date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-02-05
829,547
Bu ölkə Feysbukdan imtina etməyi düşünür
Niderland hökuməti Feysbuk sosial şəbəkəsindən tamamən imtina etmək imkanını nəzərdən keçirir. Axar.az xəbər verir ki, bu barədə “De Teleqraaf” məlumat yayıb. Bildirilib ki, məlumatların gizliliyinin təmin edilməsi baxımından ciddi narahatlıqlar var. Niderlandın daxili işlər və kraliyyət işləri nazirliyinin dövlət katibi Aleksandra van Hoffelenin sözlərinə görə, hökumət uzun illərdir ki, Feysbukun konfidensial məlumatları necə emal etməsindən narahatdır.
2024-02-06
829,549
İraqa hücumla bağlı məlumat vermədik - ABŞ
ABŞ hökuməti ötən həftənin sonunda İraq və Suriyada həyata keçirdiyi hücum planı barədə Bağdaddakı səlahiyyətlilərə əvvəlcədən məlumat verməyib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel bildirib. Onun sözlərinə görə, zərbələrdən dərhal sonra İraq tərəfi məlumatlandırılıb. Qeyd edək ki, ABŞ ötən həftə Suriya və İraqda SEPAH və onunla əlaqəli silahlı qrupun Amerika qüvvələrinə hücum etmək üçün istifadə etdiyi hədəflərə zərbələr endirib.
2024-02-05
829,550
Paşinyan TŞ-nin iclasını keçirdi
Ermənistan Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin məlumatında deyilir. Bildirilib ki, TŞ üzvlərindən savayı iclasda Prezident Vaaqn Xaçatryan, parlament sədri Alen Simonyan, Baş nazir Aparatının rəhbəri Araik Arutyunyan, vitse-spiker Ruben Rubinyan, Xarici əlaqələr komissiyasının rəhbəri Sərkis Xandanyan və “Mülki müqavilə” fraksiyasının katibi Ayk Koncoryan iştirak ediblər. İclasda gündəlikdəki və strateji xarakterli məsələlər müzakirə olunub. Qeyd edilir ki, bundan öncə ötən il dekabrın 19-da Ermənistan TŞ-nin sonuncu iclası keçirilib.
2024-02-06
829,551
İran Mahsundan Azərbayana qarşı istifadə edir - Ataxan
Bir çoxları düşünür ki, Urmiya ilə bağlı kürdcə olan mahnını oxuyan Mahsun Qırmızıgül deyil. Süni intellekt vasitəsi ilə düzəldiblər. Həmin mahnını Türkiyənin kürdəsilli müğənnilərindən İbrahim Tatlısəsin də ifasında eşitmişik. Onun da süni intellekt vasitəsi ilə düzəldildiyi iddia olunur. Biz güneyliləri isə narahat edən başqa məsələdir. Bu sözləri Axar.az-a Azərbaycan Cümhuriyyət Partiyasının sədri Araz Ataxan deyib. O bildirib ki, Urmiyanın kürd vilayəti kimi təqdim olunması və təbliğatının aparılması güneyliləri narahat edir: “Bizim problemimiz bu deyil ki, mahnını həqiqətən Mahsun oxuyub, ya yox. Problemimiz Urmiyaya qarşı başladılan psixoloji savaşdır. Bunu əxlaqi tərəfdən dəyərləndiririk. Çoxları deyir ki, Mahsun oxumayıb, ciddiyə almaq lazım deyil. Mən əksini düşünürəm. Bir milyondan çox insan bu mahnını paylaşıb. Gənclərə aşılanır. İşin pis tərəfi odur ki, hətta süni zəka vasitəsi ilə oxunubsa, niyə Mahsun və ya İbrahim bunu təkzib etmir? Etiraz da etməyiblər. Sanki azərbaycanlılara qarşı başladılan layihənin bir hissəsidirlər. Bax, bizi narahat edən budur. Həmin o müğənnilərin kürdlərlə bağlı layihədə nə dərəcədə yer alması, məsələnin siyasi və ictimai tərəfi bizi düşündürür. Mahnını internetdən silmirlər, paylaşımlardan götürmək də istəmirlər. Görünür, bu, səbəbsiz deyil. Blok etmək əvəzinə, əksinə, daha da yayırlar. Olduqca həssas məsələdir. Bu işdə İran rejimin əli olduğunu düşünürük”. İranın kürd məsələsindən ən çox yararlanan dövlət olduğunu xatırladan Araz Ataxan bildirib ki, rəsmi Tehran bundan azərbaycanlılara qarşı silah kimi istifadə edir: “İran rejimi Qərbi Azərbaycana qarşı mənfur siyasət həyata keçirir. Buranı kürd bölgəsi kimi təqdim etməyə səy göstərirlər. Azərbaycanlılar həm fars şovinizmi ilə, həm də kürd məsələsində daima ayıq-sayıq olmalıdılar. Bu da bir siyasətdir. Bizə qarşı hər cür psixoloji savaşa başlayıblar. Elə Urmiya haqqında internetdən məlumat əldə etmək istəsək, tarixin necə təhrif olunmasına şahid olarıq. Buranı şüurlu şəkildə Kürdüstanın bir parçası kimi təqdim etməkdən çəkinmirlər. Bilirik ki, Kürdüstan məsələsi dünya dövlətlərinin qlobal layihəsidir. Türklərin əleyhinə yönəldilib. Bu layihədə öndə gedən isə İrandır. Bu mahnıların paylaşımı da, kürdlərin bölgəmizə yerləşdirilməsi kimi məqsədli şəkildə həyata keçirilir. 100 il bundan öncə kürdlərin Urmiyada izi yox idi. İndi isə kürdlərə hərtərəfli dəstək nümayiş etdirirlər. Tarixi sənədlərdə də var ki, 300 min kürd şah zamanında İraqdan Qərbi Azərbaycana köçürülüb. İraq-İran savaşında isə bir milyona yaxın kürd Qərbi Azərbaycanda məskunlaşdırılıb. Baxmayaraq ki, Qərbi Azərbaycanda kürdlər heç on faiz təşkil etmir, lakin dünya ölkələri və İran rejimi kürdləri o bölgənin hakimi və əsas sakinlərindən biri kimi tanımağa başlayıblar. Bu durum güneyliləri narahat edir”. Qeyd edək ki, Mahsun Qırmızıgülün ifasında Urmiyanın kürdlərə aid olması barədə mahnı Güneydə ciddi etirazla qarşılanıb.
2024-02-06
829,552
Mi-8 helikopterinin ekipaj üzvünün meyiti tapıldı
Rusiya xilasediciləri Kareliyada Oneqa gölünün dibində Fövqəladə Hallar Nazirliyinin Mi-8 helikopterinin ekipaj üzvlərindən birinin meyitini aşkar ediblər. Axar.az xəbər verir ki, bu barədə Kareliya Respublikasının əhalinin həyat şəraitinin və təhlükəsizliyinin təmin edilməsi üzrə Dövlət Komitəsi məlumat yayıb. Digər iki ekipaj üzvünün cəsədi hələ də tapılmayıb. Bildirilib ki, dalğıclar Moskva vaxtı ilə saat 00:00-a qədər işlərini davam etdirəcək, bundan sonra onlar uzaqdan idarə olunan robotla göl dibində axtarışlar aparacaqlar. Qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Oneqa gölü üzərində təlim uçuşu həyata keçirən Mi-8 helikopteri fevralın 4-də qəzaya uğrayıb. Helikopterin qalıqları sahildən 11 km aralıda, digər hissələri isə göl dibinin 40-50 metr dərinliyində aşkar edilib. Hər 3 ekipaj üzvü ölüb.
2024-02-06
829,553
Ukrayna kəşfiyyatı vaqnerçiləri ələ keçirdi - Video
Sudanda İngiltərə kəşfiyyatı ilə Ukraynanın Baş Kəşfiyyat İdarəsi birgə əməliyyat keçirib. Axar.az xəbər verir ki, əməliyyat "Vaqner" muzdlu qrupuna qarşı aparılıb. Yayılan görüntülərə əsasən, vaqnerçilər əməliyyat nəticəsində ələ keçirilib.
2024-02-06
829,556
Braziliyada fövqəladə vəziyyət elan olundu
Dünyaca məşhur karnavalın başlamasına bir neçə gün qalmış Rio-de-Janeyroda denq qızdırması epidemiyasına görə fövqəladə vəziyyət elan edilib. Axar.az xəbər verir ki, bu barədə şəhərin meri Eduardo Paesin imzaladığı sərəncamda bildirilib. “Şəhərdə qızdırma ilə mübarizə planı tətbiq edilib. O cümlədən xəstəliyin yayılması ilə mübarizə üçün operativ mərkəz yaradılıb. Denq xəstəliyinə yoluxmaqda şübhəli bilinən insanlar üçün 10 təcili qəbul mərkəzi açılacaq. Bələdiyyə xəstəxanaları şəbəkəsi xəstəliyə tutulmuş xəstələr üçün kvota ayıracaq”, - sərəncamda vurğulanıb. Qeyd edək ki, denq qızdırması təhlükəli tropik xəstəlikdir.
2024-02-06
829,557
General Zelenskini tənqid etdi: Zalujnı kimisi tapılmaz!
Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan generalı Sergey Krivonos Prezident Vladimir Zelenskinin SQ-nin baş komandanı Valeri Zalujnını vəzifəsindən azad etmək istəyini tənqid edib. Axar.az xəbər verir ki, o, V.Zelenskinin qərar verməkdə məsuliyyətli davranmadığını vurğulayıb. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrində kadrların yenilənməsi mümkün deyil, çünki Zalujnı kimi təcrübəli insanları Ukraynada tapmaq çətindir. Qeyd edək ki, Zelenski Ukraynada təkcə hərbi sahədə deyil, bütün idarəetmə strukturunda dəyişikliyə ehtiyac olduğunu söyləmişdi.
2024-02-06
829,560
Qəzzaya yardım variantını araşdırırıq - ABŞ
ABŞ BMT-nin Ümumdünya Ərzaq Proqramı, BMT-nin Uşaq Fondu (UNICEF) və digər qeyri-hökumət təşkilatları vasitəsilə Qəzza zolağının mülki əhalisinə dəstək vermək üçün müxtəlif variantları nəzərdən keçirir. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Vedant Patel bildirib. Onun sözlərinə görə, maliyyələşdirmə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi üçün nəzərdə tutulan vəsaitlərin digər strukturlara yönləndirilməsi ilə də mümkündür.
2024-02-06
829,561
Ukraynada müharibənin sonu görünmür - Kansler
Ukraynada müharibənin sonu görünmür. Axar.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts deyib. Onun sözlərinə görə, Avropa Ukrayna ordusuna dəstəyi davam etdirməlidir: “Avropa Şurasının yaxın bir neçə il ərzində Ukraynaya büdcə dəstəyi üçün vəsaiti təsdiqləməsi yaxşı əlamətdir”. Şolts həmçinin xatırladıb ki, 2024-cü ildə Almaniya Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün 7 milyard avrodan çox vəsait ayırmağı planlaşdırır. O əlavə edib ki, Kiyevə yardım nə qədər lazımdırsa, davam edəcək.
2024-02-06
829,562
Azərbaycana qarşı savaş: 3 ssenari nəzərdən keçirilir - Video
ABŞ-ın Xarici Əlaqələr Şurası (CFR) Azərbaycan və Ermənistanı 2024-cü ildə müharibə ehtimalı olan ərazilərə daxil edib. Qərb platformasında belə proqnozlar intensiv şəkildə irəli sürülür və daha çox “Azərbaycanın Ermənistana hücumu” kontekstində təqdim edilir. CFR-nin proqnozu fonunda müəyyən ssenariləri təxmin etmək mümkündür. Birinci ssenari Zəngəzur dəhlizi uğrunda müharibədir: Qərbdə daha çox bu ssenarinin üzərində dayanılır, hərçənd, Azərbaycan beynəlxalq reaksiyanı nəzərə alaraq, bu istiqamətdə hərbi addım atmayacaq: Bakı rəsmi İrəvanın Naxçıvana maneəsiz keçidin verilməsinə razı olacağı situasiyanın yaradılması məqsədilə Zəngəzur dəhlizi layihəsində alternativ marşturların işə salınması, Ermənistanın “dalan ölkə” olaraq saxlanılması planı üzrə hərəkət edir; İkinci ssenari Qazaxın 4 kəndinin azad edilməsidir: Bakı və İrəvan arasında birbaşa təması həyata keçirən sərhədin delimitasiyası üzrə komissiyalarda aktual məsələ 8 kəndin taleyinin həll edilməlidir; rəsmi Bakı anklav olmayan 4 kəndin - Qazaxın Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndləri – qaytarılmasını, anklav olan kəndlərin ikinci mərhələdə müzakirəsini təklif edir, lakin Ermənistan bu və ya digər formada prosesdən yayınır; seçkilərdən sonra 4 kəndə nəzarətin bərpası istiqamətdə hərbi addımın atılması ssenarisi mümkün variantlardan biridir; Üçüncü ssenari Ermənistanın sərhədboyu ərazilərdə təxribat hücumlarına əl atmasıdır: bu ssenaridə məqsəd hərbi üstünlük əldə etməkdən daha çox siyasi prosesləri sərhəd eskalasiyası üzərindən idarə etməkdir; rəsmi İrəvan Moskvanın “müttəfiqliyindən” imtina etmək və Qərbin “təhlükəsizlik çətiri” altına sığınmaq məqsədilə Azərbaycanla eskalasiyaya getmək ssenarisini hələ də aktual olaraq saxlayır; qarşıdakı dövrdə bu ssenarinin tətbiqi istisna edilməməlidir. Daha öncə də yazmışdıq: Qərb platformasında Azərbaycan-Ermənistan arasında müharibə riskinin qalması, məsələni xüsusilə “Azərbaycanın Ermənistana hücum hazırlığı” kontekstində təqdim edilməsi mümkün erməni təxribatına hazırlıq məqsədi daşıyır; eyni zamanda, Azərbaycan ətrafında informasiya vakuumu yaradaraq, rəsmi Bakını danışıqların Qərb platformasında davam etdirilməsinə razı salmağa çalışırlar.
2024-02-06
829,563
Qonşu ölkədə hər il 40 nəfər "artıq doza"dan ölür
Gürcüstanda dozadan artıq narkotik istifadəsindən ölüm halları yüksəkdir. Lakin yalnız narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyət haqqında qanunun sərtləşdirilməsi nəticə verməyəcək. Axar.az xəbər verir ki, bunu Gürcüstanın daxili işlər naziri postuna namizəd Vaxtanq Qomelauri bildirib. “Ölkədə hər il artıq dozadan ölüm halları 30-40 arası dəyişir. Lakin narkosiyasətin sərtləşdirilməsi bizə yardım etməyəcək. Bu, kompleks fəaliyyət tələb edir və yalnız bu halda problemi həll edə bilərik”, - deyə Qomelauri bildirib.
2024-02-06
829,564
Misir İsraili hədələdi: Sülh sazişi ləğv ediləcək...
Misir fələstinlilərin Sinay yarımadasına köçəcəyi təqdirdə İsraillə əlaqələri kəsməklə hədələyib. Axar.az xəbər verir ki, bu barədə "İsrail Hayom" nəşri məlumat dərc edib. Nəşr iddia edir ki, Misir bu yaxınlarda İsrailə fələstinli qaçqınların Qəzza zolağından Sinay yarımadasına köçürülməsinin iki ölkə arasında sülh razılaşmasını təhlükə altına salacağına dair “güclü siqnallar” göndərib. Bildirilir ki, mesajlar Misir və İsrailin yüksək rütbəli rəsmiləri arasında silsilə təmaslar zamanı ötürülüb və onların məzmunu İsrailin bütün siyasi təhlükəsizlik elitasına çatdırılıb. Nəşr qeyd edir ki, bir fələstinli qaçqın gəlsə, sülh müqaviləsi ləğv ediləcək. Qeyd edək ki, ölkələr arasında sülh sazişi 1979-cu ildə Vaşinqtonda Misir Prezidenti Ənvər Sədat və İsrailin Baş naziri Menahem Beqin tərəfindən imzalanıb. Razılaşmaya əsasən, Sinay yarımadası Misirin nəzarətinə keçib və ölkələr arasında sərhəd müəyyən edilib.
2024-02-06
829,565
ABŞ təsdiqlədi: Niderlanda 908 milyonluq raket satılır
ABŞ Dövlət Departamenti ümumi dəyəri 908 milyon dollar olan yüksək dəqiqlikli AGM-158 JASSM qanadlı raketlərinin Niderlanda mümkün satışına icazə verib. Axar.az xəbər verir ki, bu barədə Pentaqonun hərbi texnika və silahların tədarükünə cavabdeh olan agentliyi məlumat yayıb. Bildirilib ki, departament Niderlanda ümumilikdə 908 milyon dollar dəyərində 120 ədəd AGM-158/B-2 JASSM raketləri və müvafiq avadanlıqların təhvil verilməsini təsdiqləyib. Razılaşmada həmçinin şəxsi heyətin hazırlığı, silahlara və müvafiq avadanlıqlara texniki qulluq nəzərdə tutulur.
2024-02-06
829,566
Yaponiyada ən azı 100 reys təxirə salındı
Yaponiyanın paytaxtı Tokionun Narita və Haneda hava limanlarında ən azı 100 reys təxirə salınıb. Axar.az xəbər verir ki, bu barədə yapon aviaşirkətləri məlumat yayıb. Reyslərin yağan güclü qar səbəbindən təxirə salındığı bildirilib.
2024-02-06
829,567
Bayden əqli qabiliyyətini itirib - Sorğu
Amerika vətəndaşlarının əksəriyyəti hesab edir ki, ABŞ Prezidenti Co Bayden əqli qabiliyyətini itirir. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə “Rasmussen Reрorts” tədqiqat təşkilatının dərc etdiyi sosioloji sorğunun nəticələrində göstərilib. Respondentlərin 59%-i hesab edir ki, Amerika lideri zaman keçdikcə daha çox əqli itiliyini itirir. Lakin sorğu iştirakçılarının 33% bu fikirlə razı deyil. Sorğu nəticələrinə əsasən, amerikalıların əksəriyyəti medianın prezidentin idrak qabiliyyətinin zəifləməsini gizlətməyə çalışmasından şübhələnir. Sorğunun nəticələrinin statistik səhvi 3 faiz bəndidir. Araşdırma 28-30 yanvar tarixlərində aparılıb. Burada 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində səs vermək niyyətində olan 943 nəfər iştirak edib. Qeyd edək ki, Bayden ABŞ tarixinin ən yaşlı prezidentidir. Baydenin üzvü olduğu Demokratlar Partiyasının bəzi rəsmiləri açıq şəkildə onu seçki kampaniyasında iştirakdan imtina etməyə çağırıblar.
2024-02-06
829,568
HƏMAS-ın son qalasına da çatacağıq - Qallant
İsrail ordusu Misirlə sərhəddə yerləşən Rəfah şəhərində HƏMAS hərəkatının silahlı birləşmələrini məhv etmək niyyətindədir. Axar.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant mətbuat konfransında bildirib. "Biz hələ döyüşmədiyimiz yerlərə də çatacağıq - Qəzza zolağının mərkəzinə və cənubuna, xüsusən də Rəfahda HƏMAS-ın son qalasına..." - nazir vurğulayıb. Qallant qeyd edib ki, Fələstin silahlı qruplaşmaları üzvlərinin iki seçimi var - təslim olmaq, ya da ölmək.
2024-02-06
829,569
Baləlinin meyxanasına yallı gedənləri xilas edirik – Xəzər
Şair, qiraətçi Xəzər Süleymanlının Kult.az-a müsahibəsi: - Xəzər, şeirlər yazırdınız, amma sonradan qiraətə keçdiniz. Deyəsən, şeir yazmaq çətin oldu... - Bilmirəm səhv etdim, ya düz, amma mən özümü qiraətdə tapdım. Düzünü desəm, hər iki sahədə uğurlu olduğumu qeyd edən peşəkarlar var. Məsələn, məni ilk dəfə Azərbaycan Yazıçılar Birliyinə gözəl yazıçımız Seyran Səxavət dəvət edib. Hələ də haradasa qarşılaşanda məni danlayır ki, niyə şeir yazmırsan? Bəlkə də zaman nə vaxtsa məni haqsız çıxardacaq. Amma hələlik qiraət ön plandadır. - Bəlkə bildiniz ki, şeir sizlik deyil? Hər halda insan özünü daha yaxşı tanıyır... - Açığı, özümə bu barədə ciddi təsirim də olub. Hiss etdim ki, yazdığım şeirləri müdafiə edə bilməyəcəm. Amma qiraətlə müəyyən işlər görmüşəm ki, mənə qədər bu işlərə cəhd belə edən olmamışdı. Hər halda səbəb siz deyən də ola bilər. - Məsələn, hansı işlər görmüşünüz ki, bu qədər əminliklə danışıb deyirsiniz, burada mənəm, Bağdadda kor xəlifə?! - 2023-cü ildə Heydər Əliyev adına sarayda iki gün, Yaşıl teatrda isə bir gün anşlaq konsertim oldu. Heydər Əliyev sarayında olan konsertin birinci gününə olan biletlərin hamısı 10 günə satılmışdı. Bu il isə mart ayının 5-i Heydər Əliyev Sarayında yenidən konsertimdir. Özü də “Avanqard kamera orkestrının” müşayiəti ilə. Bu dəfə də biletlər vaxtından əvvəl, konsertə bir ay qalmış bitib. Hazırda bir ədəd belə bilet qalmayıb. Özümü tərifləmək üçün demirəm, sadəcə, əgər sən haqqında yaxşı şeylər danışmasan, heç kəs haqqında yaxşı şeylər danışmayacaq. Odur ki, bu gün çox sənətçinin risk edib konsert verə bilmədiyi səhnələrdə çıxış etmək gördüyüm ən yaxşı işdir. - Sizinlə yanaşı sosial şəbəkələrdə Kamran Ağabalayev, Kamran Yunis, Anar Adil, Anar Atakişiyev və başqa qiraətçilər də məşhurlaşıb. Sizcə, onların sizdən fərqi nədir? Ümumiyyətlə, özünüzdən yaxşı hesab etdiyiniz qiraətçi varmı? - Sənətin digər sahələri kimi, bədii qiraət də bu gün insanlara seçim şansı verir. Dinləyici azaddır, kim kimi istəsə, dinləyəcək, özü üçün birinci edəcək. İndi mən dinləyicilərimin gözündə ən yaxşıyamsa, məni dinləyəcəklər. -Konkret danışsaq, bu şəxslərdən öndə olduğunuzu düşünürsünüz, ya onlar sizdən yaxşıdır? - Məsələ budur ki, bizdə heç vaxt müqayisə düzgün aparılmır. Bəziləri anlamır ki, şeiri hamımız deyə bilərik, amma “hamı eyni formada deməlidir” deyə, bir qəlib yoxdur. Hər kəs öz tərzində yaxşıdır, hər kəsin öz intonasiyası, səsi, nəğməsi var. Qalanı dinləyicilərin seçiminə qalıb. Əsas qərar onlarındır. - Bəs şeirləri necə seçirsiniz? Əvvəl deyirdilər ki, Xəzər Süleymanlı çox vaxt dostlarının şeirlərini oxuyur. - Əvvəllər çox şey danışırdılar. Bu cür danışan adamların 99 faizi Feysbuk statuslarında 200 layk yığmaqdan başqa bir uğur əldə etmədilər. Mən hansısa dostumdan şeir demişəmsə, demək, o, yaxşı şeir olub. Ən yaxın dostum Aqşin Evrəndir. Bu məntiqlə gərək onun bütün külliyyatını səsləndirmiş olaydım. Mən isə ondan cəmi üç-dörd şeir demişəm. Şeir seçərkən həm qiraəti nəzərə alıram, həm dinləyiciləri, həm də öz zövqümü. - Sadə dinləyicilər yalnız səsə vurulur, arxa planı görməyə bilirlər. Düşünürsünüz ki, bu işin peşəkarı olmaq üçün həm də təhsilini almaq lazımdır? Məsələn, İncəsənət Universitetində qiraət dərs olaraq tədris olunur... - Bizdə son zamanlar belə fikir formalaşıb: Adi adamlar, sadə vətəndaş, sıradan insan, kütlə və s. Bu fikirləri ortaya atan adamlar sıradan insanların, kütlənin dərinliyinə enə bilməyənlərdir. Sadə dildə desək, gördüyü işlərdə tutuzduranmayanlar. Elə görüntü yaradırlar ki, guya bunlar sənətin fövqündədirlər, yerdə qalanlar isə heç nə qanmır. Əslində isə bütün sənətlər elə adi adamlar, sadə vətəndaş, sıradan insanlar üçündür. Əgər sən onları qazanmasan, görəcəksən ki, Balaəlinin meyxanaları ilə yallı gedirlər. Bu gün mənim üçün sadə dinləyici konsertimdə Musa Yaqubun, Əli Kərimin, Vaqif Səmədoğlunun şeirlərini dinləyənlərdir. Qaldı ki təhsilə, əvvəllər düşünürdüm. Çünki orada səhnə danışığından dərs deyən sənətkarlar haqqımda xoş sözlər deyirlər. - Pul ilə şeir səsləndirənlər var. Siz bir şeiri neçəyə səsləndirirsiniz? - Hər peşənin öz kommersiya tərəfi var. Əgər kimlərsə gördüyü işdən pul qazanırsa, bu, yaxşı haldır. Çalışıram, hər təklifi hansısa formada dəyərləndirim. Bəzən az dediyim olur, bəzən də dediyimdən artıq verənlər tapılır. Amma bu barədə bu qədər danışmaq bəs edər. - Bəzi şeirlər var ki, sizin səsinizdə məşhurlaşıb, bəzi şeirləri demək isə sizə xüsusi məşhurluq verib. Sizi məşhurlaşdıran şeirlərin müəlliflərinə qonorar verməli deyilsiniz ki? - Bir çox şairi mənim ifamdan sonra tanıyıblar. Burda da ad soruşmayın. Şeirlərini səsləndirdiyim bütün şairlərə minnətdaram. Bu gün ön plana çıxmağım isə nə mənim, nə də şairlərin günahıdır. Dünyada hər şey vizual olduğuna görə, bu da səbəbdir ki, nisbətən daha çox tanınıram. Bəli, konsertlərdə şeirlərini deyəcəyim şairlərə qonorar ödəyəcəm. - Nə qədər qonorar ödəyəcəksiniz? - Burda özümü yox, sırf o şairləri düşünüb məbləğ açıqlamaq istəmirəm. Şairlərin zəhmətinin dəyərini hər kəs üstün tutmalıdır. Mən də bacardığım qədər yüksək qiymətləndirəcəm. - Son olaraq hansı şeiri deyərdiniz ki, indiyədək səsləndirdiyiniz şeirlərin ən yaxşısı odur, dinləyicilər də o şeiri tapıb dinləsinlər? - Çox çətin sualdır. Mənim nəzərimdə belə şeirlər çoxdur. Gəlin, bunu dinləyicilərin ixtiyarına buraxaq, mənim yerimə onlar cavab versin. Çünki onların zövqünə çox güvənirəm.
2024-02-06
829,570
Çindən ABŞ-a: Daha böyük böhran yarana bilər!
ABŞ-ın İraq və Suriyaya zərbələri bu ölkələrin suverenliyini kobud şəkildə pozur. Axar.az xəbər verir ki, bu barədə Çinin BMT-dəki daimi nümayəndəliyinin məlumatında deyilir. “Hərbi fəaliyyət həll yolu deyil. Gücdən həddindən artıq istifadə daha böyük böhrana səbəb ola bilər”, - deyə bildirilib.
2024-02-06
829,571
AB Qırmızı dənizə hərbi gəmiləri nə vaxt göndərəcək?
Qırmızı dənizə Avropa Birliyinin birgə hərbi missiyası fevralın 19-da göndəriləcək. Axar.az xəbər verir ki, “Aspides” adlı missiyaya İtaliya Hərbi Dəniz Qüvvələrinin “Duilio” super esminesi, eləcə də Almaniya, Yunanıstan və Fransa hərbi-dəniz qüvvələrinin freqat gəmiləri daxildir. Missiyanın məqsədi husilərin Qırmızı dənizdə beynəlxalq ticarətə təsir edən hücumlarının qarşısını almaq, ticarət gəmilərinin müdafiəsini gücləndirməkdir. Hərbi missiya BMT-nin Dəniz Hüquqları Konvensiyasına uyğun fəaliyyət göstərəcək və müdafiə xarakterli olacaq. Yaponiyada səfərdə olan İtaliyanın Baş naziri Corciya Meloni ölkəsinin hərbi missiyasında iştirakını və müdafiə missiyasına komandanlığının əhəmiyyətini qeyd edib. Bildirib ki, bu, Avropa və İtaliya üçün strateji əhəmiyyət daşıyır.
2024-02-06
829,579
Bakıda güclü partlayış: 10 maşına ziyan dəydi - Foto
08:20 Bakının Yasamal rayonunda partlayış baş verib. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun İnşaatçılar prospektində yerləşən 422 saylı qazanxanada qeydə alınıb. Partlayış nəticəsində qazanxananın divarları uçub, ətrafdakı binaların şüşələri qırılıb, 10-dan çox minik avtomobilinə ziyan dəyib. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib. Partlayışda xəsarət alan bir nəfər isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. *** Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən qazanxanada partlayış baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin operativ qiymətləndirilməsi zamanı qazanxanada partlayış hadisəsinin baş verdiyi, partlayış dalğasının təsirindən qazanxana binasının yararsız vəziyyətə düşdüyü müəyyən olunub. Həmçinin, yaxınlıqdakı binanın şüşələri qırılıb və “Toyota” markalı minik avtomobilinin üzərinə daşlar tökülərək avtomobili yararsız vəziyyətə salıb. Hadisə zamanı 1 nəfər vətəndaş yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
2024-02-06
829,580
Neftin bu günə olan qiyməti
Dünya birjalarında neft yenidən bahalaşıb. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 78,08 dollara, yüngül neftin bir barreli isə 72,87 dollara təklif olunur.
2024-02-06
829,584
Rusiyanın 4 limanında fövqəladə vəziyyət elan edildi
Rusiyanın Leninqrad vilayətinin 4 limanında yüksək hazırlıq rejimi tətbiq edilib. Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. “Leninqrad vilayətindəki Vıborq, Vısotsk, Primorsk və Ust-Luqa dəniz limanları öz ərazilərində yüksək hazırlıq rejimi tətbiq ediblər”, - məlumatda qeyd olunub. Yüksək hazırlıq rejimi PUA hücumları nəticəsində texnogen fövqəladə vəziyyətin yaranma ehtimalına görə tətbiq edilib.
2024-02-06
829,585
Bu ərazimizə 37 sm qar yağdı
Fevralın 6-si saat 09:00-a olan məlumata əsasən Azərbaycanda qərb küləyi bəzi yerlərdə arabir güclənib. Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Hava şəraiti 5-i axşam bəzi dağlıq ərazilərdən başlayaraq arabir yağıntılı olub, qar yağıb. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir 25 m/s, Daşkəsəndə 30 m/s, Yardımlı, Qobustanda 24 m/s, Lerikdə 22 m/s, İsmayıllı, Göyçayda 18 m/s, Sabirabad, Altıağacda 17 m/s, Naftalan, Quba, Gədəbəydə 16 m/s, Şəkidə 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.7 metrə çatıb. Qar örtüyünün hündürlüyü Ordubadda 37 sm, Qaxda (Sarıbaş) 33 sm, Qrızda 5 sm, Gədəbəy, Sədərəkdə 3 sm, Qusarda 2 sm, Quba, Şahbuzda 1 sm olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17, Naxçıvan MR-da 9, Aran rayonlarında 16, dağlıq rayonlarda 10 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5 dərəcəyədək şaxta olub. Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti fevralın 6-sı axşamadək davam edəcək.
2024-02-06
829,587
Xankəndidə daha 20 avtomat tapıldı
Polis əməkdaşları Xankəndidə pulemyot, tapança, avtomat və qumbaralar aşkarlayıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 5-də Xankəndi şəhəri ərazisində 1 ədəd pulemyot, 20 ədəd müxtəlif markalı avtomat silahı, 4 tapança, 9 ədəd müxtəlif markalı tüfəng, 28 ədəd qumbara, 27 ədəd alışdırıcı, 122 ədəd patron darağı, 5775 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
2024-02-06
829,592
Xankəndidəki ermənilər bu şəxslərin villalarında yaşayır
Xankəndidə qalan ermənilərin harada və necə yaşadıqları barədə məlumat yayılıb. Axar.az Publika.az-a istinadən xəbər verir ki, Ermənistan mətbuatı Xankəndidə ona yaxın erməninin qaldığını iddia edib. Bildirilib ki, Davit Qalstyanın əmisi Sərkis Qalstyan və həyat yoldaşı da Xankəndidə qalanlar arasındadır. Onlar, bu ailə yaxın münasibətdə olan separatçıların sabiq lideri Bako Saakyanın evində yaşayır. Digər ermənilər isə Rusiya sülhməramlıları tərəfindən iş adamı Tsexavik Edonun nəhəng villasına yerləşdirilib. Sonuncu Samvel Babayanın yaxın dostlarından biridir, onun Xankəndidə yanacaqdoldurma məntəqələri var idi. Bir yerdə cəmlənməyin məqsədi odur ki, onların yemək və digər məsələləri ilə məşğul olmaq daha asandır.
2024-02-06
829,597
Klinikadan oğurluq edən şəxs saxlanıldı
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən klinikaların birindən oğurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə görə dəfələrlə məhkum olunmuş Ceyhun Salahov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, ilkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi oğurluq əməlini etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, C.Salahov fevralın 1-də klinikada yerləşən iş otaqlarının birinə qanunsuz daxil olaraq orada saxlanılan 8 750 manat pulu ələ keçirib və həmin məbləğin bir qismini şəxsi ehtiyaclarına xərcləyib. Polis əməkdaşları tərəfindən saxlanılan zaman isə ondan 6000 manat pul maddi sübut kimi götürülüb. Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
2024-02-06
829,600
Mənə qaranlıq qalan məqam... - Nikosayağı
“Nikosayağı” kimi tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Axar.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktı elan edilib. İttiham aktında göstərilib ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. Nicat Şakirli içkili vəziyyətdə idarə etdiyi “Porşe” markalı avtomobillə yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. Daha sonra söz təqsirləndirilən şəxs Nicat Şakirliyə verilib. Nicat Şakirli ona edilən ittihamla özünü tam təqsirli bilib. O bildirib ki, hadisədən qabaq mərhum Ruslan Məmmədovla avtomobili ilə şəhər gəzintisi edib: "Hadisələri tam xatırlaya bilmirəm. Mən videoya baxandan sonra hər şey yadıma düşdü. "Joker" adlı mərkəzdə çay içib istirahət edirdik. Mənə qaranlıq qalan o məqam oldu ki, qəzanı törətməmişdən öncə içkili olmamışam. Mən içkini bir gün qabaq barda içmişdim. Hadisə zamanı rəhmətə gedən Ruslan mənim əzizim idi. Kaş o yox, mən ölərdim. Onun ailəsindən dönə-dönə üzr istəyirəm". Məhkəmənin növbəti iclası fevralın 27-nə təyin edilib.
2024-02-06
829,601
Rəfiqə Axundova dəfn olundu
10:00 Tanınmış baletmeyster, xalq artisti Rəfiqə Axundova vəfat edib. Kult.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Qeyd edək ki, R.Axundova 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Böyük Teatrda təkmilləşmə kursu keçdikdən sonra Azərbaycan Opera və Balet Teatrının solisti olub. 1971-ci ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən baş baletmeysteri idi. O, həmçinin Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləyib. *** Mərhum xalq artisti, tanınmış baletmeyster Rəfiqə Axundova dəfn edilib. O, İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
2024-02-06
829,603
Mehriban Əliyeva Cavanşir Quliyevlə bağlı tapşırıq verdi
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin müalicəsinə Fond tərəfindən dəstək verilir. Axar.az xəbər verir ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-i səhər saatlarında halı pisləşib. 74 yaşlı bəstəkar xəstəxanaya yerləşdirilib. Onun beyninə qan sızdığı bildirilir.
2024-02-06
829,606
Belarus hərbçiləri vətəndaşlara atəş aça biləcək – Göstəriş
Belarus hərbçiləri vətəndaşlara qarşı silah tətbiq edə biləcək. Axar.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko göstəriş verib. Onun göstərişinə əsasən, Belarus Silahlı Qüvvələrinin daxili xidmət nizamnaməsinin 11-ci maddəsi dəyişdirilib. Yeni sənədə görə, hərbi qulluqçular onlara həvalə edilmiş tapşırıqları yerinə yetirərkən mövcud vəziyyəti, cinayətin xarakterini, inzibati xətanı və cinayətkarın şəxsiyyətini nəzərə alaraq silahdan istifadə etmək hüququna malikdirlər. Silahdan istifadə nəticəsində vətəndaşın xəsarət alması və ya ölməsi barədə dərhal müvafiq prokurora, habelə ibtidai istintaq orqanına məlumat verilməlidir. Hərbi qulluqçular ümumi hərbi nizamnamələrin tələblərinə uyğun hərəkət etdikdə dəymiş zərərə görə məsuliyyət daşımayacaqlar.
2024-02-06
829,607
FHN Türkiyəyə başsağlığı verdi
Qardaş Türkiyədə böyük insan tələfatı və dağıntılarla nəticələnmiş dəhşətli zəlzələnin birinci ildönümündə faciə qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, zəlzələ baş verdikdən dərhal sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, FHN-in qüvvələri bacı-qardaşlarının yardımına yetişib: "Dağıntılar altından insanların xilas olunması, səhra hospitalları və çadır şəhərciklərinin qurularaq zərərçəkmişlərə zəruri xidmətin göstərilməsi, humanitar yardımın çatdırılması kimi əməliyyatları uğurla yerinə yetirib. Həm sevincli, həm də kədərli günündə səninləyik".
2024-02-06
829,609
Nikolu öz komandasında iki şəxs əvəzləyə bilər
2026-cı il seçkisi ərəfəsində Ermənistanın güc dairələrində qızğın mübarizə başlayıb. Parlamentin spikeri Alen Simonyan, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və daha bir neçə şəxs özlərini Nikol Paşinyanın əvəzləyicisi kimi təqdim etməyə başlayıb. Birinci Rusiya, ikinci Qərbin dəstəyi ilə öz piarını aparır. Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. İddia olunur ki, vəziyyət o qədər ciddi hal alıb ki, onlar bir-birinin üstünə böhtan atmağa başlayıblar.
2024-02-06
829,613
713-cü gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 713-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 390 580 hərbçi, 6 365 ədəd tank, 11 857 ədəd zirehli döyüş maşını, 9 367 ədəd artilleriya sistemi, 979 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 665 hava hücumundan müdafiə sistemi, 332 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 12 453 ədəd avtomobil texnikası, 7 173 ədəd PUA, 1 848 qanadlı raket, 24 gəmi/kater, 1 sualtı qayıq, 1 496 xüsusi avadanlıq itirib.
2024-02-06
829,616
Bu işçilərin maaşı 11,2% artdı
2023-cü ildə ilkin məlumatlarına əsasən Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilə nisbətən 11,2% artaraq 934 manat təşkil edib. Axar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub. Bu il yanvarın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1 741,8 min nəfər olub. Onlardan 899,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 842,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 19,1%-i təhsil, 18,6%i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13%-i sənaye, 8,4%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5%-i tikinti, 6,4%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,7%-i peşə, elmi və texniki fəaliyyət, 3,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1%-i maliyyə və sığorta fəaliyyəti, 14,5%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
2024-02-06
829,618
Pensiya alanların nəzərinə!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu fevralın 9-da fevral ayı üzrə pensiyaların ödənişinə başlayacaq. Bu barədə Axar.az-a nazirlikdən məlumat verilib. Həmin gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçiriləcək. Pensiyalar 11,2 faiz indeksləşdirmə əsasında artırılmış məbləğlə veriləcək. Artım bu ilin əvvəlindən tətbiq olunur və yanvar ayının artımı da həmin məbləğin üzərinə əlavə edilərək pensiyaçılara ödəniləcək. Müvafiq qrafikə uyğun olaraq gələn həftə ərzində respublikamızın digər bölgələri üzrə fevral ayının pensiyalarının, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin bu ay üzrə pensiyalarının da indeksləşdirmə əsasında artırılmış məbləğlə ödənişi nəzərdə tutulub.
2024-02-06
829,623
Simonyan qalmaqalı: Paşinyandan bu tələb edilir
Hakim partiyanın üzvləri Ermənistan parlamentinin sədri Alen Simonyanın istefasını tələb edir və bu məsələni Paşinyan qarşısında qaldırıblar. Axar.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” nəşri məlumat yayıb. “Bu günlərdə hakim Mülki Müqavilə Partiyasında Simonyanın məcburi istefası məsələsi qızğın müzakirə olunur. Partiya üzvlərinin sözlərinə görə, Simonyan və onun tərəfdaşları dəfələrlə qalmaqalların mərkəzində olublar, lakin cəzasız qalıblar. Simonyanın arvadı tərəfindən idarə olunan “Fri Nyus”(Freenews) kanalı bir neçə aydır ki, Ermənistan Televiziya və Radio Yayımları Şəbəkəsinə aylıq 1,5 milyon dramı (3,7 min dollar – red.) ödəmir. Hazırda “Fri Nyus” televiziya şirkətinin borcu 23,3 milyon dramdır (57,7 min dollar – red.). Bundan əlavə, özünü korrupsiya qalmaqalının mərkəzində tapan Simonyanın qardaşının arvadı Ani Gevorqyan bir neçə gün əvvəl həbs edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Hakim partiya bildirir ki, spikerin ətrafında yaranmış bu atmosferə son qoyulmalıdır. Çünki bu, komandanın reytinqinə xələl gətirir. Qeyd olunub ki, keçən ilin aprelində Simonyan İrəvanın mərkəzində vətəndaşın üzərinə tüpürüb və ictimaiyyətin kəskin reaksiyasına baxmayaraq, cəzasız qalıb. İndi də korrupsiya məsələsi var və Alen cəzalandırılmalıdır. Məsələ ondadır ki, Paşinyan dəfələrlə komanda yoldaşlarına xəbərdarlıq edib ki, korrupsiya proseslərində iştirak bağışlanmayacaq, amma indi Simonyan bağışlanır”, - məlumatda deyilib.
2024-02-06
829,626
Eyvazov iki rəis müavinini sərəncama göndərdi
Zərdab Rayon Polis Şöbəsinin iki rəis müavini sərəncama göndərilib. Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Nazirin əmri ilə RPŞ-nin xidmət üzrə rəis müavini polis polkovnik-leytenatı Urman Ağayev və əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı İkram Əhmədov vəzifəsindən azad edilib. Onların hər ikisi sərəncama götürülüb. Qeyd edək ki, Urman Ağayev 2020-ci ildə, İkram Əhmədov 2021-ci ildə sözügedən vəzifələrə təyin olunub.
2024-02-06
829,629
Paşinyan radio binasında “artsax bayrağı” gördü, bunu etdi
Bir qədər əvvəl Ermənistanın “İctimai” radiosuna müsahibə verən Baş nazir Nikol Paşinyanın davranışı müzakirələrə səbəb olub. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə sözügedən radionun əməkdaşları mediaya məlumat sızdırıblar. Belə ki, Paşinyan müsahibə üçün gəldiyi binaya daxil olarkən orada məhv olmuş qondarma rejimin “bayrağ”ını görüb və radionun əməkdaşlarına onu endirməyi əmr edib. Radio işçiləri qondarma “bayrağı” endiriblər, müsahibə bitdikdən sonra isə yenidən binaya asıblar. Lakin əraziyə gələn səlahiyyətli şəxslər Paşinyanın xəbərdarlığını radio rəhbərliyinə çatdırıb. Bundan sonra əsgi parçası binanın önündən yığışdırılıb. Sözügedən məsələ Ermənistan müxalifəti arasında ciddi müzakirələrə səbəb olsa da, cəmiyyətin Qarabağ məsələsinə əvvəlki həssaslıqla yanaşmadığı, bu hadisəyə də reaksiya vermədiyi bildirilir.
2024-02-06
829,630
MSK yerli müşahidəçilərin son statistikasını açıqladı
Azərbaycanda prezident seçkilərini izləmək üçün 89 min 366 yerli müşahidəçi qeydiyyatdan keçib. Axar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O bildirib ki, onlardan 5405-i MSK, 83 961-i isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib. Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
2024-02-06
829,631
Bu hərbçilərin maaşı artırıldı
Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri artırılıb. Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla Azərbaycan Maliyyə Nazirliyinə tapşırılır ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin. Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.
2024-02-06
829,632
Baş nazirdən sahibkarlarla bağlı qərar
Nazirlər Kabineti "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi nəzərdə tutulan iqtisadiyyatın prioritet sahələrinin siyahısı"nı təsdiq edib. Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, mikro, kiçik və orta sahibkarlığın inkişafının yeni və daha səmərəli dəstəklər hesabına sürətləndirilməsi, qlobal iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyalara qarşı bu sahədə rəqabətli və dayanıqlı iqtisadi fəaliyyət mühitinin formalaşdırılması məqsədilə aşağıdakı sahələr üzrə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi təmin edilir: 1. Sənaye 2. Kənd təsərrüfatı 3. İnformasiya və rabitə 4. Turizm 5. Tikinti 6. Nəqliyyat 7. Ticarət. İqtisadiyyat Nazirliyi qeyd olunan sahələrin inkişafının stimullaşdırılması istiqamətində əlavə yeni dəstək mexanizmlərinin yaradılması ilə bağlı təkliflərini altı ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
2024-02-06
829,640
Rusiya: ABŞ Yaxın Şərqə xaos və dağıntı toxumu səpir
ABŞ və müttəfiqləri Livan, Qırmızı dəniz və Yəmənə zorakılıq yayır və Yaxın Şərqdə sülhü bərpa etmək üçün beynəlxalq səylərin qarşısını alır. Axar.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının iclasında deyib. Rus səfir bildirib ki, ABŞ-ın bu hücumları güc nümayiş etdirmək və seçkiqabağı kampaniyada ABŞ hökumətinin imicini yaxşılaşdırmaq məqsədi ilə həyata keçirilib. Həmçinin o, ABŞ-ı beynəlxalq hüququ pozmaqda və Yaxın Şərqə xaos və dağıntı toxumu səpməkdə ittiham edib.
2024-02-06
829,641
ABŞ ordusu iki PUA-nı məhv etdi
ABŞ ordusu Husi silahlı qruplaşmasına məxsus iki pilotsuz təyyarəni özünümüdafiə məqsədilə zərərsizləşdirib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb. Məlumata əsasən, hücum husilərin nəzarətində olan ərazilərə həyata keçirilib. Hələlik hücumun təfərrüatı barədə dəqiq məlumat verilməyib.
2024-02-06
829,645
Maşınınızın açarlarını bu şəxslərə etibar etməyin! - DYP
Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə müraciət edib. Axar.az müraciətin mətnini təqdim edir: ​ "Bir çox hallarda avtomobil sahibləri avtoyuma və ya təmir məntəqələrinin xidmətlərindən istifadə edərkən nəqliyyat vasitəsinin açarlarını işçilərə etibar edir, lakin əmlakın sonrakı aqibətindən xəbərsiz olurlar. Bəzən belə yanaşmalar məntəqədə çalışan və adətən gənc, hərəkətlərinin məsuliyyətinin fərqinə varmayan şəxslərə nəqliyyat vasitələrindən qanunsuz istifadə fürsəti verir ki, bu da sonda insanların həlak olması, yaralanması, yaxud maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisələrinin, oğurluqların, əmlakdan sui-istifadə hallarının baş verməsinə real zəmin yaradır. Bununla yanaşı, xidmət göstərməli olduqları avtomobildən istifadə etməklə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmiş şəxslər məsuliyyətə cəlb edilərkən hüquqazidd əməlin törədilməsində alət və ya bilavasitə obyekt olmuş nəqliyyat vasitəsi ilə bağlı qərarlar qəbul edilir ki, bu da əmlak sahibi üçün əlavə problemlər deməkdir. Odur ki, avtomobil sahiblərinə müraciət edərək tövsiyə edirik ki, təmir və ya avtoyuma məntəqələrinin xidmətlərindən istifadə edərkən mümkün qədər məntəqəyə yaxın ərazidə olmağa çalışın, avtomobilinizi təsadüfi deyil, tanıdığınız, məsuliyyətli, peşəkar insanlara etibar edin. Unutmayın ki, bəzən etinasız yanaşdığımız bir hal sonradan bərpası mümkün olmayan fəsadlara yol aça bilər".
2024-02-06
829,647
Özüm görməmişəm, deyirlər, böyük ölkələrdə aclıqdır
Ölkədə inflyasiya və yoxsulluq səviyyəsinin atdığına görə etiraz aksiyalarının keçirilməsi yersizdir. Axar.az xəbər verir ki, bunu İranın dini rəhbəri Əli Xamenei deyib. O, hətta bir çox ölkələri İranla müqayisə edib: “Mən o ölkələrə səfər etməmişəm, ancaq məlumatlara görə, dünyanın bəzi böyük və məşhur ölkələrində küçədə gəzən adamlar ətraf aləmdə baş verənlərə əhəmiyyət vermir, sadəcə olaraq bir tikə çörək tapmağı düşünürlər”, - Xamenei deyib. Onun bu çıxışı iranlı sosial media istifadəçilərinin geniş müzakirəsinə səbəb olub. Onlar Əli Xameneidən iranlıları iddia etdiyi o məşhur və böyük ölkələrin vətəndaşları kimi yaşamağa icazə verməyə çağırıblar.
2024-02-06
829,650
İlham Əliyev və Paşinyana Nobel veriləcək?
Qərb Ermənistanla Azərbaycan arasında istənilən sənədin imzalanmasına nail olmaq istəyir. Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb. “Diplomatik mənbələrin məlumatına görə, bir sıra yüksək səviyyəli Avropa və Amerika rəsmiləri sülh müqaviləsi imzalanacağı təqdirdə Nikol Paşinyan və İlham Əliyevin Nobel Sülh Mükafatına namizəd kimi irəli sürülməsi üçün lobbiçilik edəcəklər”, - məlumatda qeyd olunub.
2024-02-06
829,652
İraq şiə qrupunun sözçüsü güllələndi
İraqın şiə radikal qruplarından biri “Əsaib Əhl əl-Həqq”in sözçüsü naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb. Axar.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” şəbəkəsi məlumat yayıb. Məlumata əsasən, hadisə İraqın Meysan vilayətində baş verib. “Əbu Əli” ləqəbli dəstə üzvü Əl-Kəbi avtomobildə gedərkən bir neçə silahlı motosikletçinin hücumuna məruz qalıb. Hələlik hücumun məsuliyyətini heç bir qrup üzərinə götürməyib. Qeyd edək ki, “Əsaib Əhl əl-Həqq” ABŞ qüvvələrini tamamilə geri çəkilməyə məcbur etmək istəyən, ABŞ-ın İraqdakı diplomatik və hərbi varlığına qarşı hücumlar həyata keçirən və İran tərəfindən dəstəklənən İraq radikal şiə qrupudur. ABŞ bu qrupu xarici terror təşkilatları siyahısına daxil edib və təşkilatın liderləri terrorçu elan olunub.
2024-02-06
829,653
Qazaxıstanın yeni baş naziri o olacaq
Qazaxıstan Prezident Administrasiyasının rəhbəri Oljas Bektenovun Baş nazir postuna namizədliyi təklif olunub. Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. “Mövcud qanunvericiliyə uyğun olaraq, dövlət başçısı təklif olunan namizədi Məclisdəki partiya fraksiyalarının rəhbərləri ilə müzakirə edəcək”, - məlumatda deyilir. Qeyd edək ki, Bektenov 2023-cü ilin aprelindən Prezident Administrasiyasına rəhbərlik edir. O, Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin rəhbəri vəzifəsində də çalışıb. Xatırladaq ki, Qazaxıstan hökuməti dünən istefa verib.
2024-02-06
829,654
Qarabağda çəkilən yollarda son durum - Yeni video
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrinin gedişatı ilə yerindəcə tanış olmaq məqsədilə Şuşa, Xocalı, Ağdərə və Ağdam rayonlarında olub. Bu barədə Axar.az-a Agentlikdən bildirilib. Məlumata görə, S.Məmmədov ölkə Prezidentinin sərəncamı ilə yenidən qurulan və ümumi uzunluğu 41 km olan Şuşa-Laçın avtomobil yoluna baxış keçirib. Hazırda Şuşa-Laçın avtomobil yolunda köhnə asfalt-beton örtüyün sökülməsi, yararsız qruntun qazılaraq kənarlaşdırılması, əvəzinə yararlı qruntun tökülməsi ilə torpaq işləri icra olunur. Avtomobil yolu II texniki dərəcəyə uyğun yenidən qurulur. Daha sonra sədr Suqovuşan-Kəlbəcər avtomobil yolunun 9-cu km-dən ayrılan və 35.5 km uzunluğa malik Ağdərə-Ağdam, həmçinin Bərdə–Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən və uzunluğu 18 km olan avtomobil yollarında aparılan tikinti işlərinin yerinə yetirilməsi ilə tanış olub. Hər iki avtomobil yolu dövlət başçısının Sərəncamı ilə II texniki dərəcəyə uyğun müasir səviyyədə yenidən qurulacaq. Layihələrin icra vəziyyəti ilə yerindəcə tanış olan sədrə məlumat verilib ki, yollar boyu köhnə örtüyün söküntüsü, yararsız qruntun qazılaraq kənarlaşdırılması işləri tərtib olunmuş qrafikə uyğun şəkildə yüksək səviyyədə icra olunur. S.Məmmədov sadalanan avtomobil yollarına baxış zamanı yol infrastrukturu layihələrinin “İnşaat Norma və Qaydaları”na uyğun vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib. Xatırladaq ki, ötən il sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatı nəticəsində ölkəmizin bütün ərazisində suverenliyimizin bərpa edilməsi ilə sözügedən avtomobil yollarının yenidən qurulmasına başlanılıb.
2024-02-06
829,658
Ən yüksək nöqtədə seçki məntəqəsi... - Video
Azərbaycanın ən yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndinin sakinləri fevralın 7-də 59 saylı Quba seçki dairəsinin 13 saylı seçki məntəqəsində səs verəcəklər. Şahdağın şaxtalı-sazaqlı ətəyində qərar tutmuş kənddə indi seçki ab-havası hökm sürür. Axar.az Secki-2024.az-a istinadən Xınalıqdan videoreportajı təqdim edir:
2024-02-06
829,659
“Azpetrol” Şuşada modul tipli YDM istifadəyə verdi
Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti strateji inkişaf planına uyğun olaraq, Şuşa şəhərində 6 fevral tarixində sayca 103-cü modul tipli yanacaqdoldurma məntəqəsini istifadəyə verib. Axar.az xəbər verir ki, yeni yanacaqdoldurma məntəqəsində Aİ-92, Aİ-95 və “Dizel” yanacaq növlərinin satışı həyata keçiriləcək.
2024-02-06
829,665
ABŞ və İngiltərə gəmiləri vuruldu
Husilər ABŞ-a məxsus “Star Nasiya” və İngiltərəyə məxsus “Morninq Tayd” gəmisini hədəf alıb. Axar.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya məlumat verib. Məlumata görə, raketlərlə həyata keçirilən hücumda Amerika və Britaniya gəmiləri vurulub. Həmçinin Rusiya xəbər agentliyi “Sputnik” Qırmızı dənizdə biri ABŞ, digəri İngiltərəyə aid iki gəminin hədəf alındığını iddia edib.
2024-02-06
829,667
Bayden İsrailə yardım layihəsinə veto qoyacaq
Ağ Ev İsrailə yardım haqqında qanun layihəsinə veto hüququndan istifadə edəcək. Çünki layihədə Ukraynaya da yardım yer almasa, o natamam olacaq. Axar.az xəbər verir ki, bu barədə Ağ Evin müvafiq bəyanatına istinadən “Röyters” məlumat yayıb. Məlumata görə, Bayden administrasiyası Ukrayna və İsrailə yardımın, eləcə də sərhəd təhlükəsizliyinin maliyyələşdirilməsinin vahid paketə daxil edilməsini istəyir. Qeyd olunur ki, Bayden administrasiyası aylardır Senatdakı demokratlar və respublikaçılarla birlikdə ABŞ-ın immiqrasiya sistemini yenidən nəzərdən keçirəcək, sərhəd təhlükəsizliyinə daha çox pul əlavə edəcək, Ukrayna, İsrail və Hind-Sakit kkean regionundakı tərəfdaşlarına milyardlarla dollar yardım ayıracaq qanun layihəsi üzərində işləyir.
2024-02-06
829,673
Bakıda bu yolda sürət həddi bərpa edildi
12:34 Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Qeyd edilib ki, eyni zamanda bütün məlumat sürət tablolarında "Güclü külək" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir. *** Küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Eyni zamanda bütün məlumat sürət tablolarından “Güclü külək” işarəsi də götürülüb.
2024-02-06
829,675
Sabah hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağıntılı olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi normadan yuxarı 762 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 13-18° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacaq.
2024-02-06
829,676
Ermənistanda Həmədan mədəniyyət həftəsi keçiriləcək
Fevralın 7-də İslam İnqilabının qələbəsinin 45-ci ildönümü münasibətilə İrəvanda “Həmədan mədəniyyət həftəsi” təşkil olunacaq. Axar.az xəbər verir ki, bu barədə “Şabestan” saytı məlumat yayıb. Tədbir İranın Ermənistandakı səfirliyinin Mədəniyyət Mərkəzinin dəstəyi və Həmədan əyalətinin Mədəni İrs, Sənətkarlıq və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə baş tutacaq. Tədbirin açılış mərasimində İranın Ermənistandakı səfiri Mehdi Sübhani, Həmədan əyalətinin Mədəni İrs, Sənətkarlıq və Turizm Baş İdarəsinin rəisi, Ermənistan rəsmiləri, mədəniyyət və incəsənət ictimaiyyəti və İrəvanda yaşayan iranlılar iştirak edəcəklər. Mədəniyyət həftəsinin İrəvandakı Göy Məsciddə keçiriləcəyi bildirilir.
2024-02-06
829,679
Bayramov TDT-nin baş katibi ilə görüşdü
12:52 Xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar prezident seçkilərinin müşahidəsi ilə bağlı Azərbaycanda səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib. XİN-dən Axar.az-a bildirilib ki, görüşdə Azərbaycan və TDT arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, ölkədə keçiriləcək prezident seçkilərinə hazırlıq işləri müzakirə olunub. Azərbaycanın TDT çərçivəsində müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, bağlantılar, mədəni, humanitar və s. sahələr üzrə əməkdaşlığın genişləndirilməsi, Təşkilatın gücləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Bu istiqamətdə, son dövrlərdə üzv ölkələr arasında təmasların artmasının mövcud əməkdaşlıq imkanlarından səmərəli istifadə üçün şərait yaratdığı bildirilib. Bu il Təşkilatın Azərbaycan daxil, üzv dövlətlərdə keçiriləcək yüksək səviyyəli tədbirlərinin təşkilatın daha da möhkəmlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub. C.Bayramov müstəqillik tariximizdə ilk dəfə olaraq ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpa olunduğu dövrə təsadüf edən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin ölkəmiz üçün simvolik əhəmiyyət daşıdığını qeyd edib. Seçki prosesinin təşkili ilə bağlı XİN tərəfindən görülmüş hazırlıq işlərindən bəhs edən nazir Ceyhun Bayramov, prosesin şəffaflığının müşahidəsi baxımından regional və beynəlxalq təşkilatların, o cümlədən TDT-nin müşahidəçi qismində aktiv iştirakının təqdirəlayiq olduğunu bildirib. Baş katib Kubanıçbek Ömüralıyev, ölkəmizə növbəti səfərinin təşkil olunan tarixi növbədəkənar Prezident seçkiləri dövrünə təsadüf etməsindən məmnunluq duyduğunu, keçiriləcək seçkilərin nəticələrinin Azərbaycanın inkişaf və rifahına xidmət edəcəyinə əmin olduğunu bildirib. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikr mübadiləsi aparılıb.
2024-02-06
829,683
Kiyev AB-nin yardımını bu tarixdə alacaq - Leyen
Ukraynaya ayrılan 50 milyard avro dəyərində yardımın ilk tranşı mart ayında çatmalıdır. Axar.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen deyib. “Dünən axşam əldə olunan siyasi razılaşma irəliyə doğru böyük addımdır. Avropa sözünün üstündədir. AB cəsarətli tərəfdaşımız və üzvlüyə namizədimiz üçün son dərəcə ehtiyac duyulan maliyyəni təmin etməyə davam edəcək. Ödəmələri mart ayından həyata keçirməyi planlaşdırırıq”, - Leyen bildirib.
2024-02-06
829,686
Əliyev başa düşür ki, rahatlaşa bilməz - Arkov
Ermənistan hakimiyyətinin Bakının təzyiqi ilə Konstitusiyaya dəyişiklik edəcəyi ehtimalı yüksəkdir. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Vitali Arkov deyib. “Nəzərə alsaq ki, Bakı həqiqətən də son illər öz məqsədlərinə ardıcıl şəkildə nail ola bilib. Bura İkinci Qarabağ müharibəsi nəticəsində ərazilərin qaytarılması, bunun nəticəsində imzalanmış üçtərəfli bəyannamə də daxildir. Bu və Əliyevin öz taktikası ilə ötən ilin sentyabrında Ermənistan qoşunlarının və silahlı birləşmələrinin Qarabağdan çıxarılması, separatçıların özünü buraxmasına nail olması faktdır. Görək Ermənistanın Konstitusiyasında, gerbində, himnində dəyişikliklərlə bağlı vəziyyət necə inkişaf edəcək. Paşinyan sözünün sahibi deyil. Amma Əliyevin məqsədlərinə çatmağa imkan verən rıçaqları var. Qalib ölkə sakitləşə bilərdi, amma Əliyev müdrik, əməli rəhbər kimi başa düşür ki, rahatlaşmaq olmaz, Qarabağın qaytarılması ilə bağlı bütün prosesi sona qədər və hüquqi çərçivədə başa çatdırmaq lazımdır”, - o bildirib.
2024-02-06
829,689
Türk dövlətlərinin muaytay çempionatı keçiriləcək
Ötən il Türkiyə Muaytay Federasiyası (TMF) və Azərbaycan Muaytay-tayboks Federasiyası rəhbərləri arasında baş tutan danışıqlara əsasən, Türk Dövlətləri Muaytay Çempionatının təşkil edilməsi razılaşdırılıb. Axar.az xəbər verir ki, Azərbaycandan dəstək almaq üçün Türkiyə Gənclər və İdman Nazirliyinin baş katibi, TMF-in kuratoru Qorxmaz (Korkmaz) Atalay, TMF-nın Mərkəz Yürütmə Kurulu başqanı Ataxan İli Azərbaycan Muaytay-tayboks Federasiyasının qonağı olub, keçiriləcək çempionat barədə ilkin danışıqlar aparıblar. Digər türk dövlətləri muaytay federasiyaları ilə də razılaşma əldə edildikdən sonra təkliflər paketi türk dövlətlərinin idman nazirliklərinə təqdim olunacaq. TMF-dən verilən son məlumata əsasən, Türkiyə Gənclər və İdman Nazirliyi Türk Dövlətləri Muaytay Çempionatının 6-10 sentyabr 2024-cü il tarixlərinə təyin edilməsini təsdiq edib.
2024-02-06
829,690
İstanbulda məhkəmə binasına hücum: 3 nəfər öldü - Video
13:10 İstanbulda Çağlayan Ədliyyəsinin qarşısında atəş səsləri eşidilib. Axar.az xəbər verir ki, bununla bağlı Türkiyə mətbuatı məlumat yayıb. Bölgəyə polis qüvvələri və təcili yardımlar göndərilib. Hələ ki, hadisənin təfərrüatı bəlli deyil. *** İstanbulda məhkəmə binasında silahlı insident zamanı polis əməkdaşlarına silahlı hücum edən 2 nəfər ölüb, 2-si polis olmaqla, 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. *** İstanbulda məhkəmə binasına silahlı hücum nəticəsində yaralananlardan biri xəstəxanada həyatını itirib. Bu barədə ölkə başçısı Rəcəb Tayyib Ərdoğan bildirib. Ərdoğan ölkəsinin terrorunun bütün növlərinə qarşı mübarizəsini davam etdirəcəyini də vurğulayıb.
2024-02-06
829,693
ATU-nun xaraba qalan yataqxanası - Foto
Azərbaycan Tibb Universitetinin 4 saylı yataqxanası olduqca bərbad vəziyyətdədir. Axar.az xəbər verir ki, uzun illər məcburi köçkünlərin yaşadığı yataqxana hazırda baxımsız vəziyyətdə qalıb. Tibb Universitetinin Həmkarlar Komitəsinin sədri Cahangir Qasımov saytımıza açıqlamasında sözügedən yataqxananın iki ilə yaxındır təmirsiz vəziyyətdə olduğunu etiraf edib: “Tibb Universitetinin altı yataqxanası var. Hazırda iki yataqxanada qızlar, bir yataqxanada Azərbaycan vətəndaşı olan oğlan tələbələr, digərində isə əcnəbi tələbələr yaşayır. Yerdə qalan 4 saylı və 3 saylı yataqxanalar isə təmir olunacaq. 4 saylı yataqxanada uzun illər Zəngilan rayonundan olan məcburi köçkünlər yaşayıb. Hazırda onlar Abşeron rayonunun Qobu qəsəbəsinə köçürülüb. Həmin yataqxana ya söküləcək, ya da əsaslı təmir olunacaq. Bu haqda heç bir məlumatımız yoxdur. Bizim maliyyə vəsaitimiz o qədər çox deyil ki, həm 3 saylı yataqxananı təmir edək, həm də 4 saylı yataqxananı söküb, yerinə yenisini inşa edək. 3 saylı yataqxananın təmir-bərpa işləri bitəndən sonra universitetin rəhbərliyi 4 saylı yataqxana haqqında qərar qəbul edəcək”.
2024-02-06
829,694
Qəbələdə qanunsuz tikili söküldü - Video
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, bu çərçivədə Qəbələ rayonunun Həmzəli kəndi ərazisində fiziki şəxs tərəfindən qanunsuz olaraq tikinti işlərinin aparılması faktı aşkar edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikilinin sökülməsi təmin edilib.
2024-02-06
829,696
AB-nin qorxusu artdı, Şolts yükün altına girir – Gökçə
Rusiya və Ukrayna arasında müharibə başladığı zaman ABŞ Avropanın özündən qopduğunu gördü. Dərhal sonra Makron NATO-nun beyin ölümü keçirdiyi, Şolts isə təhlükəsizlik arxitekturasının yenidən formalaşdırılması ehtiyacından bəhs etdi. Daha əvvəl Angela Merkelin də eyni məzmunlu çıxışı olmuşdu. ABŞ AB-nin ən önəmli iki dövləti olan Fransa və Almaniyanın hərbi baxımdan özündən ayrılmasının qarşısını almaq üçün ənənəvi və tarixi baxımdan Rusiya təhdidini ortaya çıxardı. Ukraynanın NATO-ya qəbul edilməsi istəyi səbəb göstərilərək rus təhdidi yaradıldı. Nəticədə Avropa ölkələri Brüssel və Madriddə yenidən NATO çətiri altında toplandı. Bu sözləri Axar.az-a Almaniya kansleri Olaf Şoltsun Ukrayna müharibəsinin sonunun görünmədiyi haqqında açıqlaması və ABŞ Konqresinə ayrılan yardımın artırılması ilə bağlı çağırışı haqqında danışan Türkiyənin Qaziantep Universitetinin müəllimi, terror və təhlükəsizlik ekspert Əli Fuad Gökçə deyib. Alim ABŞ-ın Ukrayna müharibəsinin yükünü AB-nin üzərinə yıxmaq istədiyini qeyd edib: “Təhdid davam etməlidir. Müharibədə ölənlər isə Avropanı qətiyyən maraqlandırmır. ABŞ müharibədə ən çox mənfəət əldə edən ölkələrin başındadır, çünki rus qazından imtina edən AB ölkələri ondan daha bahalı qiymətə qaz və silah alırlar. Vaşinqtonun qurduğu plan uğurlu oldu. Lakin sonra Qəzzada müharibə başladı. Ona görə də ABŞ gücünü iki yerə bölməyə və İsrailə də diqqət ayırmağa, dəstək verməyə məcbur oldu. Ancaq Avropadan verilən silah-sursat və hərbi texnika köhnə olduğu üçün Ukrayna cəbhədə uğur qazana, irəliləyə bilmir. Şoltsun ABŞ Konqresinə Kiyevə ayrılan yardımın artırılması ilə bağlı çağrışının da səbəbi budur. Fikrimcə, daxildə yaşanan problemlər, eyni zamanda iki cəbhədə mübarizə aparmaq çətin olduğu üçün Vaşinqton Ukrayna müharibəsinin bütün xərclərini Avropanın boynuna qoymağı planlaşdırır. ABŞ yaxasını kənara çəksə belə, Almaniya və Fransa kimi qitənin aparıcı ölkələri Ukraynaya dəstək verməyə məcburdurlar, çünki Rusiyanın qələbə qazanması onların özünü hədəfə çevirə bilər. Ən son beş gün əvvəl AB sammitində Ukraynaya 50 milyard avro dəyərində uzunmüddətli büdcə yardımı proqramının təsdiq edilməsi də bunun göstəricisidir. Baş verən proseslər bizə müharibənin hələ davam edəcəyini deməyə imkan verir. Almaniyanın Rusiya ilə müharibəyə hazırlaşdığı ilə bağlı iddialar isə qorxu mühitini qoruyub saxlamaqdan başqa bir şey deyil. Məqsəd qitədə ortaq ictimai fikir formalaşdırmaq və müharibəyə eyni pəncərədən baxmağı təmin etməkdir”.
2024-02-06
829,698
Qazaxıstanın yeni baş naziri məlum oldu
Qazaxıstanın yeni Baş naziri Olxas Bektenov təyin edilib. Axar.az xəbər verir ki, bununla bağlı Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev fərman imzalayıb. Qeyd edək ki, Oljas Bektenovun Baş nazir postuna namizədliyi bu gün təklif olunmuşdu. Bektenov buna qədər Qazaxıstan Prezident Administrasiyasının rəhbəri vəzifəsini daşıyırdı.
2024-02-06
829,701
İranda general öldürüldü
İranın Fars əyalətinin Şiraz şəhərində polis generalı Kuruş Bazyar güllələnərək öldürülüb. Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Bildirilib ki, o, bu gün səhər saatlarında qaçaqmalçılarla silahlı qarşıdurma zamanı həlak olub.
2024-02-06
829,702
İstanbulda terrorçular bu cür məhv edildi - Video
13:42 Xəbər verdiyimiz kimi, İstanbulda Çağlayan Ədliyyə binasına silahlı hücum olub. Axar.az xəbər verir ki, silahlı hücumu edən terrorçulardan biri qadın, digəri kişi olub. Baş verən atışmada terrorçular öldürülüb, 3-ü polis olmaqla, 6 nəfər yaralanıb. Aktın radikal sol təmayüllü DHKP/C (İnqilabçı Xalq Qurtuluş Partiyası Cəbhəsi) terror təşkilatı tərəfindən törədildiyi bildirilib.
2024-02-06
829,703
AŞPA Bakıya qarşı qətnamədən imtina edə bilər?
Dövlət başçısı İlham Əliyev Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında hüquqlarının bərpa olunmayacağı təqdirdə Azərbaycanın Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirakı məsələsinə yenidən baxılacağını bildirib. Bu o deməkdir ki, Strasburqda məsələ müsbət həll olunmasa, Azərbaycan Avropa Şurasının digər strukturlarını da tərk edəcək. Avropa Şurası rəhbərliyinin vaxtı azdır, Azərbaycanı itirmək və ölkəmizin Avropadan uzaqlaşmasını istəmirlərsə, AŞPA-da ölkəmizin səsvermə hüququnun bərpasını təmin etməlidirlər. Bu mümkündürmü? Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. Onun sözlərinə görə, Rusiya Krımı ilhaq etdikdən sonra AŞPA bu ölkəni səsvermə hüququndan məhrum etdi: “Bundan sonra Moskva açıqlama verərək Rusiya nümayəndə heyətinin səsvermə hüququ bərpa olunmayana qədər bu təşkilata üzvlük haqqını ödəməyəcəyini bildirdi. Rusiya AŞPA büdcəsinin 10 faizini ödəyirdi, bu 33 milyon avro idi. AŞPA vəziyyətdən çıxış yolu axtararaq, 2019-cu ildə maraqlı qətnamə qəbul etdi. Həmin qətnaməyə görə nümayəndə heyətlərinə sanksiya tətbiqi mexanizmi çətinləşdirildi. Bu, Rusiya nümayəndə heyətinin təşkilata qayıdışını təmin etməli idi. Ancaq barışıq uzun çəkmədi. AŞPA-nın qərarından iki il sonra Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibə bu ölkənin AŞPA-da üzvlüyünə son qoydu. Yəni iki il əvvəl Rusiya Ukraynaya qarşı müharibəyə başlamasaydı, Avropa Şurasında üzvlüyünə davam edəcəkdi. Bu o deməkdir ki, maraqlardan asılı olaraq AŞPA öz qərarlarını dəyişmək imkanına malikdir. Azərbaycanla bağlı səsvermədə AŞPA-nın 46 üzv ölkəsinin 306 deputatından cəmi 90 nəfəri iştirak edib, bunun da 76-sı ölkəmiz əleyhinə səs verib. AŞPA-dakı deputatların əksər hissəsinin Azərbaycanla problemi yoxdur. AŞPA-nın növbəti sessiyasında dost və tərəfdaş ölkələrin bir qrup deputatının Azərbaycana səsvermə hüququnun qaytarılması məsələsini yenidən gündəmə gətirməsi nəzəri cəhətdən mümkündür. Ancaq bu, iki halda ola bilər: Birinci halda AŞPA rəhbərliyi Azərbaycanın qurumdan uzaqlaşdırılmasının təşkilat və ümumiyyətlə Avropa üçün zərərli olduğunu anlayaraq məsələyə yenidən baxılmasında maraqlı olmalıdır. İkinci halda Milli Məclis rəhbərliyi və parlamentimizdəki Avropa dövlətləri ilə dostluq qruplarının rəhbərləri və üzvləri fəallıqlarını artıraraq Azərbaycanın səsvermə hüququnun bərpasının vacibliyini həmkarlarına izah etməlidirlər. Bunun üçün Avropa paytaxtlarında görüşlər keçirilməli, geniş izahat işi aparılmalıdır. Əslində bu iş ötən ilin oktyabrında başlamalı idi. AŞPA-dakı məlum qrup məhz 3 ay əvvəl Azərbaycan əleyhinə sənəd üzərində fəaliyyətə başlamışdı. Bu müddətdə həmin qrupun antiazərbaycan fəaliyyətini neytrallaşdırmaq mümkün idi”. Ekspert xatırladıb ki, Azərbaycanın Avropa stukturundan uzaqlaşıb sonradan qayıtmaq təcrübəsi var: “Avropa Parlamenti 2015-ci ildə Azərbaycana qarşı qətnamə qəbul etdikdən sonra ölkəmiz “Avronest”i (Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının parlament formatı) tərk etdi. Bir il ərzində Brüssellə Bakı arasındakı intensiv dialoq nəticəsində Azərbaycan “Avronest”ə qayıtdı. Yəni qarşılıqlı istək olduqdan sonra Azərbaycanın AŞPA-ya da qayıdışı mümkündür”. Qeyd edək ki, ötən gün Serbiyanın AŞPA-dakı nümayəndə heyəti AŞPA-nın Azərbaycan nümayəndə heyəti ilə bağlı qəbul etdiyi qətnaməyə görə Assambleyanın sədri Teodoros Rousopoulosa etiraz müraciəti ünvanlayıb.
2024-02-06
829,707
Pensiya kapitalı artacaq
Pensiyaların indeksləşdirilməsi həm də pensiya kapitalının artmasına imkan verəcək. Axar.az xəbər verir ki, bu barədə Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov danışıb. O qeyd edib ki, "Əmək pensiyaları haqqında" qanuna əsasən, əmək pensiyalarının məbləği əvvəlki ildə orta aylıq əmək haqqındakı artım faizinə indeksasiya olunur: "Eyni zamanda, əmək pensiyaları ilə yanaşı, pensiya kapitalı da artırılır. Belə ki, pensiya kapitalı əvvəlki illərdə istehlak bazarındakı qiymət indeksinə uyğun artırılır. Bu il yanvarın 1-dək sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq 8,8 faiz indeksləşdirilərək artırılır. Yəni şəxsin fərdi hesabında 50 min manat pensiya kapitalı toplanıbsa, bu məbləğ 4400 manat artırılaraq, 54 400 manata çatdırılır". Qeyd edək ki, Prezident İlham Əliyevin yeni sərəncamı ilə bütün növ pensiyalar indeksləşdirilərək, 11,2 faiz artırılıb.
2024-02-06
829,710
İsrail HƏMAS-ı məhv edir - İran eksperti
İsrail HƏMAS-ın 24 batalyonundan 18-ni artıq məhv edib. Bu, İsrail üçün ən mürəkkəb döyüşdür. İsrail tam qələbəyə çatana qədər döyüşə davam edəcək. Axar.az xəbər verir ki, bu barədə iranlı ekspert Əşkan Səfayi İsrailin müdafiə naziri Yoav Qallantın mətbuat konfransındakı danışığını şərh edərkən bildirib. “İsrai ordusunun Rəfaha girməsi və orda hərbi əməliyyatlara başlaması gözləniləndir. İsrail indiyədək bu qrupun, xüsusilə də Yəhya Sinvarın ən məxfi saxlanma yerlərinə girməyə və kəşfiyyat sirləri əldə etməyə müvəffəq olub. Rəfahda olan HƏMAS liderlərinin aqibəti Xan Yunisdə olanlarla oxşar olacaq, bunu İsrailin müdafiə naziri də qeyd edib” . O, ABŞ-ın İsrailin Rəfahda əməliyyat keçirmək planına reaksiyası haqda danışıb: “ABŞ Dövlət Departamenti bildirib ki, əgər İsrail Rəfahda hərbi əməliyyat keçirəcəksə, iki mühüm məsələyə diqqət etməlidir: 1 milyondan çox evsiz fələstinlinin bu şəhərin mərkəzində məskunlaşması məsələsi və Rəfah keçidinin humanitar yardımların çatdırılması üçün əsas yol olması”.
2024-02-06
829,711
Mühüm məlumat: İstədiyiniz məntəqədə səs vermək üçün...
Müvəqqəti yaşadığı ünvanda səs vermək istəyənlər əgər seçki gününə qədər qeydiyyatda olduqları məntəqədən çıxarış ala bilməyiblərsə, seçki günü məhkəməyə müraciət edə bilərlər. Bu sözləri Axar.az-a açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib. O bildirib ki, qeydiyyatda olduğu məntəqədən çıxmaq haqda sənədi şəxs yalnız yanvar ayının 24-dən fevral ayının 4-dək ala bilərdi: “Bu vaxtda istifadə edə bilməyən, qeydiyyatda olduğu məntəqədə səs verə bilməyənlər isə seçki günü məhkəməyə müraciət edə, seçki hüququnu təmin etdirə və həmin sənədlə yaxınlıqdakı məntəqələrdən birində səs verə bilər. Seçicilər yalnız seçki günü məhkəməyə müraciət etməlidirlər və bu proses operativlik tələb etdiyindən, məhkəmələr qısa müddətdə qətnaməni təqdim etməlidir. Təxirəsalınmaz hal olduğundan proses ən geci bir saat ərzində yekunlaşır. Bir sözlə, qeydiyyat çıxarışı əldə edə bilməyənlər seçki hüququnu yalnız məhkəmə yolu ilə bərpa edə bilərlər”.
2024-02-06
829,713
Türkiyədə əhalinin sayı açıqlandı
2023-cü il 31 dekabra olan məlumata görə, Türkiyənin əhalisi 85 milyon 372 min 377 nəfər olub. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı məlumat yayıb. “Ölkədə kişilərin sayı 42 milyon 734 min 71 nəfər (50,1%), qadınlar isə 42 milyon 638 mmin 306 nəfər (49,9%) təşkil edir”.
2024-02-06
829,714
Sabah ASAN Xidmətdə iş olacaq?
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar sabah ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində qeyri-iş günü olacaq. Axar.az xəbər verir ki, vətəndaşlar həmin gün şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti üzrə hazır sənədlərin götürülməsi ilə əlaqədar ASAN Xidmət mərkəzlərinə müraciət edə bilərlər. Bildirilib ki, Bakı, Sumqayıt, Gəncə, Naxçıvan şəhərində yerləşən ASAN Xidmət mərkəzləri 08:00-19:00 arasında iş rejimi olacaq. Digər regional ASAN Xidmət mərkəzləri isə 08:00-18:00-da olacaq.
2024-02-06
829,716
Vikipediyada azərbaycanca İKT ilə bağlı 600 məqalə...
“Azercell”in dəstək olduğu “WikiTeam for ICT” layihəsi çərçivəsində Vikipediyaya İKT ilə bağlı azərbaycan dilində 600-dən çox məqalə daxil edilib Azercell Telekom MMC, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birlikdə həyata keçirdiyi “WikiTeam for ICT” layihəsi yekunlaşıb. 5 ay davam edən layihə çərçivəsində platformada azərbaycanca İKT ilə bağlı 600-dən çox məqalə yerləşdirilib. Layihənin ilkin mərhələsində Azərbaycanda İKT üzrə şirkətlərin siyahısı hazırlanıb, daha sonra onların dəqiq fəaliyyət növü müəyyən edilərək, haqlarında dolğun məlumatlar bölgülər üzrə Vikipediya platformasında yerləşdirilib. Bu istiqamətdə Vikipediyada 4 dildə - azərbaycan, türk, rus və ingilis dillərində kateqoriya və siyahılar yaradılıb. “WikiTeam for ICT” in əsas məqsədi Vikipediya platformasında İKT yönümlü dövlət və özəl sektor iştirakçılarını bir araya gətirən ekosistemin qurulması idi. Layihə investor və şirkətlərin Azərbaycanın İKT ekosisteminə rahat çıxışının təmin olunması üçün mövcud sahədə faydalı kontentin yaradılması, internet resurslarında, xüsusən də Vikipediyada məqalələrin kateqoriyalar üzrə siyahılandırılmasında dəstəkçi rolunda çıxış edirdi. Bu tip layihələr axtarış və süni intellekt sistemlərində Azərbaycanın İKT ekosisteminin əlçatanlılığının təmin olunmasında mühüm rol oynayır.
2024-02-06
829,718
Qubanın 3 kəndinin sakinləri kömək istəyir - Foto
Quba rayonunun Ərməki, Yuxarı Digah və Alış kəndləri baxımsız vəziyyətdədir. Bu barədə kənd sakinlərinin Axar.az-a ünvanladıqları şikayət məktubunda qeyd olunub. Rayon sakinləri şikayətlərində bildirirlər ki, bu kəndlər uzun illər diqqətdən kənarda qalıb və abadlaşdırılması ilə bağlı indiyədək heç bir iş görülməyib: “Ərməki kəndinin 702, Yuxarı Digahın 721, Alış kəndinin 438 sakini var. Bu kəndlərdən Qubanın mərkəzinə ən uzaq olanı Alış kəndidir ki, burada da məsafə cəmi 12 km-dir. Təəssüf ki, bu kəndlərin yollarının bərpası ilə bağlı heç bir iş görülməyib. Olduqca yararsız vəziyyətdə olan yollardan istifadə etmək hər 3 kəndin sakinləri üçün çox çətindir. Payız və qış aylarında yollar bərbad vəziyyətdə olur. Dəfələrlə müraciət etsək də, heç bir iş görülməyib”. Sakinlərin sözlərinə görə, 4 il əvvəl Ərməki kəndinin qazlaşdırılması həyata keçirilsə də, Alış və Yuxarı Digah kəndləri hələ də qazla təmin edilməyib: “Bu gün həmin kənd sakinləri evlərini qızdırmaq üçün ətraf meşələrdən daşıdıqları odunlardan istifadə edirlər. XXI əsrdir, amma Azərbaycanın ən çox turist qəbul edən rayonlardan birinin kəndləri hələ də qazsızdır”. Qeyd olunub ki, 100 nəfərdən çox şagirdin təhsil aldığı Yuxarı Digah kəndində şəhid Cəlal Mustafayev adına orta məktəb məktəb binası qəzalı vəziyyətdədir.
2024-02-06
829,721
Laçında daha bir müəssisə açıldı - Foto
Laçında ekoodun müəssisəsi fəaliyyətə başlayıb. Axar.az xəbər verir ki, bu barədə Bakı Abadlıq Xidməti MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Lalə Əliyeva məlumat yayıb. O bildirib ki, ekoloji təmiz məhsul sayılan ekoodun digər müəssisələrdəki istehsalat qalıqlarından, məsələn, mebel qırıqlarından, kəsinti və tullantılardan hazırlanır: “Həmin qalıqlar yüksək hərarətli peçlərdə preslənir və ekoodun əldə olunur. Bu prosesi həyata keçirmək üçün İtaliyadan xüsusi avadanlıq gətirilib. “Bakı Abadlıq Xidməti” öz ənənəsinə uyğun olaraq, bu dəfə də işə yeni müəssisədə təlimlər keçməklə başlayıb. Müasir avadanlığın quraşdırılması, işə salınması, yeni texnologiya ilə işləyən laçınlılara xüsusi kursların keçirilməsi italiyalı mütəxəssislər tərəfindən icra olunub. Artıq təlim prosesi başa çatıb, müəssisə istehsalata başlayıb. Hazırda Laçındakı ekoodun müəssisəsində 12 yerli sakin çalışır. Bu məhsula tələb artdıqca təklif də çoxalacaq və istehsalat genişlənəcək”. L.Əliyeva qeyd edib ki, ekoloji odun adi odundan daha uzun müddət yanması ilə fərqlənir: “Bu prosesin ekoloji cəhətdən də böyük üstünlükləri var. Ekoodun əldə olunanda ağac məhv edilmir, yalnız əvvəlki istehsalat zamanı qalan qalıqlardan hazırlanır. Bu da itkisiz istehsalat deməkdir. Bir müəssisənin məhsullarının qalıq və qırıntıları hesabına ikinci müəssisənin fəaliyyəti təmin edilir. Ekoodundan hər növ soba və kaminlərdə istifadə etmək olur. Qida sənayesində, kafe və restoranlarda, təbiət qoynundakı pikniklərdə, samovar və manqallarda da bu odun işə çox yarayır. Həmçinin istehsal zamanı heç bir kimyəvi qatqıdan istifadə edilmir. Bu məhsulun ən vacib cəhəti ekoloji təmiz məhsul olmasıdır”.
2024-02-06
829,725
Əsgərlikdən yayındırmaq üçün saxta arayışlar hazırladı
Hərbi xidmətdən qanunsuz yayınma hallarına qarşı kompleks mübarizə tədbirləri davam etdirilir. Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumat yayıb. Bildirilib ki, müddətli həqiqi hərbi xidmətdən yayınmaq məqsədilə ali təhsil almaq barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinə təqdim edilməsi üçün saxta arayışlar hazırlayan şəxsin qanunsuz əməlləri ifşa edilib. Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma zamanı Fuad Elçin oğlu Xəlilov tərəfindən 2023-cü ildə müddətli hərbi xidmət keçməkdən yayınmalarına köməklik göstərilməsi məqsədilə 2 nəfər Qəbələ rayon sakininin guya Türkiyə Respublikasının Sakarya Universitetində təhsil almalarına dair saxta sənədlər hazırlaması və bunun müqabilində həmin şəxslərin valideynlərindən müxtəlif vaxtlarda ümumilikdə 6300 manat pul almasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Baş İdarədə Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 320.1-ci (rəsmi sənədi qanunsuz hazırlama və satma) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib. Müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı kompleks mübarizə tədbirləri bundan sonra da davam etdiriləcəkdir.
2024-02-06
829,728
AB səfiri Azərbaycan mediasını ittiham etdi
Təəssüf edirəm ki, son günlər Azərbaycanda bəzi media orqanları AB-nin Ermənistandakı missiyasına qarşı tamamilə əsassız ittihamlar dərc edir. Axar.az xəbər verir ki, bu sözləri Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko özünün sosial şəbəkə səhifəsində qeyd edib. “Mən vurğulayıram ki, EUMA( EU Mission in Armenia - AB-nin Ermənistandaki missiyası) mülki, silahsız bir missiyadır və onun əsas mandatı müşahidədir. Missiyanın mövcudluğu sabitlik və inamın yaradılmasına töhfə vermək məqsədi daşıyır. AB Azərbaycan və Ermənistan arasında sülh nizamlanmasına dəstək üçün səylərini davam etdirəcək”, - səfir bildirib.
2024-02-06
829,729
Rusiya kütləvi raket hücumuna hazırlaşır - Qumenyuk
Rusiya Ukraynanın hava hücumundan müdafiə sisteminin hazırlığını yoxlayır, kütləvi raket hücumuna hazırlaşır. Axar.az xəbər verir ki, bunu Ukraynanın Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Nataliya Qumenyuk deyib. “Düşmən X-59 raketi ilə Nikolayev rayonuna raket hücumu həyata keçirib. Tamamilə mümkündür ki, bu, bir növ kəşfiyyat, hava hücumundan müdafiə sistemlərinin hazırlığını yoxlamaq cəhdidir. Düşmənin kütləvi raket hücumları arasındakı fasilənin artıq kifayət qədər olduğunu görürük. Və bu, gələcək hücumların hazırlandığını göstərə bilər”, - Qumenyuk bildirib.
2024-02-06
829,730
Gürcüstan prezidenti istefası barədə danışdı
Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib ki, o, postunu tərk etmək niyyətində deyil. Axar.az xəbər verir ki, Zurabişvili bu barədə parlamentdəki çıxışı zamanı dövlət başçısı kimi sonuncu illik hesabatında deyib. “Ola bilsin, bəziləri ümid edirdi, ya da hələ də ümid edir ki, məni sındıracaq və sizin qarşınızda verdiyim andımdan dönməyə məcbur edəcək. Əksinə, bu gün də bu andın böyük gücünü hiss edirəm, bu anda və Konstitusiyaya sadiq qalaraq sona qədər yerimdə qalacağam”. Qeyd edək ki, Zurabişvilinin səlahiyyət müddəti bu ilin payızında başa çatır.
2024-02-06
829,732
ATƏT-in seçki prosesi ilə bağlı ciddi iradları…
ATƏT-in seçki prosesi ilə əlaqədar ciddi iradları yoxdur. Axar.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib. "Biz həmişə gizlətmədən bildirmişik ki, bütün beynəlxalq təşkilatlar azad olunan ərazilərdə müşahidələr aparsınlar. Bu həm də Azərbaycan xalqına hörmət kiimi qəbul ediləcək", - o bildirib. MSK sədri qeyd edib ki, ATƏT-in nümayəndələri artıq azad edilən ərazilərdə olublar: "Lakin biz arzu edərdik ki, məhz səsvermə günü beynəlxalq təşkilatların nümayədələri bu ərazilərdə keçirilən seçkilərdə iştirak etsinlər. Ukrayna və Maldivdən olan nümayəndələr hazırda azad olunan ərazidədirlər".
2024-02-06
829,738
Seçkilərin ilkin nəticələri nə vaxt elan olunacaq?
Fevralın 9-da bütün dairələrdən məlumatlar alındıqdan sonra nəticələr ümumiləşdirilərək ictimailəşdiriləcək. Bu isə yenə də ilkin nəticə sayılacaq. Axar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib. “Yekunda isə Konstitusiya Məhkəməsinin qərarı olacaq. Bu qərar qətidir. Bundan sonra seçilən şəxs andiçmə keçirə biləcək”, - o qeyd edib.
2024-02-06
829,740
Keçmiş erməni deputat qəzada öldü
Keçmiş erməni deputat, İşıqlı Ermənistan Partiyasının üzvü Qrant Ayvazyan ağır yol qəzasında ölüb. Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumata görə, Camışlı-Geqarot yolunda “Toyota Kamri”, “Nissan” və “Ford Tranzit” avtomobilləri toqquşub. Hadisə nəticəsində Ayvazyan ölüb, 1 nəfər isə xəsarət alıb.
2024-02-06
829,741
10 tələbə "Azercell Təqaüdçüsü" adına layiq görüldü
Azercell “Tələbə Təqaüdü 2024” proqramının qaliblərini açıqlayıb Lider mobil operator “Tələbə Təqaüdü 2024” proqramının qalibləri ilə görüşüb. Üç mərhələli seçim prosesində fərqlənən 10 tələbə təhsil müddətinin sonunadək hər ay 300 AZN məbləğində təqaüdlə təmin ediləcək. Eyni zamanda, Azercell qaliblər üçün digər inkişaf imkanları da yaradacaq. Qeyd edək ki, “Tələbə Təqaüdü” proqramına müraciətlərin qəbulu ötən ilin oktyabr ayında açıq elan olunub və bir ay davam edib. Bu müddət ərzində Azercell-in İnsan Kapitalının İdarə Edilməsi departamentinin mütəxəssisləri ölkənin regionlarında da proqramın tanıtımını keçirib. Şirkət əməkdaşları bölgələrdə təhsil alan bir sıra tələbə və müəllim heyəti ilə görüşərək proqram haqqında məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar. Bu il təqaüd proqramı məhz informasiya texnologiyaları, kibertəhlükəsizlik, biznes analitikası, data elmi və marketinq sahələri üzrə bakalavr təhsili alan sonuncu 2 kursun tələbələrini əhatə edib. Proqrama qatılmaq üçün ümumilikdə 600-dən çox tələbə müraciət edib ki, onlardan 100-ü ilkin tələblərə cavab verərək növbəti seçim mərhələsinə dəvət alıb. İkinci seçim mərhələsində müxtəlif tapşırıqlar əsasında iştirakçıların elmi potensialı qiymətləndirilib. Bu mərhələni uğurla başa vuran tələbələr üzbəüz müsahibələrə qatılmaq imkanı əldə ediblər. Xatırladaq ki, 2009-cu ildən etibarən təşkil edilən “Tələbə Təqaüdü” proqramından bu günədək ölkənin müxtəlif universitetlərində təhsil alan 300-ə yaxın tələbə faydalanıb. Azərbaycanda yeni İKT mütəxəssislərinin inkişafını, tərəqqi və innovasiyaların tətbiqini diqqət mərkəzində saxlayan Azercell bu istiqamətdə gördüyü işləri davam etdirəcək.
2024-02-06
829,742
DSMF pulumuzu “idarə edirsə”, faiz niyə vermir?
DSMF deyir ki, 1 mlrd. 50 mln. manat sərbəst vəsaiti var. Fond bu vəsaiti ölkənin 5 aparıcı, dayanıqlı bankına depozit qoyub, faiz qazanır və bunu “investisiya fəaliyyəti” adlandırır. Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli tənqidlərinə cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun yaydığı açıqlamanı şərh edərkən deyib. Ekspert bildirib ki, adətən təqaüd fondları investisiya ilə məşğul olur, qiymətli kağızlar, səhmlər alır, istehsal və xidmət müəssisələrinə yatırım qoyub onların sahibinə, baş investoruna çevrilir, yeni iş yerləri yaradırlar: “Azərbaycanda isə DSMF ancaq banka faizə pul yerləşdirib, adını da “investisiya” qoyub. DSMF deyir: “Bu addım sərbəst vəsaitin səmərəli idarəetmə yolu ilə dəyərinin qorunmasına xidmət edir. İnvestisiya fəaliyyətindən əldə olunan gəlirlərin isə sosial müdafiə ilə bağlı islahatlar, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi, işğaldan azad edilmiş ərazilərdə sosial infrastrukturun yaradılması və s. istiqamətlərdə sərf olunması nəzərdə tutulur”. Faktiki olaraq DSMF emosional şantajla məşğuldur. Təbii ki, hamımız şəhid və qazi ailələrinin sosial vəziyyətinin yaxşılaşmasına çalışmalıyıq, onların bütün ehtiyaclarının ödənilməsi boynumuzun borcudur. Amma dövlət bu şəxslərə daim yardım göstərir, büdcədən ayrıca vəsait ayırır, bu zaman DSMF-nin faizə pul qoymasını belə izah etməsi qəbuledilməzdir – o zaman DSMF tam hesabat versin ki, nə qədər faiz gəliri götürüb, həmin vəsaitdən rəhbər və digər işçilərə əlavə maaş-mükafat verilibmi?!” Ekspert bildirib ki, DSMF dövlət qurumudur, vəsaiti istənilən kimi xərcləyə bilməz, xərcləri parlament təsdiq etməlidir: “Bundan başqa, DSMF vətəndaşın pulunu idarə edirsə, qazancından vətəndaşa niyə pay vermir?! İndi DSMF deyəcək ki, vətəndaşın pulunu 8,8% indeksləşdirəcəyik, daha nə istəyirsən?! Bunu da deyə bilməz, çünki 8,8%-i mənə büdcə verir, DSMF yox. İndi görün necə bir vəziyyət yaranır: məsələn, mənim DSMF-də 30 mindən çox vəsaitim var, DSMF həmin vəsaiti qoyur banka, faiz qazanır (hansı faizlə depozit qoyduqlarını da açıqlamırlar), mən, tutalım, gedirəm banka kredit götürməyə, həmin banka da DSMF depozit qoyub, deməli, bank öz vəsaitimi (DSMF-də olan) mənə 15-18%-lə kredit verir; bank mənim pulumu özümə verməklə pul qazanır, həmin pulun bir hissəsini də DSMF-yə depozit faizi kimi ödəyir. Beləliklə, mən ikiqat ziyana düşürəm – öz pulumu özümə 15-18%-lə kredit verirlər. Belə yanaşma ədalətli ola bilərmi?!”
2024-02-06
829,747
Qarabağdakı seçicilərin sayı… - MSK sədri
Qarabağda təşkil edilən 26 seçki məntəqəsində rəsmi qeydiyyata görə 23 minə yaxın seçici var. Axar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib. O bildirib ki, bu rəqəmlər qeydiyyat və digər səbəblərdən dəyişə bilər.
2024-02-06
829,749
"Xalq Sığorta"nın səhifəsində rüsvayçı görüntülər... - Foto
"Xalq Sığorta"nın rəsmi Feysbuk səhifəsi oğurlanaraq "Çılğın ögey ata və gəlini" adlı filmdən fraqmentlər yayımlanıb. Axar.az xəbər verir ki, "Xalq Sığorta"nın Biznesin inkişafı idarəsinin departament nümayəndəsi Altun Şabanov Teleqraf.com-a açıqlamasında bildirib ki, "Xalq Sığorta"nın mütəxəssisləri hazırda səhifənin geri qaytarılması üçün çalışırlar. "Əsas öncəliyimiz iyrənc paylaşımları dayandırıb səhifənin geri qaytarılması ilə bağlıdır. Səhifənin niyə oğurlanması, harada boşluq olması ilə bağlı məsələlər müvafiq araşdırmadan sonra ortaya çıxacaq. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib", - o bildirib. Altun Şabanov dələduzların ölkə xarici və ya daxilində olması barədə hələlik məlumatsız olduqlarını söyləyib. Məsələ sosial mediada müzakirələrə səbəb olub. Paylaşımlarda izləyicilər "Xalq Sığorta"nı öz səhifəsini kiberhücumlardan sığortalaya bilməməkdə ittiham ediblər.
2024-02-06
829,751
Abşeronda Hindistan vətəndaşının meyiti tapıldı
Hindistan vətəndaşı Abşeronda ölü tapılıb. Axar.az Report-a istinadən xəbər verir ki, Hindistan vətəndaşı - 1964-cü il təvəllüdlü Zaveri Sehnaz Saifuddin qızı Abşeron rayonunda kirayə yaşadığı evdə ölü tapılıb. Faktla bağlı araşdırma aparılır.
2024-02-06
829,752
Ermənistandan Gürcüstana gedən yol bağlandı
Gürcüstandan Ermənistanla sərhədə qədər olan yol qar fırtınası və görünüş məsafəsinin aşağı olması səbəbindən bütün növ nəqliyyat vasitələri üçün bağlanıb. Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb. Qeyd edilib ki, fevralın 5-i axşam saatlarından etibarən Mtsxeta-Stepantsminda-Lars beynəlxalq magistral yolunun Qudauri-Kobi hissəsində bütün növ nəqliyyat vasitələri üçün hərəkət qadağan edilib.
2024-02-06
829,753
KDP xəbərdarlıq etdi: Azərbaycanda “mübahisəli ərazi”...
Azərbaycanın qərb bölgəsində kürdlərlə azərbaycanlılar arasında münaqişəli bölgələrin probleminin həlli ilə bağlı razılığa gəlinməsə, İslam Respublikası dağıldıqdan sonra Nəqədədə faciə yaşanacaq. Axar.az xəbər verir ki, bunu İranın Kürdüstan Demokrat Partiyasının baş katibi Xalid Əzizi deyib. Onun Azərbaycanın tarixi torpağı olan Sulduz (Nəqədə) bölgəsini “münaqişəli və mübahisəli ərazi” adlandırması güneyli fəallar tərəfindən birmənalı qarşılanmayıb. Fəallar Xalid Əzizinin Sulduzu “münaqişəli və mübahisəli bölgə” kimi qələmə verməsini Azərbaycan torpaqlarına qarşı ərazi iddiası kimi qiymətləndiriblər. Qeyd edək ki, Qərbi Azərbaycan əyalətinin bir sıra bölgələrində, o cümlədən Sulduz mahalında buraya sonradan köçürülmüş mühacir kürdlər məskunlaşdırılıb. Bu, bir sıra radikal milliyyətçi kürd təşkilatlarının Azərbaycan torpaqlarına ərazi iddialarına səbəb olub. Rejimə qarşı mübarizədə xalqlar arasında birliyin pozulması məqsədilə Tehran hakimiyyəti həmin iddiaların güclənməsi və təbliğinə zəmin yaradır.
2024-02-06
829,756
Qəzzada atəşkəsə mane olan ən böyük səbəb...
HƏMAS liderləri arasındakı çəkişmələr atəşkəs və girovların azad edilməsi ilə bağlı müzakirələrin ləngiməsinə səbəb olur. Axar.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb. Qeyd edək ki, HƏMAS rəhbəri Yəhya Sinvar, eləcə də təşkilatın digər liderləri İsrailin girovları azad etməsi müqabilində Qəzzada altı həftəlik atəşkəsə hazır olduqlarını bildiriblər.
2024-02-06
829,758
Bayramov Lebedevlə görüşdü
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar prezident seçkilərinin müşahidəsi məqsədilə ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedevi qəbul edib. XİN-dən Axar.az-a verilən məlumata görə, görüş zamanı MDB çərçivəsində gündəlikdə duran aktual məsələlər, əməkdaşlıq perspektivləri, habelə növbədənkənar prezident seçkilərinin müşahidəsindən irəli gələn məsələlər müzakirə olunub. Nazir Ceyhun Bayramov Azərbaycanın MDB ölkələri ilə ikitərəfli, o cümlədən Birlik çərçivəsində çoxtərəfli əməkdaşlığı uğurla davam etdirdiyini bildirərək, Birliyə üzvlüyümüzün sosial, mədəni, humanitar sahələrdə münasibətlərin daha da inkişafına töhfə verdiyini diqqətə çatdırıb. Cari ilin 7 fevral tarixində baş tutacaq növbədənkənar prezident seçkiləri ilə bağlı görülən işlər barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov sözügedən seçkilərin 30 ildən artıq müddətdən sonra ilk dəfə işğaldan azad olunmuş ərazilərimizdə keçirilməsi ilə əlamətdar olduğunu vurğulayıb. Seçkilərin təşkili ilə bağlı bütün hazırlıq işlərinin görüldüyü, eyni zamanda beynəlxalq müşahidəçilərin, habelə xarici media nümayəndələrinin seçkiləri müşahidə etməsi üçün lazımi tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb. Nazir Ceyhun Bayramov həmçinin Xarici İşlər Nazirliyi tərəfindən ölkə xaricində yaşayan, habelə uzunmüddətli xarici ezamiyyətdə olan vətəndaşlarımızın seçki hüquqlarını həyata keçirməsi məqsədilə aidiyyəti işlərin görüldüyünü, bu istiqamətdə 37 xarici ölkədə 49 seçki məntəqəsinin yaradıldığını bildirib. Baş katib Sergey Lebedev Azərbaycanda keçiriləcək seçkilərin müşahidəsində iştirakla bağlı dəvətə görə təşəkkür ifadə edərək, hazırlıq işlərinin peşəkarlıqla aparılmasının təqdirəlayiq olduğunu bildirib. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
2024-02-06
829,764
Nikol mövqeyini itirir, Simonyan hakimiyyətə can atır
Son günlər baş verənlər göstərdi ki, hakimiyyət daxilində, ruslar demişkən, “gəmidə üsyan” var. Düşünürəm ki, baş verənlər sırf daxili siyasi məsələdir və dünya oyunçularının bununla heç bir əlaqəsi yoxdur. Bu, gözlənilən proses idi və hökumət daxilində aşkar böhran görürük.Bir ildir bu haqda danışıram ki, Ermənistanda hakimiyyət dəyişikliyi küçədə deyil, hakim elita daxilində baş verə bilər. Axar.az xəbər verir ki, bunu erməni politoloq Argişti Kiviryan deyib. “İndiki erməni reallıqları, yəni Feysbukda qardaşına dəstək olaraq şəkil yerləşdirən Alen Simonyanın demarşı göstərir ki, bu, nə demokratik, nə də avtoritar ölkədir, bura, sadəcə olaraq “bardaqdır”. Əslində, Simonyan bu əməli ilə Nikolu pis vəziyyətə salır. O, bu gücü və siyasi resursu “köhnələr”dən alır, çünki çox güman ki, özünü müəyyən mənada “köhnələr”lə körpü hesab edir. Ya da körpülərdən biri. Ermənistanın parlament ölkəsi olması baxımından Simonyan amili vacibdir. Çünki Paşinyan icra hakimiyyətinin, Simonyan isə qanunvericilik orqanın rəhbəridir. Belə hallarda biz əslində icra və qanunvericilik orqanlarının rəhbərləri arasında dərin böhranla üzləşirik. Bizim kimi parlamentli ölkələrdə bu böhranlar həll olunmasa, bütün sistemi çökdürə bilər. Burada bircə məntiqi həll var, kimsə istefa verməlidir və bu baş verməsə, yəni vəziyyət belə qalsa, o zaman hakimiyyətdəki bu “çatlar” daha da dərinləşəcək. Belə çıxa bilər ki, hakimiyyət daxilində insanlar Simonyanın simasında başqa bir mərkəzin olduğunu görüb Paşinyana qarşı çıxa bilərlər. Bu sadəcə aksiomdur. İndiyədək səssiz qalan və hakimiyyəti daxilində paralel mərkəzlərin yaradılması prosesini həll edə bilməyən Paşinyan faktiki olaraq öz mövqeyindən əl çəkir. Məsələ burasındadır ki, Ermənistanda 30 ildə siyasi meydan formalaşmayıb, amma dəstələr yaradılıb - əvvəllər dəstələr olub, indi də dəstələr var. Buna görə də qanqster qanunlarına əməl edirlər”, - o bildirib.
2024-02-06
829,766
İrəvandakı partlayış: 34 ev dağıldı
İrəvanın Nor Areş məhəlləsində baş verən partlayış nəticəsində 34 evə ziyan dəyib. Evlərin 3-ü tamamilə, 3-ü qismən dağılıb, qalanlarının pəncərə və qapıları sınıb. Axar.az xəbər verir ki, bu barədə İrəvan meriyası məlumat yayıb. Meriya qeyd edib ki, partlayış nəticəsində evlərini itirənlər dünən yaxınlarının və dostlarının yanına sığınıb. Xatırladaq ki, ötən gün Nor Areş küçəsində partlayış baş vermiş, nəticədə 2 nəfər ölmüş, 2 nəfər yaralanmışdı.
2024-02-06
829,768
Kömək olmasa, Ukrayna su tapançaları ilə döyüşəcək - Mişel
Avropa Birliyinin köməyi olmadan Ukrayna Silahlı Qüvvələri su tapançaları ilə döyüşməli olacaq. Axar.az xəbər verir ki, bunu Avropa Şurasının Prezidenti Şarl Mişel Avropa Parlamentində çıxışı zamanı deyib. “Siz nə istəyirsiz? İstəyirsiz ki, Ukrayna su tapançaları, diskusiyalarla döyüşsün?” - Mişel Ukraynaya yardım ayırmağın əleyhinə çıxış edən deputatlara cavabında bildirib.
2024-02-06
829,770
Paşinyanın reytinqi kəskin düşdü
Ermənistanda əhalinin 15.1 faizi Baş nazir Nikol Paşinyana tam güvənir. Axar.az xəbər verir ki, bunu “Qallup” beynəlxaq şirkətinin Ermənistandakı nümayəndəsi Aram Navasardyan 23-26 yanvar tarixlərində keçirilən sorğunun nəticələri ilə bağlı açıqlamasında deyib. Onun sözlərinə görə, respondentlərin 13.9 faizi sadəcə güvəndiyini, 28.3 faizi isə güvənmədiyini deyib. 38.1 faiz isə bildirib ki, Nikol Paşinyana ümumiyyətlə güvənmir. Cəmi 4.6 faiz isə suala cavab verməkdə çətinlik çəkdiyini deyib. Qeyd edək ki, ötən ilin noyabrında keçirilən sorğuda respondentlərin 20.4 faizi tam güvəndiyini, 13.2 faizi güvəndiyini, 18.6 faizi güvənmədiyini, 35.5 faizi isə ümumiyyətlə güvənmədiyini demişdi. Suala cavab verməkdə çətinlik çəkənlər isə 12.3 faiz təşkil etmişdi.
2024-02-06
829,779
Qəzzada İsrailin hərbi helikopteri vuruldu
İzəddin Əl-Qəssam Briqadasının döyüşçüləri Qəzzada İsrail ordusuna məxsus “Apaçi” helikopterini vurublar. Axar.az xəbər verir ki, bu barədə qruplaşmanın Teleqram kanalında məlumat verilib. Məlumata görə, helikopter Qəzzanın qərbində vurulub.
2024-02-06
829,783
Livan Britaniyaya nota verdi
Livanın Xarici İşlər Nazirliyi Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun Beyruta səfərinə etirazını bildirib. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Livanın “Əl-Mayadin” telekanalı məlumat yayıb. Bildirilib ki, Livanın xarici işlər və miqrasiya naziri səlahiyyətlərini icra edən Abdalla Habib krallığın Beyrutdakı səfiri Xemiş Kouelli nazirliyə çağıraraq ona etiraz notası təqdim edib. Buna səbəb Devid Kemeronun Livan Xarici İşlər Nazirliyini ziyarət etməməsi göstərilib. Qeyd edək ki, britaniyalı nazir fevralın 1-də Beyruta səfəri zamanı Livanın Baş naziri Nəcib Mikati və parlament sədri Nabih Berri ilə görüşüb.
2024-02-06
829,784
Silahlı gənclər polis bölməsinə hücum etdi: 26 ölü
Cənubi Sudanda silahlı gənclərin polis bölməsinə və bazara hücumu zamanı toqquşmalar baş verib. Axar.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Toqquşmalar nəticəsində azı 26 nəfərin öldüyü bildirilib. Qeyd edək ki, Cənubi Sudanda qruplar arasında son vaxtlar baş verən toqquşmalar torpaq və təbii sərvətlərə dair mübahisələrlə bağlıdır.