date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-01-31
827,960
İstanbuldan Bakıya 8 kq qızılı elə yolla gətirdilər ki... - Foto
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda qızıl-zinət əşyalarının gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısı alınıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Axar.az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn iki Azərbaycan Respublikası vətəndaşı 31 ədəd bağlamada qızıl-zinət əşyalarını pasport yoxlanış keçid məntəqəsinin qarşısında olan sanitar qovşaqda təmizlik işlərini aparan şəxsə verib, sonuncu da qeyd olunan qızıl-zinət əşyalarını zibil və salfetka qablarında gizlədib. Qeyd olunan zibil və salfetka qablarına keçirilən baxış zamanı 31 ədəd bağlamada, ümumi çəkisi 8 kiloqram 400 qram olan qızıl-zinət əşyaları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
2024-01-31
827,961
Fevralın havası: Bakıda 4 dərəcə şaxta olacaq
Fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur. Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləkləri üstünlük təşkil edəcək. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 4-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 21-24 mm). Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 0-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 3-8 dərəcə şaxta, bəzi günlərdə 12-17 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 11-29 mm). Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7 dərəcə şaxta, bəzi günlərdə 10-15 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 21-36 mm). Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 3-8 dərəcə şaxta, bəzi günlərdə 12-17 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 24-32 mm). Qazax, Gəncə, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 2-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 15-36 mm). Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 1-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 0-5 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 24-55 mm). Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 4-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu gecə 2-7 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 21-35 mm). Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 2-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, dağlarda 6-11 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 44-105 8ğ mm).
2024-01-31
827,962
Rusiya Paşinyanın Bakıya təklifini şərh etdi
Rusiya Cənubi Qafqazda sabitliyin və dayanıqlı uzunmüddətli sülhün bərqərar olmasının ən yaxşı təminatını 2020-2022-ci illər ərzində ali səviyyədə əldə edilmiş üçtərəfli sazişlər kompleksinin tezliklə icrasının bərpasında görür. Axar.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanın “hücum etməmək haqqında paktı” imzalamaq təklifini şərh edərkən deyib. “Bu, Bakı və İrəvan arasında barışıq üçün alternativ olmayan yol xəritəsidir və o, digər məsələlərlə yanaşı, sülh müqaviləsinin hazırlanmasını da əhatə edir”, - Zaxarova bildirib. Qeyd edək ki, Paşinyan Bakı və İrəvan arasında sülh sazişinin imzalanması gecikəcəyi təqdirdə bir-birinin ərazisinə təcavüz etməmək haqqında müqavilə bağlamağı təklif edib.
2024-01-31
827,965
XİN-dən çexiyalı spikerə: İrəvandan bunu soruşun!
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovaya cavab verib. Axar.az xəbər verir ki, bu barədə XİN rəsmisi X-də yazıb. "Çexiya qanunverici orqanının rəhbəri Marketa Pekarova Adamova uydurma erməni rəvayətlərinə əsaslanan məsələləri şərh etmək əvəzinə, erməni ev sahiblərindən Ermənistanın öz konstitusiyasında və qanunvericiliyində nəzərdə tutulmuş qonşularına qarşı ərazi iddialarını nə vaxt aradan qaldıracağını soruşsa, daha məqsədəuyğun olardı", - o qeyd edib.
2024-01-31
827,970
Bu, təxribat xarakterli yanaşmadır - Seyidov
ABŞ Senatının Xarici əlaqələr komitəsinin sədri Benjamin Kardinin Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı əsassız, qərəzli bəyanatı dərin məyusluq hissi doğurur. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun bəyanatında bildirilib. “B.Kardinin nəzərinə çatdırırıq ki, ölkəmiz 1991-ci ildə müstəqilliyini əldə edəndən bəri beynəlxalq ictimaiyyətin etibarlı və məsul üzvüdür. Azərbaycanın əksər beynəlxalq platformalarda uğurlu fəaliyyəti məhz beynəlxalq ictimaiyyətin qəti və birmənalı dəstəyinə əsaslanır. Ölkəmizin xüsusilə Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində faktiki olaraq ölkələrin sayı və təsir imkanlarına görə BMT-dən sonra dünyanın ikinci ən böyük platformasının inkişafına verdiyi töhfələr Hərəkata üzv 120 ölkə tərəfindən hörmətlə qarşılanır”, - bəyanatda bildirilib. “Təsadüfi deyil ki, beynəlxalq dialoq və əməkdaşlığın daha da genişləndirilməsində oynadığı rola, beynəlxalq qaydalara və qarşılıqlı fəaliyyət normalarına hörmətlə yanaşmasına, öz prinsipial mövqeyinə görə ölkəmiz 2024-cü ildə qlobal səviyyədə ən mötəbər tədbirlərdən biri olan COP29-a ev sahibliyi etməyə layiq görülmüşdür. Bu qərarı beynəlxalq aləmin bütün üzvləri, o cümlədən ABŞ-ın özü də dəstəkləmişdir. Buna baxmayaraq, COP29 ərəfəsində senator B.Kardinin ölkəmizi şantaj edərək, qərəzli təşkilat və dairələrin yalan, yoxlanılmamış məlumatlarından istifadə etməsi Azərbaycana qarşı olan həmin dairələr, xüsusən də erməni lobbisi tərəfindən təhrik edilmiş əsassız və təxribat xarakterli yanaşmadır. B.Kardinə tövsiyə edirik ki, Azərbaycan əleyhinə birtərəfli və qərəzli fikirlər səsləndirmək əvəzinə, öz diqqətini ABŞ Senatının Xarici əlaqələr Komitəsində kök salmış korrupsiya, rüşvətxorluq və digər bu kimi qanunsuz əməllərə yönəltsin. Sələfi senator R.Menendezin uzun müddət komitə çərçivəsində rüşvətxor əməlləri, oğurluq faktları, erməni himayədarları ilə şəxsi maraqlar üzərində qurulmuş birgə fəaliyyəti nəzərə alındıqda, bu ağır korrupsiya irsinin araşdırılması senator Kardin üçün daha faydalı olar”, - bəyanatda vurğulanıb.
2024-01-31
827,971
Binəqədidə sudan qanunsuz istifadə halları… - Video
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakının Binəqədi rayonunda, Svetlana Məmmədova küçəsində fəaliyyət göstərən kafedə içməli sudan qeyri-qanuni istifadə halı aşkarlayıb. Agentlikdən Axar.az-a verilən məlumata görə, obyekt sahibi şəbəkəyə qoşularaq içməli su və kanalizasiya xidmətlərindən qanunsuz istifadə edib. Həmin küçədə yerləşən dönər satışı obyektində də içməli sudan qanunsuz istifadə aşkar olunub. Sahibkar texniki şərt almadan və müqavilə bağlamadan özbaşına çəkilmiş xətt vasitəsilə obyekti içməli su ilə təmin edib. Sumqayıt şossesi, döngə 1 ünvanında yerləşən kafe, ət kəsimi və meyvə-tərəvəz satışı obyektlərində qeyri-qanuni çəkilmiş su xəttindən istifadənin qarşısı alınıb. Binəqədi qəsəbəsi DSK yolu 1-ci mədən ərazisində fəaliyyət göstərən qum bazarında suyun talanması aşkar edilib. Həmin əraziyə yaxınlıqdan keçən su kəmərindən xətt çəkilərək sudan qanunsuz istifadə olunub. Nəzarət tədbirləri zamanı aşkar edilən bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib. "Vətəndaşların diqqətinə çatdırırıq ki, içməli sudan qeyri-qanuni, sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq", - deyə agentlik bəyan edib. 2023-cü ildə Agentlik üzrə 15 533, Binəqədi rayonu üzrə isə 3 071 sudan qanunsuz istifadə halı aşkarlanıb, 100-dən artıq fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.
2024-01-31
827,973
E-Polis tətbiqi istifadəyə verildi: nələri yoxlamaq olar?
Daxili İşlər Nazirliyinin E-Polis mobil tətbiqi istifadəyə verilib. Axar.az xəbər verir ki, tətbiq vasitəsilə məhkumluq, nəqliyyat vasitəsinin zədələnməsi, axtarışda olması və yüklü olması, icbari sığorta və vətəndaşın olduğu yer üzrə arayışlar üçün müraciətlər etmək və onları rəqəmsal formada əldə etmək mümkündür. Eyni zamanda tətbiq vasitəsilə vətəndaşlar ölkədən çıxışlarına qadağa qoyulub-qoyulmadığını da yoxlaya bilərlər. Tətbiqi artıq "Pley stor" və "Əp stor" vasitəsilə mobil telefonlara yükləmək mümkündür.
2024-01-31
827,974
Yeraz Camala hökm oxundu
Rusiyada “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun yaxın adamını qətlə yetirməkdə təqsirləndirilən Camal Həsənova hökm oxunub. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, Camal Həsənov 18 il müddətinə azadlıqdan məhrum edilib. Prokuror Cövdət Mehrəliyev təqsirləndirilən şəxsin 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, Camal Həsənov 2017-ci ildə Rusiyada Cabir Həsənovu qətlə yetirməkdə təqsirli bilinib. O, ötən il Bakıda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub. “Yeraz Camal” ləqəbi ilə tanınan Camal Həsənov mərhum Rövşən Caniyevin (Lənkəranski) yaxın adamı olub. Xatırladaq ki, "qanuni oğru" R.Caniyev 2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilib. N.Səlifov isə 2020-ci ilin avqustun 19-dan 20-nə keçən gecə Antalyada yerləşən otellərdən birində başından 4 güllə vurularaq öldürülüb.
2024-01-31
827,975
Qeydiyyatdan keçən müşahidəçilərin sayı…
Fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri üzrə 85 min müşahidəçi qeydiyyatdan keçib. Axar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.
2024-01-31
827,976
707-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı
Rusiya müharibənin 707-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 568 təyyarəsi, 265 helikopteri, 11 512 PUA-sı, 457 zenit-raket kompleksi, 14 860 tank və digər zirehli texnikası, 1 211 reaktiv yaylım atəş sistemi, 7 906 artilleriya və minaatanı, 18 103 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
2024-01-31
827,978
Baş nazirdən dəmiryol keçidlərinin istismarı ilə bağlı qərar
Nazirlər Kabineti “Dəmiryol keçidlərinin istismarı Qaydaları"nı təsdiq edib. Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Bu Qaydalar ümumi istifadəli dəmiryol nəqliyyatında və qeyri-ümumi istifadəli dəmiryol nəqliyyatında dəmiryol keçidlərinin təhlükəsiz istismarına dair tələbləri müəyyən edir. Dəmiryol keçidlərindən istifadə edən bütün nəqliyyat vasitələrinin sürücüləri, həmçinin piyadalar yalnız qatara (hərəkət tərkibinə) yol verməklə dəmiryol keçidlərindən keçə bilərlər. Dəmiryol keçidlərindən istifadə edən bütün nəqliyyat vasitələrinin sürücüləri, həmçinin piyadalar dəmiryol keçidinə yaxınlaşdıqda yol nişanlarını, işıqforları, nişanlama xətlərini, şlaqbaumun vəziyyətini və keçid növbətçisinin göstərişlərini əsas tutmalı, yaxınlaşan qatarın (hərəkət tərkibinin) olmadığını yəqin etməli, “Yol hərəkəti haqqında” qanunda nəzərdə tutulmuş tələblərə riayət etməlidirlər.
2024-01-31
827,980
Azərbaycan Kuboku: "Neftçi"nin oyununda 5 qol vuruldu
18:28 Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir qarşılaşması baş tutub. Axar.az xəbər verir ki, turnirin son qalibi “Qəbələ” “Araz-Naxçıvan”ın qonağı olub. Qarşılaşma 1-1 hesabı ilə yekunlaşıb. Komandalar arasında cavab matçı fevralın 9-da Qəbələdə keçiriləcək. Qeyd edək ki, kubokun digər matçında "Sumqayıt" - "Neftçi" ilə üz-üzə gələcək. *** Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları başa çatıb. Günün ikinci matçında "Neftçi" "Sumqayıt"ın qonağı olub və Bakı təmsilçisi rəqibini 3-2 hesabı ilə məğlub edib. Cavab qarşılaşması bir həftə sonra Bakıda oynanılacaq.
2024-01-31
827,982
Ordumuzun bölmələri ilə məşğələlər keçirilir - Video
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qarşıya qoyduğu tələblərə, müdafiə nazirinin əmr və sərəncamlarına əsasən qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə Azərbaycan Ordusunda təlim-tədris prosesi davam etdirilir. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, yeni tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrdə döyüşə hazırolma üzrə tədbirlər həyata keçirilir. Tədbirlər zamanı bölmələrin həyəcan siqnalı ilə qaldırılaraq döyüşə hazır vəziyyətə gətirilməsi üzrə tapşırıqlar məşq etdirilir. Qeyd edək ki, 2024-cü ilin hazırlıq planına əsasən, bölmələrin daimi dislokasiya məntəqələrini tərk edərək təlim mərkəzlərinə və ümumqoşun poliqonlarına hərəkəti də nəzərdə tutulub.
2024-01-31
827,983
İl-76 təyyarəsi bu silahla vurulub - Putin açıqladı
İl-76 təyyarəsi ABŞ-ın "Patriot" zenit raket kompleksi ilə vurulub. Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib. O, təyyarənin "Patriot"la vurulmasını ekspertizanın təsdiqlədiyini vurğulayıb. Qeyd edək ki, yanvarın 24-də 65 ukraynalı əsiri dəyişdirmək üçün daşıyan Rusiyaya məxsus İl-76 hərbi-nəqliyyat təyyarəsini Belqorod vilayətində qəzaya uğrayıb. Qəza zamanı 65 əsir, o cümlədən 6 ekipaj üzvü və 3 müşayiətçi hamısı ölüb. Rusiya MN təyyarəni Ukrayna ordusunun vurduğunu açıqlayıb.
2024-01-31
827,984
Dünya Bankı Azərbaycan üçün yol xəritəsi hazırlayacaq
Dünya Bankı Azərbaycanın geotermal potensialının qiymətləndirilməsi, bu istiqamətdə texniki və iqtisadi uyğunluğun dəyərləndirilməsi, gələcəkdə geotermal ehtiyatların və birbaşa istifadənin inkişafı üçün yol xəritəsinin hazırlanması məqsədilə məsləhət xidmətlərinə dair tender elan edib. Axar.az Dünya Bankına istinadən xəbər verir ki, tenderlə bağlı müraciətlər fevralın 8-dək qəbul ediləcək. Məlumatda vurğulanıb ki, məsləhətçilər Azərbaycandakı geotermal ehtiyatlarla bağlı mövcud məlumatları nəzərdən keçirməli, mümkün məlumatları əldə etdikdə rezervuarın xüsusiyyətlərini (ölçüsü, forması, məhsuldarlığı, suyun səviyyəsi), resursların texniki və iqtisadi uyğunluğunu proqnozlaşdırmalıdırlar. Məsləhətçilərin hazırladığı yekun hesabat Azərbaycanda səlahiyyətli şəxslərin iştirakı ilə keçiriləcək seminarda təqdim ediləcək. Qeyd edək ki, Dünya Bankı Azərbaycanla 30 illik əməkdaşlıq müddəti ərzində 52 layihəni maliyyələşdirilməsi üçün 4 milyard ABŞ dollarından çox zəmanətli kredit və 110-dan artıq texniki yardım və qrant layihələrinə təxminən 30 milyon ABŞ dolları həcmində vəsait ayırıb.
2024-01-31
827,985
Minə yaxın vətəndaşın Vatsap hesabı ələ keçirildi - ETX
Hazırda vətəndaşların Vatsap hesablarının ələ keçirilməsi halları müşahidə edilir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən (ETX) Axar.az-a verilən məlumata görə, quruma bununla bağlı son bir gün ərzində 1000-ə yaxın vətəndaş müraciəti daxil olub. ETX tərəfindən məsələnin araşdırılması məqsədilə Vatsap tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkəti ilə danışıqlar aparılır. Araşdırma yekunlaşdıqdan sonra bu barədə ictimaiyyətə məlumat təqdim ediləcək. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara Vatsap mobil tətbiqində mövcud hesablarının təhlükəsizliyini gücləndirmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirməyi, tanımadıqları şəxslərdən göndərilən şübhəli keçidlərə daxil olmamağı, onlara göndərilən OTP kodu başqa şəxslərlə paylaşmamağı və tətbiqin ən son versiyasını yükləməyi tövsiyə edir.
2024-01-31
827,986
MMA idmançıları həbs olundu, Tofiq Musayev saxlanıldı
Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi və tələbələri paytaxtın bulvar ərazisində törətdikləri xuliqanlıq hərəkətlərinə görə polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Axar.az APA-ya istinadən xəbər verir ki, fakta görə Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi üzrə 4 nəfər həbs olunub, 2 nəfər - Tofiq Musayev və Mehman Məmmədov haqqında digər qətimkan tədbiri seçilib. Hazırda xuliqanlıq maddəsi üzrə qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Federasiyanın baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov münaqişə vəziyyəti yaratmaqla, ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək xuliqanlıq hərəkətləri törətməkdə ittiham olunurlar.
2024-01-31
827,988
Gülər azərbaycanlı generallarla görüşdü - Foto
Türkiyə milli müdafiə naziri Yaşar Gülər ​​Ankarada səfərdə olan Azərbaycan Silahlı Qüvvələrinin generalları ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
2024-01-31
827,989
Norveç əhalisinə çağırış: son 30 ilin ən güclü qasırğası...
Norveçdə son 30 ilin ən güclü qasırğasının yaxınlaşması ilə bağlı maksimum ehtiyatlı olmağa çağırış edilib. Axar.az xəbər verir ki, bu barədə ölkə hakimiyyəti əhaliyə müraciət edib. Norveç polisi sahildə sürəti saatda 125-180 kilometrə çatan güclü küləklərin müşahidə olunacağı barədə xəbərdarlıq edib. Bu səbəbdən aviakompaniyalar və bərə şirkətləri işdə fasilələr yaranacağını proqnozlaşdırırlar. Ölkənin adaları arasında nəqliyyat əlaqəsini təmin edən bir sıra bərə operatorları reyslərini artıq dayandırıb. Bundan əlavə, hakimiyyət bəzi məktəblərin, eləcə də ölkənin dağlıq rayonlarında yolların, tunellərin və körpülərin bağlanmasına göstəriş verib.
2024-01-31
827,990
Bu nazirliyin Kommunikasiya Strategiyası təsdiqləndi
Ədliyyə Nazirliyinin yeni Kommunikasiya Strategiyası təsdiq olunub. Axar.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində 2023-cü ilin yekunlarına həsr olunan geniş kollegiya iclasında bildirilib. Kollegiyada nazirliyin 2024-2026-cı illər üzrə hazırlanmış yeni Kommunikasiya Strategiyası müzakirə edilərək təsdiq olunub. Nazirliyin əhaliyə təqdim etdiyi elektron və mobil xidmətlərin tətbiqi genişləndirilib, il ərzində e-xidmətlərdən ümumi istifadə sayı 3 milyona, “Mobil notariat” istifadəçilərinin sayı isə 2 dəfə artaraq 900 minə çatıb.
2024-01-31
827,993
Ötən il 80 milyon manata qədər aliment ödənilib
Ötən il aliment tələbləri üzrə 80 milyon manata qədər vəsait ödətdirilib. Axar.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində 2023-cü ilin yekunlarına həsr olunan geniş kollegiya iclasında bildirilib. 2023-cü ildə icrası təmin edilən işlərin sayı 10%-dən çox artıb və ümumilikdə 570 minə yaxın olub. Hüquqi və fiziki şəxslərə 1 milyard manata yaxın vəsait ödətdirilib.
2024-01-31
827,994
Rusiyadan İrəvana: NATO ilə yaxınlaşmağın nəticəsi...
Biz artıq NATO ilə yaxınlığın nələrə səbəb olduğunu gördük: münaqişələrə cəlb olunma, suverenlik və müstəqilliyin itirilməsi, sözün hər mənasında və bütün sahələrdə özgə planlarının iradəsinə tabelik və ən əsası, öz milli maraqlarını həyata keçirmək imkanının olmaması. Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın Ermənistanın ittifaqla yaxınlaşmağı hədəflədiyinə dair açıqlamasına münasibət bildirərkən bildirib. "Bütün bunları təhlil edərək, Ermənistanın özünün milli maraqlarının nədən ibarət olduğunu, nəyin səmərəli olduğunu, nəyin qısamüddətli, nəyin ortamüddətli və nəyin uzunmüddətli fayda gətirdiyini bilmək və bundan çıxış etmək lazımdır, boş vədlərdən deyil", - Zaxarova qeyd edib.
2024-01-31
827,996
Qubada 14 yaşlı qız dəm qazından öldü
Qubanın Hacıhüseynli kənd sakini 14 yaşlı Ayna Vəlixanova dəm qazından zəhərlənib. Axar.az xəbər verir ki, Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılan A.Vəlixanovaya ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
2024-01-31
827,997
Laçın aeroportu üçün idxal olunan mallarla bağlı qərar
Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi üçün gətirilən malların idxal gömrük rüsumundan azad edilməsi müddəti 2025-ci ilədək uzadılıb. Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 18 iyun tarixli 174 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərar imzalayıb. Bu güzəşt 2024-cü il yanvarın 1-dək qüvvədə idi. Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir. Qeyd edək ki, hazırda işğaldan azad olunan ərazilərdə Füzuli və Zəngilan hava limanları tikilərək istifadəyə verilib. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisinin isə 2025-ci ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr olacaq. Hava limanı Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilir və postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək.
2024-01-31
827,999
Azərbaycanda patent alanların nəzərinə!
Əqli Mülkiyyət Agentliyi məlumat bazası rolunu oynayan reyestrlərdə ixtira, faydalı model və sənaye nümunələrinə verilən patentlər haqqında məlumatların bir yerə toplanması üçün "Açıq reyestrlər" informasiya resursunu tətbiq edəcək. Agentlikdən Axar.az-a verilən məlumata görə, bununla hər kəs həmin bazada reyestrə maneəsiz və ödənişsiz daxil olmaq imkanı əldə edəcək, qüvvədə olan və olmayan patentlər haqqında o cümlədən, digər lazım olan məlumatlarla tanış olacaqlar. Patent alanlar, xüsusilə də patent almaq istəyənlər üçün “Açıq reyestr” daha əlverişli informasiya bazası olacaq. Çünki hər bir patent almaq istəyən şəxs onun ixtirasına uyğun milli ixtiranın olub-olmaması barədə məlumatı əvvəlcədən əldə edə biləcək. Bundan başqa, informasiya mənbəyinin köməyi ilə qeydiyyata alınmış ixtiralar, faydalı modellər və sənaye nümunələri barədə məlumat axtarışını aparmaq, patentlərin statusunu öyrənmək, patent müəllifləri və sahibləri haqqında və digər zəruri məlumatları əldə etmək imkanı qazanacaq. Eyni zamanda reyestrlərdə olan məlumatlar Azərbaycan dili ilə yanaşı, həm də rus dilində olacaq. Bundan başqa, əmtəə nişanları üçün də “Açıq reyestr” tezliklə fəaliyyətə başlayacaq.
2024-01-31
828,002
Ölkəmizdə ötən il nə qədər nikah bağlanıb?
Azərbaycanda ötən il nikahların sayı 54 mini ötüb. Axar.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində 2023-cü ilin yekunlarına həsr olunan geniş kollegiya iclasında bildirilib. İclasda qeyd edilib ki, doğum halları 113 mini keçib. Həmçinin 5,2 milyon notariat hərəkətinin, 290 min vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib. Notariuslar tərəfindən aparılan əməliyyatlar nəticəsində, o cümlədən bununla bağlı tutulan vergi üzrə ümumilikdə 75 milyona yaxın vəsait dövlət büdcəsinə köçürülüb.
2024-01-31
828,004
Bu ölkə Qafqazda sülh istəmir - Spiker
Fransa Cənubi Qafqazda sülhün təmin olunmasını istəmir. Axar.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə görüşündə bildirib. S.Qafarovanın sözlərinə görə, bəzi Avropa dövlətləri Cənubi Qafqaz regionunda sülhün təmin olunmasını istəmirlər: "Bu ölkələrdən biri də Fransadır. Fransa neokolonializm siyasətini bu regiona da daşımaq istəyir". Spiker bir daha vurğulayıb ki, Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünə hörmət edir və regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olunmasını, Ermənistanla tezliklə sülh sazişinin imzalanmasını istəyir.
2024-01-31
828,006
Ukraynanın Rusiyaya qarşı iki iddiası təmin olundu
Beynəlxalq Ədalət Məhkəməsi Ukraynanın Rusiyaya qarşı iki iddiasını qismən təmin edib. Axar.az xəbər verir ki, bu gün keçirilən iclasda verilən qərara əsasən, Rusiya Ukraynada terroru maliyyələşdirdiyi iddia olunan şəxslərlə bağlı ətraflı araşdırma aparmayıb. Təmin olunan digər iddia isə Krımın işğalından sonra Ukrayna dilində tədrisin məhdudlaşdırılmasıdır.
2024-01-31
828,008
Macarıstan AK-yə qulaq asmadı: Ukrayna ilə bağlı qadağa...
Macarıstan Ukraynadan kənd təsərrüfatı mallarının ixracına qoyulan qadağanı qüvədə saxlayacaq. Axar.az xəbər verir ki, bu barədə Macarıstan Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Macarıstanın kənd təsərrüfatı naziri İştvan Naqi də məsələ ilə bağlı açıqlamasında macar fermerləri narahat olmamağa çağırıb: "Mövcud vəziyyətdə macar fermerlər hələ də yalnız hökumətə arxalana bilərlər, buna görə də Macarıstan müvafiq beynəlxalq həll yolu tapılana qədər Ukraynadan məhsulların idxalına milli qadağasını davam etdirəcək". Qeyd edək ki, bir müddət öncə Avropa Komissiyası Ukrayna və Moldovadan malların sərbəst idxalını 2025-ci ilin iyun ayına qədər uzatmağı, eyni zamanda AB-nin həssas kənd təsərrüfatı məhsullarının qorunmasını gücləndirməyi tövsiyə edib.
2024-01-31
828,011
Türkiyədə zəlzələ bölgəsində evlər bu tarixdə hazır olacaq
Türkiyənin Qəhrəmanmaraş bölgəsində zəlzələdən zərər çəkmiş əyalətlərdə tikilməkdə olan polad kənd evləri fevralın 6-dan vətəndaşlara təhvil verilməyə başlayacaq. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki paylaşım edib. "Polad kənd evlərimizin təhvil verilməsinin ilk mərhələsinə başlayırıq. Son 6 gün", - nazir qeyd edib.
2024-01-31
828,012
"Azərsığorta"nın portfeli hansı şirkətə ötürüləcək?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı fərmanla "Azərsığorta" ləğv edilib. Axar.az xəbər verir ki, "Azərsığorta"nın hansı şirkətə ötürüləcəyi ilə bağlı Trend-in sorğusuna cavab olaraq bildirilib ki, hələlik bu barədə yekun qərar yoxdur. "Şirkətin portfeli başqa şirkətə ötürüləcək, amma bunun hansı sığorta şirkəti olması məlum deyil. Çünki rəsmi təsdiqləyici heç bir sənəd yoxdur. Bu isə artıq Nazirlər Kabineti və İnvestisiya Holdinqinin qərarı əsasında bildiriləcək", - cavabda qeyd edilib.
2024-01-31
828,017
Fransadakı Azərbaycan vətəndaşlarına müraciət edildi
Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə daimi və ya müvəqqəti yaşayan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib. Axar.az xəbər verir ki, bu barədə səfirliyin X hesabında paylaşım edilib. Diplomatik nümayəndəlik Azərbaycan Respublikası vətəndaşlarını 7 fevral prezident seçkilərində iştiraka dəvət edib.
2024-01-31
828,021
Ərdoğandan tarixi səfər: Misirə gedir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan on ildən çoxdur kəsilən əlaqələri bərpa etmək məqsədilə gələn ay Misirə səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə “Blumberq” Türkiyə rəsmilərə istinadla məlumat yayıb. Bildirilib ki, Prezident Ərdoğan və Misir Prezidenti Əbdülfəttah əs-Sisi arasında keçiriləcək danışıqlarda əsas diqqətin Qəzzadakı fələstinlilərə yardım və müharibəyə son qoymaq üçün atılacaq addımlara yönələcəyi gözlənilir.
2024-01-31
828,022
Girovlar üçün hər cür səy göstəririk - Netanyahu
İsrail Qəzza zolağında saxlanılan bütün girovları tamamilə azad etmək üçün davamlı olaraq real səylər göstərir. Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu girovluqda olan israillilərin qohumları ilə görüşündə bildirib. "Biz hər cür səy göstəririk. Bu səylər nə qədər çox ictimailəşdirilirsə, bir o qədər şans azalır və nə qədər uzun müddət gizli saxlanılırsa, uğur qazanma ehtimalı bir o qədər yüksək olur. Bu, uydurma və ya hansısa bir məqsəd üçün deyil, real səylərdir. Bu, hamını geri qaytarmaq öhdəliyimizdən irəli gəlir", - Netanyahu qeyd edib.
2024-01-31
828,023
ABŞ-a cavabımız budur: Əgər axmaqdırsa… - İran
İran müharibə axtarmır, lakin onun maraqlarına zərər vurularsa, cavab vermək hüququnu özündə saxlayır. Axar.az xəbər verir ki, bu sözləri İranın hüquq məsələləri üzrə vitse-prezidenti Məhəmməd Dehqan yerli mediaya açıqlamasında deyib. “ABŞ, İsrail və onların bütün müttəfiqlərinə mesajımız budur ki, biz müharibə axtarmırıq, lakin düşmənlərimiz axmaqdırsa və İranın maraqlarına zərər vermək istəyirlərsə, özümüzü müdafiə etməkdə əlimiz bağlı deyil”, - o bildirib. Onun fikrincə, ABŞ İordaniyadakı hərbi bazasına hücuma sərt cavab vəd etsə də, hələlik bu məsələyə özü üçün aydınlıq gətirməyib.
2024-01-31
828,024
Elektron qolbaq taxılan məhkumların sayı açıqlandı
Həyata keçirilən təsirli tədbirlər nəticəsində 2023-cü ildə icrası təmin edilən işlərin sayı 10%-dən çox artaraq 570 minə yaxın sənədin icrasının təmin edilib. Hüquqi və fiziki şəxslərə 1 milyard manata yaxın, o cümlədən, aliment tələbləri üzrə 80 milyon manata qədər vəsait ödətdirilib. Axar.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində 2023-cü ilin yekunlarına həsr olunan geniş kollegiya iclasında bildirilib. Azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası diqqətdə saxlanılaraq hazırda 5.200-dən artıq məhkuma elektron nəzarət vasitəsi tətbiq edildiyi bildirilib, dövlətimizin humanist siyasətinin təzahürü olaraq Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə imzalanmış müstəqillik tariximizin ən böyük əfv aktı ilə 801 məhkumun azadlıqdan məhrum etmə və digər cəzalardan azad edildiyi vurğulanıb. Ədliyyə infrastrukturunun müasirləşdirilməsi, o cümlədən məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən tədbirlər qeyd olunub.
2024-01-31
828,026
Hacızadənin cavab verdiyi Adamova Paşinyanla görüşdü
Ermənistanın Baş naziri Nikol Paşinyan Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb. Həmsöhbətlər siyasi, iqtisadi, humanitar əlaqələrin və birgə layihələrin genişləndirilməsinə yönəlmiş Ermənistan-Çexiya münasibətlərinin gündəliyi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. Tərəflər regionda təhlükəsizliyin və sabit sülhün bərqərar olması perspektivləri barədə fikir mübadiləsi aparıb, Paşinyan Ermənistanın əsas yanaşmalarını təqdim edib. Qeyd edək ki, Adamovanın Ermənistanda Bakıya qarşı saxta ittihamlar səsləndirməsi XİN-in cavabına səbəb olub.
2024-01-31
828,029
Fransada aksiya: 18 traktor sürücüsü saxlanıldı
Paris bölgəsinin bir hissəsi olan Esonne departamentində tətildə iştirak edən 18 traktor sürücüsü saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə "Fiqaro" nəşri məlumat yayıb. Polis traktor sürücülərinin nəqliyyatın hərəkətinə mane olduqları üçün saxlanıldıqlarını bildirib. Bundan başqa, Fransa daxili işlər naziri Cerald Darmaninin əmri ilə Esonne və Luara departamentlərinə əlavə zirehli maşınlar göndərilib. Bildirilir ki, traktorçular Parisə gedən bir sıra yolları, xüsusən paytaxtı iri regional şəhərlərlə birləşdirən A1, A4 və A6 magistral yollarını bağlayıblar. Qeyd edək ki, fransız fermerlər yüksək vergilərə və bahalaşmaya qarşı çıxır, Fransa və AB-də tətbiq edilən ekoloji standartlarla bağlı məhdudiyyətlərin ləğvini tələb edirlər.
2024-01-31
828,035
ABŞ yaxın həftələrdə İrandan qisas alacaq
ABŞ Suriya-İordaniya sərhədindəki bazaya edilən hücum nəticəsində ölən üç amerikalının qisasını almaq üçün cavab tədbirləri həyata keçirə bilər. Axar.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "NBC Nyus" məlumat yayıb. Bildirilib ki, ABŞ Prezidenti Co Baydenin administrasiyası zərbələr üçün konkret hədəflər barədə hələ qərar verməyib, lakin yaxın həftələrdə hücum ola bilər. Hədəflərin İrandan kənarda yerləşə biləcəyi güman edilir.
2024-01-31
828,036
İrəvanda abidəni təhqir edən şəxs saxlanıldı
İrəvanda Leninqrad blokadasının uşaqlarının xatirəsinə ucadılmış abidəni təhqir edən şəxs saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb. Xatırladaq ki, 27 yanvar 2024-cü ildə Leninqradın mühasirədən azad edilməsinin 80 illiyi qeyd edilib. Bu münasibətlə İrəvandakı Leninqrad blokadasının uşaqlarının xatirəsinə ucaldılmış abidənin önünə əklillər və Rusiya bayraqları qoyulub. Erməni sakin abidənin faşistlər üçün ucaldıldığını bildirərək, əklilləri dağıdıb, üzərində olan Rusiya bayraqlarını ayaqları altına ataraq tapdalayıb və bunu videoya çəkərək, sosial şəbəkə hesabında paylaşıb.
2024-01-31
828,039
ABŞ Husi hədəflərinə zərbələr endirdi
ABŞ və Böyük Britaniya silahlı qüvvələri Yəməndə üsyançı hərəkat olan Husi hədəflərinə zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə husilərə məxsus “Əl-Masirah” telekanalı məlumat yayıb. Məlumata görə, Səada şəhərinin şimal ətrafı hücuma məruz qalıb. Ölənlər, xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.
2024-01-31
828,042
AB-nin Ukraynaya ayırdığı büdcə açıqlandı
Rusiya işğalının başlanmasından bəri AB-yə üzv dövlətlər Ukraynanı 28 milyard avroluq hərbi texnika ilə təmin edib. Axar.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell deyib. "Deyə bilərəm ki, Ukraynaya hərbi yardım üçün 2024-cü il üçün büdcədən azı 21 milyard avro ayrılacaq. Siz sürətlənməni görə bilərsiniz. Bir il ərzində – minimum 21 milyard. Bu, əvvəlki iki ildəkindən daha çoxdur", - Borrell qeyd edib.
2024-01-31
828,045
Timoşenkodan Zalujnıya dəstək: Vaxtı deyil!
Ukraynanın “Batkivşina” fraksiyasının lideri Yuliya Timoşenko Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnıya dəstəyini ifadə edib. Axar.az xəbər verir ki, xanım siyasətçi videomüraciətində Zalujnının mümkün istefasının böyük səhv olacağını bildirib. “Baş komandanın istefasının qətiyyən vaxtı deyil”, - deyə o bildirib. Timoşenko həmçinin qeyd edib ki, Ukrayna dövlətinin problemlərindən biri korrupsiya, qeyri-peşəkarlıq və ədalətli səfərbərliyin olmaması ilə yanaşı, peşəkarların və vətənpərvərlərin vəzifələrdən qovulmasıdır.
2024-01-31
828,046
Onlar bizim azad dünyamızı təhdid edir - NATO
Bu gün dəyərlərimiz onları sarsıtmağa çalışan xarici qüvvələr tərəfindən qəddarcasına hücuma məruz qalır. Axar.az xəbər verir ki, bunu ABŞ-da səfərdə olan NATO Baş katibi Yens Stoltenberq deyib. "Onlar bizim azad dünyamızı təhdid edir, açıq şəkildə Amerikanın nüfuzuna meydan oxuyurlar, ümumi təhlükəsizliyimizi təmin edən qlobal qaydaları dəyişməyə çalışırlar. Biz təhlükəli dövrdə yaşayırıq", - Stoltenberq bildirib.
2024-01-31
828,048
FES-dən uçot dərəcəsi ilə bağlı qərar...
ABŞ Federal Ehtiyat Sistemi (FES) baza dərəcəsini illik 5,25-5,5 % səviyyəsində saxlayıb. Axar.az xəbər verir ki, bu barədə Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasının yekunlarına dair məlumatda deyilir.
2024-01-31
828,051
Çin ən ciddi təhlükə olsa da... - Stoltenberq
Çin heç bir şəffaflıq və məhdudiyyət olmadan silahlarını inkişaf etdirib və modernləşdirib. Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib. Stoltenberq Pekini ədalətsiz ticarət siyasətində və qonşulara hücumlarda, həmçinin Cənubi Çin dənizində hökmranlıq etmək istəyində günahlandırıb: “Çin uzunmüddətli perspektivdə ən ciddi təhlükə olsa da, Rusiya ən aktualdır".
2024-01-31
828,052
ABŞ-dan gözlənilməz: Putini "xoş sürprizlər" gözləyir
2024-cü il Ukrayna üçün mühüm strateji əhəmiyyət daşıyır və ona döyüş meydanında müəyyən inamlı uğurlar gətirəcək. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland deyib. Amerikalı rəsmi əlavə edib ki, Ukrayna müdafiəsini gücləndirir və Rusiya lideri Vladimir Putini döyüş meydanında “xoş sürprizlər” gözləyir.
2024-01-31
828,054
Kadırovun qızına yüksək vəzifə verildi
Çeçenistan rəhbəri Ramzan Kadırovun qızı Xədicət Kadırova ölkə başçısının və administrasiya rəhbərinin birinci müavini vəzifəsinə təyin edilib. Axar.az xəbər verir ki, bu barədə regional parlamentin sədri Maqomed Daudov “VKontakte” səhifəsində məlumat verib. Qeyd edək ki, buna qədər Xədicət Kadırova Qroznı şəhər meriyasının məktəbəqədər təhsil şöbəsinin müdiri idi.
2024-02-01
828,056
Ermənistanda nazir müavini və daha 6 nəfər həbs olundu
Ermənistan iqtisadiyyat nazirinin müavini Ani İspiryan və daha 6 nəfər korrupsiya ilə bağlı həbs edilib. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, İqtisadiyyat Nazirliyinin vəzifəli şəxsləri “Dövlət investisiya proqramları üzrə bankın yaradılması” üzrə keçirilən tender zamanı iştirakçı səhmdar cəmiyyətlərdən birinin qalib gəlməsini təmin etmək məqsədi ilə digər iştirakçını müsabiqədən kənarlaşdırmaqla satınalma qanunlarını pozublar. Digər cinayət işi üzrə isə müəyyən edilib ki, İqtisadiyyat Nazirliyinin vəzifəli şəxsi proqram tələblərinə cavab verməyən sənədləri qəbul edərək, standartlara cavab verməyən işlərə dair hesabatlar təqdim etməklə benefisiarlara 238,5 milyon drama yaxın məbləğdə vəsaiti əsassız olaraq ödəyib. İstintaq Komitəsi vətəndaşlara əsassız olaraq kompensasiya ödənildiyini də bildirib.
2024-02-01
828,057
Məşhur Bollivud aktrisası Bakıda - Video
Bollivud ulduzu, aktrisa və rəqqasə Nora Fatehi Azərbaycanda lentə aldığı görüntüləri sosial media hesabında paylaşıb. Axar.az xəbər verir ki, aktrisa Bakıda, İçərişəhərdə kamera qarşısına keçib. O, paylaşımında “Crakk” adlı filminin fevralın 23-də yayımlanacağına işarə edib.
2024-02-01
828,058
Konstitusiyamızda hansı maddə İrəvanı narahat edir?
Ermənistan parlamentinin spikeri Alen Simonyan yeni Konstitusiyanın qəbul edilməsi məsələsinin Azərbaycanla görüşlərdə müzakirə edildiyinə işarə vurub. Lakin maraqlı məqam Ermənistanın Azərbaycandan da bunu tələb etməsidir. Simonyan iddia edir ki, Azərbaycan Konstitusiyasında, Azərbaycanın hüquqi aktlarında da dəyişdirilməli olan müddəalar var. Axar.az xəbər verir ki, bu barədə politoloq Asif Nərimanlı qeyd edib. O bildirib ki, Simonyan söhbətin hansı maddələrdən getdiyini açıqlamayıb: “Çünki Azərbaycan Konstitusiyasında, yaxud Müstəqilliyin Bərpası haqda Konstitusiya Aktında Ermənistan üçün təhlükə ola biləcək, yaxud onları maraqlandıra biləcək müddəa yoxdur. Ermənistanın müstəqillik bəyannaməsində isə qondarma “miatsum”dan bəhs olunur, açıq şəkildə Qarabağa iddia edilir və Konstitusiya bu bəyannamənin müddəalarının icrasını vəzifə olaraq müəyyənləşdirir. Simonyanın iddiasının Ermənistan siyasi seqmentində yeni Konstitusiya istəyinin Bakının sifarişi olduğu haqda ittihamlara qarşı hesablandığı görünür”.
2024-02-01
828,059
Ukrayna və ABŞ memorandum imzaladı
Yanvarın 31-də Ukrayna müdafiə naziri Rüstəm Umerov Kiyevdə ABŞ Müdafiə Nazirliyinin baş inspektoru Robert Storç ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ukrayna və ABŞ arasında Qarşılıqlı anlaşma haqqında Memorandum imzalanıb. “Aprelin sonunadək bütün nəzarət mexanizmlərinin tətbiq ediləcəyinə və sistemin işləyəcəyinə yüz faiz əmin olacağıq”, - nazir qeyd edib.
2024-02-01
828,061
Konqres təsdiqləməsə, ABŞ Kiyevə silah göndərə bilər?
Konqres təsdiqləmədən ABŞ-ın Ukraynaya hərbi yardımı mümkün deyil. Axar.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. O, bununla bağlı hər hansı alternativin olmadığını bildirib.
2024-02-01
828,062
İsrail səfirliyi yaxınlığındakı naməlum obyekt məhv edildi
İsrailin Stokholmdakı səfirliyinin ərazisində aşkar olunmuş naməlum obyekt məhv edilib. Axar.az xəbər verir ki, bu barədə TV4 telekanalı məlumat yayıb. “Mərkəzin mütəxəssisləri obyekti məhv edib. Böyük ictimai təhlükəli məhvetmə və kobud qanunsuz təhdid faktı ilə bağlı ilkin araşdırmalara başlanılıb”, - paytaxt polisindən verilən məlumatda bildirilib. Öz növbəsində İsrailin İsveçdəki səfiri Ziv Nevo Kulman diplomatik missiyaya hücum edildiyini deyib.
2024-02-01
828,063
Umerovdan Qərbə məktub: Vəziyyət ağırdır!
Ukrayna Silahlı Qüvvələri artilleriya mərmilərinin ciddi qıtlığı ilə üzləşib. Axar.az xəbər verir ki, bu barədə “Blumberq” Ukrayna müdafiə naziri Rüstəm Umerovun məktubuna istinadən məlumat yayıb. Bildirilib ki, müttəfiqlərə göndərilən məktubda Ukrayna ordusunun gün ərzində 2 min civarında mərmi istifadə etdiyi məlum olub. Nazir həmçinin 1,5 min km-lik cəbhə xəttindən söz açıb və silah çatışmazlığının kəskinləşdiyini bildirib. O, Qərb dövlətlərini Ukrayna Silahlı Qüvvələrini bir milyon mərmi ilə təmin etmək üçün daha çox səy göstərməyə çağırıb.
2024-02-01
828,065
BMT-dən İl-76-nın "Patriot"la vurulmasına reaksiya
BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Rusiyanın İl-76 təyyarəsinin "Patriot" raketi ilə vurulması ilə bağlı beynəlxalq araşdırma çağırışını şərh etməyib. Axar.az xəbər verir ki, məsələ ilə bağlı Düjarrik ona ünvanlanan sualı belə cavablandırıb: "Bu, çox ümumi sualdır. Gəlin görək, bizə sorğu gəlib-gəlmədiyinə və bunun nə ilə nəticələndiyinə baxaq, sonra məsələ ilə bağlı şərh verə bilərik". Qeyd edək ki, yanvarın 24-də 65 ukraynalı əsiri dəyişdirmək üçün daşıyan Rusiyaya məxsus İl-76 hərbi-nəqliyyat təyyarəsini Belqorod vilayətində qəzaya uğrayıb. Qəza zamanı 65 əsir, o cümlədən 6 ekipaj üzvü və 3 müşayiətçi hamısı ölüb. Rusiya MN təyyarəni Ukrayna ordusunun vurduğunu açıqlayıb. Ötən gün isə Rusiya Prezidenti Vladimir Putin açıqlamasında təyyarənin "Patriot" zenit raket kompleksi ilə vurulduğunu bildirib.
2024-02-01
828,068
Ürək xərçənginin əlamətləri - Onkoloq
Bədxassəli ürək şişi - angiosarkoma diaqnoz olaraq ən çox 45 yaş və yuxarı kişilərə qoyulur və xəstəlik uzun müddət heç bir əlamət olmadan irəliləyir. Axar.az xəbər verir ki, bu barədə Federal Klinik Tədqiqat Mərkəzinin onkoloqu İrina Oleynikova deyib. “Ürəyin angiosarkoması miokard toxumasında inkişaf edən bədxassəli yenitörəmə növlərindən biridir. Bu, endotel hüceyrələrindən əmələ gəlir və bir qayda olaraq sağ atriuma və perikarda təsir göstərir. Çox vaxt 45 yaşdan yuxarı kişilərdə özünü göstərir. Angiosarkoma nadir xəstəlik olduğundan, qeydə alınan ürək-damar xəstəliklərinin ümumi nisbətində 0,2% təşkil edir. Xəstəlik tez-tez gec mərhələlərdə aşkarlanır, çünki uzun müddət asemptomatikdir və exokardioqrafiyada kiçik şişlər görünməyə bilər”,- İrina Oleynikova bildirib. İ.Oleynikovanın sözlərinə görə, xəstəliyin simptomları qeyri-spesifiklik səbəbindən tamamilə fərqli xəstəliklərə aid edilir: “Xəstələr qolların və ayaqların şişməsindən, qarın ətrafının artmasından, boyun damarlarının şişməsindən, nəfəs darlığından, taxikardiyadan, hipotansiyondan, şiddətli zəiflikdən, gündəlik fiziki fəaliyyətləri yerinə yetirməkdə çətinlikdən (sürətli yerimə, pilləkənlərə qalxma), ürək ağrısından, başgicəllənmədən və öskürəkdən şikayət edir”. Onkoloq bildirib ki, əgər birinci dərəcəli qohumlarda angiosarkoma aşkarlanıbsa, xəstə 25-30 yaşından etibarən kardioloqun nəzarətində olmalı və tez-tez ürək müayinəsindən keçməlidir.
2024-02-01
828,069
ABŞ reaktiv bombaları Ukraynaya göndərdi
ABŞ reaktiv GLSDB bombalarını Ukraynaya, cəbhə xəttinə göndərib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland Kiyevdə keçirdiyi brifinqdə bildirib. Qeyd olunub ki, Vaşinqton Kiyevə təhlükəsizlik yardımını davam etdirir. Xatırladaq ki, ötən gün "Politiko" nəşri Kiyevin 31 yanvarda reaktiv bombalar ala biləcəyini bildirmişdi.
2024-02-01
828,070
Xamenei İsraillə düşmənçilikdən istifadə edir – İranlı yazıçı
Axar.az iranlı yazıçı və ərəb fəalı Yusif Əzizi Bənitorofun müsahibəsini təqdim edir. - İran HƏMAS-İsrail münaqişəsinə qoşula bilərmi? - Xeyr. İran nə qədər ki öz qruplarından istifadə edəcək, heç vaxt birbaşa müharibəyə daxil olmayacaq. İran bu münaqişəyə yalnız ABŞ, yaxud İsrail birbaşa İrana hücum edəcəyi halda cəlb oluna bilər. Açığı, bunun olacağını düşünmürəm. Çünki həm ABŞ müharibənin genişlənməsindən narahatdır, həm də İsrailin hazırda İranla döyüşə girmək və yeni bir cəbhə açmaq gücü yoxdur. Hətta Livanda Hizbullaha hücum etmək istəsə də, bacarmır. - Əgər İsrail həqiqətən də İranla yeni cəbhə yaratmaq fikrində deyilsə, niyə hər dəfə İranı müharibə ilə hədələyir, “Tehranı ilanın başı və qanuni hədəf” adlandırır? - Əgər Netanyahunun həqiqətən belə fikri olsaydı, çoxdan müharibə elan edərdi. Ancaq etmir. Bu təhdidlər müharibə yaradacaq həddə deyil. Bundan əvvəl də Səudiyyə kralı da eyni sözü İran haqqında istifadə etmişdi. Ancaq bu, müharibəyə səbəb olmadı. - İran və İsrail həqiqətən düşməndir, ya bütün bunlar gözdən pərdə asmaq üçün regionda uzunmüddətli siyasətin bir hissəsidir? - İranla İsrailin bir-birinin düşmənçiliyinə ehtiyacı var. İran rejiminin, xüsusi ilə də Xameneinin bu düşmənçilikdən öz siyasi məqsədləri üçün istifadə etməyə müxtəlif motivasiyaları var. Əsas səbəb məzhəb məsələsidir. İran hökuməti radikal dini inanca məxsus olduğu üçün yəhudi hökumətini qəsbkar və özünün düşməni kimi görür. İkinci bir məsələ isə İran Fələstini himayə etmək şüarları ilə İsrailin rəqibi olmaq istəyir. İsraillə düşmənlik iddiası ona İraq, Suriya, Yəmən, Livan, hətta Fələstin üzərində güc sahibi olmaq şansı verir. İran regionda bir növ imperializm siyasəti yeritmək istəyir. - İran “Xeybərşekən” ballistik raketlərindən istifdə ilə dünya ictimaiyyətinə nəyi sübut etmək istəyir? - İranın Ərbilə hücumu (Ərbilə “Xeybərşekən”lə zərbə endirilmişdi – red.) həm daxili auditoriyanı qorxu ilə nəzarətdə saxlamaq, həm də beynəlxalq aləmdə güc nümayiş etdirmək istəyindən irəli gəlir. Hücumun digər bir səbəbi isə regiondakı kürd silahlıları qorxutmaq idi. İraqın reaksiyası şiddətli olduğundan və İranda belə etirazlar baş verdiyindən, vəziyyət elə gərgin hal aldı ki, İran Xarici İşlər Nazirliyi bu əməliyyatı SEPAH-ın hökumətdən xəbərsiz həyata keçirdiyini demək məcburiyyətində qaldı. - Əgər İran bu qədər güc nümayişi qayğısındadırsa, niyə indiyədək Süleymaninin qisasını almağa müvəffəq ola bilməyib? - ABŞ hərbi bazasını vurduqdan sonra İran bu məsələdə heç nə etmədi. Hətta bu əməliyyat haqda belə əvvəlcədən qarşı tərəfə xəbər verilmişdi. İranın bu qisası almağa gücü çatmır və bu səbəbdən ancaq ora-bura raket atır. Bu cür kiçik hücumlar ABŞ-a müəyyən problemlər yaratsa da, ABŞ qüvvələrini İraqdan tamamilə çıxarmağa kifayət etmir.
2024-02-01
828,071
PUA-nın ABŞ bazasına hücum taktikası: təyyarə "kölgəsində"...
İlk növbədə bir fakta diqqət çəkmək istəyirəm. ABŞ-ın 3 əsgərinin öldüyü, 34 əsgərinin yaralandığı hücumu edən PUA bunu həmin anda bazaya enməyə çalışan ABŞ PUA-sının kölgəsinə gizlənərək edib. Fikrimcə, bu, bəhs etdiyimiz məsələdə ən önəmli məqamlardan biridir: Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib. Ekspert bunu 2018-ci ildə baş verən başqa bir hadisə ilə müqayisə edib: “Eyni taktikadan İsrail də istifadə edib. Belə ki, İsrail qırıcıları 27 oktyabr 2018-ci ildə Rusiya istehsalı İL-20 təyyarəsinin kölgəsinə gizlənərək Suriyada hücum gerçəkləşdirdi. Nəticədə 15 rus əsgəri rus raketləri ilə öldürüldü və Rusiya ilə İsrail münasibətləri gərginləşdi. Baş verən hücum ABŞ üçün son dərəcə sarsıdıcıdır. İndiyədək şiə proksilərin həyata keçirdiyi hücumların sayı 100-ü keçib və 76 ABŞ hərbçisi yaralanıb. Ancaq Suriyadan edilən hücumla ilk dəfə İordaniyanın içərisində ABŞ bazası vuruldu və belə çox itki var. Hücumun Ət-Tanf bölgəsindən edildiyi üçün buranın mövqeyindən bəhs etmək vacibdir. Əvvəllər Ət-Tanfda ABŞ nəzarətindəki bu güclər fərqli adlardan istifadə edirdi, sonra onlara “Azad Suriya Ordusu” adı verildi ( bu qrup Türkiyənin dəstəklədiyi “Azad Suriya Ordusu”ndan fərqlidir – red). Buradakı silahlı qruplar əsasən sünni ərəblərdən təşkil olunub. Baydenin birbaşa haqq-hesab çəkəcəklərini deməsi Vaşinqtonun daha güclü şəkildə toqquşmalara girəcəyi riskini doğurur. İndiyədək yuxarıda qeyd etdiyimiz 100-dən artıq hücuma ABŞ şiddətli formada cavab verməyə, onu şişirtməyə çalışmayıb. Ən son isə İraqda Babil, Bağdadda və Suriya ilə Əl Bukamal-Əl Kaim sərhəd-keçid məntəqəsində şiə milislərini vurdu. Daha əvvəl isə Kətaib Hizbullahın liderini öldürdülər. Qəzza məsələsindən öncə Rusiya-İran və ABŞ-İsrail cütlükləri arasında böyük bir didişmə var idi. Qəzza müharibəsinin başlaması ilə çox önəmli bir sualla qarşı-qarşıya qaldıq: Yaxın Şərqdə İran və İsrail, eyni zamanda ABŞ arasında balans necə qurulacaq? Hazırda ortada yeni balansın müəyyən olunması üçün aparılan böyük bir mübarizə var. İsrail bütün hallarda Hizbullah və İran üzərində təzyiqi artırır. Yəni məqsəd öz mövqeləri ilə birlikdə ABŞ-ın mövqelərinin də vurulmasına nail olmaqdır. Çünki Vaşinqtonun prosesə daha çox daxil olmasını istəyirlər. Son İordaniya hücumunun da arxasındakı məqsəd budur”. Ağar son hücuma cavab kimi ABŞ-ın qarşısındakı variantlardan bəhs edib: “ABŞ-ın İranın proksiləri ilə mübarizəyə davam edəcəyi, yoxsa birbaşa İranı vuracağı haqqında sualın cavabı hələ də dəqiq verilməyib. Bayden administrasiyasının qarşısında dörd seçim var: birincisi, daha öncə liderini öldürdükləri İraq mənşəli Kətaib Hizbullahı vurmaq. Çünki son hücumun onlar tərəfindən qisas məqsədilə törədilməsi mümkündür; ikincisi, indiyə kimi hücum edən bütün İran proksilərinin hamısını eyni anda və sistemli şəkildə vurmaq; üçüncüsü, proksiləri idarə edən Qüds briqadalarını və liderlərini vurmaq; dördüncüsü isə İran içərisindəki hədəfləri vurmaq, yaxud variantların bir neçəsini eyni vaxtda icra etmək. Ancaq atılan addımların nə qədər çəkindirici olacağı, yaxud nəzarətsiz bir şəkildə şiddəti artıran prosesə çevrilməsi riski ilə bağlı cavabsız suallar var”. Ekspert bölgədə yenidən məzhəb toqquşmasının alovlana biləcəyini vurğulayıb: “İlk dəfədir ki, İran İsrailin təhrikedici hücumlarına qarşı birbaşa təsir gücünü ortaya qoyur. Yəni proksilər daxil olmadan birbaşa ordu Pakistan, Ərbil və İdlibi vurdu. Çox təhlükəli mənzərə ilə üz-üzəyik. Bölgəmizdə İranı, Hizbullahı və ya proksiləri cilovlamaq üçün sünni təməlli qrupların adı hallandırılmağa başlandı. Suriyanın Ət-Tanf bölgəsi də əsasən sünni əhalinin və qrupların yerləşdiyi ərazidir. Xatırlatmaq istəyirəm ki, İraqın işğalından sonra ABŞ-ı rahatlaşdıran məqamlar şiə-sünni məsələsi və İŞİD-in Samirə şəhərindəki İmam Mehdi türbəsini vurması oldu. Beləliklə, içəridə vətəndaş müharibəsi başladı. YPG və PKK İranla döyüşməyəcəyi açıqlamasını verdi. Bu, İŞİD-in yenidən hərəkətləndirilməsinə səbəb ola bilər. Hazırda Suriyada Əsəd rejiminin nəzarətində olan və Badiyə, Orta Çöl, Palmira, Deranı əhatə edən bölgə var. Bu ərazilərdə İŞİD-in fiziki varlığı dayandırılıb. İŞİD bu ilin başlanğıcından aktivləşib və ilk on gündə 35 hücum həyata keçirib. Hücumlar Suriyanın on dörd vilayətinin yeddisində edilib. Ötən il isə 212 hücum təşkil edib, nəticədə 502 nəfər öldürülüb. Yəni bölgədə hər zaman mövcud olan məzhəb toqquşması riski növbəti dəfə beynəlxalq və regional güclərin əlində geosiyasi mübarizə alətinə çevrilə bilər”. Qeyd edək ki, 28 yanvarda ABŞ-ın İordaniyadakı (Suriya ilə sərhəddə) bazasına edilən PUA hücumu nəticəsində 3 hərbçi ölüb, 34-ü yaralanıb. ABŞ hücuma görə İranın məsuliyyət daşıdığını bildirib.
2024-02-01
828,072
Çin elektromobilləri Avropanı fəth edir
“Yaşıl keçid”i Avropa Birliyinin rəsmi siyasəti kimi elan edən Avropa Komissiyası öz bazarında Çinin elektromobillərinin sayının sürətlə artmasından son dərəcə narazıdır və yazda onlara qarşı antidempinq rüsumları tətbiq etməyə hazırlaşır. Axar.az TASS-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyası rəhbərinin birinci müavini Valdis Dombrovskis deyib. Onun sözlərinə görə, Çin elektrik avtomobillərinin AB bazarındakı payı son 2-3 ildə 1%-dən 8%-ə qədər artıb: “Bu rəqəm sürətlə artmaqda davam edir. Avropa sənayesinə açıq-aydın zərər riski var, buna görə də biz Çində antidempinq rüsumlarının tətbiqinə səbəb ola biləcək risk əsaslı araşdırma aparırıq. Bu araşdırmanın ilkin nəticələri yazda, yekun nəticələr isə payızda hazırlana bilər. Bununla belə, Avropa Komissiyası ilkin nəticələrə əsasən antidempinq rüsumları tətbiq edə biləcək”.
2024-02-01
828,073
Asiya Kuboku: İran Suriyanı məğlub etdi
Futbol üzrə Asiya Kubokunda 1/8 final mərhələsinin oyunlarına yekun vurulub. Axar.az xəbər verir ki, 1/4 finala son vəsiqə uğrunda İran və Suriya yığmaları üz-üzə gəlib. Əsas və əlavə vaxtı 1:1 başa çatan matç penaltilər seriyasına gedib. Burada daha dəqiq oynayan iranlılar növbəti raunda vəsiqə qazanıblar - 5:3. Qeyd edək ki, daha əvvəl Avstraliya, Tacikistan, İordaniya, Qətər, Özbəkistan, Cənubi Koreya və Yaponiya milliləri 1/4 final mərhələsinə vəsiqə qazanıblar. Turnirə fevralın 10-da yekun vurulacaq.
2024-02-01
828,074
Ayağı sürüşkən adamlar...
YAD (avtoportret) Daha çox yabançı təhsili qabardanlarla ünsiyyət qurmaq, xüsusilə ölkə başçısı tərəfindən şəxsən təqdim olunmuş “Əməkdar jurnalist” adını “Əməkdar artist” adı ilə “səhv salanlarla” eyni masa arxasında oturmaq elə də asan iş deyil, yəqin. Məxsusən bəndəniz üçün... Axı mən dünyanın teatr səhnəsi olduğunu Şekspirdən qabaq bilirdim. Şekspiri ondan sonra tanıdım, elə (roldan-rola girən) adamları da... O vaxtdan hər səhərimi yeni MƏN-imlə açıram. Və hər MƏN-imlə cəmi bir gün yol gedirəm: yola gedirəm... Ötən günlərdə qalan dostlarım var, məni tanımayan: ötən günlərimdə qalan MƏN-imi. Çoxunu heç özüm tanımıram... Həyat mənə nəfəs dərməyə, ayaq saxlamağa nə vaxt macal verdi ki?.. Bütün günü ya öz MƏN-imin yerini-yurdunu axtarıram, ya da arxasınca yüyürürəm... Bütün günü dəli kimi öz üçimdə gəzirəm... Öz içimi gəzirəm... Və hər gün yeni bir insana gəlirəm... Və hər səhərə yeni bir insanla... Üstüm-başım rəngbərəngdi. İsti və soyuq rənglərin məngənəsində çırpınıram – əzizini itirmiş adam kimi... Əzablarım o qədər böyük, ürəyim o qədər həssasdı ki, haqqımda iynə sədəfi boyda xoş düşünənlərin varlığı saçlarıma səmum yeli kimi sığal çəkir... O sığalın hərarətində ilk gördüyüm balaca bir uşaqdı: rüblüyünü hələ də köynəyinin altında gizlətmiş yeddi yaşlı oğlan... Eyni vaxtda həm küçənin bu başında, həm də o başında görünən dəcəl... İti yaddaşı ilə daim indimin yanındadı; daim yanımdadı, daim yadımdadı... Biz həmişə bir yerdəyik; mən ÖZ axtarışlarımla, o ÖZ həqiqətlərilə: “Sinif otağına girdiyim ilk gündən məktəbdən küsmüşəm – əlimə qələm aldığım andan. Günahım solaxay doğulmağımdı. Böyük-böyük adamlar aylarla qəsdimə durdular. Lap axırda nənəm sol əlimi yandırdı. Tənziflə sarıyıb boynumdan asdı: yazmağı sağ əlimin boynuna qoydu.... Əlimin ağrısı keçdi... Ruhumun ağrısı keçmir... İllər sonra yenidən lövhə önündə dayananda uşaqlardan kimsə ürəkdən güldü. İstər-istəməz geriyə... çevrildim. Abbas idi: - Müəllim, siz sol əllə necə gözəl yazırsızsa, mən heç sağ əllə elə yaza bilmirəm... Yox, o sən deyildin, mən idim – sol əli boynundan asılmış uşaq! Yanağından süzülən göz yaşları da sənin deyildi, mənim idi: sinifdən gizlətdiyin. Mən ağlayırdım, hamının qabağında, içimdə danışa-danışa: - Uşaqları öz dərisindən – ÖZündən çıxarmağa çalışmayın! ÖZündən qovmayın! Uşaqları ÖZünə qovun!.. Xoşbəxtliyin əsil ünvanını insanı ÖZünə aparan yol tanıyır ancaq!..” Həm də hardasa çox-çox uzaqlarımda necə illərdi bir qadın ayaq üstə dayanıb - üzü mənə sarı. Onu baxışlarındakı sevgidən, xeyir-duadan və... yanağında donub qalmış göz yaşlarından tanımışam: Anamdı... Öz övladından cavan olduğuna görə ağlayan Anam... Xanım Anam, sənin oğlun üst-başının rəngbərəng olduğunu hamıdan yaxşı bilir, amma hər gün nə üstünə atılan çamurları, nə də kənardan necə göründüyünü eyninə almır. Çünki haqqında ən az düşündüyü başqalarıdı... Özünə zorla vaxt tapır... ÖZünü zorla tapır... Çünki mənim yaşadığım şəhərdə nə kitab alanlar sevilər, Ana, nə də rüşvət almayanlar... Mənim yaşadığım şəhərdən kitab qoxusu gəlmir, kabab qoxusu gəlir... Daha çox qədəh və qəhqəhə səsləri eşidilir, eşidilməsin deyə pıçıltı ilə danışırlar; sözləri tapdalaya-tapdalaya, əzə-əzə. Elə adamları da... Mənim şəhərimin sakinləri mənim şəhərimdən çox, başqalarının həyatında yaşayırlar; həm qorxuda-qorxuda, həm də qorxa-qorxa... Tez-tez zibillikdə eşələnən adamlarla rastlaşıram. Tez-tez zibillikdən tapdığım kitablar kimi... Mən öz həyatımın rəssamıyam, Ana, uğursuz rəssamı... Gecə-gündüz dəridən-qabıqdan çıxıram, amma yenə də hər yeni“MƏNim ÖZümdən əskik gəlir... Ən ağır işim hər yeni günümün rəngini kəşf etmək, obrazını yaratmaqdı – hər yeni günümün şəklini çəkməkdi... Molbertim boyat cizgilərə yiyə durmur, ögey gözlə baxır: məni hər günümün cəlladına çevirib... Həyatım qandala bənzər çərçivələrlə doludu – zəncir kimi uzandıqca-uzanan... Mənim çərçivələrim – mənim pəncərələrimdi, Ana, dünyaya baxdığım... İnsan ömrünü yollara bənzədirəm, yolları – hörümçək toruna... İnam və şübhə, sevgi və nifrət, qəzəb və mərhəmət labirintindəyəm... Zülmət qaranlıqla – qara rənglə üzbəüz... Qara rəngi sevirəm – hər şeyi qara rəngdə görənləri yox amma!.. Ağrılarım özümdən böyükdü... Mən hər gün öz ağrılarımdan doğuluram; həm öz ağrılarımdan, həm də öz ağrılarımla... Ən sevimli işim heç vaxt görmədiyim yerlərə getmək, heç vaxt tanımadığım insanlarla görüşməkdi... Axı ömür çox qısadı, Ana! İnsan nəinki bir ilini, bir ayını, bir həftəsini, heç bir gününü də yeni bir şey kəşf etmədən – təzələmədən başa vurmamalıdı... Uşaqlar düşüncələrimdən diksinirlər; qorxanları da olur, ağlayanları da. Hərdən onlara qoşulub için-için hönkürmək keçir ürəyimdən! Qürurum üzümə durur, Ana. Və məni daha sərt insana çevirir: qarşıda sizi ədalətsiz bir dünya gözləyir – hər fürsətdə haqqınıza girən adamlarla dolu. Buna görə böyük kimi sizdən üzr istəyirəm, ancaq müəllim kimi istədiklərim başqadı: Möhkəm dayanın! Həyatınızın sizə məxsus olduğunu unutmayın; unutdurmayın. O sizin şəxsi mülkiyyətinizdi. ÖZünüzə yiyə durun! ÖZünüzü sahibsiz buraxmayın və heç kimə güzəştə getməyin, heç kimə, hətta valideynlərinizə də! Axı onlar sizdən çox-çox uzadadırlar! Ya da siz onlardan çox-çox irəlidəsiz!.. Mən xəyal adamıyam... Xəyal adasıyam... Sükutun içində oturmağı sevirəm. Otururam, torpağa-daşa, dənizə-çaya... və insanlara qulaq asıram. Ən çox da ağaclara... Göyə baxmaqdan xoşum gəlir. Və hər baxdıqca görürəm ki, mənim şəhərimdə həyat göyün altından çox, torpağın altında yaşanır... Mən yeriyən qalereyayam, Ana, ritorik üslub və fiqurlar, dekorasiya və minatürlər, marina və peyzajlar, portret və tablolarla... dolu. Ən çox da batal görüntülərlə zəngin palitra: həddi və sərhəddi ilə... Həddin və sərhəddin olduğu yerdə döyüş var. Mən hər gün döyüşürəm. Hər günümlə döyüşürəm! Məni ÖZümdən qovmağa çalışanlarla yox amma! Mən ÖZ müharibəmin əsgəriyəm! Mən hər gün özümlə dalaşıram! Özümdən daşıram!.. Sızlayan yaralarımla, göynəyən ruhumla həmişə ÖZ yanımdayam, amma... Hər günüm qanımı axıda-axıda bitir! Hər gecə qatı zülmətin sirlərlə dolu qoynunda əriyib itirəm... Və sabah yenidən dünyaya gəlirəm... Və sabah dünya ilə yenidən tanış oluram... Hər sabah... P.S. Uşaqdım, ilk dəfə Yer kürəsinin yumru olduğunu biləndə, ayaqlarım tutulmuşdu... Dünyadan yıxılacağımdan qorxurdum... Qorxurdum ki, ayağım sürüşər... İndi də ayağı sürüşkən adamlardan qorxuram...
2024-02-01
828,075
Qaribaşvili getdi: Tiflisdə nə baş verir? – Vasadze
Gürcü politoloq Gela Vasadzenin Axar.az-a müsahibəsi: - Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin istefası gözlənilən idimi? - Təbii ki, Qaribaşvilinin istefa verəcəyindən heç kimin xəbəri yox idi. Amma bəlkə də bu, sadəcə olaraq İvanişvilinin idarəetmə tərzi olduğuna görə sürpriz deyil. Düşünmürəm ki, kimsə buna xüsusi olaraq təəccüblənsin. Seçkidən əvvəl İvanişvili yenidən hakim komandanı yenilədi. Deməli, bu, heç də sensasiya deyil. - Kobaxidzenin gəlişi Gürcüstanın daxili və xarici siyasətində hansı dəyişikliklərə səbəb ola bilər? - Heç bir dəyişiklik olmayacaq. Hər şey çox sadədir - həm ölkə daxilində, həm də xaricdə bütün strateji və siyasi qərarlar bir nəfər tərəfindən verilir – İvanişvili. Bu halda kimin icraçı olacağı o qədər də önəmli deyil. Ona görə də hər hansı dəyişiklikdən danışmağın mənası yoxdur. - Bu, İvanişvilinin hakimiyyətə gəlməsinə mərhələli keçid ola bilərmi? - İvanişvili artıq hakimiyyətdədir. Lazım gələrsə, baş nazir ola bilər. Ancaq bu vəziyyətdə ona ehtiyac yoxdur. Olduqca yaxşı mövqedədir, praktiki olaraq ölkəni idarə edir, lakin idarəçiliyinə formal olaraq cavabdeh deyil. Bu, kifayət qədər aydın mənzərədir. - Bu proses Gürcüstanla Rusiya arasında yaxınlaşmanın başlanğıcı sayıla bilərmi? - Xeyr, baş verən yaxınlaşma prosesi tarixi maksimuma çatıb. Bundan o tərəfə mümkün deyil, çünki Rusiya bizim iki rayonumuzu işğal edib. Hakimiyyətin Rusiya biznesi və hökuməti ilə birgə pul qazanması hamıya məlum olan faktdır. Prinsipcə, İvanişvili məhz buna nail olmağa çalışır. Siyasi baxımdan Qərblə olacağıq və Rusiya ilə iqtisadi əlaqələri inkişaf etdirəcəyik. Qaribaşvilinin Paşinyanla çox yaxşı münasibətləri olub. Onların öz “resepti” var idi. Ortaq dil tapırdılar. Kobaxidzenin isə onunla belə əlaqəsi yoxdur. Buna baxmayaraq, bu, Bakı və İrəvanla münasibətlərə xüsusi təsir göstərməyəcək. Gürcüstanın prioritetləri, strateji maraqları, öz coğrafiyası var və bundan qaça bilməz.
2024-02-01
828,076
Əliyevin çıxışına Nikolun 3 ildən sonra reaksiyası… - Video
08:45 Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycan Konstitusiyasına düzəlişlər olunması ilə bağlı fikirləri əsassızdır. Bunu Axar.az-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib. Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasında qonşu dövlətlərin ərazisinə iddia irəli sürülməsi ilə bağlı heç bir maddə yoxdur: “Ermənistan Konstitusiyasında qonşu dövlətlərə qarşı ərazi iddasını ehtiva edən maddələr var. Burada təkcə Azərbaycana qarşı yox, Türkiyə və Gürcüstana qarşı da ərazi iddiası ilə bağlı bəndlər yer alıb. Ermənistan Konstitusiyası İstiqlaliyyət Bəyannaməsində yer alan ümummilli dəyərlərin əsas hədəf götürüldüyünü bəyan edir. Bəyannamə isə dövlətin adından qəbul edilmiş ali hüquqi dəyərə malik akt kimi qardaş Türkiyə Respublikasının şərq əyalətlərini “Qərbi Ermənistan” adlandırır. Bundan başqa, Azərbaycan və Gürcüstana qarşı ərazi iddiaları ehtiva edən cümlələr yer alır”. Qeyd edək ki, Prezident İlham Əliyevin 2021-ci ildə Ermənistan Konstitusiyasında qonşu dövlətlərə qarşı mifik ərazi iddialarının olması ilə bağlı çıxışından 3 il sonra Nikol Paşinyan bəyan etdi ki, geosiyasi rəqabət gücünü artırmaq üçün ölkənin Konstitusiyası tam dəyişməlidir.
2024-02-01
828,077
Budanov yeni əks-hücumun vaxtını açıqladı
Ukrayna Silahlı Qüvvələri bu ilin yazında yeni əks-hücum əməliyyatına başlayacaq. Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib. O bildirib ki, Rusiyanın hücum imkanları yazda tükənəcək, bunun ardınca Ukraynanın hücumu başlayacaq. O, Rusiyanın qış hücumları zamanı Luqansk və Donetskin sərhədlərinə çatmağı hədəflədiyini, lakin buna nail olmadığını da əlavə edib.
2024-02-01
828,078
170 ölkədən axın: ABŞ-da terror aktı qaçılmaz olacaq
Son bir ildə minlərlə rus və on minlərlə çinli də daxil olmaqla, 170 ölkədən qeyri-qanuni miqrant ABŞ-a naməlum niyyətlərlə gəlib. Axar.az xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson ölkədə artan terror təhlükəsi ilə bağlı xəbərdarlıq edərkən deyib. “Onlar düşmən ölkələrdən, terror bölgələrindən gəlirlər. Onların nə düşündükləri barədə heç bir məlumatımız yoxdur, lakin 2023-cü maliyyə ilində sərhəd agentləri 170 müxtəlif ölkədən, o cümlədən İran və Suriyadan yüzlərlə, Rusiyadan minlərlə, Çindən on minlərlə qeyri-qanuni immiqrantla qarşılaşıblar”, - M.Conson vurğulayıb. O bildirib ki, sərhəddə təhlükəsizlik təmin edilməsə, terror aktı qaçılmaz olacaq: “Mənə deyin ki, bu, təhlükəli deyil. Sərhədi dərhal təmin etməsək və bu təhlükəli terrorçuları qovmasaq, ABŞ daxilində qarşısıalınmaz terror aktı törədilə bilər”.
2024-02-01
828,085
Neftin bu günə olan qiyməti
Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 81,71 dollara, yüngül neftin bir barreli isə 76,14 dollara təklif olunur.
2024-02-01
828,088
İcma: Simonyan “smaylikə oxşayan şiri” şərh etsin!
Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycan Konstitusiyasında və hüquqi aktlarında dəyişdirilməli müddəaların olması barədə fikirlərini məsuliyyətsizlik kimi dəyərləndiririk. Axar.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd edilib. "Deyəsən, o, Vardan Oskanyan kimi hələ də özünün uydurduğu paralel dünyada yaşayır. Alen Simonyan qalib Azərbaycan haqqında boğazdan yuxarı danışmaqdansa, qoy gedib Ermənistan gerbində özünün dediyi kimi, “smaylikə oxşayan şiri” şərh etsin", - bəyanatda vurğulanıb.
2024-02-01
828,090
Sumqayıtda yanğın: 3 nəfər tüstüdən zəhərləndi
Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən Axar.az-a bildirilib ki, yüksək temperaturdan sanitar qovşağın lambirdən ibarət tavanı 6 m² sahədə və qapısı əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər (2-si uşaq olmaqla) tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
2024-02-01
828,091
DİN-dən Cəlilovun nəvəsi ilə bağlı daha bir açıqlama
Görüntüləri yayılan A.C. sağlamlığında olan psixoloji problemlərlə bağlı müvafiq psixiatriya xəstəxanasında məcburi müalicədədir. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib. O bildirib ki, yeniyetmə ilə bağlı görüntülərin təkrar paylaşılaraq tirajlanması çaşqınlıq yaradır: “Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, onunla bağlı qanunla müəyyən olunan bütün tədbirlər icra olunur”. Qeyd edək ki, qeyri-adekvat hərəkətlər edərək sosial şəbəkə hesdaında paylaşan A.C.-nin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olmuş mərhum Afiyəddin Cəlilovun nəvəsi olduğu bildirilir.
2024-02-01
828,094
Bakıda qanunsuz tikili söküldü - Video
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakıda qanunsuz tikilini söküb. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhəri Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində zəbt edilmiş torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.
2024-02-01
828,095
KTMT-siz İrəvanın təhlükəsizliyi mümkün deyil - Vasilyev
Ermənistanın təhlükəsizliyi, o cümlədən hərbi-texniki sahədə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) əməkdaşlıq olmadan mümkün deyil. Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin KTMT ilə bağlı xüsusi tapşırıqlar üzrə səfiri Viktor Vasilyev deyib. “Rusiya Qərbin Ermənistandakı vəziyyətdən istifadə edərək təkcə orada deyil, bütün Qafqazda vəziyyəti gərginləşdirmək cəhdlərini görür. Ermənistan tərəfinin diqqətini Qərbin bu siyasətinə yönəltmək üçün KTMT çərçivəsində müzakirələr aparılır”, - Vasilyev bildirib.
2024-02-01
828,099
Xankəndidə silah-sursat aşkarlandı
Polis əməkdaşları Xankəndidə silah-sursat aşkarlayıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 31-də Xankəndi şəhəri ərazisində 1 ədəd pulemyot, 5 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 3 ədəd müxtəlif markalı tüfəng, 3 qumbara alışdırıcısı, 42 ədəd patron darağı, 2256 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
2024-02-01
828,104
Zalujnı bu həftə vəzifəsindən azad olunacaq
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının vəzifədən azad edilməsi haqqında fərman bu həftə imzalanacaq. Axar.az xəbər verir ki, bu barədə CNN vəziyyətlə tanış olan iki mənbəyə istinadən məlumat yayıb. “Zelenski yanvarın 29-da ofisində keçirdiyi iclasda Zalujnını işdən çıxarmaq qərarına gəldiyini bildirib. Ukrayna Prezidenti Zalujnıya başqa vəzifə təklif etsə də, o, bundan imtina edib. O zaman Zelenski qeyd edib ki, yeni vəzifədən imtina Zalujnının Ukrayna Silahlı Qüvvələrinin baş komandanı postundan azad ediləməcəyi anlamına gəlmir”. Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı postuna mümkün namizədlər arasında Hərbi Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sırskinin adları hallanır. Lakin onların hər ikisi bu təklifdən imtina edib.
2024-02-01
828,107
ABŞ husilərə məxsus PUA-ları məhv etdi
Ənsarullah hərəkatının 10 ədəd PUA-sı məhv edilib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb. “Səna vaxtı ilə saat 01:30 radələrində qüvvələrimiz İranın dəstəklədiyi husilərə məxsus yerüstü idarəetmə məntəqəsinə və 10 ədəd kamikadze pilotsuz uçuş aparata zərbələr endirib”, - məlumatda deyilir. Qeyd olunur ki, məntəqə və PUA-lar ABŞ-ın ticarət gəmiləri, eləcə də bölgədəki hərbi gəmiləri üçün birbaşa təhdiddir: “Buna görə də onların məhv edilməsi barədə qərar qəbul edilib”.
2024-02-01
828,111
Putinin səfəri: Ərdoğan mühüm təklif edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə Ukrayna üzrə sülh danışıqlarını bərpa etməyi təklif edə bilər. Axar.az xəbər verir ki, bunu türkiyəli analitik Engin Özer deyib. “İstanbul prosesi zamanı əldə edilən irəliləyiş sülh danışıqlarının əsasını təşkil edə bilər. Atəşkəs razılaşmasına nail olmaq üçün Türkiyə tərəflər arasında birbaşa danışıqlar olmadan vasitəçi kimi çıxış edə bilər”, - o bildirib. Özer qeyd edib ki, son bir neçə gündə ABŞ və Türkiyə Ankarada sülh danışıqları ilə bağlı fikir mübadiləsi aparır. Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putunin 12 fevralda Türkiyəyə səfər edə biləcəyi haqda məlumat yayılıb.
2024-02-01
828,112
Bakının bu ərazilərində su olmayacaq
Su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün Bakının Bakıxanov və Sabunçu qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb. Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.
2024-02-01
828,115
Laçından 3 kəndə marşrut xətləri açılır
Yaxın vaxtlarda Laçın şəhərindən rayonun Zabux, Zerti və Qarıkaha kəndləri istiqamətində marşrut xətləri fəaliyyətə başlayacaq. Axar.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. Artıq həmin üç istiqamət müsabiqəyə çıxarılıb və ictimai nəqliyyatla sərnişindaşıma xidmətlərinin təşkil edilməsi istiqamətində işlər görülür. İndiyə qədər tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraq, Bakı-Şuşa, Bakı-Ağdam, Bərdə-Ağdam, Əhmədbəyli (Füzuli)-Şuşa, Tərtər şəhəri-Talış kəndi, Horadiz (Füzuli)-Ağalı (Zəngilan) istiqamətlərdə avtobus marşrutları təşkil edilib.
2024-02-01
828,116
Baş nazirdən qərar: 1 il də uzadıldı
Nazirlər Kabineti 19 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib. Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, ölkəyə gətirilən reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq və digər yanacaq növlərinin 1 tonu üçün aksiz vergisinin 80 manatdan 1 manata endirilməsi müddəti bu ilin sonuna qədər (daha 1 il) uzadılıb.
2024-02-01
828,119
Ukrayna aerodromu vurdu: 3 təyyarə məhv edildi
Ukrayna ordusu Krıma raket zərbələri endirib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, Belbek aerodromuna endirilən zərbələr nəticəsində iki ədəd Su-27, bir ədəd isə Su-30 təyyarəsi məhv edilib. Təyyarələrdən ikisi ciddi xəsarət alıb, digəri isə tamamilə sıradan çıxıb. Bundan başqa, aerodrom və ətrafında da 12 hərbçi ölüb, daha 10 nəfər isə yaralanıb. Krımın Qvardeyski rayonu yaxınlığındakı xüsusi təyinatlıların təlim düşərgəsi də raket hücumuna məruz qalıb. Nəticədə Rusiya Baş Kəşfiyyat İdarəsinin 9 döyüşçüsü ölüb, 7-si yaralanıb. Bir neçə zirehli texnikanın da məhv edildiyi bildirilir.
2024-02-01
828,121
708-ci gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 708-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 386 230 hərbçi, 6 322 ədəd tank, 11 773 ədəd zirehli döyüş maşını, 9228 ədəd artilleriya sistemi, 976 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 663 hava hücumundan müdafiə sistemi, 332 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 12 267 ədəd avtomobil texnikası, 7136 ədəd PUA, 1 847 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1462 xüsusi avadanlıq itirib.
2024-02-01
828,124
Lerikdə istirahət mərkəzində güclü yanğın - Video
10:47 Lerik rayonunun Sivəkəran kəndində yerləşən istirahət mərkəzində yanğın olub. Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, istirahət mərkəzinin ərazisində hər birinin sahəsi 144 m² olan 2 ədəd ikimərtəbəli yeməkxana binasının yanar konstruksiyaları, içərisində olan avadanlıqlar, yaxınlıqda bir-birinə bitişik, ümumi sahəsi 120 m² olan 3 ədəd kotteclərdən sahəsi 34 m² olan bir kottecin yanar konstruksiyaları və digər iki kottecin dam örtüyü yanıb. Kotteclərin qalan hissəsi və meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. *** Lənkəran-Lerik yolunun Sivəkəran kəndi ərazisində yerləşən “Təbəssüm” istirahət mərkəzində yanğın hadisəsi, ilkin məlumata görə, gecə saat 3 radələrində başlayıb. Məlumata görə, yanğından təxminən yarım saat sonra hadisə barədə FHN-in Yanğından Mühafizə hissəsinə məlumat verilib. Hadisə yerinə 3 yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub. Ümumilikdə, taxta konstruksiyalı ikimərtəbəli 2 kottec, digər ikisində tavan və dam örtükləri və əsas xidməti binanın mətbəx hissəsi, ümumilikdə 410 kvadratmetr sahə tam olaraq yanıb. Yanğının digər kotteclərə və meşə ərazisinə keçməsinin qarşısı alınıb. Xəsarət barədə məlumat yoxdur. Yanğın səhər saat 6:30-da lokallaşdırılıb. Onun mətbəxdə qısaqapanmadan baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.
2024-02-01
828,126
Əli Əsədovdan nikahla bağlı qərar
Nikaha daxil olmağı arzu edənlər Azərbaycan Ailə Məcəlləsinin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməklə qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və icra hakimiyyətinin nümayəndəliyinə nikaha daxil olmaq barədə şəxsən yazılı ərizə verəcəklər. Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla Nazirlər Kabinetinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında”, “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” 2014-cü il 17 oktyabr tarixli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” qərarlarda dəyişiklik edilib. Dəyişikliyə əsasən, nikaha daxil olmaq haqqında ərizə təqdim edildikdə qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə əldə edilir. Bu mümkün olmadıqda həmin arayış nikaha daxil olmaq barədə ərizəyə kağız formada əlavə edilir. Ərizə əsasında nikahın pozulması ər-arvadın və ya onlardan birinin seçdiyi, məhkəmə qətnaməsi əsasında nikahın pozulması isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi və konsulluq idarəsində dövlət qeydiyyatına alınır. Nikah qeydiyyat şöbəsi və konsulluq idarəsində pozulduqda nikahın pozulmasının dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Məhkəmənin qətnaməsi əsasında nikahın pozulması qeydə alınarkən nikahın pozulması haqqında akt qeydində və şəhadətnamədə nikaha xitam verilmə tarixi kimi məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün göstərilir. Məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının dövlət qeydiyyatı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 23.3-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş nikahın pozulması barədə qanuni 3 qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparılır. Bundan başqa, “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə nikahın etibarsız sayılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda həmin çıxarışa əsasən nikah haqqında akt qeydi ləğv edilir, bu halda şəhadətnamə verilmir. Akt qeydinin digər nüsxəsinin də ləğv edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və ya Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə elektron qaydada bildiriş göndərilir. Məhkəmənin qətnaməsinə əsasən ləğv edilməli olan akt qeydi başqa qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanıldıqda məhkəmənin qətnaməsindən çıxarış icra olunması üçün aidiyyəti üzrə həmin qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə göndərilir. Həmçinin, adın, ata adının və soyadın dəyişdirilməsinin dövlət qeydiyyatı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 190.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil olmuş adın, ata adının və soyadın dəyişdirilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, habelə konsulluq idarəsi tərəfindən aparılır.
2024-02-01
828,129
Bakıda oğurluq edən erməni qardaşlar saxlanıldı
Xəbər verdiyimiz kimi, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən son günlərdə keçirilən əməliyyatlar zamanı avtomobillərdən oğurluq edən əvvəllər məhkum olunmuş Səyyad Qənbərov, Ramana və Sabunçu qəsəbələrində 10-a yaxın evdən oğurluq edən Rövşən Cəfərov, Vüqar Sadıxov və Elçin Danilyan saxlanılıblar. Əməliyyat zamanı saxlanılanlardan ikisi ermənidir və qardaşdırlar - 1966-cı il təvəllüdlü Rövşən Cəfərov və 1971-ci il təvəllüdlü Elçin Danilyan. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, erməni qardaşlar əvvəllər də oğurluq və digər cinayətlərə görə saxlanılıb: “Belə ki, 2019-2020-ci illərdə Bakıda ev quşları oğurladıqları üçün saxlanılan erməni qardaşlar əməllərini etiraf edib”. Məlumata görə, qardaşlar Sabirabad rayonunun sakinləridir. Rövşən evlənəndən sonra həyat yoldaşının soyadını götürüb. Sonradan cütlük boşansa da, həmin şəxs Cəfərov soyadını saxlayıb. Elçin isə Danilyan soyadını dəyişməyib.
2024-02-01
828,130
Almaniyada tətil: 1100 aviareys ləğv edildi
Almaniyada fevralın 1-də ən azı 1100 reys ləğv ediləcək, bu isə təxminən 200 min sərnişinə təsir göstərəcək. Axar.az xəbər verir ki, bu barədə Almaniyanın ADV Hava Limanları Assosiasiyası məlumat yayıb. Məlumata görə, buna səbəb “Ver.di” həmkarlar ittifaqının təşkilatçılığı ilə hava limanının təhlükəsizlik işçilərinin bir günlük xəbərdarlıq tətilidir: “Tətil ölkənin 11 hava limanında keçiriləcək: Frankfurt-Mayn, Hamburq, Berlin, Düsseldorf, Köln, Ştutqart, Bremen, Hannover, Leypsiq, Drezden və Erfurtda. Tətil Münhen və Nürnberq hava limanlarına təsir etməyib, lakin bu limanlardan yuxarıda adı çəkilən şəhərlərə bütün uçuşlar ləğv ediləcək”. Qeyd edək ki, ötən gün yalnız Berlindən 1 fevral tarixi üçün 170 reysin ləğv edildiyi bildirilmişdi.
2024-02-01
828,133
Azərbaycan və Serbiya hərbi əməkdaşlıq planı imzaladı
Azərbaycan və Serbiya müdafiə nazirlikləri nümayəndələrinin iştirakı ilə ikitərəfli hərbi əməkdaşlıq danışıqları keçirilib. Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə Azərbaycan və Serbiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb. Görüşün sonunda Azərbaycan və Serbiya müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.
2024-02-01
828,135
Stoltenberq Nobel mükafatına namizəd oldu
NATO-nun Baş katibi Yens Stoltenberqin Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb. Axar.az xəbər verir ki, bu barədə “Verdens Gang” məlumat yayıb. Məlumata görə, Stoltenberqin namizədliyi Norveçin keçmiş mədəniyyət naziri Abid Raca tərəfindən irəli sürülüb. “Heç kim Avropada və dünyada sülh, demokratiya üçün son bir ildə Yens Stoltenberq qədər iş görməyib”, - Raca bildirib.
2024-02-01
828,137
Milli Məclisin iclası başladı
Milli Məclisin yaz sessiyası üzrə ilk plenar iclası başlayıb. Axar.az xəbər verir ki, əvvəlcə spiker Sahibə Qafarova toplantını açıq elan edib. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. İclasın gündəliyinə 10 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. Milli Məclisin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında Milli Məclisin qərar layihəsi; 2. Milli Məclisin İntizam komissiyasının yaradılması haqqında Milli Məclisin qərar layihəsi; 3. Milli Məclis Hesablayıcı komissiyasının yaradılması haqqında Milli Məclisin qərar layihəsi; 4. “Zeytun yağı və süfrə zeytunlarına dair 2015-ci il tarixli Beynəlxalq Saziş”ə qoşulmaq haqqında qanun layihəsi; 5. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş); 6. “Avtomobil yolları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş); 7. “Qida təhlükəsizliyi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş); 8. Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş); 9. “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş); 10. Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş). Qeyd edək ki, Milli Məclis yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar. Yanvarın ayının 15-dən fevralın 1-dək parlamentin komitə iclasları keçirilir.
2024-02-01
828,139
“Kontakt”dan Sevgililər Gününə özəl: 50%-dək endirim
Fevral ayı gəldi, sevgililər məlum tarixlə bağlı romantik planlar qurmağa başladı. “Kontakt” isə həm sevgililərin, həm də sevgiyə dəyər verən hər kəsin rahatlığını düşünürək “Ürəyə toxunan” kampaniyaya start verdi. Belə ki, sabahdan fevralın 18-dək şəbəkənin istənilən mağazasına baş çəkib nağd alışda 50%-dək endirimlərdən yararlana bilərsiniz. Hissəli alışla məhsul almaq istəyirsinizə onda smartfonları ilkin ödənişsiz, 12 ay faizsiz, televizor, məişət texnikası, qab-qacaq və ev tekstilini 18, mebelləri isə 24 ay ilkin ödənişsiz, faizsiz, üstəlik komissiyasız imkanlarla almaq mümkün olacaq. Sadalanan bütün şərtlər eynilə kontakt.az onlayn mağazasında da keçərlidir. Uzun sözün qısası indi isə gəlin sizin üçün faydalı olacaq təkliflərin bəzilərinə diqqət yetirək. Belə ki: 3 rejimdə çalışan, 2200 Vt-lıq Rowenta hava fenini nağd alışda 130 yox, cəmi 40 manata; Ölçüləri 80x120x80 olan Alyans Vertu mətbəx masasını 300 deyil, cəmi 180 manata; 256 GB yaddaşlı Xiaomi Redmi Note 13 smartfonunu hissəli alışda ayda cəmi 29 manata; 109 sm ekranlı smart Samsung televizorunu ayda cəmi 49 manata; 66 l tutumlu Bosch sobasını ayda cəmi 55 manata ala bilərsiniz. Odur ki, bütün təklifləri vaxtında dəyərləndirin deyirik. Şəbəkənin sizə yaxın ünvanını buradan tapa, suallarınıza isə *6060 Çağrı Mərkəzinə zəng etməklə cavab tapa bilərsiniz.
2024-02-01
828,142
Ermənistan rəsmi olaraq BCM-in üzvü oldu
Ermənistan fevralın 1-dən rəsmən Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olub. Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. “2023-cü ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi elan etdi ki, Ermənistan 2024-cü il fevralın 1-dən etibarən Roma Statutuna qoşulan 124-cü, Şərqi Avropa qrupundan isə 19-cu dövlət olacaq”, - məlumatda deyilir. Qeyd edək ki, Ermənistan parlamenti ötən il oktyabrın 3-də Roma Statutunu ratifikasiya edib.
2024-02-01
828,143
Prezident Martin Çunqonqu qəbul etdi
11:17 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib. Axar.az xəbər verir ki, Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi, bunun Azərbaycan xalqı və dövləti üçün tarixi məqam olduğunu qeyd etdi, bu yeni şəraitin regionda sülhün və sabitliyin gücləndirilməsi üçün imkanlar yaratdığını vurğuladı. Dövlətimizin başçısı dedi ki, Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi, Azərbaycan torpaqları işğaldan azad olunmadı, məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. Azərbaycan tərəfi isə torpaqları işğal altında olan zaman haqlı şəkildə Minsk qrupunun üzv dövlətlərini Ermənistana təzyiq göstərmək, ona müvafiq sanksiyalar tətbiq etmək barədə təkliflər irəli sürdüyü halda, o vaxt Minsk qrupu tərəfindən bu istiqamətdə heç bir addım atılmadı. Prezident İlham Əliyev diqqətə çatdırdı ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub. Dövlətimizin başçısı 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə götürdüyü bir sıra öhdəliklərini yerinə yetirmədiyini, son 3 il ərzində Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməkdə davam etdiyini bildirdi. Azərbaycan Prezidenti ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrikin, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası “prezident seçkiləri”nin sülh prosesinə ciddi zəbrbə vurduğunu, Azərbaycanın özünün ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün antiterror tədbirləri keçirməli olduğunu vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Prezident İlham Əliyev bu xüsusda qeyd etdi ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Bununla yanaşı, dövlətimizin başçısı vurğuladı ki, Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir. Azərbaycan Prezidenti qeyd etdi ki, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Ermənistanda bunun tez bir vaxtda həyata keçirilməsinin vacibliyini bildirən dövlətimizin başçısı vurğuladı ki, hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər. Qonaq Beynəlxalq Parlamentlər İttifaqının Ermənistanın və Azərbaycanın parlament nümayəndələri arasında dialoq üçün platforma ola biləcəyi təklifi ilə çıxış etdi. Dövlətimizin başçısı bu təşəbbüsü yüksək qiymətləndirərək, iki ölkənin parlamentləri arasında məhz bu platformada dialoqun aparılmasının Azərbaycan tərəfindən dəstəkləndiyini diqqətə çatdırdı. Fransanın regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış etdiyini, Ermənistanın militarizasiya siyasətini apardığını, geosiyasi intriqaların təşəbbüskarı olduğunu deyən Prezident İlham Əliyev rəsmi Parisin regionda vəziyyətin gərginləşməsinin səbəbkarı olduğunu, müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürütdüyünü də diqqətə çatdırdı. Dövlətimizin başçısı Fransanın Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək məqsədilə siyasət yürütdüyünü, lakin onların bu istiqamətdəki cəhdlərinin əbəs olduğunu vurğuladı. Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini vurğulayaraq bildirdi ki, bu, ümumiyyətlə, parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməli olduğunu deyən dövlətimizin başçısı diqqətə çatdırdı ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq. Martin Çunqonq Parlamentlərarası İttifaqın parlamentarilər arasında dialoqa, inklüzivliyə çağırdığını, eksklüzivliyinin tərəfdarı olmadığı, bu kimi yanaşmaların düzgün qəbul edilmədiyini, beynəlxalq parlamentarizm ənənələri ilə uyğun gəlmədiyini diqqətə çatdırdı. Qonaq COP29-la bağlı dövlətimizin başçısını təbrik edərək, COP29 keçiriləcəyi zaman Parlamentlərarası İttifaq çərçivəsində parlament nümayəndə heyətlərini bir araya gətirən, ətraf mühit və iqlim dəyişikliyi istimaqətlərində beynəlxalq səyləri dəstəkləyən bir tədbirin təşkil olunma təşəbbüsü ilə çıxış etdi. Bu təşəbbüsü dəstəkləyən dövlətimizin başçısı qonağı Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu. Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə də təbriklərini çatdırdı, ölkəmizin Hərəkatın parlament ölçüsünün yaradılması təşəbbüsünü təqdir etdi. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi müddətində bu təsisatın beynəlxalq nüfuzunun artırılması, yeni əməkdaşlıq sahələrinin yaradılması, bu xüsusda parlament, gənclər ölçülərinin və qadın platformasının təsis olunması istiqamətində təşəbbüslərlə çıxış etdiyini vurğuladı. Görüşdə qarşıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
2024-02-01
828,145
Böyük Britaniyanın XİN rəsmisi Azərbaycandadır - Foto
Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Kris Allan (Chris Allan) Bakıya gəlib. Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "X"da yazıb. "XİN nümayəndəsi Kris Allanı ilk dəfə Bakıda qarşılamaqdan çox məmnunam. Biz ikitərəfli əlaqələri gücləndirmək üçün hökumət rəsmiləri ilə səmərəli müzakirələr apardıq. Əməkdaşlıq imkanlarını araşdırmaq üçün beyin mərkəzləri ilə şam yeməyi günümüzün yaxşı sonluğu oldu", - o qeyd edib.
2024-02-01
828,152
Vahid Ələkbərovun sərvəti artdı
Rusiyanın ən zəngin iş adamlarının sərvəti bu ilin əvvəlindən 7,953 milyard dollar artıb. Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb. “Severstal”ın əsas səhmdarı Aleksey Mordaşovun sərvəti 2,14 milyard dollar artaraq, 23 milyard dollar təşkil edib. NLMK Direktorlar Şurasının sədri Vladimir Lisinin sərvəti 1,35 milyard dollar artaraq, 25,3 milyard dollara yüksəlib. “Lukoyl”un təsisçisi Vahid Ələkbərov 838 milyon dollar varlanaraq, sərvətini 25,5 milyard dollara çatdırıb. Təbii qaz istehsalçısı “Novatek”in səhmdarı Gennadi Timçenko isə itkiyə məruz qalıb. Onun sərvəti 248 milyon dollar azalaraq 13,9 milyard dollara düşüb”, - məlumatda deyilir.
2024-02-01
828,154
Murad Musayev "Sabah"dan getdi
"Sabah"ın baş məşqçisi Murad Musayev və klub rəhbərliyi arasında görüş keçirilib. Axar.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Toplantı zamanı rusiyalı mütəxəssis komandadan ayrılmaq istəyini rəhbərliyin diqqətinə çatdırıb. Baş məşqçinin klubda qazandığı nailiyyətlər nəzərə alınaraq, onun bu istəyi anlayışla qarşılanıb və müsbət cavab verilib. Qeyd edək ki, Murad Musayev 2021-ci ilin noyabrından "Sabah"da işləyib. "Bayquşlar" onun rəhbərliyi altında 87 oyun keçirib (48 qələbə, 16 heç-heçə, 23 məğlubiyyət). "Sabah" ölkə çempionatının 2022/2023 mövsümünü gümüş medalla başa vuraraq, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.
2024-02-01
828,155
Sərkisyan: Ermənistanın sənayesi tənəzzüldədir!
Ermənistanın sənayesi tənəzzüldədir. Dağ-mədən sənayesi də tənəzzüldədir. Qida sənayesi 6% azalıb. Son 5 ildə Ermənistanda ət məhsullarının istehsalı xeyli aşağı düşüb. Bu dövlət siyasətinə görə kəndlinin heyvandarlıqla məşğul olması sərfəli deyil. Axar.az xəbər verir ki, bunu Ermənistan Hesablama Palatasının sədri, iqtisadçı ekspert Nairi Sərkisyan deyib. “Bütün bunlar Ermənistanın istehsal potensialının olmaması deməkdir. Deməli, planlaşdırılan büdcəni doldurmaq üçün indiki hökumət ya vergiləri artırmalı olacaq, ya da inflyasiya baş verəcək. Ola bilsin ki, bir neçə aydan sonra işıq, su və qaz tariflərində artımın şahidi olaq. Ermənistanda yoxsulluğa gəlincə, ölkə əhalisinin təxminən üçdə biri yoxsul sayılır. Son məlumatlara görə, yoxsulluğun aşağı həddi 53 min dram (131 dollar – red.), yuxarı həddi 63 min dram (156 dollar – red.) hesab olunur. Ayda orta hesabla 57-58 min dram (141-142 dollar – red.) qazanan şəxs yoxsulluq həddinin üstündə yaşayır. Təbii ki, vətəndaşlarımız bizdən yaxşı bilir və hamısı mağazaya girir, xərcləyir və görür ki, artıq qazancları çatmır. Bu, cəmiyyətin təxminən üçdə birinə təsir edir. Bu hakimiyyət ölkəni elə vəziyyətə gətirib ki, sıfırdayıq. Hakimiyyət ölkəni məhv edib, dağıdılanları bərpa etmək hətta 50-60 il çəkəcək”, - o bildirib.
2024-02-01
828,157
Makronu Bakıya dəvət edin - Aqil Abbas
Bizi sanksiya ilə hədələyirlər. Sanksiyadan qorxmaq lazım deyil. Onsuz da 30 ildir bizə sanksiya tətbiq ediblər. Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib. Deputat əlavə edib ki, sanksiya inkişaf deməkdir: “40 ildir İrana sanksiya tətbiq ediblər, onlar isə daha çox silah istehsal etməyi öyrəndilər. Bəs biz sanksiya tətbiq etsək, o zaman Fransanın, yaxud Almaniyanın gələcəkdə enerji problemi necə olacaq? İt hürər, karvan keçər. Çox istəyərdim ki, Makronu Azərbaycana dəvət etsinlər. Gəlsin görsün ki, ermənilər burada necə yaşayır”.
2024-02-01
828,161
Bu türk ölkəsi “ChatGPT”nin analoqunu yaradır
Qazaxıstan vətəndaşların sənədlərini bütün sutka boyu tərtib etməyə və bütün suallara cavab almağa imkan verəcək “ChatGPT” çat-botunun analoqunu hazırlayır. Axar.az xəbər verir ki, bu barədə Qazaxıstanın rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye naziri Bağdad Musin məlumat verib. Onun sözlərinə görə, bu il “eGov.ai”də süni intellektin tətbiqi üzrə işlərə başlanılıb: “Bu il biz e-Hökumət həllərimizə süni intellektin tətbiqi üzrə işə başladıq. İstəyirik ki, vətəndaşlarımız müəyyən düymələri necə basmaq barədə göstərişlərin içində batmasınlar, sadəcə olaraq insan ünsiyyəti vasitəsilə dövlət xidmətlərini alsınlar və lazım olan hər şeyi həyata keçirsinlər”, - nazir bildirib.
2024-02-01
828,163
MOSSAD HƏMAS-la atəşkəs planını təqdim etdi
MOSSAD rəhbəri Devid Barnea HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi üçün İsrailin hərbi kabinetinə 9 bəndlik razılaşma təqdim edib. Axar.az xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb. Məlumata əsasən, bu razılaşmanın birinci mərhələsi 35 günlük atəşkəs müqabilində 35 girovun azad edilməsi müqabilində olacaq. Yəni atəşkəsin hər günü üçün HƏMAS saxladığı 136 girovdan birini azad edəcək. “Tayms of İsrail”in məlumatına görə, birinci mərhələdə azad ediləcək girovların qadınlar, xəstələr, yaralılar və yaşlılar olmasına üstünlük veriləcəyi bildirilib. İsrailin azad etməli olduğu fələstinli məhbusların sayı ilə bağlı hələ dəqiq qərar verilməyib. Çünki İsrail ağır cinayətlərə görə həbs olunanları deyil, yalnız daha yüngül cinayətlər törətmiş şəxsləri azad etmək istəsə də, HƏMAS digərlərinin də azad edilməsində israrlıdır.
2024-02-01
828,164
Niyə Türkiyədə 800, bizdə 1600 bələdiyyə var?
Seçki Məcəlləsində bələdiyyə seçkiləri ilə bağlı müəyyən məsələlər sadələşdirilməlidir. Birinci növbədə bələdiyyələrin sayı hədindən artıq çoxdur, azaldılmalıdır. Türkiyə kimi dövlətdə təxminən 800 bələdiyyə var, bizdə 1600. Türkiyədə və Avropada bir şəhərə bir nəfər bələdiyyə seçirlər, o, işiylə məşğul olur. Bələdiyyə sədrlərinin də xalq tərəfindən seçilməsinin Məcəllədə əksini tapmasını istəyirik. Digər məsələ odur ki, namizəd olmaq üçün tələb olunan sənədlər çoxdur. Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Siyavuş Novruzov prezidentliyə namizədlə bələdiyyə üzvünə namizədlərin təxminən eyni sənədlər təqdim etməli olduğunu söyləyib: “Bu cür sənədlərin yığılması çətinlik yaradır. Növbəti seçkilərdə azad edilmiş ərazilərimizdə də bələdiyyətləri formalaşdıracağıq. Orada da nümunəvi bələdiyyələrin formalaşdırılması üçün əsaslar yaranmalıdır”.