date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2023-12-21
815,246
“Qarabağ”-MOİK oyunu bu hakimlərə tapşırıldı
2023.12.20 13:07 Azərbaycan Kubokunda 1/8 final mərhələsinin “Qarabağ”-MOİK oyununun təyinatları açıqlanıb. Axar.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Xankəndi şəhər stadionunda keçiriləcək qarşılaşmanı Əli Əliyev idarə edəcək. Bu gün baş tutacaq görüşə saat 14:00-da start veriləcək. 14:00. “Qarabağ” - MOİK Hakimlər: Əli Əliyev, Şirmamed Mamedov, Taleh Məmmədov, Kamal Umudlu VAR: Cavid Cəlilov AVAR: Kamran Bayramov Hakim-inspektor: Munis Abdullayev AFFA nümayəndəsi: Emin Cəfərov
2023-12-20
815,250
Bu şəxslər müşahidəyə götürülüb - General
Dairə və seçki məntəqələrinin mühafizəsi üçün müvafiq işlər görülür. Axar.az xəbər verir ki, bunu daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib. Onun sözlərinə görə, profilaktik qeydiyyatda olan şəxslər artıq müşahidəyə götürülüb: “Qanunsuz silahların yığılması istiqamətində də tədbirlər həyata keçirilir. DİN-in şəxsi heyəti bütünlükdə qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcək”.
2023-12-20
815,252
Bakıda temperatur 14 dərəcəyə yüksələcək
Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 45-55% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda 5-10° şaxta, gündüz 2-7° isti olacaq.
2023-12-20
815,256
Qurultay: İlham Əliyevin namizədliyi dəstəkləndi
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar qurultayında İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənməsi barədə bəyanat qəbul edilib. Axar.az xəbər verir ki, qərar layihəsi səsə qoyularaq yekdilliklə qəbul olunub. Sonra İlham Əliyevin növbədənkənar Prezident seçkilərində namizədliyinin dəstəklənməsi ilə bağlı AHİK-in bəyanatı oxunub.
2023-12-20
815,258
Seçki zamanı bunu edənlər məsuliyyətə cəlb olunacaq
Seçki komissiyalarının işinə müdaxilə edənlər cinayət və inzibati məsuliyyətə cəlb olunacaqlar. Axar.az xəbər verir ki, bunu Baş prokurorun birinci müavini Elçin Məmmədov Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib. Onun sözlərinə görə, bu prosesdə iştirak edən şəxslərin hüquqlarının qorunması qanunla da müəyyən edilib: “Vətəndaşların seçki hüquqlarının pozulması ilə bağlı qaydalar da müəyyən edilib”.
2023-12-20
815,260
HƏMAS varsa, atəşkəs mümkün deyil - Kemeron
HƏMAS olduğu müddətcə Qəzza zolağında atəşkəs və tərəflər arasında münaqişənin həlli mümkün deyil. Axar.az xəbər verir ki, bunu Britaniya xarci işlər naziri Devid Kemeron deyib. “Atəşkəs olması HƏMAS-ın davam etməsi ilə nəticələnəcək və 7 oktyabr kimi hücumların təkrarlanmasına gətirib çıxaracaq. Buna görə də dərhal atəşkəs və münaqişənin ikidövlətli həlli ola bilməz”, - Kemeron bildirib.
2023-12-20
815,261
Bayram şouları niyə bu qədər bahadır? - Ekspert
Bir müddətdir ki, sosial şəbəkələrdə bayram şou proqramlarının qiymətlərinin baha olması, buna baxmayaraq, restoranlarda boş yerlərin olmaması müzakirə mövzusuna çevrilib. Bir çox restoranda qiymətlərin 1 nəfər üçün 150, bəzilərində isə 400 manatdan başlaması da narazılıq yaradıb. Sosial şəbəkə istifadəçiləri qiymətlərin əhalinin yaşayış səviyyəsinə uyğun olmamasını bildirirlər. DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Axar.az-a bildirib ki, ənənəvi olaraq istirahət və bayram günlərində restoran xidmətlərinə yüksək tələbat olur: “Buna görə də otellərdə, restoranlarda və digər turizm müəssisələrində yerlərin sayı azalır. Bəzi fürsətcil restoran sahibləri isə bundan istifadə edərək qiymətləri bahalaşdırır. Bir çox halda restoranların qiymətləri əhalinin orta aylıq gəliri ilə uyğunlaşmır və fantastik olur”. S.Dübəndinin sözlərinə görə, son illərdə restoran biznesinə bu sahəni dərindən öyrənməyən, bilməyən insanlar gəliblər: “Restoran biznesi digərləri ilə müqayisədə daha az investisiya tələb edən sahədir. Bu isə restoran biznesinə hazırlıqsız və iaşə xidməti sahəsində səriştəsi olmayan insanların gəlməsinin səbəblərindən biridir. Nəticədə fürsətcil, xüsusi və bayram günlərindən istifadə edərək daha çox gəlir əldə etmək istəyənlərin sayı bu sahədə artıb”.
2023-12-20
815,262
Azad edilən ərazilərdəki seçicilərin sayı...
Gələn il fevralın 7-də növbədənkənar prezident seçkilərində azad edilən ərazilərdə səs verəcək seçicilərin sayı açıqlanıb. Axar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, artıq azad olunmuş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb: “Orada təxminən 23 minə yaxın seçici səs verəcək. Hər məntəqəyə orta hesabla, təxminən 800-900 seçici düşür. Bu, kifayət qədər yaxşı rəqəmdir”.
2023-12-20
815,268
2024-cü ildən uşaqpulu veriləcək? - Deputat
Milli Məclisin son iclasında uşaqpulu məsələsi yenidən gündəmə gətirilib. İctimaiyyətdə 7 fevral 2024-cü ildə keçirilməsi planlaşdırılan növbədənkənar prezident seçkilərində hakimiyyətin sosial paketinə bu məsələnin daxil edilib-edilməyəcəyi müzakirə olunur. Axar.az xəbər verir ki, deputat Fazil Mustafa Globalinfo.az-a açıqlamasında uşaqpulu məsələsinin gündəmə gətirilmədiyini bildirib. “Uşaqpulu” Sovet dövrünün terminidir. Bu, ehtiyacı olan-olmayan hər kəsə vəsaitin verilməsini özündə ehtiva edir. Lakin hazırda uşaqpulu məsələsi yox, müxtəlif kateqoriyadan olan uşaqların müavinət sisteminin genişləndirilməsi müzakirə edilir. Bu pul hansısa formada ehtiyacı olan ailələrə verilir, amma əhatəliliyi genişləndirilməlidir: 5-6 növ müavinət 10-15 növ olmalıdır. Ehtiyacı olan heç bir uşaq kənarda qalmamalıdır”, - o vurğulayıb.
2023-12-20
815,276
Türkiyə MB uçot dərəcəsini yenə qaldırır
Türkiyə Mərkəzi Bankı dekabrın 21-də uçot dərəcəsini 40%-dən 42,5%-ə qaldıracaq. Axar.az xəbər verir ki, bunu türkiyəli iqtisadçı Əlaəddin Aktaş deyib. “Bu il 42,5% səviyyəsində başa çatacaq. Faiz dərəcəsi dekabrda, ola bilsin, yanvarda eyni məbləğdə 2,5 faiz bəndi artırılacaq, bundan sonra da uzun müddət dəyişməz qalacaq”, - Aktaş bildirib. Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı noyabrda uçot dərəcəsini 35 faizdən 40 faizə qaldırmışdı.
2023-12-20
815,277
Nazir Vaqif Əsədovun yerinə onu təyin etdi - Foto
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində yeni təyinat olub. Axar.az Oxu.az-a istinadən xəər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, polis kapitanı Toğrul Nəsirli Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin təbliğat və ictimai işlər üzrə rəisi təyin edilib. Qeyd edək ki, adıçəkilən bölmənin əvvəlki rəisi polis polkovniki Vaqif Əsədov olub. O, yaş həddi ilə əlaqədar daxili işlər orqanlarından təqaüdə göndərilib. İndiyə qədər isə polis mayoru Araz Əsgərli həmin bölmənin rəisi vəzifəsini müvəqqəti icra edib.
2023-12-20
815,280
İran 24 dildə yayımlanacaq yeni kanal açır
İran hökuməti siyasi-ideoloji təbliğatını genişləndirmək məqsədilə 24 dildə veriliş yayımlayacaq “Səhab” adlı yeni televiziya kanalı açır. Axar.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, televiziya kanalı İran televiziyasının xarici verilişlər bölməsi tərəfindən açılır və yalnız xarici ölkələrdə yayımlanacaq. Kanalın xarici ölkələrdə İranın siyasi, ictimai, mədəni, tarixi və s. məsələləri barədə müsbət təsəvvür yaratmaq üçün təsis edildiyi qeyd edilib. Xatırladaq ki, İranın yeni büdcə ilində dövlət televiziyası və ona bağlı xarici redaksiyalara ayrılan vəsaitin artırılması nəzərdə tutulub.
2023-12-20
815,281
Tasmaqambetov, nəhayət, İrəvana gəlir
KTMT Baş katibi İmanqali Tasmaqambetov dekabrın 21-də İrəvana səfər etməyi planlaşdırır. Axar.az xəbər verir ki, bu barədə KTMT-nin rəsmi saytında məlumat yayılıb. “21 dekabrda KTMT-nin Baş katibi İmanqali Tasmaqambetovun İrəvana səfəri planlaşdırılır və bu səfər çərçivəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüş keçiriləcək. KTMT Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının, Təhlükəsizlik Şurası Katibləri Komitəsinin noyabrda Minskdə keçirilən sammitinin nəticələrinin müzakirə olunacağı gözlənilir”, - məlumatda qeyd olunub. Qeyd edək ki, bir müddət öncə də İmanqali Tasmaqambetovun İrəvana gələcəyi barədə xəbər yayılmışdı. Ancaq sonradan məlum olmuşdu ki, Ermənistan rəhbərliyi onunla görüşmək istəmir.
2023-12-20
815,284
BMT İranla bağlı bu qətnaməni qəbul etdi
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası dekabrın 19-da İran hökuməti tərəfindən insan haqlarının geniş şəkildə pozulmasını pisləyən qətnaməni qəbul edib. Axar.az xəbər verir ki, bu barədə BMT məlumat yayıb. Qətnamə 78 lehinə, 30 əleyhinə və 68 bitərəf olmaqla təsdiqlənib. Qətnamədə İranda dini azlıqların hüquqlarının geniş şəkildə pozulmasından narahatlıq ifadə olunub. Bununla yanaşı, ölkədə qadınlara qarşı sistemli ayrı-seçkilik siyasəti pislənilib, bunun dayandırılması, qeyri-insani və ləyaqəti alçaldan işgəncə və cəzalara, müxaliflərin sistematik repressiyalarına, əsassız həbslərinə son qoyulması, həbsxanalardakı dözülməz şəraitin aradan qaldırılması tələb edilib. Xatırladaq ki, İranda insan haqlarının pozulması ilə bağlı qətnamə noyabrın 15-də Kanada tərəfindən təklif edilmişdi.
2023-12-20
815,286
Bu universitetlər akkreditasiyadan keçə bilmədi
Bu il 13 universitetdə - AzTU, BDU, ADPU, AzMİU, ATU, BMU, ADA, LDU, SDU, Xəzər Universiteti, BDU-nun Qazax filialı, UNEC-in Zaqatala filialında akkreditasiya olub. Axar.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin hesabatında qeyd olunub. Bildirilib ki, bu günə kimi 7 universitet - AzTU, BDU, UNEC, ADPU, AzMİU, Xəzər Universiteti və LDU akkreditasiyadan keçib: “Digər 3 universitet - SDU, UNEC-in Zaqatala filialı və BDU-nun Qazax filialı akkreditasiyadan keçə bilməyib. Bu univerisitetlər 2024-cü ildə təkrar yoxlanılacaq. Siyahıda olan ADA, ATU və BMU-da isə akkreditasiya prosesi davam edir və gələn həftə yekunlaşacaq”.
2023-12-20
815,288
Ölkənin adı dəyişəcək, bu vəzifələr ləğv ediləcək…
Millət vəkili, BAXCP sədri, prezidentliyə namizədliyini irəli sürən Qüdrət Həsənquliyev partiyanın mətbuat orqanına verdiyi geniş müsahibəsində namizəd kimi proqramının bəzi hissələrini açıqlayıb. Axar.az xəbər verir ki, Q.Həsənquliyev prezident seçiləcəyi halda bu qərarları verəcəyini bildirib: - parlamentə Xankəndi üzərində dövlət suverenliyinin bərpası ilə əlaqədar böyük amnistiya aktı haqqında qərar layihəsi göndərəcək; - Konstitusiya islahatları nəticəsində dövlətin adını dəyişib, Şimali Azərbaycan Cümhuriyyəti adlandırılmasına nail olacaq; - ölkə 15 inzibati ərazi vahidə – regiona bölünəcək, regionların yerli sakinlər tərəfindən seçilən 31 nəfərdən ibarət Məclisləri olacaq və region rəhbərləri həmin Məclisdə seçiləcək; - ədalətli məhkəmə hakimiyyəti üçün məhkəmələrdə andlı iclasçılar institutu tətbiq edəcək. Məhkəmədə çəkişən tərəflərdən kimin haqlı olmasını hakim yox, xalqın arasından seçiləcək 12 nəfər sadə vətəndaş (andlı iclasçılar ) müəyyən edəcək; - ədliyyə naziri və Baş prokuror vəzifələri birləşdiriləcək, vahid Dövlət İstintaq Komitəsi formalaşdırılacaq. - qadınlar üçün pensiya yaşı 59-a, kişilər üçün 61-ə endiriləcək; - pensiyaların minimum həddi orta aylıq əmək haqqının 80%-dən az olmayacaq; - ailələrə “uşaqpulu” deyilən aylıq müavinətlər veriləcək; - müqavilə əsasında peşəkar ordu qurulacaq, çağırış yaşına çatmış oğlanlar ya orduya hərbi xidmət keçmədiyi üçün pul ödəyəcək, ya da 6 ay hərbi xidmət keçəcək; - peşəkar hərbçilər məcburi 20 il xidmət keçəcək; - büdcədən maliyyələşən şəxslərin əmək haqqı əhəmiyyətli məbləğdə artırılacaq, çünki aparılacaq islahatlar nəticəsində büdcə gəlirləri dəfələrlə artacaq; - təhlükəsizlik sahəsində Türkiyə, Rusiya, Pakistan və İsrail ilə yaxından əməkdaşlıq edəcək ,türk dövlətləri ilə yaxınlaşma siyasəti davam etdiriləcək.
2023-12-20
815,289
ABŞ-dan İsrailə: HƏMAS-ı daha dəqiq vur!
İsrail HƏMAS və onun rəhbərliyinə qarşı daha dəqiq zərbələr endirməlidir. Axar.az xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Kamala Harris deyib. “Bizim mövqeyimiz həmişə belə olub ki, İsrail özünü müdafiə etmək hüququna malikdir. Amma bunun necə baş verməsi vacibdir. Qəzza zolağında çoxlu sayda günahsız fələstinli ÇAXAL-ın radikal qrupa qarşı mübarizə taktikası ucbatından əziyyət çəkir”, - Harris bildirib.
2023-12-20
815,291
Qurban Qurbanov Xankəndidəki oyundan danışdı
Xankəndiyə böyük qürur hissi ilə gedirik. Axar.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov hava limanında İTV-yə açıqlamasında deyib. “Baxmayaraq ki, yerli kubok oyunumuzdur, böyük sevgi ilə gedirik. Dünən məşqdə belə komandada əhval yüksək səviyyədə idi. Çox istərdik ki, bu oyun futbolu daha da sevdirsin. Buna da inanıram, əminəm. Mənə elə gəlir ki, oradakı oyunda daha qürurlu olacağıq. Matçı gözləyirik, çox şadıq. Bir daha ordumuza, əsgərlərimizə, cənab prezidentə təşəkkür edirəm ki, torpaqları geri qaytardılar və biz də ora qürurla gedirik. Çox istərdik ki, beynəlxalq bir oyun orada keçirilsin. Bununçün vaxt lazımdır, böyük məmnuniyyətlə orada beynəlxalq oyun keçirmək istəyərdik”. Qeyd edək ki, sabah Xankəndidə “Qarabağ” Azərbaycan Kubokunun 1/8 finalı çərçivəsində MOİK ilə qarşılaşacaq. Oyun saat 14:00-da start götürəcək.
2023-12-20
815,293
Paşinyanın səlahiyyəti genişləndirilir
Ermənistanın baş naziri prezidentin yerinə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbərini vəzifəyə təyin edib, vəzifədən azad edəcək. Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumata görə, müvafiq qanun layihəsi parlamentin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasına təqdim edilib. “Mövcud qanunvericiliyə görə, Ermənistan Milli Təhlükəsizlik Xidməti baş nazirə tabedir, lakin Xidmətin rəisi və onun müavinləri prezidentin qərarı ilə vəzifəyə təyin və vəzifədən azad edilir. Dəyişikliklərdən sonra bu funksiya prezidentdən baş nazirə keçəcək”, - ədliyyə nazirinin müavini Armenui Arutyunyan deyib. Qeyd olunur ki, dəyişikliklərdə o da təklif olunub ki, Milli Təhlükəsizlik Xidmətinin rəisi və müavinləri vəzifəsinə təyin olunmaq üçün müvafiq rütbənin olması vacib deyil. Komissiya düzəlişlərin lehinə səs verib.
2023-12-20
815,295
Bağça müdiri olmaq istəyənlərin nəzərinə!
Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinin müddəti uzadılıb. Bu barədə Axar.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Müsabiqədə iştirak etmək istəyən namizədlər 26 dekabr saat 11:00-dək bu linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər. Namizədlərin hazırda məktəbəqədər təhsil müəssisəsində çalışması şərt deyil. Qeyd edək ki, ötən müsabiqədə iştirak etmiş şəxslər yenidən müraciət edə bilərlər. Həmin şəxslərin elektron sənədlərinin statusu ilkin mərhələyə qaytarılıb.
2023-12-20
815,298
Putin Nazarbayevlə təkbətək görüş keçirdi
Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanın keçmiş lideri Nursultan Nazarbayevlə təkbətək görüş keçirib. Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib. “Bəli, o, (Nazarbayev - red.) doğrudan da Moskvada idi, prezidentlə (Putinlə - red.) təkbətək görüşü olub. Bunu təsdiq edirik”, - o bildirib.
2023-12-20
815,302
Rusiya və Türkiyə Qəzza ilə bağlı çağırış etdi
Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin və Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiç arasında görüş keçirilib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. “Görüş zamanı işğal olunmuş Fələstin ərazilərində, ilk növbədə Qəzza zolağında artan zorakılıq fonunda Təhlükəsizlik Şurasında və BMT Baş Assambleyasında Yaxın Şərq problemlərinə dair müzakirə olunan məsələlərə ətraflı şəkildə toxunulub. Hər iki tərəf dərhal və genişmiqyaslı atəşkəs yolu ilə qan tökülməsinin dayandırılmasının vacibliyini vurğulayıb. Bundan əlavə, qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi kontekstində kənd təsərrüfatı məhsullarının və gübrələrin, o cümlədən Rusiyadan dünya bazarlarına maneəsiz tədarükü mövzusu nəzərdən keçirilib. Rusiya taxıl gübrələrinin ən kasıb ölkələrə pulsuz daşınması mövzusu da müzakirə olunub”, - məlumatda deyilir.
2023-12-20
815,309
Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşdü - Foto
Azərbaycanın Baş naziri Əli Əsədov dekabrın 20-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin vitse-prezidenti Cövdət Yılmazla görüşüb. Nazirlər Kabinetindən Axar.az-a bildirilib ki, görüşdə Türkiyənin vitse-prezidentinin rəsmi səfərinin iki ölkə arasında mehriban qonşuluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib. İqtisadi-ticari əməkdaşlığın çox yüksək dinamikaya malik olduğu məmnunluqla vurğulanıb. Ötən il qarşılıqlı ticarətin həcmi 6 milyard ABŞ dollarına yaxın olub ki, bu da 25% artım deməkdir. Cari ilin 11 ayında bu artım daha böyük temp nümayiş etdirir – 33%. Preferensial Ticarət Sazişinin ticarət dövriyyəsinin genişləndirilməsinə mühüm töhfə verəcəyi diqqətə çatdırılıb. Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf dinamikası xüsusi vurğulanıb. 2023-cü ilin 10 ayında iki ölkə arasında daşınmış yüklər həcminin 35% artığı bildirilib. Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasında birbaşa dəmir yolu əlaqəsinin təmin edilməsi baxımından Qars-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan sentyabrda prezidentlər tərəfindən imzalanmış niyyət protokolunun önəmi vurğulanıb. Tərəflər həmçinin Azərbaycan-Türkiyə münasibətlərinin kənd təsərrüfatı, humanitar, təhsil, turizm və maraq doğuran digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
2023-12-20
815,311
Türkiyə ordusu 4 PKK-çını məhv etdi
Suriyanın şimalında “Zeytun budağı” əməliyyatı bölgəsində hücum hazırlığı görən PKK terror təşkilatının dörd terrorçusu zərərsizləşdirilib. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
2023-12-20
815,316
“Qazprom” Ermənistana 370 milyon yatıracaq
Ermənistanın Dövlət Xidmətlərini Tənzimləmə Komissiyası 2024-28-ci illər üçün “Qazprom Ermənistan” investisiya proqramını təsdiqləyib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumata görə, proqramın ümumi həcmi 148.9 milyard dram (370 milyon dollar) təşkil edir. Bunun 25,1 milyard dramı (təxminən 62 milyon dollar) Abovyan yeraltı qaz anbarının əsaslı təmiri və genişləndirilməsinə, 56,6 milyardı (təqribən 141 milyon dollar) qaz nəqli şəbəkəsində təmir-tikinti işlərinə və 40,7 milyardı (101 milyon dollar) qazpaylayıcı şəbəkədəki işlərə ayrılacaq. İrəvanın qaz təchizatı sisteminin genişləndirilməsi proqramına 20 milyard dram (təxminən 50 milyon dollar) ayrılması da planlaşdırılır.
2023-12-20
815,318
Hüseyn Seyidova hökm oxundu
Külli miqdarda rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri Hüseyn Seyidova hökm oxunub. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, Hüseyn Seyidov 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, dövlət ittihamçısı Fariz Rzayev təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. İttihama görə, Hüseyn Seyidov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb. Qeyd olunub ki, onun müalicə edilmədən tibbi sənədlərdən çıxarışların verilməsi müqabilində xəstələrdən rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı H.Seyidova qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
2023-12-20
815,320
Hacıqabulda traktor aşdı: ölən var
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Hacıqabul rayonunun Birinci Udullu kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Bu barədə Axar.az-a FHN-dən məlumat verilib. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Belarus" markalı traktor idarəetməni itirərək yol kənarındakı dərəyə aşıb, 1 nəfər traktorda sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
2023-12-20
815,322
Bakının ritorikası dəyişib - Xaçatryan
Bir il əvvəl Azərbaycanın ritorikası başqa idi, hər gün hansısa hərbi əməliyyata hazırlaşır, Zəngəzur dəhlizinin açılmasından danışırdı. Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Mülki Müqavilə Partiyasından olan deputatı Armen Xaçatryan deyib. “Lakin son bir ildə Bakının ritorikası dəyişdi və Ermənistana beynəlxalq münasibətlər də dəyişdi. Kimin ağlına gələrdi ki, Qərb dövlətləri MDB və KTMT-yə daxil olan Ermənistana silah verə və ya sata bilər? Bu imkanlarımız var, biz onları əldə edirik. Yəni Azərbaycanla hərbi balansı yaratmaq üçün hər şey edilir”, - Xaçatryan bildirib.
2023-12-20
815,324
Kreml: Ukrayna ilə danışıqlar üçün heç bir baza yoxdur
Rusiyanın iştirakı olmadan Ukrayna üçün sülh formulunun axtarışı heç bir nəticəsi, potensialı olmayan absurd prosesdir. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Bu, tez-tez xatırlanan “sülh formulu”nda sadəcə gözünüzü açıb faktlara baxmaq lazımdır. Onlar Rusiyanın iştirakı olmadan sülh formulunu axtarmağa çalışırlar. Bu, ən azı absurd prosesdir. Ciddi şəkildə desək, təbii ki, bu, heç bir nəticəsi, potensialı olmayan bir prosesdir”, - o bildirib. Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqlar məsələsinin indi əhəmiyyətsiz olduğunu, lakin Kiyevin “sülh formuluna” malik olduğunu bildirmişdi.
2023-12-20
815,326
Prezident xanımı ilə Xocavənd və Xocalıya getdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 20-də Xocavənd və Xocalı rayonlarına səfər ediblər. Axar.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində, Şıx Dursun kəndində “Çinar müqəddəs yer” abidə kompleksində və Xocalı rayonunun Şuşakənd kəndində olublar.
2023-12-20
815,330
Yeni ildə spirtli içki alanların nəzərinə!
Yeni illə əlaqədar spirtli içkilərin kütləvi istehlakını nəzərə alaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vətəndaşları diqqətli olmağa çağırır. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Axar.az-a bildirilib ki, bayram ərəfəsində ölkəmizdə də qanunsuz yollarla saxta spirtli içki hazırlayıb insanların sağlamlığı və həyatı bahasına qazanc əldə etməyə çalışan “işbaz”lara rast gəlinir. Həmin qanunsuz əməllərin qarşısının alınması istiqamətində AQTA və hüquq-mühafizə orqanları tərəfindən mütəmadi qaydada yoxlama-nəzarət tədbirləri, reydlər keçirilir və aşkar olunan qanunazidd faktlarla bağlı ən sərt tədbirlər görülür. Bununla yanaşı, əhalinin də bu məsələyə ciddi yanaşması və diqqətli olması vacibdir. Mütəxəssislərin rəyinə görə, kustar üsullarla saxta spirtli içkilərin hazırlanmasında metil (metanol) spirtindən istifadə edilir. İstehlakçıların zəhərlənməsinə səbəb olan metil texniki, sənaye spirtidir və onun qida kimi istifadə edilməsi yolverilməzdir. Metil spirtinin az miqdarda qəbul edilməsi belə orqanizmdə çox ciddi fəsadlara səbəb olur. Nəticədə mərkəzi sinir və mədə-bağırsaq sistemi, xüsusilə gözün torlu qişasını zədələməklə görmə ilə əlaqədar olan ağır fəsadlar yaradır. Qida üçün nəzərdə tutulmayan, insan sağlamlığına təhlükə yaradan maddələrin spirtli içki məhsullarının hazırlanmasında istifadə olunması qəti şəkildə yolverilməzdir. Həmçinin vətəndaşların həyat və sağlamlığına qəsd törətdiyi üçün cinayət məsuliyyəti yaradır. Adətən, dələduzlar gizli və qapalı məkanlarda bu cür qanunsuz fəaliyyətlə məşğul olduğundan onların aşkarlanması və ifşa olunmasında vətəndaşların dəstəyinə və bu sahədə ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var. Vətəndaşlardan belə qanunsuz hallarla bağlı aidiyyəti dövlət orqanlarına, o cümlədən Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur. Eyni zamanda ictimai iaşə, satış və digər məkanlardan qida məhsulları alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirmək, qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktlara uyğun sənədləri tələb etmək lazımdır.
2023-12-20
815,333
Paşinyan növbədənkənar seçkiyə gedəcək?
Ermənistan hakimiyyət növbədənkənar seçki keçirmək fikrində deyil. Axar.az xəbər verir ki, bunu hakim “Mülki müqavilə” partiyasından olan deputat Armen Xaçatryan deyib. “Növbədənkənar seçkiyə niyə getməliyik, problem nədir? Belə bir müzakirə olmayıb. Konstitusiyaya görə, parlament 5 il müddətinə seçilir. Müddət bitdikdən sonra yeni seçki olacaq”, - o bildirib. Qərbin növbədənkənar seçkiyə meyilli olmasına dair söz-söhbətlərə cavab olaraq Xaçatryan qeyd edib ki, Qərb heç nəyə meyilli deyil: “Mən hazırda növbədənkənar seçkiyə ehtiyac görmürəm”.
2023-12-20
815,336
Məhkumların əməyə cəlb olunması…
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların sosial reabilitasiyasının təkmilləşdirilməsi, onların əməyə, müxtəlif peşə kurslarına və təhsil proqramlarına cəlb olunması məqsədilə işlər davam etdirilir. Axar.az xəbər verir ki, birgə uğurlu layihələrin genişləndirilməsi və perspektivlərin müzakirə olunması məqsədilə Penitensiar xidmətin Baş idarəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin əməkdaşları ilə görüş keçirilib. Xidmət rəisinin müavini ədliyyə general-mayoru Oqtay Məmmədov qonaqlara məhkumların islah prosesində əməyə cəlb olunmasında, onlara peşə bacarıqlarının öyrədilməsində nailiyyətlərdən və bu sahədə Penitensiar xidmətin digər dövlət qurumları və özəl sektor nümayəndələri ilə qarşılıqlı fəaliyyət imkanlarından danışıb. Dövlət Məşğulluq Agentliyi sədrinin müavini Cəmaləddin Quliyev azadlıqdan məhrum edilmiş şəxslərin peşə hazırlığı, onlar üçün yeni istehsal sahələrinin yaradılması ilə bağlı Dövlət Məşğulluq Agentliyi tərəfindən verilə biləcək dəstək imkanlarından və layihələrdən söz açıb, təkliflərini bildirib. Görüş zamanı həmçinin Penitensiar xidmətdə mövcud istehsal sahələrinin müasirləşdirilməsi, yeni istehsal sahələrinin yaradılması, hazırda məhkumlara verilən peşə təhsili istiqamətlərinin təkmilləşdirilməsi və eyni zamanda yeni peşə sahələrinin yaradılması, sahibkarların bu məqsədlə prosesə cəlb edilməsi və stimullaşdırılması üçün görülməli olan işlər və bu istiqamətdə qanunvericilik bazasının uyğunlaşdırılması məsələləri müzakirə olunub.
2023-12-20
815,337
13 il əvvəl törədilmiş cinayətin üstü açıldı
Azərbaycanda 13 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb. Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili işlər Nazirliyi birgə məlumat yayıb. Belə ki, 16 fevral 2010-cu il tarixdə Şəmkir rayonunun Mahmudlu kəndindən Yeniabad kəndi istiqamətinə gedən torpaq yolda “Daevoo Neksia“ markalı avtomobilin sükanı arxasında 1953-cü il təvəllüdlü rayonun Yeniabad kənd sakini Məhərrəm Kamil oğlu Həsənovun baş və bədən nahiyəsində çoxsaylı xəsarətlər olan meyitinin aşkar olunması faktına görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılsa da, cinayəti törətmiş şəxs və ya şəxsləri müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb. Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi yenidən öyrənildikdən sonra iş üzrə icraat təzələnmiş və həyata keçirilmiş kompleks istintaq və əməliyyat tədbirləri nəticəsində Şəmkir rayonunun Yeniabad kənd sakini Turab Malik oğlu Vəliyevin 15 fevral 2010-cu il tarixdə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi Məhərrəm Həsənovun idarə etdiyi avtomobillə Gəncə şəhərinə getməsi, bir neçə saat sonra yaşadıqları kəndə birlikdə qayıdarkən göstərdiyi taksi xidməti müqabilində ona ödəniş etməyəcəyini bildirməsi, həmin vaxt aralarında baş vermiş mübahisə zamanı avtomobilin içərisində Məhərrəm Həsənova deşici-kəsici alətlə çoxsaylı zərbələr endirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Turab Vəliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilib. Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.
2023-12-20
815,338
Zakir Həsənov Qarabağda hərbçilərlə görüşdü - Video
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb. Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə naziri şəxsi heyətin fərdi hazırlığının təkmilləşdirilməsi, bilik və bacarığının daha da artırılması üçün üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Ali Baş Komandanın istənilən tapşırıqlarının icrasına hər an hazır olmaları hərbi qulluqçuların diqqətinə çatdırılıb. M.Məmmədov Azərbaycan Prezidentinin diqqət və qayğısı sayəsində ölkəmizin bütün bölgələrində, o cümlədən azad edilmiş ərazilərdə hərbi qulluqçuların maddi-texniki təminatının, sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Bu işlərin gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə edib. Sonra xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu qiymətli hədiyyələrlə təltif edilib. Nazir təqdim edilən hərbi texnikalara baxış keçirib, onların heyətlərinin hazırlığını yoxlayıb. Hərbi hissədə yaradılan şəraitlə maraqlanan müdafiə nazirinə məruzə edilib ki, burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı, camaşırxana-qazanxana və ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar mövcuddur. General-polkovnik Z.Həsənov hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, eləcə də döyüş hazırlığının yüksək səviyyədə saxlanması ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib. Sonda şəxsi heyətlə birgə nahar edilib.
2023-12-20
815,341
AB Kiyevə ABŞ-dan daha çox yardım edib
AB ümumilikdə Ukraynaya ABŞ-dan qat-qat çox yardım edib. Axar.az xəbər verir ki, bunu AB diplomatiyasının rəhbəri Jozep Borrell deyib. Borrell qeyd edib ki, AB ölkələri ikitərəfli razılaşma və Avropa Sülh Fondu vasitəsilə Ukraynaya 30 milyard avroya yaxın hərbi yardım göndərib: “Bu yardım sayəsində Ukrayna müqavimət göstərə bildi. ABŞ-ın hərbi yardımı bizimkindən daha əhəmiyyətli idi, lakin hərbi, maliyyə, iqtisadi, humanitar yardımları toplasanız, Avropa Ukraynaya ABŞ-dan qat-qat çox dəstək verdi. Bu məsələdə AB-nin birliyi davam edəcəkmi? ABŞ-dan kömək yeni prezident dövründə, hətta onun seçkilərinə qədər davam edəcəkmi? Bu suallara cavab verilməlidir. Biz Avropada buna cavab verməliyik. Məncə, Ukraynanın tərəfində olmalıyıq, daha çox və daha sürətli nələrsə etməliyik, çünki Rusiya AB üçün strateji təhlükə yaradır”.
2023-12-20
815,344
Azərbaycanda məşhur ticarət mərkəzi bağlandı
Gəncə-Universam QSC ləğv olunduğunu elan edib. Axar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı QSC-nin növbədənkənar ümumi yığıncağında qərar qəbul olunub. Beləliklə, qərarla ticarət mərkəzinin bağlanması rəsmiləşdirilib. Qeyd edək ki, Gəncə-Universam 1998-ci ildən fəaliyyət göstərirdi. Şirkətin qanuni təmsilçisi Gülpəri Məcid qızı İbrahimovadır. Nizamnamə kapitalı isə 184 862 manat olub. Ötən ay QSC-nin ləğv olunacağı ilə bağlı məlumatlar yayılmışdı.
2023-12-20
815,345
İran Pakistana xəbərdarlıq etdi: Sərhədlərinə nəzarət et
İranın Polis Qüvvələrinin baş komandanı Əhmədrza Radan İranla Pakistan sərhəddində yerləşən Rask şəhəri və ətraf bölgəsindən görüş keçirib. Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. O, dekabrın 15-də Sistan və Bəlucistan əyalətinin Rask şəhərində polis bölməsinə hücuma görə səbəbkarların sərt cəzalandırılacağını deyib. “Təhlükəsizlik qüvvələri ilə birgə vətəni satanlardan ağır qisas alacağıq”, - Radan təhdid edib. Polis qüvvələrinin baş komandanı çıxışı zamanı Pakistan hökumətinə çağırış edərək, sərhədlərinə nəzarəti gücləndirməyi istəyib. “Pakistandan quldurlara qarşı daha məsuliyyətli davranmasını gözləyirik. Lazım olduğu qədər terrorçuları təqib etmək hüququnu özümüzdə saxlayırıq”. Qeyd edək ki, dekabrın 15-də bəlucların silahlı təşkilatı "Ceyş ül-Ədl"in Rask şəhərindəki polis məntəqəsinə hücumu nəticəsində 14 polis öldürülüb, bir neçəsi yaralanıb. Silahlı təşkilatın isə iki üzvü öldürülüb, biri yaralı vəziyyətdə ələ keçirilib, biri qaçıb.
2023-12-20
815,348
“Qarabağ” və “Neftçi” cərimələndi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Axar.az xəbər verir ki, iclasda Premyer Liqanın XVII turunda qeydə alınmış qayda pozuntularına hüquqi qiymət verilib. “Kəpəz”lə oyunun 26-cı dəqiqəsində, həmçinin matç bitdikdən sonra “Sumqayıt” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 1500 manat cərimə edilib. “Səbail”lə görüşdə təcavüzkar davranışa - rəqibə zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alan “Qəbələ”nin futbolçusu Samuel Tette ikisi şərti olmaqla 4 oyun cəzalanıb. Qanalı hücumçu bölgə təmsilçisini 3000 manat ziyana salıb. “Araz-Naxçıvan”la oyunda 4 futbolçusu sarı vərəqə görən “Sabah” klubu 700 manat cərimələnib. “Qarabağ”-“Neftçi” matçında hər iki komandanın azarkeşləri tərəfindən rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə klublar ayrılıqda 1000 manat cərimə ödəyəcəklər.
2023-12-20
815,350
Almaniya məhkəməsi İranı terrorda ittiham etdi
Düsseldorf Ali Məhkəməsi ötən il Almaniyanın Bohum şəhərində sinaqoqa edilən terror hücumunun arxasında İran rəsmilərinin olduğunu bildirib. Axar.az xəbər verir ki, bu barədə Almaniyanın “Şpigel” nəşri məlumat yayıb. Məhkəmənin açıqlamasından sonra Almaniya Xarici İşlər Nazirliyi İranın müvəqqəti işlər vəkilini XİN-ə çağırıb. Düsseldorf Ali Məhkəməsi terror hücumuna görə İran-Almaniya ikili vətəndaşlığı olan 36 yaşlı Babək C. adlı şəxsi 33 ay həbs cəzasına məhkum edib. Qeyd edək ki, Babək C. 2022-ci ilin noyabr ayında Bohum şəhərində yerləşən yəhidi sinaqoquna yandırıcı maddə ilə hücum etmək istəyib. Sinaqoqun polis tərəfindən mühafizə olunduğunu gördükdə hazır vəziyyətə gətirilmiş yandırıcı maddəni yaxınlıqda yerləşən məktəb binasına atıb. Almaniya məhkəməsi terrorçunun İran hakimiyyəti ilə əlaqələrini sübut edən faktların aşkarlandığını bildirib.
2023-12-20
815,355
Xankəndi stadionundan ən son - Fotolar
Xankəndi stadionunda “Qarabağ”- MOİK oyunu ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yeni fotolar paylaşılıb. Artıq stadionunda yeni oturacaqların quraşdırılması başa çatıb. Qeyd edək ki, Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Qarabağ" - MOİK matçı dekabrın 21-i, saat 14:00-da Xankəndi stadionunda başlayacaq.
2023-12-20
815,358
Almaniya Rusiyanın 720 milyonunu müsadirə edir
Almaniya Baş Prokurorluğu Rusiyanın dondurulmuş 720 milyon avrodan çox pulunu müsadirə etmək istəyir. Axar.az xəbər verir ki, bu barədə “Şpigel” nəşri yazıb. “Bu pullar sanksiyaya məruz qalmış adı çəkilməyən rus şirkətinə məxsusdur. Federal Prokurorluq qərar verib ki, pullar müsadirə olunmalıdır. Əgər bu baş versə, o zaman digərləri üçün də presedent olacaq”, - nəşr bildirib. “Skay Nyus” telekanalının da verdiyi məlumata görə, Avropa Birliyi gələn həftə Rusiyanın dondurulmuş aktivlərindən necə istifadə edəcəyinə qərar verə bilər.
2023-12-20
815,359
665-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı
Rusiya müharibənin 665-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 553 təyyarəsi, 260 helikopteri, 9899 PUA-sı, 442 zenit-raket kompleksi, 14 202 tank və digər zirehli texnikası, 1 189 reaktiv yaylım atəş sistemi, 7 416 artilleriya və minaatanı, 16 502 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
2023-12-20
815,361
ABB-nin dəstəyi ilə “Sərhədsiz istedadlar” sərgi-yarmarkası...
DOST Agentliyi və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı, UNICEF Azərbaycan, Azərbaycan Banklar Assosiasiyasının tərəfdaşlığı ilə BDU-da fiziki məhdudiyyətli yaradıcı gənclərin əl işlərinin sərgi-yarmarkası təşkil olunub. Tədbir “Sərhədsiz istedadlar” devizi altında keçirilib. Bərabər imkanların təmin olunmasına və inklüzivliyə xidmət edən bu faydalı tədbirə dayanıqlı inkişaf məqsədlərinə sadiq qalaraq ABB də tərəfdaşlıq köməyi göstərib. Sərgi-yarmarka çərçivəsində təşkilatçı və tərəfdaş qurumların rəhbər şəxslərinin iştirakı ilə qısa toplantı olub. Toplantıda layihənin məqsədləri barədə məlumat verilib. Bildirilib ki, belə bir sərgi-yarmarkanın təşkilində əsas niyyət fiziki məhdudiyyətli yaradıcı gənclərin istedadını üzə çıxarmaq, onlarda müxtəlif özünüinkişaf proqramlarına marağı artırmaqdır. Sərgi-yarmarka zamanı müxtəlif təhsil müəssisələrində, o cümlədən peşə məktəblərində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq reablitasiya mərkəzlərinin proqramlarında təhsil alaraq yaradıcı qabiliyyətlərini inkişaf etdirən ayrı-ayrı gənclər öz əsərlərini sərgiləyiblər. Tədbirdə “DanceAbility Azərbaycan” inklüziv rəqs qrupu da ifalarla çıxış edib. Ayrı-ayrı gənclərin uğur hekayələri dinlənilib. Tədbirdə fiziki məhdudiyyətli gənclərin əl işləri üzrə müsabiqənin təşkili, innovativ ideyalar əsasında startap müsabiqələrinin keçirilməsi, həmçinin bu gənclərin sosial fəallığını dəstəkləyən digər təşəbbüslər irəli sürülüb. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.
2023-12-20
815,365
İcmadan Mirzoyanın müavininə sərt reaksiya
Daşnak təfəkkürlü diplomatlar təxribatçı açıqlamalarla normallaşma prosesinə mane olmağa çalışırlar. Axar.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib. Qeyd olunub ki, Ermənistanın xarici işlər nazirinin müavininin növbəti anti-Azərbaycan açıqlaması bir daha onu göstərir ki, daşnak təfəkkürlü erməni diplomatları iki ölkə arasında münasibətlərin normallaşdırılması perspektivindən qətiyyən məmnun deyil və müxtəlif təxribatçı açıqlamalarla prosesə mane olmağa çalışırlar. Nazir müavini “Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən təklif edilmiş prinsiplər əsasında sülh sazişini başa çatdırmaq istəmir” deməklə böyük yanlışlığa yol verir. Əvvəla, yalnız sülh danışıqları ilə bağlı Azərbaycan tərəfindən təklif edilmiş prinsiplər vardır. İkincisi, nazir müavini “beynəlxalq ictimaiyyət tərəfindən təqdim edilmiş prinsiplər” dedikdə 2023-cü ilin oktyabr ayında qəbul olunmuş Qranada bəyanatını nəzərdə tutursa, onda vurğulamaq istərdik ki, beynəlxalq ictimaiyyət yalnız Ermənistan, Fransa, Almaniya və Avropa İttifaqından ibarət deyil və Azərbaycanın iştirak etmədiyi bir görüşdə qəbul edilmiş hansısa sənədin onun üçün heç bir qüvvəsi yoxdur. Erməni diplomatın Qarabağ ermənilərinin qayıdışı fikri ilə bağlı isə bildiririk ki, bu proses qarşılıqlı olmalı, Qərbi azərbaycanlıların da Ermənistana qayıdışı təmin edilməlidir.
2023-12-20
815,366
Prezident və xanımı Qırmızı Bazar qəsəbəsində...
Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonuna səfər ediblər. Axar.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım rayonun Qırmızı Bazar qəsəbəsində olublar. Qəsəbə 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində Qırmızı Bazar qəsəbəsi separatçılardan təmizlənib. Qeyd edək ki, Qırmızı Bazar Xocavənd rayonunun iki qəsəbəsindən biridir və olduqca əlverişli strateji mövqedə, mühüm yolların kəsişməsində yerləşir. Qırmızı Bazara 1947-ci ildə qəsəbə statusu verilib. Qəsəbənin ərazisi təbii sərvətlər, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir. İşğaldan əvvəl qəsəbədə gövdəsinin diametri 600 santimetr, hündürlüyü 25 metr, yaşları min və iki min il olan iki Şərq çinarı qədim təbiət abidəsi kimi qorunurdu. Qəsəbə, eyni zamanda, kənd təsərrüfatı və turizm potensialına malikdir.
2023-12-20
815,367
“Bakıkart”ın istifadəsində problem yarandı
“Bakıkart” istifadəsində problem yaşanır. Axar.az xəbər verir ki, vətəndaşlar “Bakıkart” balansına mobil tədbiq vasitəsilə göndərdikləri vəsaitin hesaba oturmadığından şikayətlənir. Hətta ödənişin üzərindən bir neçə gün keçməsinə baxmayaraq, pul karta oturmur. Qeyd edək ki, kart balansının artırılmasının online.bakikart.az internet platforması üzərindən həyata keçirilməsi bu ilin iyul ayından tədbiq edilib.
2023-12-20
815,368
“Nar” Şərurda yeni mağazasını təqdim etdi
“Nar” Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində satış və xidmət mağazasını açdı. Şəhərin Kapitan Seyidov 4A küçəsində yerləşən mağazada nömrələrin satışı, bərpası və digər xidmətlərlə yanaşı, mobil telefonların, müxtəlif cihazların və aksesuarların satışı da həyata keçirilir. “Nar” abunəçiləri mobil opratorun müştəriyönümlülük strategiyasına uyğun olaraq bu yüksəkkeyfiyyətli xidmətlərdən ən sərfəli qiymətə yararlana bilərlər. Mobil operator davamlı olaraq müştəriləri üçün özəl tariflər və yeni konsepsiyalı mağazalar təqdim edir. 2023 il ərzində 13 yeni “Nar” mağazası fəaliyyətə başlayıb. “Nar” mağazalarının geniş siyahısı və təklif olunan xidmətlər haqqında ətraflı məlumatı nar.az ünvanından əldə edə bilərsiniz. Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
2023-12-20
815,370
Prezident və xanımı Şıx Dursun kəndində... - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 20-də Xocavənd rayonunun Şıx Dursun kəndində olublar. Axar.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım kənddəki “Çinar müqəddəs yer” abidə kompleksinə baxış keçiriblər. Qeyd edək ki, Qırmızı Bazar qəsəbə inzibati ərazisi dairəsinə daxil olan Şıx Dursun kəndi 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Kənd 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Kənddə 2500 ilə qədər yaşı olduğu təxmin edilən çinar nəinki Azərbaycanın, dünyanın ən yaşlı ağaclarından biri sayılır. Ağacın hündürlüyü 54 metr, gövdəsinin diametri 27 metrdir. Ağacın yaxınlığında onu su ilə təmin edən Tenqri bulağı yerləşir.
2023-12-20
815,375
Prezident və birinci xanım Xocalıda - Video
18:04 Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı rayonunda olublar. Axar.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım rayonun qədim Şuşakənd kəndinin ərazisinə baxış keçiriblər. Qeyd edək ki, Şuşakənd kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Kənd 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənib. Qədim tarixə malik kənddə bəzi tədqiqatlara görə, eramızın əvvəllərində Şimali Qafqaz çöllərində yaşamış türkdilli tayfalar məskunlaşıb. Kəndin ərazisi turizm və kənd təsərrüfatı potensialına malikdir.
2023-12-20
815,376
Moldova bu tarixə kimi MDB-ni tərk edəcək
Moldova növbəti ilin sonuna qədər MDB-dən çıxacaq. Axar.az xəbər verir ki, bunu Moldova parlamentinin Xarici siyasət və Avropaya inteqrasiya komissiyasının rəhbəri Doyna German bildirib. O qeyd edib ki, MDB-ni tərk etmək ölkə iqtisadiyyatına mənfi təsir göstərməyəcək.
2023-12-20
815,380
“Avroviziya" unikal tərtibata malik səhnədə keçiriləcək
Gələn il may ayının 7-si, 9-u və 11-də İsveçin Malmö şəhərində keçiriləcək Avroviziya-2024 mahnı müsabiqəsinin səhnəsinin və işıq dizaynının necə olacağı açıqlanıb. Kult.az xəbər verir ki, müsabiqənin keçirilməsinə cavabdeh olan SVT televiziya şirkəti dərc etdiyi press-relizdə səhnəni “auditoriyanı və tamaşaçıları 360 dərəcəli bucaq altında qarşılayan meydança” kimi təsvir edib. Zalın mərkəzində yerləşən səhnə və onun üzərindəki işıq diodlarının monumental konstruksiyası xaç şəklində olacaq. Səhnənin dizaynı Florian Vider və Fredrik Stormbiyə məxsusdur. F.Vider Beyonse, Adel və Cennifer Lopez kimi artistlərlə çalışıb, habelə yeddi “MTV Video” musiqi mükafatının dizayneri və yaradıcı prodüseri olub. F.Stormbi isə dizaynerlik işlərindən əlavə, “ABBA Voyage” və Beyonsenin “Renessans-tur” layihələrində iştirak edib.
2023-12-20
815,381
Ədliyyə orqanlarına imtahan keçirildi
Ədliyyə orqanlarında insan resurslarının idarə edilməsi istiqamətində görülən tədbirlər çərçivəsində vakant olan vəzifələrin hazırlıqlı hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə dekabrın 20-də Dövlət İmtahan Mərkəzi ilə birlikdə növbəti test imtahanı keçirilib. Axar.az xəbər verir ki, test imtahanında iştirak üçün elektron qaydada qeydiyyatdan keçmiş namizədlərin yarıdan çoxu bölgələrin təmsilçiləri, təxminən yarısı əmək fəaliyyətinə ədliyyə orqanlarında başlamaq arzusunda olanlar, həmçinin qadınlardır. 116 hüquqşünasın iştirak etdiyi və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən izlənilən imtahanın nəticələrinə dair namizədlərə yerindəcə arayış təqdim olunub, tədbirin gedişi nazirliyin internet səhifəsi vasitəsilə onlayn rejimində birbaşa canlı yayımlanıb. İmtahanın yekununa görə 65 nəfər müvəffəqiyyət qazanıb, onların siyahısı nazirliyin və DİM-in internet səhifələrində yerləşdirilib. Xatırladırıq ki, uğur qazanmış namizədlər müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 gün ərzində, saat 9-dan 18-dək Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər. Kadr sənədlərinin siyahısını və müvafiq nümunələri nazirliyin internet səhifəsindən əldə etmək mümkündür. Təqdim etdiyi sənədlərə görə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaqdır. Söhbətin keçirilmə vaxtı və yeri barədə namizədlərə əvvəlcədən bildirələcəkdir. Bildirilir ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı yeni müsabiqə barədə əlavə elan veriləcəkdir. Aidiyyəti digər informasiyanı nazirliyin internet səhifəsində "Qulluğa qəbul" bölməsindən və (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə almaq olar.
2023-12-20
815,382
Qaydaları kobud şəkildə pozdu, həbs edildi
Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon ərazisində VAZ-2107 markalı avtomobilə konstruksiya dəyişikliyi edərək yol hərəkəti qaydalarını kobud surətdə pozan sürücü saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, rayonun Arbatan kənd sakini N.Babayevə idarə etdiyi nəqliyyat vasitəsində qeyd edilən qayda pozuntusuna yol verdiyi üçün saxla işarəsi verilib. Yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində inzibati qaydada tədbirlər görülən zaman isə sonuncu buna mane olaraq, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb. N.Babayev barəsində Salyan RPŞ-də qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sonuncu 10 sutka inzibati qaydada həbs edilib.
2023-12-20
815,383
Polşada qatar relsdən çıxdı, Ukraynada qatarlar dayandı
Polşada yük qatarı relsdən çıxıb. Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Dəmir Yolları məlumat yayıb. Bildirilib ki, Polşada qatarın relsdən çıxması nəticəsində Przemysl istiqamətində qatarların hərəkəti təxminən iki saatlıq dayandırılıb. Ukraynanın Dəmir Yolları qeyd edir ki, onlar mümkün qədər tez bir zamanda nəqliyyatın bərpası üçün polşalı həmkarları ilə əlaqə saxlayırlar.
2023-12-20
815,385
Qafarova Türkiyənin vitse-prezidenti ilə görüşdü
Dekabrın 20-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Vitse-prezidenti Cövdət Yılmazın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə MM-in Mətbuat xidməti məlumat yayıb. Görüşdə ikitərəfli əlaqələrin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin müstəsna rolu qeyd olunub. Xatırlanıb ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il 15 iyun tarixli Şuşa Bəyannaməsində iki ölkə arasında strateji tərəfdaşlıq məsələlər öz əksini tapıb. Səmimi görüş üçün təşəkkürünü bildirən Türkiyə Respublikasının vitse-prezidenti Cövdət Yılmaz Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycanın göstərdiyi dəstəyə görə bir daha təşəkkürünü bildirib. Eyni zamanda hazırda Qarabağda və Şərqi Zəngəzurda davam edən bərpa-quruculuq işlərində Azərbaycan və Türkiyənin əməkdaşlığından məmnunluq ifadə olunub.
2023-12-20
815,386
Audiovizual Şuradan iki radio ilə bağlı qərar
Audiovizual Şuranın dekabrın 20-də keçirilən növbəti iclasında boş və istifadəyə yararlı radiotezliklərin ayrılması məsələsi müzakirə olunub. Bu barədə Axar.az-a qurumdan məlumat verilib. Audiovizual Şuranın müvafiq qərarları ilə Azərbaycan Beynəlxalq Radiosunun ümumölkə yayımının təmin edilməsi üçün Bakı Teleqüllə Kompleksindən 92,5 MHs, "Şuşa" RTYS-dan 89,2 MHs, "Astara" RTYS-dan 95,2 MHs, "Yalama" (Xaçmaz rayonu) RTYS-dan 97,4 MHs, "Danaçı" (Zaqatala rayonu) RTYS-dan 98,0 MHs radiotezlikləri ümumölkə yerüstü radio yayımçısı "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin, habelə CBC FM-in Qarabağda və Şərqi Zəngəzurda yayımının genişləndirilməsi məqsədilə "Şahyeri" (Xocavənd rayonu) RTYS-dan 93,8 MHs radiotezliyi regional yerüstü radio yayımçısı "Caspian İnternational Broadcasting Company" MMC-nin istifadəsinə ayrılıb.
2023-12-20
815,388
Aqil Qəribov nazir müavini oldu
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavin təyin edilib. Axar.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb. Sərəncama əsasən, Aqil Qəribov nazir müavini vəzifəsinə təyinat alıb.
2023-12-20
815,391
Rusiyaya aid daşınmaz əmlakı dondurmayacağıq - Fitso
Rusiyaya məxsus daşınmaz əmlakı dondurmaq niyyətində deyilik. Axar.az xəbər verir ki, bunu Slovakiya Baş naziri Robert Fitso deyib. Baş nazir qeyd edib ki, Slovakiya Çexiya kimi hərəkət etməyəcək. Qeyd edək ki, Çexiya öz ərazisində Rusiyaya və ya onun nümayəndələrinə məxsus daşınmaz əmlakı dondurub.
2023-12-20
815,392
FHN-də “Heydər Əliyev İli”nə həsr olunan növbəti tədbir
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyevin yanğın təhlükəsizliyinin inkişafında rolu və Azərbaycanın son 20 ildə əldə etdiyi misilsiz nailiyyətlərin memarı Prezident İlham Əliyevdir” mövzusunda tədbir keçirilib. Axar.az xəbər verir ki, tədbirdə Fövqəladə Hallar Nazirliyinin Baş yanğın təhlükəsizliyi eksperti daxili xidmət general-mayoru Yusif Nəbiyev, Daxili təhlükəsizlik Baş idarəsinin rəisi polkovnik Seymur Qaraşov, Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru Aqşin Kazımov, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Asif Məmmədli və Nazirliyin digər qurumlarının məsul əməkdaşları iştirak ediblər. Əvvəlcə, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib. Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilən tədbirdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru Aqşin Kazımov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanda bütün sahələrdə, o cümlədən yanğın təhlükəsizliyi sistemində inkişaf dahi rəhbərin adı ilə bağlıdır. A.Kazımov Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsindən, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı naminə müstəsna xidmətlərindən danışıb. Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycanın dünyanın lider dövlətlərindən birinə çevrildiyini vurğulayan Xidmət rəisi ölkəmizin son 20 ildə qazandığı misilsiz nailiyyətlərin Heydər Əliyev siyasi kursunun Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən böyük məharət və bacarıqla davam etdirilməsinin nəticəsi olduğunu qürur hissilə dilə gətirib. Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
2023-12-20
815,395
ABŞ Rusiyaya sanksiyaları genişləndirdi
ABŞ antirusiya sanksiyalarını genişləndirib. Belə ki, neft məhsullarının daşınmasına görə dörd şirkət və bir tanker qara siyahıya salınıb. Axar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi bildirib. Məlumata görə, Honkonqda qeydiyyatdan keçmiş "Bellatrix Energy Limited" və "Covart Energy Limited" şirkətləri, həmçinin BƏƏ-dən olan iki şirkət - "Sun Ship Management D" və "Voliton DMCC" sanksiyaya məruz qalıb. Rusiya bayrağı altında üzən "Sanar 15" neft tankerinə də məhdudiyyətlər qoyulub. Qeyd edək ki, ABŞ son həftələrdə ixrac edilən Rusiya neftinin qiymət tavanını keçmək üçün istifadə edilən şirkətlərə və gəmilərə qarşı mübarizəsini gücləndirib.
2023-12-20
815,399
Dayanacağımızı düşünənlər reallığa bağlı deyil - Netanyahu
HƏMAS məhv edilənə qədər müharibə davam edəcək. Dayanacağımızı düşünənlər reallığa bağlı deyil. Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib. "Sonuncu HƏMAS terrorçusu məhv edilənə kimi davam edəcəyik. Onların yalnız iki yolu var: ya təslim olmaq, ya da ölmək", - Netanyahu qeyd edib.
2023-12-20
815,400
Nazirlik Ombudsmanla birgə işçi qrupları yaradır
Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında vətəndaş müraciətlərinə baxılması və təhsil hüququnun daha səmərəli təmini sahəsində birgə əməkdaşlıq istiqamətləri mövzusuna həsr edilmiş görüş keçirilib. Axar.az xəbər verir ki, görüşdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, hər iki qurumun müvafiq struktur bölmələrinin rəhbərləri və digər məsul vəzifəli şəxsləri iştirak ediblər. Tərəflər təhsil hüququnun təmini sahəsində hər iki qurumun ünvanına daxil olan müraciətlərin araşdırılması, bu sahədə qarşıya çıxan problemlərin birgə həlli, hüquqi maarifləndirmə istiqamətləri və digər əlaqədar məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar. Görüş zamanı Elm və Təhsil Nazirliyinə il ərzində daxil olan müraciətlərin icra vəziyyətinə dair təqdimat nümayiş olunub. Sonda qeyd olunan sahələrdə daha səmərəli əməkdaşlığın təmin edilməsi məqsədilə iki qurum arasında mövcud məlumat mübadiləsinin təkmilləşdirilməsi, qarşıya çıxan problemlərin həlli məqsədilə birgə işçi qruplarının yaradılması, insan hüquqlarının təşviqi sahəsində maarifləndirici tədbirlərin keçirilməsinin zəruri olduğu diqqətə çatdırılıb.
2023-12-20
815,401
Krımda FTX-nin hərbi hissəsi vuruldu
Ukraynanın Krım yarımadasında iki partlayış baş verib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Məlumata görə, birinci partlayış yarımadanın Solneçnoqorskoye kəndində baş verib. Federal Təhlükəsizlik Xidmətinin (FTX) hərbi hissələrindən birinə raket atılıb. Nəticədə qurumun bir əməkdaşı yaralanıb. İkinci hücum isə kosmik rabitə mərkəzinə olub.
2023-12-20
815,402
Bakının sülh şərti: İrəvan bu prinsipi qəbul etməlidir
Prezidentin köməkçisi Hikmət Hacıyev Londonda jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan Ermənistanla dayanıqlı sülh müqaviləsi bağlamaq üçün heç bir ciddi maneə görmür və hesab edir ki, sərhədlərin müəyyənləşdirilməsi məsələsi ayrıca həll oluna bilər. Bunu sülh sazişini indi imzalamaq, sərhəd müəyyənləşməsini isə sonraya saxlamaq təklifi hesab etmək olar. Və Bakı bununla sülh sazişinin daha tez imzalanmasında maraqlı tərəf olduğunu göstərir. Bunun üç mümkün səbəb var: Birincisi, sərhədin delimitasiyası uzunmüddətli prosesdir və tərəflər arasında fikir ayrılığının olduğunu nəzərə alsaq, bu, sazişin imzalanmasını gecikdirəcək; İkincisi, Ermənistan “güzgü prinsipi” üzrə qoşunların geri çəkilməsini istəyir, bu, sərhəddə strateji yüksəkliklərə nəzarəti bərpa edən Azərbaycanın xeyrinə olmadığı üçün məsələnin sonraya saxlanılması Bakının maraqlarına daha uyğundur; Üçüncüsü, Azərbaycan Ermənistanla münasibətlərin ikitərəfli formatda həll edilməsindən yanadır, hərçənd, sərhədin müəyyən edilməsi Sovet xəritələrini gündəmə gətirir. Ki, bu da xəritələrin olduğu Rusiyanın prosesdə iştirakını şərtləndirəcək. Birinci və üçüncü amil Ermənistan üçün də keçərlidir, xüsusilə kommunikasiyanın açılmasının tezləşməsi fonunda. İrəvan anklavlar məsələsinə görə də səhədin müəyyənləşməsinin ayrıca müzakirəsində maraqlı ola bilər, lakin sülh sazişi üçün Naxçıvana çıxış məsələsində Bakının “Azərbaycandan Azərbaycana prinsipi”ni qəbul etməlidir: Naxçıvana aparılan yüklər və gedən sərnişinlər gömrük rüsumundan azad edilməli, sərhəd yoxlaması tətbiq edilməməlidir; əks təqdirdə, sazişin imzalanması sual altına düşür. Burada bir mümkün variant da ola bilər: tərəflər qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasını rəsmiləşdirir, fikir ayrılığının olduğu məsələlər – sərhəd və kommunikasiyaların hansı prinsiplərlə müəyyən edilməsi sonraya saxlanılır; bu halda kommunikasiyanın açılması arxa plana keçdiyi üçün itirən yenə Ermənistan olacaq.
2023-12-20
815,403
ABŞ razılaşdı: Maduronun müttəfiqi azad olunur
ABŞ və Venesuela arasında məhbusların azad edilməsi ilə bağlı razılıq əldə olunub. Axar.az xəbər verir ki, razılaşmaya əsasən, Venesuela 36 məhbusu azad edəcək. ABŞ-ın azad edəcəyi şəxs isə Maduronun müttəfiqi, kolumbiyalı iş adamı Aleks Saabdır. Məlumata görə, məhbuslar eyni gündə azadlığa buraxılacaq.
2023-12-20
815,405
Rusiyanın BMT-də qəbul edilən “Kiyevə qarşı” qətnaməsi
BMT Baş Assambleyası nasizmin tərənnümü ilə mübarizəyə dair Rusiya qətnaməsini qəbul edib. Qətnamə müəllifləri nasizmin tərənnümü və təbliği ilə bağlı hadisələri pisləyirlər. Kreml bu qətnamə ilə bir neçə məqsəd güdüb. Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, nasizmi dəstəkləyən ölkənin olmaması təbiidir, bu səbəbdən qətnamənin lehinə 118 ölkə səs verib: “Bu səsvermə ilə Kreml göstərmək istəyib ki, dünyada nasizmlə mübarizədə Rusiya ön plandadır. İkincisi, Kreml BMT-dəki səsvermə ilə Ukraynaya qarşı işğalçı müharibəni yenə “nasizmlə mübarizə” pərdəsinə bürümək istəyib. Kremlin nəzarətindəki televiziyalar da illərdir təbliğat aparırlar ki, Ukraynada hakimiyyət nasist idelogiyasına xidmət edir və onunla mübarizə aparmaq lazımdır. Halbuki prezidenti yəhudi olan (Zelenski – red.) siyasi xadim heç zaman nasist idelogiyasına xidmət etməz. “Ukraynada hakimiyyət nasistlərin əlindədir” – Kremlin uydurduğu mifdir. BMT-dəki qətnamə Rusiyanın dar maraqlarına xidmət etdiyinə görə ABŞ, Böyük Britaniya, Almaniya, Yaponiya, İtaliya və Ukrayna da daxil olmaqla, 49 ölkə sənədin əleyhinə səs verib, Türkiyə və 14 ölkə bitərəf qalıb. Azərbaycanın sənədə səs verməsi Rusiya ilə münasibətlərin gərginləşdirməməsi ilə əlaqələlidir, nasizm təbliğatının əleyhinəyik, ancaq bunun Ukrayna ilə əlaqəsi yoxdur”.
2023-12-20
815,406
AB Ukraynaya bunun üçün 150 milyon ayırdı
Ukrayna Avropa Birliyindən infrastruktur obyektlərinin bərpası üçün daha 150 milyon avro alıb. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabineti bildirib. "Qrant maliyyələşdirilməsi mühüm obyektlərin, xüsusən də nəqliyyat infrastrukturunun, kommunal və xidmət sahələrinin, sosial obyektlərin bərpası üçün prioritet tədbirlərin həyata keçirilməsinə kömək edəcək", - Nazirlər Kabinetinin məlumatında bildirilib.
2023-12-20
815,407
ABŞ səfiri Şəhidlər xiyabanında - Foto
ABŞ Azərbaycandakı yeni səfiri Mark Libbi Şəhidlər xiyabanını ziyarət edib. Axar.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik məlumat yayıb. Səfir şəhidlərin xatirəsinə ehtiramını bildirib. O, münaqişə nəticəsində yaxınlarını itirən ailələrə başsağlığı verib.
2023-12-20
815,408
İmran Xan geri qayıdır: seçkilərdə namizəd olacaq...
Pakistanın keçmiş Baş naziri İmran Xan parlamentə keçiriləcək seçkilərdə iştirak edəcək. Axar.az xəbər verir ki, bu barədə İmran Xanın vəkili Əli Zəfər məlumat verib. O bildirib ki, keçmiş Baş nazir Pakistanın ən azı üç seçki dairəsindən namizədliyini irəli sürəcək.. Qeyd edək ki, ölkədə parlament seçkiləri növbəti ilin fevral ayının 8-də keçiriləcək.
2023-12-20
815,411
Təyyarə enə bilmədi, ermənilər panikaya düşdü, biri öldü
Dekabrın 17-də Rusiyanın S7 aviaşirkətinə məxsus Novosibirsk-İrəvan reysini həyataə keçirən təyyarənin texniki nazaslıq səbəbindən (şassisində problem olduğu bildirilir – red.) bir müddət yerə enə bilməməsi ilə bağlı təfərrüat açıqlanıb. Axar.az xəbər verir ki, bu barədə təyyarədə olan erməni sərnişinlər mediaya danışıb. Onlar bildiriblər ki, təyyarə bir saatdan çox dövrə vurub və enməyə çalışıb. Bu müddətdə isə sərnişinlər arasında panika başlayıb. Həyəcana və panikaya qapılan sərnişinlərdən biri təyyarədə keçinib. Təyyarə nəhayət, “Zvartnots” hava limanına enə bilib.
2023-12-20
815,414
İrəvan rus radiosunun yayımını dayandırdı
Ermənistanda “Sputnik Ermənistan” radiosunun yayımı bir ay müddətinə dayandırılıb. Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bildirilib ki, radionun retranslyatoru olan “Tospa” radiostansiyasının lisenziyası 30 gün müddətinə Televiziya və Radio Komissiyası tərəfindən ləğv olunub. Bundan əlavə, radio təxminən 1200 dollar məbləğində cərimələnib.
2023-12-20
815,415
İrəvan "Sputnik"i bağladı - Simonyan ələ saldı
500 min dramlıq dram. Əfəndi yenə incidi. Axar.az xəbər verir ki, bunu “Rossiya Seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan İrəvanın “Sputnik Ermənistan” radiosunun lisenziyasını dayandırmaq qərarına cavabında deyib. Qeyd edək ki, Ermənistanın Televiziya və Radio Komissiyası "Sputnik Ermənistan" radiosunun yayım lisenziyasını 30 gün müddətinə dayandırıb və 500 min dram (təxminən 1200 manat) cərimə edib.
2023-12-20
815,416
Bakının adı Rusiyaya qarşı siyahıda... – Zaxarova
İlkin versiyada Azərbaycan və Ermənistan “üçüncü ölkələr siyahısı”nda yer almışdı. Lakin bir müddət sonra onlar möcüzəvi şəkildə oradan yoxa çıxdılar. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycan və Ermənistanın AB-nin “Maqnitski siyahısının” uzadılması qərarını dəstəkləyən ölkələr sırasına düşməsi, sonra isə onların adının o siyahıdan çıxarılmasını şərh edərkən deyib. “Əlbəttə, mənim fikrimcə, bu sualı Brüssel sehrbazlarına vermək daha düzgün olardı, çünki bu, həqiqətən bir növ sehrdir. Bizim qiymətləndirməmizə gəlincə, Brüsselin üçüncü ölkələri sanksiyalara cəlb etməklə antirusiya məhdudiyyətlərini beynəlxalq normalara uyğunluq kimi göstərmək cəhdləri boş, qeyri-konstruktiv, əbəs bir məşqdir”, - deyə o bildirib. Onun sözlərinə görə, AB-nin BMT Təhlükəsizlik Şurasından yan keçməklə həyata keçirdiyi birtərəfli məhdudlaşdırıcı tədbirlər beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Qeyd edək ki, Azərbaycan və Ermənistanın adı AB-nin “Maqnitski siyahısı”nın 2024-cü il dekabrın 8-dək uzadılması qərarını dəstəkləyən ölkələr siyahısında hallandırılsa da, qısa müddət sonra siyahıdan çıxarılıb.
2023-12-20
815,418
ABŞ Nikola tapşırıq verib: KTMT-dən hələ çıxma!
Kollektiv Qərb Ermənistanla bağlı KTMT mexanizmlərini əvəz edə biləcək öhdəliklər götürməyə hazır deyil. Axar.az xəbər verir ki, bu sözləri “Ermənistan” blokundan olan deputat Anna Qriqoryan erməni mediasına deyib. “Bütün baş verənlərə əsaslanaraq məntiqli sual səslənir: Paşinyan, əgər KTMT-nin iclaslarını boykot edirsənsə, şikayət edirsənsə, antirusiya ritorikası ilə məşğul olursan, onda niyə Təşkilatı tərk etmirsən? Bu yaxınlarda avropalı parlamentarilərdən biri bizimlə görüş zamanı dedi: “Biz ona bu sualı verdik və cavab aldıq ki, ciddi geosiyasi mərkəzlər, yəni ABŞ deyir ki, hələlik KTMT-dən çıxmağa ehtiyac yoxdur”, - Qriqoryan bildirib.
2023-12-20
815,424
Ərdoğan Vuçiçlə danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan serbiyalı həmkarı Aleksandar Vuçiçlə telefon danışığı aparıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Serbiyalı həmkarını seçkilərdəki qələbə münasibəti ilə təbrik edən Ərdoğan yeni dövrdə də iki ölkə arasındakı güclü münasibətlərin və əməkdaşlığın inkişaf edərək davam edəcəyini bildirib.
2023-12-20
815,426
İran XİN Almaniyaya etiraz notası təqdim etdi
Almaniyanın Tehrandakı səfiri İran XİN-ə çağırılıb. Axar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin məlumatında bildirilib. İran XİN ötən ilin noyabrında Almaniyanın Bohum şəhərində iranəsilli yerli sakinin sinaqoqu yandırmağa cəhdlə bağlı çıxarılan hökmlə əlaqədar İranın müvəqqəti işlər vəkilini çağırdığını açıqlayıb. Almaniya məhkəməsi hesab edir ki, planlaşdırılan hücum İranın dövlət qurumu ilə bağlıdır. Bununla bağlı olaraq, alman səfirə etiraz notası təqdim olunub.
2023-12-20
815,429
Cəbhədən qayıtdım, mərmi çatışmır - Poroşenko
Ukrayna ordusunda kəskin sursat və pilotsuz təyyarələrin çatışmazlığı yaşanır. Axar.az xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko deyib. "Bu səhər cəbhədən qayıtdım. Mərmilər çatışmır. Bizim hərbçilər belə deyir. Hava hücumundan müdafiə sistemləri də çatışmır", - eks-prezident vurğulayıb. O bildirib ki, Ukrayna Silahlı Qüvvələrində dron çatışmazlığı da var, baxmayaraq ki, ordunun xüsusi anbarlarında on minlərlə dron var: "Bu, cəzasını tələb edən cinayətdir". Qeyd edək ki, daha öncə Ukrayna Prezidenti Vladimir Zelenski mərmi çatışmazlığının olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ və Avropa Birliyi tələb olunan həcmdə silah tədarükünü bərpa etməsə, Ukrayna Silahlı Qüvvələri geri çəkilməyə başlayacaq.
2023-12-20
815,431
Putin Paşinyana şans verdi: 5 gün sonra...
Rusiya Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinin dəvətindən yararlanaraq, dekabrın 25-26-da Sankt-Peterburqa gələcəyini və Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcəyini güman edir. Axar.az xəbər verir ki, bu sözləri Rusiya XİN rəsmisi Mariya Zaxarova deyib. O bildirib ki, MDB dövlət başçılarının ənənəvi Yeni il qabağı görüşündə bütün maraq doğuran sualları qaldırmaq olar. “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün aspektləri ilə bağlı mövqeyimiz həm prezident, həm də Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri tərəfindən dəfələrlə və ətraflı şəkildə ifadə olunub. Ermənistanla münasibətlərin müttəfiq xarakterini rəhbər tutaraq, hər zaman məsələləri sakit, peşəkar və tərəfdaşlıq şəraitində müzakirə etməyə hazırıq”.
2023-12-20
815,432
Paşinyanla Rəisi “3+3” platformasını müzakirə etdi
Ermənistan Baş naziri Nikol Paşinyanla İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Paşinyanla Rəisi ikitərəfli münasibətlərlə yanaşı, sazişlərin icrası barədə də danışıblar. Qeyd olunub ki, Paşinyan və Rəisi regional “3+3” platforması ətrafında fikir mübadiləsi aparıb, Tehranda keçirilən görüşün faydalı olduğunu vurğulayıblar.
2023-12-20
815,435
Türkiyədə matçda xaos: 5 qırmızı vərəqə... - Video
Türkiyədə “Bursaspor” - “Diyarbəkirspor" matçında kütləvi dava baş verib. Axar.az Publika.az-a istinadən xəbər verir ki, oyunda qonaq komandadan Bünyamin Yürürün vurduğu qoldan sonra azarkeşlərə ünvanladığı hərəkət meydanda xaosa səbəb olub. Hər iki komandanın futbolçuları arasında kütləvi dava başlayıb. Nəticədə beş futbolçu qırmızı vərəqə alıb - Çağatay Yılmaz (Bursaspor), Bilal Güney (Bursaspor), Serhat Enes Çalışan (Diyarbəkirspor), Cem Çelik (Diyarbəkirspor), Bünyamin Yürür (Diyarbəkirspor). Meydana daxil olan azarkeş isə saxlanılıb.
2023-12-20
815,437
Bu ölkə Qəzzada döyüşmək üçün əsgər toplayır
Yəmənin şimalında Qəzza zolağına döyüşçülər göndərmək üçün ümumi səfərbərlik başlayıb. Axar.az xəbər verir ki, bunu “Ənsar Allah” hərəkatının Siyasi Bürosunun üzvü Xuzam Əsəd deyib. X.Əsəd bildirib ki, Qəzza zolağında Fələstin xalqına dəstək üçün bütün əyalətlərdə ümumi xalq səfərbərliyi elan edilib: "Təlim düşərgələri yaradılıb, on minlərlə gənc könüllü olaraq hərbi vərdişlərə yiyələnir".
2023-12-20
815,439
Ərdoğandan Sisiyə: Səylər davam etdirilməlidir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla misirli həmkarı Əbdülfəttah Sisi arasında telefon danışığı olub. Axar.az xəbər verir ki, telefon danışığı zamanı İsrail-Fələstin qarşıdurması, Qəzzaya humanitar yardımların çatdırılması və ikitərəfli münasibətlər müzakirə olunub. Prezident Ərdoğan islam ölkələrinin birlik içində İsrail-Fələstin cəbhəsində qalıcı atəşkəsin təmin edilməsi üçün başlatdıqları səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb. Yenidən Misir prezidenti seçilən Sisiyə uğurlar arzulayan Ərdoğan yeni dövrün Türkiyə-Misir münasibətləri üçün faydalı olacağına ümidvar olduğunu bildirib.
2023-12-20
815,442
Niger Frankofoniyadan kənarlaşdırıldı
Niger fransızdilli ölkələri birləşdirən Fransanın himayəsi altında olan təşkilatdan - Frankofoniyadan xaric edilib. Axar.az xəbər verir ki, bu barədə Frankofoniya təşkilatının saytında məlumat verilib. Bu qərar Frankofoniya Daimi Şurasının iyul ayında dövlət çevrilişinin baş verdiyi Nigerdəki vəziyyətə həsr olunmuş onlayn iclasında qəbul edilib. Təşkilat, həmçinin bu üzv dövlətlə çoxtərəfli əməkdaşlığa da xitam verib. Nigerin sabiq prezidenti Məhəmməd Bazumu azad etməyə və konstitusiya nizamını bərpa etməyə çağırıb. Qeyd edək ki, 88 dövlət Frankofoniyanın üzvüdür, dünyada 321 milyon insan frankofon hesab olunur.
2023-12-20
815,443
Böyük müharibə planlaşdırılır – Lavrovdan xəbərdarlıq
Bəzi xarici oyunçular İsrail-Fələstin münaqişəsinin gərginləşməsindən istifadə edərək Yaxın Şərqdə böyük müharibəni qızışdırmağı planlaşdırırlar. Axar.az xəbər verir ki, bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrov deyib. “Aydındır ki, bəzi xarici güclər İsrail-Fələstin münaqişəsinin gərginləşməsindən öz mənfəətləri üçün istifadə etməyin, regional düşmənçilik ocağı yaratmağın, ABŞ və onun müttəfiqlərinin Yaxın Şərqdə apardığı macəraları inkişaf etdirməyin əleyhinə deyillər. İllərdir ki, bunun nəticəsi dövlətin sarsıdılması, yüz minlərlə qurbanlar, qaçqınlar, sosial-iqtisadi problemlərin kəskin şəkildə kəskinləşməsidir”, - Lavrov bildirib.
2023-12-20
815,445
Solovyovdan İrəvana: Bu, söz azadlığının pozulmasıdır!
Ermənistanda “Sputnik Ermənistan” radiosunun yayımının dayandırılması söz azadlığının pozulmasıdır. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Jurnalistlər Birliyinin sədri Vladimir Solovyov deyib. Onun sözlərinə görə, Ermənistanda bir çox insan rus dilini bilir və onlar üçün Rusiya kanallarının yayımı informasiya axınının bir hissəsidir. Solovyov xatırladıb ki, erməni və rus cəmiyyətləri arasında dostluq, əməkdaşlıq və qarşılıqlı fəaliyyət nümunələri var: "Bizim mədəni əlaqələrimiz çox bağlıdır, bəzilərinin qohumluq əlaqələri var. Ona görə də təbii ki, efiri və əlaqələri bu şəkildə kəsməyə dəyməz". Qeyd edək ki, Ermənistanda “Sputnik Ermənistan” radiosunun yayımı bir ay müddətinə dayandırılıb.
2023-12-20
815,448
Səudiyyə Qəzza üçün sülh planını elan etdi
Səudiyyə Ərəbistanı analitikləri Qəzza zolağında döyüşləri dayandırmaqla bağlı sülh planı hazırlayıb. Axar.az xəbər verir ki, bu barədə "Monde" qəzeti məlumat dərc edib. Sülh planı Fransa Xarici İşlər Nazirliyinə təqdim olunub. Plana görə, HƏMAS qruplaşmasının hərbi rəhbərliyinin Əlcəzairə köçürülməsi, HƏMAS, "İslami Cihad" və "Fəth"i birləşdirən keçid şurasının yaradılması, onun prezident və parlament seçkilərinin təşkili məqsədi ilə 4 il müddətinə regionun idarə olunmasına məsul təyin olunması təklif olunur.
2023-12-20
815,449
Millimiz Niderlanda məğlub oldu
Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində son oyununu keçirib. Axar.az-ın məlumatına görə, A qrupunda yer alan Vitali Borisovun kollektivi Niderlandla qarşılaşıb. Almere şəhərində yerləşən “Topsportsentrum Arena”da baş tutan görüş meydan sahiblərinin qalibiyyəti ilə yekunlaşıb. 3:0 hesablı qələbə qazanan Niderland seçməsi 9 xalla qrupu ikinci pillədə başa vurub və pley-offa vəsiqə əldə edib. Yığmamız isə hesabındakı 4 xalla sonuncu yeri tutub. Qrupun digər matçında Qazaxıstan səfərdə Rumıniyanı 2:0 hesabı ilə məğlub edib.
2023-12-20
815,452
ABŞ-da helikopter qəzası: jurnalistlər öldü
Amerikanın "6ABC" televiziya şirkətinin iki əməkdaşı Nyu Cersidə helikopter qəzasına düşüb. Axar.az xəbər verir ki, bu barədə həmin telekanalın "Action Nyus" proqramında məlumat verilib. Hadisə nəticəsində hər iki jurnalist həlak olub. Qəzaya nəyin səbəb olduğu hələ müəyyənləşməyib.
2023-12-21
815,457
Naxçıvanda 35 kibercinayətkarlıq faktının üstü açıldı
Naxçıvanda il ərzində 35 kibercinayətkarlıq faktının üstü açılıb. Axar.az Report-a istinadən xəbər verir ki, vətəndaşlara qarşı törədilmiş kibercinayətkarlıq hallarının qarşısını almaq üçün Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən bir sıra mübarizə tədbirləri həyata keçirilir. Daxili İşlər Nazirliyinin əməkdaşı, polis polkovniki Qasım Həsənov jurlalistlərə müsahibəsində bildirib ki, muxtar respublikada il ərzində, ümumilikdə, nazirliyin Cinayət Axtarış İdarəsinin Kibercinayətkarlıqla mübarizə bölməsinin əməkdaşları tərəfindən 35 kibercinayətkarlıq faktının üstü açılıb. Q.Həsənov bildirib ki, kibercinayətkarların qurbanı olmamaq üçün ilk növbədə insanlar ayıq-sayıq olmalıdır. O əlavə edib ki, praktika göstərir ki, insanların kibercinayətkarların qurbanına çevrilməsi özlərinin məsuliyyətsizliyi nəticəsində baş verir: "Belə ki, hər şəxs öz kart məlumatlarını və digər şəxsi məlumatlarını tanımadığı şəxslərlə paylaşmamalıdır. Əlavə olaraq yüksək qazanc vəd edən elanlara və iş təkliflərinə inanmamalıdırlar. Bank adı ilə vətəndaşlara zəng edən kibercinayətkarlara heç vaxt öz bank və kart məlumatlarını, eləcə də kartın 3DS kodunu təqdim etməməyi də tövsiyə edirik".
2023-12-21
815,458
İngilis deputat: Şimali Kiprin müstəqilliyini tanıyaq
Böyük Britaniya deputatı Semmi Uilson hökuməti Şimali Kipr Türk Cümhuriyyətini tanımağa çağırıb. Axar.az xəbər verir ki, deputat yunan administrasiyası ilə müqayisədə türk respublikasının daha yaxşı partnyor olacağını bildirib. “Böyük Britaniyanın Şimali Kipr Türk Respublikasını qanuni hakimiyyət kimi tanımaması üçün heç bir səbəb görmürəm. Hətta deyərdim ki, Kipr türkləri, yunanlardan fərqli olaraq, Britaniya üçün yaxşı tərəfdaş olublar, çünki onlar heç vaxt adadakı hərbi bazalarımızı təqib etməyib və onlara qarşı kampaniya aparmayıblar”, - S.Uilson qeyd edib.
2023-12-21
815,460
2024-cü il dəhşətli il olacaq – Böyük Depressiya gəlir
2009-cu ildən başlayaraq, bu proses 100% süni idi: misli görünməmiş pul çapı və kəsir. Daha dəqiq desək, 15 ilə 27 trilyon dollar. Axar.az xəbər verir ki, bu sözləri tanınmış amerikalı iqtisadçı Harri Dent “Dent Fox News Digital”a açıqlamasında 2024-cü il üçün iqtisadi proqnozlar səsləndirərkən deyib. O bildirib ki, 2024-cü il həyatımızda görəcəyimiz ən ciddi çöküş ili olacaq. Son əldə edilən imkanların investorların böyük hissəsində “mülayim tənəzzül” nikbinliyi yaratmasına baxmayaraq, Dent bunu sabun köpüyü adlandırıb və vurğulayıb ki, bu köpük 2024-cü ildə partlayacaq: “Tarixən bazar qabarcıqları səhm qiymətlərinin sürətlə artması, sonra isə kəskin azalma ilə xarakterizə olunur. Bu qabarcıq əslində 2021-ci ilin sonlarında, COVİD pandemiyasından sonra şişməyə başlayıb və ilk əlamətlər 2022-ci ildə “Nasdaq”ın 38% ucuzlaşmasında özünü göstərdi. Bu, S&P-də 86%, NASDAQ-da isə 92% çöküşdür. Kriptovalyutada isə bu, 96% olacaq. Yeri gəlmişkən, daşınmaz əmlak 2012-ci ilin ən aşağı səviyyəsinə qayıdacaq”. O, Böyük Depressiya proqnozlaşdırdığını bildirib.
2023-12-21
815,461
Maduronun tərəfdaşını əfv etmək çətin qərarı idi - ABŞ
ABŞ Prezidenti Co Bayden həbsdə olan Amerika vətəndaşlarını azad etmək üçün Venesuela ilə razılaşmanın bir hissəsi olaraq qaçaq venesuelalı diplomat Aleks Saabı əfv etməklə çətin qərar verib. Axar.az xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi bildirib. "Bu mübadiləni mümkün etmək üçün prezident son dərəcə çətin bir qərar verməli, çirkli pulların yuyulması ittihamı ilə istintaq altında olan Aleks Saabı əfv etməli idi", - rəsmi söyləyib. Qeyd edək ki, ABŞ və Venesuela arasında məhbusların azad edilməsi ilə bağlı razılıq əldə olunub. Razılaşmaya əsasən, Venesuela 36 məhbusu azad edəcək. ABŞ-ın azad edəcəyi şəxs isə Maduronun müttəfiqi, kolumbiyalı iş adamı Aleks Saabdır.
2023-12-21
815,462
İsraildən husilərə xəbərdarlıq...
İsrail hökuməti Eylat şəhərinə hücum cəhdlərinə, təxribatlara dözməyəcək. Axar.az xəbər verir ki, bu sözləri İsrail müdafiə naziri Yoav Qallant deyib. “Biz İsrail dövlətinin ünvanına yönəlik təhdidlərə dözməyəcəyik. Əgər onlar (husilər) bizə qarşı təxribat törədərək Eylata raket, yaxud digər vasitələrlə hücuma cəhd etsələr, nə edəcəyimizi bilirik. Ordumuz istənilən tapşırığa və əmrə hazırdır”, - deyə nazir bildirib.
2023-12-21
815,463
İrana hücumun başlanğıcı: ABŞ koalisiya yaratdı
Qırmızı dənizdə üzən gəmilər tez-tez husilərin hücumuna məruz qalırdı. Bu isə İranın tapşırığı ilə həyata keçirilirdi. Odur ki, gəmilərin təhlükəsizliyini qorumaq və onların rahat hərəkəti üçün Amerika başda olmaqla koalisiya yaradılıb. Bu birlikdə 10-a yaxın ölkə təmsil olunur, AB ölkələrinin də buna qoşulduğu ötən gün elan edildi. Bu barədə Axar.az-a güneyli jurnalist və siyasi şərhçi Əli Süleymani husilərə qarşı yaradılan Dəniz Birliyi haqqında məlumat verərkən deyib. Onun sözlərinə görə, bu, 2-ci Dünya müharibəsindən sonra yaranan növbəti dəniz koalisiyasıdır: “Qırmızı dəniz strateji bir bölgədir. Bu sularda müxtəlif ölkələrin gəmiləri üzür. Onların təhlükəsizliyi təmin olunsun deyə, koalisiya yarandı. Koalisiyanın içində adı açıqlanan əsas ölkələr ABŞ, Britaniya, İtaliya, Norveç, Bəhreyndir. Əvvəlki məlumatlarda qeyd olunurdu ki, koalisiyaya 46 ölkə qoşulacaq. Bəhreyn istisna olmaqla, üzv ölkələrin çoxu Qərb ölkələridir. Bəhreyn şiələrin çox yaşadığı ölkə olsa da, İrana qarşıdır. Elə bu birliyin yaradılmasında məqsəd də İrana təzyiq etməkdir. Hətta deyirlər ki, İrana hücumun müqəddiməsidir”. Husilərin İranın dəstəklədiyi proksi qruplardan biri olduğunu deyən ekspert bildirib ki, bu qruplaşma İsrail-HƏMAS münaqişəsindən sonra daha çox fəallaşmağa başlayıb: “İsrail-HƏMAS münaqişəsindən sonra Qərb ölkələrinin bir çoxu İsraili dəstəklədi. Bu isə İranı qorxutdu. Balanslaşdırılmış bir siyasət aparmağa məcbur qaldı. Buna görə, hətta HƏMAS-ın ciddi tənqidi ilə üzləşdi. HƏMAS İranı onları döyüş meydanında tək qoymaqda qınadı. İran açıq şəkildə HƏMAS-a dəstək verə bilməsə də, gizli qrupları vasitəsi ilə hərəkətə keçdi. Bir neçə dəfə Amerika hərbi bazalarına hücum təşkil etdi. Husilərə isə münaqişənin ilk başında raketlər vermişdi və onlar İsrailin bir neçə şəhərini bu raketlərlə vurdu. Lakin həm məsafə uzaq olduğundan, həm də Qırmızı dənizdən raketlərin hərəkət istiqaməti izlənildiyindən, istənilən nəticəni əldə edə bilmədilər. Bu səbəbdən İranın tapşırığı ilə İsrailə gedən gəmilərə hücum etdilər. Sonra məlum oldu ki, hücuma məruz qalan gəmilər heç də İsrailə üzmürdü”.
2023-12-21
815,464
Qəzzada ölənlərin sayı 20 mini keçdi
İsrailin hücumları nəticəsində Qəzzada ölənlərin sayı 20 min nəfərə çatıb. Axar.az xəbər verir ki, bu barədə Qəzza hökuməti məlumat yayıb. Bildirilib ki, ölənlərdən 8 mini uşaq, 6,2 mini isə qadındır. 52,6 min yaralı var, 6,7 min insan isə itkindir. Bundan əlavə, Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində 53 min ev tamamilə və 255 min mənzil isə qismən dağılıb.
2023-12-21
815,466
AB də husilərə qarşı əməliyyata qoşuldu
Avropa Birliyi (AB) ölkələri Qırmızı dənizdə naviqasiya azadlığı və gəmilərin təhlükəsizliyinə nail olmaq üçün ABŞ-ın "Rifah keşikçisi" (Prosperity Guardian) əməliyyatına qoşulmaq qərarına gəliblər. Axar.az xəbər verir ki, bu barədə AB-nin xarici siyasət xidmətinin rəhbəri Jozep Borrell X şəbəkəsində yazıb. Onun sözlərinə görə, husilərin fəaliyyəti bu ərazidə gəmilərin hərəkətinə təhlükə yaradır: "AB Atalanta əməliyyatı vasitəsilə “Rifah keşikçisi”nə töhfə verməyə razılaşıb”. Qeyd edək ki, dekabrın 19-da Pentaqon rəhbəri Lloyd Ostin Qırmızı dənizdə husilərdən qorunmaq üçün çoxmillətli əməliyyatın başlandığını elan edib.
2023-12-21
815,470
Ukrayna cəbhəsində böyük itkilər var - Çexiya
Ukraynanın əks-hücumu gözlənilən nəticəni vermədi. Cəbhədə daha ciddi dəyişiklik yoxdur, insan və texnikada böyük itkilər qeydə alınır, ancaq irəliləyiş azdır. Axar.az xəbər verir ki, bunu Çexiya Prezidenti Pyotr Pavel bildirib. Onun sözlərinə görə, Kiyevin hücum cəhdini dayandırması və diqqətini müdafiə xətlərini möhkəmləndirməyə cəmləməsi daha məqsədəuyğun olardı. Pavel həmçinin vurğulayıb ki, Rusiyanın imkanları və resursları heç vaxt dəyərləndirilməyib.
2023-12-21
815,471
Araz qırağına tökülüb, sərhədi sökürdülər...
Məktəbdə oxuyurdum. Kəndimiz Araz qırağına yaxın olduğu üçün Arazın o tayındakı kəndlər görünürdü. Bir gün atam buğda zəmisini suvarmağa gedəndə mən də ona qoşuldum. Ətrafda görünən kəndlərin adlarını atamdan soruşub öyrənirdim. Bir az uzaqda təpədə görünən kəndi soruşanda, dedi ki, o kəndin adı Qarabağlardır, aşağıdakı kəndin adı isə Şahtaxtıdır. Onlar o tayda rusların əlində qalıb, oraya getmək olmaz. Araz boyu sərhəddir, rus əsgərləri güllələyər. Atamın bu sözləri mənə çox qeyri-adi gəlirdi. Necə yəni? Məgər babam demirdi ki, ora bizim dədə-baba yurdumuzdur? O tayda görünən daha bir kənd və ona yaxın bir dağ vardı, onu da soruşdum. Dedi: “O dağa biz “Haçadağ” deyirik. Amma yaxşısını bilmək istəyirsənsə, babandan soruş. Baban otaylıdır. Bütün o yerləri əlinin içi kimi tanıyır”. Ana babamı nəzərdə tuturdu. Ana tərəfim Şimali Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Arazın cənubuna keçməyə məcbur olub. Əsilləri Vedidəndir. Hətta babam İzzətulla bəyin nişanı da indiki Şərur rayonunda olubmuş. Məktəbə getdiyim vaxtlar həmişə məni bir sual düşündürürdü ki, bəs biz niyə öz dilimizdə yox, çox da yaxşı başa düşmədiyimiz fars dilində oxuyuruq? Beşinci sinifdə oxuyanda bir gün müəllimə dərsi cavab verməkdə çətinlik çəkirdim. Müəllimin tənəsindən canımı qutarım deyə, dedim, müəllimə mən dərsi bilirəm, olar öz dilimizdə deyim? Dedi, de görüm! Cavabım müəllimi qane etsə də, dedi ki, bilirsən, amma bundan sonra fars dilində cavab verməlisən, bunun başqa yolu yoxdur. Mənə məktəbdən çox babamın söhbətləri maraqlı gəlirdi. Məktəbdə öyrəndiklərimi babamın dedikləri ilə təsdiqləməyə çalışırdım. Bəzən babamın verdiyi bilgilərlə məktəbdə öyrəndiklərim üst-üstə düşmürdü. Düşünürdüm ki, babam həm savadsız, həm də yaşlı adamdır, yəqin ona görə də məlumatlarının bir çoxu belə qeyri-dəqiq olur... Bəlkə də məni uşaq hesab edib, yola verir. Ancaq babamın söhbətlərindən anlamışdım ki, Arazın o tayında gördüyüm yerlər bizim yurd-yuvamız, insanları da doğma el-obamızdır. Səkkizinci sinifdə oxuyurdum. Böyük qardaşım əlində bir kitab gətirmişdi. Kitabın üz qabığına baxdım - “Heydərbabaya salam”. Qardaşım dedi ki, kitab türkcədir, oxuya bilsən, oxu. Kitab Şəhriyarın türkcə şeirləri idi. Öz dilimizdə oxumaq çətin olsa da, bir təhər hecalaya-hecalaya oxuyurdum. Demək olar ki, bir müddət sonra artıq “Heydərbabaya salam” əsərini başdan-ayağa əzbərləmişdim. Mənə ən çox təsir edən aşağıdakı bu misrası olmuşdu. Bu misrada sanki babamın həsrəti nəzmə çəkilmişdi: Bir uçaydım bu çırpınan yelinən, Bağlaşaydım dağdan aşan selinən, Ağlaşaydım uzaq düşən elinən, Bir görəydim, ayrılığı kim saldı? Ölkəmizdə kim qırıldı, kim qaldı? Bir gün sinif yoldaşlarımla sözləşib, Araz qırağına getdik. O tayda görünən ən yaxın kənd olan Şahtaxtının lap iki addımlığına. Ancaq Araz qırağında nə bir insan, nə də bir səs-səmir var idi. Çağırsaq da, səsimizə səs verən olmadı. Gözə dəyən ancaq Arazın o tayında gedən qatarlar idi. Bizə qalan isə o qatarlara gözdən itincə maraqla baxmaq oldu. Yuxarı siniflərdə oxuduğumuz vaxtlar idi. Özümə yaxın bildiyim bir sinif yoldaşımla hərdən oxuduğumuz dərsləri müzakirə edirdik; hərdən də babamın O tay haqqında dediklərindən, o cümlədən, erməni-müsəlman davası, Vedibasar mahalında başına gələn əhvalatlardan danışıb, xəyallar qururduq. Bugünkü kimi yadımdadır, sinif yoldaşıma deyirdim: “Şimali Azərbaycanın Sovet hökumətindən ayrılıb müstəqil bir dövlət olması mümkün görünmür. Bəlkə də Sovetlər Birliyinin içərisində qalıb, əriyib ruslaşıb, yox olacaqlar. O boyda Sovet hökumətindən yaxa qurtarmaq üçün ancaq möcüzə baş verməlidir. Amma İran hökuməti gec-tez bir gün dağılacaq. “Su gələn arxa birdə gələr” məsəli. Türklər yenə də hakimiyyətin başına keçib, ədaləti bərqərar edərlər. O da olmasa, fürsət düşən kimi Azərbaycanın ayrılıb müstəqil bir ölkə olması labüddür. Belə olduqdan sonra isə biz o möcüzənin baş verməsini gözləyəcəyik. Dediklərim özümə xəyal kimi görünsə də, ürəyimin dərinliyində bu hadisələrin reallığa çevriləcəyinə inanardım. Hətta bizim nəsil bu reallığı görməsə belə! Nəhayət, məktəbi bitirib, universitetə daxil olmaq üçün imtahan verdikdən sonra əsgərliyə yola düşdüm. O ümidlə ki, inşallah, lazımı qiyməti alıb, əsgərliyi yarıda saxlayıb universitetdə təhsili davam etdirmək üçün geri dönəcəm. İki ay sonra imtahan nəticələrinə görə adım universitetə qəbul alanların siyahısında olsa da, müxtəlif bəhanələrlə universitetə daxil olmağıma imkan verilmədi. Beləliklə də əsgərliyə davam etməli oldum. * İran-İraq müharibəsinin şiddətli vaxtları idi. Xidmətdə olduğum hərbi hissə yeni əməliyyatlarda iştirak etmək üçün İranın cənub-qərbində yerləşən Xuzistan bölgəsinə göndərilməli oldu. Bir günün içində hazırlaşıb, Marağa şəhərinin qatar stansiyasına yola düşdük. Qar çox yağdığından bizi aparacaq qatarın hərəkət saatında gecikmə yaranmışdı. Bu fürsətdən istifadə edib, Marağa şəhərini gəzməyə çıxdıq. Mərkəzi meydanlardan birinə çatanda çoxlu adamın toplandığını görüb, yaxınlaşdıq. Demə ki, məhkəmənin hökmü əsasında bir nəfərə şallaq vururlarmış. Marağadan gedəcəyimiz yerə qatarla iki günlük yoldur. Yol boyu şallaq vurulan adamın incik sifəti yadımdan çıxmırdı. Ancaq sona yaxın yol məni yorub, yuxu aparmışdı, bir an eşitdim ki çatmışıq, təcili yenmək lazımdır. Vaqonun pəncərəsindən baxanda gördüm, hava günəşli, hər yer yam-yaşıldır. Qardan, soyuqdan əsər yoxdur. İlk dəfə idi ki, iqlimin bu qədər dəyişdiyini görürdüm. Müharibə dövründə nələrin baş verdiyi sonraya qalsın. Mən bir müddət sonra əməliyyatda yaralandım. Bir neçə gün müalicədən sonra doğma kəndimə yola düşüb, Novruz bayramı günü kəndə çatdım. Kəndə çatmağıma, hər şeydən çox, Bakı telekanalına baxa biləcəyimə görə sevinirdim. O dövr bizim üçün yeganə informasiya və əyləncənin olduğu məkan ancaq radio və televiziya idi. İran telekanalları bizə maraqsız gəlir və cəzbedici görünmürdü. Kənddə isə nə qəzet, nə də telefon var idi. Evə çatıb bir az özümə gələndən sonra dedim ki, bəs televiziya niyə bağlıdır? Açın baxaq da. Evdəkilər bir-birlərinin üzünə baxıb, bir az duruxdular. Sonra atam dedi ki, bala, baban rəhmətə gedib. Artıq mənim o vaxtlarım idi ki, babamın dediklərinin məktəbdə oxuduqlarımdan daha doğru və dəyərli olduğunu anlamışdım. * Bakı radio-televiziyası, xüsusilə 88-ci ildən sonra daha da maraqlı olmuşdu. Azərbaycan tarixinin ən həssas və həlledici günləri başlamışdı. Bakıda Meydan hərəkatı güclənirdi. 1989-cu ilin sonlarında isə Naxçıvan Muxtar Respublikasının Şahtaxtı kəndi tərəfdən millət Araz qırağına tökülüb, sərhəd məftillərini sökməyə başlamışdı. Həmçinin, Güney Azərbaycan tərəfdən insanlar Arazın qırağına axışırdı. Hər iki tərəf həyəcan və sevinc hissi içərisindəydi: Milli birlik və həmrəyliyin ən bariz nümunəsini göstərirdilər. Mən də demək olar ki, hər həftənin altı-bazar günləri yaxın dostlarımla Araz qırağına toplaşıb, milli birlik üçün şüarlar verir, Quzey Azərbaycanın azadlığa qovuşa biləcəyinin sevincini yaşayırdıq. Bu möhtəşəm mənzərə fonunda rəhmətlik babamın nə qədər haqlı olduğu və necə də həsrətlə dünyadan köçməsi gözümün önünə canlanırdı. Mən o illər məktəbdə müəllim işləyirdim. İşlədiyim məktəb Araz qırağına yaxın, Şərur rayonunun Sədərək kəndi ilə üzbəüz idi. Sədərəkdən atışma səsləri gələn kimi qaçır, bir təpə var, ora çıxıb, həyəcanla baxırdım. Dua etməkdən başqa əlimdən heç nə gəlmirdi. Quzeydə baş verən hadisələrdən xəbərdar olmaq üçün üsusilə “Azadlıq” radiosunda Mirzə Xəzərin verdiyi məlumatları bir an belə buraxmırdım. 1990-91-ci illər bir tərəfdən ermənilərin Qarabağda insanları yurd-yuvasından didərgin salıb, qırğınlar törətməsi, bir tərəfdən də 20 Yanvar hadisəsinin baş verməsi az qala sevincimizi boğacaqdı ki, milli birliyin gücü qələbə çaldı. Azərbaycan müstəqilliyini elan edərək, dünya dövlətləri tərəfindən tanınmağa başladı. İmperiya nə qədər çalışsa da, milli birlik və bütövlük ruhunu sındıra bilmədi: Düşündüyüm möcüzə baş verdi. İndi isə daha böyük tarixin gələcəyinə inanıram: BÜTÖV AZƏRBAYCAN-a doğru...
2023-12-21
815,472
Boşanmaların əsas səbəbləri bunlardır
Təəssüf ki, hazırda cəmiyyəti narahat edən əsas problemlərdən biri də nikahların pozulmasıdır. Bu sözləri Axar.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Nərgiz Sədrəddinbəyli deyib. “Adətən boşanmalara cütlüklər arasında xasiyyət uyğunsuzluğu, anlaşılmazlıq, zorakılıq halları, sağlamlıq problemləri, ziyanlı vərdişlərə meyillilik, kənar müdaxilə, xəyanət və qısqanclıq faktları səbəb olur. Cütlüklər nikahın pozulmasına qərar verərkən düşünməlidirlər ki, xüsusilə ailədə uşaq varsa, bu onlara daha böyük psixoloji problemlər yaşadır”, - o bildirib. Mütəxəssis vurğulayıb ki, münaqişələr üçün demək olar ki, yaş meyarı yoxdur: “Sağlam ailə modeli istiqamətində doğru təsəvvürlərin yaranmasında mətbuatın rolu danılmazdır. Bu səbəbdən ailə institutunun bütövlüklə inkişafı üçün nəinki dövlət qurumlarının, eyini zamanda, vətəndaş cəmiyyətinin hər bir üzvünün iştirakı zəruridir. Bu prosesdə milli dəyərlərin qorunub saxlanılması, cəmiyyət arasında sağlam düşüncənin formalaşdırılması da mühümdür”.