date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2023-12-21
815,473
Hizbullahın komanda mərkəzinə zərbə endirildi
İsrail ordusuna məxsus döyüş təyyarələri Livanda Hizbullah hərəkatının əməliyyat komanda mərkəzinə zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. “Bir müddət əvvəl döyüş təyyarələri Hizbullahın Livandakı əməliyyat komanda mərkəzinə zərbələr endirib”, - deyə bildirilib.
2023-12-21
815,474
Putin Türkiyəyə hazırlaşır: “İstanbul masası” aktivləşəcək?
Ukrayna və Rusiya arasında İstanbul danışıqlarının bərpası hər zaman gündəmdədir. Cənab Ərdoğanın danışıqlarla bağlı son təklifi və Putinin Türkiyəyə səfərinə hazırlıq Ankaranın həm Ukrayna, həm də digər məsələlərdə oynadığı strateji rolun göstəricisidir. Bu sözləri Axar.az-a Türkiyə lideri Ərdoğanın Ukrayna münaqişəsinin həlli ilə əlaqədar İstanbul danışıqlarının bərpasına çağırışı barədə danışan Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl deyib. Professor sülh danışıqlarının başlamasının yalnız tərəflərdən deyil, eyni zamanda bir sıra kənar faktorlardan da asılı olduğunu vurğulayıb: “İstanbul danışıqları başlayan zaman tərəflər sülhə indikindən daha yaxın idilər. Ancaq Qərb vəziyyətin daha da gərginləşməsini istədiyi üçün prosesin uğurla nəticələnməsinə müəyyən əngəllər yaratdı. İndi prosesin yenidən başlaması üçün tərəflərin nə istədiyini yaxşı bilməsi və siyasi iradə sərgiləməsi lazımdır. Bununla yanaşı, taxıl dəhlizi məsələsi qarşılıqlı etimadı gücləndirdiyinə görə danışıqlar prosesinə öz müsbət təsirini göstərirdi. Lakin Qərb burada da öz mənfəətini üstün tutdu, kasıb ölkələr dəhlizdən daşınan taxıldan yetərincə faydalana bilmədi. Fikrimcə, Türkiyədə əgər danışıqlar bərpa edilsə, taxıl dəhlizi ilə əlaqədar da müzakirələrin başlaması mümkündür. Kollektiv Qərbin də məsələyə münasibətinin, eyni zamanda, hazırda fərqli regionlarda gedən nüfuz savaşının gedişata böyük təsiri var. Prosesdə əsas məsələ isə Rusiyanın işğal edərək özünə birləşdirdiyi Ukrayna ərazilərinin taleyidir. Müharibə tərəflər üçün çoxlu sayda insan itkisi və külli miqdarda maddi ziyan deməkdir. Eyni zamanda sülh danışıqlarının nəticəsinin həm Moskva, həm də Kiyevin dövlət kimi imicinə, gələcəyinə, yeni qurulmaqda olan dünya düzənində tutacağı geosiyasi mövqeyə birbaşa təsiri olacaq. Ona görə də tərəflər hələlik sülh danışıqları ilə bağlı ehtiyatlı açıqlamalar verirlər”.
2023-12-21
815,475
“Boz Qurdlar” Kölndə bacardı: erməni abidəsi sökülür
“Boz Qurdlar” hərəkatının Almaniyanın Köln şəhərində qondarma “erməni soyqırımı” qurbanlarının “xatirəsinə” ucaldılan abidənin sökülməsinə nail olduğu təsdiqlənib. Axar.az xəbər verir ki, bu barədə qərarı Köln meri qəbul edib. Almaniya Erməniləri Mərkəzi Şurasının idarə heyətinin üzvü Samvel Lulukyan deyib ki, heykəl ilin sonuna kimi sökülməlidir. Onun sözlərinə görə, bunda “Boz Qurdlar”ın təsiri olsa da, əsasən Türkiyənin dünyada güclənən mövqeyinə və siyasi gücünə görə bu qərar verilib. Lulukyan onu da qeyd edib ki, ümumiyyətlə, abidənin ucaldılması ilə bağlı rəsmi icazə də olmayıb, sadəcə, erməni diasporu bunu gətirib və qoyub. "Müxtəlif məhkəmə prosesləri getdi, diplomatik kanallarla buna qarşı çıxmağa çalışdılar, lakin sonda qərara gəldilər ki, 2017-ci ildə icazəsiz qoyulan abidə sökülməlidir", - Lulukyan bildirib.
2023-12-21
815,476
Bu ölkədə üsyançılar əsas yolları bağladılar
Malidəki üsyançılar ölkənin şimalındakı əsas yolları bağlayıblar. Axar.az xəbər verir ki, bu barədə Frans Press agentliyi məlumat yayıb. Silahlı üsyançı qrupların ittifaqı olan Daimi Strateji Qurum Malinin Əlcəzairlə sərhədindən Menaka, Kidal, Gao, Timbuktu və Taoudenni şəhərlərinə gedən yolları tamamilə blokadaya aldıqlarını bəyan ediblər. Qeyd olunur ki, blokada bütün növ məhsul və nəqliyyat vasitələrinə şamil edilir. Agentlik qeyd edir ki, Malinin üsyançı qrupları son həftələr ölkə ordusunun hücumu çərçivəsində bir sıra yaşayış məntəqələrinə nəzarəti itirib.
2023-12-21
815,477
Çerkassda partlayışlar baş verdi
Ukraynanın Çerkass vilayətində partlayışlar baş verib. Axar.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb. Bildirilib ki, partlayışların regionun şimalında qeydə alınıb. Bundan əlavə, Dnepropetrovsk, Kiyev, Kirovoqrad, Poltava, Xarkov, Xmelnitski, o cümlədən Çerkassda hava həyəcanı siqnalı elan edilib.
2023-12-21
815,478
Bu, III Dünya müharibəsinin başlanğıcı olacaq - Fitso
Slovakiya hökumətində çoxluq təşkil edən partiyanın Ukraynanın NATO-ya üzvlüyü ilə razılaşmaması təəccüblü deyil. Çünki bu, III Dünya müharibəsinin başlanğıcı olacaq. Axar.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso deyib. R.Fitso bunun heç vaxt baş verməyəcəyinə inandığını söyləyib. Bundan əlavə, o, Ukraynanın AB-yə daxil olması üçün illər lazım olacağını bildirib və belə bir qərarın əleyhinə olmadığını vurğulayıb.
2023-12-21
815,479
Ali Məhkəmədən Drakonla bağlı qərar
Ali Məhkəmədə həbsdə olan tanınmış rejissor, aktyor Rza Rzayevin şikayəti əsasında proses keçirilib. Kult.az xəbər verir ki, 20 dekabrda baş tutan iclasda birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Qeyd edək ki, Rza Rzayev may ayının 18-i Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında 2 il müddətinə həbs edilib.
2023-12-21
815,480
Ən təhlükəli bayram yeməkləri hansılardır?
Ənənəvi Yeni il yeməkləri 10 gün ərzində insanı kökəldib, bədən formasını dəyişdirə bilər. Axar.az Medicina.az-a istinadən xəbər verir ki, diyetoloqlar Yeni il yeməklərindən uşaqlar və qadınlar üçün ən zərərli olanlarının adını açıqlayıb. İlk növbədə bu çoxqatlı, laylı, mayonezli salatlardır. Orda eyni zamanda yağ, karbohidrat, duz, mayonez var. Eləcə də yağda qızardılmış qırmızı ət. Yalnız kabab və qrildə hazırlanmış ət yeyə bilərsiniz. Farşlı yeməklər, göbələk, əridilmiş pendirlə farş, ətli piroqlar, qat-qat xəmirdən şirniyyatlar da kalori bombasıdır. Tort, keks və şirin içkilər də süfrədə varsa, sağlamlığı unudun.
2023-12-21
815,481
Putin qalib gəlsə... - Borrelldən xəbərdarlıq
Rusiyanın Ukraynaya qarşı müharibəsi təkcə Kiyevi deyil, həm də Avropa demokratiyasını təhdid edir. Axar.az xəbər verir ki, bu sözləri Avropa Birliyinin (AB) xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib. O qeyd edib ki, Putin qalib gələrsə, AB layihəsi böyük zərər görəcək: “Əgər biz tez bir zamanda kursumuzu dəyişməsək və bütün imkanlarımızı səfərbər etməsək, Putinin Ukraynadakı müharibədə qalib gəlməsinə imkan versək və Qəzzada faciəni dayandıra bilməsək, layihəmizə ciddi ziyan dəyəcək”. Borrellin sözlərinə görə, məsələ qısa müddətdə Rusiyanın Ukraynanı cəbhə xəttində məğlub edib-etməməsi deyil, Avropanın Rusiyanın müharibədə qalib gəlməsinin qarşısını almaq üçün nə etdiyidir.
2023-12-21
815,482
Bu, Fransa üçün məğlubiyyətdir - Olland
Fransada miqrasiyanı sərtləşdirmək üçün qəbul edilmiş qanun ölkə üçün məğlubiyyətdir. Axar.az xəbər verir ki, bunu Fransanın keçmiş prezidenti Fransua Olland “Monde” qəzetinə müsahibəsində deyib. "Bu, respublika üçün məğlubiyyətdir. Konstitusiyaya zidd müddəalarla mətn qəbul edildikdə, bu, irəliləyiş kimi qiymətləndirilə bilməz", - Olland bildirib. Qeyd edək ki, dekabrın 20-də Fransa parlamenti miqrasiyanın sərtləşdirilməsinə dair mübahisəli qanun layihəsinin mətnini təsdiqləyib. Fransada "Darmanin" qanunu adlanan yeni sığınacaq və miqrasiya qanunu qeyri-qanuni miqrantların deportasiyasına nəzarəti gücləndirmək üçün bir çox tədbirləri ehtiva edir. Bu, həmçinin cinayət törətmiş əcnəbilərin Fransadan deportasiyasını nəzərdə tutur.
2023-12-21
815,484
Neftin bu günə olan qiyməti
Dünya birjalarında neft bahalaşmaqda davam edir. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 79,35 dollara, yüngül neftin bir barreli isə 73,88 dollara təklif olunur.
2023-12-21
815,486
Bakının bu rayonunda qaz olmayacaq
Bu gün Bakının Binəqədi rayonunun bəzi küçələrində qaz təchizatı dayandırılacaq. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyi məlumat yayıb. Məlumata görə, Çənlibel Qaz Tənzimləmə Məntəqəsindən (QTM) qidalanan 7-ci və 8-ci mikrorayonları təbii qazla təmin edən yeraltı qaz xəttinin korroziyaya uğraması səbəbindən əvəzlənməsi və mövcud şəbəkəyə qoşulması ilə əlaqədar adıçəkilən QTM-dən dekabrın 21-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Təmir işləri görülən müddətdə Binəqədi rayonunun M.Rəsulzadə qəsəbəsinin və S.S.Axundov küçəsinin bir hissəsinin, həmçinin İ.Hacıyev, Koroğlu, F.Rüstəmov, İ.Dadaşov, N.Nərimanov, Ş.Məmmədova küçələrinin isə tam olaraq qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
2023-12-21
815,489
Bakıda yol kəsişmələrində yaşıl boya çəkilir - Foto
Bakıda velosiped yolları layihəsi çərçivəsində yol kəsişmələrində təhlükəsizlik tədbirlərinin artırılması məqsədilə yaşıl boya çəkilir. Bu barədə Axar.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, həmin kəsişmələrdə yaşıl boya velosipedlərin hərəkətinin üstün olduğunu bildirir və nəqliyyat vasitələri tərəfindən zolaqla hərəkət edən velosipedçi, skuterçilərə yol verilməsini tələb edir. Eyni zamanda qeyd olunan nişanlanma mikromobillik vasitələrinə diqqətli olmalarını bildirir.
2023-12-21
815,492
Çində zəlzələ nəticəsində ölənlərin sayı 135-ə çatdı
Çinin şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 135 nəfərə çatıb. Axar.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Məlumata görə, şimal-qərbdəki Qansu əyalətində 113 nəfər, qonşu Çinxay əyalətində 22 nəfər ölüb. Daha 12 nəfərin isə itkin düşdüyü bildirilir.
2023-12-21
815,496
İsrail ordusunun daha 3 hərbçisi həlak oldu
İsrail ordusunun daha 3 hərbçisi Qəzzada həlak olub. Axar.az xəbər verir ki, məlumatı İsrail Müdafiə Qüvvələri yayıb. Bildirilib ki, ötən gün İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi yerüstü hərbi əməliyyatlar zamanı 2 leytenant (21 yaşlı Omri Şvartz, 20 yaşlı Yakov Elian) və 1 çavuş (19 yaşlı Lavi Qhasi) həlak olub. Ölən hərbçilərin ailələri məlumatlandırılıb.
2023-12-21
815,497
Ermənilərdən Qarabağ hədəsi: Yeni müharibə...
Qarabağdan İrəvana qaçan keçmiş separatçı rejimin qondarma “təhlükəsizlik şurasının katibi” Samvel Babayan Azərbaycanla sülh sazişi imzalamaq istəyən Ermənistan hakimiyyətinə qarşı çıxıb. Axar.az Publika.az-a istinadən xəbər verir ki, Babayan indi sülh bağlansa da, müharibənin yenidən başlanacağını iddia edir. “Ermənistan hökuməti sülh müqaviləsini elə hazırlayır ki, 20-25 ildən sonra nəvələrim müharibəyə gedəcək. Onlar elə bilirlər ki, sülhə gedirlər, lakin bu sülh yox, müharibədir, sadəcə olaraq, onu nəsildən-nəsilə ötürürsən. 100 il əvvəl olmuş hadisələrə görə bu gün də Türkiyə ilə münasibətlər qurmaq istəyənlər satqın adlandırılır. Hazırda diaspor mövcud hakimiyyəti qəbul etmir”, - o iddia edib. Babayan Azərbaycanı dolayısı ilə hədələməyə cəhd göstərib. Bildirib ki, Qarabağda ermənilərə “muxtariyyət” verilməsə, heç vaxt sülh olmayacaq, müharibə yenidən başlanacaq. O, yeni müharibənin 20 il sonra başlayacağını iddia edin. Qeyd edək ki, Babayan Paşinyana yaxınlığı ilə seçilir. Erməni baş nazir ondan separatçıları parçalamaq, ümumiyyətlə, qondarma “artsax” ideyasını nəzarətə götürmək üçün istifadə edir. İstisna deyil ki, Babayanın Paşinyan hökumətini tənqid edən bu çıxışı məhz separatçılar arasında özünü “Qarabağda erməni gələcəyini düşünən” şəxs kimi göstərmək məqsədi daşıyır.
2023-12-21
815,499
HƏMAS İsrailin atəşkəs razılaşmasını rədd etdi
HƏMAS girovların azad edilməsi müqabilində İsrailin təklif etdiyi bir həftəlik atəşkəs razılaşmasını rədd edib. Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” nəşri misirli mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, İsrail təcili tibbi yardıma ehtiyacı olan bütün qadın, uşaq və qocalar da daxil olmaqla, 40 nəfərin azad edilməsini istəyib. Bunun müqabilində İsrail Qəzza zolağında quru və hava əməliyyatlarını bir həftə müddətinə dayandırmağı təklif edib, həmçinin anklava humanitar yardım axınına zəmanət verib. Nəşrin mənbələri bildiriblər ki, HƏMAS nümayəndələri yalnız atəşkəsdən sonra israilli girovların qaytarılması məsələsini müzakirə etməyə hazır olduqlarını bəyan ediblər. Bundan başqa, “İslami Cihad” qruplaşması 100-dən çox girov müqabilində İsraildən bütün üzvlərini həbsxanalardan azad etməyi tələb edib.
2023-12-21
815,500
Miley Argentinada fövqəladə vəziyyət elan etdi
Argentina Prezidenti Xavyer Miley 2025-ci il dekabrın 31-dək ölkədə iqtisadi, səhiyyə və sosial sahədə fövqəladə vəziyyət elan edib. Axar.az xəbər verir ki, bu barədə müvafiq fərman Argentina hökuməti tərəfindən yayılıb. “2025-ci il dekabrın 31-dək iqtisadi, maliyyə, fiskal, inzibati, pensiya, tarif və sosial sahələrdə, o cümlədən səhiyyə sahəsində fövqəladə vəziyyət elan edilir”, - məlumatda deyilib. Qeyd olunur ki, fövqəladə vəziyyətin elan edilməsi Mileyə iqtisadiyyatın liberallaşdırılmasına və tənzimlənməsinə yönəlmiş islahatlar paketinin fərdi olaraq Konqresdən keçməsinə haqq qazandırmaq üçün lazımdır. Ümumilikdə, fərman 360-dan çox maddədən ibarətdir ki, onların da əhəmiyyətli hissəsi mövcud qanunların ləğv olunmasını və ya onlara dəyişikliklər edilməsini nəzərdə tutur.
2023-12-21
815,508
Azərbaycana qış fəsli nə vaxt gəlir?
Sabah Azərbaycana qış fəsli gəlir. Axar.az xəbər verir ki, qış günəşduruşu dekabrın 22-si saat 07:27-də olacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san, gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san olacaq.
2023-12-21
815,510
İlham Əliyev Şuşada... - Foto
10:09 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa şəhərində 23 binadan ibarət ilk yeni yaşayış kompleksində və Qarabağ küçəsində aparılan tikinti işləri, “Aşağı Gövhər Ağa” məscidində aparılan bərpa və Daşaltı kənd məscidinin tikinti işləri ilə tanış olub. Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *** Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa şəhərində 23 binadan ibarət ilk yeni yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olub. Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verdi. Bildirildi ki, 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Burada 8 binanın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Kompleksin yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır. Dövlətimizin başçısı yaşayış kompleksində hazır mənzillərə baxdı. Məlumat verildi ki, yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq. Mənzillərin əksəriyyəti keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək. Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaq. Keçmiş məcburi köçkünlərin bu binalara köçürülməsinə 2024-cü ilin birinci rübündə başlanılacaq. Diqqətə çatdırıldı ki, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. *** Dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərinin Qarabağ küçəsində aparılan tikinti işləri ilə tanış olub. Dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi. Bildirildi ki, şəhərin mərkəzi küçəsinin layihəsi ümumilikdə 10 bina olmaqla dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Tikilməkdə olan binalarda artıq dəmir-beton konstruksiya işləri yekunlaşmaq üzrədir. Binalarda fasad və dam örtüyü işlərinə tezliklə başlanılacaq. Həmçinin layihə çərçivəsində Sadıqcanın evinin bərpa işlərində də başlanılıb. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti bu küçəyə rəmzi olaraq “Qarabağ” adını verib. Gövhər Ağa məscidi, “Qarabağ” oteli, xüsusi nümayəndəliyin binası Şuşanın mərkəzini əhatə edən bu küçədə yerləşir. Küçənin yenidən qurulması zamanı Şuşanın tarixi-milli memarlıq üslubunun qorunması xüsusilə diqqət mərkəzində saxlanılır. Tikinti işləri yüksək səviyyədə həyata keçirilir. *** Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa şəhərində Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olub. Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib. Bildirilib ki, Şuşada Heydər Əliyev Fondu tərəfindən ən geniş bərpa işlərindən biri dağıntıların miqyasına uyğun olaraq Aşağı Gövhər Ağa məscidində aparılır. Aşağı Gövhər Ağa məscidi XIX əsrdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib. Tarixi mədəniyyət abidəsi olan Aşağı Gövhər Ağa məscidi işğal dövründə ermənilər tərəfindən vandalizmə məruz qalmışdır. Ötən müddətdə yerli və beynəlxalq ekspertlər məscidin mövcud vəziyyətinə dair qiymətləndirmə və layihələndirmə işləri aparıblar. Buna uyğun olaraq “PAŞA Holdinq”in dəstəyi ilə məsciddə bərpa-təmir işləri həyata keçirilir. Bərpa işləri Avstriya, İtaliya, Latviya və Türkiyədən olan mütəxəssislərin nəzarəti ilə aparılır. Ötən müddətdə məscidin minarələri bərpa olunub, dam və döşəmə örtükləri dəyişdirilməklə bir sıra təmir işləri həyata keçirilib. Məsciddə bərpa-təmir işləri davam edir. Qeyd edək ki, Heydər Əliyev Fondu Şuşada bir sıra tarixi mədəniyyət abidələrimizin, o cümlədən məscidlərin bərpa və tikinti işlərini həyata keçirir. Artıq bərpası başa çatmış Yuxarı Gövhər Ağa, Saatlı məscidləri bu ilin may ayında istifadəyə verilib. Hazırda Heydər Əliyev Fondu tərəfindən Şuşada Mamayı və Çöl Qala məscidlərində bərpa işləri, o cümlədən Yeni Şuşa məscidinin tikintisi davam edir. *** Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa rayonunun Daşaltı kənd məscidində tikinti işlərinin gedişi ilə tanış olub. Dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi. Azad edilmiş ərazilərimizdə işğal dövründə düşmən tərəfindən dağıdılmış dini-mədəni abidələrimiz bərpa olunur və yeniləri tikilir. Bunlardan biri də Daşaltı kənd məscididir. Daşaltı məscidinin təməli 2021-ci il noyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Hazırda məsciddə, köməkçi binalarda və istinad divarında dəmir-beton və daş hörgü işləri davam edir. Tikinti işlərinin 2024-cü ilin ikinci rübündə başa çatdırılması planlaşdırılır.
2023-12-21
815,511
Rusiyanın Ukrayna üçün inanılmaz sülh şərti
Moskvanın Ukrayna ilə bağlı sülh prinsiplərini daha dəqiq formalaşdırmaq vaxtıdır. Qərb Ukrayna ordusunun məğlubiyyətə uğradığını anladı və indi Qərbin strategiyasının növbəti mərhələsinin nə olacağına qərar verilir. Rusiya sülh formulu uzunmüddətli sülhə zəmanət verməli və bir neçə prinsipə əsaslanmalıdır. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib. “Bu prinsiplərə gəlincə, Zelenski yeni azad seçkiyə qədər, keçid dövrü üçün vəzifəsində qalır. Lakin hökumət buraxılır və Beynəlxalq Sülh Komissiyası tərəfindən müvəqqəti administrasiya formalaşdırılır. Rusiya, Çin, ABŞ, AB, Hindistan, Braziliya və Cənubi Afrikanın iştirakı ilə Keçid Dövrü üzrə Beynəlxalq Sülh Komissiyası yaradılır. Britaniyanın iştirakı olmadan. Denasifikasiya. Neonasizmin bütün təzahürləri tamamilə qadağan edilməlidir. Russuzlaşdırmaya son. 2003-cü ildən bəri rus dilinə qarşı bütün qərarlar ləğv edilməlidir. Rus dili ikinci dövlət dili statusu almalıdır. Dekolonizasiya. ABŞ, İngiltərə, NATO, AB və bütün Avropa Birliyi, eləcə də NATO ölkələrindən olan məsləhətçilər geri qayıtmaq hüququ olmadan Ukraynanı tərk edir. NATO ölkələrinin bütün silahları Ukraynadan çıxarılır. Dini azadlıq. Ukrayna Pravoslav Kilsəsi 2003-cü ilə qədər nəzarətində olan hər şeyi geri qaytarır. Demokratikləşmə. Bütün siyasi məhbuslar azadlığa buraxılır. 2013-cü ildən qadağan olunmuş bütün partiyalara və mediaya icazə verilir. Bütün siyasi qaçqınlar dövlət və beynəlxalq təhlükəsizlik zəmanəti altında geri qaytarılır. Ukrayna ordusu buraxılır. Bütün güc strukturları yenidən formatlaşdırılır. Federallaşma. Nümunə olaraq, ABŞ, Almaniya, Rusiyanı göstərmək olar. Ərazilərin yenidən təşkili. Xerson və Zaporojye, “dxr” və “lxr” Rusiyaya qayıdır. Tam denasifikasiyadan və demokratikləşmədən bir il sonra azad seçki keçirilir. Ukrayna Mərkəzi Seçki Komissiyası beynəlxalq sülh komissiyası tərəfindən yaradılır”, - o bildirib.
2023-12-21
815,514
FHN İT resurslarını qismən “Hökumət buludu”na köçürdü
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası məqsədilə Fövqəladə Hallar Nazirliyi (FHN) informasiya sistemlərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən AzInTelecom MMC-yə məxsus Data Mərkəzinə miqrasiyasını həyata keçirib. Axar.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Nazirlik “Hökumət buludu”na miqrasiya çərçivəsində AzInTelecom MMC tərəfindən təklif edilən IaaS (Infrastructure-as-a-Service) bulud infrastrukturu xidmətindən yararlanıb. Nazirlik informasiya sistemlərini qismən AzInTelecom MMC-yə məxsus Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin etmişdir. Fövqəladə Hallar Nazirliyinin ümumi infrastrukturunun qiymətləndirilməsi nəticəsində hesabat hazırlanıb və bunun əsasında İT sistemlərin miqrasiyası üçün konsultasiya xidməti verilib. İlkin mərhələdə texniki xüsusiyyətlər və əhəmiyyətlilik dərəcəsi nəzərə alınaraq İT resurların mərhələli şəkildə miqrasiyasını özündə əks etdirən Yol Xəritəsi hazırlanıb. Dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərclərinin azalması və informasiya sistemlərinin məhsuldarlığının artırılması ilə bərabər informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur. AzInTelecom MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malikdir.
2023-12-21
815,519
Babayan Bakı ilə danışmaq üçün “təkidlə” icazə istəyir - Video
10:26 Qarabağ separatçısı Samvel Şahramanyan 44 günlük müharibənin şərtlərini araşdırmaq üçün Ermənistan parlament komissiyasının iclasında iştirak etdikdən sonra İrəvan hakimiyyəti ilə yaxınlaşıb. Axar.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. “Əlbəttə, söhbət yüksək rütbəli dairələrlə yaxınlaşmaqdan getmir. Çünki Qarabağdan gəldikdən sonra o, hələ də Paşinyanın qəbuluna düşməyib. Lakin Şahramanyan onun başının altına yastıq qoymağa və onu Qarabağa aid proseslərdən uzaqlaşdırmağa çalışan orta dairələrlə yaxınlaşıb. O, İrəvan hakimiyyətinə nə qədər biət etsə də, ona qeyd-şərtsiz etibar olmayacaq. Bu dairələrin vəzifəsi Şahramanyanı oyundan kənarlaşdırmaq və onun yerinə Samvel Babayanı (müharibə cinayətkarı - red.) irəli çəkmək, sonuncunu Qarabağ ermənilərinin işlərinə məsul şəxs təyin etməkdir. Bu yaxınlarda Babayan və Şahramanyan Qarabağ sakinlərinin evlərinə qayıtması məsələsini müzakirə etmək üçün görüşüblər. Babayan yenidən Qarabağ ermənilərinin qaytarılması məsələsini həll etmək üçün Azərbaycanla danışıqlara təkidlə icazə istəyib. Əgər o, bu işi bacarmasa, o zaman Qarabağ ermənilərini Zəngəzurda (Sünik) kompakt şəkildə yerləşdirməyə çalışacaq”, - məlumatda deyilir.
2023-12-21
815,522
Ordumuzda ictimai-siyasi hazırlıq məşğələləri keçirilir
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, hərbi qulluqçuların maarifləndirilməsi üzrə tədbirlər çərçivəsində Azərbaycan Ordusunda ictimai-siyasi hazırlıq məşğələləri keçirilir. Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq keçirilən məşğələlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çıxışlarında Azərbaycan Ordusu haqqında səsləndirdiyi fikirlər, eləcə də ölkəmizdə və dünyada baş verən hadisə və yeniliklərlə bağlı məlumatlar şəxsi heyətə çatdırılır. Bundan başqa, hərbi qulluqçularla aparılan söhbətlər zamanı döyüş əməliyyatlarında qəhrəman hərbçilərimizin göstərdikləri igidlik və şücaət nümunələrindən danışılır, azad olunmuş ərazilərimizin tarixindən bəhs edilir. Tərbiyəvi iş və siyasi məlumatlandırma saatlarında, həmçinin şəxsi heyəti maraqlandıran suallar cavablandırılır və xidmətləri ilə bağlı lazımi tövsiyələr verilir.
2023-12-21
815,524
Nikol TŞ-ni çağırdı: taxıl qıtlığı yaşanır
Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Təhlükəsizlik Şurasının dünənki iclasında digər məsələlərlə yanaşı, Ermənistanın ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər də müzakirə edilib. Ərzaq təhlükəsizliyi məsələsi, xüsusən də taxıl qıtlığı rəsmi dairələrdə narahatlıqla müzakirə olunur. Axar.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb. Nəşr bildirib ki, statistika kifayət qədər həyəcanvericidir. Ötən illə müqayisədə Ermənistan bu il təxminən 30 faiz az buğda istehsal edib ki, bu da Rusiyadan ucuz buğda idxalı ilə bağlıdır. “Bununla yanaşı, dövlətin strategiyası yoxdur və yanacaq və gübrə ilə bağlı subsidiyalar vermir ki, bu da əkin sahələrinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub”, - məlumatda qeyd olunub.
2023-12-21
815,527
Bakıdan gedən minlərlə şəxs Xankəndiyə çatdı - Video
Bu gün saat 14:00-da Xankəndi stadionunda “Qarabağ”-MOİK oyununu izləmək üçün Bakıdan gedən azarkeşlər, media nümayəndələri artıq Xankəndidədir. Axar.az xəbər verir ki, bu barədə “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu görüntü paylaşıb. “Bakıdan yola düşən minlərlə vətəndaşımız Xankəndiyə çatdı! Bu gün orada futbol var! Qarabağ oynayır!” – o qeyd edib.
2023-12-21
815,529
Qarabağda AzQAC-ın ofisləri açılacaq - Bu şəhərlərdə...
10:52 Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ofisləri Xankəndi, Xocalı və Əsgəranda fəaliyyət göstərəcək. Axar.az xəbər verir ki, bunu Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, mövcud infrastruktur dəyərləndirildikdən sonra Xankəndi, Xocalı və Əsgərənda ofislərin fəaliyyətə başlaması gözlənilir. "Məsələnin dərindən müzakirəsi yəqin ki, gələn il olacaq", - N.Aslan vurğulayıb.
2023-12-21
815,530
Rəisi Nikola yenə “ərazi bütövlüyü”ndən danışdı
İran Qafqaz regionu ilə kommunikasiya marşrutları və infrastrukturun açılması üçün istənilən addımları, eləcə də platformaları dəstəkləyir. Eyni zamanda, bütün ölkələrin milli suverenliyi və ərazi bütövlüyü prinsipinə hörmət etməklə, bunu sülhün möhkəmləndirilməsi, qonşularının maraqlarının təmin edilməsi istiqamətində atılmış təsirli addım kimi qiymətləndirir. Axar.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Ermənistanın Baş naziri Nikol Paşinyanla ötən gün baş tutan telefon danışığında bildirib. Rəisi Qafqazı sülhə ehtiyacı olan mühüm region kimi xarakterizə edib: “İranın Qafqazla bağlı xarici siyasəti müəyyən edilib. Qafqaz regionunun regiondankənar ölkələrin rəqabət meydanına çevrilməməsini və onun məsələlərinin kənar şəxslərin müdaxiləsi olmadan region ölkələri tərəfindən həllini təmin etmək lazımdır”. İran Prezidenti Tehranda “3+3” görüşünün uğurla keçirilməsini regional münasibətlərin və əməkdaşlığın möhkəmləndirilməsi, region ölkələri arasında bir-biri ilə münasibətlərin normallaşdırılması istiqamətində konstruktiv addım qiymətləndirib: “Region ölkələrinin qarşılıqlı fayda və mənafelərini təmin etmək məqsədilə mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilməsi və əlaqələrin möhkəmləndirilməsi İranın əsas siyasətidir”.
2023-12-21
815,533
Bryanska PUA hücumu edildi
Rusiya Bryansk vilayətinin Surajsk rayonu üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA-nı məhv edib. Axar.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Boqomaz məlumat verib. Onun sözlərinə görə, tələfat və dağıntı yoxdur.
2023-12-21
815,534
Prezident Xocalının Dağdağan kəndində - Foto
10:56 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Xocalı rayonunun Dağdağan kəndində olub. Axar.az xəbər verir ki, dövlətimizin başçısı kəndin ərazisinə baxış keçirib. Qarabağ dağ silsiləsinin ətəyində yerləşən Dağdağan kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində kənd separatçılardan təmizlənib.
2023-12-21
815,537
Hindistan Rusiyanın 6 tankerini ölkəyə buraxmadı
Ümumilikdə təxminən beş milyon barrel “Sokol” markalı neft daşıyan Rusiyanın 6 tankeri Hindistana buraxılmayıb. Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb. Məlumata görə, tankerlərdən beşi “Sovkomflot”a məxsusdur. Bildirilib ki, “NS Century” tankeri noyabrın 16-da Şri-Lankadan cənubda dayanıb. Son həftədə isə ona Vadinar limanına yollanan daha iki tanker qoşulub. Bundan başqa, “Krımsk”, “Nellis” və “Liteynıy prospekt” tankerləri də təyinat yerlərinə çata bilməyiblər. Hər 3 tanker Hindistanın şərqindəki Paradip limanına gedirmiş.
2023-12-21
815,542
666-cı gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 666-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 350 270 hərbçi, 5 828 ədəd tank, 10 825 ədəd zirehli döyüş maşını, 8 226 ədəd artilleriya sistemi, 932 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 611 hava hücumundan müdafiə sistemi, 324 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 919 ədəd avtomobil texnikası, 6342 ədəd PUA, 1 613 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 208 xüsusi avadanlıq itirib.
2023-12-21
815,547
AzQAC seçkilərdə İlham Əliyevi dəstəkləyəcək
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) gələn il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyevi dəstəkləyəcəyini bəyan edib. Axar.az xəbər verir ki, bu barədə AzQAC-ın icraçı katibi Ceyhun Mirzəyev qurumun növbədənkənar XXVI Baş Məclisində hesabat tədbirində çıxışı zamanı məlumat verib. O bildirib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu dəfə də Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir, onunla birlikdə olduqlarını bəyan edir.
2023-12-21
815,551
Məşhur marketdə yoxlama: Müddəti bitmiş məhsullar...
Bakıda fəaliyyət göstərən marketlərdən birində satılan dovğa məhsullarının istifadə müddətlərinin bitməsi ilə bağlı mediada yayılan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılıb. Qeyd olunan qida məhsullarının Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Bəy Topçubaşov küçəsi, ev 346 ünvanında yerləşən, fiziki şəxs Elman Ağaxan oğlu Salmanova məxsus “Okean” marketdə satışının həyata keçirildiyi müəyyən edilib. Axar.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar olaraq, agentliyin müfəttişləri həmin marketdə plandankənar yoxlama aparıb. Yoxlama zamanı ticarət obyektinin satış vitrinində kütləvi informasiya vasitələrində yayılmış yararlılıq müddəti bitmiş dovğa məhsullarına rast gəlinməyib. Buna baxmayaraq, aparılan yoxlama zamanı satışda olan digər qida məhsullarının da yararlılıq müddətinə baxış keçirilib. Baxış zamanı son istifadə müddəti bitmiş “Buva” əmtəə nişanlı 9 ədəd 0,33 litrlik qazsız təbii mineral su və digər məhsullar aşkar edilib. Yararlılıq müddəti bitmiş məhsullar dərhal satışdan kənarlaşdırılıb. Yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq, ticarət obyektinin rəhbərliyinə qida məhsullarının satışı zamanı yararlılıq müddətinin daimi nəzarətdə saxlanması ilə bağlı ciddi xəbərdarlıq olunub. Eyni zamanda aşkar olunan uyğunsuzluqlarla bağlı rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib edilib. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.
2023-12-21
815,552
Məktəblərdə bu mövzular da tədris olunacaq
Azərbaycan məktəblərində gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzular tədris olunacaq. Axar.az xəbər verir ki, bununla bağlı "Təhsil haqqında" qanuna dəyişiklik layihəsi parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb. Komitə sədri Bəxtiyar Əliyev gündəliyə bir məsələnin - Mülki Prosessual, Cinayət-Prosessual və İnzibati Xətalar məcəllərinə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” qanunlara dəyişiklik layihəsinin (birinci oxunuş) daxil edildiyini deyib. Müzakirəyə təqdim olunan qanun layihəsi barədə məlumat verən komitə sədri bildirib ki, layihə məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və məişət zorakılığından zərər çəkmiş şəxslərin hüquqlarının daha səmərəli təmin edilməsi məqsədilə hazırlanıb. O, diqqətə çatdırıb ki, sənəddə “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklik məişət zorakılığının qarşısının alınması və zorakılığa yol verilməməsinin təşviqi məqsədilə təhsilin məzmununa və təşkilinə dair ümumi tələblərin dairəsinə dərsdənkənar məşğələlər zamanı təhsilalanların yaş xüsusiyyətləri nəzərə alınmaqla, qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzuların tədrisinin daxil edilməsini nəzərdə tutub. Qanun layihəsi ilə bağlı çıxış edən komitənin sədr müavini Musa Qasımlı və komitə üzvləri Kamilə Əliyeva, Etibar Əliyev, Aqiyə Naxçıvanlı, Tamam Cəfərova, Anar İsgəndərov dəyişikliklərin əhəmiyyətini və aktuallığını qeyd ediblər. Deputatlar təhsil sahəsi ilə bağlı bəzi qeydlərini də səsləndiriblər. Onlayn iclasın sonunda qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub. İclasda komitə üzvləri Ülviyyə Ağayeva, Afət Həsənova, Rafael Hüseynov, Pərvin Kərimzadə, Müşfiq Məmmədli, Ceyhun Məmmədov, Fatma Yıldırım və digər rəsmi şəxslər iştirak ediblər.
2023-12-21
815,554
SEPAH Londonda bu qətli 200 min dollara sifariş edib
SEPAH-ın Britaniyada fəaliyyət göstərən İrana müxalif jurnalistlərlə bağlı terror planı ifşa edilib. Axar.az xəbər verir ki, bu barədə Britaniya mediası məlumat yayıb. Bildirilib ki, SEPAH Londonda yerləşən “İran İnternational” televiziya kanalının əməkdaşları - Sima Sabit və Fərdad Dərruxzadın öldürülməsi üçün killerə 200 min dollar pul ayırıb. Terror planının arxasında SEPAH-ın yüksək rütbəli komandirlərindən olan Məhəmmədrza Ənsarinin olduğu qeyd edilib. Ənsarinin planlaşdırdığı əməliyyyata SEPAH-a bağlı və Bəşər Əsəd ailəsinə yaxın Məhəmməd Əbdülrəzzaq Kənfani başçılıq edib. Qeyd edilib ki, terrorun həyata keçirilməsi 2016-cı ildə SEPAH-la əməkdaşlığa cəlb olunan, sonralar Qərb ölkələrindən birinin kəşfiyyat xidməti tərəfindən ələ keçirilən şəxsə tapşırılıb. Bununla yanaşı, dekabrın 20-də Britaniya məhkəməsi çeçen əsilli Avstriya vətəndaşı Məhəmməd Hüseyn Dutayevə qarşı ittiham irəli sürüb. Məhkəmə onu bundan əvvəl ofisi Londonda yerləşən İrana müxalif “İran İnternational” televiziya kanalına terror əməliyyatı həyata keçirməyə cəhddə günahlandırıb. Dutayev cari ilin fevral ayında adıçəkilən televiziya kanalının binasından fotolar çəkdiyi, məlumatlar topladığı vaxt Britaniya polisi tərəfindən həbs edilib.
2023-12-21
815,557
“Dinamo” Emrelini satır
Xorvatiya “Dinamo”su Azərbaycan millisinin futbolçusu Mahir Emrelini transferə çıxaracaq. Axar.az xəbər verir ki, bu barədə Xorvatiya mediası məlumat yayıb. Bildirilib ki, Zaqreb təmsilçisi qış fasiləsində bir neçə futbolçusunu satmağı planlaşdırır ki, onlardan biri də Emrelidir. 26 yaşlı hücumçunun çıxışı baş məşqçi Sergey Yakiroviçin ürəyincə deyil. Qeyd edək ki, Mahir Emrelinin “Dinamo” ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.
2023-12-21
815,559
Gürcüstanda AB bayrağı yandırıldı
Gürcüstanda “Alt-İnfo”nun rusiyapərəst radikalları etiraz əlaməti olaraq AB-nin bayrağını yandırıblar. Axar.az xəbər verir ki, bu barədə “European Pravda” məlumat yayıb. Məlumata görə, daha əvvəl kremlyönlü hərəkatın üzvlərindən biri Laşa Şaruxiya Mtsxeta şəhərində administrasiya binasında quraşdırılmış ən böyük AB bayrağını yandırmışdı: “Məhkəmə onu 6 il müddətinə azadlıqdan məhrum edib. Buna cavab olaraq “Alt-İnfo”nun tərəfdarları və üzvləri etiraz kampaniyasına başlayıblar. Onlar nümayişkaranə şəkildə AB bayraqlarını yandırıb, lentə alıb və görüntüləri sosial şəbəkələrdə yayıblar. Radikallar Laşa Şaruxiyanın azadlığa buraxılmasını tələb edir, əks halda iğtişaşlara başlayacaqları ilə hədələyirlər”.
2023-12-21
815,560
Fəxrəddin Manafov 55 il sonra Xankəndidə - Video
Xalq artisti Fəxrəddin Manafov doğulduğu Xankəndiyə yollanıb. Kult.az xəbər verir ki, aktyor bununla bağlı İTV-yə müsahibə verib. O bildirib ki, 55 ildir Xankəndidə olmayıb: "Sözlə hissləri ifadə etmək mümkün deyil. Qarabağla bağlı hər şeyin həyati mənası böyükdür. Son dəfə 14 yaşımda Qarabağdan çıxmışam. 55 ildir... Şuşada olmuşam, amma Xankəndidə olmaq... Belə gözəl hal hər kəsin həyatında olmur". F.Manafov bildirib ki, səfərinin məqsədi orada "Qarabağ" futbol klubunun oyununu izləməkdir. Qeyd edək ki, "Qarabağ"-MOİK oyunu bu gün Xankəndi stadionunda saat 14:00-da başlayacaq.
2023-12-21
815,562
Gürcüstanda 5G texnologiyası tətbiq edildi
Gürcüstanın mobil operatoru “Selfie Mobile” Gürcüstanda ilk dəfə olaraq yeni nəsil 5G İnternet texnologiyasını istifadəyə verib. Şəbəkə Tiflisin iki rayonunda, eləcə də Bakuriani və Qudauri qış kurortlarında artıq aktivdir. Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Rabitə Komissiyası məlumat yayıb. “Bu, ölkəmiz üçün tarixi mərhələnin başlanğıcı oldu. Çünki Rabitə Komissiyasının avqust ayında hərraca çıxardığı və “Selfie Mobile”ın 5G-nin tətbiqi üçün istifadə etdiyi tezlik resursu dünyanın qabaqcıl ölkələrinin 5G şəbəkəsi standartlarına cavab verir”, - bu barədə komissiyanın üzvü Yekaterina İmedadze deyib. Onun sözlərinə görə, texnologiyanın tətbiqindən sonra Gürcüstan dünyanın texnoloji cəhətdən inkişaf etmiş ölkələri ilə bir sırada yer alıb.
2023-12-21
815,565
Ukraynaya yüzlərlə texnika lazımdır, yoxsa... - General
Qərbin köməyi olmadan Ukrayna Rusiyanın hərbi potensialının öhdəsindən gələ bilməyəcək. Axar.az xəbər verir ki, bunu polşalı general Boquslav Samol deyib. “Ukrayna kimi orta dövlət Rusiyanın malik olduğu potensialla müqayisədə xarici yardım olmadan yaşaya bilməyəcək. Ukrayna Silahlı Qüvvələrinə Rusiya ordusunun öhdəsindən gəlmək üçün onlarla deyil, yüzlərlə hərbi texnika lazımdır. Ukraynanın gələcəyi Qərbin Kiyevə dəstək problemlərinə görə son dərəcə çətin olacaq”, - Samol bildirib.
2023-12-21
815,568
Sabahın hava proqnozu açıqlandı
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz əsasən dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2-7° isti olacaq.
2023-12-21
815,569
ABŞ və Yaponiya yeni növ PUA yaradacaq
ABŞ və Yaponiya Müdafiə nazirlikləri pilotlu döyüş təyyarəsi ilə vahid taktiki qrupun tərkibində fəaliyyət göstərəcək yeni nəsil dronların birgə hazırlanması barədə razılığa gəlib. Axar.az xəbər verir ki, bu barədə “Sankey” qəzeti Pentaqondakı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, bu barədə tezliklə rəsmi açıqlama veriləcək: “2024-cü ilin ortalarında, müdafiə sahəsində elmi-texniki əməkdaşlıq üzrə ABŞ-Yaponiya qrupunun ilk iclası keçiriləcək. Bu struktur çərçivəsində silah və hərbi sistemlərin, o cümlədən yeni tip pilotsuz təyyarələrin inkişafı koordinasiya ediləcək. Bu kəşfiyyat və hücum pilotsuz təyyarələrinin, xüsusən də Böyük Britaniya, İtaliya və Yaponiyanın birgə təkmilləşdirmək niyyətində olduqları altıncı nəsil döyüş təyyarələrinin əməliyyatlarını dəstəkləmək üçün yaradılması nəzərdə tutulur. Dronlar ümumi tapşırıq çərçivəsində müstəqil qərar qəbul etməyə imkan verən süni intellekt sistemləri ilə təchiz ediləcək”.
2023-12-21
815,572
“Qarabağ” ilk dəfə Qarabağda oynayır: Qalib olacaqmı?
Bu oyunun formatı belədir ki, kimsə qalib gəlməlidir. Kubok oyunudur. Heç-heçə bitə bilməz. Çox güman ki, projektorlar olmadığından əlavə vaxta gedilməyəcək. Bu sözləri Axar.az-a futbol mütəxəssisi Aslan Kərimov bu gün Xankəndi stadionunda keçiriləcək “Qarabağ” - MOİK oyununun nəticələrini haqqında danışarkən deyib. Onun sözlərinə görə, oyunda böyük hesablı qələbə olmayacaq: “Qarabağ” kimi bir komandanın birinci liqa təmsilçisinə qarşı oyunundan nəsə demək bir az düz gəlmir. Çünki ayrı səviyyədə olan komandalardır. Məncə, bu oyunun qalibi, sözsüz, “Qarabağ” olacaq. Amma MOİK də ən azından öz gücünü göstərməyə çalışacaq. Hesab edirəm , “Qarabağ”ın qələbəsi burada açıq-aşkardır. Sadəcə, azarkeşlər üçün bir az şou da göstərə bilərlər. Düşünürəm ki, böyük hesablı qələbə olmayacaq. Amma “Qarabağ”ın məğlub olma şansı da yoxdur”.
2023-12-21
815,576
Tanınmış şəxslər Xankəndi stadionunda - Foto
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq. Axar.az Trend-ə istinadən xəbər verir ki, günün ilk matçı Xankəndidə olacaq. Tarixi oyunda “Qarabağ” I Liqa təmsilçisi MOİK-i sınağa çəkəcək. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 30 ildən sonra keçirilən ilk futbol matçı kimi tarixə düşəcək görüş saat 14:00-da başlayacaq. Artıq azarkeşlər və tanınmış ictimaiyyət və dövlət nümayəndələri Xankəndidədirlər.
2023-12-21
815,578
Xankəndidə tarixi oyun: "Qarabağ" qalib gəldi
13:00 Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndi şəhər stadionunda üz-üzə gələcək “Qarabağ” və MOİK komandaları start heyətlərini açıqlayıblar. Axar.az xəbər verir ki, komandalar aşağıdakı “11-lik”lərlə meydana çıxacaqlar. “Qarabağ”: Luka Quqeşaşvili, Mateus Silva, Bəhlul Mustafazadə, Rahil Məmmədov, Elvin Cəfərquliyev, Marko Yankoviç, Riçard Almeyda, Nəriman Axundzadə, Redon Cica, Hamidu Keyta, Juninyo. Ehtiyat oyunçular: Andrey Lunyov, Amin Ramazanov, Bədavi Hüseynov, Marko Veşoviç, Toral Bayramov, Abbas Hüseynov, Julio Romao, Patrik Andrade, Yassin Benzia, Abdullah Zubir, Leandro Andrade, Adama Diakabi. Baş məşqçi: Qurban Qurbanov. MOİK: Zeynal Əhmədzadə, Fərid Abbaslı, Nicat Əskərov, Nurlan Bayramov, İsa Zeynallı (k), Ramil Orucov, Xəyal Bədirov, Elvin Vəliyev, Elmir Rəhimzadə, Sabir Allahquliyev, Ülvi İbazadə. Ehtiyat oyunçular: Ayxan Qocayev, Məhmməd Qurbanov, Nihad Ağayev, Həsrət Mürsəlov, Cavidan Abbaszadə, Samir İbrahimov, Raul Musayev, Murad Musayev, Elşən Veysov, Elçin Bayramov. Baş məşqçi: Qəzənfər Abbasov. *** Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndi şəhər stadionunda “Qarabağ”-MOİK oyunu başladı. *** “Qarabağ”-MOİK matçının 29-cu dəqiqəsində “Köhlən atlar” hesabı açsa da, qol oyundan kənardan vurulduğu üçün qeydə alınmayıb. *** “Qarabağ”-MOİK matçında ilk hissə başa çatdı. Futbolçular paltardəyişmə otağına yollandılar. *** “Qarabağ”-MOİK oyununda ikinci hissənin start fiti səsləndi. *** Xankəndi şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. 90+3-cü dəqiqədə Nəriman Axundzadə qələbə qoluna imza atıb. “Köhlən atlar” 1/4-də “Sabah”la üz-üzə gələcək.
2023-12-21
815,582
Ərdoğan Kılıçdaroğludan təzminat aldı, Qəzzaya bağışladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP-nin sabiq sədri Kamal Kılıçdaroğludan qazandığı 65 min lirəlik mənəvi təzminatı Qəzzada kimsəsiz uşaqlara xərclənmək üçün Türk Qızıl Aypara Cəmiyyətinə bağışlayıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd edək ki, Ərdoğan 2021-ci il yanvarın 26-da Türkiyə Böyük Millət Məclisindəki çıxışında şəxsi hüquqlarını pozduğuna görə Kılıçdaroğluya qarşı iddia qaldırmışdı.
2023-12-21
815,583
Rəisi Nikola səfər öncəsi xəbərdarlıq etdi
İran Avrasiya İqtisadi İttifaqı ilə azad ticarət sazişi imzalamağa hazırlaşır. Fəaliyyət ilə bağlı proqram Avrasiya İqtisadi Komissiyasının oktyabrın 20-də keçirilən iclası zamanı açıqlanıb. Sözügedən sazişin Aİİ İqtisadi Şurasının dekabrın 25-26-da Sankt-Peterburqda imzalanması gözlənilir. Bu sözləri Axar.az-a Nikol Paşinyanın Rusiya səfərindən öncə İbrahim Rəisi ilə telefon danışığı aparmasının səbəbləri haqqında danışan politoloq İlqar Vəlizadə deyib. Politoloq Paşinyanın Sankt-Peterburqda atılacaq addımdan faydalanmaq istədiyini bildirib: “Ermənistan Aİİ-nin İranla sərhədi olan yeganə üzvüdür. Paşinyan imzalanacaq sazişdən maksimum mənfəət əldə etmək istəyir və Rəisi ilə telefon danışığının məqsədi də budur”. Politoloq eyni zamanda İranın dövlət başçısının Paşinyana “3+3” xəbərdarlığının səbəblərindən də bəhs edib: “3+3” formatı Ermənistanı digər region ölkələri ilə birləşdirəcək, xüsusilə Azərbaycanla münasibətlərin normallaşmasına müsbət təsir göstərə biləcək əsas formatdır. Türkiyə, İran və Rusiya da Ermənistanın buraya qoşulmasında maraqlıdır. Ancaq AB-nin rəsmi İrəvan vasitəsilə bölgəyə girmə, Ermənistanın isə Qərbə yönəlmə fəaliyyətləri artır. Bütün bunlar fonunda da Rəisi telefon danışığı zamanı bölgəyə kənar müdaxilələrin qarşısının alınması, davamlı sülh və sabitlik üçün “3+3”-ün ən məqbul əməkdaşlıq formatı olduğunu xatırladıb”. Qeyd edək ki, Nikol Paşinyan dekabrın 25 və 26-da Sankt-Peterburqda keçiriləcək Aİİ İqtisadi Şurasının və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcəyi gözlənilir.
2023-12-21
815,586
Baş nazirdən TƏBİB-lə bağlı qərar
Epidemik göstərişlərə görə profilaktik peyvəndləmə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən aparılacaq. Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov “Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılması müddəti və Qaydası”nda, “Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamə”də və “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edilməsi haqqında Qərar imzalayıb. Belə ki, dəyişikliyə əsasən, yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə əhali arasında immunsəviyyənin yüksəldilməsi üçün immunoprofilaktikanı təmin edən Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin, Səhiyyə Nazirliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və idarəetmə orqanlarının müvafiq strukturları tərəfindən profilaktik peyvəndlər aparılır. Əvvəlki qaydaya görə, bu istiqamətdə profilaktik peyvəndləmə aparmaq səlahiyyəti olan qurumların siyahısında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də vardı. Dəyişiklikdən sonra bu səlahiyyət İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən alınaraq TƏBİB-ə verilib.
2023-12-21
815,589
İlham Əliyev Хankəndi stadionunda çıxış edəcək
Xankəndidə dekabrın 21-də baş tutacaq "Qarabağ"-"MOİK" oyunundan əvvəl stadionda Azərbaycan Prezidenti İlham Əliyev çıxış edəcək. Axar.az AzTV-ə istinadən xəbər verir ki, oyun Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutacaq. Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
2023-12-21
815,593
Xankəndinin görmədiyimiz küçələri: “Araz” market… - Video
Bu gün “Qarabağ”-MOİK oyununu izləmək üçün Xankəndiyə gedən media nümayəndələri şəhərin küçələrindən videolar paylaşıblar. Axar.az xəbər verir ki, Xankəndi küçələrində diqqət çəkən əsas məqam mağaza və xidmət-iaşə obyektlərinin adlarının daha çox rus dilində olmasıdır. Eyni zamanda, ermənicə adlar da qalmaqdadır. Həmçinin “Araz” marketlər şəbəkəsinin artıq Xankəndidə də mağaza açdığı görünür. Qeyd edək ki, Xankəndidə ilk marketi “Oba” açıb.
2023-12-21
815,595
Ermənistan ehtiyatda olan hərbçilərini toplayır
2024-cü il yanvarın 23-dən aprelin 12-dək birinci ehtiyat qrupunun birinci və ikinci kateqoriyaları üzrə qeydiyyatda olan sıravi, zabit və gizirlər üçün təlim-məşq toplanışları elan edilir. Axar.az xəbər verir ki, bu barədə müvafiq qərar dekabrın 21-də Ermənistan hökumətinin iclasında qəbul edilib. Təlimə 2838-dək vətəndaş cəlb olunacaq ki, onlardan 2579-u sıravi və kiçik gizir, 98-i baş gizir, 161-i ümmumqoşun silah, raket və artilleriya ixtisasları üzrə ehtiyatda olan zabitdir. “Elan edilən təlim-məşq toplanışlarına hər bir vətəndaş 25 təqvim günündən çox olmayan müddətə cəlb edilməlidir”, - məlumatda vurğulanıb.
2023-12-21
815,598
Zəngəzur dəhlizinin yaradılması... – Nazir müavini
Azərbaycanda Zəngəzur dəhlizinin yaradılması ilə bağlı böyük işlər həyata keçirilir. Axar.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov akıda keçirilən, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində təşkil edilmiş panel müzakirələrində bildirib. R.Hümmətov eyni zamanda qeyd edib ki, Azərbaycan son 20 ildə logistika sahəsində geniş həcmli işlər görüb: "Məhz bunun sayəsində biz bu gün müxtəlif istiqamətlərdə yük daşımaları həyata keçiririk. Gələcək üçün nəzərdə tutulan infrastrukturla bağlı həllər məqsəd kimi qarşımıza qoyulub. İnfrastruktur layihələri dedikdə, sərhəd-keçid məntəqələrinin inkişafı ilə bağlı məsələlər, digər tərəfdən əsas yük daşıyıcısı olan Azərbaycan Dəmir Yolları QSC-nin istifadə etdiyi müxtəlif stansiyaların inkişafı ilə bağlı məsələlər, həm Rusiya, həm də Gürcüstan istiqamətində mövcud yollarımızda rabitə və işarə vermə sistemlərinin yenilənməsi kimi məsələlər nəzərdə tutulur". R.Hümmədov deyib ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək dəmir yolu xətti üzrə layihələndirmə işlərinə başlanılıb: "Bu məsələ İranla müzakirə edilir. Artıq bizim dəmir yolu mütəxəssisləri iranlı həmkarlarla birlikdə yolun marşrutu üzrə iş aparırlar".
2023-12-21
815,601
Prezident Xankəndi stadionunda çıxış etdi - Video
13:44 Bu gün xalqımız tarixi hadisəyə şahidlik edir. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşıb. Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxmaq üçün stadiona gəliblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Dövlətimizin başçısı oyundan əvvəl stadionda çıxış etdi. Prezident İlham Əliyevin çıxışı - Əziz dostlar, Xankəndiyə xoş gəlmisiniz! İlk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilir. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu gün qəhrəman şəhidlərimizin uşaqları, ailə üzvləri bizim yanımızdadır. Gəlin, hamımız birlikdə onları salamlayaq. Bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq. Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir, bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. Bu, böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər. Biz - bu torpaqların sahibləri qurub-yaradırıq, o cümlədən Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır. Bu stadion cəmi iki ay ərzində, demək olar ki, yenidən inşa edilmişdir, əsaslı təmir olunmuşdur. Separatizm simvolikasını əks etdirən bütün yazılar artıq tarixin zibilxanasına atıldı. Bütün başqa şəhərlər kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur. O cümlədən bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşa edilməsinə başlanılacaq. Bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! Bugünkü oyunda “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması təbii ki, böyük rəmzi məna daşıyır. Qarabağ–Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir. Əziz dostlar, dörd il bundan əvvəl bu stadionda bəziləri “Qarabağ Ermənistandır və nöqtə” demişdilər. Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır! İşğal edilmiş torpaqların böyük hissəsi üç il bundan əvvəl - İkinci Qarabağ müharibəsi nəticəsində işğalçılardan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı qaldırıldı. Üç ay bundan əvvəl - sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə mən Azərbaycan Bayrağını ucaltdım. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Bu gün isə bu gözəl idman bayramını biz birlikdə qeyd edirik. Bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq! Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır! Sonra Ulu Öndər Heydər Əliyevin idmançılarla görüşləri, idmanla bağlı fikirləri barədə videoçarx nümayiş olundu. Stadiona daxil olan dövlətimizin başçısı futbolçularla və oyunu idarə edən hakimlərlə görüşdü, onlarla xatirə şəkli çəkdirdi. Prezident İlham Əliyevin topa rəmzi toxunuşundan sonra “Qarabağ”-MOİK görüşü başladı. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş “Qarabağ” komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. “Qarabağ”ın futbolçusu Nəriman Axundzadənin matçın əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə vurduğu qol oyunun taleyini həll edib. Bununla da N.Axundzadə işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra keçirilən ilk futbol matçında fərqlənən hücumçu kimi tarixə düşüb.
2023-12-21
815,605
AB Rusiyaya 13 və 14-cü sanksiya paketi hazırlayır
Avropa Birliyi Rusiyaya 13 və 14-cü sanksiyalar paketini hazırlayır. Axar.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti Avropa Parlamentinin Çexiyadan olan deputatı Tomaş Zdexovskiyə istinadən məlumat yayıb. Onun sözlərinə görə, sanksiyaların hazırlanması çox vaxt aparmayacaq və yeni paketlər çox tezliklə AB dövlətlərinə təqdim oluna bilər. Avropa Parlamentinin estoniyalı üzvü Jana Tumun sözlərinə görə, yeni sanksiyaların qəbulu təşəbbüsü əsasən Baltikyanı ölkələrdən gələcək.
2023-12-21
815,606
Bu oyunun Xankəndidə keçirilməsi... - Əliyev
Bu futbol matçının (“Qarabağ” – MOİK oyunu – Red.) Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Axar.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev dekabrın 21-də futbol üzrə Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxışında deyib. "Qarabağ xanı tərəfindən bu kəndin təməli qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır", - dövlət başçısı bildirib.
2023-12-21
815,610
Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək
Əfsuslar olsun ki, otuz il ərzində Xankəndi şəhərində separatçılar yuva salmışdılar, bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Axar.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev dekabrın 21-də futbol üzrə Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxışında deyib. Dövlətimizin başçısı bildirib ki, otuz il ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək: “Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi və əzəli torpağımızdır, bu torpaqların sahibləri bizik - Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq”.
2023-12-21
815,612
Tarixi görüş: topa ilk İlham Əliyev toxundu - Video
“Qarabağ” və MOİK komandaları arasında Xankəndidə keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu başlayıb. Axar.az xəbər verir ki, topa ilk toxunuşu Prezident İlham Əliyev edib. Matçı Əli Əliyevin başçılıq etdiyi hakimlər briqadası edir. Bu oyunun qalibi 1/4 finalda “Sabah”la üz-üzə gələcək. Xankəndidəki görüş işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol oyunudur.
2023-12-21
815,615
Üç ay öncə Xankəndi azad edildi - Prezident
Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir. Bütün Qarabağ bölgəsində bu gün Azərbaycan Bayrağı dalğalanır. Bu, böyük tarixi hadisədir. Axar.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev dekabrın 21-də futbol üzrə Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxışında deyib. “Bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər”, - dövlətimizin başçısı bildirib.
2023-12-21
815,617
Prezidentdən “İmarət” stadionu ilə bağlı şad xəbər
Bütün başqa şəhərlər kimi bu gün Ağdam şəhəri də yenidən qurulur. O cümlədən bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşasına başlanılacaq. Axar.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev dekabrın 21-də futbol üzrə Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxışında deyib. “Bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir. Bugünkü oyunda “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması təbii ki, böyük rəmzi məna daşıyır. Qarabağ-Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
2023-12-21
815,618
Türkiyəli nazir Şəhidlər xiyabanını ziyarət etdi
Türkiyənin ticarət naziri Ömər Bolatın başçılıq etdiyi nümayəndə heyəti Bakıda Şəhidlər xiyabanını ziyarət edib. Axar.az xəbər verir ki, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib. Daha sonra Bakıdakı “Türk şəhidliyi” abidəsi ziyarət edilib. Türkiyəli nazir şəhidlərin ruhunu hörmətlə anıb və bildirib ki, onların 105 il öncə göstərdiyi şücaət və qəhrəmanlığın nəticəsi olaraq bu gün də Türkiyə-Azərbaycan qardaşlıq və dostluq münasibətləri uğurla davam edir. Sonra Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçən, Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini, sarsılmazlığını əks etdirən bu məzarlıqda uyuyan qəhrəman və fədakar türk qardaşlarımızın əziz xatirəsi anılıb, abidənin önünə əklil qoyulub, gül dəstələri düzülüb.
2023-12-21
815,621
4 il əvvəl bəziləri “Qarabağ Ermənistandır” demişdi...
Dörd il bundan əvvəl bu stadionda bəziləri “Qarabağ Ermənistandır və nöqtə” demişdilər. Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır. Axar.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev dekabrın 21-də futbol üzrə Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxışında deyib. İşğal olunmuş torpaqların böyük hissəsinin üç il əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində azad edildiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı qaldırıldı. Üç ay bundan əvvəl - sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə mən Azərbaycan Bayrağını ucaltdım. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Bu gün isə bu gözəl idman bayramını biz birlikdə qeyd edirik. Bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq”.
2023-12-21
815,629
Köçəryanın biznesi: rəqəmlər o qədər böyükdür ki...
Qagik Xaçatryan və Köçəryan ailələrinin qeyri-qanuni mənşəli mülkləri ilə bağlı işlər əslində qalmaqallıdır. Bunlar qeyri-qanuni yolla əldə edilmiş pullardır. Sedrak Köçəryan (Robert Köçəryanın oğlu – red.) 19 yaşında bizneslə məşğul olmağa başlayıb, 20 yaşında böyük maliyyə axını olub. Rəqəmlər o qədər böyükdür ki, onları xatırlaya bilmirəm. Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş prokuroru Anna Vardapetyan bildirib. “Robert Köçəryana yaxın biznesmen Samvel Mayrapetyana məxsus bir sıra mülklər də şübhəli mənşəyə malikdir və onların müsadirəsi ilə bağlı prokurorluq iddia qaldırıb”, - Vardapetyan bildirib.
2023-12-21
815,633
Prezidentin Xankəndi stadionunda şəhid anası ilə görüşü - Video
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndi şəhər stadionunda keçirilən “Qarabağ”-MOİK matçını izləyir. Axar.az xəbər verir ki, ölkə başçısı oyundan əvvəlki çıxışını bitirdikdən sonra stadionda əyləşən şəhid anası ilə görüşüb. Həmin görüntüləri diqqətinizə çatdırırıq:
2023-12-21
815,635
Gerasimov Qarabağdakı sülhməramlılardan danışdı
Moskva İrəvanla Bakı arasında ziddiyyətlərin aradan qaldırılması və sülh müqaviləsinin bağlanması istiqamətində fəaliyyətini davam etdirir. Axar.az xəbər verir ki, bunu Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov deyib. “Rusiya Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması, eləcə də ən kəskin Ermənistan-Azərbaycan ziddiyyətlərinin həlli istiqamətində məqsədyönlü iş aparır”, - Gerasimov bildirib. Onun sözlərinə görə, Rusiya hərbi kontingenti Qarabağda tapşırıqları yerinə yetirməkdə davam edir: “Döyüş əməliyyatları zamanı rus sülhməramlıları 10 mindən çox dinc sakinin öz dislokasiya yerlərində yerləşdirilməsini və sonradan regionun demək olar ki, bütün əhalisinin Ermənistan ərazisinə təhlükəsiz çıxışını təmin ediblər. Bundan əlavə, 300-ə yaxın yaralı sülhməramlılar tərəfindən xəstəxanalara çatdırılıb. Eyni zamanda, Rusiya hərbi kontingenti dinc həyat qurmaq və sakinlərin bölgəyə qaytarılması imkanlarının təminatçısı kimi tapşırıqları yerinə yetirməkdə davam edir”.
2023-12-21
815,636
Nazir şöbə müdirini işdən çıxardı
Müdafiə Sənayesi Nazirliyinin Maliyyə və uçot şöbəsinin müdiri Nadim Babayev vəzifəsindən azad edilib. Axar.az Report-a istinadən xəbər verir ki, bununla bağlı müdafiə sənayesi naziri Vüqar Mustafayev müvafiq əmr imzalayıb. Həmin vəzifəyə hələlik təyinat olmayıb. Məlumatı Müdafiə Sənayesi Nazirliyindən təsdiqləyiblər.
2023-12-21
815,637
Ailələrə pul veririk, 190 sm boyunda dayə axtarırlar
Qərara gəldik ki, gənc anaları pulla təmin edək, onlar da dayə tutub, özləri işə getsinlər. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. “Sonra regionlara gedirik, soruşuruq, bu xidmətdən istifadə edirsinizmi? Bizə cavab verirlər ki, yox, bizim qohumumuz, qonşumuz, kəndçimiz dayə ola bilməz, çünki dayənin boyu 1,90 m, çəkisi də ona uyğun olmalıdır. Onun təhsili və ən azı beş il iş təcrübəsi olmalıdır, lakin respublikada belə bir şəxs yoxdur”, - o bildirib. O qeyd edib ki, benefisiarları itirmək olmaz: “Belə bir fikir var ki, nənələrə niyə pul veririk, onun vəzifəsi elə nəvəsinə qulluq eləməkdir. Hökumətin yanaşması belə olmamalıdır. Biz bir ailəyə girib deyə bilmərik ki, sənin bu vəzifən var, filan borcun var, bunun üçün dövlət sənə heç nə verməyəcək. Bütün bunları ona görə deyirəm ki, qərar qəbul edərkən aydın olsun”, - Paşinyan bildirib.
2023-12-21
815,641
Xankəndidəki oyunu nə qədər tamaşaçı izləyir?
Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndi şəhər stadionunda “Qarabağ”-MOİK oyununu 6 minə yaxın tamaşaçı izləyir. Axar.az xəbər verir ki, bu barədə oyunu canlı yayımlayan “CBC Sport”un efirində bildirilib.
2023-12-21
815,645
Prezident oyunu şəhid övladları ilə birgə izləyir - Foto
Xəbər verdiyimiz kimi, Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndi şəhər stadionunda “Qarabağ”-MOİK oyunu keçirilir. Axar.az xəbər verir ki, Prezident İlham Əliyev qarşılaşmanı şəhid övladları ilə birgə izləyir.
2023-12-21
815,648
AB-nin Ukraynaya dəstəklə bağlı tərəddüdü var – Makron
Avropa Birliyininin Ukraynaya dəstəyin davam etdirilməsi ilə bağlı tərəddüdləri var. Axar.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron deyib. O bildirib ki, Ukraynaya dəstək davam etdirilməlidir: “AB-də şübhələr var. Hiss olunur ki, ABŞ da tərəddüd edir. Amma biz Kiyevin təhlükəsizliyini dəstəkləməyə və gücləndirməyə davam etməliyik. Ukraynanın dəstəklənməsi Avropaya sülh şəraitində yaşamağa imkan verəcək. Biz Rusiya ilə müharibə aparmırıq. Amma Rusiyanın qalib gəlməsinə imkan verməməliyik”.
2023-12-21
815,650
Prezident Xankəndidə bu şəxslərlə görüşdü
15:30 Dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən oyunun fasiləsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşüb. Axar.az xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi: - Xoş gəlmisiniz Xankəndiyə! İdmançılarla ənənəvi görüşü bu il Xankəndidə keçiririk. Bunun çox böyük mənası var. Sizi, ilk növbədə, əldə edilmiş uğurlar münasibətilə təbrik etmək istəyirəm. Siz öz zəhmətinizlə dövlətimizin idman şöhrətini göylərə qaldırmısınız və Azərbaycan dövləti də sizi mükafatlandırmaqda tam haqlıdır, çünki siz buna layiqsiniz. Bu gün burada düzülən mükafatlar, mənzillərin orderləri, digər mükafat növləri sizə işğaldan azad olunmuş Xankəndi şəhərində tarixi futbol matçının fasiləsində təqdim edilir. Bu münasibətlə sizi ürəkdən təbrik etmək istəyirəm. Yarışlar çox olub. Ancaq bugünkü yarış tarixdə əbədi qalacaq, həm xalqımız üçün, dövlətimiz üçün, dünya üçün. Dünyada hələ ki, belə bir nümunə olmayıb ki, xalq, dövlət öz torpağını – uzun illər işğal altında olmuş torpaqları döyüş meydanında qan tökərək, şəhidlər verərək azad etsin, qursun, yaratsın və cəmi üç ildən sonra artıq azad edilmiş torpaqlarda futbol matçı keçirilsin, vətəndaşlar Bakıdan, digər yerlərdən gəlib buna tamaşa etsinlər və qürur hissi yaşasınlar. Biz tarix yazmışıq, yazırıq və bu gün dediyim kimi, Xankəndi cəmi üç ay bundan əvvəl azad edilmişdir, ancaq artıq Xankəndi - Azərbaycan şəhəri olan Xankəndi yaşayır və dirçəlir. Mən bir daha sizi ürəkdən təbrik etmək istəyirəm. Mən sizi buraya dəvət etməklə sizə öz münasibətimi, hörmətimi bildirmək istəmişəm. Bu görüşü biz Bakıda da keçirə bilərdik. Ancaq hesab etdim ki, bu görüşün burada keçirilməsi və sizə bu yüksək mükafatların burada verilməsi tam ədalətli olacaqdır. Bir daha təbrik edirəm. Sonra xatirə şəkli çəkdirildi. Azərbaycan Prezidenti həmişə olduğu kimi, bu il də idmançılarımızı sevindirib. Belə ki, dekabrın 20-də Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 1 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, 17 nəfər “Tərəqqi” medalı ilə təltif edilib. Bundan başqa, Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə 3 nəfərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib. Həmçinin ölkə idmanının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 4 nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təyin edilib. İdman ictimaiyyətinin 29 nümayəndəsinə isə mənzil verilib.
2023-12-21
815,656
Məktəblərdə yeni fənn tədrisi: nəticə olacaqmı?
Dərsdənkənar məşğələlərdə bütün şagirdlər iştirak etmir, bu, könüllü olur. Hansısa fənnin daxilində tədris edilərsə, daha məqsədəuyğun olar. Yoxsa tam istədiyimizi ala bilməyəcəyik. Bu barədə Axar.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi məktəblərdə gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzunun parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasındakı birinci oxunuşda müzakirəyə çıxarılmasına münasibəti zamanı deyib. “Hazırda gündəmdə baş verən hadisələri izlədiyimiz zaman istər gender bərabərliyinin pozulması, istərsə də şəxsiyyətlərarası münasibətlərin pozulması faktlarını görürük. Əvvəllər məktəblərdə “İnsan və Cəmiyyət” fənni tədris olunurdu. Həmin dərs neçə vaxt olar ləğv olunub. Ona müvafiq olaraq belə bir fənnin tədris olunması, düşünürəm ki, şagirdlərin şəxsiyyətlərarası münasibətləri öyrənmələri, eyni zamanda, kişi və qadın hüquqlarının bərabərliyi məsələlərini bilmələri baxımından vacib əhəmiyyət kəsb edəcək. Biz baxırıq ki, qadınların, kişilərin hüquqları bu və digər şəkildə pozulur. Gələcəyi düşünsək, baş vermiş neqativ halların qarşısını ala bilərik”, - o vurğulayıb. Ekspertin sözlərinə görə, dərsdənkənar məşğələlər adətən şagirdlər tərəfindən birmənalı yanaşılmır: “9-10-11-ci sinif şagirdləri ali təhsil müəssələrinə hazırlaşırlarsa, onlar düşünəcək ki, gender bərabərliyi ilə bağlı mövzuya vaxt ayırmaqdansa, gedib hazırlaşdığım fənni oxuyaram. O nöqteyi-nəzərdən düşünürəm ki, yuxarı siniflərdə effektiv nəticəsi olmaz. Hansısa fənnin daxilində, ya da ayrıca fənn kimi tədris olunarsa, qiymətləndirilməsi həyata keçirilərsə, o zaman bir qədər maraqlı nəticə görmək olar”, - Elçin Əfəndi bildirib. Qeyd edək ki, bu gün keçirilən onlayn iclasın sonunda qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
2023-12-21
815,657
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Sabah ölkədə güclü külək əsəcək. Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında sabah günün ikinci yarısından dekabrın 24-dək cənub-qərb küləyinin arabir 15-18 m/s, dekabrın 23-ü gündüz saatlarında isə yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir. Sabah gündüz saatlarından dekabrın 24-dək əsasən dağlıq və dağətəyi rayonlarda cənub-qərb küləyinin 15-18 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 27-32 m/s-dək güclənəcəyi gözlənilir.
2023-12-21
815,660
2024-də İrəvan “ağrılı sənəd” imzalayacaq - Poqosyan
Ermənistan hakimiyyəti demək olar ki, Azərbaycanın bütün əsas tələbləri ilə razılaşıb. Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Ara Poqosyan söyləyib. “Artsax”ın erməni hakimiyyəti tərəfindən rəsmi olaraq rədd edilməsi Qarabağın qeyd-şərtsiz Azərbaycan dövlətinin bir hissəsi kimi tanınması deməkdir. Digər bir gerçəklik isə Azərbaycanın təklif etdiyi sülh sazişidir. Ermənistan rəsmiləri Azərbaycanın əsas tələblərinin demək olar ki, hamısı ilə razılaşıb”, - o bildirib. Ekspert deyib ki, sülh müqaviləsi imzalanarsa, Qarabağ ermənilərinin qayıdış problemi və Qərbi azərbaycanlıların qayıdış məsələsi beynəlxalq aləmdə eyni statusa malik olacaq: “Erməni rəsmilər statusun bərabərləşməsini qəbul etsələr, bu, Ermənistan üçün növbəti kapitulasiya olacaq”, - o vurğulayıb. Azərbaycanla Naxçıvan arasında quru sərhədlərin açılması barədə danışan Poqosyan bildirib ki, gömrük xidməti ermənilərin nəzarətindən çıxacaq: “İlham Əliyevin sözlərinə görə, Azərbaycan hökuməti Zəngəzur dəhlizindən imtina etsə də, Ermənistan Azərbaycan və Naxçıvan arasında maneəsiz hərəkəti təmin etməyə borcludur. Əliyev açıq şəkildə vurğulayıb ki, yol maneəsiz, heç bir prosedur tələb etmədən olmalıdır”.
2023-12-21
815,661
Qayınananın ailəyə müdaxiləsi zorakılıq sayılacaq
Məişət zorakılığında ərin yaxın qohumlarının qadınlara qarşı zorakılıq faktları müşahidə edilir. Axar.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib. O bildirib ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna təklif edilən dəyişiklə gələcəkdə qayınana, qayınata kənardan ailəyə müdaxilə edəcəksə, bu, məişət zorakılığı hesab ediləcək. Şöbə müdiri diqqətə çatdırıb ki, bu gün boşanmaların əsas səbəblərindən biri ailələrə edilən kənar müdaxilələrdir: “Bəzən dövlət orqanları boşanmaq istəyən tərəfləri barışdırmaq istəsə də, sonda yaxşı effekt vermirdi. Bəzi ərazilərdə hətta səhəri gün qətl hadisələri törədilirdi”. O, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna hazırlanan dəyişiklik layihəsində həmin hissənin çıxarılmasının təklif olunduğunu söyləyib.
2023-12-21
815,664
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini qaldırdı
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 250 bənd artıraraq 42,5%-ə qaldırıb. Axar.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib. Məlumata görə, qərar Mərkəzi Bankın pul-kredit siyasəti üzrə komitəsinin keçirdiyi iclasında qəbul edilib. Qeyd edək ki, noyabrda Mərkəzi Bank uçot dərəcəsini 35 faizdən 40 faizə qaldırmışdı.
2023-12-21
815,666
"Qarabağ"ın tarixi matçda vurduğu yeganə qol - Video
Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndi şəhər stadionunda keçirilən “Qarabağ”-MOİK oyunu "Köhlən atlar"ın 1:0 hesablı qələbəsi ilə bitib. Axar.az xəbər verir ki, Ağdam təmsilçisinin futbolçusu Nəriman Axundzadə tarixi matçda yeganə qolun müəllifi olub. Həmin qolu təqdim edirik:
2023-12-21
815,667
MSK daha 6 şəxsin namizədliyini təsdiqlədi
Mərkəzi Seçki Komissiyası (MSK) daha 6 şəxsin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. Axar.az bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib. Müzakirələrdən sonra namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələni səsverməyə çıxarılaraq qəbul edilib. Xatırladaq ki, MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
2023-12-21
815,669
Drakon Ali Məhkəmədən şikayət verəcək?
Hazırda Ali Məhkəmənin plenumuna müraciət olunması ilə bağlı zəruri əsaslar yoxdur. Bu sözləri Kult.az-a açıqlamasında “Drakon” ləqəbli aktyor Rza Rzayevin vəkili Səlahəddin Cəfərov deyib. “Əfv məsələsi də gündəmdə deyil deyə, müraciət edə bilmirik. Nə zaman gündəmdə olsa, müraciət etməyi düşünürük”, - o bildirib. Qeyd edək ki, Rza Rzayev may ayının 18-i Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında 2 il müddətinə həbs edilib. Ötən gün isə Ali Məhkəmə Rza Rzayev haqqında Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
2023-12-21
815,670
Tasmaqambetov İrəvana gəldi
KTMT Baş katibi İmanqali Tasmaqambetov İrəvana gəlib. Axar.az xəbər verir ki, bu barədə KTMT-nin rəsmi saytı məlumat yayıb. Səfər zamanı Tasmaqambetov Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək. Görüşdə KTMT Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının, Təhlükəsizlik Şurası Katibləri Komitəsinin noyabrda Minskdə keçirilən sammitinin nəticələrinin müzakirə olunacağı gözlənilir. Bildirilib ki, Tasmaqambetovun digər erməni rəsmiləri ilə görüşü nəzərdə tutulmayıb.
2023-12-21
815,676
“Bakıkart”da yaranan problem aradan qaldırıldı
“Bakıkart”ın mobil tətbiqinin istifadəsində yaranan problem aradan qaldırılıb. Bu barədə Axar.az-a “Bakıkart”ın qaynar xəttindən məlumat verilib. Bildirilib ki, vətəndaşların mobil tətbiq vasitəsilə yüklədikləri vəsait yaxın müddət ərzində kartlarına geri qaytarılacaq. Qeyd edək ki, bir neçə gündür “Bakıkart” mobil tətbiqinin istifadəsində problem yaşanırdı. Vətəndaşlar tətbiq vasitəsilə karta pul yükləsələr də, vəsaitlər hesaba yüklənmirdi.
2023-12-21
815,678
Son saniyələrdə qolun vurulması... - Qurban Qurbanov
Xankəndi stadionunda meydana çıxdığımız üçün çox sevincliyəm. İllərlə bu günün həsrətində olmuşuq. Axar.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndidə I Liqa təmsilçisi MOİK-ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib. Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna minnətdarlığını bildirən 51 yaşlı mütəxəssis şəhidlərin qəhrəmanlığı sayəsində Xankəndidə olduqlarını vurğulayıb: “Xalqımıza hər zaman sağlam və xoşbəxt yaşamağı arzulayıram”. O, meydanda maraqlı və gərgin mübarizənin getdiyini söyləyib: “Qolun son saniyələrdə vurulması matçı daha maraqlı etdi. Son saniyəyədək mübarizə aparan MOİK komandasını təbrik edirəm. Açığı, rəqibdən bu cür əzmkar oyun gözləmirdim. Qapımız qarşısında bir neçə qol epizodları yaxaladılar. MOİK-in belə mübarizə aparması gələcəyə ümid verir. Onlar da bu gün tarixə düşdülər. Oyunçularımızda həyəcan hiss olunurdu. Bu səbəbdən özlərini tam göstərə bilmədilər”. Təcrübəli baş məşqçi kubok matçlarının hamısını Xankəndidə keçirmək istədiklərini etiraf edib: “Finala kimi irəliləsək, burada oynamağı planlaşdıra bilərik. Gələcəkdə bu istiqamətdə addımlar atılacaq. Prezident İlham Əliyev bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşasına başlanılacağını bildirdi. Bu məsələyə belə diqqət ayırdığına görə dövlət başçısına təşəkkür edirəm. Böyük məmnuniyyətlə orada oynayarıq". Riçard Almeydanın zədələnməsi barədə də danışan Q. Qurbanov braziliyalı yarımmüdafiəçinin başından xəsarət aldığını qeyd edib. Qeyd edək ki, “Qarabağ” 1/4 finalda “Sabah” klubu ilə üz-üzə gələcək.
2023-12-21
815,681
Matçdan əvvəl yüksəl rütbəlilər futbolçularımıza söz verdilər ki...
Oyunun tarixi torpaqlarımızda keçirilməsinə görə Ali Baş Komandanımıza, Ordumuza minnətdarlığımızı bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində bu gün buradayıq. Axar.az xəbər verir ki, bunu MOİK-in baş məşqçisi Qəzənfər Abbasov Xankəndidə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib. Mütəxəssis meydanda əllərindən gələni etdiklərini bildirib: "Rəqibin gücü hər kəsə bəllidir. Onları təbrik edirəm. Qurban müəllim də gözəl matça görə mənə təbriklərini çatdırdı. Futbolçular da kimə qarşı oynadığımızı bilirdilər. Gözəl futbol göstərmək niyyətində idik". Abbasov gələcəkdə Premyer Liqada çıxış edə biləcəklərini də söyləyib: "Ev oyunlarımızı Xankəndində oynamaq da istəyərdik. Bu, mənim üçün də şərəf olar. Matçdan əvvəl yüksəl rütbəli şəxslər futbolçularımıza söz verdilər ki, hər şey yaxşı olacaq. Göstərilən qayğı 2-3 qat artacaq".
2023-12-21
815,683
Prezident Xankəndidəki oyundan danışdı
Yarışlar çox olub. Ancaq bugünkü yarış tarixdə əbədi qalacaq, həm xalqımız üçün, dövlətimiz üçün, dünya üçün. Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşündə deyib. "Dünyada hələ belə bir nümunə olmayıb ki, xalq, dövlət öz torpağını – uzun illər işğal altında olmuş torpaqları döyüş meydanında qan tökərək, şəhidlər verərək azad etsin, qursun, yaratsın və cəmi üç ildən sonra artıq azad edilmiş torpaqlarda futbol matçı keçirilsin, vətəndaşlar Bakıdan, digər yerlərdən gəlib buna tamaşa etsinlər və qürur hissi yaşasınlar. Biz tarix yazmışıq, yazırıq və bu gün dediyim kimi, Xankəndi cəmi üç ay bundan əvvəl azad edilmişdir, ancaq artıq Xankəndi - Azərbaycan şəhəri olan Xankəndi yaşayır və dirçəlir", - dövlət başçısı bildirib.
2023-12-21
815,685
Dəllərin qazlaşmasını istəyən sakinlər “Açıq mikrofon”da
Həftənin sayca 4-cü “Açıq mikrofon” aksiyası Saatlı rayonunda baş tutub. Axar.az xəbər verir ki, rayonun Əlisoltanlı kəndində təşkil olunan “Səyyar qəbul otağı”nda ümumilikdə 14 müraciət ünvanlanıb. Aksiya keçirilən kəndin sakinlərindən 6 nəfər mikrofon önünə çıxıb. Abonentlərin müraciətləri qazın təzyiqinin bəzi hallarda zəif olmasından, qaz sayğacının dövri yoxlamadan keçirilməsindən və debitor borcun araşdırılmasından ibarət olub. Saatlı rayonunun Dəllər kəndindən qatılan 4 nəfər isə yaşadığı kəndin qazlaşdırılmasını istəyib. Salyan RQİİ-nin rəhbər şəxsləri vətəndaşların müraciətləri ilə bağlı ətraflı məlumat verdikdən sonra aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyat aparıblar.
2023-12-21
815,687
İTV-də seçki ilə bağlı efir vaxtına start veriləcək
Gələn həftədən etibarən İctimai Televiziyanın efirində növbədənkənar prezident seçkisi ilə əlaqədar maarifləndirmə xarakterli efir vaxtına start veriləcək. Axar.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib. O qeyd edib ki, paralel olaraq MSK nümayəndələri regionlarda dairə seçki komissiyalarının üzvləri üçün təlimlərə cəlb ediləcəklər.
2023-12-21
815,688
Prezident 29 idmançıya ev verdi
Xəbər verdiyimiz kimi, dekabrın 20-də Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 1 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, 17 nəfər “Tərəqqi” medalı ilə təltif edilib. Bundan başqa, Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə 3 nəfərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib. Həmçinin ölkə idmanının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 4 nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təyin edilib. Axar.az xəbər verir ki, Prezident həmçinin idman ictimaiyyətinin 29 nümayəndəsinə mənzil verib.
2023-12-21
815,690
Urmiyanın mərkəzində silahlı hücum: ölən var
Ötən gün Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərinin mərkəzində yerləşən Xəyyam küçəsində silahlı qarşıdurma olub. Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilib ki, atışma nəticəsində bir nəfər öldürülüb. Qərbi Azərbaycan Polis İdarəsinin rəsmisi Sadiq Şükri hadisəni təsdiqləyib. Onun sözlərinə görə, hücum edən şəxs saxlanılıb.
2023-12-21
815,691
Naxçıvanda “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir...
21 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Axar.az xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli və Nazirliyin əməkdaşları iştirak ediblər. Əvvəlcə, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Muzeyi ziyarət edilib. Tədbir iştirakçıları Ümummilli Liderin zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan mərhələsi, muzeyin tarixi və burada qorunan fotoşəkil və eksponatlarla yaxından tanış olublar. Heydər Əliyev Sarayında keçirilən tədbirdə Dövlət Himninin səsləndirilməsindən sonra Nazirliyin İctimaiyyətlə əlaqə idarəsi tərəfindən hazırlanmış “Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi” filmi nümayiş olunub. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbir iştirakçılarını Naxçıvanda görməkdən məmnunluğunu bildirərək deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq, Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyi ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında silsilə tədbirlərlə qeyd olunur, dahi şəxsiyyətin ömür yoluna və çoxşaxəli dövlətçilik fəaliyyətinə hərtərəfli nəzər salınır. Səlahiyyətli nümayəndə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Naxçıvanda Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilən tədbirin əhəmiyyətini vurğulayaraq təşkilatçılara təşəkkür edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev ömrünü xalqına və Vətəninə həsr edib, Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin əsasını qoyub. İstər sovetlər birliyi, istərsə də müstəqillik dövründə Ümummilli Liderin ömür yolu bütövlükdə Azərbaycana xidmətdən ibarət olub. Heydər Əliyev ölkəmizi düşdüyü ağır siyasi, iqtisadi və sosial böhran vəziyyətindən çıxararaq dövlətçiliyimizi və müstəqilliyimizi qoruyub. 1970-1980-ci illərdə Azərbaycan İttifaqın qabaqcıl respublikasına çevrilib, yeni zavodlar, məktəblər, nəhəng meliorasiya və irriqasiya sistemləri istifadəyə verilib, iqtisadiyyatın bütün sahələrində canlanma müşahidə olunub, milli məfkurənin yüksəlişi, söykökümüzə və dəyərlərə qayıdışın əsası qoyulub. Fuad Nəcəfli qeyd edib ki, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasında yaşayıb fəaliyyət göstərən Ümummilli Liderimiz müstəqil dövlətçiliyimizin əsaslarını burada formalaşdırıb. Onun rəhbərliyi ilə Naxçıvan parlamentinin 1990-cı il noyabrın 17-də keçirilən iclasında muxtar respublikanın adından “sovet, sosialist” sözləri çıxarılıb, Ali Sovetin adı dəyişdirilərək Ali Məclis adlandırılıb, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiqlənib. Həmin dövrdə Ulu Öndərin rəhbərliyi ilə Naxçıvanda qəbul olunmuş qərarlar – sovet qoşunlarının silah-sursatları saxlanılmaq şərtilə Naxçıvandan çıxarılması, ilk milli ordu qurumunun yaradılması, Yeni Azərbaycan Partiyasının təsis olunması, milli birlik və həmrəyliyimizin əsasının qoyulması və digər bu kimi tədbirlər müstəqil dövlətçilik tariximizin ən mühüm mərhələsini təşkil edir. O illərdə Naxçıvanda Ümummilli Liderin rəhbərliyi ilə bu mütərəqqi addımlar atılarkən, prosesin əksinə olaraq ölkəmiz bütövlükdə naşı adamların əlində vətəndaş müharibəsinə sürüklənir, torpaqlarımız işğal olunur, siyasi və iqtisadi böhran daha da dərinləşirdi. Məhz belə bir vəziyyətdə xalqımız Ümummilli Lider Heydər Əliyevə üz tutdu, onu yenidən ölkə rəhbərliyinə dəvət etdi. Hətta o zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu Öndərin siyasi hakimiyyətə gəlməsini yeganə çıxış yolu kimi qəbul etdilər. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəldi və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bununla da həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ümummilli Lider Heydər Əliyevin xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilməsi isə ölkəmizdə yeni inkişaf dövrünün əsasını qoydu. “1993-2003-cü illərdə dahi şəxsiyyətin rəhbərliyi ilə müstəqilliyimiz qorunub saxlanılıb, torpaqlarımızın işğalının qarşısı alınıb, sosial-iqtisadi inkişaf strategiyasının əsası qoyulub, ordu quruculuğuna başlanılıb, vətəndaş həmrəyliyi təmin olunub”, - deyən səlahiyyətli nümayəndə diqqətə çatdırıb ki, həmçinin ölkəmizdə mütərəqqi dövlət idarəçiliyi sistemi formalaşdırılıb, qanunvericilik bazası zənginləşdirilib, əhalinin rifahı yüksəldilib, təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin əsası qoyulub. Milli həmrəylik və bütövlüyü ehtiva edən azərbaycançılıq məfkurəsi dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsi kimi milli ideologiyamızı formalaşdırıb, ölkəmizdə davamlı sabitliyə nail olunub. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda yeni sosial-iqtisadi inkişaf strategiyası həyata keçirilib, “Əsrin müqaviləsi” imzalanıb, ölkəmizə böyük həcmdə investisiyalar cəlb edilib, istehsal müəssisələri yaradılıb, iş yerləri açılıb və əhalinin məşğulluğu təmin edilib. Bu dövrdə ümumi daxili məhsul istehsalında və digər makro-iqtisadi göstəricilərdə artıma nail olunub, əhalinin rifahı yüksəlib. Bu bir həqiqətdir ki, Heydər Əliyevin siyasi xətti Azərbaycandakı güclü dövlətçiliyin, ictimai-siyasi sabitliyin və iqtisadi inkişafın əsas təminatıdır. Bu gün fəxr edirik ki, Ümummilli Liderin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İqtisadiyyatın bütün istiqamətləri üzrə həyata keçirilən inkişaf konsepsiyası, ümumilikdə, ölkəmizin müstəqilliyini və dövlətçiliyini, xalqımızın milli birliyini, mövcud ictimai-siyasi sabitliyi ilbəil möhkəmləndirir. Dövlət başçısının təşəbbüsü ilə reallaşdırılan transmilli layihələr və beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanın regional və beynəlxalq enerji təhlükəsizliyinin əsas təminatçısı kimi rolunu artırıb. “Ötən 20 ildə cənab İlham Əliyev tərəfindən həyata keçirilən milli inkişaf doktrinasının əsas hədəfində, ilk növbədə, insan amili, hər bir Azərbaycan vətəndaşının yüksək həyat şəraiti ilə təmin olunması dayanır”, - deyən Fuad Nəcəfli bildirib ki, bunun nəticəsidir ki, ölkəmizdə güclü bazaya malik iqtisadi sistem qurulmuş, makroiqtisadi göstəricilərdə, ümumi daxili məhsulda və valyuta ehtiyatlarında dəfələrlə artıma nail olunub. Vurğulanıb ki, ordu quruculuğu cənab İlham Əliyevin fəaliyyətində əsas hədəf kimi müəyyənləşdirilib. Silahlı Qüvvələrimizin maddi-texniki bazasının, döyüş qabiliyyətinin və peşəkarlığının davamlı artırılması, döyüş arsenalının müasirləşdirilməsi son nəticədə güclü müdafiə potensialı formalaşdırmaqla yanaşı, həm də 30 illik işğala son qoydu, torpaqlarımız azad olundu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərində Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Bununla da Müzəffər Ali Baş Komandan ən mühüm missiyaya - ata vəsiyyətinə əməl etdi, Ümummilli Liderimiz Heydər Əliyevin arzularını reallaşdırdı. Fuad Nəcəfli çıxışının sonunda qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyətinin hər bir dövrü qürur və şərəf tariximizdir. Müdrik dövlət xadiminin siyasi irsi müstəqil Azərbaycanın dünəni, bu günü və gələcəyidir. İllər, əsrlər keçəcək, lakin bir həqiqət heç vaxt dəyişilməyəcəkdir: bu da Azərbaycan var olduqca yaşayacaq Heydər Əliyev ideyalarıdır. Sonra tədbirdə çıxış edən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov xalqımızın böyük oğlu Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolundan, Vətən qarşısında tarixi xidmətlərindən danışıb. 100 illik yubileyinin ölkəmizin hər yerində və onun hüdudlarından kənarda yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunduğunu bildirən nazir, varlığında bütöv bir millətin ruhunu yaşadan, şəxsiyyətində xalqın ən gözəl keyfiyyətlərini cəmləşdirən Dahi Rəhbərin həyatını öz xalqına həsr etdiyini xatırladıb. “Ulu Öndərin çoxşaxəli fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz, şərəfli bir hissəsini təşkil edir. Onun qurub yaratdıqları, müdrik ideyaları, müqəddəs irsi təkcə dünənimiz və bu günümüz üçün deyil, eyni zamanda gələcəyimiz üçün də əvəzsizdir”. Ulu Öndərin müqəddəs yolunu uğurla davam etdirən, Ata vəsiyyətini şərəflə yerinə yetirən ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin ardınca “Heydər Əliyev İli”ndə - bu ilin sentyabr ayında cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyinin tam bərpa edilməsini qürur hissilə diqqətə çatdırıb. Nazir oktyabrın 15-də, ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocavənd, Xocalı və Ağdərə şəhərlərində, Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində Azərbaycanın dövlət bayrağını ucaltmasını Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xalqımıza bəxş etdiyi tarixi Zəfərin, Qələbənin zirvə nöqtəsi adlandırıb. Qeyd edib ki, dövlətimizin başçısının tarixi Zəfərə həsr olunmuş möhtəşəm hərbi paradı noyabrın 8-də Xankəndi şəhərində keçirməsi və paradda qətiyyətli çıxışı Azərbaycan xalqını, Dünya Azərbaycanlılarını, bütün Türk Dünyasını hədsiz dərəcədə qürurlandırıb. Bu gün Azərbaycan dünyanı həm də azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işləri, nəhəng infrastruktur layihələri ilə heyrətləndirir. Müstəqil ölkəmizin inkişafı, tərəqqisi naminə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Çıxışında tarixə ekskurs edən Kəmaləddin Heydərov 1969-cu ildə respublika rəhbərliyinə gəldiyi ilk günlərdən etibarən xalqının rihafı və inkişafı yolunda mühüm nailiyyətlərə imza atan Ulu Öndər Heydər Əliyevin Azərbaycanın gələcək müstəqilliyi yolunda real addımlar atdığını qeyd edib. Sovetlər birliyində yaşadığımız illərdə Azərbaycan dilinə dövlət dili statusunun verilməsinin Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri olduğunu deyən nazir, bununla Dahi Rəhbərin gələcək müstəqil dövlətçiliyimizin milli atributunu məharətlə qoruduğunu vurğulayıb. O illərdə Azərbaycanın əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması olub. Fövqəladə hallar naziri xatırladıb ki, ötən əsrin 80-ci illərində yeganə azərbaycanlı olaraq yüksək vəzifələrdə çalışan Ulu Öndər SSRİ rəhbərliyinin yol verdiyi ciddi qüsurlara, şovinizmə, millətçiliyə, separatizmi dəstəkləməklə millətlərarası münaqişələrin qızışdırılmasına, açıq antiazərbaycan siyasətinə qarşı çıxıb, prinsipial mövqe nümayiş etdirib. Vəzifədə olmadığı vaxtda bir xilaskar kimi 20 Yanvar faciəsinin torədildiyi günün səhərisi bütün təzyiqlərə baxmayaraq Moskvada Azərbaycan həqiqətlərini beynəlxalq aləmə bəyan edən, doğma xalqını milli-siyasi fəlakət burulğanından xilas etmək üçün 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Ulu Öndər əvvəl Bakıya, sonra isə Naxçıvana gələrək Qurtuluş missiyasını davam etdirib. Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışdığı 1991-93-cü illəri muxtar respublikanın sosial-iqtisadi inkişafının çətin, eyni zamanda əlamətdar dövrü kimi xarakterizə edən Kəmaləddin Heydərovun sözlərinə görə, bu dövrdə Ulu Öndər Naxçıvanda bir tərəfdən erməni işğalçıları ilə mübarizəyə şəxsən rəhbərlik edir, digər tərəfdən ağır blokada şəraitində olan muxtar respublikanın iqtisadi durumunun, əhalinin vəziyyətinin yaxşılaşdırılması istiqamətində vacib tədbirlər həyata keçirirdi. Naxçıvandakı sovet qoşunlarının arsenalının bütünlükdə muxtar respublikanın dövlət orqanlarının nəzarəti altında təhvil-təslimini təmin edən Heydər Əliyev burada Azərbaycan ordusunun güclü birləşmələrini formalaşdırıb və ermənilərin hücumlarına qətiyyətlə cavab verilib. Ulu Öndərin bilavasitə təşəbbüsü ilə Ali Məclis muxtar respublikanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında tarixi qərarlar qəbul edib, 31 dekabr gününü Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi əbədiləşdirib. “1990-cı illərin əvvəli ölkəmizin müasir tarixində hərc-mərclik, qeyri-peşəkar idarəetmə, xaos və anarxiya dövrü kimi xatırlanır”, - deyə sözünə davam edən nazir bildirib ki, xalq ən ağır günlərini yaşadığı bir zamanda öz Xilaskarını – sevimli oğlu, dahi şəxsiyyət Heydər Əliyevi ölkəni idarə etməyə təkidlə çağırdı. Ulu Öndərin bu qayıdışı ilə Azərbaycan dövlətçiliyinin mövcudluğuna, müstəqilliyinə böyük təhlükə olan dövlət çevrilişi cəhdlərinə son qoyulub, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırılıb, cəbhədə atəşkəsə nail olunub, ölkəmizin sivil formada dövlətlərarası əlaqələr sisteminə qoşulması istiqamətində uğurlu addımlar atılıb. Qısa zamanda ölkəmizdə müstəqil dövlət təsisatları yaradılıb, demokratik prinsiplər bərqərar olub, Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasətə əsaslanan xətlə inkişaf etməyə başlayıb. Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 10 il Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazılıb. Bu illər ərzində ictimai-siyasi sabitlik və təhlükəsizlik təmin olunub, dövlət idarəçiliyi mexanizmi yenidən yaradılıb, genişmiqyaslı islahatlar həyata keçirilib, ölkəyə xarici sərmayələr cəlb edilib və ölkə iqtisadiyyatının dinamik inkişafı təmin edilib. Bu illərdə Heydər Əliyevin gərgin zəhmət, əzm, zəngin siyasi təcrübə, möhkəm iradə və ən əsası, hədsiz Vətən sevgisi sayəsində reallaşdırdığı nəhəng işlər Azərbaycan tarixinə silinməz qızıl hərflərlə yazılıb. Fövqəladə hallar naziri Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə son 20 il ərzində həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət nəticəsində müstəqil və suveren Azərbaycan Respublikasının hazırda müasir dünyanın aparıcı dövlətləri ilə bir sırada inamla irəlilədiyini, özünün iqtisadi, siyasi və hərbi qüdrəti ilə qarşıya çıxan istənilən problemin həllinə nail olduğunu iftixar hissilə dilə gətirib: “Möhtərəm Prezidentimizin titanik fəaliyyəti və milli maraqlara söykənən siyasəti nəticəsində Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər bu uğurların məntiqi nəticəsidir. Əminliklə demək olar ki, xalqımız 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkilərində yenidən Qalib Prezidentinə, Müzəffər Ali Baş Komandanına yekdilliklə səs verməklə daha böyük hədəflərə nail olacaqdır”. Çıxışının sonunda nazir Kəmaləddin Heydərov vurğulayıb ki, Fövqəladə Hallar Nazirliyinin kollektivi ümummilli lider Heydər Əliyevin ideyalarına, dövlətçilik xəttinə sadiq qalaraq bundan sonra da bütün qüvvə və bacarığını müstəqil respublikamızın yüksəlişi, tərəqqisi naminə səfərbər edəcəkdir. Tədbirdə digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb, Heydər Əliyev siyasi kursunun mahir davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin tarixi nailiyyətlərini qeyd edib, müasir Azərbaycan dövlətinin Ümummilli Liderin şah əsəri olduğunu iftixar hissilə dilə gətiriblər. Tədbir bədii hissə ilə davam edib.
2023-12-21
815,696
Türkiyə Hava Yolları 16 uçuşu ləğv etdi
Türkiyə Hava Yolları Antalya aeroportundan 16 reysi ləğv edib. Axar.az xəbər verir ki, bu barədə qurumdan bildirilib. Buna səbəb kimi əlverişsiz hava şəraiti, o cümlədən fırtına göstərilib. Qeyd olunub ki, onlardan 14-ü daxili, 2-si beynəlxalq reysdir.
2023-12-21
815,698
Səfirimiz danimarkalı parlamentarilərlə görüşdü
Azərbaycanın İsveç, Norveç, Finlandiya və Danimarkadakı səfiri Zaur Əhmədov Danimarka parlamentinin Xarici əlaqələr komitəsinin sədri Liz Bek və sədr müavini Per Husted ilə görüşüb. Axar.az xəbər verir ki, səfir həmsöhbətlərə Azərbaycanın keçməkdə olduğu inkişaf yolu, regiondakı post-münaqişə prosesləri və Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması istiqamətində atdığı addımlar haqqında məlumat verib. Görüş zamanı habelə, geniş potensiala malik Azərbaycan və Danimarka arasında əlaqələrin, xüsusilə də parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi yolları haqqında fikir mübadiləsi aparılıb. Səfir regional proseslər barədə sualları cavablandırıb.
2023-12-21
815,699
Türkiyədəki səfirliyimizdən seçkilərlə bağlı müraciət
Azərbaycanın Türkiyədəki səfirliyi prezident seçkiləri ilə əlaqədar vətəndaşlara müraciət edib. Axar.az xəbər verir ki, bu barədə səfirliyin X hesabında yazılıb. Qeyd olunub ki, 18 yaşını tamamlamış, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərində səsvermə hüququndan istifadə üçün lazımi məlumatları səfirliyə təqdim etməlidirlər. Onlar soyad, ad, ata adını, doğum tarixlərini, Türkiyədə daimi və ya müvəqqəti yaşadıqları ünvanları və əlaqə məlumatlarını "[email protected]" elektron poçt ünvanına göndərməlidirlər.
2023-12-21
815,700
“Prado” “Qazel”lə toqquşdu: ölən var
17:56 Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var. Axar.az Trend-ə istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisində qeydə alınıb. Belə ki, Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisində “Prado” markalı avtomobil “Qazel”lə toqquşub. Qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb. İki nəfər - Laçın rayon sakinləri, 1995-ci il təvəllüdlü Şəfa İmdad oğlu Ağayev və 1987-ci il təvəllüdlü Dəyanət Məhərrəm oğlu Məmmədov müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda ölənin şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır. *** Hacıqabulda yol qəzasında ölənin şəxsiyyəti müəyyənləşib. Report-un məlumatına görə, qəza nəticəsində Vüqar Əsgərov dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
2023-12-21
815,702
Azərbaycanda sağlamlıq sığortası modelləri hazırlanır
Azərbaycanda 2020-ci ildən icbari tibbi sığorta sistemi tətbiq olunur. Eyni zamanda, fərqli sağlamlıq sığortası modelləri də hazırlanır. Axar.az xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda Azərbaycanın səhiyyə naziri Teymur Musayev deyib. "Bunlar tamamlanmış sağlamlıq sığortası və özəl tibbi sığorta modelləridir. Bunların nəticəsində qarşılıqlı memorandumlar əsasında Türkiyə vətəndaşları üçün Azərbaycanda, Azərbaycan vətəndaşları üçün Türkiyədə özəl sığorta üzərindən müəyyən sağlamlıq turizmi paketlərinin təminatı həyata keçiriləcək", - nazir bildirib.
2023-12-21
815,703
Bu ölkə OPEK-dən çıxdı
Anqola Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEK) çıxıb. Axar.az xəbər verir ki, bu barədə Anqolanın mineral ehtiyatlar, neft və qaz naziri Diamantina de Azevedu məlumat verib. O bildirib ki, qərar ölkə Prezidenti Juana Lourensunun sədrliyi ilə keçirilən Nazirlər Şurasının iclasında qəbul edilib. Qeyd edək ki, Anqola uzun müddətdir ki, OPEK sazişinin diktə etdiyi hasilat öhdəliklərini yerinə yetirmirdi. Təşkilatın müəyyən etdiyi 1,455 milyon barrel hasilat səviyyəsinə baxmayaraq, Anqola sutkada yalnız 1,1-1,2 milyon barrel və ya daha az neft çıxarırdı.
2023-12-21
815,705
Dünyadakı bütün xəstəliklər Saakaşvilidə var - Kaladze
Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvilinin vəziyyəti əladır, onun həbsxanaya köçürülməsi ilə bağlı qərarı müvafiq qurum verəcək. Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladze bildirib. "Əslində bu adam pəhriz saxlayırdı. Əla formadadır, yaxşı görünür. Ola bilsin ki, müvafiq şöbə qərar qəbul etsin", - Kaladze jurnalistlərə deyib. Tiflis meri vurğulayıb ki, Saakaşvilinin səhhətində heç vaxt problem olmayıb: "Bu, sadəcə spekulyasiya idi. O, səhhətində problem varmış kimi ölkəyə qarşı kampaniya aparırdı. Deyəsən, dünyada olan bütün xəstəliklərin hamısı onda var idi. Bunu onun tərəfdarları və ailə üzvləri deyirdi". Qeyd edək ki, Gürcüstanın keçmiş baş naziri Georgi Qaxariyanın rəhbərlik etdiyi “Gürcüstan naminə” partiyası Saakaşvilinin ən azı Yeni il tətilindən sonra cəzaçəkmə müəssisəsinə köçürülməsini hökumətdən xahiş etmişdi.
2023-12-21
815,706
Lənkəranda 49 yaşlı kişi qətlə yetirildi
18:21 Dekabrın 21-də saat 17 radələrində Lənkəran rayon sakini, 1974-cü il təvəllüdlü Zülfüqar Əziz oğlu Cəfərovun kəsilmiş-deşilmiş xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, 1983-cü il təvəllüdlü Bəhruz Ağababa oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. *** Lənkəran Rayon Prokurorluğundan yayılan məlumata görə, araşdırmalarla 1983-cü il təvəllüdlü Bəhruz Məmmədovun Lənkəran rayonunun Separadi kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Zülfüqar Cəfərova xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Bəhruz Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.
2023-12-21
815,707
ADY gücləndirilmiş iş rejiminə keçəcək
Yeni il tətili günlərində Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) bütün strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Axar.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Bildirilir ki, qatarla səfərlərə tələbatın artacağı bir vaxtda müştəri məmnuniyyətini təmin etmək məqsədilə Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə əlavə qatarlar təyin olunub. Səfərlər müasir "Stadler" qatarları ilə həyata keçiriləcək. Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə, əlavə suallarınız yaranarsa, 24/7 fəaliyyət göstərən 1822 əlaqə mərkəzimizə müraciət edə bilərsiniz.
2023-12-21
815,708
Cavanşir Quliyev prezidenti dəstəklədi
Əməkdar artist, tanınmış bəstəkar Cavanşir Quliyev fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Azərbaycanın hazırkı Prezidenti İlham Əliyevin namizədliyini dəstəkləyib. Axar.az xəbər verir ki, incəsənət xadimi İlham Əliyevə səs verəcəyini açıqlayıb. "Növbədənkənar (prezident) seçkilərin keçirilməsinin səbəbini bilmirəm. Amma mən 100 faiz əminəm ki, Azərbaycan xalqı Prezident İlham Əliyevi seçəcək. Mən özüm də İlham Əliyevi (seçkilərdə) favorit görürəm və ona səs verəcəm", - deyə Quliyev bildirib.
2023-12-21
815,709
Azərbaycanda Fransanın kəşfiyyat şəbəkəsi aşkarlandı
Bu yaxınlarda Azərbaycan ərazisində Fransa səfirliyinin kəşfiyyat şəbəkəsi aşkarlanıb. Axar.az Report-a istinadən xəbər verir ki, bu rezidentura Fransanın “tərəfdaşları” kimi tanınan ölkələrin nümayəndələrinə qarşı çox inamlı və sakit şəkildə kəşfiyyat əməliyyatları aparıb. Üstəlik, rezidentura geniş əlaqələrdən istifadə edərək region ölkələrində fəal şəkildə fəaliyyət göstərib, yeni məqsədlər formalaşdırıb və təsir dairəsini genişləndirib. Məlumatlı mənbələrin xəbərinə görə, bu istiqamətdə araşdırma bir-biri ilə əlaqəli olan şəxslərin şəbəkəsini aşkarlamağa imkan verən çox maraqlı məqamları üzə çıxarıb. Belə ki, uzun illər Fransa kəşfiyyatının ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri könüllü olaraq Azərbaycanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq təşəbbüsü ilə çıxış edib. Onun əməkdaşlığı nəticəsində Azərbaycanda xidmət etmiş, fəaliyyətlərini davam etdirən, bəziləri isə hazırda bir sıra qonşu dövlətlərdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən onlarla fransız məxfi agent ifşa edilib. Bununla yanaşı, Azərbaycan xüsusi xidmət orqanlarına Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyəti ilə bağlı sübut və sənədlər təqdim olunub. Bundan başqa, məlum olub ki, Azərbaycanın xüsusi xidmət orqanlarının apardığı cinayət işi ilə bağlı Ukrayna, Gürcüstan və Azərbaycanla bağlı kəşfiyyat fəaliyyəti həyata keçirmiş bir sıra şəxslər həbs edilib. Mənbənin fikrincə, bu uğursuzluğun miqyası Fransa kəşfiyyatının imicinə ciddi zərbə vuracaq. Lakin Azərbaycan tərəfi məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Eyni zamanda, ötən gün yayılanan xəbərlərdə Fransa Prezidenti Emmanuel Makronun Fransa Müdafiə Nazirliyinin (DGSE) Xarici Təhlükəsizlik Baş İdarəsinin direktoru Bernard Emyeri vəzifəsindən azad etdiyi bildirilib. Xatırladaq ki, B.Emyer bu ilin aprelində Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşmək üçün Minskə səfər etmişdi. Afrika və Cənubi Qafqaz regionunda kəşfiyyatın uğursuzluğundan sonra onun mümkün istefası müzakirə edilməyə başlanılmışdı. Hələ 2023-cü ilin avqustunda E.Makron Fransa xarici kəşfiyyatının rəhbərinə qarşı narazılığını ifadə etmişdi. Buna səbəb B.Emyerin fəaliyyətinin Parisin Afrika və Şərqi Avropadakı mövqelərinə zərbə vurması olub. Maraqlıdır ki, Daxili Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik edən Nikolya Lerner Fransa Baş Qərargahının rəhbəri təyin edilib.