date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2023-12-19
814,809
ABŞ husilərə qarşı koalisiya yaratmağa çalışır
ABŞ Yaxın Şərqdəki tərəfdaşları və müttəfiqləri ilə Yəmənin Husi üsyançılarının yarada biləcəyi təhlükəyə qarşı beynəlxalq koalisiya qurmaq üçün çalışır. Axar.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Təl-Əvivdə israilli həmkarı Yoav Qallantla birgə mətbuat konfransında deyib. “Bu hücumlar (Qırmızı dənizdə gəmilərə qarşı – red.) ehtiyatsız və təhlükəlidir, beynəlxalq hüququ pozur. Buna görə də biz bu təhlükə ilə mübarizə aparmaq üçün beynəlxalq koalisiya yaratmağa çalışırıq”, - Ostin qeyd edib.
2023-12-19
814,810
Bakı və Ankara Cənubi Qafqazı sendviçə çevirir
Azərbaycandan Türkiyəyə gedən yol var və demək olmaz ki, ondan çox istifadə olunur. Azərbaycandan Türkiyəyə enerji ehtiyatları yenə də Gürcüstan vasitəsilə mükəmməl şəkildə ixrac olunur. Bütün bunlara görə Ermənistana ehtiyac yoxdur, ona görə də Ermənistanın cənubundan keçən yol siyasi layihədir, heç bir iqtisadi layihə deyil. Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Aleksandr İsgəndəryan “Nyus.am”ın “Güc faktoru” proqramında deyib. O, Ankaranın nöqteyi-nəzərindən Ərdoğanın mövqeyinin bu mənada kifayət qədər rasional olduğunu izah edib: “Türkiyə rəsmi Bakının mütləq və tam dəstəyi ilə Cənubi Qafqaza girməli və buradan digər oyunçuları sıxışdırmalıdır. Onun sözlərinə görə, Bakı Türkiyə ilə birlikdə bütün Cənubi Qafqazı, o cümlədən Gürcüstanı bir tərəfdən Türkiyə, digər tərəfdən Azərbaycan arasında sıxılan sendviçə çevirməyə çalışır: “Bu baxımdan Ermənistana təzyiq tamamilə rasionaldır”.
2023-12-19
814,811
Zirəddinin 2024 proqnozu: Fəlakətlər, Ukraynada sülh... - Video
Qarşıdan gələn il tektonik hərəkətlər, teraktlar ilidir. Konkret ölkə deməyəcəm, ancaq güclü yeraltı təkanlar olacaq, dünyada təbii fəlakətlər çoxalacaq. 2024-cü ildə dünyanı lərzəyə gətirəcək partlayış baş verəcək. Bu sözləri Axar.az-a açıqlamasında tanınmış ekstrasens Zirəddin Rzayev deyib. “2024-cü ildə baş verəcək fəlakətlər mənə atom bombasının partlayışını xatırladır. Amma deyə bilərəm ki, bu, nüvə silahı deyil, o effektə malik təbii vulkan püskürməsi, yaxud asteroidlə bağlıdır”, - o bildirib. Rusiya-Ukrayna məsələsinə toxunan Zirəddin Rzayevin sözlərinə görə, bu müharibənin həlli ilə bağlı inkişaf gözlənilir: “Bu qarşıdurma 2024-ci ildə ya tamamilə bitəcək, ya da dondurulacaq. Ancaq qələbə Rusiyanın xeyrinədir”. O, Azərbaycanla Ermənistan arasında sülh sazişi istiqamətində gələn il müsbət addımların atılacağını vurğulayıb: “2024-2026-cı illər sülh müqaviləsinin imzalanması üçün ən uğurlu zamandır”. Onun proqnozuna görə, növbəti il texniki və tibbi tərəqqi gözlənilir. Eyni zamanda, ekstrasens müxtəlif növ virusların yayılacağını gözlədiyini də qeyd edib.
2023-12-19
814,812
Türkiyədə növbəti zəlzələ baş verdi
Türkiyənin Gümüşxanə şəhərinin Kelkit ilçəsində 4,1 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələnin 15,68 km dərinlikdə meydana gəldiyi bildirilib. Bundan əlavə, Ərzincanın mərkəzində də 3,7 maqnitudalı təkanlar qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat yoxdur.
2023-12-19
814,813
AB Tiflisə namizəd statusu verdi: Növbə Bakınındır
Gürcüstan uzun nüddətdir ki, Avropa Birliyi üzvlüyünə namizəd statusu üçün çalışır, müəyyən addımlar atırdı. İslahatlarla bağlı öhdəliklər də götürmşdü. Statusun verilməsi o demək deyil ki, Gürcüstan sabah AB-yə üzv olacaq. Qardaş Türkiyə doxsanıncı illərin sonundan bu statusa malikdir. 25 ildən çoxdur ki, hələ də danışıqlar gedir. Bu, uzun bir proses ola bilər. Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Gürcüstanın AB üzvlüyünə namizəd statusu almasının regiona təsirləri haqda danışarkən deyib. Onun sözlərinə görə, Avropa Birliyi Cənubi Qafqazı bütövlükdə görür: “AB Cənubi Qafqazın hər 3 ölkəsini öz sıralarında görmək istəyir. Biz bunu Avropa Şurasına üzvlük prosesində də müşahidə etdik. O vaxt hər 3 ölkə - Ermənistanla Azərbaycan arasında münaqişəyə baxmayaraq – eyni vaxtda AŞ-a qəbul olundu. Mənə elə gəlir ki, Avropa Birliyi ilə bağlı da eyni prosedur olacaq. Gürcüstanın öndə olması lap yaxşı, Cənubi Qafqazın nümunəsinə çevrilmək istəyir. Biz də Gürcüstandan nə tələb olunacağına və Tiflisin bu prosesi necə keçdiyinə baxacağıq. Amma Azərbaycan və Ermənistanın kənarda qalacağını düşünmürəm”.
2023-12-19
814,814
Rusiya ilə HƏMAS-ın taktikası oxşardır - ABŞ
Biz İsrailin qəsdən günahsız insanları öldürdüyünə dair heç bir dəlil görmədik. Lakin Qəzzada mülki insanların ölməsi faktını qəbul edirik. Axar.az xəbər verir ki, bunu Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. Amerikalı rəsmi bildirib ki, Rusiya Ukraynadakı münaqişədə mülki insanları məhv etmək məqsədini qarşısına qoyur və bunda HƏMAS-ın taktikası ilə oxşarlıqlar var.
2023-12-19
814,815
Namizədlər danışdı: Seçkilərin qalibi odur!
Bu seçkinin favoriti İlham Əliyevdir. Bu seçki Azərbaycan torpaqlarının işğaldan azad olunmasından sonrakı ilk prezident seçkiləridir. Bu işğalın sona çatmasının, torpaqların azad olunmasının əsas müəllifi heç şübhəsiz ki, İlham Əliyevdir. Onun favoritliyi cəmiyyətin bütün təbəqələri tərəfindən qəbul olunur. Bunu Axar.az-a açıqlmasında Böyük Quruluş Partiyasının sədri, prezidentliyə namizədliyinə irəli sürən Fazil Mustafa deyib. “Seçki demokratik prosesdir və bu prosesdə təkcə bir nəfərin iştirakı ilə məsələ həll olunmur. Burada fikirlər səslənməlidir, düşüncələr ortaya qoyulmalıdır. Siyasi partiyalar rəqabətdə özünə dəstək yığmalıdır, həmçinin cəmiyyətin gələcəyi ilə bağlı öz fikirlərini çatdırmalıdır. Bundan həm cəmiyyət, həm də iqtidarın özü yararlana bilər. Ona görə də biz müxalifət partiyası olaraq demokratik bir prosesin içində yer almağı vəzifə borcu hesab edirik. Bu prosesdə, görüşlərdə, debatlarda baxışlarımızı açıq şəkildə ortaya qoyacağıq. Bu da bizim partiya üçün böyük bir təcrübə və dəstək qazanmaq fürsəti olacaq. Bu məsələdə şansa baxıb seçkidə iştirak etmirlər, niyyətlə, məramla iştirak edirlər. Cəmiyyətdə demokratiyaya, islahatlara dəstək vermək üçün mütləq hamı əlindən gələni etməlidir. Biz də namizəd olaraq məhz demokratiyaya dəstək vermək və prosesləri irəli götürmək üçün seçkidə iştirak edəcəyik”, - F.Mustafa bildirib. Milli Cəbhə Partiyasının sədri, prezidentliyə namizədliyini irəli sürən Razi Nurullayev də Azərbaycanda bu seçkilərin keçirilməsinin xüsusi önəm daşıdığını deyib: “Milli Cəbhə Partiyası seçkilərə hansı şüarla, hansı formatla və vədlərlə qatılacağını hazırlayacaq, seçki kampaniyası başlayan zaman onları açıqlayacaq. MCP sosial-demokratiya ideologiyasına söykənən bir partiyadır və bu seçkilərdə sosial-demokratiya ideologiyasının insanlarımıza çatdırılmasına çalışacaq. Təbii ki, güclü namizədlə qarşı-qarşıyayıq. Amma bu bizi qorxutmur. Partiyamızın öz proqramı, öz gündəmi və öz formatı olacaq. Biz öz gündəmimizlə seçkilərə qatılırıq. Seçki müddətində də öz gündəmimizdə olan məsələlər ətrafında xalqa çağırışlar edib, onların səsini qazanmağa çalışacağıq”. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev bildirib ki, bu seçkilərdə iştirak etmək ilk növbədə dövlətçilik məsələsidir: “Bu seçkilərdə ölkə Prezidenti İlham Əliyevin şansı yüksəkdir. O, rəqiblərindən çox qabaqdadır və hamı tərəfindən də etiraf olunur. Seçkiyə gedən siyasi qüvvələr heç də hamısı qalib olmur. Bu bir prosesdir, təbliğat imkanıdır, təşkilat strukturunun möhkəmləndirilməsidir, elektoratın genişləndirilməsidir, əlavə güclərin toplanmasıdır, parlament seçkilərində bu təcrübədən istifadə edib, uğur qazanmaqdır. Ona görə, siyasi partiyaların əksəriyyəti növbəti mərhələ üçün bir şans qazanır. Hesab edirik ki, bizim şansımız elektorat, əlaqələr, təşkilati struktur baxımından çoxdur. Ən azı ikinci yeri tuta bilərik. Eyni zamanda əlimizi daşın altına qoyuruq. Hesab edirəm ki, bu bizim partiya üçün uğurlu bir gediş olacaq”. Prezidentliyə namizədliyini irəli sürən digər şəxs - Fuad Əliyev bildirib ki, maraqlı platformaları var və növbəti mərhələdə onları açıqlayacaqlar: “Sözsüz ki, dövlət başçısı İlham Əliyevin cəmiyyətdə çox böyük nüfuzu var. Məlum məsələdir ki, tarixdə qalib prezident kimi qaldı. Ona rəqib olmaq, seçkidə iştirak etmək çətin məsələdir. Amma mən və komandam hesab edirik ki, seçkidə iştirak edib, öz baxışımızla müəyyən məsələləri cəmiyyətə çatdırmalıyıq. Bu gün iştirak edib sözsüz ki, qalib gəlməyə çalışacağıq, amma o əsas olmamalıdır. Çünki qalib tərəf digər namizədlərin seçki kampaniyasında təqdim olunan iqtisadi-siyasi platformalardan yararlana bilər”.
2023-12-19
814,816
İsrail Suriya ordusunun postunu vurdu
Cavab olaraq Suriya ordusunun postu vurulub. Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. "Suriyadan İsrailə doğru bir neçə atış qeydə alınıb. Mərmilər açıq ərazilərə düşüb. Buna cavab olaraq artilleriya Suriyadakı atəş məntəqələrinə, tanklar isə Suriya ordusuna məxsus hərbi posta hücum edib", - məlumatda vurğulanıb. Qeyd edək ki, daha öncə İsrail ordusu Livana da cavab zərbələri endirib.
2023-12-19
814,817
Azərbaycana bu qədər peyvənd ixrac etmişik - Yumaklı
2023-cü ildə Azərbaycana 9 milyon doza dabaq peyvəndi ixrac etdik. Axar.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı deyib. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 2-də Azərbaycanla heyvan sağlamlığı sahəsində yardımın edilməsinə dair müqaviləni təsdiqləyib. Sənədi bu il avqustun 8-də Ankarada Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Türkiyənin kənd təsərrüfatı və meşə nazirinin müavini Əhməd Gümen imzalayıblar. Sənədə əsasən, Türkiyə Azərbaycana dabaq xəstəliyi ilə mübarizə üçün 250 min doza SAT-2 antigen tərkibli birvalentli dabaq peyvəndini ödənişsiz verəcək.
2023-12-19
814,818
İnsanın ağlını azaldan qidalar
İnsan beyni üçün ən arzuolunmaz qidalar tərkibində çox miqdarda duz, şəkər, konservant, trans yağ olan yeməklərdir. Axar.az Medicina.az-a istinadən xəbər verir ki, qastroenteroloq Anastasiya Timoşenko beyni sıradan çıxaran qidalardan danışıb. “Əqli fəaliyyəti zəiflədən qidalar bütün konfetlər, tort, pirojna, saqqız, sosis, kolbasa, hamburger, kartof, tez hazırlanan lapşa, kartof püresi, hazır qidalar, hazır şorbalar və s. Eləcə də souslar, mayonezlər, ketçup, alkoqolsuz içkilər, energetiklər. Bunlar ancaq kalorini artırır, beyini şəkərə alışdırır. İstənilən növ hər bir emal olunmuş qidanı yemək xroniki xəstəlikləri yaradır, bu, qaçılmazdır. Tədqiqatlar da göstərib ki, hər gün bu qidaları yeyənlər daha çox xərçəng, Alsheymer və diabetdən ölür. Gündə 100 qram emal edilmiş ət yemək artıq təhlükədir. Ət təzə, təbii və sadəcə evdə bişmiş olmalıdır", - o bildirib.
2023-12-19
814,819
Zəngəzur uğrunda mübarizə niyə qloballaşır? - Ağar
Hazırda Ermənistan və Azərbaycan arasındakı vasitəçilik məsələsində də geosiyasi rəqabət var. Çünki Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin doğuracağı nəticələr gələcəyə və beynəlxalq sistemin yenidən qurulacaq arxitekturasına öz təsirini göstərəcək. Bu sözləri Axar.az-a Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsi ilə bağlı vasitəçilik ətrafında gedən geosiyasi mübarizə haqqında danışan Türkiyənin terror və təhlükəsizlik məsələləri üzrə eksperti Abdullah Ağar deyib. Ağar Türkiyənin bütün hallarda Azərbaycanın yanında olduğunu vurğulayıb: “Məsələ yalnız Türkiyə ilə Azərbaycan üçün yox, eyni zamanda ABŞ, AB, Rusiya, Çin və İran üçün də son dərəcə həssasdır. Bütün bunlar fonunda imzalanacaq sülh müqaviləsi və Zəngəzur dəhlizi üzərində çox böyük bir siyasi mübarizə var. Zəngəzur Orta Dəhlizin əsas hissəsidir və onun açarını əldə etmək üçün mübarizə gedir. Burada belə bir sual ortaya çıxır: Ermənistan kimin proksi dövləti olacaq? Türkiyə və Azərbaycan Ermənistana müharibənin nəticələrinin doğurduğu haqları və verilən sözləri özündə birləşdirən sülh müqaviləsi təklif edir. Belə ədalətli sülh müqaviləsinin Ermənistanın özünə də faydası var. Əks halda isə imzalanacaq sülh müqaviləsi İrəvanı boğacaq. Özləri də bunu çox yaxşı bilirlər. Ancaq ölkənin çox böyük asılılığı var və indiki məqamda Rusiyanı ciddi şəkildə narahat edəcək formada üzlərini Atlantika alyansına çeviriblər. Burada da Rusiya və Atlantika alyansı arasında çəkişmənin olduğunu görürük. Türkiyə isə bütün hallarda Azərbaycanın haqlarının, milli təhlükəsizlik maraqlarının öz əksini tapdığı sülh müqaviləsinin imzalanmasına tərəfdar olduğunu ifadə edir. Rəsmi İrəvanın Ankara ilə münasibətlərini normallaşdırmasının yolu Bakıdan keçir. Digər halda isə Ermənistana yol verilməyəcək. Bir maraqlı faktı xatırlatmaq istəyirəm: ABŞ Yaxın Şərq üçün “əhəmiyyətli”, Mərkəzi Asiya üçün isə “strateji” ifadəsini işlədir. Yuxarıda da qeyd etdiyim kimi, əsas mübarizə dəhlizin açarı uğrunda gedir. Çünki həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizi bizim coğrafiyamızdan keçir. Hər kəs gedən mübarizənin öz mənfəətlərinə, hesablarına uyğun şəkildə bitməsini istəyir. Böyük rəsmi isə həm Ukrayna, həm Qəzzada gedən müharibəni, həm də Qarabağda son aparılan lokal antiterror tədbirlərini birləşdirməklə oxumaq və görmək mümkündür”.
2023-12-19
814,827
İraqda hərbi helikopter qəzaya uğradı: polkovnik öldü
İraq ordusunun hərbi helikopteri Səlahəddin əyalətinin Hilva hava limanından qalxarkən qəzaya uğrayıb. Axar.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə zamanı helikopter heyətinin komandiri, aviasiya polkovniki Mərvan Cəlal həlak olub, pilot, kapitan Alaa Salman yaralanıb. Qəza əyalət şurası seçkiləri üçün keçirilən təhlükəsizlik missiyası zamanı baş verib. Hadisənin texniki nasazlıq səbəbindən baş verdiyi bildirilir.
2023-12-19
814,829
Bakıda yaşayış binasındakı yanğın söndürüldü - Video
09:18 Bakıda çoxmərtəbəli yaşayış binası yanır. Axar.az xəbər verir ki, hadisə paytaxtın Yeni Yasamalda Əsəd Əhmədov küçəsində yerləşən binada qeydə alınıb. Yanğın binanın zirzəmisindən başlayıb və yuxarı mərtəbələrə keçib. Hadisə yerinə yanğınsöndürənlər gəlib. *** Paytaxtın Yeni Yasamal yaşayış massivində Əsəd Əhmədov küçəsində yerləşən binada yanğınla əlaqədar polis əməkdaşları xidmətə çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, ərazidə polis əməkdaşları təhlükəsizlik tədbirləri görür. *** Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış ünvanına cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 16 mərtəbəli yaşayış binasının zirzəmisində fəaliyyət göstərməyən və təmirsiz qeyri-yaşayış obyektində baş vermiş yanğının binanın digər mərtəbələrinə keçmə riski yüksəkdir. Yanğınsöndürənlərin həyata keçirdikləri operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində zirzəmidə yerləşən ümumi sahəsi 4m2 olan gözətçi otağının yanar konstruksiyaları və ümumi sahəsi 120m2 olan obyektdə müxtəlif tullantılar yanıb. Obyekt və mənzillər yanğından mühafizə olunub, xəsarət alan olmayıb. Təhlükəsizlik tədbirləri çərçivəsində sakinlərin təxliyəsi həyata keçirilib.
2023-12-19
814,832
Çində güclü zəlzələ: ölənlərin sayı artdı
09:24 Çinin Qansu və Çinxay əyalətlərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı azı 116 nəfərə çatıb. Axar.az xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb. Məlumata görə, 1,5 mindən çox xilasedicinin iştirak etdiyi fəlakət zonasında genişmiqyaslı axtarış-xilasetmə əməliyyatlarına başlanılıb. *** Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 118 nəfərə çatıb. Bu barədə yerli KİV məlumat yayıb. Yaralıların sayının isə 400-ə çatdığı bildirilir. *** Çinin şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 126 nəfərə çatıb. Məlumatı yerli KİV yayıb. Qeyd edək ki, ötən gün Çinin Qansu əyalətində 6,1 bal gücündə zəlzələ baş verib.
2023-12-19
814,833
Mincivan yolunda maşın dərəyə aşdı: ölən var
Bu gün gecə saatlarında Füzuli rayonu, Əhmədbəyli kənd sakini Möhsüm Möhsümzadə idarə etdiyi “Xəzər SD” markalı avtomobillə Hacıqabul-Mincivan avtomobil yolunun 138-ci kilometrliyində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili dərəyə aşırıb. Axar.az xəbər verir ki, nəticədə sürücü M.Möhsümzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
2023-12-19
814,834
Neftin bu günə olan qiyməti
Dünya birjalarında neft bahalaşmaqda davam edir. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 78,11 dollara, yüngül neftin bir barreli isə 72,35 dollara təklif olunur.
2023-12-19
814,838
Polislər gücləndirilmiş iş rejiminə keçdi - Foto
Polis əməkdaşları bir sıra bölgələrdə gücləndirilmiş rejimdə çalışırlar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Axar.az-a bildirilib ki, polis əməkdaşları hava şəraiti ilə əlaqədar respublikamızın bir sıra bölgələrində gücləndirilmiş rejimdə fasiləsiz xidmət aparırlar. “102” - Zəng Mərkəzinə daxil olan 38 çağırış üzrə dağ və meşə yollarında vətəndaşlara kömək göstərilib, onların gedəcəkləri ünvanlara çatdırılması təmin edilib.
2023-12-19
814,845
Avropa Liqası: Lunyov ən yaxşılar siyahısında - Video
Avropa Liqasının qrup mərhələsində qapıçıların ən yaxşı qurtarışları açıqlanıb. Axar.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi X hesabı paylaşım edib. Siyahıda "Qarabağ"ın qolkiperi Andrey Lunyovun seyvi də yer alıb. Lunyovun VI turda "Hekken"lə oyundakı qurtarışı fərqləndirilib.
2023-12-19
814,848
İsrail ordusu ölən hərbçilərinin sayını yenilədi
İsrailin HƏMAS-la toqquşmalarda daha 3 hərbçisi həlak olub. Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Bildirilib ki, bununla da oktyabrın 7-dən bəri İsrail ordusunun həlak olan hərbçilərinin sayı 461-ə yüksəlib.
2023-12-19
814,850
Rusiya Moldovada sabitliyi pozacaq - Sandu
Rusiya 2024-cü ilin noyabrında Moldovada gözlənilən prezident seçkiləri öncəsi sabitliyi pozmağı planlaşdırır. Axar.az xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu deyib. “Düşünürük ki, Rusiya burada sabitliyi pozmağa davam edəcək. Çox güman ki, bahara yaxın başlayacaqlar. Burada olan insanlar istifadə olunacaq. Biz yerli seçkilərdən dərs götürməli, onları təhlil etməli və vətəndaşların səslərini və demokratik seçkiləri qorumaq üçün tədbirlər görməliyik”, - Sandu bildirib.
2023-12-19
814,851
ABŞ Yaponiyadakı bazasına 38 ədəd F-15EX göndərir
ABŞ Yaponiyadakı Kadena bazasına daimi olaraq ən son təkmilləşdirilmiş 38 ədəd F-15EX təyyarəsi yerləşdirəcək. Axar.az xəbər verir ki, bu barədə “Nikkei” nəşri məlumat yayıb. Məlumata görə, yeni F-15EX təyyarələri köhnəlmiş 48 ədəd F-15C qırıcılarını əvəzləyəcək. Qeyd edək ki, F-15EX qızırıcıları 2020-ci ildən istehsal olunmağa başlayıb.
2023-12-19
814,857
Nikolun yeni antirusiya addımı İrəvana baha başa gələcək
İrəvanın Avropa Şurasının “Maqnitski siyahısı”nın uzadılması ilə bağlı qərarını dəstəkləməsi fonunda bir daha sual vermək lazımdır: Paşinyan məhz belə “geosiyasi ata” yatırım edib? Axar.az xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib. “Paşinyanın şəxsi taleyi Ermənistan əhalisini daha az narahat etməlidir. Lakin onun geosiyasi səhvləri Ermənistan əhalisinə baha başa gələ bilər”, - o bildirib. Qeyd edək ki, AB-yə daxil olmayan 11 dövlət, o cümlədən Ermənistan AB Şurasının Avropa Maqnitski Siyahısını – Brüsselin insan hüquqlarının ciddi şəkildə pozulması ittihamı ilə tətbiq etdiyi məhdudiyyətləri daha bir il uzatmaq qərarına qoşulub.
2023-12-19
814,860
İordaniya İrana bağlı qrupu məhv etdi
İrana bağlı onlarla silahlının Suriyadan İordaniyaya keçmək cəhdinin qarşısı alınıb. Axar.az xəbər verir ki, bu barədə İordaniya ordusu məlumat yayıb. Silahlılarda reaktiv yaylım atəşi qurğuları, partlayıcı maddələr və piyada əleyhinə minalar olub. İordaniya ordusunun onlara qarşı keçirdiyi əməliyyat zamanı partlayıcı maddə daşıyan avtomobillərdən biri məhv edilib. Bildirilib ki, İrana bağlı qanunsuz silahlı qruplaşma üzvləri İordaniya ərazisinə qaçaqmalçılıq yolu ilə silah keçirməyə səy göstəriblər. Tərəflər arasında qarşıdurma zamanı bir İordaniya əsgəri həlak olub, İrana bağlı 10 silahlı məhv edilib. Qeyd edək ki, bundan əvvəl İordaniya hökuməti bir neçə dəfə İran və Hizbullah təşkilatını Suriyadan İordaniya ərazisinə silah və narkotik maddələr keçirməkdə ittiham edib.
2023-12-19
814,864
Paşinyan fikrini dəyişdi: Moskvaya gedir
Paşinyan dekabrın 25 və 26-da Sankt-Peterburqda keçiriləcək Aİİ İqtisadi Şurasının və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək. Axar.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti “Mülki müqavilə” partiyasındakı mənbələrinə istinadən məlumat yayıb. “Məlum olduğu kimi, İrəvan uzun müddətdir ki, nümayişkaranə şəkildə Rusiyanı boykot edir. Nə Ermənistanın xarici işlər naziri, nə Təhlükəsizlik Şurasının katibi, nə parlamentin sədri, nə də Baş nazir Rusiyanın himayəsi altında keçirilən siyasi tədbirlərdə iştirak edir. Parlament fəallarının Gümrüdə keçirilən iclasında Paşinyan və Mirzoyan şikayətləniblər ki, ​Qərb İrəvanın addımlarını düzgün qiymətləndirmir, ona görə də Rusiya ilə yumşaq siyasətə keçməyin vaxtı çatıb”, - mənbə bildirib.
2023-12-19
814,869
“Qarabağ”a ən təhlükəli rəqib düşdü - Ekspert
“Qarabağ”ın qismətinə ən arzuolunmaz rəqiblərdən biri çıxdı. Hər şeydən əvvəl ona görə ki, “Braqa” Portuqaliya təmsilçisidir. Portuqaliya təmsilçiləri də daha peşəkar və ciddi komandalar olur. Bu sözləri Axar.az-a açıqlamasında idman eksperti Kənan Məstəliyev “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” haqqında danışarkən deyib. Ekspert bildirib ki, “Braqa” kimi komandalara qarşı oynamaq çətin olur: “Nəzərə alaq ki, “Braqa” nə ölkə çempionatında, nə də Avropa Liqasında qalib olub. Buna görə də bu komanda bütün oyunlarına həddən artıq ciddi yanaşır və yaxşı hazırlaşır. Rəqib “Portu” olsa idi, müəyyən qədər bizə yuxarıdan aşağı baxacağını düşünmək və bundan istifadə etmək olardı. Amma “Braqa” belə etməyəcək. O, hazırda çox güclüdür, Portuqaliya çempionatında dördüncü yerdədir, birinci yerdə olan “Sportinq” komandası ilə arasında cəmi 4 xal fərq var. Hazırda o, liderlər qrupundadır”. Məstəliyev qeyd edib ki, “Braqa” güclü komandadır, Çempionlar Liqasında düşdükləri qrupda “Real Madrid” və “Napoli” kimi böyük komandalarla belə mübarizəni sona qədər apara biliblər: “İşimiz bir qədər çətindir, amma “Qarabağ” bu komandanı keçəcək, mübarizə edəcək gücdədir. Ruhdan düşmək olmaz, düşünürəm ki, səfərdəki oyundan heç-heçə ilə dönsək, Bakıda məsələni həll edə bilərik. Yəni şanslarımız var. Komandamıza inanırıq”. Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk görüşü 2024-cü il fevralın 15-də səfərdə gerçəkləşəcək. Ağdam təmsilçisi fevralın 22-də Bakıda cavab qarşılaşmasına çıxacaq.
2023-12-19
814,873
Bakıda daha bir göydələndə yanğın baş verdi
Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində ümumi sahəsi 400 m² olan 16 otaqlı mənzilin mətbəxində 3 ədəd paltaryuyan, 0,5 m² sahədə mətbəx mebeli və 1 m² sahədə yataq dəsti yanıb. Bu barədə Axar.az-a FHN-dən bildirilib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Qeyd edək ki, bundan öncə Yasamalda hündürmərtəbəli binada yanğın baş vermişdi.
2023-12-19
814,874
Pentaqon “Rifah keşikçisi” əməliyyatına başlayır
Pentaqon Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək üçün çoxmillətli əməliyyata başlayacaq. Buna səbəb Yəmən husilərinin ticarət gəmilərinə hücumlarıdır. Axar.az xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin deyib. “Son zamanlarda Yəmən husilərinin hücumlarının artması ticarətin sərbəst axınını təhdid edir, günahsız dənizçiləri təhlükə altına alır və beynəlxalq hüququ pozur. Bu, kollektiv fəaliyyət tələb edən beynəlxalq çağırışdır. Ona görə də bu gün “Rifah keşikçisi” əməliyyatının yaradılmasını elan edirəm. Yeni vacib çoxmillətli təşəbbüs Birləşmiş Dəniz Qüvvələrinin himayəsi altında fəaliyyət göstərəcək”, - o bildirib. Qeyd edək ki, əməliyyatda Böyük Britaniya, Bəhreyn, Kanada, Fransa, İtaliya, Niderland, Norveç, İspaniya və Seyşel adaları iştirak edəcək.
2023-12-19
814,876
Sülh istəmirsiniz? Onda silah götürün və... - Arşakyan
Ermənilər sülh və əmin-amanlıq istəyir. Bəli, Qarabağı unutmur, amma daha döyüşmək istəmirlər. Onların arasında həm hazırkı hakimiyyətin tərəfdarları, həm də əleyhdarları var. İnsanlar artıq sevdiklərini müharibədə itirmək istəmir, ona görə də sülh tərəfdarıdırlar. İnternetdə yox, real həyatda soydaşlarımızla hər gün eyni mikroavtobuslarda, müxtəlif bölgələrdə ünsiyyət quranda görürəm ki, demək olar ki, hamısı sülh istəyir. Axar.az xəbər verir ki, bunu erməni siyasi analitik Tevos Arşakyan deyib. “İrəvanda Azərbaycanla sülh barədə müəyyən sorğular keçirilir. Bu sorğularda sülhün əleyhinə səs verənlər arasında diaspor nümayəndələri də var. Orada əhval-ruhiyyə həmişə döyüşə yönəlikdir. Bəs 44 günlük müharibə zamanı bu bizə kömək etdimi? Neçə diaspor nümayəndəsi Ermənistana, Qarabağa döyüşmək üçün gəldi? İndi Ermənistandan minlərlə kilometr aralıda təhlükəsiz olduqları üçün hökumətin sülh proqramına qarşı çıxırlar? Elə isə gəl, özün döyüş, bizi niyə yeni müharibəyə çağırırsan? Sorğu zamanı əldə edilən rəqəmlər özlüyündə heç nə ifadə etmir. Bu rəqəmlər - daha doğrusu, onlara sponsorluq edənlər, arxasında duranlar yeni mitinqlər, etirazlar yaratmaq üçün sadəcə olaraq bizi çaşdırmağa çalışırlar. Sponsorlar dedikdə, təbii ki, illərdir qanımızı içən keçmiş Qarabağ klanını nəzərdə tuturam. Axı, ən əsası odur ki, yeni müharibə olsa belə, ölkəni tərk edib Moskva, Krasnodar, Paris və Los-Ancelesdə gizlənənlər, Levon Köçəryan və ya Mikael Minasyan yox, sadə insanlar döyüşüb həlak olacaqlar. Deməli, sülh istəmirsiniz? Onda əlinizə silah alın və “marş” sərhədə”, - o bildirib.
2023-12-19
814,877
Milli Məclisin iclası başladı
Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb. Axar.az xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 27 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2022-ci ildə fəaliyyəti haqqında məlumatı. 2. “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin əmək fəaliyyətinə cəlb edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi. 3. “Dövlət ehtiyatları haqqında” qanun layihəsi (üçüncü oxunuş) 4. “Antiinhisar fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Mülki müdafiə haqqında”, “Taxıl haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Dövlət sirri haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 5. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunların icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 6. Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) 7. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 8. Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) 9. “İşsizlikdən sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 10. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) 11. Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) 12. Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) 13. Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) 14. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) 15. “Dəniz limanları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 16. “Milli təhlükəsizlik haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 17. “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 18. “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 19. “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 20. “Arbitraj haqqında” qanun layihəsi (ikinci oxunuş) 21. Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) 22. “Mediasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) 23. “Prokurorluq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) 24. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) 25. “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) 26. Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) 27. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
2023-12-19
814,878
ABŞ Türkiyəyə şərt qoydu: F-16 istəyirsənsə...
Dövlət Departamenti Türkiyəyə F-16 təyyarələrinin satışına etiraz etmir. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. “Biz öz tərəfimizdən F-16-ların Türkiyəyə satışını dəstəkləyirik. Ancaq Konqresdə satışın yalnız Türkiyənin İsveçin NATO-ya daxil olmasını təsdiqlədiyi təqdirdə mümkün olacağına qərar verən insanlar var. Biz də Türkiyəni bunu mümkün qədər tez etməyə çağırırıq”, - Miller bildirib.
2023-12-19
814,882
Saxta dollarları ölkəyə keçirmək istəyən dəstə saxlanıldı
Daxili işlər orqanlarının əməkdaşları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirib. Naxçıvan polisinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, keçirilmiş kompleks əməliyyat tədbirləri nəticəsində ölkə ərzisinə saxta dollar əskinaslarını gizli yollarla gətirən cinayətkar dəstə zərərsizləşdirilib. Həmin şəxslər saxlanılan zaman onların üzərindən 10 000 (on min) saxta ABŞ dolları götürülərək istintaqa təqdim edilib. Həmin dəstənin digər üzvlərinin və əlavə cinayət əməllərinin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
2023-12-19
814,885
Əliyev və Putin torpaqları qaytaran liderlərdir
Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkisində namizədliyini irəli sürüb. Demək olar ki, eyni vaxtda (bir neçə gün əvvəl) Rusiya dövlətinin hazırkı rəhbəri Putin də 2024-cü il martın 15-17-nə təyin edilmiş prezident seçkisində iştirakını açıqladı. Təsadüfdür. Amma bu, çox simvolikdir, çünki siyasətçilərimizin, ölkələrimizin və xalqlarımızın çoxlu ümumi cəhəti var. Bunu Axar.az-a rusiyalı politoloq, Cənubi Qafqaz üzrə ekspert, “PolitRus” ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali Arkov deyib. “Putin və Əliyev özləri münasibətlərini dostluq kimi qiymətləndirirlərmi? Onların görüşlərinin və qərarlarının təhlili bir-birinin etibarlılığına yüksək inam, dərin hörmət və etimaddan xəbər verir. Həm Vladimir Putin, həm də İlham Əliyev həmvətənlərinin inanılmaz dəstəyi və etibarına sahibdir. Hər biri həqiqətən milli liderdir və gənc nəsil üçün örnəkdir. Milli sevgi həm də xalqlarımız üçün vacib olan tarixi ədalətin bərpası, ata-baba torpaqlarının qaytarılması ilə şərtlənir. Putin rus xalqı, Əliyev isə Azərbaycan xalqı üçün bəlkə də ən əziz arzusunu reallaşdırdı. İdeal insan yoxdur. Eləcə də ideal siyasətçi yoxdur. İstəyirsinizsə, Rusiya və Azərbaycan rəhbərlərinin işində də səhvlər tapa bilərsiniz, onlar səhvlərini gizlətmir, vicdanla etiraf edir və operativ şəkildə düzəldirlər. Amma onları tənqid edən müxalifət nümayəndələrini Əliyev və Putinlə yaxından müqayisə etmək olmaz. Azərbaycanda da, Rusiyada da zaman keçdikcə dövləti idarə etməyə, xalqın başçısı olmağa layiq siyasətçilər yetişəcək. Demək olar ki, bu insanlar bu gün liderlərimizin komandasındadır, onlardan öyrənir və təcrübə qazanırlar. Lakin hazırda dövlət idarəçiliyində təcrübə və şəxsiyyətin miqyası baxımından Azərbaycanda Əliyevin, Rusiyada Putinin tayı-bərabəri yoxdur. Ona görə də rusların və azərbaycanlıların seçimi müdrik və məntiqlidir”, - o bildirib.
2023-12-19
814,886
Tramp seçkidə qalib gəlsə... - Pavel
Gələn il Ukraynadakı vəziyyət Qərb üçün daha xoşagəlməz olacaq. Axar.az xəbər verir ki, bunu Çexiya Prezidenti Pyotr Pavel deyib. “Bizim gözləyəcəyimiz çox şey var. Ukraynadakı münaqişənin inkişafı onu göstərir ki, biz gələn il əhəmiyyətli irəliləyişlər görəcəyik. İndiyə qədər mövcud olan göstəricilərə görə, bu, təsəvvür etdiyimiz kimi yaxşı mənada baş verməyəcək. Mübarizə aparmalı olacağımız yeni vəziyyət yaranacaq”, - Pavel bildirib. Onun sözlərinə görə, Rusiya və ABŞ-da seçkilər Ukraynada və bütövlükdə dünyada vəziyyətə köklü şəkildə təsir edəcək: “Donald Tramp seçkilərdə uğur qazanarsa, Kiyevin və ya AB-nin rəyindən asılı olmayaraq, sülh danışıqları aparılacaq”.
2023-12-19
814,888
Basayevin döyüşçüsü 24 il sonra ələ keçdi
Şamil Basayev və Xəttabın dəstəsinin keçmiş üzvü İbrahim Maqomedov Dağıstanda saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. Maqomedov Dağıstanın Xasavyurt rayonunun Novolakski kəndində yaxalanıb. O, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 209-cu (banditizm), 279-cu (silahlı üsyan), 317-ci (hüquq-mühafizə orqanı əməkdaşının həyatına hücum) maddələri ilə ittiham olunur. Bildirilib ki, Maqomedov 1999-cu ildə 99 nəfərin öldürüldüyü Novolakski kəndinə hücumda iştirak edib.
2023-12-19
814,889
Əpl tarixində ilk: Ayfon-17-də bu olacaq...
Əpl (Apple) şirkəti “Ayfon-17 Pro”da tetraprizma və 10x optik zumlu telefoto kamera təqdim edəcək. Görünür, bu, Əpl tarixində ən yaxşı kamera olacaq. Axar.az xəbər verir ki, bu barədə “Wccftech” nəşri məlumat yayıb. Məlumata görə, Əpl şirkəti Ayfonun kamera optikası təchizatçısını “LG Innotek”dən (Ayfon-15 Pro Max üçün təchizatçı) “Luxshare”in törəmə şirkəti olan Çinin ICT firmasına dəyişməyi planlaşdırır: “Təchizatçı dəyişikliyinin səbəbləri rəsmi olaraq açıqlanmayıb, lakin bunun qiymət rəqabətliliyi və ya “LG Innotek”in komponentlərinin keyfiyyət problemləri ilə bağlı ola biləcəyi güman edilir. Şirkətin 10x böyütmə kamerasını nə vaxt təqdim etməyi planlaşdırdığı barədə hələlik dəqiq məlumat yoxdur”.
2023-12-19
814,891
DSX-nin hərbi qulluqçusu vəfat etdi
Dekabr ayının 19-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” Əlahiddə Sərhəd Diviziyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xəyal Əzim oğlu Həsrətovun səhhəti qəfil pisləşib. Axar.az xəbər verir ki, bu barədə DSX-nin mətbuat xidməti məlumat yayıb. Hərbi qulluqçuya ilkin tibbi yardım göstərilərək dərhal xəstəxanaya təxliyyə edilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hazırda əsgər Xəyal Həsrətovun ölüm səbəbinin müəyyən edilməsi üzrə müvafiq tibbi ekspertizalar təyin edilib.
2023-12-19
814,892
Qurban Qurbanov mükafatlandırıldı
"Komanda.az" saytının jurnalistlər arasında keçirdiyi sorğuda 2023-cü ilin məşqçisi seçilən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mükafatlandırılıb. Axar.az xəbər verir ki, təbirdə futbol ictimaiyyətinin nümayəndələri, jurnalistlər və qonaqlar iştirak ediblər. 51 yaşlı mütəxəssis 66 jurnalist arasında təşkil olunan səsvermədə 56 səslə birinci olub. O, 2009-cu ildən bu yana keçirilən sorğuda hər il bu mükafata layiq görülüb.
2023-12-19
814,894
BMT Baş katibi Azərbaycana gələcək
COP29-un Azərbaycanda keçirilməsi əlamətdar hadisədir və çox böyük əhəmiyyət kəsb edir. Axar.az xəbər verir ki, bunu Report-a müsahibəsində BMT Baş katibinin sözçüsü Stefan Düjarrik deyib. Onun sözlərinə görə, bunun BMT üçün də çox böyük əhəmiyyəti var: “Biz ötən həftələrdə Azərbaycanın Ermənistanla razılaşma əldə etməsini, əsirlərin mübadiləsinin şahidi olduq ki, bu da müəyyən mənada münasibətlərin normallaşması və gərginliyin azalmasına gətirib çıxardı və eyni zamanda Azərbaycanın səriştəli və aydın bir ölkə kimi COP29-a ev sahibliyi etmək üçün rəsmi namizəd olmasına imkan verdi”. S.Düjarrik qeyd edib ki, Ermənistanın COP29-un ev sahibliyinə namizədlikdə Azərbaycanı dəstəkləməsi gərginliyin azalmasının əlamətidir: “İqlim dəyişikliyi hamımızın üzləşdiyi əsas qlobal problemdir. Qafqaz və Mərkəzi Asiya ölkələri də iqlim dəyişikliyindən əziyyət çəkib və əziyyət çəkməkdə davam edir. Ona görə də biz Azərbaycanın COP29-a sədrliyini çox səbirsizliklə gözləyirik. İqlim dəyişikliyi ilə mübarizə Baş katibin həqiqətən ürəkdən davam etdirdiyi mübarizədir və düşünürəm ki, heç bir dünya lideri bu məsələdə onun qədər daha açıq və tutarlı olmayıb. Baş katib bu mübarizəni davam etdirəcək və o, növbəti dəfə Azərbaycan Prezidenti ilə əməkdaşlığı səbirsizliklə gözləyir. Bəli, heç şübhəsiz ki, Baş katib COP29-da Azərbaycanda olacaq və ümid edirəm ki, mən də onunla gedəcəm və Azərbaycanı görəcəm. Mən bunu səbirsizliklə gözləyirəm".
2023-12-19
814,898
Bakıda 9 qızıl diş oğurlayan şəxs saxlanıldı
Suraxanıda stomatoloji kabinetlərin birindən 9 ədəd qızıl diş və digər əşyalar oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən Axar.az-a bildirilib ki, Suraxanı rayonunda yerləşən stomatoloji kabinetlərin birindən oğurluq edilib. Zərərçəkən Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə müraciət edərək kabinetdən 7500 manat dəyərində tibbi avadanlıq, noutbuk və 9 ədəd qızıl dişin oğurlandığını bildirib. Bölmə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Firudin Babayev saxlanılıb. Həmin şəxsdən əlavə olaraq 4 qram narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir. F.Babayevin əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polis orqanlarına müaciət edə bilərlər.
2023-12-19
814,901
Dehlinin İrəvana satmaq istədiyi “Akaş” nəyə qadirdir?
Hindistanın Ermənistana verməyə hazırlaşdığı “Akaş” orta hündürlükdə (5-10 km) hava hücumundan müdafiə sistemi təyyarələrə, qanadlı və ballistik raketlərə qarşı nəzərdə tutulub. Bu sözləri Axar.az-a açıqlamasında Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib. Polkovnik “Akaş” sisteminin texniki xüsusiyyətlərindən və atəş imkanlarından bəhs edib: “Sistemin atəş mənzili 45 km-ə qədərdir. Ancaq sistemin kəşfiyyat, eyni zamanda hücum PUA-larına qarşı döyüş qabiliyyəti tam bəlli deyil. “Akaş”ların batareyası bir müşahidə, yəni hədəfi təsbit və atəşə nəzarət radarından, komanda-qərargah mərkəzindən və işə salma sistemindən ibarətdir. Bir bataryada hərəsində üç raket olmaqla dörd başlatma qurğusu var. Ümumiyyətlə isə bir batareyanın 64 hədəfi izləmə, 12 hədəfə isə birbaşa müdaxilə imkanı mövcuddur. Hindistan Müdafiə Nazirliyi sözügedən sistemə olduqca güvənir. Belə ki, bu ay keçirilən təlimlərdən birində “Akaş” sistemi ilə eyni zamanda havaya buraxılan 4 hədəf 25 km məsafədən vurulub. Nazirlikdən verilən açıqlamada sistemin öz sinfində birinci yerdə olduğu qeyd edilib”. Akyar Azərbaycanın da ata biləcəyi adekvat addımlardan danışıb: “Azərbaycan belə həmlələrə qarşı artıq Türkiyə ilə birlikdə döyüş təyyarələrini və helikopterlərini modernləşdirib. Digər tərəfdən ASELSAN istehsalı olan aşağı və orta hündürlükdə hava hücumundan müdafiə üçün nəzərdə tutulan HİSAR-lardan istifadə edilə bilər. Fikrimcə, Azərbaycan dövləti bununla bağlı ardıcıl şəkildə müvafiq addımlar atır. Eyni zamanda Türkiyə kəşfiyyat və hücum PUA-larının həm Qarabağ, həm də Ukrayna müharibəsi zamanı oxşar sistemlərə qarşı qazandığı uğur gözardı edilməməlidir”. Qeyd edək ki, Ermənistan və Hindistan arasında “Akaş” (Akash) orta mənzilli yer-hava HHM sisteminin alınması ilə bağlı danışıqlar aparılır.
2023-12-19
814,905
Cövdət Yılmaz Azərbaycana gəlir
Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz dekabrın 19-20-də Azərbaycanda səfərdə olacaq. Bu barədə Axar.az-a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib. C.Yılmazın səfər çərçivəsində bir sıra görüşlər keçirməsi gözlənilir.
2023-12-19
814,906
Azərbaycan şəhərlərində məktəblər bağlandı
Dekabrın 19-u Ərdəbil şəhəri də daxil olmaqla, əyalətin Səreyin, Nir, Nəmin, Hir və Xalxal şəhərlərin və ətraf kəndlərində məktəblər tətil edilib. Axar.az xəbər verir ki, bu barədə əyalətin Baş Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bu, temperaturun kəskin düşməsi və güclü qar yağdığına görə qərara alınıb.
2023-12-19
814,907
Misir Mərdanov ona qarşı sui-qəsd planından danışdı
Axar.az sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanovun Globalinfo.az-a müsahibəsini təqdim edir: - Misir müəllim, bir neçə gün əvvəl “kəriməçilərin” sizə sui-qəsd təşkil etməsinə dair xəbərlər yayıldı. Bu haqda nə deyə bilərsiniz? - Açığı, özümə qarşı hansısa sui-qəsd cəhdi hiss etməmişəm, amma dedilər ki, belə plan olub. Hazırda həmin şəxsin məhkəməsi davam edir, araşdırmalar aparılır. - Bəs bu cəhd nə zaman olub? Siz nazir olduğunuz dövrdə, yoxsa yaxın vaxtlarda? - Dəqiq tarixi deyə bilməyəcəm, lakin yeni işimdə olarkən baş verib. Ola bilər, nazir olduğum vaxtla əlaqədardır, çünki burada kiçik vəzifədə çalışıram. Yəqin ki, nazir olduğum zaman hansısa addımım həmin şəxslərin xoşuna gəlməyib. Bu, sadəcə, mənim versiyamdır… - Sizcə, hansı sözünüz və ya çıxışınız onların xoşuna gəlməyə bilərdi? - Təxmini düşündüklərim var, amma sui-qəsdə səbəb olacaq bir addım atmamışam. Hazırda araşdırma aparılır. İstintaq yekunlaşmadan bu barədə danışmağım doğru olmaz. Hər şeyi açıqlasam, istintaqın işinə mane ola bilərəm. Hansısa sözüm işə kölgə salar. - Düşməniniz çoxdur? - İnanmıram ki, düşmənim olsun, çünki həyatda heç kimə pislik etməmişəm. Ola bilər, yaxşılıq edə bilməyim, amma pislik də etməmişəm. - Sosial şəbəkələrdə bir çoxu sizin yenidən təhsil naziri olmağınızı arzu edir. Bəs Misir Mərdanov nazir olmaq istəyirmi? - Gərək elə şey istəyim ki, mümkün və ya mümkünəyaxın olsun. Artıq 78 yaşım var, bu yaşda biri nazir olmaq istəməz. Haqqımda müsbət düşünənlərə təşəkkür edirəm, amma Allah nə qədər ömür veribsə, indiki iş yerimdə çalışıb Vətənimə, xalqıma xidmət edəcəyəm. - Sizcə, fərqliliyiniz nədədir ki, insanlar hələ də sizi arzulayır? - Harada işləməyimdən asılı olmayaraq, hər zaman insanların arasında olmuşam. Bəlkə də digərlərindən fərqli olaraq heç vaxt cangüdənlə, sürücü ilə gəzməmişəm, özümə və ailəmə məxsus olan işləri özüm etmişəm, bazarlıqlara tək getmişəm, bu gün də eynisini edirəm. Çalışmışam, insanların arasında daha çox olum, arzu və istəklərini dinləyim. Bütün fəaliyyətim boyunca onlara xidmət etmişəm. Məni sevməklərinin səbəbi bu ola bilər. - Misir müəllim, övladlarınız arasında sizin yolunuzu davam etdirən var? - Təəssüf ki, yoxdur. 3 övladım var: oğlum polisdə işləyib, indi təqaüddədir, qızımın biri evdar xanımdır, digəri isə universitetdə dosentdir. Lakin mənim ixtisasım üzrə deyil. Yoldaşım da evdar xanımdır. Bu yaşda mənə baxsa, kifayət edir (gülür). - Xanımınızın çalışmasını özünüz istəməmisiniz? - Həyat yoldaşım ali təhsillidir. Hətta universiteti yüksək səviyyədə bitirib. Çalışsa, daha yaxşı uğurlar əldə edə bilərdi, amma istəmədi. Xanımım övladlarımıza, mənə, indi də nəvələrimizə vaxt ayırmağı seçdi. Qərarına hörmətlə yanaşdım. Əvvəllər orta məktəbdə biologiya müəllimi olaraq işləyirdi, sonra istəmədi. Mən onun çalışmasına heç vaxt mane olmamışam. Qərarı xanımım verib.
2023-12-19
814,908
664-cü gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 664-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 348 300 hərbçi, 5 798 ədəd tank, 10 771 ədəd zirehli döyüş maşını, 8 190 ədəd artilleriya sistemi, 926 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 611 hava hücumundan müdafiə sistemi, 324 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 842 ədəd avtomobil texnikası, 6299 ədəd PUA, 1 611 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 200 xüsusi avadanlıq itirib.
2023-12-19
814,914
Arif Hacılının oğlu azadlığa çıxdı
Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı azadlığa çıxıb. Axar.az xəbər verir ki, bu barədə Arif Hacılı özü məlumat verib. Qeyd edək ki, noyabrın 2-də yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma və yol-nəqliyyat hadisəsi yerindən qaçmada təqsirləndirilən Orxan Hacılı barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.
2023-12-19
814,916
Sabah hava necə olacaq?
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Gündüz bəzi şəhərətrafı ərazilərdə çiskinli yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.
2023-12-19
814,917
Vardanyan terrorçudur, ancaq baxın və xəcalət çəkin! - Video
12:49 Rusiyalı milyarder, 2022-ci ildə Xankəndiyə gələn (və yaxud göndərilən) erməni əsilli milyarder Ruben Vardanyanın Ermənistan və o vaxt işğal altında saxlanılan Qarabağa nə qədər yardım etdiyi haqda məlumat yayılıb. Ümumilikdə, 2001-ci ildən 2023-cü ilə - sentyabr əməliyyatına qədər Vardanyan Ermənistana və Qarabağa 700 milyon dollar civarında vəsait xərcləyib. Bu vəsaitlərin əhəmiyyətli hissəsi ermənilərin təhsilinə, hərbi hazırlığına yatırılıb; Vardanyan elmi layihələrə, texnologiyanın inkişafına, kənd təsərrüfatına da xeyriyyəçilik edib, onmilyonlar xərcləyib; Vardanyan yüzlərlə erməni cütlüyə toy edib, abidələri bərpa edib və s. Vardanyan separatçıdır, işğalın daimi olmasına, Azərbaycan torpaqlarının mənimsənilməsinə yatırım edib – bu, hər kəsə bəllidir və bunun cavabını verəcək. Ancaq varidatı ümumilikdə 1,4 milyard civarında olan şəxsin 700 milyon dollarını öz soydaşlarına xərcləməsi faktının özü diqqətçəkicidir. Və bu adam 2001-ci ildən başlayıb bu pulları xərcləməyə - yəni Rusiyada külli miqdarda pul qazanmağa başladığı vaxtdan, heç də 2022-ci ildə Xankəndiyə göndərildiyi zaman yox. Vardanyan bu pulların bir sentini də Ermənistanda qazanmayıb! Hansısa azərbaycanlı ilə müqayisə etmək olarmı? Azərbaycan Ordusu misli görünməmiş qələbə qazandı, torpaqlarımız azad edildi – Ordumuzun xeyrinə, YAŞAT Fonduna yardım kampaniyaları zamanı Vardanyanın xərclədiyi vəsaitlə müqayisə olunacaq səviyyədə köçürmələr olubmu? Rəsmi və ya qeyri-rəsmi milyarderimiz Azərbaycan üçün, haqq üçün, ədalət üçün, torpaqların azadlığı üçün külli miqdarda vəsait xərcləyibmi? Ruben Vardanyanın 2001-ci ildən üzü bəri xərcləyi yüzmilyonlar haqda indi xəbər tuturuq - çünki mediada bu haqda geniş bilgi olmayıb. İndi də ona görə xəbər tutduq ki, "Forbes" araşdırma aparıb, faktları ictimailəşdirdi. Ancaq İkinci Qarabağ müharibəsindən sonra Ordumuza yardım kampaniyasına 10 min manat vəsait köçürən şirkətlər redaksiyamıza zəng edib, bu məlumatı 150 manat ödəniş müqabilində reklam kimi dərc etməyimizi xahiş edirdilər. Heyrətə gəlirdik, "bu, reklam ola bilməz" deyirdik, "bizə vermək istədiyinizi də qoyun o vəsaitin üzərinə, köçürün Ordumuzun hesabına, sevə-sevə dərc edərik" cavabını verirdik! Və sonradan məlum oldu ki, bu şirkətlər Ordumuza yardım xəbərini dərc etməsi üçün bəzi redaksiyalara hətta 1000 manat reklam ödənişi ediblər. Yəni 10 min Ordumuzun hesabına köçürüb, 20 min reklamına xərcləyib! Düşüncə fərqini görürsünüzmü? 3 ildir işğaldan azad edilən torpaqlarımızda quruculuq işləri gedir, dövlət büdcəsindən milyardlar ayrılır və biz yaxşı bilirik ki, xarici ölkələrdən heç bir yardım yoxdur, heç bir donor təşkilat dəstək göstərmir – bir-iki türk ölkəsinin Qarabağda inşa etdiyi məktəb xaric, xeyriyyə məqsədilə bir sent verilmir. Hansı azərbaycanlı oliqarx, milyarder işğaldan azad edilən torpaqlar üçün ianə edib, məktəb, ev tikmək üçün pul köçürüb – eşidən, bilən varmı? Ermənistana diaspordan milyonlar deyil də, milyardlar axır – Azərbaycanın bütün diaspor təşkilatları isə yalnız Azərbaycanın dövlət büdcəsinə, Diaspor Komitəsinə gözünü dikib. Ermənistan onillərlə işğalı əbədiləşdirmək üçün telemarafonlar keçirib, yüzmilyonlarla vəsait yığırdı və indi də yığır. Görəsən, işğaldan azad edilən torpaqlarımızın, məsələn, minalardan təmizlənməsinə yardım aksiyası keçirilsə, biz də bir telemarafon təşkil etsək, nə qədər vəsait yığılar və ya ümumiyyətlə, vəsait yığılarmı? İş adamlarının, varlıların yardım etməsi bir yana – Qarabağa ayrılan külli miqdarda vəsaitin “büdcəyə yük”, “vətəndaşların cibindən getdiyi” haqda iddialar səsləndirməkdən belə çəkinmirik; hətta Şuşanın ekzotik, füsunkar, ecazkar şəhərə çevrilməsi üçün yatırılan milyonlar, milyardlara ağız büzüb, “özü üçün edir” deyənlər də tapılır – bir şəhərin qurulmasını “özü üçün” deyə düşünüb-dilə gətirəcək zehniyyətə sahibik! Yalnız oliqarxlar, varlılar, sahibkarlar deyil ki! Ermənistanın onlarla deputatı, onlarla politoloqu hər gün aktiv şəkildə siyasi prosesləri şərh edir, fikir toqquşması yaşanır; Azərbaycanda növbədənkənar prezident seçkilərinin regionun taleyini dəyişəcəyi haqda hər gün erməni deputatların saysız-hesabsız şərhlərini oxuyuruq. Ancaq bizim millət vəkillərinin geniş, hərtərəfli açıqlamalarına rast gəlmək mümkün deyil – yalnız hərdənbir, təsadüfən, o da “mən də varam” məntiqi ilə şablon, trafaret, “Müzəffər Ali Baş Komandan...” ritorikası ilə rəsmi sayt və qəzetlərdən köçürülən abzasların toplandığı və kimsənin oxumadığı “məqalələr”... Nəinki torpağı azad etməyi, xarici siyasəti aparmağı, regionun şəklini çəkməyi, hətta düşünməyi də buraxmışıq İlham Əliyevin ixtiyarına:İlham Əliyev düşünürsə, biz yeyib-yata və kef edə bilərik! Millət vəkili, ziyalı, politoloq, siyasi düşüncə adamı, iqtisadçı olaraq sizin gündəlik fəaliyyətiniz, missiyanız, yaşam şərtiniz nədir? Yalnız imtiyazlardan istifadə etməkmi?
2023-12-19
814,921
Türkiyə 7 terrorçunu məhv etdi
Türkiyə ordusu 7 PKK terrorçusunu məhv edib. Axar.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb. Məlumata görə, terrorçulardan 3-ü İraqın şimalında, 4-ü isə Suriyanın şimalında zərərsizləşdirilib.
2023-12-19
814,923
Bakı ABŞ-ın siyasətinin episentrinə çevrilir – Xaçikyan
Bakının Qərb platformalarında danışıqlar aparmaq istəməməsi təəccüblüdür, çünki əslində mənəvi qınaqlardan başqa Qərb Azərbaycana heç bir real təzyiq göstərmir. Axar.az xəbər verir ki, bunu ABŞ-ın Stenford Universitetinin siyasi elmlər üzrə professoru Artur Xaçikyan deyib. “Bütün ciddi ekspertlər yekdilliklə əmin edirlər: ABŞ öz maraqlarını müstəsna olaraq Azərbaycanda görür. Bir neçə gün əvvəl “Foreign Policy in Focus” jurnalında birbaşa Azərbaycan neft və qazının ABŞ üçün Ermənistandan daha vacib olduğu, Vaşinqtonun regionu Rusiya və İranın təsirindən çıxarmaq məqsədi güddüyünü bildirən məqalə dərc olunub. Qeyd olunurdu ki, ABŞ nümayəndələri Bakını Qafqazda əsas müttəfiqi kimi görür və Azərbaycanın başçılıq etdiyi Qafqazda Vaşinqtonun hökmranlığı olacaq. Bakı ABŞ-ın regiondakı siyasətinin episentrinə çevriləcək”, - o bildirib. Xaçikyanın sözlərinə görə, Fransa mediası da Qərbin Ermənistana real dəstək verməsi perspektivinin olmamasından yazır: “Avropa da regionda maraqlarının Azərbaycanın neft və qazı olduğunu açıq şəkildə ortaya qoyub. Əgər Ermənistandakı təbliğat qrupu bunu oxuya bilmirsə, biz kömək edə bilərik. Onlar özlərini qərbyönlü adlandırırlar, amma Qərbdə nə baş verdiyindən xəbərləri yoxdur”.
2023-12-19
814,926
İlham Əliyev 2 sərəncam imzaladı
Prezident İlham Əliyev Astara rayonunun Düriyyə‒Şümrüd avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Axar.az xəbər verir ki, sərəncamla min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Düriyyə‒Şümrüd avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 800,0 (səkkiz yüz) min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək. İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutacaq. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək. *** Sabunçuda yol təmirinə 450 min manat ayrılıb. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncamla Bakı şəhəri Sabunçu rayonunun Zabrat, Sabunçu və Ramana qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 450 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
2023-12-19
814,927
Deputat komitə sədrinə səsləndi: Uşaqpulu...
Azərbaycan ailələrinin çox böyük problemləri var ki, geniş müzakirə olunmalıdır. Onlardan biri ailələrin tez dağılmasıdır. Bizdə möhkəm ailə institutu olub, təəssüf ki, indi bu zəifləyir. Abort, qızların ana olmaq istəməməsi problemdir. Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Sabir Rüstəmxanlı “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2022-ci ildə fəaliyyəti haqqında məlumatı”nın müzakirəsi zamanı deyib. "Bilmək istərdim ki, komitə ailələrin qorunması məsələsinə kömək edən uşaqpulu məsələsini dövlət qarşısında qaldırıbmı? Bu məsələ bir neçə dəfə Milli Məclisdə də müzakirə olunub", - deputat bildirib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, qanunvericilikdə çoxuşaqlı ailələrin sayı məsələsinə baxmaq, ödəniş üşün uşaq sayı həddini aşağı endirmək olar: "Ünvanlı yardımların daha əlçatan olması ilə bağlı məsələlər də həll edilə bilər”.
2023-12-19
814,930
Azərbaycan şəhərində 16 dərəcə şaxta qeydə alındı
Son 24 saat ərzində Qərbi Azərbaycan əyalətinin Çaldıran şəhəri -16 şaxta ilə İranın ən soyuq şəhəri olub. Axar.az xəbər verir ki, bu barədə əyalətin Baş Meteorologiya İdarəsinin Proqnozlaşdırma Mərkəzi məlumat yayıb. Şərqi Azərbaycanın Vərziğan şəhəri isə -13 dərəcə şaxta ilə ölkə üzrə ikinci ən soyuq şəhər olub.
2023-12-19
814,931
Zəngəzur dəhlizi ilə bağlı aktivlik var - Abramyan
Zəngəzur dəhlizi ideyası Ermənistanın iradəsindən asılı olmayaraq həyata keçiriləcək. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan deyib. “Zəngəzur dəhlizi” ifadəsi türkdilli siyasi lüğətdə regional layihələr kontekstində yenidən aktivləşdirilib. Ermənistan rəhbərliyi ölkə daxilində insanları əzir, həbs edir, lakin Azərbaycan və Türkiyəyə baş əyir, dedikləri ilə razılaşır, güzəştə gedir. Hələ də aydın deyil ki, dəhliz məsələsinin necə həyata keçirilməsi nəzərdə tutulur? Fikrimcə, İrəvanın nəyəsə müqavimət göstərməsi qeyri-realdır”, - T.Abramyan bildirib.
2023-12-19
814,938
Azərbaycanın 734 kəndində indi ermənilər yaşayır
Qərbi Azərbaycanda vaxtilə azərbaycanlıların yaşadıqları 499 kənd xaraba qalıb. Azərbaycanlıların yaşadıqları 734 kənddə indi ermənilər yaşayır. Ermənistanda azərbaycanlılara məxsus 700-dən artıq inzibati ərazi vahidinin adı dəyişdirilib. Kult.az xəbər verir ki, bu sözləri tarixçi alim Nazim Mustafa “Mədəni irs” forumunun “Postkonflikt dövründə Azərbaycan tarixi-mədəni və təbii irsinin qorunması” panelində çıxışı zamanı deyib. O bildirib ki, İrəvan quberniyasında mövcud olan 310 məsciddən bugünkü Ermənistanda yalnız Göy məscid qalıb: “Tarixi Azərbaycan torpağında yaradılan Ermənistan Respublikası hazırda monoetnik erməni dövlətinə çevrilib. Hazırda Qərbi Azərbaycanda mövcud olan tarixi və mədəni irsimizin qorunması üçün beynəlxalq təşkilatları hərəkətə keçirmək lazımdır”.
2023-12-19
814,939
Bu xəstəxanada rentgen-müayinə fəaliyyəti dayandırıldı
Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir. Axar.az xəbər verir ki, bu çərçivədə, Agentliklə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs arasında əməkdaşlıq zəminində “Naftalan rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin müraciəti əsasında xəstəxananın rentgen kabinetində keçirilmiş yoxlama tədbirləri zamanı radiasiya təhlükəsizliyi tələblərinin pozulmasına dair faktlar, o cümlədən ionlaşdırıcı şüa mənbəyi hesab edilən qurğunun istismarı üçün tələb olunan müvafiq icazənin olmadığı aşkar edilib. Aşkar edilmiş pozuntularla əlaqədar Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində qeyd olunan tibb müəssisəsində rentgen kabinetinin fəaliyyəti dayandırılıb.
2023-12-19
814,940
FHN-in Mülki müdafiə qoşunlarında mühüm tədbir
Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarında xalqımızın Ulu Öndəri Heydər Əliyevin 100 illiyi və cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 illiyi ilə əlaqədar tədbir keçirilib. Axar.az xəbər verir ki, tədbirdə Mülki müdafiə qoşunlarının qərargah rəisi-komandanın müavini general-leytenant Azad Ələkbərov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, tarix elmləri doktoru Fuad Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun Qərbi Azərbaycan Tarixi şöbəsinin müdiri, elmlər doktoru Cəbi Bəhramov və MMQ-in şəxsi heyəti iştirak edib. Əvvəlcə, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Dahi Rəhbərin respublikaya rəhbərliyinin ilk günlərindən başlayaraq qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində Azərbaycan böyük inkişafa nail olub. Ulu Öndərin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ümummilli Liderin müəyyənləşdirdiyi inkişaf kursunu böyük bacarıqla davam etdirir. Dövlətimizin başçısının 20 illik fəaliyyəti dövründə Azərbaycan bütün istiqamətlərdə qazandığı böyük uğurlarla dünya dövlətləri arasında layiqli yer tutub. Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
2023-12-19
814,942
İranda Türkiyəyə qarşı aksiya keçirildi
Dekabrın 18-də Türkiyənin Məşhəd şəhərindəki konsulluğu qarşısında etiraz aksiyası keçirilib. Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. SEPAH və ona bağlı yarımhərbi “Bəsic” üzvləri, eləcə də hökumətin tələbə cəmiyyətləri nümayəndələri Türkiyənin İsrailə yardım etdiyini iddia ediblər. “Türkiyədən İsrailə yanacaq və ərzaq ixracatına izin verməyin” şüarı qaldıran etirazçılar Türkiyə hökumətinə qarşı çıxışlar ediblər.
2023-12-19
814,945
Qərb şirkətləri Rusiyada 103 milyard itirdi - Volodin
Avropa Birliyi (AB) tərəfindən dünən təsdiqlənmiş 12-ci sanksiyalar paketi də daxil olmaqla, Rusiyaya qarşı 18 772 sanksiya tətbiq edilib. Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib. Onun sözlərinə görə, Avropa ölkələri ABŞ-ın diktəsi ilə hərəkət edirlər və bununla da öz vətəndaşlarına zərər verirlər. “Avrozona iqtisadiyyatının altı ay ərzində kiçilməsi proqnozlaşdırılır ki, bu da koronavirus pandemiyasından sonra ilk tənəzzüldür. Ölkəmizdən getdiyini elan edən Qərb şirkətləri 103 milyard dollardan çox pul itirdilər. Bu pullar Rusiyada qaldı”, - Volodin bildirib.
2023-12-19
814,947
Bakı Rusiyaya sanksiyaya qoşulmayıb - Təkzib
14:05 Azərbaycan və Ermənistan AB-nin “Maqnitski siyahısı”nın 2024-cü il dekabrın 8-dək uzadılması qərarını dəstəkləyən ölkələr siyahısından çıxarılıb. Bunun nə ilə əlaqəli olduğu bildirilmir. Axar.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb. Məlumata görə, AB-nin xarici siyasət rəhbəri Jozep Borrellin adından Avropa Şurasının internet saytında dərc olunmuş press-relizdə Ermənistan və Azərbaycanın adı AB-yə namizəd ölkələrlə - Şimali Makedoniya, Monteneqro, Albaniya, Ukrayna, Moldova, Bosniya və Herseqovina, eləcə də Avropa Azad Ticarət Zonasının üzvləri - İslandiya, Lixtenşteyn və Norveçlə birlikdə qeyd olunmuşdu. Gürcüstan da Avropanın “Maqnitski siyahısı”nın uzadılmasını dəstəkləyən ölkələr sırasında deyil.
2023-12-19
814,951
Britaniya Kiyevlə Rusiyaya qarşı hərbi pakt imzalayır
Britaniya yaxın həftələrdə Ukrayna ilə 10 illik təhlükəsizlik paktı imzalayacaq. Axar.az xəbər verir ki, bu barədə “Teleqraf” nəşri britaniyalı rəsmilərə istinadla məlumat yayıb. Bildirilib ki, müqaviləyə əsasən London Rusiya ilə döyüşmək üçün Kiyevlə dəniz təcrübəsini bölüşəcək. Pakt çərçivəsində Kiyevə həm yerüstü silahlar, həm də hava vasitələri göndərilə bilər.
2023-12-19
814,953
Bu simvolları yayan şəxslər 10 il həbs olunacaq
Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə, yayma, hazırlama, əldə etmə, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyəti müəyyənləşir. Axar.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında l oxunuşda müzakirəyə çıxarılır. Dəyişikliklə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə və ya yayma, yaxud nümayiş etdirmək və ya yaymaq məqsədilə hazırlama, əldə etmə, saxlama, daşıma və ya gəzdirməyə görə 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Məcəllənin 281-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə isə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Məcəllənin 281-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə isə 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Məcəlləyə dəyişiklik layihəsi səsverməyə qoyularaq l oxunuşda qəbul edilib.
2023-12-19
814,954
Rusiyaya PUA hücumu edildi
Rusiya Bryansk vilayəti üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus iki PUA-nı məhv edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz bildirib ki, hücum nəticəsində tələfat və dağıntı olmayıb.
2023-12-19
814,958
Hərbi texnika ilə bağlı bunu yayanların diqqətinə
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yaymağa görə cinayət məsuliyyəti müəyyənləşir. Axar.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında l oxunuşda müzakirəyə çıxarılır. Dəyişikliklə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yayma, müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə və bu Məcəllənin 274-cü, 276-cı və ya 284-cü maddələrində nəzərdə tutulmuş əməllərin əlamətləri olmadıqda 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Eyni əməllər ağır nəticələrə səbəb olduqda isə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatların yayılması hallarına bu Məcəllənin 284-2-ci maddəsinin qüvvəsi şamil edilməyəcək. İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların mediada, o cümlədən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində hərbi qulluqçular və ya toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən yayılmasına görə 10 gündən 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatların yayılması hallarına bu Məcəllənin 614-1-ci maddəsinin qüvvəsi şamil edilməyəcək. Məcəllələrə dəyişiklik layihəsi səsverməyə qoyularaq l oxunuşda qəbul edilib.
2023-12-19
814,959
Bu il Xankəndidə yolka qurulmayacaq
Xankəndidə Yeni illə bağlı hər hansı şənlik və ya tədbirlərin keçirilməsi nəzərdə tutulmayıb. Bu barədə Axar.az-ın əldə etdiyi məlumatda bildirilib. Qeyd edilib ki, yalnız 28-30 dekabr tarixləri arasında Xankəndidəki hərbçilər və orada təmir-bərpa işlərində çalışanlar üçün dar çərçivədə bayram tədbirlərinin keçirilməsinə icazə verilib. Xatırladaq ki, Xankəndidə hələ məskunlaşmaya başlanılmayıb.
2023-12-19
814,962
Bu, daha bir il müddətinə təxirə salındı - Qanun
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha bir il müddətinə təxirə salınıb. Axar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Qanuna əsasən, sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və ya icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir. Əhalinin tibbi xidmətlərə əlçatanlığı və icbari tibbi sığorta üzrə geniş işlərin görülməsi və sistemin formalaşdırılması məqsədilə qanunda qeyd olunan müvafiq maddənin tətbiqi 2025-ci il 1 yanvar tarixinə kimi təxirə salınıb.
2023-12-19
814,965
Əziz Orucova qarşı yeni ittiham irəli sürüldü
Kanal-13 internet televiziyasının rəhbəri Əziz Orucova qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb. Axar.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Lamiyə Çerpanova məlumat yayıb. Qeyd edək ki, Kanal-13 internet televiziyasının rəhbəri Əziz Orucov barəsində 28 noyabrda 3 aylıq həbs qətimkan tədbiri seçilib. O, buna qədər Cinayət Məcəlləsinin 188.2-ci (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə ittiham olunurdu.
2023-12-19
814,969
Rusiyanın almaz qadağasından yan keçmək variantı var
Rusiyaya qarşı almaz sanksiyaları paketinin tətbiqi əvvəldən proqnozlaşdırılırdı, ondan yan keçmək üçün variantlar var. Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Rusiya almazlarına gəlincə, bu, proqnozlaşdırıla bilən idi, buna hazırlaşırdılar. Düşünmürəm ki, bu sanksiyalardan yayınmaq üçün variant olmasın. Onlar mövcuddur və həyata keçiriləcəkdir. İstənilən halda bizim maraqlarımızı qorumaq və təmin etmək üçün hər şey ediləcək”, - o bildirib. Qeyd edək ki, AB Rusiyaya 12-ci sanksiya paketini təsdiqləyib. Bu paket Rusiyadan almaz idxalını da qadağan edir.
2023-12-19
814,970
Əmrullayev bu xanıma vəzifə verdi
Elm və Təhsil Nazirliyində yeni təyinatlar olub. Axar.az xəbər verir ki, təyinatlarla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmrlər imzalayıb. Belə ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Mehdiyev Bəhruz Yusif oğlu Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib. Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası regional idarənin müdir müavini isə Günay Rasim qızı Mahmudovaya həvalə edilib.
2023-12-19
814,972
Finlandiya səfiri Rusiya XİN-ə çağırıldı
Finlandiyanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib. Səfirin Finladiya ilə ABŞ arasında bağlanan müdafiə sazişi səbəbindən çağırıldığı bildirilib.
2023-12-19
814,977
İran ordusunun daha iki hərbçisi həlak oldu
Dekabrın 15-də Sistan və Bəlucistan əyalətinin Rask şəhərində polis məntəqəsinə edilən silahlı hücumda yaralanan daha iki zabit həyatını itirib. Axar.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb. Bildirilib ki, Məhəmməd Əkbəri və Seyid Məhəmməd Bagir müalicə olunduqları xəstəxanada vəfat ediblər. Bununla da rəsmi məlumata görə, silahlı hücum qurbanlarının sayı 14 nəfərə çatıb. Qeyd edək ki, hücumun məsuliyyətini etnik bəlucların "Ceyşül Ədl" silahlı qruplaşması öz üzərinə götürüb.
2023-12-19
814,978
PFL rəsmisi qəzadan yazdı: Bir də gördük ki…
Vəziyyəti başa düşməyimiz çox zaman almadı: bir də gördük, kimsə çöldən şüşəni sındırır. Allah ondan çox razı olsun. Ümumiyyətlə, həmin vaxt bizə çox operativ dəstəklər gəldi. İlk növbədə “Qarabağ”ın baş meneceri Asif Əsgərova (06:25) xəbər verdik, yolda olduğunu bilirdik. Axar.az xəbər verir ki, bu sözləri Xankəndi şəhəri istiqamətində avtoqəzaya düşən PFL-nin idman şöbəsinin direktoru Elgiz Abbasov Feysbuk hesabında yazıb. Abbasov bildirib ki, mənəvi, tibbi, fövqəladə yardımlar və ən əsası İlahi qüvvə onları daha pis nəticələrdən xilas edib: “Ağdam rayonunda olarkən orda daş üstə daş qalmadığını görmüşəm, ona görə israr elədik, hamını Bərdəyə aparın, sağ olsunlar, sözlərimizə qulaq asdılar. Hadisə yerində edilən ilkin müdaxilələr möhtəşəm idi, hamı öz ailəsi kimi davrandı. “Liv Bonadea” hospitalına zəng edəndə təcili yardım maşınında yolda idik. Elnur (sürücü) bizə videonu göstərəndə dəhşətə gəlmişdik. "Yaxınısız?" sözünün məsuliyyəti nə qədər ağır imiş? Amma şükür, gözlənilən ən pis ehtimalların heç biri olmadı. Elnur Məmmədovun (AGİN) səsində olan kədəri ifadə etmək üçün gərək Dostoyevski olasan. Bütün bu proseslərin sonunda çox kritik ilkin müdaxilələr davam edirdi (insanların qarışqa kimi işləməsindən bunu başa düşürdük)”. Onun sözlərinə görə, Bərdəni ilk olaraq Aslan Şahgəldiyev tərk edib: “Daha sonra Sənan, Zaur, Rasim (sürücü) və mən çıxdıq, bizdən 20 dəqiqə sonra Elxan müəllim xəstəxanadan gələn təcili tibbi yardım maşını ilə reanimasiyaya təhvil alındı”. Elgiz Abbasov qeyd edib ki, o və Zaur Hacı Məhərrəmov artıq evdədirlər: “Sənan da tezliklə evə buraxılacaq, Elxan müəllim və Aslandan da, hamıya məlum olduğu kimi, ilkin müsbət siqnallar var”.
2023-12-19
814,981
Kür çayı dondu - Video
Kür çayının Türkiyənin Ərdahan vilayətindən keçən hissəsi donub. Axar.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Həmin görüntüləri təqdim edirik:
2023-12-19
814,983
Medvedyevin oğluna sanksiya tətbiq edildi
AB yeni sanksiyalar paketi çərçivəsində 61 fiziki və 86 hüquqi şəxsə qarşı məhdudiyyətlər tətbiq edib. Axar.az xəbər verir ki, siyahı AB-nin rəsmi saytında dərc olunub. Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedyevin oğlu İlya, müharibə veteranlarına və bu müharibədə həlak olanların yaxınlarına dəstək verən “Vətənin müdafiəçiləri” dövlət fondunun rəhbəri, Rusiya Prezidenti Vladimir Putinin yaxın qohumu Anna Tsivileva da sanksiyalara məruz qalıb. Fondun özünə də məhdudiyyətlər qoyulub. Sanksiya siyahısına “Rosfinmonitorinq” və onun rəhbəri Yuri Çixançin, Rusiya Mərkəzi Seçki Komissiyasının 14 üzvü və Moskva Şəhər Dumasının sədri Aleksey Şapoşnikov da daxil edilib.
2023-12-19
814,987
Ağcabədinin ən böyük elektronika və mebel mağazası açıldı
Artıq Ağcabədi sakinləri də doğmalarına Yeni il hədiyyələrini lap yaxından, başqa şəhərə getmədən ala biləcəklər. Axar.az xəbər verir ki, “Kontakt” mağazalar şəbəkəsi Yeni il bayramı ərəfəsində Ağcabədinin ən böyük elektronika və mebel mağazasını açmaqla bölgə sakinlərini ürəkdən sevindirməyi bacarıb. Bayram əhval-ruhiyəsi yaşanan rəsmi açılışda mağaza ziyarətçilərini bol əyləncə, bol hədiyyə və 60%-DƏK meqa endirimlər qarşılayıb. 1000 m2 sahəsi olan ikimərtəbəli geniş mağazada rəqəmsal - smartfon, notbuk, televizor, kiçik və böyük məişət, qab-qacaq, ev tekstili, mebel bir sözlə, 30 000-dən çox çeşiddə bütün ehtiyaclara uyğun məhsulların zəngin növü mövcuddur. Qeyd edək ki, dekabrın 24-dək yeni açılmış mağazaya üz tutan Ağcabədi sakinlərini nağd alışda 60%-dək endirimlərlə yanaşı, hissəli alışda smartfonlar üçün ilkin ödənişsiz, 12 ay faizsiz, televizor, məişət əşyaları, qab-qacaq və ev tekstili üçün 18, mebellər üçün isə 24 ay ilkin ödənişsiz, faizsiz, üstəlik komissiyasız şərtlər gözləyir. İndi isə gəlin çox sərfəli təkliflərin bəzilərinə göz gəzdirək. Belə ki: -109 sm ekranlı, smart Toshiba televizorunu 1050 yox, endirimlə cəmi 650 manata; -2000 Vt-lıq, keramik altlıqlı Hoffmann ütüsünü 60% endirimlə, cəmi 20 manata; -128 GB yaddaşlı Xiaomi Redmi Note 12 smartfonu xüsusi təkliflə 22 aya, ayda 24 manata; -6 kq tutumlu Samsung paltaryuyanını 30 aya, ayda 39 manata; -Massive Torino künc divanını isə 30 aya, ayda cəmi 20 manata almaq mümkündür. Odur ki, həm mağaza imkanlarından yararlanmaq, həm də çox sərfəli kampaniya şərtlərini əldən verməmək üçün “Kontakt”ın Ağcabədi mağazasına mütləq baş çəkin! Ünvan: Ağcabədi rayonu, H.Əliyev prospekti, “Green” restoranın yaxınlığı.
2023-12-19
814,988
Rusiyada məktəblərdə telefon qadağan edilir
Rusiya Prezidenti Vladimir Putin məktəblərdə telefondan istifadəni məhdudlaşdıran qanunu imzalayıb. Axar.az xəbər verir ki, sənəd rəsmi hüquqi aktlar portalında dərc olunub. Qanuna əsasən, həyat və sağlamlıq üçün təhlükə yaradan fövqəladə hallar istisna olmaqla, məktəblərdə dərs zamanı mobil telefondan istifadə qadağan edilir.
2023-12-19
814,992
Baydenlə bunları müzakirə etdik - Ərdoğan
İsveçin NATO-ya üzvlük protokolunu Türkiyə Böyük Millət Məclisinə göndərdik. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “ABŞ Prezidenti Co Baydenlə müzakirə zamanı İsveç məsələsi də gündəmə gəldi. ABŞ-la aramızda olan F-16 məsələsini də bu kontekstdə dəyərləndirdik. Baydenin “Siz bunu parlamentdə qəbul edin, mən də eyni şəkildə Konqresdən keçirəcəm” kimi açıqlaması oldu. Parlamentdəki proseslə bağlı başqa bir çətin məsələ də hərbi tədarükdə Kanada və bəzi müttəfiqlərin mənfi yanaşmalarıdır. Bunların hamısı bir-birinə bağlıdır. İnanıram ki, həm ABŞ-ın F-16 məsələsi, həm də Kanadanın verdiyi vədlərə əməl etməsi ilə bağlı gözlədiyimiz müsbət irəliləyişlər parlamentimizin məsələyə müsbət baxışını sürətləndirəcək”, - Ərdoğan bildirib.
2023-12-19
814,993
PUA-larımız “düşmən” hədəflərini məhv etdi - Video
Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrində (HHQ) pilotsuz uçuş aparatları (PUA) bölmələri ilə təlim-məşq uçuşları yerinə yetirilib. Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. PUA heyətləri müəyyən edilmiş marşrutlar üzrə hava kəşfiyyatının aparılması, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin olunaraq dəqiq aviasiya zərbələri ilə məhv edilməsi, eləcə də digər fəaliyyətləri yerinə yetiriblər. Təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub.
2023-12-19
814,995
Ermənilər Zod mədənində işlərə başlayır
Azərbaycanın Kəlbəcər və Ermənistanın Vardenis (Basarkeçər) rayonlarının sərhədində yerləşən Zod qızıl mədəni yenidən istismara veriləcək. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Ovannes Arutyunyan deyib. O, qızıl mədənində qapalı istismarın 2024-cü ilin martında başlayacağını açıqlayıb.
2023-12-19
814,997
Prezidentdən DTX ilə bağlı fərman
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Axar.az fərmanın mətnini təqdim edir: 1. “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 46; 2018, № 7 (I kitab), maddə 1492; 2019, № 3, maddə 414, № 7, maddə 1247, № 10, maddələr 1580, 1592; 2020, № 2, maddə 109, № 5, maddə 556, № 6, maddə 700; 2021, № 3, maddə 229; 2022, № 1, maddə 24, № 3, maddə 223, № 10, maddə 1145, № 12, maddə 1416; 2023, № 7, maddə 948) dəyişikliklər təsdiq edilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
2023-12-19
814,998
İlham Əliyevin prezidentliyə namizədliyi təsdiqləndi
16:06 Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında İlham Əliyevin prezidentliyə namizədliyinin təsdiq olunması barədə məsələ müzakirəyə çıxarılıb. Axar.az xəbər verir ki, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib. Qeyd edək ki, İlham Əliyevin prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. *** MSK İlham Əliyevin prezidentliyə namizədliyini təsdiqləyib.
2023-12-19
815,001
YAP-ın seçkilərdə səlahiyyətli nümayəndələri...
Mərkəzi Seçki Komissiyası (MSK) Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar prezident seçkilərində səlahiyyətli nümayəndələrini qeydə alıb. Axar.az xəbər verir ki, bununla bağlı məsələni MSK katibi Arifə Muxtarova təqdim edib. Qərarla YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP sədrinin müavini Əli Əhmədov partiyanın növbədənkənar prezident seçkilərindəki səlahiyyətli nümayəndəsi təyin edilib. Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunub. Qərar müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
2023-12-19
815,002
NATO aqressiv mahiyyətini gizlətmir - Putin
NATO aqressiv mahiyyətini artıq gizlətmir. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. “ABŞ sənədlərində birbaşa qlobal üstünlük iddiaları təsdiqlənir”, - Putin bildirib.
2023-12-19
815,005
ABŞ İrəvana “yatırım” etdi, bu da nəticəsi...
Rusiya-Ermənistan münasibətlərinin hazırkı vəziyyətini böhran kimi qələmə vermək olar. Bu, İrəvanla Moskvanın, İrəvanla KTMT-nin qarşılıqlı fəaliyyətinə aiddir. Axar.az xəbər verir ki, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib. “Cənubi Qafqazda yeni reallıq, Qarabağın Azərbaycanın nəzarətinə qaytarılması Ermənistan cəmiyyətinin mühüm hissəsinin Rusiyaya qarşı haqsız və vicdansız ittihamlarına səbəb oldu. Rusiya Ermənistan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirib. Lakin erməni cəmiyyətində kiminsə əsassız və həddindən artıq gözləntiləri olubsa, o zaman hərəkətlərimizi politologiya və siyasi elita vasitəsilə erməni cəmiyyətinə izah etmək lazımdır. İstənilən halda Paşinyan Qərbə bu dönüşünü davam etdirəcək. Biz Paşinyanın yerində Zelenskinin erməni versiyasını görmək istəmirik. Baxmayaraq ki, bu variantı də istisna etmək olmaz. Qərbin məqsədi isə artıq bəllidir: Ermənistanı Ukraynanın analoqu etmək. Düzünü desək, amerikalılar siyasətlərində, xüsusən də postsovet məkanında çox uğurludurlar. Onlar Sərkisyanın rəhbərliyi altında MDB-də ən böyük Amerika səfirliyini açanda, bununla bağlı Dövlət Departamentinə sual verdilər ki, niyə? Cavab verdilər ki: “Bizim gələcəyə qoyduğumuz strateji sərmayədir”. İndi biz bu investisiyaların nəticələrini görürük. Çoxları düşünür ki, niyə biz İrəvanın antirusiya hücumlarına indiyədək təmkinlə yanaşırıq. Çünki Ermənistanda hakimiyyətə gəlmək üçün bizə bundan da artıq antirusiya lideri lazım deyil. İndi regional 3+3 formatının inkişafı üzərində iş gedir. Onun çərçivəsində regionda iqtisadi inkişaf üçün əlverişli şərait yaratmaq mümkündür. Bunun əsasını nəqliyyat kommunikasiyalarının əngəldən çıxarılması təşkil edir. Bunları erməni tərəfinə izah etmək lazımdır. Hesab edirəm ki, çoxtərəfli ekspert platforması yaratmaq olardı: Rusiya, Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Ermənistan. Məqsəd isə müxtəlif çağırışlara birgə cavab vermək və regionda konstruktiv qarşılıqlı fəaliyyətə can atmaqdır”, - o bildirib.
2023-12-19
815,006
Şoyqu sülhməramlıların fəaliyyətindən danışdı
Rusiya qoşunları Suriya və Qarabağda sülhün qorunmasının əsas qarantı olaraq qalır. Axar.az xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu kollegiya iclasında bildirib. Nazir Rusiya hərbi kontingentinə yeni reallıqda Suriya və Qarabağda sülhün və sabitliyin qorunmasını təmin etməyi tapşırıb.
2023-12-19
815,008
“Heydər Əliyev İli”nə həsr olunmuş bilik yarışı - Foto
Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Nazirliyin qurumları arasında “Breyn rinq” intellektual bilik yarışı keçirilib. Axar.az xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin əməkdaşlar arasında təbliği, onların elmə, maarifləndirici yarışlara marağının artırılması, intellektual və yaradıcı inkişafa təkan verilməsi və effektiv kommunikasiyanın qurulmasıdır. Üç gün davam edən yarışda Nazirliyin müxtəlif qurumlarından 18 komanda iştirak edib. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın nəticəsinə əsasən Bakı Regional Mərkəzi 1-ci yer, Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsi 2-ci yer, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi isə 3-cü yer tutub. Qalib komandalar kubok, fəxri fərman və müvafiq həvəsləndirici mükafatlarla təltif ediliblər.
2023-12-19
815,009
Qarabağda yeni seçki məntəqələri yaradıldı
İşğaldan azad edilən ərazilərdə yeni seçki məntəqlərinin yaradılması prosesi başa çatıb. Axar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, azad edilən ərazilərdəki məntəqələrin fəaliyyəti üçün lazımı şərait yaradılacaq. Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
2023-12-19
815,013
Ukraynada əməliyyatdan imtina etməyəcəyik
Rusiya xüsusi hərbi əməliyyatın məqsədlərindən əl çəkmək niyyətində deyil. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. “Qərb Rusiyanı cilovlamaq strategiyasından və Ukraynadakı aqressiv məqsədlərindən əl çəkmir. Biz də xüsusi hərbi əməliyyat üçün hədəflərimizdən əl çəkmək niyyətində deyilik”, - Putin bildirib. Putinin sözlərinə görə, Rusiya ordusu təmas xəttində təşəbbüsü ələ alıb.
2023-12-19
815,018
FHN-in Akademiyasında beynəlxalq seminar keçirildi
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Xəzər və dünya akvatoriyasında dinamik neft sızmalarının lokallaşdırılması” mövzusunda II beynəlxalq seminar keçirilib. Axar.az xəbər verir ki, seminarda Fövqəladə Hallar Nazirliyi, Dövlət Dəniz Akademiyası, SOCAR, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyi” publik hüquqi şəxs, Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyi, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi, Elm və Təhsil Nazirliyinin akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun nümayəndələri iştirak ediblər. Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Akademiyasının Xarici vətəndaşların hazırlanması üzrə İnstitutu və Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Akademiyasının nümayəndələri isə tədbirə onlayn formatda qoşulublar. Seminarın keçirilməsində məqsəd neft sızmaları ilə mübarizə sahəsində təcrübə mübadiləsinin aparılması, müvafiq qurumlar arasında sözügedən istiqamətdə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi olub. Seminarda Xəzər dənizində və dünya akvatoriyasında mümkün neft sızmaları və bu sızmaların qarşısının operativ alınmasında birgə fəaliyyətin əhəmiyyətindən danışılıb, sözügedən sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin müvafiq ekosistemin qorunub saxlanılmasına mühüm töhfə verəcəyi vurğulanıb. Həmçinin, bildirilib ki, Xəzər dənizinin ekosisteminin qorunub saxlanması və onun çirkləndirilməməsi, mümkün neft sızmalarının qarşısının alınması və ekoloji risklərin vaxtında müəyyənləşdirilməsi istiqamətində qabaqcıl təcrübələrin öyrənilib tətbiq edilməsi və qarşılıqlı mübadiləsi bütün aidiyyəti qurumların marağında olan məsələdir. Tədbirdə seminar iştirakçılarının məruzələri dinlənilib, mövzu ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Tədbirin sonunda seminar iştirakçılarına FHN Akademiyasının sertifikatları təqdim olunub.
2023-12-19
815,021
Güneyli Nobel mükafatçısı məhkəməyə getməkdən imtina etdi
Evin həbsxanasında saxlanılan güneyli siyasi məhbus və Nobel mükafatı laureatı Nərgiz Məhəmmədi bu gün keçirilməsi planlaşdırılan məhkəməyə getməkdən imtina edib. Axar.az xəbər verir ki, bu barədə onun adına olan sosial media kanalı məlumat yayıb. "İnqilab Məhkəməsi ölkənin gənclərinin qətliamı barədə qərarlar çıxardığı, məhkəmə hakimləri isə təhlükəsizlik mərkəzlərinin və hakimiyyətin sifarişlərini yerinə yetirdikləri üçün etibarsızdırlar", - məlumatda qeyd olunub. Qeyd edək ki, bu, hüquq müdafiəçisinin həbsxanadakı fəaliyyətləri ilə əlaqədar ona qarşı əlavə cinayət işlərinə görə keçirilən üçüncü məhkəmədir. Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin həbsxanasında saxlanılır. O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.
2023-12-19
815,022
664-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı
Rusiya müharibənin 664-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 553 təyyarəsi, 259 helikopteri, 9867 PUA-sı, 442 zenit-raket kompleksi, 14 177 tank və digər zirehli texnikası, 1 189 reaktiv yaylım atəş sistemi, 7 397 artilleriya və minaatanı, 16 453 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
2023-12-19
815,024
Tanınmış qolkiperin evi soyuldu, arvadı döyüldü
Fransanın PSJ klubunun qolkiperi Aleksandr Letelyenin evi qarət edilib. Axar.az xəbər verir ki, hadisə dekabrın 18-dən 19-na keçən gecə baş verib. Naməlum şəxslər 33 yaşlı qolkiperin Paris ətrafındakı evinə daxil olublar. Həmin vaxt futbolçunun özü, həyat yoldaşı, həmçinin 2 və 6 yaşlı iki övladı evdə olub. Cinayətkarlar oyunçunun ailəsini silahla hədələyiblər, ondan pul və zinət əşyaları tələb ediblər. Hətta Letelyenin həyat yoldaşının üzünə zərbələr endirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları 4 şəxsi saxlayıblar, onlardan ikisi yetkinlik yaşına çatmayıb.
2023-12-19
815,025
FHN-də “Heydər Əliyev İli”nə həsr olunmuş daha bir tədbir - Foto
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev irsini öyrənirik” mövzusunda tədbir keçirilib. Axar.az xəbər verir ki, tədbirdə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-leytenant Etibar İsmayılov, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Azadi Quliyev, Nazirliyin məsul əməkdaşları və xidmətin şəxsi heyəti iştirak edib. Əvvəlcə, Dövlət Himni səsləndirilib, Ümummilli Lider və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-leytenant Etibar İsmayılov Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsindən, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı naminə müstəsna xidmətlərindən danışıb. Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycanın dünyanın lider dövlətlərindən birinə çevrildiyini vurğulayan E.İsmayılov, ölkəmizin son 20 ildə qazandığı misilsiz nailiyyətlərin Heydər Əliyev siyasi kursunun Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən böyük məharət və bacarıqla davam etdirilməsinin nəticəsi olduğunu qürur hissilə dilə gətirib. Ümummilli Lider Heydər Əliyev ideyalarında Azərbaycançılıq, Vətənə, dövlətə sədaqət hissinin əsas yer tutduğunu bildirən digər çıxış edənlər gələcək nəsillərin bu ruhda tərbiyə olunmasını uğurların vacib şərtlərindən biri kimi qiymətləndiriblər. Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
2023-12-19
815,026
Putinlə taxıl dəhlizini müzakirə edəcəyik – Ərdoğan
Rusiya Prezidenti Vladimir Putinlə taxıl dəhlizini müzakirə edəcəyik. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. "Taxıl dəhlizi mexanizmi daha ədalətli dünyaya doğru atılan müsbət addım idi. Biz taxıl dəhlizini yenidən işə salmalı, ehtiyacı olan Afrika ölkələrinin bundan öz payını almasını təmin etməliyik. Rusiya, Qətər və Türkiyə olaraq üçlü həmrəylik yaratdıq. Qətər bu dəhlizdən gələn taxılı maddi cəhətdən dəstəkləyəcək, biz isə fabriklərimizi işlətməklə onu una çevirərək, Afrika ölkələrinə göndərəcəkdik. Bu yaxınlarda Vladimir Putinlə görüşümüz olacaq və taxıl dəhlizinin işləməsi üçün əlimizdən gələni edəcəyik. İnşallah, ondan müsbət cavablar alaraq, yolumuza davam edəcəyik", - Ərdoğan bildirib.
2023-12-19
815,028
SEPAH-ın hərbi maşınına hücum edildi: ölənlər var
Sistan və Bəlucistan əyalətinin Zahidan şəhəri yaxınlığında SEPAH-ın hərbi avtomobili yol kənarında quraşdırılan mina ilə partladılıb. Axar.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb. Bildirilib ki, partlayış nəticəsində bir SEPAH üzvü həlak olub, biri isə yaralanıb. Hücumun məsuliyyətini bəlucların “Ənsar ül-Fürqan” silahlı qruplaşması öz üzərinə götürüb.
2023-12-19
815,029
İsrail ordusu Hizbullahın hərbi obyektlərini vurdu
İsrail ordusu Hizbullah təşkilatının hərbi obyektlərini atəşə tutub. Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib. Həmin hədəflərin arasında Hizbullaha aid hərbi təyinatlı binaların, silah anbarlarının olduğu bildirilir.
2023-12-19
815,030
Bu universitetin teatr binası tikiləcək
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti üçün teatr binasının tikintisi nəzərdə tutulur. Axar.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Məlumata görə, qurumun Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi artıq tikinti işləri ilə bağlı hazırlıqlara başlayıb.
2023-12-19
815,032
Hazırlıq başladı: Xankəndiyə 50 ailə köçürüləcək
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə daha 300 ailənin köçürülməsi üçün hazırlıq işlərinə başlanılıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, Komitənin Repatriasiya Departamenti Şuşa şəhərinin Malıbəyli kəndinə 50, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 50, Xocalı rayonuna 50, Kəlbəcər rayonuna isə 150 məcburi köçkün ailəsinin köçürülməsinə hazırlıq görür. Hazırda onlar Bakı, Sumqayıt, Abşeron və Gəncədə məskunlaşıb.
2023-12-19
815,033
“Ümummilli Lider Heydər Əliyevin həyat yolu” - Tədbir
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyevin həyat yolu” mövzusunda tədbir keçirilib. Axar.az xəbər verir ki, mərkəzin əməkdaşlarının iştirak etdikləri tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyi, inkişafı, xalqımızın milli-mənəvi və əxlaqi dəyərlərinin qorunması üçün misilsiz xidmətlərindən söz açıblar. Bildirilib ki, Ümummilli Lider hakimiyyətə yenidən qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun güclü dövlətçilik xəttini, siyasi-iqtisadi əsaslarını yaratmaqla yanaşı, xalqımızın milli inkişafının ideya təməli ola biləcək konsepsiyanın - Azərbaycançılığın banisi olub. Cəmiyyətin bütövləşməsi, milli-mənəvi və əxlaqı dəyərlərin, milli həmrəyliyin aparıcı amilə çevrilməsi istiqamətində mühüm işlər görüb, xalqın birliyinin siyasi və nəzəri əsaslarını hazırlayıb. Azərbaycançılıq ideologiyasının milli birliyin ən aparıcı amilinə çevrilməsi Dahi Rəhbərin Azərbaycana verdiyi misilsiz töhfələrdən biridir. Ulu Öndərin siyasi xəttini müdrik uzaqgörənliklə davam etdirən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyü və suverenliyini tam bərpa etmiş ölkəmiz dinamik inkişafı ilə dünya birliyinin layiqli üzvünə, Avropanın enerji təhlükəsizliyinin təminatçısı, dialoq məkanı, bütün xalqların dinc və sülh şəraitində yaşadığı sabitlik adasına çevrilib. Tədbirin sonunda Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
2023-12-19
815,034
ABŞ Avropanı qorxudur ki, Rusiya hücum edəcək - Putin
ABŞ Rusiyanın Avropa ilə yaxınlaşmasından çox narahat idi. Başqa ölkələri Moskva ilə qorxutdular. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. "ABŞ Rusiyanın Avropa ilə yaxınlaşmasından çox qorxdu. Avropada onlar ağa olmalı idi. Onlar hər zaman qorxudurdular: “Baxın, pis Rusiya sizi hədələyir”. Amma mən bir çox liderlə danışmışam, onlar da deyirlər ki, “Niyə bizi qorxudurlar? Biz başa düşürük ki, Rusiya Avropa ilə döyüşmək fikrində deyil”. Bəli, biz buna hazırlaşmırıq”, - Putin bildirib.
2023-12-19
815,038
Qaribaşvili Kolomina ilə görüşdü
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Hökumət Administrasiyası məlumat yayıb. Görüşdə NATO-Gürcüstan əməkdaşlığının əsas istiqamətləri və Gürcüstanın Avroatlantik inteqrasiya istiqamətində əldə etdiyi irəliləyişlər müzakirə olunub. Baş nazir qeyd edib ki, Avropa və Avroatlantik məkana inteqrasiya ölkəsinin xarici və təhlükəsizlik siyasətinin əsas prioritetlərindən biridir. Tərəflər dünyada və regionda, eləcə də Qara dəniz hövzəsində mövcud təhlükəsizlik mühiti və çağırışlar barədə fikir mübadiləsi aparıblar.