date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2023-12-17
814,363
Taekvondoçumuz Olimpiadaya vəsiqə qazandı
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Paris-2024 Yay Olimpiya oyunlarına lisenziya qazanıb. Axar.az xəbər verir ki, 58 kq çəkidə mübarizə aparan milli üzvü bu uğura Çinin Usi şəhərində Olimpiya çəkiləri üzrə keçirilən “Böyük Dəbilqə”nin Çempionlar Seriyasında imza atıb. Yarışın təsnifat mərhələsinin qalibi olan Maqomedov bu dəfə də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qaşım 1/4 finalda Qran-prinin son iranlı qalibini məğlub edərək yarımfinala yüksəlib. O, bu dəfə Bakıda dünya çempionatında uduzduğu çinliyə qalib gəlib. Taekvondoçumuz finalda son dünya çempionunu da məğlub edərək həm qızıl medala yiyələnib, həm də Olimpiadaya lisenziyaya sahib olub. Bu, taekvondo yığmamızın Paris-2024 Yay Olimpiya oyunlarına ilk vəsiqəsidir.
2023-12-17
814,364
Dövlət qulluğuna imtahanlar keçirildi
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib. Bu barədə Axar.az-a DİM-dən bildirilib. İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində 11 binada təşkil olunub. İmtahanının keçirilməsi üçün 11 ümumi imtahan rəhbəri, 31 imtahan rəhbəri, 257 nəzarətçi‑müəllim, 41 buraxılış rejimi əməkdaşı ayrılıb. İlkin məlumatlara əsasən, 1 nəfərin üzərində xüsusi rabitə qurğusu aşkar olunduğundan imtahandan xaric olunub və nəticələri ləğv edilib. Dekabrın 18-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq.
2023-12-17
814,367
ABŞ bu ölkə ilə hərbi əməkdaşlıq planı imzaladı
Estoniya və ABŞ 2024-2028-ci illər üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalayıb. Axar.az xəbər verir ki, bu barədə Estoniyanın ERR telekanalı məlumat yayıb. “Güclü müttəfiqlik əlaqələrimizi bir daha təsdiq edərək, ABŞ-ın Estoniyadakı hərbi mövcudluğu, eston diviziyalarının inkişafına töhfələr, kibermüdafiə sahəsində əməkdaşlıq və birgə satınalmalara diqqət yetirən müdafiə sahəsində əməkdaşlıq müqaviləmizi yenilədik”, - məlumatda qeyd olunub. Plan həmçinin təlimlərin keçirilməsi, müttəfiq bölmələrin qəbulu üçün lazımi infrastrukturun yaradılması və bir sıra digər sahələrdə əməkdaşlığı nəzərdə tutur.
2023-12-17
814,371
Soydaşımız Avropada Qran-prinin qalibi oldu
Gürcüstanın Borçalı (Marneuli) rayonundan olan soydaşımız, gənc ifaçı Şaban Məmmədov Çexiyanın Praqa şəhərində keçirilən “Praqa Milad Ulduzları 2023” XXXIX Beynəlxalq Xalq Rəqsləri və Musiqisi Müsabiqə-Festivalında Qran-pri mükafatına layiq görülüb. Kult.az xəbər verir ki, festivalda müxtəlif ölkələrdən yüzlərlə gənc iştirak edib. Soydaşımız müsabiqənin ən yüksək mükafatını qazanıb. Xatırladaq ki, Borçalı Mədəniyyət Mərkəzinin solisti olan Şaban Məmmədov xarici ölkələrdə artıq bir neçə dəfə yüksək mükafata layiq görülüb.
2023-12-17
814,373
Kəlbəcərdə yük maşını aşdı: ölən var
Kəlbəcərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Axar.az-a bildirlib ki, bu gün Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qamışlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub. İlkin araşdırmalar zamanı məlum olub ki, Bakı şəhər sakini S.Rəhimov idarə etdiyi "Man" markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək çay yatağına aşıb. Sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir
2023-12-17
814,374
Cəlilabadda polisə 11 silah təhvil verildi
Cəlilabad rayonun sakinlərindən qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Keçirilən növbəti tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmadan qanunsuz saxladıqları 11 ədəd müxtəlif markalı ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər. Ümumilikdə isə cari ilin əvvəlindən şöbə əməkdaşları tərəfindən Cəlilabad rayonu ərazisində keçirilən əməliyyat və profilaktiki tədbirlər zamanı 3 ədəd avtomat, 1 ədəd tapança, 59 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir.
2023-12-17
814,375
662-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı
Rusiya müharibənin 662-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 553 təyyarəsi, 259 helikopteri, 9836 PUA-sı, 442 zenit-raket kompleksi, 14 135 tank və digər zirehli texnikası, 1 189 reaktiv yaylım atəş sistemi, 7 369 artilleriya və minaatanı, 16 407 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
2023-12-17
814,377
“Qırmızı Körpü”də gözləyən maşınların sayı açıqlandı
Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 1 017 avtomobil gözləyir. Bu barədə Axar.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Hazırda “Astara” gömrük postunda 78, “Biləsuvar” gömrük postunda 60, “Mazımqara” gömrük postunda 25, “Samur” gömrük postunda 20 və “Xanoba” gömrük postunda 16 yük maşını var. AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır.
2023-12-17
814,378
Qərb Ukraynadan bu məqsədlə istifadə edir - Fitso
Qərb ölkələri Rusiyanı zəiflətmək üçün Ukraynadan istifadə edir və sonuncu ukraynalıya qədər döyüşməyə hazırdır. Axar.az xəbər verir ki, bunu Slovakiya Baş naziri Robert Fitso deyib. "Ukraynadan Qərb yalnız Rusiyanı iqtisadi və beynəlxalq müstəvidə zəiflətmək məqsədilə geosiyasi məqsədlər üçün istifadə edir. Bu geosiyasi məqsədlər naminə mən qorxuram ki, Qərb Rusiya ilə sonuncu Ukrayna əsgərinə qədər vuruşacaq”, - baş nazir bildirib. Fitso bu problemin həllinin artıq çox yaxın olduğunu bildirib.
2023-12-17
814,385
Ukrayna B planına keçir: Qərbin dəstəyi gəlməsə...
2024-cü ilin ilk günlərində Qərbin maliyyələşdirməsi olmasa, Ukrayna daxili borclanmaya əl atmaq məcburiyyətində qalacaq. Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenskinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko deyib. “Əgər bu dəstək yanvarın ilk günlərində gəlməsə, o deməkdir ki, B planına keçməliyik. B planı çoxsəviyyəli ola bilər, amma inanıram ki, ilk mərhələdə borc kapitalı almaq üçün daxili bazara müraciət etmək və daxili bazarda vəsait əldə etmək kifayət edəcək. Bu, çox çətin olacaq, təbii ki, Maliyyə Nazirliyində əlavə gərginlik yarada bilər, çünki onlar ölkənin büdcəsinə cavabdehdirlər. Lakin bu, yanvar ayı ərzində vəziyyətin yaxşılaşmasına imkan verəcək”, - Ustenko bildirib.
2023-12-17
814,386
Faktiki hava: Bu ərazilərə qar yağdı
17:22 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 17-si saat 15.00-a olan məlumatına əsasən, ölkə ərazisində küləkli, yağıntılı hava şəraiti davam edir. Axar.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında, Gəncə, Şəmkir, Qusar, Şabran, Beyləqanda arabir yağış, Xaltan, Qubada qar yağıb. Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 24 m/s, Neftçala, Şahdağda 20 m/s, Gəncədə 16 m/s-dək güclənib. Naxçıvan, Şərur, Culfa, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Qobustan, Şəki, Qusar, Xaltan, Yevlax, Cəfərxan, Hacıqabul, Yardımlıda duman müşahidə olunub. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 6 dərəcəyədək isti, Naxçıvan MR-da yeddi dərəcəyədək isti, dağlıq rayonlarda yeddi dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə sıfır dərəcə şaxta, aran rayonlarında 11 dərəcəyədək isti qeydə alınıb. Ölkə ərazisində qeyri-sabit, yağıntılı, küləkli hava şəraiti dekabrın 18-i gündüzədək davam edəcək. *** Dekabrın 17-si saat 21.00-a olan məlumatına əsasən, ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Gəncə, Şəmkir, Şəki, Zaqatala, Şabran, Cəfərxan, Lənkəran, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Beyləqanda arabir yağış, Gədəbəy, Daşkəsən, Göygöl, Xaçmaz, Xaltan, Şahdağ, Sarıbaş (Qax), Quba, Qusar, Zaqatala rayonunun dağlıq ərazilərində (Əlibəydə) qar yağıb. Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 33 m/s, Daşkəsəndə 25 m/s, Naftalan, Tərtərdə 23 m/s, Neftçala, Tovuz, Şahdağda 20 m/s, Şəkidə 18 m/s, Altıağacda 17 m/s, Ceyrançöl, Şəmkirdə 16 m/s-dək güclənib. Neft Daşları stansiyasənın məlumatına əsasən dalğanın hündürlüyü 4.6 metrə çatıb. Naxçıvan, Şərur, Culfa, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Qobustan, Şəki, Şamaxı, Göygöl, Qəbələ, Qobustan, Quba, Qusar, Xaltan, Qrız, Yevlax, Cəfərxan, Hacıqabul, Lerik, Yardımlıda duman müşahidə olunub. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 7 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 2 dərəcə şaxta, aran rayonlarında 11 dərəcəyədək isti qeydə alınıb. Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti dekabrın 18-i gündüzədək davam edəcək.
2023-12-17
814,392
Ukrayna ordunu milli PUA-larla silahlandırır
Ukrayna ordusu milli AQ 400 “Scythe” PUA-larının birinci partiyasını alıb. Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Məlumata görə, hazırda “One Vay Aerospace” şirkəti ayda 100 ədəd belə PUA istehsal etmək gücünə malikdir. Gələcəkdə bu sayın 500-ə çatdırılacağı bildirlib. Qeyd edək ki, 750 kilometrə qədər uça bilən PUA 32 kq döyüş sursatı daşıya bilir.
2023-12-17
814,394
Masallıda yük maşınından külli miqdarda narkotik tapıldı
Masallıda yük avtomobilinin sürücüsündən külli miqdarda müxtəlif növ narkotik vasitələr aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini Cavad Ağayev idarə etdiyi yük avtomobilində saxlanılıb. Şəxsi axtarış zamanı ondan külli miqdarda heroin, əlavə olaraq metamfetamin, tiryək və marixuana aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırma aparılır.
2023-12-17
814,397
Şimali Koreya ballistik raket buraxdı
Şimali Koreya növbəti ballistik raketini buraxıb. Axar.az xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizə Xidməti məlumat yayıb.
2023-12-17
814,398
Rusiya ya suveren güc olacaq, ya da yox olacaq - Putin
Ruslar yadda saxlamalıdırlar ki, Rusiya ya suveren güc olacaq, ya da ümumiyyətlə olmayacaq, bu fikir onların beyinlərində və ürəklərində olmalıdır. ​Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vahid Rusiya Partiyasının XXI qurultayındakı çıxışında deyib. “Biz yadda saxlamalı və heç vaxt unutmamalıyıq və uşaqlarımıza öyrətməliyik: Rusiya ya özünü təmin edən, suveren bir güc olacaq, ya da ümumiyyətlə olmayacaq. Bu, həmişə ağlımızda və qəlbimizdə olması gərəkən çox vacib bir şeydir. Buna görə də gələcəyimizi özümüz müəyyən edəcək və yaradacağıq”, - Putin bildirib.
2023-12-17
814,400
"Yuxarı Lars" yenidən bağlandı
"Yuxarı Lars" keçid məntəqəsi yük maşınları üçün yenidən bağlanıb. Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Rusiya Federasiyasındakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan məlumat yayıb. Onun sözlərinə görə, Gürcüstanın Qudauri-Kobi hissəsində güclü qar yağması və buz bağlaması səbəbindən magistralda hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Yol hələ də minik avtomobilləri üçün açıqdır. Qeyd edək ki, Gürcüstan Hərbi Yolu Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoludur.
2023-12-17
814,401
Putin fürsət düşən kimi Türkiyəyə gedəcək - Peskov
Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərlərinin tarixləri hələ müəyyən edilməyib, lakin iş gedir. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. "Hələ ki, (səfər – red.) gündəmdədir, türk tərəfdaşlarımızla əlaqə saxlayırıq, lakin hələlik dəqiq tarix yoxdur. Bu, iki prezidentin iş qrafikinin razılaşdırılması məsələsidir",- o bildirib. Onun sözlərinə görə, Rusiya lideri fürsət düşən kimi Türkiyəyə səfər edəcək.
2023-12-17
814,402
Ukrayna ordusunun sayı açıqlandı
Ukrayna hakimiyyəti əhalini səfərbər etmək siyasətini dayandırmaq niyyətində deyil. Axar.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib. “Səfərbərlikdən uzaqlaşmaq barədə fikirləri rədd etməliyik. Olmaz. Ümumilikdə Ukrayna Müdafiə Qüvvələrinin sayı 1,1 milyon nəfərdir. İstədiyini etməyə hazır olan o qədər insanımız yoxdur. Heç döyüşməkdən də danışmıram. İtkilər olacaq və bu rəqəm daim saxlanılmalıdır”, - Budanov bildirib.
2023-12-17
814,404
Xankəndi stadionunun son vəziyyəti - Video
Xankəndi şəhər stadionu Azərbaycan Kuboku oyununu qəbul etməyə hazırdır. Axar.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Qeyd edək ki, Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Qarabağ" - MOİK görüşünün Xankəndi şəhər stadionunda keçiriləcək. Qarşılaşma dekabrın 21-də baş tutacaq.
2023-12-17
814,405
Qəza: Bakıda qatarların hərəkəti dayandırıldı
“Azərişıq” ASC-yə məxsus 6 kV-luq hava xəttinin qırılaraq dəmiryol xəttini qidalandıran elektrik kabelinin üzərinə düşməsi səbəbindən Bakı-Pirşağı-Bakı dəmir yolu istiqamətində qatarların hərəkəti dayandırılıb. Axar.az ADY-ə istinadən xəbər verir ki, qeyd edilən hadisə Pirşağı-Zabrat mənzilində baş verib. Bu səbəbdən də qəzanın nəticələri aradan qaldırılanadək həmin istiqamətdə qatarların hərəkəti dayanıb. Eyni zamanda, Sumqayıt stansiyasından 18:12-də çıxmalı qatar hadisə ilə bağlı olaraq 20 dəqiqəlik gecikmə ilə Sumqayıt-Xırdalan-Bakı istiqamətinə ötürülüb.
2023-12-18
814,406
Ostin İsrailə təzyiq etmək üçün gedir
Pentaqon rəhbəri Lloyd Ostin İsrailə səfəri zamanı Qəzzada mülki şəxslərə humanitar yardımın artırılması səyləri üzərində işləyəcək. Axar.az xəbər verir ki, bu barədə CNN mənbələrinə istinadən məlumat yayıb. Pentaqonun yüksək rütbəli rəsmisinin sözlərinə görə, Ostin Qallantdan müharibənin hazırkı mərhələsi barədə konkret məlumatlar alacaq: "Eyni zamanda, o, mülki itkilərin artdığına görə İsrailə təzyiq etmək niyyətindədir".
2023-12-17
814,408
Bakıda küləyin sürəti 30 m/s-ə çatır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 17-si saat 18.00-a olan məlumatına əsasən ölkə ərazisində küləkli, yağıntılı hava şəraiti davam edir. Xidmətdən Axar.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Balakən, Gəncə, Şəmkir, Qusar, Şəki, Zaqatala, Şabran, Cəfərxan, Lənkəran, Neftçala, Biləsuvar, Beyləqanda arabir yağış, Gədəbəy, Daşkəsən, Xaçmaz, Xaltan, Sarıbaş (Qax), Qubada, Zaqatala rayonunun dağlıq ərazilərində (Əlibəy) qar yağıb. Külək: Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30 m/s, Naftalanda 28 m/s, Gəncədə 24 m/s, Tərtərdə 23 m/s, Neftçala, Tovuz, Şahdağda 20 m/s, Şəkidə 18 m/s, Altıağacda 17 m/s, Ceyrançöl, Şəmkirdə 16 m/s-dək güclənib. Neft Daşlarının məlumatına əsasən dalğanın hündürlüyü 4.6 metrə çatıb. Duman: Naxçıvan, Şərur, Culfa, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Qobustan, Şəki, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qrız, Yevlax, Cəfərxan, Hacıqabul, Lerik, Yardımlıda müşahidə olunub. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 10 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 0 dərəcə şaxta, aran rayonlarında 12 dərəcəyədək isti qeydə alınıb. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı, küləkli hava şəraiti dekabrın 18-i gündüzədək davam edəcək.
2023-12-17
814,413
Nazir əsəbiləşdi: Evdə hərbi xidmət keçmək istəyirlər
“Bədəlli əsgərlik” istəyənlərin tələblərini nəzərə alıb, onlara görə müəyyən düzəlişlər etdik. İndi isə az qala evlərində hərbi xidmət keçmək istəyirlər. Bir də istəyirsiniz, onlara pul göndərək. Belə bir şey olarmı? Biz tam peşəkar hərbi xidmətdən yana deyilik. İndi olduğu kimi 50/50 nisbətində olmalıdır. Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Ankarada jurnalistlərin suallarını cavablandırarkən deyib. Nazir bədəlli hərbi xidmətlə bağlı tənzimləmənin 2019-cu ildə həyata keçirildiyini və bununla bağlı hər hansı dəyişikliyin olmayacağını bildirib.
2023-12-17
814,414
Kolonna İsrailə gedib çıxa bildi və çağırış etdi
Fransanın xarici işlər naziri Ketrin Kolonna İsrailə səfər edə bilib. Axar.az xəbər verir ki, “Frans-24” Kolonnanın Təl-Əvivdə israilli həmkarı Eli Kohenlə birgə mətbuat konfransında Parisin Fələstin ərazisindəki vəziyyətdən dərin narahat olduğunu vurğulayıb. “Həddindən artıq çox mülki şəxs ölür. Fransa Qəzzada dərhal və davamlı atəşkəsə çağırır”, - Kolonna bildirib. O, eyni zamanda, HƏMAS-ın 7 oktyabr hücumunun qurbanlarının unudulmamalı olduğunu da xatırladıb. Qeyd edək ki, Kolonna İsrailə ötən gün getməliydi. Lakin texniki nasazlığa görə onun təyyarəsi İtaliya üzərindən geri dönmüşdü.
2023-12-17
814,419
Naxçıvana reyslər gecikir, iki reys birləşdirildi
Azərbaycan Hava Yollarının (AZAL) Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan J2-251, J2-255 və J2-265 nömrəli reyslərinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (güclü duman) gecikir. Bakıdan Naxçıvana yola düşməli olan J2-253 nömrəli reys J2-251 nömrəli reys ilə birləşdirilib. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları QSC-nin Mətbuat xidmətinin məlumatında deyilir. "Gecikmiş reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq zəruri vasitələrlə, o cümlədən içki və qidalanma ilə təmin olunur. Sözügedən reyslərin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək. Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 Vatsap nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər", - məlumatda bildirilib.
2023-12-17
814,420
Budapeşt razı olmasa, Kiyev AB-də yer almayacaq
Ukraynanın AB-yə qəbulu məsələsi yalnız Macarıstanın razılığı ilə həll oluna bilər. Axar.az xəbər verir ki, bunu Macarıstanın Baş nazirinin siyasi məsələlər üzrə müşaviri Balaj Orban deyib. Onun sözlərinə görə, AB daxilində Ukraynanın qəbulu ilə bağlı vahid razılaşma yoxdur: "Macarıstanın razılığı olmadan bu proses davam edə bilməz. Əgər Ukraynanın AB-yə qəbulu ilə bağlı qərar qəbul olunarsa, o, AB-nin qanunverici orqanları tərəfindən ratifikasiya edilməlidir".
2023-12-17
814,422
ABŞ və İsrail tabutlarına daha çox mismar vurur - Salami
ABŞ və İsrail Qəzza zolağında təxribat törədərək, öz tabutlarına praktiki olaraq daha çox mismar vurur. Axar.az "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri general-mayor Hüseyn Salami deyib. O, İsrailə xəbərdarlıq edib ki, xəstəxanaların döyüş meydanına çevrilməsi nailiyyət deyil, cinayətdir: "ABŞ və İsrailin Qəzzaya qarşı müharibəsi son nəticədə onların məğlubiyyətilə bitəcək. Bütün regionda ABŞ-a nifrət artır və Amerika rəsmiləri müsəlman ölkələrinə səfər etməyə cəsarət etmirlər. Vaşinqton son 45 ilin səhvlərini təkrarlayır və yanlış olaraq işğal yolu ilə qələbə qazana biləcəyinə inanır".
2023-12-17
814,425
Rusiya: Taxıl sazişini uzatmaqda maraqlı deyilik!
Rusiya taxıl müqaviləsinin uzadılmasında maraqlı deyil, sövdələşmənin ləğvini nəzərə alsaq belə, taxıl ixracının həcmi azalmayıb, əksinə, bir qədər artıb. Axar.az verir ki, bunu Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev deyib. O bildirib ki, cari kənd təsərrüfatı ilində, dekabrın ortalarına qədər 30 milyon tondan çox məhsul ixrac edilib: "Bu, ötən ilin eyni dövrü ilə müqayisədə daha çoxdur". Patruşev həmçinin vurğulayıb ki, Rusiyanın taxıl müqaviləsini bərpa etməkdə maraqlı olmaması əsasən siyasi qərardır.
2023-12-17
814,427
Təhdid yoxdur, bunu Ukrayna uydurur - Baş nazir
NATO dövlətlərinin heç biri Rusiyanın işğalı ilə təhdid edilmir. Axar.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fiko deyib "Rusiya NATO ölkələri ilə müharibə etməkdə maraqlı deyil. Bu arqument yalnız Ukraynanı daha çox silahlandırmaq üçün istifadə olunur", - o bildirib.
2023-12-17
814,428
Qatarların sürət həddi endirildi - ADY
ADY hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxt Bakı və regionlarda müşahidə olunan güclü külək və yağıntılı hava şəraiti ilə əlaqədar Abşeron dairəvi, Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddini endirib. Bu barədə Axar.az-a ADY-dən bildirilib. “Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edirik. Sərnişinlərdən xahiş edirik ki, stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olsunlar”. Qeyd edək ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar yük qatarlarının da sürət həddi endirilib.
2023-12-17
814,429
Fazil Mustafanın sənədləri MSK-ya təqdim edildi
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın prezidentliyə namizədliyinin irəli sürülməsi barədə sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Axar.az xəbər verir ki, sənədlər bu gün MSK-ya təqdim edilib. Qeyd edək ki, dekabrın 16-da Böyük Quruluş Partiyasının Ali Məclisi partiya sədri Fazil Mustafanın prezidentliyə namizədliyini irəli sürüb.
2023-12-17
814,430
Hakan Fidan Blinkenlə Qəzzanı müzakirə etdi
Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, diplomatlar ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal məsələləri müzakirə ediblər. Eyni zamanda, Türkiyənin XİN başçısı Qəzzaya hücumların dayandırılması üçün ABŞ-ın İsrail üzərindəki nüfuzunu istifadə etməsi ilə bağlı həmkarına çağırış edib.
2023-12-17
814,434
Rusiya bunu kolbasaya dəyişməyəcək - Putin
Ölkə bütün vətənpərvər qüvvələrin birliyini tələb edən tarixi çağırışlarla üzləşib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində onu namizəd kimi dəstəkləyən “Vahid Rusiya” partiyasının qurultayında çıxışı zamanı bildirib. “Biz Rusiyanın xalqı ilə ölkənin suverenliyini müdafiə etməli, onun inkişafını gücləndirməli və cəmiyyətin rifahı naminə çalışmalıyıq”, - Putin bildirib. O qeyd edib ki, Rusiya bəzi ölkələr kimi “öz suverenliyindən əl çəkə və kolbasa müqabilində kiminsə peyki ola bilməz”. Putin vurğulayıb ki, fikir ayrılığına baxmayaraq, bütün siyasi qüvvələr yadda saxlamalıdır ki, əsas şey xalqın ümididir: “Biz xaricdən göstərişlər olmadan qərarlar verəcəyik”.
2023-12-17
814,438
Hindistanda hərbi zavodda partlayış: ölənlər var
Bazar günü Hindistanın Maharaştra ştatının Naqpur şəhərində partlayıcı maddələr istehsal edilən zavodda partlayış baş verib. Axar.az xəbər verir ki, “Röyters” partlayış nəticəsində azı 9 işçinin həlak olduğunu, bir neçə nəfərin yaralandığını yazıb. Məlumata görə, partlayış “Solar Industries India” şirkətinə məxsus zavodda baş verib. Şirkət Hindistanın müdafiə sektoru üçün sənaye və hərbi partlayıcı maddələr, həmçinin yanacaq və döyüş başlıqları istehsal edir. Ölənlərin sayının arta biləcəyi istisna edilmir.
2023-12-18
814,440
Ukrayna F-16-ları alan kimi bu addımı atacaq
Ukrayna müasir Qərb təyyarələrini, eləcə də Amerika F-16 qırıcılarını alan kimi əsas vəzifəsi rus qoşunlarının aviasiyasını və maddi-texniki təchizatını məhv etmək olacaq. Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib. "Sabah heç bir əks-hücum olmayacaq. Birincisi, onların vəzifəsi qoşunlarımıza raket və bomba hücumu edənlərlə mübarizə aparmaqdır. İkincisi isə düşmənin maddi-texniki bazasını məhv etmək üçün işğal olunmuş ərazilərin bütün dərinliyinə zərbə endirməkdir", - o bildirib. Jdanov əmindir ki, Ukrayna Silahlı Qüvvələri təyyarələri təhvil verən kimi ukraynalı pilotlar məhz bunu edəcəklər.
2023-12-17
814,442
Ərdoğan Ərsin Tatarla görüşdü
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla şimali kiprli həmkarı Ərsin Tatar arasında görüş olub. Axar.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb. İstanbuldakı Dolmabaxça sarayında baş tutan görüş mətbuata qapalı keçirilib. Görüşdə Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz və Şimali Kiprin Baş naziri Ünal Üstel də olub.
2023-12-17
814,443
Qəzzaya atılan raketlərin üzərinə bu adlar yazılır - Foto
İsrail hərbçiləri sosial şəbəkələrdən Fələstinə dəstək nümayiş etdirən şəxslərin adlarını Qəzzaya atılacaq raket mərmilərinin üzərinə qeyd edib. Axar.az xəbər verir ki, böyük izləyici kütləsinə sahib Cenk Uyğur, Maria Loupis və Cekson Hinkl kimi şəxslərin ad və soyadlarının raketlərin üzərinə yazılması diqqət çəkib. Fotolar sosial şəbəkələrdə yayılıb.
2023-12-17
814,444
Məşhur müğənni qaydaları pozdu - DYP-dən açıqlama
Sosial şəbəkələrdə müğənni Rüfət Axundovun avtomobil idarə edərkən Mərdəkan-Zaqulba yolunda müəyyən olunmuş sürət həddini aşması ilə bağlı görüntülər yayılıb. Axar.az xəbər verir ki, Mərdəkan şosesi-Zuğulba yolunda hərəkətdə olan Axundov 90 sürət həddini 127 km/saat sürətlə aşıb. O, həmin görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Globalinfo.az-a bildirilib ki, R.Axundovun idarə etdiyi avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılıb və müvəqqəti mühafizə olunan duracağa yerləşdirilib. Toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim ediləcək.
2023-12-17
814,445
Lerikdə evdə partlayış baş verdi: yaralılar var
Lerikdə evdə partlayış olub, iki nəfər xəsarət alıb. Axar.az-ın Report-a istinadən məlumatına görə hadisə axşam saatlarında rayonun Noda kəndində baş verib. Belə ki, rayonunun Noda kənd sakinləri 1969-cu il təvəllüdlü Asif Əliabbas oğlu Məmmədov və onun həyat yoldaşı 1970-ci il təvəllüdlü İlhamə Mürsəl qızı Məmmədova maye qaz balonunun partlaması nəticəsində ağır yanıq xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İ.Məmmədovanın vəziyyəti daha ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
2023-12-17
814,449
Zaqatalada ağır qəza: ölən var
Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Axar.az-a bildirilib ki, dekabrın 17-si saat 19 radələrində Zaqatala rayonu Faldarlı kəndi ərazisində Rəhim Mustafayev idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə piyada, 1999-cu il təvəllüdlü Yusifov Bayram Məhəmməd oğlunu vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada vəfat edib. Faktla bağlı cinayət işi başlanılıb.
2023-12-18
814,451
Qərb kəşfiyyatı Zelenskini məhv edəcək
Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi və Böyük Britaniyanın Mİ6 kəşfiyyat orqanı Ukrayna Prezidenti Vladimir Zelenskini məhv etməyə hazırlaşır. Axar.az xəbər verir ki, bunu ABŞ Dəniz Piyadaları Korpusunun təqaüddə olan kəşfiyyatçı zabiti Skot Ritter deyib. O əlavə edib ki, hazırda Zelenskiyə münasibətə baxsaq, o, faydalı olmaqdan çıxıb: "Qərb indi Zelenskini əvəz etməyə hazırlaşır, bəlkə də onun fiziki ləğvinə hazırlıq gedir. İkinci mövsümdə işlər yaxşı getmədi və mövsümün sona çatması ilə əlaqədar "qan tökülməsinə" ehtiyac var".
2023-12-17
814,452
Tuskun ilk xarici səfəri təxirə salındı
Estoniya Baş naziri Kaya Kallas koronavirusa yoluxub. Axar.az xəbər verir ki, bu barədə baş naziri Feysbuk səhifəsində yazıb. O qeyd edib ki, bu səhər onun COVİD testinin nəticəsi müsbət olub, ona görə də bir sıra görüşləri təxirə salıb: "Təəssüf ki, Estoniyaya gəlməli olan Polşanın yeni Baş naziri Donald Tuskun ilk xarici səfərini təxirə salmalı olduq. Baltikyanı ölkələrin baş nazirlərinin Estoniyanın paytaxtında keçiriləcək görüşü də təxirə salınıb".
2023-12-17
814,456
ABŞ ordusunun sayı azalır: Son 80 ildə ilk...
Amerika Birləşmiş Ştatlarda hərbi xidmətdə olan hərbçilərin ümumi sayı 2024-cü ildə 1,28 milyon nəfərə düşəcək ki, bu da 80 ildən çox müddətdə ən aşağı səviyyədir. Axar.az xəbər verir ki, 2023-cü ildə quru qoşunlarında, donanmada və hava qüvvələrində 41 min nəfərlik azalma meydana gəlib. Bildirilir ki, 1997-ci ildən sonra doğulanların hakimiyyət qurumlarına inamı aşağıdır və bu nəslin getdikcə daha az nümayəndəsi hərbi karyera yüksəlişi yolu ilə gedir. İyirmi il əvvəl gənclərin 25%-i hərbi xidmətə qoşulmağı düşünmürdüsə, hazırda bu rəqəm 50%-i keçib.
2023-12-17
814,458
Kiyevin Putinə gözlənilməz Yeni il hədiyyəsi
Kiyev rəhbərliyindəki parçalanma, eləcə də Qərb tərəfdaşlarının dəstəyinin davamlı azalması Yeni il ərəfəsində Rusiyaya hədiyyə oldu. Axar.az xəbər verir ki, bu barədə “Mainichi Shimbun” nəşrində dərc edilən məqalədə bildirilib. Məqalədə xatırladılıb ki, Rusiya ordusu yavaş-yavaş Qərbin Ukraynaya verdiyi bütün müasir texnikanın öhdəsindən gəlir, Qəzza zolağında kəskinləşən münaqişə isə Zelenskiyə və bütövlükdə Ukraynaya beynəlxalq marağı tamamilə azaldıb: “Nəhayət, Ağ Evin Ukraynaya yardım tələbi ilə bağlı Konqresdəki parçalanma və Baydenin 2024-cü ildə yenidən prezident seçilməsinə zəmanətin olmaması ABŞ-ın Kiyevi dəstəkləməyə davam edib-etməyəcəyini şübhə altına alır. Ukraynanın özü də qeyri-sabitdir - Zelenskinin generallarla münasibətləri kəskin şəkildə pozulub və onun hərbi komandanlıqla mübahisələri Ukrayna Silahlı Qüvvələrinin iki yerə bölünməsinə səbəb olub”.
2023-12-17
814,460
İsrail və HƏMAS atəşkəsi bərpa etməyə hazırdır
İsrail və HƏMAS Qəzzada atəşkəsi bərpa etməyə hazırdır, lakin tərəflər arasında fikir ayrılığı qalmaqdadır. Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
2023-12-17
814,462
Rusiya güclü hücuma keçib - Röpke
Rusiya Ukraynada bütün cəbhə xətti boyunca hücumları gücləndirib. Axar.az xəbər verir ki, bunu BİLD nəşrinin hərbi eksperti Yulian Röpke deyib. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri Oskol çayına çatmaq istəyir: "Xerson vilayətində Ukrayna Silahlı Qüvvələrinin Krınki kəndi yaxınlığındakı mövqelərinə hücumlar həyata keçirilir. Zaporojye bölgəsində isə rus qoşunları ukraynalıların yay əks-hücum zamanı geri qaytardıqları ərazilər uğrunda mübarizəni davam etdirir. "Dxr"də Avdeyevka uğrunda mübarizə də davam edir. Rusiya Silahlı Qüvvələri Ukrayna ordusunun bir neçə mövqeyini ələ keçirib".
2023-12-18
814,464
Zelenski dəhşətli həftə keçirdi: çıxılmaz durum...
Zelenski həqiqətən dəhşətli bir həftə keçirib. Onun komandası AB-yə daxil olmaq üzrə danışıqlara başlamaq qərarından sonra qələbəni elan etsə də, üzvlük üçün müharibə Kiyevin qələbəsi ilə başa çatmalıdır. Ancaq bunların heç birinə hazırda zəmanət verilmir. Axar.az xəbər verir ki, bu barədə CNN-in məqaləsində deyilir. Məqalədə Zelenskinin Ukraynaya kömək istəməsi üçün ABŞ-a səfəri mövzusuna da toxunulub. "ABŞ və AB-nin maddi dəstəyi olmasa və ya onlardan biri maliyyə dəstəyini dayandırsa, çox güman ki, yaxın iki ildə Ukraynanın böyük hissəsi Rusiyanın işğalı altına düşəcək", - deyə bildirilir.
2023-12-17
814,466
Avropada islam mədəniyyətinə yer yoxdur - Meloni
İslam mədəniyyətinə Avropada yer yoxdur. Axar.az xəbər verir ki, bu barədə İtaliya Baş naziri Corciya Meloni deyib. "İtaliyada İslam mədəniyyəti mərkəzləri şəriət qanunlarının qüvvədə olduğu Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilir. Avropada sivilizasiyamızın dəyərlərindən çox uzaq olan islamlaşma prosesi gedir", - Meloni bildirib.
2023-12-17
814,468
Məşhur gürcü rejissor vəfat etdi
Məşhur gürcü kinorejissor Otar İoseliani 89 yaşında vəfat edib. Kult.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. O.İoseliani 2 fevral 1934-cü ildə Tiflisdə anadan olub. Rejissor beynəlxalq mükafatlara layiq görülmüş “Xəzəl” və “Pastoral” kimi filmlərin müəlifidir. 1980-ci illərin əvvəllərindən İoseliani Fransada işləməyə başlayıb, burada bir neçə sənədli və bədii film çəkib. 1984-cü ildə o, Gürcüstan SSR xalq artisti adını alıb. Rejissor üç dəfə Venesiya kinofestivalında münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb, “Gümüş ayı”, iki dəfə “Nika” mükafatı qazanıb.
2023-12-17
814,470
İsrail terror törədir - Roma Papası
Roma Papası Fransisk Təl-Əvivin Qəzzada terror taktikalarından istifadə etdiyi, o cümlədən İsrail hərbçilərinin kilsə binasına sığınan iki xristian qadını öldürməsi xəbərindən təəssüfləndiyini bildirib. Axar.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb. "Qəzzadan çox ciddi və ağrılı xəbərlər almağa davam edirəm. Silahsız mülki şəxslər bomba və atışmaların hədəfindədir. Bu, hətta terrorçuların olmadığı, ailələrin, uşaqların, xəstələrin, əlillərin, rahibələrin olduğu kilsə kompleksində baş verib. Bəziləri deyəcək: "Bu, müharibədir, bu terrorizmdir". Bəli, bu müharibədir. Bu terrorizmdir",- o bildirib.
2023-12-18
814,473
Zalujnının kabinetində dinləmə cihazı tapıldı
2023.12.17. 23:16 Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının kabinetində dinləmə cihazı tapılıb. Axar.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" agentliyi hərbi dairələrdəki mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, qurğu şənbə günü aşkar edilib. Dinləmə cihazı naməlum tipli elementlərlə təchiz olunub, ona görə də onların quraşdırıcısı müəyyən edilməyib. *** Ukrayna Təhlükəsizlik Xidməti dinləmə qurğusunun aşkarlanması ilə bağlı cinayət işi açıb. Bildirilib ki, cinayət işi Ukrayna Cinayət Məcəlləsinin 359-cu maddəsinin 2-ci hissəsinə əsasən (qanunsuz olaraq məlumat əldə etmə, satma və ya xüsusi texniki məlumat əldə etmə vasitələrindən istifadə) açılıb. "Vurğulayırıq ki, avadanlıq birbaşa Valeri Zalujnının ofisində deyil, onun gələcəkdə iş üçün istifadə edə biləcəyi otaqlardan birində tapılıb", - məlumatda deyilir.
2023-12-18
814,476
Moldova müxalifəti Kremlə çağırış etdi
Rusiya və digər MDB ölkələri ilə münasibətlərin kəsilməsi ölkə sakinlərinin istəyi deyil, rejimin seçimidir. Axar.az xəbər verir ki, bunu Moldovanın müxalif “İntibah” partiyasının rəhbəri Nataliya Paraska deyib. Paraska Moldova müxalifətinin Avrasiya İqtisadi İttifaqı və BRİKS ilə əməkdaşlığa hazır olduğunu bildirib. Siyasətçi bildirib ki, ölkə sakinlərinin əhəmiyyətli hissəsi hakimiyyətin apardığı siyasi kursu dəstəkləmir.
2023-12-17
814,480
İclasa qumbara atan deputat həbs edildi
Zakarpatya vilayətinin məhkəməsi dekabrın 15-də Keretskovski kənd şurasının iclası zamanı üç qumbara partladan yerli deputat Sergey Batrinin barəsində həbs qətimkan tədbiri seçib. Axar.az xəbər verir ki, bu barədə Ujqorod Rayon Məhkəməsinin internet səhifəsində məlumat yayılıb. “Keretskov kənd sovetinin hazırkı deputatı olan 54 yaşlı Ukrayna vətəndaşı barəsində girov imkanı olmadan həbs qətimkan tədbiri seçilib”, - deyə bildirilib. Məhkəmə qeyd edib ki, deputat və vəkilləri prokurorun şübhəlinin həbs olunması ilə bağlı vəsatətinə etiraz etməyiblər. Qeyd edək ki, dekabrın 15-də adıçəkilən deputat Kereçkov kənd şurasının iclasının keçirildiyi zala daxil olaraq özü ilə gətirdi 3 qumbaranı partladıb. Hadisə nəticəsində deputat da daxil olmaqla, 26 nəfər yaralanıb.
2023-12-18
814,482
ABŞ və AB çatdırmayacaq, müdafiəyə keçirik - Ustinova
Sursat çatışmazlığı səbəbindən Ukrayna müdafiəyə keçid üçün üç istehkam xətti yaratmağa hazırlaşır. Axar.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Aleksandra Ustinova deyib. "Silah yoxdursa, biz artıq istehkamlar hazırlayırıq - üç xətt üzrə istehkam... Xüsusən qışda müdafiə müharibəsinə keçəcəyik", - o bildirib. Ustinova əlavə edib ki, dünyada mərmi tükənmək üzrədir. Onun sözlərinə görə, ABŞ və Avropa qüvvələrini birləşdirsə belə, Rusiya qədər sursat istehsal edə bilməzlər.
2023-12-17
814,483
İsrail HƏMAS-ın ən böyük tunelini tapdı
Qəzza zolağının şimalında, İsraillə sərhəddə Erez sərhəd-keçid məntəqəsi yaxınlığında HƏMAS qruplaşmasının ən böyük hücum tuneli aşkarlanıb. Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin məlumatında deyilir. Bildirilib ki, təxminən 4 kilometr uzunluğunda olan tunel bəzi ərazilərdə yerin təxminən 50 metrə qədər dərinliyinə uzanır və avtomobillərin keçməsi üçün kifayət qədər genişdir. O da qeyd edilir ki, İsrail ordusunun elit bölmələri tunelin yerini müəyyən etmək üçün kəşfiyyat və texnoloji imkanlardan istifadə edib.
2023-12-18
814,488
İsrail qırıcıları Suriyaya zərbələr endirir
İsrail Hərbi Hava Qüvvələri Suriyanın paytaxtı Dəməşq ətrafına zərbələr endirir. Axar.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb. Suriyanın havadan müdafiə sistemlərinin hücumları dəf etdiyi bildirilir. Əlavə məlumat verilmir.
2023-12-18
814,489
Türkiyə Cənubi Qafqaza girib: ABŞ razıdır?
Vaşinqton Türkiyənin Cənubi Qafqazda fəallığına müsbət yanaşır, yoxsa bundan narahatdır? Məntiqlə Amerika Birləşmiş Ştatları NATO-dakı müttəfiqi Türkiyənin Cənubi Qaqfazda fəallaşmasından ən azı narahat olmamalıdır, çünki əks halda Vaşinqtonun bölgədəki əsas rəqibləri Rusiya və İranı durdurmaq çətin olacaq. Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. Onun fikrincə, Vaşinqton-Ankara münasibətlərində son illərdə o qədər suallar yaranıb ki, ABŞ-ın birmənalı şəkildə Türkiyənin Cənubi Qafqazda mövqelərinin möhkəmlənməsində maraqlı olduğunu söyləmək də çətindir: “İki ölkə arasındakı sualların çoxluğuna ötən gün Türkiyənin xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Entoni Blinkenlə telefon danışığındakı mövzular da dəlalət edir. Telefon danışığı zamanı İsveçin NATO-ya üzvlüyü, F-16 məsələsi və Qəzzadakı ağır durum müzakirə olunub. Bu mövzularla bağlı yaxınlaşma meyilləri olsa da, iki ölkənin baxışlarında fərqliliklər ortadan qaldırılmayıb. Hər halda Vaşinqtonun siyasi dairələrində onu anlamamış deyillər ki, dəstək verdikləri Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan başqa alternativi yoxdur. Fərqli alternativ bölgədə gərginliyin davamıdır ki, Ermənistanın yenə məğlub olacağını Vaşinqtonda proqnozlaşdırmamış deyillər. Bu isə Ermənistanda zorakı hakimiyyət dəyişikliyinə və Kremlin bu ölkədə mövqelərinin möhkəmlənməsinə şərait yaradacaq ki, bu da Amerikanın maraqlarına ziddir”.
2023-12-18
814,493
Göygöldə içməli su xəttində qəza baş verdi
Göygöl rayonunda magistral içməli su xəttində qəza olub. Axar.az-ın Report-a istinadən məlumatına görə, Kürəkçay mənbəyindən Göygöl şəhərini və kəndləri içməli su ilə təmin edən magistral xətdə qəza baş verib. Yaranmış problemin aradan qaldırılması istiqamətində Göygöl rayon Sukanal İdarəsi tərəfindən artıq lazımı işlərə başlanılıb. Belə ki, hazırda d-400 mm plastik magistral su xəttində olan qəzanın aradan qaldırılması üçün əraziyə xüsusi texnikalar və işçi qüvvəsi cəlb olunub. Su xəttinin bərbasının mümkün qədər tez bir zamanda başa çatacağı bildirilir.
2023-12-18
814,495
Rusiya öz qırıcısını vurdu - Ukrayna təşəkkür etdi
Rusiyanın Su-25 qırıcısı özünün hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşşuk Teleqramda bildirib. “Əminliklə deyə bilərəm ki, Rusiyanın Su-25 qırıcısını Ukraynanın HHM-i vurmayıb! Bu, Rusiya zenitçilərinin dəqiq və yüksək səviyyədə icra olunmuş işidir ki, buna görə bütün Ukrayna xalqından onlara təşəkkür düşür!” – hərbçi qeyd edib.
2023-12-18
814,496
Netanyahu baş nazir kimi qala bilməz - Lapid
Benyamin Netanyahu İsrailin Baş naziri postunda qala bilməz. Axar.az xəbər verir ki, bunu İsrail müxalifətinin lideri Yair Lapid deyib. "Xalqın etimadını itirmiş, dünyanın etibarını itirmiş, təhlükəsizlik orqanlarının etibarını itirmiş baş nazirimiz var", - o bildirib. Lapid həmçinin İsraildə yeni seçkinin keçirilməsinə çağırış edib.
2023-12-18
814,497
Şimal bölgəsində yollar buz bağladı - Xəbərdarlıq
Dekabrın 17-si səhər saatlarından başlayaraq Şimal bölgəsində müşahidə olunan qarlı-şaxtalı hava səbəbindən yollarda avtomobillərin hərəkəti çətinləşib. Axar.az xəbər verir ki, hazırda Quba-Qusar yolunun bəzi hissələri və Qubadan dağ kəndlərinə gedən bəzi yollar buz bağlayıb. Nəqliyyat vasitələri xüsusilə Qusar rayonundan Quba istiqamətinə çıxışdakı yoxuşlarda çətinliklə üzləşirlər. Yollarda qalan avtomobillər var. Hava şəraiti ilə əlaqədar Dövlət Yol Polisi əməkdaşları və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin növbətçi briqadaları əraziyə cəlb olunub. Yolun hərəkət hissəsi qardan təmizlənərək qum-duz qarışığı səpilir. Təcrübəsiz və əraziyə bələd olmayan, həmçinin avtonəqliyyat vasitəsi hava şəraitinə uyğun təchiz edilməyən sürücülərin qarlı havada Quba-Qusar yolundan istifadə etməsi tövsiyə olunmur. Hazırda Qusarın rayon mərkəzində 3-4 sm, Qubada isə 2 sm-ə qədər qar var. Səhər saatlarından başlayan qar hazırda yağmağa davam edir.
2023-12-18
814,498
Rusiyanı hücuma biz məcbur etdik - Makqreqor
ABŞ Rusiyanı xüsusi hərbi əməliyyata başlamağa məcbur edib. Axar.az xəbər verir ki, bu barədə Pentaqonun keçmiş müşaviri polkovnik Duqlas Makqreqor X sosial şəbəkəsində yazıb. “Ukraynanın dərinliyinə getməyin və ya Şərqi Avropanı təhdid etməyin Rusiyaya heç bir strateji faydası yoxdur, bu, absurddur. Rusiyanın heç vaxt belə niyyəti olmayıb. Biz rusları müdaxilə etməyə məcbur etdik”, - Makqreqor əlavə edib.
2023-12-18
814,499
Azərbaycan Rusiyaya yumurta göndərəcək - Patruşev
Yaxın günlərdə, artıq bu həftə Azərbaycandan ölkəmizə toyuq yumurtası tədarük olunacaq. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev deyib. Nazir bildirib ki, təxminən 2-3 həftədən sonra da müvafiq rüsum olmadan Türkiyədən Rusiyaya yumurta idxal olunacaq. Patruşev əlavə edib ki, yumurtanın qiymətinin qalxması mövsümi xarakter daşıyır. Qeyd edək ki, Rusiyada hazırda yumurta qıtlığı fonunda kəskin bahalaşma özünü göstərir.
2023-12-18
814,500
İsrail qaçqın düşərgəsinə zərbə endirdi: 90 ölü
İsrail ordusunun Qəzzada Cəbaliyə qaçqın düşərgəsinə zərbə endirməsi nəticəsində 90 nəfər ölüb. Axar.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
2023-12-18
814,502
Mərmərədə zəlzələ: İstanbulda hiss edildi
Mərmərə sahillərində, Türkiyənin Yalova vilayətinin Çınarcık ilçəsində 4,1 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanlar İstanbulda da hiss edilib.
2023-12-18
814,504
Yalnız İsrail gəmilərinə hücum edəcəyik - Husilər
İsraillə əlaqəsi olmayan gəmilərə hücum etməyəcəyik. Axar.az xəbər verir ki, bu barədə Yəmənin üsyançı “Ənsar Allah” (Husi) hərəkatının nümayəndəsi Məhəmməd Abdel Salam bildirib. "İsraillə əlaqəli gəmilər istisna olmaqla, Qırmızı dənizin təhlükəsiz olduğunu təsdiq edirik. Əgər İsrailə qarşı dəniz əməliyyatlarını dayandırmağımızı istəyirsinizsə, Qəzza zolağının blokadası aradan qaldırılmalı, ora ərzaq və dərman çatdırmalıdır”, - deyə o əlavə edib. Onun sözlərinə görə, husilərin Qırmızı dənizdəki əməliyyatları ciddi iqtisadi təsirə malikdir.
2023-12-18
814,505
Yaxın Şərq ABŞ-ın nəzarətindən çıxdı - Tramp
ABŞ hökuməti Yaxın Şərqin tamamilə nəzarətdən çıxmasına icazə verdi. Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın sabiq prezidenti Donald Tramp sosial şəbəkə səhifəsində yazıb. “Həqiqətən də pis hadisələr baş verir, lakin bizim bunların hamısını dayandırmaq qüdrətimiz var. Əgər biz bununla güc və dəqiqliklə mübarizə aparmasaq, fəlakət baş verə bilər", - Tramp bildirib.
2023-12-18
814,506
Növbəti köç karvanı Füzuliyə çatdı
09:14 Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Axar.az xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə - 94 nəfər köçürülüb. Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 380 ailənin, yəni 1 392 nəfərin daimi məskunlaşması təmin edilib.
2023-12-18
814,509
Neft həftəyə bu qiymətlə başladı
Dünya birjalarında neft cüzi bahalaşıb. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 76,87 dollara, yüngül neftin bir barreli isə 71,77 dollara təklif olunur.
2023-12-18
814,515
İsrail ordusu ölən hərbçilərinin sayını yenilədi
İsrail ordusu HƏMAS-la toqquşmalarda həlak olan hərbçilərinin sayını yeniləyib. Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Məlumata görə, oktyabrın 7-dən bəri İsrail ordusunun 458 hərbçisi həlak olub.
2023-12-18
814,518
Bu rayonlarımıza qar yağdı
Saat 09:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə qar qağıb, gecə və səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində yağış sulu qara keçib. Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, əsən güclü şimal-qərb küləyi səhər saatlarından 8-13 m/s-dək zəifləyib. Qar örtüyünün hündürlüyü Şahdağda 16 sm, Daşkəsəndə 15 sm, Şəkidə 14 sm, Əlibəydə (Zaqatala) 13 sm, Ordubadda 11 sm, Sarıbaş (Qax), Gədəbəydə 10 sm, Qrızda 8 sm, Yardımlıda 7 sm, Xaltan, Şamaxı, Lerikdə 4 sm, Göygöl, İsmayıllı, Quba, Qusarda 3 sm, Altıağac, Qobustan, Şahbuzda 2 sm, Qəbələdə 1 sm olub.
2023-12-18
814,522
Ann İdalqo kimilərin Bakıya qarşı bütün addımları... - İcma
Fransa hələ də müstəmləkə, səlibçi zehniyyətindən xilas ola bilməyib. Axar.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub. Bildirilib ki, utanc hissini itirmiş bir qrup fransız ictimai-siyasi xadim, mer 2024-cü ildə BMT-nin İqlim sammitinin (COP29) Azərbaycanda keçirilməsi qərarına etiraz əlaməti olaraq gülünc müraciətlə çıxış ediblər. Bu, Fransa cəmiyyətinin irqçi, islamofob və Azərbaycanofob mahiyyətini bir daha nümayiş etdirir. Azərbaycana qarşı böhtan atan, daim beynəlxalq hüquqa uyğun hərəkət edən ölkəmizi Fransa ilə səhv salan müraciət müəlliflərinə elə gəlir ki, mühüm beynəlxalq tədbirlər ancaq özünü “beynəlxalq ictimaiyyət” adlandıran bəlli bir qrup ölkələrdə keçirilməlidir. Hiss olunur ki, onlar hələ də müstəmləkə, səlibçi zehniyyətindən xilas ola bilməyiblər. İrqçi müraciəti imzalayanlar arasında Ann İdalqo, Valeri Pekres, Bruno Reteyo kimi “tanış” simalar var. Valeri Pekres düz iki il əvvəl Fransa prezidentliyinə namizəd olarkən özü ağılda olan Bruno Reteyo ilə birlikdə qanunsuz olaraq Qarabağa soxularaq indi Bakıda həbsxanada çay içərək Azərbaycan məhkəməsinin qərarını gözləyən Araik Arutunyan və David Babayanla görüşmüşdü. Artıq belə irqçilərin ayaqları bir daha Azərbaycan torpaqlarına dəyməyəcək. Ann İdalqo isə bu il “humanitar” yük karvanı ilə Laçın yolu tərəfə gəlib timsah göz yaşı axıdaraq ucuz şou düzəldirdi. Azərbaycan və Ermənistanın 2023-cü il dekabrın 7-də birbaşa danışıqlarla əldə etdiyi razılıqlar, o cümlədən Ermənistanın Azərbaycanın COP29 namizədliyini dəstəkləməsi fonunda fransız merlərinin belə bir müraciətə imza atması siyasi klounluqdur. Ann İdalqo bu cür sarsaq işlərlə məşğul olmaq əvəzinə qoy gedib Parisin bərbad vəziyyətdə olan olimpiya oyunlarına hazırlığı ilə məşğul olsun. Fransa və Ann İdalqo kimilərin Azərbaycana qarşı bütün addımları əbəsdir. Zaman göstərdi ki, bu təfəkkürdə olanların Ermənistana köməyi maksimum bir neçə Qarabağ ermənisinə Parisin fəxri vətəndaşı adı verib baş aldatmaq ola bilər.
2023-12-18
814,525
Azərbaycanda çörək bahalaşacaq? - Video
Rusiya bərk buğda ixracına qadağa qoyur. Qərar gələn ilin may ayının sonuna qədər qüvvədə olacaq. Axar.az xəbər verir ki, Azərbaycan buğda ehtiyatlarının böyük hissəsini Rusiyadan təmin edir. Rusiya-Ukrayna müharibəsi başlayanda dünyada yaşanan taxıl böhranı çörəyin qiymətinin bahalaşması ilə nəticələnmişdi. Üstəlik, taxıl qıtlığı təhlükəsi də yaranmışdı. Onda söhbət əla növ buğdadan gedirdi. Bu dəfə ixraca qadağa qoyulan bərk buğdadır. Daha çox makaron istehsalında istifadə edilir. Amma Azərbaycanda bərk buğdadan çörək istehsalında da istifadə edənlər var. Çörəyə bərk buğda qatmaq olarmı? Əsas sual: Rusiyanın qoyduğu qadağa çörəyin qiymətinin qalxmasına səbəb olacaqmı? Ətraflı İctimai TV-nin süjetində:
2023-12-18
814,528
Təxirə salınan reyslərin sərnişinləri Naxçıvana çatdırıldı
Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin təxirə salınan reyslərinin sərnişinləri Naxçıvana çatdırılıb. Bu barədə Axar.az-a AZAL-ın mətbuat xidmətindən bildirilib. Qeyd edək ki, ötən gün Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan J2-251, J2-255 və J2-265 nömrəli reyslərinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (güclü duman) gecikib. Bakıdan Naxçıvana yola düşməli olan J2-253 nömrəli reys J2-251 nömrəli reys ilə birləşdirilib.
2023-12-18
814,529
NASA-dan yeni kəşf: Yeraltı okeanlar...
NASA kəşf edilmiş 17 ekzoplanetin qalın buz təbəqələrinin altında yeraltı okeanların ola biləcəyini müəyyən edib. Axar.az xəbər verir ki, bu barədə "Astrofizikal Jurnal" məlumat yayıb. "Bu, həyatın kimyəvi əlamətlərini axtarmaq üçün perspektivli yerlər ola bilər. Onların dəqiq tərkibi qeyri-müəyyən qalsa da, əvvəlki tədqiqatlardan səth temperaturları barədə təxminlər ekzoplanetlərin Yerdən əhəmiyyətli dərəcədə soyuq olduğunu göstərir", - məlumatda deyilir.
2023-12-18
814,531
Şuşaya ilk qar yağdı - Foto
Şuşa şəhərinə mövsümün ilk qarı yağıb. Axar.az xəbər verir ki, gecə yağan qar və səhər şəhəri bürüyən duman Şuşanın gözəlliyinə xüsusi çalar qatıb. Şuşadan fotoları təqdim edirik.
2023-12-18
814,534
Ərdoğan Budapeştə 8 nazirlə gedir: 16 saziş olacaq
Ankara və Budapeşt Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Macarıstana səfəri çərçivəsində iqtisadiyyat, ticarət, müdafiə sənayesi, enerji və mədəniyyət sahələrində müxtəlif sazişlər imzalayacaqlar. Axar.az xəbər verir ki, bu barədə “Axşam” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb. “Bütün nazirliklər Macarıstan ilə çox sıx əməkdaşlıq edir. Prezident Ərdoğanı səkkiz nazir müşayiət edəcək. Səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə 16 sənədin imzalanması gözlənilir”, - məlumatda bildirilib. Qeyd edək ki, Ərdoğanın Macarıstana bu gün səfər edəcəyi gözlənilir.
2023-12-18
814,536
Azərbaycan musiqisinə görə restoran bağlandı
Təbrizin Xosrovşah qəsəbəsində fəaliyyət göstərən restoran Azərbaycan musiqisi səsləndirildiyinə və məcburi hicab qaydalarını pozduğuna görə bağlanıb. Axar.az xəbər verir ki, bu barədə Təbrizin polis rəisi Yədulla Cahanara bildirib. O, restoranda baş verənləri əxlaq və ictimai normaların pozuntusu kimi qələmə verib, bu səbəbdən iş yerinin fəaliyyətinə qadağa qoyulduğunu söyləyib. Qeyd edək ki, cari ildə oxşar ittihamlara görə İranda 3 minə yaxın obyektin fəaliyyəti qadağan edilib.
2023-12-18
814,539
Asya süni tənəffüs aparatına qoşuldu
İki gün əvvəl reanimasiyaya yerləşdirilən bloger Asya Aslanovanın vəziyyəti pisləşib və o, süni tənəffüs aparatına qoşulub. Kult.az xəbər verir ki, bu barədə bloger Ramal İsayev məlumat yayıb. "Hazırda xəstəxanadayam. Dünəndən bəri Asyanın vəziyyəti yenidən ağırlaşıb. Aparata qoşublar", - o bildirib. Xatırladaq ki, dekabrın 16-da bloger Asya Aslanova (AsyaFuad) ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Blogerin vəziyyəti dişini müalicə etdirəndən sonra pisləşib. Belə ki, o, ağıl dişini çəkdirərkən narkozda olub və qanına infeskiya keçib.
2023-12-18
814,541
663-cü gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 663-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 347 160 hərbçi, 5 783 ədəd tank, 10 752 ədəd zirehli döyüş maşını, 8 175 ədəd artilleriya sistemi, 926 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 610 hava hücumundan müdafiə sistemi, 324 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 822 ədəd avtomobil texnikası, 6290 ədəd PUA, 1 610 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 198 xüsusi avadanlıq itirib.
2023-12-18
814,545
Laçına yağan ilk qarın - Videosu
Dekabrın 17-si gecə saatlarından başlayaraq Laçın şəhərinə mövsümün ilk qarı yağıb. Axar.az xəbər verir ki, gecə yağan qar Laçın şəhərini ağ örpəyə bürüyüb. Laçından videonu təqdim edirik:
2023-12-18
814,547
Prezidentliyə namizədlərin sayı 7-yə çatdı - Adlar
10:40 Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyevin, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin və keçmiş Azərbaycan Liberal Demokrat Partiyasının (1 apreldə partiya özünü buraxıb - red.) sədri Fuad Əliyevin növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizədlikləri irəli sürülüb. Axar.az xəbər verir ki, bununla da Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı 7-yə çatıb. Qeyd edək ki, bundan öncə Prezident İlham Əliyevin (Yeni Azərbaycan Partiyası), Fazil Mustafanın (Böyük Quruluş Partiyası), Elşad Musayevin (Böyük Azərbaycan Partiyası) və Zahid Orucun (Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri) prezidentliyə namizədliyi irəli sürülüb.
2023-12-18
814,548
Orban Kremlin “Troya atı”dır - Dvorjak
Macarıstan Baş naziri Viktor Orban Avropanın birliyini pozan və Rusiyanın maraqlarını qoruyan “Troya atı”dır. Axar.az xəbər verir ki, bunu Çexiyanın Avropa işləri naziri Martin Dvorjak deyib. “Bu gün Orban intensiv və təəssüf ki, getdikcə daha effektiv şəkildə bu birliyi məhv edən və Ukraynaya məhəl qoymamalı olduğumuzu göstərməyə çalışan “Troya atı”dır”, - Dvorjak bildirib. Onun sözlərinə görə, Orban veto hüququndan sui-istifadə etməklə Avropanı şantaj edir: “Məncə, bunun əsl adı şantajdır. Düşünürəm ki, bu, Macarıstanın deyil, Rusiyanın maraqlarını qorumaq üçün vetodan sui-istifadədir”.
2023-12-18
814,554
Abşeronda üç qumbara tapıldı - Video
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub. Bu barədə Axar.az-a FHN-dən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 2 ədəd RQO əl qumbarası, 2 ədəd UDZ partladıcısı, 12 ədəd müxtəlif çaplı mərmi və 1 ədəd RDQ tüstü qumbarası olduğu müəyyən edilib. Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
2023-12-18
814,555
Rusiyanın Ermənistana qiymət güzəştinin səbəbi…
Unutmayaq ki, qazın qiyməti siyasidir. Bu, mübadilə məhsulu deyil, regional məhsul olduğundan, qiymət bölgədən asılı olaraq dəyişir. Rusiya qazının qiymətinə müəyyən siyasi komponent də daxildir. Axar.az xəbər verir ki, bunu enerji təhlükəsizliyi üzrə erməni ekspert Armen Manvelyan deyib. “Hazırda İrəvan üçün qazın qiyməti min kubmetr üçün 175 dollardır. Ermənistan-Rusiya münasibətlərini nəzərə alsaq, bu, aydın siyasi qiymətdir. İrəvanın aşkar antirusiya siyasəti nəticəsində yanvarın 1-dən qazın qiymətinin qalxa biləcəyi ilə bağlı ehtimallar var idi. Ermənistandakı mövcud rejim bir çox cəhətdən ruslar üçün faydalıdır və Ukrayna Rusiyanın əsas problemi olaraq qaldığı müddətdə onlar heç bir kəskin addım atmayacaqlar. Rusların 2024-cü il yanvarın 1-dən Ermənistan üçün qazın qiymətini artırmamaq qərarı bir daha göstərir ki, onların başqa prioritetləri var. Sərkisyanın Ermənistan prezidenti olduğu dövrdə İrəvanın AB ilə yaxşı münasibət qurmaq istəyinə cavab olaraq ruslar həm qazın, həm də uranın qiymətini dəfələrlə qaldırmışdılar. Bu müddət ərzində Rusiya tərəfi mütəmadi olaraq “Lars” keçid məntəqəsini bağlayıb, Ermənistanın kənd təsərrüfatı məhsullarının Rusiyaya idxalını qadağan edib və qazın qiymətini qaldırıb. Ermənistan Aİİ-yə daxil olanda qazın qiyməti aşağı düşüb”, - o bildirib.
2023-12-18
814,556
Bakıda uzunluğu 7 km olan velosiped yolu salınacaq
Mobillik layihəsində velosiped və skuterlər də nəzərə alınıb. İlk mərhələdə Bakıda uzunluğu 7 kilometr olan velosiped yolu salınacaq. Axar.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Azərbaycanda Mobilliyin Transformasiyası Proqramı”nın təqdimatında bildirib. O əlavə edib ki, piyadaların hərəkəti üçün müvafiq infrastrukturun yaradılması istiqamətində də işlər davam etdirilir: “Taksi xidməti də həmçinin, diqqət mərkəzindədir. Ötən dövr ərzində bir sıra qanunlara dəyişiklik edilib. Bundan sonra, alt qaydalara dəyişikliklər gözlənilir. Ardınca yeni qanunvericiliyin tətbiqinə başlanılacaq”.
2023-12-18
814,562
Zirəddin: Seçkidən sonra 3 siyasi sima…
Azərbaycanda prezident seçkilərindən sonra əhəmiyyətli kadr dəyişikliyi görürəm. Bu sözləri Axar.az-a açıqlamasında ekstrasens Zirəddin Rzayev 2024-cü il 7 fevralda baş tutacaq prezident seçkiləri ilə bağlı deyib. O bildirib ki, 3 tanınmış siyasi sima vəzifəsi ilə vidalaşacaq. Z.Rzayev Prezident İlham Əliyevin seçkidə qalib gələcəyinə şübhə olmadığını da əlavə edib.
2023-12-18
814,564
Avtobuslarda gediş haqqı bu cür ödəniləcək - Yenilik
Azərbaycanın ictimai nəqliyyatda bütün növ ödəniş vasitələrindən istifadəyə imkan yaratmaq məqsədilə mövcud nağdsız ödəniş sistemi üzərində təkmilləşdirmə işləri aparılır. Axar.az xəbər verir ki, bunu “Azərbaycanda mobilliyin transfirmasiyası proqramı”nın təqdimatında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib. Onun sözlərinə görə, sistem yeniləndikdən sonra təmassız texnologiyanı dəstəkləyən, bütün bank kartları və mobil cihazlar vasitəsilə ödəniş etmək mümkün olacaq: “Gələn aydan bir neçə marşrutda ödənişin bank kartı ilə edilməsi sınaqdan keçiriləcək. Sınaqlardan sonra gələn ilin ilk rübünün sonunda yeni ödəniş sisteminin ilkin tətbiqinə başlanılması nəzərdə tutulur”.
2023-12-18
814,566
Rəsul Quliyev ABŞ-dakı lüks villasını bu qiymətə satdı - Foto
Milli Məclisin sabiq sədri Rəsul Quliyev ABŞ-nin Florida ştatındakı villalarından birini satıb. Axar.az xəbər verir ki, bununla bağlı jurnalist Cavanşir Həsənli sosial şəbəkədə məlumat yayıb. O qeyd edib ki, lüks villa 510 min dollara satılıb: “Keçmiş spiker və onun həyat yoldaşı Elmira Quliyeva Palm Coast, Allen Ethan 95 ünvanındakı 292 kv.metr sahəsi olan əmlakına 510 min dollara müştəri tapıb. Villa 2007-ci ildə inşa olunub, həyətində qapalı hovuzu var”. Qeyd edək ki, Rəsul Quliyev 1996-cı ildən ABŞ-də yaşayır.
2023-12-18
814,568
İlham Əliyev Qətər əmirini təbrik etdi
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu göndərib. Axar.az məktubun mətnini təqdim edir: "Əlahəzrət, Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Əminəm ki, xoş ənənələrə əsaslanan Azərbaycan-Qətər dövlətlərarası əlaqələrinin möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi üçün bundan sonra da birgə səylərimizi davam etdirəcəyik. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Qətər xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
2023-12-18
814,573
Serbiyada Azərbaycanın dostu qalib gəldi
Serbiyada ötən gün baş tutan parlament seçkilərinin ilkin nəticələri açıqlanıb. Axar.az xəbər verir ki, seçki bülletenlərinin 97,22%-i sayıldıqdan sonra Prezident Aleksandr Vuçiçin koalisiyasının 47,36% səslə liderlik etdiyi üzə çıxıb. Müxalifət koalisiyası isə 22,7% səs toplayıb. “Bu, mütləq qələbədir və məni çox sevindirir. Əvvəlki dövrdə nələrə nail olduğumuzu və qarşıda bizi hansı çətin dövrün gözlədiyini bilirik”, - Vuçiç tərəfdarları qarşısında çıxışı zamanı deyib. Vuçiç qarşıda onları Kosova ilə çətin danışıqların gözlədiyini də qeyd edib.
2023-12-18
814,574
Saxta tibbi sənədlər verən vəzifəlilər ifşa edildi
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib. Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” publik hüquqi şəxsin əməkdaşlarının qanunsuz əməlləri barədə həmin qurumdan daxil olmuş məlumat əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Aparılmış ilkin araşdırma zamanı 2023-cü ilin fevral-may aylarında qeyd olunan tibb müəssisəsinin vəzifəli şəxsləri tərəfindən Mərkəzə müraciət etmiş çoxsaylı sağlam vətəndaşın hematoloji müayinədən keçirilmədən adlarına qanın bədxassəli xəstəliyi ilə bağlı saxta diaqnozların rəsmiləşdirilməsinə, bu yolla da onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq qurumlarına təqdim etmələri üçün əlilliyin təyin olunması və hərbi xidmətdən azad olunma hüququ verən saxta tibbi sənədlərlə təmin edilməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə təqsirli şəxslərin və onların əlbir olduğu digər şəxslərin dəqiq dairəsinin müəyyən olunması istiqamətində istintaq davam etdirilir.
2023-12-18
814,577
Sosial yardım alanlara şad xəbər: Pullar tez ödəniləcək
Ünvanlı sosial yardım dekabr ayı üçün hər zamankından daha tez ödəniləcək. Axar.az xəbər verir ki, bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Qeyd edilib ki, dekabr ayının sosial yardımları bayramla əlaqədar olaraq hər zamankından daha tez - dekabrın 22-nə kimi ödənilib yekunalaşacaq. Ünvanlı sosial yardımən ödənilməsinə adətən hər ayın 25-indən sonra başlanılırdı.
2023-12-18
814,579
PFL əməkdaşlarının son durumu - Açıqlama
Mən, Elgiz Abbasov və Zaur Hacıməhərrəmov - üçümüz də yaxşıyıq. Elgiz bəyin sağ ayağı, mənim isə sol ayağım və baş barmağım qırılıb, Zaur bəyin burnu sınıb, çiynində də çat var. Bu sözləri Axar.az-a açıqlamasında Peşəkar Futbol Liqasının mətbuat katibi Sənan Abdullayev Xankəndi şəhəri istiqamətində avtoqəzaya düşən PFL rəsmilərinin səhhəti ilə bağlı danışarkən deyib. “Əsas narahatlıq PFL prezidenti Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyevdəndir. Çünki onlar əməliyyat olunublar və reanimasiyadadırlar. Deyilənə görə, hər şey yaxşıdır. Onların tam sağalması üçün 3-6 ay zaman lazım olacaq”, - Abdullayev bildirib. Mətbuat katibi bildirib ki, Elxan Səmədovun əməliyyat olunması üçün xüsusi təyyarə ilə Türkiyəyə aparılacağı nəzərdə tutulurdu: “Ancaq buna ehtiyac olmadı, Bakıda əməliyyat edildi”.
2023-12-18
814,580
Mədəni irsin bir hissəsini qoruya bilmədik - Nazir müavini
Dövlət tərəfindən həyata keçirilən tədbirlərə baxmayaraq, mədəni irsin bir hissəsini dağıdılmaqdan və itməkdən xilas edə bilməmişik. 30 ilə yaxın Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə toponimlər dəyişdirilib, xalqımızın mədəni-təbii irsi dağıdılıb, qanunsuz istismar edilib, mənşəyi saxtalaşdırılaraq Ermənistana və xaricə ölkələrə daşınaraq, erməni irsi kimi təqdim edilib. İşğal dövründə 47 abidə yer üzündən silinib. Kult.az xəbər verir ki, bu sözləri mədəniyyət nazirinin müavini Səadət Yusifova “Mədəni irs” forumunda çıxışı zamanı deyib. O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə mədəni irs nümunələrinin dövlət qeydiyyatına alınması və pasportlaşdırılması prosesi başlayıb. Ümumilikdə, Qarabağ və Şərqi Zəngəzurda 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb.
2023-12-18
814,581
Qubadlının Xanlıq kəndi belə olacaq - Video
Qubadlı rayonunun Həkəri çayının sahilində yerləşən Xanlıq kəndi yenidən qurulacaq. Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən Axar.az-a verilən məlumata görə, kənd işğal dövründə tamamilə dağıdılıb. Xanlıq kəndi ərazisində yaşayış evləri və infrastruktur yararsız vəziyyətə salınıb. Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən bu il mayın 4-də Xanlıq kəndinin təməli qoyulub. I mərhələdə Xanlıq kəndində iki, üç, dörd və beş otaqlı fərdi yaşayış evlərinin, inzibati binaların və ictimai-iaşə obyektlərinin tikintisi planlaşdırılır. Burada əhalinin dayanıqlı məskunlaşması üçün hər şərait yaradılacaq.
2023-12-18
814,588
Bu institutda da ölüyə Quran oxumağı öyrədəcəklər?
İlahiyyat Kollecinin yaradılmasını alqışlayıram. Amma bir vacib məsələni qeyd etmək lazımdır. Orada dərs deyən müəllimlərin özləri mövhümatı, xurafatı gənclərimizə fərqli bir formada çatdıracaqlarsa, onda bu, eyni ənənəvi təhsilin davamı olacaq. Bu sözləri Axar.az-a ilahiyyatçı alim Elşad Miri deyib. “Yəni buradan bu gün çox böyük bir nəticə gözləmək əbəs olar. Dini Komitədə çalışanlar və onların daxilində fəaliyyət göstərən İlahiyyat İnstitutunun, kollecinin müəllimləri nə qədər gizlətməyə çalışsalar da, hansısa məzhəbə mənsubdurlar. Bu insanlar öz məzhəblərinə zidd gedə bilməz. Beləliklə, müəllimlər şüuraltında öz fikirlərini ötürür. İlahiyyat İnstitutunun müəllimləri video hazırlayaraq ölüyə Quran oxumağı əsaslandırmağa çalışır. Mən də deyirəm ki, ölüyə Quran oxumaq olmaz. Konkret olaraq bu məsələlərlə bağlı məni özləri üçün hədəfə çeviriblər”, - Miri bildirib.
2023-12-18
814,589
Sabahın hava proqnozu açıqlandı
Bakıda və Abşeron yarımadasında dekabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.
2023-12-18
814,593
Vətən müharibəsi qazisi vəfat etdi - Foto
Vətən müharibəsi qazisi Orxan Quliyev vəfat edib. Axar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, 24 yaşlı qazi axşam saatlarında dünyasını dəyişib. O, bu gün torpağa tapşırılacaq. Qeyd edək ki, Sabirabad rayonunun Azadkənd kənd sakini Orxan Cümşüd oğlu Quliyev Vətən müharibəsində bir ayağını itirib. O, Ağdamda gedən döyüşlər zamanı ayağından qəlpə yarası alaraq Bakıda hospitala yerləşdirilib və əməliyyat olunub, amma sağalaraq 14 gündən sonra təkrar döyüşlərə qatılıb. Müharibədən sonra isə ayağındakı şiş səbəbilə yatağa məhkum olub. O, sağ baldırında olan şiş toxumasının böyüməsi səbəbindən bu ilin aprelin 18-də Sabirabad Rayon Mərkəzi Xəstəxanasından Milli Onkologiya Mərkəzinə göndəriş əsasında əməliyyat olunub və ayağı amputasiya edilib. Allah rəhmət eləsin!
2023-12-18
814,596
Bakı-Sumqayıt yolunda cəza tədbirləri sərtləşdiriləcək
Bakı-Sumqayıt yolunda ictimai nəqliyyatın axınını yaxşılaşdırmaq məqsədilə salınan avtobus zolağına qanunsuz daxil olan digər nəqliyyat vasitələri üçün cəza tədbirləri sərtləşdiriləcək. Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün keçirilən Azərbaycanda Mobilliyin Transformasiyası Proqramının təqdimatında çıxışı zamanı deyib. Nazir müavini bildirib ki, bu istiqamətdə aidiyyəti qurumlarla danışıqlar aparılır: “Bir sıra yeni nəzarət mexanizmi və müasir nəzarət cihazları tətbiq edilə bilər. Lakin bu məsələ hələ danışıqlar ərəfəsindədir, yekun razılıq alındıqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək. Hazırkı vəziyyətdə avtobus zolağına qanunsuz daxil olan nəqliyyat vasitələri qanunla 40 manat məbləğində cərimə olunur. Ola bilər ki, bu cərimə məbləği bəzi sürücülər üçün o qədər də böyük rəqəm deyil. Lakin biz bu problemin həlli üçün daha ağır cəza tədbirlərinin tətbiqini həyata keçirəcəyik”.