date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2023-12-18 | 814,597 | İqbal Ağazadə İlham Əliyevi dəstəklədiyini açıqladı | Azərbaycan Ümid Partiyası növbədənkənar Prezident seçkiləri ilə bağlı qərarını açıqlayıb. Axar.az Unikal.az-a istinadən xəbər verir ki, partiya Prezident seçkilərində hazırkı Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir və bunu ölkəmiz, xalqımız adına ən doğru qərar hesab edir. |
2023-12-18 | 814,598 | Bakıda tramvay xətləri çəkiləcək? - Nazir müavini | Bakıda tramvay xətlərinin çəkilməsi ilə bağlı məsələ hazırda müzakirə edilmir. Axar.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Azərbaycanda mobilliyin transformasiyası proqramı"nın təqdimatında bildirib. "Bakının Baş Planında tramvay xətlərinin olması nəzərdə tutulur. Amma ictimai nəqliyyatın inkişafı ilə bağlı aparılan müzakirələrdə tramvay xətlərinin çəkilməsi ilə bağlı hər hansı bir konkret fikir yoxdur. Bu qətiyyən o demək deyil ki, biz bu məsələyə qayıtmayacağıq və tramvay xətlərinin çəkilməsi ilə bağlı məsələ diqqətdən kənardır. Sadəcə bu məsələ müəyyən ərazilərin olmasını tələb edir", - deyə o qeyd edib. |
2023-12-18 | 814,600 | Erməni yepiskop müharibəyə çağırdı | Bəli, mən özümü revanşist hesab edirəm və ömrümün son saniyəsinə qədər belə yaşayacam. Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan deyib. “Bu, daim diz çöküb sürünmək deyil, əksinə, Rəbbimizin hüzurunda durub, “İmanımı artır ki, Yer üzündə sənin işini görüm”, - deməkdir. Və biz düşünməliyik ki, Yer üzündə Allahın işini görürük. Bəli, bu yol qisas yoludur, evi bərpa etməyin başqa yolu nədir? Bu, nifrət deyil, əksinə, sevgi deməkdir, sədaqət deməkdir; bu, sarsılmaz iman, son ümid, fədakarlıq, cəsarət və bütün fəzilətləri nəzərdə tutur. Ola bilməz ki, insan bütün daxili aləmi alt-üst olsun və dinc yaşasın”, - o bildirib. Qeyd edək ki, qətliamlar, terror, işğal düşüncəsi ermənilərdə hər zaman kilsə ideologiyası olub və Qalstyanın açıqlamasını da bunu təsdiqləyir. |
2023-12-18 | 814,601 | “Yastıq altında” 15 milyard yığılıb: addım atılmalıdır | Banklardan kənarda nağd pulun həcmində artımlar davam edir. Hazırda banklardan kənarda 14 milyard 941 milyon manat nağd vəsait var. Əgər bu ilin ilk 8 ayının yekunlarında evlərdə 14 milyard 604 milyon manat saxlanılırdısa, bu rəqəm 9 aylıq yekunlarda 14 milyard 741 milyon manat olub. Bu ilin ilk 10 ayında isə banklardan kənarda nağd pulun həcmi əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 17 faiz artaraq 5 milyard manata çatmaqdadır. Axar.az xəbər verir ki, bunu millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov deyib. “Yastıq altında” böyük həcmdə nağd pulun saxlanılması real sektorun maliyyələşdirilməsi baxımından arzuolunan deyil. Çünki potensial olaraq həmin pulların çox hissəsinin banklar vasitəsilə iqtisadiyyata yönəldilməsi mümkündür”, - Bayramov bildirib. Ekspert qeyd edib ki, evlərdə saxlanılan nağd pulun həcminin çox olması banklara inamın artırılması istiqamətində işlərin daha da sürətləndirilməsini prioritetləşdirir: “Bu kontekstdən zəif bankların bağlanması deyil, onların konsolidasiyası, yəni birləşdirilməsi mexanizminə ehtiyac var. Bu, nağd vəsaitlərin banklar vasitəsilə real sektora yönəlməsinə gətirib çıxara bilər”. |
2023-12-18 | 814,602 | “EY İlin İş Adamı” müsabiqəsinə müraciət davam edir | EY Azərbaycan şirkətinin ABB-nin maliyyə dəstəyi ilə ölkəmizdə 5-ci dəfə keçirdiyi “EY İlin İş Adamı” müsabiqəsinə artıq 20 iştirakçı müraciət edib. Müsabiqəyə müraciət qəbulu davam edir. İştirak etmək istəyən sahibkarlar ərizələrini 29 dekabra qədər müsabiqə komitəsinə təqdim edə bilərlər. “EY İlin İş Adamı” müsabiqəsi 35 ildən çoxdur ki, təsis edilib və bu gün dünyanın 60-dan çox ölkəsinin 145 şəhərində keçirilir. Milli müsabiqənin qalibi 2024-cü ilin martında seçiləcək. Münsiflər qiymətləndirməni dövriyyədə artım, mənfəət, namizədin liderlik xüsusiyyətləri, yenilikçiliyi və yaradıcılığı, sosial məsuliyyət və dayanıqlılığa diqqət kimi müxtəlif amillərə əsaslanaraq aparacaqlar. Qalib, gələn ilin iyununda Monakoda keçiriləcək "EY Dünya Üzrə İlin İş Adamı" müsabiqəsində Azərbaycanı təmsil edərək digər ölkələrin finalçıları ilə yarışacaq. ABB ilə yanaşı, bp şirkəti və “Veysəloğlu” Şirkətlər Qrupu da müsabiqəyə sponsorluq dəstəyi verir. Proqramın partnyorları sırasında Ekvita konsaltinq şirkəti, Azpromo (Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi), İctimai televiziya, AmCham Azərbaycanın dərc etdiyi “İmpact” jurnalı, “Finansist jurnalı” və APFM də var. Müsabiqə barədə daha ətraflı buradan öyrənmək olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar. |
2023-12-18 | 814,604 | Saatlıda məktəblilər avtobusda dəm qazından zəhərləndi | Saatlıda məktəblilər avtobusda dəm qazından zəhərlənib. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaranuru kəndində qeydə alınıb. İlkin məlumata görə, dərsə gedən məktəblilər avtobusda olarkən dəm qazının sızmasından qəfil halları pisləşib. Şagirdlər dərhal Saatlı Rayon Mərkəzi xəsətxanasına çatdırılıb. Məktəblilərin səhhətinin qənaətbaəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. |
2023-12-18 | 814,606 | Azərbaycan Rusiyaya 720 min yumurta göndərdi | Ötən gün Azərbaycandan Rusiyaya yumurta göndərilib. Bunu Axar.az-a açıqlamasında Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiyası İctimai Birliyinin sədri Mürvət Həsənli deyib. “Ötən gün 720 min ədəd yumurta dolu iki yük maşını Rusiyaya yola salınıb. Bu gün daha iki maşın – yenə 720 min ədəd yumurta göndəriləcək”, - Həsənli bildirib. Qeyd edək ki, Rusiyada bir müddətdir yumurta qıtlığı yaşanır. Rusiya kənd təsərrüfatı naziri Dmitri Patruşev Azərbaycandan bu həftənin əvvəlində artıq yumurta idxalı başlayacağını bildirmişdi. |
2023-12-18 | 814,607 | Baş nazir Moskvada sülhdən danışdı | Fürsətdən istifadə edərək, Azərbaycanın regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi səylərinin davam etdirilməsi üzrə möhkəm qətiyyətini bir daha ifadə etmək istəyirəm. Axar.az Report-a istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov dekabrın 18-də MDB Hökumət Başçıları Şurasının Moskvada keçirilən iclasında çıxışı zamanı deyib. “Bu yaxınlarda alınan müsbət siqnalları nəzərə alaraq, bu istiqamətdə konstruktiv dialoqun davam etdirilməsini son dərəcə mühüm hesab edirik. Yaranmış tarixi fürsətdən rasional istifadə edilməsi bizə regionda çoxdan gözlənilən sülhə nail olmağa imkan verəcək, regionumuzda bütün insanlara dinc və təhlükəsiz birgəyaşayış ümidləri bəxş edəcək”, - o vurğulayıb.. |
2023-12-18 | 814,610 | “Yırtıcı sərçə” İranın yanacaq məntəqələrini iflic etdi | İranın əksər bölgələrində yanacaqdoldurma məntəqələrinin fəaliyyəti iflic olub. Axar.az xəbər verir ki, “Əl-Cəzirə” İsrail ordusundakı mənbəyə istinadla bunun İsrail kiber-hücumu nəticəsində baş verdiyini açıqlayıb. “Yırtıcı sərçə” haker qrupu da bəyanat yayaraq, İranın yanacaqdoldurma sisteminə haker hücumu etdiyini bildirib. |
2023-12-18 | 814,614 | Meriya Yeni illə bağlı hansı tədbirlər nəzərdə tutur? | 13:13 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar Bakı şəhər və paytaxt rayonları icra hakimiyyətləri tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir. Bu barədə Axar.az-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti məlumat verib. “Şəhərin parkları, meydan və küçələrinin bəzədilməsi, burada Yeni il atributlarının, işıqlı çilçıraqlar və digər bəzəklərin quraşdırılması işləri həyata keçirilib. Dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində ölkəmiz sürətlə inkişaf edir və bu gün xalqımızın əhval ruhiyyəsi çox yüksəkdir, buna uyğun olaraq da şəhərimizdə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xüsusi hazırlıq və tərtibat işləri görülüb. Ənənəvi olaraq bayram tərtibatı işləri görülən Neftçilər prospekti, Yusif Səfərov, Niyazi, İstiqlaliyyət küçələri və Azərbaycan prospekti də bayramla bağlı bəzədilib. Azneft dairəsində isə xüsusi və fərqli tərtibatla 20 metr hündürlüyündə yeni il şam ağacı kompleksi yaradılıb. Həmçinin bu işlər ictimai iaşə obyektlərini də əhatə edir. Həmçinin rayon icra hakimiyyətlərinə tövsiyə edilib ki, bayramla bağlı ərazilərində nümunəvi küçə hazırlansın”, - məlumatda bildirilib. |
2023-12-18 | 814,616 | İlham Əliyev 2 sərəncam imzaladı | 13:16 Prezident İlham Əliyev Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Axar.az sərəncamın mətnini təqdim edir: 1. Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 450,0 (dörd yüz əlli) min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. *** Prezident İlham Əliyev Quba rayonunun Qırmızı Qəsəbə qəsəbəsini Qusar rayonunun Quxuroba kəndi ilə birləşdirən Qırmızı Qəsəbə‒Quxuroba avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: 1. İyirmi iki min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qırmızı Qəsəbə‒Quxuroba avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun. 4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. |
2023-12-18 | 814,617 | Reseptlər yeni qayda ilə yazılacaq - Bu tarixdən | Həkim reseptlərinin yeni qayda ilə yazılması üçün sistem tam hazırdır və 2024-cü il yanvarın 1-dən istifadəyə veriləcək. Axar.az xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzidən bildirilib. Qeyd edilib ki, dərman vasitələri həkimlər tərəfindən reseptə yazılarkən, onların ticarət adı deyil, yalnız təsiredici maddə və tərkibi qeyd edilməlidir: "Həmçinin, “Dərman vasitələri haqqında” Qanuna müvafiq dəyişikliklərə əsasən, yanvar 2024-cü il tarixindən ölkədə elektron resept sisteminə keçid nəzərdə tutulub. Elektron resept sistemində həkimlər yalnız dərman vasitəsinin təsiredici maddəsinin adını qeyd etməli olacaqlar". Qeyd edək ki, “Dərman vasitələri haqqında” qanuna edilən dəyişiklik Prezident İlham Əliyevin 15 avqust 2023-cü il tarixli fərmanı ilə təsdiq edilib və 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. |
2023-12-18 | 814,618 | Putin Mişustini Çinə göndərir | Rusiya Baş naziri Mixail Mişustin Çinə işgüzar səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə Rusiya hökumətindən məlumat verilib. 19-20 dekabr tarixlərində baş tutacaq səfər zamanı Mişustin Çin lideri Si Szinpin və Çin Dövlət Şurasının sədri Li Szyanla görüşəcək. |
2023-12-18 | 814,620 | Zahid Orucun Seçki Qərargahının rəhbəri təyin edildi | 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Orucun Mərkəzi Seçki Qərargahının (MSQ) ilk iclası keçirilib. Axar.az xəbər verir ki, iclasda milli təhlükəsizilik və hərbi humanitar elmlər üzrə professor Tahirə Allahyarova Mərkəzi Seçki Qərargahının sədri təyin edilib. Namizədin seçkilərdə fəaliyyətinin əsas istiqamətləri, vətəndaş imzalarının toplanması üçün təşkilati tədbirlər, gələcəkdə rəsmən qeydə alınacağı təqdirdə platforma və proqramların hazırlanmasına dair qərarlar qəbul olunub. |
2023-12-18 | 814,624 | Əli İnsanov da İlham Əliyevi dəstəklədiyini açıqladı | İlham Əliyevin növbədənkənar Prezident seçkilərində namizədliyi barədə YAP-ın qəbul etdiyi qərarı dəstəkləməliyik. Axar.az xəbər verir ki, bu sözləri Haqq Ədalət Partiyasının sədri Əli İnsanov bu gün keçirilən iclas zamanı deyib. “Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi 20 ildə həyata keçirdiyi işlər və böyük nailiyyətlər bizə tam əsas verir ki, deyilən qərarı dəstəkləyək və müvafiq qərar qəbul edək”, - o bildirib. İclasın sonunda Haqq Ədalət Partiyası adından 2024-cü il fevralın 7-də keçiriləcək Prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə yekdilliklə qərar və bəyanat qəbul edilib. Qeyd edək ki, Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə də Prezident İlham Əliyevin namizədliyini dəstəklədiyini açıqlayıb. |
2023-12-18 | 814,626 | AB Macarıstanı səsvermə hüququndan məhrum edəcək | Avropa Birliyinə üzv dövlətlər Ukraynaya maliyyə vəsaitinin ayrılması ilə bağlı saziş bağlamaq üçün Macarıstanı səsvermə hüququndan məhrum etməyi düşünür. Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb. “AB 2007-ci ildə Birlik haqqında müqavilənin 7-ci maddəsinə müraciət edə bilər. Bu da ölkəyə Avropa hüququnu pozduğuna görə səsvermədən məhrum edilməsinə imkan verir. Bu proses istənilən digər AB üzvü tərəfindən əngəllənə bilər, lakin Polşada keçirilən son seçkidən sonra AB-də Macarıstanın zəmanətli müdafiəçisi qalmayıb”, - məlumatda deyilir. |
2023-12-18 | 814,629 | Yumurta ixracı başladı: ölkəmizdə bahalaşacaq? | Xəbər verdiyimiz kimi, Azərbaycandan Rusiya Federasiyasına quşçuluq təsərrüfatları məhsullarının, əsasən də yumurtanın ixrac olunması ilə əlaqədar razılıq əldə olunub. Artıq bu razılıq əsasında ötən gün 720 min ədəd yumurta Rusiyaya göndərilib. Rusiyaya yumurta ixrac edilməsi Azərbaycanda bu məhsulun qiymətinin artmasına səbəb ola bilərmi? İqtisadçı ekspert Rəcəb Orucov Axar.az-a bildirib ki, Rusiyaya yumurta ixrac edilməsi daxili istehlak bazarında ciddi qiymət artımına səbəb olmayacaq. “İstehsal olunan məhsulların ixracının artması ölkədə prioritet istiqamətlərdən sayılır. Azərbaycanda yumurta istehsalını artırmaq üçün kifayət qədər potensial var. Ona görə də deyə bilərik ki, bu ixrac daxili istehlak bazarında ciddi qiymət artımına səbəb olmayacaq”, - o vurğulayıb. Ekspertin sözlərinə görə, daxili istehlak bazarında yarana biləcək problemlər yerli istehsalın artırılması hesabına kompensasiya oluna bilər. Kənd Təsərrüfatı Nazirliyindən də bildirilib ki, Rusiyaya ixracın ölkəmizdə yumurtanın qiymətinə hər hansı təsir edəcəyi gözlənilmir: “Çünki Azərbaycanda yumurta istehsalı artıb. 2023-cü ilin 10 ayının yekunlarına görə, yumurta istehsalı 2,3% artaraq 31,74 milyard ədəd təşkil edib. 2024-cü ildə isə bu rəqəmin daha da artacağı proqnozlaşdırılır”. Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiyası İctimai Birliyinin sədri Mürvət Həsənli deyib ki, bu ilin sonuna qədər Rusiyaya 3 milyon 600 min ədəd yumurta ixrac ediləcək. |
2023-12-18 | 814,633 | AYİB ölkəmizdə ÜDM-in artım səviyyəsini açıqladı | Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2023-cü ilin sonunda Azərbaycanın iqtisadi artımını 1,5%, orta illik inflyasiyanı 10,3% proqnozlaşdırır. Axar.az xəbər verir ki, bununla bağlı “İnterfaks Azərbaycan” məlumat yayıb. AYİB-in proqnozuna görə, neft hasilatının azalmasına və qaz hasilatının artmasına baxmayaraq, bu sahədə əldə olunan gəlirlər öz yüksək səviyyəsini qoruyacaq. Proqnozda cari il üçün ÜDM-in artımı 1.5%, 2024-cü il üçün isə 2,5%-dək nəzərdə tutulub. Məlumatda eyni zamanda növbəti ildə qeyri-neft sektoruna investisiya qoyulmasının prioritet olacağı vurğulanıb. |
2023-12-18 | 814,635 | Putinin Paşinyandan qisas planı... - Akopcanyan | Kim zəmanət verə bilər ki, Rusiya xüsusi xidmət orqanları Ermənistan rəhbərliyi üçün də Ukrayna hərbi rəhbərliyinə hazırladığı “sürprizlər" üzərində düşünmür? Ötən gün Ukrayna ordusunun baş komandanı Valeri Zalujnının ofisində dinləmə cihazı tapılıb. Bu hadisə yalnız Ukraynaya təsir etməyəcək. Tamamilə aydındır ki, bu, Rusiya kəşfiyyat xidmətlərinin Ukraynada nə qədər dərinə əl uzada biləcəyinə bir nümunədir. Təbii ki, Rusiya təbliğatı onların xüsusi xidmət orqanlarının Zalujnının ofisində dinləmə cihazı quraşdırmasını inkar edəcək. Rusiya Zalujnı və Zelenski arasında “münaqişə” versiyası üzərində özlərini günahsız elan edəcək. Bu isə onların açıq-aşkar uğursuzluğu olacaq. Axı, bu yaxınlarda Ukraynanın müdafiə naziri Rüstəm Umerov bu məsələyə son qoydu. Axar.az xəbər verir ki, bunu erməni analitik Razmik Akopcanyan deyib. “Bir sözlə, “Zalujnı işində” açıq-aşkar rus əli var. Və bu “rus əli” hətta Rusiyaya dost olan ölkələrin də bir çox liderini düşündürəcək. Hətta Belarus Prezidenti Aleksandr Lukaşenko belə əmin ola bilməz ki, Rusiya xüsusi xidmət orqanları ona qulaq asmır, onun ləğvi üçün hazır plana sahib deyil. Ermənistan rəhbərliyində isə hər şey daha qorxuludur. Kreml İrəvanda hakimiyyəti dəyişmək planlarını qətiyyən gizlətmir. Artıq onlar Nikol Paşinyanın “xalq arasında populyar olmaması”, “reytinqinin düşdüyü” barədə saxta xəbərlər yaymağa başlayıblar. Rusiya informasiya məkanında ölkəmizlə bağlı mif və əfsanələr var gücü ilə şişirdilir. Bütün bunlar rusların İrəvan rəhbərliyinə qarşı cinayət törətməsi üçün lazımi zəmin yaradır. Bu, Vladimir Putinin şəxsi qisası olacaq. Rusiya terror aktını necə və nə vaxt həyata keçirməyə çalışacaq, kimdən başlayacaq, dərhal Paşinyan, yoxsa onun həmfikirlərindən biri hədəf alınacaq, dəqiq bilmirəm. Ancaq onların belə bir planının mövcudluğu və bunun sadəcə gözləmə rejimində olması açıq-aşkar görünür”, - o bildirib. |
2023-12-18 | 814,637 | BAXCP adını dəyişdirir: bundan sonra ƏHD adlanacaq | Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası adını Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası olaraq dəyişəcək. Axar.az xəbər verir ki, bu barədə BAXCP İdarə Heyətinin bu gün keçirilən iclasında qərar qəbul olunub. Partiyanın Ali Məclisinin məqsədəuyğun hesab edəcəyi və qurultayın qərar verəcəyi təqdirdə BAXCP Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası adlandırılacaq. |
2023-12-18 | 814,642 | Bakıya bu tarixdən elektrobuslar gəlir | Gələn il Bakıda avtobusların elektrobuslarla əvəz olunması layihəsi planlaşdırılıb. Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Azərbaycanda mobilliyin transformasiyası proqramı"nın təqdimatında deyib. "Bildiyiniz kimi, gələn il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP-29) ev sahibliyi edəcək. Gələn ildən Bakı küçələrində daha çox yeni elektrobuslar görəcəyik", - deyə o qeyd edib. |
2023-12-18 | 814,645 | “Yırtıcı sərçə” bəyanat yaydı: Xameneiyə cavabdır! | İranda yanacaqdoldurma məntəqələrinə haker hücumu edən qrup bəyanat yayıb. Axar.az xəbər verir ki, bu barədə “Yırtıcı sərçə” haker qrupu özünün Teleqram kanalında paylaşım edib. “Xamenei! Daha əvvəl də xəbərdarlıq edərək bölgədəki şeytani təxribatlarınıza qarşı reaksiya verəcəyimizi demişdik”, - haker qrupu yazıb. “Tasnim” xəbər agentliyi isə kiberhücum ilə bağlı dövlət məsullarının fövqəladə toplantı keçirdiyini bildirib. |
2023-12-18 | 814,649 | Xocavənddə məktəbdə partlayıcı tələ aşkarlandı - Foto | Xocavənd rayonu Yemişcan kəndi ərazisində yerləşən məktəbdə partlayıcı tələ qurğusu aşkarlanıb. Axar.az xəbər verir ki, bu barədə Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, ANAMA əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı məktəbin sinif otaqlarının birində yazı masasına yapışqan lent vasitəsilə quraşdırılmış F-1 əl qumbarası aşkarlanıb. Döyüş vəziyyətinə gətirilərək kəndir vasitəsilə stula və qapının tutacağına bərkidilib. Belə ki, qapını açdıqda və ya bağladıqda kəndirin dartılması nəticəsində tələ qurğu işə düşə bilər. Bununla yanaşı, daha böyük partlayışın törədilməsi üçün 1 ədəd F-1 əl qumbarası yazı masasının altına da yerləşdirilib. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatları zamanı dəfələrlə tələ minaları, improvizə edilmiş partlayıcı qurğulara rast gəlinib. Ərazini tərk edən ermənilər dinc əhaliyə zərər yetirmək məqsədilə təhsil ocağında da bu növ qurğular yerləşdirib. Aşkar edilən tələ qurğu ANAMA əməkdaşları tərəfindən zərərsizləşdirilərək, ərazinin təhlükəsizliyi təmin edilib. ANAMA bir daha vətəndaşlara çağırış edərək bildirir ki, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə, obyektlərə daxil olmasınlar, tanımadıqları əşyalara toxunmasınlar. |
2023-12-18 | 814,650 | Geomaqnit qasırğası gözlənilir | Bu gün G1(zəif) səviyyəli geomaqnit qasırğası gözlənilir. Axar.az xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Bildirilib ki, 18-19 dekabrda TKA təsirinin davam edəcəyi, 22 dekabrda geomaqnit sahəsinin yenidən aktiv səviyyələrə qalxması, əlavə olaraq Tac Dəliyindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin də təsiri gözlənilir. |
2023-12-18 | 814,652 | Lənkəranda 3 yaşlı uşaq qızılcadan öldü | Lənkəranda qızılca xəstəliyindən ilk ölüm halı qeydə alınıb. Axar.az Report-a istinadən xəbər verir ki, rayonun Şirinsu qəsəbə sakini - 2020-ci il təvəllüdlü Uğur Elvin oğlu Abızadədə bir həftə əvvəl yüksək hərarət müşahidə olunub. O, ev şəraitində müalicə alıb. Lakin ötən gündən uşaqda yenidən hərarət yaranıb. Təcili tibbi yardım xidmətinə müraciət olunub. İlk tibbi yardımdan sonra uşağın xəstəxanada müəlicə olunmasının zəruriliyi valideynlərin diqqətinə çatdırılıb. Ailə üzvləri razılaşmayıb. Bir müddət sonra yenidən halı pisləşən azyaşlı yaxınları tərəfindən xəstəxanaya gətirilib. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Ailənin digər 4 yaşlı övladı Yunus Elvin oğlu Abızadə də hərarət müşahidə olunduğundan Bakıya xəstəxanaların birinə göndərilib. |
2023-12-18 | 814,653 | Olaf Şolts da koronaya yoluxdu | Almaniya kansleri Olaf Şolts koronavirusa yoluxub. Axar.az xəbər verir ki, bu barədə Şolts özü X səhifəsində yazıb. Onun sözlərinə görə, koronavirus testindən keçib və nəticə müsbət olub. Almaniya hökumətinin rəsmisi Şteffen Hebeştrayt bildirib ki, xəstəlik səbəbindən Şoltsun sabah Slovakiya Baş naziri Robert Fitso ilə nəzərdə tutulan görüşü təxirə salınıb. Qeyd edək ki, ötən gün Estoniya Baş naziri Kaya Kallas koronavirusa yoluxduğunu açıqlamışdı. |
2023-12-18 | 814,654 | Aynur Səfərli elə bilir ki, mən ölmüşəm, “oğurlamaq” olar… | İranda Mənuçehri adlı bir alim var idi. Bir neçə il əvvəl dünyasını dəyişib. O, ciddi elmi kəşfləri olan Qərb alimlərinin əsərlərini fars dilinə tərcümə etmək bəhanəsi ilə onların adından uydurma kitablar düzəldir və bu kitablarda onların adından yazırdı ki, guya bu kəşflər Quranın hansısa ayələrinə əsaslanır və ya bu kəşfi ilk dəfə İmam Cəfər Sadiq deyib, mən isə onu laboratoriya şəraitində təsdiqləmişəm. Belə şeylərə xalqda maraq böyük olduğuna görə Mənuçehrinin kitabları da yaxşı satılırdı. Kult.az xəbər verir ki, bu sözləri tanınmış alim, filologiya elmləri doktoru Kamil Allahyarov (Hüseynoğlu) qeyd edib. O bildirib ki, İranda olan ciddi alimlər Elm və Təhsil Nazirliyinə şikayət edirlər ki, Mənuçehri belə kələkbazlıqlarla məşğul olur: “Mənuçehrinin kitabları rejimin ideologiyasına uyğun olduğuna görə nazirlik də heç bir tədbir görmür. Onda bu iranlı alimlər Almaniyada olanda İranda fars dilində çap olunmuş həmin kitablardan birini alman alimlərindən birinə verirlər ki, sizi təbrik edirik, İranda kitabınız nəşr olunub. Professor soruşur ki, bu kitabın adı nədir? İranlılar kitabın adını deyəndə ptafessor çox təəccüblənir və deyir ki, mənim o yazım kitab deyil, kiçik bir məqalədir. Məsələdən agah olandan sonra professor deyir ki, bu adamla tanış olmaq mənim üçün çox maraqlıdır. Ona görə də bütün xərcləri mənim üzərimdə olmaqla, mən onu Almaniyaya dəvət edirəm. İran alimləri dəvətnaməni gətirib Mənuçehriyə verəndə isə o, təəcüblə soruşur: “Məgər o hələ ölməyib, sağdır?” Ona cavab verirlər ki, bəli, sağdır, gördüyünüz kimi, sizə də dəvətnamə göndərib. Mənuçehri bir az düşünəndən sonra deyir ki, onda gedin ona deyin ki, Mənuçehri ölübdür. İndi ağlımdan da belə bir fikir keçdi ki, yəqin mənim məqaləmi internetdə öz adına yayımlayan Aynur xanım da elə düşünüb ki, mən artıq cənnətdə kef edirəm”. Qeyd edək ki, Kamil Hüseynoğlu “Alp Ər Tonqa və Əfrasiyab eyni şəxslər deyillər” adlı araşdırmasının Aynur Səfərli adlı alim tərəfindən oğurlanaraq, “Real tarixi şəxsiyyət Alp Ər Tonqa əfsanəvi Turan şahı Əfrasiyabdırmı?” adı ilə yayımlandığından şikayətçidir. |
2023-12-18 | 814,657 | Azərbaycanda yumurta bahalaşdı | Bu gün Azərbaycanda yumurtanın qiymətində artım müşahidə olunub. Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri paylaşım edib. Məlumata görə, 16 qəpik olan yumurta bəzi marketlərdə 20 qəpiyə qalxıb, bir sıra yerlərdə isə ümumiyyətlə yumurta olmayıb. Qeyd edək ki, ötən gündən Azərbaycan Rusiyaya yumurta ixracına başlayıb. Razılığa əsasən, ilin sonuna qədər (14 gün ərzində) Rusiyaya 3 milyon 600 min yumurta göndəriləcək. |
2023-12-18 | 814,658 | Bu agentlik aylığı 3 300 manata pikap kirayələyir | Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi 20 ədəd pikap tipli avtomobil icarəyə götürür. Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, Bakı, Sumqayıt və Abşeron yarımadası üzrə sayğacsız abonentlərə suölçən cihazların quraşdırılması işlərinin operativ və keyfiyyətli aparılması üçün Nəzarət Ölçü Cihazları İdarəsinə tələb olunan avtomobillər Universal Motors MMC-dən icarəyə götürüləcək. İcarə müddəti 6 aydır. Agentlik pikapın 6 aylıq icarəsi üçün şirkətə 396 480 AZN ödəyəcək. Bu halda bir avtomobilin aylıq icarə haqqı 3 304 AZN edir. Universal Motors MMC 30 avqust 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Nizami küçəsi, ev 77, mənzil 80-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Ramil Şahmurad oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir. |
2023-12-18 | 814,659 | ÇL: 1/8 final mərhələsinin püşkü atıldı | Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Axar.az püşk atmanın nəticəsini təqdim edir: Portu (Portuqaliya) - Arsenal (İngiltərə) Napoli ( İtaliya) - Barselona (İspaniya) PSJ (Fransa) - Real Sosiedad (İspaniya) İnter ( İtaliya) - Atletiko Madrid (İspaniya) PSV (Niderland) - Borussiya Dortmund ( Almaniya) Latsio (İtaliya) - Bavariya ( Almaniya) Kopenhagen ( Danimarka ) - Mancester Siti (İngiltərə) Leypsiq ( Almaniya ) - Real Madrid (İspaniya) |
2023-12-18 | 814,660 | FHN-in agentliyində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir... | Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Heydər Əliyevin dövlət quruculuğunda rolu” mövzusunda tədbir keçirilib. Axar.az xəbər verir ki, tədbirdə FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəhbərliyi və əməkdaşları iştirak edib. Tədbirdə çıxış edənlər müasir müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmlənməsində xalqımızın Ulu Öndəri Heydər Əliyevin misilsiz xidmətlərindən danışıblar. Qeyd edilib ki, zəngin siyasi təcrübəsi, müdrik üzaqgörənliyi, möhkəm iradəsi, xalqına, Vətəninə hədsiz sevgisi sayəsində ölkəmizi ötən əsrin 90-cı illərində xaos və anarxiyadan davamlı inkişaf yoluna çıxaran Ümummilli Lider bugünkü güclü Azərbaycanın möhkəm özüllərini yaratmış oldu. Çıxış edənlər mütərəqqi Heydər Əliyev siyasi kursunun mahir davamçısı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 20 illik fəaliyyəti dövründən danışıb, ölkəmizin sürətlə inkişaf etdiyini, dünya birliyində öz layiqli yerini tutduğunu, iqtisadi və hərbi gücü ilə öz problemlərini həll etməyə qadir bir dövlətə çevrildiyini iftixar hissilə dilə gətiriblər. Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub. |
2023-12-18 | 814,661 | Prezident 2 fərman imzaladı | 15:36 Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə fərman imzalayıb. Axar.az fərmanın mətnini təqdim edir: 1. 2023-cü il noyabrın 20-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu” təsdiq edilsin. 2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İraq Respublikası Hökumətinə bildiriş göndərsin. *** Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə fərman imzalayıb. Fərmanda deyilir: 1. 2023-cü il noyabrın 20-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilsin. 2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İraq Respublikası Hökumətinə bildiriş göndərsin. |
2023-12-18 | 814,663 | De Brüynenin evi qarət olundu | “Mançester Siti” klubunun belçikalı ulduz futbolçusu Kevin De Brüynenin belçikadakı evi qarət olunub. Axar.az xəbər verir ki, bu barədə HLN nəşri məlumat yayıb. Məlumata görə, hadisə şənbə günü baş verib. Naməlum şəxslər futbolçunun Hyosden-Zoldere şəhərindəki evinə soxulublar. Evdən nələrin oğurlandığı barədə məlumat verilməyib. Futbolçu və ailəsinin oğurluq baş verən zaman evdə olmadığı bildirilib. |
2023-12-18 | 814,665 | Kapital Bankda dollar depoziti sərfəlidir | Keyfiyyətli və təhlükəsiz xidməti ilə 6 000 000-a yaxın müştərinin seçimi olan ölkənin birinci bankı Kapital Bank-ın depozit məhsulu üzrə şərtləri çox sərfəlidir. Belə ki, əmanət müddəti 12 aydan 36 ayadək olmaqla bankın USD valyutası üzrə depozit faizi 3.5%-dir. Depozit üçün minimum $500 olmaqla istənilən qədər məbləği banka əmanət etmək mümkündür. Kapital əmanəti ilə yüksək faiz əldə etməklə yanaşı əmanət məbləğini minimum $100 məbləğində artırmaq olar. Faizlər aylıq və ya müddətin sonunda təqdim edilir. Sığortalanan məbləğin həcmi isə 100 000 manat ekvivalentindədir. Bundan başqa əmanət yerləşdirən müştərilərə depozitin 80%-i həcmində nağd və ya kartla kredit xətti təklif edilir. Nağd pulunu sərfəli və güvənilir sərmayəyə çevirmək istəyən müştərilər onlara yaradılan imkanlardan istifadə etmək üçün ən yaxın Kapital Bank filialına yaxınlaşa bilərlər. Depozit kalkulyatoru ilə faiz miqdarını asanlıqla hesablamaq mümkünür: https://kbl.az/kddpr 140 ildən çox tarixə mailik olan Kapital Bank depozitlərin sərfəli və etibarlı ünvanıdır. Müştərilər ürək rahatlığı ilə əmanətlərini banka etibar edə və vəsaitlərinin dövlət səviyyəsində müəyyən edilən bütün təhlükəsizlik standartlarına uyğun şəkildə qorunduğundan əmin ola bilərlər. Şəffaf maliyyə göstəriciləri, ekosistemdəki davamlı yeri və nüfuzu, qabaqcıl dünya trendlərinə əsaslanan strateji hədəfləri və müştərilərlə qurulan səmimi bağ Kapital Bankı milyonlarla müştərinin güvəndiyi etibarlı tərəfdaşa çevirib. Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün https://kbl.az/prcrc. |
2023-12-18 | 814,667 | İlin sonuna qədər MDB liderləri ilə görüşəcəyəm | Ümid edirəm ki, dekabrın sonunda Sankt-Peterburqda keçiriləcək ənənəvi qeyri-rəsmi görüşdə MDB dövlət başçıları ilə görüşəcəyəm. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin MDB Hökumət Başçıları Şurasının iclasının iştirakçılarına müraciətində deyib. “Çox yaxında, dekabrın sonunda Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi tədbirində görüşməyi ümid etdiyim dövlət başçılarını ən səmimi salamlarımı çatdırmaq istərdim”, - Putin bildirib. |
2023-12-18 | 814,671 | Bakı və İrəvan Rusiyaya sanksiyaya qoşuldu | AB-yə daxil olmayan 11 dövlət, o cümlədən Ermənistan və Azərbaycan AB Şurasının Avropa Maqnitski Siyahısını – Brüsselin insan hüquqlarının ciddi şəkildə pozulması ittihamı ilə tətbiq etdiyi məhdudiyyətləri daha bir il uzatmaq qərarına qoşulub. Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin (AB) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell deyib. “Dekabrın 4-də AB Şurası mövcud qadağanedici tədbirləri növbəti 12 ay üçün, yəni 2024-cü il dekabrın 8-dək uzadıb və məhdudiyyətlərə məruz qalan şəxslərin və təşkilatların siyahısını dəqiqləşdirib. Namizəd ölkələr Şimali Makedoniya, Monteneqro, Albaniya, Ukrayna, Moldova və Bosniya və Herseqovina, eləcə də Avropa Azad Ticarət Zonasının üzvləri İslandiya, Lixtenşteyn və Norveç, həmçinin Ermənistan və Azərbaycan AB Şurasının bu qərarına sadiq qalıblar”, - Borrell bildirib. |
2023-12-18 | 814,675 | Abdullahian Küveytin yeni əmiri ilə görüşdü | İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Küveyt əmiri şeyx Meşal əl-Əhməd əl-Cabər əs-Sabahla görüşüb. Axar.az xəbər verir ki, bu barədə “Pars Today” məlumat yayıb. İran və Küveyt arasında münasibətlərin müsbət olduğunu deyən Abdullahian yeni əmirin dövründə bu əlaqələrin daha da genişlənəcəyinə ümid etdiyini bildirib. Qeyd edək ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Küveytdə səfərdədir. |
2023-12-18 | 814,680 | Vardanyanın Qarabağda xərclədiyi vəsait... - Şok | 16:26 “Forbes” jurnalı Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən rusiyalı milyarder Ruben Vardanyanın iştirakı ilə İrəvanda və Qarabağda görülən xeyriyyə işlərinin siyahısını yayıb. Axar.az xəbər verir ki, ilk növbədə 2022-ci ildə onun təşəbbüsü ilə Qarabağda yaradılan “Biz və bizim dağlar” “ərazi inkişafı agentliyi”ndən bəhs olunur. “Agentlik” vasitəsilə Rubenin ailəsinin vəsaiti və donorların ianələri hesabına (təxminən 450 min dollar) 187 tondan çox ərzaq alınaraq Qarabağ sakinlərinə paylanıb. 187 min dollara isə su təchizatı və istilik sistemləri alınıb. Kənd sakinləri üçün mobil ilkin tibbi yardım qruplarının yaradılmasına, o cümlədən elektrik nəqliyyat vasitələrinin alınmasına təxminən 110 min dollar xərclənib. 172 min dollar isə 10 yaşından kiçik 12 min uşaq üçün Yeni il hədiyyələrinin alınmasına yönəldilib. Rubenin təsis etdiyi İDeA fondunun məlumata görə, onun ailəsi və tərəfdaşları 2001-ci ildən 2023-cü ilə qədər Ermənistana, Qarabağa və s. 700 milyon dollardan çox sərmayə qoyublar”, - məlumatda deyilir. Qeyd olunur ki, İrəvanın iqtisadi inkişafına investisiyalardan əlavə, təhsilə (202 milyon dollar), humanitar təşəbbüslərə (68 milyon dollar), mədəniyyət və tarixi-mədəni irsin qorunması sahəsində layihələrə (20 milyon dollar), turizm, şəhərsalma və infrastruktur sahəsində layihələr vasitəsilə regional inkişafa (108 milyon dollar), elm sahəsində layihələr və texnologiya, səhiyyə, eləcə də aqroekologiyaya (13 milyon dollar) yatırım edilib: “Vardanyan Qarabağda müxtəlif layihələrə 8 milyon dollar sərmayə qoyub. O, Qarabağa köçməzdən xeyli əvvəl yatırım etməyə başlayıb. 2008-ci ildə “böyük artsax toyu” layihəsi həyata keçirilib və eyni vaxtda 700-ə yaxın cütlük evləndirilib. Vardanyanın iştirakı ilə 2017-ci ildə Müşkapat kəndindəki Müqəddəs Məryəm kilsəsi, 2019-cu ildə isə Şuşa şəhərindəki Gövhər Ağa Məscidinin bərpası başa çatdırılıb. Beynəlxalq “UWC Dilijan” Məktəbinə ümumi 190 milyon dollar (bunun 180 milyon dollarını Vardanyanın ailəsi, 10 milyon dollarını 350-yə yaxın şəxs və təşkilat yatırıb) xərclənib. Sözügedən beynəlxalq internat məktəbi 2014-cü ildə yaradılıb. “Tatevin intibahına” isə ümumi olaraq 34 milyon dollar xərclənib. Layihəyə xeyriyyə investisiyalarının məbləği, Vardanyanın ailəsinin vəsaitləri və 11 ölkədən 160-dan çox donor cəlb olunub. “Avrora” mükafatına ümumi xərclərin məbləği 68 milyon dollara (xeyriyyəçilərin vəsaiti, o cümlədən Vardanyanın ailəsinin pulu) çatıb. Humanitar təşəbbüsə 2015-ci ildə başlanılıb. “Matena” Beynəlxalq Liderlik və Peşəkar İnkişaf Məktəbinə isə ümumi olaraq 350 min dollar xərclənib. Layihənin təsisçilərinin adı açıqlanmır, Vardanyanın ailəsi məbləğin yalnız bir hissəsini verib. Məktəb 2021-ci ildə təsis edilib, baş ofisi İrəvanda yerləşir”. |
2023-12-18 | 814,682 | İlham Əliyev Vuçiçi təbrik etdi | Prezident İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçə təbrik məktubu ünvanlayıb. Axar.az məktubun mətnini təqdim edir: "Hörmətli cənab Prezident, Serbiya Respublikasında növbədənkənar parlament seçkilərinin uğurla keçirilməsi və lideri olduğunuz “Aleksandar Vuçiç – Serbiya dayanmamalıdır” koalisiyasının inamlı qələbəsi münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Səsvermənin nəticələri Serbiyanın inkişafı və rifahı yolunda həyata keçirdiyiniz siyasətə xalqınızın verdiyi yüksək qiymət və dəstəyi, Sizə olan böyük inam və etimadı bariz şəkildə əks etdirir. Dost ölkə və etibarlı tərəfdaşımız olan Serbiya ilə əlaqələrimiz bizim üçün xüsusi əhəmiyyət daşıyır. Qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin hazırkı səviyyəsi və müxtəlif sahələrdə gündən-günə genişlənən səmərəli əməkdaşlığımız bizi olduqca sevindirir. Aramızdakı fəal siyasi dialoq birgə fəaliyyətimizin inkişafında mühüm rol oynayır. Azərbaycan ilə Serbiya arasında ənənəvi dostluq əlaqələrinin qorunub saxlanmasında və bugünkü səviyyəyə yüksəlməsində Sizin böyük əməyiniz və xidmətləriniz vardır. Bu yaxınlarda gözəl ölkənizə səfərimi ən xoş təəssüratlarla xatırlayır, Sizinlə səmimiyyət şəraitində keçən görüşümüzü yüksək qiymətləndirirəm. Əminəm ki, Azərbaycan-Serbiya müstəsna münasibətlərinin və strateji tərəfdaşlığının xalqlarımızın iradəsinə uyğun olaraq daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Serbiya xalqının rifahı naminə məsul fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm". |
2023-12-18 | 814,684 | Avropa Liqası: “Qarabağ”ın rəqibi bəlli oldu | “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib. Axar.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan çempionu Portuqaliya klubu “Braqa”ya rəqib olub. UEFA Çempionlar Liqasında yer aldığı qrupda üçüncü yeri tutan portuqallarla ilk görüş 2024-cü il fevralın 15-də səfərdə gerçəkləşəcək. Ağdam təmsilçisi fevralın 22-də Bakıda cavab qarşılaşmasına çıxacaq. Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında yer aldığı H qrupunu 10 xalla ikinci pillədə başa vurub. |
2023-12-18 | 814,686 | Cəlilabadda məktəbdə qanunsuzluq: cinayət işi açıldı | Cəlilabad rayon Xəlilli kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Cəlilabad rayon prokurorluğundan Axar.az-a bildirilib ki, araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində 2019-2023-cü illər ərzində tədris olunmayan dərs saatlarına görə əmək haqqı ödənilməsi və digər qanunsuz yollarla xeyli miqdarda dövlət vəsaitinin mənimsənilməsi və ya israf edilməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Cəlilabad rayon prokrurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələrilə cinayət işi başlanaraq istintaq aparılır. |
2023-12-18 | 814,689 | Avropa Liqası: Pley-off mərhələsinin püşkü atıldı | UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb. Axar.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə növbəti raundda üz-üzə gələcək cütlər müəyyənləşib. “Feyenoord” (Niderland) - "Roma" (İtaliya) “Milan” (İtaliya) - "Renn" (Fransa) “Lans” (Fransa) - "Frayburq" (Almaniya) “Yanq Boyz” (İsveçrə) - "Sportinq" (Portuqaliya) “Benfika” (Portuqaliya) - “Tuluza” (Fransa) “Braqa” (Portuqaliya) - "Qarabağ" (Azərbaycan) “Qalatasaray” (Türkiyə) - "Sparta" (Praqa, Çexiya) “Şaxtyor” (Ukrayna) - "Marsel" (Fransa) Qeyd edək ki, bu mərhələnin oyunları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək. |
2023-12-18 | 814,692 | Rusiya “Avroviziya”ya alternativ yaradır | Gələn il Rusiyada ilk “İnterviziya”un keçirilməsi planlaşdırılır, tərəfdaşlarla birlikdə qaydalar müəyyən ediləcək. Kult.az xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin deyib. “Müsabiqə mənəvi dəyərlərimizi bölüşən, qarşılıqlı hörmət və bərabərhüquqlu dialoqa hazır olan bütün dövlətlərin iştirakı üçün açıq ola bilər. İlk belə tədbirin gələn il Rusiyada keçirilməsi planlaşdırılır. Tərəfdaş ölkələrlə birlikdə yaradıcılıq müsabiqəsinin qaydaları müəyyən ediləcək. Biz daimi təşkilat komitəsi yaradacağıq və milli münsiflər heyətinin nümayəndələrini seçəcəyik”, - o bildirib. Qeyd edək ki, “İnterviziya” “Avroviziya”ya alternativ kimi təqdim edilir. |
2023-12-18 | 814,695 | Azərbaycana qızılca ilə bağlı vaksinlər gətirilir | Azərbaycana qızılca ilə bağlı ilin sonunadək orta və yaşlı şəxslər üçün vaksinlər gətiriləcək. Axar.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, vaksinlərin gətirilməsini Səhiyyə Nazirliyi təşkil edəcək. |
2023-12-18 | 814,697 | “Braqa”dan “Qarabağ”la bağlı paylaşım: Yolumuz Bakıyadır | Portuqaliya təmsilçisi “Braqa” UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Qarabağ”la bağlı paylaşım edib. Axar.az xəbər verir ki, klub bu barədə rəsmi X hesabında bildirib. “Yolumuz Bakıya doğrudur, pley-offdakı rəqibimiz “Qarabağ”dır”, - paylaşımda bildirilib. Qeyd edək ki, “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi Portuqaliya təmsilçisi “Braqa” olub. Portuqallarla ilk görüş 2024-cü il fevralın 15-də səfərdə gerçəkləşəcək. Ağdam təmsilçisi fevralın 22-də Bakıda cavab qarşılaşmasına çıxacaq. |
2023-12-18 | 814,704 | Asya Aslanova narkozdan zəhərlənib? – Həkim | Asya Aslanovanın orqanizminə narkozdan infeksiya düşməsi ilə bağlı səsləndirilən iddia yanlışdır. Narkoz (ümumi anesteziya) ya tənəffüs, ya da damardaxili dərman vasitəsinin verilməsi yolu ilə aparılır. Sözügedən əməliyyat zamanı hansı növ narkozdan istifadə edildiyini bilmirik. Amma hər iki vəziyyətdə dişdə olan infeksiyanın orqanizmə yayılması fiziki olaraq mümkün deyil. Bu sözləri Axar.az-a açıqlamasında stomatoloq Fərid Zeynalov bloger Asya Aslanovanın ağıl dişini çəkdirəndən sonra vəziyyətinin pisləşməsini şərh edərkən deyib. Həkim bildirib ki, infeksiya bir neçə dəqiqə ərzində yayıla və özünü büruzə verə bilməz: “Heç bir infeksiya pasiyenti bir neçə dəqiqə ərzində reanimasiyaya yerləşdiriləcək vəziyyətə gətirə bilməz. Diş çəkilməsi əsnasında pasiyentin halının pisləşməsi üçün bir neçə səbəb vardır. Bunlardan ən çox qarşılaşılan hal həddindən çox qanamanın olması, qan təzyiqinin düşməsi və müvəqqəti şüur itirilməsidir”. F.Zeynalovun sözlərinə görə, ümumi narkoz fəsadları daha təhlükəlidir və nadir hallarda xoşagəlməz nəticələr doğurur: “İstifadə olunan anestetik və ya sedativ dərman vasitələrinə qarşı anafilaktik allergiya reaksiyası ola bilər. Bu hal nə diş çəkilməsi və narkoz fəsadları, nə səhv tibbi yanaşma, nə də hər hansı bir başqa qüsurdur. Anafilaktik şok həyat üçün təhlükə yaradan kəskin böhranlı allergik reaksiyadır. Bu vəziyyət sürətlə inkişaf edərək ağır fəsadlar törədir, həyati təhlükə yaradır. Belə bir reaksiyanı qabaqcadan proqnozlaşdırmaq mümkün deyil. Çox nadir olsa da, belə hallar müşahidə olunur. Bu halda həkim buna qarşı cəld və düzgün xilasedici manipulyasiyalar etməli, xüsusi preparatlardan istifadə edərək pasiyenti böhranlı vəziyyətdən çıxarmalıdır”. |
2023-12-18 | 814,706 | Türkiyədən hərbçilərimizlə bağlı - Günün fotosu | Türkiyə Milli Müdafiə Nazirliyi (MN) Azərbaycanla hərbi təlimlərdən olan görüntünü günün fotosu kimi paylaşıb. Axar.az xəbər verir ki, bu barədə nazirliyin X hesabında paylaşım edilib. “Beşikdən məzara qədər Türkiyə-Azərbaycan”, - paylaşımda bildirilib. |
2023-12-18 | 814,708 | Netanyahu Ostinlə görüşdü | İsrailin Baş naziri Benyamin Netaniyahu Təl-Əvivdə ABŞ-nin müdafiə naziri Lloyd Ostinlə görüşüb. Axar.az xəbər verir ki, məlumatı İsrail mediası yayıb. Görüş ABŞ-ın Kiriya hərbi bazasında reallaşıb. Tərəflər Qəzza zolağında hərbi əməliyyatların gedişini müzakirə edib. |
2023-12-18 | 814,709 | Konfrans Liqası: Pley-off mərhələsinin püşkü atıldı | UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb. Axar.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə növbəti raundda üz-üzə gələcək cütlər müəyyənləşib. Qrup mərhələsində 2-ci yeri tutan komandalar UEFA Avropa Liqasında qrup üçüncülərinə rəqib olublar. Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" klubu İspaniya təmsilçisi "Betis"lə görüşəcək. “Şturm” (Avstriya) - “Slovan” (Slovakiya) “Servett” (İsveçrə) - “Ludoqorets” (Bolqarıstan) “Union” (Belçika) - “Ayntraxt” (Almaniya) “Betis” (İspaniya) - Dinamo” (Xorvatiya) “Olimpiakos” (Yunanıstan) - “Ferentsvaroş” (Macarıstan) “Ayaks” (Niderland) - “Budyo-Qlimt” (Norveç) “Molde” (Norveç) - “Legiya” (Polşa) “Makkabi” (Hayfa, İsrail) - Gent (Belçika) Qeyd edək ki, pley-off mərhələsinin oyunları 2024-cü il fevralın 15-i və 22-də keçiriləcək. |
2023-12-18 | 814,711 | 663-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 663-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 553 təyyarəsi, 259 helikopteri, 9861 PUA-sı, 442 zenit-raket kompleksi, 14 165 tank və digər zirehli texnikası, 1 189 reaktiv yaylım atəş sistemi, 7 382 artilleriya və minaatanı, 16 437 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2023-12-18 | 814,713 | Dövlət qulluğuna qəbulun nəticəsi açıqlandı | Dövlət İmtahan Mərkəzi dekabrın 17-də inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə dövlət qulluğuna keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb. Axar.az xəbər verir ki, Bakı şəhərində kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanın nəticələri DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 2842 namizəddən 52 nəfər imtahana gəlməyib. İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 7 nəfər, BA2 altqrupu üzrə 12 nəfər, BA3 altqrupu üzrə 38 nəfər, BA4 altqrupu üzrə 48 nəfər, BB1 altqrupu üzrə 84 nəfər, BB2 altqrupu üzrə 100 nəfər, BB3 altqrupu üzrə 165 nəfər, BB4 altqrupu üzrə 248 nəfər olmaqla, ümumilikdə 702 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb. Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün dekabrın 19-dan 30-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin “skan” edilmiş surətləri formaya əlavə edilir: - ali təhsil haqqında sənədin surəti; - əmək kitabçasının surəti (olduğu halda). İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 19 dekabr saat 10:00-dan 21 dekabr saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Namizədlərlə telefon vasitəsilə əlaqə saxlanılacaq. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır. |
2023-12-18 | 814,714 | Bakı ilə Tehran arasında saziş: Naxçıvana dəhliz… | Gələn ay ərzində İran və Azərbaycan arasında Araz yol dəhlizi sazişi imzalanacaq. Axar.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, dəhliz sazişinin imzalanması ilə əlaqədar tədbir təşkil olunacaq: “Tədbirdə Rusiya nümayəndələri də iştirak edəcəklər”. İranlı nazir bildirib ki, podratçı şirkətin təyin olunması ilə Araz dəhlizinin inşası prosesinə başlanıb: “Bu proses Araz çayı üzərində körpünün tikilməsi, magistral yolun genişləndirilməsi çərçivəsində həyata keçiriləcək. Belə ki, bu dəhliz Naxçıvana birləşəcək”. Qeyd edək ki, Araz yol dəhlizi İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvan Muxtar Respublikasına birləşdirəcək. |
2023-12-18 | 814,715 | Misirdə prezident seçkilərinin nəticəsi açıqlandı | Misirin Milli Seçki Komissiyası prezident seçkilərinin rəsmi nəticələrini açıqlayıb. Axar.az xəbər verir ki, hazırkı dövlət başçısı Əbdülfəttah Sisi seçkilərdə qalib gələrək növbəti 6 il müddətinə ölkəyə rəhbərlik edəcək. Nəticələrə görə, Misirdə və ölkədən kənarda keçirilən səsvermədə iştirak edən seçicilərin 89,6 faizi Əbdülfəttah Sisiyə səs verib. |
2023-12-18 | 814,717 | Ölkədə qızılca ilə bağlı vəziyyət necədir? - Sədr açıqladı | Hazırda ölkə epidemioloji durum stabildir, narahatlığa heç bir əsas yoxdur. Axar.az xəbər verir ki, bu barədə Report-a TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə deyib. V.Qurbanov bildirib ki, istər xəstəxanalar, istərsə də tibb müəssisələri prosesə tam hazırdır: “Həm regionlarda, həm də Bakıda fəaliyyət göstərən infeksion, reanimasiya şöbələri tam hazır vəziyyətdədir. Çarpayı fondu xəstə sayına uyğun artırıla və ya azaldıla bilər. Ümumilikdə, epidemioloji durumla əlaqəli hər hansı çətinlik və problem yoxdur. Vətəndaşlarımız qorxmasınlar, qızılca ilə əlaqəli uşaq və yaşlı əhalidə hər hansı simptom müşahidə edilərsə, dərhal xəstəxana və ya digər tibb müəssisələrinə müraciət edə bilərlər. Çünki bəzən evdə düzgün aparılmayan müalicə effektsiz ola bilər. Pasiyentlərin müalicəsi yüksəkixtisaslı peşəkar mütəxəssislər tərəfindən həyata keçiriləcək ki, heç bir fəsad, yaxud ölüm halı olmasın”. |
2023-12-18 | 814,718 | AB dəhşətli səhvə yol verməyin astanasındadır - Orban | Avropa Birliyi dəhşətli səhvə yol verməyin astanasındadır, onu dayandırmaq lazımdır. Axar.az xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban bildirib. O qeyd edib ki, Ukrayna quruma daxil olmaqla bağlı danışıqlara başlamağa hazır vəziyyətdə deyil. O, AB-nin planlarının yalnız qısamüddətli mülahizələrə əsaslandığını bildirib. |
2023-12-18 | 814,719 | Ərdoğan Macarıstan prezidenti ilə görüşdü | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan Prezidenti Katalin Novak ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlər, qlobal və regional problemlər və Yaxın Şərqdəki vəziyyət müzakirə olunub. Ərdoğan Budapeşt səfərindən sonra ölkələr arasında münasibətlərin daha da dərinləşəcəyinə inandığını söyləyib. |
2023-12-18 | 814,720 | Putin seçkilərdə iştirak üçün sənədlərini təqdim etdi | Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak üçün Mərkəzi Seçki Komissiyasına sənədlərini təqdim edib. Axar.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov məlumat verib. Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-də keçiriləcək. |
2023-12-18 | 814,721 | Pirotexniki vasitələrın satıldığı anbar aşkarlandı | Sumqayıt şəhər və Qaradağ rayon polis idarələrinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində birgə tədbir keçirilib. Axar.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, tədbir zamanı Sumqayıt şəhəri ərazisində pirotexniki vasitələrin satışını həyata keçirən 1 nəfər şəhər sakini müəyyən olunaraq saxlanılıb. Ona məxsus anbardan ümumilikdə 10 min ədəddən çox yüksək səs effekləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkar edilib. Sumqayıt ŞPİ-də araşdırmalar davam etdirilir. |
2023-12-18 | 814,722 | Gürcüstan Rusiya ilə gizli danışıqlar aparır? | Gürcüstan hökuməti Rusiya ilə danışıqlar aparmır. Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin müavini Levan Davitaşvili bildirib. "Əgər kimsə hesab edirsə ki, bu gün hakimiyyət hər hansı yolla ölkənin maraqlarına ziyan gətirir və gizli dialoq aparır, birbaşa deyə bilərəm ki, bu, belə deyil", - Davitaşvili qeyd edib. |
2023-12-18 | 814,723 | BŞTİ: 50 məktəbin inkişaf planı hazırlanıb | Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Təlimə Dəstək Mərkəzi tərəfindən il ərzində 50 məktəbin inkişaf planı hazırlanıb. Bu barədə Axar.az-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, inkişaf planı hazırlanan məktəblərin kollektivləri ilə görüşlər keçirilib. Görüşlərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin həyata keçirdiyi keyfiyyət monitorinqinin nəticələri təhlil edilib, müvafiq müzakirələr aparılıb və məktəblərin inkişaf perspektivləri müəyyənləşdirilib. Həmçinin inkişaf planlarının icrası istiqamətində təhsil müəssisələrinə mentor dəstəyi göstərilib. |
2023-12-18 | 814,724 | Daha iki İsrail gəmisinə hücum edildi | İsraillə əlaqəsi olan iki gəmiyə hücum etmişik. Axar.az xəbər verir ki, bu barədə “Ənsar Allah” hərəkatının sözçüsü briqada generalı Yəhya Səriya bildirib. O qeyd edib ki, husilər iki təyyarə ilə “Swan Atlantic” neft tankerinə və “Clara” konteyner gəmisinə hücum edib. |
2023-12-18 | 814,725 | "Qarabağ" "Neftçi"yə yenə qalib gəldi | 19:07 Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turunda üz-üzə gələcək “Qarabağ” və “Neftçi”nin start heyətləri açıqlanıb. Axar.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar: “Qarabağ”: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzia, 6. Julio Romao, 15. Leandro Andrade. “Neftçi”: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 7. Azər Əliyev, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon. Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu saat 20:00-da başlayacaq. *** "Qarabağ" - "Neftçi" matçı start götürdü. *** Benzia 71-ci dəqiqədə "Qarabağ"ı hesabda önə keçirdi: 1-0. *** Matçın son dəqiqələrində Keyta meydan sahiblərinin ikinci qoluna imza atdı: 2-0. Qarşılaşma elə bu hesabla da başa çatdı. |
2023-12-18 | 814,726 | AB-nin fövqəladə sammiti keçiriləcək | Ukraynaya 50 milyard avro yardımın ayrılması üçün Avropa Birliyinin fövqəladə sammiti keçiriləcək. Axar.az xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel məlumat verib. O, fövqəladə sammitin fevralın 1-də keçiriləcəyini bildirib: "Ukraynaya yardımı təsdiqləmək üçün Macarıstanı razı salmağa bir az da vaxt lazımdır". Qeyd edək ki, AB Ukraynaya 2027-ci ilə qədər 50 milyard avroluq yardım ayırmaq istəyir. Lakin qurumun üzvü Macarıstan bunun əleyhinə çıxır. |
2023-12-18 | 814,730 | Rusiyaya qarşı 12-ci sanksiyalar paketi təsdiqləndi | Avropa Birliyi Rusiyaya qarşı 12-ci sanksiyalar paketini təsdiqləyib. Axar.az xəbər verir ki, yeni sanksiya ilə Rusiyadan almaz idxalına qadağa tətbiq olunub. Sanksiyaya əsasən, Rusiyaya qarşı ikili təyinatlı məhsul və texnologiyalara yeni ixrac məhdudiyyətləri tətbiq edilib, həmçinin 29 şirkət və bir neçə fiziki şəxs qara siyahıya salınıb. |
2023-12-18 | 814,731 | Əsədov və Paşinyanla görüş üçün unikal imkanımız oldu | Regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasında maraqlıyıq. Bu hədəfə çatmaq üçün mühüm töhfələr veririk. Axar.az xəbər verir ki, bu açıqlama ilə Gürcüstan Baş naziri İrakli Qaribaşvili çıxış edib. Qaribaşvili Azərbaycan, Ermənistan və Türkiyə ilə sıx dostluq münasibətləri saxladıqlarını bildirib: "Bir müddət əvvəl Azərbaycan və Ermənistan baş nazirləri Gürcüstanda idi və bizim üçtərəfli görüş keçirmək üçün unikal imkanımız oldu". Baş nazir Türkiyə ilə də yüksək səviyyəli strateji tərəfdaşlığı davam etdirdiklərini söyləyib. |
2023-12-18 | 814,733 | Ərdoğan Orbana "Togg" hədiyyə etdi, əvəzində... - Foto | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan Baş naziri Viktor Orbanla görüşüb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Ərdoğan iki ölkə arasında əlaqələrin 100-cü ildönümü münasibətilə Orbana "Togg" elektrik avtomobili hədiyyə edib. Orban isə Ərdoğana macar atı bağışlayıb. Qeyd edək ki, Türkiyə prezidenti Macarıstanda rəsmi səfərdədir. |
2023-12-18 | 814,740 | Ərəb şirkətləri ilə əməkdaşlığın xeyri olacaq - Yıldırım | Ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdən birini məhz böyük İslam coğrafiyasına aid ölkələrlə, o cümlədən də ərəb dövlətləri ilə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi təşkil edir. Ərəb dövlətləri ilə münasibətlərimizin təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulub, hazırda isə bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Axar.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım Dünya Ərəb Dili Gününə həsr olunmuş tədbirdə deyib. Deputat qeyd edib ki, bu gün müasir dövlət kimi inkişaf edən Azərbaycan öz siyasətində, həmçinin tarixi köklərə istinad edir və ənənələrə, milli-mənəvi dəyərlərə yüksək bağlılıq sərgiləyir: "Ölkəmizin ərəb dövlətlərilə münasibətlərinin dərinləşməsinə münbit zəmin yaradan əsas faktorlardan biri məhz tarixi bağlılıq amilidir. Müqəddəs dinimiz, oxşar mənəvi dəyərlərimiz ölkələrimizi və xalqlarımızı birləşdirən çox mühüm amil qismində çıxış edir. Məhz bu amillər Azərbaycanda ərəb dilinə marağı ildən ilə artırır. Bugün biz əminliklə deyə bilərik ki, Azərbaycanın İslam coğrafiyası ilə yaxınlaşmasında ilk növbədə təbii amillər, cəmiyyətlərin istəkləri və əlbəttə ki, dövlətlərin siyasi iradələri müstəsna rol oynayır. Ölkəmiz İslam dövlətləri ilə əməkdaşlığını ikitərəfli qaydada, həmçinin beynəlxalq platformalar üzərindən genişləndirir. Bilirsiniz ki, ölkəmizin iqtisadiyyatına xarici investisiya qoyuluşunda da ərəb şirkətlərinin xüsusi rolu var. Belə müqavilələrdən biri 2020-ci ilin yanvarında Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında imzalanıb. “ACWA Power” şirkəti 240 meqavat gücündə külək, “Masdar” şirkəti isə 200 meqavatlıq günəş elektrik stansiyasının tikintisi ilə bağlı layihələrin icrasına cəlb olunublar. Bunlar çox böyük layihələrdir. Artıq bu ilin oktyabrında Azərbaycan Prezidentinin iştirakı ilə günəş elektrik stansiyasının təntənəli açılış mərasimi keçirilib. Respublikamızın müvafiq qurumları ilə ərəb şirkətləri arasında imzalanan müqavilələrin icrası ölkə üzrə bərpa olunan enerji mənbələrindən “yaşıl enerji” istehsalını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək". |
2023-12-18 | 814,743 | Dünyada yalnız bizim belə bir donanmamız var - Putin | Dünyada yalnız Rusiyanın nüvə buzqıran donanması var. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Putin nüvə buzqıran donanması ilə bağlı böyük planlarının olduğunu söyləyib. |
2023-12-18 | 814,744 | Bu təhsil idarəsinə yeni rəhbər təyin olundu | Quba-Xaçmaz Regional Təhsil İdarəsinə yeni müdir təyin edilib. Axar.az xəbər verir ki, müvafiq əmrlə bu vəzifə Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini Coşqun Əliyevə həvalə olunub. Qeyd edək ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyev ötən ay istefa verib. |
2023-12-18 | 814,746 | İstanbul danışıqlarını başlatmağa hazırıq - Ərdoğan | Rusiya ilə Ukrayna arasında İstanbul danışıqlarını yenidən başlatmağa hazırıq. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan Baş naziri Viktor Orbanla görüşündə deyib. Ərdoğan tərəflərin müharibəyə deyil, diplomatiyaya üstünlük verməli olduqlarını bildirib. |
2023-12-18 | 814,747 | Bu yol Süveyş kanalından daha səmərəlidir - Putin | Şimal dəniz yolu bu gün Süveyş kanalından daha səmərəlidir. Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Prezidenti Vladimir Putin çıxış edib. “Şimal yolu Süveyş kanalından daha səmərəlidir, yüklərin daşınması iqtisadiyyatı əhəmiyyətli dərəcədə gücləndirir", - Putin qeyd edib. |
2023-12-18 | 814,749 | Ermənilərin məktəbdə qumbara yerləşdirməsi... | İşğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatları zamanı dəfərlərlə tələ minalara, improvizə edilmiş partlayıcı qurğulara rast gəlinməsi faktı Ermənistanın azərbaycanlılara qarşı terror siyasətini bir daha təsdiq edir. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Xocavənddə yerləşən məktəbdə partlayıcı tələ qurğusunun aşkarlanması ilə bağlı şərhində deyilir. "Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən Xocavənd rayonu Yemişcan kəndi ərazisində yerləşən məktəbdə həyata keçirilən əməliyyatlar zamanı sinif otaqlarının birində yazı masasına yapışqan lent vasitəsilə quraşdırılmış F-1 əl qumbarası aşkarlanmışdır. Bununla yanaşı, daha böyük partlayışın törədilməsi üçün 1 ədəd F-1 əl qumbarası yazı masasının altına da yerləşdirilmişdir. Döyüş vəziyyətinə gətirilərək kəndir vasitəsilə stula və qapının tutacağına bərkidilmiş həmin tələ qurğusunun təhsil ocağında yerləşdirilməsi terrorun məhz dinc mülki əhaliyə qarşı yönəldiyini göstərir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, Ermənistanın dinc əhalinin fundamental insan hüquq və azadlıqlarının kobud pozulması ilə müşayiət olunan cinayət əməllərini şiddətlə qınayır, beynəlxalq təşkilatları bu kimi əməllərə sərt reaksiya verməyə dəvət edirəm", - şərhdə bildirilir. Qeyd edək ki, dekabrın 18-də Xocavənd rayonu Yemişcan kəndi ərazisində yerləşən məktəbdə partlayıcı tələ qurğusu aşkarlanıb. |
2023-12-18 | 814,751 | Ermənistan bu iki ölkə ilə hərbi saziş imzaladı | Dekabrın 18-də Ermənistan Müdafiə Nazirliyinin inzibati binasında Ermənistan-Yunanıstan və Ermənistan-Kipr ikitərəfli, eləcə də Ermənistan-Yunanıstan-Kipr üçtərəfli hərbi məsləhətləşmələri keçirilib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Məsləhətləşmələr nəticəsində tərəflər 2024-cü il üçün Ermənistan-Yunanıstan, Ermənistan-Kipr və Ermənistan-Yunanıstan-Kipr hərbi əməkdaşlıq proqramlarını imzalayıblar ki, bu proqramlar qarşılıqlı maraq doğuran sahələrdə onlarla tədbiri əhatə edir”, - məlumatda bildirilib. |
2023-12-18 | 814,752 | Səfirimiz Blinkenlə görüşdü - Foto | Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb. Axar.az xəbər verir ki, bu barədə X.İbrahim X sosial şəbəkə hesabında bildirib. |
2023-12-18 | 814,755 | Macarıstan hədələdi, Bolqarıstan geri addım atdı | Bolqarıstan Rusiya qazının öz ərazisindən tranziti üçün vergini ləğv edib. Axar.az xəbər verir ki, bu barədə Bolqarıstan parlamenti qərar qəbul edib. Qeyd edək ki, Macarıstan Bolqarıstanı Avropanın Şengen zonasına daxil olmaq ərizəsinə veto qoyacağı ilə hədələyirdi. |
2023-12-18 | 814,757 | Rusiyaya qadağa tətbiq edilən gün İrəvanın ixracı “qəfil” artdı | Avropa Birliyinin Rusiyaya 12-ci sanksiyalar paketi təsdiqlənən gün – 18 dekabrda Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan deyib ki, ölkənin almaz ixracı kəskin artıb. Axar.az xəbər verir ki, bu barədə o, mediaya açıqlamasında bildirib. O iddia edib ki, almaz ixracının belə kəskin artmasının səbəbi “yaxşı işin nəticəsidir”. Qeyd edək ki, Avropa Birliyi ölkələri uzun müddətdir Rusiyadan almaz idxalının qadağan edilməsi üzərində çalışır və bunun təsdiqlənəcəyi gözlənilən idi. Bunu nəzərə alan Ermənistan isə artıq bir müddətdir Rusiyadan almaz idxal edərək, onu öz adı ilə bazara çıxarmağa başlayıb. Məqsəd isə Rusiyaya qadağa tətbiq edilərkən Ermənistandan almaz ixracının kəskin artmasının diqqət cəlb etməməsidir. Başqa sözlə, Ermənistan ixracın guya Rusiyaya qadağa tətbiq olunmazdan öncə də “yüksək olduğunu” göstərərək, Kremlə sanksiyaları yarmaqda kömək etmədiyi görüntüsünə əvvəlcədən hazırlaşıb. Ermənistan Rusiyanın sanksiyalardan yan keçməsinə şərait yaradan əsas ölkələrdən biridir. Təsadüfi deyil ki, 2022-ci ildə Ermənistanın Aİİ-yə ixracı 4 dəfə, bu il isə indiyə qədər daha 41 faiz artıb və 5,7 milyard dollara çatıb. Yəqin ki, il sonuna qədər bu rəqəm 6 milyad dolları keçəcək. Ermənistan tarixində ilk dəfədir ki, Aİİ ölkələri (xüsusilə Rusiya) ilə ticarət dövriyyəsində müsbət saldo qeydə alınıb. |
2023-12-18 | 814,758 | Avropa Şurasının nümayəndələri İrəvana gəlir | Avropa Şurası Konqresinin yerli və ərazi orqanlarından ibarət nümayəndə heyəti dekabrın 19-da İrəvan və Masisə səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə Avropa Şurasının Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Börn Vohringer və Bronni Rudkinin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan və əmək və sosial məsələlər naziri Narek Mkrtçyanla müzakirələr aparacaqlar. |
2023-12-18 | 814,762 | Bu münaqişənin həlli üçün işləməyə davam edəcəyik | G7 Yaxın Şərqdəki vəziyyətin nizamlanması istiqamətində fəaliyyətini davam etdirəcək. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib. “Biz İtaliyanın G7-yə sədrliyi ilə beynəlxalq səviyyədə fayda gətirəcək konkret öhdəlikləri ehtiva edən bir gündəm üzərində işləyəcəyik. Yaxın Şərqdəki münaqişənin həlli üçün işləməyə davam edəcəyik”, - Blinken qeyd edib. |
2023-12-18 | 814,766 | Çində güclü zəlzələ oldu: ən azı 8 ölü... | 21:47 Çinin Qansu əyalətdə 6,1 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub. Çin Mərkəzi Televiziyası güclü zəlzələ nəticəsində ən azı 8 nəfərin öldüyü haqda məlumat yayıb. |
2023-12-18 | 814,769 | Bakıda "Məni bağışlayın, şef" yazıb, kassanı oğurladı | Nəsimi rayonu, Neftçilər prospekti 153 ünvanında yerləşən "Baku Cafe" restoranında təmizlikçi kassanı sındıraraq pulları oğurlayıb. Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, restoranda təmizlikçi işləmiş 1981-ci il təvəllüdlü Şuşa sakini Kənan (ad şərtidir) adlı şəxs maddi sıxıntıları səbəbindən oğurluq edib. Bu məqsədlə o, gecə saat 4 radələrində işdə olarkən kafedəki seyfi sındırıb, oğurluq etmək fikrinə gəlib. Kənan balta ilə bir neçə zərbə vurmaqla seyfin qapısını qırıb və içərisində olan 4550 manat pulu götürüb. Ordan çıxdıqdan sonra Vatsap mobil tətbiqindən müdirinə mesaj yazaraq, törətdiyi əməli etiraf etdib: "Şef, salam. Siz gözəl insansınız, mərdliyinizə və kişiliyinizə sonsuz güvənirəm, sizə hörmətim böyükdür. Ona görə sizə yazdım. Mənim içəridə-çöldə elə bir problemim var ki, məcburiyyətdən belə bir iş görmüşəm. Kassadan pul götürmüşəm. Çox çıxılmaz vəziyyətdə idim. Onu bilin ki, sizinlə 3-4 aya görüşəcəm. Görüşüb, götürdüyüm pulları verəcəm. Məni bağışlayın, şef". Məhkəmənin hökmü ilə Kənan Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il 2 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. |
2023-12-18 | 814,772 | COP29-un Azərbaycan üçün üstünlükləri nələrdir? | COP29 konfransının Bakıda keçirilməsi Azərbaycana siyasi və iqtisadi dividentlər gətirəcək. Axar.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, siyasi dividentlər bölgədə yeni reallığı beynəlxalq ictimaiyyətə əyani şəkildə təqdim etməkdir: “Qarabağ məsələsi artıq bitib və yeni dövr başlayır. Bu reallığı qəbul etmək istəməyənlər hələ də var. Azərbaycan beynəlxalq səviyyəli tədbirlə yeni reallıqların yarandığını, yeni dövrün başladığını nümayiş etdirəcək. Bununla yanaşı, belə bir tədbirin ölkəmizdə keçirilməsi beynəlxalq nüfuzun güclənməsi baxımından əhəmiyyətlidir”. Analitik qeyd edib ki, iqtisadi dividentlər xarici investorların diqqətini Azərbaycanın “yaşıl enerji” potensialına çəkmək olacaq: “Xarici şirkətlər yalnız sülhün, sabitliyin olduğu bölgələrə uzunmüddətli investisiya yatırır. Azərbaycanın xüsusilə işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” potensialı böyükdür. Bu konfrans da göstərəcək ki, bölgədə sabitlik dövrü başlayır və xarici investorların azad edilmiş ərazilərə investisiya yatırması imkanları genişlənəcək”. |
2023-12-18 | 814,774 | İsrail təyyarələri Livandakı hədəflərə zərbələr endirdi | İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livandakı buraxılış mənbələrinə cavab zərbələri endirib. Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb. "Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələrinə məxsus təyyarə Livanda atışların həyata keçirildiyi əraziyə zərbələr endirib", - məlumatda bildirilib. Əlavə olunub ki, ordu Livan ərazisinə cavab artilleriya zərbəsi endirib, oradan da İsrailin şimalındakı Moşav Avivim istiqamətində tank əleyhinə raketlər atılıb. Ordunun məlumatına görə, İsrail HHM sistemləri ölkəyə daxil olan şübhəli hava hədəfini ələ keçirib. |
2023-12-18 | 814,775 | ABŞ ilin son yardımını Ukraynaya edəcək | ABŞ dekabrın sonunda Ukraynaya yeni hərbi yardım paketini elan edəcək. Axar.az xəbər verir ki, bunu Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib. "Biz bu ayın sonunda Ukrayna üçün bir yardım paketi planlaşdırırıq", - Kirbi bildirib. Onun sözlərinə görə, Konqres əlavə vəsaitin ayrılması ilə bağlı qərar qəbul etməsə, ABŞ-ın Kiyev rejimini dəstəkləmək üçün daha resursları olmayacaq. |
2023-12-18 | 814,776 | Qurban Qurbanov "Braqa" səddindən danışdı | “Braqa” ilə oyunlar bizim üçün böyük təcrübə olacaq. Axar.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib. Mütəxəssis bu raunddakı rəqibləri olan Portuqaliya təmsilçisi “Braqa”nın güclü komanda olduğunu bildirib: “Fikrim “Neftçi” ilə oyunda olduğu üçün püşkatma ilə çox maraqlanmadım. Potensial rəqiblərin hər biri ciddi komanda idi. Portuqaliya klubları avrokuboklara ən ciddi yanaşan, möhkəm komandalardır. Rəqiblə maraqlandıqdan sonra daha yaxşı məlumat verə biləcəyik. Yaxşı futbol göstərməyi bacaran kollektivdir. Matça hələ iki aya yaxın vaxtımız var”. Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu 2024-cü il fevralın 15-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək. |
2023-12-19 | 814,778 | Kim deyir ki, Bakı Qarabağa görə rusyönlü olacaq? | Kim deyir ki, Azərbaycan həmişə rusiyayönlü olacaq və Qarabağa görə Moskvaya sadiq qalacaq? Bakı sadəcə olaraq hesab edir ki, Moskva, nəhayət, düzgün mövqe tutub. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin MDBMİ İnstitutunun Beynəlxalq Tədqiqatlar İnstitutunun Avro-Atlantika Təhlükəsizliyi Mərkəzinin aparıcı elmi işçisi Sergey Markedonov erməni mediasına (“Güc faktoru” proqramına) açıqlamasında deyib. “Ermənistanla bağlı sual da yaranır: Fransa silahları Qarabağın qaytarılmasına kömək edəcəkmi və yaxud Qərb hansısa təminat verə bilərmi? Qərb göstərdi ki, seçim etməyə o qədər də hazır deyil və bu seçimi də etməyəcək”, - o bildirib. Onun sözlərinə görə, Moskvanın Qərblə münaqişəyə görə daha çox Türkiyə və Azərbaycana üz tutacağı, Qərbin də bu səbəbdən həmişə Ermənistanın yanında olacağına ümid artıq yoxdur: “Yəqin ki, Rusiya-Ermənistan münasibətləri əvvəlki kimi olmayacaq, yəqin ki, o səviyyədə şişirdilmiş gözləntilər olmayacaq, sovet ətaləti də olmayacaq. Bu münasibətlər daha praqmatik olacaq, amma olacaq”. |
2023-12-18 | 814,779 | AB sərhədimizdə müşahidəçi sayını niyə artırır? | AB-nin Ermənistandakı missiyasının üzvlərinin sayının 138-dən 209-a çatdırılması Ermənistan-Azərbaycan sərhədində vəziyyətin monitorinqi üçün əlavə imkanlar yaradacaq. Axar.az xəbər verir ki, bu barədə AB-nin Ermənistandakı “mülki müşahidə” missiyasının rəhbəri Markus Ritter deyib. "Missiya heyətinin artırılması AB-nin regionda sülh və təhlükəsizliyə sadiqliyini göstərir. Missiya indi yerlərdə daha çox patrul fəaliyyəti həyata keçirə biləcək. Nəticədə missiya təhlükəsizlik vəziyyətini daha yaxşı müşahidə etmək və hesabat vermək imkanı əldə edəcək, eyni zamanda, Ermənistan-Azərbaycan dövlət sərhədinin Ermənistan tərəfində və münaqişədən zərər çəkmiş ərazilərdə insanların təhlükəsizliyinin təmin olunmasına köməklik göstərəcək”, - Ritter bildirib. Qeyd edək ki, dekabrın 11-də AB Şurası Ermənistandakı “mülki missiya” üzvlərinin sayını 138-dən 209-a qədər artırmaq qərarı verib. |
2023-12-18 | 814,781 | Bu şəxslər asanlıqla Rusiya vətəndaşı olacaq | Belarus, Qazaxıstan və Moldova vətəndaşlarının Rusiyada vətəndaşlıq alması asanlaşıb. Axar.az xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb. Fərmana əsasən, Belarusun 18 yaşına çatmış vətəndaşları Rusiyada yaşama müddəti nəzərə alınmadan vətəndaşlıq üçün müraciət edə biləcəklər. Belarus, Qazaxıstan və Moldova vətəndaşlarının sadəcə rus dilini bilməsi onların vətəndaşlıq alması üçün kifayət edəcək. |
2023-12-18 | 814,783 | “Qarabağ”ın "Braqa" ilə matçlarının başlama saatı | "Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa" komandasına qarşı keçirəcəyi oyunların başlama saatı açıqlanıb. Axar.az xəbər verir ki, Ağdam klubunun fevralın 15-də səfərdə reallaşacaq matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Bir həftə sonra Bakıda oynanılacaq cavab qarşılaşması isə saat 21:45-də başlayacaq. Qeyd edək ki, cütün qalibi Avropa Liqasında 1/8 finala vəsiqə əldə edəcək. |
2023-12-18 | 814,786 | İran Yaxın Şərqdə gərginliyi artırır - Ostin | Biz İranı Yaxın Şərqdə eskalasiyanın qarşısını almaq üçün addımlar atmağa çağırırıq. Axar.az xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin Təl-Əvivdə israilli həmkarı Yoav Qallantla görüşündə deyib. O qeyd edib ki, İran hazırda radikal qrupları dəstəkləməklə regionda gərginliyi artırır. |
2023-12-18 | 814,790 | Xankəndidəki oyunu gözləyirik - Qurbanov | Təəssüratımız çox xoşdur. Oyunu səbirsizliklə gözləyirik. Təəssüratım barədə matçdan sonra danışa bilərəm. Yaxşı nəticə əldə etmək istəyirik. Axar.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Xankəndidə Azərbaycan Kuboku çərçivəsində MOİK-lə keçirəcəkləri oyun barədə danışarkən deyib. Qeyd edək ki, dekabrın 21-də ölkə kuboku çərçivəsində Xankəndidə "Qarabağ" MOİK-lə 1/8 final oyununu keçirəcək. |
2023-12-18 | 814,793 | ABŞ UNO-larla bağlı sirləri dünyaya açıqlayacaq | ABŞ Konqresi UNO-lar haqqında məlumatların məxfilikdən çıxarılmasına icazə verən qanun layihəsini dəstəkləyib. Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb. Nəşr qeyd edir ki, qanun ABŞ Prezidenti Co Bayden tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Burada naməlum anomal hadisələrə, naməlum mənşəli texnologiyalara və qeyri-insani intellektə aid olan dövlət sənədlərinin ictimaiyyətə açıqlanması nəzərdə tutulur. |
2023-12-18 | 814,797 | Enerji şirkətləri Qırmızı dənizlə neft tranzitini dayandırır | Böyük enerji şirkətlərinin Qırmızı dənizlə neft tranzitini dayandırmaları qiymətlərin artmasına gətirib çıxaracaq. Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb. Ekspertlərin fikrincə, belə hadisələr ən böyük enerji nəhəngləri arasında artan narahatlığa səbəb olur. BP-nin Qırmızı dənizdə tranzitin dayandırılması ilə bağlı açıqlamasından sonra bu qərarın şirkətin bütün tankerlərinə və tərəfdaşlarının ticarət gəmilərinə şamil ediləcəyi gözlənilir. Enerji nəhənginin nümayəndələri tranzitin bərpasının Qırmızı dənizdə vəziyyətin normallaşmasından sonra mümkün olacağını bildiriblər. Ekspertlər xəbərdarlıq edirlər ki, regionun qlobal dəniz ticarətinin 12 faizə qədərini təşkil etməsi vəziyyəti daha da ağırlaşdırır. Beləliklə, gəmi sahibləri bundan sonra Misirin Süveyş kanalından marşrut kimi istifadə edə bilməyəcəklər. Bunun əvəzinə, əsasən Afrika qitəsindən yan keçməklə sifarişin çatdırılması üçün alternativ yollar tapmaqla, səyahət vaxtını əhəmiyyətli dərəcədə artırmalı olacaqlar. Analitiklər bildirirlər ki, bu amillər xammalın qiymətinin kəskin artmasına və qlobal enerji bazarında nəqliyyatın çökməsinə səbəb ola bilər. |
2023-12-18 | 814,798 | AB 4 milyardlıq korona peyvəndini zibilliyə atdı | Avropa Birliyinə üzv dövlətlər koronavirus pandemiyasının qaynar vaxtında aldıqları külli miqdarda vaksini məhv ediblər. Axar.az xəbər verir ki, “Politiko” nəşri məhv edilən vaksinlərin dəyərinin təxminən 4 milyard avro təşkil etdiyini yazıb. Nəşr əlavə edib ki, bütün hesablamalara görə, bu, “kifayət qədər azaldılmış” göstəricidir. Belə ki, pandemiya zamanı AB hər Avropa sakini üçün üç doza olmaqla ümumilikdə 1,5 milyard ədəd peyvənd alıb. İnsanlar isə əlavə dozalardan imtina edib, nəticədə 312 milyon doza artıq qalıb. Qeyd edək ki, hələ koronavirusun tüğyan etdiyi zaman Azərbaycan peyvənd millətçiliyinə qarşı çıxmış, bəzi varlı ölkələrin özlərinə lazım olandan da artıq vaksin almasını qınamışdı. |
2023-12-19 | 814,799 | Zalujnı Zelenskinin bu qərarını tənqid etdi | Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı korrupsiya qalmaqallarından sonra Ukrayna Prezidenti Vladimir Zelenskinin hərbi komissarları kütləvi şəkildə işdən çıxarmasını tənqid edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası yazıb. O bildirib ki, işdən çıxarılanlar peşəkar idilər, səfərbərliyi necə edəcəklərini bilirdilər. O, hərbi komissarların kütləvi şəkildə işdən çıxarılmasının hərbi xidmətə çağırış prosesinə təsir etdiyini vurğulayıb. |
2023-12-19 | 814,800 | HƏMAS döyüşçüləri deyil, bizim əsgərlər ölür - İsrailli nazir | İsrail HƏMAS-la “sövdələşmələr dilində” danışmağı dayandırmalı və “qərar dilində” danışmağa başlamalıdır. Axar.az xəbər verir ki, bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib. “Humanitar təxliyə ərazisindən bizə raket atırlar, əsgərlərimizi atəşə tuturlar, biz isə humanitar jestlərimizi davam etdiririk və onlara yardım çatdırırıq. Hərəkətlərimizi yenidən qiymətləndirməyin vaxtıdır. Niyə Qəzza zolağında minlərlə terrorçunun öldürüldüyünü açıqlamaq əvəzinə, hər gün öldürülən qəhrəmanlarımızın adlarını yayımlayırıq?” - Ben-Qvir bildirib Nazir vurğulayıb ki, artıq heç bir çəkindirici qüvvə işləmir: “Oktyabrın 7-də HƏMAS-a heç nə mane olmadı və hələ də 73 günlük döyüşlərdən sonra biz sarsıdıcı tədbirlər həyata keçirməmişik". |
2023-12-19 | 814,803 | Ukrayna qoşunları rusların 22 hücumunu dəf etdi | Ukrayna Silahlı Qüvvələri Avdeyev rayonu istiqamətində Rusiya qoşunlarının doqquz, Tonenke, Pervomayski və Nevelski istiqamətlərində isə 13 hücumunu dəf edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna SQ-nin Baş Qərargahının məlumatında deyilir. Bildirilib ki, gün ərzində 92 döyüş toqquşması baş verib: “Ukraynanın şərq və cənubunda vəziyyət ağır olaraq qalır”. |
2023-12-19 | 814,805 | Somali prezidenti türkiyəli kuryerin ailəsinə zəng etdi | Somali Prezidenti Həsən Şeyx Mahmud oğlu Məhəmməd Həsən Mahmudun İstanbulda kuryer Yunus Geçərin ölümünə səbəb olması ilə əlaqədar mərhumun ailəsinə zəng vurub. Axar.az Unikal.az-a istinadən xəbər verir ki, hadisədən sonra Somalinin müdafiə naziri Əbdülqədir Məhəmməd Nur Türkiyəyə gəlib. Geçər ailəsinin vəkili İyaz Çimenin ofisində baş tutan telefon zəngi zamanı Somali prezidenti Yunusun ailəsinə başsağlığı verib. O bildirib ki, Türkiyənin ədalət sisteminə güvənir. |
2023-12-19 | 814,806 | Azərbaycanla üç prinsip əsasında... - Paşinyan | Biz Azərbaycanla artıq razılaşdırılmış üç prinsip əsasında sülh gündəliyinə sadiq qalırıq. Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. "Ümid edirik ki, son vaxtlar regionda və region ölkələrində baş verən hadisələr sülh prosesinin qəsdən ləngiməsinin baş verdiyini göstərmir", - Paşinyan qeyd edib. |
2023-12-19 | 814,807 | 10 gün sonra ABŞ-ın Ukraynaya hərbi yardımı tükənir | ABŞ Konqresi Ukraynaya əlavə maliyyə ayrılmasını təsdiqləməsə, Pentaqonun Kiyevə kömək etmək imkanları dekabrın 30-da tükənəcək. Axar.az xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin müavini, maliyyə məsələlərinə cavabdeh olan Maykl Makkordun məktubunda deyilir. Makkord dekabrın 15-də ABŞ qanunvericilərinə bildirib ki, son 1,07 milyard dollar ABŞ arsenalını artırmaq üçün yeni silahların alınmasına xərclənəcək: "Bu vəsait istifadə edildikdən sonra nazirliyin Ukraynaya hərbi yardım üçün bütün maliyyə vəsaitləri tükənəcək". |
2023-12-19 | 814,808 | Yeni Ermənistan-Azərbaycan müharibəsi ola bilər | Münaqişə Qarabağ deyil, Ermənistan-Azərbaycan münaqişəsidir və Dağlıq Qarabağ bu münaqişənin özəyini təşkil edirdi. Bununla belə, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında eksklavlar və əlaqələr, dəhliz məntiqi, sərhədin demarkasiyası və delimitasiyası problemləri hələ də qalmaqdadır. Axar.az xəbər verir ki, bu sözləri MDBMİ-nin Beynəlxalq Tədqiqatlar İnstitutunun Avro-Atlantika Təhlükəsizliyi Mərkəzinin aparıcı elmi işçisi Sergey Markedonov Ermənistanın “Güc faktoru” proqramında deyib. “Bu o deməkdirmi ki, müharibə qaçılmazdır? Mən deməzdim ki, belə bir ehtimal yüz faizdir, amma münaqişə həll olunmayana, hamının razılaşdığı müəyyən bir fiqur tapılmayana qədər bu sual açıq qalır. Təbii ki, belə bir ehtimal var”, - deyə o əlavə edib. Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərara gəlincə, ekspertin fikrincə, İlham Əliyev özünün “torpaq toplayan” imicini təbliğ etməyə çalışır: “O, əlavə legitimlik qazandı. Belə çıxır ki, o, Qarabağsız Azərbaycanın prezidenti olub, indi də Qarabağlı Azərbaycanın prezident olmağa çalışır. Fərq var və o, bu imicini bərqərar edib, “torpaqları toplayan” adam kimi yenidən seçilmək istəyir. Bu, yalnız daxili siyasət üçündürmü? Xeyr, təkcə daxili siyasət deyil. Xarici amillər də daxil olmaqla, bir çox amillər ona 2023-cü ildə etdiklərini etməyə imkan verən şəkildə inkişaf etdi. Bunsuz üçüncü, ən qısa Qarabağ müharibəsi qeyri-mümkün olardı”. Onun sözlərinə görə, həm Moskva, həm də Qərb Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasında maraqlıdır: “Lakin sual ondan ibarətdir ki, dinc tənzimləmədən kim faydalanacaq? Nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması da proseslə yanaşı gedir. Müharibəyə hazırlaşırsınızsa, nəqliyyat kommunikasiyalarını blokdan çıxarmaq mümkün deyil. Əgər sülhə hazırlaşırsansa, onda blokdan çıxarma… Ancaq bu da çətin bir sualdır: kim, necə və hansı konfiqurasiyalarda kommunikasiyaları açacaq və benefisiar kim olacaq?” |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.