gedir. |
2023-12-22 | 815,794 | "Azercell"dən yenilik: eSIM “Asan İmza” – rahat və təhlükəsiz! | Azercell “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədini rəhbər tutaraq vətəndaşlar, sahibkarlar və dövlət qurumlarının əməkdaşları üçün eSIM “Asan İmza” xidmətini təqdim edir Ölkədə ilk dəfə 2013-cü ildə gücləndirilmiş elektron imzanı təqdim edən Azercell, xidmətin texniki operatoru B.EST Solutions şirkəti ilə birlikdə müştərilərə daha innovativ, rahat və təhlükəsiz eSIM “Asan İmza” həllini istifadəyə verir. Azərbaycan telekommunikasiyasında ilk dəfə tətbiq olunan eSIM “Asan İmza” yeni nəsil SIM texnologiyasını və əl imzasına bərabər tutulan “Asan İmza” mobil elektron imzanı özündə birləşdirir. eSIM “Asan İmza” istifadə etmək üçün daha fiziki SIM karta ehtiyac yoxdur. eSIM “Asan İmza” xidmətini 3 yolla əldə etmək mümkündür: 1. https://azercellim.com/ onlayn satış platformasından; 2. istənilən Azercell satış ofisindən; 3. “Asan İmza” fiziki SIM nömrəsini eSIM “Asan İmza” nömrəsinə daşımaqla. Bunun üçün https://azercellim.com/ saytında istifadəçinin şəxsi imzasına alternativ olaraq SMS vasitəsilə göndərilən birdəfəlik koddan (OTP) istifadə edilir. Daşınma əməliyyatı üçün hesabda nəzərdə tutulmuş məbləğin (3.54 AZN) olması yetərlidir. Yeni nəsil eSIM “Asan İmza” xidmətinin əsas üstünlüklərindən biri də onun daha təhlükəsiz olmasındadır. Belə ki, virtual kart oğurlana və ya itirilə bilməz. “Asan İmza” mobil elektron imza həm dövlət, həm də özəl sektorda 2000-dən çox elektron xidmətdə istifadə olunur. eSIM “Asan İmza” xidməti haqqında ətraflı məlumat üçün: https://www.azercell.com/az/personal/plans-and-services/esim.html Vətəndaşlar 1847 – “Asan İmza” Çağrı Mərkəzinə zəng etməklə və ya [email protected] elektron poçt ünvanına məktub yazmaqla xidmətlə bağlı suallarına cavab ala bilərlər. |
2023-12-22 | 815,795 | Qan azlığı olanlar bu yeməklərə diqqət etməlidir | Sanitar-gigiyenik qaydaya uyğun şəraitdə bişirilməyən yeməklər anemiya yaradır. Buna səbəb mədə və bağırsaqlarda müxtəlif növ qurdlar, helikobakter pilori kimi agressiv bakteriyaların yaranmasıdır. Bu da öz növbəsində, hazırda ən geniş yayılmış xora, qastroezofageal reflüks kimi xəstəliklərə gətirib çıxarır. Axar.az xəbər verir ki, bu sözləri osteopat həkim, nevroloq Aygün Məmmədova deyib. O bildirib ki, intensiv ağrıkəsici qəbulu, hemorroidal qanaxmalar (babasil), menustrativ pozuntular qan azlığına səbəb olur. Mədə-bağırsaq xəstələliyi olan, radiasiyanın nisbətən çox olduğu şəhərlərdə yaşayanlar da risk qrupundadır. Həmçinin həkim qeyd edib ki, anemiyadan əziyyət çəkənlərin B12 vitamini və fol turşusuyla zəngin, xüsusən qırmızı rəngli qidalar qəbul etmələri, ağartı məhsullarını isə azaltmaları tövsiyə edilir. |
2023-12-22 | 815,796 | HƏMAS-dan İsrailə: Başqa seçimin yoxdur! | İsrail girovları sağ qəbul etmək istəyirsə, Qəzzaya hücumları dayandırmalıdır. Axar.az xəbər verir ki, bu barədə HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadasının məlumatında deyilir. “Düşmən və xalqı (İsrail – red.) əsirləri sağ almaq istəyirsə, hücumları dayandırmaqdan və vasitəçilərin köməyi ilə müzakirələrə başlamaqdan başqa seçimi yoxdur”, - deyə bildirilib. |
2023-12-22 | 815,797 | Xankəndidəki tarixi qolun müəllifi danışdı | Qarşılaşma gərgin və maraqlı keçdi. Burada oynamaq xoş idi. Tarixi anlar yaşadıq. Allah şəhidlərimizə rəhmət etsin. Bizə bu tarixi anları yaşamaq üçün şərait yaratdığına görə Ordumuza təşəkkür edirəm. Axar.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Nəriman Axundzadə Azərbaycan kubokunun 1/8 finalında bu gün Xankəndidə MOİK-lə keçirilən oyundan (1:0) sonra jurnalistlərə müsahibəsində deyib. Matçın 90+5-ci dəqiqəsində hesabı açan gənc hücumçu vurduğu tarixi qol haqda da danışıb: "Çox sevindim. Xoşbəxtəm ki, tarixi oyunda tarixi qolun müəllifi oldum. Bir ay bundan öncə belə düşünürdüm ki, Xankəndidə qol vuracağam. O qolun müəllifi olmaq şərəfdir. Vurduğum qolu şəhidlərimizə həsr edirəm". |
2023-12-22 | 815,798 | Kremlin Nikola cavabı belə olacaq - Markov | Ermənistanda “Sputnik” radiosunun yayımı dayandırılıb. Bu, Ermənistan rəhbərliyinin açıq-aşkar antirusiya addımıdır. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib. “Amma Rusiyadan sərt cavab olmayacaq. Çünki Paşinyan bununla Moskvanı sərt davranmağa təhrik edib, bu sərt cavabdan erməni əhalisi arasında kütləvi antirusiya təbliğatı aparmaq üçün istifadə edə bilər. Bunun hesabına da Ermənistanda ictimai rəyi rusiyapərəstlikdən antirusiyaya çevirər. Bu zaman da bütün gücü ilə xəyanət bıçağını Rusiyanın kürəyinə sancıb, Ermənistanı ABŞ, Fransa, AB, NATO simasında Kremlin düşmənlərinə doğru apara bilər. Ona görə də Rusiyanın cavabı çox, çox yumşaq olacaq. Hansı ki, bu halda daha uyğundur”, - o bildirib. |
2023-12-22 | 815,799 | HƏMAS-ın tunellər şəbəkəsi məhv edildi | İsrail ordusunun hərbçiləri Qəzza şəhərinin elit məhəlləsində HƏMAS-ın strateji tunellərinin böyük şəbəkəsini məhv edib. Axar.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. “Yaalom mühəndis bölməsi Qəzza şəhərində HƏMAS-ın elit məhəlləsində yeraltı tunellər şəbəkəsini məhv edib”, - deyə məlumatda bildirilir. |
2023-12-22 | 815,801 | Qazaxıstanda AES tikməyə hazırıq - Rusiya | "Rosatom" Qazaxıstanda atom elektrik stansiyasını tikməyə hazırdır. Axar.az xəbər verir ki, bunu Rusiyanın Qazaxıstandakı səfiri Aleksey Borodavkin "İzvestiya" qəzetinə müsahibəsində deyib . "Sülh məqsədli nüvə enerjisi sahəsində Rusiya-Qazaxıstan əməkdaşlığı genişlənir. Atom elektrik stansiyasının tikintisi ilə bağlı ümumxalq səsverməsi zamanı müsbət qərar qəbul olunarsa, "Rosatom" bu mühüm layihəni rahat şəraitdə həyata keçirməyə hazırdır", - səfir vurğulayıb. Qeyd edək ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev sentyabrın 1-də ölkə xalqına müraciətində atom elektrik stansiyasının tikintisi məsələsinin ümumxalq səsverməsinə çıxarılmasını təklif edib. |
2023-12-22 | 815,802 | Rusiya daha bir Ukrayna PUA-sını zərərsizləşdirdi | Rusiyanın havadan müdafiə sistemləri Kursk səmasında Ukraynaya məxsus PUA-nı zərərsizləşdirib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir. Əlavə məlumat verilmir. |
2023-12-22 | 815,803 | İrəvan İsraili də Bakıdan “almaq” istəyir | Bir müddət öncə İsraildə səfirlik açmaqla Təl-Əvivlə münasibətləri gücləndirməyə çalışan Ermənistan istədiyinə nail olmadıqdan sonra hazırda bu prosesi “ictimai səviyyədə” davam etdirməyə çalışır. Axar.az xəbər verir ki, İsraildəki “Noyan Tapan” erməni təhsil və mədəniyyət mərkəzinin mətbuat katibi Mendel Korsunski bu əlaqələri genişləndirmək üçün böyük imkanlar olduğunu iddia edib. O bildirib ki, İsraildə ziyalıların “böyük hissəsi” erməniləri və Ermənistanı dəstəkləyir. Bu cür ziyalıların “bazar adamlarından” (sıravi yəhudiləri nəzərdə tutur) fərqləndiyini iddia edən Korsunski guya ermənilər və yəhudilərin tarixini bildikləri və bu iki xalq arasında “oxşarlıqlar olduğu” üçün onların Ermənistana dəstək verdiyini vurğulayıb. Onun fikrincə, İsrailin Azərbaycanı dəstəkləməsinin səbəbi İranın mövqeyidir: İranda, məsələn, şah hakimiyyəti qurularsa, İsrailin Azərbaycana marağı itəcək. O, İsraillə Ermənistanın əlaqələrinin inkişafı üçün rəsmi İrəvanın “proqram hazırlaması”, bu istiqamətdə təbliğat aparılması, İsrailə qarşı ermənilərin sərt ifadələr işlətməsini dayandırması, birbaşa təyyarə reyslərinin açılmasının vacibliyindən də danışıb. Qeyd edək ki, Korsunski yəhudilər arasında ermənilərə patoloji nifrət məsələsinə, nədənsə, toxunmayıb. Təl-Əvivdə və Qüdsdə yəhudi gənclərin xüsusilə erməni yepiskoplara qarşı nifrət ifadə edən hərəkətləri, hətta onların üzünə tüpürmələri, özlərini “qədim xalq” sayan bu zümrəni ələ saldıqlarından ümumiyyətlə bəhs etməyib və bunun səbəblərini də açıqlamayıb. “Tarixi bilən” yəhudi ziyalılara isə bəllidir ki, 1918-ci il qətliamlarında erməni terrorçular təkcə Quba ərazisində 3 min yəhudini qətlə yetirmişdilər. “Tarixi bilən” yəhudi ziyalılara o da məlumdur ki, dünyada yəhudilər üçün ən tolerant ölkə Azərbaycan olub və indi də bu ənənə qorunur. Ancaq Ermənistan monoetnik ölkədir. İsrail ilə Azərbaycanın müttəfiqlik münasibətlərinin səviyyəsi həm də Azərbaycandan İsrailə köçən yəhudilərin Azərbaycanı doğma sayması, ölkəmizlə əlaqələrini qəti şəkildə kəsməməsi, İsraildə və dünyada təbii bir lobbiçiliyimizi etmələri, Azərbaycan həqiqətlərinin daşıyıcıları olmalarıdır. Paralel olaraq ölkələr arasında hərbi və iqtisadi sahədə ciddi əlaqələr var – İsrailin neft idxalında Azərbaycan mühüm yer tutur. |
2023-12-22 | 815,804 | Azərbaycana qış fəsli daxil oldu | Hazırda Azərbaycana qış fəsli daxil olub. Axar.az xəbər verir ki, saat 07:27-də ölkəmizdə qış fəsli başlayıb. Bu gün ilin ən qısa günü olacaq – 9 saat 17 dəqiqə 22 saniyə. Gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olacaq. Artıq sabahdan günün uzanması, gecənin isə qısalması başlayacaq. |
2023-12-22 | 815,805 | Zelenski təsadüfən bu sözü dedi, ABŞ-ı şantaj etdi... | Ukrayna Prezidenti Vaşinqtona səfəri zamanı təsadüfən şantaj taktikasından istifadə edərək özünə zərbə endirib. Axar.az xəbər verir ki, bu barədə britaniyalı politoloq Mark Qaleotti deyib. O bildirib ki, ABŞ səfərindən qayıdan Zelenskinin “ Vaşinqtonun Kiyevə xəyanət etməyəcəyinə əminəm” açıqlaması bir çoxları tərəfindən Qərbə üstüörtülü zərbə kimi qəbul edilib Qaleotti vurğulayır ki, ukraynalılar Zelenskini problemləri həll etməyə qadir olan “möcüzə yaradan” kimi qəbul etməyi dayandırıblar. |
2023-12-22 | 815,806 | Deputatlar bu maşınlardan istifadəyə məcbur edilir | Yanvarın 1-dən Rusiya Dövlət Duması deputatların yerli istehsal olan avtomobillərə və ya Sənaye və Ticarət Nazirliyinin tövsiyə etdiyi xarici markalara keçmədiyi təqdirdə onların yanacaq xərclərini ödəməyəcək. Axar.az xəbər verir ki, bu barədə “İzvestiya”ya aşağı palatadakı mənbələr məlumat verib və bunu deputatların özləri də təsdiqləyiblər. "Əgər təklif olunan avtomobillərdən istifadə etməyə razı olmasalar, yanacaq pulunu öz hesablarına ödəməlidirlər", - məlumatda qeyd olunub. Qeyd edək ki, növbəti ilin yanvarın 1-dən deputatlar “Lada”, UAZ, “Aurus”, “Evolute”, “Moskviç”, “Haval” markalı avtomobillərə keçməli olacaqlar. |
2023-12-22 | 815,807 | Orban: Ukraynada müharibə getmir, əməliyyatdır | Macarıstanın Rusiya ilə həmsərhəd olmasını istəməzdim. Axar.az xəbər verir ki, bu sözləri Macarıstan Baş naziri Viktor Orban deyib. “Rusiya ilə aramızda ümumi sərhəd yox, nə isə olması maraqlarımıza uyğundur”, - deyə Orban bildirib. Orban Rusiya – Ukrayna müharibəsini Moskvanın Kiyevə qarşı tamhüquqlu müharibə hesab etmədiyini açıqlayıb: “Bu, hərbi əməliyyatdır”. |
2023-12-22 | 815,808 | Növbəti köç karvanı Laçına çatdı | 09:14 Bakı şəhərinin Qaradağ rayonundan Zabux kəndinə yola salının növbəti köç karvanı Laçına çatıb. Axar.az xəbər verir ki, Laçında ailələrə evlərin açarları təqdim edilib. Bundan sonra köç karvanı Zabuxa yola düşəcək. Qeyd edək ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 30 ailə - 121 nəfər bu gün yurda köçürülüb. |
2023-12-22 | 815,812 | Neft yenidən 80 dolları keçdi | Dünya birjalarında neft bahalaşmaqda davam edir. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 80,08 dollara, yüngül neftin bir barreli isə 74,52 dollara təklif olunur. |
2023-12-22 | 815,819 | AMB-nin sədrinə yeni müşavir təyin edildi | Rəşad Məsim oğlu Məmmədov Mərkəzi Bank (AMB) sədrinin yeni müşaviri təyin edilib. Axar.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Bununla da AMB sədrinin müşavirlərinin sayı 4-ə çatıb. Qeyd edək ki, R.Məmmədov bundan əvvəl PAŞA Bank ASC-də çalışıb. O, 2015-2017-ci illərdə Bankın Əməliyyat və nəzarət departamentinin direktoru, 2017-2018-ci illərdə baş əməliyyat inzibatçısı, 2018-2023-ci illərdə Əməliyyat departamentinin direktoru işləyib. |
2023-12-22 | 815,824 | Çində zəlzələ nəticəsində ölənlərin sayı 144-ə çatdı | Çinin şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 144-ə çatıb. Axar.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Bildirilib ki, 113 nəfər şimal-qərbdəki Qansu əyalətində, 31 nəfər qonşu Sinxay əyalətində ölüb, 3 nəfər isə hələ də itkindir. Qeyd edək ki, dekabrın 18-də Çinin Qansu əyalətdə 6,1 bal gücündə zəlzələ baş verib. |
2023-12-22 | 815,826 | Xankəndidəki matçın fasiləsində nələr yaşanıb? - Video | Xəbər verdiyimiz kimi, ötən gün Xankəndidə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində “Qarabağ”-MOİK matçı keçirilib. Axar.az xəbər verir ki, oyun fasiləsində Prezident İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunan mərasimdə idman ictimaiyyətinin təltif edilən nümayəndələri ilə görüşüb. Sözügedən görüşdən görüntüləri təqdim edirik: |
2023-12-22 | 815,831 | AB bizsiz Kiyevə maliyyə yardımı ayıra bilməz - Orban | Ukraynanın AB-yə daxil olması ilə bağlı danışıqlara başlaması ölkə vətəndaşlarına real yardım gətirmir, bu, sadəcə, siyasi jestdir. Axar.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. “AB-yə üzv dövlətlər Macarıstanın razılığı olmadan qurumun büdcəsindən Ukraynaya maliyyə dəstəyi ayırmaq qərarı verə bilməz. Yalnız büdcədənkənar ödənişlər barədə razılığa gələ bilər, məsələn, qalan 26 ölkə bu məqsədlə ümumi kredit götürər. Avropa Komissiyasının Macarıstanın AB müqaviləsinin 7-ci maddəsinə (qanunun aliliyinin pozulmasına görə) uyğun olaraq səsvermə hüququndan məhrum edilməsi prosesinə başlamaq üçün heç bir səbəb yoxdur”, - o bildirib. |
2023-12-22 | 815,834 | Dünyada ilk dəfə yük təyyarəsi pilotsuz uçdu | ABŞ-ın “Reliable Robotics” şirkətinin “Cessna 208” (həmçinin “Cessna Caravan” kimi tanınır - red.) yük daşıyan pilotsuz uçuşu tamamlayıb. Bu, tarixdə ilk pilotsuz uçuş olub. Axar.az Report-a istinadən xəbər verir ki, şirkətin baş direktoru Robert Rouz təyyarənin seçilməsini onunla izah edib ki, bu, dünyada ən çox yayılmış modellərdən biridir - 2023-cü ilə qədər üç mindən çox nüsxə istehsal edilib. “Lakin onun problemi bundan ibarətdir ki, indiki bir çox böyük təyyarələrdən daha aşağı hündürlüklərdə və daha əlverişsiz hava şəraitində uçur. Buna görə də, işləmək daha təhlükəlidir və avtomatlaşdırma bu əməliyyatları daha təhlükəsiz etmək üçün uzun bir yol keçəcək", - Rouz deyib. Uçuş Şimali Kaliforniyadakı Hollister hava limanından həyata keçirilib və 12 dəqiqə davam edib. Pilotsuz idarəetmə sistemi təyyarəni yerdən idarə edən uzaqdan operatora əsaslanıb. Şirkət rəhbəri qeyd edib ki, belə bir təyyarənin uzaqdan idarə olunan pilotu adi yük təyyarəsinin pilotu ilə tam olaraq eyni keyfiyyətlərə malik olmalıdır. |
2023-12-22 | 815,836 | İran Ermənistana daha bir imkan yaradır | İrəvan və Tehran arasında sənaye əməkdaşlığına dair memorandum imzalandıqdan sonra Ermənistan İran limanlarından daha sərfəli şərtlərlə istifadə edə biləcək. Axar.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat nazirinin müavini Narek Teryan deyib. “Hazırda tərəflər müzakirə edir, memorandumun imzalanması ilə bağlı razılıq əldə olunub”, - o bildirib. Qeyd edək ki, dekabrın əvvəlində İrəvan və Tehran sənaye əməkdaşlığına dair memorandum imzalamaq barədə razılığa gəlib ki, bu da Ermənistan tərəfinə İran limanlarından istifadə etməyə imkan verəcək. Sənədi imzaladıqdan sonra Ermənistan sadələşdirilmiş qaydada, xüsusən də İranın üç əsas limanından - Ənzəli, Bəndər Abbas, Çabahardan istifadə edə biləcək. |
2023-12-22 | 815,838 | Bu il Qarabağda nə qədər mina zərərsizləşdirilib? - Video | Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə həyata keçirilən tədbirlər plana uyğun olaraq davam etdirilir. Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azad edilmiş ərazilərdə bu ilin yanvarın 1-dən dekabrın 21-dək mühəndis-istehkam bölmələri tərəfindən ümumilikdə 6 930 hektaradək ərazidən 234 ədəd piyada əleyhinə, 721 ədəd tank əleyhinə mina və 1405 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq zərərsizləşdirilib. Həmçinin mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə yeni təminat yolları çəkilib, mövcud təminat yolları təkmilləşdirilərək bərpa edilib. Ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi zamanı əsas səylər yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib. Qarabağ iqtisadi rayonunda aşkar olunmuş mina və partlamamış döyüş sursatlarının bir qismi növbəti dəfə Ağdərə rayonunun "Gödəkburun" təlim mərkəzində partlatma və yandırma üsulları ilə məhv edilib. Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun olaraq 2024-cü ildə də davam etdiriləcək. |
2023-12-22 | 815,842 | Putinin seçkidəki rəqibləri onlar olacaq - Siyahı | Rusiyada 15-17 mart 2024-cü ilə təyin edilən prezident seçkilərində hazırkı Prezident Vladimir Putinin rəqibləri diqqət mərkəzindədir. Axar.az Rusiyada prezidentliyə namizədini irəli sürən və ya namizəd olacağı gözlənilən şəxsləri təqdim edir: 1. Rusiya Liberal Demokrat Partiyasının (LDPR) sədri Leonid Slutski; 2. Yeni İnsanlar Partiyası: hazırda üç namizədə baxılır - Aleksey Neçayev, Vladislav Davankov və Sardana Avksentiyeva; 3. Vətəndaş Təşəbbüsü Partiyası: bu dəfə Kseniya Sobçakın əvəzinə Boris Nadejdin namizədliyini irəli sürəcək; 4. Rusiya Ümumxalq Birliyi Partiyası Sergey Baburinin tövsiyəsi ilə müfti Anar Ramazanovun namizədliyini irəli sürməyi planlaşdırır; 5. Yabloko Partiyasından Qriqori Yavlinski seçkilərdə iştirak etmək niyyətindədir, lakin onun perspektivləri hələ də qeyri-müəyyəndir; 6. Rusiya Kommunist Partiyası Nikolay Xaritonovun namizədliyini irəli sürəcək; 7. İş adamı Oleq Deripaskanın də seçkidə iştirakı gözlənilir; 8. Rjevdən öz namizədliyini Yekaterina Duntsova irəli sürüb. Onun Mixail Xodorkovskinin strukturları ilə əlaqəli olduğu və ya onlar tərəfindən maliyyələşdirildiyi deyilir. 9. Vladimir Putin isə artıq sənədlərini MSK-ya şəxsən təqdim edib. |
2023-12-22 | 815,843 | İranın 743 səhifəlik məxfi sənədi: Azərbaycanla bağlı plan... | İran addım-addım “şiə hilalı” planını həyata keçirməyə çalışır. Bu məqsədlə “şiə xəritəsi” belə hazırlayıb. Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazıb. Qəzet qeyd edir ki, 743 səhifəlik “şiə xəritəsi”ndə Türkiyə və Azərbaycanın mədəni, siyasi, coğrafi, ticarət, dil, iqtisadi, məzhəb-inanc məsələləri, bir sözlə, hər şey detallı şəkildə əksini tapır: “Misal üçün, Türkiyədə nuseyrilər kimi bəzi qrupların İranın potensial müdafiəçisi olduğu fikirləri yer alır. İran Baş Qərargahının hazırlatdğı xəritənin altındakı imza Rəsul Cəfəriandır. Tehran Universitetinin Tarix fakültəsində professor olan Cəfərian “şiə xəritəsi”nə görə bir çox mükafat alıb”. Məqalədə bildirilir ki, Tehranda “şiə hilalı” planı üçün 5 min nəfərlik qrup işləyir. “Dini liderin rəhbərliyi altında çalışırlar. Bu məqsədlə gizli qrup fəaliyyət göstərir. Layihə 1979-cu il inqilabından sonra dövriyəyə daxil edilib. Livan, İraq, Suriya və Yəməndə istədiklərini əldə ediblər, amma əsas hədəfləri Türkiyə və Azərbaycandır”, - qəzet yazır. |
2023-12-22 | 815,845 | Kəmaləddin Heydərov Naxçıvanda müşavirə keçirdi | Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində müşavirə keçirilib. Axar.az xəbər verir ki, fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev və FHN-in müvafiq struktur bölmə və qurumlarının rəhbərlərinin iştirak etdiyi müşavirədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub, məruzələr dinlənilib. Müşavirədə yekun nitqi ilə çıxış edən nazir Kəmaləddin Heydərov Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində həlli zəruri məsələləri qeyd edib, müvafiq tapşırıqlar verib. |
2023-12-22 | 815,847 | Belarus nazir bu polislərimizin övladları ilə görüşdü | Belarusun daxili işlər naziri İvan Kubrakov xidmət vəzifələrini yerinə yetirərkən həlak olan azərbaycanlı polislərin övladları ilə görüşüb. Axar.az xəbər verir ki, görüş Minsk şəhər meriyasında baş tutub. Polis əməkdaşlarının uşaqlar üçün təşkil etdiyi maraqlı tədbirlər sırasında bu görüş ən yaddaqalanlardan birinə çevrildi. Görüş maarifləndirici ekskursiya ilə başladı. Bu ekskursiya zamanı uşaqlar Minsk və Belarusun tarixi şəxsiyyətləri haqqında çoxlu maraqlı faktlar öyrəndilər. Gənc qonaqları salamlayan İvan Kubrakov Daxili İşlər Nazirliyinin əməkdaşlarının onlar üçün zəngin proqram hazırladıqlarını, Belarusun qonaqpərvərliyini, çoxsaylı görməli yerlərini nümayiş etdirməyə çalışdıqlarını qeyd etdi. "Azərbaycan qəhrəmanlarının övladlarının respublikamıza göndərilməsi qərarından çox məmnunam. Uşaqlar, siz də bizim övladlarımızsınız”, - nazir bildirib. O, uşaqlara dərslərində uğurlar, dost ölkədən olan həmkarlarına isə Vətənə sağ-salamat qayıtmalarını arzulayıb. Belarus Daxili İşlər Nazirliyinin rəhbəri belə qarşılıqlı səfərlərin daha da artacağına əminliyini ifadə edib. Görüş konsert proqramı və uşaqlara yaddaqalan hədiyyələrin təqdim olunması ilə başa çatıb. |
2023-12-22 | 815,848 | Dollara tələb kəskin artdı: manata təzyiq çoxalır | Dekabr ayında dollara tələb artmaqda davam edib. Dünən keçirilən hərracda 89.7 milyon dollarlıq sifariş olub. Bütövlükdə bu ayın geridə qalan günlərində hərraclarda 446.1 milyon dollar satılıb. Bu, ötən ay hərraclarda qeydə alınan 234,7 milyon dollarlıq sifariş ilə müqayisədə təxminən 2 dəfə çoxdur. Axar.az xəbər verir ki, bu barədə iqtisadçı, millət vəkili Vüqar Bayramov qeyd edib. O bildirib ki, 2023-cü ilin oktyabr ayı ərzində hərraclarda 202,6 milyon dollar satılıb. 2023-cü ilin 11 ayı ərzində isə hərraclarda 2 milyard 539,5 milyon dollarlıq sifariş qeydə alınıb: “Aylıq müqayisə göstərir ki, dekabr ayında tələb kəskin artıb. Dekabrın ilk 21 günündə noyabr və oktyabr ayları üzrə cəmi məbləğdən daha çox dollar satılıb. Belə ki, son 2 ayda cəmi 437.3 milyon dollar satıldığı halda dekabrın geridə qalan günlərində 446.1 milyon dollar alınıb. Dollara tələbin artması daha çox mövsümi faktorlarla bağlıdır. Belə ki, dekabrda həm biznesin, həm də vətəndaşların xarici valyuta tələbi yüksəlir. Dövlət və özəl müəssisələrin, eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlarla bağlı olaraq xarici səfərlərin çoxalması dollara tələbi artırır”. Ekspert bildirib ki, dollara tələbin artmasının manatın məzənnəsinə necə təsir edəcəyinə Mərkəzi Bank qərara verir. |
2023-12-22 | 815,850 | Baş nazir qərar imzaladı | Maliyyə Nazirliyinin təsdiq olunmuş dövlət büdcəsinin göstəriciləri, gəlir və xərclərin bölgüsü 5 iş günü ərzində büdcə təşkilatlarına çatdırılacaq. Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb. Bundan əvvəl Maliyyə Nazirliyi təsdiq olunmuş dövlət büdcəsinin göstəriciləri, gəlir və xərclərin bölgüsünü 1 ay ərzində çatdırırdı. Bu qərar gələn il yanvarın 1-dən qüvvəyə minir. |
2023-12-22 | 815,851 | Ermənistanın Rusiyaya yolu yenə bağlandı | Yuxarı Lars yolda yük avtomobillərinin hərəkəti pis hava şəraiti səbəbindən müvəqqəti olaraq dayandırılıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə idarəsi məlumat yayıb. Qeyd edək ki, Yuxarı Lars yolu Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoludur. |
2023-12-22 | 815,853 | Milli Məclisin iclası başladı | Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb. Axar.az xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 27 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi 2. “Aviasiya haqqında” qanun layihəsi (üçüncü oxunuş) 3. “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 4. “Polis haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş). 5. Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) 6. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 7. Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) 8. “İşsizlikdən sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 9. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) 10. Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) 11. Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) 12. Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) 13. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) 14. “Dəniz limanları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 15. “Milli təhlükəsizlik haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 16. “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 17. “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 18. “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 19. “Elektroenergetika haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi 20. Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi 21. Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) 22. “Mediasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 23. “Prokurorluq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 24. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 25. “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 26. Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 27. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) |
2023-12-23 | 815,856 | Liderlər İlham Əliyevin doğum gününü təbrik edir | 2023.12.22, 10:48 Çin Xalq Respublikasının Sədri Si Szinpindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Axar.az məktubun mətnini təqdim edir: "Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Çin və Azərbaycan ənənəvi dost tərəfdaşlardır. Hazırda Çin-Azərbaycan münasibətləri çox yaxşı və sabit inkişaf edir, siyasi qarşılıqlı etimad daim möhkəmlənir, müxtəlif sahələrdə əməkdaşlıq müvəffəqiyyətlə irəliləyir. Sizin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üzrə səylərinizi yüksək qiymətləndirirəm. Ötən ilin sentyabrında biz Səmərqənd şəhərində yeni dövrdə ikitərəfli münasibətlərin inkişafına dair mühüm razılaşmaların əldə olunduğu uğurlu görüş keçirdik. Mən Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərini yeni səviyyəyə yüksəltmək üçün Sizinlə birgə səylərimi davam etdirməyə hazıram. Sizə möhkəm cansağlığı və əmin-amanlıq arzulayıram". *** Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayevdən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu gəlib. Məktubda deyilir: Hörmətli İlham Heydər oğlu, əziz qardaşım. Sizi mübarək doğum gününüz münasibətilə ürəkdən təbrik edir, ən xoş və səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Biz Sizi Azərbaycan xalqının vətənpərvər və fədakar övladı, bizə qardaş xalqın müdrik rəhbəri, zəmanəmizin görkəmli dövlət və siyasi xadimi kimi tanıyır və bunu xüsusi olaraq etiraf edirik. Sizin adınız Azərbaycanda sosial-iqtisadi inkişafın təmin edilməsi, müstəqil dövlətçiliyin əsaslarının hərtərəfli möhkəmləndirilməsi istiqamətində aparılan sistemli islahatlar və genişmiqyaslı dəyişikliklər, ölkənizin sürətli inkişafına yönəlmiş böyük quruculuq işləri ilə sıx bağlıdır. Xüsusən də Sizin güclü iradəniz sayəsində ölkənizin ərazi bütövlüyünün tam bərpası və tarixi ədalətin bərqərar olunması, sözün əsl mənasında, reallığa çevrildi. Heç şübhəsiz ki, cari ilin avqust ayında bənzərsiz Azərbaycana dövlət səfərim əsnasında Sizinlə qarşılıqlı etimad və səmimilik ruhunda apardığımız danışıqlar, əldə etdiyimiz mühüm razılaşmalar, Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin açılış mərasimində birgə iştirakımız genişmiqyaslı ikitərəfli münasibətlərimizdə parlaq iz buraxmışdır. Fürsətdən istifadə edərək, bu yaxınlarda gözəl Bakıda Sizin təşəbbüsünüzlə Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının birinci Zirvə görüşünün yüksək səviyyədə keçirilməsi münasibətilə Zati-alinizi bir daha təbrik edərək xüsusi vurğulamaq istərdim ki, həmin beynəlxalq tədbir regionumuzun ümumi inkişafının təmin olunmasına xidmət edəcəkdir. Əminəm ki, birgə səylərimizlə çoxşaxəli və uzunmüddətli strateji tərəfdaşlığımız qardaş xalqlarımızın ümumi mənafeyi naminə gələcəkdə də səmərəli şəkildə inkişaf edəcəkdir. Hörmətli İlham Heydər oğlu, Sizi - əziz qardaşımı həyatınızın bu sevincli günü münasibətilə bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, tükənməz enerji, ailə səadəti, son dərəcə şərəfli və məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq, davamlı tərəqqi və firavanlıq arzulayıram. *** Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Şəksiz rəhbər istedadınız sayəsində milli lider kimi Siz Azərbaycanın səmərəli iqtisadi inkişaf modelini həyata keçirmiş, dövlətin beynəlxalq arenada nüfuzunu möhkəmləndirmisiniz. Fürsətdən istifadə edərək, Sizi Qoşulmama Hərəkatında uğurlu sədrliyiniz münasibətilə təbrik edirəm. Məmnuniyyətlə qeyd edirəm ki, Minsk ilə Bakının hörmətə və qarşılıqlı anlaşmaya əsaslanan strateji tərəfdaşlığı həm iqtisadi-ticari sahədə, həm də əməkdaşlığın digər istiqamətləri üzrə mühüm nəticələr əldə etməyə imkan verir. Dostluğumuzu, ölkələrimiz arasında yaranmış münasibətlərin etimada əsaslanan xarakterini yüksək qiymətləndirir, yeni görüşləri və müxtəlif sahələrdə maraqlı birgə layihələri nikbinliklə gözləyirəm. Hörmətli İlham Heydər oğlu, Sizə Azərbaycan Respublikasının rifahı naminə gələcək fəaliyyətinizdə yeni uğurlar, möhkəm cansağlığı, sülh, doğmalarınıza və yaxınlarınıza xoşbəxtlik diləyirəm. *** Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhmandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Məktubda deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin. Qardaş Azərbaycan Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda irəliyə doğru inamla addımlamaqda davam edir, regional və beynəlxalq məsələlərdə getdikcə artan rol oynayır. İnanıram ki, Sizin siyasi kursunuzla irəliləyən Azərbaycan Respublikası qüdrətli və inkişaf edən dövlət quruculuğunda yeni zirvələr fəth edəcək. Fürsətdən istifadə edərək, həmçinin Sizi və Sizin simanızda ölkənizin bütün sakinlərini Yeni 2024-cü il münasibətilə təbrik edirəm. Qarşıdan gələn ilin əvvəli Azərbaycan cəmiyyəti üçün xüsusi əhəmiyyətli hadisə - prezident seçkiləri ilə əlamətdar olacaq. Bu çox mühüm siyasi tədbirin uğurla keçirilməsi ilə bağlı səmimi arzularımı çatdırıram. Tarixə qovuşan 2023-cü ildə möhkəm dostluq ənənələrinə, qarşılıqlı hörmətə və dəstəyə əsaslanan Tacikistan-Azərbaycan münasibətləri bir sıra mühüm hadisələrlə əlamətdar olub. Onların arasında Sizin Tacikistana dövlət səfərinizi qeyd etmək istərdim. Sizin ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin ardıcıl möhkəmləndirilməsinə daimi xüsusi diqqətinizi yüksək qiymətləndirirəm. Xalqlarımızın köklü maraqları məcrasında iki ölkənin etimada əsaslanan dövlətlərarası dialoqunun davam etdirilməsinə şad olacağam. Əziz İlham Heydər oğlu, Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və yeni böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və dayanıqlı tərəqqi arzulayıram". *** Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Məktubda deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə hərtərəfli inkişaf yolunda inamla irəliləyir və beynəlxalq məsələlərdə öz nüfuzunu möhkəmləndirir. Əminəm ki, Türkmənistan ilə Azərbaycan Respublikası arasında möhkəm və qədim əlaqələr daim inkişaf edəcək, xalqlarımıza və ölkələrimizə fayda gətirəcəkdir. Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ailə səadəti, qardaş Azərbaycan xalqına bundan sonra da sülh, tərəqqi və firavanlıq arzu edirəm". *** Ukraynanın Prezidenti Vladimir Zelenskidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Məktubda deyilir: "Zati-aliləri. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. 2023-cü il - Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ili Azərbaycan və şəxsən Sizin üçün əlamətdar il oldu. Məhz bu il Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. Ukraynanı azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizədə dəstəklədiyinizə, Rusiya ilə müharibənin humanitar nəticələrinin aradan qaldırılmasında yardıma görə Azərbaycana və şəxsən Sizə minnətdaram. Mən dövlətlərimiz arasında mövcud dostluq münasibətlərini, şəxsi konstruktiv və səmimi dialoqumuzu yüksək qiymətləndirirəm. Əminəm ki, hörmət və etimada əsaslanan Ukrayna-Azərbaycan strateji əməkdaşlığı bundan sonra da hər iki ölkənin xalqlarının mənafeyi naminə fəal inkişaf edəcəkdir. Zati-aliləri, Sizə möhkəm cansağlığı, bol enerji və məsuliyyətli dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm". *** Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. mətndə deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Qeyd etmək istərdim ki, Sizin strateji baxışlarınız və rəhbərliyiniz ilə həyata keçirilən səmərəli siyasi və iqtisadi islahatlar Azərbaycanın beynəlxalq nüfuzunu və sabitliyini möhkəmləndirib, xalqın rifahını əhəmiyyətli dərəcədə yüksəldib. Əminəm ki, Cənubi Qafqazda yeni geosiyasi reallıq, həmçinin nəqliyyat-logistika imkanlarının genişlənməsi gələcəkdə də Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradacaqdır. Bu münasibətlər bizim ötən ilin aprel və oktyabr aylarındakı ikitərəfli səfərlərimizin yekunları nəticəsində misli görünməmiş səviyyəyə yüksəlib. Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, qardaş Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar diləyirəm". *** İordaniyanın Kralı II Abdullah ibn Hüseyn Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Doğum gününüz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. İcazə verin, Sizə cansağlığı və xoşbəxtlik diləyi ilə ən xoş arzularımı çatdırım”. *** Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Mətndə deyilir: "Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm. Cənab Prezident, Sizə ən xoş diləklərimi yetirir və ölkənizin rifahının daha da yaxşılaşdırılması istiqamətindəki fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram. Əminəm ki, Xorvatiya və Azərbaycan bundan sonra da ikitərəfli əməkdaşlığı dostluq ruhunda möhkəmləndirəcək və dərinləşdirəcəkdir. Bunun üçün iqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətimiz xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezident, Sizə olan ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm!". *** Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Mətndə deyilir: "Zati-aliləri. İcazə verin Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim. Sizə ən xoş arzularımı çatdırır, xoşbəxtlik diləyir, ölkənizin və dost Azərbaycan xalqının rifahı, əmin-amanlığı və sabitliyi naminə fəaliyyətinizdə və səylərinizdə uğurlar arzulayıram. Gürcüstan ilə Azərbaycan Respublikası arasında əlaqələrin daha da inkişaf etdirilməsində Sizin şəxsi səyləriniz və iştirakınız çox yüksək qiymətləndirilir. Bu fürsətdən istifadə edərək, bir daha vurğulamaq istəyirəm ki, Gürcüstan ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq xalqlarımızın maraqları naminə bir çox ikitərəfli və çoxtərəfli təşəbbüslərlə zənginləşərək daha da möhkəmlənəcəkdir. Zati-aliləri, icazə verin bir daha Sizə olan ən dərin ehtiramımı bildirim və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayım". *** Türkmən xalqının Milli Lideri, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Məktubda deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Türkmənistan ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə və inkişafına verdiyiniz böyük töhfəyə, göstərdiyiniz xüsusi diqqətə görə Sizə təşəkkürümü bildirirəm. Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və bütün işlərinizdə uğurlar diləyirəm". *** Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. "İcazə verin doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırım. Sizə möhkəm cansağlığı, firavanlıq, həmçinin şəxsi və peşəkar fəaliyyətinizdə uğurlar arzulayıram. Ölkələrimiz və xalqlarımız arasında qurduğumuz əlaqələr və əməkdaşlığımızla, o cümlədən gündən-günə inkişaf edən şəxsi münasibətlərimizlə fəxr edirəm. Serbiya Respublikası Azərbaycan Respublikasının beynəlxalq hüququn və BMT-nin Nizamnaməsinin prinsiplərinə əməl etməsi ilə bağlı mövqeyini yüksək qiymətləndirir və bunu həm də ölkənizin bizim ölkəmizin suverenliyi və ərazi bütövlüyünə hörmətinin göstəricisi kimi dəyərləndirir. Əmin ola bilərsiniz ki, bu mövqe qarşılıqlıdır və Serbiya daim Azərbaycanın sadiq və etibarlı tərəfdaşı və dostu olacaqdır. Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi ilə bağlı Sizin son səfəriniz zamanı Niş şəhərində görüşümüzdən məmnun qaldım. Bizim enerji resurslarımızın şaxələndirilməsinə təkan verəcək bu görüş ikitərəfli əməkdaşlığımızın daha da səmərəli olmasına, inkişaf etməsinə doğru atılmış bir addımdır. Serbiya tərəfi azərbaycanlı dostları ilə əl-ələ verərək Sizinlə müzakirə etdiyimiz və vətəndaşlarımızın mənafeyi naminə olan yeni ideyaların və layihələrin reallaşdırılması istiqamətində birgə işləməyə hazırdır. Sizinlə tezliklə görüşməyimə ümidvaram. Fürsətdən istifadə edərək, Zati-alinizə bir daha səmimi təbriklərimi çatdırır, ən dərin ehtiramımı bildirirəm", - təbrikdə qeyd olunub. *** Bolqarıstan Prezidenti Rumen Radevdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Məktubda deyilir: "Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul etməyinizi xahiş edirəm. Bu fürsətdən istifadə edərək, ölkələrimiz arasında strateji əməkdaşlığın və çox gözəl münasibətlərin gələcəkdə daha fəal şəkildə inkişaf edərək dərinləşəcəyinə inamımı bildirirəm. Mən bu yaxınlarda Bolqarıstan və Serbiya arasında qaz interkonnektorunun açılışı mərasimindəki görüşümüzü xoş xatirələrlə yada salıram. Bu görüş ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda səmərəli təması və fəal siyasi dialoqu daha da genişləndirməyə sadiqliyimizi bir daha təsdiq etdi. Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayır, ən yüksək ehtiramımı bildirirəm". *** Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Məktubda deyilir: "Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Siz haqlı olaraq həmvətənləriniz arasında və ölkə hüdudları xaricində böyük hörmətə maliksiniz. Sizin rəhbərliyinizlə dost Azərbaycan iqtisadi və sosial sahələrdə əhəmiyyətli uğurlara nail olur, regional və beynəlxalq məsələlərdə mühüm rol oynayır. Sizin ölkələrimiz arasında müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə töhfəniz misilsizdir. Konstruktiv dialoqun və sıx birgə əməkdaşlığın davam etdirilməsinə şad olardım. Sizə möhkəm cansağlığı, səadət və rifah arzulayıram. Fürsətdən istifadə edərək, ailənizə səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm". *** Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Məktubda deyilir: "Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Ölkənizin rifahı naminə fəaliyyətinizdə uğurlar diləyir, xalqınızın isə Sizin rəhbərliyinizlə gələcəkdə də xoşməramlı məqsədlərə nail olmasını arzu edirəm. Əminəm ki, aramızdakı qarşılıqlı hörmət bundan sonra da davam edəcəkdir. Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə ailə səadəti, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Azərbaycan xalqına isə firavanlıq və rifah arzulayıram". *** Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: "Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Qardaş Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsi və ölkənin dayanıqlı inkişafının təmin olunması istiqamətində həyata keçirilən irimiqyaslı sosial-iqtisadi və ictimai-siyasi dəyişikliklərin böyük uğurları Sizin adınızla sıx bağlıdır. Əlamətdar haldır ki, Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyinin qeyd edildiyi ildə Siz respublikanın ərazi bütövlüyünü tam bərpa etməklə ümummilli Zəfərə nail oldunuz. Əminəm ki, Azərbaycan xalqı Sizin strateji kursunuzu rəhbər tutaraq inamla irəliləməkdə davam edəcək, güclü və çiçəklənən dövlət quruculuğunda yeni-yeni zirvələr fəth edəcəkdir. Etimada əsaslanan səmimi münasibətlərimizin, Qazaxıstan-Azərbaycan dostluq əlaqələrinin, strateji tərəfdaşlığın və müttəfiqliyin möhkəmləndirilməsinə Sizin şəxsi böyük töhfənizi yüksək qiymətləndirirəm. Hörmətli İlham Heydər oğlu, Sizə qardaş Azərbaycanın rifahı və tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram". *** Bundan başqa, Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill və İSESKO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndəriblər. *** Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Bu gün Azərbaycan Respublikası siyasi, iqtisadi, sosial, humanitar və digər sahələrdə böyük uğurlar qazanmağa davam edir. Dövlət xadimi kimi müdrikliyiniz və zəngin həyat təcrübəniz Sizə respublikada və onun hüdudlarından kənarda böyük hörmət qazandırıb. Sizin Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsində mühüm amil olan Rusiya-Azərbaycan müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə şəxsi töhfənizi xüsusi qeyd etmək istəyirəm. Əminəm ki, ölkələrimizə dost olan xalqların maraqları naminə, o cümlədən Qərbin müasir neokolonializm siyasəti ilə mübarizə çərçivəsində dialoqun ardıcıl surətdə inkişafının ciddi perspektivləri var. Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq və uğurlar diləyirəm". *** Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Təbrik məktubunda deyilir: "Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayıram. Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında inkişaf edən dostluq və əməkdaşlıq münasibətləri mövcuddur. Əminəm ki, ölkələrimiz arasında qarşılıqlı hörmətə və etimada əsaslanan tərəfdaşlıq daha da möhkəmlənəcəkdir. Ehtiyac duyduğumuz vaxtlarda Azərbaycanın və şəxsən Sizin ölkəmizə göstərdiyiniz dəstəyə görə dərin minnətdarlığımı bildirirəm. Mən bunu ölkələrimizin dostluğunun əyani təsdiqi kimi dəyərləndirirəm. Əməkdaşlığımızın gələcəkdə daha da dərinləşəcəyinə inanıram. Sizə uğurlar və ölkənizə davamlı inkişaf, firavanlıq arzulayıram. Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm". *** Bundan başqa, Qazaxıstanın Xalq yazıçısı, görkəmli şair və ictimai xadim Oljas Süleymenov, TÜRKSOY-un Baş katibi Sultan Raev də Azərbaycan Prezidenti İlham Əliyevi təbrik ediblər. |
2023-12-22 | 815,857 | “Birbank”lılar “Kontakt”i seçir – 4-cü il ard-arda | “Kontakt” mağazalar şəbəkəsi bu ildə zirvəni əldən verməyib. Belə ki, ölkənin ən aparıcı pərakəndə satış şəbəkələrindən olan “Kontakt” nə az, nə çox dördüncü dəfə “Kapital Bank” tərəfindən “Birbank” taksit kartı üzrə ilin ən çox dövriyyəsi olan partnyoru seçilərək birinciliyini uğurla qoruyub saxlayıb. “Kapital Bank”ın ilin yekunlarına həsr olunmuş mükafatlandırılma mərasimində birincilik üzrə nominasiya şəbəkəyə təqdim olunub. Məlumat üçün bildirək ki, “Kontakt” hər zaman “Birbank” istifadəçiləri üçün xüsusi imkanlar yaradır. Belə ki, şəbəkənin “Yeni il” kampaniyası çərçivəsində yanvarın 14-dək “Birbank”lılar bütün “Kontakt” mağazalarından, eləcə də kontakt.az saytından hər növ məhsulu 50%-dək endirimli ala və ödənişi 18 aylıq bərabər hissələrə bölə bilərlər. Şəbəkənin ünvanları ilə buradan tanış ola, ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzi ilə əlaqə yarada bilərsiniz. |
2023-12-22 | 815,859 | Prezident Şuşada Saxsı bulağında... - Foto | 10:52 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Şuşa rayonundakı Saxsı bulağında olub. Axar.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verdi. Bildirildi ki, bulaq Şuşa şəhərinin şimal-qərb hissəsində, təxminən 5 kilometr məsafədə, Şuşa-Laçın yolunun üzərində yerləşir. Bulağın suyu tərkibinə görə çox keyfiyyətli olduğu üçün daim şuşalıların və şəhərin qonaqlarının diqqət mərkəzində olub. İnsanlar bu əraziyə istirahət etmək üçün üz tutublar. Əvvəllər qayadan süzülən su sonradan metal boruya salınıb və daim axır. Bulaq hazırda mövcuddur. Şuşa şəhəri işğal olunanadək bulağın üstündə restoran inşa edilib. Bəzi məlumatlara görə, bulaq metal boruya salınmamışdan əvvəl qayadan çıxan su qədim saxsı borudan süzülüb gəldiyi üçün bulağa insanlar arasında Saxsı bulaq adı verilib və bu ad günümüzə qədər gəlib çatıb. Şuşa şəhəri işğal ediləndən sonra ərazi uzun illər baxımsız qalıb, restoranın binası yarıuçuq vəziyyətə salınıb. |
2023-12-22 | 815,861 | Moskva İrəvanla yeni hərbi müqavilə bağlaya bilər | Rusiya ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlıq sahəsində demək olar ki, bütün müqavilələr vaxtında və yüksək keyfiyyətlə tamamlanıb. Axar.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib. “Hərbi-texniki əməkdaşlıq sahəsində yeni sazişlər də müzakirə olunur. Bəzi müqavilələrdə Rusiya müəssisələrinin dövlət müdafiə sifarişini yerinə yetirmək üzrə öhdəlikləri ilə bağlı məsələlər var, lakin bunlar Rusiya və Ermənistanın müvafiq idarələri arasında dialoqda həll olunan işçi məsələlərdir”, - o bildirib. |
2023-12-22 | 815,866 | Bu ərazilərin yenidən qurulması unikal təcrübədir | Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması beynəlxalq ictimaiyyətlə paylaşılacaq unikal təcrübədir. Axar.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməsinə dair Sazişin imzalanması mərasimində bildirib. Onun sözlərinə görə, 30 illik işğal dövründə 9 şəhər və yüzlərlə yaşayış məskəni tamamilə məhv edilib. H.Hacıyev əlavə edib ki, Azərbaycan tərəfdaşlarla çox yaxından işləyərək, Ümumdünya Şəhərsalma Forumunun yüksək səviyyədə keçirilməsinə çalışacaq. "BMT-nin bütün qurumlarına təşəkkür edirəm ki, bu istiqamətdə Azərbaycana dəstək göstərirlər", - deyə şöbə müdiri qeyd edib. |
2023-12-22 | 815,870 | İlham Əliyev Turşsu bulağında... - Foto | 11:07 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Şuşa rayonundakı “Turşsu” bulağında olub. Axar.az xəbər verir ki, dövlət başçısı bulaq ərazisinə baxış keçirib. Məlumat verilib ki, meşənin daxilində mineral su mənbəyi olan “Turşsu” bulağı Şuşa şəhərindən 17 kilometr cənub-qərbdə, Şuşa-Laçın yolundan bir qədər aralı, Zarıslı çayının sahilində 1700 metr hündürlükdə çıxır. Bu ərazi uzun illər şuşalıların və şəhərin qonaqlarının istirahət etdikləri sevimli məkanlardan biri olub. Yay aylarında ətraf rayonlardan buraya insanlar gələr, yaxınlıqdakı yamaclarda çadırlar qurar, dincələr, bulağın suyundan istifadə etməklə sağlamlıqlarını möhkəmləndirərdilər. Qeyd olunub ki, Şuşa rayonunun ərazisində bir neçə belə su mənbəyi var. Turşsu qəsəbəsinin yaxınlığındakı bu bulağın suyu fasilələrlə - təxminən bir saatdan da artıq müddətdən bir axır. Bulağın suyu faydalı mikroelementlərlə, əsasən karbon, hidrogen-karbonad, maqnezium, natrium, kalsiumla zəngindir. Minerallaşma dərəcəsi 2,4 qr/l, temperaturu 5-10 dərəcə C-dir. Bu su ürək-damar, qan azlığı, qaraciyər, öd yolları, öd kisəsi, mədə-bağırsaq və böyrək xəstəliklərindən əziyyət çəkənlər üçün müalicəvi xüsusiyyətlərə malikdir. Bu su, həmçinin orqanizmdə maddələr mübadiləsi pozulmalarını nizama salır, daxili orqan xəstəliklərinə qarşı profilaktik təsir göstərir. Rayon ərazisində suyu minerallarla zəngin olan digər bulaqlar da var. Bu bulaqlardan karbon turşulu–hidrokarbonatlı–natriumlu “narzan” tipli mineral sular axır. Bu müalicəvi sulardan Şuşanın sanatoriyalarında həm süfrə suyu kimi, həm də vanna qəbulunda istifadə olunub. |
2023-12-22 | 815,872 | Prezident Şuşada Turşsu qəsəbəsində... - Foto | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Şuşa rayonunun Turşsu qəsəbəsində olub. Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. |
2023-12-22 | 815,877 | Bakıda bu yollar 4 gün bağlı olacaq | Bakının Yasamal rayonu Həsən Məcidov küçəsi (Hüseyn Cavid prospektindən Zeynal Xəlilov küçəsinədək olan hissə) və Nizami rayonu Elşən Süleymanov küçəsində (Cəmşid Naxçıvanski küçəsindən Bəhruz Nuriyev küçəsinə qədər olan hissə) bu gündən etibarən təmir işlərinə başlanılıb. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilir ki, təmir işlərinin 4 gün ərzində yekunlaşdırılması planlaşdırılır. Bu səbəbdən, sözügedən ərazilərdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək. |
2023-12-22 | 815,878 | Bakı daha bir beynəlxalq foruma ev sahibliyi edəcək | Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməsinə dair saziş imzalanıb. Axar.az xəbər verir ki, sənədi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev ilə BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimunah Mohd Şərif imzalayıblar. |
2023-12-22 | 815,884 | Metropoliten 45 ton südü ikiqat qiymətə niyə alır? | Bakı Metropoliteninin açıldığı 1967-ci ildən bəri müxtəlif ağır və xüsusi ağır əmək şəraiti olan sahələrdə çalışanlara süd məhsulu təqdim edilir. Süd məhsulunun alınması mütləq qaydada tenderlə keçirilən müsabiqənin nəticəsində elan olunur. Tender və onun nəticələri “etender.gov.az” səhifəsində açıq şəkildə öz əksini tapır. Bu sözləri Axar.az-a açıqlamasında Bakı Metropoliteni QSC-nin süd almasının səbəbləri barədə danışan qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O, süd ehtiyacının müəyyən edilməsi, alınması və paylanılması prosedurundan bəhs edib: “Prosesdə kimin qalib gəlib-gəlməyəcəyini Bakı Metropoliteni müəyyən etmir. Müvafiq texniki şərtlər və uyğun qiymət təklif edən iştirakçı tenderdə qalib olur. Hər hansı bir saxtakarlıq və sairdən qətiyyən söhbət gedə bilməz. Sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında gedən məlumatda isə tender prosesi kənarda qalıb, yalnız Bakı Metropoliteninin sanki hansısa bir şəxslə məqsədsiz şəkildə müqavilə bağlayıb süd aldığı təsəvvürü formalaşdırılıb. Bəs QSC-də süd məhsulları işçilərə nəyə görə verilir? İlk növbədə bu, mövcud qanunvericiliyin əsas tələblərindəndir və burada yeraltı nəqliyyat infrastrukturunun tikintisində, istismarında çalışan işçilərin sağlamlığı üçün süd məhsullarının paylanılması çox təbiidir. Ümumiyyətlə, Bakı Metropoliteni hər ilin yanvar və fevral aylarında hesabat xarakterli məqalələr dərc edir, sözügedən məsələlər də orada ən xırda detallarına kimi öz əksini tapır. Süd paylanılan peşələr ilə bağlı Səhiyyə Nazirliyinin müvafiq təsnifatı var. Yuxarıda qeyd etdiyimiz peşə sahiblərinə isə ilk növbədə qaynaqçıları, İşarəvermə və rabitə xidmətinin kabel təsərrüfatı sahəsində çalışan elektrik montyorlarını, akkumlyator sahəsində çalışanları, kabel lehimləyiciləri, izoləedicilərini, korroziyada işləyənləri, rəngsazları, normadan artıq tozlu olan tikinti sahəsində işləyənləri misal gətirmək olar. Ağır peşələrdə işləyənlərin sayı, günlər və aylar üzrə normativ müəyyən edilir. Günbəgün hesablamaqla həmin süd məhsulu normativə uyğun şəkildə birbaşa işçinin özünə təqdim edilir. Bununla bağlı da akt tərtib olunur və südü alan işçilər sənədə imza atırlar. Norma yarım litrdir və hər dəfə paylanılma aktlaşma əsasında həyata keçirilir. Növbəti il üçün də hesablamalar aparılır və nəticəyə uyğun şəkildə tender keçirilir”. Qeyd edək ki, Bakı Metropoliteni QSC zərərli iş şəraitində çalışan işçiləri üçün 44 730 litr süd alacaq. QSC bununla bağlı keçirilən tenderdə qalib gəlmiş fərdi sahibkar Esmira Hadı qızı Həsənova ilə satınalma müqaviləsi imzalayacaq. Müqavilənin dəyəri 122 452,85 manatdır. Bu, bir litr südün 2,73 manata alınması deməkdir. Sosial şəbəkə istifadəçiləri isə bu rəqəmin bazar qiymətindən baha olduğunu bildirirlər. Belə ki, bazarda inək südünün bir litri 1,4 manatdır. |
2023-12-22 | 815,885 | 667-ci gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 667-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 351 350 hərbçi, 5 837 ədəd tank, 10 843 ədəd zirehli döyüş maşını, 8 250 ədəd artilleriya sistemi, 932 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 611 hava hücumundan müdafiə sistemi, 324 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 944 ədəd avtomobil texnikası, 6365 ədəd PUA, 1 613 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 217 xüsusi avadanlıq itirib. |
2023-12-22 | 815,887 | Əliyevin xalqa bəxş etdiyi növbəti doğum günü... | Prezident İlham Əliyevin Azərbaycan xalqına bəxş etdiyi növbəti doğum günü 20 sentyabr tarixidir. Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib. O qeyd edib ki, cənab Prezident Xankəndidə stadionda topa zərbə vurmaqla bizə qarşı olanlara da cavab vermiş oldu: “Biz hazırda Naxçıvana yolun açılması ilə bağlı çalışmalıyıq. Hazırda erməni cəmiyyətində bununla bağlı fikirlər formalaşır”. |
2023-12-22 | 815,891 | 48 saatda 390 nəfər öldü, 734 nəfər yaralandı | İsrailin 7 oktyabrdan bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 20 min 57-yə yüksəlib, 53 min 320 nəfər yaralanıb. Axar.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb. Qurumdan verilən məlumata görə, İsrailin son 48 saatda təşkil etdiyi hücumlarda 390 fələstinli ölüb, 734 nəfər yaralanıb. |
2023-12-22 | 815,892 | Böyrəyini satmaq istəyənlər... - Deputat çağırış etdi | Son zamanlar vətəndaşların böyrəklərini, qaraciyərini və digər orqanlarını satması barədə reklam və elanlar qarşıma çıxır. Bəzi elanlarda isə “Böyrək və qaraciyər alıram" yazılır. Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib. Deputat deyib ki, hətta avtobus dayancaqlarında da bu elanlar var: “Bu məsələdə bir neçə yanaşma ola bilər. Vətəndaş ehtiyac ucbatından daxili orqanlarını satır, ikinci isə möhtəkirlər vətəndaşları qazanc məqsədilə buna sövq edir. Ən dəhşətlisi isə cinayətkar qrupların bu işdə əlinin olması ehtimalıdır. Son zamanlar cinayət hadisələri içərisində cinayətkarların bu məqsədlə adam oğurluğuna rast gəlməmişəm və bu, sevindiricidir. Amma bu elanlara laqeyd yanaşmaq olmaz”. Razi Nurullayev əlaqədar orqanlara müraciət edib: “O vətəndaşları dəvət edin, araşdırın ki, onlar niyə daxili orqanlarını satmaq istəyir? Ehtiyacdırsa, yaranan ehtiyacı ödəmək üçün dövlət tərəfindən mümkün addımların atılması vacibdən də vacibdir. Bir də bu tip elanlara, alğı-satqıya nəzarət olunurmu? Azərbaycan vətəndaşlarının çətinə düşən zaman dövlətindən yardım alması onların hüquqlarıdır. Onun üçün də ehtiyac ucbatından daxili orqanlarını satmaq istəyən vətəndaşlara dövlət səviyyəsində yardım göstərilməsi üçün addımlar atılmasını xahiş edirəm. Bu məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparmasını və Milli Məclisə, o cümlədən bu məsələni qaldıran şəxs olaraq mənə də yazılı məlumat verilməsini rica edirəm”. |
2023-12-22 | 815,894 | Ermənilərin belə ağlına gəlməyəni edən satqınlar... | Bu gün Ali Baş Komandan topa atəş əmri vermir, bu gün Ali Baş Komandan futbolda topa vurur. Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Deputat deyib ki, bu gün Xankəndidən top səsləri yox, yenidənqurma səsləri gəlir: “Antimilli qüvvələr yenə də öz ağalarının tapşırığı ilə addımlar atmaqla məşğuldur. İnsanların sevincinin hədd-hüdudu olmayan dövrdə onlar başqa dövlətlərə müraciət edir ki, Azərbaycana sanksiya tətbiq etsinlər. Bu cür hərəkəti heç ermənilər etmir, heç erməni parlamentində etmirlər. Dünən Xankəndidə futbol oyununa ermənilər, xaricdə Fransa sevinmirdisə, daxildə də o qüvvələr sevinmirdi. Prezidentin hər atdığı addım dünyaya da, onlara da mesajdır ki, Azərbaycan müstəqil dövlətdir və Azərbaycanın işinə heç kim qarışa bilməz”. |
2023-12-22 | 815,896 | Bu qadınların maaşı artırılacaq | Qadınların əmək hüquqları genişləndirilir. Axar.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində” qeyd olunub. Dəyişikliyə görə, hamilə, üç yaşına qədər uşağı olan və 18 yaşına qədər əlilliyi olan uşaqlara baxan qadınlar gecə növbələrində, bayram günlərində işləyə biləcək, ezamiyyəyə cəlb oluna biləcəklər. Onlar öz razılıqları əsasında işlərə cəlb oluna biləcəklər. Bu dəyişiklik qadınların əmək haqlarının artmasına imkan verəcək. Qanun, eyni zamanda, 18 yaşına çatmamış işçilərə, eləcə də 14 yaşına qədər uşağı tək böyüdən kişilərə də şamil olunur. Bundən əvvəl isə bu qeyd olunanlar qanunla qadağan idi. Belə ki, mövcud qanun görə, hamilə, üç yaşına qədər uşağı olan və 18 yaşına qədər əlilliyi olan uşaqlara baxan qadınlar gecə növbələrində, bayram günlərində işləməyə qadağa qoyulmuşdu. Həmçinin, ezamiyyəyə getmələrinə də icazə yox idi. Qeyd edək ki, qanun layihəsinə edilən dəyişikliyin əsas məqsədi ölkədə qadın və kişilər arasında əmək haqları arasında fərqi azaltmaqdır. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib. |
2023-12-22 | 815,898 | Uşağını təkbaşına böyüdən kişilərə yeni hüquq verilir | Üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə yeni hüquq verilir. Axar.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə görə, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə biləcəklər. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq III oxunuşda qəbul edilib. |
2023-12-22 | 815,899 | Bakıda gəzinti qayığı çevrildi, 6 nəfər... - Video | 11:57 Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Bulvar ərazisində dənizdə gəzinti qayığının çevrilməsi və gəmidəki şəxslərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib. FHN-dən Axar.az-a verilən məlumata görə, əməliyyat şəraiti qiymətləndirilərkən, gəzinti qayığının alt hissəsinin zədələnməsi və gövdəsinə su dolması nəticəsində 3-ü ekipaj üzvü, 3-ü sərnişin olmaqla 6 nəfər vətəndaşın təhlükəli vəziyyətdə qalması məlum olub. FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri xilasetmə əməliyyatı nəticəsində vətəndaşlar xilas ediliblər. |
2023-12-22 | 815,903 | Yeni il hədiyyə qutuları ilə bağlı xəbərdarlıq | Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Yeni il hədiyyə qutuları ilə bağlı vətəndaşlara müraciət edib. Bu barədə Axar.az-a AQTA-dan məlumat verilib. Bildirilib ki, uşaqlar üçün şirniyyatla dolu Yeni il hədiyyə qutularının seçilməsi və ya valideynlər tərəfindən hazırlanması zamanı son dərəcə diqqətli olmaq lazımdır: "Belə ki, hədiyyə qutularını mağazalardan, yarmarkalardan və digər rəsmi satış yerlərindən almaq məsləhət görülür. Həmçinin bilmək lazımdır ki, belə qutuların üzərində göstərilən tarix içərisindəki məhsulların deyil, qutuların qablaşdırılma tarixidir. Ona görə də, istehlakçılara hədiyyə qutuları alarkən içərisindəki qida məhsullarının aydın və oxunaqlı şəkildə etiketlənməsinə, istehsal tarixinə, adına, əmtəə nişanına, xalis çəkisinə, qida dəyərliliyinə, həmçinin istehsalçı müəssisənin adına, ünvanına və digər məlumatlara diqqət yetirməsi tövsiyə olunur. Bununla yanaşı, Yeni il hədiyyə qutularını alarkən onun qablaşdırılmasının deformasiya olunmadığına, əzilmədiyinə, korlanmadığına diqqət yetirilməlidir. Eyni zamanda qutuların içərisindəki məhsullar da diqqətdən yayınmamalıdır. Yadda saxlamalıyıq ki, hədiyyə qutularının içərisinə xüsusi saxlanma şəraiti tələb edən, müvafiq temperatur rejiminə riayət edilmədiyi təqdirdə xarab olma ehtimalı yüksək olan yoqurtlar, kremli qənnadı və kəsmik içlikli məmulatlar yerləşdirilməməlidir". Məlumatda qeyd olunub ki, hər bir istehlakçı ticarət yerlərindən aldığı Yeni il hədiyyəsi qutularının içərisindəki məhsulların təhlükəsizliyini təsdiq edən sənədləri tələb edə bilər: "Bəzi hallarda qutuların üzərində içərisindəki məhsullara dair siyahı yerləşdirilir. Siyahı olmadığı təqdirdə, qutuların içərisindəki məhsullarla tanış olmaq üçün satıcıya müraciət etmək tövsiyə olunur. İstehlakçı məhsulu aldıqda, mütləq şəkildə satıcıdan kassa qəbzini də tələb etməlidir. Eləcə də hədiyyə qutuları açılan zaman keyfiyyətsiz məhsullar aşkar edildiyi halda, ticarət yerlərində həmin məhsullar keyfiyyətlisi ilə dəyişdirilməlidir. Qeyd edək ki, məhsulların keyfiyyəti ilə yanaşı, onların düzgün istehlakı da əsas şərtlərdəndir. Belə ki, valideynlər aldıqları məhsulların uşaqlar tərəfindən istehlak edilmə miqdarına da diqqət yetirməlidirlər. Çünki ən keyfiyyətli şokolad, konfet və marmeladların belə həddindən artıq istehlakı uşaqlarda diatez, karies və artıq çəkiyə səbəb ola bilər". AQTA Yeni il hədiyyə qutularındakı qida məhsullarının tərkibi, yararlılıq müddəti, saxlanma şəraiti və digər hallarla bağlı şübhələr yaranacağı təqdirdə, bu barədə vəyəndaşların Agentliyinin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri ilə bağlı çağırış edib. |
2023-12-22 | 815,904 | Bu insanlar Qarabağdakı boş evlərə nə vaxt köçürüləcək? | Dünən Xankəndidə Prezidentin iştirakı ilə qələbə sevincini yenidən yaşadan əlamətdar hadisə baş verdi. Azərbaycan kubokunun 1/8 finalında “Qarabağ”ın MOİK-lə Xankəndidə qarşılaşması baş tutdu. Bu sevincin miqyasını dəfələrlə artırmaq olardı - əgər Xankəndiyə 5 ailə qaytarılsaydı. Axar.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət qurucluğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında çıxışı zamanı deyib. Millət vəkili əlavə edib ki, Ermənistan baş naziri ayda bir dəfə parlamentə gedib, sülh danışıqları barədə deputatları məlumatlandırır: “Biz baş nazirə əziyyət verməyək. Heç olmasa Xarici İşlər Nazirliyindən bir əməkdaş çağıraq, bizi məlumatlandırsın. Biz də öyrənək ki, zirzəmilərdə yaşayan, evləri ermənilər tərəfindən dağıdılmış soydaşlarımız Qarabağda boş qalmış evlərə nə vaxt köçürüləcək. Bizim centlmenliyimiz nə vaxtadək davam edəcək? Başqa səbəb varsa, onu da bilək. Çünki insanlarımız bu barədə yazır, bizdən soruşur. Onu da soruşaq ki, Qarabağda kənd həyatı bərpa olunacaqmı? Kənddə yaşayanların həyatyanı təsərrüfatı olacaqmı ki, ev heyvanları, quşlar saxlasınlar, meyvə-tərəvəz yetişdirsinlər. Digər bölgələrdə olduğu kimi, Qarabağda da torpaq islahatı aparılıb, kəndlilərə torpaq paylanılacaqmı? Qarabağda “ağıllı kənd” adı ilə indi tikilənlər şəhər tipli qəsəbələrdir. Onu da soruşmaq lazımdır ki, Qarabağda yaşamış və köçmüş ermənilər Azərbaycan vətəndaşlarını qəbul edərlərsə, onlara Azərbaycan pasportu veriləcəksə, niyə iş dalınca vətəni tərk etmiş soydaşlarımıza bu hüquq tanınmır? Onların pasportları dəyişdirilmir, yaxud pasport verilmir. Hesab edirəm ki, qanunvericilik qaydasında bu məsələ də öz həllini tapmalıdır”. |
2023-12-22 | 815,905 | ETTELAAT Ermənistan vətəndaşını həbs etdi | Ermənistan vətəndaşı olan gənc ailə İranın təhlükəsizlik məmurları tərəfindən saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə girov qarşılığında müvəqqəti sərbəst buraxılan Alisa Şahverdiyan məlumat yayıb. Yaxınlarını görmək üçün Ermənistandan İrana gələn A.Şahverdiyan cari ilin 15 avqustunda Tehran yaxınlığında yerləşən Pərdis bölgəsində həyat yoldaşı Akop Qoçomiyanla birlikdə həbs edildiyini deyib. “12 mülki geyimli məmur yaxınlarımızın təşkil etdiyi qonaqlığa basqın edərək bizi həbs etdi. Evdə axtarış apardılar”, - Alisa Şahverdiyan bildirib. O, bir neçə həftə Tehranın Evin həbsxanasında saxlanıldığını, hər gün saatlarla işgəncə edilərək dindirildiyini söyləyib. Alisa Şahverdiyan 2 milyard tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb. Ermənistan vətəndaşı olan həyat yoldaşı Akop Qoçomiyan isə təhlükəsizlik təcridxanasında saxlanılır. Onlara qarşı irəli sürülən ittiham barədə məlumat verilmir. |
2023-12-22 | 815,907 | SOCAR AQŞ Türkiyədə yeni qazma müqaviləsi imzaladı | SOCAR AQŞ-nin törəmə şirkəti SOCAR AQŞ «Sondaj Mühendislik Sanayi ve Ticaret A.Ş» (SOCAR AQŞ Türkiyə) Türkiyənin ən böyük özəl neft və qaz operatorlarından biri olan Çalık Petroleum şirkəti ilə daha bir mühüm müqavilə imzalayıb. Müqaviləyə əsasən, “SOCAR AQŞ Türkiyə” Türkiyənin Diyarbəkir vilayətində quruda yerləşən beş neft quyusunun təhlükəsiz və səmərəli şəkildə tamamlanması üçün qazma xidmətlərini təmin edəcək. “SOCAR AQŞ Türkiyə” səmərəliliyin artırılması və səs-küy səviyyəsinin azaldılması kimi xüsusiyyətlər daxil olmaqla, ənənəvi qazma qurğuları ilə müqayisədə əhəmiyyətli üstünlüklərə malik innovativ HH300 hidravlik qazma qurğusunu Türkiyədə ilk dəfə olaraq istifadə edəcək. SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev qeyd etmişdir: “Müştəri bazamızın şaxələndirilməsi Korporativ İnkişaf Strategiyamıza uyğundur. Bu yeni müqaviləni Türkiyədə imzalamaqla, işimizə olan öhdəliyimiz, innovativliyə olan yanaşmamız və daim mükəmməllik axtarışımız sayəsində uğur qazanacağımızı bilərək, qarşıdakı imkanları və çətinlikləri qəbul edirik”. “Biz böyük məmnuniyyətlə Çalık Petroleum ilə tərəfdaşlıq edirik və əminik ki, təcrübəmiz bu müqavilə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər üçün təminat rolu oynayacaq”, deyə “SOCAR AQŞ Türkiyə”-nin Ölkə üzrə Meneceri Famil Xələfov bildirmişdir. SOCAR AQŞ 2019-cu ildən bəri Türkiyədə qazma layihələri həyata keçirir və Türkiyə Respublikasının dövlət neft şirkəti olan «Turkish Petroleum Corporation» (TPAO) ilə imzalanmış son razılaşmalardan biri çərçivəsində daha dörd neft quyusu qazılacaq. SOCAR AQŞ həmçinin Türkiyədə Tuz Gölü yeraltı qaz anbarının genişləndirilməsi layihəsinə davam edir. Mükəmməllik, təhlükəsizlik və dayanıqlılıq kimi məqsədlərə daim sadiq olmaqla, SOCAR AQŞ regionda və qlobal miqyasda qazma və quyu xidmətlərinin aparıcı təchizatçısı kimi öz mövqeyini möhkəmləndirməyi hədəfləyir. |
2023-12-22 | 815,911 | Bakıda temperatur 17 dərəcəyə yüksələcək | Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sütunundan 747 mm civə sütununa enəcək. Nisbi rütubət 40-50% olacaq. Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacaq. |
2023-12-22 | 815,914 | Rusiyada prezidentliyə iddialı Anar Ramazanov kimdir? - Dosye | Rusiyada prezident seçkisinə Ümumxalq Birliyi Partiyasının tövsiyəsi ilə müfti Anar Ramazanovun da qatılacağı iddia olunur. Axar.az prezidentliyə namizəd olacaq Rusiya müftisi Anar Ramazanovun dosyesini təqdim edir: Anar Telman oğlu Ramazanov 13 avqust 1976-cı ildə Moskvada anadan olub. Açıq mənbələrdə onun Tatarıstan əsilli olduğu deyilir. O, 1992-1994-cü illərdə Suriyanın paytaxtdı Dəməşqdəki Əl-Fürqan İslam Kollecində təhsil alıb. Ramazanovun dini karyerası bütünlüklə strukturunda uzun illər müxtəlif vəzifələrdə çalışdığı Rusiya Federasiyası Müftilər Şurası və onun sədri Raviel Qaynutdinlə bağlı olub. 1997-ildə Rusiya Müftilər Şurasının xətti ilə Kostromada imam olub, Moskva İslam Kollecinin imam-xətib diplomunu alıb. Sonra Poklonnaya qoradakı Memorial məsciddə müəllim işləyib və 2009-cu ildə Çertanovoda “Kövsər” icmasını yaradıb və icmanın imam-xətibi olub. Gözlənilmədən Ramazanov Qaynutdinin yuristikasiyasını tərk etmək qərarına gəlir. Bunun üçün o, yeni müstəqil Müftilər Şurasını yaradıb. Yeni ruhani heyətinin təsisçiləri isə “Asiya” icması (sədri qırğız mühacirləri arasında işləyən vaiz Suyumbek Jusubeliyev), “İstok” maarifləndrici mərkəzi (sədri tatar türkü Xasim Kəbirov) və “Ruhani yol” şiə icması (sədri azərbaycanlı Yasin Əliyev) olub. Yasin Əliyevin təsisçilərdən biri olması böyük təəccüblə qarşılanıb, çünki Rusiyadakı şiə icmaları heç vaxt sünni müftiliklərinin yaradılmasında təsisçi kimi çıxış etməyiblər. Ramazanovun rəhbərlik etdiyi yeni dini qurumun diasporların birbaşa iştirakı ilə yaradıldığı iddia olunur. Burada qırğız və Azərbaycan diasporunun adları çəkilir. 2016-cı ildə isə o, Rusiya Müsəlman Gənclər Birliyinə rəhbərlik edib. Moskvadan kənarda Ramazanov daha çox qadınlar üçün “Müsəlman”, uşaqlar üçün isə “Atəşböcəyi” islam jurnallarının naşiri kimi tanınır. Ailəlidir, üç övladı var. |
2023-12-22 | 815,915 | Xalqımızı üsyana çağıran erməniyanlılar... | Xaricdəki ermənipərəst dairələr tərəfindən son günlər səsləndirilən bəzi çağırışlara da münasibət bildirmək istəyirəm. Onlar xalqımızı üsyana, inqilaba, küçələrdə barrikadalar qurmağa çağırırlar. Axar.az xəbər verir ki, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət qurucluğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında çıxışı zamanı deyib. Millət vəkili əlavə edib ki, onlara seçki yox, qan lazımdır: “Amma anlamırlar ki, o dövrlər artıq arxada qalıb. Düşünürəm ki, onlara ən böyük cavab xalqımızın seçkilərdə aktiv iştirakı olacaq”. |
2023-12-22 | 815,918 | Bəstəkarlar İttifaqının sədri telekanalları tənqid etdi | Televiziya kanallarına ziyalıları çağırıb onların rəyi öyrənilməlidir. Üzeyir Hacıbəyli bunumu istəyib ki, bizdə bəzi telekanallarda ancaq toy mahnıları səslənsin. Olsun, amma bizim intellektual səviyyə təkcə toy musiqiləri ilə bitmir. Axar.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə televiziya kanallarının ziyalıları efirə dəvət etməməsinə narazılığını bildirərkən deyib. Yaradıcı ittifaqların və mədəniyyət xadimlərinin l qurultayında çıxış edən F.Əlizadə eyni zamanda qeyd edib ki, bu il çox əlamətdar hadisələrlə yadda qalıb: "Biz bu il çox yüksək səviyyədə Ulu Öndər Heydər Əliyevin 100 illiyini keçirdik. Bu il ərzində Şuşaya getdik, həmin yerləri gəzib gördük. Mən onu xüsusilə vurğulamaq istəyirəm ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində təkcə qələbə qazanmayıb, həm də böyük qurucudur. Qarabağa gedib qısa zaman ərzində görülən quruculuq işlərini görmək, həmin möhtəşəmliyin şahidi olmaq bunu bir daha göstərir". |
2023-12-22 | 815,922 | Xarici qüvvələrin ölkəmizə qarşı planı | Bu gün Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu istiqamətində böyük uğurlar əldə edib. Ölkəmizdə həyata keçirilən mütərəqqi islahatların nəticəsi olaraq Azərbaycanda fikir plüralizmi, söz və vicdan azadlığı, çoxpartiyalılıq, rəqabətli siyasi və iqtisadi mühit formalaşıb. Ölkəmizdə siyasi partiyaların fəaliyyəti və inkişafı üçün əlverişli şərait yaradılıb. Axar.az xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib. O bildirib ki, Azərbaycanda 2024-cü il 7 fevral tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olundu ki, bu da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara bərabər imkanlar verdi. “Bir vacib məqamı da nəzərə almaq lazımdır ki, növbədənkənar seçkilərin keçirilməsi qərarından sonra AXCP qurultayının keçirilməsinə icazə verilib və bu məqsədlə Maştağa qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzində şərait yaradılıb. Lakin radikal müxalifət təmsilçiləri bütün bu yaradılan imkanlardan sivil siyasi rəqabət aparmaq üçün deyil, təxribat xarakterli bəyanatlar vermək, cəmiyyətdə çaşqınlıq və ixtilaf yaratmağa cəhd etmək üçün yararlanmağa çalışırlar". K.Qafarov vurğulayıb ki, radikalların tətbiq etməyə çalışdıqları “boykot” üsulunun strateji hədəfi, eyni zamanda, cəmiyyətdə seçki ilə bağlı yalan məlumat və qərəzli şayiələrin yayılmasından ibarətdir: “Ölkədə aparılan uğurlu siyasi islahatlar bütün mütərəqqi siyasi qüvvələrin bərabər imkanlarla fəaliyyətinə və inkişafına zəmin yaratdığı kimi, destruktiv mövqelərdən çıxış edən radikalların da real potensialını üzə çıxarmış oldu. “Siyasi partiyalar haqqında” yeni Qanuna uyğun olaraq cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkən radikal müxalifətin bütün uydurma mifləri puç olmuşdur. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə, növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçiblər. Məlumdur ki, “boykot” siyasi mübarizə üsulu deyil, qərəzli informativ manipulyasiyalar üçün münbit şərait yaradan siyasi texnologiyadır. Həm də bu üsul bütün sivil dünyada məhz “kirli” texnologiyaların klassik növü hesab olunur və ondan əsasən sabit ictimai münasibətlərdə emosional və qalmaqallı situasiyaları yaratmaq üçün istifadə olunur. “Boykot” hər hansı bir siyasi partiyanın prinsipial mövqeyini nümayiş etdirmək üçün deyil, bilavasitə təxribatlara yol açmaq məqsədilə tətbiq olunur". K.Qafarov bildirib ki, bir ölkədə siyasi sabitliyi pozmaq və həmin ölkənin daxili məsələlərinə müdaxilə etmək arzusunda olan xarici qüvvələr seçki prosesini təxribatlar üçün “universal” fürsət yaradan amil kimi dəyərləndirirlər: "Bu məqsədlərin həyata keçirilməsinə cəlb oluna biləcək ən real qüvvə isə, həmin ölkənin daxilində olan radikallardır. Çünki məhz radikal təfəkkürün əsasında kimlərinsə maraqlarına xidmət etmək və qrant layihələrindən faydalanaraq cəmiyyətdə ixtilaflar yaratmaq istəkləri durur. Cəmiyyətin inkişafına və milli həmrəyliyə zərər verə biləcək əməllər bütün dövrlərdə radikalların fəaliyyətini xarakterizə edən əsas keyfiyyətlər olublar. Buna görə də bu gün sağlam siyasi rəqabətin yeganə legitim vasitəsi olan seçkilərdə iştirak etmək əvəzinə, radikal müxalifətin məqsədi insanları qalmaqallı situasiyaları təhrik etməkdir, seçkilər ətrafında beynəlxalq informasiya ajiotajı yaratmaq və seçkidən sonrakı dövrdə təxribatları davam etdirmək üçün zəmin hazırlamaq yolunu seçməkdir. Əlbəttə ki, Azərbaycan xalqı bütün bu insinuasiyaların qiymətini yaxşı bilir. Buna görə də radikal müxalifətin seçkiləri “boykot” çağırışları da bütün digər qərəzli kampaniyaları kimi fiaskoya uğramağa məhkumdur”. |
2023-12-22 | 815,924 | Təbrizdə Çillə mərasimi keçirildi | Dekabrın 21-i gecə saatlarında yerli mədəniyyət xadimlərinin təşəbbüsü və şəhər bələdiyyəsinin 8-ci bölgəsinin təşkilatçılığı ilə Çillə gecəsi mərasimi keçirilib. Kult.az xəbər verir ki, mərasim Mobin mədəniyyət zalında baş tutub. Mərasimdə təbrizli mədəniyyət xadimləri, şairlər çıxış edib, Azərbaycanda Çillə gecəsinin tarixi, adət-ənənələri barədə danışıb və şeirlər oxuyublar. Mədəni tədbirin sonunda azərbaycanlı aşıqlar havacatlar ifa ediblər. |
2023-12-22 | 815,925 | Ukrayna bu istiqamətdə 500 rus hərbçini məhv etdi | Ukrayna ordusu son sutkada Tavriya istiqamətində 500-dən çox rusiyalı hərbçini məhv edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Qüvvələrinin Birləşmiş Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, ümumilikdə son sutkada Rusiya Tavriya istiqamətində 17 hava zərbəsi və 1 raket zərbəsi endirib, 1056 artilleriya atəşi həyata keçirib və 61 toqquşma olub. |
2023-12-22 | 815,926 | Keçmiş nazir prezidentliyə namizəd oldu | İqtisad elmləri doktoru, professor Fikrət Yusifov prezidentliyə namizədliyini irəli sürüb. Axar.az xəbər verir ki, bu barədə Musavat.com-a F.Yusifov özü məlumat verib. Qeyd edək ki, bununla da fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisinə namizədlərin sayı 8-ə çatıb. Xatırladaq ki, F.Yusifov Azərbaycanın keçmiş maliyyə naziridir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.