date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2023-12-15 | 813,665 | Daha bir azyaşlı qızılcadan öldü | Şəmkirdə dörd yaşlı uşaq vəfat edib. Axar.az xəbər verir ki, rayon sakini, 2019-cu il təvəllüdlü H.Allahyarov Şəmkirdən Gəncə şəhərinə gətirilən zaman yolda dünyasını dəyişib. Onun qızılca xəstəliyindən öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır. |
2023-12-15 | 813,667 | Bakıda "Prius" piyadanı vuraraq öldürdü | Bakı şəhərinin Bakıxanov qəsəbəsində "Toyota Prius" markalı avtomobil piyadanı vuraraq öldürüb. Axar.az xəbər verir ki, Polad Yusif oğlu Cahangirov etibarnamə əsasında idarə etdiyi "Toyota Prius" markalı avtomobillə Bakıxanov qəsəbəsi istiqamətinə hərəkətdə olarkən "Kaspi" liseyinin qarşısında yolu keçən piyada 1995-ci il təvəllüdlü Sadiq Rizvan oğlu Məmmədovu ehtiyyatsızlıqdan vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də araşdırma aparılır. |
2023-12-15 | 813,675 | Naxçıvanda dəmir yolu ilə sərnişin daşımaları dayandırılır | Azərbaycan Dəmir Yolları QSC-yə (ADY) məxsus Naxçıvan Dəmir Yolları MMC gələn il yanvarın 1-dən sərnişin daşımalarını müvəqqəti dayandıracaq. Axar.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Məlumata görə, son vaxtlar ADY ölkəmizdə əsaslı yenidənqurma, güclü maddi-texniki bazanın yaradılması və müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsi işləri aparır, dəmir yolu infrastrukturunun sağlamlaşdırılması və müasirləşdirilməsi istiqamətində bir neçə mühüm layihələr həyata keçilir. Görülən tədbirlərin davamı kimi, yüklərin vaxtında, tam təhlükəsiz mənzil başına çatdırılması, sərnişinlərin rahat hərəkətinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında da dəmir yolu infrastrukturu möhkəmləndirilir və müasir standartlara cavab verəcək şəkildə yenidən qurulur. Odur ki, dəmir yolu ilə sərnişin daşımaları müvəqqəti dayandırılır. |
2023-12-15 | 813,676 | Yarımstansiyadan oğurluq edən dəstə saxlanıldı | Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən yarımstansiyadan oğurluq edən üç nəfərdən ibarət dəstə saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, saxlanılan şəxslər Bakı şəhəri, Qaradağ rayon sakinləri Arif Şirəliyev, Felmar Türbəndəyev və Anar Əhmədovdur. Dindirilmə zamanı hər üç şəxs törətdikləri cinayət əməlini etiraf edib. Aparılan araşdırmalar zamanı məlum olub ki, A.Şirəliyev, F.Türbəndəyev və A.Əhmədov noyabr ayının əvvəlində rayonun Qazıqumlaq kəndi ərazisində yerləşən və istismarda olan 35/10 kV-luq yarımstansiyanın binasına qanunsuz daxil olaraq 3 ədəd vakuum tipli açar oğurlamaqla dövlət müəssisəsinə 10 000 manata yaxın maddi ziyan vurub. Polis əməkdaşları tərəfindən adıçəkilən şəxslərin ətrafında aparılan istintaq hərəkətləri zamanı onların digər cinayət əməllərinin üstü də açılıb. Belə ki, A.Şirəliyev, F.Türbəndəyev və A.Əhmədov son 6 ay ərzində respublikanın 11 şəhər və rayonu ərazisində analoji faktları törədərək yarımstansiyalardan vakuum tipli açarları oğurlamaqla dövlət müəssisələrinə külli miqdarda zərər vurublar. Qanunsuz yolla ələ keçirdikləri “qənimətləri” Bakı şəhəri ərazisində dəyərindən ucuz qiymətə satan dəstə üzvləri əldə etdikləri pulları öz aralarında bölüblər. Açarların bir qisminin yeri polis əməkdaşları tərəfindən müəyyən edilib və maddi sübut kimi götürülüb. Faktla əlaqədar Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Onların digər analoji hadisələr də iştiraklarının olub-olmaması araşdırılır. |
2023-12-15 | 813,679 | Azərbaycan “Qarabağ”ın sayəsində Rusiyanı keçdi | “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda qələbə qazanaraq, Azərbaycana UEFA reytinqində növbəti xalları qazandırıb. Axar.az xəbər verir ki, Ağdam təmsilçisinin Bakıda İsveçin “Hakken” klubuna 2:1 hesabı ilə qalib gəlməsi ölkə reytinqinə daha 0,500 əmsal əlavə edib. Komandanın pley-offa adlaması daha 0,500 əmsalın qazanılmasına səbəb olub. Nəticədə ölkənin cari mövsümdəki əmsalı 4,875-ə çatıb. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 19,125-dir. Bununla Azərbaycan UEFA reytinqində Rusiyanı geridə qoyaraq, 28-ci pilləyə yüksəlib. Baş tutan qarşılaşmalar Danimarka, Yunanıstan, Macarıstan, Bolqarıstan, Sloveniya, Bosniya və Herseqovinanın irəliləməsinə, Norveç, Serbiya, İsveç, Slovakiya, Rusiya, Moldova və Lixtenşteynin geriləməsinə səbəb olub. Reytinqə 100,553 əmsalla İngiltərə başçılıq edir. İspaniya (86,114) ikinci, İtaliya (83.284) isə üçüncü pillədə qərarlaşıb. |
2023-12-15 | 813,680 | YAP prezidentliyə namizədini açıqladı - Yeniləndi | 10:04 Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib. Axar.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə YAP İdarə Heyətinin üzvləri, partiya üzvləri və digər şəxslər iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov toplantının gündəliyi barədə iştirakçılara ətraflı məlumat verib. O, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər qazandığını bəyan edib: “Gələn il fevralın 7-nə növbədənkənar Prezident seçkiləri təyin edilib. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər, tarixi zəfər qazanıb. Bu zəfərin davamı növbəti seçkilərdən asılıdır”. YAP sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov isə qeyd edib ki, İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilməlidir: “Bu gün qəbul edilən qərar təkcə YAP-ın prezidentliyə namizədinin irəli sürülməsi yox, Azərbaycan xalqının mövqeyi olacaq. İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilməlidir və qəbul ediləcək". Tədbirdə YAP İdarə Heyətinin üzvləri – Tahir Mirkişili, Musa Quliyev, Kamal Cəfərov, Bahar Muradova, Mübariz Qurbanlı və digər şəxslər Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda keçirilən işlərdən bəhs ediblər. Çıxışlardan sonra partiya tərəfindən İlham Əliyevin 2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərinə namizədliyi irəli sürülüb və bununla bağlı qərar yekdilliklə qəbul edilib. Daha sonra YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP sədrinin müavini Əli Əhmədov partiyanın növbədənkənar Prezident seçkilərindəki səlahiyyətli nümayəndəsi təyin edilib. Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunub. Partiyanın Seçki Qərargahının yaradılması barədə də qərar səsverməyə çıxarılaraq təsdiqlənib. Bununla da iclas başa çatıb. |
2023-12-15 | 813,684 | ABŞ və Britaniya SEPAH-a sanksiya tətbiq etdi | ABŞ və Böyük Britaniya Hizbullah və HƏMAS kimi qruplaşmaları dəstəklədiyinə görə SEPAH-ın Qüds qüvvələrinin bir neçə yüksək səviyyəli komandirinə sanksiya tətbiq edib. Axar.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi və ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, SEPAH-ın Qüds qüvvələrinin komandiri İsmayıl Qaaninin də adı sanksiyalar siyahısına salınıb. Adları sanksiyalar siyahısına salınan 7 şəxsin arasında Qüds qüvvələrinin Fələstin bölməsinin komandirləri də var. |
2023-12-15 | 813,686 | 660-cı gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 660-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 343 890 hərbçi, 5 706 ədəd tank, 10 654 ədəd zirehli döyüş maşını, 8099 ədəd artilleriya sistemi, 920 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 605 hava hücumundan müdafiə sistemi, 324 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 699 ədəd avtomobil texnikası, 6226 ədəd PUA, 1 608 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 189 xüsusi avadanlıq itirib. |
2023-12-15 | 813,689 | İranda polis bölməsinə hücum: 12 polis öldürüldü - Video | 10:27 İranın etnik bəlucların yaşadığı Sistan və Bəlucistan əyalətinin Rask şəhərinin polis məntəqəsinə silahlı hücum olub. Axar.az İran mediasına istinadla xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb. Bildirilib ki, gecə saat 02:00 radələrindən başlayan silahlı hücum zamanı polis bölməsində güclü partlayışlar olub. Rask şəhərinə çox sayda xüsusi qüvvələrin yeridildiyi, kəşfiyyat PUA-larının havaya qaldırıldığı bildirilir. Bəlucların “Ceyşül Ədl” silahlı qruplaşması bəyanat yayaraq hücumun məsuliyyətini öz üzərinə götürüb. Son məlumata görə, polis mərkəzinin daxilində və ətrafında atışmalar davam edir. İranın polis komandanlığı yerli vaxtla səhər saat 7:53-də yaydığı məlumatda hadisəni təsdiqləyib. “Hücum edənlər bir neçəsi öldürülüb və yaralanıb. Terror hücumu nəticəsində polis qüvvələrinin bir neçə əməkdaşı da həyatını itirib və yaralanıb”, - rəsmi bəyanatda bildirilib. "Fars" agentliyi hücum zamanı 12 polis əməkdaşının öldürüldüyünü, 7 polisin isə yaralandığını yazıb. |
2023-12-15 | 813,693 | "Bakı Bus"un kondisioneri partladı: Yanğın... - Video | Bakıda avtobus yanıb. Axar.az Bakipost.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında "Bakı Bus"un 6 nömrəli avtobusunda kondisioner partlayıb və yanğın baş verib. Dərhal sərnişinlər avtobusdan düşürülüblər. Hadisə yerindən görüntüləri təqdim edirik: |
2023-12-15 | 813,694 | Qurbanovun paltardəyişmə otağındakı təsirli çıxışı - Video | Xəbər verdiyimiz, UEFA Avropa Liqasının qrup mərhələsinin VI turu çərçivəsində Bakıda keçirilən “Qarabağ”-“Hekken” oyunu 2:1 hesabı ilə Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb. Axar.az xəbər verir ki, Ağdam klubu tarixində ilk dəfə Avropa Liqasının pley-offuna yüksəlib. Qələbədən sonra “Qarabağ” futbol kulubunun baş məşqçisi Qurban Qurbanovun paltardəyişmə otağındakı təsirli çıxışı sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik: |
2023-12-15 | 813,696 | Azərbaycan müəllimlərinin XVI Qurultayı keçirilir | Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan müəllimlərinin XVI Qurultayı keçirilir. Axar.az xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Baş nazirin müavini Əli Əhmədov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Milli Məclisin deputatları və digər rəsmi şəxslər iştirak edirlər. Qurultayda ilk olaraq Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciət dinləniləcək. Müraciətin mətnini Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın oxuması nəzərdə tutulur. Qurultay rəsmi hissədən sonra panellərlə davam edəcək. |
2023-12-15 | 813,699 | Polis məşhur türk blogerdən rüşvət alıb? - Video | Azərbaycanda səfərdə olan türkiyəli bloger Alpər Rende yayımladığı videoda DYP əməkdaşının ondan rüşvət aldığını iddia edib. O bildirib ki, DYP əməkdaşı Bakı şəhəri Neftçilər prospektində ondan 40 manat rüşvət alıb. Axar.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.az-a açıqlamasında həmin iddiaların doğru olmadığını qeyd edib: “Türkiyəli bloqer Alpər Rendenin icarə əsasında idarə etdiyi avtomobilə qayda pozuntusuna görə dekabrın 7-də Səbail rayonu Neftçilər prospektində inzibati xəta haqqında protokol tərtib edilib, cərimə yazılıb”. O əlavə edib ki, “Toyota” markalı avtomobilin sürücüsü cərimə məbləğini nağd formada təqdim edib: “Görüntüdə vurğulanan iddialar inzibati xəta haqqında protokolla uyğunluq təşkil etmir”. |
2023-12-15 | 813,701 | Tramvaylar yenidən Bakıya qayıdır - Video | İşğaldan azad edilmiş doqquz şəhərdən yeddisinin Baş planı hazırdır. Axar.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib. O bildirib ki, ilkin mərhələdə bərpa olunacaq 83 kənddən 66-nın, səkkiz qəsəbədən altısının şəhərsalma əsaslandırması işlərinin böyük hissəsi yekunlaşıb. Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə isə bildirib ki, Bakının Baş planı artıq hazırdır və təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub. Baş planda paytaxtın bəzi yollarının genişləndirilməsi və tramvay xəttinin qurulması nəzərdə tutulub. Baş memar sovet dönəmində tikilən binaların sökülməsi məsələsinə də aydınlıq gətirib. |
2023-12-15 | 813,703 | Prezident qurultay iştirakçılarına məktub ünvanladı | Prezident İlham Əliyev Azərbaycan müəllimlərinin XVI qurultayının iştirakçılarına təbrik məktubu ünvanlayıb. Axar.az məktubun mətnini təqdim edir: "Hörmətli qurultay iştirakçıları! Əziz müəllimlər və təhsil işçiləri! Azərbaycan müəllimlərinin XVI qurultayının öz işinə başlaması münasibətilə sizi ürəkdən salamlayır, ölkəmizin təhsil işçilərinə ən xoş arzularımı yetirir, hamınıza cansağlığı və şərəfli fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram. Bu qurultay “Heydər Əliyev İli” çərçivəsində keçirilməsi və Ümummilli Liderin 100 illik yubileyinə həsr olunması ilə əlamətdardır. Ulu Öndər genişmiqyaslı fəaliyyətində təhsilin dinamik inkişafına həmişə həssaslıqla yanaşmış və misilsiz qayğı göstərmişdir. Təhsil ocaqlarımız yüksəliş mərhələlərini məhz Heydər Əliyevin rəhbərliyi dövründə yaşamışdır. Milli təhsildə zamanın çağırışlarına müvafiq, gələcək perspektivlər yönündə atılan uğurlu addımlar həmin dövrdə ardıcıl surətdə gerçəkləşdirilmiş dövlət siyasətinin nəticəsidir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrasına başlanılmasından bəri keçən müddətdə təhsilin bütün pillə və səviyyələrində innovativ təşəbbüslərin tətbiqi genişləndirilmişdir. Təhsil sistemində idarəetmənin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirilməsinə, universitetlərimizin beynəlxalq reytinq cədvəllərində irəliləməsinə, təhsilin elmlə inteqrasiyasının dərinləşdirilməsinə daim xüsusi diqqət yetirilir. Kadr ehtiyatının səriştəlilik baxımından gücləndirilməsi, müəllim peşəsinin ictimai nüfuzunun möhkəmləndirilməsi və müəllim fəaliyyətinin qiymətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Azərbaycan təhsil sisteminin mütərəqqi beynəlxalq meyarlara əsaslanması rəqabətqabiliyyətli insan kapitalının hazırlanması prosesinə töhfəsini verməkdədir. İstedadlı gənclərimizin xarici ölkələrin tanınmış ali təhsil müəssisələrində təhsil almalarına dövlətimiz hər bir lazımi dəstəyi təmin edir. Vətən müharibəsindəki parlaq qələbəmizdən dərhal sonra azad olunmuş ərazilərimizdə ən müasir standartlarla tikilən məktəblər artıq fəaliyyətdədir. Bu məktəblərdə gələcəyimizin layiqli vətəndaşları oxuyurlar. Yeni yaradılan Qarabağ Universiteti isə, şübhəsiz, regionda tarixən mövcud olmuş təhsil mühitini çox yaxın vaxtda canlandıracaqdır. Ötən dövrün dolğun təhlilini apararaq təhsil sahəsində strateji məqsədlərə nail olmaq və Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulmuş hədəflərə çatmaq əzmi ilə ali məclisinizin ətraflı müzakirələr şəraitində mühüm qərarlar qəbul edəcəyinə və ölkənin intellektual potensialını təhsildə dayanıqlı inkişaf naminə sıx birləşdirəcəyinə əminəm. İnanıram ki, xalqımıza Zəfər sevinci yaşadan igid və qəhrəman övladlarımızın formalaşması naminə müstəsna əmək sərf etmiş fədakar müəllimlərimiz gənc nəslə bundan sonra da mükəmməl bilik verməklə yanaşı, onların milli-mənəvi dəyərlərə bağlılıq və azərbaycançılıq məfkurəsi ruhunda böyümələri üçün var qüvvə ilə çalışacaqlar". |
2023-12-15 | 813,704 | Komandolarımız “düşmən” texnikasını pusquya saldı - Video | 2023-cü ilin hazırlıq planına uyğun olaraq komando bölmələri ilə taktiki-xüsusi təlim keçirilib. Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Ssenariyə əsasən "Həyəcan" siqnalı ilə qaldırılan bölmələrə təxribat törətməyə cəhd edən şərti düşmən qruplaşmasının zərərsizləşdirilməsi üzrə tapşırıqlar verilib. Ərazinin vizual müşahidəsi və hava kəşfiyyatının aparılması ilə şərti düşmən obyekti qiymətləndirildikdən sonra onun hərbi texnikası pusquya salınıb, qruplaşmanın üzvləri ələ keçirilib. Meşəlik ərazilərdə keçirilən taktiki-xüsusi təlim zamanı qarşıya qoyulan bütün tapşırıqlar yüksək peşəkarlıqla icra edilib. |
2023-12-15 | 813,705 | Sabah hava necə olacaq? | Şənbə gününə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq. |
2023-12-15 | 813,708 | Xankəndidəki oyuna görə Bakı metrosu bu saatda açılacaq | Bakı Metropoliteni QSC futbol üzrə 2023/2024-cü illər mövsümünün Azərbaycan Kuboku yarışı çərçivəsində Ağdamın “Qarabağ” və Bakının MOİK klubları arasında keçiriləcək oyunu arenadan canlı izləmək üçün Xankəndi şəhərinə yola düşmək istəyən tamaşaçıların marağını nəzərə alaraq, dekabrın 21-də iş rejimində dəyişiklik edəcək. Axar.az xəbər verir ki, bu barədə QSC məlumat yayıb. Məlumata görə, Gənclər və İdman Nazirliyinin müraciətinə uyğun olaraq, Bakı metropoliteninin bütün stansiyaları həmin gün səhər 04:00-dan sərnişinlərin girişinə açıq olacaq. Sərnişinlərin mənzil başına çatdırılmasını təmin etmək məqsədilə qatarlar xüsusi qrafik əsasında hərəkət edəcək. Bakı metrosunun həmin gün üçün fəaliyyəti, o cümlədən qatarların hərəkəti mövcud payız-qış qrafikinə uyğun iş günlərinin hərəkət cədvəli əsasında təmin olunacaq. Qeyd edək ki, avtobusların həmin gün səhər saat 05:00-da "Koroğlu" metrostansiyası"nın qarşısından Xankəndiyə yola düşəcəyi bildirilir. |
2023-12-15 | 813,710 | Bayden oğluma mane olur, yoxsa... - Maskın anası | ABŞ Prezidenti Cozef Bayden İlon Maskın dünyanı daha yaxşı yerə çevirməsinə mane olur. Axar.az xəbər verir ki, bu sözləri amerikalı milyarder, “Tesla” və “SpeysX” şirkətlərinin sahibi İlon Maskın anası Mey Mask ABŞ Federal Rabitə Komissiyasının üzvü Brendan Karrın Baydenin Maska nəzarət etmək üçün müxtəlif yollardan istifadə edəcəyi bəyanatına münasibət bildirərkən deyib. “Mən İlon Maskın anasıyam. Onun məqsədi dünyanı daha yaxşı bir yerə çevirməkdir. ABŞ-ın hazırkı prezidenti onu dayandırmaq istəyir. Başqa ölkələrdə insanlar İlonla fəxr edirlər və ABŞ prezidentinin motivlərini başa düşmürlər”, - o qeyd edib. |
2023-12-15 | 813,712 | Yaponiya Ermənistan şirkətinə sanksiya tətbiq etdi | Yaponiya Rusiyaya yeni sanksiyalar paketini, o cümlədən 57 şirkət üçün ixrac məhdudiyyətlərini qəbul edib. Axar.az xəbər verir ki, bu barədə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi məlumat yayıb. “Gələn ilin əvvəlindən qeyri-sənaye məqsədləri üçün almazların idxalı qadağan ediləcək. İxrac məhdudiyyətlərinə məruz qalan şirkətlərin siyahısına sənaye, aviasiya, müdafiə, gəmiqayırma və tədqiqat müəssisələri daxildir”, - məlumatda deyilir. Qeyd olunur ki, Yaponiya Rusiyaya məhdudiyyətləri aşmağa kömək edən xarici şirkətlərə qarşı da sanksiyalar tətbiq edir: “BƏƏ-dən iki, Ermənistandan bir, Suriyadan bir və Özbəkistandan iki şirkətə sanksiyalar tətbiq edilir”. |
2023-12-15 | 813,713 | Ağdam, Cəbrayıl və Kəlbəcərdə məktəblər istifadəyə veriləcək | Növbəti tədris ilində Ağdam, Cəbrayıl və Kəlbəcərdə məktəblərin istifadəyə verilməsi nəzərdə tutulur. Axar.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışında deyib. Onun sözlərinə görə, azad olunan ərazilərə "Böyük Qayıdış" çərçivəsində Şuşa, Füzuli, Zəngilan, Laçın şəhər və rayonu, Tərtərin Talış və Suqovuşan ərazisində fəaliyyət göstərən məktəblərdə ümumilikdə 7 təhsil müəssisəsində 550 şagird və 84 müəllim heyəti var. |
2023-12-15 | 813,715 | Bakıda bir neçə ticarət mərkəzi bağlandı - Video | Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Bakıda yanğın təhlükəli ticarət mərkəzlərinin fəaliyyətini məhdudlaşdırıb. Bu barədə Axar.az-a FHN-dən məlumat verilib. Bildirilib ki, Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Sunay”, “İsa-N”, “Pərviz” və “Elektron” elm-istehsalat firmasına məxsus ticarət mərkəzlərində keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki: - obyektlərdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları tam quraşdırılmayıb; - obyektlərdə su hovuzu inşa edilməyib və daxili yanğın su kranları, yanğın hidrant qurğuları quraşdırılmayıb; - obyektlərdə elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb; - obyektlərin bəzi sahələrində elektrik xətləri yanar konstruksiyaların üzəri ilə çəkilib; - elektrik mühərrikləri, idarəetmə aparatları, işəsalma və nizamlama, nəzarət ölçü cihazları, mühafizə aparatları, köməkçi qurğular və elektrik ötürücüləri (kabelləri, naqilləri) müvafiq qaydaların tələblərinə uyğun seçilib quraşdırılmayıb, eləcə də artıq yükləmədən və qısaqapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilməyib; - taxta konstruksiyalı elementlər odadavamlı məhlulla hopdurulmayıb; - obyektlərdə təxliyənin müvəffəqiyyətlə idarə edilməsi istiqamətində tədbir görülməyib; - obyektlər ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmayıb; - obyektlərdə yanğın təhlükəsizliyinin təmin edilməsi barədə tədbirlər planı hazırlanmayıb və əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib; - ticarət sıralarında piştaxtalar olan cərgələrdə ara məsafələr gözlənilməyib; - obyektlərdə insanların yanğın hadisəsi haqqında xəbərdar edilməsi üçün xəbərverici qurğular quraşdırılmayıb; - ticarət sıralarında taxta, karton, lambir və tezalışan çadır tipli materiallardan istifadə edilməklə arakəsmələr quraşdırılıb; - ticarət mərkəzinin sıraları küçə ticarəti ilə məşğul olanlar tərəfindən tutulduğundan yanğın avtomobillərinin ticarət mərkəzinə yaxınlaşması məhdudlaşdırılıb. Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud şəkildə pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Sunay”, “İsa-N”, “Pərviz” və “Elektron” elm-istehsalat firmasına məxsus ticarət mərkəzlərinin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı icrası məcburi olan qərar qəbul edilərək cavabdeh şəxslərə təqdim olunub. |
2023-12-15 | 813,720 | Çexiya Ermənistanı dəstəkləməyə hazırdır - Qriqoryan | Çexiya xarici işlər nazirinin müavini Yan Marianla görüşdüm. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sosial şəbəkə hesabında yazıb. O bildirib ki, görüşdə ikitərəfli münasibətlərin davamlı inkişaf dinamikasını, Ermənistan ətrafında təhlükəsizlik vəziyyəti və Ermənistan-Çexiya əməkdaşlığı müzakirə edilib. “Çexiya tərəfi Ermənistanı bir sıra sahələrdə dəstəkləməyə hazır olduğunu bildirib”, - Qriqoryan qeyd edib. |
2023-12-15 | 813,723 | Ermənistan "xaç atası"ndan niyə imtina etdi? - Video | Ənənəvi olaraq Rusiyadan silah, hərbi texnika alan Ermənistan son vaxtlar Fransa və Hindistanla silah-sursat əldə etmək sahəsində əməkdaşlığı inkişaf etdirir. Dünyada silah satışında liderlər ABŞ, Rusiya və Çindir. Onların ardınca Hindistan, Fransa, Yaponiya və Braziliya gəlir. Ukraynada döyüş meydanı bir tərəfdən NATO silahlarının həqiqi qiymətini, digər tərəfdən isə Rusiyanın müəssisələrində istehsal olunan hərbi texnikanın imkanlarını göstərir. Axar.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”da dərc edilən məqalədə bildirilib. “Paşinyan bildirib ki: “Ermənistanın təhlükəsizlik arxitekturası 99,999% Rusiya ilə bağlıdır, o cümlədən silahların alınması baxımından. Amma bu gün Rusiyanın özünün silaha ehtiyacı olduğu bir vaxtda aydındır ki, istəsəydi də, Ermənistanın təhlükəsizlik ehtiyaclarını təmin edə bilməzdi”. Bu sözlərdən sonra İrəvanın müdafiə sənayesində Dehli və Parislə əlaqələri nəzərəçarpacaq dərəcədə dərinləşdi. Fransa artıq Ermənistana əvvəllər Ukrayna üçün nəzərdə tutulmuş “Bastion” zirehli texnikası göndərib. Ermənistanın müdafiə naziri Papikyan isə qeyd edib: “İrəvan Rusiya silahlarına alternativ silahlar əldə etmək imkanını nəzərdən keçirir və əhəmiyyətli nəticələrə yaxındır”. Bu arada, təkcə keçən il Rusiya 47 ölkəyə silah tədarük edib. 1992-ci ildən bəri döyüş təyyarələri və helikopterlər Rusiyanın əsas ixracat məhsulları arasındadır. Stokholm Sülh Araşdırmaları İnstitutunun hesabatlarına görə, 2018-2022-ci illərdə ümumilikdə bu texnikalardan 328 ədəd satılıb ki, bu da dövr ərzində ümumi ixrac satışlarının 40%-ni təşkil edir”, - məqalədə bildirib. Müəllifin fikrincə, Ermənistan doğru seçim etmir və aldıqları silahlar onun təhlükəsizliyini təmin etməyəcək. |
2023-12-15 | 813,730 | Ev almaq istəyənlər bu fürsəti qaçırmasın | Mənzil sahibi olmaq istəyənlər üçün “Kristal Abşeron”da möhtəşəm fürsət var! Sadəcə 9935 manat ilkin ödəniş etməklə “Park Yasamal”da tam təmirli, 2 otaq studiya mənzil sahibi ola bilərsiniz. Yaşayış kompleksində istədiyiniz sahəyə uyğun mənzillər mövcuddur. “Park Yasamal” yaşayış kompleksi Yasamal rayonunda, 3 saylı ASAN Xidmət mərkəzinə qısa məsafədə yerləşir və təbiətlə vəhdət təşkil edən 4 hektar ekoloji təmiz ərazidə salınır. Bununla yanaşı Yasamal gölü ətrafı bulvar ərazisi də sakinlərin istifadəsinə veriləcək. “Kristal Abşeron” şirkəti “Park Yasamal”da və digər layihələrdə svay sistemi tətbiq edir. Svay sistemi 6 və 12 metr olmaqla yerin dərinliyinə bərkidilən dirəklərdir. Bu dirəklər təmələ bağlanılır və binanın sürüşməyə, yerdəyişməyə qarşı dözümlülüyünü artırır. Onu da qeyd edək ki, “Kristal Abşeron” layihələrində tava tipli bütöv təməl sistemindən istifadə edir. Binanın eninə və uzununa doğru davam beton pərdə sistemi quraşdırılır. Bu sistem binanı daha möhkəm və dözümlü edir. Yaşayış kompleksi beynəlxalq standartlara uyğun Avropa brendləri ilə inşa edilir. Mənzillərin təmirində alman istehsalı “GROHE” hamam aksesuarları, italyan istehsalı “Gewiss” elektrik açarları və digər İtaliya şirkəti “Prysmian” yanmayan kabellərindən istifadə olunur. Tam təmirli, çıxarışlı formada təhvil verilən göl mənzərəli mənzillər nağd və ipoteka krediti ilə satılır. Satış ofisinə yaxınlaşaraq 10% ilkin ödəniş, 20 ilədək ipoteka krediti ilə mənzil sahibi ola bilərsiniz. Daha ətraflı: *1544 və ya 051 255 05 55 www.kristalabsheron.az https://www.youtube.com/watch?v=3fw9kry4_gw |
2023-12-15 | 813,733 | Sürücünü döyüb, “Prius”unu əlindən aldılar | Samux polisi sürücünü döyərək avtomobilini qaçıran şəxsləri saxlayıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, dekabr ayının 14-də axşam saatlarında Gəncə şəhər sakini A. Abdürrəhmanov DİN-in 102 Zəng Mərkəzi Xidmətinə müraciət edərək müştəri qismində əyləşən 2 nəfər naməlum şəxsin onu döyərək “Toyota-Prius” markalı avtomobilini əlindən alaraq qaçırdıqlarını bildirib. Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Sərxan Mürsəlov və Eşqin Mustafayev Samux rayon ərazisində saxlanılaraq aidiyyəti üzrə istintaqa təhvil verilib. |
2023-12-15 | 813,735 | İlham Əliyev müşavirə keçirdi - Foto | 11:45 Dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Axar.az xəbər verir ki, dövlətimizin başçısı müşavirədə çıxış etdi. Prezident İlham Əliyevin çıxışı - Bir neçə gün bundan əvvəl ölkəmiz növbəti böyük uğura imza atmışdır, COP29 beynəlxalq konfrans Azərbaycanda, Bakıda keçiriləcək. Bu qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir. Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı. Bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Onu da bildirməliyəm ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi. Düzdür, antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir. Bəzi Qərb ölkələri, onların arasında təbii ki, ənənəvi olaraq Fransa bununla barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Ancaq Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar. Bir də bəzi hallarda beynəlxalq aləm, beynəlxalq birlik anlayışı Qərbdə təhrif edilir. Beynəlxalq birlik 30-40 ölkə deyil. Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərmişdir. Bu, birinci dəfə deyil. Biz Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edirik və burada da bizim sədrliyimiz 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur, hətta sədrliyimiz bir il uzadılmışdır. Bu, artıq böyük bir göstərici idi. Dünyanın 120 ölkəsi Azərbaycana öz dəstəyini ifadə etmişdir. Bu dəfə isə bütün dünya ölkələri bu dəstəyi göstərmişdir. İrimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik. Hətta bu il Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə keçirmişik. Onu da hər kəs bilir ki, bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib. 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda, bu il isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbir keçirilmişdir. Ancaq təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq. Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik. Bizim vaxtımız o qədər də çox deyil, 11 aydan az vaxtımız var. Ona görə mən hesab etdim ki, birinci müşavirəni öz sədrliyimlə keçirim, bütün lazımi tapşırıqları verim. Bu tapşırıqların yerinə yetirilməsi barədə müntəzəm olaraq mənə məlumat veriləcək. Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək. |
2023-12-15 | 813,739 | Bakıya gedəcəyik, Qənimətlər Parkına... - Melkonyan | Pantürkist ideyaların həyata keçirilməsinə qarşı Ermənistan üçün nə AB-nin monitorinq missiyası, nə Fransa və Hindistandan silah alınması, nə də “Sülh qovşağı” (“Dünyanın kəsişməsi”) layihəsinin təşviqi təhlükəsizliyin təminatçısı ola bilər. Axar.az xəbər verir ki, bunu erməni politoloq Sergey Melkonyan deyib. “Ola bilsin ki, Ermənistanda kimlərinsə illüziyaları var, amma Hindistanın MLRS və ya digər artilleriya sistemləri, Fransanın “Bastion” tədarükü onların təhlükəsizlik zəmanəti verdiyi anlamına gəlmir. Sadəcə biz dedik ki: “Gəl bu texnikaları alaq, sizə pul verərik”. Təbii ki, indi kim silah satıb pul qazanmağın əleyhinədir?! Söhbət təhlükəsizlik zəmanətlərindən getmir. Pantürkist, panturanist ideyaların həyata keçirilməsinə qarşı müdafiə baxımından heç kim kömək etməyəcək. Fransız həmkarlarıma ən azı bu məsələdə mümkün qədər dürüst olduqları üçün həqiqətən hörmət edirəm. Onlar birbaşa, açıq şəkildə dedilər: “Biz sizin digər müttəfiqinizlə münasibətlərdə verilən real təhlükəsizlik zəmanətlərini verə bilmərik”, - o bildirib. Melkonyan qeyd edib ki, üstəlik, AB də təhlükəsizlik zəmanəti verə bilməyəcəyini bəyan edib: “AB-nin 27 üzvü var və onlar bir anda razılaşıb və Azərbaycanı cəzalandıra bilməyəcək. Qərbin passivliyinin səbəbi siyasi iradənin və Azərbaycana qarşı təzyiq alətlərindən istifadə etmək imkanlarının olmamasıdır. Yəni, iqtisadi və digər alətlərdən istifadə etmək üçün siyasi iradə olmasa, heç kim heç bir təhlükəsizlik zəmanətindən danışmaz və Qərb Ermənistanda bunu açıq şəkildə bəyan edir”. “Sülh qovşağı”na gəlincə, o bildirib ki, bu layihə milli kimliyi kommersiya maraqları ilə əvəz etmək məqsədi daşıyır: “Sülh qovşağı” sərhədlərin və yolların açılması, qarşılıqlı ticarətdir - Türkiyə və Azərbaycanın xəyal etdiyi hər şey budur. Bu haqda danışan hər kəs sadəcə olaraq onların arzusunu gerçəkləşdirir. Düzdü, heç bir problem olmayacaq, irəli-geri hərəkət edəcəyik. Biz qatara minib Bakıya çatacağıq, həm də pul ödəyərək Qənimətlər Parkını ziyarət edəcəyik. Türkiyə və Azərbaycan üçün əla ideyadır”. |
2023-12-15 | 813,741 | Bakı və İrəvan bu qərarı versə... - Obrayen | Düşünürəm ki, önəmli olan iki ölkənin bir-biri ilə danışması və əməli razılaşmalar əldə etməsidir. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen Azərbaycan-Ermənistan münasibətləri barədə “Amerikanın səsi”nə açıqlamasında deyib. “Keçən həftə onlar məhbusların azad edildiyini elan etdilər və yalnız bu həftə məhbuslar evdədirlər və bir-birlərini bir çox cəhətdən dəstəklədiklərini göstərən birgə bəyanat yaydılar, o cümlədən COP29-a ev sahibliyi etmək üçün bir-birinə beynəlxalq dəstək verdilər. Ümid edirik ki, bu, hər iki ölkə, eləcə də Ermənistanın beynəlxalq istəkləri üçün faydalı olacaq. Bu cür dəstəyin göstərilməsi normal ikitərəfli münasibətlərin qurulmasına gətirib çıxaracaq. Biz hər iki ölkəyə dedik ki, onların sülh sazişinin bağlamasına kömək etməkdən çox məmnunuq. Əgər tərəflər müəyyən etsələr ki, bu, onlara uğurlu bir əsəri yekunlaşdırmağa kömək edəcək, o zaman biz yenidən kömək etməkdən məmnun olarıq. Biz hər iki tərəfi bir araya gəlməyə təşviq etmək üçün köməyə hazırıq və bilirsiniz ki, indiyə qədər hər iki ölkə bunun üzərində işləməyə hazır olduğunu söyləyib. Bu ilin sonuna qədər vaxtımız tükənir, amma əlimizdən gələni edəcəyik”, - Obrayen bildirib. |
2023-12-15 | 813,743 | İlin 253 günü imtahan keçirilir - DİM sədri | İldə 365 gün var, onun 253 günü imtahan keçirilir. Axar.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışı zamanı deyib. “İldə 600 mindən çox insan DİM-in sistemdə biliyin qiymətləndirilməsi prosedurlarından keçir. 60 mindən çox müəllim bu prosedurları idarə etməyə cəlb olunub. 400 mindən çox marker yoxlamalarda iştirak edir. İl ərzində 40 adda, 253 imtahan keçirilib. Təhsil sistemi ətalətli sistemdir. Lakin təhsil sisteminin dayanıqlı inkişafı üçün hər hansı yenilik və innovasiya sistemdə mövcud olan ənənəyə söykənməlidir", - DİM sədri vurğulayıb. |
2023-12-15 | 813,744 | Bakı gömrüyü maşınların yoxlanılmasında yenilik edir | Gələn il yanvarın 1-dən Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi maşınların yoxlanılmasında süni intellektdən istifadə edəcək. Axar.az xəbər verir ki, bu barədə quruma təşkil edilmiş mediatur zamanı bildirilib. Bundan başqa, məlumata görə, gələn il gömrük dəyərinin müəyyən edilməsindən vahid metodikanın tətbiq edilməsi, gömrük ödənişlərinin öncədən müəyyən olunması, malın mənşəyinin müəyyən olunması üçün praktiki təlimatın hazırlanması, bəyannamənin qrafalarının məntiqi çarpaz yoxlanılması nəzərdə tutulub. |
2023-12-15 | 813,746 | 2000 manatdan artıq maaş alan müəllimlərin sayı… | 2026-ci ilə kimi 137 min müəllim sertifikatlaşdırmadan keçəcək. Axar.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib. O bildirib ki, hazırkı müddətə kimi müəllimlərdən 40 min nəfəri (29 faiz) sertifikatlaşdırmaya cəlb olunub: “32 min nəfərin əmək haqqına əlavələr edilib. 24 min nəfərdə 10 faiz, səkkiz min nəfərdə isə 35 faiz əlavələr olunub”. Nazir qeyd edib ki, hər üç müəllimdən biri 2023-cü ilin sertifikatlaşdırmasından sonra 1000 manat və daha çox əmək haqqı alır: “28 min müəllim 500 manata qədər, 59 min müəllim 500-1000 manat, 34 min müəllim 1000-1500 manat, yeddi min müəllim 1500-2000 manat, 950 müəllim 2000 manatdan yuxarı əməkhaqqı alır”. |
2023-12-15 | 813,748 | Prezident Bakıda bu yola 600 min manat ayırdı | Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının əsaslı təmirinə 600 min manat ayrılıb. Axar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. 1. Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 600,0 (altı yüz) min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. |
2023-12-15 | 813,751 | Overçuk Paşinyanla yolların açılmasını müzakirə etdi | Ermənistanın Baş nazir Nikol Paşinyan Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib. Axar.az xəbər verir ki, bu barədə Ermənistanın hökuməti məlumat yayıb. Məlumata görə, görüşdə Baş nazirin müavini Mger Qriqoryan və Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin də iştirak edib: “Ermənistan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın işi çərçivəsində Ermənistan-Rusiya münasibətlərinin cari məsələləri, həmçinin Aİİ formatında qarşılıqlı fəaliyyətlə bağlı mövzular müzakirə edilib. Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması imkanlarına toxunulub”. |
2023-12-15 | 813,753 | Prezident onlara ali hərbi və ali xüsusi rütbələr verdi | Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Axar.az sərəncamın mətnini təqdim edir: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilsin: “general-leytenant” ali hərbi rütbəsi general-mayor Etibar Rəsul oğlu İsmayılova “general-mayor” ali hərbi rütbəsi polkovnik Şahin Əyyub oğlu Mirzəyevə “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi daxili xidmət polkovniki Aqşin Böyükağa oğlu Kazımova daxili xidmət polkovniki Asif Eltufat oğlu Məmmədliyə. |
2023-12-15 | 813,756 | Fidan ABŞ-dan sonra niyə dərhal Bakıya gəldi? - Sensasion detal | 12:41 Türkiyə xarici işlər naziri Hakan Fidanın 9 dekabrda ABŞ-da Dövlət katibi Entoni Blinkenlə görüşdən dərhal sonra – 14 dekabrda Bakıya səfər etməsi olduqca mühüm əhəmiyyət daşıyır. Hakan Fidanın Blinkenlə Qəzzanı müzakirə etdiyi barədə məlumat qabardılmışdı. Ancaq Fidanın Bakı səfərində azərbaycanlı həmkarı ilə keçirdiyi mətbuat konfransı və bu konfransda verilən bəyanat ABŞ və Türkiyənin Cənubi Qafqazla bağlı ciddi bir mövqe yaxınlaşması əldə etdiyini düşünməyə əsas verdi. Ceyhun Bayramov ötən gün Fidanla birgə mətbuat konfransında Azərbaycan-Ermənistan danışıqlarında Türkiyənin de-fakto iştirak etdiyini rəsmən elan etdi: “Zatən Azərbaycan masada varsa, Türkiyə də orada var. Türkiyənin danışıqlar masasında olması Ermənistanın özü üçün də faydalıdır”. Fidanla Bayramov Bakıdan bu bəyanatı verdikdən bir neçə saat sonra isə ABŞ-dan “əks-səda” gəldi. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi brifinqdə bildirdi ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasında Türkiyənin məhsuldar rolunu alqışlayır. Miller Cənubi Qafqazın 9 dekabrda Fidan-Blinken görüşündə xüsusi müzakirə predmeti olduğunu da vurğuladı: “Bu mövzu (Cənubi Qafqaz regionu və Azərbaycan-Ermənistan münasibətləri – red.) ABŞ Dövlət katibi Entoni Blinkenlə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında aparılan müzakirələrin bir hissəsidir. Bu, onların mütəmadi olaraq müzakirə etdiyi məsələdir. Türkiyə xarici işlər nazirinin sülhlə bağlı sözləri ilə razıyıq. ABŞ buna nail olmaq üçün iki tərəf arasında birbaşa danışıqları dəstəkləyir”. Düşünmək olar ki, Türkiyə regiondan kənar qüvvələrin Cənubi Qafqaza müdaxiləsini bloklamaqla məşğuldur və Qərbin bu məsələdə “Rusiya qorxusu”nu da aradan qaldırır: Qərb Cənubi Qafqazı Türkiyəyə güzəştə getməklə, Rusiyanın neytrallaşdırılacağına zəmanət alıb və yaxud bu istiqamətdə çalışır. Buna görə də ABŞ artıq Türkiyənin, o cümlədən Azərbaycanın mövqeyini bölüşür – tərəflərin ikitərəfli (vasitəçisiz) danışıqlarını dəstəkləyir. Bu məqamda daha bir maraqlı fakt Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyanın 2024-cü ilin yanvarında Ceyhun Bayramovla Ararat Mirzoyanın ABŞ-da görüşünün olacağı barədə informasiyasıdır. Marukyanın bu məlumatının bir gün sonra Azərbaycan və Ermənistan XİN tərəfindən təkzib edilməsi xüsusi nüansdır. Marukyan sıradan adam deyil, xüsusi tapşırıqlar üzrə səfirdir və əsası olmayan informasiyanı yaymağın da məsuliyyətini yaxşı bilir. Onun bu informasiyanı yaymasının dərhal ardından Rusiyanın aktivləşməsi və nazirlərin Moskvada görüşünü təşkil etməyə hazır olması barədə açıqlaması özünü çox gözlətmədi. Görünür ki, Vaşinqton görüşü ilə bağlı ilkin razılıq da bundan sonra hər iki tərəfdən geri götürülüb, yəni ABŞ və Rusiya platformalarından imtina edilir. Buna baxmayaraq, AB hazırda daha aktiv görünür və israrla Brüssel formatını təklif edir. Belə çıxır ki, Türkiyə iki gücü Bakı-İrəvan danışıqlarından çıxarmaq üzrədir, qalır AB. Böyük ehtimalla, Brüssel formatı da neytrallaşacaq - əgər ABŞ artıq Cənubi Qafqazda birbaşa Türkiyə ilə işləmək qərarı verirsə, Fransanın dominantlıq etdiyi AB təsir imkanlarını genişləndirə bilməyəcək. |
2023-12-15 | 813,757 | Baxmutun son halı - Video | Rusiya və Ukrayna arasında şiddətli döyüşlərin getdiyi Baxmut şəhəri darmadağın edilib. Axar.az xəbər verir ki, bununla bağlı Ukrayna Teleqram kanalları görüntü paylaşıb. Qeyd edək ki, Baxmut Ukraynanın şərqində yerləşən kiçik sənaye şəhəridir və burada artıq 16 aydır ki, şiddətli döyüşlər gedir. |
2023-12-15 | 813,766 | Beyləqanda uşaq bağçasında yanğın | Beyləqan şəhərində ikimərtəbəli uşaq bağçasında yanğın olub. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Beyləqan şəhərində ümumi sahəsi 1000 m² (hər mərtəbəsi 500 m²) olan ikimərtəbəli uşaq bağçasının 2-ci mərtəbəsinin dəhlizində quraşdırılan elektrik lövhəsi və 4 p.m elektrik kabeli yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 25 nəfər (17-si uşaq olmaqla) təhlükəsiz əraziyə təxliyə olunub. Bağça yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. |
2023-12-15 | 813,767 | Qərb Paşinyanı onunla əvəzləyəcək - Köçəryan | Ermənistanda erkən parlament seçkisi hazırkı Baş nazir Nikol Paşinyan üçün sürpriz ola bilər. Axar.az xəbər verir ki, bunu erməni siyasi strateq Karen Köçəryan növbədənkənar seçkinin Paşinyana Qərb məsləhətçiləri tərəfindən tövsiyə olunduğunu şərh edərkən deyib. “Parlament müxalifətini əvəzləmək cəhdində Nikol özünün dəyişdirilməsi faktı ilə üzləşə bilər. Qərb tamamilə fərqli bir namizədi - daha adekvat və daha az güzəştə gedən birini dəstəkləyə bilər. Məsələn, onlar Ermənistan Təhlükəsizlik Şurasının hazırkı katibi Armen Qriqoryanı seçə bilərlər. Qriqoryan demək olar ki, bütün vacib görüşlərə ilk növbədə özü gedir. XİN rəhbəri Ararat Mirzoyan daha çox protokol işlərinə cavabdeh olan rəislərə oxşayır. Digər bütün əsas fiqurlarla görüşlərə Qriqoryan gedir. Söhbət Qriqoryanın ilk növbədə görüşdüyü dövlət katiblərindən və xarici işlər nazirlərindən gedir. Bu, Paşinyanın Mirzoyana güvənməməsinin nəticəsi deyil, Qərbin kiminlə işləmək istədiyinin sübutudur”, - o bildirib. Köçəryan qeyd edib ki, hazırkı şərtlərdə Paşinyanı seçki yolu ilə hakimiyyətdən uzaqlaşdırmaq mümkün deyil: “Çünki hakim qüvvə çox tez bir zamanda seçkini saxtalaşdırmaq üçün bütün mexanizmləri mənimsəyib və təkmilləşdirib. Növbədənkənar seçki İrəvan Ağsaqqallar Şurasına seçkidə olduğu kimi, parlament müxalifətinin dəyişməsinə, antirusiya qüvvələrinin təsirinin artmasına səbəb ola bilər. Ermənistanda antirusiya əhval-ruhiyyəsi bu gün tarixi maksimuma çatıb. Ermənistanda Rusiyanın reytinqi Paşinyanın reytinqindən də sürətlə düşür. Bu, mübaliğə deyil, obyektiv reallıqdır. Güman etmirəm ki, ruspərəst qüvvələr, ümumiyyətlə olmayacaq, amma bu, nominal qüvvə olacaq”. |
2023-12-15 | 813,768 | Prezidentin yüksək rütbə verdiyi şəxslər – Foto | Xəbər verdiyimiz kimi, İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Axar.az xəbər verir ki, general-leytenant rütbəsi verilən general-mayor Etibar İsmayıl FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisidir. General-mayor rütbəsi verilən polkovnik Şahin Mirzəyev isə Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziridir. Prezidentin “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi verdiyi daxili xidmət polkovniki Aqşin Kazımov FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisidir. “Daxili xidmət general-mayoru” rütbəsi verilən polkovnik Asif Eltufat oğlu Məmmədli isə FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin 1-ci müavini - Qərargah rəisidir. |
2023-12-15 | 813,771 | Onlar ermənilərdən daha çox erməni olmağa çalışırlar | Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə deyib. "Düzdür, antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir", - dövlət başçısı bildirib. İlham Əliyev vurğulayıb ki, bəzi Qərb ölkələri, onların arasında təbii ki, ənənəvi olaraq Fransa bununla barışmaq fikrində deyil: "Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Ancaq Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar". |
2023-12-15 | 813,772 | Dünyada çox güclü mövqelərə sahib olmuşuq - Əliyev | Bir neçə gün bundan əvvəl ölkəmiz növbəti böyük uğura imza atmışdır, COP29 beynəlxalq konfrans Azərbaycanda, Bakıda keçiriləcək. Bu qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir. Axar.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə deyib. Dövlətimizin başçısı deyib: “Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq”. |
2023-12-15 | 813,773 | Türkiyə ordusu 2 terrorçunu məhv etdi | Türkiyə ordusu İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində 2 PKK terrorçusunu zərərsizləşdirib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Türkiyə ordusu tərəfindən “Pəncə-Kilid” əməliyyatı bölgəsində aşkarlanan 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Terrora və terrorçulara qarşı mübarizəmiz qətiyyətlə davam etdiriləcək”, - məlumatda deyilir. |
2023-12-15 | 813,774 | 11 aydan az vaxtımız var, dərhal başlamalıyıq! - Prezident | Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə deyib. "Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik. Bizim vaxtımız o qədər də çox deyil, 11 aydan az vaxtımız var. Ona görə mən hesab etdim ki, birinci müşavirəni öz sədrliyimlə keçirim, bütün lazımi tapşırıqları verim. Bu tapşırıqların yerinə yetirilməsi barədə müntəzəm olaraq mənə məlumat veriləcək. Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək", - dövlət başçısı bildirib. |
2023-12-15 | 813,777 | İki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq | COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə deyib. "İrimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik. Hətta bu il Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə keçirmişik. Onu da hər kəs bilir ki, bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib. 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda, bu il isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbir keçirilmişdir. Ancaq təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq," - dövlət başçısı qeyd edib. |
2023-12-15 | 813,780 | Yeni alınan sürət qatarları: Bar-vaqon, internet… - Foto | Azərbaycan Dəmir Yolları QSC (ADY) ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında 2019-cu ilin noyabr ayında imzalanmış müqaviləyə əsasən, yeni alınacaq FLIRT tipli 6 elektrik və 4 dizel qatarının 4 ədədinin (dizel) bu ilin sonuna kimi Bakıya çatdırılması planlaşdırılıb. Artıq iki qatar Bakı Dəmiryol Vağzalına çatdırılıb. Axar.az Oxu.az-a istinadən xəbər verir ki, FLIRT markalı birmərtəbəli qatarın hər biri beş vaqondan ibarətdir və sərnişin tutumu 236-270 nəfər arası dəyişir. Qatarlarda standart və birinci sinif (səkkiz yer) yerlər mövcuddur. Yeni dizel qatarları kontakt şəbəkəsinə qoşulmadan daxili mühərrik sistemi hesabına istehsal olunan elektrik enerjisi ilə hərəkət edir. Bu da öz növbəsində kontakt sistemində yarana biləcək texniki problemlərdən asılı olmayaraq, qatarın hərəkət qrafiki üzrə normal rejimdə hərəkət etməsinə imkan yaradır. Qatarlar yeni nəsil təhlükəsizlik texnologiyası və bir sıra innovativ mexanizmlərlə təchiz olunub. Belə ki, qatarda sərnişinlərin mənzilbaşına təhlükəsiz çatdırılmasını tənzimləyən “Block-5” sistemi fəaliyyət göstərir. Sistemin əsas özəlliklərindən biri onun eyni sistemlə çalışan və qarşıda hərəkətdə olan digər qatarın hərəkət trayektoriyasını izləmək, hərəkətin təhlükəsizliyinə hər hansı risk yarandıqda isə sürəti tənzimləmək funksiyalarına malik olmasıdır. Eyni zamanda, qatar hərəkətdə olarkən maşinistlərin səhhətində hər hansı problem yaşanarsa, “Block-5’’ sisteminin köməyi ilə qatar distant rejimdə tam təhlükəsiz qaydada dayandırılır, sərnişinlərin mənzilbaşına təhlükəsiz çatdırılmasında hər hansı xoşagəlməz hal yaşanmır. Yeni FLIRT qatarları, həmçinin, “Fluidmesh” texnologiyası ilə təchiz olunub. Bu sistem qatarlarda sürətli və kəsintisiz internetin davamlı təmin olunmasında önəmli rol oynayır. Qatarlarda quraşdırılmış multimedia sistemi isə sərnişinlərə səyahət zamanı müxtəlif əyləncəli proqramları izləməklə xoş səyahət təcrübəsi yaşadır. Bu qatarların daha bir üstün cəhəti bar-vaqon salonuna malik olmasıdır. Regionlara səfərlər zamanı sərnişinlər bu salonun xidmətindən istifadə edərək isti və soyuq içkilər və qəlyanaltılar ala bilərlər. Həmçinin, yeni qatarlarda velosipedlər üçün yer, fiziki məhdudiyyətli şəxslər üçün xüsusi sanqovşaq da nəzərdə tutulub. Eləcə də, sərnişinlər ev heyvanları ilə bu qatarlara daxil ola biləcəklər. Bunun üçün heyvanın xüsusi qəfəsinin olması kifayətdir. Xatırladaq ki, Bakıya çatdırılmış bu iki qatar yol infrastrukturunda müvafiq test proseslərindən keçdikdən sonra 2024-cü ilin yazından etibarən sərnişinlərin xidmətinə veriləcək. |
2023-12-15 | 813,782 | Sallivan İsraildə səfərdədir | ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan İsrailə səfəri çərçivəsində ölkə prezidenti İshaq Hersoqla görüşüb. Axar.az xəbər verir ki, bu barədə İ.Hersoq X-də yazıb. Tərəflər İsraillə HƏMAS arasında davam edən müharibəni müzakirə ediblər. İ.Hersoq dəstəyə görə ABŞ rəsmisinə təşəkkür edib. |
2023-12-15 | 813,788 | Əhalinin sayı açıqlandı | Azərbaycan əhalisinin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən Axar.az-a verilən məlumata görə, əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında hesablanmış əhalinin sayı bu ilin noyabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 172 823 nəfər təşkil edib. Əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,6 faiz, kənd əhalisinin xüsusi çəkisi 45,4 faiz, kişilərin xüsusi çəkisi 49,8 faiz, qadınların xüsusi çəkisi isə 50,2 faiz olub. |
2023-12-15 | 813,789 | Azərbaycanda nikahlar azaldı, boşanmalar artdı | Azərbaycanda nikahlar azalıb, boşanmalar artıb. Bu barədə Axar.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-oktyabr ayları ərzində 44643 nikah və 17988 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,2-dən 5,3-ə düşüb. Boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb. |
2023-12-15 | 813,793 | Azərbaycanın əməkdar artisti vəfat etdi | Əməkdar artist, Gülarə Əliyeva adına "Dan ulduzu" ansamblının ilk skripka ifaçısı Esmira Babayeva vəfat edib. Kult.az xəbər verir ki, bu barədə hüquqşünas Səməd Vəkilov məlumat verib. Qeyd edək ki, Esmira Babayeva mərhum xalq şairi Vaqif Səmədoğlunun xanımı Nüşabə Vəkilovanın bacısıdır. |
2023-12-15 | 813,795 | Kamal Abdulla UFU əməkdaşları ilə görüşdü | Ural Federal Universitetinin (UFU) əməkdaşları ADU-nun qonağı olub. Axar.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, ADU ilə Ural Federal Universiteti arasında sıx elmi əməkdaşlıq davam edir, müəllim və tələbələrin yeni elmi təcrübələrlə tanışlığı müsbət nəticələrini göstərir. ADU-da fəaliyyət göstərən beynəlxalq dil və mədəniyyət mərkəzləri haqqında qonaqlara məlumat verilib. Bildirilib ki, ADU-da iyirmi beşdən çox xarici dilin tədrisi aparılır. Tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində yerli və xarici mütəxəssislərin təcrübələrindən istifadə olunur. Ural Federal Universitetinin əməkdaşları Yuliya Vladimirovna, Anna Aleksandrovna, Rüstəm Müslümov, Yevgeniya Sergeyevna səmimi qarşılanmaya və qonaqpərvərliyə görə universitet rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib. Qeyd olunub ki, universitetlər arasında elmi əməkdaşlığın perspektivləri artan dinamika ilə diqqəti cəlb edir. Bu da həm müəllimlərin, həm də tələbələrin yeni elmi biliklərə və bacarıqlara yiyələnməsi üçün əlverişli imkanların olması deməkdir. Görüş gələcək elmi tərəfdaşlıq ətrafında müzakirələrlə davam edib. |
2023-12-15 | 813,800 | Prezident seçkiləri: MSK ilk iclasını keçirəcək | Sabah - dekabrın 16-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçiriləcək. Axar.az xəbər verir ki, toplantıda növbədənkənar Prezident seçkiləri ilə əlaqədar bir sıra məsələlərə baxılacaq. Xatırladaq ki, 2024-cü il fevralın 7-nə Azərbaycanda növbədənkənar Prezident seçkiləri təyin edilib. Dekabrın 15-də isə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin Prezidentliyə namizədliyi irəli sürülməsi barədə qərar qəbul edilib. |
2023-12-15 | 813,801 | Zəngəzurda Rusiyanın silah dolu yük maşını yandı - Foto | Ermənistanda Rusiya ordusuna məxsus döyüş sursatı və silahlarla dolu “KamAZ” markalı yük maşını yanıb. Hadisə Zəngəzur (Sünik) ərazisində baş verib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumata görə, yanmış “KamAZ” markalı avtomobil Rusiya Silahlı Qüvvələrinin 102-ci bazasına məxsusdur. Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi hələlik insidentlə bağlı şərh verməyib. |
2023-12-15 | 813,803 | Şoltsdan Orbana: Qəhvə götür və zaldan kənarda iç! | Almaniya kansleri Olaf Şolts Macarıstanın Baş naziri Viktor Orbana Ukraynanın AB-yə üzvlüyü ilə bağlı danışıqlara başlamaq üçün səsvermə zamanı otaqdan çıxmağı və qəhvə içməyi təklif edib. Axar.az xəbər verir ki, bu barədə “Politiko” qəzeti mənbəyə istinadən məlumat yayıb. “Almaniya kansleri təklif edib ki, əgər Orban danışıqların başlamasına razı olmasa, bir müddətlik müzakirə məkanını tərk etsin. Şoltsun fikrincə, bu, 26 Avropa ölkəsinin liderlərinə Ukrayna ilə danışıqlara başlamaq lehinə qərar verməyə imkan verəcək. Macarıstan lideri isə rahat şəkildə deyə bilər ki, o, bu proseslə bağlı “lehinə” səs verməyib. Ukraynanın AB-yə daxil olması ilə bağlı müzakirələrin dalana dirənməsindən sonra kansler Orbana təklif edib: “Bəlkə sən qəhvə götürüb, otaqdan kənarda içəsən”, - mənbə bildirib. Nəşr qeyd edir ki, Şoltsun strategiyası Brüsseli təəccübləndirib, çünki kanslerin təyin olunduğu gündən Avropa səhnəsindəki hərəkətləri indiyədək məyusedici olub: “Almaniya kanslerinin bu fikri çox qeyri-adidir”. |
2023-12-15 | 813,805 | Ölkəmizdə 10 ayda 50 min adam ölüb | Azərbaycanda ölüm halları azalıb. Bu barədə Axar.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd olunub ki, bu ilin 10 ayında ölkədə 50040 ölüm halı qeydə alınıb. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,0-dan 5,9-a düşüb. |
2023-12-15 | 813,807 | Müharibə qəhrəmanının qohumuna vəzifə verildi | Quba şəhər Uşaq İncəsənət Məktəbinin (UİM) direktoru işdən çıxarılıb. Axar.az-ın əldə etdiyi məlumata görə, məktəbin direktoru Mirkazım Cəfərov dövlət işində işləmənin son yaş həddinə çatdığına görə təqaüdə göndərilib. M.Cəfərovun yerinə UİM-in Rəssamlıq şöbəsinin müdiri Sadıq Məmmədov təyin olunub. Qeyd edək ki, Sadıq Məmmədov Vətən müharibəsi qəhrəmanı, şəhid Mehrab Niftəliyevin bacısının əridir. |
2023-12-15 | 813,810 | Ərdoğan Macarıstana gedir | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Budapeştə səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” Türkiyənin Budapeştdəki səfirliyinə istinadla məlumat yayıb. Məlumata görə, dekabrın 18-də baş tutacaq səfər zamanı Ərdoğan Macarıstan Prezidenti Katalin Novak və Baş nazir Viktor Orbanla görüşəcək. |
2023-12-15 | 813,812 | Kapitan Təbriz-İstanbul uçuşundan imtina etdi – Səbəb | Təbriz hava limanından İstanbula uçan sərnişin təyyarəsinin kapitanı uçuşdan imtina edib. Axar.az xəbər verir ki, bu barədə Təbriz mediası məlumat yayıb. Bildirilib ki, kapitan bu qərarını hava limanının uçuş-enmə zolağında söküntü və çıxıntılara görə verib. |
2023-12-15 | 813,815 | FTX-dən Zəngəzurda yanan “KamAZ”la bağlı açıqlama | Rusiya FTX-nin Ermənistan üzrə Sərhəd Xidmətinin şəxsi heyəti arasında itki yoxdur. Axar.az xəbər verir ki, bu barədə Rusiya FTX-nin Sərhəd Xidməti məlumat yayıb. “Avadanlıqlara da ziyan dəyməyib”, - deyə qurum Zəngəzurda (Sünikdə) yanan yük maşınının FTX Sərhəd Xidmətinə aid olduğunu inkar edib. Qeyd edək ki, bundan əvvəl Zəngəzur (Sünik) rayonunda Rusiyaya məxsus “KamAZ”ın yanması barədə məlumat yayılmışdı. Yük maşınının dəqiq kimə məxsus olması qeyri-müəyyən olaraq qalır. Bəzi mənbələr “KamAZ”ın Rusiya sülhməramlı qüvvələrinə məxsus olduğunu və ona silah yükləndiyini bildirir. Digər mənbə isə hadisə nəticəsində bir sərhədçinin xəstəxanaya yerləşdirildiyini qeyd edir. Ermənistan Fövqəladə Hallar Nazirliyindəki mənbənin verdiyi məlumata görə isə yük maşını 102-ci bazaya məxsusdur. |
2023-12-15 | 813,818 | İcra başçısını təhqir edən şəxs həbs edildi | Sosial şəbəkələrdə və saytlarda Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov barəsində təhqiramiz ifadələr işlədən və müxtəlif iddialar irəli sürən Bərdə şəhər sakini, 1984-cü il təvəllüdlü Xəyyam Salmanzadə həbs edilib. Axar.az Publika.az-a istinadən xəbər verir ki, məhkəmə icra başçısının X.Salmanzadə barəsindəki böhtan və təhqirlə bağlı xüsusi ittiham qaydasındakı şikayətinə baxıb. Ağdam Rayon Məhkəməsinin çıxardığı hökmlə o, 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Qeyd edək ki, xeyli vaxtdır X.Salmanzadə Ağdamın icra başçısı ilə bağlı müxtəlif iddia və məlumatlar paylaşır. O, icra başçısının məmura cinsi azlıq deməsini, Polad Həşimovun şəhid olduğu gün spirtli içkinin təsiri altında hərəkətlər etməsini və sair iddia edib. |
2023-12-15 | 813,820 | 1 uşağa 7 min manat xərclənir - Nazir | Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə bir şagirdin təhsili üçün il ərzində xərclənən vəsaiti açıqlayıb. Axar.az xəbər verir ki, nazir Azərbaycan müəllimlərinin XVI qurultayında bildirib ki, Azərbaycan məktəblərində şagirdlərə düşən adambaşına maliyyələşmə qeyri-bərabər paylanıb. Onun sözlərinə görə, şagird sayı 30-a qədər olan 477 təhsil müəssisəsində 1 uşağa 7 min manat xərclənir. E.Əmrullayev qeyd edib ki, bu rəqəmlər bəzi özəl məktəblərin qiymətlərinə bərabərdir: "Lakin həmin məktəblərdən yaxşı nəticə əldə bilmirik. Sinif sıxlıqlarının az olması məktəbdə şagirdlərin daha yaxşı oxuması demək deyil. Bu nəticə müəllimdən də asılıdır. Eyni büdcə ilə biz daha yaxşı xidmət göstərə bilərik". Nazir əlavə edib ki, hətta bir məktəb var ki, orada cəmi bir şagir təhsil alır və həmin məktəb üçün ildə 64 min manat vəsait xərclənir: "O pulu yenə də xərcləyək. Lakin bu vəsaitə biz daha yaxşı nələrsə edə bilərik. Bakının böyük məktəblərinin birində orta hesabla bir şagirdə 600 manat xərclənirsə, hansısa ucqar kənddə bu rəqəm 30 min manatdır. Bu, əlavə paylanma baxımından əladətli deyil. 600 manat xərclənən məktəb daha yaxşı nəticə verir. Dövlət vəsaitinin daha düzgün, nəticəyönümlü xərclənməsi istiqamətində rasionallaşma tədbirlərini davam etdirəcəyik". |
2023-12-15 | 813,822 | Rusiyanı məğlub etmək mümkün deyil - Vuçiç | Rusiyanı məğlub etmək olmaz və bu, artıq hamıya aydındır. Axar.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib. “Ukraynadakı vəziyyətə nəzər salanda aydın olur ki, Rusiya müharibədə məğlub ola bilməz. Mənə elə gəlir ki, bu, artıq hamıya aydındır. Mən faktlardan danışıram. Rusiyanın məğlubiyyəti indi mümkün deyil, ehtiraslar isə o qədər qızışıb ki, ən kiçik güzəşt milli maraqlara xəyanət kimi qiymətləndiriləcək. Məhz bu səbəbdən Ukraynada bu münaqişə uzunmüddətli olacaq, çünki heç kim təkliflə çıxış edə bilmir”, - Vuçiç bildirib. |
2023-12-15 | 813,823 | İranda 12 polis öldürüldü, əməliyyat başladı | Bu gün səhər saat 02-də Rask şəhərinin polis bölməsinə silahlı hücumdan sonra İran ordusu və SEPAH bölmələri bölgədə geniş əməliyyatlara başlayıb. Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilib ki, Pakistanla sərhəddə başlayan əməliyyata helikopterlər də cəlb olunub. Hazırda Rask, İranşəhr və Sərbaz şəhərləri və ətraf bölgələrində kəşfiyyat PUA-ları və helikopterlərin intensiv uçuşu müşahidə edilir. Qeyd edək ki, Rask şəhərinin polis bölməsinə hücum nəticəsində 12 polis əməkdaşı öldürülüb, 7 polis yaralanıb. Hücumun məsuliyyətini bəlucların silahlı "Ceyşül Ədl" qruplaşması öz üzərinə götürüb. Silahlı qruplaşmanın 2 üzvü öldürülüb, biri həbs edilib, biri isə qaçıb. |
2023-12-15 | 813,826 | Ukraynada deputat iclas zamanı 3 qumbara partlatdı - Video | Ukraynanın Zakarpatiya vilayətində deputat kənd sovetinin sessiyasında qumbara partladıb. Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Məlumata görə, Kereçkov kənd şurasının iclasının keçirildiyi zala daxil olan deputat cibindən 3 ədəd əl qumbarası çıxararaq partladıb. İlkin məlumata görə, hadisə nəticəsində 26 nəfər yaralanıb. Yaralılardan 6-nın vəziyyəti ağırdır. |
2023-12-15 | 813,830 | Güclü geomaqnit qasırğası gözlənilir | Dekabrın 16-17-də Günəş küləyinin təsiri ilə G3 səviyyəli (güclü) geomaqnit qasırğası baş verə bilər. Bu barədə Axar.az-a Şamaxı Astrofizika Rəsədxanasından bildirilib. Qeyd edilib ki, dekabrın 14-də saat 21:02-də Günəşdə 3514 oblastında X2.87 sinifli alışma baş verib. Alışmalar Günəş fəallığının əsas elementidir və A, B, C, M və X sinif alışmalar kimi təsnifləşdirilib. X sinif alışmalar ən güclü alışmalardır. Sonuncu belə alışma isə 2017-ci ildə baş verib. Alışmalar bəzən Tac Kütlə Atılmaları (TKA) ilə müşaiyət olunur. Adətən Tac Kütlə Atılmalarının yaratdığı Günəş küləyi Yerə ortalama olaraq 48-72 saat ərzində çatır. Birbaşa Günəş Yer xətti üzərində (mərkəzi meridianda) çox güclü alışma baş verərsə, Yerə təsiri daha tez çatır və daha intensiv olur. Son alışma isə Günəş diskinin qərb kənarına yaxın baş verib ki, bu da onun Yerə təsirini zəiflədir. Alışma səbəbli püskürülən TKA ~1900 km/san sürətlə Yerə doğru hərəkət edir və Yerə təsir edəcək komponentə malikdirsə, o zaman 16-17 dekabrda Günəş küləyinin təsiri ilə G3 səviyyəli (güclü) geomaqnit qasırğası baş verə bilər. Həmçinin Günəşin səthində Tac dəliyi Mərkəzi meridianda olduğundan əlavə olaraq onun da təsiri 20 noyabradək davam edəcək. Bu gün isə 11 dekabrda baş vermiş TKA və Tac dəliyinindən çıxan Zərrəcik Selinin təsiri ilə G1 səviyyəli (zəif) geomaqnit qasırğası gözlənilir. Tac Dəliyinin əlavə təsiri 20 noyabradək davam edəcək. |
2023-12-15 | 813,832 | Sosial şəbəkələrdə pirotexniki vasitələr satanlar saxlanıldı | Sosial şəbəkələrdə pirotexniki vasitələr satan iki nəfər saxlanılıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. “Onlardan ümumilikdə 1246 ədəd yüksək səs effekləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkar edilib. Araşdırmalar davam etdirilir. Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, tezalışan maddələr və pirotexniki vasitələr insanların sağlamlığı ilə yanaşı ətraf mühitə qarşı da ciddi təhlükədir. Bu vasitələr insanda ağır göz yaralanmalarına, qalıcı eşitmə qüsurlarına və müxtəlif dərəcəli yanıqlara yol aça bilər”, - məlumatda bildirilib. |
2023-12-15 | 813,835 | Erməni peyki heç foto da çəkə bilmir - Mikaelyan | Ermənistanın kosmosa göndərdiyi “Hayasat 1” kimi peykləri İsraildə şagirdlər hazırlayır. Axar.az xəbər verir ki, bunu Ermənistanın V.A.Ambartsumyan adına Byurakan Astrofizika Rəsədxanasının direktoru Areq Mikaelyan deyib. Onun sözlərinə görə, belə bir peykin kosmosa buraxılması cəmi 2 min 700 dollara başa gəlir: “Təbii ki, qiymət həcmdən və çəkidən asılı olaraq dəyişir. Bəs bu peykin funksiyası nədir? Heç bir xüsusi funksiyası yoxdur, hətta bu peykdə quraşdırılan fotoaparatların dəqiqliyi və gücü o qədər zəifdir ki, onlara xüsusi ehtiyac yoxdur. Ciddi peyklər 100, 120, 150 milyon dollara başa gəlir. Bizim hökumət də Azərbaycan kimi müəyyən funksiyaları yerinə yetirə bilən ciddi peyki olması barədə düşünməlidir. Bu addımları sürətləndirmək lazımdır. 10 ildir ki, Ermənistan kosmik fəaliyyətlə məşğul olduğunu bəyan edir, amma nəticə yoxdur. O vaxt Azərbaycanın bir peyki var idi, indi isə onların sayı 3-dür. Ciddi peyklərdən hərbi məqsədlər üçün də istifadə oluna bilər. Azərbaycan kosmosda cərəyan edən fəaliyyətlərin perspektivli olduğunu başa düşdü. Azərbaycanda anladılar ki, öz peykinə sahib olmaq bu xidmətləri başqalarından almaqdan qat-qat ucuz başa gəlir”. |
2023-12-15 | 813,838 | Güneydə yeni hərəkat yarandı, hədəfini açıqladı | Yeni fəaliyyətə başlayan Güney Azərbaycan Demokratiya və İnkişaf Ocağının sözçüsü Duman Radmehrin Axar.az-a müsahibəsi: - Güney Azərbaycan Demokratiya və İnkişaf Mərkəzi hansı zərurətdən yarandı? - Azərbaycan Milli Hərəkatı 30 ildir ki, fəaliyyətdədir. Bir çox itkilər verib və nailiyyətləri də olub. Bu hərəkat Azərbaycan və İranda yaşayan türklər arasında güclü və dominant siyasi-ictimai hərəkatdır. 30 ilin təcrübəsinə dayanaraq, onun yaxşı bir rezümesi və keçmişi olduğunu demək və dəyərləndirmək olar. Bizə görə Milli Hərəkatın gücsüz tərəflərindən biri budur ki, türklər arasında səssiz qalan təbəqəni özünə cəlb edə, öz təsiri altına sala bilməyib, onların güvənini və dəstəyini qazanmayıb. İranda yaşayan türkləri milli oyanış baxımından 3 dəstəyə bölmək olar. Birinci dəstə Azərbaycan Milli Hərəkatının təsiri altında olanlardır. Bunlar milli oyanışa çatıblar, siyasi məsələlərə milli baxımdan yanaşırlar, Azərbaycanın mənfəətini düşünürlər. İkinci dəstə isə assimilyasiya olunanlardır. Bunlar üçün türkçülük, azərbaycançılıq əhəmiyyət daşımır. Yeri gəldikdə, onlara zidd çıxış da edirlər. Özlərini iranlı bilir, Azərbaycanda baş verənlərə əhəmiyyət vermirlər. Amma bu iki dəstənin ortasında bir dəstə də var ki, nə Milli Hərəkatın təsiri altındadır, nə də assimilyasiya olunublar. Bunlar Azərbaycanı, türklüyü sevirlər. Ancaq milli məsələlərə birinci dərəcəli baxmırlar. Onlar üçün iqtisadiyyat, sosial problemlər, işsizlik, demokratiya, qadın və uşaq hüquqları, inkişaf, ekoloji problemlər daha mühümdür. Milli Hərəkat isə bu insanların etimadını bir neçə səbəbdən qazana bilməyib. Milli məsələ, milli kimlik və ana dilini əsas tutub. Qadın hüquqları, demokratiya və bu kimi məsələlərdən yan keçib. Bu problemlərə qarşı çıxmasa da, onların yanından səssizcə ötüb. Səssiz təbəqənin əhəmiyyəti çoxdur. Çünki İranda baş verən hər hansı dəyişiklikdə onlar açar rolunu oynayır. Onlar azərbaycançı qüvvələrin yanında yerləşsələr, İranda milli və demokratiya məsələsi də həll olunmuş olacaq. Lakin bunlar mərkəzçi qüvvələrin yanında yerləşsələr, bundan öncəki təcrübələrdə olduğu kimi mərkəzçi dövlət ən qısa zamanda təsbitləşə və bərqərar ola bilər. Bu boşluğu doldurmaq isə Azərbaycan Demokratiya və İnkişaf Ocağının əsas hədəflərindən biridir. Məqsəd bu səssiz qrupu cəlb etməkdir. Birinci hədəf kütləsi bunlar olacaq. Bizim ocaq ilk olaraq onların dəstəyini və etimadını qazanmağa çalışacaq. - Yaranan yeni qurumun fəaliyyət istiqamətlərini konkretləşdirsək, hansı sahələri əhatə edəcək? - Bizə görə, İranda siyasət və sosial məsələlər bir-birindən ayrı deyil. Siyasi hərəkatların əsas boşluqlarından biri də bu olub ki, İranda mövcud olan fərqli kəsimlərin, fərdi kimliklərin sosial və gündəlik problemlərini yetərincə diqqətə almayıblar. Uşaqların, qadınların, əlillərin hüquqları, fəhlələr, ətraf mühit məsələləri, təqaüdçülərin problemləri və s. Bu cür insanların İran və Güney Azərbaycan cəmiyyətində sayları ciddi şəkildə çoxdur. Səssiz qalanların səsi olacağımız üçün, eyni zamanda, onları siyasiləşdirməyə və siyasi dəyişiklikdə səfərbər etməyə cəhd edəcəyik. Çünki onların səsi indi eşidilməsə, gələcəkdə də hüquqları bərpa olmaya bilər. - Güney Azərbaycan məsələsinin həllini nədə görürsünüz? İran tərkibində, yoxsa fərqli bir çıxış yolu?! - Bizim birinci dərəcəli məsələmiz budur ki, Azərbaycan xalqı, Milli Hərəkatın etirazlarını, tələblərini qəbul edənlər belə, hərəkatın bacarığına yetərincə inanmır. Bunların içində dəyişikliyi idarə edəcək siyasi qüvvəyə inamları yoxdur. Bunu həll edəndən sonra digər məsələri hansı şəkildə və necə yoluna qoyacağıq sualını ortaya qoya bilərik. Bu perspektivdə, Azərbaycan Ocağı dünyanın dörd tərəfində yaşayan azərbaycanlı uzmanları bir araya gətirərək, xalqımızı öz bacarığına inandırmaq istəyir. Azərbaycan Ocağının öhdəliklərindən biri budur ki, səssiz kəsimin etimadını, dəstəyini qazanaraq, İranda dəyişikliyi yönəltməkdə Azərbaycan ağırlığını ortaya qoysun. Yalnız bu təqdirdə, demokratiya, milli məsələ və millətlərin özünü idarəetmə haqqına qovuşmağı gözləyə bilərik. |
2023-12-15 | 813,839 | 44 günlük savaşda ermənilər kabinetimdən çıxmırdı - Tolstoy | Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy İrəvanın Moskvadan uzaqlaşmasının nəticələri barədə xəbərdarlıq edib. Axar.az xəbər verir ki, o, bu barədə Rusiya-Ermənistan ilk ictimai forumunun açılışında deyib. Parlamentari Ermənistanı Rusiyadan əldə edə biləcəyi hər şeyi Avropadan almağa çalışan postsovet ölkələrinin səhvlərini təkrarlamamağa çağırıb: “Qarabağda son müharibə gedəndə mənim kabinetim sözün əsl mənasında hər gün Ermənistan parlamentinin deputatları ilə dolu olurdu və onlar deyirdilər: “Xahiş edirik, nəsə edin, zəng edin, Rusiya prezidentinə deyin, müharibəni dayandırın! Oğlanlarımız ölür, cəbhədən tabutlarla gətirilirlər”. Bu gün isə həmin deputatlar artıq yoxdur, ümumiyyətlə, heç kim yoxdur. Xatırladım ki, o zaman qanlı müharibəni dayandıran Rusiya Prezidenti Vladimir Putin olub”. |
2023-12-15 | 813,843 | Birbankdan bank sektorunda yenilik: Rəqəmsal depozit | Ölkənin ilk rəqəmsal bankı Birbank bank sektorunda daha bir yeniliyə imza atdı. Belə ki, Birbank mobil tətbiqində yeni başdan-başa “Rəqəmsal depozit” məhsulu istifadəyə verildi. Müştərilər üçün sərfəli və rahat imkanlar yaradan “Rəqəmsal depozit”dən istifadə etmək üçün sadəcə Birbank mobil tətbiqində “Daha çox” bölməsindən “Depozitləri”i seçməli və “Yeni depozit” bölməsinə keçərək müraciət edib məlumatları tamamlamaq yetərlidir. Məhsulun əsas üstünlüyü müştərilərin kampaniya çərçivəsində 12 aylıq 9% gəlir əldə etmələri ilə yanaşı proseslərin tamamilə onlayn olmasıdır. Sığortalanan məbləğin həcmi isə 100 000 manatdır. Kampaniya 31 yanvar tarixinədək keçərlidir. Rəqəmsal depozitdə manat valyutası üzrə 1, 3, 6, 9, 12, 18, 24 və ya 36 ay müddətinə minimum 1₼, maksimum 250 000₼ məbləğində depozit yerləşdirmək mümkündür. Depozit gəliri müddətin sonunda təqdim edilir. Faiz miqdarını depozit kalkulyatoru ilə asanlıqla hesablamaq mümkünür: https://bir.bank/bbrdpr AnchorBirbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Feysbuk və İnstaqram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, Vatsap vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin. |
2023-12-15 | 813,847 | İlham Əliyev BƏƏ-nin investisiya nazirini qəbul etdi | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd Həssən Əl Suveydini qəbul edib. Axar.az xəbər verir ki, dövlətimizin başçısı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28-in Dubayda uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırdı. Məhəmməd Həssən Əl Suveydi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinə səfərini və səfər çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşünü məmnunluqla xatırladı. Görüşdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli dostluq münasibətlərin bir çox sahədə uğurla inkişaf etdiyi bildirildi, müxtəlif səviyyələrdə təmasların əməkdaşlığımızın möhkəmlənməsi işinə xidmət etdiyi qeyd olundu. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il Azərbaycanda keçirilməsi barədə qərar beynəlxalq aləmdə ölkəmizə göstərilən böyük etimadın və hörmətin nümunəsi kimi dəyərləndirildi. Söhbət zamanı bu gün imzalanacaq sənədlərin önəmi qeyd edilərək bunun iqtisadi sahədə əməkdaşlığın və ümumilikdə əlaqələrimizin uğurlu inkişafının yaxşı göstəricisi olduğu bildirildi. Sonra sənədlərin imzalanması mərasimi oldu. Azərbaycan İnvestisiya Holdinqi və Abu Dabi İnkişaf Holdinq Şirkəti arasında Birgə sərmayə çərçivə razılaşması imzalandı. Razılaşmanı Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd Həssən Əl Suveydi imzaladılar. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İnvestisiya Nazirliyi arasında data mərkəzləri layihələrində investisiya əməkdaşlığı haqqında Anlaşma Memorandumu imzalandı. Memorandumu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd Həssən Əl Suveydi imzaladılar. |
2023-12-15 | 813,850 | Ölkəmizə 9 ayda, görün, neçə milyon dollar kapital gətirilib | Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana kapital axını 398,7 milyon ABŞ dolları təşkil edib. Axar.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın yaydığı məlumatda bildirilib. |
2023-12-15 | 813,852 | "Ohanyan səddi"nin keçdiyi yol minalardan təmizlənir | Ermənistanın mifləşdirdiyi "Ohanyan səddi"nin keçdiyi Tərtər-Ağdərə yolu minalardan təmizlənir. Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov deyib. Onun sözlərinə görə, Tərtər-Ağdərə yolu antiterror tədbirlərindən sonra azad edilən yaşayış məntəqələri istiqamətində olan yoldur: "30 illik işğal müddətində bu yolda döyüş mövqeləri yerləşdirilib. Ermənistanın mifləşdirdiyi "Ohanyan səddi" bu yolun üzərindən keçirdi. Səddə tikanlı məftillər və tank əleyhinə kirpilər yerləşdirilib. Bu ərazilərdə kifayət qədər qarışıq minalar var. Həmçinin işğal dövründə separatçıların döyüş mövqeləri də burada yerləşib". A.Eyvazov bildirib ki, mövqelər separatçılardan təmizləndikdən sonra kommunikasiya xətləri istifadəyə verilib: "Hazırda yol minalardan təmizlənib, nəqliyyatın hərəkəti üçün istifadəyə verilib, lakin ərazi minadan tam təmizlənməyib. Bu ərazilərdə tank əleyhinə kirpilər və kənardan idarə olunan minalar da yerləşdirilib" . |
2023-12-15 | 813,854 | Bayden F-16-larla bağlı pozitiv fikirdədir – Ərdoğan | Bayden Ankaraya F-16 qırıcılarının verilməsi ilə bağlı ABŞ Konqresinə təklif təqdim etməyə hazır olduğunu bildirib. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Bayden F-16 ilə bağlı müsbət fikirdədir və təklifini Konqresə təqdim etməyə hazır olduğunu söylədi”, - o bildirib. |
2023-12-15 | 813,855 | Delimitasiya: hər tərəf öz xəritəsini təqdim edir - Qriqoryan | “Dünyanın kəsişməsi” layihəsində artıq işlənib hazırlanmış və icra mərhələsində olan infrastrukturlar var. Söhbət şimal-cənub marşrutundan gedir. Qalan hissələrə gəldikdə isə qəti bir qiymətləndirməyə malik olmaq üçün hələ tədqiqat aparılmalıdır. Axar.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan deyib. “Amma deyə bilərəm ki, Horadiz-Arazdəyən dəmir yolunun tam dəyəri bir il əvvəl hesablanıb, səhv etmirəmsə, təxminən 230 milyon dollardır”, - Qriqoryan bildirib. Onun sözlərinə görə, sərhədlərin delimitasiyası ilə bağlı Azərbaycanla növbəti görüşün tarixləri hələ müəyyən edilməyib: “Delimitasiya və demarkasiya prosesi kifayət qədər uzun vaxt aparacaq, çünki proses kifayət qədər mürəkkəbdir. Tərəflər topoqrafik xəritələrlə, eləcə də hüquqi əhəmiyyət kəsb edən sənədlərlə işləyəcəklər. Proses illərlə çəkə bilərmi? Mən bunu istisna edə bilmərəm, çünki görüşlər zamanı hər bir tərəf xəritə və sahə, sərhədin müəyyən təsviri olan hüquqi sənədlər təqdim edir, müzakirə və fikir mübadiləsi başlayır”. |
2023-12-15 | 813,860 | 660-cı gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 660-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 550 təyyarəsi, 258 helikopteri, 9696 PUA-sı, 442 zenit-raket kompleksi, 14 078 tank və digər zirehli texnikası, 1 188 reaktiv yaylım atəş sistemi, 7 333 artilleriya və minaatanı, 16 336 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2023-12-15 | 813,862 | Tank əleyhinə xəndək, metal kirpilər: Ağdərədən görüntülər | İşğaldan azad edilən Ağdərə ərazisində minatəmizləmə əməliyyatlarının aparıldığı sahələrə mediatur təşkil olunub. Axar.az Trend-ə istinadən xəbər verir ki, səfərin məqsədi işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minalardan və partlamamış döyüş sursatlarından təmizlənmə işləri ilə tanış olmaqdır. Jurnalistlər əvvəlcə Ağdərə-Tərtər yolunun üzərində və ətrafında döyüş mövqeləri, mühəndis-istehkam qurğuları yerləşdirilmiş, minalar basdırılmış hissəsinə gəliblər. Ermənilərin mifik obraza çevirdiyi “Ohanyan xətti”ndə düşmən tərəfindən yaradılan maneələr və mina əraziləri ilə tanışlıq olub. Sonra media nümayəndələri əllə və minaaxtaran itlər vasitəsilə həyata keçirilən təmizləmə işlərinə baxış keçiriblər. Görüntüləri təqdim edirik: |
2023-12-15 | 813,864 | Bayramovdan sülh prosesi ilə bağlı açıqlama | Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov video-konfrans formatında baş tutmuş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 47-ci iclasında çıxış edib. Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. 2023-cü il ərzində QDİƏT-ə sədrlik edən qardaş Türkiyə Respublikasını uğurlu və dinamik sədrlik münasibətilə təbrik edən nazir Ceyhun Bayramov bu istiqamətdə QDİƏT-i praktiki əməkdaşlıq və konkret layihələrə fokuslanan Təşkilata çevirməklə bağlı Türkiyə tərəfindən göstərilən səylərin təqdirəlayiq olduğunu ifadə edib. Çıxış zamanı QDİƏT-in növbəti illər ərzində prioritetlərini müəyyən edəcək İqtisadi Gündəliyinin yekunlaşdırılmasının, xüsusilə nəqliyyat və bağlantıların genişləndirilməsi istiqamətində fəaliyyətin əhəmiyyəti vurğulanıb. Ölkəmizin bölgədə nəqliyyat və kommunikasiyaların inkişafı sahəsində əməli addımlar atdığını, bu istiqamətdə görülən işlərin öz növbəsində Orta Dəhlizin imkanlarının genişləndirilməsinə də töhfə verəcəyi vurğulanıb. Bu sahədə tranzit axınlarının rəqəmsallaşması, habelə Rəqəmsal İpək Yolu layihəsinin həyata keçirilməsi istiqamətində Mərkəzi Asiya və Qara dəniz regionlarından olan tərəfdaşlarla yaxından fəaliyyət göstərdiyimiz diqqətə çatdırılıb. Enerji təhlükəsizliyi sahəsində Cənub Qaz Dəhlizi layihəsinin genişlənməsinin əhəmiyyətindən bəhs edən nazir Ceyhun Bayramov bu istiqamətdə "yaşıl enerji" sahəsinin inkişafının prioritetimiz olduğunu bildirib. Növbəti il ərzində ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası - COP29-a ev sahibliyi edəcəyini qeyd edən nazir Ceyhun Bayramov sözügedən tədbirin qlobal iqlim dəyişikliyinin qarşısının alınmasına töhfə olması üçün ölkəmizin bütün səylərini səfərbər edəcəyini söyləyib. Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə iştirakçıları məlumatlandıran nazir Ceyhun Bayramov hazırda bölgədə sülh quruculuğu üçün münbit şəraitin, habelə Təşkilat çərçivəsində də qarşılıqlı faydalı əməkdaşlıq üçün imkanların yarandığını qeyd edib. Ölkəmizin Ermənistanla normallaşma və sülh prosesini irəlilətməkdə qərarlı olduğu bir daha vurğulanıb. |
2023-12-15 | 813,867 | Zaur Mikayılov Masallıda vətəndaşlarla görüşdü | Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraqAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dekabrın15-də Masallı rayonunda yerləşən Viləşçay Su Anbarının İstismarı İdarəsinin inzibati binasında Masallı, Yardımlı və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Axar.az xəbər verir ki, qəbuldan öncə sədr Zaur Mikayılov və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər. Daha sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, suvarma suyunun limitinin artırılması, yeni subartezian quyularının qazılması, içməli suya olan tələbatın ödənilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması və digər məsələlərlə bağlı olub. Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. |
2023-12-15 | 813,868 | Baydenlə müzakirə etdik, Qəzzaya müdaxilə etməlidir | Biz cənab Baydenlə Qəzza məsələsini müzakirə etdik. Qəzzada baş verən hadisələrdə 18 mindən çox uşaq, qadın və qoca həyatını itirib. Məktəblər, məscidlər, eləcə də kilsələr dağıdılıb. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan bildirib ki, ABŞ Qəzza zolağına müdaxilə etməlidir. |
2023-12-15 | 813,870 | Şəhid ailəsinin müraciəti ilə bağlı tapşırıqlar verildi | SOCAR-ın Azəriqaz İB-nin həftə ərzində sonuncu “Səyyar qəbul otağı” Lerik rayonunda təşkil olunub. Axar.az xəbər verir kii, qaz təchizatında problemlə üzləşən 7 nəfər mikrofon önünə çıxaraq müraciətlərini ünvanlayıb. Rayonun Pirəsora və Orand kəndlərindən qatılan 2 nəfər adıçəkilən kəndin qazlaşdırılmasını xahiş edib. Qalan 5 sakindən 3-ü qaz xəttinin yerinin dəyişdirilməsini, 2-si isə fərdi yaşayış evinin qazlaşdırılmasını istəyib. Tədbirin sonunda aksiyaya telefon bağlantısı ilə qoşulan şəhid Əliqismət Yaqublunun atası Mükafat Yaqubovun müraciəti də qeydə alınaraq yerində baxış keçirilməsi üçün qərar qəbul edilib. Aksiyanın davamı kimi şəhid ailəsinin yaşadığı ünvana baş çəkilib və müraciətin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilib. |
2023-12-15 | 813,874 | İrəvanda qəza: Avtobus 10 avtomobillə toqquşdu | İrəvanda ağır yol-nəqliyyat hadisəsi baş verib. Axar.az erməni mətbuatına istinadla xəbər verir ki, bu gün günorta saatlarında İrəvan meriyasının balansında olan sərnişin avtobusu “Toyota Land Kruzer”, “Toyota Kamri”, “Suzuki”, “Nissan Tida”, BMV, “Nissan Marş”, “Toyota”, “Şevrolet”, “Nissan” və “Hunday” markalı avtomobillərlə toqquşub. Qəza nəticəsində yaralanan avtobus sürücüsü ətrafdakılar və təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. İrəvan polisinin məlumatına görə, qəzaya səbəb avtobus sürücüsünün səhhətinin qəfil pisləşməsi olub. |
2023-12-15 | 813,879 | General ermənilərin Qarabağdakı hərbi anbarında - Video | Hazırda Qarabağ ərazisində aşkar edilən mühəndis döyüş sursatları anbarlarından birindəyik. Bu anbarda külli miqdarda əldə hazırlanan, həm də planlı şəkildə istehsal edilən mühəndis döyüş sursatları tapılıb. Axar.az xəbər verir ki, bu barədə Mühəndis Qoşunları Baş İdarəsinin rəisi general-mayor Anar Kərimov Trend-ə deyib. "Artilleriya mərmilərinə xüsusi kustar üsulla əlavələr edilərək, bunların idarə olunan halda ərazilərə quraşdırılıb partladılması nəticəsində böyük sahədə qəlpələrin yayılması və kütləvi şəkildə şəxsi heyətə zərər verməsi üçün sursat halına gətirilib", - deyə o bildirib. |
2023-12-15 | 813,880 | Sabirabadda Nigeriya vətəndaşının körpəsi öldü | Nigeriya vətəndaşının yenidoğulmuş körpəsinin Sabirabadda ölməsi ilə bağlı cinayət işi başlanıb. Bu barədə Axar.az-a Sabirabad Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, cari ilin avqustun 5-də Nigeriya vətəndaşı Osabuohien Glory Abiesin "Sabirabad RMX" PHŞ-nın Regional Perinatal Mərkəzin doğum evində yenidoğulmuş uşağının ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb. Aparılmış araşdırmalarla qeyd olunan xəstəxananın həkimləri tərəfindən doğuş zamanı dölün vəziyyətinin düzgün müəyyən edilməsi üçün tədbirlərin icra edilməməsi, doğuş prosesinin başa çatdırılma üsulunun diaqnoza uyğun düzgün seçilməməsi, həmçinin yenidoğulmuşun real vəziyyətinin düzgün qiymətləndirilməməsi və zəruri tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində uşağın doğuşdan bir gün sonra ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir. |
2023-12-15 | 813,882 | Sürücülərin nəzərinə: Bu yolda diqqətli olun! | Bu gün səhər saatlarından Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Xətai rayonunun 8 Noyabr prospektinin 9-cu km-dən “Zığ dairəsi” istiqamətində təmir işlərinə start verib. Axar.az Agentliyə istinadən xəbər verir ki, təmir işləri 250 metrlik hissəni əhatə edir. Prosesin 19 dekabr saat 22:00-a qədər davam etməsi nəzərdə tutulur. Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün frezlənərək kənara daşınması və zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrinin qazılaraq kənarlaşdırılması işləri icra olunur. Təmir işləri ilə əlaqədar prospektin sözügedən hissəsində Zığ dairəsi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmaqla, əks istiqamət üzrə ikitərəfli hərəkəti təmin olunub. Bunun üçün ərazidə ayrıcı zolaqda avtonəqliyyat vasitələrinin keçidi üçün hissə yaradılıb, əlavə yol nişanlarının quraşdırılması, yol-cizgi xətlərinin çəkilişi işləri aparılıb. Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur. |
2023-12-15 | 813,883 | Cenevrə konfransında Fransa müstəmləkəçiliyinə qarşı iclas... | Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT-nin Cenevrə ofisində keçirilən beynəlxalq konfransda iştirak edən Fransa müstəmləkələrində müstəqillik uğrunda mübarizə aparan siyasi partiyaların rəhbər şəxsləri ayrıca iclas keçirərək, bir sıra məsələlər barədə razılığa gəliblər. Axar.az xəbər verir ki, “Neokolonializm: İnsan hüquqları, sülh və təhlükəsizlik” adlı beynəlxalq konfrans çərçivəsində Cenevrədə bir araya gəlmiş Fransız Qvianası (MDES), Martinik (MODEMAS və PALİMA), Korsika (Azad Korsika), Qvadelupa (ANG, CİPPA, CİPN, FKNG, KSG, MİR-Qvadelupa və UPLG), Fransız Polineziyası (özləri ölkələrini Ma’o Nuii adlandırır) (TAVİNİ Huiraatiraa) və KANAKY (Yeni Kaledoniya) (FLNKS, MJKF) ölkələrindən olan millətçi və müstəqillik uğrunda mübarizə aparan təşkilatlar tam suverenliyə dair siyasi məqsədlərinə çatmaq üçün birgə addımların atılması imkanlarının gücləndirilməsi məqsədilə ölkələrində cari siyasi vəziyyətlərinə dair fikir mübadiləsi aparıblar. Tərəflər beynəlxalq, regional və milli səviyyədə təşkilatlanmış mübarizə aparmağı qərara aldılar. İştirakçılar öz xalqlarına münasibətdə birgə siyasi həmrəylik fəaliyyətlərini birləşdirmək məqsədilə mütəmadi əsasda iclasların keçirilməsinə dair razılığa gəliblər. İlk iclasda siyasi gündəlik müəyyənləşdiriləcək. |
2023-12-15 | 813,884 | "Azercell" Yeni il ərəfəsində yeni kampaniyanı təqdim edir | Xüsusi təklif çərçivəsində abunəçilərə 12 ay boyunca 1GB internet paketi hədiyyə ediləcək Texnoloji həlləri və yeni model smartfonları abunəçilər üçün əlçatan edən Azercell Telekom MMC bu gündən "Samsung" Kampaniyasına start verir. Yeni il ərəfəsində xüsusi təkliflə çıxış edən lider mobil operator Samsung A seriya modellərini əldə edən müştərilərə 12 ay müddətinə 1GB internet paketi hədiyyə edəcək. Kampaniyada yeni və mövcud, fakturalı və fakturasız (SimSim) xətt abunəçiləri iştirak edə bilər. Yeni "Samsung" kampaniyasından yararlanmaq üçün "Azercell"in rəsmi satış mərkəzlərindən və "Kontakt Home" mağazalar şəbəkəsindən 6 fərqli A seriyalı "Samsung" cihazlarından birini əldə etmək kifayətdir. Telefonlar 259 manatdan başlayan qiymətlərlə nağd şəklində satışa təqdim olunur. 1GB hədiyyə internet paketi 12 ay boyunca hər 30 gündən bir avtomatik qaydada yenilənəcək. Kampaniya 31 yanvar 2024-cü il tarixinə qədər keçərlidir. Daha ətraflı məlumatla https://bit.ly/AzercellGalaxyA səhifəsində tanış olmaq mümkündür. Qarşıdan gələn bayramlarda yaxınlarınızı sevindirmək üçün "Azercell"in sərfəli kampaniyasından yararlanmaq fürsətini qaçırmayın. |
2023-12-15 | 813,887 | “Əl-Cəzirə”nin jurnalisti Qəzzada həlak oldu | “Əl-Cəzirə” telekanalının Qəzza bürosunun jurnalisti Vael əl-Dahduh Xan Qəzza zolağının cənubundakı Xan Yunis bölgəsində həlak olub. Axar.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Media işçisi döyüşlər zamanı həlak olub. Bildirilib ki, o, HƏMAS-la İsrail arasında davam edən müharibəni işıqlandıran jurnalistlərdən idi. |
2023-12-15 | 813,889 | Tofiq Yaqublu həbs olundu | Ötən gün saxlanılan Milli Şura üzvü Tofiq Yaqublu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Axar.az xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin olunub. Qərara əsasən, Tofiq Yaqublu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. |
2023-12-15 | 813,892 | Türkiyə dəmir yollarını Zəngəzur dəhlizinə qədər genişləndirir | Türkiyə dəmir yolu şəbəkəsini 13 min 919 kilometrdən 17 min 11 kilometrədək genişləndirəcək. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatında qeyd edilib. Məlumata görə, bununla bağlı layihələr tamamlanmaq üzrədir. Həmçinin, 2 min 452 kilometrlik yeni xətlər üçün yol xəritəsi də artıq müəyyənləşib. Qeyd edilib ki, ümumi layihələr sırasında Qars-İğdır-Aralık-Dilucu (Zəngəzur) dəmiryol xətti strateji baxımdan əhəmiyyət kəsb edir. Xəttin uzunluğu 224 kilometr olacaq. Marşrut üzrə 5 stansiyanın quraşdırılması planlaşdırılır. Saatda 160 kilometr/saat sürətlə hərəkət nəzərdə tutulan xətdə il ərzində 5,5 milyon sərnişin və 2 milyon ton yük daşınması planlaşdırılıb. Xatırladaq ki, Azərbaycan Dəmir Yolları QSC-yə (ADY) məxsus Naxçıvan Dəmir Yolları MMC də gələn il yanvarın 1-dən yüklərin vaxtında, tam təhlükəsiz mənzil başına çatdırılması, sərnişinlərin rahat hərəkətinin təmin edilməsi məqsədilə dəmiryol infrastrukturunu müasir standartlara cavab verəcək şəkildə yenidən quracaq. |
2023-12-15 | 813,893 | Bakıda dəm qazı normadan yüksəkdir | Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazı 1.3 dəfə normadan yüksək olub. Axar.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, dəm qazının miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır. |
2023-12-15 | 813,894 | İrəvanla münasibətlərimiz sınağa çəkilir - Lavrov | Moskva ilə İrəvan arasındakı müttəfiqlik əlaqələri indi Qərbin qardaş xalqlar arasında münasibətlərə zərbə vurmaq cəhdləri fonunda möhkəmlik baxımından sınanır. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Moskvada keçirilən "Rusiya-Ermənistan" birinci ictimai forumunun iştirakçılarına ünvanlanan müraciətində deyilir. Müraciəti Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin oxuyub. “Moskva ilə İrəvan arasında müttəfiqlik əlaqələri Qərbin qardaş xalqlarımız arasında münasibətlərə zərbə vurmaq cəhdləri fonunda möhkəmlik baxımından sınanır”, - XİN başçısı bildirib. S.Lavrov müzakirələr nəticəsində praktiki tövsiyələrin hazırlanacağına və faydalı əlaqələrin qurulacağına əminliyini ifadə edib. |
2023-12-15 | 813,895 | Bakı, Daşkənd və Astana Birgə Kommünike qəbul etdi | Bakıda Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında Mərkəzi Asiyadan Azərbaycan ərazisi vasitəsilə Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin müzakirə edildiyi üçtərəfli görüşün nəticəsi olaraq Birgə Kommünike qəbul edilib. Bu barədə Axar.az-a İqtisadiyyat Nazirliyindən bildirilib. Məlumata görə, sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov, investisiya, sənaye və ticarət naziri Laziz Kudratov, Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev imzalayıblar. Birgə Kommünikedə bərpa olunan enerji mənbələrinə fokuslanan enerji mübadiləsi, “yaşıl” hidrogen və “yaşıl” ammonyakın inkişafı və ixracı, müvafiq infrastrukturun yaradılması sahəsində əməkdaşlıq kimi məsələlər əks olunub. Sənədə əsasən tərəflər elektrik enerjisinin ixracı ilə bağlı birgə müəssisənin yaradılması və layihənin iqtisadi əsaslandırılmasına hazırlıqla bağlı razılığa gəliblər. Birgə Kommünikeyə uyğun olaraq regionda üçüncü ölkələr bu layihədə iştirak edə bilər. Birgə Kommünikedə deyilir ki, Azərbaycan ilə Mərkəzi Asiya regionu ölkələri arasında iqtisadi və energetika əməkdaşlığının, o cümlədən Orta Dəhlizin imkanlarının daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi məqsədilə, bərpa olunan enerji mənbələrindən geniş istifadənin tətbiqinə əsaslanan davamlı inkişafa alternativin olmadığını, eləcə də tərəflərin öz iqtisadiyyatlarını inkişaf etdirmək hüququndan məhrum etmədən gələcək karbonsuzlaşma üçün ayrı-ayrılıqda və birgə səylərini davam etdirmək niyyətlərini vurğulayaraq, müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində birgə fəaliyyətin və əməkdaşlığın uğurlu təcrübəsini nəzərə alaraq, Azərbaycanın region ölkələrinin enerji sistemlərinin gələcək inkişafının koordinasiyası və sinxronlaşdırılması təşəbbüsünü, enerji sistemlərinin davamlı birləşdirilməsi potensialı, həmçinin təmiz elektrik enerjisinin, tərəflərin qarşılıqlı maraqlarına uyğun olaraq, o cümlədən üçüncü ölkələrin bazarlarına tədarükü və mübadiləsi səylərini alqışlayaraq, Xəzər-Qara dəniz-Avropa ixrac dəhlizinin birgə layihəsinin Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya tərəfindən həyata keçirilməsini nəzərə alaraq, Naxçıvan-Türkiyə-Avropa enerji dəhlizinin perspektivlərini qeyd edərək, “Yaşıl” elektronların və molekulların daşınması üçün infrastruktur yaratmaq səylərinin əlaqələndirilməsindən ortaya çıxan perspektivləri vurğulayaraq, Prezident İlham Əliyevin bu istiqamətdə aidiyyəti nazirliklərin və kommersiya təşkilatlarının səylərinin birləşdirilməsi tapşırığını nəzərə alaraq; Nazir Almasadam Satkaliyev tərəfindən təmsil olunan Qazaxıstanın Energetika Nazirliyi; Nazir Jurabek Mirzamahmudov tərəfindən təmsil olunan Özbəkistanın Energetika Nazirliyi; Nazir Laziz Kudratov tərəfindən təmsil olunan Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi; Nazir Mikayıl Cabbarov tərəfindən təmsil olunan Azərbaycanın İqtisadiyyat Nazirliyi; Nazir Pərviz Şahbazov tərəfindən təmsil olunan Azərbaycanın Energetika Nazirliyi noyabrın 14-də Bakıda iclas keçiriblər. Nazirlər ölkələrin bərpa olunan enerji sahəsində potensialını vurğulayıb, alternativ mənbələrdən alınan elektrik enerjisinin Avropaya ixracı layihəsinə qoşulmağa hazır olduqlarını qeyd ediblər. Bu kontekstdə Azərbaycanın enerji sisteminə inteqrasiya edəndən sonra Qara dənizin dibi ilə yüksək gərginlikli xətlərin çəkilməsi imkanlarının araşdırılmasına maraq ifadə olunub. Nazirlər təsdiqləyiblər ki, “yaşıl” enerjinin ötürülməsi layihəsinin inkişafı iştirakçı ölkələrin iqtisadiyyatları və enerji sistemləri arasında əlaqələri daha da gücləndirəcək, həmçinin milli enerji sənayelərinə yeni təkan verəcək. 1) İclasda iştirak edən tərəflər (bundan sonra “Tərəflər”) aşağıdakı istiqamətlər üzrə texniki tapşırığı hazırlamaq üçün Birgə İşçi Qrupun yaradılması barədə razılığa gəldilər: - bərpa olunan enerji mənbələrinə fokuslanaraq enerji mübadiləsi sahəsində əməkdaşlıq; - “yaşıl” hidrogen və “yaşıl” ammonyakın inkişafı və ixracı imkanları sahəsində əməkdaşlıq; - müvafiq infrastrukturun yaradılmasında əməkdaşlıq. 2) Tərəflərin təsdiq etdiyi texniki tapşırıq əsasında ilkin texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün tender elan ediləcək; 3) Tərəflər qısa müddət ərzində layihənin həyata keçirilməsi üçün birgə müəssisənin yaradılması perspektivini nəzərdən keçirəcəklər; 4) Tərəflər regionda üçüncü ölkələrin iştirakına imkan verən layihə formatından istifadə etmək niyyətlərini təsdiq edirlər. Tərəflər üçtərəfli görüşün yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlıqlarını bildiriblər. Layihənin təşviqi üzrə sistemli işin təşkili məqsədilə Tərəflər razılığa gəliblər: - həftəlik əsasda, o cümlədən onlayn formatda ekspertlər səviyyəsində Birgə İşçi Qrupun iclaslarını keçirmək; - hər ay onlayn rejimdə energetika nazirləri səviyyəsində danışıqları təşkil etmək; - rübdə bir dəfə müvafiq nazirliklərin rəhbərləri səviyyəsində üzbəüz görüşlər keçirmək. Tərəflər müvafiq nazirliklərin rəhbərləri səviyyəsində növbəti görüşün Özbəkistanın paytaxtı Daşkənddə keçirilməsi barədə razılığa gəliblər. |
2023-12-15 | 813,896 | Uşaqlara tütün və spirtli içki satan şəxslər cərimələndi | Quba Rayon Polis Şöbəsinin əməkdaşları Qubada azyaşlılara tütün və alkoqollu içkilər satan şəxsləri cərimələyib. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində bir neçə mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib. Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir. |
2023-12-15 | 813,897 | Rusiyadan Azərbaycana 3 nəfər ekstradisiya edildi | "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Abbasov Vüqar Tiflis oğlu, Bədəlov Əzizağa Şabi oğlu və Səlimov Həbib Pərviz oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib. Bu barədə Axar.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Belə ki, Vüqar Abbasovun xeyli miqdarda ziyan vurmaqla oğurluq, Əzizağa Bədəlovun xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq və Həbib Səlimovun isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə və saxlama cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və onlar istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər. Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq bugün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər. |
2023-12-15 | 813,898 | Bakı Fond Birjasına yeni sədr təyin edildi | Bakı Fond Birjası QSC-nin (BFB) səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib. Axar.az BFB-yə istinadən xəbər verir ki, yığıncaqda Ruslan Xəlilov Birjanın İdarə Heyətinə (İH) yeni sədr seçilib. O, səlahiyyətlərinin icrasına gələn ilin yanvar ayından başlayacaq. Xatırladaq ki, BFB-nin keçmiş sədri Vüqar Namazov 2019-cu ilin may ayında işdən çıxıb, hazırda Unikapital İnvestisiya Şirkəti ASC-yə rəhbərlik edir. Bu müddətdə Birjaya isə müvəqqəti olaraq Eldar Abdullayev rəhbərlik edib. Yığıncaqda həmçinin BFB-nin baş kommersiya inzibatçısı Oqtay Qasımov və baş maliyyə inzibatçısı Mehman Ramazanov İH-nin üzvləri seçiliblər. Hər 3 üzv baş ofisi ABŞ-da yerləşən "CFA İnstitute" (Chartered Financial Analyst) təşkilatının peşəkar sertifikatına və maliyyə, kapital bazarları və investisiya idarəçiliyi sahəsində böyük təcrübəyə malikdirlər. Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,04 milyon manatdır. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 6 yerli bank (“Azərbaycan Sənaye Bankı” (ASB), “Bank of Baku”, "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı", “Yapı Kredi Bank Azərbaycan” və ləğv prosesində olan "United Credit Bank" ASC-lər), 13 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (“Borsa İstanbul”) var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76%-dir. ASB isə Birjada 9,52% payla təmsil olunur. |
2023-12-15 | 813,899 | AB Kiyevi arxayın etdi: Əlavə yardıma hazırıq! | Avropa Birliyinin (AB) 26 ölkəsi büdcə qaydalarının sadələşdirilməsi müqabilində Ukraynaya yardımı davam etdirmək üçün ittifaq büdcəsinə əlavə töhfələr verməyə hazırdır. Axar.az xəbər verir ki, bu sözləri Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib. Qeyd edək ki, bundan əvvəl AB-nin qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Yohannes Han bildirmişdi ki, Macarıstanın zidd bəyanatlarına baxmayaraq, AB ölkələrinin liderləri bu həftənin sonuna qədər Ukraynaya dəstək üçün təxminən 50 milyard avro ayrılması barədə razılığa gələ bilərlər. |
2023-12-15 | 813,900 | 2024-cü ilin qeyri-iş günləri açıqlandı | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2023-cü il tarixli Qərarı ilə 2024-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib. Axar.az xəbər verir ki, 2024-cü il üçün iş vaxtı normasına əsasən gələn ilin aşağıdakı günləri iş günü hesab edilmir: 1, 2 yanvar – Yeni il bayramı; 20 yanvar – Ümumxalq hüzn günü; 8 mart – Qadınlar günü; 20, 21, 22, 23, 24 mart – Novruz bayramı; 10, 11 aprel – Ramazan bayramı; 9 may – Faşizm üzərində qələbə günü; 28 may – Müstəqillik Günü; 15 iyun – Azərbaycan xalqının milli qurtuluş günü; 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü; 16, 17 iyun – Qurban bayramı; 8 noyabr – Zəfər Günü; 9 noyabr – Azərbaycan Respublikasının Dövlət bayrağı günü; 31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, 2024-cü ildə beşgünlük iş həftəsində 3, 4, 5 yanvar, 25 və 26 mart, 18 və 19 iyun, 11 noyabr tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 25 mart və 18 iyun tarixləri istirahət günləridir. Beşgünlük iş həftəsində 7 yanvar iş günüdür. 2024-cü ilin fevral ayı 29 gündən, il isə 366 gündən ibarətdir. 2024-cü ildə beşgünlük iş həftəsində 239 iş günü, iş günü hesab edilməyən 105 istirahət günü, iş günü hesab edilməyən 19 bayram, 1 Ümumxalq hüzn günü, 1 Azərbaycan Respublikası Prezidenti seçkiləri günü və 1 Bələdiyyə seçkiləri günü var. Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. 2024-cü ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır. 2024-cü il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1 901 saatdır. Altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2024-cü ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1 901 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir. |
2023-12-15 | 813,901 | Ceyhun Bayramov ABŞ-ın yeni səfirini qəbul etdi | Xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın Azərbaycana yeni təyin olunan səfiri Mark Libbini qəbul edib. Bu barədə Axar.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. Görüş zamanı səfir Mark Libbi etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub. Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. |
2023-12-15 | 813,902 | Yeniyetmələr arasında bıçaqlı dava: cinayət işi açıldı | Dekabrın 15-də saat 15 radələrində Sabunçu rayonu ərazisində yetkinlik yaşına çatmayan V.C-nin (şərti) xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Axar.az-a Sabunçu Rayon Prokurorluğundan məlumat verilib. Araşdırma zamanı yetkinlik yaşına çatmayan Ə.B-nin (şərti) aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək V.C-ni qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sabunçu Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Cinayəti törətməkdə şübhəli bilinən Ə.B iş üzrə prokurorluğun qərarı əsasında tutulub. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.