date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2023-12-22 | 815,930 | Nazirlikdə 10 milyonluq israf: nə baş verir? | Allaha şükür, əlimizə normal nazir düşüb. Gəlin, onu indidən ləkələməyək, problem yaratmayaq. İmkan verin, işini görsün. Yoxlanmalı ünvan kino ittifaqlarıdır. Rəsmi surətdə fəaliyyətləri yoxdur. İllərdir kino adı ilə kinoya aid olmayan təşkilatlara dövlət büdcəsindən pul xərclənir. Bu sözləri Kult.az-a açıqlamasında xalq artisti Şeyx Əbdül Mahmudbəyov Hesablama Palatasının Mədəniyyət Nazirliyi və Kino Agentliyində apardığı yoxlamalar zamanı ayrılmış 10,7 milyon manat vəsaitin aidiyyəti üzrə istifadə edilmədiyinə münasibət bildirərkən deyib. “Eyni adda iki ittifaq dövlət büdcəsindən maliyyələşə bilməz. Birinin adı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, digərinin adı isə Azərbaycan Kinematoqrafçılar İttifaqıdır. Belə çıxır ki, Azərbaycan başqa, Azərbaycan Respublikası başqadır? Rəsmi surətdə Azərbaycan Respublikasının Kinematoqrafçılar İttifaqı və Azərbaycan Kinematoqraflar İttifaqının sədrləri, üzvləri Nizami Kino Evində böyük bir tədbirdə bir araya gəldilər. Hər iki ittifaqın sədri bu rüsvayçılığa son qoymaq üçün yazılı bəyanat verdi. İttifaqların fəaliyyəti donduruldu. Qərara əsasən bir ay müddətində yeni qurultay təşkil olunmalı və hər iki ittifaq bir araya gələrək, sədr seçməli idi. Bu məsələnin üzərindən 4-5 ay keçməsinə baxmayaraq, hələ də qurultay təşkil olunmayıb. Hesablama Palatası bu məsələni araşdırmalıdır. Axı biz müraciət etmişik. Bu ittifaqların nizamnamələri ləğv edilməlidir. Bəla kinonun başında fırlanır. Kino çəkən, kinonu yaradan yazıqdır. Nəhəng bir mədəniyyət mərkəzi boğula-boğula qalıb. Hərə bir təşkilat yaradıb, özü üçün qazanc yolu seçib. Kino Agentliyində iki cavan uşaq az maaşa xeyli iş görüb. Orada nəsə var ki, yoxlayırlar?” - Şeyx Əbdül bildirib. Qeyd edək ki, Hesablamalar Palatası Mədəniyyət Nazirliyi və Kino Agentliyində təşkil etdiyi yoxlamalar 2022-ci ili və 2023-cü ilin 1 avqust tarixinədək olan dövrü əhatə edir. Faktla bağlı toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib. |
2023-12-22 | 815,932 | Simonyan Hikmət Hacıyevin bu fikrini dəstəklədi | Delimitasiya və demarkasiya prosesi çox uzun çəkə bilər. Axar.az Unikal.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinq zamanı bildirib. O, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sərhədlərin demarkasiyası məsələsinin sülh müqaviləsindən ayrılması ilə bağlı bəyanatına istinad edərək bildirib: "Mən istisna etmirəm ki, belə bir variant Ermənistan üçün məqbul ola bilər. Düşünürəm ki, biz bunu nəzərdən keçirə bilərik, çünki bu, vaxt baxımından uzun müddət çəkə bilər. Həqiqətən sülhsevər ölkə belə şeylərdə heç bir maneə görməyəcək. Bəzi məsələləri həll etdikdən sonra, sülh müqaviləsi imzalanandan sonra, cəmiyyətləri sülh və əmin-amanlıq mühitinə gətirdikdən sonra belə bir şey də ola bilər, mənim fikrim budur. |
2023-12-22 | 815,934 | “Erməni soyqırımı” yalanı “Oskar” siyahısında | Azərbaycanda “etnik təqib”ə məruz qalmış ermənidən bəhs etdiyi iddia edilən sənədli film “Oskar”ın qısa siyahısına daxil edilib. Kult.az xəbər verir ki, erməni mətbuatı bu barədə məlumat yayıb. Məlumata əsasən, Ben Praudfut və Kris Boversin qısametrajlı sənədli filmi - “Son təmirxana” (The Last Repair Shop) digər 15 filmlə birlikdə 96-cı "Oskar" mükafatının qısa siyahısına salınıb. Filmin baş qəhramanı, 1980-ci illərdə guya Azərbaycanda etnik təqiblərə məruz qalmış Stiv Baqramyan adlı erməni obrazıdır. Erməni əsilli amerikalı rejissor Maykl Qurcyanın çəkdiyi “Amerikalı” adlı tammetrajlı film də ilk dəfə 96-cı "Oskar" mükafatının qısa siyahısında yer alıb. Film “erməni soyqırımı” zamanı qaçaraq ABŞ-a köçən Çarli adlı erməninin hekayəsindən bəhs edir. Film Ermənistan Milli Kino Mərkəzinin dəstəyi ilə çəkilib. Qeyd edək ki, “Oskar” mükafatlandırma mərasimi 2024-cü ilin yanvar ayında baş tutacaq. |
2023-12-22 | 815,936 | “Qırmızı Körpü”də neçə avtomobil gözləyir? | Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 687 avtomobil gözləyir. Bu barədə Axar.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Biləsuvar” gömrük postunda 40, “Mazımqara” gömrük postunda 36, “Samur” gömrük postunda 48, “Xanoba” gömrük postunda 9 yük maşını var. “Astara” gömrük postunda isə maşın yoxdur. "AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır", - deyə məlumatda qeyd olunub. |
2023-12-22 | 815,938 | İstanbuldan Lahora uçan təyyarə təcili Bakıya endi | "Törkiş Eyrlayns" (Turkish Airlines) aviaşirkətinə məxsus İstanbul-Lahor reysini həyata keçirən hava gəmisi kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi ilə əlaqədar (ürək tutması) Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Bu barədə Axar.az Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib. Məlumata görə, "Eyrbus A330” təyyarəsi yerli vaxtla saat 11:04-də Bakı hava limanına eniş edib. Sərnişinə tibbi yardım göstərilib və onun Bakıdakı tibb klinikalarından birinə yerləşdirilməsinə qərar verilib. Təyyarə saat 13:21-də Bakıdan İstanbula qalxıb. |
2023-12-22 | 815,941 | İlham Əliyev Xocalının 4 kəndində oldu - Foto | 13:48 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Naxçıvanlı kəndində olub. Axar.az xəbər verir ki, dövlətimizin başçısı kəndin ərazisinə baxış keçirdi. Dağətəyi ərazidə yerləşən bu yaşayış məntəqəsini vaxtilə Naxçıvandan köçüb gəlmiş ailələr salıblar. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində Naxçıvanlı kəndi separatçılardan təmizlənib. *** Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Pircamal kəndində olub. Dövlətimizin başçısı kəndin ərazisinə baxış keçirib. Pircamal kəndi dağətəyi ərazidə yerləşir. Kəndin adı keçmişdə burada mövcud olmuş Pircamal piri ilə bağlıdır. Tarixi mənbələrə görə, bu yaşayış məntəqəsini qədim Beyləqandan köçüb gəlmiş ailələr salıblar. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror ədbirləri nəticəsində Pircamal kəndi separatçılardan təmizlənib. *** Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Xanabad kəndində olub. Dövlətimizin başçısı kəndin ərazisinə baxış keçirib. Dağətəyi ərazidə yerləşən Xanabad kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində kənd separatçılardan təmizlənib. Xanabad kəndi qədim yaşayış məskənlərindən biri kimi tanınır. 1990-cı ildə kənddə kooperativ zavodun tikintisi zamanı inşaatçılar tərəfindən qədim qəbir aşkar edilib. Həmin qəbirə baxış keçirilərkən insan cəsədindən əlavə, qədim döyüş və məişət əşyaları aşkarlanıb. Müvafiq təhlillərdən sonra bu əşyaların eramızdan əvvəl XII—XI əsrlərə aid olduğu müəyyən edilib. *** Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Pirlər kəndində olub. Dövlətimizin başçısı kəndin ərazisinə baxış keçirib. Dağətəyi ərazidə yerləşən Pirlər kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Pirlər kəndi Azərbaycan Ordusunun cari il sentyabrın 19-20-də Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Bu yaşayış məntəqəsi kənd təsərrüfatı və turizm sahələrində böyük potensiala malikdir. |
2023-12-22 | 815,946 | Astarada torpaq sürüşməsi: bir ev qəzalı vəziyyətə düşdü | Astara rayonunda torpaq sürüşməsi baş verib, bir ev qəzalı vəziyyətə düşüb. Axar.az Report-a istinadən xəbər verir ki, təbiət hadisəsi dağlıq ərazidə yerləşən Şüvi kəndində qeydə alınıb. Sürüşməyə son zamanlar yağan intensiv yağışların səbəb olduğu bildirilir. Belə ki, 15-20 metr məsafədə torpaq qatı 50 metr aşağı sürüşərək təhlükəli vəziyyət yaradıb və kənd sakini Habil Cümşüdova məxsus ev qəzalı vəziyyətə düşüb, divarlarda çatlar yaranıb. Vəziyyətlə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb, əraziyə baxış keçirilib. Qəza şəraiti müəyyən olunaraq evin sahibinə lazımi göstərişlər verilib. Qeyd edək ki, sürüşmə zonasında daha 10-a yaxın ev var. Sürüşmə davam edəcəyi təqdirdə həmin evlər də təhlükə ilə üz-üzə qala bilər. |
2023-12-22 | 815,947 | Snayperlər "düşmən" hədəfləri məhv etdi - Video | Cari ilin hazırlıq planına uyğun olaraq, snayper tüfənglərindən atəş hazırlığı üzrə praktiki atış çalışmaları yerinə yetirilib. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlim sahəsində şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra hərbi qulluqçular atəş mövqeyinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri yerinə yetiriblər. Snayperlər şərti düşmən hədəflərinin aşkar olunması, düzgün nişanalma qaydalarına əməl etməklə məhv edilməsi üzrə tapşırıqları yüksək peşəkarlıqla icra ediblər. Çalışmaların keçirilməsində əsas məqsəd hərbi qulluqçuların hazırlıq səviyyəsinin artırılması, praktiki vərdişlərinin və atəşaçma bacarıqlarının daha da təkmilləşdirilməsidir. |
2023-12-22 | 815,950 | Çətin il gəlir: 2024-ə 183 münaqişə ilə giririk | 2024-ün mürəkkəb il olacağını indidən söyləmək olar. Yaxın Şərdəki toqquşmalar və Rusiya-Ukrayna müharibəsi gələn il də davam edəcək. Axar.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analizində bildirilib. Qeyd edilib ki, “Blumberq” agentliyinin araşdırmasında dünyada müharibələrin coğrafiyasının genişlənəcəyi proqnozlaşdırılıb: “Hazırda planetdə 183 regional silahlı münaqişə qeydə alınıb. Agentliyin araşdırmasında münaqişələrin intensivliyinin ildən-ilə artdığı vurğulanıb. Bu müharibələr ölüm sayının artmasını da şərtləndirir. Bu arada ABŞ, Cənub Koreya və Yaponiya liderlərinin milli təhlükəsizlik üzrə müşavirlərinin Seuldakı görüşü diqqət çəkib. Bu format bu ilin avqust ayında formalaşıb. Liderlər ilk dəfə Vaşinqtonda görüşmüş və geniş fikir mübadiləsi aparmışdılar. Bununla Amerika Birləşmiş Ştatları, Cənubi Koreya və Yaponiya öz aralarında müttəfiqliyi rəsmiləşdirmişdilər. Üçlük regional təhlükələrə qarşı birgə mübarizə aparmaq qərarı verib. Halbuki keçmiş illərdə Tokio ilə Seul arasında münasibətlərdə müəyyən suallar yaranırdı. Əsas təhlükə Şimali Koreyanın raket proqramı ilə bağlıdır. Şimali Koreya raket sınaqlarını davam etdirməklə qonşuları Cənubi Koreya və Yaponiya üçün ciddi təhdidlər yaradıb. Bu, Vaşinqtonu da narahat edir. Çünki ABŞ-ın həm Cənubi Koreyada, həm də Yaponiyada hərbi bazaları mövcuddur. Bu o deməkdir ki, Şimali Koreya Cənubi Koreya və ya Yaponiyaya raket atarsa, ABŞ Pxenyana qarşı müharibəyə başlamalı olacaq. Şimali Koreya raket sınaqlarıyla yanaşı, kosmik fəzaya kəşfiyyat peykləri də göndərməyə başlayıb. Şimali Koreya həmin peyklər vasitəsilə ABŞ-ın bölgədəki hərbi bazalarını izləmək imkanı qazanıb”. Analizdə digər təhlükə kimi Çinin bölgədə artan hərbi gücü vurğulanıb: “Çin və Şimali Koreya bölgəyə Qərblə gərgin münasibətləri olan Rusiyanı da cəlb etməyə çalışır. Misal üçün Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirmək məqsədilə Şimali Koreyadan raketlər alır, Çinlə birgə dənizlərdə hərbi təlimlər keçirir. Bu hərbi təlimlər ən çox Yaponiyanı narahat edir. Çünki hərbi təlimlər Yaponiya sahillərinə yaxın ərazilərdə keçirilir. Tokio buna görə hərbi xərclərini keçmiş illərlə müqayisədə xeyli artırıb”. |
2023-12-22 | 815,951 | ABŞ Səudiyyəyə qoyduğu məhdudiyyəti yumşaldır | ABŞ iki il əvvəl Səudiyyə Ərəbistanına hücum silahlarının tədarükünə qoyulmuş məhdudiyyətləri yumşaltmağı planlaşdırır. Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” mənbəyə istinadla məlumat yayıb. Mənbənin məlumatına görə, ABŞ-ın belə bir addımına səbəb Səudiyyə Ərəbistanının husilərlə danışıqlar aparmasıdır. Qeyd olunub ki, silah tədarükünə qoyulan məhdudiyyətlərin yumşaldılması müddəti hələ müəyyən edilməyib, üstəlik, Bayden də fikrini dəyişə bilər. Konqresin bəzi nümayəndələri də belə bir addımın əleyhinədir. Qeyd edək ki, ABŞ Qırmızı dənizdə ticarət gəmilərinin husilərin hücumundan qorunması məqsədilə koalisiya yaradıb. |
2023-12-22 | 815,952 | Hindistan Azərbaycandan nə istəyir? – Ekspert | Hindistan-Pakistan qarşıdurması və Azərbaycanın haqlı şəkildə Pakistanın yanında olması Dehlinin İrəvanı kütləvi şəkildə silahlandırmasında əsas faktorlardan biridir. Bu sözləri Axar.az-a Hindistanın Ermənistanı kütləvi şəkildə silahlandırmasının səbəbləri haqqında danışan professor Qabil Hüseynli deyib. Professor bildirib ki, Hindistan bir çox silahı, artilleriya sistemini və s. Fransa şirkətləri ilə birgə istehsal edir: “Yəni hazırda Hindistanı Ermənistana silah və hərbi texnika göndərməyə təhrik edən həm də Fransadır. Bununla yanaşı, ortada Zəngəzur dəhlizi məsələsi də var. Hindistan birmənalı şəkildə bu dəhlizə qarşıdır, çünki gələcəkdə türk dünyasının Avropaya çıxış əldə etməsini və Pakistana birbaşa quru əlaqəsinin yaranmasını istəmir. Səbəb isə odur ki, Dehli ABŞ-ın təklif etdiyi İMEC ticarət dəhlizi layihəsinə qoşulub. Layihə ilə Hindistan, Səudiyyə Ərəbistanı, İsrail və Yunanıstan üzərindən Avropaya ticarət dəhlizinin açılması planlaşdırılır. Əlbəttə, İMEC-in həyata keçirilməsi çox böyük vəsait, vaxt tələb edir. Ona görə də hələlik Zəngəzur dəhlizinə qarşı Ermənistan gücləndirilir”. Qeyd edək ki, Hindistanın “Indian Defence Research Wing” portalı ölkənin Müdafiə Nazirliyinin tabeliyində olan Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatına istinadən Dehlinin İrəvana səsdən sürətli “BrahMos” qanadlı raketi və “Pralay” yaxınmənzilli ballistik raketlərini tədarük etmək istədiyini yazıb. Bundan əlavə, bugünədək Hindistan Ermənistana dörd mobil “Svati” radar sistemi verib, eyni zamanda 2022-ci ildə “Pinaka” reaktiv yaylım atəş sistemi, tank əleyhinə raketlər və müxtəlif növ sursatların alınması üçün 245 milyon dollarlıq müqavilə imzalanıb. Bununla yanaşı, Ermənistana MArG 155 özüyeriyən haubitsa və “Zen Anti-Drone System” (Zen antidron sistemi - ZADS) ilə yanaşı, 30 mm və 40 mm çaplı qumbaralar da göndəriləcək və HHM sistemlərinin istehsalı ilə məşğul olan “Zen Technologies” şirkəti orada özünə filial açmaq niyyətindədir. Ən son isə Hindistanın Ermənistana qiyməti 600 milyon dollar dəyərində olan “Akaş” kompleksini tədarük etməyə hazırlaşdığı bildirilib. |
2023-12-22 | 815,953 | KTMT Bakıya qarşı bəyanat yaysın, barışaq - Şantaj başladı | İrəvan KTMT-yə münasibətini yalnız Təşkilat Azərbaycan Ordusunun Ermənistanın suveren ərazisində olduğunu bəyan edib, onların çıxarılmasını tələb etdikdən sonra dəyişəcək. Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. “Təşkilata üzv olan bütün ölkələr belə mövqe bildirməyənə qədər Ermənistan KTMT-nin işləmədiyinə inanacaq. İrəvana lazım deyil ki, belarus və ya qazax əsgər gəlib Azərbaycan Ordusunu Ermənistan ərazisindən çıxarsın. Ermənistan yalnız siyasi bəyanat gözləyir”, - o bildirib. |
2023-12-22 | 815,954 | Rəsmi Bakıdan AB-yə cavab: Rədd edirik! | Əsassız iddialar Azərbaycan və AB əlaqələrinin inkişaf perspektivlərinə zərbə vurur. Axar.az xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Avropa Birliyinin Azərbaycan əleyhinə iddiaları ilə bağlı bəyanatına dair şərhində əksini tapıb. O, Avropa Birliyinin (AB) Azərbaycanda jurnalistlərin və siyasi fəalların saxlanması ilə bağlı əsassız ittihamlarını qətiyyətlə rədd etdiklərini bildirib: “Bu cür əsassız və qərəzli bəyanatları, Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə cəhdləri kimi qiymətləndiririk. İstintaqın gedişatına müdaxilə edilməsi qəbuledilməzdir və məhkəmə prosesinin işinə müdaxilə hüquqi dövlətin əsas prinsipi olan qanunun aliliyi prinsipinə ziddir. Təəssüf hissi ilə qeyd edirik ki, AB-nin Ermənistanda insanların fundamental hüquq və azadlıqlarının pozulması, siyasi təqiblər nəticəsində həbs edilmiş şəxslərin həbsxanalarda həyatlarını itirməsi hallarına, habelə siyasətçilər və onların ailə üzvlərinə qarşı təqiblərə biganə qalması ikili standartların bariz nümunəsidir”. “Ölkəmizə qarşı bu kimi əsassız bəyanatlarla çıxış etmək əvəzinə, qarşı tərəfi AB üzv dövlətlərində insan hüquqlarının pozulması hallarına diqqət yetirməsini tövsiyə edirik. AB tərəfi Fransada “sarı gödəkçələr” aksiyasında 12 nəfər üzvün öldürülməsi, AB strukturlarında rüşvətxorluq və korrupsiya hallarının yayılması, İslamofobia və müsəlmanlara qarşı hücum faktlarını hələ də araşdırılmayıb və adekvat münasibət bildirməyib. Qeyd edilənlər fonunda, AB-nin bu cür qərəzli və ədalətsiz bəyanatları Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir. Bu əsassız iddialar Azərbaycan və AB əlaqələrinin inkişaf perspektivlərinə zərbə vurur”, - A.Hacızadə vurğulayıb. |
2023-12-22 | 815,959 | Priqojinin qətlini o təşkil edib – VSJ-dən sensasiya | Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev “Vaqner”in rəhbəri Yevgeni Priqojinin qətlini şəxsən təşkil edib. Axar.az xəbər verir ki, bu iddianı Amerikanın “Voll Strit Jurnal” nəşri yayıb. “Patruşev Putinə 2022-ci ilin yayında Priqojin təhlükəsi barədə xəbərdarlıq edib, lakin prezident onun sözlərinə qulaq asmayıb, çünki vaqnerçilər döyüş meydanında uğur qazanırdılar. Lakin 2022-ci ilin oktyabrında Priqojin Putinə zəng edərək sursat çatışmazlığından kobud şəkildə şikayət edəndə Rusiya Prezidentinin fikri dəyişir. Patruşev də həmin an Putinin kabinetində olub. Təhlükəsizlik Şurasının rəhbəri bildirib ki, Priqojin real təhlükəyə çevrilib və Kremlin gücünə hörmət etmir. Bundan sonra Putin Priqojinin Rusiya hərbi rəhbərliyi ilə ictimai münaqişələr də daxil olmaqla təchizatla bağlı sonrakı şikayətlərinə məhəl qoymayıb və onun zənglərinə cavab verməyib. 2023-cü ilin iyununda Priqojin üsyana başlayanda Patruşev nəzarəti ələ keçirib. Üsyan bitdikdən sonra isə Patruşev qətl planı hazırlamağa başlayıb”, - məlumatda deyilir. Nəşrin Qərb kəşfiyyat orqanlarından olan mənbələrinə görə, Putinə bu planlar sonradan göstərilib və o, buna etiraz etməyib: “Avqustun 23-də Priqojin Şeremetyevo hava limanında təyyarəsinin yoxlanılıb uçuşa hazırlanmasını gözləyərkən, məhz o anda təyyarənin qanadının altına kiçik bir bomba qoyulub”. |
2023-12-22 | 815,962 | Umerov Fransa hərbi şirkətlərini Kiyevə çağırdı | Fransa şirkətlərini Ukraynada silah istehsal etməyə çağırırıq. Axar.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Rustem Umerov deyib. “Fransa müdafiə şirkətlərinə dedik ki, ortaq istehsala hazırıq. Qoy silahları Ukraynada istehsal etsinlər. Bu çox vacibdir”, - o bildirib. |
2023-12-22 | 815,968 | "Xainlər siyahısı"nı hansı general verib? - Məhkəmə | 2017-ci ilin mayında Tərtərlə yanaşı, Beyləqanda da hərbçilərə qarşı kütləvi işgəncələr, nəticədə bir zabitin ölümüylə bağlı 9 aya yaxındır davam edən məhkəmə prosesi yekunlaşmaq üzrədir. Axar.az xəbər verir ki, Beyləqandakı işgəncələrə görə mühakimə olunanlar məhkəmədə son sözlərini deyiblər. Hakim önünə çıxarılmış 5 nəfərin arasında general-mayor Bəkir Orucov da var. O, 2022-ci ilin sentyabrında həbs olunanda Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edirdi. Beyləqanda bu hadisələr yaşananda isə korpusun qərargah rəisi olub. General məhkəmədə son sözündə deyib ki, işgəncələrə göstəriş verənlər, nəzarət edənlər kənarda qalıb, onlar isə “zəif bənd” kimi, qurbanlıq seçiliblər. Bəkir Orucov vurğulayıb ki, nazirin, Baş Qərargah rəisinin, korpus komandirinin səhvlərinə görə onları cəzalandırırlar. Onun sözlərinə görə, proseslər Müdafiə Nazirliyinin rəhbərliyinin nəzarəti altında, korpus komandiri Mais Bərxudarovun göstərişi ilə baş verib. “Xainlər siyahısını kim tərtib edib nazirliyə göndərmişdi? O adamları ora yığdırıb işgəncə verdirən kim olmuşdu? Mais Bərxudarov belə zəif idi ki, mən onu idarə edirdim? Korpus komandirinin xəbəri və icazəsi olmasaydı, təhqiqatçı gəlib nəinki kiməsə işgəncə vermək, heç içəri girə bilməzdi. Heç Rauf Kişiyev (Müdafiə Nazirliyinin Hüquq İdarəsinin o vaxtkı rəisi - red.) gəlib orada kimisə həbs etdirə bilməzdi. İndi kimin adamı, pulu var, hamısı vəzifədədir, bizi qurban seçiblər”, - təqsirləndirilən generalın sözləridir. Bəkir Orucov hesab edir ki, o ərəfədə həqiqətən xəyanət olub, sadəcə, konkret kimlərin xain olduğu düzgün müəyyənləşdirilməmişdi. Nəticədə Tərtər və Beyləqanda yüzlərlə hərbçiyə işgəncələr verilib, 10 nəfərdən çox adam öldürülüb: “Müdafiə Nazirliyində 140 milyonluq yeyinti aşkarlanır, nazir deyir ki, xəbərim yoxdur. Satınalmalardakı korrupsiya üzə çıxır, deyir ki, xəbərim yoxdur. Tərtər hadisələrindən xəbəri yoxdur. Bəs nədən xəbəri var?” Təqsirləndirilən şəxslərdən Müdafiə Nazirliyinin Hüquq İdarəsinin təhqiqatçısı olmuş, Beyləqan hadisələri ərəfəsində ora ezam olunan İntiqam Məmmədov son sözündə deyib ki, korpus komandiri Mais Bərxudarov nazirliyə siyahı göndərmişdi. Orada adları çəkilən şəxslərin düşmənlə əməkdaşlıqda şübhəli bilindiyi iddia olunurdu: “İndi Mais Bərxudarov kənarda qalıb, mənə ittiham veriblər ki, guya ora düşmənlə əməkdaşlıqda şübhəli bilinənləri müəyyənləşdirməyə getmişəm. Yaxud da yazıblar ki, guya mən kimlərisə əsassız və qanunsuz həbs eləmişəm. Əmri verən Baş Qərargah rəisi, korpus komandiridir. Mən Nəcməddin Sadıqova, Mais Bərxudarova göstəriş verə bilərdim ki, filankəsi işdən çıxar? Bu qədər yalan olar?” İ.Məmmədov deyir ki, o vaxtkı Baş Qərargah rəisi Nəcməddin Sadıqovla münasibətləri yaxşı deyildi. Qərəzli münasibətinə görə də onu əsassız cəzalandırmışdı, iclasdan qovmuşdu: “Nəcməddin Sadıqovun ən zəhləsi gedən adamlardan biri mən olmuşam. Çarəsi olsaydı, başımı kəsərdi. Mən nazirlikdən əvvəl Beyləqanda təhqiqatçı işləmişəm. O dövrdə ön xətdə mina partlamışdı. Buna görə təhqiqatçı neyləsin? Məni iclasdan qovdu...” Özündən öncəki iki təqsirləndirilən kimi, Rahib Məmmədov da son sözündə bəraət istəyib. O bildirib ki, Beyləqanda sorğu-sualda cəmi 15 dəqiqə iştirak edib. Bu prosesdə fəal iştirak edən, hətta zorakılığa yol verən təhqiqatçılar kənarda saxlanılıb, onu cəzalandırırlar. “Mən Yazıçılar Birliyinin üzvüyəm. 3 roman, 9 şeir kitabım var. Həm qələmimlə, həm də zabit kimi bu xalqa xidmət etmişəm. Mən şərəfimi satmadığıma görə cəzalandırılmışam. Belə çıxır ki, davam edir 37... Mən şərafət dustağıyam. Amma qalib ordunun məğlub zabiti olmaq istəmirəm”, - R.Məmmədovun sözləridir. Korpusda təlimatçı olmuş Ülvi Rəşidovun son sözü qısa olub. O da bəraət istəyib. Təqsirləndirilən şəxslərdən yalnız snayper bölüyünün komandiri Ziya Kazımovun son sözü qalıb. Məhkəmə iclasında onun durumu pisləşib. Məhkəməyə Təcili Tibbi Yardım çağırılıb. Həkimlərin rəyi əsasında məhkəmə prosesi dekabrın 28-nə qədər təxirə salınıb. |
2023-12-22 | 815,977 | Qarabağda Z yazırdınız: Görmədiniz nə baş verdi? | İndi istəyirsiniz ki, Ermənistan parlamentinin sədri Rusiyanı birbaşa ittiham etsin. Təbii ki, bu, olmayacaq, mən belə bir açıqlama verməyəcəyəm. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. O bildirib ki, Ermənistan əhalisi və keçmiş Qarabağ ermənilərinin reallığı çox gözəl bildiyini düşünür: “Qarabağda məyusluq var idi. Yadınızdadırmı, Qarabağda necə Z hərfi yazır, Putinin şəklini açır, “Sağ ol, Rusiya” şüarı qaldırırdılar, amma əslində hər şey bir dəqiqə ərzində dəyişdi və biz rus sülhməramlıların erməni əhalisinə qarşı fəaliyyətə necə icazə verdiklərini gördük. Qoy insanlar nəticələri özləri çıxarsınlar, mənim isə birbaşa açıqlamalar verməyimə ehtiyac yoxdur”. |
2023-12-22 | 815,981 | Bu inşaat materialları ilə təmir edilən mənzillər sərfəli şərtlə... | “Kristal Abşeron” şirkəti inşa etdiyi layihələrin təmir-tikinti keyfiyyətini artırmaq üçün bir sıra addımlar atıb. Şirkət yeni qlobal markalarla əməkdaşlığa başlayıb. Bu markalar aşağıdakılardır. Amerika markası “Guardian Glass” pəncərə şüşələri Mənzilin pəncərə şüşələrinin düzgün seçilməsi binanın həm estetikliyini, həm də enerji səmərəliliyini artırır və büdcəyə qənaət etmək üçün şərait yaradır. “Guardian Glass” pəncərə şüşələri temperatur izolyasiya xüsusiyyəti sayəsində mənzildaxili temperaturu qoruyur. Səs izolyasiya xüsusiyyəti isə kənar səs-küyün mənzilə daxil olmasının qarşısını alır. Yüksək şəffaflığa malik bu şüşələr gün işığının mənzilə daha çox daxil olmasını təmin edir. Əsk etdirmə xüsusiyyəti isə mənzilə daxil olan zərərli günəş şüalarının qarşısını alır. Fasad izolyasiya ilə birlikdə “Guardian Glass” pəncərə şüşələrinin istifadəsi enerjiyə 45%-dək qənaət etmək fürsəti yaradır. Kanada markası “Coswick” mühəndis parketləri “Coswick” mühəndis parketləri ən son istehsal texnologiyalarına və yüksək dəqiqliyə sahib müasir qurğularda yüksək keyfiyyətli ağacdan istifadə edilərək hazırlanır. Təmirdə istifadə edilən parket həm interyerin estetikliyinə, həm də mənzilin rahatlığına birbaşa təsir edir. Bu amilləri nəzərə alıb deyə bilərik ki, “Coswick” mühəndis parketləri ideal seçimdir. Uzunmüddətli istifadəyə yararlılıq, cızıqlara və korroziyaya davamlılıq, temperatur və səs izolyasiya xüsusiyyəti, quraşdırma asanlığı, dizayn funksionallığı və ekoloji təmizlik “Coswick”in əsas üstünlükləridir. Yaponiya markası “Mitsubishi” liftləri Lift sənayesində təhlükəsizlik əsas prioritetdir. “Mitsubishi” liftləri sənaye standartlarını qabaqlayan təhlükəsizlik texnologiyaları ilə təchiz edilmişdir. Həmçinin şirkət ətraf mühitə təsirini minimuma endirmək üçün ekoloji cəhətdən təmiz materiallardan istifadəyə üstünlük verir. Buna görə də sakinlər Mitsubishi liftlərindən inamla istifadə edə bilərlər. Sürətli daşınma, səs-küysüz işləmə, ağıllı lift həlləri, enerji səmərəliliyi “Mitsubishi” liftlərinin əsas üstünlüklərindəndir. İtaliya istehsalı “Immergas” kombi sistemləri Kombi sistemləri arasında “Immergas” məhsulları enerjiyə qənaət məsələsində digərlərindən ciddi şəkildə fərqlənir. “Immergas” kombi sistemləri həm mənzili, həm də məişət istifadəsi üçün lazım olan suyu eyni anda qızdırır. Bu inteqrasiya iki ayrı istilik sisteminə olan ehtiyacı aradan qaldıraraq enerji səmərəliliyini artırır. Kombi qızdırma sistemi tətbiq edilən “Kristal Abşeron” layihələrində “Immergas”dan istifadə ediləcək. Almaniya istehsalı “Grohe” hamam aksesuarları “Grohe” keyfiyyət baxımından qlobal bazarda aparıcı şirkətlərdəndir və bir sıra üstünlüklər təqdim edir. “Grohe” hamam aksesuarları cızıqlara, ləkələnməyə və korroziyaya davamlı, gündəlik istifadəyə yararlıdır. Asan quraşdırılma texnologiyası və sudan səmərəli istifadə bu markanın üstünlüklərindəndir. Premium materiallardan istifadəsi, dəqiq mühəndislik həlləri bu məhsulların uzunömürlü olmasını təmin edir. Bununla da “Grohe” hamam aksesuarları uzun illər sizə xidmət edəcək. İtaliya istehsalı “Gewiss” elektrik açarları və aksesuarları İtaliya istehsalı olan “Gewiss” üslub, innovasiya və etibarlılığın unikal birləşməsinə görə digər brendlərdən seçilir. Klassik, müasir və ya minimalist üsluba üstünlük verməyinizdən asılı olmayaraq, “Gewiss” estetik seçimlərinizə uyğun müxtəlif dizaynlara malikdir. Yüksək keyfiyyətli materialların istifadəsi, innovativ texnologiyaların tətbiqi “Gewiss” elektrik açarlarının uzun müddət və qüsursuz işləməsini təmin edir. İtaliya istehsalı “Prysmian” yanmayan kabellər “Prysmian” kabel sistemləri sənayesində qlobal liderlərdəndir. Ənənəvi elektrik kabelləri yanğına və həddindən artıq istiyə məruz qaldıqda zəhərli qazlar buraxa, alov yaya bilər ki, bu da elektrik yanğınlarının yaratdığı təhlükələri artırır. Qısa qapanmaya qarşı davamlı olan “Prysmian” kabelləri isə yandıqda belə insan sağlamlığı üçün təhlükə törətmir. Beləliklə mənzilin yanğın təhlükəsizliyi daha yüksək səviyyədə təmin edilir. “Kristal Abşeron” şirkəti inşası davam edən bütün şəhər layihələrində bu markalardan istifadə edir. Qeyd edək ki, “Guardian Glass” pəncərə şüşələri “City Garden Narimanov” və “Park Yasamal” layihələrində istifadə edilir. İndi sadəcə 10% ilkin ödəniş, 20 ilədək ipoteka krediti ilə “Kristal Abşeron” layihələrində tam təmirli və çıxarışlı mənzil sahibi ola bilərsiniz. Yuxarıda qeyd edilən markalar haqqında daha geniş məlumat almaq üçün satış ofisinə yaxınlaşa bilərsiniz. *1544 www.kristalabsheron.az |
2023-12-22 | 815,983 | Ölkəmizdə yalnız bir rəsmi Şaxta baba varmış | Bakıda Yeni ildə Şaxta baba kimi fəaliyyət göstərmək üçün yalnız 1 nəfər rəsmi müraciət edib. Bu barədə Axar.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən məlumat verilib. “Bu il Şaxta baba və Qar qız xidməti ilə bağlı hələ ki, 1 müraciət daxil olub və müraciət aidiyyəti üzrə rəy bildirmələri üçün ərazi əməkdaşlarına yönləndirilib. Keçən il isə Şaxta baba və Qar qız xidməti ilə bağlı Departamentə heç bir müraciət daxil olmamışdı”, - məlumatda bildirib. |
2023-12-22 | 815,985 | Qurbanov Xankəndidə yubiley qələbəsini qazandı | “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Xankəndidə keçirilən Azərbaycan Kuboku oyununda yubiley qələbəsini qazanıb. Axar.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb. Məlumata görə, bu, 1/8 final mərhələsinin MOİK-lə görüşünə təsadüf edib. Rəqibini 1:0 hesabı ilə üstələyən Ağdam təmsilçisi Qurban Qurbanovun rəhbərliyi altında 40-cı qalibiyyətini əldə edib. Bu, 51 yaşlı mütəxəssisin postundakı 64-cü qarşılaşmasında qeydə alınıb. Q.Qurbanov 2008-ci ildən çalışdırdığı “Qarabağ”la ilk kubok qələbəsini 2008/2009 mövsümündə qazanıb. Komanda həmin vaxt 1/8 finalda “Bakılı”nı evdə 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. |
2023-12-22 | 815,986 | Ukraynada yaşayan azərbaycanlıların nəzərinə | Ukraynanın paytaxtı Kiyevdə Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı seçki məntəqəsi təşkil ediləcək. Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfirliyinin bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına müraciətində qeyd olunub. Bildirilib ki, 2024-cü il fevralın 7-də təyin edilmiş növbədənkənar Prezident seçkilərində iştirak etmək istəyən, Ukraynada daimi və ya müvəqqəti yaşayan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan vətəndaşlarının seçici siyahısına əlavə olunmaları məqsədilə bu il dekabrın 29-u Ukrayna vaxtı ilə saat 18:00-dək səfirliyə müraciət etmələri xahiş olunur. Onlar +380 73 505 00 00 telefon nömrəsindən və [email protected] elektron poçt ünvanından istifadə edilər. Müraciət zamanı seçici siyahısına əlavə edilməsi məqsədilə Azərbaycan Respublikası vətəndaşının tam adı (soyadı, adı, atasının adı), doğulduğu tarix (il, ay və gün) və Ukraynada faktiki yaşadığı ünvan barədə məlumat mütləq təqdim olunmalıdır. Qeyd olunmalıdır ki, Seçki Məcəlləsinə uyğun olaraq, yetərli sayda seçici qeydiyyata alındıqda, seçki məntəqəsinin Kiyev şəhərində təşkili nəzərdə tutulur. Seçki məntəqəsinin təşkili barədə məlumat səfirliyin internet və sosial media səhifələrində elan ediləcək. |
2023-12-22 | 815,987 | Güclü külək əsəcək, qar yağacaq - Xəbərdarlıq | Bakıda və Abşeron yarımadasında dekabrın 23-ü gündüzdən 24-ü səhərədək cənub-qərb küləyinin arabir 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir. Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Azərbaycanın rayonlarında dekabrın 23-də gündüz şimal və qərb rayonlarından başlayaraq 25-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Quba-Qusar, Şərqi Zəngəzur) intensiv olacağı ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 27-32 m/s-dək güclənəcək. |
2023-12-22 | 815,988 | 473 hərbçiyə yeni mənzillər veriləcək | Azərbaycanda daha 473 nəfər hərbi qulluqçunun yeni mənzillərlə təmin olunması nəzərdə tutulur. Axar.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, Prezident İlham Əliyevin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib. Fərmana əsasən, Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına alınmış mənzillərlə təmin olunması nəzərdə tutulur. Komissiyanın sədri, nazir Samir Şərifov bildirib ki, Ali Baş Komandanın hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi istiqamətində Fərmanla qoyduğu vəzifələrin icrası olaraq Azərbaycan Ordusunun minlərlə hərbi qulluqçusu dövlətin bu mühüm sosial proqramından bəhrələnərək mənzillərlə təmin olunublar. Komissiyanın iclasında Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında 953 nəfər hərbi qulluqçu mənzil növbəsinə qəbul edilib. İclada iclasında qəbul edilən digər qərar ilə hazırda mənzil növbəsində olan 473 nəfər hərbi qulluqçu Bakı şəhərində və Abşeron rayonunda tam təmirli mənzillərlə təmin olunacaq. Bu günə qədər dövlət vəsaiti hesabına 20 il və daha çox xidmət etmiş 3 646 nəfər hərbi qulluqçu, 26 şəhid olmuş hərbi qulluqçunun ailəsi mənzillərlə təmin olunub. Komissiya Müdafiə Nazirliyinin təqdim etdiyi siyahılar əsasında mənzil növbəsinə mütəmadi baxır və vaxtaşırı mənzil almaq hüququ qazanan hərbi qulluqçular mənzil növbəsinə əlavə edilir. |
2023-12-22 | 815,993 | Aqşin tez-tez bayılır, qanı laxtalanır - Anası | Aqşinin sağlamlığı yerində deyil. Tez-tez özündən gedir. Saatlarla ayılmır. Həkimə apardıq. Orda da bayıldı. İynə vurdular. Deyirlər ki, qanı laxtalanır. Bu sözləri Axar.az-a erməni əsirliyindən azad olunan Azərbaycan əsgəri Aqşin Bəbirovun anası Dürdanə Bəbirova deyib. Onun sözlərinə görə, oğlu əsir düşdükdən sonra sağlamlığında ciddi problemlər yaranıb: “Gördüyü işgəncələr səbəbindən belə vəziyyətə düşüb. Vurulan iynələr, bədəninə verilən cərəyan onun sağlamlığına zərər verib. Təcili şəkildə qanı yuyulmalıdır. Yolda getdiyi yerdə də ürəyi partlaya bilər. Həkimlər deyir ki, güclü qan laxtalanması var. Qanı yaxşı işləmir. Rəngini də görmüsünüz necədir. Psixoloji, nervoloji müalicə keçməlidir. Yanında söhbət edə bilmirik. Ancaq qıcıq yaratmayan söhbətlər edirik ki, ona pis təsir etməsin. Yəqin ki, DTX hospitala yatırdar. İmkanım yoxdur uşağı müalicə etməyə”. Sağlığı ilə bağlı yaşadığı problemdən danışan Aqşin isə bayılma hallarının Ermənistanda da olduğunu bildirib. Vətənə qayıtdıqdan sonra vəziyyətinin daha ciddi olduğu anlaşılıb: “Bacardığım qədər ayaq üstə qalmağa çalışıram. Yaşadığım yadıma düşəndə ürəyim gedir. Bakıya gələndən sonra vəziyyətim daha da pisləşib. Ermənistanda da olurdu. Bu vəziyyətlə bütün günü yaşayırdım, düşünürdüm ki, səbir edim, tezliklə Vətənimə gedəcəm. Orada bu vəziyyətə düşəndə yardım olunmurdu. Gələndən sonra isə bu hala tez-tez düşürəm, ürəyim gedir”. Evdə müalicə olduğunu və onunla birlikdə əsir düşən Hüseyn Axundovla tez-tez danışdığını deyən Aqşin hərbi xidmətin davam etdirilməsi ilə bağlı məsələyə də münasibət bildirib: “Məncə, hərbi xidmətim başa çatmış sayılır. Bu barədə DTX ilə yenə də dəqiqləşdirmə aparacam. Məncə, bitib. Lakin bu barədə dəqiq heç kim danışmayıb mənlə”. Qeyd edək ki, erməni əsirliyində olan əsgərlərin hərbi xidmətlərini davam etdirilməsi ilə bağlı məsələyə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də aydınlıq gətirib. Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov saytımıza bildirib ki, hərbi qulluqçu əsir düşdükdə həmin müddət ərzində onun həqiqi hərbi xidməti dondurulmur. Müddətli həqiqi hərbi xidmətə onun əsirlikdə olduğu vaxt da daxildir. |
2023-12-22 | 815,995 | Kapital Bankın növbəti “Data Talks” tədbiri yekunlaşdı | Xəbər verdiyimiz kimi Kapital Bank və “SUP.VC” şirkəti birlikdə müasir dövrün aktual mövzusu olan verilənlər bazası ilə bağlı tədbirlər həyata keçirir. İl sonunadək davam edəcək layihənin “Data talk” formatında növbəti tədbiri baş tutdu. Ötən gün keçirilən tədbirdə iştirakçılar suallarla spikerlərə müraciət edib, tövsiyələr ala bildilər. Tədbirdə dayanıqlı məlumat bazaları ilə bağlı “Sığorta hadisələrinin idarə edilməsi prosesinin avtomatlaşdırılması” və “Risk modellərinin idarə edilməsi” kimi müxtəlif mövzular müzakirə edildi. Peşəkar mütəxəssislərlə yanaşı data sahəsinə marağı olan şəxslərin də iştirak etdiyi tədbirin ilk eksperi Kapital Bankın AnchorAnalitika ekspert mərkəzinin data elmi üzrə eksperti Cavid Hüseynov oldu. Risklərin idarə edilməsi və modelləşdirmə üzrə böyük təcrübəyə sahib Cavid Hüseynov Azərbaycan-Fransız Universitetində kompüter elmləri üzrə təhsil alıb. Karyerasına ilk olaraq “Neuroil” şirkətində süni intellekt üzrə mühəndis kimi başlayıb. Daha sonra fəaliyyətini “Unibank”da risk modelləri üzrə mütəxəssis kimi davam etdirib. Bu müddət ərzində pərakəndə və biznes istiqamətləri üzrə skorinq modellərinin qurulmasında iştirak edib. 2021-ci ildən etibarən fəaliyyətini Kapital Bank-da davam etdirir. “PAŞA Sığorta”nın Data elmləri istiqamətinin rəhbəri Ülvi Salman da tədbirin eksperti idi. O, Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadi təhlillər ixtisası üzrə təhsil alıb. Karyerasına “Azərsun Holdinq”də data mütəxəssisi kimi başlayıb. Risk modelləri üzrə geniş araşdırmaların müəllifidir. 2022-ci ildən fəaliyyətini “PAŞA Sığorta” da davam etdirir. Kapital Bank-ın bu təşəbbüsü verilənlər bazası sahəsində peşəkar olan və sahəyə marağı olan, özünü inkişaf etdirmək istəyən şəxslər üçün həm təcrübə mübadiləsi, həm də yeni tanışlıqların yaranması üçün böyük imkanlar yaradır. Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc. |
2023-12-22 | 815,997 | Hindistan İrəvanı yeni müharibəyə hazırlayır | 2020-ci ildən Ermənistan və Hindistan arasında hərbi əməkdaşlıq sürətlə genişlənməyə başlayıb. Buna başlıca səbəbi isə siyasi və regional amillərdir. Bu sözləri Axar.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib. Polkovnik artıq uzun müddətdir ki, Hindistan və Ermənistan arasında hərbi əlaqələrin olduğunu qeyd edib: “Ölkələr arasındakı bu münasibətlər uzun müddətdir ki, mövcuddur. 2020-ci ildə Ermənistanın müdafiə naziri Hindistanda rəsmi görüşlər keçirdi. Müqavilələr imzalandı və “Pinaka” sisteminin İrəvana verilməsi haqqında razılıq əldə edildi. Bunun əsas səbəbi Azərbaycan və Pakistan dostluğuna görədir, yəni Bakının İslamabada dəstək durmasıdır. Bildiyimiz kimi Hindistan və Pakistan arasında bir çox mübahisəli məqamlar var. Bu baxımdan da Ermənistanla Hindistan siyasi cəhətdən yaxınlıq edir. Təbii ki, Dehlinin bu addımı regionda sülhün bərqərar olmasına kömək etmir. Prezident İlham Əliyev Hindistanın Azərbaycana təyin olunmuş səfiri qəbul edəndə bu narahatlığı dilə gətirib. Eyni addımı biz Fransadan da görürük”, - o bildirib. Hərbi ekspert 2020-ci ildə Azərbaycanın zəfəri ilə sarsıdıcı zərbə alan Ermənistanın öz fərari ordusunu bərpa etməyə çalışdığına diqqəti çəkib: “Bu gün İrəvana verilən o silahlar və artilleriya sistemləri, eyni zamanda verilən dəstək yaxın illər üçün nəzərdə tutulmur. Sözügedən silahlar ölkəmiz üçün təhlükəli deyil. Çünki Bakının o silahlara qarşı kifayət qədər texniki imkan və döyüş qabiliyyəti var. Görünən odur ki, Hindistan İrəvanı silahla təmin edib, Ermənistan ordusunu da qarşıdakı dövrdə növbəti döyüşlər üçün hazırlamağa çalışır. Amma bu ordunun normal vəziyyətə düşməsi üçün ən azı 5-10 il ərzində xeyli işlər görülməlidir. Hazırda Ermənistanın ordu quruculuğu ilə bağlı ciddi problemləri var”. |
2023-12-22 | 816,000 | Rusiyanın bu addımı qəbuledilməzdir - Simonyan | Gümrüdəki 102-ci hərbi bazanın hərbi polisinin Rusiya vətəndaşını saxlaması qəbuledilməzdir. Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. “Hesab edirəm ki, Xarici İşlər Nazirliyimiz müvafiq cavab verməlidir, çünki bu, qəbuledilməzdir”, - Simonyan bildirib. Qeyd edək ki, Rusiyanın Ermənistan ərazisindəki 102-ci bazasının hərbi polisi Dmitri Setrakovu saxlayaraq, Rusiyaya aparıb. Ermənistan Baş Prokurorluğu da Dmitri Setrakovun həbsi, saxlanması və Rusiyanın səlahiyyətli orqanlarına təhvil verilməsi ilə bağlı sorğu almadığını bildirib. |
2023-12-24 | 816,004 | Xankəndidə yaşanan mistika və Əliyevin eyhamı... | 30 il əvvəl kimin təsəvvüründə vardı indi gözümüz önündə olan Xankəndi?.. 30 il uzaq tarixdi bəlkə də, düzünü deyin, 3 il əvvəl təsəvvür edirdizmi? Edə bilirdizmi?.. Azadlıq, bütöv Vətən, Xankəndi küçələrində arın-arxayın dolaşmaq, stadionda futbol matçı izləmək... vardımı arzularınızda?.. Məncə, biz hər yeri, hər şeyi - Şuşanı, Kəlbəcəri, Ağdamı... təsəvvür eləmişdik, xəyalımızda saysız epizodlar inşa etmişdik, amma Xankəndini məhz o cür, məhz bu cür, məhz Xan Kəndi kimi, azərbaycanlıların öz şəhəri kimi şəkilləndirə bilməmişdik. Zehnimizin, şüurumuzun, qəlbimizin ürək eləyib o qədər irəliyə getməyinə izn verə bilməmişdik... Həmd olsun Allaha! Həmd olsun bu fürsəti Yaradana! Mən o Adama o stadionda tamaşa elədikcə Allaha şükür edirdim. Bilirsiz niyə? Bu Adam, ölkənin Birincisi olan Adam, Ordunun Birincisi olan Adam, Birinci Vətəndaş və Vətənimizin şərəfli tarixinin yaradıcısı özünü necə də sıradan biri kimi aparırdı; - sanki bu düzəni, bu nizamı, bu gözəlliyi o yaratmayıb; - sanki Xocalının qisasını o almayıb; - sanki dünya hərb tarixinin şah əsəri olan Şuşa əməliyyatına o rəhbərlik etməyib; - sanki xəyal belə edə bilməyəcəyimiz bu günü – Xankəndidə matç izləməyi reallığa çevirən o deyil; - sanki o, başqalarından fərqlənməyən sadə bir tamaşaçıdır, hamıdan, hər kəsdən biridir; - sanki Xankəndiyə matç izləməyə gəlmiş sıravi bir azərbaycanlıdır... Təvazökarlığa, sadəliyə, əsalətə, böyüklüyə, nəhəngliyə bir daha heyrət etdim! Prezident seçkisi öncəsi çox gözəl bir fürsət idi; namizədliyi irəli sürülmüş şəxs son dərəcə möhtəşəm, son dərəcə əsrarəngiz bir imkandan öz maraqları üçün, öz seçkisi üçün, özü üçün bəhrələnə bilərdi, halal haqqıydı. Hamının – bütün Azərbaycanın gözü onun ağzındaydı; nə desəydi, iliklərimizə qədər qəbul edəcəkdik! Amma o böyük törəndən, mərasimdən, Xalq Şadlığından, Qələbə Fərəhindən özü üçün qəti istifadə etmədi! Çıxışına diqqətlə qulaq asdım, kiçicik bir işarə, xırdaca bir “MƏN” belə yoxdur. İlham Əliyev sözün bütün mənalarında Özüdür. Ləyaqət nümayiş etdirir; klassik azərbaycanlı, türk kişisi obrazı ilə önümüzdədir. Basdığını kəsmir – məğlubun adını belə çəkmədi! Qürrələnmədi! Amma qürurlandı – hamımız kimi! Amma sevgi saçdı, hər kəs kimi bu böyük xoşbəxtliyin içində duyduğu məmnunluq, bütövlük hissini paylaşdı! 4 il əvvəl o stadionda qurulan “məzhəkə”ni layiq olduqları şəkildə başlarına çırpmadı. Hamının eşitmək istədiyi və gözlədiyi, qələbəmizin rəmzinə və tariximizə keçən “Nooldu, Paşinyan...” sözünü də demədi. Amma tarixi unutmamağımız üçün ehyam vurdu: “Bəziləri “Qarabağ Ermənistandır...” deyirdi” xatırlatmasını da verdi. Ki, Xankəndi Gününün hansı siyasi-hərbi qələbələrin nəticəsi olduğunu yaddan çıxarmayaq. Məhz şəhidlərimizi xatırlayıb, şəhid ailələrini də buna görə alqışlatdı! Özünə ünvanlanan sevgi selini, fəxarəti şəhid ailələrinə yönəltdi! Biz, sadəcə, onun timsalında o anlarda qələbənin ehtişamlı cazibəsinin sirayət etdiyi bir ruh görürük, qürur görürük, sevgi görürük, şövq görürük. O, ətrafa pozitiv enerji, sevgi və əzəmət yayır. İlham Əliyev o anlarda ən xoşbəxt azərbaycanlıdır. Vəssalam. Ən sadə azarkeşdir. Topa ilk toxunur və idman meydançasından qaça-qaça çıxır, futbol meydançasını futbolçulara tez təslim edir! Həmişə, bütün meydanlarda öndə olub: gətirin gözünüzün önünə - hansı tribunalarda, hansı fikir toqquşmalarında, hansı məxfi danışıqlarda nələr etdiyini çox gözəl bilirik – dünənin tarixidir hamısı. Həmişə meydanda düşməni sarsıdıb, meydanı təmizləyib, qurub, yaradıb və xalqa buraxıb. Bu, sanki “Xankəndiyə niyə tez köçmürük” səbirsizliyi göstərənlərə də bir ismarış idi: meydanı pisliklərdən təmizləyib, yeraltı-yerüstü minalardan arındırıb, torpağın doğmalığını özünə qaytarıb, ən yüksək səviyyədə yaşayış şərtləri yaradıb... – sonra qaça-qaça çəkilir! Necə ki, Xankəndi stadionu tər-təmiz idi – heroqliflərdən, əski parçasından arınıb, Üçrəngli Bayrağa bürünmüş, yumşaq, rahat oturacaqlar qurulmuş, gözəl ot örtüyü döşənmişdi... Bu cür bəzənmiş-süslənmiş meydanı hamıya buraxıb, doğmalarının, ciyərparalarının - şəhid balalarının yanına tələsdi Birincimiz! Bizim o balalara bir ömürlük borcumuz var. İlham Əliyev o körpələrə sevgisiylə, qayğısıyla növbəti mesajını verirdi: Şəhid ailələri başımızın tacıdır, Qarabağ qaziləri gözümüzün nurudur. Yol onların, gələcək onların, Vətən onlarındır. Xankəndidə o möhtəşəm tarixi hadisəyə şahidlik etməyi, o stadionda əyləşməyi hər kəs istərdi. Amma Prezident məhz Şəhid balalarını apardı. Yanında məhz onları oturtdu. Mehriban xanım məhz onları bağrına basdı. Önəmli olan budur! Öz torpağımızda, öz evimizdəyik, öz doğmalarımızın əhatəsindəyik. Bu qədər. Bu hadisəyə hansısa regional, beynəlxalq siyasi ismarışlar yükləmək niyyətində deyiləm. Otuz ilin ağrısı, acısı, iztirabı çıxır canımızdan. Gözümüzün kədər yaşı sevinc yaşına çevrilir. İnsan başqa nə istəsin Allahdan?!. Həmişə düşünmüşəm ki, bir gün mütləq Qarabağ işğaldan azad ediləcək. Amma... Xocalının ağrısını necə ovudacağıq? Bütün dünyanı bizə versələr, Xocalı işğalının, Xocalı qətliamının əvəzini ödəyərmi? İçimizdəki boşluqları doldurarmı? Bəlkə biz də qan tökməliyik, işgəncə verməliyik ki, ürəyimizin odu soyusun, yarası qaysaqlasın? Heç vaxt cavab tapa bilməmişəm... Amma məncə, ən ərdəmli cavab İlham Əliyevin Xankəndidəki məğrur duruşu idi; barbarlığa yüksək mədəniyyətlə cavab verdi İlham Əliyev. Sülhlə, barışın simgəsi olan idman oyunlarına ev sahibliyi etməklə! Xankəndini əsl sahiblərinə qaytarmaqla! Çünki Xankəndi uzun illər Azərbaycanın olmamışdı. Güclərinin yetdiyi qədər erməniləşdirməyə çalışmışdılar, erməniliyi, erməni xislətini daşa-divara hopdurmağa cəhd eləmişdilər. İlham Əliyev uzun illərdən sonra ilk dəfə Xankəndiyə Azərbaycanı gətirdi, azərbaycanlıları gətirdi və Xankəndini öz yerinə qoydu; könlümüzdəki və coğrafiyamızdakı yerinə. Azərbaycan Şəhərini yenidən dünyaya və özümüzə yeni görkəmdə, yeni adda - Qələbə paytaxtı olaraq təqdim etdi... İlham Əliyev yepyeni Azərbaycan qurur! Bütöv Azərbaycandır bu. Artıq neçənci nəsil idi ki, Azərbaycanı bütöv görməmişdi. Şükür ki, görə bilirik. İlham Əliyev lütfdür bu ölkəyə, bu insanlara. 30 il, 3 il yox, heç təxminən 6-7 ay öncə ağlımıza gələrdimi ki, Laçın postu birdəfəlik bağlana bilər, Xankəndidə bayrağımız dalğalana bilər və bütün bu tarixi olaylar məhz 2023-cü ildə reallaşa bilər. Məhz 2023-cü ildə - Heydər Əliyev İlində İlham Əliyev təsəvvürümüzdə belə yarada bilmədiklərimizi gerçəyə çevirdi. Ata vəsiyyətini yerinə yetirməklə yetinmədi, Ata İlinə də öz töfhəsini verdi... Xankəndidə həm də o vardı – oğulluq, övladlıq imtahanından alnı açıq, üzü ağ çıxmağın ruhaniyyəti, enerjisi, mistikası... İlham Əliyev Heydər Əliyev İlini, Heydər Əliyevin yüzilliyini məhz Azərbaycanın Yüzilliyinə, Azərbaycanın yüzillik tarixinin ən parlaq səhifəsinə çevirdi! Mistikadır, simvoldur, Tanrı işarəsidir – biz bilmərik! Bildiyimiz bu simvolların Azərbaycan tarixində əbədiləşməsidir! |
2023-12-23 | 816,005 | MSK sədri Qarabağda səs verəcək seçicilərdən danışdı | Növbədənkənar prezident seçkilərində azad olunmuş ərazilərdə səs verəcək vətəndaşlara göndəriləcək bildirişdə təbriklə əlaqəli əlavə bəndin salınması qanunvericiliyin tələbinə uyğundur. Axar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bugünkü iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, işğal dövründə məcburi köçkünlərin səsverməsi ilə bağlı problem bir beynəlxalq təşkilat tərəfindən belə vurğulanmayıb: “Həmişə işğal altında olan ərazilərin sakinlərinin səsvermə prosesinin çətinliyi barədə beynəlxalq təşkilatlara məlumat verirdik. Amma onlar bir dəfə də olsun bunu qeyd etməyiblər. Onlar əvvəllər bizdən problemimiz barədə soruşurdular. Amma hər dəfə məcburi köçkünlərlə bağlı problemi deyirdik deyə, artıq bunu soruşmamağa başladılar”. |
2023-12-22 | 816,011 | Qaradağda zəhərli tullantılar fəsadlar törətdi | Şərqi Azərbaycan əyalətinin Qaradağ bölgəsində olan Süngün mis mədəninin zəhərli tullantıları təbiətə buraxılır. Axar.az xəbər verir ki, bu barədə yerli sakinlər və ətraf mühit fəalları məlumat yayıb. Məlumata görə, mədən qeyri-standart və qaydalara zidd istismar edildiyinə görə ətraf kəndlilərə ciddi ziyan dəyib. Yeraltı su qaynaqlarına nüfuz edən zəhərli tullantılar bölgədə xərçəng xəstəliyinin yayılmasına səbəb olub. Həmçinin kənd təsərrüfatı və heyvandarlıq sahəsinin də ziyan gördüyü qeyd edilib. |
2023-12-22 | 816,013 | Çoxluq bizdədir, niyə seçkiyə gedək ki? | Bizim Konstitusiya çoxluğumuz var, yeni seçkiyə niyə gedək ki? Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan hakim Mülki Müqavilə Partiyasının növbədənkənar seçkilərə hazırlaşması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib. “Hazırda biz ildə bir dəfə seçki keçirə bilərik, amma müxalifət ümumilikdə seçkiyə hazır deyil. Onlar hətta şəhər seçkilərində də iştirak edə bilmirlər. Bir növ gündəm qururlar, sonra da buna qarşı mübarizəyə başlayırlar. Bəyəm bura uşaq bağçası deyil? Yox, bu məsələ (növbədənkənar seçki – red.) müzakirə olunmayıb, biz bu barədə bir-birimizdən belə soruşmamışıq. Nə mənası var? Məqsəd nədir?” - Simonyan bildirib. |
2023-12-22 | 816,015 | Metronun bu yarımstansiyası yenidən qurulacaq | Avstriyanın “Siemens” şirkətinin rəhbərliyi və texniki mütəxəssislərindən ibarət qrup “Bakı Metropoliteni” QSC-də işgüzar səfərdə olublar. QSC-dən Axar.az-a bildirilib ki, son illərdə enerji sahəsində səmərəli əməkdaşlıq aparılan şirkətin təmsilçilərinin səfərində əsas məqsəd birgə layihələr əsasında istismara verilən qurğu və avadanlıqların birgə monitorinqini keçirmək, proqram təminatını yeniləmək, həmçinin inşa edilən və yenidən qurulan obyektlərin təchizatı, eləcə də digər perspektiv planları müzakirə etmək olub. “Siemens”lə əməkdaşlıq çərçivəsində “Nərimanov” elektrik deposunda 2 yeni, Qırmızı xətti qidalandıran bir dartı, “İçərişəhər” və Bənövşəyi xəttin “8 Noyabr” stansiyalarında quraşdırılmış və ən müasir avadanlıqlarla təchiz edilmiş yarımstansiyalara baxış keçirilib. Şirkətin Azərbaycan nümayəndəliyinin də əməkdaşlarının iştirak etdiyi görüşlərdə yarımstansiyalarda qurulmuş elektrotexniki avadanlıqların monitorinqi nəticəsində elektrik təchizatı avadanlıqlarının iş rejimi və keyfiyyəti də yoxlanılıb. Qarşıdakı dövrdə icra olunacaq planlara əsasən, “28 May” yarımstansiyasının yenidən qurulması, tikilməkdə olan şərti adı “B-04” olan yarımstansiyanın təchizatı, proqram təminatı ətrafında texniki işlərin yekun mərhələsi üzrə işlər də diqqət mərkəzində olub. “28 May” yarımstansiyasının qurğu və avadanlıqları artıq Azərbaycana yola salınıb. 2024-cü ildə yarımstansiyanın tam fərqli formatda qurulması nəzərdə tutulub. Bu xüsusda dövrün artan enerji tələbatı, müasir standartların tələbləri və digər texniki məsələlər xüsusi nəzərə alınıb. Quraşdırma işlərinə başlanarkən, ictimaiyyətə geniş məlumat təqdim ediləcək. |
2023-12-22 | 816,016 | “Səyyar qəbul otağı” İmişli sakinlərinin ixtiyarına verildi | Fərdi yaşayış evinin qazlaşdırılması, bəzi hallarda qazın təzyiqinin zəif olması və fərdi qaz tənzimləyicinin yenisi ilə əvəz olunması kimi məsələlərlə bağlı müraciətlər İmişli rayonunda keçirilən aksiyada ünvanlanıb. Axar.az xəbər verir ki, rayonun Aranlı kəndində təşkil olunan “Səyyar qəbul otağı”nda ümumilikdə 9 sakin qaz təchizatında üzləşdiyi problemləri səsləndirib. Bütün müraciətlər dinlənilib qeydə alındıqdan sonra Salyan RQİİ-nin rəhbər şəxsləri tərəfindən vətəndaşlara səsləndirdikləri müraciətlər barədə ətraflı izahatlar verilib. |
2023-12-22 | 816,017 | Artıq hamı qəbul edir: Əliyev dünya lideridir! | Azərbaycanla bağlı “sadəcə nefti olan kiçik bir ölkə” ifadəsi tarixə qovuşdu. Bu gün Azərbaycan hamının hesablaşmalı olduğu dövlətdir. Müasir tarixdə görünməmiş haldır ki, bir dövlət müstəqil olaraq öz ərazi bütövlüyünü bərpa edir. Azərbaycanın nail olduqları unikal vəziyyətdir və İlham Əliyevin xidmətləri sayəsində əldə edilib. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Vitali Arkov deyib. “Azərbaycan suverenliyini bərpa etdikdən, Qarabağın qaytarılmasından sonra AB-nin müxtəlif strukturları tərəfindən əvvəllər öz ünvanına səsləndirilən əsassız tənqidlərə getdikcə daha açıq şəkildə cavab verməyə başlayıb. İndi Azərbaycan hakimiyyəti açıq şəkildə ABŞ-ı iki dəfə öz yerinə oturdub. Yəni hər şey, vəziyyət dəyişib. Azərbaycan AB və ya ABŞ-ın davranışını bəyənməsə, Ermənistanla sülh üçün təklif etdikləri sözdə vasitəçilik platformalarından imtina edəcək. Bakı əvvəl də anlayırdı ki, Qərbin regionda öz marağı var, amma buna açıq reaksiya verə bilmirdi. Hazırda isə Bakı ABŞ-a birbaşa deyir ki, Ermənistan-Azərbaycan münaqişəsi, eləcə də Bakı ilə əlaqədar mövqeyinizi dəyişməyincə, vasitəçilik səylərinin yalnız xəyalını qura bilərsiniz. Bu, ABŞ-ın nüfuzuna açıq-aşkar zərbədir, bu, onların vasitəçiliyinə, ABŞ siyasətinə zərbədir”, - o bildirib. Arkov qeyd edib ki, Əliyev, Putin, Ərdoğan, Szinpin və Orban bu gün eyni sırada dayanır: “Bunlar yeni formasiyanın siyasətçiləridir. Bu şəxslər indi dünya liderləridir”. |
2023-12-22 | 816,018 | DİN-dən Yeni illə bağlı xəbərdarlıq | Daxili İşlər Nazirliyi (DİN) Yeni illə əlaqədar vətəndaşlara xəbərdarlıq edib. Bu barədə Axar.az-a DİN-dən məlumat verilib. Bildirilib ki, "Yeni ilə özəl endirimlər" kimi məzmunlu saxta mesajlara və yalan paylaşımlara etibar etmək olmaz: “Tanınmış markaları və ya mağazaları təqlid edən saxta linklər üzərindən kart məlumatlarınızı paylaşmayın, Onlayn alış-veriş üçün rəsmi proqram və internet saytlarına üstünlük verin”. |
2023-12-22 | 816,020 | 667-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 667-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 554 təyyarəsi, 261 helikopteri, 9955 PUA-sı, 442 zenit-raket kompleksi, 14 251 tank və digər zirehli texnikası, 1 189 reaktiv yaylım atəş sistemi, 7 447 artilleriya və minaatanı, 16 572 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2023-12-22 | 816,021 | Baş nazirdən Mərkəzi Bankla bağlı qərar | Nazirlər Kabineti 23 dekabr 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Mülki Məcəllənin qəbul edilməsindən irəli gələn bəzi məsələlərin həll edilməsi haqqında” və 13 fevral 2006-cı il tarixli “İpoteka kağızının dövlət qeydiyyatı Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarlarında dəyişiklik edib. Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra Azərbaycanda maliyyə bazarlarını tənzimləyən qanunlarda nəzərdə tutulmuş hallarda səhmdar cəmiyyətinin nizamnamə kapitalının minimum həddini Azərbaycan Mərkəzi Bankı müəyyən edəcək. |
2023-12-22 | 816,022 | AzTV-nin səhmləri ilə bağlı qərar bu quruma tapşırıldı | Nazirlər Kabineti 18 iyun 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) nizamnaməsində dəyişiklik edib. Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, AzTV-nin səhmlərinin nominal dəyərinin artırılması və əlavə səhmlərin buraxılması qaydalarını Azərbaycan Mərkəzi Bankı (AMB) müəyyən edəcək. İndiyə qədər bu məsələ ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətində idi. |
2023-12-22 | 816,025 | İSESKO Qarabağa yeni texniki missiya göndərəcək | İSESKO işğaldan azad edilmiş ərazilərə ikinci beynəlxalq texniki missiya göndərəcək. Axar.az xəbər verir ki, bu, İSESKO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb. "Hazırda İSESKO mədəni, tarixi və dini irsin vəziyyəti ilə bağlı qiymətləndirmə və hesabatın hazırlanması, bunun üzv dövlətlərə və digər müvafiq maraqlı tərəflərə təqdim edilməsi məqsədilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə ikinci beynəlxalq texniki missiyasının təkil olunması üzərində çalışır", - qurumun Baş direktorunun məktubunda qeyd edilib. |
2023-12-22 | 816,030 | “Ford” ağaca çırpıldı: ölən var | Tərtər rayonunda "Ford" markalı avtomobil ağaca çırpılıb, ölən var. Axar.az Report-a istinadən xəbər verir ki, qəza zamanı avtomobilin sürücüsü Bərdə şəhər sakini, 1992-ci il təvəllüdlü Munasib Asif oğlu Abidov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. |
2023-12-22 | 816,031 | NATO Ukraynaya qoşun göndərməyə hazırlaşır - Mişa | NATO ölkələri öz qoşunlarını Ukraynaya göndərə bilər. Axar.az xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib. “ABŞ və bir sıra Avropa ölkələri Ukrayna ərazisindəki münaqişəyə birbaşa daxil olmağa hazırlaşır. Üstəlik, təkcə hava əməliyyatları deyil, həm də quru qoşunlarının göndərilməsi nəzərdən keçirilir və hazırlanır. NATO müdaxilə etsə, münaqişə tez başa çatacaq”, - Saakaşvili bildirib. |
2023-12-22 | 816,033 | NK icbari sığortaya dair bəzi qərarlarında dəyişiklik etdi | Nazirlər Kabineti 6 iyul 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “İcbari sığortalar haqqında” qanunda edilmiş dəyişikliklə əlaqədar bəzi qərarlarında dəyişiklik edib. Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına münasibətdə standart sığorta müqaviləsi üzrə, eləcə də ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə “İcbari sığortalar haqqında” qanunla müəyyən edilmiş məlumatları Daxili İşlər Nazirliyi həmin Qanunda nəzərdə tutulmuş informasiya sistemindən əldə edəcək. Bundan başqa, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortaya münasibətdə “İcbari sığortalar haqqında” qanunla müəyyən edilmiş məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin Qanunda nəzərdə tutulmuş informasiya sistemindən əldə edəcək. |
2023-12-22 | 816,034 | Fidan Lavrovla danışdı: Bakı və İrəvan arasında sülh... | Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Nazirlər Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını müzakirə ediblər. |
2023-12-22 | 816,035 | "Qəbələ" öz meydanında "Sabah"ı məğlub etdi | Azərbaycan Premyer Liqasında XVIII tura start verilib. Axar.az xəbər verir ki, cari ilin son turunun ilk oyununda "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edib. Qarşılaşma 1-0 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu Murad Musayev görüşün 45+2-ci dəqiqəsində vurub. Sonuncu pillədə yer alan “Qəbələ” xallarının sayını 14-ə yüksəldib və 9-cu yerdəki “Kəpəz”ə çatıb. “Sabah” isə 22 xalla 7-ci yerdə qərarlaşıb. Qeyd edək ki, turun digər oyunları dekabrın 23-24-də baş tutacaq. |
2023-12-22 | 816,036 | Almaniyadakı ukraynalılar səfərbərlik üçün geri qaytarılır? | Ukraynanın səfərbərlik məsələsindəki problemləri Almaniyada olan ukraynalılara praktiki olaraq təsir etməyəcək. Axar.az xəbər verir ki, bunu Almaniyanın ədliyyə və istehlakçıların hüquqlarının müdafiəsi naziri Marko Buşmann bildirib. "Biz indi insanları öz iradəsinə zidd olaraq hərbi vəzifələri yerinə yetirməyə və ya hərbi xidmətə məcbur etməyəcəyik", - nazir qeyd edib. Qeyd edək ki, 2022-ci ilin fevral ayından bəri Ukraynadan Almaniyaya 18-60 yaşında olan 221 571 kişi gedib. Hazırda onlardan 189 484 nəfəri Almaniyadadır. |
2023-12-22 | 816,037 | Zelenskiyə dedim, 18 ədəd F-16 hazırlanır - Rütte | Niderland Ukrayna üçün 18 ədəd F-16 qırıcı təyyarəsi hazırlayacaq. Axar.az xəbər verir ki, bu sözləri Niderlandın Baş naziri Mark Rütte Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığından sonra mediaya deyib. “Niderland hökumətinin qərarı ilə bağlı Ukrayna Prezidenti Vladimir Zelenskini məlumatlandırdım. Kiyevə 18 ədəd F-16 qırıcı təyyarəsinin tədarükü Ukraynaya hərbi dəstək haqqında sazişlərimizin ən mühüm elementlərindən biridir”, - Rütte qeyd edib. |
2023-12-22 | 816,038 | AB səfiri Azərbaycanı təbrik etdi | 2026-cı ildə Bakının 13-cü Ümumdünya Şəhər Forumuna ev sahibliyi etməsi münasibətilə Azərbaycanı təbrik edirik. Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko X hesabında bildirib. "Bu gözəl şəhər UN-HABITAT tərəfindən irəli sürülən qlobal miqyasda şəhərsalma siyasətinin mərkəzinə çevriləcək. Uğurlar arzulayıram!" - paylaşımda qeyd olunub. |
2023-12-22 | 816,039 | Ələt-Astara yolunun kənarından avtomat tapıldı | Ələt-Astara yolunun kənarından "Kalaşnikov" avtomatı aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd "AK-74" markalı avtomat aşkarlanaraq götürülüb. Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində isə rayon sakinlərindən könüllü olaraq təqdim edilən 9 ədəd müvafiq sənədləri olmayan ov silahı təhvil götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir. |
2023-12-22 | 816,040 | Ruslar Baxmutda mövqeləri gücləndirir - Fitio | Baxmut istiqamətindəki cəbhədə aktivlik var, ancaq qüvvələrin uğurlu olduğunu söyləmək olmaz. Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin İctimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Vladimir Fitio bildirib. "Silahlı Qüvvələr aktivdir. Ən yaxşı halda Ukrayna qoşunları taktiki mövqeyini yaxşılaşdırır və rusların hücumlarını məhdudlaşdırır", - Fitio söyləyib. O qeyd edib ki, ruslar bu istiqamətdə irəliləmək planlarından əl çəkmirlər, Baxmut ərazisində böyük qüvvələr cəmləşdirirlər. |
2023-12-22 | 816,041 | ABŞ-dan xarici banklara xəbərdarlıq: Bunu etsəniz... | ABŞ Rusiyaya qarşı sanksiyaları pozduğuna görə xarici bankları qara siyahıya salacaq. Axar.az xəbər verir ki, bu barədə ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo bildirib. “Bu sanksiyaları pozlanlar ciddi nəticələrlə üzləşəcəklər”, - Adeyemo vurğulayıb. |
2023-12-22 | 816,042 | Putindən Əliyevə: Siz böyük hörmətə maliksiniz | Rusiya Federasiyası Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Axar.az xəbər verir ki, təbrik məktubunda qeyd olunur: "Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Siz haqlı olaraq həmvətənləriniz arasında və ölkə hüdudları xaricində böyük hörmətə maliksiniz. Sizin rəhbərliyinizlə dost Azərbaycan iqtisadi və sosial sahələrdə əhəmiyyətli uğurlara nail olur, regional və beynəlxalq məsələlərdə mühüm rol oynayır. Sizin ölkələrimiz arasında müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə töhfəniz misilsizdir. Konstruktiv dialoqun və sıx birgə əməkdaşlığın davam etdirilməsinə şad olardım. Sizə möhkəm cansağlığı, səadət və rifah arzulayıram. Fürsətdən istifadə edərək, ailənizə səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm". |
2023-12-22 | 816,043 | Bakı ilə Moskva arasında siyasi məsləhətləşmələr keçirildi | Bakı şəhərində Azərbaycan Respublikası və Rusiya Federasiyası Xarici İşlər nazirlikləri arasında regional və Avropa təhlükəsizliyi mövzusunda məsləhətləşmələrin növbəti raundu keçirilib. Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Məsləhətləşmələr Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov və Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko arasında aparılıb. Tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb, hər iki ölkənin birgə iştirak etdiyi regional əməkdaşlıq formatları çərçivəsində əməkdaşlıq məsələlərini, habelə, Avropa regional təşkilatlarının gündəliyində duran qarşılıqlı maraq kəsb edən mövzuları müzakirə ediblər. |
2023-12-22 | 816,044 | İcmadan bəyanat: Ermənistandakı tör-töküntülər... | Qərbi Azərbaycan İcması Qarabağdakı keçmiş qanunsuz rejimi “dirçəltmə” çabaları ilə bağlı bəyanat yayıb. Axar.az xəbər verir ki, İcmanın bəyanatında qeyd olunur: "Özünü “dağlıq qarabağ respublikası” adlandırmış və tarixin zibil qutusuna atılmış qanunsuz rejimin Ermənistanda olan tör-töküntülərinin qondarma qurumu “dirçəltməyə” çalışmaları haqqında məlumat yayılmışdır. Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən öz ərazisində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təhdid edən aqressiv separatçı ünsürlərin fəaliyyətinə imkan verməməyi və Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıdışına şərait yaratmağı tələb edir". |
2023-12-22 | 816,048 | Arzu Əliyeva Hadrutla bağlı filmin təqdimatında - Foto | "Hadrut, sən azadsan!" sənədli filminin təqdimatı keçirilib. Kult.az xəbər verir ki, filmin təqdimat mərasimində Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Müdafiə Nazirliyinin kollektivi, mədəniyyət və incəsənət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Sənədli film Azərbaycan Respublikası Kino Agentliyinin sifarişi ilə Bakı Media Mərkəzi və “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal edilib. Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, ssenari müəllifi Rasim İsmayılov, quruluşçu rejissoru Cavidan Şərifov, quruluşçu operatorları Ziya Babayev və Əli Əliyevdir. Filmdə 44 günlük Vətən müharibəsinin parlaq səhifələrindən olan Xocavənd rayonunun Hadrut qəsəbəsinin düşmən işğalından azad olunması (9 oktyabr) əməliyyatından bəhs edilir. Əməliyyata qərar verilməsindən əməliyyatın sona çatmasına qədər proseslər bütün detallarına qədər real olaraq canlandırılıb. Çəkilişlər əməliyyatın keçirildiyi məkanlarda aparılıb və məhz həmin döyüşlərdə birbaşa iştirak etmiş döyüşçülər filmdə yer alıb. Film boyu real döyüş kadrları ilə bərabər, bütün qoşun növlərinin, əsasən də xüsusi təyinatlıların aparıcı rol oynadığı hərbi proseslərdə hərbi fəndlər, döyüş səhnələri imitasiya olunaraq lentə alınıb. |
2023-12-22 | 816,051 | Ukrayna Qara dənizdə PUA-larla bunu bacardı | Uğurlu PUA hücumları, Qara dənizdə və Krım yaxınlığındakı Rusiya hərbi-dəniz qurğularına raket zərbələri ilə Ukrayna düşmən gəmilərini Sevastopol körfəzindən çıxarmağa və ticarət gəmiləri üçün təhlükəsiz dəniz dəhlizi yaratmağa nail olub. Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzetinə Ukrayna Baş Kəşfiyyat İdarəsinin (GUR) adı açıqlanmayan rəsmisi bildirib. O deyib ki, Rusiyanın “Akula” və “Serna” sinifli desant katerlərinin məhv edilməsi, Rusiyanın Qara Dəniz Donanmasının “Sergey Kotov” patrul gəmisi və “İvan Xurs” kəşfiyyat gəmisinə uğurlu hücumlar Ukrayna hərbi kəşfiyyatının dəniz pilotsuz təyyarələrinin operatorlarının fəaliyyətinin nəticəsidir. Rəsmi qeyd edib ki, Ukrayna bu addımla Qara dənizdə təhlükəsizlik zolağ yaratmağı bacarıb. |
2023-12-22 | 816,055 | Dünyanın ən bahalı futbolçularının siyahısı | Dünyanın ən bahalı futbolçuları bəlli olub. Axar.az xəbər verir ki, “Transfermarkt” saytının açıqladığı siyahıda ilk pilləyə 3 oyunçu iddia edir. Bunlar Fransa PSJ-sindən Kilian Mbappe, İngiltərənin “Mançester Siti” klubundan Erlinq Holann və İspaniya “Real Madrid”indən Cud Bellingemdir. Hər üç futbolçunun hazırkı qiyməti 180 milyon avrodur. Bunadək Bellingemin dəyəri 150 milyon avro idi. Cari mövsümün əvvəlində Almaniyanın “Borussiya” (Dortmund) klubundan La Liqa təmsilçisinə keçən ingiltərəli yarımmüdafiəçinin qiyməti 30 milyon avro artıb. O, “kral klubu”nun heyətində 21 oyunda 17 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun “Real Madrid”lə 2029-cu ilin yayınadək müqaviləsi var. |
2023-12-22 | 816,056 | Moldovadan öncə AB üzvü olacağıq - Kobaxidze | Zəmanətlə deyə bilərəm ki, biz Ukrayna və Moldovadan öncə Avropa Birliyinə daxil olacağıq. Axar.az xəbər verir ki, bunu Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze deyib. “Hər dəfə biz AB-dən konkret proseslərin başlanğıcını Ukrayna və Moldovadan gec alırdıq. Məsələn, bizdə assosiasiya sazişinin imzalanması ilə bağlı danışıqlar sonradan başlayıb, viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlar da. Lakin hər üç halda biz Ukrayna və Moldovanı qabaqlamışıq. Niyə? Çünki siyasi qərarlar verilir, amma sonda hamı görür ki, Gürcüstan həm Ukraynadan, həm də Moldovadan xeyli irəlidədir. Biz bütün aspektlərdə çox irəlidəyik: demokratiya, insan haqları, iqtisadiyyat... Biz bütün sahələrdə Ukrayna və Moldovanı on dəfə qabaqlayırıq", - İ.Kobaxidze qeyd edib. |
2023-12-22 | 816,057 | Bayramov Lavrovla danışdı | Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Telefon danışığı zamanı nazirlər Azərbaycanla Rusiya arasında ikitərəfli əməkdaşlıq gündəliyində duran məsələləri, eləcə də cari regional vəziyyəti müzakirə ediblər. |
2023-12-22 | 816,059 | Türkiyə ilə ABŞ arasında hərbi əməkdaşlıq müzakirəsi | Türkiyə və ABŞ arasında Yüksək Səviyyəli Müdafiə Qrupunun iclası keçirilib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, iclas zamanı ikitərəfli müdafiə sənayesi əməkdaşlığı ilə yanaşı beynəlxalq və regional təhlükəsizlik məsələləri də müzakirə edilib. |
2023-12-22 | 816,062 | Zelenski bununla Putinə mesaj ünvanladı - Politoloq | Ukrayna Prezidenti Vladimir Zelenski mətbuat konfransı zamanı Rusiya lideri Vladimir Putinə ölkənin NATO-ya daxil olmaq niyyətində olmadığına eyham vurub. Axar.az xəbər verir ki, bunu ukraynalı politoloq Konstantin Bondarenko bildirib. "Bu mesaj ondan ibarətdir ki, Ukrayna NATO üzvü deyil, orada bizi ümumiyyətlə heç kim gözləmir", - politoloq vurğulayıb. Bondarenkonun sözlərinə görə, münaqişə tərəflərinin mövqeləri, eləcə də mümkün vasitəçilərin - ABŞ və Böyük Britaniyanın mövqeləri hələ formalaşmadığından ölkədə nizamlanma üzrə danışıqların nə dərəcədə mümkün olduğunu indi proqnozlaşdırmaq çətindir. Qeyd edək ki, dekabrın 19-da Zelenski ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib. O bildirib ki, Ukrayna NATO-ya dəvət edilmir və alyansa mərhələ-mərhələ qoşulması nəzərdən keçirilmir. |
2023-12-22 | 816,065 | Almatıda avtobus insanların üzərinə sürüldü: ölənlər var | Qazaxıstanın Almatı şəhərində avtobus insan kütləsinin üzərinə sürülüb. Axar.az xəbər verir ki, bu barədə Almatı Polis İdarəsi məlumat yayıb. Hadisə nəticəsində 3 nəfər dünyasını dəyişib, 4 nəfər isə yaralanıb. Avtobus sürücüsünün saxlanıldığı bildirilib. |
2023-12-22 | 816,068 | Ukrayna 66 hərbçinin meyitini geri aldı | Ukrayna 66 hərbçinin meyitini Rusiyadan geri alıb. Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Əsirlərlə İş üzrə Koordinasiya Qərargahı məlumat yayıb. Bildirilib ki, meyitlər dəfn üçün yaxınlarına təhvil veriləcək. |
2023-12-22 | 816,071 | İran İsrail gəmilərinə hücum üçün onlara yardım edir | İranlı qüvvələr Yəməndəki husilərə Qırmızı dənizdən keçən gəmilər barədə məlumat ötürür. Axar.az xəbər verir ki, bu barədə "Voll Strit Jurnalı" məlumat yayıb. Nəşr bildirir ki, İran husiləri raketlərlə də təmin edir. Qeyd edək ki, son həftələr husilər Qırmızı dənizdən keçən İsrail gəmilərinə hücumlar edir. |
2023-12-22 | 816,073 | Qərb aktivlərimizi Ukraynaya verərsə... - Kosaçev | Qərbin dondurulmuş Rusiya aktivlərini Ukraynaya verməsi dünyada maliyyə böhranına səbəb olacaq. Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Koşaçev bildirib. "Bayden administrasiyasının növbəti dəli təşəbbüsü Rusiya Federasiyasının Mərkəzi Bankının dondurulmuş aktivlərini silmək və bu vəsaiti Ukraynaya göndərməkdir. Nəticədə hər kəs itirəcək", - Kosaçev vurğulayıb. Qeyd edək ki, Co Bayden administrasiyası dondurulmuş Rusiya aktivlərini Ukraynaya vermək üçün müttəfiqlərlə təcili danışıqlara başlayıb. Söhbət təxminən 300 milyard dollarlıq Rusiya aktivindən gedir. |
2023-12-22 | 816,076 | AB Qəzzaya deyil, Fələstin hökumətinə yardım ayırdı | Avropa Birliyi Fələstinə maliyyə yardımı ayırıb. Axar.az xəbər verir ki, Avropa Komissiyası Fələstin hökumətinə 118 milyon avro yardım paketini qəbul edib. Maliyyə yardımının Qəzza üçün ayrılmadığı bildirilib. |
2023-12-22 | 816,077 | Türkiyədəki Azərbaycan vətəndaşlarının diqqətinə! | Ölkəmizin İstanbuldakı Baş Konsulluğu Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarının qarşıdan gələn növbədənkənar prezident seçkilərində iştirakı ilə bağlı məlumat yayıb. Axar.az xəbər verir ki, Baş Konsulluğun rəsmi internet səhifəsində yerləşdirilən məlumatda bildirilir: “2024-cü il fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkilərində iştirak etmək istəyən, Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunun əhatə dairəsində daimi yaşayan, müvəqqəti olan və ya uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış, fəal seçici hüququna malik Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahısına əlavə olunması məqsədilə 2023-cü il dekabrın 29-dək aşağıda qeyd olunmuş məlumatları [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur: 1. Soyad, ad, ata adı; 2. Doğum tarixi (gün, ay, il); 3. Türkiyə Respublikasında daimi və ya müvəqqəti yaşadığı ünvan”. Qeyd edək ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. |
2023-12-22 | 816,078 | Sumqayıtda küçədə meyit tapıldı | Sumqayıtda küçədə meyit tapılıb. Axar.az xəbər verir ki, araşdırmalar zamanı meyiti tapılan şəxsin 1975-ci il təvəllüdlü Ceyhun Misir oğlu Əzizov olması müəyyən edilib. Faktla bağlı araşdırma aparılır. |
2023-12-22 | 816,081 | “Neftçi”də gözlənilməz istefa | “Neftçi”də gözlənilməz ayrılıq reallaşıb. Axar.az Publika.az-a istinadən xəbər verir ki, klubun kommersiya üzrə direktoru Rüstəm Allahverdiyev vəzifəsindən ayrılıb. Qeyd edək ki, Mətbuat və marketin departamentinin rəhbəri olan təcrübəli funksioner sentyabrda vəzifəsini dəyişmişdi. Media, marketinq və ictimaiyyətlə əlaqələr departamenti kommersiya və kommunikasiyalar üzrə iki hissəyə ayrılmışdı. Kommersiya üzrə direktor Rüstəm Allahverdiyev, kommunikasiyalar üzrə direktor isə Aysu İbrahimli təyin olunmuşdu. Emin Əfəndi də klubun mətbuat xidmətinin rəhbəri kimi çalışmağa başlamışdı. |
2023-12-22 | 816,083 | Tarixi keçmişi məhv edilən İrəvanla bağlı film - Video | CBC telekanalının çəkiliş qrupu yenidən Ermənistanda olub, burada tarixi abidələrin, İrəvanda azərbaycanlıların keçmişdə məskunlaşmasını sübut edən digər yerlərin taleyi ilə bağlı jurnalist araşdırması aparıb. Axar.az xəbər verir ki, CBC telekanalının çəkiliş qrupunun məqsədi İrəvanda azərbaycanlılara aid memarlıq və mədəni irsinin mövcud vəziyyətini öyrənmək olub. Çəkiliş zamanı Ermənistan hakimiyyətinin İrəvandakı azərbaycanlıların mədəni irsini məhv etmək cəhdləri üzə çıxıb. Müsahibə verən sakinlər əmindirlər ki, İrəvanda heç vaxt İçərişəhər olmayıb və İrəvan Sovet İttifaqı dövründə tikilib. Çəkiliş qrupu Sovet İttifaqının mövcud olduğu dövrdə sökülən XVII əsrə aid Zalxana məscidinin əvvəllər yerləşdiyi ərazidə olub. Çəkilişlər əvvəllər azərbaycanlıların yaşadığı Firdovsi küçəsində də aparılıb. Məlum olub ki, orada köhnə evlərin irimiqyaslı söküntüsü davam edir. Cəfər Cabbarlı adına Azərbaycan Dram Teatrının yerləşdiyi binanın taleyinə aydınlıq gətirilib. İrəvan qəbiristanlıqlarında azərbaycanlılara məxsus məzarların qəsdən dağıdılması və hakimiyyət orqanlarının əslində türklərə aid memarlıq obyektlərinə və artefaktlara erməni mənsubiyyətini aid etmək cəhdləri də üzə çıxıb. Xüsusilə söhbət İrəvanın mərkəzi meydanında aşkarlanmış və betonlanmış yeraltı şəhərlə bağlı qalmaqaldan gedir. Çəkiliş qrupu Sisyan şəhərindəki muzeydə də çəkilişlər aparıb, burada ərəbcə olan yazılara baxmayaraq, Azərbaycanın mədəni-tarixi irsi erməni mədəniyyəti abidələri kimi təqdim olunub. |
2023-12-22 | 816,084 | ABŞ Nikolu əvəz edəcək şəxsi tapıb, Rusiya isə… | Kreml Ermənistanda Nikol Paşinyanın yerinə namizəd də tapa bilmir. Robert Köçəryan və Serj Sərkisyan artıq bu rola yaramırlar, ermənilər arasında nüfuzları qalmayıb, o biri müxalifət təmsilçilərinin də cəmiyyətdə dəstəyi yoxdur. Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, ABŞ və AB Paşinyanın simasında tərəfdaş qazansa da, Vaşinqton və Brüssel də Ermənistanda vəziyyətin gərginləşəcəyi halında alternativ barədə düşünmək məcburiyyətindədir: “Yəni Vaşinqton və Brüssel Paşinyanın bu və ya digər səbəbdən hakimiyyətdən uzaqlaşacağı və ya uzaqlaşdırılacağı halda ona əvəz tapmalıdır. Bu elə bir siyasətçi olmalıdır ki, Paşinyan kimi 1) Qərblə tərəfdaşlığı davam etdirsin; 2) Rusiyadan məsafə saxlasın. Fikrimcə, Nikol Paşinyana gələcəkdə alternativ ola biləcək siyasətçi parlamentin hazırki sədri Alen Simonyandır. O, həm Qərblə sıx tərəfdaşlığı dəstəkləyir, həm də Rusiyanın qatı tənqidçilərindədir”. |
2023-12-22 | 816,088 | Ukrayna Belarusla bu sazişi ləğv etdi | Ukrayna Nazirlər Kabineti Belarus ilə sərbəst ticarət haqqında hökumətlərarası sazişi ləğv edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabineti qərar qəbul edib. Bundan əlavə, Ukrayna NK Rusiya ilə də ticarət qadağasının siyahısını genişləndirib. |
2023-12-22 | 816,089 | ABŞ Putinə gözlənilməz Milad hədiyyəsi etdi | Kiyevə əlavə yardımla bağlı razılığın əldə edilməməsi Rusiya Prezidenti Vladimir Putin və bütün Rusiya rəhbərliyi üçün böyük hədiyyədir. Axar.az xəbər verir ki, bu sözləri Virciniyadan olan amerikalı senator Mark Uorner X səhifəsində ABŞ Konqresinin Ukraynaya yardım və sərhəd təhlükəsizliyi ilə bağlı razılaşma olmadan məzuniyyətə çıxmasına münasibət bildirərkən yazıb. “Siz bilirsinizmi Milad bayramını kim daha yaxşı qeyd edəcək? Vladimir Putin”, – siyasətçi əlavə edib. Buna baxmayaraq, senator ABŞ-ın gələn il Kiyevin dəstəklənməsinə dair razılığa gələcəyinə ümid etdiyini bildirib. |
2023-12-22 | 816,091 | Şok iddia: Şahramanyanın adamı Xankəndidə qalıb | Separatçıların qondarma rejiminin buraxılması haqqında fərmandan sonra Samvel Şahramanyan başqa bir fərman imzalayıb və Sarkis Qalstyanı öz “administrasiyası” rəhbərinin müavini təyin edib. Axar.az Publika.az-a istinadən xəbər verir ki, bunu “Azadlıq” radiosunun erməni xidmətinə Şahramanyanın “müşaviri” Vladimir Qriqoryan bildirib. Qriqoryan deyib ki, Qarabağda 20-30 nəfər, o cümlədən Sarkis Qalstyan da qalıb. Lakin Xankəndidə yaşayan və əvvəllər müxtəlif vəzifələrdə çalışan Qalstyanın hansı funksiyanı yerinə yetirməli olduğu aydın deyil. |
2023-12-22 | 816,093 | Azərbaycan iqtisadiyyatına nə qədər sərmayə yatırılıb? | Ötən 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyarda yaxını qeyri-neft sektoruna yönəlib. Axar.az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib. O qeyd edib ki, son 20 ildə Azərbaycanda milli iqtisadiyyatın real həcmi 4 dəfə, ixrac isə 15 dəfədən çox artıb: “İqtisadiyyatın orta artım tempi dünya üzrə orta səviyyədən 4 faiz bəndi yüksək olub və Azərbaycan yuxarı orta gəlirli ölkəyə çevrilib. Ölkənin strateji valyuta ehtiyatları 47 dəfədən çox artaraq 66 milyard ABŞ dollarını keçib. Özəl sektorun ÜDM-də payı 83 faizi keçib, məşğulluqda isə 78 faizə yaxınlaşıb”. |
2023-12-22 | 816,094 | Afrikada Putin mükafatı: görün, kimlərə veriləcək | Kot-d'İvuarda fəaliyyət göstərən "Afrikada Vladimir Putinə tam dəstək" qeyri-hökumət təşkilatı Rusiya prezidenti adına beynəlxalq mükafat təsis edib. Axar.az xəbər verir ki, bu barədə “Burkina 24” portalı məlumat yayıb. Qurumun rəhbəri Məhəmmədi Savadoqo deyib ki, mükafat dövlət başçılarına xalqların müstəqilliyi uğrunda azadlıq mübarizəsindəki xidmətlərinə görə veriləcək: “Vladimir Putin Beynəlxalq Mükafatı müxtəlif tərəfdaşlıq formalarının zəruriliyini dərk edən həqiqi liderləri təltif etmək, həmçinin Afrikanın azad edilməsinə sadiqliyinə görə Prezident Putinə təşəkkür etmək üçün nəzərdə tutulub”. |
2023-12-22 | 816,097 | Naxçıvan abidələrinin bərpasında nöqsanlara yol verilib | Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda tarixi abidələrin bərpası, onların beynəlxalq səviyyədə qorunması məqsədilə UNESKO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salınması üçün müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulub. Kult.az xəbər verir ki, dekabrın 22-də Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva və Türkiyə Respublikasından olan memarlar Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən bir sıra tarixi-memarlıq abidələrinə baxış keçiriblər. Qonaqlar Naxçıvan şəhərində İsmayıl xan hamamı, Xan sarayı, Möminə xatın, Yusif Küseyiroğlu türbələrinin, eləcə də qədim yaşayış evlərinin tarixi-memarlıq quruluşu, tikilmə texnikası, bərpa perspektivləri ilə maraqlanıblar. Memar Sinan İncəsənət Universitetinin professoru, memar Oğuz Ceylan Naxçıvan abidələrinin bərpasında yol verilən nöqsanlar, bu nöqsanların aradan qaldırılması yolları, yenidən restavrasiyası istiqamətində görüləcək işlər barədə jurnalistlərə müsahibə verib. Memar Oğuz Ceylan bildirib ki, bu ərazidə XII, XIII, XIV yüzillikdən qalma çox qiymətli əsərlər vardır. Müəyyən vaxtlarda bu abidələrdə restavrasiya aparılıb. Möminə xatın türbəsinin bərpasında sementdən istifadə olunduğuna görə zirzəmidən gələn nəm, kondensasiya problemi vardır. Abidədə mərkəzdənqaçma da müşahidə olunur, türbə bir tərəfə doğru əyilib. Əvvəlki formasına qaytarmaq mümkün olmasa da, qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülməlidir. Bunun üçün torpağı təmizlənməli, sement qatı tamamilə aradan qaldırılmalıdır. Biz ilkin olaraq binanın çevrəsinin açılmasını məsləhət gördük. Gələn ilin yaz aylarına qədər bu formada qalacaq, yazdan sonra təkrar drenajlar hazırlanaraq həmin boşluqlar örtüləcək. Ən əsas məsələ sement qatının ümumiyyətlə götürülməsidir. Çünki bu sulfatın əmələ gəlməsinə səbəb olur. Daha sonra asistik mühit yaranır. Beləliklə, tuğla və daşlar sementin formalaşmasından zərər görməyə başlayır. Biz restavrasiya prosesində heç vaxt sementdən istifadə etmir və edilən yerləri də dərhal təmizlədirik. Oğuz Ceylan əlavə edib ki, restavrasiya olunan zaman öncə qədim arxiv materialları araşdırılmalı, tarixi sənədlər toplanılmalıdır. Ən önəmlisi də abidənin qədim şəkilləri tapılmalıdır. Restavrasiya sırasında biz bu fotolara baxaraq üç layihə hazırlayırıq. Bunlardan birincisi, mövcud vəziyyətin, ikincisi, tarixi binanın ilk dönəminin rəsminin çəkilməsidir. Üçüncüsü isə, həmin abidəni günümüzdə necə istifadə edəcəyimizi, yəni restavrasiyasını müəyyən edirik. Bu üç layihə hazırlandıqdan sonra restavrasiya prosesinə başlayırıq. Bərpa zamanı isə əvvəlcə istifadə olunacaq ləvazimatların analizi aparılır. Hazırda Şəki yolu üzərində yerləşən Diribaba türbəsi və Şəki Xan Sarayının divarlarının ləvazimat analizləri bizim universitetdə aparılır. Laboratoriya bizim hansı bərpa ləvazimatlarından istifadə edəcəyimizi müəyyən edir. Və bir daha vurğulamalıyam ki, bu prosesdə sementdən istifadə qəti şəkildə yolverilməzdir. Qeyd edək ki, dekabrın 23-də memar və mütəxəssislər Culfa və Ordubad rayonları ərazisində yerləşən tarixi abidələrə də baxış keçirəcəklər. |
2023-12-22 | 816,099 | Vətən müharibəsi iştirakçısı vəfat etdi | Vətən müharibəsi iştirakçısı olan Fərid Kərimli bu gün vəfat edib. Axar.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. 1996-ci ildə Qazax rayonun Bala Çaylı kəndində anadan olan Fərid Vətən müharibəsindən sonra qan xərçəngi xəstəliyinə tutulub. Qeyd edək ki, F.Kərimli “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Bir neçə ay öncə müharibə veteranı imkanlı şəxslərdən yardım göstərilməsini xahiş edib. |
2023-12-23 | 816,100 | İrəvan sülh imzalamayacaq: buna hazırlaşır – 2024 planı | 2023-cü ildə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı gözləntilər özünü doğrultmadı. Bəs, 2024-cü ildə sülh ola bilərmi? Axar.az xəbər verir ki, mövzu ilə bağlı “Hraparak” nəşri maraqlı müqayisələr aparıb. Nəşr iddia edib ki, nəinki 2024, hətta 2025-ci ildə də sülh sazişinin imzalanması mümkün olmayacaq. Müəlifin fikrincə, yaza qədər ABŞ və AB İsrail-Fələstin münaqişəsində atəşkəs əldə edilməsi, Qəzzaya sülhün gəlməsinə köklənəcək. Həmçinin Ukraynaya dəstəklə bağlı nəticə əldə etməyə çalışacaq. Bunun ardınca isə ABŞ-da seçkilərə hazırlıq başlayacaq, eyni zamanda, mayın sonunda Avropa Parlamentinə seçkilər, yeni parlamentin və AB Komissiyasının formalaşması prosesi olacaq, yalnız payızda komissiyanın yeni tərkibi və AB Şurasının yeni prezidenti aktiv fəaliyyət imkanı qazanacaq. Ona qədər isə sülh sazişi olmayacaq. Ən maraqlı məqam isə sülh sazişinin “obyektiv səbəbdən” gecikməsi ilə Ermənistanın silahlanmasının sürətlənməsidir. Şərhdə bildirilir ki, Avropa Sülh Fondu vasitəsilə və ayrı-ayrı AB ölkələri tərəfindən Ermənistana silah tədarükü mexanizmlərinin işə salınması, AB-nin Ermənistandakı missiyasının genişləndirilməsi 2024-ün prioritetidir. 2024-cü ildə AB-nin “mülki” missiyasının beynəlxalq sülhməramlılarla əvəzlənməsi, başda Hindistan olmaqla, külli miqdarda silahların alınması kimi məsələlər də davam edəcək. Onu da xüsusi olaraq vurğulayaq ki, Hindistanın bir-birinin ardınca Ermənistana tədarük etməyə hazırlaşdığı silahların ümumi dəyəri artıq bir milyard dolları keçib. Nəşr Qərbin “xarici işlər nazirləri səviyyəsində 1-2 görüş keçirməklə 2024-cü ili başa vuracağını” düşünür. Bu müddətdə isə Ermənistanın hərbi-siyasi və iqtisadi baxımdan gücləndirilməsi prosesi aparılacaq. İddia edilir ki, Ermənistan da bu vədlərə görə sülh müqaviləsindən danışa-danışa onun imzalanmasını ləngidəcək. Sonra İsrail-Fələstin məsələsinin çözülməsi, beynəlxalq güclərin Cənubi Qafqazı “bölməyə” gəlməsi gözlənəcək və təbii ki, həmin vaxta qədər Avropa və ABŞ strukturları ilə əlaqələri gücləndirən Ermənistandan yana seçim ediləcək. |
2023-12-22 | 816,101 | Fransadan Azərbaycana qarşı növbəti addım - Foto | Fransanın son zamanlar kəskin şəkildə güclənən antiazərbaycan siyasəti indi mədəniyyət və incəsənət sahəsinə də keçib. Axar.az Fransanın “Le Messager” nəşrinə istinadən xəbər verir ki, hələ 2015-ci ildə Azərbaycanın İsmayıllı şəhəri ilə dostluq və əməkdaşlıq xartiyası imzalayan Fransanın Evian-le Ba şəhərinin meriyası bu yaxınlarda mədəniyyətə düşmən münasibət bəsləyən qərar qəbul edib. Belə ki, qərara əsasən “Azərbaycan parkı”nın qeyd olunduğu bütün yazılar yığışdırılacaq. Xatırladaq ki, “Azərbaycan Parkı” 2017-ci ildə açılıb. Fransız nəşrinin məlumatına görə, bazar ertəsi, dekabrın 18-də müxalifət nümayəndələri bələdiyyə şurasından şəhərdə bu parkın adı çəkilən bütün lövhələrin rəsmən götürülməsini tələb ediblər. Şəhərin meri Jozian Leyin sözlərinə görə, artıq “Azərbaycan parkı” ilə bağlı bütün istinadlar silinib. Qeyd olunub ki, şəhər rəhbərliyinin son qərarına səbəb Fransanın Ermənistana “sevgisi” olub. Bu arada, görünən odur ki, Azərbaycan mədəniyyətinin düşmənləri indi diqqətlərini məşhur Azərbaycan şairəsi Xurşidbanu Natəvanın 2017-ci ildə ucaldılan abidəsinə yönəldiblər. Merin müavini Jan-Pyer Amadio Xurşidban Natəvana ehtiramını bildirərək abidənin müdafiəsinə qalxıb: “O, azad qadın kimi tanınır və Eviandakı abidədə örtüksüz təsvir edilib. Əlbəttə, biz erməni xalqını dəstəkləyirik, lakin mədəniyyət və incəsənət xalqları və ölkələri birləşdirən ən etibarlı körpüdür. Hər şeyi aradan qaldırıb bu körpüləri dağıtmalıyıq?”. Fransa şəhərinin meriyasının bu addımı son vaxtlar Fransada hökm sürən mədəni şovinizm, ksenofobiya, qərəz və digər mədəniyyətlərə qarşı dözümsüzlük siyasətini nümayiş etdirir. |
2023-12-22 | 816,103 | Szinpinin Əliyevə məktubu: Buna böyük əhəmiyyət verirəm | Çin Xalq Respublikasının Sədri Si Szinpin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktub ünvanlayıb. Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. "Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Çin və Azərbaycan ənənəvi dost, tərəfdaşlardır. Hazırda Çin-Azərbaycan münasibətləri çox yaxşı və sabit inkişaf edir, siyasi qarşılıqlı etimad daim möhkəmlənir, müxtəlif sahələrdə əməkdaşlıq müvəffəqiyyətlə irəliləyir. Sizin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üzrə səylərinizi yüksək qiymətləndirirəm. Ötən ilin sentyabrında biz Səmərqənd şəhərində yeni dövrdə ikitərəfli münasibətlərin inkişafına dair mühüm razılaşmaların əldə olunduğu uğurlu görüş keçirdik. Mən Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərini yeni səviyyəyə yüksəltmək üçün Sizinlə birgə səylərimi davam etdirməyə hazıram. Sizə möhkəm cansağlığı və əmin-amanlıq arzulayıram", - Szinpin məktubunda qeyd edib. |
2023-12-22 | 816,105 | Mülki əhalinin effektiv müdafiəsi yoxdur - Quterreş | Qəzza zolağında mülki əhalinin effektiv müdafiəsi üçün sistem hələ hazırlanmayıb. Axar.az xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş bildirib. "Mülki əhalinin effektiv müdafiəsi yoxdur. Güclü hava bombardmanları və İsrailin quru əməliyyatları davam edir. Bildirilir ki, əksəriyyəti qadın və uşaqlar olmaqla 20 mindən çox fələstinli həlak olub. Eyni zamanda, HƏMAS və digər Fələstin qrupları Qəzzadan İsrailə raket zərbələri endirməkdə davam edir", - A.Quterreş qeyd edib. |
2023-12-22 | 816,109 | Rusiyada "Geofizika-Kosmos"un rəhbəri həbs edildi | Moskvanın Basman Məhkəməsi “Geofizika-Kosmos” elmi-istehsalat müəssisəsinin rəhbəri Yevgeni Fomiçev barəsində həbs qətimkan tədbiri seçib. Axar.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb. O, 2024-cü il fevralın 21-dək iki ay müddətinə həbs edilib. Təqsirləndirilən şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu (dələduzluq- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə ittiham olunur. İstintaqın məlumatına görə, Fomiçev və onun əlaltıları Ərazi İnkişaf Fondunun rəhbərliyinin etibarından sui-istifadə edərək külli miqdarda vəsaiti mənimsəyiblər. İşin digər təfərrüatları açıqlanmayıb. |
2023-12-23 | 816,110 | Türkiyə ordusu 6 şəhid verdi | 2023.12.22 23:36 Bu gün İraqın şimalında PKK terrorçularının hücumu nəticəsində Türkiyə ordusunun 3 hərbçisi şəhid olub, 4-ü isə yaralanıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Hücumdan sonra aparılan əməliyyat nəticəsində 4 terrorçu məhv edilib. *** Türkiyə ordusunun PKK terrorçularının hücumu nəticəsində yaralanan 4 hərbçisindən 3-ü şəhid olub. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bununla da şəhid hərbçilərin sayı 6-ya çatıb. |
2023-12-23 | 816,113 | Rusiya HMS-ləri işə düşdü: 6 PUA məhv edildi | Rusiyanın havadan müdafiə sistemləri Berdyansk vilayəti üzərində Ukraynaya məxsus 6 PUA-nı məhv edib. Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Əlavə məlumat verilmir. |
2023-12-23 | 816,116 | Ermənistan Azərbaycana qarşı silahlanır – Qərb mediası | 09:00 Rusiyanın müttəfiqinin Fransa və Hindistan silahlarını alması Moskvanın qonşu ölkələrdə təsirini itirdiyinin göstəricisidir. Axar.az xəbər verir ki, bu barədə “Biznes İnsayder”də (Business Insider) Ermənistanın Fransa və Hindistandan silah alması ilə bağlı yayılan məqalədə bildirilib. Qeyd edilib ki, son həftələrdə Ermənistan Fransadan hava hücumundan müdafiə sistemləri və radarlar, həmçinin Hindistandan pilotsuz təyyarələrə qarşı sistemlər sifariş edib: “Hərbi satınalmaları həm də ona görə diqqət çəkir ki, bu, Azərbaycanın artan təzyiqləri ilə mübarizədə İrəvana az dəstək verən Rusiyadan hərbi texnika asılılığını azaltmaq üçün Ermənistanın nəzərəçarpacaq addımlar atdığını göstərir. 2020-ci ildə Ermənistanın Azərbaycanla altı həftəlik müharibəsi Azərbaycanın pilotsuz təyyarələrdən istifadə etməsini dünyanın diqqətinə gətirdi. İrəvana silah satışını elan edən mətbuat konfransında Fransanın müdafiə naziri deyib ki, hava hücumundan müdafiə tamamilə əsas məqamdır. O, həmçinin bəyan edib ki, Paris İrəvana üç GM-200 radarı satır və gələcəkdə “Mistral” yaxınmənzilli hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün müqavilə imzalayır”. Hərbi ekspert Ceyms Rocers nəşrə deyib ki, Ermənistanın Fransadan hava hücumundan müdafiə sistemləri sifariş etmək qərarı mühüm addımdır: “Bu, təkcə Rusiyaya Ermənistanın digər ölkələrlə müdafiə sahəsində əməkdaşlıq imkanlarının olduğunu göstərmir. Bu, həm də Ermənistanın öz ordusunu modernləşdirmək səylərində irəliyə doğru böyük addımı nümayiş etdirir”. Məqalədə xatırladılıb ki, noyabrın əvvəlində İrəvan Hindistandan daha çox silah, o cümlədən “Zen” antidron sistemləri alıb, 2022-ci ilin əvvəlində isə Ermənistan Hindistan istehsalı olan dörd çoxbarelli “Pinaka” reaktiv yaylım atəşi sistemi əldə edib. Ekspert Nikolas Herasın sözlərinə görə, Ermənistan özünün xarici və milli təhlükəsizlik siyasətini iki istiqamətdə inkişaf etdirir: Avrasiyada güclü oyunçularla müdafiə koalisiyaları yaratmaq, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycan aviasiyasından müdafiə qabiliyyətini artırmaq. “Hindistan böyük müdafiə sənayesinə malik olduğu üçün Ermənistanın dəyərli müdafiə tərəfdaşıdır. Ermənistanın hərbi arsenalı uzun müddətdir ki, əsasən Rusiya istehsalı idi, lakin xüsusən də Azərbaycanın İsrail və Türkiyə istehsalı silahlardan istifadə etdiyi 2020-ci ildə baş verən müharibədən sonra Moskva ilə münasibətləri pisləşdiyi üçün İrəvan bunu dəyişməyə çalışır. İrəvanın Moskvanın rəhbərlik etdiyi KTMT-yə üzv olmasına baxmayaraq, Rusiya Ermənistana kömək edə bilməyib. Rusiya Ukraynada müharibə aparır və çox güman ki, Ermənistanın Qərblə yaxınlaşmasından qıcıqlanacaq. Ermənistanın Rusiya ilə tərəfdaşlığı tənəzzüldədir və Paşinyan yavaş-yavaş, lakin əminliklə Ermənistanı NATO-ya yaxınlaşdırır, o cümlədən Türkiyə ilə münasibətləri normallaşdırmaq perspektivi var. Vaşinqton və İrəvan sentyabr ayında ikitərəfli təlimlər keçirərkən müdafiə sahəsində daha sıx əlaqələrə qarşılıqlı maraq göstəriblər. Rusiya gözlənildiyi kimi təlimə qarşı çıxdı və İrəvan o vaxtdan məsafəni qorudu. Paşinyan noyabrın ortalarında KTMT sammitinə getmədi və Rusiya buna görə Qərbi günahlandırdı. Paşinyan Ermənistanın ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün Rusiyadan asılı olmaq istəmir və onun ABŞ-la münasibətlər qurmaq səyləri bu məqsədə çatmağa töhfə verir. Başqa ölkələrdən silah alınması da bu məqsədə xidmət edir. Ermənistanın xarici siyasətinin qarşısında duran əsas problem odur ki, Rusiya ilə əlaqələri kəsə bilmir, eyni zamanda Azərbaycanla yeni müharibə başlayarsa, Rusiyaya etibar da edə bilmir”, - məqalədə qeyd edilib. Həmçinin xatırladılıb ki, Hindistan və Fransanın Ermənistanı silahlandırması Bakı və Ankaranın tənqidinə səbəb olub. |
2023-12-23 | 816,118 | Putin Abbasla danışdı: 1967-ci il sərhədləri daxilində... | Rusiya Prezidenti Vladimir Putinlə fələstinli həmkarı Mahmud Abbas arasında telefon danışığı olub. Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Putin Rusiya tərəfinin münaqişənin deeskalasiyasına kömək etmək və ehtiyacı olanlara humanitar yardımın fasiləsiz çatdırılmasını təmin etmək üçün atdığı addımlar barədə məlumat verib. Telefon danışığında 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan ümumi qəbul edilmiş beynəlxalq hüquqi əsasda Yaxın Şərq nizamlanmasının siyasi prosesinin bərpasının vacibliyi vurğulanıb. Bu kontekstdə Rusiya tərəfi Mahmud Abbasın başçılıq etdiyi Fələstin rəhbərliyinin səylərini dəstəklədiyini bildirib. Putin telefon danışığı zamanı həmkarını Rusiyaya dəvət edib. |
2023-12-23 | 816,119 | BMT TŞ Qəzza ilə bağlı qətnamə qəbul etdi | BMT Təhlükəsizlik Şurası ərəb ölkələrinin hazırladığı Qəzza zolağına humanitar yardım çatdırılmasını asanlaşdırmaq məqsədi daşıyan qətnamə layihəsini qəbul edib. Axar.az xəbər verir ki, qətnamənin lehinə 13 ölkə səs verib, Rusiya və ABŞ bitərəf qalıb. Qətnamənin qəbul edilməsi üçün o, Təhlükəsizlik Şurası üzvlərinin doqquz səsini almalı idi, üstəlik, daimi üzvlərindən heç biri sənədin əleyhinə çıxış etməməli idi. |
2023-12-23 | 816,121 | Zelenski yanvarda güllələnə bilər - Ritter | Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının əmri ilə hakimiyyətdən uzaqlaşdırıla və güllələnə bilər. Axar.az RİA-ya istinadla xəbər verir ki, bunu ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Skot Ritter jurnalist Denni Hayfona müsahibəsində bildirib. “Ukraynada mülki və hərbi qüvvələr arasında münasibətlərin balansı pozulub. Zalujnı artıq siyasətlə məşğuldur. Mən yanvar və ya fevralda Ukraynada çevriliş olacağını proqnozlaşdırıram. Zelenski Rumıniya lideri Çavuşesku kimi güllələnəcək”, - ekspert qeyd edib. |
2023-12-23 | 816,123 | Abdullahian Lavrova etirazını bildirdi | İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında bildirib ki, Tehran üç ada ilə bağlı istənilən tərəfin iddialarını qəti şəkildə rədd edir. Axar.az İRNA-ya istinadla xəbər verir ki, Abdullahian bu sözləri çərşənbə günü Mərakeşdə keçirilən 6-cı Rusiya-Ərəb Əməkdaşlıq Forumunun üç İran adası ilə bağlı bəyanatına cavab olaraq deyib. “Ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət ölkələr arasında münasibətlərdə fundamental prinsiplərdən biridir və Tehran öz ərazi bütövlüyü və suverenliyinə hörmətlə bağlı məsələlərə çox ciddi yanaşır”, - İran XİN rəhbəri bildirib. Tehran və Moskva arasındakı münasibətləri strateji adlandıran Lavrov Rusiyanın İranın ərazi bütövlüyü və suverenliyinə hər zaman hörmət etdiyini bildirib. Onun sözlərinə görə, Mərakeşdə keçirilən görüşün yekun bəyanatının hazırlanması üzrə danışıqlar zamanı Rusiya İranın suverenliyinə və ərazi bütövlüyünə hörmətə diqqət yetirib. Diplomatlar Qəzza zolağındakı vəziyyətlə bağlı son hadisələri də müzakirə ediblər. Xatırladaq ki, tərəflər arasında telefon danışığı ötən gün baş tutub. Qeyd edək ki, Körfəzdə yerləşən Kiçik Tunb, Böyük Tunb və Əbu Musa adalarını BƏƏ özününkü sayır və Rusiya ilk dəfə deyil ki, bu məsələdə BƏƏ-yə dəstək verir. |
2023-12-23 | 816,125 | “Mançester Siti” dünya çempionatının qalibi oldu | İngiltərə komandası “Mançester Siti” klublararası dünya çempionatının qalibi olub. Axar.az xəbər verir ki, İngiltərə təmsilçisi finalda Braziliya klubu “Fluminense”ni 4-0 hesabı ilə məğlub edib. Yaponiyanın “Urava Reds” klubunu 4:2 hesabı ilə üstələyən Misir “Əl Əhli”si isə turnirdə üçüncü yeri tutub. |
2023-12-23 | 816,128 | Lavrov eyni gündə Fidan və Bayramova niyə zəng etdi? | Rusiya xarici işlər naziri Sergey Lavrov ötən gün ərzində həm türkiyəli həmkarı Hakan Fidan, həm də azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefonla danışıb. Bundan bir gün əvvəl isə Lavrov müavini Aleksandr Qruşkoyu Bakıya göndərib. Hiss olunur ki, Kreml bölgəni ABŞ və Avropa Birliyi ilə paylaşmaq istəmir, Ukrayna ilə yanaşı, Cənubi Qafqazda da Vaşinqton və Brüsselə qarşı müqavimətini gücləndirməyə qərar verib. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O xatırladıb ki, rusiyalı diplomat (Qruşko) Bakıda Avropa təhlükəsizliyi mövzusunda məsləhətləşmələr keçirib: “Cənubi Qafqaz və Avropanın təhlükəsizliyi sahəsində mövcud vəziyyət, o cümlədən ATƏT-də qarşılıqlı fəaliyyət, ölkələrimizin AB və NATO ilə münasibətləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Rusiyalı diplomat Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin qorunmasında region dövlətlərinin aparıcı rolu və xüsusi məsuliyyətini vurğulayıb. Yəni Kreml Bakıya demək istəyib ki, Vaşinqton və Brüsselə deyil, bölgə ölkələrinə etibar edin. Lavrovun türkiyəli həmkarıyla telefon danışığının mahiyyətində məhz bu amil dayanıb. Meydanda Türkiyə varsa, Azərbaycana zərər dəyməz”. |
2023-12-23 | 816,129 | Erməni oteldə özünü qumbara ilə partlatdı | Ermənistanın Armavir vilayətinin Tsaxkunuk kəndində yerləşən otellərdən birində naməlum kişi qumbara ilə özünü partladaraq həyatına son qoyub. Axar.az xəbər verir ki, bu barədə "Şamşyan.com" məlumat yayıb. Belə ki, həmin şəxs axşam saatlarında otel kompleksinə gəlib, yemək sifariş edib, daha sonra otağına keçib və bir müddət sonra əməkdaşlar onun meyitini tapıblar. Faktla bağlı cinayət işi açılıb, ölənin şəxsiyyəti dəqiqləşdirilir. |
2023-12-23 | 816,130 | Fransa bu ölkədəki səfirliyini bağlayır | Fransa Nigerdəki səfirliyini qeyri-müəyyən müddətə bağlamağı planlaşdırır. Axar.az xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb. Bildirilir ki, bununla bağlı Fransa hökuməti sözügedən ölkədəki diplomatik korpusun əməkdaşlarına məktub ünvanlayıb. Fransa rəsmiləri bu məlumatı nə təsdiq, nə də təkzib ediblər. Lakin onlar bildiriblər ki, məhdudiyyətlər işi çətinləşdirdiyi üçün vəziyyət daha da qəlizləşib. Qeyd edək ki, Niger və Fransa arasında münasibətlər ordunun Prezident Məhəmməd Bazumun devrilməsindən və iyul ayında çevrilişlə hakimiyyəti ələ keçirməsindən sonra pisləşib. |
2023-12-23 | 816,131 | Taxıl sazişini bərpa etmək anlamsızdır - Quterreş | Taxıl müqaviləsi kimi tanınan Qara Dəniz Taxıl Təşəbbüsünün bərpası heç bir məna kəsb etmir. Axar.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş deyib. O bildirib ki, rəhbərlik etdiyi təşkilat ərzaq probleminin həllinin yeni formalarını inkişaf etdirmək üçün həm Rusiya, həm də Ukrayna ilə əlaqələri davam etdirir. |
2023-12-23 | 816,132 | Rəqibim çox güclüdür: bəs, niyə seçkiyə qatıldım? | Prezident seçkilərinə qatılmaq bir insanın həyatında çox önəmli hadisədir. Bu sözləri Axar.az-a prezident seçkilərinə namizədliyini irəli sürən iqtisad elmləri doktoru, sabiq maliyyə naziri Fikrət Yusifov deyib. Fikrət Yusifov əsas rəqibinin (İlham Əliyev - red.) çox güclü olduğunu da vurğulayıb: “Seçkiyə qatılmaq qərarı verən hər bir kəs anlamalıdır ki, bu, sıradan bir seçki deyil, bir dövlətin başında dayanmaq uğrunda yarışa qatılmaqdır. Bu səbəbdən seçkinin məsuliyyəti yetərincə böyükdür. Azərbaycan xalqına Qarabağ zəfəri qazandırmış İlham Əliyevin qarşısında şansımın böyük olacağını düşünmürəm. Ancaq buna baxmayaraq, bu seçkidə iştiraka üstünlük verirəm. Bu platformadan edəcəyim çıxışlarla ölkə iqtisadiyyatına və onun maliyyə sektoruna daha çox töhvə verə biləcəyimi düşünürəm”. İqtisadçı alim prezident seçkisi zamanı təqdim edəcəyi proqramından da bəhs edib: “Mən nədən bu seçkilərə qatılmaq qərarı verdim? Məramım nədən ibarətdir? İndi cəmiyyətdə məni tanıyan hər kəsi bu sualların cavabı düşündürür. Mən iqtisadçı aliməm, müstəqilliyimizin ilk illərində ölkədə büdcə, bank, vergi, gömrük və xəzinə sistemlərinin qurulub, yaradılmasında bilavasitə iştirak etmişəm. 1990-cı illərin ortalarına yaxın ölkədə tüğyan edən və illik ölçüləri 1800%-ə çatan hiperinflyasiyanın cilovlanmasında əsas fiqurlardan biri olmuşam. Son 20 ildən artıq bir zaman kəsiyində ölkənin iqtisadi müstəvisində və maliyyə sektorunda baş verən bütün prossesləri yaxından izləyirəm. 2014-cü ilin sonlarında isə “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyini təsis edib, həmin vaxtdan bu günə qədər ölkə mətbuatında Azərbaycan iqtisadiyyatının, maliyyə sektorunun problemlərinin həllinə dair ümumi sayı 5000-dən çox təhlil və açıqlamalarla çıxışlar etmişəm. Bu çıxışlarla irəli sürdüyüm onlarla təklif hökumətin qəbul etdiyi qərarlarda, prezidentin fərman və sərəncamlarında, habelə, digər qanunvericilik aktlarında öz əksini tapıb. Mən ölkə iqtisadiyyatının və onun maliyyə sektorunun bütün problemlərini, onların həlli yollarını bilirəm. Seçkiyə getməkdə də əsas məqsədim bu seçki platformasından istifadə edib, ölkə iqtisadiyyatının sürətli inkişafını təmin edə biləcək iqtisadi islahatlar proqramımı cəmiyyətə təqdim etməkdir”. |
2023-12-23 | 816,133 | Fransa agentura şəbəkəsi Bakıda bu cür işləyib - Ekspert | Erməni faktorunun yaranmasında baş rollardan birini elə Fransa oynayır. Çünki erməni ideologiyasının formalaşması Fransada təhsil almış, yetişmiş erməni gənclərinin vasitəsi ilə olub. Fransa həm maddi, həm ideoloji, lazım olduğu zamanda agentura ilə onlara dəstək verir. Bu sözləri Axar.az-a milli təhlükəsizlik üzrə ekspert Rəşad Rza Bakının ifşa etdiyi Fransa agent şəbəkəsi haqqında danışarkən deyib. Ekspert bildirib ki, bu, həm də Azərbaycan kəşfiyyatının necə mütəşəkkil işlədiyini sübut etdi: “Fransa agenturası hansı üslubla işləyir? Belə bir ipucu verə bilərik ki, missionerlik yolu ilə fəaliyyət göstərirlər. Onlar ta qədimdən belə çalışıblar. Onlar həm ölkədə öz dinlərini, əqidələrini yayırlar, həm də ona paralel olaraq agentura işlərini, tapşırıqlarını həyata keçirirlər”. |
2023-12-23 | 816,134 | Ukrayna MN məmuru 40 milyon mənimsəyib | Ukrayna Müdafiə Nazirliyinin baş idarələrindən birinin rəhbəri artilleriya mərmilərinin alışı zamanı 1,5 milyard qrivnanın (təxminən 40 milyon dollar) mənimsənilməsində təqsirli bilinərək saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin və Ukrayna Baş Prokurorluğunun birgə məlumatında deyilir. Belə ki, adı açıqlanmayan məmur ötən ilin dekabrında mərmilərin alınması üçün xüsusi ixracatçı ilə müqavilə bağlayıb və lazımi vəsaiti şirkətə köçürüb. Bununla belə, o zaman Ukrayna Müdafiə Nazirliyinin Müdafiə Təchizatları Agentliyi daha sərfəli müqavilə bağlayıb ki, bu da mərmilərin maya dəyərinin əhəmiyyətli dərəcədə azalması ilə birbaşa istehsalçıdan alınmasını nəzərdə tuturdu. Təqsirləndirilən şəxs mövcud vəziyyətə baxmayaraq, 30% baha başa gələn ilkin razılaşmanın müddətini uzadıb. Hazırda mənimsənilən pulların Ukrayna büdcəsinə qaytarılması istiqamətində iş aparılır. Cinayətkarı 15 ilə qədər həbs gözləyir. |
2023-12-23 | 816,135 | İran Güneyə hücuma keçib – Yurdsevən | Güney Azərbaycanın BMT-dəki nümayəndəsi, Güney Azərbaycan Cümhuriyyət Partiyasının (ACP) insan haqları departamentinin rəsmisi Araz Yurdsevənin Axar.az-a müsahibəsi: - Son zamanlar Güney Azərbaycan sosial media istifadəçilərinin milli məzmunda yaratdığı səhifələr kütləvi şəkildə bağlanır, adminləri həbs olunur. Bu, nə ilə əlaqədardır? - Güney Azərbaycan gəncliyi rejimin yaratdığı durumdan çıxmaq üçün yaranmış bütün rəqəmsal platformalardan faydalanmağa çalışır. Bu isə nə fars rejiminin, nə də fars rejiminə sözdə müxalif olan qüvvələrinin xoşuna gəlir. Baxmayaraq ki, İran fars-molla rejimi internet və sosial şəbəkələrdən istədiyi kimi yararlanır. Bu platformalardan istifadə edərək terror və dəhşət siyasətlərini fəal şəkildə təbliğ edirlər. Lakin sosial şəbəkə istifadəçilərinə gələndə onların internetə giriş imkanları belə məhdudlaşdırılır. Hətta onlara qarşı aqressiv davranırlar: gəncləri cəzalandırır, milli səhifələri bağlayır və ya şantajla bu saytları ələ keçirirlər. Azad informasiyanın dolaşımından dəhşətə düşən rejim internetdən istfadə edilməsini, eləcə də xarici saytlara girişi filtirləyərək əngəl törədir. Rejim 98 ilə yaxındır millətlətləri bilgi qıtlığında və öz informasiya və dezinformasiya nəzarətində saxlayır. Ancaq sosial şəbəkələrin yaranışı, onların milli oyanış alətinə çevrilməsi rejimi narahat edir. Odur ki, bir çox sosial şəbəkələrdə olan hesablar və qruplar ələ keçirilib, haker hücumuna məruz qalaraq dağıdılıb, adminləri, yaradıcıları tutulub. Hətta bəzi səhifələri ələ alaraq onları “milli hərəkat hesabları” olaraq dezinformasiya üçün işlədir. - Sosial şəbəkələr Güney Azərbaycan məsələsinin təbliğində nə dərəcədə rol oynayır? - Rejimin internetə giriş əngəllərinə və təzyiqlərinə rəğmən, milli fəallar və sosial şəbəkə istifadəçiləri geri addım atmır. Rəqəmsal dünyanın yaratdığı bütün imkanlardan faydalanmağa çalışırlar. Hətta filtir əngəllərini də müxtəlif yollarla aradan qaldırırlar. Azərbaycanın güneyində son 10 ildə Azərbaycan gəncliyi internet və sosial media vasitəsilə dünyaya açıla bilib. Dünyanı tanımaqla yanaşı, öz millətini, insan haqlarını, milli kimliyini, sosial-siyasi haqlarını da anlaya, həmçinin tələb edə bilib. Milli Hərəkat öz mediası olmadığı üçün Güney Azərbaycanın haqlarını tələb etməkdə, millətimizin milli oyanışının yüksəldilməsində, rejimə qarşı etirazlarda, milli qüvvələrin bir-birilə əlaqələndirməsi istiqamətində sosial şəbəkələrin imkanlarından istifadə edir. Həmçinin rejimin və sözdə müxalif olan paniranistlərin Azərbaycana olan düşmənçiliyini ifşa etmək, Güney və Quzey Azərbaycan arasında milli bağların güclənməsi baxımından sosial şəbəkələrin rolu əvəzsizdir. Bu isə rejimin və paniranist qüvvələrinin ən son istəyidir. - 13 mindən çox üzvü olan “Kəpənəklər” kanalının bağlanması insanların haqlı narazılığına səbəb oldu. “Kəpənəklər”lə eyni aqibəti yaşayan daha hansı səhifələr var? - Kiber hücumlar nəticəsində “Dumanlı Təbriz”, “Dəvəçi”, “Qocaman Azərbaycan”, “Güney- Quzey” kimi səhifələr rejimin idarəçiliyinə keçib. Yaxud da “Prezident #pişəvəri” səhifəsi İnstaqramdan silinib. O cümlədən, “#Oğuz TV” səhifəsinin adminləri tutulub. Hətta şəxsi İnstaqram səhifəm BMT iclasının xəbərlərini yayımladığım zaman sındırıldı. Açmaq mümkün olmadığından yeni səhifə yaratmalı oldum. Rejimin qüvvələri nəinki səhifələri bağlayır və ya adminləri tutur, hətta ən çirkin oyunlara da əl atır. Rejim saxta səhifələr yaradaraq Milli Hərəkatı parçalamağa, nəzarət altında saxlamağa çalışır. Bu, əslində təhlükəlidir. Ayıq-sayıq olmalıyıq. - Yaxın günlərdə İnstaqram səhifələrindən Güneylə bağlı yazıların kütləvi şəkildə silinməsinin arxasında hansısa şəxsin adı hallanırdı… - Əlbəttə ki, Azərbaycan Milli Hərəkatının qarşısında İran rejimindən əlavə sözdə rejimə müxalif irançı qüvvələr də dayanıb. Onlar sosial media vasitəsi ilə Azərbaycan milli hərəkatına maneələr törədir. Pəhləvi dönəmində milli təhlükəsizlik naziri olan Pərviz Sabitinin qızı Pərisa Sabiti İnstaqram sosial şəbəkəsində yüksək vəzifələrdən birini tutur. Bu səlahiyyətindən istifadə edərək, o, Güney Azərbaycan milli məsələsi ilə bağlı çalışan bir çox səhifəni bağladıb, Güneyə aid xəbərləri silib. Bu səhifələr təkrar açılmasın deyə İP adreslərini qara siyahıya atıb. - Bu əngəllərin öhdəsindən gələ bilirsinizmi? - Sevindiricidir ki, rejimin bu qədər aşırı basqılarına baxmayaraq, milli fəallarmız dəyişik yollarla bu kiber hücumları təsirsiz hala gətirir, mübarizəsini davam etdirir. Güney Azərbaycan Cümhuriyyət Partiyasının (ACP) İT güvənlik bölümü rejimin bu filtir və qadağalarına qarşı ayıq-sayıqdır. |
2023-12-23 | 816,136 | Bakı onu izləyir: cəzasız qalacağını düşünürsə… - Ekspert | Azərbaycanın 19-20 sentyabrda 24 saat ərzində həyata keçirdiyi lokal antiterror tədbiri dünyada çox nadir rast gəlinən əməliyyatdır. Əməliyyat zamanı düşmənin silahlı dəstələrinin bir hissəsi məhv edildi, digər hissəsi isə təslim olmağa məcbur oldu. Eyni zamanda bir sıra xüsusi cinayətkarlar sərhəddən qaçmaq istəyərkən yaxalandı. Bu sözləri Axar.az-a separatçı Samvel Babayanın son fəaliyyətləri haqqında danışan siyasi şərhçi Turab Rzayev deyib. Siyasi şərhçi Azərbaycan dövlətinin bütün separatçıların fəaliyyətini dəqiq şəkildə izlədiyini, ehtiyac yarandığı halda ən kəskin addımların atılacağını vurğulayıb: “Samvel Babayan və Samvel Şahramanyan kimilər isə məcbur olub ölkəmizin ərazi bütövlüyünü, suverenliyini tanıdığı üçün dövlətimiz humanistlik göstərərək onları həbs etmədi. İndi isə bu şəxslərin İrəvanda həddindən artıq aktivləşdiyini, yenidən Qarabağ məsələsini gündəmə gətirməyə, beləliklə öz siyasi ömürlərini uzatmağa çalışdıqlarını görürük. Yəni Babayanın separatçıların başına gətirilməsi və yenidən onların institutlaşdırılması cəhdləri var. Aydın məsələdir ki, belə hərəkətlər Azərbaycanın maraqlarına ziddir və əlbəttə ki, müvafiq dövlət orqanları bütün bu fəaliyyətlərin hamısını izləyir, görür, qeydiyyatını aparır. İkinci ən önəmli məqam Ermənistan dövlətinin separatçılara münasibətidir. Rəsmi İrəvan Qarabağ klanına məxsus bir sıra şəxslərin fəaliyyətini aqressiya ilə qarşılayır. Çünki Paşinyan hökuməti onları Qarabağ məsələsindən istifadə edib hakimiyyətə gəlmə, çevriliş etmə və vətəndaş müharibəsi yaratma ehtimalına görə təhdid kimi görür. Paşinyan özü isə separatçıların təşkilatlanmasına icazə verilməsinin sülh müqaviləsinin imzalanmasına zərbə vuracağını düşünür. Əgər Ermənistan iqtidarı bunlara göz yumsa, onda onların da separatçılarla birgə hərəkət etdiyi bəlli olacaq. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan dövləti humanistlik göstərərək əgər Samvel Babayan kimilərin ifadəsini alıb buraxırsa, onlar da baş verənləri unutmamalı, şanslarını doğru dəyərləndirməlidir. Çünki dövlətimiz separatçıların həm Ermənistanda, həm də ondan kənardakı bütün fəaliyyətlərini diqqətlə izləyir. Babayan bu təxribatçı fəaliyyətinin cəzasız qalacağını düşünürsə, yanılır. Məqamı gəldikdə Bakının ən sərt addımı atacağına heç kim şübhə etməsin”. Qeyd edək ki, Samvel Babayan son vaxtlar ciddi şəkildə aktivləşib. O, gah Azərbaycanla “danışıqlar aparmağa” məsul olmağı təkid edir, gah da Qarabağa muxtar status verilməyəcəyi halda sülh sazişinin bağlanmayacağını bəyan edir. |
2023-12-23 | 816,137 | Bayden 886 milyardlıq müdafiə büdcəsini təsdiqlədi | ABŞ Prezidenti Co Bayden ölkənin 2024-cü maliyyə ili üçün (oktyabrın 1-dən başlayır) 886,3 milyard dollar məbləğində müdafiə büdcəsi layihəsini imzalayıb. Axar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Bildirilib ki, ABŞ Konqresinin Nümayəndələr Palatası layihəni dekabrın 14-də, Senat isə dekabrın 13-də təsdiqləyib. Sənəddə Ukraynaya 800 milyon dollar məbləğində yardım daxildir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.