date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2023-12-16 | 814,140 | Kəmaləddin Heydərov cari ildə görülən işlərdən danışdı | Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 18-ci ildönümü və işçilərinin peşə bayramı münasibətilə Nazirliyin inzibati binasında təntənəli iclas keçirilib. Qurumdan Axar.az-a bildirilib ki, əvvəlcə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə nazirliyin kollektivi Fəxri xiyabana gələrək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üstünə tər çiçəklər düzülüb. Sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri qoyulub. Fövqəladə Hallar Nazirliyinin inzibati binasında keçirilən iclas Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə, əvvəlcə, Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi tərəfindən Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar hazırladığı “Heydər Əliyev və əhalinin təhlükəsizliyi” mövzusunda film nümayiş olunub. İclasda çıxış edən nazir Kəmaləddin Heydərov 2023-cü ilin - Azərbaycan xalqının böyük ehtiram və fəxarət hissi ilə qeyd etdiyi “Heydər Əliyev İli”nin tariximizə taleyüklü əhəmiyyətli hadisələrlə - möhtəşəm uğurlar, hərbi zəfərlər və strateji hədəflərin reallaşması ilə həkk olunduğunu deyib. 2020-ci ildə Vətən müharibəsində ərazi bütövlüyümüzün bərpa olunması və parlaq Zəfər qazanılmasını dövlətçilik tariximizin ən mühüm hadisəsi kimi qiymətləndirən nazir Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə bu il sentyabrın 19-da keçirilən və 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin tam bərpasını qürur hissi ilə xatırladıb. Nazir vurğulayıb ki, bugünkü Azərbaycanın tarixi nailiyyətlərinin möhkəm təməlləri məhz 1993-2003-cü illərdə qoyuldu. Müdrik uzaqgörənliyi, zəngin siyasi təcrübəsi, möhkəm iradəsi və sonsuz Vətən sevgisi sayəsində ölkəmizi zamanın çox keşməkeşli sınaqlarından uğurla çıxaran Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyini və dönməzliyini təmin etdi. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi siyasi kursu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmiz sürətlə inkişaf edir, yeni-yeni nailiyyətlərə imza atır. İşğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən nəhəng layihələr, görülən misilsiz işlər Azərbaycanın gücünü, qüdrətini dünyaya bir daha nümayiş etdirir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birlikdə işğaldan azad edilmiş rayonlarımıza mütəmadi səfərləri və burada aparılan yenidənqurma işlərini şəxsən nəzarətdə saxlamaları Qarabağın və Şərqi Zəngəzurun dirçəlişini daha da sürətləndirib. Sözünə davam edən Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin cari ildə ölkə başçısının tapşırıqlarına və fəaliyyət istiqamətlərinə uyğun olaraq üzərinə düşən vəzifələrin öhdəsindən uğurla gəldiyini bildirib. İşğaldan azad olunmuş bölgələrdə əhalinin və ərazilərin təhlükəsizliyinin, insanların həyat fəaliyyətinin təmin edilməsi sahəsində aidiyyəti üzrə müvafiq tədbirlərin davam etdirildiyini bildirib. Qeyd olunub ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin “N” saylı xüsusi təyinatlı hərbi hissəsi tərəfindən işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işləri fasiləsiz davam etdirilir. Bu işlərdə ölkə başçısının diqqət və qayğısı sayəsində alınmış ən müasir minatəmizləyən robotlar da tətbiq olunur. İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi daim nəzarətdə saxlanılıb, baş verən yanğınların operativ söndürülməsi təmin edilib. Nazirliyin nəzarət qurumları tərəfindən ərazilərdə aparılan yenidənqurma layihələri ilə əlaqədar müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Nazir bu il də ölkə ərazisində yanğın təhlükəsizliyi sahəsində əməliyyat şəraitinin diqqət mərkəzində saxlanıldığını, yanğın hadisələrinin qarşısının çevik alınaraq yayılmasına və ağır fəsadlarla nəticələnməsinə imkan verilmədiyini bildirib. Respublika üzrə cari il ərzində 13891, o cümlədən Bakı şəhərində 4462, işğaldan azad olunmuş ərazilərdə 204 yanğın hadisəsi qeydə alınıb ki, bu da orta hesabla hər gün 42 yanğına çıxış deməkdir. Yanğınlardan 15 yanğın yüksək saylı çağırışla söndürülüb. Ümumilikdə, yanğınların söndürülməsi zamanı 94 dövlət və 396 özəl obyekt, 334 çoxmənzilli bina, 514 fərdi ev, 455 yardımçı tikili, 304 ədəd müxtəlif təyinatlı texnika mühafizə olunub, 16 nəfərin həyatı real təhlükədən xilas edilib. Baş vermiş yanğınların söndürülməsi zamanı insan həyatı üçün təhlükə faktorları nəzərə alınaraq 762 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. K.Heydərov qeyd edib ki, xüsusi riskli xilasetmə qrupları 1286 müxtəlif xarakterli axtarış və qəza-xilasetmə əməliyyatları zamanı 1432 nəfər zərərçəkmişi xilas edib, həmçinin 93 nəfərin cəsədi deformasiyaya uğramış nəqliyyat vasitələrindən, bağlı qapı arxasından və dağıntılar altından çıxarılıb. Bununla bərabər, yanğınsöndürən-xilasedicilər tərəfindən 168 nəqliyyat və digər qəzalarda 269 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrindən çıxarılaraq ərazi üzrə tibb məntəqələrinə çatdırılıb, həlak olmuş 61 nəfərin cəsədi avtomobillərdən çıxarılıb. Həmçinin, 17 partlayış hadisəsi ilə əlaqədar xəsarət almış 20 nəfər və həlak olan 5 nəfərin meyiti dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 2023-cü il ərzində dalğıc-xilasedicilər tərəfindən nəzarət olunan çimərlik ərazilərində batmaq təhlükəsi ilə üzləşmiş 110 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə 94 nəfər olmaqla, cəmi 204 nəfər xilas edilib, nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə suda batmış 64 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib. Qeyd edilib ki, cari il ərzində müxtəlif məsələlərlə, o cümlədən yanğın, partlayış, avtoqəza, tikintidə, sənayedə və dağ-mədən işlərində təhlükəsizlik qaydalarının pozulması və digər məsələlərlə bağlı “112” qaynar telefon xəttinə ümumilikdə 1 milyon 400 minə yaxın və ya orta hesabla hər gün 5 minə yaxın zəng daxil olub. Yanğın nəzarəti məqsədilə sosial, sənaye, nəqliyyat, rabitə, kənd təsərrüfatı obyektlərində, xidmət sahələrində və digər təyinatlı 66 mindən artıq obyektdə yanğın-tехniki müayinələr aparılıb, aşkar еdilmiş çatışmazlıqların aradan qaldırılması üçün оbyеkt rəhbərlərinə və sahiblərinə 390 minə yaxın tələbi özündə əks etdirən tələbnamə məktubları vеrilib, eyni zamanda, 220 mindən artıq vətəndaş yanğın təhlükəsizliyi barədə təlimatlandırılıb. Bundan əlavə, təyinatından asılı olmayaraq fiziki və hüquqi şəxslər tərəfindən tikinti işləri aparılan 4080 obyektdə tikintiyə dövlət nəzarəti aparılıb. Sənayedə və dağ-mədən işlərində təhlükəsizliyə nəzarət məqsədilə 2909 müəssisədə 34 mindən artıq təhlükə potensiallı qurğu və avadanlıq üzrə texniki müayinələr keçirilib, həmçinin 5680 nəfər fəhlə və mühəndis-texniki işçinin texniki təhlükəsizlik qaydaları üzrə bilikləri yoxlanılıb. Əhalinin və ətraf mühitin radiasiya təhlükəsizliyinin təmin edilməsi və ionlaşdırıcı şüalanma mənbələrinin fiziki mühafizəsinin təşkilinin yoxlanılması məqsədilə tibb, sənaye və elmi-tədqiqat müəssisələrində 272 nəzarət-yoxlama tədbiri, eyni zamanda radioaktiv mənbələrin idxal-ixrac əməliyyatları zamanı 353 radioaktiv mənbənin eyniləşdirilməsi və dozimetrik nəzarəti həyata keçirilib. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, fiziki və hüquqi şəxslərə məxsus 98 kiçikhəcmli gəmi ilkin dövlət qeydiyyatına alınıb, gəmi sahiblərinin müraciətinə əsasən 2164 kiçikhəcmli gəmiyə texniki baxış keçirilib. Nazir onu da bildirib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri, tibb personalı və digər mütəxəssisləri cari ilin fevral ayında Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması, axtarış-xilasetmə əməliyyatlarının aparılması, əhaliyə tibbi və psixoloji yardım göstərilməsi, həyat təminatı vasitələri ilə təmin edilməsi tədbirlərini uğurla yerinə yetirib. Çıxışının sonunda nazir Kəmaləddin Heydərov əminliklə bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ideyalarından güc alan, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısını gündəlik fəaliyyətlərində yaxından hiss edən Fövqəladə Hallar Nazirliyinin kollektivi Azərbaycan vətəndaşlarının dincliyinin, rahatlığının və təhlükəsizliyinin qoruması istiqamətində əməli fəaliyyətini bundan sonra da şərəflə davam etdirəcək. Sonra Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi tərəfindən hazırlanmış və Nazirliyin qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələ zamanı fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub. Daha sonra “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxunub, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 15 dekabr 2022-ci il tarixli Sərəncamla təltif olunmuş Nazirliyin əməkdaşlarına təltiflər təqdim olunub. Təltif edilənlər arasında Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər almış qazi Süleyman Heydərov da olub. İclasda xidmətdə fərqlənən əməkdaşların həvəsləndirilməsi tədbirləri haqqında fövqəladə hallar nazirinin əmri barədə də məlumat verilib. Sonda iclas iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət qəbul olunub. |
2023-12-16 | 814,142 | MSK jurnalistlərə xüsusi mükafat verəcək | Mərkəzi Seçki Komissiyası (MSK) jurnalistlərə xüsusi mükafat verəcək. Axar.az xəbər verir ki, bu barədə MSK-nın sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib. Onun sözlərinə görə, hansı media qurumu azad edilən ərazilərdən, Xankəndidən, Xocalıdan ilk məlumatı versə, həmin media qurumuna xüsusi mükafat veriləcək. |
2023-12-16 | 814,145 | Türkiyənin əsas problemlərindən biri... - MHP lideri | Türkiyənin əsas problemlərindən biri müxalifətdir. Axar.az xəbər verir ki, bunu MHP lideri Dövlət Baxçalı deyib. O bildirib ki, çirkin müxalifət özünü yeyən siyasi orqanizmə çevrilib: “Bizim üçün əsl təhlükə xarici düşmənlər deyil, siyasətə yuva salan siyasi fırıldaqçılardır. CHP əslində Türkiyənin təhlükəsizliyi üçün ən böyük problemdir. İYİ Partiyasının daxilində də mövcud problemlər qalmaqdadır. Bir sözlə, düşmənlərimizə işləyən partiyalar demokratiyaya deyil, Türkiyəyə zərər vurur”. |
2023-12-16 | 814,147 | Xankəndidə məhz həmin binada seçici səs verəcək | Azərbaycan seçicisi ilk dəfə Xankəndidə səs verərək tarixə düşəcək. Axar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib. "Xankəndidə məhz həmin binada (Xankəndidə Prezidentin gəzdiyi bina nəzərdə tutulur - red.) Azərbaycan seçicisi səs verəcək. Orada ilk səs verən, 18 yaşı tamam olan və ilk dəfə orada səs verən vətəndaşı da tarixə salacağıq”, - MSK sədri bildirib. M.Pənahov KİV-lərə də çağırış edib: "Azad edilmiş ərazilərdəki seçkilər daha yaxşı işıqlandırılmalıdır. Artıq dünya Azərbaycan xalqının orada oturuşduğunu bilməlidir". |
2023-12-16 | 814,148 | 661-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 661-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 550 təyyarəsi, 259 helikopteri, 9745 PUA-sı, 442 zenit-raket kompleksi, 14 096 tank və digər zirehli texnikası, 1 188 reaktiv yaylım atəş sistemi, 7 353 artilleriya və minaatanı, 16 359 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2023-12-16 | 814,152 | Əli Əsədov Moskvada mühüm tədbirdə - Video | Rusiyanın paytaxtı Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclası başlayıb. Axar.az xəbər verir ki, tədbirdə Azərbaycanı Baş Nazir Əli Əsədov təmsil edir. İclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Ermənistanın nümayəndələri də iştirak edirlər. |
2023-12-16 | 814,153 | Səsvermə günü kimsə ölsə... – Pənahov | Ədliyyə Nazirliyi tərəfindən çox mütərəqqi layihə tətbiq ediləcək. Axar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib. Onun sözlərinə görə, layihə sayəsində, nəinki seçkilərə qədər, hətta səsvermə günü belə kimsə dünyasını dəyişsə, dərhal məlum olacaq: “Seçici siyahılarının dəyişməsi üçün 2 ay uzun müddətdir. Amma yeni layihə ilə biz səsvermə günü də kimsə dünyasını dəyişsə, biləcəyik. Bu, ilk dəfə bizdə tətbiq ediləcək. Penitensiar Xidmətdə də nazirlik səsverməni təmin edəcək”. |
2023-12-16 | 814,158 | Lətifə Soyuöz Filarmoniyadan getdi | Müğənni Lətifə Soyuöz Azərbaycan Dövlət Akademik Filarmoniyasındakı fəaliyyətinə son qoyub. Kult.az xəbər verir ki, vokal ifaçısı bu barədə televiziya verilişlərinin birində danışıb. “Şükür olsun ki, yollarımı ayırdım. Yenilik, fərqlilik istəyirəm. Musiqi sərhədsizdir. 2024-cü ilə doğru gedirik, dünyada musiqi sahəsində başqa məqamlar yaşanır. Baxırsan ki, inkişaf bir yerə qədərdir, buradan o tərəfi yoxdur. Gözləntilərimi qarşılamırdı”, - vokal ifaçısı bildirib. |
2023-12-16 | 814,166 | Müşahidəçilərə dəvət məktubu göndəriləcək | Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkilərini izləyəcək beynəlxalq müşahidəçilərə yaxın günlərdə dəvət məktubu göndərəcək. Axar.az xəbər verir ki, bu barədə MSK sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, budəfəki seçkiləri çoxlu sayda beynəlxalq müşahidəçi izləyəcək: “Biz yaxın günlərdə dəvət məktublarımızı göndərəcəyik”. |
2023-12-16 | 814,169 | Rusiya bu ölkələrin təhlükəsizliyini təhdid edir | Rusiya silah istehsalını əhəmiyyətli dərəcədə artırıb. Axar.az xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib. O bildirib ki, Rusiya Moldova, Gürcüstan və Baltikyanı ölkələrin təhlükəsizliyini təhdid edir: “Avropa yeni hərbi çağırışlarla üzləşə bilər”. Almaniyalı nazir ABŞ-ın siyasətini tənqid edərək vurğulayıb ki, bütün bu proseslər baş verərkən Vaşinqton diqqətini Hind-Sakit okean regionuna yönəldib: “Önümüzdəki hərbi təhdidlərə görə Avropa Birliyi (AB) ölkələri ordularının yenidən silahlanması prosesini sürətləndirməlidir”. |
2023-12-16 | 814,172 | Türk ordusunun məhv etdiyi terrorçuların sayı açıqlandı | Bu il Türkiyənin təhlükəsizlik qüvvələri İraq və Suriyanın şimalı da daxil olmaqla, ümumilikdə 2 min 84 terrorçunu zərərsizləşdirib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə müdafiə naziri Yaşar Gülər məlumat yayıb. Məlumata görə, cari ilin əvvəlindən bu günə qədər 122 terrorçu təslim olub. |
2023-12-17 | 814,174 | Putinin məqsədi: NATO-nu müharibəyə cəlb edir, sonra... | Əgər Rusiya NATO-nun "qırmızı xətti"ni keçərsə, Alyansdan cavab zərbəsi alacaq. Axar.az xəbər verir ki, bu açıqlama ilə ukraynalı hərbi ekspert Oleq Jdanov çıxış edib. Ekspertin fikrincə, Alyans Ukraynadakı müharibədən uzaqlaşır: “Nəzərinizə çatdıraq ki, NATO bizə heç bir avadanlıq, silah və ya sursat vermir. NATO müharibənin ilk ayında dərman, yanacaq şəklində 50 tonluq humanitar yardım etdi. Sonra da NATO müharibədən uzaqlaşmağa başladı. Biz NATO blokundan kənarda birbaşa tərəfdaş ölkələrimizlə işləyirik. Ona görə də NATO-nun qəti addım atmaqdan niyə belə qorxduğunu izah etməyə çalışdım. Çünki bu münaqişəyə cəlb olunmaq istəmir”. Jdanov hesab edir ki, Alyans Ukrayna konfliktinin dünya müharibəsinə çevriləcəyindən qorxur və hadisələrin bu cür inkişafı ilə Kreml rəhbəri Putin “qırmızı düyməni” basıb nüvə zərbəsi endirə bilər. Ekspert əlavə edib ki, hazırda Rusiya NATO-nu münaqişəyə təhrik edərək, cavab addımları atmaq istəyir: “Rusiya çox alçaq, iyrənc şəkildə oynayır. NATO-nu qəti addım atmağa təhrik edir, sonra Putin onları təcavüzdə ittiham edəcək, özünü sülhməramlı kimi təqdim edəcək və danışıqlar prosesini təklif edəcək". |
2023-12-16 | 814,176 | İsrail Hizbullah hədəflərinə yeni zərbələr endirdi | İsrail hərbçiləri Livandakı Hizbullah təşkilatının obyektlərinə yeni aviazərbələr endiriblər. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. "Hərbi Hava Qüvvələrinin qırıcıları bu yaxınlarda Hizbullah terror təşkilatının bir sıra hədəflərinə, o cümlədən terror infrastrukturuna hücum etdilər", - məlumatda qeyd edilib. Bundan başqa, son bir neçə saat ərzində Livan tərəfindən İsrail istiqamətində bir neçə mərmi atılıb. Buna cavab olaraq İsrail artilleriyası Livan ərazisinə zərbələr endirib. |
2023-12-16 | 814,178 | Göyçayda da vətəndaşlardan odlu silahlar götürüldü | Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə tədbirlər keçirilib. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Qeyd olunur ki, əməliyyat tədbirləri ilə rayon sakinlərindən müvafiq sənədləri olmayan ümumilikdə 3 ədəd müxtəlif markalı ov tüfəngləri götürülüb. |
2023-12-16 | 814,179 | Türkiyənin daha bir məşhur müğənnisi Bakıya gəlir | Türkiyənin məşhur müğənnisi Simgə Bakıda konsert verəcək. Kult.az xəbər verir ki, bu barədə İticket.az saytı məlumat yayıb. Konsert 24 fevral tarixində Bakı Konqres Mərkəzdə baş tutacaq. Konsert üçün biletlərin qiyməti minimum 30, maksimum isə 340 manatdır. |
2023-12-16 | 814,180 | Kaçinskinin ölümünü araşdıran komissiya ilə bağlı qərar | Polşanın yeni hökuməti keçmiş prezident Lex Kaçinskinin və göyərtəsində olan daha 95 nəfərin öldüyü Tu-154 təyyarəsinin Smolensk yaxınlığında qəzaya uğramasının səbəblərini araşdıran komissiyanı ləğv edib. Axar.az xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Sezar Tomçik məlumat verib. O qeyd edib ki, faciənin araşdırılması üçün yüz milyonlarla vəsait xərclənib. Polşa Müdafiə Nazirliyinin əmrinə əsasən, ləğv edilmiş komissiyanın üzvləri işlədikləri bütün sənədlər, əmlak və avadanlıqlar barədə dekabrın 18-dək hesabat verəcəklər. Eyni zamanda, komissiyanın özünün işini qiymətləndirəcək qrup yaradılacaq. Qeyd edək ki, Tu-154M 2010-cu ildə Smolenskdə qəzaya düşüb. Qəza nəticəsində Polşa Prezidenti Lex Kaçinski də daxil olmaqla, təyyarədəki 96 nəfərin hamısı həlak olub. |
2023-12-16 | 814,181 | Bütün Qarabağda dalğalanan şanlı bayraq... - Gülər | Azərbaycanla sarsılmaz həmrəyliyimizi ən yüksək səviyyəyə qaldıracağıq. Axar.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Yaşar Gülər deyib. “Bütün Qarabağda dalğalanan şanlı Azərbaycan bayrağından və terror ünsürlərinə qarşı həyata keçirilən antiterror əməliyyatından böyük məmnunluğumuzu bildiririk”, - Y.Gülər qeyd edib. |
2023-12-16 | 814,182 | İsrail hərbçiləri AA fotoqrafını döydü - AB-dən reaksiya | Biz öz vəzifəsini yerinə yetirən jurnalistlərin fiziki hücumlarını, əsassız həbslərini və öldürülməsini pisləyirik. Axar.az xəbər verir ki, bu barədə Avropa Birliyindən Qəzzadakı vəziyyətlə bağlı bəyanatda bildirilib. Qeyd edək ki, İsrail hərbçiləri Anadolu Agentliyinin (AA) fotoqrafını döyüb. |
2023-12-16 | 814,183 | İlham Əliyev Küveytə başsağlığı verdi | Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha başsağlığı məktubu ünvanlayıb. Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Başsağlığı məktubunda qeyd olunur: "Qardaşınız – Küveyt Dövlətinin Əmiri Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq. Bu ağır anlarda dərdinizə şərik çıxır, Sizə, ailənizin bütün üzvlərinə, Küveyt Dövlətinin dost xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!" |
2023-12-16 | 814,184 | Hələ də İsveçdən bu addımı gözləyirik - Ankara | Türkiyə hələ də NATO-ya üzv olmaq üçün müraciət edən İsveçdən terrorla mübarizə sahəsində öhdəliklərini yerinə yetirməsini gözləyir. Axar.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib. "İsveçdən danışırıqsa, onda qanunvericiliyə edilən düzəlişlərin heç bir mənası yoxdur. Bu öhdəliklərin konkret əməli addımlar atmaqla yerinə yetirilməsi bizim üçün vacibdir”, - nazir bildirib. |
2023-12-16 | 814,190 | Bu amil Bakı ilə İrəvan arasında sülhü tələb edir | Cənubi Qafqazda təhlükəsizliyin və sülhün bərqərar olması Azərbaycan və Ermənistan arasında hərtərəfli və daimi sülh müqaviləsinin bağlanmasını tələb edir. Axar.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Yaşar Gülər deyib. Gülər iki ölkə arasında sülhü dəstəklədiklərini və tezliklə müsbət nəticə əldə ediləcəyinə inamını ifadə edib. |
2023-12-16 | 814,193 | Misir Küveyt əmirinə görə matəm elan etdi | Misirdə Küveyt Əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatı ilə əlaqədar üç günlük matəm elan olunub. Axar.az xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdülfəttah Sisi fərman imzalayıb. Qeyd edək ki, bu gün Küveyt Əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah 86 yaşında dünyasını dəyişib. |
2023-12-16 | 814,194 | Azərbaycan müəllimlərinin XVI qurultayı başa çatdı | Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayı başa çatıb. Axar.az xəbər verir ki, qurultayın ikinci günündə Prezident İlham Əliyevin təbrik məktubunda əksini tapan konseptual müddəalar ətrafında çıxışları və plenar sessiyalarda irəli sürülən təklifləri nəzərə alaraq qətnamə qəbul edilib. Daha sonra Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər planının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyun tarixli Sərəncamı ilə ali təhsilin bakalavriat səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 tələbəyə “Heydər Əliyev adına təqaüd” təqdim olunub. Qurultay bədii hissə ilə davam edib. İki gün davam edən qurultayda “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan təhsili”, “İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”, “Azərbaycan dili yeni çağırışlar müstəvisində”, “Rəqəmsallaşma, süni intellekt və təhsilin transformasiyası”, “Ümumi təhsilin məzmununa müasir yanaşmalar”, “Ümumi təhsilin idarə olunmasına müasir yanaşmalar”, “Peşə təhsili və gələcək üçün bacarıqlar”, “Müəllim hazırlığı və müəllimlərin peşəkar inkişafının prioritet məsələləri”, “Elm və ali təhsilin inteqrasiyası”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlbi: inklüziv, inteqrasiyalı və xüsusi təhsil”, “Məktəbəqədər təhsilin məzmunu və əhatə dairəsinin genişləndirilməsi”, “Heydər Əliyev adına təqaüd”ə layiq görülmüş tələbələrlə görüş”, “İbtidai təhsildə öyrənmə və öyrətmə müxtəlifliyi”, “Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisinə yeni yanaşmalar”, “Müasir dövrdə təbiət fənlərinin tədrisi”, “Müasir dövrdə riyaziyyat fənninin tədrisi”, “Tarix və coğrafiya fənlərinin tədrisinə yeni baxış”, “Xarici dillərin öyrənilməsi: yeni imkanlar”, “İncəsənət, texnologiya və fiziki tərbiyə fənlərinin kamil şəxsiyyətin formalaşmasında rolu”, “İnnovativ layihələr: STEAM, “Rəqəmsal bacarıqlar” və s. mövzularda panellərdə müzakirələr aparılıb. Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir təşkil edilir. Müstəqillik dövründə Azərbaycan müəllimlərinin 4 qurultayı keçirilib. |
2023-12-16 | 814,195 | Türkiyənin iki ölkə ilə saziş imzalayacağı təsdiqləndi | Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizdə minaların təmizlənməsinə dair müqavilə imzalayacaq. Axar.az xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Yaşar Gülər məlumat verib. Nazir müqavilənin yanvarın 11-də üç ölkənin müdafiə nazirləri tərəfindən İstanbulda imzalanacağını bəyan edib. Qeyd edək ki, daha öncə sözügedən ölkələrin Qara dənizdə minaların təmizlənməsinə dair saziş imzalamağa yaxın olduğu barədə məlumat yayılıb. |
2023-12-16 | 814,196 | "Niva"nın vurduğu piyada yerindəcə keçindi | Cəlilabad rayonunda “Niva” markalı nəqliyyat vasitəsi piyadanı vurub. Axar.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb. "Niva" markalı minik avtomobili piyada Lalə Rüstəmovanı vurub. L.Rüstəmova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. |
2023-12-16 | 814,197 | Ukraynada səfərbərlik: Umerovdan yeni açıqlama | Yerli hakimiyyət orqanlarından səfərbərlik işində daha çox yardım gözləyirik. Axar.az xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Rüstəm Umerov bildirib. Umerov hesab edir ki, Müdafiə Nazirliyinin yerli hakimiyyət orqanları hərbi xidmətə cəlb olunanların və əhalinin milli müqavimətə hazırlanmasına yanaşmaları dəyişməlidir: "Bütün insanlarımız öyrədilməli və hazırlanmalıdır”. Nazir yerli hakimiyyət orqanları ilə işin digər əsas istiqaməti kimi istehkamların tikintisini göstərib: “Bu, ölkəmizi qorumaq üçündür". |
2023-12-16 | 814,201 | "Zirə" səfərdə "Turan"a məğlub oldu | Azərbaycan Premyer Liqasında XVII turun daha bir matçı baş tutub. Axar.az xəbər verir ki, "Zirə" aşağı pillələrdə qərarlaşan "Turan Tovuz"un qonağı olub. Matç meydan sahiblərinin 1-0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 76-cı dəqiqədə Fərid Nəbiyev vurub. Bu nəticədən sonra 8-ci pillədə qərarlaşan "Turan Tovuz" xallarının sayını 19-a çatdırıb. "Zirə" isə 29 xalla 2-ci yerdə qərarlaşıb. Qeyd edək ki, tura dekabrın 18-də keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu ilə yekun vurulacaq. |
2023-12-16 | 814,203 | ABŞ esminesi Qırmızı dənizdə 14 PUA-nı vurdu | Bu gün Qırmızı dənizdəki ABŞ esminesi Yəməndə husilərin nəzarətində olan ərazidən buraxılan 14 PUA-nı vurub. Axar.az xəbər verir ki, bu barədə Pentaqonun Mərkəzi Komandanlığı məlumat yayıb. “Dekabrın 16-da səhər saatlarında ABŞ-ın “Carney” esminesi Qırmızı dənizə Yəməndə husilərin nəzarətində olan ərazidən buraxılan 14 PUA-nı uğurla vurub”, - məlumatda bildirilib. Bildirilib ki, vurulan pilotsuz uçuş aparatları hücum xarakterli dronlar olub. Qırmızı dənizdə gəmilərə heç bir ziyan dəyməyib. |
2023-12-16 | 814,206 | Ağstafa-Bakı qatarı yolda qaldı: ADY məlumat yaydı - Foto | 20:59 Ağstafa-Bakı sərnişin qatarında nasazlıq yaranıb. Axar.az Report-a istinadən xəbər verir ki, Ağstafa-Bakı sürət qatarı Goran stansiyasında yaranmış nasazlıq səbəbindən yolda qalıb. Qatar artıq saat yarımdır yubanır. *** Ağstafa-Bakı sərnişin qatarında hərəkət bərpa olunub. Bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) bildirilib. Qeyd edilib ki, qatarın yolda qalmasına səbəb ərazidə elektrik enerjisi təchizatında problem olmasıdır. Hadisə ilə əlaqədar olaraq ADY əməkdaşları sərnişinlərə tələbatlarına uyğun olaraq isti və soyuq içkilər, şirniyyat və müxtəlif qidalar paylayıb. |
2023-12-16 | 814,208 | Rusiyadan AB-nin 12-ci sanksiya paketinə reaksiya | Rusiyaya qarşı qeyri-qanuni planın bütün hərəkətləri müvafiq cavabını alır. Əvvəl də belə olub, indi də belə olacaq. Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa Birliyinin 12-ci antirusiya sanksiyalar paketini şərh edərkən deyib. “Biz ənənəvi olaraq cavab veririk. Siz də yaxşı bilirsiniz ki, ölkəmizə qarşı qanunsuz plan üzrə atılan bütün addımlara, hərəkətlərə müvafiq cavab verilir", - o vurğulayıb. Qeyd edək ki, ötən gün Avropa Birliyi (AB) ölkələri Rusiyaya qarşı 12-ci sanksiyalar paketi ilə bağlı razılığa gəlib. |
2023-12-16 | 814,209 | Zelenskiyə yardım dayanır, Putin istehza edir | Putin Ukrayna Prezidenti Vladimir Zelenskiyə istehza edir və deyir ki, yardımlar tədricən tükənəcək. Axar.az xəbər verir ki, bu sözlər “Blumberq” nəşrində yayımlanan məqalədəndir. Qeyd olunur ki, Ukrayna lideri Brüssel və Vaşinqtonun maliyyə zərbələri ilə üzləşib və onların yardımları tədricən azalır və bu, onu zəif vəziyyətə salır. “Ukrayna ordusunun uğursuz əks-hücumundan sonra Qərb Zelenskiyə münasibətini dəyişib. İndi Kiyev hakimiyyəti ABŞ və AB-dən ayrılan maliyyənin azalması ilə məşğul olmalıdır”, - deyə məqalədə vurğulanıb. Qeyd edək ki, Putin ilin yekunlarına həsr etdilən geniş mətbuat konfransında Ukrayna sənayesinin məhvə məhkum olduğunu bildirmişdi. Putin həmçinin Kiyevin Qərbin köməyinə arxalandığını, lakin bu yardımın bitə biləcəyi xəbərdarlığını etmişdi. |
2023-12-16 | 814,215 | Hidayət Heydərov Avropa üçüncüsü oldu | Kosovanın Priştina şəhərində keçirilən cüdo üzrə Açıq Avropa çempionatında kişilər arasında -73 kq. çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu Hidayət Heydərov bürünc medal əldə edib. Bu barədə Axar.az-a Azərbaycan Cüdo Federasiyasından bildirilib. Hidayət Heydərov üçüncü yer uğrunda mübarizədə gürcüstanlı rəqibi Laşa Şavdatuaşvili üzərində qələbə qazanaraq bürünc medala sahib olub. |
2023-12-16 | 814,218 | Ukraynadan rusların möveqlərinə növbəti ağır zərbə | Bu gün Ukrayna ordusu Rusiya işğalçı qüvvələrinin şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi 21 əraziyə zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, raket qüvvələrinin bölmələri şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi 7 ərazini, komanda məntəqəsini, iki hava hücumundan müdafiə sistemini, 12 artilleriya qurğusunu, Rusiyanın iki sursat və yanacaq anbarını vurub. |
2023-12-16 | 814,220 | Əsədov Mişustinlə fabrikə getdi: ermənicə müraciət… - Video | Rusiyanın Baş naziri Mixail Mişustin səkkiz yaşlı Snejananın Yeni il arzusunu yerinə yetirib. Axar.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, “Arzu ağacı”na Yeni il açıqcasında qız şokolad fabrikinə baş çəkmək istədiyini yazıb. Mişustin isə MDB Hökumət Başçıları Şurasının iclasına gələn baş nazirlərlə birgə Moskvada yaşayan və oxuyan MDB-dən olan uşaqları şokolad fabrikinə aparıb. Şokolad fabrikində uşaqlar konfetin hazırlanmasına tamaşa ediblər, sonra isə böyüklərlə birlikdə çay içməyə gediblər. “Mən bütün qəlbimlə demək istəyirəm ki, bizim mədəni, tarixi, mənəvi köklərimiz Sovet İttifaqındandır, amma indi Müstəqil Dövlətlər Birliyi var. Biz dost olmağa davam edirik. Və siz dost olun. Bu çox vacibdir. Biz isə Moskvada hamınızı sevirik və gözləyirik”, - Mişustin bildirib. Qeyd edək ki, Azərbaycanı tədbirdə Baş nazir Əli Əsədov təmsil edir. Xatırladaq ki, Mişustinin uşaqlarla görüşdə erməni uşağa həm də ermənicə müraciət etməsi diqqət çəkib. |
2023-12-16 | 814,222 | Suriyada ABŞ bazası raketlə vuruldu | Suriyanın şimal-şərqində yerləşən ABŞ hərbi bazası raket hücumlarına məruz qalıb. Axar.az xəbər verir ki, bu barədə "Əl-Mayadin" telekanalı məlumat yayıb. Məlumata görə, ABŞ hərbi obyektində bir neçə güclü partlayış baş verib. Tələfat və maddi ziyanla bağlı hələlik məlumat yoxdur. Qeyd edək ki, bundan əvvəl Suriyanın şimal-şərqində Koniko qaz yatağı yaxınlığındakı ABŞ bazası raket atəşinə tutulub. Hər iki hücuma görə məsuliyyəti İraq İslam Müqaviməti şiə hərəkatı öz üzərinə götürüb. |
2023-12-16 | 814,225 | Budapeşt Sofiyanı hədələdi: Əgər buna davam etsən... | Açıq şəkildə deyirik ki, əgər onlar (Bolqarıstan - red.) Macarıstanın enerji təhlükəsizliyini uzun müddət təhdid edərsə, onların Şengenə qoşulmasına veto qoyacağıq. Axar.az xəbər verir ki, bu açıqlama ilə Macarıstanın xarici işlər naziri Peter Siyarto çıxış edib. Siyarto qeyd edib ki, Macarıstan tranzit rüsumu ləğv olunduqdan sonra vetonu ləğv edəcək. |
2023-12-16 | 814,226 | Kiyevdə hava hücumu xəbərdarlığı elan edildi | Ukraynanın bir sıra regionlarında hava hücumu xəbərdarlığı elan edilib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb. Məlumata görə, xəbərdarlıq Kiyev, Çerkassı, Poltava, Çerniqov, Sum, Kirovoqrad, Xarkov və Dnepropetrovsk vilayətlərinə edilib. |
2023-12-16 | 814,227 | İRNA meydan verdi: Bakıya qarşı “növbəti savaş”… | İranın rəsmi İRNA agentliyi erməni analitik Sergey Melkonyanın Azərbaycana və Türkiyəyə qarşı “eksponsionist” iddialarla dolu “analitik məqaləsi”ni dərc edib. Axar.az məqalənin xırda ixtisarla təqdim edir: Son üç il Cənubi Qafqazın geosiyasətinə əhəmiyyətli dəyişikliklər gətirdi. Onlardan ən mühümü “dqr”in Azərbaycan tərəfindən süquta uğradılması idi. Eyni zamanda, xarici aktorların mövqeləri gücləndi və bu, Azərbaycanın Qarabağ problemini güc yolu ilə həll etmək cəhdləri ilə sinxron baş verdi. Dörd il sonra (müstəqillikdən – red.) İsrailin mövcudluğu İranla sərhədə yaxın Azərbaycanın nəzarətində olan ərazilərə qədər genişləndi. Son illərdə Hindistan Ermənistanın əsas silah tədarükçüsünə çevrilib. Hadisələrin dinamik inkişafında birbaşa və ya dolayısı ilə iştirak edən yeni oyunçuların meydana çıxması ilə əlaqədar Azərbaycan və Türkiyə öz qarşılarına yeni hədəflər qoyur. Məhz bu məqsədlər regionun geosiyasətinə təsir göstərəcək. Yeni hədəflərə nə ehtiyac var? Azərbaycan yarandığı 30 il ərzində öz dövlət kimliyini Ermənistana qarşı düşmənçilik və nifrət üzərində qurub. Bu kontekstdə Qarabağ problemi kiçik bir detal idi. Azərbaycanın əsas müttəfiqi olan Türkiyə Bakının strateji xəttini davam etdirdi. Ankara Ermənistanın bu günə qədər davam edən blokadasına başladı, Qarabağı təslim etməklə Azərbaycanla problemlərini həll etməyənə qədər İrəvanla münasibətləri normallaşdırmaqdan imtina etdi. Məhz bu məqam Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması üçün əsas şərt idi. 2020-ci ildə Üçüncü Qarabağ müharibəsindən (2020-ci ildə “ikinci maharibə” olib - red.) üç il keçir. Ermənistan silahlı qüvvələrini Dağlıq Qarabağdan rəsmən çıxardı və Azərbaycanla münasibətlərin normallaşdırılması üçün danışıqlar aparırdı. Bakı yeni tələblər irəli sürməkdə davam edirdi və İrəvan da bu tələblərə əməl edirdi: Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün tanınması. Lakin sonradan tələblər Dağlıq Qarabağdan kənara çıxdı: Birincisi, Bakının özünün anklavları hesab etdiyi Ermənistan ərazisindən yaşayış məntəqələrinin Azərbaycana verilməsi; İkincisi, Türkiyə ilə Azərbaycanı birləşdirən Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçməsini təmin etmək. Bu yanaşma açıq şəkildə göstərir ki, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətləri problemi təkcə Qarabağla məhdudlaşmır. Sülh müqaviləsinin müzakirəsi prosesində Bakı təkid edir ki, sənədə Ermənistanın Azərbaycanın Qarabağın da daxil olduğu 86,6 min kv.km ərazi bütövlüyünü tanıması daxil edilsin. Lakin Bakı özü Ermənistanın ərazi bütövlüyünü tanımaqdan imtina edir. Bu, Bakının ekspansionist niyyətlərinin əsas göstəricisidir. Əliyev Azərbaycan bayrağını Şuşada, sonra isə Xankəndidə qaldırmaqla öz tarixi missiyasını yerinə yetirdi. Dövlətin əsasını təşkil edən antierməni narrativini qorumaq, eləcə də cəmiyyətin hakim elita ətrafında birləşməsini davam etdirmək üçün Əliyev qarşısına yeni qlobal məqsədlər qoymalıdır. Yeni hədəflər nələrdir? 2020-ci il müharibəsindən sonra Bakı “Zəngəzur dəhlizi” və “Qərbi Azərbaycan” narrativlərini öz gündəliyinə daxil etməyə başladı. Onların hamısı ekspansionist xarakter daşıyır və Türkiyə tərəfindən dəstəklənir. Zəngəzur dəhlizi layihəsi əsas və qısamüddətli layihələrdən biridir. O, Ermənistan ərazisindən Türkiyə ilə Azərbaycan arasında birbaşa əlaqəni nəzərdə tutur ki, bu da Bakı ilə Ankara arasında 2021-ci il Şuşa Bəyannaməsində rəsmi olaraq qeyd olunub. Bu layihə Türkiyə rəhbərliyinin bəyan etdiyi kimi iqtisadi deyil, siyasidir. Bu, Azərbaycan üçün də yüksək prioritetdir. 2023-cü ilin yayında Əliyev deyib ki, Ermənistan istəsə də, istəməsə də, Zəngəzur dəhlizi mütləq açılacaq. Daha sonra Əliyevin köməkçisi Hikmət Hacıyev bildirib ki, Bakı artıq Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizi layihəsində maraqlı deyil. Mövzudakı bu dəyişiklik İranın fəaliyyəti sayəsində mümkün oldu və bu, Bakını İslam Respublikası ərazisindən keçən mövcud marşrutun modernləşdirilməsi təklifi ilə razılaşmağa məcbur etdi. Beləliklə, Tehran Türkiyə və Azərbaycandan Ermənistana hərbi-siyasi təzyiqləri müvəqqəti olaraq azaldıb. Bununla belə, Əliyev bu ay bir daha vurğulayıb ki, Azərbaycandan Naxçıvana sərbəst giriş olmalıdır, ona görə də gömrük rüsumları, yoxlamalar, sərhəd prosedurları olmamalıdır. Yəni Azərbaycan prezidenti “dəhliz” sözünü işlətmədən dəhlizdən danışır. Ona görə də faktiki olaraq nə Bakı, nə də Ankara öz ekspansionist niyyətlərindən, o cümlədən Zəngəzur dəhlizi məsələsində əl çəkib, çünki əsas məqsəd daha qlobaldır. Bakı “Qərbi Azərbaycan” narrativini də fəal şəkildə qurmaqda davam edir. Bu narrativə görə, müasir Ermənistan Qərbi Azərbaycandır. İctimai şüurda proses aşağıdakı kimi baş verir. Birincisi, dövlət kanalları Ermənistan ərazisindən xəbərləri və hava proqnozlarını “Qərbi Azərbaycan” kimi təqdim edir, dövlət qurumlarının nümayəndələri isə rəsmi bəyanatlarında yalnız Azərbaycan toponimləri, hidronimləri və digər təyinatlardan istifadə edirlər. İkincisi, “Qərbi Azərbaycan İcması” şəklində müvafiq infrastruktur hazırlanır. O, birbaşa Prezident Əliyevdən dövlət dəstəyi alır. İctimai şüurda yeni ekspansionist tələb belə qurulur. Beləliklə, Zəngəzur dəhlizi layihəsinin qısa müddətdə həyata keçirilməməsinə baxmayaraq, ideyanın özü “Qərbi Azərbaycan”ın uzunmüddətli ekspansionist perspektivi ilə bağlıdır. Ona görə də İrəvanla Bakı arasında istənilən razılaşma sülh deyil, müharibələr arasında barışıq olacaq. Bakı və Ankaranın ekspansionizmi ancaq güc balansı yaratmaqla cilovlana bilər. Ona görə də Ermənistanın müdafiə məqsədilə silah alması Türkiyə və Azərbaycanın kəskin reaksiyasına səbəb olur. Buna baxmayaraq, regionda sülhün bərqərar olmasının yeganə yolu Bakı və Ankaranın ekspansionist planlarını yumşaltmaq və puç etməkdir”. Qeyd edək ki, İranın dövlət agentliyinin bu cür məqaləni tirajlaması Tehranın hansı siyasəti apardığının növbəti təsdiqidir. |
2023-12-16 | 814,228 | Qarabağın azad edilməsi bizə inamı artırdı - Ərdoğan | Biz gücləndikcə bizə arxalanan dostlarımızın da güvənləri artır. Keçmişlə müqayisədə çox fərqli atmosfer var. Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. "Qarabağın işğaldan azad edilməsi ilə bizə olan inam daha da artdı və bu ab-havanı daha da gücləndirdi”, - Ərdoğan qeyd edib. |
2023-12-16 | 814,229 | ABŞ bu ölkə ilə hərbi əməkdaşlıq planı imzaladı | Litva və ABŞ 2024-2028-ci illər üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalayıb. Axar.az xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb. “Litva və ABŞ beynəlxalq təhlükəsizliyə təhdidləri eyni qiymətləndirən və regionda çəkindirmə tədbirlərini gücləndirmək üçün sıx əməkdaşlıq edən müttəfiqlərdir. Bunu imzalanmış sənəd sübut edir”, - məlumatda bildirilib. |
2023-12-16 | 814,230 | Ermənilər mənə deyirdi ki, Qarabağı unudun… | Erməni ekspertlərin mütləq əksəriyyəti bu fikirdədir ki, Ermənistan zəif olduğundan sülh sazişi onların xeyrinə olmayacaq və Azərbaycan sülh sazişinin bəndlərini yerinə yetirməyəcək. Əlavə olaraq onu da bildirirlər ki, Azərbaycan və Türkiyənin məqsədi Ermənistanı tədricən zəiflətmək və vassal dövlətə çevirməkdir. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, nə qədər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayırdı, erməni ekspertlər Ermənistanın Azərbaycanın vassalına çevrilməsi ehtimalını ağıllarına belə gətirmirdilər: “Mənim özümə müxtəlif beynəlxalq konfranslarda yekəxana şəkildə deyirdilər ki, Qarabağı unudun. Hazırda vəziyyət kardinal şəkildə dəyişdiyinə görə ağlaşma halındadırlar. Əgər Azərbaycan qalib ölkə olaraq Ermənistana şərtlərini diktə edəcəksə, ermənilər bu vəziyyətdən necə çıxacaq? Erməni ekseprtlərin bu suala cavabı yoxdur, cavab olmadığına görə də ermənilər üçün ən pis ssenarilərdən danışırlar”. |
2023-12-16 | 814,231 | Paşinyanın yeni imici - Foto | Ermənistanın Baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan rəssam Karen Ohanyanın "Kommunizmin ölümünün kabusları" sərgisinə baxmaq üçün Gümrüdəki Sergey Merkurovun ev-muzeyini ziyarət ediblər. Axar.az Publika.az-a istinadən xəbər verir ki, baş nazirin bu dəfə imicinə dəyişiklik etməsi sosial media seqmentində maraqla qarşılanıb. Belə ki, izləyicilərin diqqəti sərgidəki tablolara deyil, baş nazirin başına qoyduğu kepkaya fokuslanıb. Qeyd edək ki, kepka taxmaq arxayınlıq, özünəgüvən əlamətidir. Sərginin adı da rəmzidir: "Kommunizmin ölümünün kabusları". Yəni bu, Ermənistanda komnizm meyillərinin məhv olmasına bir işarədir və Moskvaya mesajdır. |
2023-12-16 | 814,232 | Türkiyədə zəlzələ baş verdi | Türkiyədə Muğlanın Fəthiyə rayonunda 4 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Məlumata görə, zəlzələ yerin 29,62 kilometr dərinliyində qeydə alınıb. Tələfat və dağıntı barədə məlumat yoxdur. |
2023-12-16 | 814,233 | Moskvada qar örtüyünün hündürlüyü rekord qırdı | Rusiya paytaxtı Moskvada qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb. Bu isə rekord göstəricidir. Axar.az xəbər verir ki, bu barədə "Moskovskiy Komsomolets" nəşri məlumat yayıb. "Fobos" hava mərkəzinin mütəxəssisi Mixail Leus bildirib ki, eyni dövr üçün əvvəlki rekord 1919-cu ildə qeydə alınıb. Həmin vaxt qar örtüyünün hündürlüyü 33 sm olub. |
2023-12-17 | 814,234 | Konstitusiyamıza tamamilə tüpürmüşük - Korinenko | Moldovanın yeni milli təhlükəsizlik strategiyası ABŞ-ı əsas müttəfiq elan etməklə, faktiki olaraq ölkənin neytrallıqdan əl çəkməsinə və NATO-nun təhlükəsizlik sisteminə qoşulmasına gətirib çıxarır. Axar.az xəbər verir ki, bunu moldovalı politoloq Aleksandr Korinenko bildirib. "Prezident Rusiyanı bizim əsas düşmənimiz, ABŞ-ı isə əsas müttəfiqimiz elan edən yeni milli təhlükəsizlik strategiyası təklif etdi. Yenə də hibrid müharibə sualı ortaya çıxır. Və belə çıxır ki, milli təhlükəsizlik strategiyası ilə oynayacağımız tərəfi seçmişik. Eyni zamanda konstitusiyamızda yazılan bitərəfliyə tamamilə tüpürmüşük", - politoloq vurğulayıb. Qeyd edək ki, Moldova Prezidenti Maya Sandu oktyabrda Ali Təhlükəsizlik Şurasını çağırıb və milli təhlükəsizlik strategiyasını təqdim edib. O, respublikanın müdafiəsinə ayrılan xərclərin artırılmasının, həmçinin ABŞ ilə strateji tərəfdaşlığın respublikanın milli təhlükəsizlik strategiyasının əsas aspektinə çevriləcəyini bəyan edib. |
2023-12-16 | 814,235 | Putinin 30 il öncəki vizit kartı hərraca çıxarılır - Foto | Rusiya Prezidenti Vladimir Putinin 1990-cı illərdə Leninqrad şəhər Xalq Deputatları Şurasında işlədiyi vaxt çap olunmuş vizit kartı Sankt-Peterburqda hərraca çıxarılacaq. Axar.az xəbər verir ki, vizit kartındakı biznes telefon nömrələrini 1990-cı illərdə Putin öz əli ilə yazıb. Kartda o vaxtkı vəzifəsi də göstərilib: Leninqrad şəhər Xalq Deputatları Soveti rəhbərinin beynəlxalq əlaqələr üzrə müşaviri. Hərrac dekabrın 24-də keçiriləcək. |
2023-12-17 | 814,236 | Bu xalqlar yer üzündən silinəcək – İlon Mask | Bəzi xalqlar və ölkələr demoqrafik problemlərə görə yox olmaq təhlükəsi ilə üz-üzə qalıb. Axar.az xəbər verir ki, bu sözləri “Tesla” və “SpeysX” şirkətlərinin sahibi, məşhur milyarder İlon Mask deyib. “Uşaq sahibi olmaq lazımdır, əks halda İtaliya, Yaponiya, Fransa mədəniyyətləri yox olacaq. Təhlükə var, o ölkələr artıq mövcud olmaya bilər, hətta bütün bəşəriyyət yox ola bilər”, - Mask bildirib. O əlavə edib ki, miqrasiya demoqrafik və əhalinin azalması problemlərini həll edə bilməz. |
2023-12-17 | 814,237 | İsrail HƏMAS-ın infrastrukturunu məhv etdi | İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalındakı HƏMAS-ın terror infrastrukturunu məhv edib. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. "İsrail Müdafiə Qüvvələri HƏMAS-ın Cəbaliyədə komanda-nəzarət mərkəzi kimi istifadə etdiyi “Kamal Avdan” xəstəxanası ərazisində əməliyyatı başa çatdırıb. 80-ə yaxın terrorçu saxlanılıb. Hərbçilər həmçinin ərazidəki terror infrastrukturunu dağıdıb və çox sayda silah-sursat aşkarlayıblar”, – məlumatda qeyd edilib. |
2023-12-17 | 814,238 | Generalla Hacı İbrahim arasında mübahisə | Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin rəisi general Adil Əliyevlə iş adamı Hacı İbrahim Nehrəmli arasında məhkəmə çəkişməsi davam edir. Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, birinci və apellyasiya instansiyalarında uzlaşa bilməyən generalla iş adamı aralarındakı mübahisəni Ali Məhkəməyə daşıyıb. Əhməd Əhmədov iş üzrə hakim təyin edilib. Bəzi məlumatlara görə, kassasiya şikayətini Adil Əliyev verib. Lakin şikayətçinin Hacı İbrahim Nehrəmlinin olduğunu söyləyənlər də var. Bu barədə dəqiqləşdirmə aparmaq mümkün olmayıb. Adil Əliyev Hacı İbrahim Nehrəmli ilə yanaşı, onun sahibi olduğu “Avesta Konserni” MMC-ni də məhkəməyə verib. Adil Əliyevlə Hacı İbrahim Nehrəmli arasında mübahisə 2019-cu ildən davam edir. Həmin vaxt iş adamının mediaya verdiyi açıqlamadan məlum olur ki, Adil Əliyev sonradan “Avesta Konserni” MMC-yə birləşdirilən “Tərəqqi” MTK-nın inşa etdiyi yaşayış binasından 5 mənzil alıb. Adil Əliyevin şikayəti mənzillərin ölçülməsi metodikası barədədir. Hacı İbrahim Nehrəmli isə Adil Əliyevin şikayətini əsassız hesab edir. İş adamı bu barədə mediaya verdiyi açıqlamalarında generalın ünvanına müxtəlif ittihamlar səsləndirib. Hacı İbrahim Nehrəmli iddia edib ki, Adil Əliyev ona, məhkəmə sisteminə, dövlət ekspertizasına təzyiq edir. |
2023-12-17 | 814,239 | Bu, Kim Çen İnin sonu olacaq - ABŞ | Pxenyan Cənubi Koreyaya qarşı nüvə silahından istifadə edərsə, dərhal sarsıdıcı cavab özünü çox gözlətməyəcək. Axar.az xəbər verir ki, bu barədə ABŞ-Cənubi Koreya Nüvə Planlaması üzrə Məsləhət Qrupu məlumat yayıb. Qeyd olunub ki, Şimali Koreyanın ABŞ və ya müttəfiqlərinə qarşı istənilən hücumu Kim Çen İn rejiminin sonunu gətirəcək. |
2023-12-17 | 814,240 | Bakı bundan qorxur, çünki real səbəbi var – Erməni ekspert | Azərbaycan Ermənistanla birbaşa, vasitəçisiz danışıqlara üstünlük verir. Axar.az xəbər verir ki, bu sözləri rusiyapərəst erməni politoloq, “Erməni layihəsi” ictimai təşkilatının rəhbəri Sergey Melkonyan erməni mediasına müsahibəsində deyib. “Bakının birbaşa danışıqlar üçün öz səbəbi var - indi qüvvələr nisbətini öz xeyrinə dəyişib və Türkiyə hərtərəfli dəstək verir. Bu şəraitdə Ermənistana təzyiq etmək daha asandır. Vasitəçilərin olması isə Ermənistana bu təzyiqi müəyyən dərəcədə neytrallaşdırmağa və ya ən azı minimuma endirməyə imkan verərdi. Məhz buna görə də xarici aktorların vasitəçiliyi olmadan aparılan danışıqlar Ermənistan tərəfindən daha böyük güzəştlərlə doludur”, - bildirib. Bununla bərabər, Melkonyan Bakının gələcəkdə Ermənistanda revanşist əhval-ruhiyyənin yaranmasından qorxduğunu da iddia edib: “Azərbaycanın bu cür qorxularının real əsası var. Onlar başa düşür ki, ermənilər məğlubiyyətdən qurtulan kimi, fürsət düşən kimi öz təhlükəsizliyini təmin etmək və üzərlərində asılmış ekzistensial təhlükəni neytrallaşdırmaq üçün yenidən silaha sarılacaqlar. Təbii ki, Ermənistanda hakim qüvvə hər dəfə deyir ki, qisas almaq niyyətində deyil, lakin bu, Azərbaycan tərəfini sakitləşdirmir, bu, ona kifayət etmir. Bakı Qarabağın bütün dövlət qurumlarının tamamilə ləğv edilməsini və onun bütün simvollarının məhv edilməsini istəyir. Azərbaycan da israr edir ki, erməni müxalifəti və diasporu Qarabağ haqqında danışmağı dayandırsın və s. Ermənistan hakimiyyətinin indiki mərhələdəki hərəkətləri azərbaycanlıların istədikləri ilə demək olar ki, tamamilə üst-üstə düşür”. |
2023-12-17 | 814,241 | Əliyevin seçki qərarının əsas səbəbləri… - Melkonyan | Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri gələcək regional konfiqurasiyanın formalaşdırılması baxımından çox mühüm mərhələ olacaq. Axar.az xəbər verir ki, belə bir iddianı rusiyapərəst erməni politoloq, “Erməni layihəsi” ictimai təşkilatının rəhbəri Sergey Melkonyan səsləndirib. O bildirib ki, bu mənada Ermənistan istənilən ssenariyə hazır olmalıdır. O, 19-20 sentyabr antiterror əməliyyatlarının uğurla başa çatmasından sonra Əliyevin bir qədər də yüksəltdiyi reytinqini “kapitallaşdırmaq” istəyinin mümkünlüyü ilə bərabər, Azərbaycan liderinin Ermənistan “cəbhəsi”ndə növbəti addımlar üçün daxili legitimlik əldə etmə niyyətini də istisna etməyib: “Bu addımlar Ermənistanla sülh müqaviləsinin imzalanması və (və ya) “Qərbi Azərbaycan” ideyasının həyata keçirilməsi ola bilər. Bakının məntiqi belədir: onlar öz bayraqlarını Xankəndi və Şuşada qaldırıblar, növbəti məqsəd azərbaycanlıların İrəvana, Gorusa, Göyçəyə və s. qayıtması olmalıdır”. Onun fikrincə, seçkilər həm də Əliyevə “xarici legitimlik qazanmağa” kömək edəcək: “Onun Qarabağdakı “etnik təmizləmə”dən bir neçə ay sonra yenidən prezident seçilməsi və qələbəsinin əsas aktorlar tərəfindən tanınması mahiyyət etibarı ilə beynəlxalq ictimaiyyətin nöqteyi-nəzərində Qarabağda qanundankənar heç bir şeyin baş verməməsi demək olardı. Əliyev həm də, avropalıların dediyi kimi, etibarlı tərəfdaşdır”. |
2023-12-17 | 814,242 | AB növbəti sanksiyalarla bağlı hərəkətə keçdi | Avropa Birliyi Rusiyaya qarşı 12-ci sanksiyalar paketini təsdiqləmək üçün yazılı prosedura başlayıb. Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, paket yaxın vaxtlarda təsdiqlənəcək. Qeyd edək ki, dekabrın 15-də Avropa Birliyi (AB) ölkələri Rusiyaya qarşı 12-ci sanksiyalar paketi ilə bağlı razılığa gəlib. |
2023-12-17 | 814,243 | Evi mənfi enerjidən bu üsulla təmizləyin | Evdə vaxtaşırı olaraq pis hadisələrdən danışmaq, əsəbiləşmək, şikayətlər etmək nəticədə mənfi enerjinin toplanmasına səbəb olur. O cümlədən vaxtaşırı gələn qonaqların da heç də hamısı müsbət enerji gətirmir. Axar.az xəbər verir ki, evdə yığılan mənfi enerjinin ailə üzvləri arasında münasibətləri pisləşdirə və ya hətta xəstəliyə səbəb ola biləcəyi haqda düşüncə var. Ona görə də mənfi enerjidən qurtulmaq lazımdır. Bəzi mistiklərin fikrincə, 1 stəkan təmiz su, 2 çay qaşığı xörək duzu və 1 xörək qaşığı sirkə ilə evi mənfi enerjidən təmizləmək olar. Otağın bir küncündə yerə su ilə dolu stəkan qoyulur, sonra sirkə, sonda isə duz əlavə edilir. Qarışdırmağa ehtiyac yoxdur, duz özü həll olunmalıdır. Bu, bir gün qalmalıdır. Duzun suda və sirkədə həll edilməsi mənfi enerjini 24 saat ərzində udacaq. Bunu həftədə bir dəfə təkrarlamaq olar. |
2023-12-17 | 814,244 | MOSSAD HƏMAS-la bağlı xəbərdarlıq edibmiş… | İsrail kəşfiyyatı HƏMAS-ın hücumundan əvvəl bir sıra investisiya şirkətləri vasitəsilə hərəkatın milyonlarla maliyyələşdirildiyini bilirdi və bunun dayandırılması planlarını təklif edirdi, lakin rəhbərlik buna məhəl qoymadı. Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri bir sıra mənbələrə istinadla məlumat yayıb. Nəşr yazır ki, HƏMAS-ın Sudanda mədən, quşçuluq və yol tikinti şirkətləri, BƏƏ-də tikinti şirkəti, Əlcəzairdə daşınmaz əmlakın inkişafı şirkəti, eləcə də Türkiyə birjasında siyahıya alınmış daşınmaz əmlak şirkəti olub. İstintaq müəyyən edib ki, yüksək vəzifəli İsrail və Amerika rəsmiləri maliyyə kəşfiyyatına üstünlük vermirlər. Bütün bunlar isə şirkətlərdən HƏMAS-a yeni silahlar alarkən və hücuma hazırlaşarkən on milyonlarla dolların necə axdığını göstərir. |
2023-12-17 | 814,245 | Britaniyanın bu ölkədəki konsulu qaçırıldı | Böyük Britaniyanın Ekvadordakı fəxri konsulu Kolin Armstronq Los Rios əyalətində qaçırılıb. Axar.az xəbər verir ki, bu barədə "El Universo" qəzeti məlumat yayıb. Konsulun ötən gün səhər saatlarında qaçırıldığı bildirilib. Konsulla birgə onun xanımının da qaçırıldığı xəbəri yayılıb. |
2023-12-17 | 814,246 | İran: Dost ölkələrlə buna hazırıq | İran Rusiya da daxil olmaqla, dost ölkələrlə qaz sənayesində istehsal olunan texnologiya və avadanlıqların mübadiləsində əməkdaşlığı genişləndirməyə hazırdır. Axar.az xəbər verir ki, bu sözləri İran Milli Qaz Şirkətinin icraçı direktoru Məcid Çegeni deyib. Onun sözlərinə görə, İran və Rusiya arasında qaz texnologiyaları sektorunda əməkdaşlıq modeli kadr hazırlığı, texnoloji mübadilə, qaz texnologiyalarının inkişafı üçün birgə laboratoriyaların yaradılması, birgə tədqiqat və təkmilləşdirmə mərkəzləri kimi prioritet sahələrdə optimal şəkildə inkişaf edə bilər. |
2023-12-17 | 814,247 | ABŞ generalı İsrailə gəldi | ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Maykl Kurilla İsrailə səfər edib. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Məlumata görə, Kurilla İsrailin Baş Qərargah rəisi general-leytenant Herzi Halevi ilə görüşüb. |
2023-12-17 | 814,248 | Uşaqlar daha çox anaları ilə eyni ayda doğulur | Nyu York Universitetinin alimləri ananın doğum vaxtı ilə uşaqların dünyaya gəlməsi arasında bağlılıq olduğunu müəyyən ediblər. Axar.az Medicina.az-a istinadən xəbər verir ki, Madrid və Amerika alimləri İspaniya və Fransada 5 il ərzində 10 milyon doğum faktını təhlil edib. Nəticələr göstərib ki, 10 milyon qadının 8%-də analarla uşaqların doğum ayı üst-üstə düşüb. Maraqlısı odur ki, ailələrdə bacı-qardaşların doğum ayı da 12% üst-üstə düşüb. |
2023-12-17 | 814,249 | Sumqayıtda ağır qəza: polis əməkdaşı öldü | Dekabrın 16-da saat 23 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Axar.az-a bildirilib ki, KİA və BMV markalı avtomobillər toqquşub. Nəticədə BMV markalı şəxsi avtomobildə sərnişin olan polis nəfəri 1990-ci il təvəllüdlü İlqar Sadıqov hadisə yerində həyatını itirib. Avtomobillərin sürücüləri xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır. |
2023-12-17 | 814,250 | Rəfahda Fransa XİN əməkdaşı həlak oldu | Fələstinin Rəfah şəhərində Fransa Xarici İşlər Nazirliyinin əməkdaşı ölüb. Axar.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, o, İsrailin Rəfahda diplomatların olduğu evə zərbə endirməsi nəticəsində ölüb. |
2023-12-17 | 814,253 | Kolonnanın təyyarəsi geri qayıtdı, səfər təxirə düşdü | Fransanın xarici işlər naziri Ketrin Kolonnanın Livana səfəri təxirə salınıb. Axar.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti xarici siyasət idarəsindəki mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, nazirin səfərini təxirə salmasına səbəb təyyarədəki texniki nasazlıq olub. Belə ki, Kollonnanı daşıyan təyyarə Adriatik dənizi üzərindən geri dönərək Fransaya qayıtmağa məcbur olub. Bildirilib ki, problem yerli vaxtla təxminən saat 10:00-da Kolonna artıq Livana doğru uçarkən aşkar edilib. Hökumətin "Falkon" təyyarəsi İtaliya ərazisində dönüş etmək məcburiyyətində qalıb. O, Fransanın İle-de-Frans bölgəsindəki hava bazasına enib. Təyyarədən günün sonuna qədər istifadə edilməyəcəyi qeyd olunub. |
2023-12-17 | 814,278 | Bakıda yolu keçən piyadanı maşın vurdu | Bakının Xəzər rayonununda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Axar.az xəbər verir ki, yolu keçən piyada, 1996-cı il təvəllüdlü Rafail Xaliq oğlu Səbiyevi avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır. |
2023-12-17 | 814,281 | Almaniya Rusiyadan gələn Yeni il hədiyyələrini qadağan edir | Almaniya Rusiyadan ölkəyə gətirilən Yeni il hədiyyələrini sanksiyalar rejiminə riayət etmək zərurəti səbəbindən müsadirə edəcək. Axar.az xəbər verir ki, bu barədə Almaniya gömrüyündən məlumat verilib. Qurum bununla bağlı AB Şurası tərəfindən 31 iyul 2014-cü ildə qəbul edilmiş 833/2014 saylı əsasnaməni xatırladıb: “Nəticədə Rusiyadan müxtəlif xarakterli çoxlu malların idxalı qadağan edilir. Buraya sellüloz və kağız, ağac və ağac məhsulları, daşlar və qiymətli metallar, siqaretlər, plastiklər və kimyəvi məhsullar, o cümlədən kosmetika kimi hazır məhsullar daxildir”. Qeyd olunub ki, hətta kitab və oyuncaqlar da müsadirə oluna bilər. |
2023-12-17 | 814,282 | 662-ci gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 662-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 346 070 hərbçi, 5 739 ədəd tank, 10 692 ədəd zirehli döyüş maşını, 8137 ədəd artilleriya sistemi, 923 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 609 hava hücumundan müdafiə sistemi, 324 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 766 ədəd avtomobil texnikası, 6278 ədəd PUA, 1 610 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 194 xüsusi avadanlıq itirib. |
2023-12-17 | 814,283 | İsraillə HƏMAS arasında yeni razılaşma hazırlanır | İsrail Baş naziri Benyamin Netanyahu HƏMAS tərəfindən Qəzza zolağında saxlanılan girovların azad edilməsi üçün yeni sazişin hazırlanmasına eyham vurub. Axar.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” telekanalı məlumat yayıb. “Dünən axşam jurnalistlərlə söhbətində Netanyahu girovlarla bağlı İsraillə Qətər arasında Avropada keçirilən görüş barədə danışmasa da, nümayəndə heyətinə göstəriş verdiyini təsdiq edib. Baş nazirin sözlərinə görə, İsrailin Qəzzaya hücumu noyabrda bəzi girovların azad edilməsi ilə bağlı razılaşmanın bağlanmasına kömək edib, ona görə də HƏMAS-a güclü hərbi təzyiq davam edəcək”, - telekanal bildirib. |
2023-12-18 | 814,284 | Serbiyada növbədənkənar seçkilər keçirildi | 2023.12.17. 10:56 Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir. Axar.az xəbər verir ki, seçkilərdə 18 siyasi partiya və koalisiyadan namizədlər iştirak edir. Seçicilər Xalq Məclisinin (birpalatalı parlament) 250 üzvünü dörd il müddətinə, habelə onların, Belqrad və Voyvodina Muxtar Vilayəti də daxil olmaqla, 65 şəhər və bələdiyyədəki nümayəndələrini seçəcəklər. Respublika Seçki Komissiyası (REK) 6,5 milyondan çox insanın səsvermə hüququna malik olduğunu bildirib. *** Serbiyada növbədənkənar parlament və bələdiyyə seçkilərində səsvermə başa çatıb. Bunu Respublika Seçki Komissiyasının (RSK) sədri Vladimir Dimitriyeviç deyib. Bildirib ki, saat 18:00-a (Bakı vaxtı ilə 21:00) olan məlumata görə, seçkilərdə fəallıq 51,93 faiz təşkil edib. |
2023-12-17 | 814,286 | ABŞ-ın növbəti nüvə sualtı qayığı Koreyaya çatdı | Amerikanın “Virciniya” sinfinə aid “Missuri” nüvə sualtı qayığı Cənubi Koreyanın Pusan şəhəri sahillərinə yan alıb. Axar.az xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, noyabrın 22-də ABŞ-ın “Los-Anceles” sinfinə aid “Santa Fe” nüvə sualtı qayığı Cənubi Koreyanın Ceju adasındakı hərbi dəniz bazasına çatmışdı. |
2023-12-17 | 814,287 | Havalar kəskin soyuyur: FHN xəbərdarlıq etdi | Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, dekabrın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin yağıntılı keçəcəyi, temperaturun xeyli enəcəyi və güclü külək əsəcəyi proqnozlaşdırılır. Axar.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Qeyd edilib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur: "Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olur. Bu zaman elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğınla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, bunların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlamamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir: "Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!" |
2023-12-17 | 814,288 | Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video | Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Axar.az icmalı təqdim edir: |
2023-12-17 | 814,289 | SSRİ-dən sonra Qərb Rusiyanı da dağıtmaq istəyirdi | SSRİ dağılandan sonra Qərb Rusiyanı da məhv etmək istəyirdi. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. “Rusiyanı məhv etmək arzusunda olan Qərb ölkəmizi özünə tabe etdirmək, resurslarımızdan istifadə etmək istəyirdi”, - Putin bildirib. |
2023-12-17 | 814,291 | AB Ukraynaya 1 milyon mərmi verə bilməyəcək - FT | Avropa Birliyi Kiyevi 2024-cü ilin martına qədər 1 milyon mərmi ilə təmin edə bilməz, çünki blokun istehsal gücü əhəmiyyətli dərəcədə məhduddur. Axar.az xəbər verir ki, bunu “Faynənşl Tayms” qəzetinin şərhçisi Martin Sandbu yazıb. “Avropanın Ukraynaya 1 milyon artilleriya mərmisi tədarük etmək vədini yerinə yetirməməsi onun məhdud fiziki istehsal imkanlarından qaynaqlanır. Amma əvvəllər maliyyə ayrılsaydı, daha çox ola bilərdi”, - Sandbu bildirib. Qeyd edək ki, bir müddət öncə Avropa Birliyi 2024-cü ilin martına qədər Kiyevə 1 milyon mərmi vermək vədini yerinə yetirmək ehtimalının az olduğunu bildirmişdi. |
2023-12-17 | 814,293 | Yol polisi Naxçıvanda sürücülərə xəbərdarlıq etdi | Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Axar.az xəbərdarlığın mətnini təqdim edir: "Hazırda muxtar respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar olaraq görünüş məsafəsi məhdudlaşıb. Xüsusilə gecə və səhər saatlarında temperatur inversiyasının əmələ gətirdiyi qatı duman səbəbindən magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 50 metrədək məhdudlaşması ehtimal olunur ki, bu da sürücülər üçün bir sıra çətinliklər yarada bilər. Qatı duman digər hərəkət iştirakçılarının, habelə yol nişanlarının, nişanlama xətlərinin, ümumiyyətlə nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur. Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda yola çıxarkən məsuliyyət hissini unutmamalıdırlar". |
2023-12-17 | 814,302 | Zahid Oruc namizədlik üçün MSK-ya müraciət etdi | 7 fevral 2024-cü il tarixində keçiriləcək Azərbaycan Respublikası prezident seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc rəsmən Mərkəzi Seçki Komissiyasına müraciət edib. Axar.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzindən məlumat verilib. “Qanunvericiliyə uyğun olaraq, ilkin Bildiriş və Öhdəlik sənədlərinin tərtibi ilə proseslərə start verilib. Mərkəzi Seçki Komissiyası sənədlərin qanunuyğunluğunu yoxladıqdan sonra namizədliyin müdafiəsi üçün imza vərəqlərinin verilməsini həyata keçirəcək. Namizədin Seçki Qərargahı yaradılaraq, müvafiq fəaliyyət planının hazırlanması üçün addımlar atılıb. Növbəti görülən işlərə dair mütəmadi qaydada ictimaiyyətə məlumatlar veriləcək”, - məlumatda qeyd olunub. Qeyd edək ki, dünən Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc prezident seçkilərində namizəd olacağını açıqlamışdı. |
2023-12-17 | 814,305 | İranda Azərbaycan dilində olan məşhur kanal bağlandı | İranda Azərbaycan dili və ədəbiyyatı barədə paylaşımlar edən və əsasən Azərbaycan dilində uşaq ədəbiyyatının təbliği ilə məşğul olan "Kəpənəklər" sosial media kanalı hakimiyyət tərəfindən bağlanıb. Axar.az xəbər verir ki, 13 mindən çox üzvü olan "Kəpənəklər" kanalında Azərbaycan dilində paylaşılan və mövcud olan materiallar silinərək, səhifədə "Biz hamımız iranlıyıq" yazılıb. Eyni adda fəaliyyət göstərən və yalnız uşaqlara Azərbaycan dili və mədəniyyətinin öyrədilməsi ilə məşğul olan "Kəpənəklər" qrupunun da fəaliyyəti dayandırılıb. Qeyd edək ki, kanal və qurum qanuni şəkildə, İranın Mədəniyyət və İslami İrşad Nazirliyinin yerli bölməsinin icazəsi ilə fəaliyyət göstərirdi. |
2023-12-17 | 814,307 | Rusiyadakı aerodroma kütləvi PUA hücumu edildi | Rusiyanın Rostov vilayətindəki Morozovskoe hərbi aerodroma kütləvi PUA hücumu olub. Axar.az xəbər verir ki, bu barədə Rostov vilayətinin quberanatoru Vasili Qolubev məlumat yayıb. Onun sözlərinə görə, PUA-ların əksəriyyəti hava hücumundan müdafiə sistemləri vasitəsilə vurulub: “Bu gün səhər hava hücumundan müdafiə sistemləri Rostov vilayətinin Morozovskoe və Kamenskaya rayonlarına edilən kütləvi PUA hücumunun qarşısını alıb. PUA-ların əksəriyyəti məhv edilib. İtkilər yoxdur”. |
2023-12-17 | 814,309 | Putin Baydenin açıqlamasını cəfəngiyyat adlandırdı | ABŞ Prezidenti Co Baydenin rus qoşunların NATO-ya hücum edə biləcəyi ilə bağlı açıqlamaları tamamilə cəfəngiyyatdır. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Onun sözlərinə görə, bu, sadəcə olaraq Rusiya istiqamətində yanlış siyasətə haqq qazandırmaq üçün bir söz oyunudur. |
2023-12-17 | 814,311 | Güneydə mədəni aksiyalara start verildi | 17 dekabr (26 azər) 1946-cı ildə Azərbaycan dilində kitabların yandırılmasının ildönümü ilə əlaqədar Güney Azərbaycan şəhərlərində mədəni aksiyalar keçirilir. Kult.az xəbər verir ki, bu barədə yerli mədəni fəallar paylaşımlar ediblər. Zəncan, Urmiya, Ərdəbil, Təbriz və başqa bir neçə şəhərdə uşaqlara Azərbaycan dilində nağıl kitabları paylanılıb. Qeyd edək ki, "Türkcə", "Şirin dilim", "Gün çıxdı", "Azərbaycan əlifbası" və başqa kitablar mədəni fəalların öz şəxsi vəsaitləri hesabına nəşr edilib. |
2023-12-17 | 814,312 | Sabahın hava proqnozu açıqlandı | Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Ayrı-ayrı yerlərdə intensiv olacağı, 17-dən 18-nə keçən gecə və səhər isə bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi səhər mülayimləşəcək, gündüz cənub-şərq küləyinə keçəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-7° isti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 6-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq. |
2023-12-17 | 814,313 | Tərtərdə dördotaqlı ev yandı | Tərtər rayonunun Şıxarx qəsəbəsində fərdi evdə yanğın olub. Axar.az xəbər verir ki, Laçın rayonundan olan Muradov Yaşar Qoca oğluna məxsus dördotaqlı ev yanıb. Yanğın zamanı ailə üzvləri evdə olublar. Hadisə zamanı xəsarət alan olmayıb. Hadisə yerinə Tərtər yanğından mühafizə hissəsinin yanğınsöndürmə briqadası cəlb edilib. Yanğının ətraf tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı ev əşyalarının az bir hissəsi çıxarılıb. Yanğının odun sobasından qopan qığılcımdan baş verdiyi deyilir. |
2023-12-17 | 814,315 | “Qarabağ” yeni rekorda imza atdı | Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün qış çempionu bəlli olub. Axar.az xəbər verir ki, buna XVII turun “Turan Tovuz” – “Zirə” matçının (1:0) nəticəsi səbəb olub. Bakı klubunun məğlubiyyətindən sonra “Qarabağ”ın qış fasiləsinə birinci yerdə yollanacağı dəqiqləşib. 35 xalı olan Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv ikinci sırada qərarlaşan “Zirə”ni 6 xal qabaqlayır. “Qarabağ” tarixində 10-cu dəfə yeni ili lider kimi qarşılayacaq. Ağdam klubu 2004/05, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2019/20, 2021/22 və 2022/23 mövsümlərinin ilk yarısını da zirvədə tamamlayıb. Bununla da “Qarabağ” 9 dəfə qış çempionu olan “Neftçi”ni qabaqlayaraq, yeni rekorda imza atıb. |
2023-12-17 | 814,316 | YAP namizədinin sənədini MSK-ya təqdim etdi | Yeni Azərbaycan Partiyası İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib. Axar.az xəbər verir ki, bu barədə partiyadan məlumat verilib. Qeyd edək ki, YAP İdarə Heyəti dekabrın 15-də İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. |
2023-12-17 | 814,317 | AZAL-dan Naxçıvan reysinin gecikməsi barədə açıqlama | Azərbaycan Hava Yollarının J2-251 və J2-253 nömrəli Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan reyslərinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (güclü duman) gecikir. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları QSC-nin Mətbuat Xidmətinin məlumatında deyilib. “Sözügedən reyslərin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək. Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri yemək və içki ilə təmin olunacaqlar. Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 Vatsap nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər”, - məlumatda qeyd olunub. |
2023-12-17 | 814,320 | Daha bir şəxs prezidentliyə namizədliyini irəli sürdü | Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı 4-ə çatıb. Axar.az xəbər verir ki, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizədiyini irəli sürüb. Qeyd edək ki, indiyədək Yeni Azərbaycan Partiyasından (YAP) Prezident İlham Əliyev, Böyük Quruluş Partiyasından (BQP) millət vəkili Fazil Mustafa və Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Orucun prezidentliyə namizədlkləri irəli sürülüb. |
2023-12-17 | 814,321 | Çin yeni peykini orbitə göndərdi | Çin “Hiperbola-1” kommersiya daşıyıcısından istifadə edərək, süni peykini uğurla orbitə çıxarıb. Axar.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. Bildirilib ki, peykin buraxılışı Qansu əyalətindəki (Şimal-Qərbi Çin) "Ciuquan" peyk buraxılış mərkəzindən həyata keçirilib. Bu, kommersiya məqsədli “Hiperbola-1” raketi vasitəsilə altıncı buraxılışdır. |
2023-12-17 | 814,328 | Masallıda istirahət mərkəzində bıçaqlanma | Dekabrın 15-də Masallı rayonu ərazisindəki istirahət mərkəzlərinin birinin ərazisindən rayon sakini A.Ağayevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər soyğunçuluğa görə məhkum olunmuş Rabil Nurullayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır. |
2023-12-17 | 814,332 | Bakıda güclü külək: Nazirlik xəbərdarlıq etdi | Ölkə ərazisində hava şəraitinin sərtləşəcəyi, xüsusən güclü külək əsəcəyi proqnozlaşdırılır. Bakı və Abşeron yarımadasında şimal küləyinin, rayonlarda qərb küləyinin güclü olması ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Axar.az-a bildirib ki, bu səbəbdən daha ehtiyatlı davranmaq tövsiyə olunur: “Hava məlumatlarını diqqətlə izləyin, gün ərzində küləyin güclənəcəyi proqnozunu unutmayın. Bir daha xatırladırıq ki, uşaqları nəzarətsiz buraxmayın, nəqliyyat vasitələrini iri gövdəli ağacların altında saxlamayın. Tikinti işləri gedən obyektlərin, reklam lövhələrinin, hündür ağacların, elektrik dirəkləri və naqillərin altında dayanmamaq məsləhətdir. Unutmayaq ki, ehtiyatlı davranmaq hər birimizin sağlamlığı və təhlükəsizliyi üçün vacibdir!" |
2023-12-17 | 814,333 | Putinin Qarabağ açıqlamasına Ərdoğanın cavabı | Rusiya Prezidenti Vladimir Putin hər dəfə kinayəli şəkildə “Ermənistan Qarabağı Azərbaycan ərazisi tanıdıqdan sonra Rusiya çarəsiz qaldı” dedikcə Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycanla müttəfiqlik ruhuna uyğuna olaraq, “Qarabağın işğaldan azad edilməsi uğurdur” fikrini təkrarlayır. Türkiyə Cümhurbaşqanı son çıxışında bu mövzuya yeni fikirlərini əlavə etməklə toxunub: “Biz gücləndikcə bizə ümid bağlayan dostlarımızın da güvəni artır. Qarabağın işğaldan azad edilməsi bizə inamı artırdı. Keçmişlə müqayisədə çox fərqli və müsbət atmosfer var. Qarabağın işğaldan azad edilməsi bu ab-havanı daha da gücləndirdi”. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. “Ərdoğan haqlıdır. Türkiyə bölgədə gücləndikdən və söz sahibinə çevrildikdən sonra Ankara Rusiyanın Azərbaycana mümkün təzyiqlərini zəiflətdi və bu bizə 3 il ərzində işğala son qoymağa və ərazi bütövlüyümüzü tam bərpaya şərait yaratdı. O da həqiqətdir ki, Qarabağın azad edilməsi türk dövlətləri arasında inteqrasiyanı gücləndirib. Böyük ehtimalla Ərdoğan, “Qarabağın azad edilməsi müsbət ab-havanı gücləndirib” - dedikdə bunu da nəzərdə tutub”, - politoloq vurğulayıb. |
2023-12-17 | 814,339 | Putin bu şəhərə görə orduya əmr verdi | Rusiya Prezidenti Vladimir Putin orduya ilin sonuna qədər Avdeyevkanı ələ keçirməyi əmr edib. Kreml yeni ilə cəbhədəki qələbələrlə başlamaq istəyir. Axar.az xəbər verir ki, bu barədə “Kremlyovskaya tabakerka” Teleqram səhifəsi məlumat yayıb. “Tapşırıq verilib ki, Avdeyevkanı yanvarın 1-nə kimi deyil, daha tez götürmək lazımdır. Belə başa düşürəm ki, Vladimir Putin özünün Yeni il müraciətində bunu elan etmək istəyir”, - kanal yazıb. Lakin kanal bildirib ki, Moskvanın bu əmrindən heç də hamı razı deyil, çünki Rusiyanın Avdeyevkadakı itkiləri gündəlik 600 nəfər təşkil edir: “Əgər indi Avdeyevkada 200-600 arası itki veririksə, təsəvvür edin, hücumu sürətləndirsək, nə qədər itkimiz olar. Burada səfərbər olunanlar daha pis döyüşür. Kimsə onlara deyib ki, tərxis olunacaqlar, onlar da yaşamağa ümid edirlər. Bəziləri hətta hücuma getməmək üçün ayaqlarına sıxırlar”. |
2023-12-17 | 814,344 | İran açıqladı: Rəşt-Astara dəmir yolunun inşası... | Azərbaycan və İran arasında Rəşt-Astara dəmir yolu dəhlizinin tikintisi ay yarımdan sonra başlayacaq. Axar.az xəbər verir ki, bu barədə İranın yollar və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə məlumat verib. "Əldə olunan razılığa əsasən, biz 2024-cü ilin əvvəlindən, təxminən ay yarımdan sonra bu layihənin icrasına başlayacağımıza ümid edirik", - o bildirib. Əfəndizadə onu da qeyd edib ki, Rəşt-Astara dəmir yolunun 162 kilometrlik hissəsi hazırda İranda ən mühüm dəmir yolu layihəsidir. |
2023-12-17 | 814,345 | Putin Yeni ili belə qarşılayacaq | Yeni ili əlimdə şampan qədəhi doğmalarım və yaxınlarımla birlikdə qarşılayacağam. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Putin bildirib ki, hələ mağazaya gedib heç bir hədiyyə seçməyib. O, Yeni il ərəfəsində yaxınları üçün gözəl bir şey etməyə çalışacağına söz verib. |
2023-12-17 | 814,348 | Rusiya NATO-nun heç bir üzvünə hücum etməyəcək | Macarıstan Avropa ölkələrinə, o cümlədən qitənin şərqindəki ölkələrə Rusiyadan təhlükə görmür. Axar.az xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto deyib. “Avropa Birliyinin əksər ölkələri, o cümlədən şərq cinahda yerləşən ölkələr NATO-nun üzvüdür. Mən Rusiyanın heç bir NATO üzvünə hücum edəcəyini düşünmürəm, çünki NATO dünyanın ən güclü müdafiə ittifaqıdır”, - Siyarto bildirib. |
2023-12-17 | 814,350 | Avstriya Rusiyanı “satdı” | Avstriya hakimiyyəti AB-nin 12-ci antirusiya sanksiyaları paketindən vetonu götürüb. Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Məlumata görə, Vyana bunun müqabilində Kiyevi “Raiffeisen” bank qrupunu Ukraynanın müharibə sponsorları siyahısından çıxarmağa məcbur edib. Qeyd edək ki, “Raiffeisen” Rusiya ilə işləmək qərarına görə Ukraynanın qara siyahısına salınmışdı. |
2023-12-17 | 814,352 | YAP seçki ilə bağlı ilk iclasını keçirdi | Dekabrın 17-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının ilk iclası keçirilib. Axar.az xəbər verir ki, iclasda 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyinin təsdiq edilməsi üçün tələb olunan sənədlərin Azərbaycan Respublikası Seçki Məcəlləsinin 54.5 maddəsinə əsasən 2023-cü il dekabrın 16-da Mərkəzi Seçki Komissiyasına təqdim edildiyi, Yeni Azərbaycan Partiyasının Tədbirlər Planında əks olunan digər əsas hərəkət və tədbirlərin də müəyyən olunmuş müddətlərdə icrasının zəruriliyi qeyd olunub. Müzakirələrdən sonra yerli qərargahların yaradılması haqqında qərar qəbul edilib və hər bir inzibati ərazi vahidi üzrə YAP yerli seçki qərargahlarının tərkibi təsdiqlənib. |
2023-12-17 | 814,353 | Putin elan etdi: Yeni hərbi dairə yaradılır | Finlandiya NATO-ya qoşulmaqla bağlı problemlər yaşayacaq. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Moskva. Kreml. Putin” verilişində deyib. “Finlandiyanı götürüb NATO-ya qoşdular. Bizim hər hansı problemimiz var idi? Bütün mübahisələr, xüsusilə ərazi məsələləri XX əsrin ortalarında həll olunmuşdu. Sonra bizim xoş münasibətlərimiz vardı. Problem yox idi, amma olacaq. Çünki biz indi Leninqrad hərbi dairəsini yaradacaq və ora hərbi birləşmələr yerləşdirəcəyik. Bunlara lazım idi?” - Putin bildirib. |
2023-12-17 | 814,354 | Ukrayna Rusiyanı atəşə tutdu, atışma gedir | Ukrayna qoşunları Belqorod vilayətinin Krasnoyarujski rayonunun Terebreno kəndini atəşə tutur, atışma gedir. Axar.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib. Onun sözlərinə görə, bir neçə kənddə elektrik xətləri zədələnib. |
2023-12-17 | 814,357 | Milonov Ukraynaya getmək üçün Şaxta babadan icazə istədi | Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov Şaxta babaya məktub yazaraq, xüsusi hərbi əməliyyat zonasına getməsinə icazə verilməsini istəyib. Axar.az xəbər verir ki, bu barədə deputat jurnalistlətə açıqlamasında deyib. “Şaxta babaya məktub yazdım. Əziz Şaxta baba! Sənə Vitali yazır. Xahiş edirəm ki, xüsusi hərbi əməliyyat zonasına getməyimə icazə ver”, - deputat bildirib. Milonov bildirib ki, Yeni ili Ukraynada döyüşən rus hərbçiləri ilə birlikdə qarşılamaq istəyir. |
2023-12-17 | 814,360 | Rusiya Ukrayna ilə buna hazırdır - Verşinin | Moskva Beynəlxalq Qırmızı Xaç Komitəsinin köməyi ilə Ukrayna ilə məhbus mübadiləsinə hazırdır. Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib. Onun sözlərinə görə, hazırda qurumun köməkliyi ilə təmaslar aparılır: “Rusiya BQXK-nin səylərini yüksək qiymətləndirir və faydalı olmaq arzusundadır. BQXK-nin Donbasdakı ofisləri Rusiyanın yerli hakimiyyət orqanları və Rusiya Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri ilə sıx əməkdaşlıq edir”, - Verşinin bildirib. |
2023-12-17 | 814,361 | Ermənistanda ağır qəza: 15 nəfər yaralandı | Ermənistanın Tavuş vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumata görə, İcevan-Göyçə-İrəvan avtomobil yolunda “Qazel” markalı mikroavtobusla VAZ 2106 markalı minik avtomobili toqquşub. Məlumata görə, qəza nəticəsində 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə İcevandakı xəstəxanaya yerləşdirilib. |
2023-12-17 | 814,362 | Putin etiraf etdi: Sadəlövh olmuşam... | 20 ilə yaxın təhlükəsizlik orqanlarında və xarici kəşfiyyatda işləməyimə baxmayaraq, bəzi məqamlarda sadəlövh olmuşam. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Moskva. Kreml. Putin” verilişində deyib. “Bəli, müəyyən sadəlövhlük var idi”, – Putin bildirib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.