date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2023-12-14 | 813,460 | Prezidentdən müavinətlərin artırılması barədə sərəncam | Prezident İlham Əliyev “Hərbi kadrlar hazırlayan təhsil müəssisələri kursantlarının müavinətlərinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 noyabr tarixli 1789 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Axar.az sərəncamın mətnini təqdim edir: 1. “Hərbi kadrlar hazırlayan təhsil müəssisələri kursantlarının müavinətlərinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 noyabr tarixli 1789 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 11, maddə 978; 2008, № 6, maddə 496; 2010, № 7, maddə 684; 2014, № 11, maddə 1497; 2018, № 9, maddə 1859; 2022, № 3, maddə 240) aşağıdakı dəyişikliklər edilsin: 1.1. 1-ci hissədən “Heydər Əliyev adına Hərbi İnstitutun,” sözləri çıxarılsın; 1.2. 2-ci hissədən “Heydər Əliyev adına Hərbi Liseyin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və” sözləri çıxarılsın. 2. Bu Sərəncam 2024-cü il sentyabrın 1-dən qüvvəyə minir. |
2023-12-14 | 813,463 | Qayda təsdiqləndi: ermənilərlə görüş belə keçiriləcək | Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi qaydası məlum olub. Axar.az xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədovun təsdiqlədiyi Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası komissiyasının reqlamentində qeyd olunub. Qaydalara əsasən, iclasların və birgə işçi görüşlərin keçirilməsi tarixi, vaxtı və yeri Komissiyaların Sədrləri arasında razılaşma ilə müəyyən olunacaq. İclasların və birgə işçi görüşlərin işçi dilləri rus və ya ingilis dilləridir. İclaslar və birgə işçi görüşlər Komissiyaların Sədrlərinin rəhbərliyi altında keçiriləcək. İclaslar və birgə işçi görüşlər Komissiyaların Sədrlərinin razılaşması ilə bir qayda olaraq növbə ilə Azərbaycan və Ermənistan ərazilərində və ya Azərbaycanla Ermənistan sərhədində və ya üçüncü ölkələrin ərazisində və ya videokonfrans formatında keçiriləcək. İclasların və birgə işçi görüşlərin gündəlikləri, nümayəndə heyətlərinin siyahısı (Komissiyaların üzvləri istisna olmaqla) və iclasların və birgə işçi görüşlərin təşkilinin protokol məsələləri Komissiyaların Sədrlərinin razılaşması ilə müəyyən olunacaq. Nümayəndə heyətlərinin tərkibində iştirak edən xarici ekspertlər yalnız nümayəndə heyətlərinin tərkibinə daxil olduqları Komissiyanın adından çıxış edə bilərlər. Komissiyaların razılaşması ilə və birgə sorğu əsasında üçüncü tərəflər iclaslarda və birgə işçi görüşlərdə məşvərətçi yardım göstərə bilərlər. İclasların və birgə işçi görüşlərin Komissiyalarla təmsil olunan dövlətlərdən birinin ərazisində keçirildiyi hallarda qəbul edən tərəf onların keçirilməsi üçün bütün zəruri şəraiti yaradır, habelə gələn nümayəndə heyətinin bütün üzvlərinin təhlükəsizliyini təmin edir və zəmanət verir. Komissiyaların Sədrləri başqa cür razılaşmadıqları təqdirdə iclaslar və birgə işçi görüşlər qapalı rejimdə keçirilir. İşçi və razılaşdırılmış sənədlərin layihələri və iclasların və birgə işçi görüşlərin protokolları da daxil olmaqla iclasların və birgə işçi görüşlərin gedişatı və yekunları barədə istənilən məlumat yalnız Komissiyaların Sədrləri arasında ilkin razılaşma olduğu halda üçüncü tərəfə ötürülə bilər. |
2023-12-14 | 813,465 | Bu şəxslər də avtomobili pulsuz park edə biləcək | Bakı şəhərində parkinq xidməti ilə bağlı problemlər, narahatlıq doğuran məqamlar, müasir yanaşmalara uyğun gəlməyən nüanslar çoxdur. Cari ilin iyun ayından “Az Parking” xidmətinin işə başlamasına baxmayaraq, hələ də insanların bir çoxu pulsuz parklanma şərtləri, habelə bununla bağlı haraya müraciət edilməsi haqqında məlumatsızdır. Axar.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) 1181 Çağrı Mərkəzindən Yenisabah.az-a verilən açıqlamada məsələnin həlli ilə bağlı test mərhələsinin həyata keçirildiyi bildirilib. “Mövcud vəziyyətdə vətəndaş fərdi parklanma talonunu yalnız şəxsiyyət vəsiqəsindəki qeydiyyat ünvanına uyğun əldə edə bilər. Bunun səbəbi isə budur ki, vətəndaş fərdi parklanma talonuna şəxsiyyət vəsiqəsinin FİN kodu ilə müraciət edir və FİN kod mərkəzləşdirilmiş məlumat bazasına yerləşdirildikdə, əgər müraciət etdiyi ünvanla vəsiqədəki ünvan üst-üstə düşüb öz əksini tapmırsa, bu zaman vətəndaşın müraciətinə imtina gəlir. Bir həftə bundan əvvəl biz test mərhələsi kimi həyata keçirdik ki, artıq vətəndaşın faktiki yaşayış ünvanına uyğun da parklanma talonu verilsin. Sadəcə bu mərhələ özünü doğrultmadığı üçün bu prosesi dayandırmışıq. Ancaq gələcəkdə buna dair yeniliklər olacaq və vətəndaşın faktiki, hətta müvəqqəti yaşayış ünvanına uyğun olaraq fərdi parklanma talonları alaraq ödənişsiz parklanmadan istifadə edə biləcək. Lakin mövcud vəziyyətdə yalnız qeydiyyat ünvanına uyğun verilir. Bununla bağlı proseslərin gələcəkdə nə zaman olacağı ilə bağlı rəsmi məlumat yoxdur. Vətəndaşın fərdi parklanma talonu alması isə onun qeydiyyat ünvanına yaxın 100 metr radiusuna uyğun hesablanır. Məsələn, vətəndaş Üzeyir Hacıbəyov küçəsində yaşayır və şəxsiyyət vəsiqəsinin FİN kodu ilə SMS müraciət edir. Əgər onun yaşadığı ünvanın 100 metr radiusunda məntəqələr varsa, onlardan bir neçə yer tam ödənişsiz şəkildə verilir ki, parklanmanı həyata keçirə bilər”, - məlumatda vurğulanıb. |
2023-12-14 | 813,467 | Arazdəyəndəki zavod bu əraziyə köçürüldü | Arazdəyəndə inşası dayandırılan “Erməni-Amerikan” metallurgiya zavodu başqa yerə köçürüləcək. Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Bildirilib ki, amerikalı investorların vəsaiti hesabına Ermənistan-Azərbaycan sərhədinə yaxın ərazidə tikintisi dayandırılan Arazdəyən (Yerasx) metallurgiya zavodu hökumətin bu gün qəbul etdiyi qərara əsasən köçürüləcək. Zavod Vedi (Ararat) rayonunun Ararat kəndi ərazisində tikiləcək. |
2023-12-14 | 813,468 | Prezident Müdafiə Nazirliyinə 2 milyon ayırdı | Hərbi kolleclərin fəaliyyətinin təşkili üçün Müdafiə Nazirliyinə 2 milyon manat ayrılıb. Axar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı "Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanında əksini tapıb. Fərmana əsasən, hərbi kolleclərin fəaliyyətinin təşkili və zəruri infrastrukturun yaradılması məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Müdafiə Nazirliyinə ilkin olaraq 2 milyon manat məbləğində vəsait ayrılır. |
2023-12-14 | 813,471 | Bakıdan sonra İrəvan da təsdiqlədi: delimitasiya... | İrəvan Ermənistan və Azərbaycan delimitasiyası komissiyalarının iş reqlamentini təsdiqləyib. Axar.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan deyib. “Bu, hələlik texniki sənəddir, lakin tezliklə iş metodologiyası təsdiqlənməlidir. Bundan sonra tərəflər konkret sənədlər və topoqrafik xəritələr üzərində işləməyə başlayacaqlar”, - o bildirib. Qeyd edək ki, bu gün Baş nazir Əli Əsədov sözügedən reqlamenti təsdiqləyib. |
2023-12-14 | 813,474 | Hakan Fidan Heydər Əliyevin məzarını ziyarət etdi - Foto | Ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan Ulu Öndərin məzarını, “Türk şəhidliyi” abidəsini və Şəhidlər xiyabanını ziyarət edib. Axar.az xəbər verir ki, əvvəlcə Fəxri xiyabana gələn Hakan Fidan xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Sonra şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi ziyarət edilib, abidə önünə əklil qoyulub, gül dəstələri düzülüb. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının da məzarları ziyarət olunub, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. |
2023-12-14 | 813,479 | Paşinyan Bakının bu təklifini qəbul etməlidir | Dənizə çıxışı olmayan Ermənistan üçün Azərbaycanla sülh sazişinin əhəmiyyəti artıb. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanmasını real adlandırması haqda fikrinə münasibətində qeyd edib. “Birincisi, sülh sazişi imzalanarsa, Ermənistan Azərbaycan üzərindən Xəzər dənizinə və buradan Mərkəzi Asiyaya və Çinə çıxış imkanı əldə edəcək. İkincisi, Ermənistanın Azərbaycanla sülh sazişi imzalaması İrəvanın Türkiyə ilə də münasibətlərinin normallaşmasına və sərhədlərinin açılmasına imkan verəcək ki, Ermənistan Aralıq dənizinə çıxış imkanı qazanacaq. “30 ildən artıqdır ki, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır” – deyən Paşinyan bununla nəqliyyat kommunikasiyalarının açılmasına marağını ortaya qoyub. Ancaq bunun üçün Paşinyan rəsmi Bakının Zəngəzur dəhlizi təklifini qəbul etməlidir”, - politoloq bildirib. |
2023-12-14 | 813,480 | Bakıda bu keçidin çıxışı otluğadır - Video | Bakı şəhərinin Qış Parkı ərazisindəki yeraltı keçid vətəndaşların narazılığına səbəb olub. Axar.az xəbər verir ki, vətəndaşların yolu keçmək üçün daxil olduğu yeraltı keçidin çıxışı otluqla əhatələnib. Bu səbəbdən vətəndaşlar keçiddən çıxarkən hərəkət üçün mütləq otluğu tapdalamalıdırlar. Keçidin görüntülərini təqdim edirik: |
2023-12-14 | 813,481 | Xəzərdə zəlzələ: iki rayonda hiss edildi | 15:09 Xəzər dənizində (İran) zəlzələ qeydə alınıb. Bu barədə Axar.az-a Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib. Zəlzələ Lənkəran, Lerik ərazisində 3 baldan artıq hiss olunub. |
2023-12-14 | 813,482 | Bu əraziləri Türkiyədən biz almışıq - Putin | Odessa rus şəhəridir və hamı bunu yaxşı bilir. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. “Ukraynanın bütün cənub-şərqi həmişə rusiyayönümlü olub, çünki bunlar tarixi Rusiya əraziləridir. Türkiyədə yaxşı bilirlər ki, bütün Qara dəniz bölgəsi Rusiya-Türkiyə müharibələri nəticəsində Rusiyaya keçib. Ukraynanın bununla nə əlaqəsi var? Heç bir əlaqəsi yoxdur. Nə Krım, nə də bütün Qara dəniz bölgəsi. Ümumiyyətlə, Odessa rus şəhəridir. Hamı bunu yaxşı bilir”, - Putin bildirib. |
2023-12-14 | 813,485 | İrəvanın yeni təkliflər paketində nikbinlik var | Noyabrın sonunda Ermənistan tərəfindən aldığımız sülh sazişi üzrə şərtlərlə bağlı Azərbaycan tərəfi öz mövqeyini formalaşdırır. Axar.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 14-də türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, yaxın zamanlarda onlar qarşı tərəfə təqdim ediləcək: "Ermənistandan aldığımız təkliflər paketi əvvəlkilərlə eyni deyil. Yeni təkliflər paketində nikbinlik var. Bu addımlarla neqativ keçmişi olan məsələ addım-addım irəli aparıla bilər. Ermənistan öz istəklərini deyil, beynəlxalq hüquqa hörməti sərgiləyərsə, müsbət nəticə əldə etmək mümkündür”. |
2023-12-14 | 813,486 | Ermənistanda sürücülər etiraza başladı - Video | Hazırda Gürcüstan dövlət nömrə nişanlı avtomobil sürücüləri İrəvanda hökumət binası qarşısında etiraz aksiyası keçirir. Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Məlumata görə, yanvarın 1-dək Gürcüstan dövlət nömrə nişanlı avtomobil sürücüləri ya avtomobillərini gömrükdən keçirməli, ya da Ermənistandan çıxarmalıdırlar. Sürücülər də bu yeni qanuna etiraz edib və erməni hökumətindən vaxt istəyiblər. Etirazçılar tələb edib ki, gömrük rəsmiləşdirilməsi faizinə yenidən baxılsın və 30 faizdən 10 faizə endirilsin. İkincisi, sükanı sağda olan avtomobillərlə bağlı güzəştlər olunsun, çünki elə avtomobil var ki, onların sükanını sağdan sola keçirmək mümkün deyil. Bundan başqa, onlar keçid dövrünün azı 6 ay müddətinə artırılmasını istəyiblər. |
2023-12-14 | 813,490 | Bayramov normallaşmadan danışdı: Real görünür | Münaqişədən sonra Ermənistanla normallaşma əlaqələrinin yaranmasında tarixi fürsət var. Axar.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov dekabrın 14-də türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, Azərbaycan-Türkiyə müttəfiqliyi bölgədə sabitliyin qorunmasının əsas faktorudur: “Region ölkələri arasında münasibətlər qurulmalıdır. Ermənistan tərəfi də eyni yanaşma ilə addımlar atacaq və belə olan təqdirdə müsbət nəticələr əldə etmək real görünür”, - nazir qeyd edib. |
2023-12-14 | 813,494 | Türkiyənin danışıqlar masasında olması… - Bayramov | Azərbaycan hər zaman normallaşma istiqamətində addımların atılması üçün niyyətini ortaya qoyub. Biz Ermənistana dəfələrlə ikitərəfli əsasda danışıqların aparılmasını təklif etmişik. Axar.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 14-də Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Türkiyə bölgənin ən önəmli ölkələrindən biridir: “Türkiyə həm də Ermənistanın qonşusudur. Zatən Azərbaycan masada varsa, Türkiyə də orada var. Türkiyənin danışıqlar masasında olması Ermənistanın özü üçün də faydalıdır”. |
2023-12-14 | 813,498 | İrəvanla sərhədin açılması buna bağlıdır - Fidan | Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarının yekunlarına əsasən Ermənistanla sərhədlərin açılıb-açılmamasına qərar veriləcək. Axar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan dekabrın 14-də Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib. "Qeyd etdiyimiz kimi biz bu məsələ ilə əlaqədar Azərbaycana dəstək vermişik və verəcəyik", - o bildirib. |
2023-12-14 | 813,501 | Putin illik konfransda Peskovu “hədələdi” - Video | Rusiya Prezidenti Vladimir Putin ənənəvi illik mətbuat konfransında amerikalı jurnalistin sualına zarafatla cavab verib. Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Amerikanın “Nyu York Tayms” qəzetinin əməkdaşı Valeri Hopkins Putinə bildirib ki, artıq bir ilə yaxındır Qərb mediasının jurnalistləri bu kimi tədbirlərdə iştirak edə bilmirdilər. Putin isə jurnalistin sözlərinə zarafatla cavab verib. “Bu, Peskovun günahıdır, mən demokratik baxışları olan insanam”, - deyə Putin qeyd edib və zarafatla Dmitri Peskovu hədələyib. |
2023-12-14 | 813,505 | Ordumuz sərhəddən çəkilir? - Bayramov açıqladı | Ermənistanın sərhəddən hər iki ölkənin qoşunlarının çəkilməsi ilə bağlı səsləndirdiyi təklif rəsmi Bakı üçün qəbuledilən deyil. Axar.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 14-də türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Ermənistan-Azərbaycan sərhədi delimitasiya olunmayıb: “Tam sərhəd üzrə razılıq olmayan bir zamanda qoşunlar sərhəddən çəkilərsə, orada nələrin baş verə biləcəyinə kim zəmanət verə bilər? Bu təklif Azərbaycan tərəfi üçün qəbuledilən deyil. Azərbaycan Ordusu bu gün öz sərhədlərini qoruyur. Mən sərhədlərdən qoşunların çəkilməsi ilə bağlı Ermənistan XİN başçısının açıqlaması ilə razı deyiləm. Azərbaycan Ordusu 30 ildən sonra şəhidlər verərək öz sərhədlərini bərpa edib. Azərbaycan sərhədləri yalnız Azərbaycan əsgərləri tərəfindən qoruna bilər", - nazir bildirib. |
2023-12-14 | 813,507 | Təbriz-Miyana yolunda ağır qəza: ölənlər var | Təbriz-Miyana yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Axar.az xəbər verir ki, bu barədə Şərqi Azərbaycan Təcili Yardım Mərkəzi məlumat yayıb. Minik avtomobilinin tırla toqquşması nəticəsində 4 nəfər yerindəcə həyatını itirib. |
2023-12-14 | 813,509 | Putinin Türkiyəyə səfəri hazırlanır | Ankara ilə Moskva Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında görüş üzərində işləyir, hələlik tarix və yer barədə dəqiq məlumat yoxdur. Axar.az xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyasındakı mənbə “RİA Novosti”yə bildirib. “Tərəflər arasında belə bir səfər nəzərdə tutulub və üzərində iş aparılır. Cənab Prezidentin (Ərdoğan - red.) Soçiyə səfəri zamanı Rusiya liderinin səfəri ilə bağlı müvafiq razılıq əldə olunub. Amma hələlik tarix və məkanla bağlı dəqiq məlumat yoxdur”, - mənbə bildirib. Qeyd edək ki, Rusiya Prezidenti Putin ənənəvi illik mətbuat konfransında gələn ilin əvvəlində Ərdoğanla görüşməyi planlaşdırdığını bildirib. Onun sözlərinə görə, liderlər Türkiyə prezidentinin cədvəlinə görə daha əvvəl görüşə bilməyiblər. |
2023-12-14 | 813,512 | Ordunu çəksək, Ermənistanı itirəcəyik - Karapetyan | Heç kim bizimlə sülh müqaviləsi imzalamaq fikrində deyil. Ordunun sərhəddən çəkilməsi, atəş açmamaq cinayətdir. Axar.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan deyib. “Ermənistan tərəfi qoşunlarını sərhəddən çəkərsə, biz Ermənistanı itirə bilərik. Mütləq müqavimət göstərmək, döyüşmək lazımdır”, - Karapetyan bildirib. Qeyd edək ki, dünən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvan və Bakının qarşılıqlı əsasda qoşunların sərhəddən çıxarılması imkanını müzakirə etdiyini bildirmişdi. |
2023-12-14 | 813,513 | Putindən nazirə: Səndə yumurtalar nə yerdədir? - Video | Bir müddət əvvəl kənd təsərrüfatı naziri ilə danışdım və ondan soruşdum ki, səndə yumurtalarla bağlı vəziyyət nə yerdədir. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ənənəvi illik mətbuat konfransında jurnalistlərin Rusiyada yumurta qıtlığı ilə bağlı suallarını cavablandırarkən deyib. “O da cavab verdi ki, hər şey öz qaydasındadır. Mən ona dedim ki, vətəndaşlarımızın isə problemi var”, - Putin bildirib. Qeyd edək ki, Rusiyada yumurta qıtlığı yaşanır. Artıq bir çox yerdə yumurta almaq üçün uzun növbələr yaranıb. |
2023-12-14 | 813,516 | Naxçıvana çıxış və İrəvanın “şimal marşrutu” hiyləsi… | Ermənistanın baş naziri Nikol Paşinyan regionda kommunikasiyaların açılması istiqamətində fəal addımlar atmağa hazır olduqlarını bildirib və Azərbaycanla dəmiryolu əlaqəsi üzrə istiqamətləri açıqlayıb. - Qazaxı Tavuşla birləşdirəcək şimal marşrutu: bu, keçmiş Qazax-İcevan dəmir yolunu özündə birləşdirir; - Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək cənub marşrutu: Zəngilan-Mehri-Naxçıvan xətti; İrəvan bu xətləri “Sülh qovşağı” layihəsi üzrə təqdim edir: kommunikasiya ölkələrin yurisdikasiyası çərçivəsində açılmalıdır, yəni Ermənistan üzərindən keçən kommunikasiyalara nəzarət onların özündə olmalıdır; Bu yanaşma Ermənistanın Azərbaycana heç nə vermədən qazanmaq istəyidir. Və belə demək mümkünsə, Bakı sülh naminə Avrasiyanın nəqliyyat dəhlizlərində oynadığı körpü rolunu Ermənistanla paylaşmalıdır. Kommunikasiyalar Paşinyanın “Sülhün kəsişməsi” layihəsi çərçivəsində açılarsa, Ermənistan təkcə region müstəvisində qazanc əldə etmir, həm də Asiya və Avropa arasında körpü olması rolu önə çıxır: Paşinyan da magistral yolların açılmasından danışarkən bildirib ki, “şimal marşrutu orta və cənub marşrutu ilə birləşə və yeni imkanlar aça, “sülhün kəsişməsi” layihəsi ilə Ermənistan Şimal-Cənub və Şərq-Qərb oxu boyunca ölkələri birləşdirə bilər”; O zaman sual yaranır: Azərbaycan heç nə qazanmadan Asiya və Avropa arasındakı körpü rolundan Ermənistana niyə pay verməlidir? Azərbaycan Qarabağda erməni separatizmini ləğv edib, Naxçıvana çıxış – Zəngəzur dəhlizi layihəsində İran marşrutu üzrə razılaşma var və bu halda sülhün əldə edilməməsi – kommunikasiyaların açılmamasından itirən tərəf Ermənistan olacaq. Moskva-İrəvan münadibətlərinin kəskinləşməsi fonunda Yuxarı Lars yolunda yaranmış problemlər də Ermənistan üçün kommunikasiyaların açılmasının mövcudluq məsələsinə çevrildiyini göstərir. Bu halda İrəvan kommunikasiyanın açılmasını istəyirsə, Bakının şərtlərini qəbul etməlidir. Birincisi, Zəngəzur dəhlizinin 10 noyabr razılaşmasına uyğun açılmasıdır: Ki, mövcud situasiyada bu artıq real görünür; İkincisi, Bakının təklif etdiyi “Azərbaycandan Azərbaycana prinsipi”nin qəbul edilməsidir: Naxçıvana daşınan yüklərə və gedən sərnişinlərə gömrük rüsumu, eləcə də sərhəd yoxlanışı tətbiq edilmir, Mərkəzi Asiyadan Ermənistana, yaxud Ermənistan üzərindən Avropaya daşınacaq yüklərə İrəvan gömrük qaydaları tətbiq edə bilər; Bakının ən azı bu şərti qəbul edilməlidir, əks təqdirdə yolların açılması mümkün olmayacaq, bunu İrəvanda da, Qərbdə də anlayırlar. Bu kontekstdə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin son açıqlaması diqqət çəkir. Mişel bidirib ki, “Azərbaycanı Naxçıvanla birləşdirəcək nəqliyyat əlaqələrinin müxtəlif modelləri ilə bağlı müzakirələr aparılır”. Qərb ortaq mövqe tapmağa çalışır. Və mümkündür ki, “Azərbaycandan Azərbaycana prinsipi” əsas müzakirə edilən modeldir. Lakin Ermənistanın bu modellərə qarşı hiyləgər gedişi də aydın görünür. Dəmiryolu xəttinin şimal və cənub marşrutunun açılmasından danışan Paşinyanın “Azərbaycan Naxçıvanla şimal marşrutu ilə əlaqə yarada bilər, bunu rəsmən ifadə etmişik” sözləri də bununla bağlıdır. Ermənistanın dediyi “şimal marşrutu” Qazax-İcevan-İrəvan-Naxçıvan dəmir yolu xəttini təşkil edir. Arazdəyən (Yeraxs)-Naxçıvan-Culfa dəmir yolu xətti bunun bir hissəsidir. İrəvanın xüsusilə bu marşrutu irəli sürməsi Azərbaycanın Naxçıvana çıxış şərtini arxa plana keçirməyə hesablanıb, çünki “şimal marştru” üzrə Naxçıvana çıxış Ermənistan ərazisindən keçir. Bu şərtlərdə kommunikasiyanın açılması, ümumiyyətlə sülh sazişinin imzalanması qeyri-real görünür. |
2023-12-14 | 813,518 | Birbankın QR-kodla ödəniş üsulu 3%-dək keşbek qazandırır | Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə qazandırmaqda davam edir. Belə ki, istifadəçilər “QR ilə ödə” stikerini gördükləri istənilən yerdə Birbank tətbiqinin “QR” hissəsindən ödəniş edə, üstəlik 3%-dək keşbek qazana bilərlər. Bunun üçün istifadəçi ödəniş zamanı ilk olaraq kassirə ödənişi QR-kod ilə edəcəyini bildirməli, Birbank mobil tətbiqinin əsas səhifəsində aşağıda yerləşən “QR” hissəsinə keçid etməli və kassirin təqdim etdiyi QR-kodu Birbank ilə skan edərək ödənişi tamamlamalıdır. Birbank keşbek kartı istifadə edən müştərilər Birbank mobil tətbiqində keşbek kateqoriyaları arasından “Birbankla m10 QR-nı çək və ödə! 3%” kateqoriyasını seçməlidirlər. Kapital Bank-ın digər kart istifadəçiləri isə ödənişi Birbank mobil tətiqində QR-la edərək bütün ödənişlərdən 2% keşbek qazanırlar. QR-kodla ödəniş üsulunu yalnız Birbank hesabına bağlı olan şəxsi Kapital Bank kartları ilə həyata keçirmək mümkündür. Əgər istifadəçi ödəniş etdiyi sahə üzrə daha çox keşbek qazandıran digər aktiv kampaniyaya qoşulubsa və ya əlavə keşbek kateqoriyası seçibsə ödənişə daha yüksək faizli keşbek hesablanır. Bundan əlavə ödəniş edilən məntəqə Birbank partnyorudursa və daha yüksək keşbek təklif edirsə ödənişə yüksək keşbek faizi tətbiq edilir. Ödənişin geri qaytarılması zamanı QR-kod mütləq ödəniş icra olunan Birbank hesabı vasitəsilə skan edilməlidir. Yeni funksiya ilə aylıq qazanıla bilən maksimum keşbek 500 AZN-dir. Toplanan keşbeki Birbank mobil tətbiqində keşbek kabinetindən izləmək mümkündür. Ətraflı məlumat üçün: https://bir.bank/bm10qosppr Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Feysbuk və İnstaqram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, Vatsap vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin. |
2023-12-14 | 813,519 | Kərim Vəliyev qazaxıstanlı generalla görüşdü | Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Əməliyyat Planlaşdırılması Departamentinin rəisi general-mayor Marat Aymaşevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Nümayəndə heyəti əvvəlcə Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, xatirələrinə ehtiram nümayiş etdirib. General-polkovnik K.Vəliyev qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan və Qazaxıstan arasında ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Bu cür görüşlərin hərbi əməkdaşlığın genişləndirilməsi baxımından zəruriliyi xüsusi vurğulanıb. Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-mayor M.Aymaşev qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdırıb. Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib. Qazaxıstanlı nümayəndə heyəti daha sonra Əməliyyat Baş İdarəsinə gəlib. Baş idarə rəisi general-leytenant Azər Əliyevlə keçirilən görüşdə hərbi və hərbi təhsil sahələrində əməkdaşlığa, o cümlədən 2024-cü il ərzində birgə təlimlərin keçirilməsinə dair geniş fikir mübadiləsi aparılıb. Sonda Müdafiə Nazirliyinin və Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda məntəqələrinə, Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzinə gələn qonaqlara buranın əsas fəaliyyət istiqamətləri, imkan və qabiliyyətləri barədə ətraflı məlumatlar verilib. |
2023-12-14 | 813,520 | 659-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 659-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 550 təyyarəsi, 257 helikopteri, 9687 PUA-sı, 442 zenit-raket kompleksi, 14 046 tank və digər zirehli texnikası, 1 188 reaktiv yaylım atəş sistemi, 7 329 artilleriya və minaatanı, 16 288 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2023-12-14 | 813,522 | Putindən Qarabağ açıqlaması | MDB və KTMT üzvlüyünə xitam verilməsi Ermənistanın maraqlarına cavab vermir. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında deyib. “Ermənistanda Qarabağla bağlı çətin proseslər gedir. Axı Qarabağdan biz imtina etməmişik. Qarabağın Azərbaycanın bir hissəsi olduğunu Ermənistan tanıyıb. Bunu həvəsli şəkildə etdilər. Və bizə xüsusi məlumat verilmədi”, - o bildirib. Putin qeyd edib ki, Paşinyanın KTMT tədbirlərində iştirak etməməsi inteqrasiya birliklərində fəaliyyətini davam etdirmək istəyib-istəməməsi ilə bağlı deyil, Ermənistanın özündə baş verən daxili proseslərlə bağlıdır. |
2023-12-14 | 813,523 | Rusiyanın qızıl ehtiyatları rekord səviyyəyə qalxdı | Rusiyanın qızıl ehtiyatları rekord həddə - 151,9 milyard dollara qalxıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Mərkəzi Bankının məlumatında bildirilib. “Rusiyanın qızıla investisiyaları noyabrda 2,2% artaraq 151,9 milyard dollara çatıb ki, bu da ölkənin müasir tarixində ən yüksək səviyyədir”, - MB-nin məlumatını təhlil edən ekspertlər bildiriblər. Qeyd edilib ki, Rusiya dünyada qızıl ehtiyatlarına görə beşinci yerdədir. |
2023-12-14 | 813,530 | Bakı erməni əsirləri yaxşı bəsləyib - Erməni nazir | Azərbaycan tərəfindən geri qaytarılan 32 erməni hərbçinin müalicə və əlavə müayinəyə ehtiyacı yoxdur. Axar.az xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anait Avanesyan deyib. “Azərbaycandan Ermənistana qaytarılan əsirlər ilkin tibbi müayinədən keçirilib, hazırda onların tibb məntəqələrinə köçürülməsinə ehtiyac yoxdur”, - o bildirib. Qeyd edək ki, Bakı və İrəvan ötən gün Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi əsirlərin qarşılıqlı dəyişdirilməsini həyata keçirib. Öncədən əldə olunan razılaşmaya əsasən 2 azərbaycanlı əsirlə 32 erməni əsir dəyişdirilib. |
2023-12-14 | 813,532 | İntensiv yağış: bu əraziləri su basdı - Video | Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Xaçmaz rayonunun İstisu və Şimal qəsəbələrinin ərazilərində bir sıra fərdi yaşayış evləri və ictimai iaşə obyektlərinin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub. FHN-in Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, bununla əlaqədar əraziyə FHN-in Şimal Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidməti Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hazırda Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir. |
2023-12-14 | 813,535 | Qiymətlərin monitorinqi ilə bağlı işçi qrup yaradılır | İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi hökumətə “Qiymət İzləmə Tətbiqi"nin əsas prinsiplərinə dair metodoloji çərçivə sənədi təqdim edib və bu istiqamətdə aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması məqsədəuyğun hesab olunub. Nazirlər Kabinetindən Axar.az-a verilən məlumata görə, bununla bağlı qərar “İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupun növbəti iclasında qəbul edilib. İclasda ərzaq məhsulları qrupunda ən çox qiymət artımı müşahidə edilən məhsullar üzrə bazar araşdırılması, istehsal qiymətləri ilə pərakəndə satış qiymətləri arasında fərqlərin yaranma səbəbləri, istehlak qiymətləri indeksinin hesablanmasında istifadə olunan təmsilçi məhsullar üzrə idxalda təmərküzləşmə səviyyəsi, kənd təsərrüfatı məhsullarının satışı və dərman vasitələri bazarında aparılan rəqabət təhlillərinin nəticələri, idxal və yerli istehsal məhsulu əsasında təchizat zənciri boyunca formalaşan xərclər və antiinflyasiya xarakterli pul siyasəti barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və Azərbaycan Mərkəzi Bankının gördüyü işlərə dair məlumat verilib. |
2023-12-14 | 813,536 | Ukraynada qadınlar məcburi səfərbər edilə bilər | Ukraynada hərbi qeydiyyat və xidmət məsələlərində kişi və qadınları bərabərləşdirmək üçün hazırlanmaqda olan qanun layihəsi qadınların arxa cəbhədəki vəzifələrə səfərbər edilməsinə imkan verəcək. Axar.az xəbər verir ki, bunu Ukrayna parlamentinin hakim Xalqın Xidmətçisi Partiyasından olan deputatı Maryana Bezuqlaya deyib. Deputatın sözlərinə görə, qadınların hamiləliyə görə xüsusi möhlət və xidmətdən azad olmaq hüququ olacaq. Bezuqlaya bildirib ki, yaxın iki həftə ərzində Ali Radada ukraynalı kişi və qadınların əksər hüquq və vəzifələrini bərabərləşdirən yeni qanun layihəsinə baxılacaq. |
2023-12-14 | 813,537 | SEPAH komandiri: İsrail məhv ediləcək! | İsrailin məhv olacağı gün yaxınlaşır. Axar.az xəbər verir ki, bunu SEPAH-ın komandiri Hüseyn Salami Təbrizdə keçirilən mərasimdə çıxışı zamanı deyib. İsraili “saxta dövlət” adlandıran Salami onun sonuna az qaldığını söyləyib. Qeyd edək ki, İsrail ordusunun son məlumatına görə, HƏMAS-ın Qəzza zolağında infrastrukturunun böyük əksəriyyəti məhv edilib. |
2023-12-14 | 813,539 | Bakıda bu yol bağlanır | Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektinin 9-cu km-də (“Gənclik” parkının qarşısı, Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar 15 dekabr saat 08:00-dan 19 dekabr saat 22:00-dək işlərin aparıldığı zolaqlar üzrə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Axar.az-a verilən məlumata görə, əks istiqamət üzrə təmir işləri müddətində nəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təşkil olunacaq. “Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun nəqliyyat vasitələrini idarə etmələri xahiş olunur”, - məlumatda qeyd olunur. |
2023-12-14 | 813,540 | Qarabağa köçürüləcək şəxslərin siyahısı kimdəsə var? | Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sosial mediada azad edilən ərazilərə ilkin mərhələdə köçürüləcək şəxslərin siyahısının kimdəsə olması məlumatının əsassız olduğunu bildirib. Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində bərpa-quruculuq işlərinin aparıldığı Qarabağa və Şərqi Zəngəzura keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Qeyd olunub ki, qayıdış prosesi ilə bağlı hər bir məlumat Qaçqınkomun rəsmi saytında (idp.gov.az) operativ qaydada yerləşdirilir və sosial media hesablarında müntəzəm paylaşılır: "Təəssüf ki, bəzi şəxslərin sosial media hesablarında Dövlət Komitəsinin səlahiyyətlərinə aid olan məsələlər barədə həqiqətə uyğun olmayan, yalan məlumatların yayılması hallarına rast gəlinir. Bu günlərdə sosial mediada bir nəfər iddia edib ki, onda işğaldan azad edilmiş ərazilərə ilkin mərhələdə köçürüləcək şəxslərin siyahısı var. Belə məlumatların məcburi köçkünlər arasında çaşqınlıq yarada biləcəyini nəzərə alaraq bir daha bildiririk ki, vətəndaşlar işğaldan azad edilmiş ərazilərdə bərpa olunan və yenidən tikilən yaşayış məntəqələrinə köçürülmə ilə bağlı bütün məsələlərə dair məlumatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etməklə dəqiqləşdirə bilərlər". |
2023-12-14 | 813,541 | Putin oxşarları ilə bağlı danışdı: Yalnız 1 nəfər... | Rəqəmsal avatar "ilk oxşarım"dır. Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin illik ənənəvi mətbuat konfransında deyib. Tədbir zamanı ekrandan dövlət başçısına rəqəmsal avatar müraciət edib. Guya Sankt-Peterburq sakini olduğu bildirilən, amma Sankt-Peterburq Dövlət Universitetinin tələbəsi olan, V.Putinə bənzədiyi iddia edilən anonim şəxs Prezidentdən oxşarlarının sayını soruşub. "Sən mənə oxşayırsan və mənim səsimlə danışırsan. Amma yalnız bir nəfər mənim kimi ola bilər. Sadəcə özüm. Yəni, mənim oxşarım yoxdur", - o vurğulayıb. |
2023-12-14 | 813,543 | General müşavirə keçirdi: tapşırıqlar verildi | Dekabr ayının 14-də Dövlət Sərhəd Xidmətinin (DSX) 2023-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsi keçirilib. Bu barədə Axar.az-a qurumdan məlumat verilib. Müşavirədə DSX rəisi general-polkovnik Elçin Quliyev tərəfindən müasir Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş möhtəşəm tədbirlər nəticəsində 2023-cü ilin dövlətçilik tariximiz üçün müstəsna əhəmiyyət daşıması və ərazi bütövlüyümüzün tam bərpa edilməsi ilə əlamətdar olması xüsusi vurğulanıb. Bu nailiyyətlərin dahi Öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin ardıcıl reallaşdırılması, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövlət sərhədinin mühafizəsi məsələlərinə ali diqqəti sayəsində əldə edilməsi qeyd edilib. 7 avqust 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin DSX Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə kompleksində yaradılmış şəraitlə tanış olmasının, DSX-nin 2 zabitini general-mayor ali hərbi rütbəsinə layiq görməsinin, göstərdikləri igidliyə və şücaətə, xidmətdə fərqləndiklərinə görə DSX əməkdaşlarını orden və medallarla təltif etməsinin şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandığı qeyd edilib. Tədbirdə Prezident İlham Əliyevin Azərbaycan Sərhəd Mühafizəsi qarşısında qoyduğu tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsi bildirilib. Ölkə ərazisində erməni separatçılığına son qoyulması üçün həlledici əhəmiyyət kəsb edən “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılması ilə yekunlaşan unikal əməliyyatın keçirilməsi, eləcə də lokal xarakterli antiterror əməliyyatında DSX-nin döyüş tapşırıqlarının tam həcmdə yerinə yetirilməsi ciddi nailiyyətlər sırasında xüsusi olaraq vurğulanıb. O cümlədən 2023-cü ildə DSX-nin əldə etdiyi əsas nailiyyətlər sırasında: - iyunun 15-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan sərhədçinin yaralanmasına səbəb olan düşmən təxribatına cavab olaraq düşmən snayperlərinin, döyüş postunun və dislokasiya məntəqəsinin zərərsizləşdirilməsi; - dövlət sərhədini pozduqlarına görə 489, sərhəd rejimini pozduqlarına görə 10 689, axtarışda olan 3609, saxta sənədlərlə 252, özgəsinə məxsus sənədlə 4, dövlət sərhədindən buraxılış məntəqələrindən gizli şəkildə keçməyə cəhd edən 4 nəfərin sərhədçilərin sayıqlığı nəticəsində saxlanılması; - ölkəmizə qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədi ilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 8 nəfərin müəyyən edilməsi, terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə döyüşmüş 7 nəfərin saxlanılması, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 21, qaçaqmalçılıqla məşğul olan 3, qeyri-qanuni miqrasiya ilə məşğul olan 5 mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi; - il ərzində 2 ton 95 kiloqram 338 qram narkotik vasitənin, 51 milyon 14 min 753 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınması, 36 ton 222 kq narkotik xassəli bitkinin məhv edilməsi; - işğaldan azad edilmiş ərazilərdə 150 km məsafədə yeni yolların çəkilməsi, 354 km yolların əsaslı təmir olunması, 7,1 km məsafədə hərəkət təhlükəsizliyi üçün xüsusi valların salınması; - 2661 hektar ərazinin mina və partlamamış sursatlardan təmizlənməsi, 1598 ədəd piyada, 1763 ədəd tank əleyhinə mina, 518 ədəd partlamamış hərbi sursatın zərərsizləşdiriməsi qeyd edilib. Hesabat müşavirəsində DSX-nin hərbi birləşmə rəhbərlərinin məruzələri dinlənilib, struktur qurumların xidməti fəaliyyəti qiymətləndirilib, 2024-cü ildə DSX qarşısında duran əsas vəzifə və tapşırıqlar şəxsi heyətin diqqətinə çatdırılıb. Azərbaycan sərhədçilərinin Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin hər bir tapşırığını böyük şərəf və qürurla icra etməyə hazır olmaları xüsusi vurğulanıb. Müşavirənin sonunda xidmətdə fərqlənmiş hərbi qulluqçulara dövlət təltifləri təqdim olunub. |
2023-12-14 | 813,545 | Hafiz Babalı həbs olundu | Xətai Rayon Məhkəməsi ötən gün saxlanılan jurnalist Hafiz Babalı barəsində həbs qətimkan tədbiri seçib. Axar.az Report-a istinadən xəbər verir ki, hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə H.Babalının 3 ay müddətinə həbs olunması barədə qərar qəbul olunub. Ona qarşı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Qeyd edək ki, H.Babalı dekabrın 13-də saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı jurnalistlərə H.Babalının “Abzas Media” nəşrinin əməkdaşlarına qarşı açılan cinayət işi çərçivəsində saxlanıldığını bildirib. Xatırladaq ki, sözügedən saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, əməkdaş Nərgiz Absalamova qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər. |
2023-12-14 | 813,546 | Xarici xüsusi xidmət orqanlarına işləyən 8 nəfər... - DSX | Bu il Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədi ilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 8 nəfər müəyyən edilib. Axar.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin 2023-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsində bildirilib. Qeyd edilib ki, terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə döyüşmüş 7 nəfərin saxlanılması, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 21, qaçaqmalçılıqla məşğul olan 3, qeyri-qanuni miqrasiya ilə məşğul olan 5 mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi həyata keçirilib. |
2023-12-14 | 813,548 | Kiyevdə güclü partlayışlar baş verdi | Ukraynanın paytaxtı Kiyevdə, beynəlxalq hava limanı yaxınlığında güclü partlayışlar baş verib. Axar.az xəbər verir ki, bu barədə yerli mediaya sakinlər məlumat veriblər. Təfərrüat açıqlanmır. |
2023-12-14 | 813,549 | Rusiya PUA-sı Rumıniya ərazisinə girdi və... | Rusiyaya məxsus pilotsuz uçuş aparatı (PUA) Ukraynanın Odessa limanında mülki infrastruktura hücum edən zaman Rumıniya ərazisinə düşüb. Axar.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, PUA-nın hücumu zamanı Rumıniya tərəfi F-16 və hazırda bu ölkə ərazisində olan Almaniyanın “Tayfun” qırıcılarını havaya qaldırıb. Radarlar ən azı bir Rusiya PUA-sının Rumıniyanın hava məkanına daxil olduğunu aşkar edib. Nazirlik ardınca PUA-nın boş əraziyə düşdüyünü açıqlayıb, uçan obyektin vurulması barədə hər hansı açıqlama verilməyib. |
2023-12-14 | 813,550 | Yağıntılar kəsiləcək, hava şəraiti sabitləşəcək | Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 14-ü saat 17:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib. Xidmətdən Axar.az-a verilən məlumata görə, Şərur, Şahbuz, Ordubad, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış, Qusar və Şahdağda qar yağıb. Naxçıvan, Şərur, Culfa, Şahbuz, Ordubad, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Balakən, Oğuz, Qəbələ, Qax, Şamaxı, Naftalan, Gəncə, Balakən, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Şahdağ, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Beyləqan, Yardımlı, Lerikdə duman müşahidə olunub. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7°-dək isti, Naxçıvan Muxtar Respublikasında 6-10° isti, Aran rayonlarında 8°-dək isti, dağlıq rayonlarda 0-4° şaxta olub. Bu gün axşam saatlarından yağıntıların tədricən kəsiləcəyi, hava şəraitinin sabitləşəcəyi gözlənilir. |
2023-12-14 | 813,552 | ABŞ və Ukraynanın Azərbaycandakı səfirləri görüşdü | ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbi ukraynalı həmkarı Vladislav Kanevski ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə ABŞ səfirliyinin X sosial şəbəkəsindəki paylaşımında qeyd olunub. "Bu gün Ukraynanın səfiri Vladislav Kanevski ilə görüşmək çox xoş oldu. Mən ABŞ-ın “StandWithUkraine” platforması çərçivəsində öhdəliklərini və Cənubi Qafqazda ümumi prioritetləri irəli sürmək üçün birgə işləməyi səbirsizliklə gözləyirəm", - M.Libbi bildirib. |
2023-12-14 | 813,553 | Tofiq Yaqublu saxlanıldı | Milli Şuranın üzvü Tofiq Yaqublu saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Bildirilib ki, Tofiq Yaqublu Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və hazırda evində axtarış aparılır. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, Tofiq Yaqublu Nərimanov Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, hazırda araşdırma aparılır. |
2023-12-14 | 813,554 | Sabah bu ərazilərdə qaz olmayacaq | SOCAR-ın "Qaz İxrac" İdarəsi tərəfindən “1 Saylı QNAS Qaraçuxur” magistral qaz kəmərində kranın quraşdırılması zəruriyyəti ilə əlaqədar 15.12.2023-cü il tarixində saat 09:00-dan işlər başa çatanadək “Qaraçuxur əhali” ölçü qovşağında qaz təchizatının dayandırılması planlaşdırılır. Bu barədə Axar.az-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib. Təmir işləri aparılan müddətdə Suraxanı rayonunun Hövsan qəsəbəsinin, MİDA yaşayış kompleksinin, həmçinin Bahar, Zığ Bağları, Dədə Qorqud yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. |
2023-12-14 | 813,555 | Putin: Səhər 10 yumurta yeyə bilirdim | Əvvəllər səhər yeməyində on yumurta yeyə bilirdim. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin ənənəvi illik mətbuat konfransında çıxışında jurnalistlərin suallarını cavablandırarkən deyib. “Mən özüm də yumurtanı böyük məmnuniyyətlə yeyirəm. Bir zamanlar səhər yeməyində on yumurta yeyə bilirdim”, - deyə Kreml rəhbəri bildirib. Qeyd edək ki, hazırda Rusiyada yumurta qıtlığı yaşanır. Artıq bir çox yerdə yumurta almaq üçün uzun növbələr yaranıb. |
2023-12-14 | 813,556 | Masallıda itkin düşən azyaşlı tapıldı | Masallı rayonunda itkin düşən azyaşlı tapılaraq ailəsinə təhvil verilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində azyaşlının olduğu yer müəyyən edilib və tapılaraq ailəsinə təhvil verilib. |
2023-12-14 | 813,557 | Azərbaycanda bu il 4500-dən çox zəlzələ baş verdi | Ölkədə ilin əvvəlindən bu günə qədər 4500-dən çox zəlzələ qeydə alınıb. Axar.az xəbər verir ki, AMEA-nın Yer Elmləri bölməsi və Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə iclasında Mərkəzin baş direktoru Qurban Yetirmişli çıxışı zamanı deyib. Q.Yetirmişli ilin əvvəlindən bu vaxta qədər qeydə alınan zəlzələlərin statistikasını da açıqlayıb. Onun sözlərinə görə, ilin əvvəlindən bu vaxta qədər 84 seysmik stansiya vasitəsi ilə Azərbaycan və ona bitişik ərazilərdə 9702, Azərbaycan ərazisində isə 4548 zəlzələ qeydə alınıb. Azərbaycan ərazisində maqnitudası 3-dən böyük 83 zəlzələ olub. Azərbaycan və ona bitişik ərazilərdə 37 hiss olunan zəlzələ olub. Azərbaycan ərazisində bu il baş verən ən yüksək maqnitudalı zəlzələ Xəzər dənizində qeydə alınıb. (4 iyul 2023-cü il və 7 dekabr 2023-cü il tarixlərində Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələlər). |
2023-12-14 | 813,558 | Pekin metrosunda qəza: yaralılar var | Çinin paytaxtı Pekində metroda qatar vaqonlarının ayrılması nəticəsində 30-dan çox sərnişin xəsarət alıb. Axar.az xəbər verir ki, bu barədə paytaxtın nəqliyyat komitəsi məlumat yayıb. Bildirilib ki, xilasedicilər və həkimlər hadisə yerinə gəliblər. Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri aydınlaşdırılır. |
2023-12-14 | 813,563 | “Nar” Qarabağda şəbəkə əhatəsini genişləndirir | “Nar” Qarabağ iqtisadi zonasının bütün şəhərlərində şəbəkə xidmətlərinin genişləndirilməsini davam etdirir. Bu təşəbbüs “Nar”-ın regionlarda abunəçilərə kəsintisiz və sərfəli mobil xidmətlər təqdim etmək öhdəliyini nümayiş etdirir. Ümumilikdə, “Nar” Qarabağ iqtisadi zonasında 100-dən çox baza stansiyasını uğurla inşa edərək istismara verib. Bununla da, Şuşa, Xankəndi, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Füzuli, Tərtər və Ağdam abunəçiləri üçün etibarlı şəbəkə əhatəsindən faydalanmanı təmin edib. Həmçinin, “Nar” Laçın şəhərində satış və xidmət mağazasını təqdim edən ilk mobil operator olub. Geniş şəbəkə infrastrukturunun inkişafı çərçivəsində “Nar” 2023-cü ildə önəmli nailiyyətlər əldə edib. Mobil operator hazırda ölkə üzrə 98,5% ərazi, 99,71% əhali əhatəsi ilə artan abunəçi bazasına sərfəli və yüksək keyfiyyətli mobil xidmətlər təqdim etməyə davam edir. 2024-cü ildə “Nar” öz şəbəkə infrastrukturunu daha da gücləndirmək planı çərçivəsində Qarabağ iqtisadi zonasının müxtəlif qəsəbə və kəndləri də daxil olmaqla, bütün ölkə ərazisində baza stansiyası inşasını davam etdirməyi və abunəçiləri üçün daha əhatəli və etibarlı mobil təcrübə təmin etməyi planlaşdırır. Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir. |
2023-12-14 | 813,566 | "Vahid ədliyyə portalı"nın təqdimatı keçirildi | Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə Ədliyyə Nazirliyinin hibrid formada kollegiya iclasında ədliyyə sahəsində xidmətlərə və informasiyaya əlçatanlığı asanlaşdıran “Vahid ədliyyə portalı”nın təqdimatı keçirilib. Axar.az xəbər verir ki, kollegiya iclasında qeyd olunub ki, portal vasitəsilə vətəndaşlar fərdi kabinetə sahib olmaqla vahid mənbədə elektron ədliyyə xidmətlərindən bəhrələnə, ona aid məlumat və rəsmi sənədlərlə tanış ola biləcəklər. Portal həm də ictimaiyyət üçün açıq olan nazirliyin rəsmi internet saytını özündə ehtiva edir və ədliyyə sahəsində kommunikasiyanın səmərəli və operativ həyata keçirilməsi imkanı yaradır. Bununla yanaşı, dövlət başçısının tapşırığına əsasən nazirlik tərəfindən Dünya Bankının iştirakı ilə “Elektron məhkəmə” sisteminin yaradılaraq bütün ölkə üzrə tam tətbiqinə toxunulub, onun mühüm tərkib hissəsi olan məhkəmələrin vahid internet portalının yeni versiyası nümayiş etdirilib. “Vahid məhkəmə portalı”nın məhkəmə sistemi ilə bağlı məlumatlarla tanış olmaq, iddia ərizəsi, şikayət və pretenziyalar vermək, dövlət rüsumlarını ödəmək və digər funksional imkanları xeyli təkmilləşdirilib. İstifadəçilərə keyfiyyətli hüquqi yardımla bağlı vəkil və mediasiya təşkilatlarını seçmək, onlara müraciət etmək, məhkəmə iclasında videokonfrans formatında iştirak etmək və digər yeni əlavə imkanlar yaradılıb, “Mobil məhkəmə” tətbiqinin interaktivliyi artırılıb. |
2023-12-14 | 813,567 | Zelenski gözlənilmədən Almaniyaya səfər etdi | Ukrayna Prezidenti Vladimir Zelenski bu gün səhər gözlənilmədən Almaniyaya səfər edib. Axar.az xəbər verir ki, bu barədə Almaniya polisi məlumat yayıb. "Ukrayna prezidenti Hessen bölgəsinə gəlib. Səfər zamanı gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq bütün ərazidə nəqliyyatın hərəkəti qısa müddətə dayandırılacaq", - deyə bildirilib. Vurğulanıb ki, Vladimir Zelenski Frankfurt hava limanından Visbadenə uçub. Belə ki, bu şəhər ABŞ-ın Ukraynaya hərbi yardım üçün qərargahının yerləşdiyi yerdir. |
2023-12-14 | 813,569 | Bu, Ermənistan üçün ciddi riskdir - Zaxarova | Rəsmi Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il, 31 oktyabr 2022-ci il tarixli bəyanatlarından ibarət üçtərəfli sazişlər kompleksindən imtina etmək cəhdlərini təhlükəli hesab edir. Axar.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova şərhində bildirib. "Bu, Ermənistan-Azərbaycan normallaşmasının bütün əsas sahələrini əhatə edir: iqtisadi və nəqliyyat əlaqələrinin açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, sülh müqaviləsinin bağlanması və ictimaiyyət və ekspert dairələrinin nümayəndələri arasında dialoqun inkişaf etdirilməsi. Bu sazişlər qüvvədə qalır", - M.Zaxarova qeyd edib. "Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin olmamasını nəzərə alaraq, biz bu mühüm sənədləri inkar etmək cəhdlərini son dərəcə təhlükəli hesab edirik. Belə bir addım qaçılmaz olaraq, ilk növbədə Ermənistanın özü üçün ciddi risklərlə nəticələnəcək. Qərb psevdovasitəçilərinin köməyi ilə bu çağırışları dayandırmaq mümkündür. ABŞ və Aİ Rusiyadan fərqli olaraq, Ermənistana və Cənubi Qafqazın digər dövlətlərinə sülh və sabitlik gətirməyə çalışmırlar, onların vəzifəsi bizi və digər regional oyunçuları Balkanlar, Yaxın Şərq və Ukraynadan sonra yeni bir gərginlik mənbəyi yaratmağa çağırmaqdır”, - Rusiya XİN nümayəndəsi vurğulayıb. |
2023-12-14 | 813,570 | Rusiya XİN-dən Bakı və İrəvana: Buna hazırıq! | Rəsmi Moskva yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların növbəti mərhələsini təşkil etməyə hazırdır. Axar.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bir neçə erməni siyasətçinin Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etmək səyləri və 2020-2022-ci illərdəki üçtərəfli sazişlərin ən yüksək səviyyədə səmərəsiz olması ilə bağlı iddiasına cavab olaraq bildirib. “Bakı ilə İrəvan arasında əsirlərin mübadiləsinə dair son sazişlərin və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə Komissiyanın reqlamentinə dair razılaşmanın əhəmiyyətinə baxmayaraq, Rusiyanın məsləhətçi köməyi ilə üç liderin razılaşdığı real delimitasiya işləri 2021-ci ilin noyabrından hələlik işə salınmayıb. Avropa İttifaqının missiyasının gəlişinə görə Ermənistan tərəfi sərhəd zonalarında vəziyyəti sabitləşdirmək üçün KTMT mexanizmlərindən imtina edib”, - M.Zaxarova qeyd edib. Rusiya XİN nümayəndəsinin sözlərinə görə, yüksək səviyyəli liderlərin yuxarıda qeyd olunan qərarlarının icrasının dayandırılması bəzilərinin iddia etdiyi kimi, Moskvanın siyasətinin deyil, İrəvanın hərəkətlərinin uyğunsuzluğunun birbaşa nəticəsidir. “Bu çətin vəziyyətdən çıxış yolu göz qabağındadır - Rusiya tərəfinin bütün lazımi yardımı göstərməyə hazır olduğu, aktuallığı və faydalılığı dəfələrlə sübut edilmiş üçtərəfli sazişlərin icrasına qayıtmaq", - M.Zaxarova vurğulayıb. |
2023-12-14 | 813,572 | Sərxoş halda avtoşluq edən şəxs yaxalandı | Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində sərxoş halda sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıblar. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb. Bildirilib ki, Səyavuş İmanov idarə etdiyi “Ford” markalı avtomobillə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edib və bununla da ictimai-asayişi nümayişkaranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması üzə çıxıb. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə S.İmanov sürücülük hüququndan bir il müddətinə məhrum olunmaqla 15 sutka müddətinə inzibati qaydada həbs edilib. |
2023-12-14 | 813,574 | Minaların təmizlənməsində sülhməramlılar da iştirak edəcək | Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanlığı ərazinin minalardan təmizlənməsinə dair razılıq əldə etmək üçün Azərbaycan tərəfi ilə danışıqlar aparıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir. “RSK ilə ANAMA və Azərbaycan Silahlı Qüvvələrinin mühəndis qoşunlarının nümayəndələri arasında ərazinin birgə minalardan təmizləməsinin razılaşdırılması ilə bağlı danışıqlar aparılıb”, - deyə qeyd edilir. Bildirilir ki, sülhməramlılar mülki əhaliyə münasibətdə təhlükəsizliyin təmin edilməsi və humanitar normalara riayət olunması üçün Bakı ilə davamlı qarşılıqlı əlaqəni davam etdirirlər. |
2023-12-14 | 813,575 | Niderland hökumətinin fikirləri qəbuledilməzdir - XİN | Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Niderland Krallığı hökumətinin Azərbaycanla bağlı açıqlamasını qəbuledilməz adlandırıb. Axar.az-ın xəbərinə görə, o deyib ki, Niderland 30 il ərzində Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün işğalçı və təcavüzkar Ermənistan tərəfindən pozulması, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yürütməsi, 1 milyondan çox azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi faktlarını heç zaman diqqətə almayıb. "Azərbaycanın dəfələrlə ərazilərimizdə qanunsuz mövcudluğunu davam etdirən erməni silahlı qüvvələrinin bölgədə təhlükə mənbəyi olduğunu bildirməsinə və beynəlxalq hüquqa uyğun olaraq onların dərhal çıxarılmasına dair çoxsaylı çağırışlar etməsinə baxmayaraq, Niderland tərəfinin Azərbaycanın öz ərazilərində həyata keçirdiyi antiterror tədbirlərini tənqid etməsi qərəzli yanaşmanın bariz nümunəsidir. 44 günlük Vətən müharibəsinin, habelə 2023-cü ilin sentyabr ayında həyata keçirilən 24 saatlıq antiterror tədbirlərinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın suveren ərazilərində həyata keçirildiyini və ölkəmizin legitim üsullarla öz suverenliyini bərpa etdiyini bir daha xatırladırıq", - A.Hacızadə bildirib. O qeyd edib ki, Azərbaycan heç vaxt erməni sakinləri Qarabağdan çıxarmayıb və regionu tərk etməmək barədə Azərbaycanın çağırışlarına baxmayaraq, Ermənistana və digər ölkələrə miqrasiya etmək onların qərarı olub: "Birləşmiş Millətlər Təşkilatının bölgəyə missiyaları Azərbaycan tərəfinin mülki əhalini hədəf almadığını təsdiq edib və Niderland Krallığında yerləşən Beynəlxalq Ədalət Məhkəməsi də bu istiqamətdə Ermənistanın son iddialarını rədd edib. Niderland tərəfinin bölgənin beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneçilik törədən bu kimi bəyanatlara son qoyması faydalı olardı". Qeyd edək ki, Niderland Krallığının hökuməti Ermənistana yardım ayrılması barədə verdiyi 13 dekabr tarixli açıqlamada guya “etnik erməni anklavına qarşı Azərbaycanın hücumu nəticəsində 100000 erməninin öz evlərindən güclə qovulduqlarını” iddia edib. |
2023-12-14 | 813,578 | "Qarabağ" tarix yazdı: Avropa Liqasının pley-offunda! | 21:06 Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda üz-üzə gələcək "Qarabağ" və İsveçin "Hakken" klubunun start heyətləri açıqlanıb. Axar.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar. "Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüsenov, 29. Marko Veşoviç, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Olavio Juninyo. "Hakken": 26. Peter Abrahamsson, 21. Tomas Totland, 5. Even Hovland, 4. Ayham Usu, 13. Simon Sandberq, 27. Romeo Amane, 11. Samuel Qustafson, 18. Mikkel Riqaard, 23. Mamadu Sonko, 10. Ali Yussef, 17. Edvard Çilufya. Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” oyunu saat 21:45-də başlayacaq. Ağdam təmsilçisi hazırda 7 xalla ikinci pillədə yer alıb. İsveç klubunun isə hesabında xal yoxdur. *** "Qarabağ" - "Hakken" (İsveç) oyunu başlayıb. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də start götürüb. Matçın baş hakimi albaniyalı FIFA referisi Yucin Cayadır. *** Matçın 1-ci dəqiqəsində "Qarabağ" hesabı açıb. "Köhlən atlar"ın heyətində Leandro Andrade fərqlənib. *** Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun "Qarabağ" - "Hakken" (İsveç) oyununda ilk hissə başa çatıb. Azərbaycan təmsilçisi fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb. 45+3-cü dəqiqədə Yassin Benzia rəqibi ikinci dəfə məyus edib. *** "Qarabağ"ın üzvü Veşoviç rəqib oyunçuya qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq komandasını meydanda azlıqda qoyub. *** "Hakken" matçın son dəqiqələrində Bədavi Hüseynovun avtoqolu ilə hesab arasındakı fərqi azaltsa da, matç 2-1 hesabı ilə təmsilçimizin xeyrinə başa çatdı. Qrupun digər matçında isə "Bayer Leverkusen" "Molde"ni 5-1 hesabı ilə məğlub etdi. Bununla da "Qarabağ" tarixində ilk dəfə olaraq Avropa Liqasının pley-off mərhələsinə vəsiqəni təmin etmiş oldu. |
2023-12-14 | 813,580 | Qonaq getdikləri evdə dəm qazından zəhərləndilər | Gəncədə dəm qazından zəhərlənmə hadisəsi baş verib. Axar.az xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. 2000-ci il təvəllüdlü Ayşən Nəbiyeva və onun azyaşlı övladı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir. Məlumata görə, ana və övladı qonaq getdikləri evin vanna otağında dəm qazından zəhərləniblər. Faktla bağlı araşdırma aparılır. |
2023-12-14 | 813,581 | Nikol Qarabağdan əl çəkməsəydi, Putin nə edəcəkdi? | Rusiya Prezidenti Vladimir Putin hər dəfə “Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb” cümləsini elə işlədir ki, sanki qeyri-adi hadisə baş verib. Ermənistan müharibədə məğlub olub və bu ölkənin Baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaq məcburiyyətində qalıb. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya lideri Vladimir Putinin bu gün keçirdiyi illik mətbuat konfransında bu mövzudakı sözlərini şərh edərkən deyib. “Putinin geniş mətbuat konfransındakı sonrakı cümləsi də düşündürücüdür: “Qarabağdan imtina edən biz deyildik. Bu torpaqların Azərbaycanın bir hissəsi olduğunu Ermənistan tanıyıb. Bunu bəyan edərkən Rusiyaya məlumat verilməyib”. Kreml sahibinin məntiqinə görə, İrəvan Qarabağdan imtina etməsəydi, Rusiya Azərbaycanın öz ərazisi üzərində suverenliyinin bərpasına imkan verməyəcəkdi”, - politoloq bildirib. |
2023-12-14 | 813,583 | Almaniya Ukraynaya ikinci "Patriot"u verdi | Almaniya Ukraynaya ikinci “Patriot” hava hücumundan müdafiə sistemi və müvafiq raketləri təhvil verib. Axar.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin məlumatında deyilir. Bundan əlavə, hərbi paketə doqquz ədəd “Bandvagn 206” universal hərbi texnikası, üç pilotsuz minatəmizləmə maşını, səkkiz “Zetros” yük maşını və dörd ədəd 8x8 HX81 traktor qoşqusu daxildir. |
2023-12-14 | 813,589 | Bunun qarşısını kəsən yalnız ABŞ-dır - Fidan | Qəzzada atəşkəsin qarşısını yalnız ABŞ kəsir. Axar.az xəbər verir ki, bu barədə ölkəmizdə səfərdə olan Türkiyə xarici işlər naziri Hakan Fidan deyib. "Biz gözləyirik ki, ABŞ bundan sonra BMT qərarlarının icrasına müdaxilə etməyəcək. Hazırda Qəzza zolağında qətliamla atəşkəs arasında yalnız ABŞ dayanır", - Fidan bildirib. |
2023-12-14 | 813,591 | Avropa Birliyi Gürcüstana namizəd statusu verdi | 21:39 Avropa Birliyi (AB) Gürcüstana üzvlük üçün namizəd statusunun verilməsi ilə bağlı qərar qəbul edib. Axar.az xəbər verir ki, bu barədə Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel deyib. AB ölkələri həmçinin Ukrayna və Moldovanın birliyə qəbulu ilə bağlı danışıqlara başlamaq qərarına gəliblər. |
2023-12-14 | 813,592 | Ermənilər ürəkləndilər: Bakıya “çox sərt” təzyiqə çağırdılar | Azərbaycanın 32 erməni əsiri 2 azərbaycanlı əsirə dəyişməyə razı olmasının səbəbləri haqda ən müxtəlif, ağlagəlməz versiyalar səsləndirən Ermənistan mediası artıq kənardan, diaspor üzvləri arasından da fikirlər almağa başlayıb. Axar.az xəbər verir ki, Marseldəki Abovyan Kollecinin rəhbəri, yazıçı Karen Xurşudyan erməni mediasına açıqlamasında “əgər arxasında başqa razılaşma yoxdursa”, bunu İrəvanın böyük diplomatik uğuru adlandırıb. Onun sözlərinə görə, Ermənistan “pərdəarxasında” Azərbaycana hansısa güzəşt vəd edə, xüsusilə bu, torpaq itkisi ilə bağlı da ola bilər. Buna baxmayaraq, o, ikinci versiya da irəli sürüb, iddia edib ki, çox güman, Fransanın Ermənistana hərbi-texniki yardımı Azərbaycanı bu addımı atmağa vadar edib. Bununla Bakı guya Avropanın gözünə kül üfürməyi və Ermənistana hərbi yardımı dayandırmağı hədəfləyir. Azərbaycanın bu humanitar güzəştini “təzyiqin nəticəsi” hesab edənlər sırasında “Fransanın siyasi xadimi” kimi təqdim edilən Hilda Çoboyan da var. O, məhz bu təzyiq sayəsində əsirlərin azad edilməsinə inanaraq, Qarabağdakı keçmiş separatçıların da azadlığı üçün Azərbaycana “indikindən daha güclü təzyiqə” çağırıb. “Azərbaycanın qalan erməni məhbuslarını azad etməsi üçün Azərbaycana indikindən daha güclü təzyiq göstərilməlidir. Əks halda Bakı İrəvandan ağır güzəştlər gözləyəcək”, - o vurğulayıb. O bildirib ki, Ermənistan və Avropadakı erməni diasporu Azərbaycana təsir etmək üçün bütün imkanlara əl atmalıdır. Bunun ardınca isə Çoboyan ziddiyyətli fikirlərə başlayıb: iddia edib ki, Bakıya təzyiq edə biləcək real qüvvə ABŞ-dır, lakin Vaşinqton regionda öz maraqlarını güdür, ona görə də bu məsələyə diqqətli olmaq lazımdır. Rusiyanın bu məsələdə Azərbaycana təzyiq edəcəyinə isə inanmadığını əlavə edib. Başqa sözlə, Azərbaycanın iradəsinə təsir edə biləcək qüvvənin olmadığını bir-bir sayandan sonra yenidən “beynəlxalq təzyiqi gücləndirməkdən” bəhs edib. Qeyd edək ki, geri qaytarılan 32 erməninin heç birinin tibbi müayinə və müalicəyə qəti şəkildə ehtiyacı olmadığını, Bakıda onlara həssas yanaşıldığını Ermənistan Səhiyyə Nazirliyi rəsmən elan etdi və onlar artıq ailələrinə təhvil veriliblər. Bununla bərabər, Azərbaycan qarşılıqlı etimad mühiti yaratmaq, birbaşa danışıqların daha müsbət nəticə verdiyi və vasitəçisiz əlaqənin uğurlu format olduğu mesajını vermək, qonşuların öz problemlərini xarici qüvvələrə arxalanmadan, bir-birinin maraqlarına uyğun həll etməsinin daha yaxşı olduğunu isbatlamaq üçün bir insanlıq nümanəsi göstərdi, ermənilər isə bunu “təzyiqin nəticəsi” saymağa meyilləniblər. Ənənəvi erməni düşüncə və məntiqi ortadadır. Bunlar yalnız bir dildən anlayırlar. |
2023-12-15 | 813,595 | Neft-qaz sənayesində növbəti mərhələ: GL yeni reallıq yaradır | Azərbaycanın ilk özəl enerji şirkəti GL, tabeliyindəki əməliyyat şirkəti “Taghiyev Operating Company” (TOC) tərəfindən istismar edilən “Buzovna-Maştağa” yatağında dörd yeni quyunun qazılması zamanı mühüm ilklərə imza atdı. Bununla da şirkət, Azərbaycanda quruda qazma əməliyyatlarının yeni standartlarını müəyyən edir və istismarda olan yataqların bərpası strategiyasına keyfiyyət etibarı ilə yeni yanaşma təklif edir. Azərbaycanda quruda ilk dəfə olaraq, GL “GeoTap” sistemindən istifadə edərək yatağın lay təzyiqi, neftlə doyumluluğu, məhsuldarlığı və neftin mobilliyi haqqında əhəmiyyətli texniki məlumatların əldə edilməsinə müvəffəq oldu. Bu məlumatlar qazma və tamamlama əməliyyatları zamanı yüksək dəqiqliklə qərarların qəbul edilməsi prosesini dəstəkləməklə hər mənimsənən quyudan ilkin olaraq planlaşdırılandan iki dəfə çox hasilata nail olunmasına gətirib çıxardı. Qeyd olunan məlumatlar yataqda quyuların əsaslı təmiri və növbəti qazma əməliyyatları zamanı görülən işlərin uğurla tamamlanmasına töhfə verəcək. Şirkət Azərbaycanda quruda 2000 metr dərinlikdə qazma əməliyyatını ən qısa müddətdə reallaşdırmaqla rekorda imza atdı. Yüksək icra göstəricisi ilə qazma işləri ilk quyuda 28 günə, ikinci və üçüncü quyuda hər biri 22 günə, dördüncü quyuda isə cəmi 18 günə tamamlandı. Son 30 il ərzində yataqda ilk dəfə GL-in rəhbərliyi ilə Qırmaki altı lay dəstinin alt laylarından neft əldə edildi. Sonda onu da qeyd edək ki, yatağın tarixində ilk dəfə olaraq GL qazma zamanı 180 metr maili istiqamətləndirmə ilə maili qazma texnologiyasını tətbiq etməklə yanaşı neft əsaslı məhluldan istifadə etdi və qazma prosesini çınqıllı süzgəç üsulu ilə tamamladı. GL şirkətinin Baş icraçı direktoru Asif Zeynalovun sözlərinə görə, səriştəli idarəetmə komandası, quyuların düzgün texniki-mühəndis layihələndirilməsi, müasir texnologiyaların tətbiqi, dəqiq planlaşdırma və podratçılarla işin düzgün qurulması şirkətin üç ay əvvəl başladığı qazma layihəsinin uğurla və təhlükəsiz başa çatdırılmasına töhfə verən əsas amillərdir. “Biz tərəfdaşlarımıza və podratçılarımıza, o cümlədən SOCAR-ın Kompleks Qazma İşləri Tresti, SOCAR AQŞ, “Halliburton”, “Weatherford”, “Baker Hughes” və digər şirkətlərə səmərəli əməkdaşlığa və uğurlu qazma işlərinə verdikləri töhfəyə görə təşəkkür edirik. Bu quyulardan əldə olunan nəticələr sübut edir ki, istismarda olan yataqlara düzgün yanaşma ilə onların istismar müddətini uzatmaq və hasilatı artırmaq üçün böyük potensial var”, - deyə Asif Zeynalov qeyd etdi. GL 2024-cü ilin ortalarına kimi müasir texnologiya və metodların tətbiqi ilə daha iki quyunun qazılmasını planlaşdırır. Xatırladaq ki, GL Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” yataqları olmaqla Azərbaycanda beş yataqda neft-qaz əməliyyatları həyata keçirir. GL-in biznes portfelinə “Salyan Oyl Limited”, “Taghiyev Operating Company” əməliyyat şirkətləri və sənaye üzrə çoxsaylı xidmətlər təqdim edən “GL Technical Services” daxildir. |
2023-12-14 | 813,596 | Bu ölkədə minlərlə reys ləğv edildi | Çində minlərlə aviareys təxirə salınıb. Axar.az xəbər verir ki, buna səbəb ölkənin şimalına təsir edən kəskin hava şəraiti, o cümlədən güclü qar yağması olub. Məlumata görə, dünən ölkə daxilində planlaşdırılan 16 min uçuşdan 4 min 333-ü ləğv edilib. |
2023-12-14 | 813,602 | Bu, Ukraynanın qələbəsidir - Zelenski | Prezident Vladimir Zelenski Avropa Birliyinin (AB) Ukraynanın birliyə daxil olması ilə bağlı danışıqlara başlamaq qərarını şərh edib. Axar.az xəbər verir ki, Zelenski X şəbəkəsində paylaşımında bunu bütün Avropanın qələbəsi adlandırıb. "Ukrayna üçün qələbə... Bütün Avropa üçün qələbə... Həvəsləndirən, ruhlandıran və gücləndirən qələbə...", - deyə Zelenski bildirib. Qeyd edək ki, AB Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı qərar qəbul edilib. Eyni zamanda Ukrayna və Moldovanın üzvlüyü ilə bağlı danışıqlara başlanacaq. |
2023-12-14 | 813,606 | Bakı-İrəvan danışıqlarında Türkiyənin rolu... - ABŞ | ABŞ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasında Türkiyənin məhsuldar rolunu alqışlayır. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib. "Bu mövzu ABŞ dövlət katibi Entoni Blinkenlə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında aparılan müzakirələrin bir hissəsidir. Bu, onların mütəmadi olaraq müzakirə etdiyi məsələdir. Biz Türkiyənin bu məsələdə məhsuldar rolunu alqışlayırıq. Türkiyə xarici işlər nazirinin sülhlə bağlı sözləri ilə razıyıq. ABŞ buna nail olmaq üçün iki tərəf arasında birbaşa danışıqları dəstəkləyir", - M.Miller qeyd edib. |
2023-12-14 | 813,608 | Ərdoğandan Baydenə: Bu, ABŞ-ın tarixi məsuliyyətidir! | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və amerikalı həmkarı Co Bayden arasında telefon danışığı baş tutub. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Tərəflər İsrailin Qəzzaya hücumu, İsveçin NATO üzvlüyü, F-16 qırıcılarının tədarükü və ikitərəfli məsələləri müzakirə ediblər. Ərdoğan Yaxın Şərqdə baş verən qarşıdurmanın aradan qaldırılması, bununla əlaqədar İsrail-Fələstin cəbhəsində təcili atəşkəsin təmin edilməsinin vacibliyini vurğulayıb. Baydenlə söhbət zamanı Ərdoğan Qəzzada daimi atəşkəsin təmin edilməsinin ABŞ-ın tarixi məsuliyyəti olduğunu deyib. Ərdoğan Baydenlə söhbətində İsrailin hücumlarının dərinləşməsi və davam etdirilməsinin mənfi regional və qlobal nəticələrə səbəb ola biləcəyini vurğulayıb. |
2023-12-14 | 813,610 | Əliyevlə Serjin arasında qalmışdım: Günah Nikolda deyil! | Bəli, biz haradasa səhv etmişik, bəli, haradasa Ermənistanda və Azərbaycanda alınmadı. Gəlin bunu düzəldək. Axar.az BelTA-ya istinadla xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. “Ermənistan və Azərbaycanda bu baş verməzdi, əgər haçansa deyilənlərə qulaq assaydılar. Bunda Paşinyanın günahı yoxdur. Bütün bunları miras aldı. Mən Əliyevlə Serj Sərkisyanın arasında qaldım və açıq şəkildə təklif etdim: “Bu gün nəyin mümkün olduğunu, nəyin edilə biləcəyini qərara almalıyıq”. Bunu etmədilər – cavabını aldılar. Ermənistan daha yaxşımı oldu? Bu, heç Azərbaycan üçün asan deyil”, - o bildirib. |
2023-12-15 | 813,611 | Bakı və İrəvan mühüm addım atdı: indi qalır “benefisiar”… | Azərbaycan və Ermənistan hələ sülh müqaviləsi bağlamasa da, ən azı bu istiqamətdə mühüm addım atıblar. Dekabrın 7-də tərəflərin birgə bəyanatı dərc olundu və orada bir neçə prinsipial əhəmiyyət kəsb edən məqamlar qeyd edildi. İlham Əliyev Administrasiyası ilə Nikol Paşinyanın Ofisi arasında aparılan danışıqlar nəticəsində otuz iki erməni və iki azərbaycanlı hərbçinin azad edilməsi barədə qərar verildi. Axar.az xəbər verir ki, bu sözləri sosial şəbəkədə rusiyalı ermənipərəst politoloq Sergey Markedonov yazıb. O bildirib ki, azad edilən erməni hərbçilər arasında ən çoxu (26 nəfər) hələ 2020-ci ilin dekabrında əsir götürülüb: “Həmin vaxt İkinci Qarabağ müharibəsinin hərbi əməliyyatları başa çatdıqdan və üçtərəfli bəyanatın (Vladimir Putin-İlham Əliyev-Nikol Paşinyan) imzalanmasından sonra yeni təmas xəttinin ilk “aydınlaşdırılması” baş verdi. Təbii ki, insidentsiz ötüşmədi”. Markedonov xüsusi olaraq vurğulayıb ki, dekabr sənədində əvvəllər tanınmamış “dqr”i təmsil edən siyasətçilərdən bəhs edilmir: “Tərəflər sırf hərbçilərlə bağlı müzakirələr aparıb və qərar qəbul ediblər. Əldə edilmiş razılaşmada gələcək siyasi nizamlanma ilə bağlı heç bir sabit xətt qeyd olunmayıb. Bununla belə, dekabrın 7-də imzalanan razılaşmaları qiymətləndirməmək olmaz. Birincisi, onların hər şeydən əvvəl insanlıq ölçüsü var. Ermənistan və Azərbaycan orduları sadəcə abstraksiya və ya “ideal tiplər” deyil, hər şeydən əvvəl konkret adamlardır. Və onlar öz vətənlərinə, ailələrinin, yaxınlarının yanına qayıdırlar. İkincisi, İrəvan və Bakı tez-tez heç nədə razılığa gəlmirdi. 2023-cü ilin dekabrında isə belə bir razılaşma əldə olunub. Bu, sülh müqaviləsinin tezliklə imzalanmasına qətiyyən təminat vermir. Amma qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində müəyyən addım atıldı. Ən azı, nəhayət, İkinci Qarabağ müharibəsinin “gedişatını bağlamaq” cəhdi var”. Sülh müqaviləsinə gəlincə, Markedonov qeyd edib ki, hər şey o qədər də sadə deyil: “Münaqişənin əsas daşıyıcı strukturu Qarabağ mövzusu idi, lakin bununla yanaşı, eksklavlar və Naxçıvanla materik Azərbaycan arasında əlaqə kimi həssas mövzular da var. Problemin həlli vasitəçilik layihələrinin rəqabəti ilə də çətinləşir. Bu platformada Rusiyaya “Brüssel” və “Vaşinqton” formatları qarşı çıxır. Amerika Dövlət katibinin köməkçisi Ceyms Obrayenin Bakıya gəlməsinə də diqqət yetirmək lazımdır. Vaxt baxımından bu, əslində hərbi əsirlərin azad edilməsi ilə bağlı Ermənistan-Azərbaycan birgə bəyanatının ortaya çıxması ilə üst-üstə düşdü. Vasitəçilər arasında sülh sazişinin əsas məzmunlu sahələrində heç bir xüsusi fikir ayrılığı olmasa da, əsas məsələ Cənubi Qafqazdakı təsir və yeni status-kvondan kimin faydalanacağıdır. Burada, necə deyərlər, variantlar mümkündür”. |
2023-12-14 | 813,612 | Məşhurların “Yeni il qiymətləri” yalan çıxdı - Açıqlama | Azərbaycanlı məşhurların Yeni il gecəsində 30 dəqiqəlik çıxış üçün açıqlanan qiymət siyahısı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Kult.az xəbər verir ki, sözügedən siyahıda qiymətlər minimum 7 min, maksimum isə 50 min manatdır. Müğənni Röya Ayxanın köməkçisi Elvin Elxan bildirib ki, Röya Ayxan ümumiyyətlə yarım saatlıq çıxış etmir: “Bir neçə ildir, Röya xanım 31 dekabr tarixində səhnəyə çıxmır. Qısası, bu informasiya yanlışdır”. Siyahıda adı olan məşhur müğənni Murad Arif isə bildirib ki, hər ay müxtəlif saytlarda müxtəlif qiymətlərlə rastlaşır: “Bu qiymətlərin hamısını şərh etməyə ehtiyac yoxdur. Məclisin Bakı, rayon və ya xarici ölkədə keçirilməsi, gün olaraq həftə içi, həftə sonu olması, saat və məkanı qiymətlərə təsir edir. Bu şeylər stabil olmadığı üçün burda heç kim mütləq bir məbləğin üzərində dayanıb, durmur”. Müğənni Faiq Ağayevin köməkçisi Azər Musayev bildirib ki, gördüklərinizə və eşitdiklərinizə inanmayın. Qeyd edək ki, sözügedən siyahıda qiymətlər belədir: - Röya Ayxan - 50 min manat; - Aygün Kazımova - 50 min manat; - Eyyub Yaqubov - 20 min manat; - Zülfiyyə Xanbabayeva 15 min manat; - Faiq Ağayev 15 min manat; - Abbas Bağırov 15 min manat; - Natavan Həbibi 10 min manat; - Çingiz Mustafayev 10 min manat; - Günay İbrahimli 10 min manat; - Murad Arif 10 min manat; - Samirə Əfəndi 10 min manat; - Miri Yusif 10 min manat; - Samir Bağırov 7 min manat tutulub. |
2023-12-14 | 813,614 | Orban AB-nin Ukrayna qərarına qarşı çıxdı | Ukrayna ilə üzvlük danışıqlarına başlamaq səhv qərardır. Macarıstan qərarda iştirak etməyib. Axar.az xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Viktor Orban X şəbəkəsində yazıb. Qeyd edək ki, Ukraynanın Avropa Birliyinə üzvlüyü ilə bağlı danışıqlara başlamaq barədə qərar qəbul edilib. |
2023-12-14 | 813,617 | Bu gün biz tarixi addım atırıq - Borrell | Bu gün biz Ukrayna və Moldova ilə danışıqlara başlamaq, Gürcüstana namizəd statusu vermək və lazımi üzvlük hüququ əldə edildikdən sonra Bosniya və Herseqovina ilə danışıqlara başlamaqla Avropa ailəsinin möhkəmlənməsi istiqamətində tarixi addım atırıq. Axar.az xəbər verir ki, bun Avropa Birliyinin (AB) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell X şəbəkəsində yazıb. |
2023-12-14 | 813,619 | Ukrayna ordusu "Xəncər" raketini məhv etdi | Ukraynanın Kiyev vilayətində Rusiya ordusunun atdığı “Xəncər” (Х-47М2) raketi vurulub. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşşuk deyib. |
2023-12-14 | 813,622 | ABŞ hərbi bazasına növbəti hücum... | ABŞ-ın Suriyadakı hərbi bazalarından biri növbəti dəfə hücuma məruz qalıb. Axar.az İRNA-ya istinadən xəbər verir ki, ölkənin Hasekə vilayətində İslam Müqaviməti qruplaşmasına məxsus PUA-lar bazaya zərbələr endirib. Bildirilib ki, hücum İsrail rejiminin Qəzzada törətdiyi cinayətlərə cavab olaraq həyata keçirilib. Dağıntı və tələfat haqda məlumat verilmir. |
2023-12-14 | 813,623 | İrəvan xüsusi səfirini təkzib etdi: ABŞ-da görüş... | Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşlə bağlı razılıq yoxdur. Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib. "Görüş təyin olunarsa, sizə xəbər verəcəyik", - o bildirib. Qeyd edək ki, Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan yanvarda ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüş olacağını bildirmişdi. Azərbaycan XİN rəsmisi Ayxan Hacızadə isə xarici işlər nazirlərinin görüşünün yeri və tarixi ilə bağlı razılıq olmadığını açıqlamışdı. |
2023-12-15 | 813,624 | İranın Azərbaycan və Ermənistana ixracı artdı | Son 8 ayda İranın 15 qonşu ölkə ilə ticarət dövriyyəsinin həcmi 11,4% artaraq 38,62 milyard dollar təşkil edib. Axar.az xəbər verir ki, bunu İran Gömrük İdarəsinin rəisi Məhəmməd Rizvanifər İRNA agentliyinə deyib. O bildirilib ki, bu ilin 8 ayı ərzində İran qonşu ölkələrə 18,3 milyard dollardan artıq məhsul ixrac edib, qonşu ölkələrdən idxalın həcmi isə 20,24 milyard dollar təşkil edib. Belə ki, İranın 15 qonşu ölkəyə, o cümlədən BƏƏ, Əfqanıstan, Azərbaycan, Ermənistan, Bəhreyn, İraq, Küyevt, Qazaxıstan, Oman, Pakistan, Qətər, Rusiya, Səudiyyə Ərəbistanına ixracı çəki ifadəsində 20,75 faiz, dəyər ifadəsində isə 8,76 faiz artıb. |
2023-12-15 | 813,626 | İrəvanda təhdid olunan türk bloger Qarabağda - Video | Ermənistana səfəri səs-küy doğuran türkiyəli bloger Alpər Rende Azərbaycana gəlib. Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, Şuşaya da baş çəkən bloger səfəri ilə bağlı bunları bildirib: "Əvvəlki videomuzda mən Ermənistana getmişdim və oradakı insanlardan çox da müsbət reaksiya almamışdım. Bu günlərdə isə Azərbaycanda oldum. Əziz azərbaycanlı türk qardaşlarım bizi çox səmimi qarşıladı. Təbii ki, mən də işğaldan azad edilmiş Qarabağa, Şuşaya getdim, müharibənin izlərinin şahidi oldum. Ümid edirəm ki, bundan sonra sülh hökm sürəcək və hamımız birlikdə sülh içində yaşayacağıq". Qeyd edək ki, türkiyəli bloger Alpər Rende dostları ilə birlikdə İrəvanda olarkən erməni qadınla mübahisə etmişdi. Bu mübahisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Alpər Rende səfər zamanı irqçiliklə üzləşdiyini bildirmişdi. |
2023-12-15 | 813,631 | Papikyan Yunanıstanda erməni kursantlarla görüşdü | Ermənistanın müdafiə naziri Suren Papikyan Yunanıstana səfəri çərçivəsində ölkənin Quru Qoşunlarının Hərbi Akademiyasında olub və orada təhsil alan erməni kursantlarla görüşüb. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. Papikyana Akademiyanın fəaliyyəti və tədris proqramları təqdim olunub. |
2023-12-15 | 813,633 | Husilər "Maersk" gəmisinə zərbə endirdi | Yəməndəki Husi üsyançıları “Maersk” şirkətinə məxsus gəmiyə PUA-larla zərbə endirdiklərini açıqlayıb. Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Əlavə informasiya verilmir. Qeyd edək ki, “Maersk” dənizdə yük daşımları ilə məşğul olan Danimarka şirkətidir. |
2023-12-15 | 813,634 | “Qarabağ”ın matçlarını izləyəcəm - Hoqmo | Rəqibi təbrik edirəm. Onlara qarşı oynamaq bizim üçün təcrübə idi. Axar.az xəbər verir ki, bunu İsveçin “Hakken” komandasının baş məşqçisi Per-Matias Hoqmo Bakıda “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin VI turunun oyunundan sonra mətbuat konfransında deyib. Norveçli mütəxəssis ilk dəqiqədə buraxdıqları qolun planlarını pozduğunu söyləyib: “Qarabağ”ın pley-off matçlarını izləyəcəm. “Hakken”lə İsveç çempionu olduq. Buradan yaxşı əhval-ruhiyyə ilə ayrılıram”. |
2023-12-15 | 813,635 | Bakı yeni format irəli sürür: Türkiyə masaya oturur | Bakı və İrəvan ikitərəfli formatda razılaşma əldə etsə də, Qərb prosesin Vaşinqton və Brüssel masasında davam etdirilməsi istəyindən əl çəkməyib, Ermənistan da sülh müzakirələrinin üçüncü tərəflərin – ABŞ və Avropa Birliyinin iştirakı ilə aparılmasını istəyir. Vaxtilə Qarabağ məsələsinə görə Qərb platformasından istifadə edən Azərbaycan üçün mövcud şərtlərdə bu masa sərfəli deyil: - Bakı Qərb platformasında əldə edə biləcəyi heç nə qalmayıb; - Bu platformada Ermənistanın istəklərinə uyğun gündəlik - xüsusilə kommunikasiyanın açılması məsələsində - müzakirə olunur. Azərbaycan ikitərəfli formatdan yanadır, lakin onu da anlayır ki, münasibətlər baxımından Qərb platformasından imtina uzun müddət davam edə bilməz. Məhz buna görə Türkiyənin də masada iştirakını irəli sürür. Ceyhun Bayramov Hakan Fidanla görüşdə bunu açıqladı. Azərbaycan Qranada görüşündən Türkiyənin iştirakının qəbul edilməməsinə görə imtina etmişdi. Artıq Qərb Bakının tələbindən xəbərdardırlar. Və mümkündür ki, Qərb platformasında danışıqların aparılması zərurəti güclənəcəksə, Bakı Vaşinqtonda danışıqların Azərbaycan-Türkiyə-ABŞ-Ermənistan, Avropada danışıqların Azərbaycan-Türkiyə-Avropa Birliyi-Ermənistan (Fransa da istisna deyil) formatında keçirilməsi şərti irəli sürə bilər. |
2023-12-15 | 813,638 | İsrail Qəzzaya havadan 29 min bomba atdı | Bütün döyüş əməliyyatları dövründə (7 oktyabrdan bəri) İsrail ordusu Qəzza zolağına havadan ən azı 29 min bomba atıb. Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. |
2023-12-15 | 813,640 | Əlaqəni Makron kəsdi, mən yox - Putin | Fransa prezidenti nə vaxtsa bizimlə münasibətləri kəsdi. Bunu mən etmədim, o etdi. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makron ilə münasibətləri barədə danışarkən deyib. Putin münasibətlərə maraq olduğu təqdirdə buna hazır olduqlarını söyləyib: "Maraq olmasa da, öhdəsindən gələ bilərik. Bizim görəcəyimiz başqa işlərimiz də var". |
2023-12-15 | 813,642 | Danışıqlar üçün yeni məkan: Tiflis, yoxsa sərhəd? | Azərbaycan və Ermənistan arasında vasitəçi olmadan baş tutacaq görüşlər daha uğurlu keçə bilər. Bunu vasitəçisiz danışıqlarda əldə edilən nəticə - əsirlərin dəyişdirilməsi də təsdiqlədi. Əgər Ermənistan regional platforma - Tiflis variantına razı deyilsə, müzakirələri sərhəddə də davam etdirmək mümkündür. Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O vurğulayıb ki, Azərbaycan Pezidenti İlham Əliyev Tiflis formatını təklif kimi dəstəklədiyini nümayiş etdirib: “Çünki Bakı məsələlərə daima konstruktiv yanaşaraq, nəticələrə hesablanmış addımlar atır. Azərbaycanla Ermənistan arasındakı danışıqlarda beynəlxalq güclərdən biri vasitəçi olarsa, o özünün strateji marağını reallaşdırmağa çalışacaq – istər AB olsun, istər ABŞ və ya Rusiya. Hər biri danışıqlarda vasitəçilikdən öz marağını təmin etməyə çalışacaq. Buna görə Ermənistan anlamalıdır ki, vasitəçisiz, yəni üçüncü tərəf olmadan aparılan danışıq və sülh müqaviləsi hər iki ölkəyə daha çox xeyir verə bilər”. |
2023-12-15 | 813,643 | Hər şey gözəl sonluqla başa çatdı - Qurbanov | Futbolçuları, azarkeşləri təbrik edirəm. Daha əvvəl bu şans əlimizdən qaçmışdı. Bu gün hər şey gözəl sonluqla başa çatdı. Axar.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda İsveçin "Hakken" komandasına 2:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra mətbuat konfransında deyib. 51 yaşlı mütəxəssis bildirib ki, bu cür uğur əldə etmək Azərbaycan futboluna təkan verəcək: “Yaxşı komandaların Bakıya gəlməsi ancaq ölkə futboluna fayda verə bilər”. Qurbanov 9 il əvvəl də Bakıda eyni uğura çox yaxın olduqlarını söyləyib: “Həmin matç daha yaxşı formalaşmağımıza kömək oldu. Böyümək üçün bunları soyuqqanlı qəbul etməliyik”. Təcrübəli baş məşqçisi pley-offdakı rəqiblərin güclü olduğunu vurğulayıb: “Həmin qarşılaşmalara ciddi hazırlaşmaq və layiqli mübarizə aparmaq istəyirik”. Qeyd edək ki, "Qarabağ" tarixində ilk dəfə Avropa Liqasında pley-offa yüksəlib. |
2023-12-15 | 813,644 | Britaniyadan Rusiya ilə bağlı daha bir qadağa | Böyük Britaniya növbəti ildən etibarən Rusiyadan almaz idxalına qadağa qoyacaq. Axar.az xəbər verir ki, bu barədə Britaniya hökumətindən məlumat verilib. Qərarın 2024-cü ilin yanvarın 1-dən qüvvəyə minəcəyi bildirilib. |
2023-12-15 | 813,645 | Qazaxıstanda güclü zəlzələ baş verdi | Qazaxıstanın Almatı vilayətində 5 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar Almatı şəhərindən 180 km cənub-şərqdə, Qırğızıstanla sərhəddə qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat yoxdur. |
2023-12-15 | 813,646 | Şarmazanov: Tezliklə Ərdoğanın kiçik qardaşı olacağıq - Video | 08:31 Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlar aparılmır, bu məsələnin xaç atası Türkiyədir. Axar.az xəbər verir ki, bu iddia ilə Ermənistanın müxalif siyasətçisi Eduard Şarmazanov birbaşa danışıqlar nəticəsində əsirlərin qarşılıqlı dəyişdirilməsi prosesi haqda deyib. O bildirib ki, Rusiya bölgədən gedə bilər: “Onda biz dərhal Ərdoğanın kiçik qardaşları olacağıq. Burada Rusiyanın neytrallaşdırılması baxımından Türkiyə ilə Qərbin maraqları üst-üstə düşür. Qərbin məqsədi artan Rusiya-Qərb münaqişəsi fonunda Cənubi Qafqazda Rusiyanın mövcudluğunu zəiflətməkdir. Ermənistandakı antirusiya əhval-ruhiyyəsinin səbəbi də budur”. Şarmazanovun fikrincə, Cənubi Qafqazda Rusiyanın yox, Türkiyənin “gözətçi” olması Qərbin marağındadır. |
2023-12-15 | 813,647 | Konfrans Liqası: "Fənərbağça" darmadağınla 1/8 finalda | Türkiyənin “Fənərbağça” komandası UEFA Konfrans Liqasında səkkizdəbir finala yüksəlib. Axar.az xəbər verir ki, İstanbul təmsilçisi buna qrup mərhələsinin son turunda Slovakiyanın “Spartak” (Trnava) klubunu darmadağın etməklə nail olub. İsmayıl Kartalın başçılıq etdiyi komanda doğma meydanda rəqibinə 4 cavabsız qolla qalib gəlib. Qolları 36-cı dəqiqədə Fərdi Kadıoğlu, 48-ci dəqiqədə Dominik Takaç (avtoqol), 60-CI və 61-ci dəqiqələrdə isə Edin Ceko vurublar. “Fənərbağça” bu qələbə ilə xallarını 12-yə çatdırıb və qrup lideri kimi pley-offa adlayıb. Bolqarıstanda Danimarkanın “Norşelland” komandasını üstələyən “Ludoqorets” isə qrup qalibi olub. |
2023-12-15 | 813,648 | Abdullayevdən "Qarabağ"ın tarixi uğuruna reaksiya | Ardıcıl 10 ildir ölkəmizi avrokuboklarda uğurla təmsil edən “Qarabağ” daha bir tarixi uğura imza atmaqla hamımızı sevindirdi. Təmsilçimiz Avropanın adlı-sanlı, köklü klublarını qabaqlamaqla ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edir. Axar.az xəbər verir ki, bunu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev “Qarabağ”ın daha bir tarixi uğura imza atması barədə danışarkən deyib. "İnanıram ki, “Qarabağ”ın Avropanın ikinci nüfuzlu klub turnirinin pley-off mərhələsinə vəsiqə qazanması ölkə futbolunun gələcək inkişafına öz töhfəsini verəcək. “Qarabağ”ı Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanması münasibətilə futbolçularını, məşqçi və texniki heyətini, rəhbərliyini, azarkeşlərini, bu uğurda əməyi olan hər kəsi futbol ictimaiyyəti adından təbrik edirəm. UEFA Avropa Liqasının pley-off mərhələsində uğurlar arzulayıram", - AFFA rəhbəri vurğulayıb. Qeyd edək ki, ötən gün "Qarabağ" "Hakken"i 2-1 məğlub etməklə Avropa Liqasının pley-off mərhələsinə vəsiqəni təmin edib. |
2023-12-15 | 813,649 | Dubayda görüşdük, Əliyev mənə dedi ki… - Lukaşenko | Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevlə Qarabağdan olan insanları müzakirə etdik. Axar.az xəbər verir ki, bu sözləri Belarus lideri Aleksandr Lukaşenko deyib. “Biz İlham Əliyevlə Dubayda Qarabağda olan insanlar haqqında da danışdıq. Əliyev dedi: “Biz heç kimə toxunmayacağıq. Əksinə, biz elə edəcəyik ki, hamı bizim sivil ölkə olduğumuzu başa düşsün”. Mən Azərbaycanda vəziyyəti bilirəm, orada hakimiyyət çox güclüdür, bunu etməyə qadirdir – insanları dəstəkləməyə və yardım etməyə”, - Belarus prezidenti vurğulayıb. |
2023-12-15 | 813,650 | Rusiya dayanmayacaq: bütün sol sahil... - Röpkedən şok | Rusiya Ukraynada hərbi əməliyyatları 2026-ci ilə qədər davam etdirmək və Xarkov, Dnepr və digər şəhərləri ələ keçirmək niyyətindədir. Axar.az xəbər verir ki, bu barədə “Bild” nəşrinin analitiki Yulian Röpke kəşfiyyat mənbələrinə istinadən yazıb. Məqalədə deyilir ki, Rusiya Qərbin Ukraynaya dəstəyinin azalmasına ümid edir. Eyni zamanda Kreml sülh danışıqlarını planlaşdırmır və ortamüddətli hərbi fəaliyyət planı hazırlayır. “Plana əsasən, 2024-cü ilə qədər Rusiya ordusu Donetsk və Luqansk vilayətlərində nəzarəti tam bərpa etməli və Xarkov vilayətində Oskol çayının sahilinə çatmalıdır. 2026-cı ilin sonunda isə Rusiya qoşunları Zaporojye, Dnepropetrovsk və Xarkov vilayətlərinin əhəmiyyətli hissəsinə, o cümlədən Xarkov, Dnepr və Zaporojye şəhərlərinə nəzarət etməlidir. Xerson cəbhəsində isə müdafiənin Dnepr boyunca olması planlaşdırılır. Dneprin solundakı bütün şərq əraziləri 36 ay ərzində zəbt edilməlidir", - deyə Röpke bildirib. |
2023-12-15 | 813,651 | Bakı-İrəvan danışıqları: biz ermənilərin tərəfindəyik | Yunanıstan regionda sülh və təhlükəsizliyə nail olmaq üçün Avropa Birliyinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında danışıqların bərpasının tərəfdarıdır. Axar.az xəbər verir ki, bu sözləri Yunanıstanın müdafiə naziri Nikos Dendias erməni həmkarı Suren Papikyanla birgə mətbuat konfransında deyib. “Biz təbii və gözlənildiyi kimi, erməni xalqının tərəfindəyik”, - o vurğulayıb. O qeyd edib ki, Yunanıstan BMT Nizamnaməsi və beynəlxalq hüquq prinsipləri əsasında dialoqu dəstəkləyərək aydın mövqe tutur. |
2023-12-15 | 813,652 | Göygöl Milli Parkında qeyri-adi təbiət hadisəsi - Video | Göygöl Milli Parkında qeyri-adi təbiət hadisəsi baş verib. Axar.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ərazinin yüksək dağlıq hissəsində qar yağsa da, aşağı hissədə alça ağacları çiçək açıb. Həmin görüntüləri təqdim edirik: |
2023-12-15 | 813,653 | Dünyanın ən təhlükəli ölkələri: Səfər etməyin! | Suriya və Liviya 2024-cü ildə səyahət üçün ən təhlükəli beş ölkə arasındadır. Axar.az Publika.az-a istinadən xəbər verir ki, nəticələr risklərin qiymətləndirilməsi üzrə Beynəlxalq SOS firmasının illik araşdırmasında dərc edilib. Turistlərin getməsi tövsiyə edilməyən dövlətlər arasında Cənubi Sudan, Əfqanıstan və Somali də var. Eyni zamanda, antireytinqdə birinci yeri tutan Cənubi Sudan həddindən artıq təhlükəli ölkə kimi xarakterizə olunur. Tədqiqat müəlliflərinin fikrincə, silahlı qrupların səyahətçilərə və beynəlxalq nümayəndələrə qarşı zorakı hücumları ilə bağlı ciddi risklər var. Beynəlxalq SOS həmçinin 2024-cü ildə səyahət üçün dünyanın ən təhlükəsiz ölkələrinin siyahısını paylaşıb. Bura İslandiya, Lüksemburq, Norveç, İsveçrə və Danimarka daxildir. İslandiya zorakılıq cinayətlərinin aşağı nisbətinə, siyasi zorakılığın olmamasına və əcnəbilərə qarşı çox az sayda dini və irqi cinayətlərə görə birinci yerdədir. |
2023-12-15 | 813,654 | Daha 92 nəfər Zabuxa qayıtdı | 09:14 Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın rayonunun Zabux kəndinə növbəti köçü reallaşıb. Axar.az xəbər verir ki, paytaxtda və Abşeronda məskunlaşan 13 ailə (52 nəfər) Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüblər. Köç karvanına qoşulacaq ailələrin sayı isə belədir: Bərdə rayonundan – 6 ailə (20 nəfər), Sumqayıt şəhərindən – 3 ailə (10 nəfər), Lənkəran rayonundan – 1 ailə (4 nəfər), Mingəçevir şəhərindən – 1 ailə (4 nəfər), Ağcabədi rayonundan – 1 ailə (2 nəfər). Ümumilikdə bu dəfə kəndə 25 ailə - 92 nəfər köçürülür. Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Laçın rayonunun Zabux kəndinə cəmi 146 ailə (567 nəfər) köçürülüb. Zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. Köçürülən ailələr Zabux kəndində yenidən tikilən evlərdə məskunlaşacaqlar. *** Paytaxtın Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın rayonunun Zabux kəndinə çatıb. Bununla da 25 ailə - 92 nəfər doğma yurduna qayıdıb. |
2023-12-15 | 813,659 | Neft yenidən bahalaşdı | Dünya birjalarında neft yenidən bahalaşıb. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 76,98 dollara, yüngül neftin bir barreli isə 71,91 dollara təklif olunur. |
2023-12-15 | 813,661 | Xocavənddə ermənilərin viran qoyduğu bəy evləri - Video | AzTV separatçılardan azad olunmuş Xocavəndin Tuğ kəndindən reportaj hazırlayıb. Axar.az xəbər verir ki, görüntülərdə məşhur bəy evlərinin, üzüm bağlarının son vəziyyətləri göstərilib. Həmin görüntüləri təqdim edirik: |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.