date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2023-12-23 | 816,367 | Netanyahu Baydenlə danışdı | İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Co Baydenlə telefonla danışıb. Axar.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Məlumata görə, liderlər İsrail-HƏMAS müharibəsindəki son vəziyyəti müzakirə ediblər. |
2023-12-23 | 816,368 | Ukraynalı komandir: 2024 qat-qat çətin olacaq! | Rusiya ilə münaqişə danışıqlarla yekunlaşacaq, lakin ukraynalılar total səfərbərliyə hazırlaşmalıdırlar. Axar.az “Strana.ua”ya istinadla xəbər verir ki, bu sözləri Ukraynanın 3-cü xüsusi hücum briqadasının aviasiya və hava hücumundan müdafiə xidmətinin rəhbəri Vasili Samovar bildirib. “2024-cü il 2023 və 2022-ci illərin cəmindən qat-qat çətin olacaq. İnanıram ki, bu münaqişə də dünyada hər hansı münaqişə kimi, danışıqlarla yekunlaşacaq”, - o deyib. Samovar əlavə edib ki, Ukraynanın Rusiya qədər nə pulu, nə resursu, nə də səfərbərlik potensialı var: “Buna görə də ukraynalılar total səfərbərliyə və çətin qışa hazırlaşmalıdırlar”. |
2023-12-23 | 816,369 | Azərbaycan Rusiyaya daha 300 min yumurta göndərdi | Azərbaycan Rusiyaya ikinci partiya 306 min ədəd yumurta idxal edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb. “Dekabrın 21-də Rusiyaya sonrakı satış üçün Azərbaycandan 18 ton (306 min ədəd) həcmində süfrə yumurtasının ikinci partiyası Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə idxal edilib”, - məlumatda qeyd olunub. Qurum bildirib ki, Azərbaycandan yumurta ixracı üçün Rusiya bazarının açılması barədə qərar bu ilin noyabrında “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin apardığı danışıqlardan sonra qəbul edilib. Qeyd edək ki, ilk partiyada Azərbaycan 612 min ədəd yumurta göndərmişdi. |
2023-12-23 | 816,372 | Bu rayonlarımızda da güclü külək fəsadlar törətdi | Cəlilabad və Biləsuvar rayonları ərazisində güclü külək əsir. Axar.az Report-a istinadən xəbər verir ki, axşam saatlarından etibarən əsməyə başlayan güclü külək insanlar arasında təşvişə səbəb olub. Belə ki, son 1 neçə saat ərzində Cəlilabad təcili tibbi yardım stansiyasına 10, Biləsuvar təcili tibbi yardım stansiyasına isə 6 çağırış daxil olub. Bu da əvvəlki normal çağırışlardan təxminən 2 dəfə çoxdur. Faktiki hava şəraiti səbəbindən hər iki rayonun bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb. Digər fəsadların olub-olmaması araşdırılır. Hazırda bölgədə küləkli hava şəraiti davam edir. |
2023-12-24 | 816,373 | Vaxt çatdı, Ukraynanı xilas etmək üçün... - İtaliya | Ukraynada müharibəyə son qoymaq üçün siyasi həll yolu tapmağa başlamağın vaxtı çatıb. Axar.az ANSA-ya istinadla xəbər verir ki, bu sözləri İtaliyanın müdafiə naziri Quido Krosetto deyib. “Müharibə iki ilə yaxındır davam edir və hesab edirəm ki, Ukraynaya hərbi müdaxilə və dəstək ilə yanaşı, siyasi həllə aparan yolları izləmək vacibdir”, - Krosetto bildirib. O bildirib ki, indiyə qədər yer üzündən silinə biləcək Ukraynanı saxlamağa və Rusiyanın hücumundan qorumağa çalışmışıq: “Hərbi cəhətdən əldə edilə bilməyən hədəfə Rusiyaya qarşı diplomatik və siyasi cəbhə açmaqla çatmaq olar”. |
2023-12-24 | 816,374 | Bu gün İlham Əliyevin doğum günüdür | Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Axar.az xəbər verir ki, dövlət başçısının 62 yaşı tamam olur. İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub.1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib. 1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib. İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir. İlham Əliyev 1983-cü ildə Mehriban Əliyeva ilə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı və beş nəvəsi var. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəlik qabiliyyəti, diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi nəticəsində ərazilərimizin işğaldan azad edilməsi ilə başa çatdı. Bununla da Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında ordumuz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən qətnamələrini təkbaşına icra edərək, Qarabağı qısa zamanda yağılardan təmizlədi. 19-20 sentyabr 2023-cü ildə isə Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Ordumuz dünyada misli görünməmiş ildırımsürətli antiterror tədbirləri həyata keçirərək, cəmi 23 saat 43 dəqiqəyə Xankəndi və ətrafında məskunlaşan separatçı-terrorçu dəstəni, o cümlədən Ermənistan ordusunun 2020-ci ildən torpaqlarımızda qalan 10 mindən çox qüvvəsini təslim olmağa məcbur etdi. Bununla da Azərbaycan bütün ərazisində öz suverenliyini qəti şəkildə təmin etmiş oldu. İlham Əliyev müasir dünya tarixində öz ərazisində separatizm və münaqişəyə son qoymağı və ölkənin ərazi bütövlüyünü tam bərpa etməyi bacaran yeganı liderdir! |
2023-12-23 | 816,376 | Polşa sərhədində Ukraynaya "yaşıl işıq": fermerlər razılaşdı | Polşalı fermerlər dekabrın 24-dən etibarən Ukrayna ilə sərhəddəki Medıke keçid məntəqəsindəki məhdudiyyəti aradan qaldırmağa razılaşıblar. Axar.az xəbər verir ki, bu barədə Polşanın Kənd Təsərrüfatı və Aqrar İnkişaf Nazirliyinin mətbuat xidmətindən bildirilib. “Bugünkü danışıqların nəticəsi olaraq noyabrın 23-də Medıke keçidini bağlamağa başlayan fermerlər sabahdan, yəni dekabrın 24-dən saat 8:00-dan etibarən etiraz aksiyasını dayandırmaq qərarına gəliblər”, - məlumatda qeyd olunub. Kənd təsərrüfatı naziri Çeslav Sekierski fermerləri əmin edib ki, onların tələbləri yerinə yetiriləcək, lakin bu, vaxt aparacaq. O qeyd edib ki, artıq kənd təsərrüfatı vergisinin azaldılması ilə bağlı təkliflər hazırlanır. |
2023-12-23 | 816,382 | Rəsmi Bakıdan türk ordusunun itkisinə reaksiya | "Pəncə kilid" əməliyyatı bölgəsində terrorçuların zərərsizləşdirilməsi zamanı qardaş Türkiyənin çox sayda şəhid verməsi xəbəri bizi dərindən sarsıtdı. Axar.az xəbər verir ki, bu barədə Azərbayacan Xarici İşlər Nazirliyi X hesabında paylaşım edib. "Şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik. Hər zaman olduğu kimi, terrorla mübarizədə də Türkiyənin yanındayıq", - qeyd olunub. |
2023-12-24 | 816,385 | Aygünə görə Lənkəranda nəqliyyat dayandı - Video | Xalq artisti Aygün Kazımova ötən gün Lənkəranda konsert verib. Kult.az Axsam.az-a istinadən xəbər verir ki, onun çıxışı şəhərdə izdiham yaradıb. Minlərlə insan "diva"nın çıxışını izləmək üçün şəhərin mərkəzinə toplaşıb. Yaşanan izdihama görə yol belə bağlanıb. |
2023-12-24 | 816,386 | Samvel "dqr"i “bərpa etdi”: İrəvanda mübarizə başlayır | Qarabağdan Ermənistana qaçan Samvel Şahramanyan Xankəndidə separatçı rejimin ləğvi ilə bağlı qərarından imtina edib və bildirib ki, “Dağlıq Qarabağın (qondarma) dövlət qurumlarının buraxılmasını nəzərdə tutan heç bir hüquqi sənəd yoxdur”. O, hətta qondarma “qurumlara” vaxtarışı olaraq “hökumətə” məlumat verməyi tapşırıb. Onun “müşaviri” kimi təqdim edilən Vladimir Qriqoryan isə bildirib ki, Şahramanyan İrəvana qayıtdıqdan sonra – oktyabrın 19-da separatçı rejimin fəaliyyətinin davam etdirilməsi ilə bağlı “fərman” imzalayıb və əsas sənəd bu qərardır. Beləliklə, separatçılar mövcudluqlarını davam etdirməkdə israrlı görünür. Xankəndidə verilən qərarla separatçı rejimin özünü buraxması 1 yanvar 2024-cü ilə qədər başa çatmalı idi, lakin separatçıların qaçması və erməni əhalisinin Qarabağı tərk etməsindən sonra bu qərarın heç bir əhəmiyyəti qalmadı və bundan sonra separatçıların İrəvanda “özünübərpası” da praktiki olaraq Azərbaycana təhlükə yaratmır. Şahramanyanın qərardan imtina etməsi isə Ermənistan daxilində qondarma “artsax” ideyası ətrafında baş verən qarşıdurmadan qaynaqlanır və bunun əsas zərbəsi də Ermənistan hakimiyyətinə dəyəcək: - daxili siyasətdə Paşinyana qarşı Qarabağ məsələsi üzərindən müxalif mövqe separatçıların, dolayısı ilə onların bağlı olduğu Qarabağ klanının inhisarında qalacaq və bu, kənar oyunçular, xüsusilə Rusiya üçün rıçaqlardan biridir; - separatçılar Qarabağla bağlı iddialarını davam etdirdiyi müddətdə sülh danışıqları, ümumiyyətlə, Azərbaycanla münasibətlərin normallaşması çətin görünür. Bu baxımdan, Şahramanyanın timsalında separatçıları susdurmaq Paşinyanın “ev tapşırığı” olmalıdır, əks təqdirdə Ermənistanın kommunikasiyaları açaraq, özünə yeni gələcək qurmaq planları kağız üzərində qalır. |
2023-12-24 | 816,388 | HƏMAS-a qarşı əməliyyat genişləndirilir | İsrail ordusu Qəzzanın cənubunda, xüsusən də HƏMAS-ın yeraltı infrastrukturuna qarşı əməliyyatları daha da genişləndirib. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqari məlumat yayıb. Haqarinin sözlərinə görə, Xan Yunis bölgəsində İsrail ordusu Fələstin terror qruplaşmasının tunellərinə qarşı çox aktiv mübarizə aparır: “Yaxın günlərdə 99-cu diviziyanın imkanlarını daha da genişləndirəcəyik. İndiyədək quru qoşunları Qəzza zolağı boyunca 30 minə yaxın partlayıcı, o cümlədən tank əleyhinə raketləri məhv edib və ya ələ keçirib”. |
2023-12-24 | 816,389 | Daha bir ölkə İrəvana silah sata bilər – Xəbərdarlıq | Yunanıstan Fransa və Hindistandan fərqli olaraq, Ermənistana hələ ki, hərbi texnika göndərməyib. Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Afinanın İrəvana silah satmamasının sadə səbəbi Azərbaycandan qaz almasıdır: “Yunanıstan Azərbaycanla bu sahədəki əməkdaşlığı riskə atmaq istəmir. Buna baxmayaraq, Yunanıstan Kipr Yunan Respublikası ilə birgə Ermənistanla üçlü formatda dialoqunu gücləndirib. Bu dialoq Azərbaycan-Türkiyə ittifaqına qarşıdır. Yunanıstanın hərbi sənayesi Fransa və Hindistandakı qədər inkişaf etməsə də, bu ölkənin silah istehsal edən yüzlərlə müəssisəsi var. İrəvanın Fransa və Hindistanla yanaşı Yunanıstandan da hərbi texnika almaq istəyini istisna etmək olmaz. Təsadüfi deyil ki, bir neçə gün əvvəl Ermənistan Müdafiə Nazirliyində Yunanıstan və Kip nümayəndələri arasında hərbi əməkdaşlıq haqqında sazişlər imzalanıb. 3 ölkə arasında müdafiə sahəsində məsləhətləşmələr keçirilib, birgə əməkdaşlıq sahəsində proqramlara imza atılıb. Proqrama müvafiq olaraq tərəflər müdafiə sahəsində onlarla tədbir keçirəcək. Rəsmi Bakı indidən Yunanıstanın Fransa və Hindistanın səhvini təkrarlamamasıyla bağlı diplomatik kanallarla Afinaya çağırış etməlidir”. |
2023-12-24 | 816,391 | Mehriban Əliyeva Prezidenti bu sözlərlə təbrik etdi | Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə rəsmi instaqram səhifəsində paylaşım edib. Axar.az xəbər verir ki, paylaşımda qeyd olunur: “Doğum gününüz mübarək, cənab Prezident! Sizə möhkəm cansağlığı, sevinc və nur, uğur və qələbələrlə dolu uzun ömür arzulayıram! Tanrı Sizə güc və səbir versin! Biz Sizinlə fəxr edir və Sizi çox sevirik! Uca Allah Sizi və Azərbaycan xalqını qorusun!”. |
2023-12-24 | 816,392 | İsrail ordusu 5 israilli girovu öldürdü | Vəhşi sionist (İsrail) bombardmanı nəticəsində beş sionist məhbusdan məsul olan qrupla əlaqə kəsildi. Çox güman ki, məhbuslar sionistlərin Qəzzaya hücumlarından biri zamanı həlak olublar. Axar.az xəbər verir ki, bu barədə Əl-Qəssam Briqadasının Teleqram kanalında məlumat yayılıb. |
2023-12-24 | 816,393 | Türk ordusu terrorçuları belə məhv edir - Video | Türkiyə qoşunlarının terrorçulara qarşı əməliyyatı davam edir. Axar.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri aviazərbələrlə Suriyada SDQ/YPG hədəflərinə hücumlar edir. Əməliyyatdan görüntüləri təqdim edirik: |
2023-12-24 | 816,394 | İsrail Hizbullahın hərbi qərargahına zərbələr endirdi | İsrail qırıcı təyyarələri Hizbullahın hərbi qərargahına zərbə endirib. Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilib ki, bu, Hizbullahın ötən gün ölkənin şimalına etdiyi hücuma cavabdır. |
2023-12-24 | 816,395 | Türkiyə və BƏƏ nazirləri Qəzzanı müzakirə etdi | Türkiyənin xarici işlər naziri Hakan Fidan və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah bin Zayed ən-Nəhyan arasında telefon danışığı baş tutub. Axar.az xəbər verir ki, bu barədə Ankaradakı diplomatik mənbə məlumat yayıb. Məlumata görə, danışıqlar zamanı Qəzzada atəşkəs və davamlı sülhə nail olmaq üçün birgə çalışmağın vacibliyi vurğulanıb. |
2023-12-24 | 816,398 | Brüsseldən ürəyim bulanır - Orban | Avropa Birliyi Ukraynaya yardımı genişləndirmək, yəni Kiyevə macarların pulunu vermək üçün ianələrin artırılmasını və AB büdcəsinə düzəlişlər etməyi təklif edir. Axar.az xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban bildirib. "Mənim də Brüsseldən ürəyim bulanır. Əsas məsələ mövcud vəziyyətdən hansı nəticə çıxarmaqdır”, - Orban qeyd edib. |
2023-12-24 | 816,400 | Netanyahudan atəşkəs istəmədim - Bayden | İsrailin Baş naziri Benyamin Netanyahu ilə müzakirəmiz uzun və özəl oldu. Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib. "Mən ondan atəşkəs istəmədim", - prezident bildirib. |
2023-12-24 | 816,401 | SEPAH ABŞ-ı hədələdi: Bu yolları bağlayacağıq! | Aralıq dənizində su nəqliyyatına problemlər yaradacağıq. Axar.az xəbər verir ki, bunu SEPAH-ın koordinasiya məsələləri üzrə komandir müavini Məhəmmədrza Nəğdi deyib. “ABŞ Aralıq dənizinin bağlanmasını gözləməlidir. Bab əl-Məndəb və Qırmızı dənizdən sonra Aralıq dənizi, Cəbəllütariq və digər su yolları da bağlanacaq", - Nəğdi təhdid edib. Qeyd edək ki, son günlər İrana bağlı Yəmənin Husi silahlı qruplaşması Qırmızı dənizdə gəmilərə hücumlarını artırıb. |
2023-12-24 | 816,402 | İnfarkt öncəsi bu ağrılar olur - Diqqət | İnfarktdan öncə infarktönü vəziyyət yaranır. Çox xəstələr bu məqamı gözdən qaçırır. Axar.az Medicina.az-a istinadən xəbər verir ki, kardioloq Anastasiya Fomiçeva ürək üçün tipik olmayan kardial simptomları açıqlayıb. “Tipik simptomlara döş qəfəsində ağrı, sancı, təngnəfəslik, təzyiqin qəfil düşməsi, ürək ritminin pozulması – ya aritmiya, ya bradikardiya aiddir. İnfarkönünün qeyri-tipik simptomları: qəfil zəiflik, tərləmə, ürəkbulanma, qusma, öyümə, qarında ağrı, öskürək, huşun itməsi, ölüm qorxusu, ayaqların gücsüzləşməsi. Aşağıdakı simptomlar isə artıq infarktın kəskin fazasını göstərir: - Sinədə sanki beton plitə varmış kimi ağırlıq; - Sinədə alov, yanma hissi; - Sanki öndən və arxadan bıçaq kəsirmiş kimi hiss; - Ağrının boyun, çənə, qola, qarına yayılması; - Nitroqliserin qəbulundan sonra da ağrının kəsməməsi; - Ağrı 20-30 dəqiqədən tutmuş 5 saata kimi davam edə bilər", - kardioloq qeyd edib. |
2023-12-24 | 816,403 | Şmidtin qəbri üzərinə nasist simvolları çəkildi | Almaniyanın keçmiş kansleri Helmut Şmidtin (1974-1982) Hamburq qəbiristanlığındakı məzarı üzərinə naməlum şəxslər nasist simvolları çəkiblər. Axar.az xəbər verir ki, bu barədə DPA agentliyi yerli polisin nümayəndəsinə istinadən məlumat yayıb. Məlumata görə, hadisə cümə günü axşam saatlarında baş verib. Şənbə günü Şmidtin anadan olmasının 105 illiyi tamam olub. Hadisənin başvermə şəraiti və həmin şəxslərin kimliyi hələlik müəyyən edilməyib. Qəbir daşı təmizlənib. |
2023-12-24 | 816,432 | Neftçalada balıq ovu ilə məşğul olan şəxs saxlanıldı | Neftçalada qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə ekoloji cinayətlərin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlər keçirilib. Polis əməkdaşlarının ekologiyaya ciddi zərər vuran vasitələrdən istifadə edilməklə həyata keçirilən qanunsuz balıq ovuna qarşı keçirdikləri tədbirlər zamanı Kür çayının Neftçala rayonunun Bankə qəsəbəsi ərazisində keçən hissəsində qanunsuz olaraq balıq ovu ilə məşğul olan Yeniqışlaq kənd sakini E.Məmmədov saxlanılıb. Həmin şəxsdən müxtəlif növ ov qurğuları, eləcə də qanunsuz olaraq ovlanmış balıqlar aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırmalar aparılır. Bu istiqamətdə tədbirlər polis əməkdaşları tərəfindən mütəmadi davam etdiriləcək. |
2023-12-24 | 816,433 | Qəzzada ölən jurnalistlərin sayı 100-ə çatdı | Oktyabrın 7-də Qəzzada başlayan hərbi münaqişədən bəri ölən jurnalistlərin sayı 100-ə çatıb. Axar.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” telekanalı məlumat yayıb. “Ən son qurban isə ötən gün İsrailin Qəzzanın şərqinə endirdiyi hava hücumu zamanı öldürülən fələstinli jurnalist Məhəmməd Əbu Hveydi olub”, - telekanal bildirib. |
2023-12-24 | 816,435 | Dünyanın ən böyük 5 böhranından biri İrandır – Kemeron | Rusiyanın Ukraynaya qarşı müharibəsi, Yaxın Şərqdəki toqquşmalar, terrorizm və iqlim dəyişikliyi ilə yanaşı, İran təhdidi dünyanın ən mühüm beş böhranından biridir. Axar.az xəbər verir ki, bunu Britaniya xarici işlər naziri Devid Kemeron deyib. O, İran rejiminin Britaniyada fəaliyyət göstərən iranlı jurnalistlərə qarşı təhdidləri ilə bağlı çox sayda sübutların olduğunu bildirib: “İrana bağlı HƏMAS, Hizbullah və Husi müxtəlif bölgələrdə Tehranın dəstəyi ilə şiddətli böhranlar yaradır”. |
2023-12-24 | 816,438 | 669-cu gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 669-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 353 190 hərbçi, 5 858 ədəd tank, 10 888 ədəd zirehli döyüş maşını, 8 314 ədəd artilleriya sistemi, 932 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 611 hava hücumundan müdafiə sistemi, 324 ədəd hərbi təyyarə, 327 ədəd helikopter, 11 022 ədəd avtomobil texnikası, 6404 ədəd PUA, 1 614 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 229 xüsusi avadanlıq itirib. |
2023-12-24 | 816,441 | İranda mahnıya görə restoran bağlandı, ifaçı həbs edildi | İranın Kiş adasında Sasan Heydəri (Sasi Manken) adlı müğənninin mahnısının ifa edildiyi restoran bağlanılıb. Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Məlumata görə, mahnını ifa edən müğənni də saxlanılıb, hətta haqqında cinayət işi açılıb. Qeyd edək ki, ABŞ-da yaşayan gənc müğənni Sasan Heydərinin (Sasi Manken) mahnılarının İranda səsləndirilməsi qadağandır. |
2023-12-24 | 816,442 | Güclü külək: FHN əhaliyə xəbərdarlıq etdi | Fövqəladə Hallar Nazirliyi (FHN) mövcud hava şəraiti ilə əlaqədar vətəndaşlara müraciət edib. Nazirlikdən Axar.az-a bildirilib ki, hazırda ölkə ərazisində güclü küləkli hava şəraiti müşahidə olunur və əsən güclü küləyin dekabrın 25-dək davam edəcəyi proqnozlaşdırılır. "Belə hava şəraitinin həyat və sağlamlıq üçün yarada biləcəyi mümkün təhlükələri nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin", - nazirlikdən bildirilib. |
2023-12-24 | 816,447 | Mirziyayev İlham Əliyevə zəng etdi | Dekabrın 24-də Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Şövkət Mirziyayev dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, prezidentlik fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib. Dövlət başçıları Azərbaycan ilə Özbəkistan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, yüksək səviyyədə keçirilən mütəmadi görüşlərin və təmasların əməkdaşlığımızın genişlənməsinə töhfə verdiyini qeyd ediblər. Prezident İlham Əliyev COP29-un gələn il Azərbaycanda keçirilməsi ilə bağlı qəbul edilmiş qərar münasibətilə Özbəkistan Prezidentinin göndərdiyi təbrik məktubuna görə bir daha təşəkkürünü bildirib. Öz növbəsində Özbəkistan Prezidenti bu münasibətlə dövlətimizin başçısını bir daha təbrik edərək, bunu Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinin və ölkəmizə göstərilən hörmətin təzahürü kimi dəyərləndirib. Telefon söhbəti zamanı əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb, əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub, gələn il yeni təmaslar barədə danışılıb. |
2023-12-24 | 816,448 | Güclü külək Tərtərdə fəsadlar törətdi | Ötən gün axşam saatlarından başlayaraq əsən güclü külək Tərtər rayonunda bir sıra fəsad törədib. Axar.az xəbər verir ki, küləyin təsirindən ağaclar aşıb, Tərtər şəhərində çoxmənzilli iki yaşayış binasının dam örtüklərinin bir hissəsi uçub. Külək nəticəsində rayonun elektrik təsərrüfatına da ziyan dəyib. Tərtər şəhəri ərazisinə və kəndlərə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Hazırda dəymiş ziyanın aradan qaldırılması istiqamətində iş aparılır. |
2023-12-24 | 816,451 | Leyla Əliyeva Prezidentin ad gününü belə təbrik etdi - Foto | Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günü münasibətilə İnstaqram hesabında paylaşım edib. Axar.az xəbər verir ki, paylaşımda Leyla Əliyevanın Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə Şuşada çəkilmiş şəkli əksini tapıb. Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Dövlət başçısının 62 yaşı tamam olur. |
2023-12-24 | 816,452 | Sabirabadda yaşayış binasında yanğın baş verdi | Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Sabirabad rayonu, Heydər Əliyev prospektində yerləşən beşmərtəbəli yaşayış binasında mənzildə vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-dən Axar.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal çağırış ünvanına FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sabirabad rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub. Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzilin qapısını açaraq bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış 10 nəfəri xilas ediblər. |
2023-12-24 | 816,454 | Rusiya artıq anlayır: Paşinyan “gedir”… | Ermənistan-Rusiya münasibətləri qarşıdakı ildə daha da pisləşəcək, çünki Rusiya artıq başa düşür ki, Baş nazir Nikol Paşinyan Qərb dövlətlərinin köməyi ilə Ermənistanı uçuruma aparır. Axar.az xəbər verir ki, bu sözləri Yaxın Şərq və Mərkəzi Asiya Araşdırmalar Mərkəzinin direktoru, Rusiya Dövlət Dumasının keçmiş deputatı Semyon Baqdasarov deyib. “Qərbə üz tutmağın əleyhinə deyiləm, amma həmişə sual verirəm: Ermənistan ona kimin kömək edə biləcəyini başa düşürmü? Yox! Bu siyasət davam edərsə, Ermənistan sadəcə olaraq mövcudluğunu dayandıracaq”, - Baqdasarov bildirib. |
2023-12-24 | 816,455 | Çin də özünün “Vaqner”ini yaradır | Çin dünyanın əlverişsiz bölgələrində xarici layihələrin təhlükəsizliyini təmin etmək üçün tədricən öz şəxsi hərbi şirkətlərini yaratmaq niyyətindədir. Axar.az xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb. Bildirilib ki, Çin-Afrika İş Şurasının və Çin Müasir Beynəlxalq Münasibətlər İnstitutunun təşkilatçılığı ilə Pekində keçirilən seminarda Çin vətəndaşlarının və müəssisələrinin təhlükəsizliyinin təmin edilməsi mövzusu müzakirə edilib. Tədbirdə Çinin ən böyük təhlükəsizlik şirkətləri, Xarici İşlər Nazirliyinin rəsmiləri iştirak edib. Qeyd olunub ki, hazırda dünyanın müxtəlif ölkələrində Çin kapitalı ilə 47 min şirkət fəaliyyət göstərir. Onlar əsasən enerji, mədənçıxarma, infrastruktur və istehsal sektorlarında layihələrdə iştirak edirlər. Çinin Kommersiya Nazirliyinin hesabatına əsasən, bu şirkətlərdə işləyənlərin sayı 4.1 milyon nəfərdir. Onların da 2.5 milyonunu əcnəbilər təşkil edir. |
2023-12-24 | 816,456 | İlham Əliyev Azərbaycanı dünyaya qalib ölkə kimi tanıtdı | 2003-cü ilin 15 oktyabr tarixində Azərbaycan xalqı tarixi seçimini edərək öz səsini ölkəmizdə Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə, sabitliyin qorunmasına və dinamik inkişafın təmin olunmasına verdi. Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib. Millət vəkili bildirib ki, həmin tarixi gündən keçən 20 il ərzində Azərbaycan qarşısında duran bütün vəzifələri yerinə yetirdi: “Bu il oktyabrın 15-də qədim Azərbaycan şəhəri olan Xankəndidə müqəddəs bayrağımızı ucaldarkən öz xalqına müraciət edən Prezident İlham Əliyev demişdir: “Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq.” Möhtərəm dövlət başçımız bütün vədlərinə, verdiyi bütün sözlərə əməl etdi. Bununla da Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına 2003-cü ilin yanvar ayının 10-da etdiyi müraciətində dediyi bütün sözlər də öz təsdiqini tapmış oldu. Həmin müraciətində Ulu Öndər demişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. ..İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Bu tarixi müraciət əslində Azərbaycan dövlətinin və xalqının gələcək müqəddəratını həll edəcək bir çağırış idi. Xalqımız bu çağırışı layiqincə dəyərləndirdi və öz gələcək taleyini Ulu Öndərin ən layiqli davamçısı olan cənab İlham Əliyevə etibar etdi”. Deputat qeyd edib ki, Prezident İlham Əliyev ölkənin siyasi sisteminin yeni, müasir çağırış və tələblərə cavab verə bilən unikal modelini qurmağa müvəffəq olub: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. Dövlətimizin başçısı öz fəaliyyəti və davranışı ilə ölkənin ictimai həyatına və siyasi sisteminə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartları, milli siyasi etika nümunələri təqdim etdi. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edərək, ölkəmizin qısa zamanda dünyada tolerantlıq məkanı, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı”. Prezident İlham Əliyevin həyata keçirdiyi möhtəşəm strategiya sayəsində Azərbaycanın son üç ildə əldə etdiyi parlaq Qələbələrin xalqımızın tarixində ən böyük zəfərlər olduğunu vurğulayan K.Qafarov deyib: “2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması cənab Prezident İlham Əliyevin Zəfər zirvəsi oldu. Lakin Zəfərlərimiz bununla bitmədi. Bu ilin oktyabr ayının 15-də isə, Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırmaqla növbəti dəfə tarix yazdı. Bu hadisədən bir ay öncə aparılmış antiterror tədbirləri nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərərək Qarabağda separatçılığın kökünü kəsdilər və bununla da Azərbaycanın bütün ərazisində suverenliyi tam bərpa olundu. Cənab Prezident İlham Əliyev xalqın 30 illik həsrətinə, dədə-baba torpaqları nisgilinə son qoymaqla Ulu Öndər Heydər Əliyevin ən böyük vəsiyyətini yerinə yetirdi və eyni zamanda da millətin qürurunu özünə qaytardı”. |
2023-12-24 | 816,460 | Bu ərazilərə qar yağdı - Faktiki hava | Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 24-ü saat 11:00-a olan məlumatına əsasən bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağıb. Qərb küləyi bəzi yerlərdə arabir güclü olub. Xidmətdən Axar.az-a bildirilib ki, qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 12 sm, Gədəbəydə 8 sm, Göygöl, Daşkəsən, Ordubadda 3 sm, Kişçayda (Şəki) 1 sm olub. Düşən yağıntının miqdarı Ordubadda 12 mm, Daşkəsən, Şəkidə 7 mm, Gədəbəydə 6 mm, Gəncə, Şəmkir, Göygöl, Balakən, Tovuz, Qax, Ordubad, Şahbuz, Mingəçevir, Yevlax, Naftalan, Ceyrançöl, Ağstafa, Zaqatala, Culfa, Sədərək, Naxçıvan, Şərurda 5 mm-dək olub. Şimal-qərb küləyi arabir Tərtər, Naftalanda 32 m/s, Bərdə, Gəncə, Daşkəsəndə 30 m/s, Ağdam, Yardımlı, Tovuzda 28 m/s, Mingəçevirdə 26 m/s, Ağstafa, Kəlvəzdə 25 m/s, Göyçay, Balakəndə 24 m/s, Yevlaxda 23 m/s, Zərdabda 22 m/s, Cəfərxan, Neftçala, Şahdağ, Şəki, Culfada 20 m/s, Şəmkir, Göytəpə, Lənkəran, Beyləqan, Cocuqmərcanlı, Naxçıvanda 18 m/s, Sabirabad, Altıağac, Ceyrançöldə 17 m/s, Biləsuvar, Şabran, Gədəbəydə 16 m/s, Kürdəmirdə 15 m/s, Bakıda və Abşeron yarımadasında isə 24 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 1-6 dərəcə şaxta, Aran rayonlarında 2 dərəcəyədək isti, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta olub. |
2023-12-24 | 816,461 | AB-nin 6 ölkəsi Ukrayna ilə bağlı sənədə imza atmayıb | Altı AB ölkəsi hələ də Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında bəyannamə imzalamayıb. Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin beynəlxalq məsələlər üzrə müavini Andrey Sibiqa deyib. “27 AB ölkəsindən yalnız altısı birgə bəyanata imza atmayıb. Bunlar Avstriya, Xorvatiya, Polşa, Macarıstan, Slovakiya və Maltadır. Bəyannaməyə qoşulmaları üçün biz bu dövlətlərlə işləyirik”, - Sibiqa bildirib. |
2023-12-24 | 816,462 | Nikol ümid edir ki, ona Nobel mükafatı veriləcək | Ermənistanın Baş naziri Nikol Paşinyan özünü Napoleon Bonapart hesab edir. Axar.az xəbər verir ki, bunu rusiyayönümlü bloger Mika Badalyan deyib. “Üstəlik, o, Nobel Sülh Mükafatını xəyal edir, arzulayır və ona bu, vəd olunur”, - Badalyan bildirib. |
2023-12-24 | 816,463 | Lukaşenko İlham Əliyevə zəng etdi | Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətindən məlumat verilib. Aleksandr Lukaşenko dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, dövlətçilik fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Azərbaycan və Belarus prezidentləri ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin uğurlu inkişafından məmnunluqlarını bildirib, gələcəkdə əlaqələrimizin daha da genişlənəcəyinə əminliklərini ifadə ediblər. Telefon söhbəti zamanı dövlət başçıları əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar. |
2023-12-24 | 816,464 | Türkiyə ordusu 25 terrorçunu məhv etdi | Türkiyə ordusunun keçirdiyi əməliyyatlar zamanı Şimali İraq və Suriyada ən azı 25 PKK terrorçusu məhv edilib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Yaşar Gülər məlumat verib. “Dünən axşam 13, bu gün isə 12 terrorçu məhv edilib. İlin əvvəlindən bəri məhv edilən terrorçuların sayı 2156 nəfərə çatıb”, – nazir bildirib. |
2023-12-24 | 816,469 | Putin İlham Əliyevə zəng etdi | Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Vladimir Putin Azərbaycan Prezidentini ad günü münasibətilə təbrik edib, prezidentlik fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb. Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Telefon söhbəti zamanı ikitərəfli dostluq münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. Dövlət başçıları ikitərəfli münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. |
2023-12-24 | 816,472 | İran Rusiyaya tarix müəllimi göndərmək istəyir | İran parlamentinin sədr müavini Müctəba Zülnuri İranın Rusiyaya tarix və coğrafiya müəllimləri göndərməyə hazır olduğunu deyib. Axar.az xəbər verir ki, o, bu barədə parlamentdəki çıxışında bildirib. "Rusiyaya tarix və coğrafiya müəllimləri göndərməklə ərəb hökumətlərinin onları aldatmasının qarşısını almaq istəyirik", - o bildirib. Qeyd edək ki, dekabrın 20-də Mərakeşdə Rusiya ilə ərəb ölkələri arasında keçirilən birgə iclasda İran körfəzində yerləşən 3 mübahisəli ada ilə bağlı BƏƏ-nin mövqeyini dəstəkləyən bəyanat qəbul edilib. Rusiya İran nəzarətində olan Kiçik Tunb, Böyük Tunb və Əbu Musa adalarının Birləşmiş Ərəb Əmirliklərinə məxsus olduğunu bildirən bəyanata qol çəkib. |
2023-12-24 | 816,475 | İlham Əliyevə təbrik məktubları davam edir | Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-2007-ci illərdə Latviya Respublikasının prezidenti Vayra Vike-Freyberqa və həyat yoldaşı İmants Freyberqs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar. Axar.az məktubun mətnini təqdim edir: “Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq. Bu əlamətdar gündə fürsətdən istifadə edərək Sizi Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi münasibətilə bir daha təbrik edirik. Sizə fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirik”. *** Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti İsmail Serageldin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunur: “Hörmətli cənab Prezident. Sizi doğum gününüz münasibətilə təbrik edir, ən səmimi və xoş arzularımı bildirirəm. Xüsusilə bu tarixi dönəmdə - Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyiniz bir vaxtda qoy Sizin bu zəfər marşınız yeni-yeni uğurlar gətirsin, dostlarınız və Sizi sevənlər bu uğurlara baxıb sevinsinlər!” *** 2004-2012-ci illərdə Serbiyanın Prezidenti Boris Tadiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunur: “Əziz dostum, Prezident Əliyev. Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edir, neçə-neçə belə gözəl illərə çıxmağınızı arzulayıram”. *** 2009-2011-ci illərdə Belçikanın baş naziri İv Löterm Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunur: “Hörmətli Prezident. Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz dəstəyə görə Sizə minnətdaram. Sizə, ailənizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram”. *** 2006-2009-cu illərdə İsrailin baş nazirinin müavini, xarici işlər naziri, 2006-2007-ci, 2013-2014-cü illərdə ədliyyə naziri Tzipi Livni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunur: “Hörmətli Prezident Əliyev. Doğum gününüz münasibətilə Sizi təbrik edirəm. Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram. Mərkəzimizə göstərdiyiniz dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm”. *** Səudiyyə Ərəbistanının Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Turki Əl Faysal Əl Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunur: “Zati-aliləri Prezident İlham Əliyev. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Bu əlamətdar gündə Sizə, ailənizə və Azərbaycan xalqına cansağlığı və xoşbəxtlik diləyirəm”. *** 1997-2000-ci, 2001-2005-ci illərdə Norveçin baş naziri Kyel Maqne Bondevik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunur: “Hörmətli Prezident, əziz dostum. “Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz dəstəyə görə Sizə həmkarlarım adından və şəxsən öz adımdan minnətdarlığımızı bildirirəm. Sizinlə əməkdaşlıq etmək çox xoşdur. Sizə təbriklərimi və ən xoş arzularımı çatdırıram”. *** 2012-2022-ci illərdə Sloveniyanın prezidenti Borut Pahor Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunur: “Hörmətli Prezident və əziz dost. Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırıram. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin möhtəşəm komandası ilə birgə Sizinlə şəxsən görüşümüzü səbirsizliklə gözləyirəm. Sizə uğurlar diləyirəm”. *** “Müasir Köləliyə Son Qoyaq” Qlobal Fondunun İdarə Heyətinin sədri, “Exxon Mobile” şirkətinin sabiq vitse-prezidenti Jan Baderşneyder Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunur: “Hörmətli Prezident Əliyev. Sizi doğum gününüz münasibətilə təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıram. Siz dünyanın çox dəyərli və mühüm əhəmiyyət kəsb edən bölgəsində möhtəşəm liderlik nümayiş etdirirsiniz. Bizim daha çox müdrik və cəsarətli liderlərə ehtiyacımız var. Mən Azərbaycanı dəstəkləməyə davam edəcəyəm. Sizinlə birgə işləməyə ümidvaram”. *** 2012-2017-ci illərdə Bolqarıstanın prezidenti Rosen Plevneliyev və 1997-2002-ci illərdə Bolqarıstanın prezidenti Petar Stoyanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar. Məktubda qeyd olunur: “Möhtərəm cənab Prezident. Doğum gününüz münasibətilə Sizə bütün Bolqarıstan xalqı adından və şəxsən öz adımızdan ən xoş arzularımızı çatdırırıq. Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə daha firavan həyat diləyirik. Bizim Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Sizinlə fəxr edirlər”. *** BMT Baş Assambleyasının 73-cü sessiyasının sədri, 2012-2014-cü illərdə Ekvadorun müdafiə naziri, 2017-2018-ci illərdə xarici işlər naziri Mariya Fernanda Espinoza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunur: “Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizi təbrik edir, Sizə uzun ömür, cansağlığı və firavan həyat diləyirəm. Azərbaycana əbədi sülh arzulayır, eləcə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinin əsasını təşkil edən mədəniyyətlərarası dialoq və qarşılıqlı anlaşmaya göstərdiyiniz davamlı dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm”. *** TENEO şirkətinin Baş müşaviri, Fransanın sabiq Prezidenti Şarl de Qolun nəvəsi Natali Qule Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunur: “Cənab Prezident. Doğum gününüz münasibətilə Sizi təbrik edirəm və qarşıdan gələn ildə Sizə yeni-yeni uğurlar arzulayıram. Yeni ildə Sizə sevinc dolu günlər və xoşbəxtlik diləyirəm”. *** 2015-2018-ci illərdə Mavrikinin prezidenti Amina Qurib-Fakim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunur: “Möhtərəm cənab Prezident. Doğum gününüz münasibətilə Sizi təbrik edirəm. Sizə cansağlığı və firavanlıq arzulayıram. Qoy Azərbaycan dövləti həmişə Sizin güclü liderliyinizdən bəhrələnsin!” *** 2007-2011-ci illərdə Latviyanın prezidenti Valdis Zatlers Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunur: Zati-aliləri, cənab Prezident. Sizinlə tez-tez görüşməsək də, səmimi münasibətimiz həmişə davam edəcək. Mən həmişə Sizi etibarlı dostum hesab edəcəyəm. Doğum gününüz mübarək, hörmətli Prezident”. *** 2014-2018-ci illərdə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunur: “Əziz dostum, hörmətli Prezident Əliyev. “Doğum gününüz münasibətilə Sizi təbrik edirəm. Dost Azərbaycan xalqının mənafeyi naminə Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Qarşıdan gələn Yeni il bayramı münasibətilə də ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm”. *** 2022-2023-cü illərdə BMT-nin Baş Assambleyasının 77-ci sessiyasının sədri Ksaba Korosi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunur: “Hörmətli Prezident, Birgə keçirdiyimiz universitet illərini xatırlayaraq, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ailəsinə göstərdiyiniz böyük dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm. Sizə və sevdiyim ölkənizə yeni-yeni uğurlar arzulayıram”. *** 2012-2016-cı illərdə Monteneqronun müdafiə naziri Milisa Pjanoviç-Durisiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunur: “Hörmətli cənab Prezident. İcazə verin bu xoş fürsətdən istifadə edərək Sizə doğum gününüz münasibətilə ən xoş arzularımı çatdırım. Sizinlə görüşlərimizi daim xatırlayır, təşkilatımıza göstərdiyiniz diqqət və qayğıya görə Sizə ən səmimi duyğularla minnətdarlığımı bildirirəm”. *** UNESCO-nun xoşməramlı səfiri və mədəni diplomatiya üzrə xüsusi nümayəndəsi Hedva Ser Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunur: “Cənab Prezident, Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə uzun ömür, cansağlığı arzu edərək ən yüksək ehtiramımı bildirirəm”. *** 2010-2012-ci illərdə Monteneqronun Baş naziri İqor Luksiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunur: “Hörmətli cənab Prezident Əliyev. “Doğum gününüzü səmimi–qəlbdən təbrik edirəm. Bu xoş fürsətdən istifadə edərək Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyir, bizim Beynəlxalq Mərkəzimizə göstərdiyiniz diqqət və qayğıya görə minnətdarlığımızı bildirirəm”. *** 2010-2015-ci illərdə Xorvatiyanın prezidenti İvo Yosipoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunur: “Zati-aliləri Prezident İlham Əliyev. Doğum gününüz mübarək olsun! Azərbaycanın Prezidenti vəzifəsində möhtəşəm nailiyyətləriniz münasibətilə Sizi təbrik edirəm. Sizin iqtisadiyyata, mədəniyyətə, xalqlar arasında sülhə və dostluğa verdiyiniz dəyər yalnız öz gözəl ölkənizə deyil, bütün dünyaya töhfədir. Bu xoş fürsətdən istifadə edərək, Sizə uzun ömür, xoşbəxtlik və möhtəşəm liderliyinizin davamlı olmasını arzu edirəm”. *** 2010-2012-ci illərdə Gürcüstanın baş nazirinin müavini, 2008-ci ildə xarici işlər naziri Eka Tkeşelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunur: “Hörmətli Prezident. Bu xoş fürsətdən istifadə edərək Sizi doğum gününüz münasibətilə təbrik edirəm. Sizin xalqınız xoşbəxtdir ki, həyatını öz Vətəninin inkişafına həsr edən Lideri var. Azərbaycanın möhtəşəm nailiyyətlərini müşahidə etmək fürsətimiz oldu. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz dəstəyə və bizi bu mühüm prosesin bir hissəsi olmağa imkan yaratdığınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizə möhkəm cansağlığı və qarşıdakı planlarınızın həyata keçməsini, Qarabağın tamamilə bərpa olunmasını, Azərbaycanın mühüm regional və qlobal oyunçu kimi rolunun daha da artmasını arzu edirəm. Sizə və ailənizə ən xoş arzularımı çatdırıram”. *** Bosniya və Herseqovinanın BMT-də daimi nümayəndəsi, 2001-2002-ci illərdə Bosniya və Herseqovinanın baş naziri, 1993-1996-cı, 2012-2015-ci illərdə baş nazirin müavini Zlatko Laqumciya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunur: “Hörmətli Prezident və əziz dost. “Doğum gününüz münasibətilə ürəkdən gələn təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Sizə və ölkənizə ən xoş arzularımı çatdırıram. Rəhbərliyinizlə yaradılmış Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz dəstəyə görə xüsusi minnətdarlığımı bildirirəm. Bizim hər zaman Azərbaycanın haqq işini dəstəkləyəcəyimizə əmin ola bilərsiniz”. *** 2004-2014-cü illərdə İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Ekmələddin İhsanoğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunur: “Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Zati-alinizə, çox hörmətli xanımınıza və qardaş Azərbaycan xalqına cansağlığı və uzun ömür diləyirəm. Bu il bizi sevindirən çox böyük nailiyyətlərin şahidi olduq. Belə ki, Sizin Ali Baş Komandanlığınız, türk xalqının mənəvi dəstəyi ilə qəhrəman Azərbaycan Ordusu işğal altındakı digər torpaqlarını da azad etdi və hər kəsin iftixar hissinə çevrilən daha bir şanlı Zəfər qazandı. Qardaş Azərbaycan xalqına Sizin rəhbərliyinizlə daha firavan və xoşbəxt həyat şəraiti arzu edirəm. Sizin himayəniz altında fəaliyyət göstərən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yeni-yeni uğurlar əldə edəcəyinə inanıram. Ən səmimi arzu və diləklərimi qəbul etməyinizi xahiş edirəm”. *** İCESCO-nun sabiq Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunur: “Möhtərəm cənab Prezident İlham Əliyev. Zati-alinizi doğum gününüz münasibətilə təbrik etməkdən böyük şərəf duyuram. Siz dünyada sülhün, dialoqun və birgəyaşayışın təşviqinə göstərdiyiniz səmimi səylərə görə zəmanəmizin ən müdrik liderlərindən birisiniz. Sizə ölkənizin daha da inkişafı yolunda davamlı uğurlar arzu edirəm”. *** BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri, 2015-2016-cı illərdə Türkiyənin Avropa Birliyi işləri üzrə naziri Volkan Bozkır Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunur: “Cənab Prezident. Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. İnşallah bu günə qədər Azərbaycan üçün gördüyünüz möhtəşəm işlərinizin, bütün dünyanın qibtə ilə izlədiyi nailiyyətlərinizin davamlı olmasını diləyirəm. Xanımım Nazlı ilə birlikdə Azərbaycanın birinci xanımına və Zati-alinizə ən dərin ehtiramımı bildirirəm”. *** 2018-2019-cu illərdə Rumıniyanın Baş nazirinin müavini, 2019-cu ildə ədliyyə naziri, 2012-2020-ci illərdə parlamentin üzvü Ana Birçal Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunur: “Hörmətli cənab Prezident. Sizə doğum gününüz münasibətilə ən səmimi arzularımı çatdırır və neçə belə gözəl illərə çıxmağınızı diləyirəm. Siz müdrikliyiniz və strateji liderliyiniz sayəsində Azərbaycanın ərazi bütövlüyünə nail olaraq ölkənizi beynəlxalq səviyyədə tanıtmısınız. Bizim ortaq məqsədlərimiz - Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlığı gücləndirmək və dərinləşdirmək istiqamətində Sizinlə birgə çalışmaq böyük məmnunluq doğurur. Dahi Nizami Gəncəvinin dediyi kimi, bizim dostluğumuz səmimi və saf olmalıdır. Biz Sizin və Azərbaycanın əsl dostuyuq”. *** 2004-2007-ci illərdə Pakistanın baş naziri Şövkət Əziz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunur: “Zati-aliləri cənab Prezident Əliyev. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olmaq böyük şərəfdir. Mərkəz sülhü, inkişafı və firavanlığı təşviq etməkdə mühüm rola malikdir. Dünyanın Sizin kimi liderlərə ehtiyacı var ki, onlar insanların həyat şəraitini, təhsilin səviyyəsini yüksəltməyə kömək etsin. Zati-aliləri, Siz sülhün, tolerantlığın və dinc yaşayışın bərqərar olması üçün çox iş görmüsünüz və əminik ki, bundan sonra da çox iş görəcəksiniz. Sizin nəcib təşəbbüslərinizin bir hissəsi olmaqdan fəxr edir və Sizə davamlı uğurlar arzulayırıq”. *** 2003-2018-ci illərdə Monteneqronun Prezidenti Filip Vuyanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunur: “Möhtərəm cənab Prezident. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Monteneqronun Prezidenti olduğum illərdə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi Sizinlə görüşlərimi, apardığımız danışıqları məmnunluqla xatırlayır, Sizə dərin ehtiramımı bildirirəm. Monteneqro ilə Azərbaycan arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə Sizin bundan sonra da töhfələrinizi görməkdən məmnun olacağam”. *** 2013-2020-ci illərdə Maltanın Baş naziri Cozef Muskat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunur: “Hörmətli Prezident, əziz dostum. Doğum gününüz münasibətilə ailəm adından və şəxsən öz adımdan Sizə ən xoş arzularımı bildirirəm. Malta üçün etdiklərinizə görə Sizə minnətdaram. Mənim həmvətənlərim Sizə minnətdarlıqlarını bildirirlər. Biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzində birgə fəaliyyət göstərməyə davam edəcəyik”. *** İtaliya Prezidentinin sabiq diplomatik müşaviri, Malta Hərbi Ordeninin Vatikandakı səfiri, "Pirelli" şirkətinin baş müşaviri Antonio Zanardi Landi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. “Hörmətli cənab Prezident Əliyev. İcazə verin, doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırım. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müxtəlif ölkələr arasında dostluq və anlaşmanı gücləndirmək üçün göstərdiyi müstəsna fəaliyyətə verdiyiniz dəstəyə görə Sizə çox minnətdarıq. Zati-alinizə, ailənizə və ölkənizə ən xoş arzularımı çatdırıram”. *** 2015-ci ildə Moldovanın baş naziri Kirill Qaburiçi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunur: “Zati-aliləri cənab Prezident. Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Belə xoş günləri bundan sonra da doğmalarınızın və yaxınlarınızın əhatəsində qeyd etməyinizi arzulayıram. Qarşıdan gələn ildə Azərbaycana yeni-yeni uğurlar, firavanlıq və davamlı inkişaf diləyirəm”. *** Napoli-Bakı Assosiasiyasının sədri Cuzeppe Kanilia Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunur: “Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimizi çatdırıram. Biz ölkənizə və onun vətəndaşlarına yorulmaz xidmətinizə görə Sizə minnətdarlığımızı bildiririk və hər zaman Sizi dəstəkləyəcəyik. Sizə həm şəxsi həyatınızda, həm də ali dövləti fəaliyyətinizdə uğurlar və xoşbəxtlik dolu bir il diləyirik”. *** GUAM-ın Baş katibi Altay Əfəndiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunur: “Zati-aliləri. Doğum gününüz münasibətilə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın – GUAM-ın Katibliyi adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırıram. Bu gün doğum gününüz milli maraqlara, beynəlxalq hüquqa, strateji baxışa, müdrikliyə, fədakarlığa və səbrə əsaslanan rəhbərliyinizlə həyata keçirilən siyasətlə formalaşmış tamamilə yeni milli və beynəlxalq kontekstlərə şahidlik edir. Bu il Azərbaycan Respublikası işğal olunmuş torpaqlarını tam azad edib və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bütün ərazisi üzərində suverenliyini bərpa edib. 2020-ci ildə Vətən müharibəsində qazanılan şanlı Qələbə nəticəsində əldə olunan nailiyyətlər 2023-cü ilin sentyabrında aparılan lokal xarakterli antiterror tədbirləri ilə yekunlaşdı. Bu gün ölkədə işğaldan azad edilmiş torpaqların intensiv şəkildə genişmiqyaslı yenidən qurulması və bərpası, insanların öz doğma yurdlarına qayıtması, bu geniş ərazilərin milli və regional iqtisadiyyata yenidən inteqrasiyası istiqamətində proses sürətlə gedir. Beləliklə, 2023-cü il respublika tarixində müstəqil Azərbaycanın 30 illik bir dövrünün başa çatması, ölkənin ərazilərinin işğaldan tam azad edilməsi və suverenliyinin bərpası ilə müşayiət olunan Zəfərlə yekunlaşan bir il kimi qalacaq. Bu kontekstdə rəmzi xarakter daşıyan bir cəhət də odur ki, bu il Azərbaycan həm də ölkənin mövcudluğunun sual altında olduğu kritik bir zamanda Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışının 30-cu ildönümünü qeyd etdi. Yeni Azərbaycanın tarixində bu möhtəşəm 30 il həm də Azərbaycanın qazandığı qələbələrin və ümumi uğurların ilkin şərti və təminatçısı olan milli birliyin, davamlılığın, Azərbaycan rəhbərliyinin ardıcıllıqla həyata keçirdiyi siyasi xəttin əhəmiyyətini göstərir. Bu il Ümummilli Liderin 100 illik yubileyinin qeyd olunması yuxarıda deyilənlərin hamısına xüsusi məna verir. Ölkə öz inkişafında yeni dövrə qədəm qoyduğu bir dönəmdə biz də Sizin regionda ədalətli və davamlı sülhə nail olunması istiqamətində göstərdiyiniz ardıcıl və yorulmaz səylərinizi yüksək qiymətləndiririk. Biz Azərbaycanın çoxtərəfli əməkdaşlıq çərçivəsində mühüm regional təşəbbüslər və layihələr həyata keçirməklə bölgədə sabitliyə, təhlükəsizliyə və inkişafa verdiyi töhfəni yüksək dəyərləndiririk. Fəaliyyətinizdə Sizə daha böyük uğurlar arzulayır, həmçinin inklüziv regional təşəbbüslər və qlobal əhəmiyyətli layihələri həyata keçirməklə bölgənin potensialının tam şəkildə ortaya çıxarılması və istifadə edilməsi üçün göstərilən səylərə töhfə verməyə hazır olduğumuzu bildiririk. Azərbaycanı hərtərəfli islahatları, iqtisadi və sosial həyatın bütün sahələrinin modernləşdirilməsini və demokratikləşməsini, eləcə də xalqın rifahının daim inkişaf edən qlobal mühitin çağırışlarına uyğun daha da yaxşılaşdırılmasını, ölkənin aparıcı beynəlxalq mövqeyinin və rolunun gücləndirilməsini özündə əks etdirən yeni inkişaf mərhələsinə çıxarmaq missiyanızda Sizə daha böyük uğurlar arzulayırıq. Zati-aliləri, bu əlamətdar gün və müstəqil Azərbaycanın inkişafındakı tarixi nailiyyətləriniz münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, tükənməz enerji, xalqın və ölkənin rifahı naminə yeni böyük qələbələr arzulayırıq”. *** 2000-2010-cu illərdə Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunur: “Hörmətli cənab Prezident, əziz dost. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Sizin fəal işiniz, dövlətin qarşısında duran əsas vəzifələri səmərəli surətdə həll etmək və beynəlxalq məsələlərin həlli yollarını tapmaq bacarığınız Sizə haqlı olaraq bütün dünyada yüksək nüfuz və hörmət qazandırıb. Sizə dost deyə müraciət edə və ünsiyyət qura bildiyimə görə taleyimə minnətdaram. Cənab Prezident, icazə verin, Sizə çoxşaxəli fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və firavanlıq arzulayım. Fürsətdən istifadə edərək Sizə, ailənizə və ölkənizə Yeni illə bağlı ən xoş arzularımı bildirirəm”. *** 2015-2020-ci illərdə Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunur: “Zati-aliləri, hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizi təbrik edirəm. Sizə cansağlığı və ən xoş arzularımı çatdırıram. Həmçinin böyük Azərbaycan dövlətinin və bütün regionun davamlı sülh, təhlükəsizlik və firavanlığa doğru aparılması istiqamətində fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayıram”. |
2023-12-24 | 816,478 | DYP qaydaları pozmayan sürücüləri mükafatlandırdı | Bu gün il ərzində yol hərəkəti qaydalarını pozmayan sürücülər Baş Dövlət Yol Polisi (DYP) tərəfindən mükafatlandırılıb. Axar.az xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib. Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən Müayinə Mərkəzində keçirilən tədbirdə "nümunəvi sürücü" adı qazanan 37 sürücüyə müxtəlif hədiyyələr təqdim edilib. Tədbirdə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri də iştirak edib və sürücülərə mükafatları onlar təqdim edib. İl ərzində mütəmadi olaraq keçirilən tədbirdə məqsəd sürücüləri qayda pozmamağa təşviq və yollarda təhlükəsizliyi təmin etməkdir. |
2023-12-24 | 816,480 | Mask Argentinanın yeni prezidentindən nə istəyib? | Amerikalı milyarder İlon Mask Argentina litiumunu almaqda maraqlıdır. Axar.az xəbər verir ki, bunu Argentinanın yeni Prezidenti Xavyer Miley deyib. “Mask mənə zəng vurdu. O, litiumla çox maraqlanır. Eləcə də ABŞ və digər amerikalı şirkətlər də çox maraqlıdırlar bu məsələdə”, - Miley bildirib. Argentina prezidenti onu da əlavə edib ki, xarici biznesmenlər yerli siyasətçilər tərəfindən soyulmaq riski səbəbindən ölkəyə investisiya qoymaqdan qorxurlar. Qeyd edək ki, Argentina Boliviya və Çili ilə birlikdə dünyanın litium ehtiyatının yarısına sahibdir. Bu metaldan elektrikli avtomobillərin akkumulyatorlarında istifadə olunur. |
2023-12-24 | 816,482 | “N” saylı hərbi hissənin yaranması günü qeyd olunub | 2023-cü ilin tədbirlər planına müvafiq olaraq “N” saylı hərbi hissənin yaranmasının ikinci ildönümü günü münasibətilə tədbir keçirilib. Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə hərbi hissənin yaranması və döyüş yolu barədə iştirakçılara məlumat verilərək qeyd edilib ki, hərbi hissə yarandığı gündən torpaqlarımızın ərazi bütövlüyü uğrunda daim rəşadətlə vuruşub. Vətənimizin müdafiəsi zamanı qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəldiklərinə görə hərbi hissənin onlarla hərbi qulluqçusu Azərbaycan Respublikasının müxtəlif orden və medalları ilə təltif olunub. Mərasimdə çıxış edənlər Ali Baş Komandan İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edərək vurğulayıblar ki, 2 il öncə onun bu günü komando hərbi qulluqçuları ilə birlikdə qeyd etməsi, Azərbaycan Ordusunun şəxsi heyəti arasında böyük ruh yüksəkliyinə səbəb olub və daima qürur hissi ilə xatırlanır. Müdafiə nazirinin və Nazirliyin digər rəhbər heyətinin təbrikləri hərbi hissənin şəxsi heyətinə çatdırılıb. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun gündən-günə qüdrətlənməsi, döyüş qabiliyyətinin artması qeyd edilərək, Ordumuzun daima ölkəmizin ərazi bütövlüyünü qorumağa qadir olduğu vurğulanıb. Hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub. Bayram tədbiri konsert proqramı və şəxsi heyətin tribuna önündən təntənəli keçidi ilə başa çatıb. |
2023-12-24 | 816,484 | Qırmızı dənizdə iki neft tankerinə hücum edildi | Qırmızı dənizdə Norveç və Hindistan bayrağı altında üzən iki neft tankerinə hücum edilib. Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığının bəyanatında bildirilib. Məlumata görə, hücum husilər tərəfindən həyata keçirilib və bu, ümumilikdə oktyabrın 17-dən bəri 15-ci hücumdur. Tələfat barədə məlumat verilməyib. |
2023-12-24 | 816,486 | Sabahın hava proqnozu açıqlandı | Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, Abşeron yarımadasının şimalında yağışın qısamüddətə sulu qarla qarışıq yağma ehtimalı var. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, gündüz əsasən yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq. |
2023-12-24 | 816,489 | Messi imzalı formasını Zalujnıya göndərdi - Foto | “İnter Mayami” klubunun argentinalı ulduzu Lionel Messi imzalı formasını Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnıya göndərib. Axar.az xəbər verir ki, bu barədə ukraynalı messenat Yuri Sapronov özünün Feysbuk səhifəsində məlumat verib. Sapronov bildirib ki, Mayamidə olarkən ukraynalı futbolçu Sergey Krivtsovun köməyi ilə klubun məşqinə qatılıb və Messi ilə görüşüb. Bu zaman Messi üzərinə “Valeri” yazdığı formasına Sapronova verib. Sapronov da öz növbəsində üzərində Zalujnını fotosu olan “Tayms” jurnalının bir nüsxəsini Messiyə hədiyyə edib. |
2023-12-24 | 816,491 | Zakir Həsənov Yaşar Gülərə başsağlığı verdi | Dekabrın 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər arasında telefon danışığı olub. Azərbaycanın Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, general-polkovnik Z.Həsənov 2023-cü ilin 22-23 dekabr tarixlərində İraqın şimal bölgəsində terrorçuların xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbərdən kədərləndiyini bildirib. Bir daha terrorun bütün növ təzahürlərini qətiyyətlə qınadığını, aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanında olduğunu və dəstəklədiyini vurğulayıb. Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyəti adından və şəxsən öz adından həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. Telefon danışığı zamanı tərəflər arasında, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib. |
2023-12-24 | 816,494 | Qərb uğursuz oldu, Ukrayna yox - Hoces | Ukraynanın əks-hücumunun uğursuzluğunda Qərb günahkardır. Axar.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Avropadakı keçmiş komandanı Ben Hoces deyib. “Ukraynanın əks-hücumunun hamımızın ümid etdiyimiz nəticələri verməməsi məni məyus etdi. Düzünü desəm, proqnozlaşdırdığım nəticələrə üzüldüm. Qərb uğursuz oldu, Ukrayna yox”, - Hoces bildirib. Onun sözlərinə görə, Qərb ölkələri Ukrayna Silahlı Qüvvələrini aviasiya, eləcə də yüksək dəqiqlikli uzaqmənzilli silahlarla təmin edə bilmədi. |
2023-12-24 | 816,499 | Erməni blogerlər İlham Əliyevi təbrik etdi - Video | Dünyanın bir sıra ölkələrində yaşayan erməni blogerlər Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib. Axar.az xəbər verir ki, onların təbrik mesajları sosial şəbəkələrdə yayılıb. Təbrik edənlər arasında Türkiyədə yaşayan İşxan Verdyan, İsraildə yaşayan İzabel Şumanyan, Gürcüstanda yaşayan Gurgen Saratikyan və digər blogerlər var. |
2023-12-24 | 816,501 | Putin son qələbəyə qədər gedəcək - Borrell | Rusiya Prezidenti Vladimir Putin genişmiqyaslı təcavüzü tezliklə dayandırmaq niyyətində deyil. Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin (AB) xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib. “Ukraynada Avropa Birliyinin mövcudluğu təhlükə altındadır. Ona görə də Avropa demokratiyasını təhdid edən böyük gücdən gələn təhlükəyə diqqət yetirilməlidir. Putin son qələbəyə qədər müharibəni davam etdirmək qərarına gəlib”, - Borrell bildirib. |
2023-12-24 | 816,504 | Tokayev İlham Əliyevə zəng etdi | Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Axar.az xəbər verir ki, bu barədə prezidentin Mətbuat Xidməti məlumat yayıb. Qasım-Jomart Tokayev dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Azərbaycan və Qazaxıstan prezidentləri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar. Telefon söhbətində bu ilin noyabrında SPECA-nın Bakıda keçirilmiş Zirvə toplantısı zamanı Azərbaycan və Qazaxıstan dövlət başçıları arasında keçirilən görüşdə əldə edilmiş bütün razılaşmaların uğurla icra olunduğu qeyd edilib, gələn il Qazaxıstan Prezidentinin Azərbaycana həyata keçiriləcək dövlət səfərinin əlaqələrimizin hərtərəfli inkişafına təkan verəcəyinə əminlik bildirilib. |
2023-12-24 | 816,505 | Ərdoğan İlham Əliyevi təbrik etdi | Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. Axar.az məktubun mətnini təqdim edir: “Cənab Prezident, Əziz Qardaşım. Doğum gününüzü xalqım adından və şəxsən öz adımdan səmimi diləklərimlə təbrik edir, ailənizlə birlikdə Sizə cansağlığı və xoşbəxtlik dolu uzun ömür arzulayıram. Zati-alinizin rəhbərliyi ilə Azərbaycanın əmin addımlarla əldə etdiyi nailiyyətlər və beynəlxalq miqyasda get-gedə artan nüfuzu bizim üçün iftixarverici hadisədir. Türkiyə ilə Azərbaycan arasında “İki dövlət, bir millət” şüarına əsaslanan bənzərsiz qardaşlıq və həmrəylik telləri bu günə qədər olduğu kimi, gələcəkdə də münasibətlərimiz baxımından güclü bünövrə təşkil etməyə davam edəcək. Dəyərli Qardaşım, bu fürsətdən istifadə edərək doğum gününüzü bir daha təbrik edir, Azərbaycan xalqının xoş günləri və rifahı üçün ən səmimi arzularımı ifadə edirəm”. |
2023-12-24 | 816,508 | Sandu növbəti dəfə prezident olmaq istəyir | Moldova Prezidenti Mai\ya Sandu 2024-cü ildə yenidən seçilmək niyyətində olduğunu açıqlayıb. Axar.az xəbər verir ki, bu barədə Moldova Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib. “Mən Avropaya inteqrasiya missiyasını yerinə yetirmək üçün əlimdən gələni etməyə sadiqəm. Əziz moldovalılar, biz bu kursa üzv ölkələrdən dəstək almışıq və uğur qazanmaq üçün sizin dəstəyinizə ehtiyacımız var. Hələ atmalı olduğumuz bir çox mühüm addımlarımız qalır və davam etməyə hazıram”, - Sandunun adından yayılan bəyanatda qeyd olunub. |
2023-12-24 | 816,510 | Alimlər asteroidi atom bombası ilə partlatmaq istəyir | Alimlər süni intellekt modeli vasitəsilə Yerə yaxınlaşan asteroidin üzərində atom bombasının partlaması simulyasiyasını həyata keçiriblər. Bu, həmin göy cisminin istiqamətini dəyişməsi məqsədilə edilib. Axar.az xəbər verir ki, NASA-nın bu sahədə apardığı tədqiqatla paralel olaraq çalışan Kaliforniya Universitetinin alimləri süni intellektin köməyi ilə atom bombasının asteroidin üzərinə enməsi, partlaması və onun güclü enerjisinin təsirini göstərən simulyasiya həyata keçiriblər. Onlar iki variant üzrə hərəkət ediblər: asteroidi Yerdən uzaqlaşdırmaq və ya onu kiçik hissələrə parçalamaq. “Lorens Livermore” Milli laboratoriyasında çalışan alimlər NASA-nın potensial missiyasının uğursuzluqla nəticələnəcəyi təqdirdə atom bombasının asteroidə təsirini anbaan izləyiblər. Onlar hesab edirlər ki, bu üsulla insanları fəlakətdən xilas etmək olar. Tədqiqata rəhbərlik edən professor Meri Barki bununla bağlı deyib: “Erkən xəbərdarlıq üçün yetərli imkanımız olarsa, o zaman biz raketlə atom bombasını Yerdən minlərlə kilometr uzaqda yerləşən və planetimizə doğru gələn asteroidə göndərə bilərik”. O əlavə edib ki, nüvə silahı ən yüksək enerji gücünə malikdir və göy cisimlərinin Yer kürəsinə təhdidinin qarşını ala bilər. |
2023-12-24 | 816,513 | Mobil telefonların radiasiya təhlükəsi... - Protasov | Telefonların radioaktivliyə görə təhlükələri haqqında məlumatlar mifdir. Axar.az xəbər verir ki, bunu “Roskaçestvo”nun rəhbəri Maksim Protasov deyib. “İstehlakçılara deyirik ki, orta statistik rusiyalı gündə 2,5 saatdan çox cib telefonundan istifadə edir və bu, gözlər, psixika, boyun, əllər üçün olduqca zərərlidir, lakin bu, radiasiya məsələsi deyil”, - Protasov bildirib. Onun sözlərinə görə, smartfonların radiasiya səviyyəsi digər məişət və elektrik cihazları səviyyəsindədir. Mobil telefonların radioaktivliyi haqqında məlumatlar elmi təsdiqi olmayan bir mifdir. |
2023-12-24 | 816,514 | İndoneziyada zavodda partlayış: 12 ölü, 39 yaralı | İndoneziyada nikel emalı zavodunda baş verən partlayış nəticəsində azı 12 nəfər həlak olub. Axar.az xəbər verir ki, bu barədə “Frans-Press” agentliyi sənaye parkının nümayəndəsinə istinadən məlumat yayıb. Bildirilib ki, 39 nəfər də yaralanıb. Partlayışın təmir işləri zamanı baş verdiyi qeyd edilib. |
2023-12-24 | 816,520 | Putin üçün “qara qu quşu”: çevriliş olacaq? - Devayn | Rusiya Prezidenti Vladimir Putinin Ukraynada dalana dirənən müharibə səbəbindən dövlət çevrilişi nəticəsində hakimiyyətdən uzaqlaşdırılacağı ehtimalı var. Axar.az xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş rəhbəri Cek Devayn deyib. Devaynın sözlərinə görə, Putin Ukraynada daimi dalana dirənmə perspektivi ilə üzləşdiyi üçün onun yaxın çevrəsində çevriliş ehtimalı artır: “Bu, sürpriz olacaq. “Qara qu quşu” dediyimiz şey (çətin proqnozlaşdırılan və əhəmiyyətli nəticələri olan nadir hadisələri ehtiva edən nəzəriyyə - red.) hər hansı bir yerdən görünür. Putin sabah yoxa çıxa bilər və hökumətin hansısa elementi icraedici addımlar atacağına qərar versə, təəccüblənmərəm. Əgər “qara qu quşu” olmasa, Putinin problemləri dalana dirənəndə başlayacaq və indi də məhz budur. Bunun qiyam olacağını düşünmürəm. Düşünürəm ki, bu, saray çevrilişi deyə biləcəyimiz şey olacaq”. Devayn bildirib ki, Putin getdikcə gözlənilməz və təhlükəli olur və Ukraynaya hücumu onun siyasi məhvini sürətləndirir. |
2023-12-24 | 816,521 | Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video | Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Axar.az nazirliyə istinadən icmalı təqdim edir. |
2023-12-24 | 816,522 | Qəzaya düşən PFL prezidenti ilə bağlı açıqlama | Ağdam rayonunun Birinci Dördyol qəsəbəsində baş vermiş qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov palataya köçürülüb. Axar.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının media və marketinq direktoru Sənan Abdullayev məlumat verib. Onun sözlərinə görə, funksionerin reanimasiyadakı müalicəsi başa çatıb. Qeyd edək ki, Peşəkar Futbol Liqasının qəzada xəsarət alan əməkdaşlarından icraçı direktor Zaur Hacı-Məhərrəmov, texniki-idman şöbəsinin direktoru Elgiz Abbasov və Sənan Abdullayev evə buraxılıblar. PFL-in vitse-prezidenti Aslan Şahgəldiyevin müalicəsi də xəstəxanada davam etdirilir. |
2023-12-24 | 816,524 | Prezident soruşdu ki, mən gəldiyim üçün belədir? - Video | Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Beyləqan rayonu ərazisində inşa edilmiş “N” saylı hərbi hissəsinin açılışında iştirak etmişdi. Gözləmirdik ki, Prezident bizim hərbi hissəyə gəlsin. Axar.az xəbər verir ki, bu sözləri İTV-yə açıqlamasında hərbçi Səməd Əzizov deyib. “Prezidentin bizim hərbi hissəyə gəlməsi, oradakı şəraitlə maraqlanması, nahar etməsi bizim üçün gözlənilməz hadisə idi. Biz nahar etdiyimiz zaman Prezident İlham Əliyev yeməkxanaya gəldi. O bizimlə eyni masada əyləşərək nahar etdi. Bu bizim üçün böyük şərəf idi”, - hərbçi bildirib. Ətraflı süjetdə: |
2023-12-24 | 816,525 | Separatçıların fotoları İrəvandan yığışdırıldı | “Arsax liderləri"nin şəkilləri olan plakatların İrəvandan yığışdırılması hökumətin zəifliyi və İlham Əliyevdən qorxduğunun göstəricisidir. Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Nikol Ağbalyan” tələbə birliyinin bəyanatında bildirilib. “Xancyan küçəsinin (İrəvan) estakadasının hər iki tərəfində “Erməni liderləri Bakıda həbsdədir” sözləri və “arsax” hərbi-siyasi rəhbərliyinin fotolarını əks etdirən plakatlar asmışdıq. Lakin cəmi bir neçə saatdan sonra plakatlar yığışdırıldı”, – bəyanatda qeyd edilib. |
2023-12-24 | 816,526 | Yasamalda pirotexniki vasitə satan şəxs tutuldu | Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbir keçirilib. DİN-in Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, tədbir zamanı rayon ərazisində pirotexniki vasitələrin satışını həyata keçirən bir nəfər müəyyən olunaraq saxlanılıb. Ona məxsus anbardan yüksək səs effekləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkar edilib. Yasamal RPİ-nin 26-cı PB-də araşdırmalar davam etdirilir. |
2023-12-24 | 816,528 | Qəzzada ölənlərin sayı yeniləndi | İsrailin hücumları nəticəsində Qəzzada ölənlərin sayı 20 400-ü ötüb. Axar.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. “Oktyabrın 7-dən bəri İsrail təcavüzü nəticəsində ölənləri sayı 20 424 nəfər olub. 54 036 nəfər isə yaralanıb”, - məlumatda qeyd olunub. |
2023-12-24 | 816,529 | İlham Əliyev Ağdama getdi | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər. Axar.az xəbər verir ki, dövlət başçısı “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyasının açılışında iştirak edib. “AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev dövlət başçısına stansiyada görülən işlər barədə məlumat verib. Ağdam rayonunun Xocalı rayonu ilə sərhədində yerləşən Şelli kəndi ərazisində “AzərEnerji” tərəfindən 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyası inşa edilib. “Ağdam” qovşaq yarımstansiyasına “Ağdam-1” yarımstansiyasından 10 kilometr məsafədə ikidövrəli olmaqla 110 kilovoltluq ötürmə xətti və bu xəttin üstündəki ildırımötürücü trosun içində 24 damarlı fiberoptik kabel xətti çəkilib. Qeyd olunub ki, bu yarımstansiyanın Ağdamın Xocalı ilə sərhədində tikilməsinin xüsusi əhəmiyyəti vardır. Yəni, “Ağdam” qovşaq yarımstansiyası rayonun bəzi kəndləri ilə yanaşı, əsasən Xocalı, Əsgəran, Xocavənd, Ağdərə və Xankəndini ölkə enerjisisteminə qoşmaqla bərabər, həmçinin ehtiyat qida mənbəyi kimi regionun enerji təchizatında etibarlılığı təmin edir. Bunun üçün yarımstansiyada ehtiyat yuvalar da quraşdırılmışdı. Regionda suverenliyimiz bərpa olunduğundan yaxın vaxtlarda “Ağdam” qovşaq yarımstansiyasından Xankəndiyə 110 kilovoltluq ötürmə xətti çəkilərək 110/35/10 kilovoltluq “Şuşa” və “Füzuli” yarımstansiyaları ilə əlaqələndiriləcək. Bununla da ikitərəfli elektrik təchizatına nail olunacaq. Eyni zamanda, Xocalı, Əsgəran və digər kənd və qəsəbələrin 35 kV-luq elektrik təchizatı da “Ağdam” qovşaq yarımstansiyasından təmin ediləcək. “Ağdam” qovşaq yarımstansiyasında 110 kV-luq açıq paylayıcı qurğu yaradılıb və açarların, ayırıcıların və digər texniki avadanlıqların açılıb-qoşulması, o cümlədən aktivlərin, proseslərin, resursların idarə edilməsi, qüsurların təcili aradan qaldırılması və başqa əməliyyatların proqram təminatı vasitəsilə avtomatik həyata keçirilməsi təmin edilib. Yarımstansiyanın yeni tikilən İdarəetmə Mərkəzində isə 35 və 10 kV-luq rəqəmsal qapalı paylayıcı qurğular yerləşdirilib. Bununla yanaşı, Mərkəz əks-qəza avtomatikası, mikroprosessor tipli rele mühafizəsi, avtomatika və idarəetmə panelləri, sabit və dəyişən cərəyan qurğuları ilə təmin edilib. Yarımstansiyada müasir tələblərə cavab verən mikro SCADA sistemi yaradılıb və “AzərEnerji”nin mərkəzi SCADA sistemi ilə sinxronlaşdırılıb. Dövlət başçısı “Ağdam” qovşaq yarımstansiyasını işə salıb. Qeyd edək ki, buna qədər 2022-ci il fevralın 13-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə “AzərEnerji”nin yeni tikilən 110/35/10 kV-luq “Ağdam-1” yarımstansiyası və onun yaxınlığında tikilən “Qarabağ” Regional Rəqəmsal İdarəetmə Mərkəzi istismara verilib. |
2023-12-24 | 816,532 | Prezident Ağdamda yaşayış komplekslərinin təməlini qoydu | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində salınacaq beşinci yaşayış kompleksinin təməlinin qoyulması mərasimində iştirak ediblər. Axar.az xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçısına və birinci xanıma yaşayış kompleksi barədə məlumat verib. Bildirilib ki, ümumi sahəsi 12 hektar olan yaşayış kompleksinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Kompleks şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınacaq. Bu kompleksdə tikiləcək yaşayış binalarında ümumilikdə 1115 mənzil olacaq. Mənzillərdən 25-nin birotaqlı, 314-nün ikiotaqlı, 552-sinin üçotaqlı, 224-nün isə dördotaqlı olacaq. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yaşayış kompleksi barədə videoçarxa baxıblar. Qeyd edilib ki, kompleksdəki binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunacaq. Burada idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur. Bütün binalar daimi su, elektrik enerjisi və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii inşaat materiallarından istifadə ediləcək. Dövlət başçısı Ağdam şəhərində beşinci yaşayış kompleksinin təməlini qoyub. *** Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində salınacaq dördüncü yaşayış kompleksinin təməlinin qoyulması mərasimində də iştirak ediblər. Dövlət başçısına və birinci xanıma yaşayış kompleksi barədə məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 14 hektara yaxın olan yaşayış kompleksinin salınacağı ərazinin bir hissəsi çoxfunksiyalı zonanı əhatə edir. Bu kompleksdə tikiləcək yaşayış binalarında ümumi sahəsi 137 min kvadratmetr təşkil edən 1080, o cümlədən 36 birotaqlı, 363 ikiotaqlı, 484 üçotaqlı, 197 dördotaqlı mənzil olacaq. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yaşayış kompleksi barədə videoçarxa baxıblar. Qeyd edilib ki, yaşayış kompleksindəki binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq. Binalar daimi su, elektrik enerjisi və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək. Kompleksdə, həmçinin idman meydançaları, istirahət guşələri, uşaq oyun meydançaları, velosiped yolları və avtomobil dayanacaqları yaradılacaq. Dövlət başçısı Ağdam şəhərində dördüncü yaşayış kompleksinin təməlini qoyub. |
2023-12-24 | 816,533 | Ərdoğan İlham Əliyevə zəng etdi | Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Türkiyə prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb. Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da hərtərəfli inkişaf edəcəyinə əminliyini ifadə edib, əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi aparıblar. |
2023-12-24 | 816,534 | Prezident “İmarət”in təmir-bərpa işləri ilə tanış oldu | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində “İmarət” Kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olublar. Axar.az xəbər verir ki, dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verilib. Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq abidələrindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli ev xüsusiyyəti daşıyıb. İşğal altında olmuş ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi, Pənahəli xanın imarəti də işğalçılar tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarı olub. Qarabağ xanlarının nəslindən olan digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq da erməni vandalizminə məruz qalıb. İbrahimxəlil xanın türbəsi və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsi ermənilər tərəfindən dağıdılıb. Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq Pənahəli xanın sarayının yerləşdiyi “İmarət” Kompleksinin bərpa edilməsi üçün işlərə başlanılıb. Kompleksin bərpası ilə bağlı xarici mütəxəssislər tərəfindən hazırlanmış konsepsiya 2022-ci il oktyabrın 4-də dövlətimizin başçısına təqdim olunub və işlərə başlanılıb. Konsepsiyaya əsasən, kompleks Pənahəli xanın sarayı, türbələr və Qarabağ atları parkından ibarət olacaq, xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək. Xarici mütəxəssislərin Ağdama səfərləri çərçivəsində sahənin inspeksiyası və çəkilişləri aparılıb, arxiv materialları araşdırılıb, beynəlxalq təcrübəyə əsaslanaraq bərpa və dizayn layihələri hazırlanıb. Kompleks ümumilikdə 3,3 hektar ərazini əhatə edəcək. “İmarət” Kompleksindəki tarixi qəbiristanlıqda mövcud beş türbə qalığı tədqiqat sahəsinə daxil edilib. Türbələrin içi və ətrafı erməni işğalçılarının bu abidələrin daxilində qurduğu donuzçuluq təsərrüfatının tullantılarından və digər qalıqlardan təmizlənib. Tədqiqat nəticəsində burada çox sayda müsəlman qəbirləri, daş abidələrin fraqmentləri - başdaşıları, sinədaşıları, antik dövr sütun bazası, antropomorf büt aşkarlanıb. Ərazidə xüsusilə kəllə və alt çənə sümükləri, çox sayda insan skeletinin fraqmentləri tapılıb. Onların arasında xan nəslinə aid olan qədim sərdabə tipli qəbirlər də yer alıb. Burada sovet dövründə dəfn edilənlərin qəbirlərinin böyük bir hissəsi vandalizmə məruz qalıb. Ərazidə aşkarlanan sümüklərdən DNT nümunələri götürülüb, qəbirlərin identifikasiyası üzərində araşdırmalar davam etdirilir. Erməni işğalçılar tərəfindən məzarların sinədaşı və başdaşıları sındırılıb, bir çoxu müxtəlif məqsədlə istifadə üçün qəbiristanlıq ərazisindən çıxarılıb. Kompleksin ərazisində arxeoloji tədqiqatların aparılması məqsədilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu bu ilin aprelində Ağdam şəhərinə mütəxəssislərdən ibarət elmi ekspedisiya göndərib. Tədqiqatlar zamanı tapıntıların foto və videoçəkilişləri həm fotoaparat, həm də kvadrokopterlə aparılıb. Tədqiqatlar nəticəsində müəyyən edilib ki, “İmarət” Kompleksinə aid olan tarixi qəbiristanlığın ərazisi 6 min kvadratmetrdir. Cari ilin sonunadək Kompleksin ərazisindəki tarixi qəbiristanlıqda arxeoloji tədqiqat işlərinin birinci mərhələsi yekunlaşacaq. Burada tədqiqat işlərinin ikinci mərhələsinə başlanılacaq. Kompleksin tam bərpası üçün vəsaitin Qarabağ Dirçəliş Fondu tərəfindən ayrılması nəzərdə tutulur. |
2023-12-24 | 816,536 | Prezident və xanımı Ağdamda ağac əkdilər | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhər Mərkəzi Parkının təməlinin qoyulması mərasimində iştirak ediblər. Axar.az xəbər verir ki, dövlət başçısına və birinci xanıma parkda görüləcək işlər barədə məlumat verilib. İşğaldan azad olunmuş ərazilərdə infrastrukturun yenidən qurulması ilə yanaşı, həmin yerlərdə ekoloji tarazlığın bərpası, yeni yaşıllıq sahələrinin və parkların salınması istiqamətində də ciddi addımlar atılır. Ağdam şəhərinin yeni Baş planına əsasən salınacaq park 5 hektar ərazini əhatə edəcək. Parkın layihəsi Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri nəzərə alınmaqla hazırlanıb. Mərkəzi Parkın ümumi ərazisi dörd zonaya ayrılacaq. Şəhər meydanı, Botanika bağı, Çəmənlik və Meşəlik zonalarında mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq. Burada, həmçinin su oyun zonaları, çay evləri, istirahət və iaşə obyektləri, mədəni və öyrədici meydançalar, təhsil və sağlamlıq sahələri və aktiv oyun zonaları fəaliyyət göstərəcək. Müxtəlif ağac növlərinin və dekorativ kolların əkiləcəyi Ağdam şəhər Mərkəzi parkında istirahət etmək, idmanla məşğul olmaq istəyənlər üçün hər cür şərait yaradılacaq. Parkın salınması ərazidə ekoloji tarazlığın bərpasına ciddi töhfə verməklə yanaşı, həm Ağdam sakinlərinin, həm də şəhərin qonaqlarının, turistlərin istirahəti üçün ən gözəl məkanlardan birinə çevriləcək. Prezident İlham Əliyev Ağdam şəhər Mərkəzi Parkının təməlini qoyub. Sonra dövlət başçısı və birinci xanım Mərkəzi Parkın ərazisində ağac əkiblər. |
2023-12-24 | 816,538 | İlham Əliyev Ağdamda aparılan işlərlə tanış oldu | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhərinin daxili yollarında aparılan işlərlə tanış olub. Axar.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlər barədə məlumat verib. Bildirilib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş Ağdam şəhərinin Baş planına əsasən şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 kilometr təşkil edir. Şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Ağdam şəhərinin daxili yollarının 6 tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub. Hər bir tip en kəsiyinin əhəmiyyətinə uyğun olaraq, hərəkət zolaqlarının sayı 2-8 ədəd, yaşıllıq zolağının eni 1,5-3 metr, velosiped zolağının eni 1,5 metr, piyada zolağının eni isə 4-6 metr təşkil edir. Bu yolların birinci mərhələdə uzunluğu 58,7 kilometr təşkil edən hissəsi müsbət ekspertiza rəyi alıb. Qeyd edilib ki, magistral şəhər yollarının uzunluğu 17,5 kilometrdir. Eni 55-60 metr təşkil edəcək bu yol 6-8 hərəkət zolağından ibarət olacaq. Ümumşəhər əhəmiyyətli yolların uzunluğu 50, yerli əhəmiyyətli yolların ümumi uzunluğu isə 122,2 kilometr təşkil edəcək. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq Ağdam şəhərinin daxili yollarının tikintisi 2026-cı ildə başa çatdırılacaq. |
2023-12-24 | 816,542 | Prezident Ağdamda iki kəndin təməlini qoydu | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam rayonunun Qiyaslı kəndinin təməlini qoyub. Axar.az xəbər verirt ki, dövlət başçısına kənddə görüləcək işlər barədə məlumat verilib. Bildirilib ki, kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Kəndin ümumi ərazisi 400 hektara yaxındır. Qiyaslı kəndində 4972 nəfərin məskunlaşması planlaşdırılıb. Kənddə ümumilikdə 1323 fərdi evin tikilməsi nəzərdə tutulub. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 145 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2546 nəfərin köçürülməsi üçün 656 fərdi ev tikiləcək. Vurğulanıb ki, kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Burada əhali mədəniyyət və əyləncə mərkəzləri, dini, xidmət, kommersiya müəssisələri, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə işlə təmin olunacaqlar. Qiyaslı kəndində 540 şagird yerlik məktəb, 180 yerlik isə iki uşaq bağçası və digər sosial obyektlər inşa olunacaq. Kənddə enerji daşıyıcılarına qənaət etmək məqsədilə alternativ enerjidən istifadə olunacaq. Prezident İlham Əliyev Qiyaslı kəndinin təməlini qoyub. *** Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam rayonunun Salahlı Kəngərli kəndinin təməlini qoyub. Dövlət başçısına kənddə görüləcək işlər barədə məlumat verilib. Bildirilib ki, kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Kəndin ümumi ərazisi 178 hektara yaxındır. Salahlı Kəngərli kəndində 1376 nəfərin məskunlaşması nəzərdə tutulub. Layihə üzrə kənddə ümumilikdə 418 fərdi ev tikiləcək. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 99 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 850 nəfərin köçürülməsi üçün 150 fərdi evin tikilməsi planlaşdırılır. Diqqətə çatdırılıb ki, kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Burada əhali müxtəlif təyinatlı obyektlərdə və kənd təsərrüfatı sahələrində işlə təmin olunacaqlar. Salahlı Kəngərli kəndində 480 şagird yerlik məktəb, 80 yerlik isə uşaq bağçası və digər sosial obyektlər inşa olunacaq. Kənddə enerji daşıyıcılarına qənaət etmək məqsədilə alternativ enerjidən istifadə olunması nəzərdə tutulur. Prezident İlham Əliyev Salahlı Kəngərli kəndinin təməlini qoyub. |
2023-12-24 | 816,544 | Xaçınçay su anbarı istifadəyə verildi | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunda Xaçınçay su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak ediblər. Axar.az xəbər verir ki, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov görülən işlər barədə dövlət başçısına və birinci xanıma məlumat verib. Bildirilib ki, Xaçınçay su anbarının 7 kilometr uzunluğunda kanalla birlikdə təmiri və bərpası aparılıb. Ağdam rayonu ərazisində yerləşən Xaçınçay su anbarı 1964-cü ildə istismara verilib. Anbarın ümumi su tutumu 23 milyon kubmetr, bəndin hündürlüyü 44 metr, uzunluğu 940 metr, su səthinin güzgü sahəsi isə 176 hektar təşkil edir. Su anbarının yerləşdiyi ərazi 28 il işğal altında olduğundan bu mənbədən ümumilikdə suvarılan 7 min hektar torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva su anbarında görülən işləri əks etdirən videoçarxa baxıblar. Dövlət başçısı Xaçınçay su anbarını işə salıb. Qeyd edilib ki, texniki sxemlə Xaçınçay su anbarına daxil olan sular tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 3,2 kubmetr olan əsas magistral kanala ötürülür. Kanalın başlanğıc 6,64 kilometr hissəsi də bəndlə bərabər təmir və bərpa olunub. Su anbarında yeni inzibati bina və gözətçi binası, təmir emalatxanası və nasosxana tikilib. |
2023-12-24 | 816,547 | Əliyev Bərdə-Ağdam yolunun açılışında iştirak etdi | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun açılışında iştirak edib. Axar.az xəbər verir ki, dövlət başçısına görülən işlər barədə məlumat verilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolunun təməli 2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Bildirilib ki, başlanğıcını Bərdə şəhərindən götürən avtomobil yolunun uzunluğu 44,5 kilometrdir. Avtomobil yolu dörd hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilib. Bərdə-Ağdam avtomobil yolunun 25-ci və 40-cı kilometrlik hissələrində 91,3 metr və 18,2 metr uzunluğunda avtomobil körpülərinin, yolun 14-cü və 42-ci kilometrlik hissələrində isə 66 metr və 43 metr uzunluğunda yol qovşaqlarının və 4-cü, 14-cü və 16-cı kilometrlik hissələrində yerüstü piyada keçidlərinin tikintisi uğurla icra olunub. Nəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolboyu üfüqi nişanlanma xətlərinin çəkilişi, yol nişanlarının və məsafə göstəricilərinin, həmçinin müasir məlumatverici lövhələrin quraşdırılması işləri icra olunmaqla yol beynəlxalq standartlar çərçivəsində istifadəyə verilib. Qeyd edək ki, Bərdə-Ağdam avtomobil yolunun ilk 14 kilometrlik hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən həmin rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir. |
2023-12-24 | 816,548 | 669-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 669-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 558 təyyarəsi, 261 helikopteri, 10 040 PUA-sı, 442 zenit-raket kompleksi, 14 299 tank və digər zirehli texnikası, 1 189 reaktiv yaylım atəş sistemi, 7 479 artilleriya və minaatanı, 16 660 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2023-12-24 | 816,551 | Rusiya axtarışa başladı: 3 Su-34 necə vurulub? | Rusiya ordusu kəşfiyyatı gücləndirib və dekabrın 22-də Ukraynanın üç Su-34 qırıcısını necə vura bildiyini aydınlaşdırır. Axar.az xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat deyib. “Düşmən indi qırıcılarının vurulduğu həmin cənub rayonlarında mümkün qədər kəşfiyyat aparmağa və məlumat toplamağa çalışır. Aydındır ki, onlar həmin təyyarələri vuran vasitəni axtarırlar. Onlar artıq başa düşüb ki, bizim sistemlərimiz, xüsusən də tərəfdaşlar tərəfindən təmin edilən uzaq mənzilli sistemlər müxtəlif istiqamətlərdə görünə bilər”, - İqnat bildirib. |
2023-12-24 | 816,558 | Hakimiyyəti zorla dəyişə bilməyəcəksiniz - Vuçiç | Belqradda müxalifətin etirazları və təxribat xarakterli bəyanatları heç bir nəticə verməyəcək, çünki ölkədə hakimiyyət ancaq seçkilərdə dəyişir. Axar.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib. “Deyin görüm, etiraz və iğtişaşlardan başqa məqsədiniz nədir? Həqiqətən nə istəyirsiniz? Seçki iradəsini dəyişmək üçün kiməsə təzyiq göstərin, öz sifarişinizlə seçkilərdə səs oğurlayın ki, hakimiyyətə gələsiniz? Xalq sizi istəmir, amma siz qərara gəldiniz ki, özünüzü çox sevirsiniz və seçicilərin iradəsini dəyişmək istəyirsiniz. Onlar nə etməyə çalışsalar da, Serbiyada heç bir zorakılıq yolu ilə hakimiyyət dəyişikliyi olmayacaq”, - Vuçiç bildirib. |
2023-12-24 | 816,565 | Hərbçi bunu istədi, Putin təəccübləndi | Ekipajı üçün T-90 tankı istəyən rusiyalı hərbçinin hərəkəti Rusiya Prezidenti Vladimir Putini təəccübləndirib. Axar.az xəbər verir ki, Putin bu barədə hərbçilərin mükafatlandırma mərasimində deyib. “Özü üçün nə pul istədi, nə də səyahət paketi. Tank və öz komandiri üçün mükafat istədi. Sadəcə təəccüblüdür. Əsl kişidir. Yoldaşlarını unutmur. Ona mütləq salam deyin”, - Putin bildirib. Qeyd edək ki, dekabrın 19-da Putin Ukraynada döyüşən bir sıra rusiyalı hərbçini “Qızıl ulduz” medalı ilə təltif etmişdi. |
2023-12-24 | 816,566 | “Neftçi” qalib gəldi, üçüncü oldu | Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib. Axar.az xəbər verir ki, "Neftçi" doğma meydanda "Kəpəz"i qəbul edib. Qarşılaşma "ağ-qaralar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt təmsilçisinin qollarını 8-ci dəqiqədə Azər Salahlı, 71-ci dəqiqədə Andre Şinyaşiki vurub. Qələbə sayəsində xallarının sayını 28-ə çatdıran "Neftçi" üçüncü pilləyə yüksəlib. Gəncə klubu 14 xalla 9-cu sıradadır. Qeyd edək ki, bu gün turun sonuncu görüşündə "Zirə" "Qarabağ"ı qəbul edəcək. |
2023-12-24 | 816,567 | Putinin daha bir rəqibi bəlli oldu | “Yeni İnsanlar” partiyası Dövlət Dumasının vitse-spikeri Vladislav Davankovun 2024-cü ilin martında keçiriləcək prezident seçkilərində partiyadan namizəd kimi irəli sürülməsi barədə yekdil qərar qəbul edib. Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Davankovun namizədliyini 69 nümayəndənin hamısı dəstəkləyib. |
2023-12-24 | 816,572 | Plan hazırdır, işdən çıxarılsam... - Rüstəm Umerov | 2024-cü il üçün Ukrayna ordusunun lazımı sayda silah-sursat, o cümlədən dronla təmin edilməsi ilə bağlı plan hazırdır. Axar.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Rüstəm Umerov deyib. "Həmkarlarıma dedim: 100 gün ərzində işdən çıxarılsam, cəmiyyətə cavab verə bilərəm ki, biz 2024-cü il üçün plan hazırlamışıq. Və bu planda pilotsuz təyyarələr də daxil olmaqla, lazımi miqdarda silah-sursat var", - Umerov bildirib. |
2023-12-24 | 816,573 | Daşkəsəndə yaşayış binasında partlayış baş verdi - Video | Daşkəsən şəhəri, İsmət Qayıbov küçəsində yerləşən yaşayış binasında partlayış baş verib. Axar.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Daşkəsən Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin operativ qiymətləndirilməsi zamanı məlum olub ki, üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 24 m² olan üçotaqlı mənzilin anbar kimi istifadə edilən 1 otağında, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayış baş verib. Hadisə nəticəsində mənzilin 1 otağının əlavə artırması 2 m² sahədə uçub, 2 otağın pəncərə çərçivələri və dəmir barmaqlıqları yerindən çıxıb. Partlayış dalğasının təsirindən otağa yığılmış ayaqqabı və digər geyim əşyaları yararsız vəziyyətə düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. |
2023-12-25 | 816,575 | Ukraynanın müdafiə üçün heç nəyi yoxdur - Ritter | Ukrayna Silahlı Qüvvələri əks-hücum zamanı məğlub oldu, bundan sonra döyüş meydanında təşəbbüs Rusiya qoşunlarına keçdi. Axar.az xəbər verir ki, bunu Amerika kəşfiyyatçısı, istefada olan zabit Skott Ritter deyib. O bildirib ki, Kiyev döyüş bölgəsində ciddi nəticələr əldə edə bilməyib: "Bununla belə, ölkə hökuməti ABŞ və müttəfiqlərindən aldığı milyonlarla vəsaiti əks-hücum üçün xərcləyib. Ukraynanın indi heç bir resursu yoxdur, onların sursatları və heyəti tükənir, buna görə də müdafiəyə keçmək məcburiyyətindədirlər, amma bunun üçün də lazımi vəsaitləri yoxdur". |
2023-12-24 | 816,577 | "Neftçi" Adrian Mutu ilə vidalaşdı | "Neftçi" komandasının baş məşqçisi dəyişib. Axar.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, rumıniyalı Adrian Mutu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Onu bu postda Miodraq Bojoviç əvəzləyəcək. Qeyd edək ki, Mutu mövsümün əvvəlindən "ağ-qaralar"ın sükanı arxasında idi. |
2023-12-24 | 816,580 | İran ordusu yeni qanadlı raketlər aldı | İran Hərbi Dəniz Qüvvələri öz arsenalını “Talaye” və “Nasir” qanadlı raketləri, həmçinin yeni helikopter sistemləri ilə genişləndirir. Axar.az xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şəhram İrani bildirib. O qeyd edib ki, çoxmənzilli “Talaye” raket sistemi bütün uçuş boyu yeni hədəfləri müəyyən etməyə qadirdir. “Nasir” dəniz qanadlı raketi 100 km-dən çox məsafədə yerləşən hədəfi vurmaq gücündədir. |
2023-12-24 | 816,582 | Sumqayıtda zəncirvari qəza baş verdi | Sumqayıtda zəncirvari qəza baş verib, xəsarət alanlar var. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Sülh prospektində qeydə alınıb. "Rənc Rover" və "Şevrolet" markalı avtomobillər toqquşaraq, öz yolu ilə hərəkət edən mikroavtobusu da hərəkət zolağından çıxarıb. Hadisə nəticəsində hər iki maşının sürücüsü xəsarət alıb. Sürücülərdən birinin vəziyyətinin ağır olduğu bildirilir. Fakt araşdırılır. |
2023-12-24 | 816,585 | Şəhid xəbərini səhnədə alan müğənni... - Video | Xəbər verdiyimiz kimi, dünən İraqın şimalında – “Pəncə-Kilid” əməliyyatı bölgəsində – Türkiyə Silahlı Qüvvələrinin 6 hərbi qulluqçusu şəhid olub, 1 nəfər yaralanıb. Kult.az xəbər verir ki, ondan bir gün öncə də Türkiyə ordusu həmin bölgədə 6 şəhid vermişdi. 2023-cü ilin son günlərində ardıcıl konsertlər verən türkiyəli məşhur müğənni Ajda Pekkan şəhid xəbərini səhnədə alıb. Bu xəbərdən sonra məşhur ulduz oynaq mahnıları dayandırıb və Türkiyə bayrağının müşayiəti ilə emosional mahnılar oxumağa başlayıb. Müğənninin bu hərəkəti izləyicilər tərəfindən alqışla qarşılanıb. |
2023-12-24 | 816,588 | Serbiya Kosovaya hücum hazırlaşır - Kurti | Sentyabrda dörd nəfərin ölümü ilə nəticələnən hücumdan sonra Serbiya təhlükəsizlik xidmətlərinin dəstəklədiyi silahlı şəxslər Albaniyada daha çox hücum həyata keçirmək üçün təlim keçiblər. Axar.az xəbər verir ki, bunu Kosovanın Baş naziri Albin Kurti deyib. Kurti bildirib ki, sentyabr atışmasında iştirak etdiyini etiraf edən, yüksək səviyyəli Kosova serbi olan siyasətçi Milan Radoyçiç növbəti hücumlar planlaşdırır: "İndi o, ölkəmizdə digər hücumlara hazırlaşmağa davam edir. O, Serbiyanın BİA məxfi xidmətinin yüksək vəzifəli şəxsləri ilə mütəmadi görüşlər keçirir". Qeyd edək ki, Serbiya hökumətinin Kosovadakı missiyasının rəhbəri Petar Petkoviç Kurtinin bəyanatının yalan olduğunu bildirib. |
2023-12-25 | 816,589 | Ukrayna niyə 500 min insanı səfərbər etmək istəyir? | Ukrayna Rusiya ilə ümumi uzunluğu təxminən 3,5 min kilometr olan təmas xəttini müdafiə etməlidir. Məhz buna görə də bu xətti əhəmiyyətli dərəcədə gücləndirmək üçün 500 min nəfərə qədər şəxsi səfərbər etmək gərəkdir. Axar.az xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Rustem Umerov deyib. "Hərbçilər həm cəmiyyəti, həm də prezidenti 25-60 yaşlı insanların səfərbər olunmasının zəruriliyinə inandırmaq üçün lazımi arqumentlər tapmağa çalışacaqlar. Ancaq bunu etmək üçün əvvəlcə bu insanların neçəsinin xidmətə uyğun olduğu aydınlaşmalıdır. Buna görə də bütün kateqoriyaların hərbi qeydiyyatı lazımdır. Bundan sonra səfərbər edəcəyimiz kateqoriyadan olan şəxslərin tibbi müayinədən keçməsini istəyirik. Və sonra biz onlara (hərbi) peşəni harada və necə seçə biləcəklərini izah edəcəyik", - o bildirib. |
2023-12-24 | 816,592 | Yuxarı Larsda daha bir məntəqə bağlandı | Güclü qar yağması və qar uçqunu təhlükəsi səbəbindən Gürcüstandan Rusiyaya gedən avtomobil yolunun ikinci hissəsi də bağlanıb. Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb. Departamentin məlumatına görə, bu andan etibarən Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Mleta-Qudauri məntəqəsində bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Qeyd edək ki, bundan öncə Qudauri-Kobi məntəqəsi bağlanmışdı. |
2023-12-24 | 816,594 | Heç kim orduya könüllü qoşulmaq istəmir - Marçenko | Artıq Ukraynada könüllü olaraq Silahlı Qüvvələrin sıralarına qoşulmağa hazır bir nəfər də qalmayıb. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin general-mayoru Dmitri Marçenko bildirib "Müqavimət göstərmək üçün Ukrayna Silahlı Qüvvələrinin sıralarına könüllü qoşulmaq istəyən könüllülərin sayı başa çatıb", - o qeyd edib. Marçenkonun sözlərinə görə, məhz bu səbəbdən Ukrayna hərbi komissarlığının əməkdaşları potensial çağırışçıların axtarışı üçün mənzillərə və özəl sektora gedirlər. |
2023-12-24 | 816,597 | Serbiyada bu tarixdə yeni hökumət formalaşacaq - Vuçiç | Serbiyanın yeni hökuməti gələn il fevralın sonuna kimi formalaşacaq. Axar.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib. Onun sözlərinə görə, 2027-ci ildə ölkədə yeni parlament seçkiləri keçiriləcək. |
2023-12-24 | 816,600 | Əliyevin 44 günlük savaşda dillər əzbəri ifadələri… | Axar.az Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun “İlham Əliyevin Zəfər epopeyası” məqaləsini təqdim edir: 44 günlük savaş Azərbaycan xalqının tarixi yaddaşına qızıl hərflərlə yazıldı. Savaşın hər gününü, hər anını xalqımız yüksək əhvalla yaşadı. Cəbhədən alınan qələbə xəbərləri ruhumuzu yerindən oynatdı: şəhadətin göz yaşları qələbə sevinci ilə əvəz olundu. Bir xalq və millət olaraq son əsrlərdə qələbə üzünə həsrət qalmış Azərbaycan etnosu düşmən üzərində zəfər çalmaqla millətin tarixi kimlik ləyaqətini bütün dünyaya sübut etdi. Azərbaycan yumruq kimi birləşdi: lider və xalqın mənəvi-ruh birliyi bu xalqın xeyirxahlarına da, bədxahlarına da Azərbaycan xalqının kim olduğunu göstərdi. Dünya bu qələbənin nümunəsində Oğuz-Türk kimliyinin yenidən necə doğulduğunu, Oğuz kağanın övladlarının öz şanlı hərb tarixini unutmadıqlarını, torpağa "ana" deyən igidlərin öz canlarını ana torpaq uğrunda necə böyük bir sevinclə verdiklərinə şahidlik etdi. Milli vəhdət diskursu Azərbaycanın erməni işğalçıların nümunəsində bütün düşmənlərinin üzərində qələbəsi xalqın yalnız öz bütövlüyünü ortaya qoyması ilə mümkün oldu. Düşmənlərin bir neçə əsr boyunca apardıqları Azərbaycan xalqının milli kimliyini dağıtmaq, məhv etmək siyasəti 44 günlük Vətən müharibəsində iflasa uğradı: xalqımız dəmir yumruq kimi birləşə bildi. Bu tarixi vəhdətə istisnasız olaraq lider və xalqın birliyi sayəsində nail olundu. Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının minilliklərin dərinliklərindən gələn, Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və praktikasında müasir milli-siyasi birlik formuluna çevrilən Mill Vəhdət modelini bütün dünyanı heyrətdə qoyacaq səviyyədə uğurla həyata keçirərək, Azərbaycan etnosunu qələbəyə qovuşdurdu. Millət, xalq, cəmiyyət... etnosun özünütəşkil modelinin müxtəlif səviyyələri olmaqla son dərəcə mürəkkəb sistemdir. Azərbaycanın qurucu liderləri tarixən ən çıxılmaz, ən mürəkkəb şəraitlərdə daim milli sistemi yaşatmağa, dirçəltməyə, milli varlığımızı məhv olmaqdan qorumağa çalışmışlar. Bu, Azərbaycan milli tarixinin yaşam fəlsəfəsidir: tarixi yaradanlardan biri olan Azərbaycan xalqı dünyanı özünün etnik-mədəni enerjisi ilə zənginləşdirməyə bəlkə də hamıdan artıq haqqı olan xalqdır. Dünya tarixi və mədəniyyətinə zəngin töhfələr vermiş xalqımız möhtəşəm milli dövlətçilik ənənələri yaratmışdır. Bu ənənələr qan yaddaşı kimi hər bir azərbaycanlının milli şüur və yaddaşının silinməz genlərini təşkil edir. Xalqın yetişdirdiyi liderin gücü - savadı, biliyi, müdrikliyi, ağlı, təcrübəsi, həyat fəlsəfəsi, millətə və milli kimliyinə olan sevgisi öz ifadəsini onda tapır ki, milli sistemi təşkil edən hər bir elementin gücünü Milli Vəhdət modelində qovuşdurub, vahid gücə çevirə bilsin. Bu cəhətdən körpəlikdən dünya siyasətinin nəhənglərindən biri olan Heydər Əliyevin yanında dövlətçilik, idarəçilik məktəbi keçmiş İlham Əliyevin Azərbaycan qarşısında müstəsna tarixi xidməti o oldu ki, xalqımızı düşmən üzərində qələbə çalmağa bütöv millət halında apara bildi. Tarix çox qələbələrə şahidlik edib. Ancaq onların az bir qismində xalq qələbəni məhz milli vəhdət sayəsində qazanıb. Xalqımız və onun lideri bütün dünyaya sübut edə bildi ki, Azərbaycan milli birlik yaratmağa, milli vəhdətə nail olmağa, bir "dəmir yumruq" kimi birləşməyə qadir xalqdır. Təbii ki, qələbəni şərtləndirən amillər çoxdur və onların hər birinin tarixi zəfərin əldə edilməsində öz yeri və funksiyası var. Ancaq etiraf edək ki, xalqımızın torpaq və qələbə uğrunda hər gün şəhid verdiyi bu müharibədə insanları Ali Baş Komandanın televiziya ilə xalqa müraciətləri qədər heç nə sevindirə bilmədi. İlham Əliyevin qətiyyətli, məntiqli müsahibələri xalqın müharibədəki total milli təmkini və haqqa inamını təmin etdi. Sosial şəbəkələrdə xalqın milli sərkərdənin çıxışlarına verdiyi reaksiyalar bunun inkarolunmaz və canlı sübutudur. Ancaq vurğulamaq istərdik ki, bu müharibədə həm əsgərlərimizi, həm də xalqımızı coşduran, ruhunu cuşa gətirən, yaralarına məlhəm olan, ağrı emosiyasını sevinclə ovudan İlham Əliyevin “İşğalçıları torpaqlarımızdan iti qovan kimi qovuruq” frazası oldu. Ordumuzun durmadan sürətlə irəliləməsi qarşısında bir vətəndaş, bir azərbaycanlı kimi sevinc hissələrini boğa bilməyən Lider coşğun sevinc emosiyaları içərisində öz xalqına belə müraciət etdi: “Dərsini verdik! Qovmuşuq onları torpaqlarımızdan! İti qovan kimi qovmuşuq!” Bu sözlər İlham Əliyevin dilindən çıxan kimi sosial şəbəkələr coşub-daşmağa başladı. Anındaca xalqın dilinə düşən frazalar ruhları coşdurdu. Xüsusilə yaradıcı təxəyyülə malik olan insanlar bu ifadələri Azərbaycan folklor mədəniyyətinin zəngin ifadələri ilə daha da təkmilləşdirdilər. Maraqlıdır ki, həmin ifadələr tez bir zamanda Azərbaycan sərhədlərini aşıb, ölkəmizi sevənlərin də, sevməyənlərin də dilinə düşdü. Tez bir zamanda sosial şəbəkələrin erməni seqmentinə də nüfuz edən Ali Baş Komandanın bu ifadəsi düşmənin ictimai psixologiyasında rezonans yaratdı. Tarix boyunca türkün çörəyini yeyib, süfrəsinin artıq-urtuğu ilə dolanan, mədəniyyəti ilə özlərinə oğurluq mədəniyyət yaradan ermənilər Azərbaycan xalqının etnopsixologiyasına çox yaxşı bələd olduqları üçün “it kimi qovulmağın” nə olduğunu dərhal anladılar. Onlar başa düşdülər ki, bu xına daha o xınadan deyil. Azərbaycan xalqı onun çörəyinə, suyuna, torpağına, namusuna xəyanət edən erməni faşistlərini öz həyatından rədd etməkdədir. Xilaskarlıq missiyasının ifadə forması Azərbaycan lideri bu frazaları deyərkən keçirdiyi coşğun hisslərin çöhrəsindəki ifadəsi hamının yadındadır. Bu bir ruh halı idi. Azərbaycan Prezidenti Ali Baş Komandan olmaqdan daha çox bir vətəndaş, bir insan, bir el oğlu kimi sevinirdi. Və həmin an onun dilindən səslənən ifadələr, əslində, Azərbaycan kimlik yaddaşından, tarixi ərənlik, ərdəmliyindən qopub gələn sevinc nidaları idi. Xalqın və liderin bir can, bir bədən olduğu həmin məqamda, əslində, danışan qurucu babaların ruhu idi... Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hərbi əməliyyatlarının fonunda, 4 oktyabr tarixində Prezident İlham Əliyev xalqa müraciət etdi. Müraciətdə Cəbrayıl şəhərinin və Cəbrayıl rayonunun doqquz kəndinin işğaldan azad olunması ictimaiyyətə elan olundu, erməni tərəfinin davamlı hərbi təxribatları və hərbi cinayətləri, həmçinin münaqişənin diplomatik həllini Ermənistanın siyasi rəhbərliyinin danışıqlar predmetinə zidd elementlərlə əngəlləməsi xüsusilə vurğulandı. Müraciət zamanı Azərbaycan Respublikasının Prezidenti bəyan etdi: “İndi biz göstərdik kim kimdir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!” Ali Baş Komandanın sonuncu frazasında vurğulanan “xilaskarlıq missiyası” onun müharibənin nitq ritorikasına çevirdiyi “İti qovan kimi qovuruq onları!” frazeminin bütün mahiyyətini ifadə edir. Azərbaycan xalqının etnopsixoloji dünyasına dərindən bələd olan erməni siyasətçiləri onların torpaqlarımızdan bu formada qovulacaqlarının artıq Azərbaycan liderinin "xilaskarlıq missiyasına" çevrildiyini bütün aydınlığı ilə dərk edib, öz murdar, yaltaq və hiyləgər xislətlərini elə müharibənin gedişindəcə saxta "sülh", "barış", "qardaşlıq" moduluna kökləməyə başladılar. Müzəffər Komandanın müharibə ritorikası oğuz-türk ənənələrinə əsaslanır İlham Əliyevin "… qovmaq" formulunun erməni işğalçılarını Azərbaycan torpaqlarından çıxartmağın total davranış modelinə çevirməsinin xalq və ordu tərəfindən böyük coşqu ilə qarşılanması, millətin ruhunda görünməz dərəcədə yüksək sevinc və coşqu emosiyası yaratması təsadüfi deyildi. Azərbaycan Prezidenti bu frazası ilə, əslində, xalqın milli ruhunu coşdurmuşdu. İlham Əliyev xalqla onun ruhunu coşduran dillə danışmaqla bütöv bir etnosu bir fraza ətrafında həm birləşdirmiş, həm də hərəkətə gətirmişdi. Bütün günü televiziya ekranlarında yeni qələbənin müjdələrini gözləyən insanlar Prezidentin də çıxış edəcəyi xəbərini alanda onun dilindən yenə bu cür frazaları eşitmək istəyirdilər. Və bu gün istər-istəməz bu ifadənin sehrinın nədə olması düşüncələri məşğul edir. Necə oldu ki, həmin frazalar və o cümlədən onların zirvəsi olan “Nooldu, Paşinyan?” ritorik sualı insanların ruhunu bu qədər coşdurdu, xalq yaradıcılığını, folklor təxəyyülünü hərəkətə gətirdi? Bizcə, bütün bunların əsasında Liderin həm fiziki, həm də mənəvi mənada öz xalqının oğlu olması durur. Azərbaycan etnik-mental ənənələrinə əsaslı şəkildə bələd olan və həmin ənənələrə dərin hörmət bəsləyən bir ailədə böyümüş İlham Əliyev milli ənənələrimizə, o cümlədən nitq ənənələrinə bələd olmasaydı, o öz emosiyasını "müasir" frazalarla ifadə edərdi. Ancaq bir insan və Prezident kimi öz sevincinin zirvə məqamını yaşayan İlham Əliyev həmin emosiyanı məhz ənənəvi azərbaycanlı kimi ifadə etdi. Bununla da Azərbaycan xalqının etnik-mədəni yaddaşında yaşayan etnopsixoloji davranış formulunu funksionallaşdırmış oldu. Ona görə ki, belə ifadə azərbaycanlılar üçün sadəcə nitq etiketi olmayıb, total davranış modelidir. Tarixi-mədəni yaddaşımız bu nümunələrlə zəngindir. Ulu Öndər Heydər Əliyevin "Milli varlığımızın mötəbər qaynağı" adlandırdığı "Kitabi-Dədə Qorqud" eposunda Oğuz babalarımız onların torpağına xaincəsinə təcavüz edən düşmənləri öz torpaqlarından məhz "iti qovan kimi" qovurlar. Dastanın "Salur Qazanın evinin yağmalanması" adlanan ikinci boyunda Oğuz elinin sərkərdəsi Salur Qazan öz bəyləri ilə ova gedir. Casus onun bir müddət ovda olacağını oğuzların qatı düşməni Şöklü Məliyə xəbər verir. Onlar namərdcəsinə Qazanın yurduna basqın edib, evini, ailəsini, var-dövlətini talayıb aparırlar. Dastanın özündə deyildiyi kimi, “sası (murdar) dinli kafirlər” Salur Qazandan heyif almaq üçün onun Dəmir qapı Dərbənddəki on min qoyununu da ələ keçirmək istəyirlər. Altı yüz kafir atlanıb Dərbəndə gəlir. Onları Salur Qazanın qoyunlarını qoruyan Qaraca Çoban qarşılayır. Kafirlər Qaraca Çobanı ələ almaq üçün ona təslim olmağı və bunun müqabilində Şöklü Məliyin ona bəylik verəcəyini təklif edirlər. Kafirləri məhz "it" modelində alçaldan çoban onlara belə cavab verir: Boş-boş danışma, itim kafir! İtimlə bir yalaqdan yal içən kafir!... Göründüyü kimi, Qaraca Çoban babamız kafir düşməni öz iti hesab edərək onları "iti qovan kimi" Dərbənddən qovur. Çobanın bu davranışı babalarımızın tarixin ən dərin qatlarından gələn etnopsixoloji yaddaşı, etnik-mental davranış formulu olduğunu təsdiq edir. Bu, Azərbaycan xalqının hər bir fərdinin düşüncəsindən heç vaxt silinməyəcək Dədə Qorqud yaddaşıdır. Akademik Yaşar Qarayevin yazdığı kimi, "min üç yüz ildir ki, Qorqud xalqın qan və gen yaddaşı kimi yaşayır və özündən əvvəlki min üç yüz ilin də bədii və genetik arxetipini hər sətrində, hər sözündə yaşadır. Üstəlik, növbəti min üç yüz il üçün də ən sabit, etibarlı, mənəvi-əxlaqi kodlar və genlər yenə bu "ana kitabın" bətnində və ruhunda qorunub saxlanır". Buradan aydın olur ki, İlham Əliyevin düşməni vətənimizdən qovulmasını ifadə edən frazası onun nitqinə tarixin dərinliklərindən, qan və gen yaddaşından süzülüb gəlmişdir. Ata vəsiyyəti və Oğuz-Türk ənənəsi Prezident İlham Əliyevin xalqın milli-mənəvi dəyərlər tarixinə silinməz hərflərlə yazılan daha bir frazası onun erməni işğalçılarının Azərbaycan torpaqlarından qovulması, erməni faşizmi üzərində qələbə münasibətilə dediyi “Mən atamın vəsiyyətini yerinə yetirdim!” kəlamı oldu. Dövlət ərkanının zirvəsində duran Prezident bu sözləri ilə müasir Azərbaycanın qurucusu, Ulu Öndər qarşısında öz borcunu yerinə yetirdiyini bəyan etdi. Tariximiz göstərir ki, İlham Əliyevin bu sözləri də milli dövlətçilik ənənəmizdən irəli gəlir. Türk hökmdarları öz siyasi fəaliyyətlərini hər zaman Tanrı, dövlət və xalq qarşısında borc işi, milli-siyasi missiya hesab etmişlər. Bunun ən bariz nümunəsinə ulu abidəmiz "Oğuznamə"də rast gəlirik: Oğuz kağan... dedi: Ay oğullarım, mən çox yaşayıb, Çox vuruşlar gördüm. Çox cida atdım, ox atdım. Ayğırımı çox çapdım. Düşmənlərimi ağlatdım, Dostlarımı güldürdüm. Göy Tanrıya mən borcumu ödədim. Verdim, sizin olsun bu yurdum! Azərbaycan Prezidenti İlham Əliyevin dövlət, xalq və millət qarşısında öz borcunu ödəməsi ilə bağlı verdiyi "hesabatla" ulu əcdad Oğuz kağanın Göy Tanrı qarşısında verdiyi "hesabat" bütün tarixi, mədəni, mənəvi, fəlsəfi mahiyyəti etibarilə eyni bir mənanı ifadə edir. Bu, millətə, xaqla, dövlətə xidmət amalıdır. Bu amal, əslində, hər bir azərbaycanlının amalıdır. Bütün tariximiz bu amalın güzgüsüdür. Böyük Tanrıya şükürlər olsun ki, Azərbaycan Prezidenti İlham Əliyevə bu amalı bütün ləyaqəti və möhtəşəmliyi ilə həyata keçirməyə imkan verdi. |
2023-12-24 | 816,601 | İran Rusiyaya nota verdi | Rusiyanın Tehrandakı müvəqqəti işlər vəkili Mərakeşdə keçirilən Rusiya-Ərəb Əməkdaşlıq Forumunun VI sessiyasının iştirakçılarının yekun bəyanatı ilə əlaqədar İran Xarici İşlər Nazirliyinə çağırılıb. Axar.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb. İran XİN ölkənin Fars körfəzindəki üç ada üzərində daimi suverenliyini təsdiqləyib və vurğulayıb ki, İran hökuməti bununla bağlı hər hansı bir tərəfin istənilən iddiasını qəbuledilməz hesab edir. Qeyd edək ki, Körfəzdə yerləşən Kiçik Tunb, Böyük Tunb və Əbu Musa adalarını BƏƏ özününkü sayır və Rusiya ilk dəfə deyil ki, bu məsələdə BƏƏ-yə dəstək verir. Bundan öncə İran XİN rəhbəri Hüseyn Əmir Abdullahian da rusiyalı həmkarı Sergey Lavrova bu mövzuda etirazını bildirmişdi. |
2023-12-24 | 816,602 | Prezident ailəsi ilə birgə ad gününü qeyd edir - Foto | Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İnstaqram hesabında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günündən paylaşım edib. Axar.az xəbər verir ki, dövlət başçısı ad gününü ailə üzvləri ilə birgə qeyd edir. |
2023-12-24 | 816,605 | Qərb bölgəsində güclü külək bir sıra fəsadlar törətdi | Gəncədə güclü külək əsir. Axar.az xəbər verir ki, axşam saatlarında başlayan külək nəticəsində Gəncə şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Qeyd edək ki, qərb rayonlarının bəzilərində də elektrik enerjisinin verilməsi dayandırılıb. Hazırda küləkli hava şəraiti davam edir. |
2023-12-24 | 816,606 | "Qarabağ" ilin son oyununda qələbə qazandı | Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura və mövsümün ilk yarısına yekun vurulub. Axar.az-ın məlumatına görə, ilin sonuncu oyununda “Zirə” “Qarabağ”ı qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0. Qonaqların qolunu 30-cu dəqiqədə Olavio Juninyo vurub. Bu nəticədən sonra xallarının sayını 41-ə çatdıran “köhlən atlar” liderliyini möhkəmləndirib. “Qartallar” 29 xalla ikinci sıradadır. Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qəbələ” “Sabah”ı, “Sumqayıt” “Səbail”i 1:0 hesabı ilə üstələyib. “Turan Tovuz” “Araz-Naxçıvan”ı (3:1), “Neftçi” isə “Kəpəz”i (2:0) məğlub edib. |
2023-12-25 | 816,607 | Bayram süfrəsi neçəyə başa gəlir? | Yeni ilə sayılı günlər qalıb. Həmişə olduğu kimi, bu il də Yeni ili ev şəraitində qarşılayanlar daha çox olacaq. Axar.az 4 nəfərlik ailənin bayram süfrəsinin neçəyə başa gələ biləcəyini hesablayıb. Qeyd edək ki, ən məhdud bayram süfrəsində ənənəvi olaraq plov, dolma, balıq, salat, desert kimi isə tort və meyvə olur. Plov: Düyü – 1 kq, 3,6 manat Kərə yağı – 200 qr, 3,20 manat (1 kq - 16 manat) Qaysı – 200 qr, 2-3 manat (1 kq- 8-10 manat) Kişmiş – 200 qr, 2-3 manat (1 kq - 8-12 manat) Şabalıd – 200 qr, 1,5 manat (1 kq - 7 manat) Soğan – 3 ədəd, 0,4 manat (1 kq - 0,8 manat) Quzu əti – 400 qr, 7 manat (1 kq – 18 manat) Ərzaqların qiymətini nəzərə alaraq, 4 nəfərlik plov və aş-qara hazırlanması üçün təxminən 19 manat xərcləmək lazımdır. Salat: Yeni il süfrəsində ailələrin əksəriyyəti “paytaxt” salatına üstünlük verir: Yumurta – 5 ədəd, 0,9 manat (1 ədəd - 0,18 qəpik) Kartof – 4 ədəd, 0,7 qəpik (1 kq - 0,9-1,6 manat) Kök – 4 ədəd, 0,6 manat (1 kq- 1,7 manat) Yaşıl noxud - 3 manat Mayonez – 400 qr, 2,8 manat Göyərti - 2 dəstə, 0,4 manat (1 dəstə - 0,2 manat) Xiyar turşusu - 1 banka, 3 manat Xiyar – 4 ədəd, 0,8 manat (1 kq - 3-5 manat) Dana əti – 200 qr, 3-4 manat (1 kq – 14 manat) Yeni il süfrəsində 4 nəfərlik paytaxt salatı 16-17 manata başa gəlir. Yarpaq dolması: Qoyun əti – 16 manat Yarpaq – 2-5 manat Düyü – 200 qr, 0,90 manat (1 kq - 3,6 manat) Yeməyin hazırlanmasında lazım olan digər komponentləri də əlavə etsək, 4 nəfərə çatacaq dolmanı ən yaxşı halda 20 manata hazırlamaq olar. Tort: Ev şəraitində bu şirniyyatı hazırlamaq xammalın qiymətləri də daxil olmaqla, 10-15 manata başa gəlir. Balıq – 10-15 manat Meyvə: Alma – 1-4 manat Naringi – 1,5-2 manat Üzüm – 3-4 manat Xurma – 1,5 manat Portağal – 1,5-2 manat Armud – 2,5-3 manat Nar – 2-6 manat Banan – 2,6 manat Tərəvəz: Xiyar – 3 manat Pomidor – 4 manat Göyərti dəstəsi – 0,2 manat Çərəz: Qoz – 6-8 manat Fındıq - 5-6 manat Fıstıq - 4-6 manat Çörək - 0,55-1 manat Təbii meyvə şirələri - 2-4 manat Şampan - 5 manat Konfet və şokalad – 6-15 manat Orta hesabla 4 nəfərlik bir ailə təxminən 150-170 manata normal Yeni il süfrəsi aça bilər. |
2023-12-25 | 816,608 | İrəvanda separatçılarla mübarizə: Nikol bunu etməlidir! | Baş nazir Nikol Paşinyanı və onun hökumətini yaxın günlərdə İrəvanda Qarabağ separatçılarının tör-töküntüləri, o cümlədən radikal müxalifətin simasında “Qarabağ klanı” ilə gərgin mübarizə gözləyir. Paşinyan anlayır ki, bu qrupları neytrallaşdırmasa və separatçıların İrəvandakı “nümayəndəliyini” qapatmasa, Azərbaycanla sülh sazişinin imzalanması çətinləşəcək. Çünki Ermənistan ərazisindən Azərbaycan ərazisinə iddia edən separatçılar gələcəkdə fərqli təxribatlara əl atacaqlar. Buna görə isə Ermənistan hakimiyyəti cavabdehlik daşıyacaq. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu separatçı tör-töküntüsünün başçısı Samvel Şahramanyanın keçmiş və qondarma qurumu “buraxması” ilə bağlı 28 sentyabr 2023-cü il “fərmanının” qüvvədən düşməsi haqda iddiaları və separatçı fəaliyyətin davam etməsi qərarını şərh edərkən deyib. Politoloq bildirib ki, İrəvandakı gənc daşnaklar ötən gün təxribata əl ataraq, körpülərdən birinin altında həbs olunan separatçıların azadlığı tələbi ilə onların şəkillərini asıblar: “Ermənistanın hakimiyyət orqanları bir neçə saat sonra həmin şəkilləri yığışdırıb. Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edən separatçıların fəaliyyəti tamamilə dayandırılmalıdır. Paşinyanın tərəfdarları Qarabağ separatçılarını nəzərdə tutaraq bildiriblər ki, Ermənistan ərazisində “ikinci hökumət” və ya “ikinci parlamentin” fəaliyyətinə imkan verməyəcəklər. Dediklərini etməlidirlər”. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.