date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2023-12-15 | 813,908 | Rusiya HMS-ləri Kurskda PUA-ları məhv edir | Rusiyanın havadan müdafiə sistemləri Kursk vilayəti səmasında PUA-ları məhv edir. Axar.az xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovoyt deyib. O, şəhər əhalisini panikaya qapılmamağa, təmkinli olmağa çağırıb. Təfərrüat açıqlanmır. |
2023-12-15 | 813,909 | Ukraynadakı dəhşətli teraktın səbəbi məlum oldu | Ukraynada 26 nəfərin xəsarət alıdğı terror aktının səbəbi məlum olub. Axar.az xəbər verir ki, partlayış törədən “Xalqın xidmətçisi” partiyasından olan 54 yaşlı deputat Sergey Batrin 2024-cü ilin büdcəsi qəbul edilməzdən əvvəl ötənilki xərclər barədə hesabat tələb edib. Partlayışdan az öncə o, digər deputatlarla mübahisə edərək Keretskov icmasının başçısına əmək haqqının 50%-i qədər artım və hər ay 100% bonus verilməsini düzgün saymayıb. Daha sonra Batrin zaldan çıxıb və üç qumbara ilə geri dönərək, ona söz verilməsini tələb edib, bunun nəticəsiz qaldığını görərək sursatları işə salıb. |
2023-12-15 | 813,910 | Oğuzda ağacların qanunsuz kəsilməsi faktı aşkarlandı | Oğuz rayonunda ağacların qanunsuz kəsilməsi faktı aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Filfilli kəndindəki meşə massivindən ağacları qanunsuz olaraq kəsən 2 nəfər müəyyən olunub. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək qərar olunması üçün 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib. |
2023-12-15 | 813,913 | Putin istənilən prezidentlə işləməyə hazırdır - Peskov | Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın istənilən prezidenti ilə işləməyə hazırdır. Axar.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov "NBC Nyus"a müsahibəsində deyib. “Putin Moskva ilə daha diqqətli olmağın və onun narahatlığını da nəzərə almağın vacibliyini anlayan istənilən ABŞ prezidenti ilə işləməyə hazırdır”, - deyə Peskov bildirib. |
2023-12-15 | 813,919 | Namizəd statusunu layiqincə qazandıq - Qaribaşvili | Hörmətli gürcü xalqı, biz diz çökmədik, ləyaqətlə qalib gəldik. Avropa Birliyinə namizəd statusunu layiqincə qazandıq. Bu tarixi qələbə sizə məxsusdur, bizim yenilməz, sarsılmaz, qürurlu və azad gürcü xalqına. Axar.az Report-a istinadən xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azadlıq Meydanında ölkəsinin Avropa Birliyinə namizəd statusunun əldə etməsi ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı bildirib. Baş nazir qeyd edib ki, hökumət və xalq AB-yə namizəd statusunu layiqincə qazanıb: “Namizəd olmağınız münasibətilə təbrik edirik! Mübarizə etdik, çox çalışdıq və birlikdə qalib gəldik. Biz bu qələbəyə layiqik. Gürcü xalqı adından çalışdıq, vuruşduq və birlikdə bu qələbəni qazandıq". Onun sözlərinə görə, indi Gürcüstan daha böyük qələbəyə, ölkənin birləşməsinə hazırlaşmalıdır: “Bu yol asan olmayıb, çox sınaqlardan keçmişik, çox çətinliklərlə üzləşmişik, lakin biz bu yolu ləyaqətlə, qətiyyətlə addımlamışıq və bugünkü vəziyyətə gəlmişik. Bu gündən Gürcüstan Avropa ölkəsinə çevrildi". |
2023-12-15 | 813,921 | Belarusdan Rusiyaya: Yumurta göndərməyə hazırıq! | Belarus Rusiyaya əlavə yumurta ixrac etməyə hazırdır. Axar.az xəbər verir ki, bu barədə Belarusun kənd təsərrüfatı və ərzaq naziri Sergey Bartoş deyib. O bildirib ki, ixracla bağlı konkret plan yoxdur: “Belarusda da yumurta istehlakı artır”. Qeyd edək ki, hazırda Rusiyada yumurta qıtlığı yaşanır. Artıq bir çox yerdə yumurta almaq üçün uzun növbələr yaranıb. |
2023-12-15 | 813,922 | 2024-cü ildə iş günlərinin və bayramların sayı | 2024-cü ilin fevral ayı 29 gündən, il isə 366 gündən ibarətdir. Axar.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 2024-cü il üçün iş vaxtı norması və istehsalat təqvimində bildirilib. Qeyd edilib ki, 2024-cü ildə beşgünlük iş həftəsində 239 iş günü, iş günü hesab edilməyən 105 istirahət günü, iş günü hesab edilməyən 19 bayram, 1 Ümumxalq hüzn günü, 1 Azərbaycan Respublikası Prezidenti seçkiləri günü və 1 Bələdiyyə seçkiləri günü var. |
2023-12-15 | 813,924 | Bakıda dönərxana yandı | Bakı şəhərinin Xətai rayonunda dönərxanada yanğın olub. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, ümumi sahəsi 20 m² olan dönərxananın dam örtüyünün yanar konstruksiyaları yanıb. Dönərxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. |
2023-12-15 | 813,925 | Rusiyadan "3+3" formatı ilə bağlı açıqlama... | Rusiya “3+3” formatında fəal işi davam etdirmək əzmindədir. Axar.az xəbər verir ki, bunu "Sputnik"ə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib. O, regional formatları bölgənin problemlərinin həlli üçün ən yaxşı üsul hesab edib. Gürcüstanın hələ bu formatda iştirak etmədiyini söyləyən diplomat rəsmi Tiflisin birgə işləməyə hazır olduğu təqdirdə qapının hər zaman onlara açıq olduğunu vurğulayıb. Qeyd edək ki, “3+3” Azərbaycan, gürcüstan, Ermənistan və Türkiyə, Rusiya, İranı əhatə edir. Qrupun ilk iclası 2021-ci ilin dekabrında Moskvada beş ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilib. Beş ölkənin nazirlərinin iştirakı ilə keçirilən digər görüş isə 2023-cü ilin oktyabrında İranda baş tutub. Növbəti görüş 2024-cü ildə Türkiyədə olacaq. |
2023-12-15 | 813,926 | Novruz bayramında neçə gün iş olmayacaq? | Gələn il Novruz bayramında 7 gün ardıcıl iş olmayacaq. Axar.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2023-cü il tarixli Qərarı ilə təsdiq edilən 2024-cü il üçün iş vaxtı norması və istehsalat təqvimində qeyd edilib. Belə ki, 20, 21, 22, 23, 24, 25 və 26 mart tarixləri qeyri-iş günü sayılır. 23 və 24 mart tarixləri həftənin şənbə və bazar gününə düşdüyü üçün, 25 və 26 mart da istirahət günləri hesab ediləcək. |
2023-12-15 | 813,927 | Dollara tələb artır: manatın məzənnəsi isə… | Dollara tələb artmaqda davam edir. Son 2 günün hərraclarında 140 milyon dollar satılıb. Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, Mərkəzi Bankın dekabrın ilk yarısında təşkil etdiyi son 4 hərracda ümumilikdə 279,9 milyon dollarlıq sifariş yaranıb. V.Bayramov dollara tələbin artmasının mövsümi faktorlarla bağlı olduğunu və bunun MB tərəfindən əvvəlcədən nəzərə alındığını da qeyd edib. O vurğulayıb ki, manata təzyiq artsa da, hazırda məzənnəni Mərkəzi Bank müəyyən edir və manatın məzənnəsinin dəyişməsi yalnız MB-nin qərarına bağlıdır. |
2023-12-15 | 813,929 | Bundan sonra HƏMAS rəhbərliyi məhv ediləcək - Herş | HƏMAS hərəkatı və İsrail girovların azad edilməsi üçün danışıqları bərpa edib. Axar.az xəbər verir ki, bu barədə amerikalı jurnalist, Pulitzer mükafatı laureatı Seymur Herş öz bloqunda məlumat verib. “Lakin yəhudi dövlətinin planına görə, sonuncu girov qaytarıldıqdan dərhal sonra HƏMAS-ın bütün rəhbərliyi məhv edilməlidir”, - deyə S.Herş bildirib. |
2023-12-15 | 813,930 | Rusiyaya borclu olan ölkələr – Siyahı | 2022-ci il üçün Rusiyaya olan borcların ümumi məbləği 28,9 milyard dollar təşkil edib. Axar.az xəbər verir ki, bu barədə Dünya Bankının məlumatında bildirilib. Qeyd edilib ki, bu, son 23 ildə ən yüksək göstəricidir. Rusiyaya borcu olan 37 ölkə var. Ən çox borcu olan ölkələrin ilk beşliyi belədir: 1. Belarus - 8,24 milyard dollar 2. Banqladeş - 5,86 milyard dollar 3. Hindistan - 3,75 milyard dollar 4. Misir – 1,82 milyard dollar 5. Vyetnam - 1,39 milyard dollar. Rusiyanın isə xarici borcu ÜDM-in 16,6 faizini təşkil edir. |
2023-12-15 | 813,931 | Ukraynanın müqaviməti əbəsdir - Peskov | Qərb ölkələrinin dəstəyinə baxmayaraq, Ukraynanın müqaviməti əbəsdir və heç vaxt Rusiyanın hərbi və iqtisadi potensialı ilə müqayisə oluna bilməyəcək. Axar.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov "NBC Nyus"a müsahibəsində bildirib. |
2023-12-15 | 813,935 | Dehli indi də Ermənistana “Akaş” sistemi verir - Foto | Ermənistan Hindistan silahlarının ən böyük idxalçılarından birinə çevrilib. Ölkənin Hindistanın “Akaş” (Akash) ortamənzilli yer-hava HHM sistemini əldə edə biləcəyi ilə bağlı xəbərlər yayılıb. Axar.az xəbər verir ki, məlumatı “Eurasiantimes.com” yayıb. Məlumatda vəziyyətin həssaslığına görə hələlik informasiyanın rəsmi şəkildə təsdiqlənmədiyi, ancaq satışla bağlı artıq sifariş sənədlərinin olduğu bildirilir. “Akaş” sistemi “Bharat Dynamics Limited” tərəfindən istehsal olunub. Sistem həssas ərazi və nöqtələri hava hücumundan qorumaq üçün nəzərdə tutulub. Sistem həm qrup halında, həm də avtonom rejimdə birdən çox hədəfi vura bilir və daxili elektron əks-tədbir (ECCM) imkanlarına malikdir. “Akaş”ları bütöv halda mobil platformalarda yerləşdirmək mümkündür. Qeyd edək ki, 2020-ci ildə Ermənistan Hindistandan dörd mobil “Svati” radar sistemi alıb, 2022-ci ilin sentyabrında isə “Pinaka” reaktiv yaylım atəşi sistemlərinin, tank əleyhinə raketlərin və müxtəlif növ sursatların alınması üçün 245 milyon dollarlıq müqavilə imzalanıb. Həmçinin Hindistan MArG 155 özüyeriyən haubitsa və “Zen Anti-Drone System” (Zen antidron sistemi - ZADS) ilə yanaşı, 30 mm və 40 mm çaplı qumbaralar da tədarük edəcək. |
2023-12-15 | 813,936 | Müsavat və AMİP seçki qərarını elan etdi | Dekabrın 15-də Müsavat Partiyası Divanının iclası keçirilib. Axar.az xəbər verir ki, iclasda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri müzakirə edilib. İclasın yekununda prezident seçkilərində iştirak etməmək haqqında qərar qəbul edilib. Qeyd edək ki, bu gün Azərbaycan Milli İstiqlal Partiyası da prezident seçkilərində öz namizədi ilə iştirak etməmək barədə qərar qəbul edib. Buna baxmayaraq, partiya seçkilərə nəzarətin həyata keçirilməsi üçün ölkə üzrə mövcud məntəqə və dairə seçki komissiyalarına müşahidəçilər təyin edəcək. |
2023-12-15 | 813,938 | Ukrayna 50 milyardlıq yardımı mütləq alacaq - Kansler | Macarıstan büdcə sazişini əngəlləməkdə davam etsə belə, Ukrayna 50 milyard avroluq yardımı mütləq alacaq. Axar.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts deyib. “Macarıstanın Baş naziri Viktor Orban yanvarda keçirilməsi planlaşdırılan xüsusi sammitdə güzəştə getməsə, Ukraynaya kömək etmək üçün başqa seçimlərimiz olacaq", - deyə kansler bildirib. |
2023-12-15 | 813,941 | Ölkəmizdə günlük iş saatı: bu hədd keçilə bilməz | Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Axar.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2023-cü il tarixli Qərarı ilə təsdiq edilən 2024-cü il üçün iş vaxtı norması və istehsalat təqvimində qeyd edilib. Belə ki, 2024-cü ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır. 2024-cü il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1 901 saatdır. |
2023-12-15 | 813,943 | Makrondan Putinə: Nömrəm dəyişməyib! | Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə dialoqu bərpa etməyə hazır olduğunu bildirib. Axar.az xəbər verir ki, Makron bu barədə AB sammitinin yekunlarına dair mətbuat konfransı zamanı deyib. “Prezident Putinin ciddi təklifləri olarsa və beynəlxalq hüquqa uyğun olaraq sülh yolu ilə həllə nail olacaq dialoqu bərpa etməyə hazırdırsa, Fransa həmişə dəstək verəcək və nəticə əldə etmək üçün səylərini əsirgəməyəcək”, - Makron deyib. "Telefon nömrəm dəyişməyib", - Fransa prezidenti əlavə edib. Qeyd edək ki, Rusiya prezidenti ilin yekunları ilə bağlı keirdiyi mətbuat konfransında bildirmişdi ki, Makronla yaxşı münasibətləri olub, amma sonradan Fransa prezidenti əlaqələri kəsib. |
2023-12-15 | 813,946 | İsrail Fələstini məhv etməyə çalışır - Maliki | İsrail öz fəaliyyəti ilə Fələstini məhv etməyə çalışır. Axar.az xəbər verir ki, bu sözləri Fələstin xarici işlər naziri Riyad əl-Maliki deyib. Nazir həmçinin əlavə edib ki, İordan çayının qərb sahilində cərəyan edən son hadisələr böyük təhlükə təşkil edir. |
2023-12-15 | 813,951 | Putindən seçkilərlə bağlı mühüm açıqlama... | Rusiyada seçki kampaniyasının rəqabət əsasında keçirilməsi vacibdir. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin 2024-cü il 17 martda keçiriləcək prezident seçkiləri ilə bağlı deyib. "Hər şey rəqabət əsasında və Rusiya Federasiyasının qanunlarına tam uyğun olaraq baş verməlidir", - Putin vurğulayıb. |
2023-12-15 | 813,952 | Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq | Dağlıq və dağətəyi rayonların magistral yollarında görmə məsafəsi məhdudlaşacaq. Axar.az-ın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Dekabrın 16-da dağlıq və dağətəyi yollarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 200-700 m-dək məhdudlaşacağı ehtimal olunur. |
2023-12-16 | 813,954 | Bakı sülh sazişi ilə bunları almaq istəyir - Xaçikyan | Bakı üçün anklavlar və onlara gedən yollar, eləcə də azərbaycanlıların Ermənistanda məskunlaşdırılması məsələləri önəmlidir. Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Artur Xaçikyan erməni mediasına açıqlamasında sülh sazişi haqda gedən müzakirələri şərh edərkən deyib. O əlavə edib ki, dəhliz məsələsi, eləcə də ermənilərin Qarabağa qayıtmaması da Azərbaycan üçün vacib olaraq qalır. Xaçikyan bildirib ki, Ermənistandakı hazırkı rejim hakimiyyətə gəlməzdən öncə də Qarabağ ermənilərinə düşmən idi və indi onları geri qaytarmaq fikri yoxdur. O, Azərbaycanın Ermənistanın nəzarətində olmayacaq eksterritorial dəhliz əldə edə biləcəyini istisna etməyib: “Hakim rejim ölkəni Türkiyə və Azərbaycan ordularının Ermənistan ərazisində kəsişmə nöqtəsinə çevirmək istəyindən danışarkən Ermənistanın gələcəyini düşünürmü? Daha nə baş verməlidir ki, hakimiyyət ən azı nəsə edə bilsin və Ermənistan ərazisinin toxunulmazlığını təmin etsin?” Xaçikyan xatırladıb ki, beynəlxalq münasibətlər güc və maraqlara əsaslanır: “Azərbaycan öz gücünü hiss edir və dayanmayacaq, addım-addım bizi boğacaq. Bu faciənin sonu görünmür”. |
2023-12-15 | 813,955 | İsrail hərbçiləri səhvən yəhudi girovları öldürdü | Qəzza zolağında döyüş zamanı İsrail əsgərləri səhvən üç israilli girovu təhlükə olaraq qəbul edib, onlara atəş açaraq öldürüblər. Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. "Şucayidə gedən döyüş zamanı İsrail hərbçiləri səhvən üç israilli girovu təhlükə kimi qəbul edib. Nəticədə hərbçilər onlara atəş açıb və onlar öldürülüb. Dərhal insidentlə bağlı araşdırma başladılıb", - məlumatda deyilir. |
2023-12-15 | 813,957 | Azərbaycan və Rusiya arasında fəaliyyət planı imzalandı | Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında 2024-cü il üçün gənclər əməkdaşlığının həyata keçirilməsi haqqında Əsas Fəaliyyət Planı” imzalanıb. Axar.az xəbər verir ki, sənəd Bakıda işçi qrupunun 4-cü iclasında Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Rusiyanın Elm və Ali Təhsil Nazirliyi arasında imzalanıb. İclasda Azərbaycan tərəfindən gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Xarici İşlər Nazirliyinin, Gənclər Fondunun nümayəndələri və gəncləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, Rusiya tərəfindən isə elm və ali təhsil nazirinin müavini Olqa Petrova, Prezident Administrasiyasının rəsmiləri və gəncləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər. Rusiyanın rəsmi qonaqları gənclər və idman naziri Fərid Qayıbovla görüşüb, gənclər siyasətinin müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparıblar. |
2023-12-15 | 813,958 | Sumqayıtda tikinti materialları bazarında yanğın... | Sumqayıtda tikinti materialları bazarında obyekt yanıb. Bu barədə Axar.az-a FHN-dən bildirilib. Belə ki, bazarın ərazisində ümumi sahəsi 120 m² olan birmərtəbəli, 3 otaqlı obyektin iki otağının dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb. Obyektin qalan hissəsi, yaxınlıqda yığılan taxta materialları və digər obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. |
2023-12-15 | 813,961 | Onların gəlib, azərbaycanlılara güllə atmasını düşünmürdük | KTMT bir neçə epizodda Ermənistana münasibətdə cinayətkar fəaliyyətsizliyini sübut edib. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan “Azadlıq” radiosuna müsahibəsində deyib. “Biz düşünmürdük ki, KTMT hərbçiləri gəlib azərbaycanlılara atəş açacaqlar. Amma heç olmasa siyasi qiymət görməliydik, amma bunu görmədik. Biz yalnız Ermənistanın suveren ərazisini müdafiə edirik və yalnız Ermənistanın maraqlarını güdürük. Hazırda KTMT heç bir şəkildə hərəkətlənmir. Eyni zamanda, tərəfdaşlarımızın atmış olduqları addımlara və hərəkətsizliyə görə üzr istəyirəm və məncə, onlar öz maraqlarını izləməyə davam edirlər və bizə də öz maraqlarımızı izləməyə imkan verirlər”, - o bildirib. |
2023-12-15 | 813,963 | "Mersedes"lə "Niva" toqquşdu: yaralılar var | Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Axar.az xəbər verir ki, hadisə rayonun Məmişlər kəndi ərazisində qeydə alınıb. “Mersedes” markalı avtomobil və “Niva” markalı minik maşını toqquşub. Qəza zamanı xəsarət alan 3 nəfər - Elmar Mirzəyev, Günel Əliyeva və Rəsul Muradov Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. |
2023-12-15 | 813,964 | Çinin bu böhranda daha yaxından iştirakını istəyirik - ABŞ | Çinin Yaxın Şərqdəki böhranın həllində daha yaxından iştirak etməsini istəyirik. Axar.az xəbər verir ki, bunu ABŞ-ın Çindəki səfiri Nikolas Börns deyib. O qeyd edib ki, oktyabrın 7-dən Çin hakimiyyəti ilə əlaqə saxlayıb: "Aydındır ki, mən onların adından danışa bilmərəm. Amma bu münaqişənin mahiyyətini məhdudlaşdırmaq üçün onların öz nüfuzundan istifadə etmələri önəmlidir". |
2023-12-15 | 813,966 | Xətaidə restoranda yanğın | Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 1800 m² (hər mərtəbəsi 600 m²) olan üçmərtəbəli restoranının havalandırma qurğusunun mühərriki yanıb. Axar.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumata görə, Restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. |
2023-12-16 | 813,968 | Maşın nömrələrinə müdaxilə edən qazi saxlanıldı | Lənkəran Şəhər Rayon Polis Şöbəsinin DYP bölməsinin əməkdaşları şəhər ərazisində xidmət apararkən dövlət nömrə nişanları üzərində olmayan "Xəzər" markalı avtomobilin çoxavazlı səs siqnalından istifadə etdiyi müəyyən edilib. DİN-in Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, həmin nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, Lənkəran rayon sakini Fərid Salayevə qanunvericiliyin tələbləri izah edildiyi zaman o, polisin qanuni tələblərinə tabe olmayaraq, ictimai qaydanı nümayişkaranə şəkildə pozan hərəkətlərə yol verib. Bununla yanaşı sürücünün narkotik vasitədən istifadə etməsinə şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçməsi təmin olunub. Müayinənin nəticəsində F.Salayevin narkotik vasitədən istifadə etdiyi müəyyən edilib. Bundan əlavə, həmin sürücünün məsuliyyətdən yayınmaq üçün nəqliyyat vasitəsinin dövlət nömrə nişanlarına qanunsuz olaraq müdaxilələr etdiyi də məlum olub. Aşkarlanan hallarla bağlı həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə F.Salayev inzibati qaydada həbs edilib. Qeyd edək ki, F.Salayev Vətən müharibəsində iştirak edib. |
2023-12-16 | 813,970 | Finlandiya Rusiya ilə sərhədi yenidən bağladı | Finlandiya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini yenidən bağlayıb. Axar.az xəbər verir ki, tədbir 14 yanvar 2024-cü il tarixinədək qüvvədə olacaq. Finlandiya hakimiyyətinin daha əvvəl izah etdiyi kimi, bu, Vaalimaa və Niirala keçid məntəqələri vasitəsilə üçüncü ölkələrdən gələn miqrantların axını ilə bağlıdır. |
2023-12-16 | 813,972 | Rusiya alkoqol istehlakının azaldılması planını təsdiqlədi | Rusiya hökuməti 2030-cu ilə qədər alkoqol istehlakının azaldılması konsepsiyasını təsdiqləyib. Sənəddə deyilir ki, adambaşına istehlak edilən həcm 2023-cü ildəki 8,9 litr etanoldan 7 il sonra 7,8 litrə enməlidir. Axar.az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin məlumatında deyilir. Sənəddə alkoqolun zərərli təsirlərinin ilkin mərhələdə müəyyən edilməsi üzrə qabaqlayıcı tədbirlərin gücləndirilməsi, aksiz vergilərdən yayınmağa imkan verən spirtli içkilərin qanunsuz istehsalı və dövriyyəsi ilə mübarizə də nəzərdə tutulur. Hakimiyyət orqanları dərman, ətriyyat, kosmetika və digər spirt tərkibli mayelərin alkoqol kimi istifadəsi təcrübəsini izləmək və qarşısını almaq, habelə görülən tədbirlərin effektivliyini artırmaq üçün sosialyönümlü qeyri-kommersiya təşkilatlarını cəlb etmək niyyətindədir. |
2023-12-16 | 813,973 | Ukrayna Rusiyanın mövqelərinə ağır zərbə endirdi | Ukrayna ordusu ötən gün ərzində Rusiya texnikalarının cəmləşdiyi bir neçə əraziyə və sursat anbarlarına zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, Müdafiə Qüvvələrinin aviasiyası düşmənin şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi 7 əraziyə hücum edib. Həmçinin, raket qoşunlarının bölmələri şəxsi heyətin, silah və hərbi texnikanın cəmləşdiyi 4 ərazini və rus ordusunun 2 sursat anbarını vurub. |
2023-12-16 | 813,976 | Azərbaycanlılar bu gün İsveçdə çadır quracaq – Səbəb | İsveçin Höteborq şəhərində çadırlarımızı quracağıq. Polisə icazə üçün müraciət etmişik. Şəhərin ən görkəmli yerində - Drottningtorgetdə toplaşıb, tədbirimizi keçirtmək fikrindəyik. Bu sözləri Axar.az-a Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin deyib. O bildirib ki, çadırların qurulmasında məqsəd Güneyin problemlərinə avropalıların diqqətini cəlb etməkdir: “Bu gün - dekabrın 16-da quracağımız “Azadlıq, Ədalət və Milli Hökumət” adlı çadırımıza hər kəs dəvətlidir. Biz burada Urmu gölü, 21 Azər Dövlətçilik Günü, 26 Azər güneylilərin soyqırımı ilə bağlı bilgi paylaşmaq, məlumat vermək istəyirik. Bu hadisələri əks etdirən şəkillər və müxtəlif video-görüntülər təqdim edəcəyik. Ümumiyyətlə, son zamanlar haqsız yerə tutulan Güney azərbaycanlı məhbuslar haqqında da danışacağıq. Bu haqda mən, Əmir Mərdani, Səfərəlibəy Quluzadə, Hüseynbəy Yəhyayi isveç, türk və ingilis dillərində danışaraq, tədbir iştirakçılarına bilgi verəcəyik. Musiqilərimiz səslənəcək. Avropa vaxtı ilə saat 12-dən başlaması planlaşdırılan tədbirimiz beş saat davam edəcək. Tədbiri keçirəcəyimiz şəhər İsveçin ikinci böyük şəhəridir və buradan çoxlu dəmiryol vağzalı var. Şəhərin bu hissəsində daim izdiham olur. Bizim qurduğumuz çadırı isə hava şəraiti də münasib olarsa, buradan keçən insanlar görə biləcək və səsimizi eşidəcəklər”. |
2023-12-16 | 813,977 | İsrail hərbçilərindən daha bir vəhşilik - Video | Türkiyənin Anadolu Agentliyinin fotomüxbiri Mustafa Alxarov Şərqi Qüds ərazisində İsrail hərbçiləri tərəfindən vəhşicəsinə döyülüb. Axar.az xəbər verir ki, bu hadisəni digər türkiyəli jurnalist anbaan lentə alıb. Zərərçəkən şəxsin hərbçilərin görüntülərini icazəsiz çəkdiyi üçün döyüldüyü bildirilir. Fotomüxbir xəstəxanaya yerləşdirilib. |
2023-12-16 | 813,978 | Meriyanın bu səhvi milyonlara başa gələcək - Ekspert | Tramvay xətlərinin qurulması uzun müddətdir müzakirə olunur. Biz nəqliyyatçılar da onun tərəfində olmuşuq ki, tramvay mütləq çəkilməlidir. Tramvayın olması ictimai nəqliyyatın çeşidlərini artırır. Ekoloji təmiz ictimai nəqliyyat növü olaraq daha səmərəli və faydalıdır. Bu sözləri Axar.az-a nəqliyyat üzrə ekspert Elməddin Muradlı Bakıya tramvay xətlərinin çəkiləcəyi ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib. Paytaxtda tramvaya böyük ehtiyac olduğunu deyən ekspert bildirib ki, bu ictimai nəqliyyat növünün yenidən qurulması işi tezləşdirilməlidir: “Bununla bağlı müəyyən işlər görülməli, sistem qurulmalıdır. O vaxtkı Bakı meriyasının yanlış siyasəti nəticəsində paytaxtımız tramvaysız qaldı. Sonra bunun çox səhv bir qərar olduğu məlum oldu. Bu yanlışı aradan qaldırmaq dövlətə milyonlarla vəsait hesabına başa gələcək. Gecikmiş olsaq da, yenidən tramvaylara imkan yaradılması müsbət addım olacaq. Bu, nə qədər tez olsa, bir o qədər yaxşıdır. Çünki bizim ictimai nəqliyyatın çeşidli növləri yoxdur. Yalnız metro və avtobusdur. 3-cü nəqliyyat vasitəsi kimi taksilərdən istifadə olunur ki, onlar da bərbad vəziyyətdədir. Tramvaya çox böyük ehtiyac var”. Nəqliyyat eksperti tramvay xətlərinə ehtiyac duyulan ərazilərə də diqqət çəkib: “Bakı kəndləri istiqamətində bu, mütləq olmalıdır. Metropolitenin yarıtmaz siyasəti nəticəsində Bakı cəmi 27 stansiyanın ümidinə qalıb. Hansı ki, hazırda 60 və daha çox metro stansiyasına ehtiyac var. Deyirlər ki, metro tikintisi baha başa gəlir, ağırdır və s. Heç olmasa, metro stansiyası tikilənə kimi müəyyən əraziləri tramvayla canlandırmaq lazımdır. İnsanlar, artıq “manatlıq taksi”lərdən yaxa qurtarmalıdır. İctimai nəqliyyatımız inkişaf etməyəcəyi müddətcə insanlarımız bu əziyyəti çəkməkdə davam edəcək. Düzdür, əvvəllər bütün küçə və prospektlərdə mövcud olan tramvay şəbəkəsi olmayacaq. Tikinti oliqarxları o qədər sıx binalar tikiblər, yolların başına elə oyun açıblar ki, istəsək belə, mümkün deyil. Ona görə də mümkün olan yerlərdə bu xətlər bərpa olunmalıdır”. |
2023-12-16 | 813,980 | O siyahılar pulla hazırlanır, ona görə “uduzuruq” - Ekspert | Azərbaycan mətbəxi dünya festivallarında sözünü deyib, xarici turistlər tərəfindən yüksək qarşılanıb. Əgər bu atlası çəkən adamlar bizdən çox dolma növü olan ölkə təqdim edə bilsələr, onda gedib ləzzətdən danışa bilərlər. Deməli, ədalətli deyillər. Bu sözləri Axar.az-a qida eksperti Ağa Salamov Azərbaycan yeməklərinin “TasteAtlas”ın reytinqində yüksək yer tutmaması ilə bağlı danışarkən deyib. Milli mətbəximizin hər zaman yüksək qiymətləndirildiyinə toxunan qida eksperti bildirib ki, kulinariyadan anlayışı olan istənilən mütəxəssis onun dəyərini anlayır: “Bu, bir qəzetçi və sahibkar olan şəxs tərəfindən yaradılan dünya dad atlasıdır. Azərbaycan mətbəxi dünyada öz sözünü deyib. Tahir Əmiraslanovun “Azərbaycan dolmalar” kitabında 300-dən çox dolma növü ilə tanış olmaq mümkündür. Elə bir ölkə varmı ki, onların bu qədər dolma növü olsun? Sizcə, bu qədər bol çeşidli yeməkləri olan, 9 iqlim qurşağında yerləşən Azərbaycanda dadsız yemək ola bilər? Mümkün deyil. Sadəcə, bu adamlar kim onlara pul təklif edir, gəlib onları çəkirlər”. O vurğulayıb ki, “TasteAtlas” özü 2015-ci ildə yaranıb, bizim milli mətbəximiz isə minilliklərə söykənir: “Azərbaycan mətbəxinin rəqibi olmadığı üçün bir çox ölkələrdə qısqanclıqla yanaşırlar. Çünki mətbəximizi önə çəksələr, o biri mətbəxlər çox uduzacaq. Nəyimizə lazımdır “TasteAtlas”da bayrağımız oldu, ya olmadı?” |
2023-12-16 | 813,982 | Boşananlara cərimə tətbiq edilsin - Psixoloq | 2 hal boşanmaya səbəb ola bilər: ailədə şiddət və xəyanət varsa, o ailə dağılmağa məhkumdur. Bu gün olmasa da, gələcəkdə onun fəsadları özünü bariz şəkildə göstərəcəkdir. Bunu Axar.az-a açıqlamasında psixoloq Ülviyyə Murtuzova deyib. “Buna görə də bəzi islam cəmiyyətləri kimi bizdə də yersiz səbəblərdən boşanmaları aradan qaldırmaq üçün cərimə sistemi tətbiq olunmalıdır. Boşanmaların sayını azaltmaq üçün təkcə psixoloqların fəaliyyəti yetərli deyildir. Ailə problemləri ilə bağlı fəaliyyət göstərən bütün qurumlar bu məsələdə birgə çalışmalıdır”, - psixoloq bildirib. Qeyd edək ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-oktyabr ayları ərzində 44 643 nikah və 17 988 boşanma halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,2-dən 5,3-ə düşüb. Boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb. |
2023-12-16 | 813,984 | İsrail gəmisinə növbəti hücum edildi | Yəmən silahlı qüvvələri işğal olunmuş ərazilərə gedən konteyner gəmisinə qarşı uğurlu əməliyyat keçiriblər. Axar.az xəbər verir ki, bunu “Ənsar Allah” hərəkatının hərbi sözçüsü briqada generalı Yəhya Səriya bildirib. Qeyd olunub ki, əməliyyat gəmi heyətinin Yəmən donanması tərəfindən edilən xəbərdarlıqlara cavab verməkdən imtina etməsindən sonra həyata keçirilib. Həsilər Qəzza zolağına lazım olan ərzaq və tibbi ləvazimatlar çatdırılana qədər Ərəb və Qırmızı dənizlərdə İsrail limanlarına gedən bütün gəmilərin keçidini əngəlləməyə davam edəcəklərini bəyan ediblər. |
2023-12-16 | 813,985 | AB-dən Rusiyaya qarşı 12-ci sanksiya paketi | Avropa Birliyi (AB) ölkələri Rusiyaya qarşı 12-ci sanksiyalar paketi ilə bağlı razılığa gəlib. Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Sanksiyalar paketini sonuncu təsdiqləyən ölkə “Raiffeisen Bank”ı Ukraynanın qara siyahısından çıxarmağa çalışan Avstriya olub. Yeni paket Rusiya neftinə qoyulan məhdudiyyətlərlə bağlı sənədlərin tələblərini sərtləşdirir. Həmçinin yeni paketə Rusiyanın qeyri-sənaye almazlarının idxalına qadağa da daxildir. Qeyd edək ki, əvvəllər analoji məhdudiyyətlər G7 ölkələri tərəfindən qəbul edilmişdi. |
2023-12-16 | 813,986 | İrəvanda daha bir atışma: 3 nəfər yaralandı | Dekabrın 15-də axşam saatlarında İrəvanda atışma baş verib. Axar.az xəbər verir ki, Ermənistan DİN saat 21:50 radələrində 3 nəfərin güllə yarası isə paytaxt xəstəxanalarından birinə yerləşdirildiyini açıqlayıb. Yaralananlar 37 yaşlı Serob G., 63 yaşlı Samvel G. və 38 yaşlı Ovannes G.-dir. Onların vəziyyətinin ağır olduğu və hadisənin başvermə səbəbini danışmaq imkanında olmadıqları bildirilir. Qeyd edək ki, 44 günlük savaş zamanı Ermənistan vətəndaşlarına kütləvi surətdə silah paylamış və bunu özünümüdafiə ilə əlaqələndirmişdi. Hələ o zaman ekspertlər bunun fəsadları olacağını bildirirdi. Ermənistanda silahlı münaqişələr vaxtaşırı olaraq baş verir. |
2023-12-16 | 813,987 | Ən yeni rus bombardmançısı belə olacaq | Ən yeni rus bombardmançısı PAK DA-nın sınaqdan keçirilməsi üçün stend hazırlanıb. Axar.az xəbər verir ki, bu barədə "Techkult"un məlumatında bildirilib. Məlumata görə, uzaqmənzilli bombardmançı təyyarənin elementlərinin sınaqdan keçirilməsi üçün nəzərdə tutulan bazada elmi işlər və hesablamalar yekunlaşıb. Bildirilib ki, gələcək təyyarənin bütün hissələrinin, komponentlərinin sınaqları aparılacaq. Yeni təyyarə "Tupolev" şirkətinin mühəndisləri tərəfindən yaradılır. Tu-95MS-i əvəz edəcək və Tu-160-ı keyfiyyətcə tamamlayacaq bombardmançı təyyarə 2027-ci ilə kimi istifadətə veriləcək. Təyyarənin hazırlanmasında müasir texnologiyalardan istifadə ediləcək və "uçan qanad" formasında hazırlanacaq və 30 tona qədər silah daşıya biləcək. |
2023-12-16 | 813,988 | Kamil Vəli Nərimanoğlu vəfat etdi | Tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, AYB üzvü, Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Kamil Vəli Nərimanoğlu vəfat edib. Bu barədə professorun tələbələri Kult.az-a məlumat verib. Bildirilib ki, Kamil Vəli Nərimanoğlu ürəktutmasından dünyasını dəyişib. Qeyd edək ki, Kamil Vəli Nərimanoğlu 18 avqust 1946-cı ildə Cəbrayıl rayonu Cəbrayıl qəsəbəsində anadan olub. 1970-ci ildə BDU-nun Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. K.Nərimanoğlu 1989-cu ildə professorluq dərəcəsi alıb, 1988–1998-ci illərdə universitetdə Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik edib, Böyük Elmi Şuranın üzvü olub. 1990-cı ildə Səlcuq Universitetinin fəxri doktoru adını alıb. Həmçinin Türkiyə Linqvistika Cəmiyyətinin müxbir üzvü idi. Nərimanoğlu 1991–1992-ci illərdə Ege Universitetində, 1999–2000-ci ildə Şimali Kiprin Şərqi Akdəniz Universitetində dərs deyib. Türkiyənin nüfuzlu elmi təşkilatlarından Türk Dil Qurumunun, Atatürk Kültür Mərkəzinin və Türk Folklor Qurumunun fəxri üzvü, Səlcuq Universitetinin fəxri professoru idi. Türkiyənin İstanbul Yeditəpə Universitetində dərs deyirdi və Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinə rəhbərlik edirdi. O, 1993-cü ildə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində işləmişdi. 1998-ci ildə elmi araşdırmalarına və Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin inkişafına görə Türkiyə Respublikası prezidentinin fərmanı ilə "Şərəf və Ləyaqət nişanı" ilə təltif edilmişdi. 2002-ci ildə xidmətlərinə görə Türkiyə Nazirlər Kabineti yanında Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin, Türk Dil Qurumunun mükafatlarını almışdır. 2004-cü ildə Bilkənd Universiteti və Türk Mədəniyyətinə Xidmət Vəqfi tərəfindən dünyaca məşhur dörd elm və mədəniyyət xadimi ilə birgə mükafatlandırılmışdı. Həmin il Qırğızıstanda Çingiz Aytmatov Akademiyasının fəxri üzvü seçilmişdi. Allah rəhmət eləsin! |
2023-12-16 | 813,990 | Putin bunun üçün qurbanlar verəcək - Çernyak | Rusiya Ukraynanın daha çox ərazisini ələ keçirməyə çalışacaq, lakin böyük şəhərləri ələ keçirməyə gücü yoxdur. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Çernyak deyib. “Bizim hesablamalarımıza görə, onların şəhərlərimizi işğal etməyə gücü yoxdur. İnsan resursu – bu, bir məsələdir. Lakin işğal və əldə saxlamaq üçün səfərbər edilmiş təcrübəsiz hərbçilərdən daha çoxu gərəkdir. Kreml çıxılmaz vəziyyətə düşüb, çünki ələ keçirmədikləri əraziləri ilhaq etdikləri barədə ictimaiyyətə məlumat verib. Buna görə də Putin rus əsgərləri qurban edərək nə isə əldə etməyə çalışır. Bəli, Moskvada insanları deyil, pulları sayırlar. Onların müharibə üçün maliyyə resursları 2025-ci ilə qədər çatacaq”, - deyə o bildirib. |
2023-12-16 | 813,991 | Krımda Ukraynanın 26 PUA-sı vuruldu | Rusiyanın havadan müdafiə sistemləri ötən gün axşam saatlarında Krım üzərində Ukraynanın 26 PUA-sını məhv edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir. Qeyd edək ki, bundan öncə Kursk vilayətində Ukrayna PUA-ları zərərsizləşdirilmişdi. |
2023-12-16 | 813,992 | Qərbin köməyi olmasa, Ukrayna bu tarixə kimi... | ABŞ və Avropa Birliyi Ukraynaya əlavə yardım göstərməsə, Ukrayna Rusiya ilə müharibədə uğursuzluğa düçar ola bilər. Axar.az xəbər verir ki, bu barədə CNN ABŞ və Avropa rəsmilərinə istinadən məlumat dərc edib. "Bizimlə uğura zəmanət yoxdur, lakin bizsiz onlar mütləq uğursuz olacaqlar", - ABŞ-ın yüksək rütbəli hərbi rəsmisi bildirib. Qeyd olunub ki, Qərb rəsmiləri ABŞ-ın dəstəyinin itirilməsi və ya gecikməsinin müttəfiqlərinin yardım göstərməsinə təsir edəcəyindən qorxurlar. Macarıstanın da maliyyə dəstəyinin qarşısını alması AB-ni daha da çətin duruma salıb. "Qərb kəşfiyyat agentlikləri indi Ukraynanın ABŞ və NATO-nun köməyi olmadan nə qədər davam gətirə biləcəyini hesablayır. ABŞ-ın yüksək rütbəli hərbi məmurlarından biri hesab edir ki, bu, bir neçə ay çəkə bilər", - CNN yazıb. |
2023-12-16 | 813,994 | Bu 3 növ xərçəngdə bağırsaq pozulmaları olur | Bəzi xərçəng növlərində pasiyentlər daha çox bağırsaq işində pozulmadan şikayətlənir. Axar.az Medicina.az-a istinadən xəbər verir ki, xərçəng çox zaman başqa əlamətlərlə maskalanır, ciddi təhlükə yaratmır. Adətən bu 3 xərçəngdə bağırsaq funksiyası pozulur. Bunlar mədəaltı vəz xərçəngi, yumurtalıq və bağırsağın müxtəlif seqmentlərinin şişləridir. Pasiyentlər daha çox qarında köp, şişkinlik, qəbizlik, ishal, ağrıdan şikayətlənir. Mədəaltı vəz şişində həzmsizlik, bəzi qidaların həll olmadan xarici, müəyyən qidaları yeyəndə ağrı olur. Yumurtalıqda qəbizlik və ya ishal olur. Eləcə də qarından belə ağrı yayılır. |
2023-12-16 | 813,996 | Britaniya Ukraynaya ordu göndərəcək - Sensasion iddia | Böyük Britaniya Ukraynaya yaxın zamanda hərbçi göndərə bilər. Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın Britaniyadakı keçmiş səfiri Vadim Pristayko deyib. O bildirib ki, əgər digər ölkələrdə silah-sursat tədarükü ilə bağlı problem varsa, o zaman onlar Ukraynaya silahlı qüvvələrlə yardım etmək qərarına gələcəklər. “Elə ölkələr var ki, buna olduqca yaxındır. Britaniya onlardan biridir. Siyahıda birincidir”. |
2023-12-16 | 813,997 | İsrail Hizbullahla böyük savaşa hazırlaşır | Çağırışçılar və ehtiyatda olan hərbçilər şimal cəbhəsində mümkün müharibə ehtimalı səbəbindən təlimlər keçirlər. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təlimlər Hizbullahla müharibəyə hazırlığı artırmaq üçün gecə-gündüz keçirilir. Təlimlərə müxtəlif növ silahlar cəlb olunur və bir neçə qoşun növünün birləşmiş döyüş əməliyyatları həyata keçirilir. |
2023-12-16 | 814,000 | Neft həftəni bu qiymətlə yekunlaşdırdı | Dünya birjalarında neft cüzi ucuzlaşıb. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 76,55 dollara, yüngül neftin bir barreli isə 71,43 dollara təklif olunur. |
2023-12-16 | 814,002 | Yanğınsöndürənlər tapdıqları pulu sahibinə verdi - Video | Binəqədi rayonunun 2-ci mədən küçəsində vətəndaşa məxsus evdə yanğın baş verməsi ilə bağlı əraziyə cəlb olunan yanğınsöndürənlər əməliyyat zamanı otaqların birində pul və içərisində qızıl-zinət əşyaları olan çanta tapıblar. Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, çantanı tapan yanğınsöndürənlər pulu və zinət əşyalarını sahibinə təhvil veriblər. Qeyd edək ki, yanğın baş vermiş ev yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2023-12-16 | 814,007 | İsrail Yəhya Sinvanın başına 400 min dollar qoydu | İsrail ordusu HƏMAS hərəkatının siyasi lideri Yəhya Sinvarın başına 400 min dollar pul mükafatı qoyub. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bundan başqa, İsrailin HƏMAS-ın hərbi qanadının baş komandanı, general Məhəmməd Deyfin yerini deyənə isə 100 min dollar mükafat verəcəyi bildirilib. |
2023-12-16 | 814,009 | PFL prezidenti Xankəndiyə gedən yolda qəzaya düşdü | 09:46 Ağdamda mikroavtobus maneəyə çırpılıb. Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirliyə Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mersedes” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb, 3 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. *** Ağdamda mikroavtobus maneəyə çırpılması nəticəsində xəsarət alanların adları bilinib. Trend xəbər verir ki, həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər - Rasim Məmmədrəsul oğlu Qafarlı (1982), Elxan Zakir oğlu Səmədov (1974) və Aslan Yadigar oğlu Şahgəldiyev (1982) müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. Məlumata görə, mikroavtobusda qəzaya düşənlər Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları olublar. Elxan Səmədov PFL-in prezidenti, Aslan Şahgəldiyev isə PFL-in vitse-prezidentidir. *** Bu gün səhər saat 06:30 radələrində Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakini Rəsul Qafarlının idarə etdiyi "Mersedes Vito" markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq yol nişanına çırpılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, nəticədə sürücü R.Qafarlı və avtomibildə sərnişin qismində olan Bakı şəhər sakini Elxan Səmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya müracət ediblər. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Elxan Səmədov Peşəkar Futbol Liqasının (PFL) prezidentidir. |
2023-12-16 | 814,013 | Ticarət mərkəzində atışma: 1 ölü, 4 yaralı | ABŞ-ın Los-Anceles şəhərində "Uilovbrook" ticarət mərkəzində silahlı insident yaşanıb. Axar.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat verib. Bildirilib ki, hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Hadisə yerinə polis cəlb olunub. Atışmanın hansı səbəbdən baş verdiyi araşdırılır. |
2023-12-16 | 814,014 | Ağstafada yük avtomobili yandı | Ağstafa rayonunun Göycəli kəndində “Mercedes” markalı yük avtomobilinin kabinə və mühərrik hissəsi yanıb. Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. |
2023-12-16 | 814,019 | 661-ci gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 661-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 344 820 hərbçi, 5 720 ədəd tank, 10 667 ədəd zirehli döyüş maşını, 8100 ədəd artilleriya sistemi, 920 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 605 hava hücumundan müdafiə sistemi, 324 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 710 ədəd avtomobil texnikası, 6238 ədəd PUA, 1 609 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 190 xüsusi avadanlıq itirib. |
2023-12-16 | 814,022 | HHQ-də NATO-nun qiymətləndirmə təlimi keçirildi - Video | 2023-cü ilin təsdiq olunmuş fəaliyyətlər planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) "N" hərbi hissəsində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan HHQ-nin Mi-17-1V helikopter cütlüyünün "2- ci səviyyəli özünüqiymətləndirmə (SEL-2) təlimi" keçirilib. Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə iştirakçılara təlimin ssenarisi, gedişatı, təhlükəsizlik qaydaları və qiymətləndirmə haqqında brifinq təqdim edilib, qarşıda duran məqsədlər izah olunub. Təlimdə Mi-17-1V helikopter cütlüyünün və aidiyyəti bölmələrin havadan daşınma (yük və qoşunların daşınması, yaralıların təxliyəsi) imkan və qabiliyyətlərini icra etməsi yoxlanılıb və yüksək qiymətləndirilib. |
2023-12-16 | 814,026 | DİN və DMX-dən birgə əməliyyat: saxlanılanlar var - Video | Bakı şəhərində müxtəlif ünvanlarda Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədləri olmayan əncəbilərə qarşı Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Miqrasiya Xidməti əməkdaşları tərəfindən birgə tədbirlər keçirilib. Bu barədə Axar.az-a DİN-dən bildirilib. Tədbirlərlə müxtəlif Asiya ölkələrinin vətəndaşı olan ümumilikdə 11 nəfər qeyd edilən qanun pozuntusuna yol verdikləri üçün saxlanılıblar. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məsuliyyət tədbirləri görülüb. Araşdırma zamanı həmin əcnəbilərin öz həmvətənləri tərəfindən pul müqabilində guya ölkəmizdən tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə keçidinin təmin ediləcəyi vədi ilə dələduzluğa məruz qalmaları müəyyən edilib. Qanunsuz miqrasiyanın təşkilinə dair aşkar edilən hallarla bağlı araşdırmalar davam etdirilir. |
2023-12-16 | 814,029 | Heydər Əliyev Ukraynanı böhrandan belə xilas edib | Heydər Əliyevin ukraynalıların taleyində böyük rolu olub. Axar.az xəbər verir ki, bunu Report-a Sovetlər dönəmində Azərbaycanda müxtəlif yüksək vəzifələrdə çalışan, sonralar müstəqil Ukraynanın Bakıdakı ilk səfiri olmuş Boris Aleksenko Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini danışarkən deyib. "Vacib faktları sizə açıqlayacam. 2001-ci ildə Rusiya bizə dizel yanacağının nəqlini kəsdiyi üçün yanacaqsız qalmışdıq. Heydər Əliyevin yanına gedib məsələni izah etdim. O, Baş nazir Artur Rəsizadəni çağırdı. Bizə 100 min ton dizel yanacağı tədarük etmək tapşırığını verdi. Bu, Ukrayna üçün həyati ciddi qərar idi. Təəssüf ki, yanacağın pulunu ödəyə bilmədik. Sonra heç Azərbaycan hökuməti də bunu Ukraynadan istəmədi. Azərbaycan bu işdə bizə çox köməklik göstərdi. Rusiya gördü ki, onların yanacağına ehtiyac qalmayıb, dərhal qiyməti aşağı saldı. Azərbaycandan aldığımız miqdarda dizel yanacağını bizə tədarük etməyə başladılar. Heydər Əliyev belə xilas etdi bizi. Digər bir faktı da deyim. Rusiya Ukraynanın Azərbaycanla dəmir yolunu bağlamışdı. Bu da bizim şərqlə nəqliyyat əlaqəmizin kəsilməsi demək idi. Ukrayna məhsullarını, məsələn, metalı tədarük edə bilmədiyi üçün bununla bağlı Azərbaycana müraciət etdi. Rusiya vasitəsilə dəmir yolu bağlı idi, çünki Çeçenistanda problemlər var idi. Biz bu tədarükü Bakı ilə Gürcüstandakı Poti limanı vasitəsilə həyata keçirdik. Potidən bərələr vasitəsilə məhsullar daşındı. Bu dəhliz Odessaya qədər uzanırdı. Bunu bizim üçün Heydər Əliyev təşkil etdi. Ukraynanı beynəlxalq böhrandan xilas etdi". B.Aleksenko onu da bildirib ki, Heydər Əliyevin vəfatı onun üçün böyük itki olub: "O, bizim, şəxsən mənim üçün müəllimdir. Mən ondan çox şey öyrənmişəm. Heydər Əliyev məktəbi, onun iş üsulları dərin təhlil, kadr seçimi, təhsil sistemi, təlim, qərarların icrasına nəzarət deməkdir. Bu il Heydər Əliyevin 100 illik yubileyidir. Hesab edirəm ki, belə bir böyük siyasətçinin 100 illiyi bütün dünyada qeyd olunmalıdır. O nə isə tapşırırdısa, bu, dərhal icra edilməli idi. Əgər o, hər hansı sənəd imzalayıbsa, bu sənəddəki müddəalar icra olunardı”. Ukraynanın Azərbaycandakı ilk səfiri hesab edir ki, bütün bunları Heydər Əliyev məktəbi kimi öyrənmək lazımdır: “Təbii ki, o, özünü əvəz edəcək lider hazırladı. Mən Heydər Əliyev məktəbini, İlham Əliyev isə atasının akademiyasını keçib. Üstəlik, o, Heydər Əliyevin təcrübəsini, biliyini mənimsəyib, müasir yanaşmalara həyata keçirib. Yəni Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin ideyalarını yeni texnologiyalar əsasında həyata keçirib. Bir sözlə, İlham Əliyev atasının işini uğurla davam etdirir. Ona yeni uğurlar, cansağlığı arzulayıram”. |
2023-12-16 | 814,033 | Bakıda Yeni il çadırları qurulacaq? – Rəsmi | Bakıda Yeni il ilə əlaqədar metrostansiyaların çıxışında bayram çadırları quraşdırılmayacaq. Axar.az xəbər verir ki, bu barədə Bakı Şəhər Ticarət Departamenti məlumat yayıb. Qeyd edilib ki, bu il Yeni il məhsullarının satılması üçün nəzərdə tutulan ənənəvi bayram çadırlarının quraşdırılmaması haqqında qərar verilib. Xatırladaq ki, hər il Yeni il, Novruz bayramı, həmçinin yeni tədris ili ərəfəsində Bakıda metrostansiyaların çıxışlarında aidiyyəti məhsulların satışı üçün çadırlar quraşdırılırdı. |
2023-12-16 | 814,035 | Zahid Oruc prezidentliyə namizəd oldu - Rəsmi | Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc prezident seçkilərində namizəd olacağını açıqlayıb. Axar.az xəbər verir ki, bu barədə o özü açıqlama yayıb. Z.Oruc yaxın günlərdə sənədlərini rəsmi olaraq Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcəyini bildirib: "Vətən müharibəsindən sonra keçirilən ilk seçkilərdə iştirak hər bir vətənsevər azərbaycanlının müqəddəs amalı, son 300 illik tariximizin dönüş anı, mühüm dövlətçilik imtahanı və beynəlxalq siyasi hadisədir. 100 il əvvəl qazi Mustafa Kamal Atatürk Qurtuluş savaşından sonra Cümhur Başkanı, Ulu Öndər Heydər Əliyev 1993-cü il Xilaskarlığı ilə prezident seçilərək, yeni milli dövləti elan etdikləri kimi, 8 noyabr Zəfər və 20 sentyabr “Bütövlük günü”ndən sonra İlham Əliyev təkcə azad torpaqlarda deyil, bütöv Azərbaycanda Yeni-4-cü Respublika quruculuğunu dünyaya bəyan edir. Ermənilərin Qarabağı könüllü tərk etməsi ilə xalqımız çox əsrlik tarixində ilk dəfə, seçkilərdə təkcə ölkəmizin deyil, bütün Qafqazda sülhü və təhlükəsizliyi müəyyən edir. Biz təkcə Birinci şəxsi seçmirik, həm də qalib Azərbaycanın Yeni Yüzilinə - Zəfər Əsrinə səs veririk! Tarixdə bənzəri olmayan Böyük Qayıdışın taleyi də millətimizin mütəşəkkilliyindən asılıdır. Biz elə etməliyik ki, 7 fevral tarixi şanlı ordumuzun Xankəndi yürüşünün davamı, azad torpaqlara qayıdan millətimizin paradı olsun. Ona görə də namizədliyimi öz təşəbbüsümlə irəli sürərək, qalib azərbaycanlıların “Ədalətin Zəfər çaldığı Azərbaycan” arzularına söykənir, seçkiləri yeni ideya və baxışlarımıızın Qələbə tribunasından təqdim edilməsi imkanı kimi dəyərləndiririk. Mənim mənsub olduğum nəsil çətin sınaqlardan keçib. İndi hər bir qalib azərbaycanlının həyatında sülh və əmin-amanlıq, bərpa və quruculuq, inkişaf və rifah, birgəyaşayış və milli qürur dövrü başlanır. Bütün iddiaçı qüvvələrin seçkilərdə iştirakı daxildə siyasi barışı gücləndirəcək, 90-cı illər işğalının səbəb və nəticəsi olan mübarizə ənənələrinin Qarabağ münaqişəsi kimi tarixdə qalmasına, Zəfər platforması üzərində yeni siyasi sistemin inşasına təkan verəcəkdir. Bu işdə həmrəy olanlara qucaq açırıq. Gəlməyənlərə isə milyonlarla azərbaycanlı Albert Eynşteynin bu sözlərini deyəcək: “Bizə “yox” deyən hər kəsə minnətdarıq. Onların sayəsində hər şeyi özümüz etdik, etməli olduq”. Ən yaxşı rəqabət möhtəşəm ideyalarla, uğurlarla, işlərlə yarışmaqdır! Millətimiz üçün xeyirli olsun!" - o bildirib. |
2023-12-16 | 814,038 | Atasının evini yandıran şəxs saxlanıldı | İki gün əvvəl Qaradağ rayonu Ümid qəsəbəsində yerləşən evdə yanğın törədən şəxs saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, evlərin birində baş vermiş yanğınla bağlı Qaradağ RPİ 38-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla bu əməlin ev sahibinin 32 yaşlı oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır. |
2023-12-16 | 814,043 | İlham Əliyev Bəhreyn Kralını təbrik etdi | Prezident İlham Əliyev Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu göndərib. Axar.az məktubun mətnini təqdim edir: Məktubda deyilir: "Əlahəzrət, Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram. Əminəm ki, Azərbaycan-Bəhreyn dostluq əlaqələrini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızı genişləndirmək üçün bundan sonra da birgə səylər göstərəcəyik. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Bəhreyn xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram". |
2023-12-16 | 814,053 | Ukrayna dövlət kimi dağılmağa başlayıb - Ritter | Ukrayna milli dövlət kimi dağılmağa başlayıb. Axar.az xəbər verir ki, bu barədə amerikalı kəşfiyyatçı Skott Ritter deyib. |
2023-12-16 | 814,054 | Xanımlara evlənəcəyinə dair vədlər verərək, görün, nə edib | Qubada evlənmək adı ilə xanımlara qarşı dələduzluq edən şəxs həbs olunub. Axar.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, Quba rayonunda yaşayan Cəfər Məmmədov saxlanılıb. O, 25-dən artıq şəxsə problemlərinin həllinə dair səlahiyyəti olmadığı halda vədlər verərək onlara külli miqdarda ziyan vurub. Belə ki, C.Məmmədov özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində ayrı-ayrı şəxslərə vədlər verərək onların ümumilikdə 30 980 manat pulunu ələ keçirib. O, həmçinin bir neçə xanıma onlarla evlənəcəyinə dair vədlər verib, həmin şəxslərin və onların ailə üzvlərinin adına bankdan kredit götürərək dələduzluq edib. Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Cəfər Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. |
2023-12-16 | 814,055 | Sumqayıtda qadının çantasından patron aşkarlandı | Sumqayıt şəhərində qadının çantasından patron aşkarlanıb. Axar.az xəbər verir ki, Səbail rayon sakini, 1990-cı il təvəllüdlü Könül Mehman qızı Mehdiyevanın əl çantasından 1 ədəd 9 kalibirli "Makarov" tipli tapançaya məxsus patron aşkar edilib. Faktla bağlı araşdırma aparılır. |
2023-12-16 | 814,059 | İsrail uzunmüddətli müharibəyə hazırdır - Səfir | İsrail iqtisadiyyatı HƏMAS hərəkatına və müttəfiqlərinə qarşı uzun müharibəyə hazırdır. Axar.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi bildirib. Onun sözlərinə görə, indi ölkənin müharibəni davam etdirməkdən başqa yolu yoxdur. Ben Zvi qeyd edib ki, iqtisadi məsələ İsrailin hərbi əməliyyatları davam etdirməsinə təsir etməyəcək. |
2023-12-16 | 814,060 | Qəzada yaralanan PFL əməkdaşlarının son durumu... | Dekabrın 16-da saat 07:05 radələrindən Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) 6 əməkdaşının son durumu açıqlanıb. TƏBİB-dən Axar.az-a bildirilib ki, xəsarət alanlar Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan 2-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə stabil qiymətləndirilir. Xəsarət alan şəxslər Bakıda yerləşən özəl tibb müəssisəsinə təxliyə olunublar. |
2023-12-16 | 814,063 | Bakı Baş Gömrük İdarəsinə mediatur təşkil edildi | Dekabrın 15-də kütləvi informasiya vasitələri nümayəndələrinin Bakı Baş Gömrük İdarəsinə mediaturu təşkil edilib. Axar.az xəbər verir ki, tədbir gömrük sistemində aparılan təkmillləşdirmələrlə bağlı rəsmiləşdirilmə prosesində reallaşdırılan yeniliklər barədə media nümayəndələrini məlumatlandırmaq məqsədilə keçirilib. Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov bildirib ki, vətəndaş və sahibkar məmnuniyyətinin təmin edilməsi, gömrük əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsi gömrük orqanlarının strateji hədəflərindəndir. Qeyd olunub ki, Bakı Baş Gömrük İdarəsi də fəaliyyətini bu strateji hədəflərin uğurla reallaşdırılması, sahibkarlar üçün münbit biznes mühitinin yaradılması istiqamətində qurur. Məqsəd müasir texnologiyalara, qabaqcıl təcrübələrə əsaslanan rəqəmsal həllər yaratmaq, şəffaflığı artırmaq, “könüllü əməletmə” prinsipini formalaşdırmaqdır. Daha sonra Baş İdarənin əməkdaşları tərəfindən rəsmiləşdirilmə prosesində tətbiq edilən yeniliklər və onların faydaları barədə təqdimatlar nümayiş etdirilib. Bildirilib ki, cari ilin aprel ayından fəaliyyətə başlayan “Xidmət növləri üzrə inteqrə edilmiş xüsusi mərkəz” xidmətlərin vahid, əlaqələndirilmiş və elektron formada həyata keçirilməsinə şərait yaradır. Nəticədə 9 ay ərzində Baş İdarəyə daxil olan elektron müraciətlər faiz nisbəti 17.7-dən 62.8-ə yüksəlib. Gömrük sistemində aparılan təkmilləşdirilmələr çərçivəsində rəsmiləşdirilmə prosesi də sürətlənib. Belə ki, aparılan mütəmadi risk təhilləri əsasında xarici ticarət iştirakçıları “könüllü əməletmə” prinsipləri əsasında təsnifləşdirilir. Məhz bu prinsip əsasında aparılan əməliyyatların rəsmiləşdirilməsi çevik və sürətli formada həyata keçirilir ki, bununla da əlavə vaxt itkisinin və xərclərin qarşısı alınır. Gömrük nəzarəti zonasındakı proseslərin də elektron həllər əsasında tamamilə avtomatlaşdırıldığı bildirilib. Gömrük nəzarətinin həyata keçiriləcəyi anbarlar sistem tərəfindən avtomatlaşdırılmış qaydada təyin olunur, nəqliyyat vasitəsinin anbara daxil olma vaxtı sahibkarlara sms vasitəsilə bildirilir və yüklər 2 saat ərzində sahibinə təhvil verilir. Tədbirdə Dövlət Gömrük Komitəsinin gələn ilin yanvarından tətbiqinə başlanacaq Avtomatlaşdırılmış Risk Analizi Sistemi - ARAS barədə də məlumat verilib. Bildirilib ki, yeni layihə məlumatların öncədən emalı hesabına yük və nəqliyyat vasitələrinin sürətli sərhəd keçidinə, çevik gömrük rəsmiləşdirilməsinə şərait yaradan, biznes subyektlərinin əməliyyat xərclərini azaldan süni intellekt əsaslı maşın öyrənmə alqoritmləri ilə işləyən Avtomatlaşdırılmış Risk Analizi Sistemidir. Yeniliklərdən biri də vətəndaş-məmur təmasını minimuma endirmək məqsədilə bu ildən tətbiqinə başlanılan birbaşa əlaqə sistemidir. Bakı Baş Gömrük İdarəsində və qurumun tabeliyindəki gömrük postlarında vətəndaşların görə biləcəyi zonalarda asılan “QR” kodlar vasitəsilə baş idarə rəisinə istənilən məsələ ilə bağlı birbaşa müraciət etmək mümkündür. Qeyd edək ki, tədbirdə media nümayəndələri ilə yanaşı, sahibkarlar da iştirak edib. Tədbirin gedişində “QR” koddan istifadə etməklə sahibkarlar arasında məmnuniyyət sorğusu keçirilib və biznes nümayəndələrinin 97 faizi məmnunluğunu ifadə edib. Daha sonra media nümayəndələri Bakı Baş Gömrük İdarəsinin “Rəsmiləşdirmə mərkəzi”ndə və “Xidmət növləri üzrə inteqrə edilmiş xüsusi mərkəz” də tətbiq edilən yeniliklərlə əyani şəkildə tanış olublar. |
2023-12-16 | 814,066 | Ələt-Astara yolunda qəza: ölən var | 12:25 Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində ağır qəza baş verib. Axar.az Report-a istinadən xəbər verir ki, minik avtomobili yük avtomobilinə çırpılıb. İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. *** Ələt-Astara avtomobil yolunda qəzada ölən və xəsarət alanların şəxsiyyətləri məlum olub. Ölən şəxs 1995-ci il təvəllüdlü Vüqar Əsgərlidir. Xəsarət alan şəxs isə Tofiq Salahlıdır. Faktla bağlı araşdırmalar davam etdirilir. |
2023-12-16 | 814,067 | DYP sürücülərə müraciət etdi | Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə müraciət edib. Axar.az xəbər verir ki, bu barədə BDYP məlumat yayıb. Bildirilib ki, qanunvericiliyə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarının aydın görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir. Bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir və inzibati məsuliyyət yaradır: "Odur ki, son günlər müşahidə olunan yağmurlu hava şəraitini nəzərə alaraq, avtomobillərin dövlət qeydiyyat nişanlarının təmizliyinə daha çox diqqət ayırmalıdır. Təəssüf ki, bəzən yağmurlu hava şəraitindən sui-istifadə edərək avtomobilinin dövlət qeydiyyat nişanlarının təmizliyinə əhəmiyyət verməyən, hətta bilərəkdən nişanların üstünü süni şəkildə çirkləndirən sürücülərə rast gəlinir ki, bu da xoşagəlməz nəticələrə səbəb olur". |
2023-12-16 | 814,072 | Qəzaya düşən PFL əməkdaşları belə xilas edildi - Video | Xəbər verdiyimiz kimi, Ağdamda mikroavtobusun maneəyə çırpılması nəticəsində ağır qəza baş verib. Axar.az Trend-ə istinadən xəbər verir ki, ağır qəza nəticəsində xəsarət alanlar PFL-in (Peşəkar Futbol Liqası) rəhbər şəxsləri olub. Əldə etdiyimiz məlumata görə, mikroavtobusda qəzaya düşənlərin vəziyyəti belədir: Bakı sakini Səmədov Elxan Zakir (14.01.1974) - Sağ baldırın yuxarı 3-də 1-nin böyük ölçülü açıq qəlpəli yerdəyişmiş sınığı, sağ dirsək oynağının oynaqdaxili sınığı; Bakı sakini Sənan Məstəli oğrlu Abdullayev (24.06.1984) - Hər iki ayaq pəncəsinin əzilməsi; Bakı sakini Aslan Yadigar oğlu Şahgəldiyev (31.08.1981) - L1 fəqərənin kompression sınığı; Bakı sakini Rasim Məmmədrəsul oğlu Qafarlı (20.06.1982) - Sağ diz oynaqğının əzilməsi; Bakı sakini Elgiz Rafiq oğlu Abbasov (26.04.1990) - Sağ diz nahiyə əzilməsi; Bakı sakini Zaur Tahir oğlu Hacıməhərrəmov(16.06.1981) - Burunun küt travması. Qeyd edək ki, mikroavtobusda qəzaya düşənlər Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları olublar. Elxan Səmədov PFL-in prezidenti, Aslan Şahgəldiyev PFL-in vitse-prezidentidir. Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinə Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mersedes” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb, 3 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. |
2023-12-16 | 814,075 | Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürüldü | Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürülüb. Axar.az xəbər verir ki, bu barədə Report-a o özü məlumat verib. Xatırladaq ki, 2024-cü il fevralın 7-nə Azərbaycanda növbədənkənar prezident seçkiləri təyin edilib. Dekabrın 15-də isə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib. |
2023-12-16 | 814,077 | Pensiya, maaş və müavinətlər yenə artacaq? - Açıqlama | Dünya bazarında neftin qiymətinin yüksəlməsi Azərbaycana əlavə gəlirlər gətirir. Axar.az xəbər verir ki, bunu Trend-ə deputat Vüqar Bayramov deyib. O qeyd edib ki, ilkin qiymətləndirmələr göstərir ki, dünya bazarında neft qiymətinin büdcədə nəzərdə tutlandan 10 ABŞ dolları yüksək olması Azərbaycana 2 milyard manata yaxın vəsaitin daxil olmasına səbəb olur. “O vəsaitin bir qismi dövlət büdcəsinə, bir qismi də Dövlət Neft Fonduna daxil olur. Bu, dövlət büdcəsindən daha çox vəsaitin sosial istiqamət də daxil olmaqla, müxtəlif istiqamətlərə yönləndirilməsinə imkan verir. 2022 və 2023-cü illərdə dünyada neftin qiymətinin baha olması sosial paketlərin dərinləşməsinə imkan verdi, eyni zamanda, işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına və milli təhlükəsizliyimizin gücləndirilməsinə daha çox vəsait ayırmaq mümkün oldu. Bu baxımdan, neftin qiymətlərinin artması sosial istiqamətə daha çox vəsait ayırmağa imkan yaradır”, - deyə deputat əlavə edib. Qeyd edək ki, 2023-cü ilin dövlıt büdcəsində neftin bir barelinin qiyməti 60 ABŞ dolları dəyərində nəzərə alınıb. Hazırda isə dünyada neft qiyməti 75 ABŞ dolları civarındadır. |
2023-12-16 | 814,078 | Sabah Bakıya qar yağacaq | Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, səhərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, gecəyə doğru isə bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağması ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclü olacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-85 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacaq. |
2023-12-16 | 814,080 | Binəqədinin keçmiş başçısı vəfat etdi - Foto | Beş il (1994-1999) Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı olmuş İnqilab Nadirov bu gün vəfat edib. Axar.az Oxu.az-a istinadən xəbər xəbər verir ki, 83 yaşında dünyasını dəyişən İnqilab Nadirov, həmçinin Azərbaycan SSR Ali Sovetinin üç çağırış (1980-1991) deputatı, Azərbaycan Milli Məclisinin üzvü (1991-1995) olub. O, 1988-ci ildə Bakı şəhəri Oktyabr Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini, 1989-1990-cı illərdə Azərbaycan Respublikası Mətbuat Komitəsinin Kitabxana kollektorunun direktoru işləyib. |
2023-12-16 | 814,083 | İsfahan neft emalı zavodunda yanğın baş verdi | Bu gün səhər saatlarında İsfahanın neft emalı zavodunda yanğın meydana gəlib. Axar.az xəbər verir ki, bu barədə İran televiziyası məlumat yayıb. Hadisə yerinə çox sayda yanğınsöndürən dəstə cəlb edildiyi bildirilib. Yanğının səbəbi və xəsarət alanlar barədə məlumat verilməyib. |
2023-12-16 | 814,085 | ABŞ müdafiə naziri Yaxın Şərqə səfərə gəlir | Həftə sonu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Yaxın Şərqə səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb. Onun İsrail, Qətər və Bəhreyndə görüşlər keçirəcəyi qeyd edilib. Bildirilib ki, Ostin hazırda Aralıq dənizinin şərqində yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Gerald R. Ford” gəmisinə də baş çəkəcək. “İsraildə Ostin beynəlxalq humanitar hüquq çərçivəsində İsrailin özünümüdafiə hüququna ABŞ-ın sarsılmaz sadiqliyini vurğulayacaq və həmçinin İsrailin mülki şəxslərə dəyən zərəri azaltmaq üçün atdığı addımları müzakirə edəcək”, - məlumatda deyilir. |
2023-12-16 | 814,086 | İrandan Ermənistana yanacaq gətirən maşın aşdı | Qarakilsə-Tatev avtomobil yolunda İrana məxsus yük maşını aşıb. Axar.az xəbər verir ki, bu barədə Ermənistan DİN məlumat yayıb. Qeyd olunur ki, dekabrın 15-i saat 17:25-də Zəngəzur (Sünik) Regional Xilasetmə İdarəsinin Böhran İdarəetmə Mərkəzinə Qarakilsə-Tatev avtomobil yolunun 22-ci km-də yanacaq daşıyan maşının aşması barədə məlumat daxil olub. Məlum olub ki, İran vətəndaşının idarə etdiyi yük avtomobili yoldan çıxaraq aşıb. Çəndən yanacaq sızması baş verib. Tələfat yoxdur. |
2023-12-16 | 814,087 | Hakimiyyət fərqindədir: ciddi islahat lazımdır | Hakimiyyət fərqindədir ki, ölkədə ciddi islahatlara ehtiyac var. Heç bir iqtidar seçkiyə bir il qalmış ciddi islahatlara getmir. Axar.az xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib. O bildirib ki, növbədənkənar seçki elan etməklə rəqibləri hazırlıqsız yaxalamaq tezisi siyasi partiyalar üçün yox, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə barışa bilməyən xarici güclər üçün keçərlidir: “İqtidarın borcudur ki, ölkədə sabitliyi və təhlükəsizliyi qorusun. Son qərarlar daha çox kənardan planlaşdırılan təhlükələri önləmək üçündür. Müxalifət partiyaları seçkilərə həmişə hazır olmalıdır. Seçkini boykot edənlər geosiyasətdən başa çıxarmayan, rəqibi və xalqımızın imkanlarını düzgün qiymətləndirə bilməyən, rəqibi təhqir edib aşağılamaqla ona qalib gəlmək istəyən Qərbin əlaltılarıdır”. |
2023-12-16 | 814,090 | PFL əməkdaşlarının son durumu - Baş həkim danışdı | 13:21 Xankəndi şəhəri istiqamətində avtoqəzaya düşən Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyevin tibbi vəziyyəti kritikdir, onlar hazırlıqlardan sonra əməliyyat olunacaqlar. Axar.az xəbər verir ki, bunu "Liv Bona Dea Hospital"ın baş həkimi Cabir Gülmalıyev jurnalistlərə açıqlamasında deyib. O, PFL prezidenti Elxan Səmədovla vitse-prezident Aslan Şahgəldiyevin digərlərinə nisbətən vəziyyətinin daha kritik olduğunu söyləyib: "Elxan Səmədov sağ baldırın üçdə birində yerdəyişmiş qəlpəli açıq sınıq, Aslan Şahgəldiyev fəqərə sınığı, Sənan Abdullayev hər iki ayaq pəncəsinin əzilməsi, Rasim Qafarlı sağ diz oynağının əzilməsi, Elgiz Abbasov sağ diz nahiyəsinin əzilməsi və sınığı, Zaur Hacı-Məhərrəmov isə burun nahiyəsində küt travma diaqnozu ilə xəstəxanamıza yerləşdirilib". Həkim digər xəstələrə ilkin tibbi müdaxilələr olunduğunu diqqətə çatdırıb: "Vəziyyətləri sabitdir, stasionara yatırılıblar". Qeyd edək ki, daha əvvəl ağır xəsarətlər alan Elxan Səmədovun əməliyyat olunması üçün xüsusi təyyarə ilə Türkiyəyə aparılacağı bildirilirdi. |
2023-12-16 | 814,094 | Ən ciddi problem: Avropada tək ölkəyik ki… - Həsənquliyev | İlham Əliyevin liderliyi ilə Azərbaycan müstəqillik illərinin ən şanlı səhifəsini yazıb. Kimin nə deməsindən asılı olmayaraq, onun adı Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq. Amma Azərbaycanın üzləşdiyi çox böyük problemlər var. Onlardan ən böyüyü neft pulları hesabına abadlıq işləri görsək də, yollar çəkib infrastruktur layihələri həyata keçirsək də, məktəblər, səhiyyə obyektləri tikib bahalı idman yarışları, dəyəri 100 milyon dollarla ölçülən inzibati binalar tiksək də, güclü, şaxələndirilmiş, neftdən asılı olmayan, hökumətin nəzarət etmədiyi azad bazar iqtisadiyyatı, demokratik, qanunların aliliyinə əsaslanan dövlət idarəetməsi qura bilməməyimizdir. Axar.az xəbər verir ki, bu sözləri BAXCP sədri Qüdrət Həsənquliyev geniş müsahibəsində deyib. O bildirib ki, bu problemlərin çoxu ona görə həllini tapmır ki, ölkədə hökumətin fəaliyyətinə nəzarət edə biləcək güclü müxalifət yoxdur: “Biz Avropa və MDB məkanında tək ölkəyik ki, parlamentdə müxalifət fraksiyası, büdcəyə nəzarət komitəsi yoxdur. Müxalifət seçkiyə qatılmaqla qələbə uğrunda mübarizə aparmalı, səfərbər olunmalı, seçki kampaniyasının imkanlarından yararlanıb öz ideyalarını yaymalı, problemləri göstərib onun həllinə dair öz təkliflərini təqdim etməli, ən azı növbəti parlament seçkilərinə hazırlaşmalıdır. Siyasi partiya, şəraiti özü üçün nə qədər əlverişsiz saysa da, seçkiyə qatılmalıdır. Siyasət, mənim anlamımda mövcud reallıqlar nəzərə alınmaqla onun dəyişdirilməsi uğrunda mübarizədir. Digər tərəfdən, seçkidə iştirak o demək deyil ki, sən seçkiyə hökmən öz namizədinlə qatılmalısan”. |
2023-12-16 | 814,097 | İranda hərbi təyyarə qəzaya uğradı | İranın Fars əyalətinin Kazerun rayonunda hərbi təyyarə qəzaya uğrayıb. Axar.az xəbər verir ki, bu bardə Fars əyaləti hava limanının baş direktoru Fəxrəddin Keşavərz bildirib. Onun sözlərinə görə, texniki nasazlığı olan təyyarə Şiraz şəhərinin Kazerun gölü yaxınlığında qəzaya uğrayıb. Hadisə təlim uçuşu zamanı baş verib. İtki olmayıb. |
2023-12-16 | 814,100 | Turalənin ölümünə səbəb olanlar azadlıqdadır - Atası | 2023-cü ilin iyul ayının 19-da Mingəçevir şəhər Prokurorluğunun binasından özünü ataraq intihar etdiyi deyilən Turalə Aslanovanın atası Natiq Aslanov açıqlama verib. Axar.az xəbər verir ki, o, Globalinfo.az-a açıqlamasında istintaqın davam etdiyini bildirib: “Hazırda heç bir dəyişiklik yoxdur, istintaq davam edir, hər şeyin yaxşı olacağını deyirlər. Baş verən hadisədən sonra qızımın ölümünə səbəb olan Kəmalə Quliyeva ilə müstəntiq Zaur Tanrıverdiyevi işdən azad ediblər. Lakin onlar azadlıqdadırlar və bu, məni narahat edir”. N.Aslanov tez-tez prokurorluğa getdiyini deyib: “İşimizi Bakı Şəhər Baş Prokurorluğu araşdırır. Onlar dəvət edən zaman da gedirəm, bəzən çağırılmasam da gedirəm, maraqlanıram. Yetərincə sübutlar təqdim etmişəm, amma hələ həbs olunan bir kimsə yoxdur. İstintaqın bitməsini gözləyirik. Ümid edirəm ki, cinayətkarlar öz cəzalarını layiqincə alacaqlar. Mən itirdiyimi itirmişəm, bu işin sonuna qədər gedəcəm. Adım kimi əminəm ki, qızımı otaqda öldürüblər. Ona görə də qatillər azadlıqda gəzə bilməzlər”. Qeyd edək ki, 32 yaşlı Turalə Aslanovanın Mingəçevir şəhər Prokurorluğunda intihar etdiyi iddia edilsə də, ailəsi onun öldürüldüyündən şübhələnir. Xatırladaq ki, Turalə Aslanovanın 413 min manat məbləğdə pulu mənimsədiyi bildirilir. |
2023-12-16 | 814,104 | Küveytin əmiri vəfat etdi | Küveyt əmiri Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah 86 yaşında vəfat edib. Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, Küveyt dövlət televiziyası Şeyx Nəvafın ölümü ilə bağlı əmirin dəftərxanasının rəsmi açıqlamasını yayımlayıb. |
2023-12-16 | 814,107 | Narkotik satan şəxsdən 13 kq marixuana və tiryək aşkarlandı | Xırdalanda narkotiklərin satışı ilə məşğul olan Göyçay rayon sakinindən 13 kiloqramdan artıq marixuana və tiryək aşkar edilib. Axar.az xəbər verir ki, bu barədə Daxili işlər Nazilriyindən (DİN) məlumat verilib. Qeyd edilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Xırdalan şəhərində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan Göyçay rayon sakini 1976-cı il təvəllüdlü Rövşən İbrahimov saxlanılıb. Onun üzərinə və idarə etdiyi “Hunday” markalı avtomobilə baxış zamanı 13 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 890 ədəd psixotrop tərkibli metadon həbi və 75 qram narkotik vasitə tiryək aşkar olunaraq götürülüb. R.İbrahimov narkotik vasitələri İnstaqram sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirib. Faktla bağlı araşdırmalar davam etdirilir. |
2023-12-16 | 814,111 | Elçibəyin iki müavini Bakıda eyni gündə öldü | Xəbər verdiyimiz kimi, professor Kamil Vəli bu gün vəfat edib. O, uzun illər idi Türkiyədə yaşayırdı. Kult.az xəbər verir ki, Kamil Vəli xalq hərəkatında iştirak edib. 1992-93-cü illərdə Elçibəy hakimiyyətində baş nazirin müavini vəzifəsini tutub. AXC(P)-də sədrin müavini olub. Bir ay öncə Türkiyədə yaşayan daha bir azərbaycanlı alim Arif Acalov da Bakıda yol nəqliyyat qəzasında həyatını itirdi. O da Əbülfəz Elçibəyin müşaviri olmuşdu. Jurnalist, yazıçı Həmid Herisçi hər iki alimin ölümü ilə bağlı maraqlı yazı paylaşıb. O bildirib ki, hər iki mərhum – Kamil Vəli Nərimanoğlu və Arif Acalov eyni gündə, bir ay fəsilə ilə öldülər. Biri 16 noyabrda, digəri 16 dekabrda: “İkisi də təxminən eyni peşəni, taleyi, ölümü bölüşdü. İkisi də Elçibəyin müavini işləmişdi. İkisi də Bakıya təzəcə gəlmişdi. Tam mistkadır bu ölümlər”. |
2023-12-16 | 814,113 | Əli Əsədov Moskvaya getdi | Dekabrın 16-da Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya Federasiyasına işgüzar səfərə gedib. Bu barədə Axar.az-a Nazirlər Kabinetindən bildirilib. |
2023-12-16 | 814,117 | XİN Qazaxıstan və Bəhreyni təbrik etdi | Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstanı Müstəqillik Günü, Bəhreyn Krallığını isə Milli Günü münasibətilə təbrik edib. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in X hesabında paylaşım edilib. |
2023-12-16 | 814,118 | Ukrayna əks-hücuma hazırlaşır: ABŞ-dan dəstək... | Ukrayna 2024-cü ildə yeni əks-hücum planlaşdırır və artıq ABŞ-a ehtiyac duyduğu silahların siyahısını göndərib. Axar.az xəbər verir ki, bu barədə Almaniyanın “Velt” nəşri məlumat yayıb. Bildirilib ki, siyahıya “Blək Hak” və “Apaçi” hərbi helikopterləri, F-16 və F-18 döyüş təyyarələri, raket sistemləri, “Abrams” tankları, pilotsuz uçuş aparatları və döyüş sursatları daxildir. Nəşr yazır ki, Dnepr çayının sol sahili yeni əks-hücum üçün başlanğıc nöqtəsi ola bilər. |
2023-12-16 | 814,120 | Naxçıvanda tələbələr aldadıldı: 621 minlik kibercinayət... | Naxçıvan Daxili İşlər Nazirliyinin apardığı araşdırmalar nəticəsində kibercinayətlə məşğul olan şəxslər saxlanılıb. Axar.az xəbər verir ki, onlar müxtəlif yollarla vətəndaşları aldadaraq külli miqdarda vəsaiti mənimsəyiblər. Belə ki, Babək rayon sakinləri Mircoşqun Məhərrəm oğlu Seyidov və Hikmət Məhərrəm oğlu Edilxanov 10-a yaxın universitet tələbəsini aldadaraq onların hər birinin adına bir mobil nömrə və 5 bank kartı rəsmiləşdiriblər. Sonra həmin kartlar Bakı şəhərinə göndərilib və bu kartlar vasitəsilə internet şəbəkələrində kibercinayətlər törədilib. Həmin kartlarda dövriyyə 621 min manat olub. Eyni zamanda, nazirliyin Cinayət-axtarışı İdarəsinin kibercinayəti üzrə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat nəticəsində Naxçıvan şəhər sakini İlqar İslam oğlu Səfərov saxlanılıb. O, sosial şəbəkədə hesab açaraq xəstə uşağına pul yığmaq adı ilə insanları aldadaraq 22 min manatı mənimsəyib. |
2023-12-16 | 814,121 | MN hərbi attaşelərlə toplantı keçirdi | Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri ilə cari ilin yekununa dair toplantı keçirilib. Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Toplantıda 2023-cü il ərzində ölkəmizdə hərbi əməkdaşlıq çərçivəsində görülən işlərdən danışılıb. Növbəti ildə bu istiqamətdə icra olunacaq fəaliyyətlər, o cümlədən perspektiv planlarla bağlı ətraflı məlumatlar verilib. Tədbirin sonunda hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb. |
2023-12-16 | 814,122 | İnternet provayderlərinə seçkilərlə bağlı tapşırıq verildi | Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) növbədənkənar prezident seçkilərinin operativ idarə edilməsinin texniki təminatını həll etmək məqsədilə yaradılmış işçi qrupunun ilk iclası keçirilib. Bu barədə Axar.az-a Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı cari ilin 15 dekabr tarixində XRİTDX-də etibarlı və dayanıqlı texniki vasitələr ilə təmin edilməsi üzrə yaradılmış işçi qrupunun ilk iclası keçirilib. XRİTDX, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mərkəzi Seçki Komissiyası, Delta Telecom LTD, Ultel MMC və R.İ.S.K. şirkətinin nümayəndələrindən ibarət olan işçi qrupunun ilk iclası keçirib Müzakirələrdə Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən ediləcək siyahılara əsasən seçki məntəqələrinin etibarlı, dayanıqlı videokonfrans və rabitə avadanlıqları ilə təmin olunması məsələlərinə baxılıb. İclasda seçkilər ilə əlaqədar müvafiq tədbirlərin görülməsi və mütəmadi müzakirələrin keçirilməsi qərara alınıb. |
2023-12-16 | 814,124 | Qəzzada ölənlərin sayı 20 minə yaxınlaşır | 16:05 İsrailin Qəzzaya zərbələri nəticəsində ölənlərin sayı 19 088 nəfərə çatıb. Axar.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. |
2023-12-16 | 814,129 | Küveytin yeni əmiri o seçildi | Küveytin vəliəhdi Şeyx Maşaal əl-Əhməd əs-Sabah yeni əmir elan edilib. Axar.az xəbər verir ki, bu barədə Küveytin dövlət televiziyası məlumat yayıb. Onun 83 yaşında olduğu bildirilib. Qeyd edək ki, bu gün Küveyt əmiri Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah 86 yaşında vəfat edib. |
2023-12-16 | 814,131 | Bu seçki qalib xalqın seçimi olacaq | Dünən Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar seçkilərdə cənab İlham Əliyevin ölkə prezidentliyinə namizədliyini irəli sürüb. Bu barədə qərar YAP İdarə Heyətinin 15 dekabr 2023-cü il tarixində keçirilmiş genişləndirilmiş iclasında qəbul edilib.Növbədənkənar Prezident seçkiləri, sözün əsil mənasında, əlamətdar, tarixi bir hadisə olacaq. Axar.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında millət vəkili Kamaləddin Qafarov söyləyib. Deputat vurğulayıb ki, bu, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmizdən sonra keçirilən ilk Prezident seçkiləri olmaqla bərabər, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Prezident seçkiləri artıq ölkəmizin istisnasız bütün ərazilərində, o cümlədən işğaldan azad edilmiş Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda keçiriləcək: “Bu, Azərbaycan xalqının öz Prezidentinin rəhbərliyi ilə əldə etdiyi ən böyük tarixi nailiyyətdir. Bütün bu ərazilərdə Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bir müddət əvvəl Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla öz xalqına sonsuz qürur hissi yaşatmışdır. Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan “Heydər Əliyev İli”ni öz tarixində əvvəllər heç zaman olmadığı qədər güclü və sürətlə inkişaf edən ölkə olaraq başa vurmaqdadır”. K.Qafarov qeyd edib ki, Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə ən layiqli namizədini təqdim edib: “Bu seçki qalib xalqın seçimi olacaq. Heç şübhə yoxdur ki, bütün Azərbaycan xalqı ölkəmizin ərazi bütövlüyünü təmin edən, onu inamla irəli aparan, uğurlu xarici və daxili siyasət reallaşdıran, Azərbaycanı dünyanın inkişaf etmiş ölkələrindən birinə çevirəcək siyasi liderin yanında olacaqdır”. |
2023-12-16 | 814,133 | Xankəndidə yeni seçki məntəqəsi yaradılacaq | Xankəndidə yeni seçki məntəqəsi yaradılacaq. Axar.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib. Onun sözlərinə görə, Xocalı, Əsgəran və Ağdərədə də seçki məntəqələri yaradılacaq. |
2023-12-16 | 814,135 | Sabahdan hava dəyişir: qar, güclü külək... – Xəbərdarlıq | Bakıda və Abşeron yarımadasında dekabrın 17-si gündüzdən 18-i səhərədək şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir. Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Yarımadanın bəzi yerlərində arabir yağıntılı olacağı gözlənilir. 17-si gecəyə doğru, 17-dən 18-nə keçən gecə və səhər isə bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° aşağı enərək, gecə 1-3° isti, gündüz 4-7° isti olacağı gözlənilir. Azərbaycanın rayonlarına gəlincə, sabah gündüz şimal və qərb rayonlarından başlayaraq 18-i gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Naxçıvan MR, Mərkəzi-Aran, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var. Qərb küləyi arabir 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enərək, aran rayonlarında gecə 1-6° isti, gündüz 6-11° isti, dağlıq rayonlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. |
2023-12-16 | 814,137 | Azərbaycanda yeni seçki məntəqələri yaradıldı | Azərbaycanda bəzi seçki dairələri üzrə yeni seçki məntəqələri yaradılıb. Axar.az xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Məsələni MSK sədrinin müavini Rövzət Qasımov təqdim edib. Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul olunub. Qərarla 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur-Kəngərli, 3 saylı Babək-Şahbuz-Kəngərli və 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairələri üzrə yeni seçki məntəqələri yaradılıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.