date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-01-02
819,078
Gürcüstan ordusunun sayı ilə bağlı qərar
Gürcüstan parlamenti “2024-cü ildə Gürcüstanın Müdafiə Qüvvələrinin sayının müəyyən edilməsi haqqında” yeni qərar qəbul edib. Axar.az xəbər verir ki, qərarla Gürcüstan Müdafiə Qüvvələrində hərbi personalın hazırkı sayı müəyyən olunub. Qəbul edilmiş qərara əsasən, ölkənin Müdafiə Qüvvələrinin sayı 37 min nəfərdən çox olmayacaq. Bu məhdudiyyət Gürcüstan Müdafiə Nazirliyinin hərbi qulluqçularına, ehtiyatda olanlara və müvəqqəti tam ştatlı işçilərinə şamil edilmir. Qeyd edək ki, bu gün Gürcüstanda hərbi xidmət dörd kateqoriyaya bölünür: icbari, müqaviləli, kadr və ehtiyatda olan.
2024-01-02
819,080
Prezidentin xüsusi mesajı: Xankəndi üçün məhz 2024...
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə xalqa müraciəti müstəqilliyimizin bərpasından sonra Azərbaycan tarixində bir ilk idi, çünki dövlət başçısı ilk dəfə ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş ölkənin xalqına müraciət edirdi. Bu barədə Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal deyib. A.Camal qeyd edib ki, Prezidentin müraciətində ən mühüm məqamlardan biri Xocalı və Xankəndi ilə bağlı verdiyi müjdədir: “Dövlət başçısı bəyan etdi ki, bu il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək, eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar. Xocalıların öz evlərinə qayıdışı Xocalı soyqırımının dünyada tanınması məsələsinə xüsusilə təkan verəcək, çünki indiyə qədər soyqırım haqda xatirələrə istinad edilirdisə, bundan sonra Xocalının hər daşı, hər qayası bu soyqırımın canlı istinad nöqtəsi olacaq”. A.Camal hesab edir ki, azərbaycanlıların Xankəndiyə qayıdışı isə Qarabağ məsələsinin tamamlanmasının son mərhələsi olacaq: “Erməni sosial şəbəkələri və ictimai fikrini izləyənlər yaxşı bilir ki, Qarabağdan könüllü miqrasiya edən ermənilərin mütləq əksəriyyəti geri qayıtmaq fikrində deyil, hətta onların bir hissəsi heç Ermənistanda da qalmır və artıq 5 mindən çoxu xarici ölkələrə üz tutub. Ermənistan rəhbərliyi də Qarabağdan köçən erməniləri geri qaytarmaqda maraqlı deyil, əksinə, onları Zəngəzura yerləşdirmək üçün çalışır, çünki bu bölgədə əhalinin sayı kəskin azalıb. Rusiyalı politoloq Modest Kolerov ötən ay dəqiq rəqəmlər səsləndirmişdi, bildirmişdi ki, 1991-ci ildə bu ərazidə 42 min erməni yaşayırdısa, indi orda 7 min sakin qalıb və bu, Ermənistan hakimiyyəti üçün həyəcanvericidir. Hətta Xankəndiyə qayıtmaq istəyən erməni olsa belə, bu, yaxın vaxtlarda mümkün olmayacaq və ona qədər artıq azərbaycanlılar Xankəndidə tam şəkildə yerləşəcəklər. Bu baxımdan Prezident İlham Əliyev Xankəndi və Xocalıya qayıdışı 2024-cü il üçün prioritet elan etdi". A.Camal vurğulayıb ki, Prezident çıxışında həm Ermənistana, həm də ermənilərin Qərbdəki havadarlarına da xəbərdarlıq etdi: “İkili standartların hökm sürdüyü Qərbə mesaj verdi ki, bütün təzyiqlərə baxmayaraq, Azərbaycan öz milli maraqlarına uyğun siyasətindən əl çəkməyəcək. Ermənistan rəhbərliyinə də mesaj verdi ki, baş verənlərdən dərs çıxarsın, bundan sonra Azərbaycanın qəzəbinə tuş gəlməsin. Sonda “Dəmir yumruğ”un hər zaman yerində olacağını deyən dövlət başçısı Azərbaycana qarşı mümkün təhlükələrə necə cavab veriləcəyini də göstərdi”.
2024-01-02
819,082
Qazaxıstan rus neftinin tranzit qiymətini qaldırdı
Qazaxıstanın milli operatoru “QazTransOil” yanvarın 1-dən etibarən TON-2 boru kəmərinin özünə aid hissəsi ilə Rusiyadan neftin nəqli üçün tarifləri artırıb. Axar.az xəbər verir ki, bu barədə operatorun saytında məlumat verilir. Bildirilib ki, 1 yanvardan min kilometr məsafə üçün tranzitin qiyməti bir tona 11,28 dollar təşkil edir (ƏDV nəzərə alınmadan). “QazTransOil” Səhmdar Cəmiyyətinin məlumatına görə, tarifin dəyişdirilməsi ilə bağlı sərəncam 2023-cü il dekabrın əvvəlində şirkətin idarə heyətinin rəhbəri tərəfindən təsdiq edilib. O zaman min kilometr tranzitin qiyməti bir ton üçün 9,3 dollar olub. TON-2 (Tuymazı - Omsk - Novosibirsk-2) magistral boru kəməri ildə 10 milyon ton ötürmə qabiliyyətinə malikdir. TON-2-nin layihə gücü ildə 18 milyon tona çata bilər. Qazaxıstan ərazisində boru kəmərinin uzunluğu 186,25 kilometr olan hissəsi var ki, oradan Rusiya nefti Pavlodar neft-kimya zavoduna verilir, daha sonra onun bir hissəsi Çin və Özbəkistana göndərilir.
2024-01-02
819,086
Radikal və sürətli dəyişiklik olmazsa... - NASA alimi
Radikal və sürətli dəyişiklik olmazsa, iqlim sistemində uğursuzluqlar yaranacaq. Axar.az xəbər verir ki, bu barədə NASA alimi Ceyms Hansen bildirib. “2023 uğursuzluqların üzə çıxdığı il kimi yadda qalacaq. Hökumətlər təkcə qlobal istiləşməni dayandıra bilmədi, həm də onu daha da sürətləndirdilər”, - iqlimşünas alim bildirib.
2024-01-02
819,087
Norveç Ukraynaya birbaşa silah satışına icazə verdi
Norveçin Nazirlər Kabineti ölkə şirkətlərinə birbaşa Ukraynanın hərbi idarələrinə silah və digər müdafiə təyinatlı məhsullar satmağa icazə verilməsi barədə qərar qəbul edib. Axar.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətinin bəyanatında deyilir. “2024-cü il yanvarın 1-dən Ukraynaya silah və müdafiə təyinatlı məhsulların birbaşa satışına icazə verilir”, - bəyanatda qeyd olunub.
2024-01-02
819,088
ABŞ və Britaniya səfirlərinin təbrikində siyasi notlar
Strateji müttəfiqlər olan Amerika Birləşmiş Ştatlarının və Böyük Britaniyanın Azərbaycandakı səfirlərinin Yeni il təbriklərini müqayisə etdikdə Londonun Vaşinqtonu yenə üstələdiyini demək olar. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, təbriklərdə yeganə üst-üstə düşən məqam hər iki səfirin müraciətini Azərbaycan dilində etməsidir: “ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi mədəniyyətimiz və yeməklərimiz haqqında yenə xoş sözlər dedikdən sonra bir neçə cümlə Qobustana və vulkanlarımıza həsr edib. Amerikalı diplomatın yaddaqalan əsas cümləsi yalnız budur: “Bu qədim məkan mənə insanların haqqı olan daha dinc və firavan dünyada yaşamaq arzusunu xatırladır”. Böyük Britaniya səfiri Ferqus Auld isə təbrikində birbaşa mətləbə keçərək Azərbaycanla Ermənistan arasında dialoqu yüksək qiymətləndirib. “Qarşıdan gələn ildə daha güclü tərəfdaşlıq üçün zəmin yaranıb, yeni ildən gözlədiyimiz çox şey var” deyən ingilis diplomat böyük ehtimalla bu il sülh sazişinin imzalanacağına eyham vurub. Ferqus Libbini daha bir məsələdə üstələyib. Amerikalı diplomat Azərbaycanın COP-29-a ev sahibliyi etməsi barədə heç nə deməyib. Böyük Brtitaniya diplomatı isə buna diqqət ayırıb və noyabrda keçiriləcək bu tədbiri Azərbaycanın uğuru kimi qiymətləndirib. Hər iki diplomat təbrikində Azərbaycanın ərazi bütövlüyünü və Qarabağ üzərində suvenerliyini bərpa etməsi barədə heç nə deməyib. Bunu onlardan heç gözləmirdik də”.
2024-01-02
819,089
Vəkil özünü niyə yandırdı? - Müstəntiqə 10 min verib...
Xəbər verdiyimiz kimi, Bakıda Vəkillər Kollegiyasının inzibati binasının yanında Salyan Vəkil Bürosunun üzvü Zaur İsa oğlu Məmmədov üzərinə tezalışan maddə tökərək özünü yandırıb. O, hadisə yerində ölüb. Axar.az Publika.az-a istinadən xəbər verir ki, vəkilin dostu Aşur Bədəlsoy özünün sosial media hesabında Zaur Məmmədovun intiharının səbəbi barədə paylaşım edib. O, dostu ilə sonuncu dəfə cümə günü Vatsap vasitəsilə danışdığını bildirib: "Son olaraq dost kimi deyim, haqqı üzərimdə qalmasın. Tanıdığım sözünə bütöv tək-tük insanlardan biri idi. Mənə Bakıda yerləşən istintaq orqanlarından birinin müstəntiqinə bir neçə həftə qabaq 10.000 manat pul verdiyini dedi. İşin həll olmadığını, müstəntiqin də pulu qaytarmadığını bildirdi. İşin yiyəsinin onu tutdurmaq üçün prokurorluğa şikayət edəcəyi ilə hədələdiyini qeyd etdi". Aşur Bədəlsoyun sözlərinə görə, Zaur Məmmədov çarə tapmadığını və özünü yandıracağını deyib: "Səhəri gün müstəntiqlə görüşəcəyini, olmasa, özünü öldürəcəyini dedi. Zarafat elədiyini düşündüm. Həll olacağını, səbirli olmağını məsləhət gördüm. O isə bir neçə başqa iş üçün də pullar verdiyini bildirdi. Bu gün səhərdən əlaqə saxlaya bilmədim. Narahat oldum... Xəbəri yayıldı..."
2024-01-02
819,090
Yaponiyada İmperator sarayında tədbirlər ləğv olundu
Yaponiya İmperator Evi Tokioda imperator Naruhito və imperator ailəsinin digər üzvlərinin iştirakı ilə yanvarın 2-də keçirilməli olan Yeni il tədbirlərini ləğv etmək qərarına gəlib. Axar.az xəbər verir ki, müvafiq qərar Yeni il günü ölkədə baş vermiş silsilə güclü zəlzələlərlə bağlı vəziyyət nəzərə alınaraq qəbul edilib. İmperatoru təbrik etmək Yaponiyada Yeni ilin əsas adətlərindən biridir. Ənənəyə görə, monarx və ailə üzvləri ziyarətçiləri İmperator sarayının gülləkeçirməz şüşə ilə bağlanmış eyvanından qarşılayır. Qeyd edək ki, Yaponiyanın mərkəzində ən güclüsü 7,6 bal olan bir neçə zəlzələ baş verib. Nəticədə 4 nəfər ölüb, 30 nəfər isə yaralanıb.
2024-01-02
819,091
Baldızını qaçıran “bəy”, qaynı ilə gedən “gəlin”...
Günəşin altında kölgəsiz adam (II yazı) Ancaq güclü küləyin asanlıqla aşıra biləcəyi hasarlarımız, peşəkar oğrunun rahatlıqla kəsib-doğraya biləcəyi dəmir barmaqcıqlarımız həyatımızın görünən tərəfidi hələ – çölüdü!.. Ehtiyatlı davranışı və cazibədar görüntüsü ilk baxışdan kiminsə əynindəki bahalı pal-paltarı, zinyət əşyalarını xatırladır... Acımasız xarakteri ilə təhlükəli və real ilğımdı – dərinliklər fatehi. Üzdə necə gözəl, necə mehriban, necə qayğıkeş görünürsə, adam lap başını itirir... Həm insanın tanımadığı qatildi, həm də insanı tanımayan!.. Aldadıcı nəqlində pambıq yumşaqlığı – baş kəsən! Ağrı-acısız! Təəccübsüz! Nə ruhunu incidər, nə də canını!.. Yəni hamının yaxşı geyinmək haqqı var, yaxud yaxşı yaşamaq istəyində qeyri-adi heç nə yoxdu!.. Ancaq assosiasiyası öldürücü təsir və təhdid elementləri ilə zəngin cəbbəxana kimidi; əqli və mənəvi dəyərlərimizə qarşı cəbhə açıb; topu, topxanası ilə. Nəzərlərimizi asta-asta işğal altına almaqda, əsirinə çevirməkdə və maddi olanlara kökləməkdə ustadı. Rəqib tanımır. İnsana və insanlığa aid nə varsa, hamısını noxtalayıb müxalif düşərgəsinə daşıyır; özününkiləşdirir!.. - (Aşağıdan yuxarıya) bişirə-bişirə, (yuxarıdan aşağıya) düşürə-düşürə!.. Sərt modifikasiyası işıqdan qaranlığa, yaxud istidən şaxtaya düşmüş adamlar üçün nə qədər qəfil və dözülməzdirsə, bir o qədər də anlaşılmazdı. Qütblərin kordinal diffuziyası ilk növbədə kələfin ucunu tapmaq istəyinə qarşı çıxır. Reallığını alternativsiz norma kimi ekranlaşdırır. Və istəyinə çatmaq məqsədilə əsas cəsus şəbəkəsini – kütləvi informasiya resurslarını ciddi nəzarəti altında saxlayır; xüsusilə (bəzi) televiziya kanallarını; özü də açıq-aşkar, çəkinmədən. Qos-qoca yanaşmadı; klassik... Tanımaq istəyirsizsə, lap elə indicə “mavi” ekranın qarşısına keçməyiniz yetər. Sizi orada arvad paltarı geyinmiş kişilər, yaxud qadın müqəddəsliyini seksual təəşşüqlərin ən iyrənc həddinədək alçaldan “xanım”lar gözləyir. Əgər səbriniz çatsa, dözə bilsəz, qarşınıza baldızını qoltuğuna vurub aradan sivişən “bəy”lər, qayınına qoşulub qaçan “gəlin”lər çıxacaq. Bir evin içində iki-üç “ailə” saxlayan “kişi”lərlə rastlaşacaqsınız. Mədəni və mənəvi istirahətimizin növbəti uğursuz ünvanı – sitkomlar da daha çox “qurşaqdan aşağı gülüş”lə yadınızda qalacaq. Mənim ölkəmdə müqəddəs ziyarətgahları su yoluna döndərmiş “din-iman adamları”nın ekranlarımızdan düşməyən bir flayeri də var: “Həci brendi!” Orta əsrlər mədəniyyətini orta səviyyədən də aşağı səviyyədə, kadr arxasından yurdumuza daşıyanlar – barbarcasına; (na)xoş qədəmləri ilə həyatımızın içinə girənlər!.. Yəni heç nə bizsiz, yaxud bizdən kənarda baş vermir. Zehnimizdə öz etiket və yarlıqları ilə yalnız məlumat şəklində təmsil olunan dünya var: üç funtluq kainat. Dövriyyəsində müdaxilə olunmamış, orijinallığını qoruyub saxlayan bir dənə də saf məlumat yoxdu!.. Yoxsa adam niyə iki-üç illik qazancını böyük şövqlə sənətə dəxli olmayan ara müğənnisinin cibinə bassın və sonra daha iki-üç il borc altında çabalasın ki! Dəlidi? Xeyr! Amma ağıllı da deyil! Bəs onda kimdi? Soruşsan, özü də bilməyəcək! Amma dodaqlarının altında mızıldadığı iki-üç kədərli kəlməni böyük ehtimalla eşitmək imkanınız olacaq: “Daş (mənim) başıma!..” Belələrinin ən yaxşı təsnifi el arasında adətən tez-tez səsləndirilən ənənəvi kəlmə ilə şəkilləndirilir: “Quşbeyin!” Semantikasında da, etimologiyasında da quşu gözündən vuran snayper dəqiqliyi – brilyant kimi cilalanmış fakt: bəzi adamların öz beyninə, ümumiyyətlə, dəxli yoxdu. Yəni ətrafımızdakılardan tez-tez eşitdiyimiz “başımı itirmişəm!” ifadəsi göydən düşməyib!.. Adam göydən düşəcək daşın da itirdiyi başına yox, çiyninində gəzdirdiyi başına düşməsini arzulayır. Özününkü deyil axı! Başqasınındı!.. Çünki bizim ÖZümüzü görən gözümüz yoxdu; yaxud başqalarını Özümüzdən daha yaxşı görən gözümüz var... Ən sevimli işimiz onun-bunun həyatının içində eşələnməkdi! Beyin hüceyrələrimiz – a(y)na neyronlarımız fasiləsiz döyüş növbəsində: müşahidə kameralarımız – monitorlarımız ətrafımızdakıların yaşam və davranışını fövqəladə həssaslıqla izləyir. Və həyatımıza başqalarının həyatına aid həqiqətləri daşıyır.... Öz həyatımızda başqalarının həqiqətlərini yaşadırıq... Öz həyatımızı həqiqətsiz – yalandan yaşayırıq; yalanla yaşayırıq... Özümüzdən bixəbər!.. Neqativlərə necə kökləmişiksə, axtarışlarımız yatanda da bitmir, əksinə, ssenarimiz yuxuda daha maraqlı filmə çevrilir... Axı bizim başımız ən azı iki-üç adamın yaşadığı çıxarışlı (kupçalı) ev deyil yalnız, həm də ideal çəkiliş meydanıdı. “Kino”muzun süjet xəttini xarakterlərin zəngin və iddialı çeşidi müəyyənləşdirir – təşəbbüsü daim əlində saxlayan rejissorlarımızın sayı dəfələrlə arta bilir. Onların fikir və istəyi, hərəkəti və bizimlə bağlı gözləntisi həmişə ön plandadı; fərdi seçimlərimizin və hədəflərimizin kompası – drijor çubuğu rolunda... İndi ən əsası öz taleyinin sahibini tapmaqdı. Meydan ÖZünə, öz həqiqətinə yiyə duranlarındısa, demək, sən öz filminin epizodik rolundasan; o, sən deyilsən, demək! Tərslikdən nə zamanın, nə şansın və nə də fürsətin geridönüşü olur: özünü dəyişmək dünyanı dəyişməkdən çətindi!.. Reallığımızın elastikliyi fonunda “hədəf”, “arzu”, “tale” və “aqibət” kimi ciddi anlayışlar yolundan azır və hər gün həqiqi mahiyyətindən daha çox uzaqlaşır, əhəmiyyətini irtirir. Münbit mühitdi. Münasibətlərin qeyri-müəyyən və üzən konfiqurasiyası dərhal havalı dünyamızın çərpələng effektini yaradır: Biri var yanımızda olanlar, biri də var yanımızda olmaq istəyənlər!.. Biri var yanında olduqlarımız, biri də var yanında olmaq istədiklərimiz!.. Mən hələ bir-biri ilə didişən çoxsaylı “mən”imizdən, gördüklərimizlə görmək istəmədiklərimiz arasındakı fərqdən danışmıram; o qədər böyükdü ki, həyatımız şübhə və tərəddüd burulğanına çevrilir; qum fırtınasına – əqlin süzgəci üçün keçilməz səddə. Hər gün yollarımızda sinirlərimizi tarıma çəkən sıxlığı boş verin; ən böyük tıxac beynimizdə yaşanır. Neyronların tükənmiş yolu daha ağlımızın seçim imkanını tanımır, tanıya bilmir, ya da tanımaq istəmir. Hisslərimiz isə bizə dünyanın yanılış mənzərəsini təqdim edir: Dünənə kimi görməsək, inanmazdıq!.. İndi görsək də inanmırıq!.. İnsan ən böyük yalanı özünə danışır indi!.. İndi insan hamıdan çox özünü aldadır; həm hamıdan çox, həm də hamıdan yaxşı!.. Sabahımızın önündə iki ayağını bir başmağa dirəmiş zaman dayanıb; zamanımız dayanıb – dağ kimi. Bir il, bir ay, bir həftə, bir günümüz haqqında söz açmağa dəyməz heç! Bir anımız sirdi. Hər anımız sirdi! Önümüzün koruyuq. Tamahımızın quluna çevrilməyimiz də elə gələcəyi görə bilməməyimizdəndi. Ac canavardan betərik – içimizdə gözü doymaq bilməyən quduz bir yırtıcı yaşayır; özümüzlə gəzdirdiyimiz. Əslində isə o bizi özü ilə gəzdirir; o bizi hara istəsə, ora da aparır; biz onu yox!.. Görürsüz, daha qaranlıq fanusun darısqal sərhədləri rahat nəfəs almağımıza mane olmur. Hətta tez-tez xoşbəxt görünürük! Çünki zəngin vitrin təcrübəmiz, səhnə tərtibatımızla həm də “istedadlı” butaforlarıq. Yalanlarımızı, riyakarlığımızı, ikiüzlülüyümüzü görmək xüsusi istedad tələb edir!.. Yabançı diyarlardan gələn calaq formatdı – peşəkarcasına düşünülmüş. Kiberhücum! Prosesə geni dəyişdirilmiş ərzaq məhsulları ilə başlanıldı. İndi növbə süni intellektindi! Son məqsəd beyin hüceyrələrini kölə halına gətirmək – budaq neyronları budamaqdı!.. Görmək istədikləri səhnədə milyardlarla neyron milyardlarla kütlə halında!.. Amansız bir savaşın içindəyik. Döyüşü uduzmaq ehtimalımız var! Daha yarımkürələr də yolu yarımçıq gedə bilir ancaq... Ciddi sözümdü, hərdən sağ əlinizi dincə qoyun, əgər mənim kimi solaxay deyilsizsə... P.S. Adam hamının içində özündən böyüyünü görməyəndə, öz içində özünü hamıdan böyük görür...
2024-01-02
819,092
Kanada NASAMS göndərdi, Zelenski təşəkkür etdi
Kanadanın Baş naziri Castin Trudo və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub. Axar.az xəbər verir ki, bu barədə Ukrayna lideri Zelenski Teleqram kanalında məlumat yayıb. Zelenski Trudoya NASAMS hava hücumundan müdafiə sistemləri və mərmilərin tədarükünə görə təşəkkür etdiyini bildirib. Zelenski həmçinin qeyd edib ki, o, Trudo ilə Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə danışıqları intensivləşdirməklə razılaşıb.
2024-01-02
819,093
Şırnak ən böyük neft hasil edən vilayətə çevrilir
Yaxın 3 ayda Şırnak Türkiyənin ən böyük neft hasil edən vilayətinə çevriləcək. 2024-ci ilin sonunda 100 min barrel hasilat hədəfinə çatdığımız zaman Türkiyənin bir nömrəli neft şəhəri olacaq. Axar.az xəbər verir ki, bu barədə enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdar deyib. “Burada təkcə neft deyil, həm də mədənlər, geotermal ehtiyatlar, günəş və külək elektrik stansiyaları olacaq. Ona görə də enerji bazasına çevrilmiş bir Şırnakı hədəfləyirik. Ən mühüm layihələrdən biri də Qabardadakı neftdir. Bu yataqlarda 30-a yaxın quyu qazdıq. Hazırda gündəlik 30 min barrel neft hasil edirik. Hədəfimiz 2024-ci ilin sonuna qədər hasilatı 100 min barrelə çatdırmaqdır. Bu yolla Türkiyənin gündəlik ehtiyacının 10 faizini təkcə bu bölgədən qarşılayacağıq”, - nazir deyib.
2024-01-02
819,094
Jirinovskinin 2024-cü il “öngörüsü” yayıldı
Rusiya Liberal Ddemokrat Partiyasının keçmiş lideri, 2022-ci ildə ölən Vladimir Jirinovskinin 2024-cü il üçün proqnozu yayılıb. Axar.az xəbər verir ki, bu barədə “Gorodche” nəşri yazıb. Bildirilib ki, Jirinovski ABŞ-ın 2024-cü ildə mövcudluğuna son qoyacağını proqnozlaşdırmışdı: “2024-cü ildə ABŞ-da seçkilər olmayacaq, çünki Amerikanın özü də olmayacaq”. Jirinovskinin fikrincə, ABŞ-ın dağılmasının səbəbi, SSRİ kimi, ölkə daxilində millətlərarası münaqişələr olacaq. Nəşr Jirinovskinin sağlığında verdiyi və artıq reallaşan proqnozlarını da xatırladıb. Xüsusilə, 2019-cu ildə Liberal Demokrat Partiyasının keçmiş lideri Yaxın Şərqdə münaqişə olacağını proqnozlaşdırmışdı. “Hər kəs Ukraynanın nə olduğunu unudacaq, çünki İran KXDR, Vyetnam və ya Kosova deyil. Ən dəhşətli hadisələr burada baş verəcək”, - deyə siyasətçi bildirmişdi.
2024-01-02
819,095
Avropa ölkələri buna görə 2 milyarddan çox itirə bilər
Avropa ölkələri 2024-cü ilin fevralına qədər koronavirus dərmanlarının istifadə müddəti bitdiyinə görə 2,2 milyard dollar itirə bilər. Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” "Airfinity" analitik qrupunun məlumatlarına istinadən məlumat yayıb. Bildirilib ki, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya kimi ölkələr Amerikanın "Pfizer" şirkətinin vaxtı keçmiş "Paxlovid" peyvəndlərinə görə artıq təxminən 1,1 milyard dollar itirib. Fevral ayına qədər müddəti bitmiş dərmanların sayı 3,1 milyona çatacaq.
2024-01-02
819,096
Türkiyədə DİN-in binasına hücum edildi - Video
Türkiyənin paytaxtı Ankarada Daxili İşlər Nazirliyinin binasına hücum cəhdi olub. Axar.az xəbər verir ki, belində çanta olan bir nəfər binaya hücum edib və o, polisin "dur" əmrinə tabe olmayıb, nəticədə polis tərəfindən açılan atəşlə yaralanıb. Ərazidə nəqliyyatın hərəkəti dayandırılıb. Daxili İşlər Nazirliyi və parlament binalarına çox sayda polis cəlb olunub. Daxili işlər naziri Əli Yerliqaya sosial şəbəkə hesabında yazıb ki, 29 yaşlı Y.E.Ş adlı həmin şəxs artıq xəstəxanaya yerləşdirilib. O, 11 dekabr 2023-cü ildən ailəsi tərəfindən itkin kimi axtarışa verilib. Psixoloji müalicə alırmış.
2024-01-02
819,097
Ölkədə içki və siqaret bahalaşdı
Yanvarın 1-dən etibarən Azərbaycanda elektron siqaretlərin, qəlyanların və onların əvəzedicilərinin aksiz dərəcəsi 1 ədəd üçün 0,25 manatdan 2 manatadək artırılıb. Axar.az xəbər verir ki, aksiz vergisinin dərəcəsi 1000 ədəd siqarillo (nazik siqar) üçün 43 manatdan 45,5 manata, tütün siqareti və onun əvəzedicilərinin 1000 ədədi üçün 38,5 manatdan 45,5 manata qalxıb. Alkoqollu içkilərin (tərkibində spirtin tərkibi 80 faizdən az olan denaturlaşdırılmamış etil spirti də daxil olmaqla), araq, zənginləşdirilmiş içkilər, likörlər və alkoqollu içkilər, konyak və konyak materialları üçün gücləndirilmiş materialların litrinə aksiz dərəcəsi 4 manatdan 4,80-ə yüksəlib.
2024-01-02
819,098
Türkiyədə nazirliyin binasına hücum anının - Videosu
Xəbər verdiyimiz kimi, ötən gün Türkiyənin paytaxtı Ankarada Daxili İşlər Nazirliyinin binasına hücum cəhdi olub. Axar.az hücum anının görüntülərini təqdim edir:
2024-01-02
819,099
O, axmaqlıq etdi, ölkəni koloniyaya çevirəcək - Maduro
Argentinanın BRİKS-ə qoşulmaqdan imtinası Latın Amerikası ölkəsinin özünə qarşı yönəlmiş ən axmaq addımıdır. Axar.az xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro deyib. Maduro Argentina Prezidenti Xavyer Mileyin BRİKS-dən imtinasının Argentina və argentinalılara qarşı addım olduğunu vurğulayıb. Maduronun sözlərinə görə, Miley Argentinanı 19-cu əsrə qaytaracaq və ölkəni Cənubi Amerikada yeni koloniyaya çevirəcək. Qeyd edək ki, Argentina Prezidenti Xavyer Miley BRİKS üzvlərinə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) qrupa qoşulmaqdan imtina etdikləri barədə rəsmi məlumat verib.
2024-01-02
819,108
Prezident olmaq istəyənlər üçün ayrılan vaxt başa çatır
Gələn həftə prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatır. Axar.az xəbər verir ki, prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsinə 2023-cü il dekabrın 19-dan başlanılıb. Bu müddət bu il yanvarın 8-i saat 18:00-dək davam edəcək. Bu günədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib, yalnız bir nəfərin - Prezident İlham Əliyevin namizədliyi isə artıq qeydə alınıb. Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.
2024-01-02
819,112
Müxalifət lideri boynundan bıçaqlandı - Video
Cənubi Koreyanın aparıcı müxalif “Toburo” Demokratik Partiyasının lideri Li Çje Myon Busana səfəri zamanı hücuma məruz qalıb. Axar.az xəbər verir ki, məlumatı “Yonhap” agentliyi yayıb. Hücum siyasətçinin mətbuat konfransı zamanı baş verib. Qeyd olunub ki, naməlum şəxs partiya liderinin boynuna bıçaqla xəsarət yetirib. Siyasətçi xəstəxanaya yerləşdirilib. Hücumu törədən şəxs saxlanılıb.
2024-01-02
819,114
Biləsuvar polisindən əməliyyat: saxlanılan var
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Gəncə şəhər sakini Elnur Allahverdiyev külli miqdarda narkotik vasitə ilə saxlanılıb. Bu barədə Axar.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, şəxsi axtarış zamanı ondan 2 kiloqram heroin, 535 qram tiryək aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
2024-01-02
819,115
Rusiya 35 PUA ilə Ukraynaya hücum etdi
Rusiya ordusu bu gecə 35 “Şahid” PUA-sı ilə Ukraynaya hücum edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb. Məlumata görə, Ukrayna ordusu 35 PUA-nın hamısını məhv edib.
2024-01-02
819,121
Göyçayda 6 otaqlı ev yandı
Göyçay rayonunun Çaxırlı kəndində yanğın hadisəsi baş verib. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Qeyd edilib ki, Çaxırlı kəndində ümumi sahəsi 240 kvadratmetr (hər mərtəbəsi 120 kvadratmetr) olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın söndürülüb.
2024-01-02
819,122
Rusiya Kiyevi "Xəncər"lə vurdu - Video
Rusiya ordusu səhər saatlarında Ukraynanın Xarkov və Kiyev şəhərlərini raket atəşinə tutub. Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Paytaxt Kiyev "Xəncər" raketi ilə vurulub. Raketlərdən biri yaşayış binasına düşüb. Ölü və yaralılar haqqında hələlik rəsmi məlumat yoxdur.
2024-01-02
819,127
Azərbaycan şəhərində məktəblər bağlandı
Yanvarın 2-də hava çirkliliyinin təhlükəli səviyyəyə çatması səbəbindən Təbriz və Üskü şəhərlərində məktəblərdə tətil edilib. Axar.az xəbər verir ki, bu barədə Şərqi Azərbaycan valiliyinin Böhran İdarəetmə Mərkəzinin rəhbəri Mürtəza Minuyi məlumat yayıb. O, bununla yanaşı uşaqların, hamilə qadınların, qocaların və xəstəliyi olan şəxslərin açıq havaya çıxmamalarını da tövsiyə edib.
2024-01-02
819,130
678-ci gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 678-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 360 820 hərbçi, 5 990 ədəd tank, 11 100 ədəd zirehli döyüş maşını, 8531 ədəd artilleriya sistemi, 945 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 626 hava hücumundan müdafiə sistemi, 329 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 11 365 ədəd avtomobil texnikası, 6710 ədəd PUA, 1 710 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1 284 xüsusi avadanlıq itirib.
2024-01-02
819,134
Bakıda yeniyetmə adam bıçaqladı
Dekabrın 31-də axşam saatlarında Qobu Park yaşayış sahəsindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini olan yeniyetmə müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
2024-01-02
819,135
MİT-dən əməliyyat: PKK-nın narkobaronu məhv edildi
Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) PKK-nın rəhbər şəxslərindən birini zərərsizləşdirib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumata görə, MİT PKK-nın "məsul şəxslərindən" biri sayılan “Cəsur Vədat” kod adlı Əbdülmütalib Doğrucunu zərərsizləşdirib. Doğrucunun Türkiyədə PKK-nın narkotik ticarətini təşkil etdiyi müəyyən edilib.
2024-01-02
819,136
Türkiyədə sərnişin avtobusu aşdı: 4 ölü, 36 yaralı - Video
12:02 Türkiyənin Malatya vilayətinin Akçadağ rayonunda sərnişin avtobusu aşıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumata görə, qəza nəticəsində 4 nəfər ölüb, 36 nəfər isə yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.
2024-01-02
819,140
Azərbaycanda ət istehsalı nə qədər artıb?
2023-cü ilin yanvar-noyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 11 milyard 571 milyon 300 min manat təşkil edib ki, onun da 5 milyard 728 milyon 800 min manatı heyvandarlıq, 5 milyard 842 milyon 500 min manatı isə bitkiçilik məhsullarının payına düşür. Axar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə, kənd təsərrüfatı məhsullarının istehsalı 3,1 faiz, o cümlədən, heyvandarlıq məhsulları üzrə 3,3 faiz, bitkiçilik məhsulları üzrə isə 2,8 faiz artıb. 2023-cü ilin yanvar-noyabr aylarında quş əti də daxil olmaqla, diri çəkidə 538 min 200 ton ət, 2 milyon 62 min 200 ton süd, 2 milyon 1200 ədəd yumurta, 15 min 100 ton yun, 357 ton barama istehsal olunub. 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,1 faiz, süd istehsalı 1,3 faiz, yumurta istehsalı 9,9 faiz, barama istehsalı 4,6 faiz artıb, yun istehsalı isə 3,0 faiz azalıb.
2024-01-02
819,143
Rusiya ordusu öz kəndini vurdu - Video
11:53 Rusiyanın Ukraynanı atəşə tutduğu raketlərdən biri Voronej vilayətinin Petropavlovka kəndinə düşüb. Axar.az xəbər verir ki, bununla bağlı Voronej vilayətinin qubernatoru Aleksandr Qusev yazılı açıqlama yayıb. Baş verən partlayış nəticəsində xeyli dağıntı olsa da, tələfat qeydə alınmayıb. Qeyd edək ki, Rusiya Teleqram kanalları sözügedən kəndi Ukrayna ordusunun vurduğunu yazmışdı.
2024-01-02
819,145
Polad Həşimovun məzarı ziyarət olundu - Foto
Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun doğum günündə məzarı ziyarət olunub. Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Müdafiə Nazirliyinin bir qrup zabiti və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Milli Qəhrəmanın keçdiyi şərəfli ömür yolundan danışılıb, onun həyatının gənc zabitlərə örnək olduğu xüsusi vurğulanıb. General-mayor P.Həşimovun hərbi xidmətdə fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən orden və medallarla təltif edildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, 2016-cı ilin Aprel döyüşlərində xüsusi xidmətlərinə və qarşıya qoyulmuş tapşırıqların icrası zamanı fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli müvafiq Sərəncamına əsasən P.Həşimov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. 2019-cu il iyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Polad Həşimova "general-mayor" ali hərbi rütbəsi verilib. 14 iyul 2020-ci il tarixdə Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olan general-mayor P.Həşimov Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb. Milli Qəhrəmanın məzarı üzərinə gül dəstələri düzülərək xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.
2024-01-02
819,149
Türkiyə ordusu daha 4 terrorçunu məhv etdi
Türkiyə ordusu Suriyanın şimalında 4 PKK terrorçusunu zərərsizləşdirib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Terrorçuların “Fərat qalxanı” əməliyyat bölgəsində məhv edildiyi vurğulanıb.
2024-01-02
819,151
Gəncədə F-1 qumbaraları tapıldı
Gəncədə silah-sursat aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, ŞBPİ 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Natəvan qəsəbəsi ərazisində 3 ədəd yararsız vəziyyətdə olan F-1 qumbarası, 2 ədəd UZRQM və 1 ədəd MUV alışdırıcı tapılıb. Həmin döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.
2024-01-02
819,153
Sabah Bakıda 15 dərəcə isti olacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti olacaq. Azərbaycanın rayonlarında isə hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacaq.
2024-01-02
819,159
Güclü külək əsəcək – Xəbərdarlıq
Yaxın üç gün ərzində ölkədə güclü külək əsəcək. Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yanvarın 2-si günün ikinci yarısından 3-ü səhərədək Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-18 m/s, 3-ü günün ikinci yarısında isə qısa müddətə şimal-qərb küləyinin 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Yanvarın 3-4-də Azərbaycan rayonlarında əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin 15-18 m/s, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.
2024-01-02
819,160
Siyəzəndə evin damını külək uçurdu - Video
Siyəzəndə evin damını külək uçurub. Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Siyəzən şəhəri, Ərzuman Cabbarov küçəsində yerləşən və vətəndaş Aidə Əsədovaya məxsus evin dam örtüyünün güclü külək nəticəsində yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub. Bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən ailə üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.
2024-01-02
819,162
ABŞ bu bölgədən döyüş gəmilərini geri çəkir
ABŞ İsrailə dəstək üçün Aralıq dənizinə göndərdiyi döyüş gəmilərini geri çəkməyə qərar verib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, ABŞ Müdafiə Nazirliyi tərəfindən Aralıq dənizinə istiqamətləndirilən "USS Gerald R. Ford" yaxın günlərdə bölgəni tərk edərək, Virciniyadakı bazasına qayıdacaq.
2024-01-02
819,167
Zelenski 2024-cü il üçün əsas hərbi hədəfi elan etdi - Video
13:15 Ukraynanın 2024-cü ildə əsas hərbi məqsədi Krımın təcrid olunmasıdır. Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski “Ekonomist”ə (The Economist) müsahibəsində deyib. “Krımın təcrid olunması və orada Rusiyanın hərbi potensialının deqradasiyası bizim üçün son dərəcə vacibdir. “Taurus” raketləri Ukraynaya 4 milyard dollarlıq Kerç körpüsünü dağıtmağa, Krım yarımadasını Rusiyadan təcrid etməyə və bölgədən hücumların sayını azaltmağa imkan verə bilər”, - Zelenski bildirib. Zelenski quru müharibəsinin problemlərini də açıqlayıb: “Bizim vəzifəmiz Ukraynanın bu çox mühüm şəhərlərini - Xarkov, Dnepr, Zaporojye, Xerson, Nikolayevi xilas etmək, şərqi və cənubu, həmçinin ölkəmizin mühüm infrastrukturlarını qorumaqdır”.
2024-01-02
819,170
İrəvanda hərəkətdə olan trolleybus yandı – Video
Bu gün səhər İrəvanda hərəkətdə olan trolleybus yanıb. Axar.az xəbər verir ki, bu barədə erməni mediası görüntü paylaşıb. Bildirilib ki, yana-yana hərəkət edən trolleybus patrul maşınına çırpılıb.
2024-01-02
819,172
Yaponiyada zəlzələ qurbanlarının sayı artdı
13:58 Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 55-ə çatıb. Axar.az xəbər verir ki, bu barədə bölgə rəhbərliyi məlumat yayıb. Bildirilib ki, yüzdən çox insan yaralanıb, onlardan 17-si ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qurbanların və xəsarət alanların əksəriyyəti davam edən zəlzələlərin episentrində olan və təbii fəlakətdən ən çox zərər çəkən İsikava prefekturasının sakinləridir. Zəlzələlərin fəsadları ilə əlaqədar ölkənin İsikava, Niiqata və digər ərazilərin 60 minə yaxın sakini təxliyə edilib. Qeyd edək ki, 1 yanvarda Yaponiyada ən güclüsü 7,6 bal olan 30-dan çox zəlzələ qeydə alınıb.
2024-01-02
819,174
Gürcüstanda 4,3 bal gücündə zəlzələ baş verdi
Gürcüstanda 4,3 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. Yeraltı təkanlar saat 12:44-də Kutaisidən 36 km şimal-şərqdə qeydə alınıb. Zəlzələ ocağı 13 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat verilməyib.
2024-01-02
819,177
ABŞ-da 842 milyon dollarlıq cekpot uduldu
ABŞ-da oynanılan lotereyada bir bilet 842,4 milyon dollarlıq cekpot udub. Axar.az xəbər verir ki, ABC biletin Miçiqanda alındığını yazsa da, qalibin adı açıqlanmayıb. Qeyd edək ki, ötən ilin ən böyük cekpotu - 1,765 milyard dollar 2023-cü il oktyabrın 11-də Kaliforniyada qeydə alınıb.
2024-01-02
819,178
Piter polisi Yeni il gecəsi 3 min miqranta “sürpriz” etdi
Yeni il gecəsi Sankt-Peterburqun mərkəzi hissəsindən 3 minə yaxın əcnəbi saxlanılaraq, polis idarələrinə aparılıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası yazıb. Bildirilib ki, polis idarələrində saxlanılan miqrantlardan 600-dən çoxunun miqrasiya qanunvericiliyini pozduğu üzə çıxıb. Onların hamısına inzibati protokol tərtib edilib. Saxlanılanlardan 100 nəfərinin deport olunacağı gözlənilir.
2024-01-02
819,179
İran deputatı Azərbaycan sərhədini pozdu - Video
Gilan əyalətinin İran parlamentindəki nümayəndəsi Həsən Məhəmmədyari Azərbaycan sərhədini pozub. Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilib ki, bu, dekabrın 30-da İran və Azərbaycan arasında Astarada yeni sərhəd keçid məntəqəsinin açılışı mərasimi zamanı baş verib. Protokolları pozaraq sərhəd zolağından keçən millət vəkilinin Azərbaycan sərhədçiləri tərəfindən geri qaytarıldığı bildirilib.
2024-01-02
819,181
Təyyarə eniş edərkən alovlandı: ölənlər var - Video
14:16 Yaponiya Hava Yollarına məxsus təyyarə Tokiodakı Haneda Beynəlxalq Hava Limanında eniş edərkən alovlanıb. Axar.az xəbər verir ki, bu barədə NHK televiziyası görüntü yayıb. Bildirilib ki, təyyarə uçuş-enmə zolağından çıxıb. Hadisə yerinə yanğınsöndürənlər gəlib. Yanan təyyarənin bütün sərnişinləri və ekipaj üzvləri (təxminən 400 nəfər) təxliyə edilib. *** Təyyarənin 6 ekipaj üzvündən 5-i yanğın zamanı həlak olub. Bu barədə Yaponiya mediası məlumat yayıb. Qeyd edək ki, daha əvvəl ekipaj üzvlərinin təxliyə edilməsi ilə bağlı məlumat yayılmışdı. *** Sərnişin təyyarəsinin Haneda hava limanının uçuş-enmə zolağında Sahil Mühafizə Xidmətinə məxsus təyyarə ilə toqquşması nəticəsində azı 17 sərnişin xəsarət alıb. Məlumatı NHK yayıb. Bildirilib ki, yanğının söndürülməsi üçün əraziyə 100-dən çox yanğınsöndürən maşın cəlb edilib. Həyatını itirən 5 nəfər Sahil Mühafizə Xidmətinə məxsus təyyarənin ekipaj üzvləri olub. Kapitan isə ağır xəsarət alsa da, təyyarəni tərk edə bilib.
2024-01-02
819,186
İsrail qırıcıları Hizbullahın hərbi obyektini vurdu
İsrail qırıcıları Hizbullah hərəkatının silahlılarının yerləşdiyi hərbi obyektə hücum edib. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. “İsrail döyüşçüləri Livan ərazisində Hizbullah terrorçularının fəaliyyət göstərdiyi terror infrastrukturuna zərbələr endiriblər”, - məlumatda bildirilib.
2024-01-02
819,188
DİN-dən müraciət: Bu qaydaya əməl edilməlidir!
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib. Axar.az müraciətin mətnini təqdim edir: “Azərbaycan tarixdə ilk dəfə yeni ilə bütöv, ərazi bütövlüyü tam bərpa edilən dövlət kimi daxil oldu. Vətənimizə xidmətdən qürur duyuruq. Xidmətimiz quruda, suda, havada, metro stansiyalarında, yollarda gücləndirilmiş rejimdə davam edir. İstirahət günlərinin təhlükəsiz şəraitdə keçməsi üçün daxili işlər orqanlarının hər bir əməkdaşı əzmlə, fədakarlıqla, fasiləsiz çalışır. Xahişimiz ondan ibarətdir ki, hər bir şəxs ictimai qaydaya əməl etməli, digər şəxslərin hüquqlarına hörmətlə yanaşmalıdır. Təhlükəsizlik fərdi məsələ deyil, hər kəsin əməl etməli, qorumalı olduğu dəyərdir, niyyətdir”.
2024-01-02
819,190
Rusiya MN açıqladı: Bu hədəflərə zərbə endirildi
Rusiya ordusu Ukraynanın Kiyev və onun ətrafındakı hərbi sənaye kompleksinin müəssisələrinə hücum edib. Axar.az xəbər verir ki, bu gün səhər saatlarında edilən hücumla bağlı bu məlumatı Rusiya MN yayıb. Bildirilib ki, sözügedən müəssisələr raketlərin, PUA-ların istehsalı, silah və hərbi texnikanın təmiri üzrə sifarişləri yerinə yetiriblər. Həmçinin Qərb ölkələrinin tədarük etdiyi raket, sursat və təyyarə silahlarının saxlandığı yerlər də hədəf alınıb.
2024-01-02
819,194
Rusiya sursat istehsalını 17,5 dəfə artırdı
Rusiya Silahlı Qüvvələri üçün artilleriya sursatlarının istehsalı 2022-ci ilin fevral ayından bəri 17,5 dəfə artıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, 2022-ci ilin fevralından tankların istehsalı 5,6 dəfə, piyadaların döyüş maşınlarının istehsalı 3,6 dəfə, zirehli transportyorların istehsalı 3,5 dəfə, PUA-ların istehsalı isə 16,5 dəfə artıb.
2024-01-02
819,196
Türkiyədə MOSSAD-ın 33 casusu saxlanıldı
Türkiyə polisi İsrailin kəşfiyyat xidməti MOSSAD-a işləməkdə ittiham olunan 33 nəfəri saxlayıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. İstanbul Baş Prokurorluğu tərəfindən aparılan araşdırmalar çərçivəsində MOSSAD-ın Türkiyədə yaşayan əcnəbi vətəndaşlara qarşı hücum və qaçırma planlarının olduğu aşkarlanıb. Ümumilikdə 8 əyalət olmaqla, 57 ünvanda əməliyyat keçirilib. 13 şübhəli şəxsin axtarışları isə davam etdirilir.
2024-01-02
819,199
Dünyanın ən bahalı 10 futbol klubu - Siyahı
"Forbes" dünyanın ən bahalı futbol klublarının yeni reytinqini açıqlayıb. Axar.az siyahını təqdim edir: 1. “Real” - 5 milyard 490 milyon avro 2. “Mançester Yunayted” - 5 milyard 427 milyon avro, 3. “Barselona” - 4 milyard 984 milyon avro 4. "Liverpul" - 4 milyard 785 milyon avro 5. "Mançester Siti" - 4 milyard 514 milyon avro 6. "Bavariya" - 4 milyard 396 milyon avro 7. PSJ - 3 milyard 808 milyon avro 8. "Çelsi" - 2 milyard 804 milyon avro 9. "Tottenhem" - 2 milyard 533 milyon avro 10. "Arsenal" - 2 milyard 44 milyon avro.
2024-01-02
819,202
Azyaşlı kanalda batdı: 1 həftədir axtarılır - Video
Boztəpə kanalının İmişli rayonunun Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində itkin düşən uşağın axtarışları davam edir. Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Boztəpə kanalının İmişli rayonunun Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində 26 dekabr 2023-cü il tarixdə batdığı ehtimal olunan azyaşlının FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən axtarışları aparılır. Müvafiq qurum tərəfindən kanalda suyun səviyyəsi aşağı salınmaqla, hazırda FHN-in dalğıc-xilasediciləri kanalda batması ehtimal edilən 2013-cü il təvəllüdlü Rasim Vasif oğlu Xankişiyevin axtarış-xilasetmə əməliyyatını davam etdirirlər.
2024-01-02
819,203
Ukrayna ərazisində silah istehsalı... - Fransa səfiri
Fransa Ukrayna ərazisində silah istehsalına diqqət yetirmək niyyətindədir. Axar.az xəbər verir ki, bu sözləri Fransanın Ukraynadakı səfiri Qael Veyssyer ölkə mediasına müsahibəsi zamanı deyib. "Fransanın Ukraynaya dəstəyinin xarakteri tədricən dəyişəcək, lakin bu, bir qədər vaxt aparacaq", - səfir bildirib.
2024-01-02
819,204
Qəzzada ölənlərin sayı 22 mini keçdi
İsrailin hücumları nəticəsində Qəzzada ölənlərin sayı 22 185-ə çatıb. Axar.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, 57 035 nəfər yaralanıb.
2024-01-02
819,211
Bu namizədlərin imza vərəqələri MSK-ya təqdim olundu
16:09 Növbədənkənar prezident seçkilərində öz təşəbbüsü ilə namizədliyini irəli sürən Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Orucun müdafiəsi üçün toplanan 40 mindən artıq seçici imzaları Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub. Axar.az xəbər verir ki, Seçki Məcəlləsində göstərilən imzalarla birlikdə, namizədin gəlirlərinin miqdarı və mənbələrinə dair məlumat, o cümlədən, mülkiyyət hüququ əsasında ona məxsus əmlak barəsində sənədlər və ilkin maliyyə hesabatı da seçici imzalarına əlavə olunaraq MSK-ya təqdim edilib. *** Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin müdafiəsi üçün toplanan 40 mindən artıq seçici imzaları Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub. İmza vərəqələri tələb olunan sənədlərlə birlikdə MSK-ya təqdim edilib. Xatırladaq ki, bu günədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqlənib. Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
2024-01-02
819,212
Türkiyədə seçkilərə qatılacaq partiyaların sayı...
Türkiyədə bələdiyyə seçkilərində iştirak edəcək partiyaların sayı bəlli olub. Axar.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Əhməd Yenər məlumat verib. O bildirib ki, 36 siyasi partiya seçkilərdə iştirak etmək hüququ əldə edib. Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri 31 mart 2024-cü ildə keçiriləcək.
2024-01-02
819,213
678-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı
Rusiya müharibənin 678-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 565 təyyarəsi, 263 helikopteri, 10 352 PUA-sı, 445 zenit-raket kompleksi, 14 434 tank və digər zirehli texnikası, 1 194 reaktiv yaylım atəş sistemi, 7 611 artilleriya və minaatanı, 16 976 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
2024-01-02
819,215
Rusiyanın bugünkü zərbəsi: 4 ölü, 92 yaralı
Rusiyanın Ukraynaya bugünkü irimiqyaslı aviazərbələri nəticəsində 4 nəfər ölüb, 92 nəfər yaralanıb. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. Qeyd edək ki, yanvarın 2-də ruslar Ukrayna ərazisinə 35 PUA, qanadlı raketlər, 10 ədəd X-47M2 “Xəncər” aeroballistik raketi və s. ilə kütləvi hücum həyata keçirib.
2024-01-02
819,216
Bu il açılacaq yeni universitetlər… - Ekspert
2024-cü ildə ölkə təhsilində bir çox mühüm hadisələrin olacağı gözlənilir. Axar.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib. “Əlbəttə ki, ən böyük tarixi hadisə Qarabağ Universitetinə qəbul və universitetdə tədrisin təşkili olacaqdır. Xankəndi küçələrində Azərbaycan tələbələrini düşünmək, oradakı dərslərdən məlumat almağın düşüncəsi belə möhtəşəmdir. 2024-cü ildə, nəhayət, “Ali təhsil haqqında” qanunun qəbul olunması gözlənilir ki, bu da çox vacib məsələdir. Bu ili müəllimlərin sertifikasiya ili də hesab etmək olar. Nəzərə alsaq ki, bağça müəllimləri də bu prosesə cəlb edilir, bu il “imtahan olunan müəllimlər”in sayı və əhatəsinin genişlənməsi gözlənilir. 2024-cü ildə ali təhsil müəssisələrinə qəbul plan yerləri əvvəlki illərlə müqayisədə artaraq, 60 mindən çox olacaq ki, bu da ali təhsilin əlçatanlılığının təmin olunmasına xidmət edəcək”, - Kamran Əsədov bildirib. Onun sözlərinə görə, 2 əsas qayda var ki, həyata keçməsi mühümdür: “Onlardan biri diplomların tanınması ilə bağlı qaydaların tətbiqidir. Belə ki, xarici ölkələrdə təhsil alan, amma diplomu müddət azlığına görə tanınmayanlara Azərbaycan universitetlərində kredit tamamlama və qismən tanınma qaydasının tətbiqinin genişlənməsi - 4 ixtisasdan əlavə - gözlənilir. İkinci vacib hadisə ali təhsil müəssisələrində hazırlıq qruplarının yaradılmasıdır. 2024-cü il həm də beynəlxalq şagird qiymətləndirmə imtahanları üçün mühüm ildir. Belə ki, bu il IELS 2025-in sınaq mərhələsi, TALIS 2024-ün əsas mərhələsi, PISA 2025-in sınaq mərhələsi keçiriləcək. Ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəlində irəliləyiş əldə etməsi üçün bu il çox vacibdir. Çünki reytinq cədvəli ilə bağlı dövlət proqramında nəzərdə tutulmuş müddət azalır. Təhsil sistemində struktur dəyişikliklərinin olacağını da 2024-cü ildə gözləmək olar. Belə ki, Bakı şəhəri Təhsil İdarəsinin əvəzinə Bakı rayonlarının birləşəcəyi 4 təhsil idarəsinin yaradılması mümkündür. Ölkəmizdə həm yeni universitetlər (İtaliya-Azərbaycan, Türkiyə-Azərbaycan), həm də bölgələrdə ADA Universitetinin yeni filial-mərkəzləri (Gəncə şəhərində, Şəki şəhərində) açılacaqdır. Bu il beynəlxalq fənn olimpiadalarından da gözləntilər böyükdür”.
2024-01-02
819,218
İsrail ordusu tunel şəbəkəsində döyüşə girdi
İsrail əsgərləri Qəzza şəhərinin Şeyx Radvan yaşayış məhəlləsində HƏMAS-ın qərargahını ələ keçirib. Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb. Bildirilir ki, strateji qərargah HƏMAS-ın kəşfiyyat bölməsi və terror qruplaşmasının digər bölmələri tərəfindən bütün Qəzza zolağında döyüşləri idarə etmək üçün istifadə edilib. 401-ci briqada qərargahın əsas binasına basqın edərək, HƏMAS-ın komanda mərkəzi kimi istifadə etdiyi 20 metr dərinlikdə bunkeri aşkarlayıb. Bildirilir ki, bunkerdə HƏMAS komandirlərinin uzun müddət gizli qalması üçün istirahət yerləri olub. Qoşunlar həmçinin yeraltı sığınacaqda silah və digər texnika aşkar ediblər. Hərbi Hava Qüvvələrinin elit bölməsinin qüvvələri tunellərdən birinə daxil olaraq HƏMAS silahlıları ilə yerin altında döyüşüb, döyüşlərin sonunda bütün terrorçular məhv edilib.
2024-01-02
819,228
Keçmiş məhkum narkotiklə tutuldu
Gəncədə keçmiş məhkum narkotiklə tutulub. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Fəxrəddin Əliyev saxlanılıb. Ondan 2 kiloqram 75 qram çəkidə marixuana aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
2024-01-02
819,230
Ukrayna yenə Belqorodu vurdu: ölən var
Ukrayna ordusu Belqorod şəhərini yenidən raket atəşinə tutub. Hücum nəticəsində 1 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Axar.az xəbər verir ki, bunu Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib. “Raketlərdən bəziləri mülki obyektlərə və yaşayış binalarına düşüb”, - o vurğulayıb. Qeyd edək ki, 30 dekabr 2023-cü ildə Ukraynanın Belqorod şəhərini atəşə tutulması nəticəsində 24 nəfər ölüb, 108 nəfər isə yaralanıb.
2024-01-02
819,234
Masallıda zəncirvari qəza: xəsarət alanlar var
Masallı rayonunda zəncirvari yol qəzası baş verib. Axar.az Report-a istinadən xəbər verir ki, Boradigah qəsəbəsində qeydə alınan hadisədə Masallı rayon sakini, 1976-cı il təvəllüdlü Şahhüseyn Adil oğlu Nurullayevin idarə etdiyi "Hunday", 1990-cı il təvəllüdlü Ramal Məzahir oğlu Sadıqovun idarə etdiyi "Mersedes" və 1960-cı il təvəllüdlü Həsən Qələm oğlu Nəzərovun idarə etdiyi VAZ-2106 markalı minik avtomobilləri toqquşub. Nəticə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar - "Hunday" və "Mersedes"in sürücüləri, eləcə də sərnişinlər - Türkoba kənd sakini, 1973-cü il təvəllüdlü Bəhruz Adil oğlu Nirulayev və Tüklə kənd sakini, 1969-cu il təvəllüdlü Nəsib Süleyman oğlu İsmayılov Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
2024-01-02
819,236
Bərdədə iki maşın toqquşdu: üç nəfər xəsarət aldı
Bərdə rayonunun Saatlı kəndində iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb. Axar.az Report-a istinadən xəbər verir ki, VAZ-2106 markalı avtomobil tamamilə yararsız hala düşüb. Hadisə zamanı üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətlərinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
2024-01-02
819,237
Mərakeşdə güclü zəlzələ baş verdi
Mərakeşin şimalındakı Azilal bölgəsində 5,1 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə Mərakeş Geologiya İnstitutu məlumat yayıb. Dağıntı və tələfat barədə məlumat yoxdur.
2024-01-02
819,238
Bu məktəbin bir şagirdi və bir müəllimi var
Ölkəmizdə cəmi 1 şagirdi olan 7 məktəb fəaliyyət göstərir. Həmin məktəblər İsmayıllı, Quba, Lerik (hərəsində 2 məktəb) və Ağsudadır (1 məktəb). Axar.az Azərtac-a istinadən xəbər verir ki, Ağsu rayon Axunlu kəndində yaşayan Zəhra Babayevanın 6 yaşı var. O, kənd məktəbinin yeganə şagirdidir. Hazırda birinci sinifdə oxuyan Zəhranı digər məktəblilərdən fərqləndirən onun sinif yoldaşlarının olmamasıdır. Hər gün məktəbə tək gedir, partada tək oturur. Amma bütün bunlar onu dərslərindən geridə qoymur. Məktəbin kollektivi cəmi 4 nəfərdən – direktor-müəllim, iki texniki işçi və bir şagirddən ibarətdir. Otuz ildən çoxdur pedaqoji fəaliyyətlə məşğul olan Zəhranın müəllimi Bədurə Babayeva deyir ki, əslində, onun üçün sinifdə uşaq sayının fərqi yoxdur. Şagird sayından asılı olmayaraq, tədris təyin olunmuş proqram üzrə aparılır: “Əvvəllər məktəbimizdə şagird sayı çox olub, indi isə bir nəfərdir. Bu da kənddə əhalinin sayının az olması ilə əlaqədardır. Amma gələn il 4-5 şagirdin qəbulu gözlənilir. Ötən tədris ilində məktəbdə bir neçə şagird təhsil alıb, onlar ibtidai təhsillərini başa vurublar və hazırda qonşu kənddəki ümumi orta məktəbdə təhsillərini davam etdirirlər”. Kənd sakini Səməd Qəmbərov isə bildirib ki, kənddə cəmi 20 ev var. Qonşu kənddə tam orta məktəb olsa da, oraya xeyli məsafə var. “Bizim kəndlə o məktəb arasında 3 kilometr məsafə var. Ona görə də bu məktəbin olması bizim üçün yaxşıdır. Çünki azyaşlı uşaqların o qədər yolu piyada getməsi çətin məsələdir. Ona görə də kəndimizdə dərs keçirilməsi bizə daha uyğundur”, - deyə o əlavə edib. Xatırladaq ki, ölkəmizdə cəmi 1 şagirdin təhsil aldığı 7 məktəb olsa da, şagird sayı 4000-dən çox olan 10 məktəb də var. Bunlardan 3-ü Abşeron rayonunda, 7-si isə Bakı şəhərindədir. Eyni zamanda, şagird sayı 5000-dən çox olan 3 məktəbin 1-i Bakı şəhərində, 2-si isə Abşeron rayonunda fəaliyyət göstərir.
2024-01-02
819,239
Övladlarımızı itirsək də şərəfli ad qazandıq - Həşimova
Bu gün xalqımızın başı dikdir. Çünki torpaqlarımız azad olunub. Biz övladlarımızı itirsək də, şərəfli ad qazandıq. Axar.az xəbər verir ki, bu sözləri Report-a Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova deyib. S.Həşimova bildirib ki, Azərbaycanın Polad Həşimov kimi generalı olduğuna və belə bir oğul böyütdüyünə görə fəxr edir: "Ata-anasının başını dik edən oğullar sağ olsun". Milli Qəhrəmanın anası onu da qeyd edib ki, bu gün Xankəndidə Azərbaycan bayrağı ucaldılıb: "Bayraqları ucaldan oğulların yeri behişt olsun! Allah şəhidlərimizə rəhmət eləsin! Bu gün qalib dövlət və qalib xalqıq. Biz övladlarımızı itirsək də, şərəfli ad qazandıq. Xalqımız, Vətənimiz sağ olsun!” Qeyd edək ki, bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür. P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub. General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
2024-01-02
819,240
Fransa Nigerdəki səfirliyini bağladı
Fransa Nigerdəki səfirliyini bağlayıb. Axar.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, paytaxt Niameydəki səfirlik Parisdən fəaliyyətini davam etdirəcək.
2024-01-02
819,241
Nyu Yorkda silsilə partlayışlar - Video
Nyu Yorkda silsilə partlayışlar baş verib. Axar.az xəbər verir ki, partlayışlar nəticəsində Manhettendə, Ruzvelt adasında və Kvinsdə binalar silkələnib, yeraltı təkanlar hiss edilib. Hələlik xəsarət alanlar barədə xəbər yoxdur. Partlayışların səbəbi məlum deyil.
2024-01-02
819,242
Krivoy Roqda partlayış baş verdi
Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində partlayış baş verib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
2024-01-02
819,243
Atası Zaurun intihar səbəbini açıqladı - Video
Vəkillər Kollegiyasının yanında özünü yandıraraq intihar edən vəkil Zaur Məmmədovun atası İsa Məmmədov Baku TV-yə danışıb. Axar.az xəbər verir ki, o, oğlunun müstəntiqə verdiyi pulu geri ala bilməməsi səbəbinbdən intihar etdiyini təsdiqləyib. “İşi düzəltmək üçün müstəntiqə 10 min manat pul verib. Pulu verən adam şikayət edib, Zaur da gedib müstəntiqdən pulu istəyib, amma ala bilməyib. Ona görə də özünə qəsd edib”. Mərhumun atasının sözlərinə görə, oğlu problemi olduğunu ailəsindən gizlədirmiş: “Həftədə, on gündə bir dəfə gəlirdi. Telefonla da əlaqə saxlayırdıq. Həmişə deyirdi ki, işim yaxşıdır, problem yoxdur”. Ətraflı videonu təqdim edirik:
2024-01-02
819,250
Ançelotti karyerasını başa vuracaq
İtaliyalı futbol məşqçisi Karlo Ançelotti “Real Madrid”in onun üçün son iş yeri olacağını açıqlayıb. Axar.az xəbər verir ki, 29 dekabr 2023-cü ildə 64 yaşlı Ançelotti “Real”la yeni müqavilə imzalayıb. Sənədin müddəti 30 iyun 2026-cı ilə qədərdir. “Bu mənim son işimdir. Karyeramı bitirəndə 2026-cı il ola bilər. Amma 2028-ci ilə qədər məşqçi olmaq istəyirəm. Çünki Madridi sevirəm, burada qalmaq istəyirəm. Bu, əldə edə biləcəyimiz uğurlardan asılı olacaq”, - deyə Ançelotti bildirib. Qeyd edək ki, Ançelotti 2013-2015-ci illərdə “Real Madrid”ə rəhbərlik edib və 2021-ci ildə yenidən kluba qayıdıb.
2024-01-02
819,251
Səudiyyə Ərəbistanı BRİKS-ə qoşuldu
Səudiyyə Ərəbistanı Krallığı rəsmi olaraq BRİKS-ə qoşularaq təşkilatın tamhüquqlu üzvü olub. Axar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının dövlət telekanalı məlumat yayıb. “Krallığın Rusiya, Çin və digər ölkələrin daxil olduğu BRİKS qrupuna tamhüquqlu üzvlüyü rəsmən başlayıb ki, bu da onun dünyada mövqeyini gücləndirir”, - açıqlamada deyilib.
2024-01-02
819,253
Sabirabadda avtomobillər toqquşdu: ölən var
Sabirabadda bir nəfərin ölümcül yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Minbaşı-Qarağac kəndi istiqamətində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-2106 markalı avtomobil “Hunday” markalı avtomobillə toqquşub. Qəza nəticəsində rayonun Azadkənd kənd sakini 1998-ci il təvəllüdlü Nəbi Bəxtiyar oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həkimlərin səyinə baxmayaraq, N.Hüseynovun həyatını xilas etmək mümkün olmayıb Faktla bağlı araşdırma aparılır.
2024-01-02
819,257
Xarici qüvvələr Türkiyədə buna zərbə vurmağa çalışır
Xarici qüvvələr turizm sektorunu sarsıtmaq üçün kampaniya aparmağa çalışır. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Ölkəmiz üçün ən mühüm gəlir mənbələrindən biri olan turizmə xələl gətirmək üçün xarici qüvvələr kampaniya aparırlar. İndi də idman mövzusundan istifadə edərək müxalifət partiyalarının köməyi ilə oxşar dalğa yaratmağa çalışırlar. İnsanlar, cəmiyyətlər, inanclar və ölkələr nifrət ritorikasının hədəfinə çevrilir. İslama qarşı düşmənçilik və ksenofobiya tendensiyası ilə üzləşmişik. Biz bunu heç vaxt qəbul etməyəcəyik”, - Ərdoğan bildirib.
2024-01-02
819,259
Bu futbolçu "Qalatasaray"dan ayrılır
"Qalatasaray"ın futbolçusu Hakim Ziyeş komandadan ayrılmağa hazırlaşır. Axar.az xəbər verir ki, məlumatı futbolçunun menceri Cord Qardi açıqlayıb. Qeyd edək ki, "Qalatasaray" Hakim Ziyeşi ötən ilin avqust ayında "Çelsi"dən icarəyə götürüb. O, İstanbul klubunda 14 rəsmi matçda 4 qol vurub.
2024-01-02
819,260
Sülh sazişi üçün bu ərəb ölkəsi təklif edilə bilər
Birləşmiş Ərəb Əmirlikləri Avrasiya və Cənubi Qafqaz ölkələrinə yatırımlarını ildən ilə artırır. Bu ölkə Türkiyənin gəlir gətirən şirkətlərinin səhmlərini alaraq ortaq layihələr reallaşdırıb, növbəti mərhələdə 50 milyarddan çox yatırım qoymağı planlaşdırıb. Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanla bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlığı genişləndirib, “Abşeron” qaz yatağında payı var. Əmirliklər Ermənistanın da əsas ticarət tərəfdaşıdır. Bu ilin 9 ayında iki ölkə arasında ticarət mübadiləsinin həcmi 1 milyard dolları aşıb. Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, BƏƏ Azərbaycanla Ermənistan arasındakı danışıqları da diqqətlə izləyərək ötən ilin dekabr ayında bununla bağlı bəyanat yayıb: “Bəyanatda iki ölkə arasında razılaşdırılmış etimad quruculuğu tədbirləri yüksək qiymətləndirilərək fikir ayrılıqlarının sülh yolu ilə həllində körpülərin qurulmasının, əməkdaşlıq və dialoqun vacibliyi vurğulanıb. Bu fəallıq nəzərə alınaraq Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün Birləşmiş Ərəb Əmirliklərinin ərazisi təklif edilsə, gərək təəccüblənməyək. Neytral dövlət olmaqla yanaşı Azərbaycan və Ermənistanın əsas ticarət tərəfdaşlarından biridir”.
2024-01-02
819,262
Bu kənddə hasarlara çaynik və buynuz qoyulur - Video
Tovuzun Qaraxanlı kəndində hər bir evin hasarında sınıq çayniklərə rast gəlinir. Görənləri təəccübləndirən bu əşyalar əbəs yerə evin giriş hissəsini bəzəmir. İnanca görə, tullantı olan bu cür saxsı və şüşə qablar pis və mənfi nəzərləri üzərinə çəkməsi üçün evin giriş hissəsinə, hasarı üzərinə qoyulur. Axar.az xəbər verir ki, bu barədə Baku TV-nin süjetində qeyd olunub. “Çatlaq qab saxlamırıq. Ya atırıq, ya da darvazanın başına qoyuruq”, - kənd sakini Zərifə Əmrahova söyləyib. Nəzər dəyməməsi üçün şüşə qablarla yanaşı, evin giriş hissəsində keçi, qoyun və iribuynuzlu heyvanların qurudulmuş buynuzlarını asanlar da az deyil. Təxminən 20 il əvvələ qədər kənddə bu kimi əşyaları hər bir evdə görmək mümkün idisə, bu gün bu hal kəndin təxminən 40-50 faizini əhatə edir. Ətraflı videoda:
2024-01-02
819,263
Zelenski yalan demir, ancaq aldadır - Korotçenko
Ukrayna Prezidenti Vladimir Zelenski öz bəyanatlarında Rusiya ordusunun 2023-cü ildə açıq-aşkar strateji uğurunu uğursuzluq kimi təqdim etməklə Ukrayna qoşunlarına nikbinlik aşılamağa çalışır. Axar.az xəbər verir ki, bu sözləri hərbi ekspert İqor Korotçenko Zelenskinin “Ekonomist”ə müsahibəsində Ukraynanın keçən yay əks-hücumundan əvvəl sızan məlumatların Rusiyaya müdafiəsini hazırlamağa kömək etməsi və rus ordusunun 2023-cü ildə bir dənə də böyük şəhəri ala bilməməsi haqda fikirlərinə reaksiyasında deyib. Korotçenko bildirib ki, Rusiya ordusunun 2023-cü ildə vəzifəsi müdafiə mövqeləri qurmaq və strateji döyüşlər aparmaq idi, çünki Ukraynanın NATO silahları ilə imkanları genişləndirilmişdi. Korotçenko Zelenskinin Rusiya ordusunun bir dənə də olsun böyük şəhəri tutmadığı iddiasına isə bu cür cavab verib: “Çünki belə bir vəzifə sadəcə olaraq strateji müdafiə əməliyyatı çərçivəsində qarşıya qoyulmamışdı”.
2024-01-02
819,265
Azərbaycan təhsil işçisi qonaq getdiyi məclisdə öldü - Foto
Gədəbəy rayonunun təhsil sektorunda metodist işləyən Ramin Məmmədov bu gün ürəktutmasından vəfat edib. Axar.az xəbər verir ki, pedaqoqun Sumqayıt şəhərində qonaq getdiyi məclisdə anidən səhhəti ağırlaşıb. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. R.Məmmədov Gəncə şəhər 37 nömrəli məktəbdə, daha sonra isə Gədəbəy rayon təhsil sektorunda çalışıb.
2024-01-02
819,268
Rusiya ordusu Ermənistan Konsulluğunu vurdu
Bu gün səhər saatlarında Xarkov şəhərinin mərkəzinə endirilən zərbə zamanı Ermənistanın fəxri konsulluğunun yerləşdiyi binaya da ziyan dəyib. Axar.az xəbər verir ki, bu barədə erməni mediası yazıb. Bildirilir ki, Xarkovun mərkəzinə atılan iki raketdən biri Ermənistan konsulluğunu da zədələyib. Qeyd edək ki, yanvarın 2-də Rusiyanın raket hücumu nəticəsində 4 nəfər həlak olub, 92 nəfər yaralanıb.
2024-01-02
819,270
Mask 2024 proqnozunu açıqladı
2024-cü il daha da çılğın olacaq. Axar.az xəbər verir ki, bu barədə məşhur milyarder İlon Mask X sosial şəbəkəsində yazıb. “Mənim proqnozum ondan ibarətdir ki, 2024-cü il daha da çılğın olacaq”, - o bildirib. Qeyd edək ki, Mask 2023-cü ildə daha 95,4 milyard dollar qazanaraq, dünyanın ən zəngin adamı titulunu davam etdirir.
2024-01-02
819,271
Foreign forces are trying to attack this in Turkiye
Foreign forces are trying to campaign to undermine the tourism sector. Axar.az reports that the President of Turkiye, Recep Tayyip Erdogan, said these words. "Foreign forces are campaigning to damage tourism, which is one of our country's most important income sources. Now they are trying to create a similar wave with the help of opposition parties using the theme of sports. People, societies, faiths, and countries become targets of hate rhetoric. We have faced a trend of hostility and xenophobia against Islam. We will never accept this," Erdogan said.
2024-01-02
819,272
Diqqət: 2024-də bu şəxslərin həyatı dəyişəcək - Astroloq
Bu il təkcə sıçrayış ili deyil, həm də karmik ildir. Yəni hər bir insan layiq olduğu şeyi alır - bunun cəza və ya mükafat olması sizin hərəkətlərinizdən və ya hərəkətsizliyinizdən asılıdır. Axar.az xəbər verir ki, astroloqların fikrincə, 2024-cü il doqquz illik dövrənin səkkizinci ilidir. İl ədaləti, dürüstlüyü, tarazlığı və sistemlərin iyerarxiyasını hər şeyin ön sırasına qoyan “səkkiz” enerjisi altında keçəcək. Numeroloqlar 2024-cü ili karmik adlandırırlar. İlin əsas qaydası hər kəsin layiq olduğunu almasıdır. Bütün əvvəlki səkkiz ilin nəticələri bizə çatacaq. Hər bir hərəkət və ya hərəkətsizlik kainatın sizi nə ilə mükafatlandıracağına təsir edəcək. İnsanın arzuladığı və etdiyi hər şey ona yüzqat qaytarılacaqdır. Karmik borcları olanlar üçün onları ödəmək vaxtı gələcək. Beləliklə, 2024-də hər birimizi böyük dəyişikliklər gözləyir. Məhz karmik ildə qorxularınızı dəf edə, zəifliklərinizi dərk edə və öz içinizdə harmoniya axtara bilərsiniz. Üstəlik, bu dövr qarşınızda yeni üfüqlər açır və potensialınızı üzə çıxarmağa imkan verir. Biznesdə və maliyyədə qanuni hərəkət edin, sənəd işlərinə diqqətli olun. Hər bir gəlir ədalətli şəkildə əldə edilməlidir. İstənilən “qara” sövdələşmələr nəzərə çarpmaq riski altındadır və onların iştirakçıları qınanacaqlar. Hüquq-mühafizə orqanlarının, hakimlərin, vəkillərin uğur əldə etmək üçün hər cür imkanı olacaq, yetər ki, ədalətli olsunlar. Keçmişdə bəzi vədlər vermisinizsə, borc almısınızsa, sözünüzü yerinə yetirmək və götürdüyünüzü qaytarmaq vaxtıdır. Bu il evlənənlər daim boşanma haqda da düşünəcək. 2024-cü ildə vicdanına uyğun yaşamayan, yalan danışan, oğurluq edən, qanunsuz davranan, yəni bir dəfə yaşadıqları iddia edilənlər haqqında həqiqət üzə çıxacaq. Ümumiləşdirsək, bu il əkilənlərin biçildiyi vaxtdır: qazanınıza nə tökmüsünüzsə, qaşığınıza da o çıxacaq. Xeyirxahlar, doğrular üçün ideal, paxıllar, bədxahlar üçün təhlükəli ildir.
2024-01-03
819,274
Beyrutda HƏMAS qərargahına zərbə: ölənlər var - Video
2024.01.02 - 21:25 İsrailə məxsus dronun Livanın paytaxtı Beyrutun cənub şəhəri ətrafında yerləşən HƏMAS-ın qərargahına zərbə endirməsi nəticəsində ölən və yaralananlar var. Axar.az xəbər verir ki, bu barədə ölkənin Milli Xəbər Agentliyinin nümayəndəsi deyib. Hadisədə ümumilikdə üç nəfər ölüb. Onlardan biri HƏMAS-ın İordan çayının Qərb sahilindəki nümayəndəsi Saleh əl-Aruridir. Qeyd olunub ki, olayda 11 nəfər yaralanıb. *** İsrailin Beyruta zərbələri nəticəsində ölənlərin sayı artıb. Bu barədə Livanın “Əl Mayadin” telekanalı məlumat yayıb. Bildirilib ki, dron hücumu zamanı baş verən partlayışlarda altı nəfər ölüb. HAMAS-ın hərbi qanadı olan İzzəddin Əl-Qəssam Briqadasının iki komandirinin də öldürüldüyü vurğulanır. *** Livanın paytaxtı Beyrutda HƏMAS-ın yüksək səviyyəli nümayəndələri olmaqla 7 üzvü ölüb. Bu barədə HƏMAS-ın Teleqram kanalı bildirib.
2024-01-02
819,277
Rusiyadakı miqrantlara yeni tələb qoyuldu
Rusiyadakı miqrantlar yanvarın 7-dən ölkədə işə başlaması barədə məlumat verməyə borclu olacaqlar. Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilib ki, sənəd rus dilində əl ilə və ya kompüter vasitəsilə doldurula bilər, əmək müqaviləsi və ya onun surəti əlavə edilməlidir. İşlərin görülməsi üçün mülki-hüquqi müqavilə bağlanmalıdır.
2024-01-02
819,286
Yaponiyada 155 yeraltı təkan qeydə alındı
Son iki gündə Yaponiyada 155 yeraltı təkan qeydə alınıb. Axar.az xəbər verir ki, bu barədə Yaponiyanın Meteorologiya Agentliyi məlumat yayıb. Yaponiya mediasının məlumatına görə, episentri prefekturanın Noto yarımadası yaxınlığında olan zəlzələ nəticəsində ölənlərin sayı 57-yə çatıb. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir. Təbii fəlakət bölgəsində xeyli dağılmış tikili olduğu üçün dağıntılar altında hələ də insanların ola biləcəyi ehtimal edilir. Zəlzələnin infrastruktura vurduğu zərərə görə 16 şəhərin su təchizatı dayanıb. İçməli su sakinlərə nəqliyyat vasitələri ilə çatdırılır.
2024-01-02
819,289
Antalyaya rekord sayda turist gəldi
Türkiyənin Antalya bölgəsini ötən il rekord saytda turist ziyarət edib. Axar.az xəbər verir ki, bu barədə Antalya Mədəniyyət və Turizm İdarəsi məlumat yayıb. Bildirilib ki, ötən il Antalyanı 15 milyon 689 min 258 əcnəbi ziyarət edib. Bu rəqəm bütün dövrlər üçün ən yüksək göstəricidir.
2024-01-02
819,290
Qızıl bazarında bahalaşma alıcı qıtlığı yaratdı - Video
Yeni ilin əvvəli qızıl bazarında durğunluq yaşanır. Axar.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, bazarda qiymətlərin baha olması alıcıların azalmasına səbəb olur. Satıcılar bildiriblər ki, hər il bayramda daha çox alıcı olduğu halda, bu bayram alıcı sayı kəskin azalıb. Bildirilib ki, son iki ayda qızıl bazarında qiymət artımı pik həddə çatıb. Mart ayında isə qızılın qiymətinin ucuzlaşacağı deyilir. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
2024-01-02
819,291
“Qalatasaray”-“Fənər” matçını Ərdoğan ləğv etdirib?
Türkiyə Futbol Federasiyası (TTF) ötən il dekabrın 29-da baş tutmalı olan “Qalatasaray”-“Fənərbağça” arasında Superkubok oyununun ləğv edilməsinə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın təsir göstərməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Axar.az Publika.az-a istinadən xəbər verir ki, TFF rəsmi saytında məsələ ilə bağlı izahat yayıb. “Superkubok oyununun Ər-Riyadda keçirilməsi təklifi iki klub tərəfindən bəyənilib və imzalanıb. Öz növbəsində, prezidentimizin oyunun ləğvi prosesində hər hansı formada iştirak etməsi ilə bağlı bütün iddialar əsassızdır”, - deyə TTF-nin bəyanatda bildirilir. Xatırladaq ki, klublar matçdan əvvəl Türkiyə himninin səsləndirilməsini, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün portretinin asılmasını istəyiblər. Bundan əlavə, Türkiyə Cümhuriyyətinin ildönümü üçün komandalar Atatürkün təsviri olan köynəklər geyinəcəklərini bildiriblər. Bu tələblər Səudiyyə rəsmiləri tərəfindən tamamilə rədd edilib. Buna görə də "Qalatasaray" və "Fənərbağça" oyunçuları meydana çıxmayıb.
2024-01-02
819,293
Tovuzda teplovoz piyadanı vurdu
Tovuz stansiyasında teplovoz dəmir yolu üzərinə çıxmış piyadanı vuraraq öldürüb. Axar.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb. “Bu gün saat 20:55 radələrində ADY-yə məxsus teplovoz Tovuz stansiyasında hərəkətdə olarkən bir nəfər naməlum şəxs dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib. Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində dünyasını dəyişib”, - qurumdan bildirilib.
2024-01-02
819,294
Yaza qədər Türkiyədə güclü zəlzələ olacaq - Ərcan
Türkiyəli geofizik, professor Ovgün Əhməd Ərcan ölkədə yaza qədər güclü zəlzələ olacağını proqnozlaşdırıb. Axar.az xəbər verir ki, o, bu barədə “Haber Global”a danışıb. “Düşünürəm ki, biz yaza qədər zəlzələ görəcəyik. Hazırda bunun harda olacağını bilmirəm. Təəssüf ki, mənzərə belədir”, - deyə alim bildirib.
2024-01-02
819,295
Yaponiyada yenə güclü zəlzələ oldu
Yaponiyanın İşikava prefekturasının yaxınlığında 4,8 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Zəlzələ əhalisi 8 min nəfərdən çox olan İşikava prefekturasının Anamizu şəhərindən 43 kilometr şimal-şərqdə qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə olub. Mümkün tələfat və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.
2024-01-03
819,296
Rusiya bu bölgəyə hücumu təkrarlaya bilər
Rusiya yaxın həftələrdə Çerniqov vilayətinə hücumunu təkrarlamaq üçün sərhədə kifayət qədər qoşun toplaya bilər. Axar.az xəbər verir ki, bunu Ukraynanın Çerniqov hərbi administrasiyasının rəhbəri Vyaçeslav Çaus deyib. O qeyd edib ki, Rusiyanın müvafiq addımı düşmənin əslində hücuma keçəcəyi demək deyil: "Bu, Çerniqov vilayətinin istehkamlarla nə qədər qorunacağından çox asılıdır". Onun sözlərinə görə, Çerniqov vilayətinin müdafiəsi nə qədər güclü olarsa, rusların yenidən bölgəyə daxil olma ehtimalı bir o qədər az olacaq.
2024-01-02
819,298
Messinin 10 milyonluq dəbdəbəli malikanəsi - Foto
İngiltərənin “Deyli Meyl” qəzeti məşhur futbolçu Lionel Messinin Floridadakı dəbdəbəli malikanəsinin fotolarını dərc edib. Axar.az xəbər verir ki, Messinin dəyəri 10,75 milyon dollar olan malikanəsində 10 yataq otağı, spa, hovuz və s. var. Qeyd edək ki, Messi ötən yay "İnter Mayami" klubu ilə iki il yarımlıq müqavilə bağlayaraq, Floridaya köçüb.
2024-01-02
819,299
Türkiyənin ixracatı tarixi rekorda qalxdı
Türkiyənin 2023-cü ildə ixracatı əvvəlki ilə nisbətən 0,6 faiz artaraq ölkə tarixində rekord səviyyəyə – 255,809 milyard dollara çatıb. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Beləliklə, bu rəqəm bizim orta müddətli proqramımızın 255 milyard dollarlıq hədəfini üstələyib”, - deyə o, İstanbulda çıxışı zamanı bildirib. Ərdoğan 2023-cü ildə ölkənin xarici ticarət kəsirinin illik müqayisədə 3,2% azaldığını vurğulayıb. Onun sözlərinə görə, pandemiyadan əvvəlki dövrlə müqayisədə son 3 ildə 4 milyondan çox əlavə iş yeri yaradılıb.
2024-01-03
819,300
Əliyevin önündə şlyapa çıxarırıq: yeni tarix... - Naumov
İlham Əliyev Azərbaycan Respublikasının görkəmli liderlərindən biri kimi tarixə düşəcək. Axar.az xəbər verir ki, bunu Azərbaycan televiziyasına müsahibəsində rusiyalı politoloq Aleksey Naumov deyib. “Biz doğrudan da İlham Əliyev üçün şlyapa çıxarırıq. Təbii ki, o, Azərbaycanın ən görkəmli rəhbərlərindən, ən səriştəli, bacarıqlı siyasətçilərdən biri kimi tarixə düşəcək. Məqsədlərə nail olunub, sanksiyalar yoxdur, iqtisadiyyat yaxşı gedir. Həqiqətən də Azərbaycan tarixində yeni səhifə açılır”, - Naumov qeyd edib.
2024-01-02
819,303
Rekord: Rusiyanın atdığı 10 “Xəncər”in 10-u da vuruldu
Rusiyanın atdığı 10 “Xəncər” raketinin 10-u da “Patriot” hava hücumundan müdafiə sisteminin köməyi ilə məhv edilib. Bu, rekorddur. Axar.az xəbər verir ki, bu sözləri Ukrayna ordusunun baş komandanı Valeri Zalujnı deyib. O əlavə edib ki, raketlər hədəfi vursa, bunun ölkə üçün nəticələri fəlakətli olacaq. Zalujnı təhvil verilmiş hava hücumundan müdafiə sistemlərinə görə tərəfdaşlarına təşəkkür edib və əlavə silahların ötürülməsinə çağırıb. Qeyd edək ki, yanvarın 2-də ruslar Ukrayna ərazisinə 35 PUA, müxtəlif, o cümlədən 10 ədəd X-47M2 “Xəncər” aeroballistik raketi və s. ilə kütləvi hücum həyata keçirib. Nəticədə 4 nəfər ölüb, 100-dən çox yaralı var.
2024-01-02
819,304
Beyrutdakı partlayışa BMT-dən reaksiya
BMT Livanın paytaxtı Beyrutdakı partlayışdan narahat olub. Axar.az xəbər verir ki, bu barədə BMT Baş katibinin ofisinin nümayəndəsi Florensiya Soto danışıb. “Aydındır ki, hadisələrin inkişafı son dərəcə narahat edir”, - Soto vurğulayıb. Qeyd edək ki, İsrailə məxsus dronun Livanın paytaxtı Beyrutun cənub şəhəri ətrafında yerləşən HƏMAS-ın qərargahına zərbə endirməsi nəticəsində ölən və yaralananlar var.
2024-01-02
819,307
Rusiyanın bu gün Ukraynaya atdığı raketlərin qiyməti...
Yanvarın 2-də Rusiya Ukraynaya kütləvi raket hücumu üçün təxminən 620 milyon dollar xərcləyib. Axar.az xəbər verir ki, bu barədə “Forbes” hesablama aparıb. İlkin məlumatlara görə, yanvarın 2-nə keçən gecə və səhər saatlarında düşmən Ukraynaya 99 hava hücumu silahından - müxtəlif tipli raketlərdən və hücum PUA-larından istifadə edib. Bu raketlərin dəyəri isə belədir: X-101 raketinin dəyəri - 13 milyon dollar, "Kalibr" - 6,5 milyon dollar, "İsgəndər" - 3 milyon dollar, "Oniks" - 1,25 milyon dollar, X-22 - 1 milyon dollar, Toçka-U – 0,3 milyon dollar, -55 – 2 milyon dollar, X-555 – 4 milyon dollar, X-47 “Xəncər” – 15 milyon dollar, Şahid-136 – 50 min dollar.