date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2023-12-26 | 817,297 | Paşinyan Peterburqa buna görə getdi - Simonyan | Ermənistan Baş naziri Nikol Paşinyanın Sankt-Peterburqa səfərini geri addım hesab etmirəm. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan mediaya açıqlamasında deyib. “Bilirsiniz ki, biz Rusiya ilə eyni iqtisadi ittifaqdayıq, iqtisadiyyatımız sürətlə böyük inkişaf edir və biz yerləşdiyimiz təşkilatın rəhbəri vəzifəsini tutmaq fürsətini əldən verə bilmərik (2024-cü ildə Aİİ-yə Ermənistan sədrlik edəcək – red.). Bu, Ermənistana lazımdır”, - Simonyan bildirib. O qeyd edib ki, Ermənistan heç vaxt geridönüş ilə bağlı rəsmi açıqlama verməyib: “Bilirsiniz, mən dekabrın 19-da KTMT-nin iclasına getməmişəm, bizim KTMT-nin mövcud olan fəaliyyətinə ciddi şübhələrimiz var. “Bir addım irəli, bir addım geri…” - xahiş edirəm, tələsməyin və deməyin: çıxdıq, qayıtdıq. Bunun nə ilə əlaqəli olduğunu söylədim. Ermənistan öz məqsədlərinə çatmağa davam edəcək”. Qeyd edək ki, Nikol Paşinyan Aİİ sammiti və MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak üçün 25 dekabrdan Peterburqdadır. Uzun müddətdir Rusiyanın başçılıq etdiyi təşkilatların iclaslarını boykot edən Paşinyanın səfəri ölkə daxilində “geri addım” kimi dəyərləndirilir. |
2023-12-26 | 817,299 | Ukrayna Rusiya donanmasını məhv edir - Britaniya | Ukrayna son 4 ayda Rusiyanın Qara dəniz Donanmasının 20%-ni məhv edilib. Axar.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps Ukrayna ordusunun Rusiyanın Qara dəniz Donanmasına məxsus “Novoçerkassk” böyük desant gəmisini vurması haqda X sosial şəbəkəsində yazıb. “Dekabrın 26-na keçən gecə Ukrayna ordusunun ilhaq edilmiş Krımda Rusiya hərbi gəmisinə hücumu göstərir ki, Ukraynada müharibənin dalana dirəndiyinə inananlar yanılırlar”, - o qeyd edib. O bildirib ki, bu iddianı səsləndirənlər son dörd ayda Rusiyanın Qara dəniz Donanmasının 20%-nin məhv edildiyini görmürlər: “Rusiyanın Qara dənizdəki hökmranlığı indi sual altındadır və Britaniya və Norveçin rəhbərlik etdiyi yeni Dəniz İmkanları Koalisiyası Ukraynanın dənizdə qalib gəlməsinə kömək edir”. |
2023-12-26 | 817,303 | Lavrov Abdullahianla nələri müzakirə etdi? | Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrovla Hüseyn Əmir Abdullahian regional məsələləri müzakirə ediblər. Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Tərəflər arasında baş tutan telefon danışığı zamanı ticarət-iqtisadi sahədə əməkdaşlığın artırılması barədə fikir mübadiləsi aparılıb. Bununla yanaşı, dekabrın 25-də Sankt-Peterburqda imzalanmış Avrasiya İqtisadi İttifaqı və İran arasında azad ticarət sazişinə əsaslanan təmaslar müzakirə mövzusu olub. XİN başçıları, həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli, regional və beynəlxalq gündəlikdəki aktual məsələlərdən də danışıblar. |
2023-12-26 | 817,305 | Husilər İsrail şəhərinə zərbə endirdi | Yəməndəki Husi üsyançıları (Ənsar Allah) İsrailin Eylat şəhərindəki hərbi obyektlərə PUA-larla zərbə endiriblər. Axar.az xəbər verir ki, bu barədə “Ənsar Allah” nümayəndəsi məlumat yayıb. Əlavə məlumat verilmir. |
2023-12-26 | 817,306 | Əliyev MDB liderlərinin birgə naharında iştirak etdi | Dekabrın 26-da Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının birgə naharı olub. Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. |
2023-12-26 | 817,307 | İran aktivləşdi: Abdullahian sabah İrəvana səfər edəcək | Dekabrın 27-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan Ermənistana işgüzar səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb. Qeyd edilib ki, Abdullahian həmin gün erməni həmkarı Ararat Mirzoyanla görüşəcək, ardınca birgə mətbuat konfransı keçiriləcək. Qeyd edək ki, bu gün Abdullahian Azərbaycan və Rusiya XİN başçıları ilə telefonla danışıb. |
2023-12-26 | 817,309 | Ruslar qorxuda: İki gəmi Krımı təcili tərk etdi | Ukrayna Hərbi Hava Qüvvələrinin “Novoçerkassk” desant gəmisinə hücumdan sonra iki Rusiya gəmisi Krımın Feodosiya buxtasını tərk edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Bildirilib ki, gəmilər “Novoçerkassk” vurulduqdan bir neçə saat sonra ərazini tərk edib. Qeyd edilib ki, duman və böyük məsafə səbəbindən gəmiləri müəyyən etmək mümkün olmayıb. Ehtimal edilir ki, bunlar Rusiya Qara dəniz Donanmasının bir döyüş gəmisi və bir hərbi kateri olub. |
2023-12-26 | 817,311 | Gəncədə evakuator piyadanı vurdu | Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Axar.az xəbər verir ki, şəhərin Vəli Xuluflu küçəsində evakuator 1981-ci il təvəllüdlü Rauf Sarıyevi vurub. Yaralı ağır halda xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, R.Sarıyev Gəncə şəhər MKTİB işçisi idi. |
2023-12-27 | 817,312 | Raisaya Qarabağ üçün ABŞ-da verilən bahalı üzük – Foto | 1988-ci il dekabrın 6-da BMT-nin 43-cü sessiyasında iştirak etmək üçün Nyu Yorka gedən Mixail Qorbaçovla (SSRİ-nin ilk və son prezidenti) erməni diaspor və lobbisinin görüşü olmuşdu. Görüşün təşkilində SSRİ-nin həmin vaxt ABŞ-dakı səfiri Yuri Dubininin xanımı Liana Zavenovna Dubinina xüsusi fəallıq göstərmişdi. Liana Dubinina - qızlıq soyadı Xaçatryan - ABŞ-dakı erməni diasporunun Rusiya səfirliyi ilə əlaqəsini yaratmışdı. Raisa Qorbaçovanın erməni diasporu ilə görüşünü də məhz o təşkil etmişdi. Kult.az xəbər verir ki, bu barədə tarixçi alim, dosent Zaur Əliyev yazıb. O bildirib ki, ermənilər M.Qorbaçova xristianlığa aid bir qədim əlyazma, İ.Ayvazovskinin bahalı rəsm əsərini və vaxtilə ingilis krallarına məxsus qiymətli zərgərlik əşyaları, Raisa Maksimovnaya isə məxsusi hazırlanmış brilyant üzük və qolbağ hədiyyə etmişdilər: “SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkova isə “Şəbəkə” üslubunda hazırlanmış qızıl məcməyi və qızıl stəkanaltı dəsti göndərmişdilər. Üzük Qorbaçovun xanımının o qədər xoşuna gəlir ki, onların şərəfinə ermənilərin verdiyi banket zamanı əlinə qədəh alaraq, “Sovet və erməni xalqları arasında dostluğun şərəfinə” sağlığını deyir. Görüşdən sonra Raisa Qorbaçovanın erməni diasporuna cavabı bələ olur: “Qarabağ məsələsi tezliklə sizin xeyrinizə həll olunacaq”. Həmin brilyant üzük ilə əlaqədar Almaniyada çıxan "Ştern” jurnalında dərc edilmiş kollajda Raisa Qorbaçovanın barmağındakı brilyant üzüyün şüası Azərbaycan xəritəsində keçmiş Dağlıq Qarabağın üzərinə düşür. Amma bir neçə ay sonra məlum olanda ki, Qorbaçov Qarabağın ermənilərə verilməsinə təsir göstərə bilməyəcək, daşnaklar Ermənistandakı meydanda “Raisa, üzüyü qaytar” plakatı asmışdılar. Ona bağışlanan və dəyəri bir milyon dollar olan brilyant üzük hazırda muzeydə saxlanılır”. |
2023-12-26 | 817,314 | Ətrafı zibilləyən şəxs barədə protokol tərtib edildi | Abşeron rayonunun Xırdalan şəhərində ətraf mühitin məişət tullantıları ilə çirkləndirilməsi faktı aşkar edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, rayon Polis İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional İdarəsinin əməkdaşları ətraf mühitin mühafizəsinin gücləndirilməsi və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində keçirdikləri birgə tədbir zamanı şəhər ərazisini təmir işləri görəndə yaranan məişət tullantıları ilə çirkləndirən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir. |
2023-12-26 | 817,316 | Yeni birlik - TÜRKFİLM yaradıldı | Özbəkistanın paytaxtı Daşkənddə Türk Dünyası Kino Rejissorları Birliyinin (TÜRKFİLM) yaradılması ilə bağlı niyyət bəyannaməsi imzalanıb. Kult.az xəbər verir ki, sənəd Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və TÜRKSOY rəsmilərinin iştirakı ilə imzalanıb. Qeyd edilib ki, birliyin yaradılmasında əsas məqsəd türk kino sənayesinin maraqlı tərəflərinin ehtiyac duya biləcəyi mövzulara dəstək vermək, türk dünyasının zəngin mədəni irsini əks etdirən əsərlərin istehsalını təşviq etmək, türk xalqlarının birlik və qardaşlığını gücləndirmək, kino sahəsində mövcud bilik və təcrübələrin qarşılıqlı ötürülməsi, bu şəkildə ictimai, mədəni və iqtisadi inkişafı təmin etməkdir. Qeyd edək ki, tədbirdə ölkəmizi Azərbaycan Kino Agentliyinin baş direktoru vəzifəsinin icrası Orxan Fikrətoğlu təmsil edib. |
2023-12-26 | 817,324 | Bakıda bu ərazilərdə işıqlar söndü | "Həzi Aslanov" metrostansiyası ətrafındakı (Əhmədli qəsəbəsi) bir çox yaşayış binalarında işıqlar sönüb. Axar.az xəbər verir ki, bu barədə Trend məlumat yayıb. Elektrik enerjisinin hansı səbəbdən kəsildiyi açıqlanmır. |
2023-12-26 | 817,325 | 2024-cü il fərqli olacaq - Ukrayna baş komandanı | Sizi əmin edə bilərəm ki, növbəti müharibə ili 2023-cü ildən fərqli olacaq. Ən azından bunun üçün hər şeyi edirik. Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı deyib. “Baş verənləri görürsünüz, xüsusən də son günlər, ilk növbədə, texnologiyadan istifadə səviyyəsində kifayət qədər güclü qarşıdurma yaşadıq, lakin biz təzyiqi azaltmırıq", - o bildirib. |
2023-12-27 | 817,330 | Bu ölkədən Rusiyanın silah istehsalına qarşı qərar | Tayvanın İqtisadiyyat Nazirliyi yüksək texnologiyalı malların hərbi məqsədlər üçün istifadəsinin qarşısını almaq məqsədilə Rusiya və Belarusa sanksiya tətbiqini genişləndirib. Axar.az xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb. Sanksiya siyahısına Tayvanın istehsal etdiyi yarımkeçiricilər və avadanlıqlar, həmçinin müəyyən kimyəvi maddələr və dərmanlar əlavə edilib. Tayvanın İqtisadi İşlər Nazirliyinin məlumatına görə, yeni sanksiyalar artıq Avropa Birliyi, ABŞ və digər ölkələrin elan etdiyi sanksiyalara uyğundur. |
2023-12-27 | 817,331 | ABŞ bazasına raket atıldı | Suriyanın Hasekə vilayətində yerləşən ABŞ-ın "Şəddadi" hərbi bazasına raket hücumu olub. Axar.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb. Bildirilib ki, raketlər bazanın ətrafına düşüb. Hücumda ölən, yaxud xəsarət alanların olub-olmadığı məlum deyil. ABŞ tərəfi olayla bağlı hələ ki, açıqlama verməyib. |
2023-12-26 | 817,332 | İlham Əliyevin Rusiyaya səfəri başa çatdı | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri dekabrın 26-da başa çatıb. Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. |
2023-12-27 | 817,334 | Timoşenko Ukraynada səfərbərliyin əleyhinədir | Ukraynanın “Batkivşina” fraksiyasının lideri Yuliya Timoşenko Ukraynada səfərbərlik haqqında qanunun hazırkı variantını Konstitusiyaya zidd adlandırıb və ona səs verməkdən imtina edib. Axar.az xəbər verir ki, bu barədə “Strana.ua” məlumat yayıb. "Batkivşina" indiki formada səfərbərlik haqqında qanuna səs verməyəcək", - deputat bildirib. Timoşenkonun sözlərinə görə, qanunun ölkə parlamentinə təqdim edilən hazırkı variantı Konstitusiyaya uyğun gəlmir. |
2023-12-26 | 817,335 | Əliyev və Paşinyan arasında görüş oldu - Foto | Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Sankt-Peterburqda qeyri-rəsmi görüş baş tutub. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan erməni mediasına açıqlamasında deyib. “MDB-nin qeyri-rəsmi sammiti zamanı Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri arasında qeyri-rəsmi təmaslar olub. Ermənistan-Azərbaycan sülh gündəliyi ilə bağlı məsələlər müzakirə olunub. İkitərəfli formatda müzakirələr aparılıb”, - deyə o bildirib. |
2023-12-27 | 817,336 | Rusiya ordusu dəmiryol vağzalına zərbə endirdi | Rusiya ordusu Ukraynanın Xerson şəhərinin dəmiryol vağzalına raket zərbəsi endirib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski axşam müraciətində deyib. Dövlət başçısı bildirib ki, insident nəticəsində bir polis əməkdaşı həlak olub, 4 nəfər isə xəsarət alıb. Ölən və yaralananların sayı dəqiqləşdirilir. |
2023-12-27 | 817,337 | Bu itki istənilən ölkəni dayandıra bilər, ancaq Rusiya... | Rus işğalçılar Ukraynaya qarşı müharibədən əl çəkənə qədər onları itkilərə məruz qoymaqda davam etməliyik. Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı bildirib. Zalujnı qeyd edib ki, cəbhədə rus hərbçilərin cəsədləri üst-üstə yığılıb qalıb, lakin qarşı tərəf hərbçilərin cəsədlərini götürməyə belə cəhd göstərmir: "Artıq bir dəfə demişdim ki, bu, mənim əsas səhvlərimdən biridir, inanırdım ki, hətta bir il əvvəl düşmənə verdiyimiz itkilərlə müharibəni dayandırmaq olar. Bu qədər itkilər istənilən ölkəni dayandıra bilər, amma mən başa düşürəm ki, bu, Rusiya Federasiyası deyil". Zalujnı əlavə edib: "Onlar hər gün daha çox görünürlər və təəssüf ki, Rusiya Federasiyasının öz xalqına münasibəti belədir". |
2023-12-27 | 817,339 | Dneprin sol sahilində rusların qarşısı alındı | Ukrayna müdafiə qüvvələri Xerson vilayətində Dnepr çayının sol sahilində rus işğalçıların hücumlarını uğurla dəf etməkdə davam edir. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumatda bildirilib. "Gün ərzində 59 hərbi toqquşma baş verib", - məlumatda deyilib. Xüsusilə, Kupyanski istiqamətində ukraynalı müdafiəçilər Xarkov vilayətinin Sinkovka ərazilərində və Petropavlovkanın şimal-şərqində düşmənin 8 hücumunu dəf ediblər. Ruslar Xarkov vilayətinin Sobolevka yaxınlığına hava zərbəsi endiriblər. 10-a yaxın yaşayış məntəqəsi artilleriya və minaatanlardan atəşə tutulub. |
2023-12-27 | 817,340 | Erməni haker Azərbaycan saytlarını “sındırdı” - Siyahı | Mənə məlum olmayan (bəlkə də tanış olan, amma demirəm) bir haker və ya haker qrupu Azərbaycanın bir neçə saytını sındırıb. Axar.az xəbər verir ki, bu barədə erməni media eksperti Samvel Martirosyan sosial şəbəkə hesabında yazıb. O, siyahını da paylaşıb və bildirib ki, 4 dekabrda sındırılan saytların bəziləri hələ də bərpa olunmayıb. Qeyd edək ki, paylaşılan siyahıda Azərbaycanın bəzi kiçik şirkət və yaxud xidmət saytlarının adı əks olunub. Bu saytların isə adətən ciddi qorunmasına heç bir ehtiyac olmur. |
2023-12-27 | 817,342 | Əliyev-Paşinyan görüşündə Putin niyə iştirak etmədi? - Video | Ermənistan tərəfinin rəsmi məlumatına görə, Sankt-Peterburqda İlham Əliyevlə Nikol Paşinyan arasında qeyri-rəsmi görüş keçirilib. Tərəflər sülh gündəliyini müzakirə edib. Bu, Qarabağda erməni separatizminin ləğvindən sonra tərəflər arasında ilk görüşdür. Axar.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib. “Əsas diqqətçəkən məqam görüşün ikitərəfli formatda keçirilməsi, Putinin iştirak etməməsidir. Görünür, Sankt-Peterburqdan sonra Qərbin görüş təşkilində israr edəcəyi gözləntisinə qarşı üçüncü tərəflərin prosesdə iştirak etməməsi prinsipi qorunub. Putin üçün hazırda əsas olan görüşün Rusiyada baş tutmasıdır”. Qeyd edək ki, 26 dekabrda Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti baş tutub. |
2023-12-27 | 817,343 | İsraillə savaşda Hizbullahın 128 döyüşçüsü öldürüldü | İsrail hərbçiləri ilə silahlı atışmalarda Hizbullahın daha 2 döyüşçüsü öldürülüb. Axar.az xəbər verir ki, bu barədə Hizbullahın məlumatında deyilir. Bildirilib ki, bununla da 8 oktyabrdan bəri münaqişədə öldürülən Hizbullah mənsublarının sayı 128-ə çatıb. |
2023-12-27 | 817,344 | Əliyev və Paşinyan sammiti birgə tərk etdi - Video | Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Sankt-Peterburqda qeyri-rəsmi görüş baş tutub. Axar.az xəbər verir ki, İlham Əliyev və Nikol Paşinyan Piterdəki sammiti birgə tərk ediblər. Həmin kadrı təqdim edirik: |
2023-12-27 | 817,347 | MDB sammiti uğurlu keçdimi? - Peskov | MDB-nin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammiti uğurlu keçib. Axar.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov bildirib. Peskov qeyd edib ki, dövlət rəhbərləri ən aktual mövzuları müzakirə ediblər: “Bu, şübhəsiz ki, uğurlu olub, çünki MDB dövlət başçıları üçün qeyri-rəsmi də olsa, sadəcə ünsiyyət qurmaq imkanı çox vacibdir, bu ünsiyyət Yeni il mövzusu ilə məhdudlaşmır. Bu, həqiqətən də, ayaq üstə də olsa, iş məsələlərinin müzakirəsidir və ən aktual mövzular müzakirə olunur". |
2023-12-27 | 817,349 | Davamlı ağrıkəsici istifadə edənlərin diqqətinə | Ağrı bədəndəki problemi xəbər verən siqnalizasiya sistemidir və orqanizmə faydalıdır. Əgər biz ağrıkəsici ilə onu keyitsək, narahatlığa səbəb olan əsas xəstəlik getdikcə inkişaf edir. Nəticədə xroniki fazaya keçən xəstəliyin müayinəsi çətinləşir. Axar.az xəbər verir ki, bu sözləri nevroloq Qalib Əsədov söyləyib. O bildirib ki, ağrıkəsicilərin nəzarətsiz istifadəsi ölümə qədər gətirib çıxara bilər: “Qan təzyiqi yüksək birinin ağrını kəsmək məqsədilə istifadə etdiyi preparat müvəqqəti rahatlıq yaratsa da, beyinə qan sızması (hematoma) verə bilər. Hətta bəzi insanlarda bu preparatlara qarşı allergik reaksiya olur. Anafilaktik şok – (ildırım sürətiylə allergik reaksiya) deyilən prosses baş verdikdə, insan nəfəs yolu spazmı səbəbi ilə boğula, yaxud təzyiqin kəskin düşməsi nəticəsində həyatını itirə bilər”. Ağrıkəsicilərin asılılıq yaratmaq xüsusiyyətinə toxunan həkim vurğulayıb ki, reseptsiz satılan və tərkibində narkotik maddə olmayan dərmanlar heç bir asılılıq yarada bilməz: “Buna baxmayaraq mədəsində xora, qastrit olan, böyrək, yaxud qaraciyər problemi yaşayan insanlar bu dərmanları həkim nəzarətində istifadə etməlidir. Həddən çox dərman istifadəsi digər orqanları sıradan çıxara bilər. Buna görə uşaqların, yeniyetmələrin və orta yaşlı insanların da diqqətli olması tövsiyə olunur”. |
2023-12-27 | 817,350 | Ronaldo bombardirlər siyahısına başçılıq edir | Səudiyyənin “Əl-Nəsr” və Portuqaliya millisinin futbolçusu Kristiano Ronaldo 2023-cü ilin bombardiri yarışında birinci yeri tutub. Axar.az xəbər verir ki, o, bunu Səudiyyə Ərəbistanı çempionatının 17-ci turunun "Əl-İttihad"la səfər matçında dubl sayəsində bacarıb. Görüş "Əl-Nəsr"in 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. 38 yaşlı Ronaldo il ərzində vurduğu qolların sayını 53-ə çatdırıb və hərəsi 52 qol vuran fransalı PSJ-nin hücumçusu Kilian Mbappe və İngiltərənin “Bavariya” klubunun hücumçusu Harri Keyni geridə qoyub. Bu mövsüm Ronaldo Səudiyyə Ərəbistanı çempionatında 17 oyun keçirib, 19 qol vurub və 9 məhsuldar ötürmə edib. Qeyd edək ki, Ronaldo beş dəfə “Qızıl top” alıb. |
2023-12-27 | 817,353 | Marinka itirildi: Kiyevdə siyasi mübarizə qızışacaq | Kiyevdə hakimiyyət uğrunda mübarizənin kəskinləşməsi fonunda Ukrayna Marinka şəhərini itirdi. Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Dmitri Juravlyov deyib. Onun sözlərinə görə, indi məsələ bu məğlubiyyətə görə məsuliyyətin kimin üzərinə atılmasıdır: Zelenski Zalujnıya, yaxud Zalujnı Zelenskiyə? “Zelenskinin Zalujnını ittiham etməsi asandır. Çünki Zelenski ordunun baş komandanıdır. Digər tərəfdən, Zelenski daha çox oturur və çoxlu səhvləri ilə təngə gətirib. İstənilən halda Marinkanın itirilməsi Kiyevdə hakimiyyət uğrunda mübarizə deməkdir. Bu mübarizə uzun müddətdir ki, davam edir, lakin indi daha da güclənəcək", - Juravlyov əlavə edib. |
2023-12-27 | 817,354 | Rusiyadan Çinə qaz tədarükündə tarixi rekord | “Qazprom”un 2023-cü ildə Çinə qaz tədarükü ötən illə müqayisədə 1,5 dəfə artıb. Axar.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri Aleksey Miller Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib. "Bu il Çinə qaz tədarükü 2022-ci illə müqayisədə 1,5 dəfə çox olacaq. 2025-ci ildə isə biz artıq müqavilə öhdəliklərimizi yerinə yetirəcəyik. 2025-ci ildə Çinə qaz tədarükü 38 milyard kubmetr təşkil edəcək", - Miller vurğulayıb. Miller xatırladıb ki, dekabrın 23-də “Qazprom” Çinə gündəlik qaz tədarükü üzrə tarixi rekorda imza atıb. |
2023-12-27 | 817,355 | Zaxarovadan mesaj: Müharibə gələn il də davam edəcək | ABŞ 2024-cü il ərzində Ukrayna münaqişəsini istənilən vasitə ilə dəstəkləyəcək. Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. “Onlar bu mövzunu 2024-cü il ərzində gündəmdə saxlamaq üçün hər şeyi edəcəklər”, - deyə XİN sözçüsü bildirib. |
2023-12-27 | 817,356 | İran Süleymaninin də “qisasını” alacaqdı... - Ekspert | Öldürülən zabit SEPAH-ın Qüds briqadasının yüksək rütbəli zabitlərindən olub. Hesab edirəm ki, İran onun qətlini çox şişirdir. Bu sözləri Axar.az-a güneyli siyasi şərhçi Əlirza Ərdəbilli iranlı general Rza Musəvinin İsrailin raket zərbəsi nəticəsində öldürülməsinə görə Tehranın qisas alacağı haqda yayılan məlumata münasibət bildirərkən deyib. O bildirib ki, İranın öldürülən bir hərbçiyə görə İsraillə açıq toqquşmaya gedəcəyi real görünmür: “İran heç nə etməyəcək. Qasım Süleymani öldürüləndə də ağır qisas alacaqlarını dedilər. Lakin Amerikanın əvvəlcədən boşaldılmış hərbi bazasına hücum etməklə kifayətləndilər. Hətta o bazanı vuracaqları ilə bağlı İran İraqa xəbər də göndərmişdi. İraq da ABŞ-a bu barədə məlumat ötürmüşdü. Bu səbəbdən qərargah boşaldıldı və heç kim ölmədi. Yaxud da Taliban birinci dəfə Əfqanıstanda hakimiyyətə gələndə İranın Məzari-Şərifdəki konsulluğunu tutdu. Buranı casus yuvası adlandırıb, işçiləri öldürdü. İran bu münaqişəyə görə ordusunu Əfqanıstanla sərhədə kimi gətirdi. Bir həftə keçməmiş geri çəkməli oldu. Yəni İran yalnız sözdə qisas alır”. Ekspert xatırladıb ki, İsrailin Suriyada SEPAH-ın bölmələrinə zərbələri ilk dəfə deyil: “Bu zərbələr mütəmadi endirilir və vaxtaşırı olaraq da SEPAH zabiti, yaxud İranın hərbi müşavirlərinin öldüyü xəbərini eşidirik. Tehran nə vaxt bu hücumlardan birinə hərbi cavab verib?” Siyasi şərhçinin sözlərinə görə, İranın İsrail ilə birbaşa münaqişədən çəkinməsi bir fakt olsa da, proksi qüvvələrini məharətlə istifadə edir: “İran başqa cür mübarizə aparır. Husilərdən, Hizbullahdan istifadə edir, Qırmızı dənizdə üzən gəmilərə hücum olunur. Gücü bu qədərinə yetir. Odur ki, proksi qrupları xaric, özü birbaşa İsrailə qarşı ciddi addım atmağa cəsarət etməyəcək”. Qeyd edək ki, dekabrın 25-də İsrail ordusunun endirdiyi zərbələr nəticəsində iranlı general Rza Musəvi Dəməşqin cənubunda yerləşən Seyidə Zeynəb bölgəsində öldürülüb. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu hücumu pisləyərək, İranın İsrailin hərəkətlərinə lazımi yerdə cavab vermək hüququnu özündə saxladığını bildirib. |
2023-12-27 | 817,357 | Nikolun “Qərbə doğru Piterə” gedişi - Markov | Görünür, Nikol Paşinyan manevr etmək qərarına gəlib. Ermənistan baş nazirinin aylardır Vladimir Putinin iştirakı ilə keçirilən və Rusiyanın mühüm, hətta aparıcı rol oynadığı beynəlxalq tədbirləri boykot etmək kampaniyasını niyə dayandırdığı hələlik məlum deyil. Bəlkə də Fransa və ABŞ-la danışıqlar onun istədiyi müstəvidə getmir. Bu sözləri Axar.az-a rusiyalı politoloq Sergey Markov Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya səfərini şərh edərkən deyib. Markov bildirib ki, ola bilsin, o, bu yolla siyasi gedişlər edir: “Paşinyan istəyir ki, Fransa və ABŞ ona hərbi baxımdan zəmanət versin. Amma onlar tələsmirlər. Gözləyirlər ki, İrəvan Rusiyadan tam uzaqlaşsın, Türkiyə və Azərbaycanla baş-başa qalsın. Çətin ki, amerikalıların, avropalıların və fransızların ancaq bəyanatlarla kifayətlənməsi Paşinyanı qane etsin. Ola bilsin ki, o, qərblilərin ona necə cavab verməsindən narazıdır, Qərbə doğru irəliləməyi dayandırmaq qərarına gəlib. Yaxud bəlkə o, sadəcə, ziqzaq gedişlər edir. Çünki yalnız düz hərəkətlər çox problem yarada bilər. Ziqzaqlar siyasi üslubdur. Ona görə də bəlkə də bu səfər Qərbə doğru hərəkətin davamıdır”. Markov Paşinyanın səfərinin hansı amala xidmət etdiyinin Ermənistanın növbəti addımlarına əsasən aydınlaşacağını bildirib: “Bütün bunları Ermənistanın sonrakı hərəkətlərindən görəcəyik. Rusiya telekanallarının aqibəti necə olacaq? İrəvandan Rusiya əleyhinə bəyanatlar eşidiləcəkmi? Hələlik yüksək dərəcədə qeyri-müəyyənlik olduğunu deyə bilərik. Nikol Paşinyan Rusiyaya bir az da yaxınlaşıb, Qərbə doğru hərəkətini ləngitmək qərarına gəlib, yoxsa ziqzaq gedişlər edir, bəlli deyil”. |
2023-12-27 | 817,358 | Rusiya sürətlə qələbəyə irəliləyir - General | Rusiya silahlı qüvvələri Ukrayna üzərində qələbəyə doğru irəliləyir. Axar.az xəbər verir ki, bu fikirləri Böyük Britaniyanın Birləşmiş Qüvvələrinin keçmiş komandanı, istefada olan general Riçard Berrons deyib. "Bu münaqişədə təşəbbüs açıq şəkildə Rusiyaya məxsusdur. Ukrayna hərbçilərinin yorucu yay əks-hücumundan sonra heç nəyləri qalmayıb. Əgər Avropa və ABŞ Kiyevi ona lazım olan silah və pulla təmin edə bilməsə, bu, mütləq siyasi uğursuzluq olacaq”, - Berrons bildirib. General onu da əlavə edib ki, Qərb öncədən bu vəziyyəti gözləmirdi. |
2023-12-27 | 817,359 | Fateh Terim Yunanıstan komandasını çalışdıracaq | Türkiyə millisinin və "Qalatasaray" komandasının keçmiş baş məşqçisi Fateh Terim “Panatinaikos”un baş məşqçisi təyin olunub. Axar.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, tərəflər arasında 1.5 illik müqavilə imzalanacaq. Qeyd edək ki, "Panatinaikos" Yunanıstan Superliqasında 15 turdan sonra 34 xalla 2-ci pillədə qərarlaşıb. |
2023-12-27 | 817,361 | Bakıda 33 yaşlı kişi öldürüldü | Dekabrın 27-si saat 2 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1990-cı il təvəllüdlü Etibar Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Nərimanov rayon Prokurorluğundan Axar.az-a verilən məlumata görə, araşdırmalarla 1975-ci il təvəllüdlü Elşən Nəbiyevin Nərimanov rayonu Uluqbəy küçəsi ərazisində aralarında yaranmış mübahisə zamanı E.Əliyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, E.Nəbiyev iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir. |
2023-12-27 | 817,363 | Bakıda atəşfəşanlıq olacaq | Dekabrın 31-də saat 00.00-da Bakıda Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibəti ilə bayram atəşfəşanlığı keçiriləcək. Axar.az xəbər verir ki, bununla bağlı Dənizkənarı Milli Parkda hazırlıq işlərinə başlanılıb. |
2023-12-27 | 817,369 | Neft yenidən bahalaşdı | Dünya birjalarında neft yenidən bahalaşıb. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 80,94 dollara, yüngül neftin bir barreli isə 75,43 dollara təklif olunur. |
2023-12-27 | 817,371 | İmişlidə 10 yaşlı uşaq su kanalında batdı | 09:32 İmişli rayonunun Qaragüvəndikli kəndində 10 yaşlı uşaq su kanalına düşüb. Axar.az Report-a istinadən xəbər verir ki, İmişli rayonu Qaragüvəndikli kənd sakini, 2013-cü il təvəllüdlü Rasim Vasif oğlu Xankişiyev "Boztəpə" su kanalının İmişli rayonu Qaragüvəndikli kəndindən keçən hissəsində su kanalına düşüb. Hazırda onun tapılması istiqamətində axtarış işləri davam etdirilir. Faktla bağlı İmişli Prokurorluğunda araşdırma aparılır. *** Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Boztəpə kanalının İmişli rayonunun Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində 1 nəfər azyaşlının batması barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunaraq axtarış-xilasetmə əməliyyatına başlanılıb. Hazırda dalğıc-xilasedicilər tərəfindən kanalda batması ehtimal edilən 2013-cü il təvəllüdlü Rasim Vasif oğlu Xankişiyevin axtarışları davam etdirilir. |
2023-12-27 | 817,373 | Pilotlar təyyarəni bu şəhərin əvəzinə Bakıya endirdi | Dubaydan Yekaterinburqa uçan “Fly Dubai” aviaşirkətinin təyyarəsi qar fırtınası səbəbindən istiqamətini dəyişərək Bakıya enib. Axar.az xəbər verir ki, məlumatı “TourDom” Teleqram kanalı yayıb. Bildirilib ki, pilotlar əvvəlcə Ufadakı alternativ hava limanına enmək qərarına gəlsə də, cəhd uğursuz alınıb. Bu səbəbdən onlar Bakı istiqamətinə yönləndirilib. Bakıdan reysin Yekaterinburqa göndəriləcəyi barədə məlumat yayılsa da, rəsmi təsdiq yoxdur. “Komsomolskaya Pravda” isə xəbər verir ki, bəzi KİV-lər təyyarənin yenidən BƏƏ-yə göndərilə biləcəyini yazıb. |
2023-12-27 | 817,374 | Ağcabədidə avtomobil iki piyadanı vurdu: ölən var | Ağcabədi rayonunda avtomobil iki piyadanı vurub, ölən və xəsarət alan var. Axar.az cxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Belə ki, Turqut Vüqar oğlu Quluzadənin idarə etdiyi "LADA Priora" markalı avtomobil Ağcabədi-Ağdam yolunun 1-ci kilometrində, Ağcabədi rayonunun Ağabəyli kəndi ərazisindən keçən hissəsində piyadalar - 2016-cı il təvəllüdlü Hüseyn Yolçu oğlu Əlizadə və 1986-cı il təvəllüdlü Xədicə Arif qızı Əliyevanı vurub. Nəticədə X.Əliyeva xəsarət alıb, H.Əlizadə isə hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. |
2023-12-27 | 817,375 | Xırdalanda qanunsuz tikili söküldü - Video | Abşeron rayonunun Xırdalan şəhəri ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkarlanıb. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb. |
2023-12-27 | 817,381 | İsrail Qəzzada bəşəriyyəti alçaldır - Kuba | İsrailin Qəzza zolağındakı hərəkətləri bəşəriyyət üçün alçaldıcıdır. Axar.az xəbər verir ki, bunu Kuba Prezidenti Migel Dias-Kanel X səhifəsində yazıb. "İsrail terror dövlətinin Qəzza zolağında törətdiyi soyqırım bütün bəşəriyyətin alçaldılmasıdır. Qətllərə görə cəzasızlıq nə qədər davam edəcək? Heç vaxt laqeyd qalmayan Kuba Fələstini müdafiə etmək üçün səsini yenidən qaldırır", - prezident bildirib. |
2023-12-27 | 817,382 | Dünyanın ən yaxşı qapıçısı o seçildi | Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin ən yaxşı qapıçısını açıqlayıb. Axar.az xəbər verir ki, 1-ci yerə İngiltərənin “Mançester Siti” klubunun qolkiperi Ederson layiq görülüb. Braziliyalı futbolçu 145 xalla bütün rəqiblərini qabaqlayıb. |
2023-12-27 | 817,383 | İrəvan İranın əsas rəqibinə qucaq açır - İgidyan | Qərb üçün Cənubi Qafqaz regionu daha böyük planın bir hissəsidir. Bu plana Rusiyanın regiondan sıxışdırılması, ən əsası isə Rusiya ilə İran arasında əlaqələrin kəsilməsi daxildir. Bunun üçün onlar Rusiya və İran arasında daimi münaqişələr, müharibələr və ya heç olmasa onların əlaqələrinin yaranmasına mane olacaq proseslər zonası yaratmaq lazımdır. Qərb bu əlaqəni pozmağa çalışır, çünki Rusiya və İran arasında əməkdaşlıq hər iki tərəfə kömək edir. Bu gün biz bu əməkdaşlığı PUA-lar vasitəsilə görürük, lakin bu, aysberqin yalnız görünən hissəsidir. Axar.az xəbər verir ki, bunu Qafqaz üzrə erməni ekspert Karen İgidyan deyib. “Bu hadisələrin fonunda İrəvan hakimiyyətinin İranın ənənəvi düşməni Böyük Britaniyaya yaxınlaşmaq cəhdi çiddi göstəricidir. İrəvan Böyük Britaniya ilə yaxınlaşmanın əleyhinə olduğuna görə deyil, maraqların fərqliliyinə görə əvvəllər belə bir şey müşahidə olunmayıb. Ermənistanın tarixi təcrübəsinə əsaslansaq, Britaniya dəstəyinin İrəvanı sarsıdıcı məğlubiyyətə uğratdığını görüb, bu yaxınlaşmadan əldə edə biləcəyimiz faydalara çox şübhə ilə yanaşıram. Amma bu, Ermənistan rəhbərliyinin xarici siyasət kursunun dəyişməsini göstərən növbəti zəngdir. Bu, indiki hakimiyyətin iş üsuludur. Onlar de-fakto nəsə edirlər, müəyyən müddətdən sonra bəyan edirlər: “Xalq, yaxşı, bu, artıq de-fakto baş verib, qalan şey onu de-yure konsolidasiya etməkdir”. Bu, məsələn, “artsax” məsələsində də belə oldu”, - o bildirib. |
2023-12-27 | 817,385 | Bayram günü metro bu saata qədər işləyəcək | 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində "Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişikliklər ediləcək. Axar.az xəbər verir ki, bu barədə QSC məlumat yayıb. Nazirlər Kabinetinin qərarına əsasən 30 dekabr 2023-cü il şənbə və 2024-cü ilin 7 yanvar tarixi bazar günləri olsa da, iş günləri elan edildiyindən Bakı metrosunda qatarların hərəkəti payız-qış qrafikinin iş günlərinə uyğun tənzimlənəcək. “28 May-Həzi Aslanov” sahəsində gur saatlarda qatarlar arasında 2 dəqiqəlik interval olacaq. Metropolitendə gur saatlar səhər saat 07:00-dan 10:00-a, axşam saatlarında isə 17:30-dan 19:30-a qədərdir. Dekabrın 31-i və 2024-cü il yanvarın 1-i “28 May-Həzi Aslanov” istiqamətində qatarların hərəkəti səhər saat 07:00-dan axşam saat 21:00-a qədər 2.5 dəqiqəlik intervalla nizamlanacaq. Lakin şəhər mərkəzinə bayram gəzintiləri və müxtəlif kütləvi-mədəni tədbirlər nəzərə alınaraq, ehtiyat qatarlar günün istənilən vaxtı müxtəlif istiqamətlərdən xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq. Həmin məkanlara yaxın stansiyalarda əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli tərtib olunacaq. Yeni ilin gəlişi ilə əlaqədar ənənəvi şəhər gəzintisinə gecə çıxacaq paytaxt sakinləri və qonaqların maraqları nəzərə alınaraq, dekabrın 31-dən 2024-cü il yanvarın 1-nə keçən gecə Bakı metropoliteninin iş rejimi 1 saat uzadılacaq. Bütün stansiyalar gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. 2024-cü il yanvarın 2-dən 6-na qədər “28 May-Həzi Aslanov” istiqamətində qatarların hərəkəti səhər saat 07:00-dan axşam saat 21:00-a qədər 3 dəqiqəlik intervalla tənzimlənəcək. Ancaq sərnişin axınının istiqamətləri nəzərə alınmaqla, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə olacaq. “Bakmil” stansiyası istiqamətində və əksinə hərəkət edən sərnişinlərdən xahiş olunur ki, 30 dekabr-7 yanvar iş günləri, 31 dekabr-1 yanvar şənbə günləri və 2-6 yanvar tarixlərində bazar günlərinin hərəkət cədvəlindən istifadə etsinlər. Yeni ilin gəlişinin yüksək ovqatla qeyd edilməsi və bayram günlərində bütün sərnişinlərin metropolitendən rahat və təhlükəsiz istifadə etməsi üçün “Bakı Metropoliteni” neqativ hallara yol verilməməsi, istifadə qaydalarına və ictimai asayişin tələblərinə, həmçinin sanitar-gigiyenik normalara ciddi riayət edilməsini xahiş edib. |
2023-12-27 | 817,387 | Rusiya ordusu 46 PUA ilə Ukraynaya hücum etdi | Rusiya ordusu bu gecə Ukrayna ərazisinə 46 “Şahid” PUA-sı ilə hücum edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Ukrayna ordusu 32 PUA-nı məhv edə bilib. |
2023-12-27 | 817,390 | Faiq Qarayev yenidən millimizin baş məşqçisi oldu | Faiq Qarayev yenidən voleybol üzrə Azərbaycan millisinin baş məşqçisi təyin edilib. Axar.az xəbər verir ki, təqdimat Azərbaycan Voleybol Federasiyasının 2023-cü ildəki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında gerçəkləşib. Qurumun prezidenti Şahin Bağırov təyinatı açıqlayıb. 64 yaşlı mütəxəssis bu postda türkiyəli Ataman Güneyligili əvəzləyib. Müxtəlif vaxtlarda yığmanın "sükanı arxasında" olan təcrübəli baş məşqçi son dəfə 2018-ci ildə Yaponiyada təşkil olunan dünya çempionatında komandaya rəhbərlik edib. |
2023-12-27 | 817,392 | 672-ci gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 672-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 355 790 hərbçi, 5 913 ədəd tank, 10 973 ədəd zirehli döyüş maşını, 8 376 ədəd artilleriya sistemi, 934 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 616 hava hücumundan müdafiə sistemi, 329 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 11 140 ədəd avtomobil texnikası, 6471 ədəd PUA, 1 620 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1 240 xüsusi avadanlıq itirib. |
2023-12-27 | 817,395 | Putin və Nikol arasındakı “tərcüməçi”... – Markedonov | Deyəsən, uzun müddətdir davam edən fasilə pozuldu. Nikol Paşinyan Aİİ və MDB formatında keçiriləcək görüşlərdə iştirak etmək üçün Rusiyanın “şimal paytaxtına” gəldi. Xatırladım ki, Nikol Bişkekdəki Aİİ və MDB hökumətlərarası şuralarının görüşündə, eləcə də Minskdə KTMT-nin sammitində iştirak etmədi. Maraqlıdır ki, iki Sankt-Peterburq sammiti ərəfəsində Vladimir Putin Paşinyanın iclasda iştirak etməməsinə kifayət qədər təmkinli reaksiya verdi. Dekabrın 14-də keçirilən media konfransında Putin bildirdi ki: “Paşinyanın Bişkek və Minskdə olmaması Ermənistanda gedən bəzi proseslərlə bağlıdır. Bu, İrəvanın inteqrasiya birliklərində fəaliyyətini davam etdirmək istəyi və ya istəməməsi ilə bağlı deyil”. Axar.az xəbər verir ki, bunu rusiyalı ermənipərəst politoloq Sergey Markedonov deyib. “Bununla belə, Rusiya lideri Qarabağın statusu ilə bağlı məsələni İrəvan rəhbərliyinin özünün həll etdiyini söyləməkdən yayınmadı. Bu, Moskva və İrəvanın fərqli şərh etdiyi məqamdır. Rusiya ilə Ermənistan arasında bir növ “tərcüməçi” rolunu Belarus lideri Aleksandr Lukaşenko öz üzərinə götürüb. O, Sankt-Peterburqda jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Minskdə olmamasına görə Paşinyana qarşı heç bir kin saxlamır. Son aylar həm Rusiya, həm də Ermənistanda ikitərəfli münasibətlərdə İrəvanın xarici siyasət yanaşmalarında dəyişikliklər barədə çoxlu yazılar yazılıb. Bu yazılar demək olar ki, İrəvanın Qərbə dönüş kursundan bəhs edirdi. NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsinin bəyanatı bu cür ideyaları gücləndirmək üçün faydalı oldu. Xavyer Kolomina bildirib ki, Ermənistan xarici siyasətini dəyişmək və Moskvadan uzaq durmaq barədə dəqiq qərar verib. Bu arada Sankt-Peterburq sammitinə az qalmış Ermənistanla Hindistan arasında silah müqaviləsi barədə xəbər yayıldı. İrəvan diversifikasiyaya, daha doğrusu, heç bir şəxsə arxalanmadan aparıcı güc mərkəzləri ilə selektiv əməkdaşlığa can atır. Çətin ki, belə bir yanaşma Moskvanı qane etsin, Qərb isə Rusiyanın Qafqaz regionunda təsirinin azaldılması tendensiyası ilə (əzici olmasa da) məmnun olacaq. Ancaq hələlik qeyd edə bilərik ki, həm Rusiya, həm də Ermənistan aşkar ziddiyyətləri qeyd edərək, uçurumu dərinləşdirmək və münasibətlərə son qoymaq istəmir”, - o bildirib. |
2023-12-27 | 817,399 | 1,5 milyon kapitalla elektron pul qurumu yaradıldı | Azərbaycanda 1,5 milyon kapitalla elektron pul təşkilatı yaradılıb. Axar.az xəbər verir ki, Dövlət Vergi Xidməti "A-Solutions Elektron Pul Təşkilatı" MMC-ni dövlət qeydiyyatına alıb. Məlumata görə, nizamnamə kapitalı 1,5 milyon manat olan MMC-nin rəhbəri Azad Hüseynovdur. |
2023-12-27 | 817,400 | Bakının iki fransız diplomatı qovması... - Abdullah Ağar | Adətən bütün səfirliklərdə xüsusi xidmət orqanlarının akkreditasiya edilmiş nümayəndələri olur. Fransanın Azərbaycandakı səfirliyində də bu mümkündür. Ancaq burada fərqli kimliklər, maskalar altında Azərbaycanın da milli təhlükəsizliyinə qarşı fəaliyyət göstərən akkreditasiya edilməmiş casus şəbəkəsindən söhbət gedir. Bu sözləri Axar.az-a Azərbaycanın Fransa kəşfiyyatının kirli planını üzə çıxarması, eyni zamanda iki diplomatın “persona-non-qrata” elan edilməsi haqqında danışan Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib. Ekspert hadisəni Fransa kəşfiyyatının zəifliyi, uğursuzluğu kimi dəyərləndirib: “Onlar Fransa səfirliyini bir qərargah kimi istifadə edərək, Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa və Mərkəzi Asiyanın bəzi dövlətlərinə qarşı fəaliyyət göstərib, diplomatları “ələ almağa” çalışıblar. Əsas diqqətçəkən və təhlükəli məqam elə budur. Fransa Azərbaycandakı səfirliyində bir kəşfiyyat bazası, mərkəzi qurub. Olduqca böyük hadisədir. Ancaq planları heç gözləmədikləri şəkildə əllərində bomba kimi partladı. Belə xırda detallarına kimi işlənmiş, fiziki mənada həddindən çox enerji, külli miqdarda vəsait tələb edən kəşfiyyat planını üzə çıxarmaq, qarşısını almaq, üstəlik, əks həmlə etmək heç kimə zarafat gəlməsin. Hər şeydən öncə bunu Azərbaycanın xarici kəşfiyyata qarşı hərəkət, həmlə etmə qabiliyyəti, böyük uğuru kimi dəyərləndirirəm. Baş verənlər Fransa kəşfiyyatının uğursuzluğu və fiaskosudur, əlaqələrin tamamilə qopmasına səbəb ola biləcək hadisədir”. Ekspertin sözlərinə görə, rəsmi Bakı Parislə münasibətlərdə çox diqqətli davranmalı, qarşı tərəfin öz məqsədini, niyyətini bəlli etməsinə nail olmalıdır: “Əlbəttə, dövlətlər arasında rəqabətin, mübarizənin olması mümkündür. Ancaq vəziyyəti belə təhlükəli hala gətirmək böyük bir inamsızlıq doğurur, həm də AB ilə enerji sahəsində olan əlaqələr üçün risk təşkil edir. Məsələ yalnız Azərbaycan və Fransa ilə bitmir, eyni zamanda Türkiyəni və demək olar ki, ətrafımızdakı bütün ölkələri də maraqlandırır. Əlbəttə, aidiyyəti orqanlar Fransanın kirli planlarına qarşı lazımi cavabı verib və verəcək. Bununla bərabər Azərbaycanın qarşı tərəfə nota verməsi və iki fransız diplomatı “persona non grata” (arzuolunmaz şəxs) elan etməsi çox doğru addımdır. Dövlətin gücünü, ev və söz sahibinin kim olduğunu əyani şəkildə gördülər. Özünə hörmət edən bütün dövlətlər belə addım atır”. Qeyd edək ki, 21 dekabrda DTX-nın ölkəmizdə Fransanın casus şəbəkəsini üzə çıxardığı haqqında məlumat yayılıb. Eyni zamanda dünən Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim edilib. Səfirliyin iki diplomatı isə “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” elan olunub. Onlara ölkəmizi tərk etmələri üçün 48 saat vaxt verilib. |
2023-12-27 | 817,402 | AAYDA-ya məxsus şirkət direktoru işdən çıxarıldı | Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “14№-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Araz Bəndəliyev vəzifəsindən azad edilib. Axar.az Report-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Qismət Quliyevə həvalə olunub. Xatırladaq ki, “14№-li Xüsusi Təyinatlı Yol İstismarı” şirkəti 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 56 milyon 862 min 702 manatdır. |
2023-12-27 | 817,408 | Putin və Əliyevin bu cür görüşməsi... - Video | Azərbaycan Prezidenti İlham Əliyev Peterburqda təntənəli şəkildə qarşılandı. Bundan əlavə, Vladimir Putinlə Azərbaycan liderinin bir-birini necə səmimi salamlaması da diqqət çəkir. Bu olduqca əhəmiyyətlidir. Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı əsas tərəfdaşıdır. Axar.az xəbər verir ki, bunu rusiyalı maliyyəçi və siyasi şərhçi Aleksandr Razuvayev deyib. “Putin dəfələrlə deyib ki, öz milli maraqlarını qoruyan güclü suveren dövlətlərlə işləmək çox rahatdır: onlarla razılığa gəlmək olar. Postsovet məkanında bu ölkə Azərbaycandır. MDB məkanında qeyri-suveren oyunçuya misal olaraq Ermənistanı göstərmək olar, onun Qərblə yaxınlaşma istiqamətində indiki addımları təkcə özünə deyil, həm də MDB “orqanizmində” sabitliyə pis təsir göstərəcək. Ermənistan MDB-də sabitliyin pozulmasının aparıcı qüvvəsidir. Bölgədə xarici oyunçuların maraqlarını təşviq edən belə bir tərəfdaşla işləmək çətindir. Azərbaycanı MDB dövlətləri arasında vasitəçi də adlandırmaq olar. Axı o, MDB strukturunda regional çoxluğu təşkil edən Mərkəzi Asiya ölkələri ilə əlaqələri gücləndirir. Rusiya-Azərbaycan münasibətləri isə strukturu gücləndirən alətdir. Gülə bilərsiniz, amma iqtisadi baxımdan yumurta ilə hekayə bir göstəricidir. Rusiyada müvafiq boşluq ortaya çıxan kimi Azərbaycan və Türkiyə bu kəsiri bağlamağa başladı”, - o bildirib. |
2023-12-27 | 817,410 | Azərbaycanda zəlzələ oldu | Şirvan stansiyasından 63 km cənubda Neftçala rayonunda zəlzələ olub. Axar.az xəbər verir ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Qeyd olunub ki, maqnitudası 3,8, dərinliyi 47 km olan zəlzələ hiss olunmayıb. |
2023-12-27 | 817,411 | DYP-dən küləkli hava ilə bağlı xəbərdarlıq | Bakı şəhər DYP İdarəsi (BDYPİ) verilən proqnozla əlaqədar bütün hərəkət iştirakçılarına müraciət edərək küləkli havada həyat və sağlamlığımızın təhlükə altında qalmaması, eləcə də nəqliyyat vasitələrinə ziyan dəyməməsi üçün yollarda ehtiyatlı olmağı, qabaqlayıcı tədbirlər görməyi tövsiyə edir. Axar.az xəbər verir ki, bu barədə BDYPİ-nin dekabrın 27-si və 28-də müşahidə olunacaq hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına xəbərdarlığında bildirilib. Sürücülər meteoroloji şəraitə uyğun sürət həddi seçməli, küləkli havada yolun kənarları qapalı olan hissəsindən və ya tunellərdən açıq əraziyə çıxarkən, həmçinin çöllükdə avtomobilin hərəkət istiqamətinin qəflətən dəyişmə ehtimalının yüksək olmasını nəzərə almalı, nəqliyyat vasitələrini tikinti işləri aparılan yerlərin, ağacların, iri həcmli reklam lövhələrinin, ümumiyyətlə küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamalıdırlar. Bununla yanaşı, piyadalar da diqqətli olmalı, yolun avtomobillər üçün nəzərdə tutulmuş hissəsinə çıxmamalı, yolu yalnız müəyyən olunmuş yerlərdən keçməli, inşaat işləri aparılan ərazilərin, köhnə tikililərin, hündürmərtəbəli binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerlər seçməli, ehtiyat tədbirləri görməlidirlər. Qeyd edək ki Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə dekabrın 27-si axşamdan 28-i gündüzədək qısamüddətə Bakıda və Abşeron yarımadasında qərb, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, səhər yarımadanın bəzi yerlərində arabir 28-32 m/s-dək güclənəcəyi gözlənilir. |
2023-12-27 | 817,413 | Baş nazirdən Mərkəzi Bankla bağlı qərar | Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edib. Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra Azərbaycan Mərkəzi Bankı qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməsi ilə bağlı mal və avadanlıqların idxalı hallarında gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarından azad edilib. |
2023-12-27 | 817,414 | FHN-də “Heydər Əliyev İli” ilə bağlı növbəti tədbir - Foto | Fövqəladə Hallar Nazirliyi tərəfindən “Heydər Əliyev İli”nə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda tədbir keçirilib. Axar.az xəbər verir ki, tədbirdə Nazirliyin Aparatının və qurumlarının məsul vəzifəli şəxsləri, FHN Akademiyasının rəhbər və professor-müəllim heyəti, kursant və magistrləri iştirak ediblər. Əvvəlcə, Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər Dahi Rəhbər Heydər Əliyevin mənalı həyat yolundan, çoxşaxəli və zəngin dövlətçilik fəaliyyətindən ətraflı bəhs ediblər. Bildirilib ki, Ulu Öndər öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyevin parlaq zəkasının işığında qədəm qoyub. Azərbaycanın tərəqqisini və çiçəklənməsini əks etdirən böyük bir tarixi dövrün Ulu Öndərin adı ilə bağlı olduğunu qeyd edən natiqlər vurğulayıblar ki, Ümummilli Liderin mənalı həyatı və titanik fəaliyyəti xalqımızın milli sərvəti və xəzinəsi olaraq gələcək nəsillər üçün örnəkdir. Çıxışlarda xüsusi vurğulanıb ki, Ulu Öndərin layiqli davamçısı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl, məqsədyönlü daxili və xarici siyasət nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilərək beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutub. Vətən müharibəsində əldə olunan böyük Zəfər məhz Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsi idi. Ümummilli Liderin müəyyənləşdirdiyi modern ordu quruculuğu konsepsiyası Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək intellekti, parlaq zəkası, mükəmməl sərkərdəlik məharəti ilə həyata keçirildi, tarixi Zəfər qazanıldı. Bu ilin sentyabr ayında cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri uğurla həyata keçirilərək suverenliyimiz tam bərpa olundu. Sonra Nazirliyin İctimaiyyətlə əlaqə idarəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar hazırlanmış sənədli film nümayiş olunub. Tədbirin bədii hissəsi FHN-in hərbi orkestrinin konsert proqramı ilə davam edib. |
2023-12-27 | 817,416 | İlham Əliyev 5 fərman imzaladı | 11:13 İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsinin gəlirləri 2 811 428 292,00 manat, xərcləri 2 811 428 292,00 manat məbləğində olacaq. Axar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsi haqqında” fərmanda əksini tapıb. *** Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1039-VIQD nömrəli Qanununun tətbiqi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1. Müəyyən edilsin ki: 1.1. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.24 – 20.0.28-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Qanunun 20.0.24-cü və 20.0.26-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Neft Fondu nəzərdə tutulur; 1.3. həmin Qanunun 20.0.25-ci maddəsində “orqan (qurum)” dedikdə Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası nəzərdə tutulur; 1.4. həmin Qanunun 20.0.27-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti nəzərdə tutulur; 1.5. həmin Qanunun 20.0.28-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi nəzərdə tutulur. 2. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 801; 2016, № 2 (II kitab), maddə 260, № 6, maddə 1022; 2017, № 8, maddə 1521; 2022, № 1, maddə 19, № 5, maddə 474; 2023, № 1, maddə 92) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin: 2.1. 3.1-1-ci bənddə “və 20.0.23-cü (hər iki halda)” sözləri “, 20.0.23-cü (hər iki halda) və 20.0.24 – 20.0.28-ci” sözləri ilə əvəz edilsin; 2.2. 3.9-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.10 – 3.13-cü bəndlər əlavə edilsin: “3.10. həmin Qanunun 20.0.24-cü və 20.0.26-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Neft Fondu nəzərdə tutulur; 3.11. həmin Qanunun 20.0.25-ci maddəsində “orqan (qurum)” dedikdə Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası nəzərdə tutulur; 3.12. həmin Qanunun 20.0.27-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti nəzərdə tutulur; 3.13. həmin Qanunun 20.0.28-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi nəzərdə tutulur.”. *** Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1732 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1732 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 721; 2023, № 2, maddə 252, № 6, maddə 782, № 7, maddə 942) 4-cü hissəsində “2023-cü” sözləri “2026-cı” sözləri ilə əvəz edilsin. *** Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsi haqqında fərman imzalayıb. Fərmanın mətni ilə buradan tanış ola bilərsiniz. *** Prezident İlham Əliyev “Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemində dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsini təmin edən “Şəhərsalma Nəzarəti” altsistemi yaradılmalıdır. Nazirlər Kabineti tikintiyə icazə və istismara icazə icraatı da daxil olmaqla şəhərsalma və tikinti inzibatçılığının, şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi və rəqəmsal texnologiyaların yaratdığı imkanlar nəzərə alınmaqla, təkmilləşdirilməsi ilə bağlı təkliflərini 6 ay müddətində dövlət başçısına təqdim etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Şəhərsalma Nəzarəti” altsisteminin formalaşdırılmasını 2026-cı il yanvarın 1-nə qədər təmin etməli, aidiyyəti dövlət orqanlarının (qurumlarının) həmin altsistemə çıxışını təmin etməlidir. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə həmin altsistemin informasiya təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlər görməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkə Prezidentinin 3 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin “Hökumət buludu”nda yerləşdirilməsini təmin etməli, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” ölkə Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin və “Şəhərsalma Nəzarəti” altsisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir. Əsasnamənin “Elektron Tikinti Portalı” altsistemi vasitəsilə yerinə yetiriləcək hərəkətlərlə bağlı müddəaları 2024-cü il yanvarın 1-dən, “Şəhərsalma Nəzarəti” altsistemi vasitəsilə yerinə yetiriləcək hərəkətlərlə bağlı müddəaları isə 2026-cı il yanvarın 1-dən qüvvəyə minir. |
2023-12-27 | 817,418 | Təbrizli qız İran çempionatının ikincisi oldu | Güneyli xanım idmançı Elin Zamani İranda muay-tay üzrə keçirilən çempionatda gümüş medal qazanıb. Axar.az xəbər verir ki, bu barədə Təbriz mediası məlumat yayıb. Bildirilib ki, təbrizli idmançı muay-tay əlbəyaxa idman növü üzrə bu medalı qazanan ilk təbrizli idmançıdır. |
2023-12-27 | 817,420 | Yeni nazir daha bir şöbə müdirini işdən çıxardı | Müdafiə Sənayesi Nazirliyinin kadrlar şöbəsinin müdiri Elgün Bəxtiyarov vəzifəsindən azad edilib. Axar.az Report-a istinadən xəbər verir ki, bununla bağlı müdafiə sənayesi naziri Vüqar Mustafayev əmr imzalayıb. Həmin vəzifəyə hələlik təyinat olmayıb. Məlumatı Müdafiə Sənayesi Nazirliyindən təsdiqləyiblər. Qeyd edək ki, Prezident İlham Əliyevin bu il noyabrın 18-də imzaladığı Sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi naziri təyin olunub. |
2023-12-27 | 817,423 | Ukrayna Rusiyaya PUA hücumu etdi | Rusiya ordusu Belqorod və Rostov vilayətlərində PUA hücumunun qarşısını alıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, hücum edən 2 PUA məhv edilib. Dağıntı və tələfat olmayıb. |
2023-12-27 | 817,424 | Oğuzda güclü külək fəsadlar törətdi - Foto | Güclü külək Oğuz rayonunun mərkəzində və bəzi kəndlərdə bir sıra fəsadlara səbəb olub. Axar.az xəbər verir ki, binaların dam örtüyünə, yaşayış evlərinə zərər dəyib. Qeyd edək ki, küləkli havanın bu gün də davam edəcəyi proqnozlaşdırılır. |
2023-12-27 | 817,426 | Putin Paşinyandan nə tələb edib? - Razuvayev | Nikol Paşinyanın Aİİ-nin siyasi və ya geosiyasi məqsədlər güdməməli olduğu ifadəsi Rusiyaya qarşı daha bir qəti zərbədir. Axar.az xəbər verir ki, bunu rusiyalı maliyyəçi və siyasi şərhçi Aleksandr Razuvayev deyib. “Paşinyan iki stulda oturmağa çalışır. İqtisadi baxımdan Ermənistanın Aİİ-də olması sərfəlidir. Digər tərəfdən, Ermənistan ilk növbədə hərbi-texniki əməkdaşlıq baxımından Qərbə doğru gedir. Moskva Ermənistanın hərəkətlərinə baxır və sanki deyir: “Yaxşı, görək sizdə nə alınır”. Ermənistanın Aİİ-də iştirakdan çox yaxşı faydaları var və onlardan imtina etməyəcək. Məhz buna görə Paşinyan görüşə gəldi. Fikrimcə, Putinlə Paşinyan arasında təkbətək söhbət olub və bu söhbət zamanı Rusiya lideri ondan artan qərbyönlü vektor və antirusiya əhval-ruhiyyəsi ilə bağlı izahat tələb edib”, - o bildirib. |
2023-12-27 | 817,429 | Rusiyada zəlzələ baş verdi | Rusiyanın İrkutsk vilayətində 5,1 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Baykal bölməsi məlumat yayıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin regional qərargahının məlumatına görə, İrkutsk vilayətinin Ust-Kut şəhərində zəlzələnin intensivliyi 4 bal, İrkutskda isə 2 bal olub. Dağıntı və tələfat yoxdur. |
2023-12-27 | 817,431 | FHN güclü küləklə əlaqədar əhaliyə müraciət etdi | Fövqəladə Hallar Nazirliyi güclü küləklə əlaqədar əhaliyə müraciət edib. FHN-dən Axar.az-a verilən məlumata görə, bu gün axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi proqnozlaşdırılır. Güclü küləyin həyat və sağlamlıq üçün yarada biləcəyi mümkün təhlükələri nəzərə alaraq, nazirlik vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb: "Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə, belə hava şəraitində baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaranan çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!". |
2023-12-27 | 817,436 | Türkiyənin məşhur qrupu Bakıya gəlir | Türkiyənin məşhur rok qrupu “Manga” Bakıda konsert verəcək. Kult.az xəbər verir ki, bu barədə “İticket.az” saytı məlumat yayıb. Məlumata görə, konsert 26 yanvar 2024-cu il tarixində Bakı İdman Sarayında baş tutacaq. Konsert üçün biletlərin qiyməti minimum 40, maksimum isə 65 manatdır. |
2023-12-27 | 817,438 | Kiyev ərazi itkisi ilə barışmalı olacaq - Kreçmer | Ukrayna hakimiyyəti atəşkəsə nail ola bilsə, çox güman ki, bəzi ərazilərin itirilməsi ilə barışmalı olacaq. Axar.az xəbər verir ki, bunu Almaniyanın Saksoniya federal ərazisinin Baş naziri Mixail Kreçmer deyib. “Ukrayna böhranının daimi həllinin tapılması vaxt aparacaq. Almaniya rəhbərliyi Kiyev və Moskva arasındakı münaqişə ilə bağlı diplomatik təşəbbüslərlə çıxış etməlidir”, - Kreçmer bildirib. |
2023-12-27 | 817,445 | İsveç Türkiyəyə embarqonu ləğv etdi | İsveç embarqonu ləğv etdi və Türkiyəyə müdafiə ixracı üçün lisenziyalar verməyə başladı. Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar deyib. “Parlament komitəsi İsveçin NATO-ya üzvlük təklifini qəbul etdikdən sonra diqqəti cəlb edən hadisə baş verdi. İsveçin uzun sürən embarqodan sonra Türkiyəyə müdafiə sənayesi sahəsində ixrac lisenziyası verməyə başladığı məlum olub”, - Akçapar bildirib. Qeyd edək ki, İsveç 2019-cu ilin oktyabr ayından Türkiyəyə müdafiə sənayesi təchizatına embarqo qoyub. |
2023-12-27 | 817,450 | Eyvazov müşavirə keçirdi: prezident seçkiləri ilə bağlı... | Daxili İşlər Nazirliyində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarında əhalinin təhlükəsizliyinin təminatına dair onlayn formatda əməliyyat müşavirəsi keçirilib. Bu barədə Axar.az-a nazirlikdən məlumat verilib. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əməliyyat müşavirəsində asayişin mühafizəsi, ictimai qaydanın qorunması və ictimai təhükəsizliklə bağlı qarşıda duran vəzifələri və tapşırıqları diqqətə çatdırıb. Nazir bayram günlərində daxili işlər orqanlarının şəxsi heyətinin gücləndirilmiş rejimdə xidmət edəcəyini, əhalidən daxil olan bütün çağırışlara dərhal və çevik reaksiya verilməsinin, naryad qruplarının fəaliyyətinin fasiləsizliyi, əhalinin narahatlığına səbəb ola biləcək halların aradan qaldırılmasının, hərəkətin intensiv olacağı küçə və prospektlərdə, magistral yollarda xidmətin nümunəvi təşkilinin vacibliyini diqqətə çatdırıb. Əməliyyat müşavirəsində 2024-cü il fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri ilə bağlı vətəndaşların seçki hüququnun təmin olunması məsələləri də müzakirə edilib. Nazir V.Eyvazov seçki gününədək şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, habelə 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə təmin olunması, eləcə də vətəndaşların yaşayış yeri üzrə qanunamüvafiq olaraq qeydiyyata alınmaları ilə bağlı zəruri tədbirlərin görülməsinə dair göstərişlər verib. Müşavirədə iştirak edən daxili işlər orqanlarının rəhbər heyətindən respublikada asayişin, təhlükəsizliyin, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində fəaliyyət nəzarətdə saxlanılmaqla, qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi tələb edilib. |
2023-12-27 | 817,451 | İlham Əliyev 2 sərəncam imzaladı | 12:39 Prezident İlham Əliyev Quba rayonunun Amsar‒Əski İqrığ‒Gültəpə‒Möhüc‒Aşağı Tüləkəran‒Yenikənd‒Tülər‒Yuxarı Tüləkəran avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Axar.az xəbər verir ki, sərəncama əsasən, dövlət başçısının 23 yanvar 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,2 milyon Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Maliyyə Nazirliyi maliyyələşməni təmin etməli, İqtisadiyyat Nazirliyi zəruri maliyyə vəsaitini 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalı, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir. *** Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yolları əsaslı təmir olunacaq. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncamla Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 350 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. |
2023-12-27 | 817,455 | Sabah güclü külək əsəcək | Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, axşama doğru bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Əsasən Böyük Qafqazın ayrı-ayrı yerlərində intensiv olacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacaq. |
2023-12-27 | 817,461 | MİT PKK-nın 3 “rəhbər şəxsini” məhv etdi | Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) PKK-nın liderləri adlandırılan 3 terrorçunu zərərsizləşdirib. Axar.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Məlumata görə, “Əli Xebat” kod adlı Ərdinç Bolcal, Süleymaniyyənin şimal bölgəsindən məsul olduğu iddia edilən “Bahoz Zaqros” kod adlı Mehmet Şəfa Akman və Zeynəb Eyveri İraqın şimalında Süleymaniyyədə keçirilən əməliyyat tədbirləri zamanı məhv edilib. |
2023-12-27 | 817,464 | Nikol Ukraynadakı vəziyyəti görüb, Rusiyaya “qaçdı” | AB və NATO Yaxın Şərq və Ukraynada uğursuzluğa düçar olur. Ermənistan hələ də Avro-Atlantik strukturlarda xoş qarşılanmır. Rusiya Cənubi Qafqazda əsas amil olaraq qalır. Buna görə də Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya formatlarının sammitlərini sonsuza qədər boykot edə bilməz. Axar.az xəbər verir ki, bunu “Vestnik Kavkaza”nın analitiki Konstantin Proxorov deyib. “Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistanın Aİİ və KTMT-də iştirakı böyük suala çevrildi. Paşinyan hər fürsətdə KTMT-ni fəaliyyətsizlikdə ittiham etdi və Azərbaycanın Qarabağda öz suverenliyini qanuni şəkildə bərpa etməsində Rusiya və onun sülhməramlılarını günahlandırdı. Buna görə də KTMT ölkələrinin liderləri, o cümlədən Putin Qarabağın təşkilatın məsuliyyət zonası olmadığını, hətta İrəvanın özünün də separatçı rejimin müstəqilliyini heç vaxt tanımadığını açıqlayıb. Lakin İrəvan Kremlə kin saxlamaqda davam edirdi. Bu mövqe yaxşı heç nəyə gətirib çıxarmadı. Ermənistan xarici siyasətdə nəinki tam müstəqilliyə ümidini itirdi, həm də Rusiyanın xarici siyasətinin prioritetləri baxımından mövqeyini pisləşdirdi. Paşinyanın çoxsaylı hücumları Moskva ilə İrəvan arasında onsuz da sarsılmış müttəfiqlik münasibətlərini zəiflətdi. Ukraynaya humanitar yardımın göndərilməsi, Roma Əsasnaməsinə qoşulması və ABŞ-Ermənistan hərbi təlimləri Rusiyanı ilk dəfə olaraq Ermənistan səfirinə etiraz notası verməyə məcbur etdi. Belə böhrandan sonra Paşinyan məqsədinin Ermənistanı Qərblə inteqrasiya yoluna çıxarmaq olduğunu etiraf etməkdən çəkinmədi”, - o bildirib. Proxorov qeyd edib ki, vəziyyətin daha da gərginləşməsi Ermənistan üçün çox riskli olardı: “Rusiya onun qonşusu olaraq qalır. Azərbaycanla münasibətlərin normallaşması prosesi başlayandan sonra regionda “3+3” formatında tərtib edilmiş yeni nəqliyyat və iqtisadi strukturlar formalaşır. Türkiyə AB-yə qısa zamanda üzv olmayacaq. Gürcüstana namizəd statusu formasında “kart” verilib. Cənubda antiqərb İran, şimalda NATO və AB ilə münaqişədə olan Rusiya var, şərqdə isə AB-yə daxil olmağa can atmayan Azərbaycan. Paşinyan siyasəti yaxşı anlamasa da, coğrafiyadan və iqtisadiyyatdan anlayır. Ermənistan regiondan yoxa çıxa bilməz. Ermənistanın enerji və ümumiyyətlə, bütün iqtisadiyyatı Rusiyaya yönəlib. Ölkənin təhlükəsizliyinə Rusiya hərbi bazası zəmanət verir. Əgər Rusiyadan tamamilə ayrılsa, ölkə maliyyə fəlakətinin astanasında qala bilər və ola bilsin ki, müəyyən ərazilərini itirər. Buna görə də Paşinyan Aİİ və MDB-nin qeyri-rəsmi sammitinə qatıldı. Sankt-Peterburqda peyda olan Paşinyan köhnə səhvlərini qismən düzəltməyə çalışır. Nikol coğrafi faktorla yanaşı, NATO və AB-nin Yaxın Şərq və Ukraynada üzləşdiyi çətinlikləri də görməyə bilməz. NATO-nun döyüş sursatı tükənir, Rusiya ordusu irəliləyir, ABŞ və AB islam dünyasında təcrid olunub. Beləliklə, Paşinyanın Rusiyaya səfəri onun hazırkı geosiyasi reallığı tanımasının nəticəsidir. Amma onun istənilən fürsətdə Qərbə “qaçmağa” çalışacağı da bəllidir. Qərbin özünün buna nə vaxt hazır olub-olmayacağı böyük müzakirə mövzusudur”. |
2023-12-27 | 817,466 | Abdallahian İrəvanda Mirzoyanla görüşdü | 13:08 Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşüb. Axar.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb. Nazirlər Cənubi Qafqazdakı mövcud vəziyyəti, həmçinin 3+3 formatını müzakirə ediblər. Onlar həmçinin ikitərəfli münasibətlər barədə danışıblar. |
2023-12-27 | 817,468 | İranın BMT-dəki nümayəndəsi: İsrailə cavab veriləcək! | İranın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi və Təhlükəsizlik Şurasının hazırkı sədri Əmir Səid İrəvani Antonio Quterreşə müraciət edib. Axar.az xəbər verir ki, o, BMT-nin Baş katibindən SEPAH generalı Rza Musəvinin öldürülməsinə görə İsraili mühakimə etməsini istəyib. İrəvani bununla yanaşı, İsrailə cavab veriləcəyi ilə bağlı təhdid bəyanatı səsləndirib: “İran uyğun zamanda İsrailin hərəkətinə həlledici cavab vermək hüququnu özündə saxlayır”. Qeyd edək ki, dekabrın 25-də İsrailin hücumu nəticəsində Qüds briqadasının sabiq komandiri Qasım Süleymaninin yaxın silahdaşı və SEPAH müşaviri Seyid Rza Musəvi Suriyada həlak olub. |
2023-12-27 | 817,470 | Qusarda pirotexniki vasitələrin satışının qarşısı alındı | Qusar Rayon Polis Şöbəsinin əməkdaşları partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısını alıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional qrupundan məlumat verilib. Bildirilib ki, rayon ərazisində pirotexniki vasitələrin satışı ilə məşğul olan 1 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib. Ondan yüksək səs effekləri ilə təchiz olunan külli miqdarda müxtəlif növ pirotexniki vasitələr aşkar edilərək götürülüb. Araşdırmalar davam etdirilir. |
2023-12-27 | 817,472 | Nikosayağının işi Ağır Cinayətlərə göndərildi | Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan istintaq işi artıq yekunlaşıb. Axar.az Oxu.az-a istinadən xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Qeyd edək ki, avqustun 15-də sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porşe” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb. Hadisə ilə bağlı cinayət işi açılıb. |
2023-12-27 | 817,475 | S-125-lərimiz start mövqeyinə çıxarıldı - Video | Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən, Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra edilib. Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Plana uyğun olaraq döyüş heyətləri tərəfindən S-125 zenit-raket komplekslərinin (ZRK) start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativlər yerinə yetirilib. Şəxsi heyətin idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə ümumqoşun poliqonunda keçirilən təlimdə şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra olunub. Döyüş atışlı təlimdə HHM bölmələri yüksək peşəkarlıq nümayiş etdiriblər. |
2023-12-27 | 817,477 | Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması... | Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması perspektivini bu üç ölkənin liderlərinin imzaladığı üçtərəfli bəyanatlar çərçivəsində görür. Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. |
2023-12-27 | 817,481 | Ağdamda məşhur çay evi bərpa edilir | Prezident İlham Əliyevin dekabrın 24-də təməlini qoyduğu Ağdam şəhər Mərkəzi parkının ümumi ərazisi 5,5 hektar olacaq. Axar.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib. "Bunun 70%-ni yaşıllıqlar, 25%-ni səki və meydançalar, 5%-ni isə tikililər təşkil edəcək. Parkın ərazisi 4 zonaya bölünüb. Bunlar, şəhər mərkəzi, botanika bağı, çəmənliklər və meşəliklərdir. Burada inzibati binanın, mobil tipli köşklərin, restoranın, uşaq əyləncə mərkəzinin, məşhur Ağdam Çay Evinin inşası nəzərdə tutulub”, - deyə o qeyd edib. |
2023-12-27 | 817,485 | MSK imza vərəqələrinin yoxlanılmasına başladı | Mərkəzi Seçki Komissiyası 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası prezident seçkiləri ilə əlaqədar imza vərəqələrinin yoxlanılmasına başlayıb. Bu barədə Axar.az-a Mərkəzi Seçki Komissiyasından bildirilib. Xatırladaq ki, Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyasının prezidentliyə namizədliyin irəli sürülməsini təsdiq edən qərarından sonra Azərbaycan Respublikası prezidentliyinə namizədə və ya onun səlahiyyətli nümayəndəsinə, habelə siyasi partiyanın və siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə imza vərəqələri verilir. Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri qəbul edildikdən sonra 7 gün müddətində MSK imza vərəqələrində və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamalı və namizədin qeydə alınıb-alınmaması haqqında qərar qəbul etməlidir. Qeyd edək ki, indiyədək yalnız Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası prezidenti seçkilərində Azərbaycan Respublikası prezidentliyinə irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin müdafiəsi üçün topladığı 50 min seçici imzasının olduğu imza vərəqələrini Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tələb olunan digər sənədlərlə birlikdə dekabrın 26-da MSK-ya təqdim edib. |
2023-12-27 | 817,487 | DİN vətəndaşlara səsləndi: Yaşayış yeri üzrə qeydiyyat... | Vətəndaşlar yaşayış yeri üzrə qeydiyyat məsələləri ilə bağlı ASAN Xidmət mərkəzlərinə müraciət edə bilərlər. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Axar.az-a bildirilib ki, qeydiyyat məsələləri ilə yanaşı, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə bağlı müraciətləri qəbul edilir, müəyyən edilən müddət ərzində sorğular cavablandırılır. Qeyd olunub ki, DİN vətəndaşların bütün müraciətləri diqqətdə saxlanılmaqla qanunamüvafiq tədbirlərin görülməsi təmin edir. |
2023-12-27 | 817,488 | Cəlilabadda ev yandı | Cəlilabadda yanğın olub. FHN-dən Axar.az-a verilən məlumata görə, rayonun Günəşli kəndində ümumi sahəsi 84 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. |
2023-12-27 | 817,489 | Azərbaycanda COVİD-19-un yeni ştammı yayılıb? | COVİD-19-un ABŞ-də qeydə alınan yeni ştammının Azərbaycanda yayılması haqqında heç bir məlumat yoxdur. Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. İnfeksionist yeni ştammla bağlı bildirib ki, yeni “JN1” ştammı omikronun altnövüdür: “Sələfi olan “Pirola” ştammından yalnız yoluxuculuq sürətinə görə fərqlənir. Ümumdünya Səhiyyə Təşkilatı hələlik bu altnövü maraq kəsb edən variant kimi dəyərləndirir. Onun daha ağır xəstəlik halları törədəcəyi təsdiq olunmur. Əksinə, son zamanlar bəzi ölkələrdə yoluxma hallarının sayında artımların olmasına baxmayaraq, ölüm hallarında azalma müşahidə edilir. Virusun bu altnövünün Azərbaycanda yayılması haqqında heç bir məlumat yoxdur”. |
2023-12-27 | 817,491 | DSX-dən əməliyyat: İran vətəndaşları saxlanıldı | Dekabr ayının 25-də saat 20:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Hamoşam kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxs tərəfindən narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Axar.az xəbər verir ki, bu barədə DSX-nin mətbuat xidməti məlumat yayıb. Araşdırma zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları − 1968-ci il təvəllüdlü Qulamrza Qaçaq oğlu Cəmşidi və 1988-ci il təvəllüdlü Siyamək Səmədulla oğlu Yusifzadə olduğu müəyyən edilib. Saxlanılan şəxslərin üzərlərinə baxış zamanı ümumi çəkisi 8 kiloqram 75 qram narkotik vasitə marixuana və 2 ədəd güclü təsiredici vasitə hesab edilən Metadon M - 40 həbi aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir. |
2023-12-27 | 817,493 | Sensasion ifşa: Parisin Bakıya aqonik hücumuna hazırlaşın! | İkinci Qarabağ savaşı zamanı Azərbaycan xüsusi xidmət orqanlarının necə peşəkar olduğu bir daha üzə çıxsa da, etiraf edək ki, onların məhz bu həcmdə əməliyyat həyata keçirmək gücündə olduğunu təxmin edə bilməzdik. Bu, Azərbaycan xüsusi xidmət orqanlarının inanılmaz peşəkarlığının nəticəsidir. Nəzərə alın ki, casus şəbəkəsi təkcə Azərbaycanda deyil, Ukrayna, Moldova, Gürcüstan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində də fəaliyyət göstərib. Bu qədər böyük arealı əhatə edən geniş casus şəbəkəsini Azərbaycan xüsusi xidmət orqanlarının ifşa etməsi çox mühüm hadisədir. Yaxın tariximiz üçün bu həcmdə casus şəbəkəsi ifşası əməliyyatını xatırlamıram. Bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun baş direktoru Aynur Camal Fransanın casus şəbəkəsinin ifşa edilməsi və Fransanın Azərbaycandakı səfirliyinin iki diplomatının ölkədən çıxarılması haqda danışarkən qeyd edib. O bildirib ki, Fransa sıradan ölkə deyil: “Fransa BMT TŞ-nin daimi üzvlərindən biri, nüvə gücü, Avropa Birliyinin siyasi lideri, dünyanın bir çox regionunda təsir dairəsi olan ölkədir. Fransanın bu statusu İkinci Dünya müharibəsindən sonra formalaşıb və hazırkı dünya nizamında edilən dəyişikliklərdə də Fransa öz mövqeyini nəinki qorumaq, hətta genişləndirmək iddiasını ortaya qoyur. Ancaq təəssüf ki, belə deyək, Şarl de Qolla qətiyyən layiq olmayan varisi qeyri-peşəkar siyasəti, ədalətsiz yanaşmaları və aşırı ambisiyaları ilə Fransanın nüfuzunu sarsıtmağa davam edir. Bir müqayisə etmək istərdim: dünya tarixində elə bir dövlət olmayıb ki, müharibədə məğlub olmasına baxmayaraq, qaliblərin cərgəsində yer alsın və yeni dünya düzəninin qurulmasında iştirak etsin. Fransa İkinci Dünya savaşında işğal olunmuşdu, yalnız Şarl de Qollun müstəsna mübarizəsi və siyasəti sayəsində 1945-ci ildə qalib kimi mühakimə edənlərdən oldu. Makron isə dünyada söz sahibi olan Fransanın mənəvi-siyasi sərhədlərini sürətlə kiçiltməklə məşğuldur. Fransanın Afrikadan sıxışdırılması və qitənin itirilməsi də bu yanlış siyasətin nəticəsidir”. Politoloq qeyd edib ki, Fransa Cənubi Qafqazda bu və ya digər şəkildə hər zaman mövcud olub: “Bu, hələ Ermənistanda 1988-ci ildə baş verən Spitak zəlzələsində xarici ölkələrdən gələn xilasedicilərdən birincisinin fransızlar olmasında da özünü göstərmişdi. Nəzərə alın ki, həmin vaxt SSRİ mövcud idi. Sonrakı proseslərdə də Fransa öz siyasi təsir imkanlarını qorudu, təsadüfi deyil ki, Minsk Qrupunun 3 daimi üzvündən biri məhz Fransa idi. Ancaq Azərbaycanın xoş münasibətinə və Parisin dünya miqyasındakı statusunu qəbul etməsinə rəğmən, bu ölkənin xüsusilə Makronun dövründə tam və qəti şəkildə Ermənistanın tərəfində çıxış etməsi güclənən və regionun liderinə çevrilən Azərbaycanı sürətlə itirməsi ilə nəticələndi. Görün, Fransa siyasəti hansı səviyyəyə düşür ki, onun lideri Paşinyandan daha artıq ermənipərəst olduğunu erməni diasporu ilə keçirdiyi görüşdə dilə gətirir, Əliyevlə baş tutan görüşdən sonra Fransadakı erməni diasporunun həmsədri Papazyana hesabat verir. Ölkəsindəki bir diaspor rəhbərinə hesabat verəcək səviyyəyə enən liderin fiaskosu proqnozlaşdırılan idi”. A.Camal qeyd edib ki, Fransa xüsusi xidmət orqanlarının Azərbaycan da daxil olmaqla, regionda fəaliyyət göstərməsi qeyri-adi qarşılanmamalıdır: “Ancaq məsələ bu fəaliyyətin əhatə dairəsi, məqsədi, əməliyyatlara casusların cəlb edilməsi və böyük şəbəkənin yaradılmasıdır. Yəni Fransanın hansısa formada Azərbaycana siyasi təzyiq forması olaraq atdığı addımlar yeni deyil. Hələ 2000-ci illərin əvvəllərindən Fransa Azərbaycandan “siyasi mühacir idxalının mərkəzi” funksiyasını yerinə yetirib. Xatırlayırsınızsa, Avropa ölkələrindən yalnız Fransa bu məsələdə liderlik edirdi və bunu da söz azadlığı, Fransanın AB-nin siyasi mərkəzi olması, insan haqlarının qoruyucusu və s. ilə pərdələməyə çalışırdı. Ancaq “idxal etdiyi” “fəallardan” sonradan “söyüş müxalifəti” kimi açıq istifadəyə keçməsi, Cənubi Qafqazdakı keçmiş münaqişədə beynəlxalq hüquq normalarından tamamilə uzaqlaşması, yeni reallığa uyğun davranmaq əvəzinə Ermənistanı silahlandırması, hərbi ritorikaya əl atması – yəni qeyri-hüquqi, qeyri-əxlaqi siyasi, beynəlxalq normalara zidd hərbi hədə cəhdləri Makronun Afrikada olduğu kimi, Cənubi Qafqazda da uğursuzluğunu şərtləndirdi. Fransa yeni münasibətləri nəzərə almadan vertikal siyasət tətbiq etməyə çalışdı, qarşısındakı liderin dünya diplomatiyasının ən parlaq şəxsi olduğunu düşünə bilmədi və Əliyevin öz milli maraqlarını qorumaq üçün bütün potensialını səfərbər edəcəyini də düşünmədi. Çünki Makronun İQ-i Fransanın siyasi statusundan çox-çox aşağıdır və təəssüf ki, o, Fransanı da öz İQ səviyyəsinə salmağı bacardı”. Politoloq hazırkı əməliyyatın bir neçə məqamına da diqqət çəkib: “Əvvəla, Azərbaycan xüsusi xidmət orqanlarının ölkə sərhədlərini çox-çox aşan irimiqyaslı casus şəbəkəsini ifşa etməsi həddən artıq böyük əməliyyatdır və yəqin ki, dünyanın ən güclü kəşfiyyat xidmətləri belə bu şəbəkəni Azərbaycanın ifşa edəcəyini gözləmirdi. Bu, regionun siyasi, iqtisadi lideri olan Azərbaycanın xüsusi xidmət orqanlarının dövlətin hazırkı statusuna adekvat olmasının göstəricisi kimi mühüm faktdır. İkincisi, DTX bu cür əməliyyatın keçirilməsi və detalları barədə heç bir rəsmi açıqlama verməyib, bu fakt xarici media tərəfindən Fransadakı mənbələrinə istinadla tirajlanıb. Yəni Azərbaycan xüsusi xidmət orqanları yenə peşəkar davrandı, həmkarlarının qeyri-adekvat fəaliyyətlərinin ifşasından sui-istifadə etmədi. Halbuki bundan istifadə də normal qarşılanardı. Üçüncüsü, Azərbaycan xüsusi xidmət orqanları ölkənin maraqlarını onun sərhədlərindən kənarda da qorumaq imkanını ortaya qoydu, üstəlik, özündən heç də zəif olmayan ölkələrdəki casus şəbəkəsini ifşa etməklə, bu dövlətlərdə də nüfuzunu gücləndirdi”. A.Camal onu da vurğulayıb ki, Fransa kəşfiyyatının bu geniş əməliyyatın ifşasından doğan panik-aqressiv hərəkətlərinə artıq hazır olmalıyıq: “Söhbət əlbəttə ki, xüsusi xidmət orqanlarından getmir – Azərbaycan da daxil olmaqla, bir neçə ölkədəki casus şəbəkəsini və 600-dən çox casusu ifşa edən qurum, demək, hər şeyə hazırdır. Məsələ cəmiyyət olaraq bizim hazırlığımızdan gedir. Fransa kəşfiyyatının “əks-hücum” ehtimalı çox yüksəkdir, rezidenturanın hədəfində isə həmişəki kimi, siyasətçilər, mədəniyyət və incəsənət xadimləri, ölkə ictimaiyyətinin tanınmış simaları olub və olacaq. İki fransız diplomatın ölkədən çıxarılması Fransa səfirliyinin agentura mərkəzi rolunu tərk etdiyi anlamına gəlmir. Bu baxımdan Azərbaycan ictimaiyyəti Fransa səfirliyinin təşkil etdiyi siyasi və ya qeyri-siyasi mərasimlərə daha həssas yanaşmalı, fransız diplomatlarla əlaqələrində istifadə edilmə ehtimallarını nəzərə almalı, hətta Fransanın elm və mədəniyyət xadimlərinə təqdim etdiyi müxtəlif mükafatları qəbul edəndə, bu ölkəyə təşkil edilən səfərlərə dəvət alanda iki dəfə düşünməlidirlər”. |
2023-12-27 | 817,494 | Terim “Panatinaikos”da nə qədər maaş alacaq? | “Panatinaikos”un yeni baş məşqçisi Fateh Terimin sözügedən klubda alacağı maaş müəyyənləşib. Axar.az xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb. Bildirilib ki, Fateh Terimin "Panatinaikos”dakı maaşı 900 min avro təşkil edəcək. Qeyd edək ki, F.Terim “Panatinaikos”da İvan Yovanoviçi əvəz edib. |
2023-12-27 | 817,497 | Abdullahian Bayramovla danışdı və İrəvana getdi - Nə apardı? | İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistanda səfərdədir. Lakin bu dəfə İranın baş diplomatının erməni həmkarlarına “dəstək sovqatı” apardığı o qədər də inandırıcı görünmür, xüsusilə İrəvanın Qərblə “filört” etməsinin Tehranda narahatlıq yaratması fonunda. İbrahim Rəisi də ötən həftə Nikol Paşinyanla telefon söhbətində “kənar qüvvələrin regiona gətirilməsindən” narahatlığını ifadə etmişdi. Mövcud siyasi mənzərə Abdullahianın İrəvan səfərinin Ermənistanı “evə qaytarmaq” məqsədi daşıdığı ehtimalını ön plana çıxarır. Və mümkündür ki, iranlı nazir İrəvana Azərbaycan-Ermənistan danışıqları ilə bağlı müəyyən təkliflər aparıb. Bu kontekstdə iki məqam diqqət çəkir. Birincisi, Cənubi Qafqazda yaranmış vəziyyətdir. Bakı-İrəvan danışıqlarında Qərb və Rusiyanın apardığı mübarizə sülh prosesini əngəlləyir. Qərb platformasına yönələn Ermənistanın Rusiyanın vasitəçiliyindən imtina etməsi isə Moskvanın regional maraqlarına problemlər yaradır, bunun fonunda Qərbin bölgəyə müdaxiləsi İranın da maraqlarına ziddir. Və Abdullahianın Ermənistanda bu vəziyyəti müzakirə edəcəyi istisna deyil. İkincisi, son 24 saatda Tehran-Moskva-Bakı-İrəvan xəttində baş verənlərdir. Abdullahian İrəvana səfərdən öncə Bayramov və Lavrovla ayrı-ayrılıqda telefonla danışdı və hər iki təmasın əsas müzakirə mövzusu Azərbaycan-Ermənistan sülh gündəliyi idi. Bu onu deməyə əsas verir ki, iranlı nazir İrəvana sülh danışıqlarının platforması ilə bağlı təklif aparıb. Və mümkündür ki, bu təklif danışıqların Bakının da maraqlarına uyğun olan 3+3 formatına köçürülməsidir. Burada Rusiyanın da maraqları aydın görünür və istisna deyil ki, Moskva Qərb oyunçularının bölgəyə müdaxiləsinin qarşısını almaq üçün İrəvanı ermənilərin son dövrlər regionda daha çox güvəndiyi Tehran üzərindən “yola gətirmək” istəyir. |
2023-12-27 | 817,498 | 32 ildən sonra Bakı bu məsələni möhürlədi! - Rus mediası | Bu il 32 ildən bir qədər çox mövcud olmuş “dqr”in “tarixi” başa çatdı. “İkinci erməni dövləti”nin taleyi 2020-ci ildə İkinci Qarabağ müharibəsinin nəticələrinə görə möhürləndi. Ancaq problemi tamamilə həll etmək üçün daha bir neçə il lazım oldu. 2022-ci ilin dekabrında Qarabağ “blokadaya” alındı, 2023-cü ilin sentyabrında isə Azərbaycan silahlı qüvvələri antiterror əməliyyatına başlatdı. Şiddətli döyüşlər təxminən bir gün davam etdi. İrəvandan heç bir kömək görməyən, “aclıqdan, yanacaq və dərmansızlıqdan” əziyyət çəkən “dqr” təslim olmaq qərarına gəldi. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın “Nezavisimaya qazeta” nəşrinin yaydığı məqalədə bildirilib. Qeyd olunub ki, bu hadisələrə paralel olaraq, Qarabağ ermənilərinin Qarabağdan köçü başladı: “Ermənilər köçün səbəbi kimi qorxduqlarını desələr də, Azərbaycan hakimiyyəti heç kimin təhlükədə olmadığını vurğuladı. Bakı Qarabağda onlarla erməninin qaldığını iddia edir. Azərbaycanda yaşamaq üçün onlar Azərbaycan vətəndaşlığını qəbul etməli və respublikanın bütün qanunlarına əməl etməli olacaqlar. Eyni zamanda, İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanması mövzusunda söhbətlər intensivləşib. Azərbaycan Prezidenti İlham Əliyev hesab edir ki, qondarma qurumun ləğvi ilə sülhə ən son maneə aradan qalxıb. Bu arada Ermənistanın Baş naziri Nikol Paşinyan 2016-cı ilin avqustunda dördgünlük müharibədən sonra aparılan danışıqlardan sonra “dqr”in ləğvi prosesinin qaçılmaz olduğunu bildirib. O vurğulayıb ki, əvvəllər hakimiyyət bu barədə danışmamağa çalışırdı. Çünki o zaman xalqa 30 il ərzində həlli mümkün olmayan bir problemə vəsait yatırdıqlarını söyləməli olacaqdılar. BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistan rəhbərləri Əliyev və Paşinyanın Cənubi Qafqazda sülhün əldə edilməsi üçün tarixi fürsət haqqında birgə bəyanatını alqışlayıb. Eyni zamanda, Bakı və İrəvan bunu bir-birinin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında həyata keçirəcəklərinə söz veriblər. İki ölkə rəhbərləri bəyanatda qeyd ediblər ki, xoşməramlılıq əlaməti olaraq Azərbaycan 32 erməni hərbçisini, Ermənistan isə iki azərbaycanlı hərbçini azad edir. Mübadilə baş tutub. Ölkə liderlərinin mətbuat xidməti bildirib ki, Əliyev və Paşinyan çoxdan gözlənilən sülhə nail olmaq üçün tarixi fürsətin ortaya çıxması ilə bağlı fikirləri bölüşür”. |
2023-12-27 | 817,499 | Ağdamda daxili yolların inşası nə vaxt yekunlaşacaq? | Ağdam şəhərinin daxili yollarının inşaat işlərinin 2026-cı ildə yekunlaşması nəzərdə tutulub. Axar.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) avtomobil yollarının istismarı və təmiri idarəsinin böyük mütəxəssisi Məmməd Məmmədov deyib. O bildirib ki, Ağdam şəhərinin Baş planına əsasən şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 km təşkil edir: “Şəhərin yol və kommunikasiya şəbəkəsinin təməli Prezident tərəfindən 2022-ci ilin oktyabrında qoyulub. Şəhərin daxili yolları 2 və 8 hərəkət zolaqlı olmaqla 6 tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub”. M. Məmmədovun sözlərinə görə, 189,7 km-lik yolun 17,5 km hissəsində 6-8 zolaqlı olmaqla torpaq yatağının eni 55-60 metr, 50 km hissəsində torpaq yatağının eni 35-40 metr olmaqla hərəkət zolaqlarının sayı 4 ədəd, 122,2 km hissədə isə hərəkət zolaqlarının sayı 2 olmaqla torpaq yatağının eni 20-24 metr təşkil edəcək: “Gördüyünüz kimi, artıq tikinti işlərinə başlanıb. Birinci mərhələ üzrə avtomobil yollarının 58,7 km-lik hissəsinin tikintisi nəzərdə tutulub. Ümumilikdə isə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Ağdam şəhərinin daxili yollarının tikintisi 2026-cı ildə yekunlaşdırılması nəzərdə tutulub”. |
2023-12-27 | 817,500 | Rusiya Qərbdən təzminat istəyəcək - Zaxarova | Rusiya gələcəkdə Qərb ölkələrindən təzminat istəyəcək. Axar.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. “Gələcəkdə Rusiya Qərb ölkələrindən dəyən zərərin ödənilməsi məsələsi üzərində işləyəcək. Ölkə rəhbərliyi tərəfindən formalaşdırılan praktiki məqsəd və vəzifələr var”, - o bildirib. |
2023-12-27 | 817,503 | İstanbul Aydın Universitetinin təsisçisi ADU-da - Foto | Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla İstanbul Aydın Universitetinin təsisçisi və Avrasiya Universitetlər Birliyinin sədri Mustafa Aydınla görüşüb. Axar.az xəbər verir ki, qonağı rəhbərlik etdiyi universitetdə görməkdən məmnun olduğunu deyən rektor ADU haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, universitetdə 20-dən artıq ölkənin dil və mədəniyyət mərkəzi fəaliyyət göstərir. Əsas Avropa dilləri ilə yanaşı Çin, yapon, Koreya, ərəb və s. dillər tədris olunur. ADU-nun beynəlxalq əlaqələri genişlənir. Universitetin təşəbbüsü və təşkilatçılığı ilə müxtəlif ölkələrdə Azərbaycan dili və mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Mustafa Aydın səmimi qarşılanmaya görə təşəkkürünü bildirib. Rəhbərlik etdiyi universitetin Azərbaycan universitetləri, eyni zamanda Azərbaycan Dillər Universiteti ilə əməkdaşlıqda maraqlı olduğunu deyən qonaq dillərin tədrisində ADU-nun potensialını yüksək qiymətlədirib. Qonaq ADU-nun ilk dəfə QS sahələr üzrə dünya universitetlərinin reytinqində “Müasir dillər” üzrə dünyada ən yaxşı 301-340 universitetlər qrupuna daxil olmasını böyük uğur kimi dəyərləndirib. Daha sonra digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. |
2023-12-27 | 817,506 | Azərbaycanın Rus İcmasından seçki açıqlaması | Azərbaycanın Rus İcması qarşıdan gələn Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan edib. Axar.az xəbər verir ki, bu barədə icmanın yaydığı açıqlamada qeyd olunub. Bildirilib ki, icma üzvləri Yeni Azərbaycan Partiyasının 2024-cü il fevralın 7-də keçiriləcək seçkilərdə İlham Əliyevin Azərbaycan Prezidentliyinə namizəd olaraq irəli sürməsi ilə bağlı qərarını məmnunluqla qarşılayıblar. “Əminik ki, İcma üzvləri bundan sonra da Prezidentimizə, onun sülhün möhkəmləndirilməsi, dostluq və qardaşlıq şəraitində çoxmillətli cəmiyyətin qorunub saxlanması, ölkənin Silahlı Qüvvələrinin daha da inkişafı və möhkəmləndirilməsi istiqamətində məqsədyönlü fəaliyyətini dəstəkləyəcək və fevralın 7-də də Vətənimizin parlaq gələcəyi naminə İlham Heydər oğlu Əliyevə səs verəcəklər”, - bəyanatda vurğulanıb. Qeyd edilib ki, Azərbaycan xalqı 30 ildən artıq dövr ərzində ölkə ərazisinin qonşu Ermənistan tərəfindən işğalının bütün çətinliklərini şərəf və ləyaqətlə dəf edib: “Müxtəlif millətlərdən olan Azərbaycanın qəhrəman övladları çoxdan gözlədikləri sülhün bərqərar olması, Vətəninin çiçəklənməsi, nəsillərinin rifahı üçün canlarından keçiblər. Ali Baş Komandan, müzəffər Prezident İlham Əliyevin ətrafında sıx birləşən igid əsgərlərimiz doğulduqları, boya-başa çatdıqları, sevdikləri ölkənin əsl vətənpərvərləri kimi Azərbaycanın suverenliyin və ərazi bütövlüyünün qorunmasında bütün imkanlarından istifadə ediblər. Bütün bu illər ərzində Azərbaycan xalqı öz haqq işinə, haqq-ədalət və müstəqillik uğrunda mübarizəsinə, qələbəsinə və əmin-amanlığına inanıb. Bu qələbə Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin rəhbərliyi ilə əldə edilib. Azərbaycan Ordusunun igid döyüşçüləri hamımıza başımızın üstündə dinc həyat bəxş edib. Uzun illər ərzində Ermənistanın işğalı altında olan Qarabağımız azad edilib. Bir vaxtlar öz evlərindən didərgin salınmış yüzlərlə ailə indi keçmiş məcburi köçkünlərin geri qayıtması üçün məqsədyönlü dövlət proqramı sayəsində doğma yurdlarına, evlərinə qayıdırlar". Bəyanatda Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun ildən-ilə artması da vurğulanıb: “Regionun inkişafı üçün həyata keçirilən genişmiqyaslı proqramlar Azərbaycanın beynəlxalq aləmdə artan roluna heç bir şübhə yeri qoymur. Respublikada yaşayan xalqlar sülhün və mehriban qonşuluğun möhkəmləndirilməsi məsələlərində Azərbaycan Prezidentinin qəti mövqeyinə hörmət bəsləyir və dəstək verirlər”. Xatırladaq ki, Azərbaycanda növbədənkənar Prezident seçkiləri 2024-cü il fevralın 7-də keçiriləcək. |
2023-12-27 | 817,509 | Fransanın Qafqaz siyasəti iflas etdi - Deputat | Azərbaycanda Fransanın agentura şəbəkəsinin ifşası bu ölkənin Qafqaz siyasətinin bütün istiqamətlərdə iflası ilə nəticələndi. Bunu Axar.az-a Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Tural Gəncəliyev deyib. T.Gəncəliyev bildirib ki, son vaxtlar Azərbaycan beynəlxalq siyasi arenadakı fəaliyyətləri və Qoşulmama Hərakatına sədrlik etməsi ilə dünya ictimaiyyətinin cəlbedici platformasına çevrilib: “Dünyanın bir çox ölkələrində ksenofobiya, türkofobiya, islamafobiya tendensiyaları ilə hakimiyyətə gələn siyasi partiya və təşkilatların liderləri erməniləri yenidən silahlandırmaq, revanşist qüvvələri alovlandırmaq məqsədlərini güdür, lakin buna nail ola bilməyəcəklər”. Deputat bildirib ki, bu yaxınlarda Fransada Azərbaycan parkında yazılar silinib, Xurşidbanu Natəvanın heykəlinə qarşı təhqiramiz hərəkətlər edilib: “Vaxtilə Ermənistanadan manipulyasiya aləti kimi istifadə edən, sonralar xunta rejiminin əli ilə Qarabağda xaos yaratmaq istəyən Fransa mədəniyyətimizin simvoluna qarşı belə bir addım atır. Təəssüflər olsun ki, dünyada mədəni irsin qorunmasına cavabdeh olan UNESKO-ya ev sahibliyini Fransa edir. Fransa insan hüquqları, mədəni irslə bağlı Azərbaycana və digər ölkələrə dərs keçəcək axırıncı ölkədir. “Fransa Polineziyası” deyilən məkanda 60-cı ildən üzü bəri Fransa 200-dən çox nüvə silahının sınağını keçirib”. Millət vəkilinin sözlərinə görə, Azərbaycanın haqlı olaraq Fransa səfirliyinin iki əməkdaşını “persona non-qrata” elan etməsi rəsmi Parisin bölgədə pozucu fəaliyyətlə məşğul olduğunu və xarici siyasətdəki uğursuzluqlarını bir daha təsdiqləyib. |
2023-12-27 | 817,511 | Bayram günlərində uşaqları bu məkanlardan uzaq tutun | Bayram günlərində uşaqları kütləvi və qapalı məkanlardan uzaq tutmaq lazımdır. Axar.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva qızılca ilə bağlı danışarkən deyib. O bildirib ki, qızılcaya yoluxan bir nəfər ətrafında olan 10-12 nəfəri yoluxdura bilər. “Uşaqlar arasında qızılcaya yoluxma halları artıb. Ona görə də çağırış edirəm ki, valideynlər övladlarını vaxtında qızılca əleyhinə peyvənd vurdurmağa gətirsinlər”, - mərkəz rəsmisi əlavə edib. |
2023-12-27 | 817,514 | Türkiyə ilə razılaşdıq: hərəkətə keçirik - Novak | “Qazprom” və Ankara Türkiyə qaz qovşağı üçün yol xəritəsi hazırlamaq barədə razılığa gəliblər. Layihənin icrası 2024-cü ildə başlaya bilər. Axar.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib. “Bu gün yaxın gələcəkdə qəbul ediləcək müvafiq yol xəritəsi hazırlamaq üçün tərəfdaşlarımızla razılaşdıq. Biz bu layihənin icrasına başlanılmasını təmin etmək üçün hərəkətə keçəcəyik. Türkiyəli tərəfdaşlar bizim təcrübəmizlə tanış olmaq üçün tezliklə Sankt-Peterburqa səfər edəcəklər və əminəm ki, Türkiyədə belə bir elektron platformanın və mərkəzin formalaşmasını təmin etmək faydalı olacaq. Ümid edək ki, gələn il bu layihənin icrasının başlanğıc ili olacaq”, - o bildirib. |
2023-12-27 | 817,515 | Ağdamın mərkəzi parkı belə olacaq - Foto | Xəbər verdiyimiz kimi, Ağdamda 5 hektar ərazidə mərkəzi park salınacaq. Axar.az parkın layihəsindən görüntüləri təqdim edir: |
2023-12-27 | 817,520 | Əliyev və Paşinyan Peterburqda danışıqlar aparıb? - Kreml | Azərbaycan və Ermənistan liderləri Peterburqda danışıqlar aparmayıb. Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. O bildirib ki, liderlərin hamısının ayaqüstü qısa təmaslar üçün imkanı olub: "Onlar dünən danışıqlar aparmayıblar, lakin belə tədbirlər, o cümlədən MDB-nin qeyri-rəsmi sammiti həmişə ayaqüstü qısa təmaslar üçün yaxşı fürsətdir. Bu dəfə də belə olub", - deyə Kreml rəsmisi vurğulayıb. |
2023-12-27 | 817,521 | Azərbaycan bu ölkədəki səfirini geri çağıra bilər - Deputat | 15:54 Fransa Makronun bu rəzalətini dayandırmalı və Azərbaycan xalqından üzr istəməlidir. Makron hakimiyyəti dövründə Azərbaycan xalqına qarşı bu qədər haqzıslıq, ədalətsizlik, utancverici qərarlar və addımlara yol verilib. Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Azay Quliyev Fransa casus şəbəkəsinin ifşası və Fransa səfirliyinin iki diplomatının ölkədən çıxarılması haqda danışarkən deyib. “Fransa bununla da birdəfəlik körpüləri yandırmış oldu. Fransanın etdikləri cavabsız qalmayıb və qalmayacaq. Azərbaycan Fransaya bununla bağlı sərt xəbərdarlıq edib, parlamentlərarası əlaqələr dayandırılıb. Fransa ilə əksər məsələlər dondurulmuş vəziyyətdədir. Hadisələr bu istiqamətdə davam edərsə, daha sərt, hətta səfirlərin məsləhətləşmək üçün geri çağırılması dərəcəsində addımların atılması istisna olunmur”, - Azay Quliyev bildirib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.