date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2023-12-19 | 815,039 | Rusiya donanması döyüşə hazır vəziyyətdədir | Rusiyanın bütün hərbi donanmaları döyüş hazırlığı vəziyyətindədir. Axar.az xəbər verir ki, bu barədə Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı Nikolay Yevmenov deyib. Onun sözlərinə görə, donanmaların döyüşə hazırlığı nəzarət yoxlamaları və silahlardan istifadə etməklə keçirilən təlimlərlə yoxlanılıb. Yevmenov qeyd edib ki, ilin əvvəlində Hərbi Dəniz Qüvvələrinə daha bir buzqıran gəminin, həmçinin çoxfunksiyalı gəmilərin və təchizat gəmilərinin qəbulu planlaşdırılır. |
2023-12-19 | 815,040 | “Nar” və NETTY ən yaxşı internet təşəbbüsünü mükafatlandırdı | Azərbaycanda öncül internet təşəbbüsləri dəstəkləmək məqsədilə “Nar” və “NETTY” ilin ən yaxşı internet layihələrini mükafatlandırdı. Ekspertlər Şurasının seçimi və internet istifadəçilərinin səsverməsi ilə 20 layihə qalib seçildi. Budəfəki müsabiqədə layihələr “Dövlət və elektron hökumət”, “Sosial məsuliyyət və cəmiyyət”, “Biznes və sahibkarlıq” və digər nominasiyalar üzrə qalib oldu. Qaliblər haqqında ətraflı məlumatı netty.az/az/winners səhifəsindən əldə etmək olar. Qeyd edək ki, “Nar” yüksək keyfiyyətli rabitə xidməti təqdim etməklə yanaşı, həm də yerli İKT bazarının inkişafı istiqamətində ardıcıl layihələr həyata keçirir. 2004-cü ildən təsis edilmiş Netty İnternet Mükafatı da 2018-ci ildən bəri “Nar”la əməkdaşlıq edir və hər il qlobal şəbəkənin Azərbaycan seqmentində yaradılan layihələrin ən yaxşılarını mükafatlandırır. Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir. |
2023-12-19 | 815,042 | XİN rəhbəri İƏT baş katibinin müavini ilə görüşdü | Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin humanitar, mədəni və sosial məsələlər üzrə müavini, Baş katibin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tariq Əli Baxit ilə görüş keçirib. Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Görüş zamanı Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq gündəliyi və əlaqələrin perspektivləri, habelə İƏT-in Əfqanıstanda fəaliyyəti və bu istiqamətdə gələcək perspektivlər müzakirə olunub. Nazir Ceyhun Bayramov Təşkilatla qurulan sıx əməkdaşlıq əlaqələrini məmnunluqla vurğulayıb. Bu il Bakıda İƏT-in Əmək Mərkəzinin açılışının təşkilat çərçivəsində münasibətləri daha da irəli aparacağı qeyd olunub. Aparılacaq birgə işlərin əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv ölkələrin əməkdaşlığının genişləndirilməsinə xidmət edəcəyi diqqətə çatdırılıb. Müzakirələr zamanı tərəflər Əfqanıstanda sülh və sabitliyin əhəmiyyətini vurğulayıblar. İƏT Baş katibinin nümayəndəsi Əfqanıstan üzrə təmasları və görüşləri, eləcə də Təşkilatın bölgədə planları barədə ətraflı məlumat verib. Azərbaycanın bölgənin qonşuluğunda yerləşən dövlət olaraq, Əfqanıstandakı vəziyyəti yaxından izləndiyi vurğulanıb. Tərəflər eyni zamanda, ölkəmiz ilə İƏT arasında mövcud humanitar, sosial və mədəni əməkdaşlıqdan məmnun olduqlarını bildirib, birgə mədəni tədbirlər üzrə planlar ilə bölüşüblər. Tərəflər eyni zamanda, qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. |
2023-12-19 | 815,044 | Ukrayna fəlakətə sürüklənir, yorulmuşuq - Arestoviç | Qərbin Kiyevə silah tədarükü ilə bağlı fikir ayrılığı və Ukrayna cəmiyyətinin yorğunluğu səbəbindən ölkə fəlakətə sürüklənir. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç Teleqram kanalında yazıb. “Möcüzə baş vermədi. Qərb Ukraynaya yardımla bağlı razılığa gəlmədi. Cəmiyyətə bir ay əvvəl göründüyü kimi hər şeyin heç də rəngarəng olmaması ilə bağlı siqnallar daxil olmağa başlayır. Bu siqnallar cəbhədə problemlər, iqtisadiyyat və səfərbərliyin güclənməsi ilə bağlıdır. Biz artıq yorulmağa başlayırıq”, - deyə Arestoviç bildirib. |
2023-12-19 | 815,046 | Pirotexniki vasitələr satan mağazalar aşkarlandı | Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı Masallı şəhəri ərazisində yerləşən 2 mağazada pirotexniki vasitələrin satılması faktı aşkarlanıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, həmin mağazaların sahibləri G.Hacıyeva və C.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci ( İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokollar tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib. |
2023-12-19 | 815,047 | Məktəblərə telefona qadağa qoyulub? - Açıqlama | Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Azərbaycanın ümumi təhsil müəssisələrində şagirdlərə dərsə mobil telefon gətirməyə qadağa qoyulması barədə məlumatların təhrif edildiyini və yayılan xəbərin reallığı əks etdirmədiyini açıqlayıb. Bu barədə Axar.az-a Dövlət Agentliyindən bildirilib. "Məlumat üçün bildiririk ki, ötən tədris ilinin ikinci yarımilindən başlayaraq ölkəmizin 300 məktəbində “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” tətbiq edilib.Həmin qaydalara əsasən, şagird ağıllı saat və telefonları, həmçinin digər elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə etməməlidir. Şagird əgər məktəbə gəlib-getməsi üçün təhlükəsizliyinin təmin olunması məqsədilə telefon gətirirsə, həmin telefon şagirddən alınaraq təhlükəsiz yerdə saxlanılır və dərs məşğələləri bitdikdən sonra ona geri qaytarılır. Bir daha yekun olaraq bildiririk ki, bu qayda yalnız pilot olaraq seçilmiş 300 məktəbdə tətbiq edilir", - qurumdan qeyd olunub. |
2023-12-19 | 815,049 | Bakıda yaşayış binasında 3-cü yanğın... | Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan 2 otaqlı mənzildə yanğın olub. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Hadisə nəticəsində mətbəxdə 1 ədəd paltaryuyan, 1 ədəd qaz sobası yanıb. Yüksək temperaturdan mətbəx mebeli, plastikdən ibarət qapı və pəncərə çərçivəsi qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. Qeyd edək ki, bu gün Yasamal və Nəsimi rayonlarında yanğınlar baş vermişdi. |
2023-12-19 | 815,053 | İsraildən HƏMAS-a: Humanitar atəşkəsə hazırıq! | İsrail qalan girovları azad etmək üçün Qəzza zolağında növbəti humanitar fasiləyə hazırdır. Axar.az xəbər verir ki, bu barədə İsrail Prezidenti İshaq Hersoq deyib. “İsrailin girovların azad edilməsini təmin etmək üçün növbəti humanitar fasiləyə və əlavə humanitar yardıma hazır olduğunu təsdiq edə bilərəm”, - deyə prezident bildirib. O, həmçinin qeyd edib ki, İsrail Qəzza xalqı ilə müharibə aparmır. |
2023-12-19 | 815,055 | Prezidentin köməkçisi Tim Barrou ilə görüşdü | Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniya Baş nazirninin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Tim Barrou ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov X hesabında paylaşım edib. “Azərbaycan və Böyük Britaniya arasında mükəmməl ikitərəfli münasibətlər, eləcə də genişspektrli regional məsələlər, Azərbaycan-Ermənistan münasibətlərində irəliləyiş və Azərbaycanın qarşıdan gələn iqlim sammitinə - COP29-a ev sahibliyi etməsi barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev və Böyük Britaniyanın Milli Təhlükəsizlik müşaviri Tim Barrou arasında çox məhsuldar və canlı söhbət baş tutdu”, - paylaşımda deyilir. |
2023-12-19 | 815,057 | Okampo şər-böhtanla məşğuldur - İcma | Ermənistan sülh istəyirsə, onda ərazisində olan Qarabağ ermənilərinin təxribatçı tör-töküntülərinin Azərbaycana qarşı düşmənçilik fəaliyyətinə son qoymalıdır. Axar.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir. Bəyanatda qeyd edilir ki, erməni diasporunun əlində oyuncağa çevrilmiş Luis Okampo Azərbaycanı “soyqırımı”nda ittiham edən növbəti qondarma hesabatla çıxış edib: "Xocalı qatillərinin tutulmasına göz yaşı tökən səlibçi mentalitetli L.Okampo bunu “erməni soyqırımının tərkib hissəsi” kimi qələmə verir. O, daha doğrusu, bu cızma-qaranı onun adından yazmış şəxslər “Dağlıq Qarabağ etnik qrupu” kimi “dahiyanə elmi kəşf” edib. Cızma-qarada 2017-ci ildə “İvanyan (ermənilərin Xocalıya verdiyi eybəcər ad) Artsaxın Azərbaycan işğalından azad edilmiş inkişaf edən kəndidir” deməklə Azərbaycan xalqını təhqir edən Artak Beqlaryan kimi irqçi klounun ifadəsi yer alıb. Hesabatda bu il Azərbaycan əleyhinə təşkil edilmiş BMT Təhlükəsizlik Şurasının iclaslarına, ABŞ senatında dinləmələrə, "Nyu York Tayms", "Vaşinqton Post" kimi qəzetlərdə ölkəmizə qarşı yer almış şər-böhtan yazılara toxunan L.Okampo əslində özünün də cəlb edildiyi kampaniya barədə aydın ipucuları verir. Azərbaycan və Ermənistan arasında əldə edilmiş 7 dekabr anlaşması fonunda belə əməllərin məqsədi sülh prosesinə mane olmaqdır. Bir sıra regiondankənar dairələr Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasında maraqlı deyil. Belə kağız parçaları bu ilin yay aylarında olduğu kimi Ermənistana boş ümid verməməlidir". |
2023-12-19 | 815,060 | MİT İŞİD-in yüksək rütbəli şəxsini yaxaladı | İŞİD terror şəbəkəsinin Dəməşq üzrə inzibati və maliyyə məsələlərinə cavabdeh üzvü Xüzeyfə əl-Musi Türkiyənin Mersin vilayətində həyata keçirilən əməliyyat zamanı saxlanılıb. Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat Milli İstehbarat Təşkilatı (MİT) tərəfindən təşkil edilib. Təfərrüat açıqlanmır. |
2023-12-19 | 815,061 | Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü | Xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy arasında görüş keçirilib. Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Rusiya arasında humanitar və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri, habelə regional vəziyyət müzakirə olunub. Xüsusi nümayəndə Mixayıl Şvıdkoy bu il qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Rusiyada keçirilən tədbirlər barədə məlumat verib, növbəti ildə də mədəniyyət və humanitar sahələrdə iki ölkə arasında birgə tədbirlərin həyata keçirilməsi istiqamətində dəstək verməyə hazır olduğunu bildirib. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. |
2023-12-19 | 815,062 | Bakıda dəm qazı normadan yüksəkdir | Paytaxt havasında dəm qazının miqdarı normadan çox olub. Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir. Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində çirkləndirici qaz qarışıqlarından yalnız dəm qazının miqdarı Bakı şəhəri üzrə 1.2 dəfə yüksək müəyyən edilib. Dəm qazının miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərlə əlaqədardır. |
2023-12-19 | 815,063 | Çempionlar Liqasının finalı İrəvanda keçiriləcək | UEFA Futzal üzrə Çempionlar Liqasının 2024-cü ildə baş tutacaq finalı Ermənistanda keçiriləcək. Axar.az Offsideplus.az-a istinadən xəbər verir ki, bu barədə qitə futbol qurumu rəsmi məlumat yayıb. Ermənistan finalın keçirilməsi üçün namizədliyini verən Yunanıstan, Litva, Polşa, İspaniya və İsveçrə kimi ölkələri üstələyərək qalib olub və nəticədə həlledici matça ev sahibliyi edəcək. Oyunlar İrəvanda yerləşən "Karen Dəmirçyan Arena"da baş tutacaq. Yarımfinal oyunları mayın 3-də, 3-cü yer və final qarşılaşmaları isə mayın 5-də keçiriləcək. Qeyd edək ki, Azərbaycanın bu turnirdə yeganə təmsilçisi “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəni dayandırıb. |
2023-12-19 | 815,071 | Ukraynanı onlara verib, necə yediklərinə baxacaqdıq? | Ukraynanın suverenliyi və bütövlüyünün yeganə təminatçısı Rusiya idi. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin Kollegiyasının genişləndirilmiş iclasında deyib. “Rusiya Sovet İttifaqını yaradanda, sadəcə olaraq, əhalisi ilə birlikdə özünün böyük tarixi ərazilərini, nəhəng potensialını (Ukraynaya - red.) verdi və bütün bu əraziyə nəhəng sərvətlər yatırdı”, - deyə dövlət başçısı bildirib. Kreml rəhbəri bildirib ki, Ukrayanın qərb əraziləri İkinci Dünya müharibəsindən öncə Polşaya məxsus olub: "Tarix yenə də hər şeyi öz yerinə qoyacaq, Rusiya mane olmaq niyyətində deyil, lakin özününkünü verməyəcək. Birləşmiş Ştatlar, necə ki, özləri deyir, Ukraynanı qoparıb, Rusiyanın Avropa ilə münasibətlərini pozdular, bu baxımdan, təəssüf ki, istədiklərinə nail oldular. Biz sadəcə olaraq, başqa cür davrana bilmədik. Ya da onların istədiyi hər şeyi verməli və onların bunu tam yeyərkən, necə çeynədiklərinə baxmalı idik? Bu, bizim, əsl Rusiya ərazimizdir. Biz bunu edə bilməzdik”. |
2023-12-19 | 815,074 | Qeyri-maddi mədəni nümunələr İrs Siyahısına daxil edildi | Dekabrın 18-19-da Mərakeşin paytaxtı Rabat şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının – İSESKO-nun nəzdində fəaliyyət göstərən İslam Dünyası İrs Komitəsinin (IWHC) 11-ci iclası keçirilib. Mədəniyyət Nazirliyindən Axar.az-a bildiriblər ki, komitə üzvlərinin qərarı ilə ölkəmizin zəngin mədəniyyətini əks etdirən 10 qeyri-maddi mədəni irs nümunəsi İslam Dünyası İrs Siyahısına daxil edilib: 1. Yallı (köçəri, tənzərə) Naxçıvanın ənənəvi qrup rəqsləri; 2. Dolma hazırlanması və paylaşılması ənənəsi, mədəni kimliyin göstəricisi; 3. Pəhləvanlıq mədəniyyəti, ənənəvi zorxana oyunları, idman növləri və güləş; 4. Azərbaycan muğamı; 5. Lahıc misgərlik sənəti; 6. Çövkən – ənənəvi Qarabağ atüstü oyunu; 7. Azərbaycan aşıq sənəti; 8. Kəlağayı düzəldilməsi və geyinməsi ənənəvi incəsənəti və onun simvolizmi; 9. Tar ifaçılıq sənəti və onun hazırlanma ustalığı; 10. Azərbaycanda xalça toxuculuğu ənənəvi sənəti. Dekabrın 19-da İSESKO-nun qərargahında Mərakeş rəsmiləri, təşkilata üzv ölkələrin diplomatik nümayəndəlikləri və İslam Dünyası İrs Komitəsi üzvlərinin də iştirak etdiyi mərasimdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin hazırladığı namizədlik faylları əsasında qeyd olunan elementlərin İslam Dünyası İrs Siyahısına daxil edilməsini təsdiq edən sertifikat İSESKO-nun baş direktoru Salim əl-Malik tərəfindən Azərbaycanın bu qurumdakı daimi nümayəndəsi Nazim Səmədova təqdim edilib. İslam Dünyası İrs Komitəsinin sözügedən qərarı ilə Azərbaycan xalqına məxsus bu qeyri-maddi mədəni irs elementlərinin mühüm dəyəri vurğulanıb, mədəni irsin qorunmasının, mühafizəsinin və davamlılığının təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Qeyd edək ki, Azərbaycanın üzvü olduğu İSESKO ilə əməkdaşlığında mədəni irsin qorunması mövzusu mühüm yerlərdən birini tutur. Xatırladaq ki, 2019-cu ildə Azərbaycandan İçərişəhər (Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə), Şəkinin tarixi mərkəzi (Xan sarayı ilə birlikdə) və Qobustan qayaüstü rəsmləri də İslam Dünyası İrs Siyahısına daxil edilib. Bununla da Azərbaycanın İslam Dünyası İrs Siyahısındakı mədəni irs nümunələrinin sayı 13-ə çatıb. |
2023-12-19 | 815,075 | Seçkilərin şəffaf keçirilməsi üçün... - Məmmədov | Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Qiymətləndirilməsi Missiyasının nümayəndələri Martina Barker-Çiqanikova və Qoran Petrov ilə görüşüb. Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, görüş zamanı, 7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq məsələləri və bu istiqamətdə beynəlxalq öhdəliklər müzakirə olunub. E.Məmmədovun qarşıdan gələn seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün ardıcıl, sistemli və intensiv şəkildə atılan addımlar, eləcə də beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakı, xaricdə yaşayan və ya müvəqqəti olaraq xarici ölkədə olan Azərbaycan vətəndaşlarının seçki hüququnun təmin edilməsi ilə bağlı tədbirlər barədə qarşı tərəfə ətraflı məlumat verib. Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. |
2023-12-19 | 815,076 | Azərbaycandan Rusiyaya 612 min yumurta göndərildi | Azərbaycandan Rusiyaya ilk partiya olmaqla 612 min ədəd yumurta göndərilib. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxodnadzor) məlumatında deyilir. “Dekabrın 19-da Azərbaycandan Rusiyaya 36 ton (612 min ədəd) həcmində ərzaq yumurtasının ilk partiyası Yaraq-Qazmalar keçid məntəqəsi vasitəsilə göndərilib”, - deyə bildirilib. |
2023-12-19 | 815,078 | Azərbaycanda zəlzələ baş verdi | Bu gün yerli vaxtla saat 20:24-də Oğuz rayonunda maqnitudası 3 bal olan zəlzələ baş verib. Bu barədə Axar.az-a Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib. Zəlzələ ocağının dərinliyi 25 km olub. Yeraltı təkanlar bəzi insanlar tərəfindən hiss olunub. |
2023-12-19 | 815,080 | Hikmət Hacıyev britaniyalı parlamentarilərlə görüşdü | Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniya Parlamentinin nümayəndələri ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov X hesabında paylaşım edib. Prezidentin köməkçi Böyük Britaniya parlamentinin nümayəndəsi Manzila Pola Uddin və David Duquid ilə söhbət edib. |
2023-12-19 | 815,081 | Ərdoğan Küveyt əmiri ilə müzakirə apardı | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Küveyt əmiri şeyx Meşal əl-Əhməd əl-Cabər əs-Sabah arasında telefon danışığı baş tutub. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb. Ərdoğan Küveyt əmiri Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatı ilə əlaqədar qarşı tərəfə başsağlığı verib. Söhbət zamanı Türkiyə ilə Küveyt əlaqələri, qlobal və regional məsələlər müzakirə edilib. Ərdoğan Şeyx Meşala yeni vəzifəsində uğurlar diləyib. |
2023-12-19 | 815,083 | Yılmazın iştirakı ilə Bakıda “İş dünyasının görüşü"... | Dekabrın 19-da Bakıda Türkiyənin vitse-prezidenti Cövdət Yılmazın iştirakı ilə “İş dünyasının görüşü” adlı tədbir keçirilir. Axar.az xəbər verir ki, “Türkiyə Yüz İli Birlik və Həmrəylik Platforması Azərbaycan” tərəfindən təşkil olunan tədbirdə Azərbaycanda fəaliyyət göstərən iş adamları iştirak edirlər. Xatırladaq ki, Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz dekabrın 19-20-də Azərbaycanda səfərdə olacaq. C.Yılmazın səfər çərçivəsində bir sıra görüşlər keçirməsi gözlənilir. |
2023-12-19 | 815,086 | ABŞ bizə xəyanət etməyəcək - Zelenski | Əminəm ki, ABŞ bizə xəyanət etməyəcək və razılaşdığımız şey tam şəkildə həyata keçiriləcək. Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Ukraynaya maliyyə yardımın göstərilməsi ilə bağlı ciddi iş gedir. |
2023-12-19 | 815,087 | Paşinyan TŞ-nin iclasını keçirdi: Bakı ilə münasibətlər… | Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Axar.az xəbər verir ki, iclasda TŞ üzvlərindən başqa Prezident Vaaqn Xaçatryan, parlamentin sədri Alen Simonyan, Baş nazirin Aparat rəhbəri Araik Arutyunyan, iqtisadiyyat naziri Vaan Kerobyan, parlamentin Xarici əlaqələr daimi komissiyasının sədri Sərkis Xandanyan və s. iştirak edib. İclasda Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi, Ermənistanın ərzaq təhlükəsizliyi, Ermənistan Silahlı Qüvvələrinin avtomatlaşdırılmış vahid idarəetmə sistemi və Ermənistanın təhlükəsizliyi ilə bağlı digər məsələlər müzakirə edilib. Xarici işlər naziri Ararat Mirzoyan, müdafiə naziri Suren Papikyan, Baş Qərargah rəisi Edvard Asryan, iqtisadiyyat naziri Vaan Kerobyan və digər şəxslər məruzə ediblər. |
2023-12-19 | 815,089 | İqtisadi Komissiyanın iclası Ankarada keçiriləcək - Yılmaz | Azərbaycanla Türkiyə arasında Hökumətlərarası İqtisadi Komissiyanın iclası Ankarada keçiriləcək. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz “ İş dünyasının görüşü” adlı tədbirdə çıxışı zamanı deyib. “Orada da iş dünyasını bir araya gətirməyi planlaşdırırıq. Dəqiq tarix bəlli deyil lakin fevral ayının ikinci yarısında baş tuta bilər. İki ölkənin ticarət və iqtisadi münasibətləri üçün yeni bir yol xəritəsi hazırlayacağıq”, - deyə C.Yılmaz bildirib. Qeyd edək ki, Bakıda Türkiyənin vitse-prezidenti Cövdət Yılmazın iştirakı ilə “İş dünyasının görüşü” adlı tədbir keçirilir. |
2023-12-19 | 815,090 | Rusiyanın İrəvanı ittihamına Paşinyanın cavabı | Ermənistan Baş naziri Nikol Paşinyan 9 (10) noyabr bəyanatının bəndlərinin Ermənistana görə yerinə yetirilməməsi barədə Rusiya XİN-in açıqlamasına cavab verib. Axar.az xəbər verir ki, Paşinyan bu barədə Ermənistan İctimai Televiziyasının efirində deyib. O, bu yöndən verilən sualı bu cür cavablandırıb: “Yəni 9 (10) noyabr üçtərəfli bəyanatda yazılıb ki, Azərbaycan Dağlıq Qarabağ ermənilərinə hücum etməlidir və bu zaman Rusiya sülhməramlıları gizlənməlidir?” |
2023-12-19 | 815,092 | Rusların Qarabağda “vəzifəsi” – Şoyqu kimi “qoruyur”? | Rusiya müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinin də iştirak etdiyi Müdafiə Nazirliyinin kollegiya iclasında bildirib ki, Rusiya sülhməramlı qoşunları Qarabağda sülhün əsası və qarantı olmaqda davam edir. “Gələn il Rusiya hərbi kontingentinin qarşısında Qarabağda sülhün və sabitliyin qorunması vəzifəsi qoyulur”, - deyə nazir açıqlayıb. Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Şoyqunun bu sözlərində ziddiyyət var: “Qarabağda sülh bərpa edilib və Şoyqunun təbirincə desək, Azərbaycanın kənar “qaranta” ehtiyacı yoxdur. Buna baxmayaraq, Kremlə elə gəlir ki, Rusiya sülhməramlıları Qarabağı tərk etməməlidirlər. Ancaq Kremlin bunu əsaslandırmaq üçün arqumenti zəifdir. Bu arada, Rusiya Müdafiə Nazirliyindən fərqli bir açıqlama da yayımlanıb. Açıqlamada Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanlığının ərazinin minalardan təmizlənməsinə dair razılıq əldə etmək üçün Azərbaycan tərəfi ilə danışıqlar apardığı bildirilib. Görünür, Kreml rusiyalı sühməramlıların Qarabağda qalma müddətini uzatmaq üçün bu təşəbbüslə çıxış edib. Çünki rusiyalı hərbçilərin Qarabağda başqa məşğuliyyəti qalmayıb. Qarabağda minaları təmizləmək üçün uzun illər lazımdır. Deməli, Rusiya hərbçiləri “minaların təmizlənməsi” mövzusu adı altında Azərbaycanda daha uzun müddət qalmaq istəyirlər. Azərbaycanda minaların təmizlənməsiylə ANAMA (Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentlik) təşkilatı məşğuldur. Bu təşkilat minaların təmizlənməsinə yerli vətəndaşları cəlb edib və onlara aylarla xüsusi kurs keçilir. Bu səbəbdən minaların təmizlənməsində təcrübəsi olmayan Qarabağdakı rusiyalı hərbçilərin bu çalışmalarda Azərbaycana necə yardımçı olacaqları sual doğurur. Azərbaycan Qarabağda minaların təmizlənməsində ölkəmizə dəstək verən, avadanlıqlar göndərən, təcrübəsini bölüşən hər ölkəyə və təşkilata minnətdardır. Rusiya da bu işdə Azərbaycana yardımçı olarsa, dəstəyə görə minnətdar olarıq, sadəcə bu işə rusiyalı sülhməramlıların deyil, Rusiyada bu işdə təcrübəsi olan mütəxəsisislərin Azərbaycana göndərilməsi faydalı olardı”. Ekspert qeyd edib ki, rusiyalı sülhməramlıların Azərbaycanda qalmalarının gərəkliliyini dəstəkləyən yerli ekspertlər arasında belə bir fikir də var ki, onlar Qarabağı tərk etsələr, bölgəyə Fransa, ABŞ və ya beynəlxalq təşkilatlardan birinin sülhməramlıları daxil ola bilər: “Azərbaycanın razılığı olmadan heç bir ölkənin və təşkilatın silahlı qüvvələri Qarabağa daxil ola bilməz. Rusiya sühməramlılarının Qarabağı tərk etməsini istədiyimiz kimi, Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyən ölkə və təşkilatların bölgəmizə daxil olmasını da istəmirik”. |
2023-12-19 | 815,093 | Zelenskidən şok: Yarım milyon insan səfərbər oluna bilər! | Ukrayna ordusunun Baş Qərargahı hökumətdən 450-500 min insanın səfərbərliyə cəlb olunması ilə bağlı icazə istəyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib. Dövlət başçısı hələ ki, bununla bağlı qərar qəbul olunmadığını bildirib: “Baş Qərargah yaranan kəsirlə bağlı müraciət ünvanladılar. Onların nöqteyi-nəzərinə görə, 450-500 min insan səfərbər edilməlidir. Bu, çox ciddi rəqəmdir. Hələ ki, bu yöndə qanun imzalanmayıb. Daha çox arqument, konkretlik gərəkdir”. Dövlət başçısı onu da əlavə edib ki, belə səfərbərlik hökumətə 500 milyard qrivnaya başa gələcək. |
2023-12-19 | 815,094 | Tərifli "əks-hücum"un nəticələrini ağalarına göstərirlər… | Rusiya qoşunları Ukrayna cəbhəsində təşəbbüsü ələ alır, düşmən böyük itkilər verir və öz resurslarını böyük ölçüdə boşa xərcləyir, özünün tərifli qondarma əks-hücumunun nəticələrini ağalarına göstərməyə çalışır. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Rusiya Müdafiə Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında bildirib. “Təmas xəttində vəziyyəti qiymətləndirərək əminliklə deyə bilərik ki, qoşunlarımız təşəbbüsü ələ alır. Biz lazım olanı və istədiyimizi edirik. Lazım olan yerdə mövqelərimizi təkmilləşdiririk”, - Putin bildirib. Kreml rəhbərinin sözlərinə görə, Qərb hərbi texnikasının toxunulmazlığı haqqında mif də aradan qalxıb: “Qərbdə, necə deyərlər, bizi hərbi-strateji məğlubiyyətə uğratmaq üçün edilən bütün cəhdlərin qarşısı əsgərlərimizin cəsarəti və mətanəti, eləcə də silahlı qüvvələrimizin gücü, yerli sənayenin və müdafiə istehsalının potensialı ilə alındı”. |
2023-12-19 | 815,098 | Xəzər sahillərində 130 suiti ölüsü tapıldı | Xüsusi Komissiya Dağıstanda Xəzər dənizi sahillərində monitorinq apararkən Rusiya Federasiyasının Qırmızı Kitabına daxil edilmiş 130-a yaxın suiti ölüsü aşkar edib. Axar.az "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə regional Təbii Sərvətlər və Ətraf Mühit Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. “Bu həftəsonu sahildə 130-a yaxın ölü heyvan qeydə alınıb. Onların əksəriyyəti artıq çürüyüb. Heyvanların təkcə Xəzər dənizinin Rusiya sahillərində deyil, həm də Azərbaycan və İran sahillərində ölməsi istisna deyil. Kütləvi ölümün dəqiq səbəbi müəyyən edilməyib”, - deyə qurum qeyd edib. Nazirlikdən izah olunub ki, Xəzər suitisinin kütləvi tələfatı son illərdə heyvanların şimaldan Xəzər dənizinin cənubuna aktiv miqrasiyasının müşahidə olunduğu bir vaxtda mütəmadi qaydada qeydə alınır. |
2023-12-19 | 815,100 | HƏMAS liderlərini ya həbsə, ya da məzara... - Qallant | İsrail hərbçiləri HƏMAS liderlərini layiq olduqları yerə - ya həbsə, ya da məzara göndərəcəklər. Axar.az xəbər verir ki, bu sözləri İsrail müdafiə nairi Yoav Qallant deyib. “Əməliyyat (Qəzzada - red.) mərhələli şəkildə davam edir və hədəflərimizə çatana kimi davam etdiriləcək. Dayanmayacağıq”, - deyə nazir bildirib. |
2023-12-19 | 815,103 | AİHM-dən Bakıya qarşı qərar: Milli qəhrəmanımız nə edib? | Avropa İnsan Hüquqları Məhkəməsi (AHİM) “Narayan və başqaları Azərbaycana qarşı” işi üzrə hökmü dərc edib. Axar.az xəbər verir ki, bu barədə erməni mediası AİHM-in saytına istinadən məlumat yayıb. Hökm öldürülən erməni əsgərlərin yaxınlarının şikayəti əsasında çıxarılıb. Hadisəni ermənilər məhkəməyə bu cür təqdim edib: 2016-cı il dekabrın 29-da səhər saatlarında Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanov sərhədi keçib və “Bitlis”ə doğru gedib. Saat 8:30 radələrində Narayan və Abovyan tualetə getmək və bir neçə konteynerə su yığmaq üçün “Bitlis” səngərindən çıxıblar. Hər ikisi silahsız olub. Atışma olub, Narayan və Abovyan öldürülüb. Döyüş mövqeyində olan digər əsgərlər dərhal atəş səsinə tərəf qaçıblar. Atışma olub və üçüncü erməni əsgəri Şavarş Melikyan da öldürülüb. Ermənistan silahlı qüvvələri gəlib və bir saat davam edən atışmadan sonra qarşı tərəfdən atəş kəsilib. Məlum olub ki, “qarşı tərəfdə” yalnız Çingiz Qurbanov olub. Qurbanovun meyiti ilə birlikdə 3 erməni əsgərin meyiti yerdə tapılıb. Qurbanovun meyitinin yanından avtomat tüfəng, əlavə patronlar və işlənmiş patronlar aşkar edilib. 2016-cı il dekabrın 29-da Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsində cinayət işi başlanıb və hadisə yerinə baxış keçirildikdən sonra protokol tərtib edilib. Tibbi rəylərdə üç hərbçinin döş və boyun (Narayan), qarın, döş qəfəsi və sağ ayağı (Abovyan) və baş (Melikyan) nahiyəsindən aldığı güllə yaralarından dünyasını dəyişdiyi bildirilir. Məhkəmə-tibb ekspertizasının 3 may 2017-ci il tarixli rəyinə görə, ölümcül güllələr Çingiz Qurbanovun avtomatından atılıb. Ərizəçilərin sözlərinə görə, Azərbaycan Qurbanovun erməni əsgərləri öldürdüyünü tanıyıb. Lakin qətllərin hansı şəraitdə baş verdiyini araşdırmayıb. Əvəzində dövlət onun bu hərəkətini yüksək qiymətləndirib, Çingiz Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib, həmçinin onun adına küçə var. Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci (yaşamaq hüququ), 13-cü (effektiv müdafiə hüququ) və 14-cü (ayrı-seçkiliyin qadağan edilməsi) maddələrinə əsaslanaraq, ərizəçilər silahlı münaqişənin davam etmədiyini nəzərə alaraq, onların qohumlarının qanunsuz öldürülməsindən şikayət ediblər. Ərizəçilər həmçinin qohumlarının milli mənsubiyyətlərinə görə ayrı-seçkiliyə məruz qaldıqlarını iddia edir və Azərbaycanın qətllərlə bağlı səmərəli araşdırma aparmadığını qeyd edirlər. AİHM-in qərarına əsasən, hərbçilər Edqar Narayan və Erik Abovyanın ölümü, habelə onların ölüm şəraitinin araşdırılmamasına görə Konvensiyanın 2-ci maddəsinin (yaşamaq hüququ) tələbləri pozulub. AİHM Konvensiyanın 13-cü (effektiv müdafiə hüququ) və 14-cü maddəsinə (ayrı-seçkiliyin qadağan edilməsi) uyğun olaraq araşdırmaya ehtiyac olmadığını bildirib və bu ittihamları rədd edib. AİHM-in qərarına əsasən, Azərbaycan məhkəmənin qərarının qanuni qüvvəyə mindiyi tarixdən üç ay ərzində (44-cü maddəyə uyğun olaraq) hər ərizəyə görə tutula biləcək istənilən vergini, üstəgəl 16.000 avro ödəməyə borcludur. Konvensiyanın 2-ci bəndi ilə maddi ziyana görə hər ərizəçiyə görə 2780 avro, üstəgəl, xərclərlə bağlı onlardan tutula biləcək bütün vergilər ödənilməlidir. Ərizəçilər Ermənistan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının qohumlarıdır. Müraciət edənlər 10 Ermənistan vətəndaşıdır: 1995-ci il təvəllüdlü Edqar Narayanın, 1996-cı il təvəllüdlü Erik Abovyanın və 1990-cı il təvəllüdlü Şavarş Melikyanın valideynləri, bacılarıdır. Çingiz Qurbanovun şəhidliyi Çingiz Qurbanov 24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub. 2012-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olub. 2016-cı ildə həmin universitetin məzunu olan Çingiz Qurbanov həmin ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb. Çingiz Qurbanov 2016-cı ilin dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhəddində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman ermənilərin pusqusuna düşüb və şəhid olub. Çingiz Qurbanovun nəşi erməni tərəfində qalıb. Bütün beynəlxalq normaları pozan erməni tərəfi yalnız 2017-ci il fevralın 5-i Çingiz Qurbanovun nəşini Azərbaycan tərəfinə təhvil verib. Çingiz Qurbanov doğulduğu Qusar şəhərində, Şəhidlər Xiyabanında dəfn edilib. 2017-cı ilin 7 fevralında Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. |
2023-12-19 | 815,104 | Güləş üzrə Azərbaycan çempionatı başladı | Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürüb. Axar.az-ın məlumatına görə, bu gün sərbəst güləş üzrə 57, 61, 65, 70, 74 və 79 kq-da qaliblər müəyyənləşib. Medalçılarla tanış olun: 57 kq 1. İslam Bazarqanov (AGF) 2. Elman Ağayev (Təhsil) 3. Mahir Əmiraslanov (Zenit), Mahir Məmmədzadə (Lənkəran) 61 kq 1. Nurəddin Novruzov (Gəncə) 2. Ruslan Abdullayev (UGİM-5) 3. Ceyhun Allahverdiyev (Neftçi), Camal Abbasov (Gəncə, “Neftçi”) 65 kq 1. Əli Rəhimzadə (Neftçi) 2. Zirəddin Bayramov (Neftçi) 3. Murad Haqverdiyev (Gəncə), Musa Ağayev (Zenit) 70 kq 1. Kənan Heybətov (Neftçi) 2. Murad Yevloyev (AGF) 3. Maqomed-Başir Xaniyev (AGF), Sabir Cəfərov (Neftçi) 74 kq 1. Cəbrayıl Qadjiyev (AGF) 2. Ağanəzər Novruzov (DİN) 3. Əhməd Əhmədli (Zenit), Əbülfəz Nəsirov (Şirvan, “Neftçi”) 79 kq 1. Orxan Abasov (Neftçi) 2. Ali Tsokayev (AGF) 3. Ramiz Həsənov (Gəncə), Əşrəf Aşırov (MİK) Qeyd edək ki, sabah sərbəst güləş üzrə 86, 92, 97 və 125, yunan-Roma güləşi üzrə isə 55, 60 və 63 kq-da Azərbaycan çempionları müəyyənləşəcək. |
2023-12-19 | 815,106 | BMT-dən Husi hücumları ilə bağlı xəbərdarlıq... | Husi üsyançılarının Qırmızı dənizdə gəmilərə hücumlarının artması beynəlxalq ticarətə ciddi ziyan vura və ekoloji fəlakətə səbəb ola bilər. Axar.az xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik deyib. "Biz əlbəttə ki, son həftələrdə beynəlxalq dəniz nəqliyyatına edilən hücumları pisləyirik. Bu, beynəlxalq hüququn vacib hissəsi olan naviqasiya azadlığına mane olmaqla yanaşı, həm də beynəlxalq ticarətə zərər vurma potensialına malikdir. Və biz artıq bunu görürük”, - deyə o, brifinqdə bildirib. Qeyd edək ki, ABŞ müdafiə naziri Ostin Yaxın ABŞ-ın Şərqdəki tərəfdaşları və müttəfiqləri ilə Yəmənin Husi üsyançılarının yarada biləcəyi təhlükəyə qarşı beynəlxalq koalisiya qurmağa çalışdığını bildirib. |
2023-12-19 | 815,107 | Zelenski narazılıq etdi: Ərdoğan bunu bacarmadı | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ilə Rusiya arasında əsir mübadiləsi məsələsində heç bir nəticə əldə etməyib. Aar.az “RBC-Ukrayna”ya istinadla xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib. Zelenskinin sözlərinə görə, əsirlərin mübadiləsi kifayət qədər mürəkkəb məsələdir, xüsusən də bu, Krımdakı məhbuslara aiddir. Bununla belə, o, Ərdoğanın bu məsələdə kömək edəcəyinə söz verdiyini xatırladıb: “Krımlılara gəlincə, mürəkkəb tarixçədir. Beynəlxalq təşkilatlara təşəkkür ediləcək bir şey yoxdur, heç nə edə bilmədilər. Mən Ərdoğanla bu məsələdə çox işləmişəm. Hörmətli Prezident Ərdoğan indiyədək Krım ərazisində olan məhbuslarla bağlı nəticə əldə edə bilməyib”. |
2023-12-19 | 815,110 | Türkiyə futbolunda daha bir gözlənilməz hadisə | Türkiyə futbolunda daha bir qalmaqallı hadisə yaşanıb. Axar.az xəbər verir ki, Super Liqanın XVII turunda "İstanbulspor" - "Trabzonspor" matçı yarımçıq qalıb. Belə ki, meydan sahibləri meydanı yarımçıq tərk edib. İstanbullular cərimə zərbəsi gözlədiyi an hakim "davam" qərarı verib, ardınca isə qonaqlar qol vurub. Bundan sonra isə "İstanbulspor" klubunun prezidenti oyunçulara meydanı tərk etmək barədə göstəriş verib. Qeyd edək ki, Türkiyə çempionatının 15-ci turunun “Ankaragücü” – “Rizespor” görüşü Ankarada baş tutub və 1:1 hesabı ilə başa çatıb. Qarşılaşmadan sonra “Ankaragücü” klubunun prezidenti Faruk Qoca bir neçə nəfərin müşayiəti ilə meydançaya qaçaraq hakim Xəlil Meleri vuraraq onu yerə yıxıb. Hakim yıxılarkən ona bir neçə təpik zərbələri də endirilib. Faruk Qoca saxlanılıb və o, klub prezidenti vəzifəsindən istefa verib. |
2023-12-19 | 815,112 | Bu məsələ İrəvanla ayrıca həll oluna bilər - Hacıyev | Ermənistanla dayanıqlı sülh müqaviləsi bağlamaq üçün heç bir ciddi maneə görmürük və sərhədlərin müəyyənləşdirilməsi məsələsi ayrıca həll oluna bilər. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev Londonda jurnalistlərə açıqlamasında deyib. “35 illik münaqişə artıq başa çatıb. Azərbaycanın indi strategiyası sülhə nail olmaqdır. Bu, hər iki tərəfdən fəaliyyət tələb edir. Sülh müqaviləsi raket elmi deyil. Sülh gündəminə gedən yolda Azərbaycan üçün daha heç bir maneə yoxdur”, - deyə Hacıyev bildirib. |
2023-12-19 | 815,114 | Niderlandda 21 Azər Hərəkatı ilə bağlı tədbir keçirildi | 21 Azər - Milli Azadllq Hərəkatının 78-ci ildönümü münasibətilə Benilüks Azərbaycanlıları Konqresi (BAK) tərəfindən Niderland Krallığının Rotterdam şəhərindəki “Qarabağ” İdman klubunun qərargahında tədbir təşkil edilib. Bu barədə Axar.az-a Benilüks Azərbaycanlıları Konqresinin Cənubi Azərbaycan üzrə nümayəndəsi Araz Ataxan məlumat verib. Onun sözlərinə görə, tədbirdə Niderlandda fəaliyyət göstərən Azərbaycan, eləcə də türk təşkilat və icma üzvləri iştirak edib. Mərasim Milli Hökumətinin “Yaşa, Azərbaycan!” və Azərbaycanın dövlət himni ilə başlayıb. Sonra 21 Azər hadisələrini əks etdirən film nümayiş etdirilib. BAK sədri Elsevər Məmmədov 21 Azər hadisələri haqqında qısa xülasə verərək, bunun xalqımızın tarixində mühüm bir hadisə olduğunu qeyd edib. BAK sədrinin müavini Sima Cəfərova isə çıxışı zamanı XX əsrdə Güney Azərbaycanda baş vermiş mühüm hadisələrdən danışaraq, Səttərxan, Xiyabani, 21 Azər və digər milli oyanış hərəkatları tarixindən söz açıb. Həmçinin, Güney azərbaycanlıların demokratiya və ədalətin, milli haqların bərpası, ana dilinin, yerli adət və ənənələrin yaşanması naminə apardıqları mübarizədən danışıb. Benilüks Azərbaycanlıları Konqresinin Cənubi Azərbaycan üzrə nümayəndəsi Araz Ataxan 21 Azərdə Milli Hökumətin qurucularından olan Baş nazir Seyid Cəfər Pişəvəri və onunla çiyin-çiyinə çalışmış digər ziyalılarımızın həyat və yaradıcılığını, mübarizəsini dilə gətirərək, bu hərəkatın yaranma zərurəti və inkişaf mərhələləri barədə tarixi faktları ortaya qoyub. O, Qacarlar imperiyasının süqutundan günümüzə kimi Azərbaycanın azadlığı və xalqın milli-mədəni hüquqları uğrunda yorulmadan, davamlı olaraq düşmənə qarşı çarpışan şücaətli mübarizlərin başına gətirilən müsibətləri də tədbir iştikaçılarının diqqətinə çatdırıb. Tədbirdə daha sonra BAK İdarə Heyətinin üzvü, Azərbaycan-Hollandiya Həmrəylik Cəmiyyətinin sədri Niyazi Əmikişiyev, Beynəlxalq Xanımlar Klubunun təsisçisi Kəmalə Cəlilova, Niderland Belçika Azərbaycanlıları Koordinasiya şurasının üzvü Cəfər Gündoğdu da çıxış ediblər. Çıxışlarda 21 Azər azadlıq hərəkatının əhəmiyyəti, 44 günlük Vətən müharibəsi, Qarabağın 30 ildən sonra düşmən caynağından qopması və azadlıq məfhumunun aspektləri də diqqətə çatdırılıb. |
2023-12-20 | 815,116 | Ukraynaya yardım üçün "sehirli qazan"ımız yoxdur - ABŞ | Konqresin əlavə vəsaitin ayrılması ilə bağlı razılığı olmasa, Ağ Ev administrasiyasının Ukraynaya yardım etməsi mümkünsüz olacaq. Axar.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller danışıb. “Konqres bu qanun layihəsini qəbul etməsə, bizim heç bir "sehrli qazan"ımız yoxdur", - Miller söyləyib. Qeyd edək ki, ABŞ administrasiyası Ukrayna üçün Konqresdən 61 milyard dollar ayrılmasını tələb edir. |
2023-12-20 | 815,117 | Bayağı verilişlərdən yaxa qurtarmaq üçün... - Professor | Son bir neçə ayda Azərbaycan televiziya məkanında aşağı səviyyəli verilişlərdən narazılıq artıb. Dövlət büdcəsindən maliyyələşən telekanallar müəyyən edilmiş parametrləri gözləyərək, bayağı verilişlər vermir. Özəl telekanallarda isə keyfiyyətsiz şouların sayı çoxalıb. Bu sözləri Axar.az-a açıqlamasında professor Qulu Məhərrəmli deyib. “Telekanal rəhbərləri problemi aradan qaldırmaq imkanındadır. Özəl televiziya rəhbərləri həmin bayağı şou proqramların maliyyə gətirdiyini bildirərək, əməllərinə bəraət qazandırırlar. Ancaq proqram siyasətini müəyyənləşdirən şəxslər belə verilişləri proqrama salmağa məhdudiyyət qoymalıdır. Xatırladaq ki, 4-5 il əvvəl də belə bir dalğa var idi. Həmin verilişlər cəmiyyətdə ciddi narazılıq yaratdığı üçün tədricən aradan qaldırılmışdı. İndi isə yenidən efirə ayaq açıb. “Şou ulduzlar” bir kanaldan digərinə keçid edərək, bu səviyyədə verilişləri aparmaqda davam edir. Dünya təcrübəsində televiziyalara müəyyən maarifçilik funksiyası ayrılır. Şou hazırlamaq normaldır. Lakin standartlara diqqət etmək lazımdır. Verilişin güclü kompozisiyası, elementləri həddən artıq müasir, dramaturgiyası və yaxşı aparıcısı olmalıdır ki, tamaşaçı ona baxsın. Hesab edirəm ki, telekanal rəhbərliyi özünə hesabat verərək həmin o bayağı verilişlərdən yaxa qurtarmalıdır”, - Qulu Məhərrəmli bildirib. |
2023-12-20 | 815,120 | Hindistan "Akaş"ları Ermənistana nə zaman göndərəcək? | Hindistanın “Akaş” zenit-raket kompleksinin Ermənistana tədarükünün bir neçə aydan sonra başlanacağı gözlənilir. Axar.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyinin məlumatında deyilir. “Ermənistana çatdırılmaların bir neçə aydan sonra başlanacağı gözlənilir. Bununla yanaşı, Braziliya, Misir və Filippin də daxil olmaqla, bir çox ölkə “Akaş” raket sisteminə maraq göstərib”, - deyə bildirilib. Qeyd edək ki, bundan öncə “Eurasiantimes.com” portalı Ermənistanın Hindistandan yaxınmənzilli “Akaş” zenit-raket kompleksləri ala biləcəyini yazmışdı. |
2023-12-20 | 815,124 | Ukraynanı olduqca çətin qış gözləyir - ABŞ | Ukraynanı olduqca çətin qış gözləyir. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib. "Biz çox çətin bir qış olacağını gözləyirik və buna doğru gedirik", - Miller söyləyib. |
2023-12-20 | 815,125 | Məktəblərdə bu, qadağan olunmalıdır - Ekspert | Sosial şəbəkələrdə qeydiyyatdan keçən şagirdlərin sayı faydalı elektron resurslardan, dərsliklərdən istifadə edənlərdən qat-qat çoxdur. Orta ümumtəhsil müəssisələrində yaşanan bəzi xoşagəlməz hadisələr də telefonun gətirdiyi nəticələrdir. Bütün bunları nəzərə alaraq, orta məktəblərdə mobil telefon istifadəsinin qadağan olunması məqsədəuyğundur. Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. “Hesab edirəm ki, orta ümumtəhsil müəssisələrində mobil rabitə vasitələrinin istifadəsinin qadağan olunması təhsilin keyfiyyətinə kömək edəcək. Təkcə şagirdlərin deyil, məktəb daxilində müəllimlərin də bundan istifadəsinə məhdudiyyət qoymaq lazımdır. Çünki dərsin gedişində müəllimə zəng gəlir və dərs pozulur, keyfiyyət aşağı düşür”, - ekspert bildirib. Onun sözlərinə görə, orta məktəblərdə mobil telefonun istifadəsi ilə bağlı məktəb rəhbərliyinin müstəqil yanaşması var: “Şagirdə mobil telefon yalnız valideynləri ilə əlaqə saxlamaq üçün vacibdir. Qanunvericilik aktlarına uyğun olaraq deyə bilərəm ki, məktəb rəhbəri şagirdlərin məktəbdə telefondan istifadəsi məsələsinin tənzimlənməsi ilə bağlı bu və ya digər qərarı verməkdə müstəqildir. Qüvvədə olan qanunvericiliyə görə, təhsil müəssisələrində zərurət olduğu təqdirdə, yalnız araşdırma və hər hansı müvafiq tədqiqat aparmaq məqsədilə mobil texnologiyalardan - mobil telefonlardan, planşetlərdən istifadə edilə bilər. Ümumiyyətlə, tədris prosesinin gedişatını pozan vasitələrin orta məktəblərdə səmərəsiz istifadəsinə yol verməmək lazımdır. Amma elektron lövhələr, dərs izah etmək üçün istifadə edilən cihazlar, tədris prosesində faydalı məlumatlar almaq üçün işlədilən vasitələr məktəblərdə ola bilər”. Ekspert problemdən çıxış yollarını izah edərək təklifini irəli sürüb: “Təklif edirəm ki, orta məktəblərin girişində turniketlər quraşdırılsın. Əl izi, yaxud hansısa vasitə ilə şagirdlərin məktəbə daxil olması həyata keçirilsə, valideynlər də bundan xəbərdar olar. Həmçinin, məktəblərin girişində böyük şkaflar yerləşdirib, hər bir şagirdə nömrə vermək, dərs vaxtı elektron vasitələrini, mobil telefonlarını orada saxlamağa şərait yaratmaq olar”. |
2023-12-20 | 815,127 | Kanada ABŞ-dan pilotsuz döyüş təyyarələri alacaq | Kanada hökuməti Amerikadan 1,87 milyard ABŞ dolları dəyərində 11 ədəd pilotsuz döyüş təyyarəsi alacağını açıqlayıb. Axar.az xəbər verir ki, Amerikanın silahla təchiz edilən hərbi pilotsuz təyyarələri uzun müddət havada qalmaqla yanaşı, daha uzaq məsafələrə uçuşlar etmək qabiliyyətinə malikdir. Alınmalar siyahısına həmçinin yerüstü idarəetmə stansiyaları, anqarlar, silahlar və texniki dəstək üçün lazım olan avadanlıqlar daxil edilib. |
2023-12-20 | 815,128 | Struktur dəyişir: Nazirlər Kabineti, İH-lər ləğv edilir? | Azərbaycanda adətən hər prezident seçkisindən sonra hökumətin tərkibində dəyişikliklər edilir və digər məsələlər müəyyən qədər öz həllini tapmış olur. Fikrimcə, qarşıdakı növbədənkənar prezident seçkilərindən sonra da bir sıra dəyişikliklər həyata keçirilməlidir. Bu sözləri Axar.az-a 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərindən sonra aparılacaq mümkün struktur dəyişiklikləri barədə danışan Milli Məclisin deputatı Vahid Əhmədov deyib. Millət vəkili struktur dəyişiklikləri ilə bağlı ehtimal edilən bir sıra variantlardan bəhs edib: “Bildiyimiz kimi, işğaldan azad edilmiş bölgələrimizdə ilk dəfə xüsusi nümayəndəlik təsis edildi. Cənab Prezident də ADA Universitetində keçirilən konfranslardan birində sözügedən idarəçilik sisteminin özünü doğrultduğunu qeyd edib. Bu səbəbdən seçkilərdən sonra digər bölgələrimizdə də eyni idarəçilik sisteminin tətbiq olunması mümkün variantlar arasındadır. Nazirlər Kabinetinin strukturuna da yenidən baxıla bilər. Çünki ölkəmizdə həm Nazirlər Kabineti, həm də vitse-prezident institutu var. Belə düşünürəm ki, hər ikisinin eyni vaxtda saxlanılmasına ehtiyac yoxdur. Ona görə də prezident seçkilərindən sonra referendum keçirilməsi və bəhs edilən dəyişikliklərin orada öz əksini tapması mümkündür”. Millət vəkili qeyd edib ki, növbəti ildə bizi prezident seçkilərindən başqa həm parlament, həm də bələdiyyə seçkiləri gözləyir: “Milli Məclisə seçkilər prezident seçkilərindən sonra, yaxud ilin axırında keçirilə bilər. Bələdiyyə seçkilərinin də qarşıdakı ilin sonunda baş tutması planlaşdırılır. Yəni fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərindən sonra sadaladığımız və əlavə struktur dəyişikliklərinin, islahatların aparılması gözləniləndir”. |
2023-12-20 | 815,130 | Bakı və İrəvan dünyanı təəccübləndirdi - Hacıyev | Ermənistan və Azərbaycan müsbət gündəmlə dünyanı təəccübləndirməyi, dünyanı heyrətləndirməyi bacarıb. Axar.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "BBC World"ə müsahibəsində deyib. "Hərbi qarşıdurma başa çatıb. Həqiqətən də Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi, həmçinin Azərbaycan öz ərazilərinin 30 ildir davam edən hərbi işğalına son qoydu. Azərbaycan hələ 2020-ci ildə 44 günlük müharibə başa çatdıqdan sonra Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib. Buna görə də Azərbaycan sülh müqaviləsinin fundamental prinsiplərini və mətnini təklif edib. Hazırda tərəflər arasında - Ermənistanla Azərbaycan arasında da diplomatik danışıqlar aparılır. Bunlar birbaşa danışıqlardır". Prezidentin köməkçisi bildirib ki, Ermənistan və Azərbaycan müsbət gündəmlə dünyanı təəccübləndirməyi, dünyanı heyrətləndirməyi bacarıb: "Bu yaxınlarda, dekabrın 7-də, iki ölkə - Prezident Administrasiyası və Baş nazirin aparatı vasitəsilə - sülh gündəmini irəli aparmaq niyyəti, həmçinin etimad quruculuğu tədbirləri haqqında birgə bəyanat verib. Bu arada, son üç ay Ermənistan-Azərbaycan münasibətləri iki ölkənin müstəqilliyi tarixində ən sakit və ən dinc dövrlərdən biri hesab oluna bilər. Müharibə yoxdur, vəhşiliklər yoxdur, qarşıdurma yoxdur və əsgərlər kazarmalarına qayıdıblar. Nisbi sülh təmin olunub, indi onu uzunmüddətli sülhə çevirməyin, o cümlədən sülh müqaviləsinin imzalanmağın vaxtıdır. Azərbaycan regionda sülh gündəmini dəstəkləyir". H.Hacıyev xatırladıb ki, Ermənistan ilkin olaraq işğal illərində azərbaycanlılara qarşı bədnam etnik təmizləmə aparıb: "1 milyon azərbaycanlı hələ də qaçqın və məcburi köçkün vəziyyətindədir. Humanitar məsələlərdə ayrı-seçkilik olmamalıdır. Azərbaycan 1 milyon qaçqın və məcburi köçkünü öz evlərinə qaytarmaq prosesindədir. Onlar 30 ildən artıqdır ki, bu hüquqdan məhrum ediliblər. Amma bu arada Qarabağda ermənilər yaşayırdı. Onlara qalmaq çağırışı etsək də, bəziləri Ermənistan Respublikasına getməyə qərar verdilər. Amma Azərbaycan onların geri qayıtması üçün bütün imkanları, həmçinin təhlükəsizliyi və təhlükəsizliyini təmin edir. Bu səbəbdən biz vətəndaşlıq müraciəti üçün xüsusi elektron portal yaratmışıq. Birincisi, ermənilərin geri qayıtması üçün müvafiq qanunvericilik bazasını müəyyən etməliyik. Burada əsas ilkin şərtlərdən biri Azərbaycan vətəndaşlığını qəbul etmək və Azərbaycanın qanun və qaydalarına uyğun yaşamaqdır. Bu səbəbdən biz bunu aydınlaşdırdıq və hər bir halda biz bütün müvafiq hüquqi müraciətləri nəzərdən keçirməyə və baxmağa hazırıq". "Ermənistan özü azərbaycanlılara qarşı etnik təmizləmə aparıb, bu, real faktdır. Ermənistan 30 ildən artıq işğalçı ölkə olub. Ermənistan Azərbaycanın işğal altında olan ərazilərini dağıdıb. Bu, bir reallıqdır. Ermənistan Azərbaycanın suveren ərazilərində separatçı quruma dəstək verib. Azərbaycan separatçı qurumun mövcudluğuna və onun hərbi komponentinə son qoymağa məcbur idi. Amma indi buna son qoyulub. İndi regionun sülh haqqında və sülh yolu ilə transformasiya haqqında düşünməsinin vaxtıdır. Azərbaycan birbaşa sülh danışıqlarının tərəfdarıdır. Bu arada biz digər vasitəçilik səylərindən və ya təklif edilən yaxşı konsepsiyalardan qaçmırıq. Amma vacib olan odur ki, Ermənistan və Azərbaycan bir araya gələrək sülh bağlamalıdır. Sülh əldə edildikdən sonra hesab edirəm ki, digər ölkələr və tərəfdaşlar da bunu dəstəkləyə bilər", - Prezidentin köməkçisi qeyd edib. H.Hacıyev əlavə edib ki, Azərbaycan sülh gündəmini dəstəkləyir və sülh Bakı ilə İrəvan arasındadır. |
2023-12-20 | 815,131 | HƏMAS-ın əsas qalalarından biri ələ keçirildi | İsrail ordusu Qəzza zolağının şimalında HƏMAS-ın əsas qalalarından birini - Cəbaliyə bölgəsini tam nəzarətə götürüb Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin 162-ci diviziyasının komandiri, briqada generalı İtzik Kohen bildirib. "Biz orada yüzlərlə terrorçunu öldürdük və 500-ə yaxın terrorçu şübhəlini həbs etdik, onların bəzilərinin oktyabrın 7-də baş verən hadisələrdə əli olub", - Kohen vurğulayıb. Kohenin sözlərinə görə, onun bölməsinin döyüşçüləri Qəzza şəhərinin şimalında HƏMAS briqadasının hərbi potensialını məhv edib. |
2023-12-20 | 815,132 | Rus hərbçilərin olduğu əraziyə güclü zərbə endirildi | Ukrayna aviasiyası və raket qüvvələri ötən gün rus ordusunun cəmləşdiyi bir neçə ərazini güclü şəkildə vurub. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Feysbuk hesabında bildirilib. Qeyd olunub ki, Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində düşmənin şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi 6 əraziyə zərbələr endirib. Bundan əlavə, raket qoşunlarının bölmələri şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi iki ərazini, bir idarəetmə postunu, üç artilleriya silahını və rus hərbçilərinin dörd silah-sursat anbarını vurub. |
2023-12-20 | 815,133 | Zelenski ABŞ-la bağlı qorxusunu açıqladı: Tramp seçilsə... | Donald Trampın ABŞ prezidenti seçilməsi Ukrayna konfliktinə ciddi təsir edər. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Donald Tramp ABŞ prezidenti seçilərsə, Amerika siyasəti daha qənaətcil olacaq və daxili problemlərə köklənəcək. Nəticədə Ukraynaya daha az hərbi yardım göndəriləcək”, - deyə dövlət başçısı bildirib. |
2023-12-20 | 815,134 | Qəzzada bir gündə 100-dən çox insan öldü | İsrail qırıcılarının sutka ərzində Qəzzaya aviazərbələr endirməsi nəticəsində azı 100 nəfər ölüb. Axar.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb. Qurumun məlumatına görə, hücumlarda yüzlərlə insan xəsarət alıb. Bildirilib ki, hərbi əməliyyatlar anklavın faktiki olaraq bütün ərazilərində aparılır. |
2023-12-20 | 815,135 | 20 sentyabrda Azərbaycana hücum təklif edilib? – Nikol | Ermənilərin Qarabağdan çıxarılmasını planlaşdıran və həyata keçirən insanlar hesab edirlər ki, Qarabağ məsələsi həll olunub, indi də Ermənistan məsələsi həll olunmalıdır. Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yerli mediaya müsahibəsində deyib. "Ermənistan liderləri 1990-1991-ci ildə demirdilər ki, bizə dövlət olmaq üçün müstəqillik lazımdır, onlar deyirdilər ki, Qarabağ problemini həll etmək üçün müstəqil dövlət lazımdır. Ən başlıca sual budur. İndi müxalifət nümayəndələri deyirlər ki, Ermənistanın Qarabağsız mövcudluğunun heç bir mənası yoxdur, çünki Ermənistan Respublikasının dövlətçiliyi Qarabağ məsələsinin həlli üçün yaradılıb. Yəni Qarabağ məsələsi həll olunsaydı, onun həllindən sonra Ermənistanın taleyi necə olacaqdı? Digər ölkələrdən Ermənistanda hakimiyyət dəyişikliyi ilə bağlı çağırışlar olub. Bu çağırışları edən insanlar hesab edirdilər ki, Qarabağ məsələsi etnik təmizləmə yolu ilə həll olunub və deməli, Ermənistan məsələsi də həll olunmalıdır. Yəni, konsepsiya tamamlanmalı, Ermənistanda hökumət deməlidir: Ermənistanın mövcudluğunun mənasız olduğu ortaya çıxdı”, - Paşinyan bildirib. Rəsmi Bakının 19-20 sentyabrda həyata keçirdiyi antiterror əməliyyatından sonra Paşinyan ona zəng edilərək Azərbaycana hücuma təşviq edilməsi barədə yayılan iddialarla bağlı suala cavabında isə bunları deyib: “Belə söhbət olmayıb, amma başqa söhbətlər olub”. |
2023-12-20 | 815,136 | Şirvanda qəza: yaralılar var | Şirvanda nəqliyyat vasitələri toqquşub, qəza zamanı iki nəfər xəsarət alıb. Axar.az xəbər verir ki, yol qəzası axşam saatlarında Şirvan şəhərinin ərazisində qeydə alınıb. Hadisə zamanı xəsarət alan Rəşad Fərəcov və Fərid Əliyev Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. |
2023-12-20 | 815,137 | Şimali Koreya ilə danışıqlara hazırıq - Kirbi | ABŞ Şimali Koreya ilə danışıqlara hazırdır. Axar.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. “Biz daha öncə də bəyan etmişdik ki, yarımadanın nüvəsizləşdirilməsi barədə danışıqlara başlamaq üçün heç bir şərt qoymadan Kim Çen İnlə masa ətrafında oturmağa hazırıq", - C.Kirbi qeyd edib. |
2023-12-20 | 815,138 | HƏMAS şimalda çöküb, cənubda isə... - Reqev | HƏMAS-ın Qəzzanın şimalındakı vəziyyətini hərəkatın çöküşü olaraq xarakterizə etmək olar. Axar.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahunun müşaviri Mark Reqev deyib. “Məlum olduğu kimi, şimalda terrorçuların təslim olması halları çox olub. Hesab edirik ki, hərəkat orada çökməkdədir. Cənubda isə bu bir az zaman tələb edəcək, çünki orada əməliyyat gec başlatmışıq”, - deyə Reqev bildirib. |
2023-12-20 | 815,139 | Əgər Azərbaycanın bütövlüyünü tanımasaydım… - Nikol | 2020-ci ilin noyabr və dekabr aylarında Rusiya Federasiyasının prezidenti Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan edib. Mən özüm də mətbuatdan öyrəndim ki, Rusiya belə bəyanatlar verəcək. Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan yerli mediaya müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın özünün Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan etməsi barədə bəyanatını və bunu mediadan oxuduğunu şərh edərkən deyib. “Mənim fikrimcə, bu bəyanat 9 (10) noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla ziddiyyət təşkil edir. Daha sonra 2021-ci ildə sərhədin Zod-Xoznavar hissəsində hadisələr baş verdi, Azərbaycan Ermənistan ərazisini işğal etdi. Təbii ki, biz bu məsələ ilə bağlı KTMT-yə və Rusiyaya müraciət etdik. Sıfır reaksiya. Sonra istefa verdim, parlament buraxıldı. Seçkilər iyunun 20-nə təyin edilmişdi. Bundan sonra və ya həmin günlərdə Rusiya XİN rəhbəri Ermənistana səfər etdi – burdan Bakıya, oradan da Moskvaya qayıtmışdı. Böyük ehtimal var idi ki, Ermənistan hökuməti, deyək ki, fərqli reaksiya verəcək və seçkilər baş tutmayacaq, bu, əslində Ermənistan Respublikasının ləğvi demək olardı. Bunun siyasi nəticələrini başa düşürdük. Onda bizi çox günahlandırdılar ki, bunu etmədik, başqa işlər görmədik, amma biz başa düşdük ki, Ermənistan Respublikasını ləğv etmək vəzifəsi qoyulub. KTMT-dən sıfır reaksiya, Rusiyadan sıfır reaksiya... Üstəlik, o zaman müxalifətimiz dedi ki, biz düzgün müraciət etməmişik, doğru maddə ilə sorğu verməmişik, ona görə də reaksiya olmayıb. Başqa bir ittiham da var - Ermənistan ordusu döyüşməyib, KTMT niyə döyüşməlidir? Bundan sonra 2021-ci ilin noyabr hadisələri baş verdi. Bu zaman Ermənistan ordusu döyüşürdü. KTMT və Rusiyadan yenə də sıfır reaksiya oldu. Bundan sonra 2022-ci ilin fevralında Rusiya ilə Azərbaycan arasında münasibətləri strateji səviyyəyə qaldıran bəyannamə imzalandı. Tərəflər bir-birinin milli maraqlarına zidd hərəkətlərə yol verməyəcəklərinə dair öhdəlik götürdü. Bundan sonra Qarabağda, Fərruxda hadisələr baş verdi. Rusiya sülhməramlılarından sıfır reaksiya. Daha sonra Rusiya XİN rəhbərinin xüsusi nümayəndəsi İqor Xovayev təkliflərlə regiona gəlir. Dağlıq Qarabağın statusu ilə bağlı məsələnin təxirə salınması təklif edilir. Razılaşırıq, Xovayev avqustda bu sənədi bizə verir və Bakıya gedir və orada sənədi verir. Növbəti dəfə - 2022-ci il sentyabrın 11-i və ya 12-si Xovayev regiona gəlir - əvvəlcə Bakıya gedir. Azərbaycan bu təklifdən imtina edir. Əvvəlcə Bakıya gedir, sonra İrəvana gəlir… Xovayev Ermənistana gələndə Azərbaycan hücum edir. Və yenə də rəsmi açıqlamalarımıza baxmayaraq, Rusiyadan sıfır cavab, KTMT-dən sıfır cavab. 6 oktyabr 2022-ci ildə biz Almatı bəyannaməsi əsasında (Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünün tanınması – red.) Azərbaycanla sülh bağlamağa hazır olduğumuzu bəyan edirik. Biz bunu bildiririk - Ermənistanla Azərbaycan arasında, bunu Rusiya onunla Azərbaycan arasında qeydə alır. Bu, Ermənistanın ərazi bütövlüyünü təsdiq etməyin yeganə yolu idi. Səbəb-nəticə əlaqələrini təsvir edə bildimmi? Yəni, mahiyyət etibarı ilə KTMT-də problem nədir? Deyirlər: gəlin, müşahidəçi olaq. Biz deyirik: müşahidəçilər nə edəcəklər? Cavab yoxdur. Biz də deyirik: KTMT-nin məsuliyyət sahəsini müəyyənləşdirin, çünki Ermənistan bu təşkilatın üzvüdür. Bu məsuliyyət sahəsi pozulub. Bizim müqavilələrimizin əsası ondan ibarət idi ki, Ermənistan Respublikasının suveren ərazisi KTMT və Rusiya Federasiyası üçün qırmızı xəttdir. Biz deyirik ki, qırmızı xətt pozulub, onlar da cavab verirlər - yox, deyəsən, qırmızı xətt pozulmayıb. Deyirik: çox yaxşı, burada kağız və qələm var - qırmızı xəttiniz haradadır? Deyirlər ki, biz o qırmızı xətti çəkə bilmərik. Bu o deməkdir ki, Ermənistanda qırmızı xəttiniz yoxdur. Onda niyə Ermənistana gəlirsiniz?” – o bildirib. |
2023-12-20 | 815,140 | Bakının mərkəzində iki dost bıçaqlandı | Bakının Nəsimi rayonunda iki dost bıçaqlanıb. Axar.az-ın Report-a istinadən məlumatına görə, Nizami kinoteatrının qarşısında dava zamanı 2003-cü il təvəllüdlü Kənan Raci oğlu Qasımov və 2006-cı il təvəllüdlü Səid Eldar oğlu Orucov bıçaqlanıblar. Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı K.Qasımova sol bud, S.Orucova isə sağ sağrı nahiyəsindən kəsilmiş-deyilmiş bıçaq yarası diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır. |
2023-12-20 | 815,141 | Xersonda ardıcıl partlayışlar baş verdi | Ukraynanın Xerson şəhərində ardıcıl partlayışlar baş verib. Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilib ki, Korabelnı rayonunda bir neçə partlayış qeydə alınıb. Xerson vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin də partlayışların olduğunu təsdiqləyib. |
2023-12-20 | 815,142 | Yarım milyon insan cəbhəyə göndərilir? - Getman | Prezident Vladimir Zelenskinin mətbuat konfransında açıqladığı 500 min nəfərlik rəqəm onların səfərbər etmək istədikləri əlavə insanlar deyil. İki ildir müharibədə olanları əvəz etmək üçün bu qədər ukraynalı lazımdır. Axar.az xəbər verir ki, bunu hərbi ekspert və Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan mayoru Aleksey Getman deyib. "İnsanlarımızın çoxu bir neçə ildir mübarizə aparır, onlara istirahət vermək lazımdır. Onları əvəz edəcək adamlar olmalıdır. Ola bilsin ki, bir-iki il döyüşən bu adamları evə göndərmək lazım gələcək. Çünki bir adam bu qədər uzun müddət mübarizə apara bilməz", - A.Getman bildirib. Onun sözlərinə görə, səfərbərlik hər kəsin cəbhəyə göndərilməsi demək deyil: "Mən başa düşürəm ki, çoxları səfərbər olmaq istəmir. Burada başa düşmək lazımdır ki, səfərbərlik sizin mütləq cəbhədə və əlinizdə tüfəng olması deyil. Ukrayna Silahlı Qüvvələrində təmas xəttindən başqa çoxlu iş var. Mühəndislik işləri, səyyar iş, kəşfiyyat, rabitə şöbələri, döyüş xidməti, mühasibat uçotu, silah xidməti. Hətta orkestr xidməti, din xadimləri olmalıdır". Qeyd edək ki, ötən gün Prezident Vladimir Zelenski Ukrayna ordusunun Baş Qərargahının hökumətdən 450-500 min insanın səfərbərliyə cəlb olunması ilə bağlı icazə istədiyini açıqlayıb. |
2023-12-20 | 815,144 | Qarabağ - İrəvanın da, Bakının da “Domokl qılıncı” idi | 44 günlük müharibədən sonra və ondan əvvəl də bizi satqınlıqda, təslim olmaqda ittiham edirdilər, yəni nə Ermənistanın, nə də Dağlıq Qarabağın hüquqlarını qorumaq üçün heç bir səy göstərməmişik. Bu arada, əgər bizə qarşı obyektiv ittiham varsa, o, başqa şeydir - Qarabağ məsələsi ilə bağlı erməni ideya və istəklərinin həyata keçirilməsinin mümkünsüzlüyü haqda xalqa açıq danışmamışıq. Axar.az xəbər verir ki, bu sözləri yerli mediaya müsahibəsində Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Paşinyanın sözlərinə görə, istənilən hökumət bunun mümkün olmadığını deməzdən əvvəl təkliflə çıxış etməli idi: “Beləliklə, biz nə etməliyik? Bizi belə vəziyyətə salan da elə bu “beləliklə” sosial-psixoloji, şüuraltı mümkünsüzlüyü idi. Bu mümkünsüzlük ondan ibarət deyil ki, Ermənistanda neqativ proseslər başlayacaq, qeyri-sabitlik olacaq. Problem bu deyil, problem ondadır ki, bütün bunlarla barışmaq şəxsən mənə, dövlət məmurlarına, Ermənistan Respublikasının minlərlə vətəndaşına çətin idi. Biz daxilən bununla barışıb, ictimaiyyətdən gizlətmirdik, əksinə, mən özüm bununla barışmırdım, çünki bunun alternativi yox idi. İndi təsəvvür edin, deyirik: camaat, bizim vəziyyətimiz belədir, əraziləri qaytarırıq, “dq”nin indiki statusunu sıfırlayırıq, “dq”nin gələcək statusu ilə bağlı heç bir əminlik yoxdur, üstəlik, ən yüksək beynəlxalq orqanlarda nə qərar verildiyi dəqiqdir. Yəni, əslində, müdrik siyasətçinin məntiqi ilə gedirsənsə, o zaman artıq 2019-cu ildə müdrik siyasətçinin bəyanatı belə olmalı idi ki, 7 rayon təslim edilir, “dq”nin indiki statusu sıfırlanır: niyə və necə, sonra deyəcəm! Ən azı (yaxşı halda) Dağlıq Qarabağda Ermənistan-Azərbaycan birgə idarəçiliyi qurulmalı idi və Dağlıq Qarabağda azərbaycanlılar çoxluq təşkil etməyənə qədər Dağlıq Qarabağın statusu müəyyənlik olmayacaqdı”. Paşinyan bildirib ki, Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesində heç vaxt bu məsələnin həllini təklif edən variant olmayıb: “Madrid prinsiplərindən sonra müzakirə olunan bütün variantlar Qarabağ probleminin həll edilməməsini nəzərdə tuturdu. Yalnız 1999-cu ildə bir variant var idi, imzalansa, Dağlıq Qarabağ probleminin həll olunduğunu söyləmək olardı. Bu, Mehri və “dq”in mübadiləsi variantı idi. Yəni Mehri Azərbaycana, Dağlıq Qarabağ isə Ermənistana birləşdirilir. Dağlıq Qarabağ probleminin başqa həll yolu yox idi. Bu problem konkret olaraq ona görə yaradılıb ki, “dq” məsələsi Ermənistanın üzərindən “Domokl qılıncı” kimi asılsın - ola bilsin, elə Azərbaycan üzərindən də”. |
2023-12-20 | 815,148 | Neft yenidən 80 dollara yaxınlaşır | Dünya birjalarında neft bahalaşmaqda davam edir. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 79,12 dollara, yüngül neftin bir barreli isə 73,89 dollara təklif olunur. |
2023-12-20 | 815,149 | Çində zəlzələ: ölənlərin sayı artdı | 09:21 Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 134 nəfərə çatıb. Axar.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Bildirilib ki, 113 nəfər ölkənin şimal-qərbindəki Qansu əyalətində, 21 nəfər Çinin qərbindəki Çinxay əyalətində ölüb. Ümumilikdə 968 nəfər yaralanıb, 13 nəfər itkin düşüb. Qeyd edək ki, Çinin Qansu əyalətində 6,1 bal gücündə zəlzələ baş verib. |
2023-12-20 | 815,152 | Bakıda ev yandı: xəsarət alan var | Bakı şəhərinin Xəzər rayonunda ev yanıb. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Xəzər rayonunda ümumi sahəsi 28 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. |
2023-12-20 | 815,155 | Vəli Rəhimov barəsində araşdırma başladı | Azərbaycan Auditorlar Palatasının sabiq rəisi və 2 əməkdaşı barəsində araşdırma başlayıb. Axar.az Trend-ə istinadən xəbər verir ki, Auditorlar Palatasının maliyyə və texniki təminat İdarəsinin sabiq rəisi Vəli Rəhimov, maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Palatanın digər auditoru Fəridə Novruzova barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılır. Xatırladaq ki, Vəli Rəhimov 1996-2023-cü illərdə Auditorlar Palatasında müxtəlif vəzifələrdə çalışıb. 2020-ci ildə isə Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi təyin olunub. |
2023-12-20 | 815,158 | Bu türk ölkəsinin bayrağına dəyişiklik edildi | Qırğızıstan parlamentinin üzvləri Dövlət bayrağı üzərindəki təsvirin qismən dəyişdirilməsi təklifini dəstəkləyib. Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Dövlət bayrağının təsvirinin dəyişdirilməsinin lehinə 59, əleyhinə isə 5 deputat səs verib. Daha əvvəl qanun layihəsi Qırğızıstan parlamentinin müvafiq komitəsi tərəfindən dəstəklənib. Qeyd edək ki, bu ilin payızında Qırğızıstan Dövlət bayrağının təsvirinin dəyişdirilməsi təşəbbüsü ilə bu ölkənin parlamentinin sədri Nurlanbek Şakiyev çıxış edib. Dekabrın ortalarında isə Qırğızıstan Prezidenti Sadır Japarov bildirmişdi ki, spikerə bayrağın dəyişdirilməsini məhz onun özü təklif edib. |
2023-12-20 | 815,159 | Türk nazir Azərbaycana gəldi | Türkiyənin ticarət naziri Ömər Bolat bu gün Azərbaycana səfərə gəlir. Axar.az xəbər verir ki, iki günlük səfər çərçivəsində Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin artırılması kimi məsələlər müzakirə ediləcək. Ö.Bolatın Azərbaycanda rəsmi şəxslərlə görüşü gözlənilir. |
2023-12-20 | 815,163 | Əks-hücumun uğursuzluğunun səbəbi... - Zelenski | Ukrayna Silahlı Qüvvələrinin cənubda əks-hücum əməliyyatının uğursuzluğuna səbəb hücumun istiqamətinin əvvəlcədən açıqlanmasıdır. Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Cənubda çətinlik çəkdik, çünki hamı bizim məqsədimizin nə olduğunu deyirdi. Hamı aylarca bizim hara getməyimizdən danışırdı. Deyirdilər ki, yaxşı ki, cənubda hava isti keçir, qış gec gəlir, silahlar kifayət qədərdir. Amma daha çox silahı olan Rusiya ilə bu işləmir”, - o bildirib. |
2023-12-20 | 815,166 | BMT Rusiyanın təklif etdiyi qətnaməni qəbul etdi | BMT Baş Assambleyası nasizmin tərənnümünə qarşı mübarizə ilə bağlı Rusiyanın təklif etdiyi qətnaməni qəbul edib. Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. “Sənəd dövlətləri qanunvericilik də daxil olmaqla, bütün müvafiq vasitələrlə irqi ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmağa çağırır. Qətnamənin lehinə 118, əleyhinə isə 49 ölkə səs verib, 14 ölkə bitərəf qalıb”, - məlumatda deyilib. |
2023-12-20 | 815,169 | Möhbalıyev yenidən sədr seçildi | 10:06 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar VI qurultayı başa çatıb. Axar.az xəbər verir ki, qurultaydan öncə AHİK rəhbərliyi və üzv təşkilatların sədrləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb. Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub. Sonra Bakı Konqres Mərkəzində AHİK-in növbədənkənar VI qurultayı başlayıb. AHİK sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının və Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev iştirakçıları salamlayıb və qurultayı açıq elan edib. Sonra Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Reqlamentə uyğun olaraq, Qurultayın Mandat, Redaksiya və Hesablayıcı komissiyalarının tərkibi və Katibliyin üzvləri seçilib, gündəlik təsdiqlənib. Qurultayın gündəliyinə “İlham Heydər oğlu Əliyevin Azərbaycan Prezidentliyinə namizədliyinin dəstəklənməsi”, “AHİK-in Bəyanatı haqqında”, “AHİK-in 2018-2023-cü illər üzrə fəaliyyəti”, “Təftiş komissiyasının hesabatı” və “AHİK sədrinin seçilməsi” barədə məsələlər daxil edilib. Mandat komissiyasının məruzəsi dinlənildikdən sonra gündəliyə salınan birinci məsələ - “İlham Heydər oğlu Əliyevin Azərbaycan Prezidentliyinə namizədliyinin dəstəklənməsi” ilə bağlı AHİK sədri Səttar Möhbalıyev çıxış edib. O, həmkarlar ittifaqlarının ötən 20 ildə qazandığı nailiyyətlərdə və inkişafında Prezident İlham Əliyevin böyük dəstəyini qeyd edib: “Azərbaycanın hərtərəfli inkişafı həm də həmkarlar ittifaqlarının tərəqqisi deməkdir. Bütün bu xidmətlərə görə, Prezident İlham Əliyev hər bir ittifaq üzvünün dərin hörmətini və sevgisini qazanıb. Odur ki, Konfederasiyada birləşən 1,5 milyon həmkarlar ittifaqı üzvü Prezident seçkilərində Vətənimizin bütövlüyünü təmin edən, ölkəmizi qabaqcıl dövlətlər sırasına çıxaran cənab İlham Əliyevin ölkə prezidentliyinə namizədliyini yekdilliklə dəstəkləyir və seçkilərdə ona səs verəcəklərini bəyan edirlər. Biz xalqımızın parlaq gələcəyini, Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasının uğurlu davamını İlham Əliyev cənablarının ölkəmizə rəhbərliyində görürük”. AHİK-ə üzv təşkilatların sədrləri də çıxışlarında İlham Əliyevin ölkəyə müdrik rəhbərliyini qeyd edib və namizədliyinin dəstəklənməsinin zəruriliyini bildiriblər. Daha sonra İlham Əliyevin Azərbaycan prezidentliyinə namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanat qəbul olunub. Eyni zamanda Səttar Möhbalıyev yenidən AHİK-in sədri seçilib. |
2023-12-20 | 815,172 | Bakıda 32 yaşlı kişi qatarın altında qaldı | Bu gün saat 08:59 radələrində Sumqayıt-Bakı istiqamətində hərəkət edən sərnişin qatarı Keşlə mənzilində hərəkətdə olarkən 1991-ci il təvəllüdlü Elsevən Nadir oğlu Kərimov qəfildən qatarın qarşısına çıxıb. Bu barədə Axar.az-a Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib. Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub və həmin şəxs hadisə yerində ölüb. "ADY bir daha piyadalara çağırış edərək onları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərindən yalnız müəyyən olunmuş yerlər və keçidlərdən istifadə etməklə təhlükəsiz hərəkət etmələrini ciddi tövsiyə edir. Bu il insanların qatar yoluna qəfil çıxması nəticəsində 8 nəfər həyatını itirib, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu hadisələrin səbəbi birbaşa olaraq piyadaların yol hərəkəti qaydalarına əməl etməməsi və dəmir yolu xətlərini müəyyən olunmamış yerlərdən keçməsi ilə bağlı olub. Dəmiryol xətlərində ani səhlənkarlıq həyatınızın yarıda qalmasına səbəb olur", - açıqlamada qeyd olunub. |
2023-12-20 | 815,173 | HƏMAS-ın hərbi lideri İsrail hərbçilərindən qaça bildi | HƏMAS-ın hərbi lideri Yəhya Sinvar son günlər iki dəfə İsrail hərbçiləri ilə qarşılaşmadan yayına bilib. Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” qəzeti məlumat yayıb. Məlumata görə, İsrail ordu qüvvələri iki dəfə Qəzza zolağında Sinvarın gizləndiyi güman edilən tunellərə çata bilib: “Lakin hərbçilərin gəlməsinə az qalmış o, sığınacaqları tərk edib”. İsrail “13-cü kanal”ı isə adı açıqlanmayan mənbələrə istinadən xəbər verir ki, İsrail ordusu tərəfindən toplanan kəşfiyyat məlumatları HƏMAS liderinin daim hərəkətdə olduğunu və uzun müddət bir yerdə qalmadığını göstərir: “Sinvarın hazırda Xan Yunisdə gizləndiyi güman edilir”. |
2023-12-20 | 815,177 | Vardanyan: Ermənistan Türkiyənin vilayətinə çevriləcək | Rusiya regionu tərk etmək fikrində olmadığını gizlətmir. İrəvan isə Moskvanı təxribata çəkmək üçün bütün mümkün vasitələrdən istifadə edir. Axar.az xəbər verir ki, bunu “Ermənistan” ümumerməni fondunun keçmiş rəhbəri Ara Vardanyan deyib. “Ölkəmizdəki beşinci kolon Ermənistanda rusofob əhval-ruhiyyəni yaymaq üçün hər şeyi edir. Bütün bunlar bizi ancaq Ukrayna və ya Suriya ssenarisinə yaxınlaşdırır. Mövcud tendensiyalar davam etsə, İrəvanın gələcək perspektivləri dumanlı görünür. Ermənistanın dövlətçiliyi sual altında qala bilər və beşinci kolonun nümayəndələri, məsələn, “Respublika” partiyasının lideri Aram Sərkisyan, politoloq Levon Şirinyan və bir çox başqaları bunun üçün ilk növbədə məsuliyyət daşıyırlar. Bu insanlar müxtəlif mərkəzlərdən maliyyələşirlər. Öz fəaliyyətləri ilə antirusiya əhval-ruhiyyəsini pik həddə çatdırıb Ermənistanı Türkiyənin tabeçiliyinə vermək məqsədi güdürlər. Ankara Qərbin regiondakı təmsilçisidir, Ermənistan Rusiya ilə münasibətləri kəsdiyi gün Türkiyənin vilayətinə çevriləcək”, - o bildirib. |
2023-12-20 | 815,178 | Biznes mərkəzindəki "yanğın" belə söndürüldü - Video | Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhəri, Xətai rayonunda yerləşən "Dəmirçi qülləsi" (Demirchi Tower) biznes mərkəzində “İnzibati binalarda baş vermiş yanğınların söndürülməsi və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda yanğın-taktiki təlim keçirib. Axar.az xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd şəhər ərazisində yerləşən inzibati binalarda yanğınlar zamanı cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsindən ibarət olub. Təlim zamanı baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin ərazi yanğından mühafizə bölmələri işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər. Uğurla icra olunan təlimdən sonra yanğından mühafizə bölmələrinin fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib. |
2023-12-20 | 815,183 | Xankəndidə “Azpetrol”un məntəqəsi açıldı - Foto | Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti, strateji inkişaf planına uyğun olaraq, Xankəndi şəhərində 19 dekabr tarixində sayca 102-ci modul tipli yanacaqdoldurma məntəqəsini istifadəyə verib. Axar.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Bildirilib ki, yeni yanacaqdoldurma məntəqəsində Aİ-92, Aİ-95 və dizel yanacaq növlərinin satışı həyata keçiriləcək. |
2023-12-20 | 815,184 | Nikol Putinlə görüşə can atır - Səbəb | Paşinyan Aİİ liderlərinin Sankt-Peterburq görüşünə mütləq gedəcək və hətta Rusiya Prezidenti Putinlə ikitərəfli görüş keçirməyə çalışacaq. Nikol ölkənin Aİİ üzvlüyünü qoruyub saxlamağa çalışacaq, çünki indiki mərhələdə Ermənistanın bu təşkilatdan çıxması tam dağılmasına gətirib çıxaracaq. Axar.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib. “Paşinyan həm Qərbin Ukraynadakı tam fiaskosunu, həm də Qərbin zəmanətlərinin qiymətini mükəmməl görür. Baş nazir başa düşür ki, ən azı indiki mərhələdə Qərbin zəmanətlərinə bel bağlamaq çətindir. Paşinyan çox gözəl bilir ki, Qərbin cazibədar bəyanatlarının arxasında heç nə yoxdur, tam sıfır. Bu baxımdan da İrəvan hakimiyyəti Rusiya ilə münasibətləri böhrandan çıxarmağa çalışacaq. Paşinyan həm Qərbə, həm də Rusiyaya eyni dərəcədə lazımdır. Qərb Paşinyandan Rusiyaya qarşı silah kimi istifadə edirsə, o zaman Paşinyan Rusiya üçün sadəcə bir hədiyyədir. Çünki indiki reallıqda Moskvanın Bakı və Ankara ilə razılaşmalarına görə məsuliyyəti Ermənistandakı antirusiya hakimiyyətinin üzərinə qoymaq çox asandır. Əslində Rusiya Ermənistanın Qərbə üz tutmasından çox da qorxmur. Moskva başa düşür ki, Paşinyan ancaq müəyyən nöqtəyə qədər gələ biləcək, sonra proses dayanacaq. Çünki nə Qərb Ermənistanı qəbul etməyə, nə də Ermənistan irəliləməyə hazırdır”, - o bildirib. |
2023-12-20 | 815,185 | Ruslar 19 “Şahid”lə Ukraynaya hücuma keçdi | Rusiya ordusu bu gecə Ukrayna ərazisinə 19 “Şahid” PUA-sı ilə hücum edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. Məlumata görə, hücumun istiqaməti Odessa, Xerson, Dnepropetrovsk vilayətləri olub. Ukrayna ordusu Rusiyaya məxsus 18 PUA-nı məhv edib. |
2023-12-20 | 815,187 | Faizlər çox yüksəkdir, MB tədbir görməlidir - Millət vəkili | Rayonlarda kreditlər Bakıya nisbətən 2 dəfə bahadır. Belə ki, Bakıda kreditlər üzrə orta faiz dərəcəsi 11.05 faiz olduğu halda Dağlıq Şirvanda 19.67, Qarabağda 19.32, Mil-Muğan iqtisadi rayonunda 19.13, Lənkəran-Astara iqtisadi rayonunda 19.1, Şirvan-Salyan iqtisadi rayonunda 18.75, Mərkəzi Aranda 18.59, Qazax-Tovuz iqtisadi rayonunda 18.42 faizdir. Mərkəzi Bankın məlumatına görə, Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi isə 12.56 faizdir. Axar.az xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı Vüqar Bayramov qeyd edib. O bildirib ki, rayonlarda faiz dərəcəsinin yüksək olması vətəndaşların kreditlərə əlçatanlığını azaldır: “Bu, xüsusən bölgələrdə real sektora yönəldilən kreditlərin payının az olması anlamına da gəlir. Bu isə regionlarda sərmayə qoyuluşlarının artırılmasına əngəl olur. Bakıda kredit faziləri üzrə orta dərəcənin aşağı olması biznes və eləcə də ipoteka kreditlərinin əhəmiyyətli hissəsinin paytaxtın payına düşməsi ilə bağlıdır. Bakı aşağı faizli kreditlərdən daha çox faydalanır. Banklar hələ də regionlarda kredit riskini yüksək qiymətləndirirlər. Bu baxımdan bölgələrdə daha çox yüksək faizli istehlak kreditlərinə üstünlük verirlər. Kredit faizlərindəki regional disbalansın aradan qaldırılması olduqca vacibdir. Regionların inkişafı daha aşağı faizli kreditlərə çıxış imkanlarının genişləndirilməsini tələb edir. Mərkəzi Bank tərəfindən də bu istiqamətdə stimullaşdırıcı tədbirlərin genişləndirilməsinə ehtiyac var”. |
2023-12-20 | 815,188 | Bu küçələrdə geriyə dönmək ləğv edildi - Video | Paytaxtın Nərimanov rayonu, Təbriz və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yaranan avtomobil sıxlığı azalacaq. Axar.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, bu məqsədlə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları ərazidə təhlillər aparıblar. Qeyd olunan kəsişmədə sürücü və piyadaların təhlükəsiz hərəkətini təmin etmək, eləcə də yaranan sıxlığı azaltmaq məqsədilə təkliflər hazırlanıb və icrası ilə bağlı aidiyyəti dövlət qurumundan müsbət rəy alınıb. Belə ki, bundan sonra Əhməd Rəcəbli küçəsilə hərəkət edən avtomobillər yolda 3.19 (Geriyə dönmək qadağandır) nişanı quraşdırıldığından birbaşa geriyə dönə bilməyəcəklər. Onlar Təbriz küçəsi istiqamətinə hərəkət edib Nərimanov parkının qarşısındakı alternativ geriyədönmədən istifadə edə biləcəklər. Bununla yanaşı, Təbriz küçəsindən Əhməd Rəcəbli küçəsi istiqamətində də yaranan sıxlığın qarşısını almaq üçün svetoforda əlavə sağa dönmə seksiyası quraşdırılıb. |
2023-12-20 | 815,193 | İlham Əliyev Türkiyənin vitse-prezidentini qəbul etdi | 10:52 Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının vitse-prezidenti Cövdət Yılmaz ilə görüşüb. Axar.az xəbər verir ki, Cövdət Yılmaz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi. Azərbaycan Prezidenti hər fürsətdə və beynəlxalq təşkilatlar çərçivəsində keçirilən tədbirlərdə Türkiyə Prezidenti ilə görüşdüyünü və müzakirələri davam etdirdiyini vurğuladı. Cevdet Yılmaz Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təbriklərini çatdırdı və Ulu Öndər Heydər Əliyevin əsl liderlik nümayiş etdirərək Azərbaycan dövlətinin qurucusu olduğunu qeyd etdi. Türkiyənin vitse-prezidenti tarixi Qələbə və Azərbaycanın suverenliyinin tam bərpa olunması münasibətilə bir daha təbriklərini çatdırdı, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin Türkiyədə böyük sevinclə qarşılandığı vurğuladı. Bu xüsusda ermənilər tərəfindən basdırılmış minaların hələ də böyük təhlükə törətdiyi və yenidənqurma işlərinə mane olduğu bildirildi. Vitse-prezident Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycanın göstərdiyi qardaşlıq dəstəyinə görə təşəkkürünü bildirdi, Kahramanmaraşda həyata keçirilən bərpa və tikinti işlərini xüsusilə qeyd etdi. Cövdət Yılmaz dünyanın yaşıl və rəqəmsal transformasiya dövründə olduğunu nəzərə alaraq, Azərbaycanla Türkiyənin bu sahədə də birgə çalışmasının və əməkdaşlığının vacibliyini vurğuladı. Görüşdə Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsinin Preferensial Ticarət Sazişinin imzalanmasından sonra daha da artmasından məmnunluq ifadə olundu. Həmçinin gələn il Azərbaycan-Türkiyə hökumətlərarası komissiyanın iclasının keçirilməsi, eləcə də ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə edildi. Söhbət zamanı beynəlxalq təşkilatlar, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq, təşkilatın daha da gücləndirilməsi, digər qardaş türk ölkələri ilə işbirliyinin dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıldı. |
2023-12-20 | 815,201 | BŞİH-də “Heydər Əliyev” kitabının təqdimatı keçirildi | Bakı Şəhər İcra Hakimiyyətində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr edilən tədbirlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun yeni layihəsi - Ulu Öndərin həyat və ictimai-siyasi fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən elmi məqalələr toplusu olan “Heydər Əliyev” kitabının təqdimatı keçirilib. BŞİH-in mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, tədbirdə tanınmış tarixçilər, tədqiqatçı-alimlər, elm və mədəniyyət xadimləri, Millət vəkilləri, dövlət qurumlarının və ölkə ictimaiyyətinin, KİV-lərin nümayəndələri, Vətən Müharıbəsi veteranları və qazilər, din xadimləri iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyev və Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və kitabla bağlı videoçarx nümayiş olunub. Təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən iki fəsildən ibarət akademik xarakterli bu kitab Bakı Şəhər İcra Hakimiyyəti və Tarix İnstitutunun yeni layihəsidir. Eldar Əzizov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin və dövlətimizin başçısı İlham Əliyevin siyasətinin yaxından öyrənilməsi və təbliği Azərbaycanda sabitliyin qorunması və ölkəmizin gələcək inkişafına təminat verir. Sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə, AMEA Tarix İnstitutunun direktoru Kərim Şükürov və digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərdən söz açaraq, Vətənini hədsiz dərəcədə sevən bu dahi insanın ölkəsinin tarixinə, xalqına son dərəcə böyük sevgi və hörmətlə yanaşmasından danışıb və bu kitabın Ulu Öndərin zəngin irsinin öyrənilməsi və təbliği işində mühüm rol oynayacağını vurğulayıblar. |
2023-12-20 | 815,204 | Yeni ildə hədiyyə axtaranlar üçün – TOP 5 ən yaxşı seçim | İsti atmosferi ilə qışın ən soyuq günlərini belə unutduran Yeni il bayramı yaxınlaşır. İnsanlar özünü sehirli nağıllardakı kimi hiss etmək üçün şəhərin küçələrini şux işıqlarla bəzəyir, evlərdə yolka ağaclarını qurur, ağacın altına isə əzizlərini sevindirmək üçün bir-birindən maraqlı hədiyyələrini yerləşdirir. Yoxsa siz hələ də xəyallarınızdakı hədiyyəni tapıb yolkanın altına yerləşdirə bilməmisiniz? Elə isə təşvişə düşməyin və məqalənin davamını oxuyun. Sizə şaxta babanın sevindirən əlini uzatmaq üçün ən yaxşı təklifləri araşdırıb bura toplamağa çalışmışıq. Gəlin, başlayaq: Xiaomi Redmi Note 12 smartfonu: Həmişə olduğu kimi, bu bayramda da yaxınlarınıza yeni telefonla sevinc dolu yeni təcrübə imkanları bağışlaya bilərsiniz. Xüsusilə bu smartfon 6GB operativ, 128 GB daxili yaddaşı, 6.67“ geniş ekranı, 50 MP arxa, 13 MP ön, 5000 mAh batareya tutumu kimi funksiyaları ən münasib qiymətlə özündə birləşdirirsə. Rowenta hava feni: Bu doğmanız saçlarına diqqət ayırmağı çox sevir? Onda çox əl-ayağa düşməyib onun havalı saçlarına biraz da hava qatacaq Rowenta fenini ürəklə hədiyyə edin. 2200 Vt gücü olan bu fenin konsentrator və diffuzor başlıqları mövcuddur. Modelin ionlaşma funksiyası isə saçları zədələmədən qurutmağa imkan verir. Məhsulun qiyməti isə sizi həqiqətən təəccübləndirəcək. Bunun üçün linkə daxil olun. Panasonic trimmeri: İndi bəhs edəcəyimiz hədiyyəni istənilən bəy canla-başla qəbul edəcək. Belə ki, 4 başlığı olan Panasonic trimmeri həm saç, həm üz, həm də bədəndəki tüklərin asanlıqla səliqəyə salınmasına kömək edir. Qiymət isə o qədər münasibdir ki, bu hədiyyəni həm onun üçün, həm də öz büdcəniz üçün qayğıkeş hesab edə bilərsiniz. Xiaomi smart saatı: Müasir hədiyyələr içərisində ən cəlbedici olanlardan biri də smart saatdır deyə bilərik. Niyə də olmasın? Bu hədiyyə ilə yaxınınızın istənilən saatda ağlına gəlib xoş emosiyalara bürünməsinə səbəb ola bilərsiniz. 144 saatadək işləmə müddəti olan model kalorihesablayıcı, addımölçən, yuxu analizi, qanda oksigen səviyyəsinin göstəricisi kimi funksiyaları ilə əsl sağlamlıq keşikçisidir. Sarvagelli süfrəsi: Yeni il dedikdə hamının ağlına dadlı yeməklər, şirniyyatlar və sözsüz ki, paytaxt salatı gəlir. Yeməklərin dadı qədər onların zövqlü təqdimatı da olduqca önəmlidir. Bunun üçün isə əvvəlcə düzgün seçilmiş süfrə gərəkdir. Elə isə doğmanızın bayramda əlindən tutacaq zərif Sarvagelli süfrəsini ona hədiyyə edin. Türkiyə istehsalı olan Sarvagelli süfrəsi incə işləmələri ilə bütün qəlbləri isidəcək. Qeyd edək ki, “Kontakt” mağazalar şəbəkəsində Yeni ilə özəl nağd alışda 50%-dək endirimlər, hissəli alışda isə 24 ayadək faizsiz kampaniya davam edir. Şəbəkənin sizə yaxın olan mağazasını buradan tapa, və ilin ən yaxşı hədiyyəsi həmin mağazalardan seçə bilərsiniz. “Kontakt” qarşıdan gələn Dünya Azərbayncanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bütün xalqımızı ürəkdən təbrik edir! |
2023-12-20 | 815,205 | İran dayanmır: Bakıya qarşı inanılmaz təxribat - Video | 11:05 Azərbaycana qarşı mövqeyi ilə seçilən iranlı politoloq Ehsan Mövəhhedian Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı “fikirlərini” qələmə alıb. Maraqlıdır ki, bu “təhlil” İran Xarici İşlər Nazirliyinin “Diplomasi İrani” (İran Diplomacy) analitik portalında yerləşdirilib. Başqa cür desək, bu mövqe həm də İran XİN-in yanaşmasıdır. Axar.az sözügedən məqaləni təqdim edir: “Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqları, münaqişələrə və tərəflərin ziddiyyətli bəyanatlarına baxmayaraq, elə bir vəziyyətə gəlib ki, Azərbaycan Ermənistandan İrəvanın gələcəkdə Bakıdan qisas almayacağına dair təminat axtarır. Amma sual olunur ki, Azərbaycan “qisas” dedikdə nəyi nəzərdə tutur? Azərbaycan Prezidenti İlham Əliyevin hökumətinin məqsədi, ilk növbədə, təminat əldə etməkdir ki, erməni tərəfi Ermənistan Respublikasının itirilmiş dövlət və hərbi komponentlərini operativ şəkildə bərpa etmək ambisiyasına malik olmasın. Bakı bilir ki, ermənilər Ermənistanın suveren ərazilərinin itirilməsi (? – red.), ermənilərin etnik təmizlənməsi (? – red.), “Artsax xalqı”nın (? – red.) deportasiyası və Artsaxın Bakı tərəfindən işğalı (? – red.) ilə heç vaxt barışmayacaqlar. Bu narahatlığı aradan qaldırmaq üçün Bakı, görünür, Ermənistanın “qisas alması”nın qarşısını almaq üçün təminat məqsədilə mümkün sülh sənədinə aşağıdakı bəndləri daxil etmək niyyətindədir: 1. Bütün Artsaxın işğalı (? – red.) və Ermənistan Respublikasının (işğal edilən) hazırkı suveren ərazilərinin “Bakı hökuməti”nin (? – red.) ərazisinə verilməsi haqqında yazılı və sənədləşdirilmiş razılaşma; 2. Ermənistanı Gürcüstan və İranla birləşdirən əsas logistik yolların suverenliyinə nəzarət. Bu məqsədlə Naxçıvan sərhədinə yaxın Tiqranaşen (Kərki kəndini nəzərdə tutur – red.) və Gürcüstan yaxınlığındakı Tavuş bölgəsində kəndlərinin işğalı gündəmdədir; 3. Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin kəskin ixtisar edilməsi və Bakının Ermənistan silahlı qüvvələrinin sayına, eləcə də silahların kəmiyyət və keyfiyyətinə nəzarət etmək hüququnun təmin edilməsi; 4. Əliyev hökuməti tərəfindən yüz minlərlə və daha çox bakılının (? – red.) Ermənistanın əsas rayon və şəhərlərinə köçürülməsi; 5. Ermənistanın ərazi bütövlüyünün nominal tanınmasına baxmayaraq, Türkiyə və Bakının Ermənistanın cənub hissəsi və ya qondarma “Zəngəzur dəhlizi” üzərində ikitərəfli nəzarətinin asanlaşdırılması; yəni Ermənistan hökumətinin bu dəhliz üzərində suverenliyi hüququ olmasın, nəticədə Ermənistanın cənub hissəsi bu ölkədən ayrılsın; 6. Artsax Respublikasını (? – red.), 1915-ci ildə Osmanlı İmperiyasında “erməni soyqırımı” ilə bağlı bölmələri və “Qərbi Ermənistan” ifadəsini çıxarmaqla Ermənistanın Konstitusiyasına və Müstəqillik Bəyannaməsinə dəyişiklik edilməsi, Ermənistanın gerbində erməni kimlik rəmzi Ağrı dağının təsvirinin çıxarılması ilə düzəliş edilməsi. Bu müddəalar əslində Bakının Ermənistandan tələb etdiyi sülhün qiymətidir. Ola bilsin ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hərtərəfli təzyiqin tətbiqi ilə İrəvanla Bakı arasında mümkün sülh sazişini imzalasın və yuxarıda qeyd olunan bəndlər imzalanacaq məxfi protokollara salınsın. Ermənistan hakimiyyətinin Bakıya hansı təminatlar verdiyini göstərməyən saziş dərc olunacaq və ya heç olmasa sülh müqaviləsinin bəzi müddəaları gizli saxlanılacaq. Buna görə də İran İslam Respublikası bu qondarma sülh danışıqlarına qarşı sayıqlığını maksimum dərəcədə artırmalı, qeyri-münasib müddəaların, xüsusən də yuxarıda qeyd olunan 2 və 5-ci bəndlərin İrəvanın üzərinə qoyulmasının qarşısını almaq üçün mümkün razılaşmanın müddəalarını almalı və öyrənməlidir”. Məqalədə istifadə edilən “terminlər”, hadisələrin təhrifi, Azərbaycanın işğalçı kimi göstərilməsi, Azərbaycan hakimiyyətinin “Bakı hakimiyyəti”, azərbaycanlıların “bakılılar” adlandırılması, “artsax xalqı” ifadəsi, keçmiş, qondarma və özünü buraxan qurumdan “respublika” kimi danışılması, Azərbaycanın xəritələrdə təsbit edilən, hər kəsin qəbul etdiyi, Ermənistanın özünün belə 29,8 min kv.km-ə daxil olmadığını etiraf etdiyi 8 kəndinin – eksklavının geri tələb edilməsinin “Ermənistanın işğalı” adlandırılması, Ermənistanın Türkiyəyə ərazi iddiasının əks olunduğu rəmzlərin “erməni kimliyi” olaraq göstərilməsi və s. bu məqalənin yalnız erməni mövqeyindən yazıldığını göstərmir, həm də İranın Ermənistanı Azərbaycana qarşı təhrik etməsinin nümayişidir. Əks halda İran XİN-in saytında belə bir məqalənin dərci mümkün olmazdı. Eyni zamanda, bu məqalə Ermənistan ictimai rəyində Ermənistan hakimiyyətinə təzyiq formalaşdırmaq və sülhü pozmaq məqsədi daşıyır. İran olduqca təhlükəli oynayır. |
2023-12-20 | 815,208 | Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı qərar | Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,5 faiz bəndi azaldılaraq 8,5%-dən 8%-ə endirilməsi barədə qərar qəbul edib. Axar.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi azaldılaraq 7%-dən 6,5%-ə, yuxarı həddi isə 0,5 faiz bəndi azaldılaraq 9,5%-dən 9%-ə endirilib. "Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2%) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında izafi təklif nəzərə alınmaqla qəbul edilib", - AMB bəyan edib. Bu qərar sabahdan qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı qәrarların 2024-cü il üzrə ictimaiyyətə açıqlanması qrafiki bu ilin sonunda açıqlanacaq. |
2023-12-20 | 815,212 | Şuşaya giriş məhdudlaşdırılır? | 11:20 Bayram günlərində Şuşa şəhərinə giriş-çıxışa məhdudiyyət qoyulmayıb. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa Rayonunda xüsusi nümayəndələyinin məlumatında qeyd olunub. Bildirilib ki, bir sıra yerli KİV orqanlarında 31 dekabr-2 yanvar tarixləri arasında Şuşa şəhərinə giriş-çıxışa məhdudiyyətlərin qoyulması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yer alıb: “Şuşa şəhərinə giriş-çıxış hər zaman olduğu kimi müvafiq prosedur qaydalarına uyğun olaraq həyata keçirilir və heç bir məhdudiyyət qoyulmayıb”. |
2023-12-20 | 815,214 | Abdullahian HƏMAS-ın qərargahına getdi | İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Dohada HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb. “Danışıqlar zamanı tərəflər Qəzza zolağı və İordan çayının qərb sahilindəki siyasi vəziyyəti, eləcə də son hadisələri müzakirə ediblər”, - məlumatda qeyd olunub. İRNA agemtliyi isə yazıb ki, görüş HƏMAS-ın Dohadakı mənzil-qərargahında baş tutub. |
2023-12-20 | 815,217 | Bəzi qurumlar seçkilərdən sui-istifadə edir - MSK | Dünyanın hər yerində seçkilərdə xoşagəlməz hallar baş verir. Axar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumda dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib. O bildirib ki, müəyyən qərəzli qurumlar var ki, seçkilərdən sui-istifadə edirlər: “Biz işimizi yaxşı görməliyik. Bizim beynəlxalq qurumlardan heç bir narazılığımız yoxdur. Heç kəsin arxayınlaşmağa da haqqı yoxdur. Biz seçkiləri şəffaf şəkildə keçirməliyik”. |
2023-12-20 | 815,218 | 665-ci gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 665-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 349 190 hərbçi, 5 814 ədəd tank, 10 794 ədəd zirehli döyüş maşını, 8 206 ədəd artilleriya sistemi, 928 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 611 hava hücumundan müdafiə sistemi, 324 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 871 ədəd avtomobil texnikası, 6316 ədəd PUA, 1 612 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 203 xüsusi avadanlıq itirib. |
2023-12-20 | 815,221 | Prezident köməkçisi seçicilərin sayını açıqladı | Seçici siyahılarının dəqiqləşdirilməsi diqqət mərkəzində olub. Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib. Onun sözlərinə görə, seçicilərin ümumi sayı 6 milyon 354 min 556 nəfər təşkil edir. |
2023-12-20 | 815,222 | COP29-un ölkəmizdə keçirilməsi böyük siyasi hadisə olacaq | Azərbaycanın beynəlxalq müstəvidə əldə etdiyi yüksək nailiyyətlərin sayı və önəmi artmaqda davam edir. Bir neçə gün bundan öncə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gələn il ölkəmizdə keçirilməsi barədə qərar qəbul edilib. Bütün dünya ölkələrinin yekdil rəyi ilə qəbul edilmiş bu qərar dünya birliyi tərəfindən Azərbaycana göstərilən böyük hörmət və etimadın növbəti nümayişidir. Axar.az xəbər verir ki, bu sözləri deputatı Kamaləddin Qafarov deyib. Millət vəkilinin fikrincə, ölkəmizə qarşı bu münasibət, ilk növbədə, cənab Prezident İlham Əliyevin uzun illər boyu həyata keçirdiyi gərgin fəaliyyəti, hər zaman nümayiş etdirdiyi prinsipial mövqeyi və yürütdüyü müstəqil siyasəti sayəsində formalaşmışdır. “Prezident İlham Əliyevin rəhbərliyi ilə xüsusi müşavirənin keçirilməsi COP29-un gələn il Azərbaycanda keçirilməsinin ölkəmiz üçün müstəsna siyasi əhəmiyyət kəsb etdiyindən xəbər verir. Məlumdur ki, ölkəmizin bu ilin sentyabr ayında uğurla həyata keçirdiyi antiterror tədbirlərindən sonra bəzi Qərb dövlətləri Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüşdülər. Bu ittihamlar qərəzli xarakter daşıyır və onların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək suverenliyini bərpa etmişdir. Prezident İlham Əliyev COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə bağlı dekabrın 15-də keçirdiyi müşavirədə bu məsələyə də toxunaraq dünya ölkələri tərəfindən antiterror tədbirlərdən cəmi iki ay yarım sonra belə bir qərarın qəbul olunmasını mühüm siyasi əhəmiyyət kəsb edən bir hadisə kimi qiymətləndirmişdir. Bu qərar əlbəttə ki, bütün dünya ictimaiyyətinin Azərbaycana dəstəyinin bariz ifadəsidir. Hətta Ermənistanın belə artıq yaranmış reallıqlarla barışdığı halda, Fransanın öz destruktiv mövqeyini ortaya qoyması, bu ölkənin bəzi siyasi liderlərinin ermənilərdən daha çox erməni olmağa çalışmaları anlamına gəlir. Lakin Prezident İlham Əliyevin dediyi kimi, beynəlxalq birlik heç də 30-40 ölkədən ibarət deyil. Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərdilər.” K.Qafarov COP29-un öz tarixi ərzində ölkəmizdə keçiriləcək ən böyük beynəlxalq tədbir olduğunu vurğulayaraq deyib: “Azərbaycan bu günə qədər bir çox mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. O cümlədən, bu il ölkəmizdə Beynəlxalq Astronavtika Konqresi böyük müvəffəqiyyətlə keçirildi. COP29 bu tədbirlərdən həm əhəmiyyətinə, həm də miqyasına görə çox fərqli olacaq. Cənab Prezident, müəyyən ehtimallara görə, tədbirdə təqribən 70-80 min xarici qonağın iştirak etmək üçün ölkəmizə səfər edəcəklərini bildirdi. Ən mühüm məqamlardan biri də budur ki, aparıcı neft-qaz ölkələrindən biri kimi tanınan Azərbaycan bu sahədə də özünü göstərəcək və dünyada hər kəs bir daha görəcək ki, “yaşıl enerji” növlərinin yaradılması və dünya bazarlarına nəqli hazırda ölkəmizin enerji siyasətinin əsas prioritetlərindən biridir” . |
2023-12-20 | 815,223 | Cövdət Yılmaz Heydər Əliyevin məzarını ziyarət etdi | Azərbaycanda səfərdə olan Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz bu gün Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əkil qoyub. Axar.az xəbər verir ki, daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb. |
2023-12-20 | 815,224 | Xankəndiyə yollanacaq “Qarabağ” azarkeşlərinin sayı... | Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində Xankəndi şəhər stadionunda baş tutacaq “Qarabağ” - MOİK oyununu izləyəcək Ağdam klubunun azarkeşlərinin sayı məlum olub. Axar.az Oxu.az-a istinadən sabah keçiriləcək qarşılaşmada sevimli komandalarını dəstəkləmək üçün Ağdam təmsilçisinin 700-dən çox fanatı Xankəndiyə yollanacaq. Qeyd edək ki, matç saat 14:00-da başlayacaq. Bu, işğaldan azad olunduqdan sonra Xankəndidə keçiriləcək ilk futbol qarşılaşması olacaq. |
2023-12-20 | 815,225 | ABŞ İrana görə 10 qurum və 4 şəxsə sanksiya tətbiq etdi | ABŞ hökuməti İranın pilotsuz təyyarə istehsalı proqramını dəstəkləyən 10 müəssisə və 4 fiziki şəxsə sanksiya tətbiq edib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Barələrində sanksiya tətbiq edilən qurumlar İran, Malayziya, Honq-Konq və İndoneziyada yerləşirlər. Sanksiyaya məruz qalan fiziki və hüquqi şəxslər arasında “Kavan Elektroniks Behrad” şirkətinin İdarə Heyətinin sədri Hüseyn Hatifi Ərdəkani və Müdafiə Nazirliyinin “Saman” Sənaye Qrupu da var. |
2023-12-20 | 815,226 | Qırmızı Ürəklər Fondu 3 yaşını qeyd etdi | Hər zaman sosial təşəbbüslərlə gündəmə gələn, cəmiyyət üçün əhəmiyyətli layihələrin müəllifi, ölkənin bütün regionlarını əhatə edərək minlərlə insana maddi və mənəvi dəstək göstərən Qırmızı Ürəklər Fondunun rəsmi olaraq fəaliyyətə başlamasının 3 ili tamam oldu. Fond ötən gün bu münasibətlə dostlarını “Ürəksən” adlı tədbirdə qonaq etdi. Kapital Bank-ın nümayəndələri, donorlar, əməkdaşlar və könüllülərin iştirak etdiyi tədbiri çıxış sözü ilə Fondun prezidenti Sevda Haqverdiyeva açdı. O, iştirakçılara 2023-cü il ərzində Fondun fəaliyyət istiqamətləri üzrə görülən işlərin hesabatını təqdim etdi. Daha sonra Fondun fəal üzvləri il ərzində layihələrdə göstərdikləri dəstəyə görə xüsusi təşəkkürnamələrlə təltif edildi. Eləcə də qurumun fəaliyyətinin genişləndirilmsi istiqamətində töhfəsini əsirgəməyən və ianələrlə daim dəstək göstərən donorlara plaketlər təqdim edildi. Fəaliyyət göstərdiyi 3 il ərzində Fond cəmiyyət, ətraf mühit və heyvanlara dəstək olmaqla 3 əsas istiqamət üzrə müxtəlif sosial layihələr icra edib. Onların sırasında uşaq evləri və sığınacaqlarda seminarlar, təlimlər, aztəminatlı ailələrə yardım aksiyaları, təhsil təqaüdü proqramı, sağlamlıqla bağlı müxtəlif maarifləndirici layihələr, regionlarda kütləvi ağacəkmə aksiyaları, sahilyanı ərazilərin tullantılardan təmizlənməsi, heyvan sığınacaqlarına dəstək aksiyaları kimi onlarla layihə var. Qeyd edək ki, 2023-cü il ərzində Qırmızı Ürəklər Fonduna 31 430 ianəçi tərəfindən 14 893,53 min manat vəsait daxil olub. Toplanan vəsaitlər hesabına 242 könüllünün iştirakı ilə 4023 benefesiara ianələr şəklində dəstək göstərilib. “Red Hearts” - Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar. |
2023-12-20 | 815,227 | İranda təlim zamanı partlayış: 3 əsgər öldü | İran ordusununun 3 hərbçisi təlim-məşq əməliyyatı zamanı meydana gələn partlayış nəticəsində həlak olub. Axar.az xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, hadisə ölkənin cənub-şərqində keçirilən təlim zamanı təlim sahəsinin işlək vəziyyətdə olmayan sursatlardan təmizlənməsi mərhələsində baş verib. Bəlucların “Ənsar ül-Fürqan” silahlı qruplaşması isə bəyanat yayaraq, hadisənin başvermə vəziyyəti ilə bağlı açıqlanan rəsmi məlumatı təkzib edib. Qruplaşma hərbçilərin ölümünü dekabrın 18-də yol qırağında quraşdırılmış mina partlaması nəticəsində olduğunu bildirib. |
2023-12-20 | 815,230 | İrəvan “Akaş”ları Hindistandan bu qiymətə alıb | Ermənistan “Akaş” zenit-raket kompleksini Hindistandan 600 milyon dollara alıb. Axar.az xəbər verir ki, bu barədə ANİ agentliyi Hindistanın Müdafiə Nazirliyindəki mənbəsinə istinadən məlumat yayıb. Bildirilib ki, “Akaş”lar Ermənistana bir neçə aya tədarük edilə bilər. Qeyd edək ki, 2020-ci ildə Ermənistan Hindistandan dörd mobil “Svati” radar sistemi alıb, 2022-ci ilin sentyabrında isə “Pinaka” reaktiv yaylım atəşi sistemlərinin, tank əleyhinə raketlərin və müxtəlif növ sursatların alınması üçün 245 milyon dollarlıq müqavilə imzalanıb. Həmçinin Hindistan MArG 155 özüyeriyən haubitsa və “Zen Anti-Drone System” (Zen antidron sistemi - ZADS) ilə yanaşı, 30 mm və 40 mm çaplı qumbaralar da tədarük edəcək. Bundan başqa, Hindistanın pilotsuz təyyarələri vurmaq üçün hava hücumundan müdafiə sistemləri istehsal edən “Zen Technologies” şirkəti Ermənistanda filial açmaq niyyətindədir. |
2023-12-20 | 815,233 | Prezident onları təltif etdi | Prezident İlham Əliyev Azərbaycan Respublikası idmançılarının və idman mütəxəssislərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Axar.az sərəncamən mətnini təqdim edir: 1. Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər: “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə Xəlfəyev Ziyad Əli oğlu “Tərəqqi” medalı ilə Allahverdiyev Xanlar Xanlar oğlu Allahverdiyev Mehman Firuddin oğlu Babayev Nazim Tahir oğlu Bünyadova Tamilla Hüseyn qızı Əhmədov Kamal İzzət oğlu Əliavsarov Ələkbər Əliəsgər oğlu Əsgərov Asif Şamil oğlu Hidayətzadə Elnur Rəhim oğlu Hüseynli Turac Bəylər oğlu Hüseynov Rahib Ağəli oğlu Qurbanov Bəhruz Seyfulla oğlu Novruzov Əsgərxan Qurban oğlu Rüstəmov Allahverdi Ağəmməd oğlu Rüstəmov Lütfiyar Əyyub oğlu Skydan Hanna Aleksandrovna Şahbanov İbadulla Şəmsuddinoviç Vəliyev Şirin Musa oğlu. 2. Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə aşağıdakı şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilsin: Abdullayev Arif Yədulla oğlu Əbilov Eldar Zöhrab oğlu Məmmədov Fərhad Nizami oğlu. 3. Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin: Beybutov Rafiq Qəmbər oğlu Əliyev Tofiq Zöhrab oğlu Əzizli Eldəniz Yamən oğlu Həşimov Qasım Murtuza oğlu. |
2023-12-20 | 815,234 | Prezident Roma Papasına məktub ünvanladı | Prezident İlham Əliyev Roma Papası Fransiskə Milad bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. Axar.az məktubun mətnini təqdim edir: "Zati-müqəddəsləri, İsa peyğəmbərin mübarək mövludu — Milad bayramı münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram. Xristian aləminin ən müqəddəs bayramlarından biri, yeniliyin, mərhəmət və şəfqət duyğularının rəmzi olan Milad bayramı insanları yüksək mənəvi ideallar və dəyərlər ətrafında birləşdirərək qəlbləri parlaq ümidlərlə doldurur, yeni nailiyyətlərə ruhlandırır. Yüksək birgəyaşayış mədəniyyəti və çoxəsrlik tolerantlıq mühitinin mövcud olduğu Azərbaycan cəmiyyətində Milad bayramı ölkəmizdə ənənəvi olaraq qeyd olunan dini bayramlar arasında özünəməxsus yer tutur. Fəxrlə qeyd edirəm ki, bu gün Azərbaycan etnik və dini müxtəlifliyin milli sərvət kimi qorunduğu, bütün konfessiyalar üçün bərabər şəraitin yaradıldığı məkan, dünyada multikulturalizmin ünvanlarından biridir. Ölkəmizdə tarixən olduğu kimi hazırda da əmin-amanlıq, mehribanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayan müxtəlif xalqların və dinlərin nümayəndələri arasında nümunəvi dostluq və qardaşlıq münasibətləri hökm sürür. Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin, dinlərarası harmoniyanın, dini-mənəvi irsin və multikultural dəyərlərin qorunub-saxlanılması dövlət siyasətimizin başlıca istiqamətlərindəndir. Azərbaycanda xristian inanclı vətəndaşlarımız digər etiqadların mənsubları ilə birgə ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində yaxından iştirak edir, dövlətimizin hərtərəfli inkişafına layiqli töhfələr verirlər. Əminəm ki, xristian icması doğma Vətənləri olan Azərbaycanın tərəqqisi və rifahı naminə qüvvə və bacarığını bundan sonra da əsirgəməyəcəkdir. Azərbaycanın Müqəddəs Taxt-Tac ilə əlaqələrinin yüksələn xətlə və dinamik inkişafı məmnunluq doğurur. Xoşməramlı niyyətlərə xidmət edən ikitərəfli münasibətlərimizin tarixi əlamətdar hadisələr və nailiyyətlər ilə zəngindir. Azərbaycan-Müqəddəs Taxt-Tac əməkdaşlığının inkişafında, konstruktiv dialoqumuzun genişlənməsində Sizin böyük şəxsi töhfənizə, habelə Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə daim verdiyiniz yüksək qiymətə görə Sizə minnətdarlığımı bildirirəm. İnanıram ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında mövcud olan nümunəvi əməkdaşlıq münasibətləri bundan sonra da sivilizasiyalar arasında qarşılıqlı etimad mühitinin yaradılmasına və ümumbəşəri dəyərlərin təşviqinə xidmət edəcəkdir. Bu xoş fürsətdən istifadə edərək Sizi doğum gününüz və qarşıdan gələn Yeni, 2024-cü il münasibətilə də səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, humanizm ideallarının təntənəsi naminə ali missiyanızda uğurlar diləyirəm". |
2023-12-20 | 815,236 | MSK sədrindən siyasi partiyalara çağırış | MSK sədri Məzahir Pənahov seçkilərdə siyasi partiyaların iştirakına ancaq sevinə biləcəyini bəyan edib. Axar.az xəbər verir ki, o, bu barədə rəhbərlik etdiyi qurumda dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib. “Müraciət edirəm ki, kim arzusundadırsa, iştirak etsin. Onlara bərabər şərait yaradılacaq”, - o qeyd edib. |
2023-12-20 | 815,238 | Paşinyanın şok etirafı: Əliyev nələr edibmiş... | Ötən gün Ermənistan Baş naziri Nikol Paşinyanın yerli mediaya geniş müsahibəsində keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir çox məqamlara aydınlıq gətirən etirafları sensasiya sayıla bilər. Paşinyan faktiki olaraq 2018-ci ildə hakimiyyətə gələrkən Qarabağ danışıqlarında Azərbaycanın öz mövqelərini beynəlxalq müstəvidə belə tanıtdırdığını, hər kəsin Bakının yanaşmasını dəstəklədiyini bildirir. Açıq şəkildə etiraf edir ki, yalnız 1999-cu ildə “Mehri ilə Qarabağın dəyişdirilməsi təklifi” istisna olmaqla, ortada Qarabağ münaqişəsini həll edə biləcək (erməni mövqeyini müdafiə edəcək) heç bir real təklif olmayıb, əksinə, Minsk Qrupunun təklifləri münaqişənin həll edilməməsi üzərində qurulub. İlham Əliyev danışıqlar masasına oturduqdan sonra (əsasən, 2005-2006-cı illərdən) bu sərt mövqeyi ortaya qoyub və 2016-cı ilə qədər bütün beynəlxalq güclərə qəbul etdirib ki: 1. Keçmiş Dağlıq Qarabağ ətrafındakı 7 rayon azad edilir; 2. Keçmiş Dağlıq Qarabağın statusunun müəyyənləşməsi gələcəyə saxlanılır, azərbaycanlı qaçqınlar tam şəkildə qayıdandan və yerləşəndən sonra referendum keçirilir; 3. Referendum yalnız Dağlıq Qarabağı deyil, bütövlükdə Qarabağı əhatə edir. Paşinyandan sitat: “Azərbaycan azərbaycanlıların say üstünlüyü olmayana qədər Qarabağda referendum keçirməyəcəyini elan etmişdi”. 4. Daha sonra kommunikasiyaların açılması, Naxçıvana yol, eksklavların qaytarılması gündəmə gəlir. Başqa sözlə desək, İlham Əliyev 44 günlük savaşa qədər bütün prinsiplərini danışıqlarda iştirak edən tərəflərə qəbul etdirməklə, siyasi qələbəsini təmin etmişdi. Hələ 2016-cı ildə, Dördgünlük savaşdan sonra Serj Sərkisyanın torpaqların qaytarılması ilə bağlı öhdəlik götürdüyü, sonradan bunu ertələmək üçün seçkiləri bəhanə gətirdiyi və seçkilərdə də hakimiyyəti Paşinyana ötürməyə bu məqsədlə razılaşdığı haqda ehtimallarımızı səsləndirmişdik. Sərkisyan qərbyönlü Paşinyana hakimiyyətin təslim olunmasına razılaşmaqla, danışıqlar formatını dəyişmək və Qərbin müdaxiləsi ilə Qarabağ məsələsində nələrsə qoparmağa ümid edirdi. Paşinyan etiraf edir ki, hakimiyyətə gələndən sonra xalqla açıq danışmalı, işğalın dayandırılması və torpaqların qaytarılmasından başqa variant olmadığını deməliydi və bunu xalqa açıq deməməklə əslində ciddi səhvə yol verib. Paşinyan bunu bu cür izah edir: “Çünki bunu özüm daxilən qəbul edə bilmirdim”. Və “daxilən qəbul edə bilmədiyi siyasi məğlubiyyətdən yaxa qurtarmaq üçün manipulyasiyalara, hərbi təhdidə başlayır...” Qərbdən aldığı dəstəklə “Qarabağ Ermənistandır” şüarını səsləndirir və “Yeni müharibə və yeni ərazilər” tezisinə keçir. Bu, Rusiya lideri Putinin zəmanəti ilə Ermənistan dövlətinin Sərkisyanın simasında 2016-cı ilin aprelində üzərinə götürdüyü öhdəlikdən imtina idi. Nəticə artıq hər kəsə bəllidir! Paşinyanın daha bir etirafı da maraqlıdır. O bildirir ki, 44 günlük savaşın Azərbaycan ərazisində olduğunu deyən KTMT, yəni Rusiya müharibəyə müdaxilə etməyib. Ancaq 2021-ci ilin noyabrında Ermənistan ordusu “sərhəddə döyüşürdü”, yenə də Rusiyadan “sıfır reaksiya” oldu. Bu isə o deməkdir ki, 2020-ci ildən sonrakı toqquşmaların da əsas səbəbkarı məhz Ermənistan olub. Sanki Ermənistan qəsdən sərhəddə toqquşma yaratmaq, “döyüşdüyünü” göstərmək istəyib və KTMT və Rusiyanın müdaxiləsinə nail olmağa çalışıb. Prosesi dəqiqliyi ilə izləyən KTMT isə bu şantajlara əhəmiyyət verməyib. 2022-ci ilin sentyabr toqquşması ilə bağlı etirafı isə Ermənistanın 2020-ci il 10 noyabr bəyanatından yayınmaq və yeni iddialar ortaya atmasına cavab kimi qəbul etmək mümkündür. Xovayevin Azərbaycanla razılaşdırdığı təklifləri qəbul etməyən Ermənistan sərhəd müharibəsi ilə situasiyanı dəyişməyə növbəti cəhd edib, ancaq Azərbaycan Ordusu daha sarsıdıcı zərbə vurub. Nəhayət, 2022-ci il sentyabr toqquşmasında ağır zərbə alandan sonra Paşinyan etiraf edir ki, artıq Almatı bəyannaməsi əsasında sülh danışıqlarına razı olmaqdan başqa çarəm qalmadı - əks halda Ermənistan dövlətinin mövcudluğunu qorumaq mümkün olmayacaqdı. Bu, siyasi və hərbi müstəvidə Azərbaycan dövlətinin necə bir sinxronlaşmış möhtəşəm siyasət aparmasının bir daha təsdiqidir... |
2023-12-20 | 815,243 | Paşinyanın qarşısında Bakı bu şərtləri qoyub - Marqaryan | Paşinyana deyəndə ki: “Artsax”dan uzaq dur, bu sənin işin deyil, hər şeyi məhv edəcəksən”, o, “artsax”da kadr məsələsini həll etməyi, Qarabağın “prezidentinin” kim olacağına qərar verməyi, Şuşada təmiz havada içki içib-rəqs etməyi üstün tutdu. Ona dedilər ki: “Danışıqlar prosesindən heç nə başa düşmürsünüz, keçmiş siyasi rəhbərliklə məsləhətləşin, onların böyük təcrübəsi var, prosesi necə aparmağı bilirlər”. Nikol cavab verdi ki, danışıqlar prosesinə sıfır nöqtəsindən başlayacaq və heç kim ona göstəriş verə bilməz. Axar.az xəbər verir ki, bunu erməni analitik Ruben Marqaryan deyib. “Nikola iki layihə verildi: Azərbaycanın sülh müqabilində ərazi formulu və ermənilərin status müqabilində ərazi formulu. Kəlbəcər və Laçın istisna olmaqla, beş rayonun Bakının nəzarətinə verilməsi, Qarabağ və bu rayonlar ətrafında BMT-nin himayəsi altında sülhməramlı kontingentin yerləşdirilməsi təklif edildi. Amma o dedi ki, bütün bunlar cəfəngiyyatdır, “Qarabağ Ermənistandır və nöqtə”. Ona dedilər ki: “Müharibədə uduzursan, itkilərin çoxdur, hərbi əməliyyatları dayandırmaq, daha böyük itkiyə yol verməmək şansın var, xüsusən də strateji əhəmiyyətli Şuşa şəhəri Ermənistanda qalacaq”. Amma Nikol cavab verdi: “Xeyr, döyüşəcəyik”. Sonra ona xatırlatdılar ki, üçtərəfli bəyannaməyə uyğun olaraq, Rusiya FTX Sərhəd Qoşunlarının nəzarəti altında Bakını Qərbi Azərbaycandan Naxçıvana tranzitlə təmin etmək lazımdır, bu öhdəlikdə onun imzası var. Bu bəndin həyata keçirilməsi Laçın yolunun fasiləsiz fəaliyyətinə töhfə verəcək ki, bu da Qarabağ ermənilərinin normal yaşayışını təmin edəcək. Lakin o, cavab verdi ki, tranzit yalnız onun şərtləri ilə, Ermənistanın suverenliyinə tam hörmətlə ola bilər. İndi isə o, Bakıya bir deyil, bir neçə ən sərfəli şərtlərlə tranzit verməyə hazırdır. Dedilər ki: “Qarabağı Azərbaycanın bir hissəsi kimi rəsmən tanıma, bu səhvdir”. Nikol cavab olaraq bildirdi ki: “Qarabağ Azərbaycandır və bunun müqabilində Bakı Ermənistanın sərhədlərinin toxunulmazlığını tanıyacaq, İrəvanla sülh müqaviləsi imzalayacaq”. Bakı bu gün deyir ki, sülhə qarşı deyil, amma Ermənistandakı revanşist əhval-ruhiyyəyə qarşı zəmanət lazımdır, sərhəd məsələsini indi aydınlaşdırmağa dəyməz, yaxşı olar ki, bunu sonraya buraxaq. Hazırda Paşinyana deyirlər: “Qarabağ ermənilərinin evlərinə qayıtması, Qarabağda erməni qalması üçün 80-ci illərin sonu, 90-cı illərin əvvəllərindən azərbaycanlı qaçqınların Ermənistana qayıtmasına razılıq vermək lazımdır”. Amma o deyir ki: “Bu, eskalasiyaya səbəb ola bilər, yaxşı olar ki, Qarabağ erməniləri Ermənistana inteqrasiya olunsun”. Bunun sonu necə olacaq? Qarabağ erməniləri evlərinə qayıtmayacaq, onların bəziləri daha yaxşı həyat axtarışında Ermənistanı tərk edəcək, azərbaycanlılar isə arzu edilən imtiyazlı tranziti əldə edəcək və qayıtmağa başlayacaq, əvvəlcə isə anklavlara qayıdacaqlar. Nikola deyirlər ki: “Xalqa və ölkəyə əzab verməyi dayandır, sən hər şeyi uğursuzluğa düçar etdin, Qarabağı itirdik, artıq get”. Deyir ki, bu, onun günahı deyil”, - o bildirib. |
2023-12-20 | 815,244 | Putinin supersilahı hədəfinə çatmadan vuruldu | Hələ 2018-ci ildə Vladimir Putinin supersilah adlandırdığı “Xəncər” aeroballistik raketləri Ukraynada öz hədəflərinə nadir hallarda çatır, çünki HHM sistemləri onu rahatlıqla vura bilir. Axar.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub. “Dekabrın 14-də Rusiya 2023-cü ilin avqustundan bəri ilk dəfə olaraq Ukraynaya “Xəncər” ballistik raketini atdı və ehtimal ki, hərbi aerodromu hədəf almışdı. Rusiya bu raketlərdən yaxşı qorunan hədəfləri vurmaq üçün istifadə edir. Atışların bir çoxu nəzərdə tutulan hədəfə çatmadı, Ukrayna bu məğlubedilməz sistemin qarşısını almağı bacardı”, - məlumatda bildirilib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.