date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-02-09
830,727
Bayden Sisini “Meksika prezidenti” adlandırdı - Video
Bayden keçirdiyi mətbuat konfransında Misir Prezidenti Əbdülfəttah əs-Sisini “Meksika prezidenti” adlandırıb. Axar.az xəbər verir ki, Ağ Evin rəhbəri bunu Qəzza ilə bağlı sualı cavablandırarkən deyib. Prezident eyni zamanda onun haqqında hazırlanan məhkəmə hesabatında yaddaşının zəifliyi ilə bağlı ittihamlara etirazını bildirib: “Mənə hafizəmin yaxşı olmadığını deyilir, yaddaşım yaxşıdır. Oğlumun vəfat etdiyi ili xatırlamadığım qeyd olunub. Buna necə cürət edirlər? Kim bunu unuda bilər?” Sözügedən hesabatda Baydenin vitse-prezidentliyi dövrdə məxfi sənədləri evinə apardığı vurğulanıb və Ağ Ev rəhbəri “xoş niyyətli, zəif hafizəsi olan yaşlı biri” kimi xarakterizə edilib.
2024-02-09
830,728
ABB Naxçıvanda 9 ailənin biznes qurmasına kömək göstərib
ABB özünüməşğulluq proqramı çərçivəsində Naxçıvan Muxtar Respublikasında 9 ailənin kiçik biznes qurmasına dəstək verib. Beləliklə, ABB-nin özünüməşğulluq proqramı üzrə dəstək verdiyi ailələrin sayı 146-a çatıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icra etdiyi özünüməşğulluq proqramı əsasında aztəminatlı ailələr öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir. ABB həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq proqramı, həm də Nazirliklə Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində həssas əhali qruplarının özünüməşğulluğuna dəstək verir. Həmin ailələri Dövlət Məşğulluq Xidməti müəyyən edib. Məqsəd ailələrə kiçik biznes qurmaq, yaxud mövcud bizneslərini inkişaf etdirmək üçün şərait yaratmaqdır. Proqramın unikallığı vətəndaşlara nağd vəsaitin ayrılmaması, göstərilən köməyin sırf biznes yönümlü olması və daimi məşğulluğa yönəlməsidir. ABB də kiçik və orta biznesə dəstək niyyətindən, dayanıqlı inkişaf məqsədlərindən irəli gələrək bu proqramda fəal iştirak edir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.
2024-02-09
830,735
Temperatur 23 dərəcəyə yüksələcək
Bakıda və Abşeron yarımadasında fevralın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-11° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75%, gündüz 45-55% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 1-6° isti, gündüz 7-12° isti, bəzi yerlərdə 16° isti olacaq.
2024-02-09
830,737
ATƏT-in baş katibi İlham Əliyevə məktub göndərdi
ATƏT-in Baş katibi Helqa Maria Şmid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Axar.az bəyanatın mətnini təqdim edir: "Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırmaq və fürsətdən istifadə edib yeni səlahiyyət müddətinizdə Sizə müvəffəqiyyətlər arzu etmək istərdim. Daha təhlükəsiz və firavan ATƏT regionu naminə birgə fəaliyyətimizi davam etdirməyi səbirsizliklə gözləyirəm. Bu baxımdan, qarşıdan gələn Münxen Təhlükəsizlik Konfransı zamanı Sizi yenidən görmək və təbriklərimi şəxsən çatdırmaq fürsətinə malik olacağıma ümid edirəm. Azərbaycan və ATƏT arasında mövcud olan uzunmüddətli əməkdaşlığın qarşıdakı aylar ərzində inkişaf etməkdə və möhkəmlənməkdə davam edəcəyinə inanıram. Zati-aliləri, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
2024-02-09
830,744
Tramp seçilsə, dünyada nələr dəyişəcək?
Donald Trampın reytinqi yüksəkdir. Amerikalı ekspertlərin fikrincə, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp olacaq. Bu baş verərsə, ABŞ-ın tarixində ilklərlə yadda qalacaq. Birincisi, ABŞ-da prezidentlər adətən konqresmenlər və ştatların qubernatorları olur. İş adamı olan Tramp nə konqresmen, nə də qubernator olub. Buna baxmayaraq, o, populyarlığı hesabına 2016-cı ildə ölkəsinin prezidenti seçildi. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Donald Tramp yenə prezident seçilərsə, bu, ABŞ tarixində başqa bir ilk olacaq: “ABŞ-da prezident seçkisində məğlub olan şəxs adətən sonradan prezidentliyə namizəd olmur. Tramp isə ötən seçkidə məğlubiyyətinə rəğmən, yenidən Ağ Evə qayıtmaq istəyir və onun yüksək reytinqi buna şərait yaradır. Tramp yenə eyni vədlər verir, “mühacirləri ölkələrinə göndərəcəm”, “sərhədləri gəlmələr üçün qapadacam”, “Ukraynaya hərbi və maliyyə dəstəyini dayandırıb Rusiya-Ukrayna müharibəsinə son qoyacam”. “Vaşinqton Post” qəzetinin yazdığına görə, Tramp prezident seçildiyi halda Çinə qarşı ticarət müharibəsinə də başlayacaq. Məqalədə Trampın Çinə qarşı yeni planının olduğu yazılıb. Bu, qlobal ticarət müharibəsinə səbəb ola bilər. Tramp öz müşavirləri ilə Çin məhsullarına 60 faizlik gömrük rüsumunun tətbiqini müzakirə edib. Bundan başqa Tramp Çinlə ticarət əlaqələrinin statusunu azaltmağa çalışacaq. Donald Tramp prezident olduğu illərdə də Çinə qarşı sərt iqtisadi siyasət həyata keçirib. ABŞ-ın hazırki Prezidenti Cozef Bayden Trampın Çinlə bağlı qərarlarını dəyişməyib. Misal üçün Bayden Trampın 2018-ci ildə Çin məhsullarına tətbiq etdiyi rüsumları ləğv etməyib. Tramp Çin yarımkeçiricilərinin idxalını da məhdudlaşdırmışdı. Bayden Trampın bu qərarını da qüvvədə saxlayıb. Donald Tramp seçkiqabağı çıxışlarında Çinə olan münasibətini gizlətmir: “Mən ABŞ tarixində kommunist Çinə qarşı ən sırt siyasət yürüdən prezident idim. Bunun sayəsində yüz milyardlarla dollara qənaət etmiş olduq, o biri prezidentlərin Çinlə münasibətlərinin Amerika üçün heç bir faydası yox idi”. Tramp prezident seçilərsə, vədlərini yerinə yetirəcəkmi? Tramp bu mənada digərlərindən fərqlənir. O, ötən dəfə də prezident seçilən kimi ilk gündən vədlərini yerinə yetirməyə başladı. Ona görə də Trampın Çinlə bağlı söylədikləri sadəcə vəd deyil, onun Ağ Evə sahib olacağı halda Vaşinqtonun Pekinlə münasibətlərinin gərginləşəcəyini ehtimal etmək olar. 2023-cü ilin noyabr ayı üçün Çin ABŞ-ın xarici ticarətində Meksika və Kanadadan sonra üçüncü sırada qərar tutub. Trampın prezident seçiləcəyi halda Çin ABŞ-ın xarici ticarətində yerini başqasına təhvil verəcək”.
2024-02-09
830,745
Netanyahu bu şəhərə daxil olmaq əmri verdi
İsrailin Baş naziri Benyamin Netanyahu İsrail ordusunun Rəfaha daxil olması üçün hazırlıq əmri verib. Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb. Qeyd edək ki, ABŞ İsrailə Rəfah şəhərinə mümkün əməliyyatın fəlakət ola biləcəyi xəbərdarlığını etsə də, İsrail bu gecə Qəzzanın mərkəzinə və Rəfah şəhərinə aviazərbələr endirib.
2024-02-09
830,746
Tural İbadlıya yeni vəzifə verildi
Jurnalist Tural İbadlıya yeni vəzifə verilib. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Feysbuk hesabında paylaşım edib. Məlumata görə, Tural İbadlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) ictimaiyyətlə əlaqələr üzrə meneceri təyin edilib.
2024-02-09
830,748
Rusiya müharibəni bu vəziyyətdə saxlamaq istəyirmi?
Gec-tez Ukrayna və Rusiya razılığa gələcək. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib. “Bilirsiniz necədir, hətta, bugünkü situasiyada qəribə səslənə bilər: onsuz da xalqlar arasında münasibətlər bərpa olunacaq. Bu, çox vaxt aparacaq, amma olacaq”, - o bildirib. Vəziyyəti indi olduğu kimi saxlamağa hazır olub-olmaması sualını cavablandıran Putin qeyd edib ki, bu, danışıqların mövzusudur: “Amma hələlik heç kim Rusiya ilə danışıqlar aparmır. Onların nə istədiklərini bilirəm, təkcə görmürəm, həm də nə istədiklərini bilirəm, ancaq onlar bunu necə edəcəklərini anlaya bilmirlər”.
2024-02-09
830,750
Berlində bu küçəyə azərbaycanlının adı verilir
Berlində İran səfirliyinin yerləşdiyi küçəyə zəncanlı hüquq müdafiəçisi, Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədinin adı veriləcək. Axar.az xəbər verir ki, bu barədə Aksel Springer Almaniya Fondu məlumat yayıb. Fondun məlumatına görə, bununla bağlı kampaniya başladılıb və küçənin adının dəyişdirilməsi üçün şəhər rəhbərliyinə müraciət olunub. Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.
2024-02-09
830,751
İlham Əliyev və oğlu “Akıncı”nı izlədilər - Video
12:52 Fevralın 9-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olub və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər. Axar.az xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə raport verdi. Prezident İlham Əliyev PUA Akademiyasında yaradılan şəraitlə tanış oldu. Müdafiə naziri və Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar dövlətimizin başçısına Akademiyada yaradılan şərait və pilotsuz uçuş aparatları barədə məlumat verdilər. Bildirildi ki, burada hərbi qulluqçuların hazırlığı üçün hər cür şərait yaradılıb. Akademiya müasir standartlara cavab verən bütün növ zəruri texnika və avadanlıqlarla təchiz olunub. Sonra Ali Baş Komandan yeni hərbi obyektdə müxtəlif tipli PUA üçün uçuş-enmə zolağına gəldi. “Akıncı” hücum PUA-sının havaya qalxmasını izlədikdən sonra idarəetmə məntəqəsinə gələn Prezident İlham Əliyev burada PUA-nın idarəolunmasını praktiki həyata keçirdi. PUA-nın yerə enməsini izləyən Azərbaycan Prezidenti uçuş vasitəsinin üzərinə xatirə imzasını çəkdi. Daha sonra Prezident İlham Əliyev yeni inşa edilmiş anqar komplekslərinə baxış keçirdi. Anqarlar müxtəlif tipli pilotsuz uçuş aparatları, eləcə də silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-sı və digər aviasiya-texniki vasitələrin saxlanılması üçün nəzərdə tutulub. Müzəffər Ali Baş Komandan burada “Akıncı” hücum PUA-sı və aviabombaları ilə də tanış oldu.
2024-02-09
830,752
Azərbaycan Türkiyədən bu PUA-ları da aldı
Azərbaycan Türkiyədən yeni “Akıncı” hücum pilotsuz uçuş aparatları (PUA) alıb. Axar.az xəbər verir ki, həmin PUA-lar Hərbi Hava Qüvvələrində silahlanmaya qəbul edilib. Qeyd edək ki, fevralın 9-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olublar və “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər.
2024-02-09
830,755
“Qarabağ”-“Braqa” oyununun biletləri satışda – 300 AZN...
UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Braqa” komandaları arasında keçiriləcək cavab oyununun biletləri satışa çıxarılıb. Ağdam klubundan Axar.az-a verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matçın biletlərinin qiyməti, müvafiq olaraq, 5, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorları üçün biletlər isə 300 manata satılır. Biletləri müvafiq satış məntəqələrindən, “Qarabağ”ın Park Bulvardakı fan-şopundan, mərkəzi arenanın və Heydər Əliyev sarayının kassalarından əldə etmək olar. Qeyd edək ki, “Qarabağ” “Braqa”ya qarşı ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.
2024-02-09
830,765
Klinton Kremldə bundan imtina etdi - Putin
Yaxşı, 2000-ci ildə prezident oldum. Fikirləşirdim ki, budur, Yuqoslaviya məsələsi bitdi, münasibətləri bərpa etməyə çalışmaq lazımdır, hələ də Rusiyanın keçməyə çalışdığı bu qapını açaq. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsonla müsahibəsində deyib. “Üstəlik, bu barədə açıq şəkildə danışdım. Kremldə Bill Klintonla görüşdə, düz burada, qonşu otaqda ona sual verdim: Qulaq as, Bill, sən nə düşünürsən, Rusiya NATO-ya daxil olmaq məsələsini qaldırsa, sizcə, bu, mümkün olardımı? O da dedi ki, bilirsən, bu maraqlıdır, məncə, hə. Axşam isə şam yeməyində görüşəndə ​​o mənə belə dedi: “Bilirsiniz, mən öz adamlarımla, komandamla danışdım, yox, indi bu, mümkün deyil. Ondan soruşa bilərsiniz, məncə, müsahibəmizi eşidəcək və təsdiq edəcək. Bu baş verməsəydi, heç vaxt belə bir şey deməzdim”, - o bildirib.
2024-02-09
830,767
İran dini rəhbərinin sosial hesabları bağlandı
İranın dini rəhbəri Əli Xameneinin İnstaqram və Feysbuk sosial şəbəkələrindəki bütün səhifələri bağlanıb. Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Məlumata əsasən, Xameneinin İnstaqramdakı farsdilli hesabının 5 milyondan çox izləyicisi olub. Qeyd edək ki, “Meta” hələ ki, Xameneinin hesablarının bağlanma səbəbi ilə bağlı rəsmi bəyanat verməyib. Lakin bəzi kibertəhlükəsizlik ekspertləri hesab edir ki, onun səhifələrindəki HƏMAS və husiləri dəstəkləyən yazılar hesabların bağlanmasına səbəb ola bilər. Çünki bu şirkətin yayım siyasətində “təhlükəli insanları və təşkilatları tərifləmək, dəstəkləmək və ya təmsil etmək” və “zorakılığa təhrik” qayda pozuntusu sayılır və bunları etmək istifadəçilərə qadağandır.
2024-02-09
830,768
Anasının başını kəsib, qonşusunu öldürdü... - Rəsmi
13:31 Kürdəmirdə dəhşətli qətl hadisəsi baş verib. Axar.az Report-a istinadən xəbər verir ki,hadisə rayonun Şıxımlı kəndində qeydə alınıb. İlkin məlumata görə, aralarında yaranan mübahisə zəminində Şıxımlı kənd sakini İlham İsa oğlu Əliyev əvvəlcə anası Nəsibə Soltanəli qızı Əliyevanın başını kəsib, sonra qonşusu Famil Oqtay oğlu Şükürovu qətlə yetirib, bir nəfəri isə ağır yaralayıb. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. *** Bu gün saat 12 radələrində Kürdəmir rayonunun Şıxımlı kənd sakini, 1981-ci il təvəllüdlü İlham İsa oğlu Alıyev yaşadığı evdə anası, 1949-cu il təvəllüdlü Nəsibə Soltan qızı Aliyevaya və həmkəndlisi, 1970-ci il təvəllüdlü Vüqar Davud oğlu Məmmədova, daha sonra isə kənd ərazisində digər bir həmkəndlisi, 1980-ci il təvəllüdlü Famil Oqtay oğlu Şükürova kəsici-deşici alətlə xəsarətlər yetirib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. Qeyd edilib ki, hadisə nəticəsində N.Aliyeva və F.Sükürov ölüb, V.Məmmədov isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisəni törədən şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar aparılır. *** Fevralın 9-da saat 11 radələrində Kürdəmir rayonunun Şıxımlı kəndində 3 nəfərə kəsilmiş-deşilmiş xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Kürdəmir Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırmalarla Kürdəmir rayonunun Şıxımlı kənd sakini İ.Alıyevin yaşadığı kəndin ərazisində anası N.Əliyeva və həmkəndlisi F.Şükürova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsi, tanışı V.Məmmədova isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb, İ.Alıyev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.
2024-02-09
830,771
Bu, ABŞ-ın axmaqlığı və böyük səhvidir - Putin
Dollardan xarici siyasət mübarizəsi vasitəsi kimi istifadə etməsi ABŞ siyasi rəhbərliyinin ən ağır strateji səhvlərindən biridir. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib. “Dollar ABŞ-ın dünyada gücünü saxlamaq üçün əsas silahdır. Siyasi rəhbərlik dollardan siyasi alət kimi istifadə etmək qərarına gəldikdən sonra ABŞ-ın bu gücünə hücum etdi. Ədəbsiz ifadələr işlətmək istəmirəm, amma bu axmaqlıq və böyük səhvdir”, - Putin bildirib. Onun sözlərinə görə, 2022-ci ilə qədər Rusiyanın xarici ticarətinin 80 faizi dollarla aparılırdısa, indi bu rəqəm xeyli azalıb: “2022-ci ilə qədər Rusiyanın xarici ticarətində ödənişlərin təxminən 80 faizi dollar və avro ilə olub. Eyni zamanda, üçüncü ölkələrlə hesablaşmalarımızın təxminən 50 faizini dollar təşkil edirdi və indi, məncə, cəmi 13 faiz qalıb. Amma dollardan istifadəni qadağan edən biz deyildik, buna can atmadıq. ABŞ dollarla ödənişlərimizi məhdudlaşdırmaq qərarına gəldi. Düşünürəm ki, bu, ABŞ-ın özünün, vergi ödəyicilərinin maraqları baxımından tamamilə cəfəngiyatdır. Bu, ABŞ iqtisadiyyatına zərbə vurur və dünyadakı gücünü sarsıdır”.
2024-02-09
830,774
Köçkünlərə bu imkan verilməlidir - Verdizadə
İşğaldan azad olunmuş ərazilərimizdə aparılan yenidənqurma işlərinin sürəti və yaşam şərtlərinin artıq təmin olunması məcburi köçkünlərin ata-baba torpaqlarına qayıdışını şərtləndirib. Bu prosesi yaxından izləyən biri kimi deyə bilərəm ki, məcburi köçkünlərin mütləq əksəriyyəti - həmçinin mən də daxil olmaqla, doğulub boya-başa çatdığım Cəbrayıl rayonunun əhalisi - doğma yurda dönəcəyi günü həyəcanla gözləyir. Bu sözləri Axar.az-a açıqlamasında əslən Cəbrayıl rayonundan olan tanınmış jurnalist Seymur Verdizadə deyib. Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı işlərin icrasında o bölgələrdən olan insanlarımızın istər intellektual, istərsə də fiziki potensialından yararlanmaq ümumi işimizə yalnız fayda verər: “Çünki ünsiyyətdə olduğum çox sayda məcburi köçkün “hər şey hazır olsun, sonra gedək” fikrindən çox uzaqdır. Onlar bu prosesdə yaxından iştirak etməyi, yenidən həyat verəcəkləri torpaqlarda aparılan işlərə cəlb olunmağı çox arzulayırlar. Fikrimcə, bu, həm işçi qüvvəsinin optimallaşdırılması, həm də işlərin daha da sürətləndirilməsi baxımından çox münasibdir”. Seymur Verdizadə qeyd edib ki, müxtəlif ixtisas və peşə sahibi olan məcburi köçkünlər o ərazilərdə həyata keçirilən fəaliyyətdə iştirak etməyi qayıdacaqları doğma torpaqlarda onlara yenidən yaşamaq haqqı verən mənəvi borc kimi görürlər: “Hesab edirəm ki, bu imkan onlara verilməlidir”.
2024-02-09
830,775
İraq İranın bu bankının lisenziyasını ləğv etdi
İraq İranın ən böyük bankı olan İran Milli Bankının lisenziyasını ləğv edib. Axar.az xəbər verir ki, bu barədə “Röyters” xəbər agentliyi məlumat yayıb. Məlumata görə, bu qərarın əsas səbəbi İran Milli Bankına beynəlxalq embarqo qoyulması olub. Qeyd edək ki, 2018-ci ildə ABŞ SEPAH-ın İraqdakı silahlı qruplara maliyyə vəsaiti köçürmək vasitəsi kimi Milli Bankdan istifadə etdiyinə görə bu qruma sanksiya tətbiq edib.
2024-02-09
830,778
ML: Millimizin oyunlarının təqvimi açıqlandı
Azərbaycan millisinin UEFA Millətlər Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi bəlli olub. Axar.az xəbər verir ki, yığma ilk matçını sentyabrın 5-də evdə İsveçə qarşı keçirəcək. Komanda sentyabrın 8-də Slovakiyanın qonağı olacaq. Milli oktyabrın 11-də səfərdə Estoniya, bundan üç gün sonra isə doğma azarkeşlər önündə Slovakiya kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək. Komanda son iki qarşılaşmasını noyabrın 16-da evdə Estoniya, noyabrın 19-da səfərdə İsveçə qarşı keçirəcək.
2024-02-09
830,780
Szinpinin Əliyevə gözlənilməz məktubu...
14:14 7 fevral 2024-cü il seçkisində səsvermə başa çatandan dərhal sonra İlham Əliyevə təbriklərin bir-birinin ardınca sıralanması, təbrik məktubları və zənglərin həcmi və miqyası olduqca əhəmiyyətlidir. Əlbəttə, adət üzrə seçkidən dərhal sonra əsasən dost və müttəfiq ölkələr, strateji tərəfdaşlar önə düşürlər və bu da çox normal siyasi gedişlərdir. Ancaq İlham Əliyevə 7 fevral axşamı gələn təbriklərin mənzərəsi xeyli fərqləndi. Bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal qeyd edib. Onun sözlərinə görə, bu təbriklər içərisində Çin Prezidenti Si Szinpinin də yer alması xüsusilə önəmlidir: “Əlbəttə ki, ilk növbədə qardaş Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğanın təbrik məktubu və zəngini xüsusi vurğulamalıyıq və bu da gözlədiyimizdir. Ancaq etiraf edək ki, dünyanın ən böyük iqtisadi və siyasi mərkəzlərindən biri kimi ABŞ-a meydan oxumaq dərəcəsində olan Çinin dərhal və tərəddüdsüz reaksiyasını əvvəlcədən proqnozlaşdırmaq çətin idi. Bundan öncəki seçkilərdə rəsmi məlumatlar dərc ediləndən, bəzən isə Konstitusiya Məhkəməsi tərəfindən seçki nəticələri təsdiqlənəndən sonra Çinin təbriki müşahidə edilib. Ümumiyyətlə, dünyanın güc mərkəzləri, beynəlxalq oyunçular adətən təbrikə tələsmirlər, rəsmi təsdiqi gözləyirlər. Bu dəfə isə birbaşa Çin sədri şəxsən özü seçki bülletenləri sayılarkən artıq məktub göndərərək, İlham Əliyevi təbrik edənlər sırasında ilklərə qoşuldu. Bu, bir tərəfdən real mənzərəni tam bilən Çinin obyektiv mövqeyidirsə, digər tərəfdən Azərbaycanın beynəlxalq miqyasda hazırkı statusu, regional mövqeyi və tərəfdaşları, o cümlədən Çinlə qurduğu əlaqələrdə sabitqədəmliyinin nəticəsidir. Təsadüfi deyil ki, Çin sədri təbrik məktubundan ümumi, transmilli layihələrə və “Bir kəmər bir yol” proyektinə işarə də etdi”. A.Camalın sözlərinə görə, Çin sədrinin təbrik məktubunda Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyini bildirməsi də önəm daşıyır: “Szinpinin məktubuna diqqət edin: “Mən Çin-Azərbaycan münasibətlərinə böyük əhəmiyyət verirəm, bizim işgüzar münasibətlərimizi və şəxsi dostluğumuzu yüksək qiymətləndirirəm. Sizinlə birlikdə ikitərəfli münasibətlərin inkişafı və bütün sahələrdə əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsində birgə səylər göstərməyə hazıram”. Seçki məntəqələri bağlanan kimi, “ekzit-poll”un və MSK-nın ilkin nəticələrinə əsasən Szinpinin dərhal təbriki Pekinin Bakı ilə strateji əməkdaşlıq istəyində nə qədər maraqlı olduğunun göstəricisidir. Bir məqamı da xüsusilə unutmamalıyıq: Azərbaycanda prezident seçkilərinə Qərbin bəhanə axtarması və bundan hansısa formada təzyiq vasitəsi kimi istifadə cəhdləri fonunda seçki gününün axşamı edilən zənglər və təbriklər həm də siyasi dəstək, səmimi dostluq əlaqələrini nümayiş etdirmək məqsədi daşıyır. Dövlətlərarası münasibətlərdə liderlərin şəxsi keyfiyyətlərinin və şəxsi əlaqələrinin mühüm rol oynadığını da artıq dünya liderləri açıq etiraf edirlər. Beləliklə, hansı mənzərəni görürük? Qərbin “təmənnalı gözləməsi” qarşılığında Çin kimi nəhəng ölkə fürsəti qiymətləndirərək, səmimi münasibətini ortaya qoyur və əlbəttə ki, bu, Azərbaycan liderinə daha sıx dostluq jestidir və heç bir halda unudulmayacaq – nə xalqımız, nə də liderimiz tərəfindən. Digər tərəfdən, Szinpinin ardınca, yəni seçkidən bir gün sonra Çin Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Azərbaycan xalqının seçiminə hörmət etdiyini bir daha elan etdi. Yəni Qərb “ayılınca”, Çinin iki ardıcıl jestini müşahidə edirik. Bir daha altını cızaraq xatırladım ki, Çinin bu cür operativ təbriki çox nadir hallarda olur”. Aynur Camal AŞPA-nın qərəzi, ATƏT müşahidə missiyasının isə “tənqid naminə tənqid” üçün etdiyi gedişlər fonunda AB Şurası Prezidenti Şarl Mişelin zəngini də təsadüfi saymayıb: “İlham Əliyevə 7 fevral gecəsindən başlayaraq gələn təbriklər dünyanın yeni nizamından maraqlı şəkillənməni təsəvvür etməyə yardım edir. Bu təbriklərlə xəritəni cızmağa çalışaq: Çin, Rusiya, Orta Asiya, İran, Türkiyə, Macarıstan, Serbiya, Albaniya, Belarus, Kıprıs, ərəb ölkələrindən bəziləri və s. Yəni Azərbaycandan keçən dəhlizlər, meqalayihələr, iqtisadi tərəfdaşlar... Məncə, AB Şurası da bu təbriklər seli səbəbindən dərhal İlham Əliyevə zəng etmək zərurətini anladı və siyasi şəraiti doğru qiymətləndirməyə cəhd etdi. Açıq desək, Şarl Mişel gözləməyin AB maraqlarına zərbə olduğunu başa düşdü. Daha maraqlı mənzərə isə ATƏT ilə bağlıdır: ATƏT-in Azərbaycandakı müşahidə missiyası “rəqabət mühitinin olmaması” cəfəngiyyatını elan edəndən bircə gün sonra ATƏT sədrinin təbrik məktubu gəldi. Bu, Azərbaycanın dünyadakı siyasi nüfuzu və uğurlu xarici siyasətinin etirafı, ölkəmizdə keçirilən prezident seçkisini dünyanın necə həssaslıqla izləməsinin göstəricisidir. Əmin ola bilərsiniz ki, Azərbaycanı itirməmək üçün digər beynəlxalq güclər də “tələsəcəklər” və bundan öncə də dediyimiz kimi, Azərbaycana təzyiqlər ciddi ölçüdə azalacaq. Əslində prezident seçkisinin bir hədəfi də Qarabağ üzərindən Azərbaycana edilən təzyiqləri neytrallaşdırmaq, postqarabağ dövrünə başlamaq və dünyanın şəkillənməsində mövqe tutmaq gedişidir. Təbriklərin arealı bir daha təsdiqlədi ki, İlham Əliyev nəyi nə vaxt necə etməyi gözəl bilir”.
2024-02-09
830,782
Xankəndidə beynəlxalq yarışların keçirilməsi... - Nazir
Xankəndi şəhərində yerli və beynəlxalq idman yarışlarının keçirilməsi üçün müvafiq federasiyalarla danışıqlar aparılır. Axar.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Türkan qəsəbəsində yerləşən idman kompleksinin açılışından sonra jurnalistlərə açıqlamasında deyib. "Bilirsiniz ki, ərazi bütövlüyümüz təmin olunduqdan sonra Qarabağ bölgəsində müxtəlif idman yarışları keçirilib. Hətta Xankəndidən Bakı şəhərinə marafon təşkil olunacaq. Əlbəttə ki, bu cür tədbirlərin davamı olacaq. Bunun üçün əlimizdən gələni edəcəyik".
2024-02-09
830,783
Mask dayanmayacaq, onunla danışmalıyıq
Bəşəriyyətin super insan – insan-alim, insan-idmançı yarada bilən genetika sahəsindəki tədqiqatlar kimi çoxlu təhlükələri var. Deyirlər ki, ABŞ-da İlon Mask artıq hansısa şəxsin beyninə çip yerləşdirib. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Taker Karlsona müsahibəsində deyib. “Düşünürəm ki, Maskı dayandırmaq olmaz. O, hələ də öz bildiyini edəcək. Amma biz onunla hansısa yolla danışıq aparmalıyıq, onu inandırmaq üçün bəzi yollar axtarmalıyıq. Mənə elə gəlir ki, o, ziyalı adamdır. Onunla hansısa şəkildə razılaşmaq lazımdır ki, bu proses bəzi qaydalara tabe olsun”, - Putin bildirib. Putinin sözlərinə görə, bəşəriyyət genetika və ya süni intellektlə bağlı son tədqiqat və texnologiyaların inkişafı ilə əlaqədar onun başına nə gələcəyini düşünməlidir: “Nə olacağını təxmin edə bilərsiniz. Bəşəriyyət nüvə silahının mövcudluğuna təhlükə hiss etdikdə nüvə silahının bütün sahibləri öz aralarında danışıqlar aparmağa başladılar, çünki onlar başa düşdülər ki, ehtiyatsız istifadə tam məhvə səbəb ola bilər”.
2024-02-09
830,784
Bu rayona su verilişi dayandırıldı
Kürdəmir şəhərini içməli su ilə təmin edən Ağsu-Külüllü-Kürdəmir su xəttində qəza baş verib. Axar.az xəbər verir ki, bu barədə Kürdəmir Rayon İcra Hakimiyyəti məlumat yayıb. Məlumata görə, qəza səbəbindən şəhərə suyun verilişi dayandırılıb. Dövlət Su Ehtiyatları Agentliyi yanında Azərsu ASC də sözügedən məlumatı təsdiqləyib. Bildirilib ki, qəzanın aradan qaldırılması istiqamətində tədbirlər aparılır.
2024-02-09
830,785
Kobaxidze Əliyevə zəng etdi
Fevralın 9-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Axar.az xəbər verir ki, İrakli Kobaxidze İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycanın rifahı naminə fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirərək, öz növbəsində İrakli Kobaxidzeni Gürcüstanın Baş naziri vəzifəsinə təsdiq olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini bildirib, əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
2024-02-09
830,788
Yeni dövr: hansı islahatları gözləyirik? - Ekspert
ReAL İH üzvü, iqtisadçı ekspert Natiq Cəfərli 7 fevral seçkisindən sonra Azərbaycanda mümkün islahatlarla bağlı gözləntilərini açıqlayıb. Axar.az xəbər verir ki, o, Prezidentin yanvar ayında TV-lərə verdiyi müsahibədə ölkədə yeni dövrün başlayacağı haqda açıqlamasına istinad edərək, bu dəyişiklikləri arzuladığını bildirib: 1. İcara Hakimiyyəti ləğv olnunur, Böyük Şəhər bələdiyyələri təsis olunur, mer seçkiləri olur; 2. Yerli özünüidarə orqanları gücləndirilir, öz büdcələri, vergilərdən payı və hesabatlılığı olur, yəni onlara həm səlahiyyət yerilir, həm də məsuliyyət yüklənir; 3. İnzibati ərazi quruluşu dəyişdirilir, Prezident fərmanı ilə təsis edilmiş 14 iqtisadi rayon inzibati ərazi vahidinə çevrilir; 4. Proporsional seçki sistemi bərpa edilir, hökumət parlamentdən çıxır; 5. Prezident yüksək səlahiyyətlərlə dövlət başçısı olur, xarici siyasət, təhlükəsizlik, ordu, inzibati ərazi vahidlərində şəxsi nümayəndə - bütün bunlar Prezidentin səlahiyyətində olur. Prezident indi həm də hökumət başçısıdır, bu doğru deyil, sosial-iqtisadi məsələlərə cavabdeh olan hökumət parlamentdən çıxmalıdır və məsuliyyəti də onlar daşımalıdırlar. Parlamentin hökumətə nəzarət funksiyası təkmilləşdirilməlidir; 6. Məhkəmə hakimiyyəti 33% Prezidentin təqdimatı, 33% parlamentin təyinatı, 33% də məhkəmə-hüquq camiyyəsi tərəfindən formalaşdırılmalıdır; 7. Naxçıvanın statusu ləğv edilməlidir, unitar dövlətdə muxtar əraziyə ehtiyac yoxdur; 8. Yeni, sıfırdan vergi və gömrük məcəllələri qəbul edilməlidir, hədəf də ancaq iqtisadi liberallaşma və iqtisadi aktivliyin artırılması olmalıdır; 9. Prezident ilk olaraq parlament seçkilərində qalib gəlmiş partiyaya hökumətin qurulmasını tapşırmalı, onların təqdim etdiyi siyahını qəbul etdikdə parlamentin təsdiqinə yollamalıdır. Əgər 1-ci yer tutan partiya hökumət qura bilmirsə, sonra növbə ilə bu səlahiyyət 2-ci, 3-cü və s. yeri tutan partiyalara həvalə edilməlidir; 10. Ölkənin beynəlxalq imicinin yaxşılaşdırılması üçün haqq-azadlıqlarla bağlı yeni konstitutsion güvən mexanizmləri yaradılmalıdır. Ekspert vurğulayıb ki, Azərbaycanın suverenleyi, ərazi bütövlüyü ən pozitiv, hətta fantastik dərəcədə pozitiv ssenari ilə öz həllini tapdı: “İndi məmləkətin iki əsas problemi var – sülh müqaviləsinin imzalanması və rifah dövlətinin yaradılması. Bu hədəflərə çatmaq üçün yeni “oyun qaydalarınn” təsis edilməsi olmazsa-olmazdı”.
2024-02-09
830,789
Zelenski Zalujnıya “Ukrayna Qəhrəmanı” adı verdi
Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı Ukrayna Qəhrəmanı adına layiq görülüb. Axar.az xəbər verir ki, müvafiq fərman Ukrayna Prezidentinin saytında dərc olunub. “Ukraynanın dövlət suverenliyinin və ərazi bütövlüyünün qorunmasında müstəsna şəxsi xidmətlərinə, Ukrayna xalqına fədakar qulluğuna görə general Valeri Fedoroviç Zalujnıya “Qızıl Ulduz” ordeni ilə Ukrayna Qəhrəmanı adının verilməsini qərara alıram”, - fərmanda deyilir. Qeyd edək ki, fevralın 8-də Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı vəzifəsindən azad edib.
2024-02-09
830,794
Bakıda sahibkar “Porşe” ilə yolu bağladı, həbs edildi
Bakıda Daxili İşlər Nazirliyinin (DİN) Yol Polis Xidmətinin (YPX) əməkdaşlarına tabesizlik göstərən iş adamı həbs edilib. Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, Afiq adlı sahibkarın həbs olunmasına səbəb Qaradağ rayonu H.Z.Tağıyev küçəsində yerləşən yolun 38-ci km-də YPX tərəfindən saxlanılan yük avtomobilinin qaçırılmasına şərait yaratması olub. Belə ki, 1984-cü ildə Bakı şəhərində anadan olmuş Afiq Mustafayevin (soyad şərtidir) rəhbəri olduğu şirkətə məxsus iriqabaritli nəqliyyat vasitələri DİN-in Baş Dövlət Yol Polisinin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılıb. YPX əməkdaşları sürücüləri iriqabaritli nəqliyyat vasitələrində olan yüklərin müvafiq stasionar postlarda quraşdırılmış elektron tərəzidə çəkilməsini tələb ediblər. Lakin 77 BJ 238 dövlət qeydiyyat nişanlı yük maşınının sürücüsü müdiri gəlmədən nəqliyyat vasitəsinin stasionar posta aparılmayacağını bildirib. Daha sonra əraziyə "Porşe" markalı avtomobillə Afiq adlı şəxs yaxınlaşıb. O özünü sözügedən yük maşınının sahibi kimi təqdim edərək, sürücülərin hərəkət etmələrinə göstəriş verib. Həmin yük maşınlarının sürücüləri YPX əməkdaşlarına tabesizlik göstərərək hərəkətlərini davam etdiriblər. Bundan əlavə sahibkar idarə etdiyi "Porşe"ni yolun hərəkət hissəsində saxlamaqla, digər nəqliyyat vasitələrinin hərəkətinə mane olub. Daha sonra əraziyə polis bölməsindən Post Patrul Xidmətinin əməkdaşları göndərilib. Afiq başqa nəqliyyat vasitələrindən birinə əyləşərək ərazidən uzaqlaşıb. Polis Afiq adlı sahibkarı saxlayaraq, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələri ilə protokol tərtib edib və iş məhkəməyə göndərilib. Sahibkar məhkəmədə özünü günahkar bilməyib. Məhkəmənin hökmü ilə Afiq 15 gün müddətinə inzibati qaydada həbs edilib.
2024-02-09
830,797
Qurbanov işdən çıxardığı xanıma yeni vəzifə verdi - Foto
Səkinə Sadıxova Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoruna müşavir təyin edilib. Axar.az Unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb. Qeyd edək ki, S.Sadıxova Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsində çalışıb. O, 2023-cü ilin dekabr ayında işdən çıxarılmışdı.
2024-02-09
830,798
Mişelin Əliyevə zəngi və xahişinin səbəbi... - Ekspert
Əslində Şarl Mişelin İlham Əliyevə təbrik zəngində bir çox mesaj var. İlk mesaj odur ki, AB Əliyevin seçkidə qələbəsini tanıyır. Biz aşağı-yuxarı prosesin belə davam edəcəyini təxmin edirdik. Çünki seçkidən öncə və seçki zamanı keçirilən rəy sorğuları, müxtəlif xarici təşkilatların keçirdiyi “ekzit-poll”lar da İlham Əliyevin reytinqinin çox yüksək olduğunu və seçiləcəyini göstərirdi. Bu sözləri Axar.az-a Şarl Mişelin Azərbaycan Prezidentinə təbrik zəngi ilə bağlı danışan siyasi şərhçi Turab Rzayev deyib. Siyasi şərhçi AB-nin ölkəmizə münasibətdə AŞPA-dan fərqli siyasi xətt izlədiyini bildirib: “Qərbin əvvəl tənqid etmək və təbriki yubatmaq kimi adəti var. Ancaq Mişelin atdığı son addım gözlənilməz oldu. Digər bir məqam isə AŞPA ilə bağlıdır. Bu təşkilatda ölkəmizə qarşı atılan son addımlardan sonra cəmiyyətin bir qismi qurumdan tamamilə uzaqlaşmağı, Rusiya və İranla yaxınlaşmağı təklif edirdi, yerdə qalanı isə Azərbaycana sanksiya tətbiq ediləcəyini bildirirdi. Həmin hadisələr zamanı sizinlə söhbətimizdə AŞPA-nın qərarverici deyil, daha çox məşvərətçi orqan olduğunu vurğulamışdıq. Avropanın siyasi qərarlarını və atılacaq addımları AP və AB Şurası müəyyən edir. Mişel də AB Şurasının Prezidentidir. Əgər AB də Avropa Şurası ilə analoji xətt izləsə idi, o zaman münasibətlər daha da gərginləşə, pisləşə bilərdi. Eyni zamanda onun İlham Əliyevdən xahişi AB-nin Brüsseldə sülh danışıqlarının bərpasında maraqlı olmasının təzahürüdür”. Qeyd edək ki, dünən Şarl Mişel Prezident İlham Əliyevə prezident seçkisində qələbəsi münasibətilə təbrik zəngi edib.
2024-02-09
830,799
Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə edildi - Video
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində binada yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-dən Axar.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzildə yanğın baş verdiyi müəyyən edilib. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 75 kv.m. olan üçotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 18 kv.m. sahədə yanıb. Qonşu mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib. Mənzilin böyük hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub.
2024-02-09
830,805
Bəxtiyar Paşa “Akıncı”nın təqdimatında - Video
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olub və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər. Axar.az xəbər verir ki, təqdimatda ölkəmizin müdafiə naziri general-polkovnik Zakir Həsənov, HHM Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov, Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar ilə yanaşı, müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ərsay da iştirak edib.
2024-02-09
830,806
Zelenski Budanova da Ukrayna Qəhrəmanı adı verdi
Ukrayna Prezidenti Vladimir Zelenski Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanova Ukrayna Qəhrəmanı adını verib. Axar.az xəbər verir ki, fərman Ukrayna prezidentinin saytında dərc olunub. “General-leytenant Budanov Kirill Alekseyeviçə “Qızıl Ulduz” ordeni ilə Ukrayna Qəhrəmanı adı verilsin”, - fərmanda bildirilib. Qeyd edək ki, bundan öncə Zelenski istefaya göndərilən Valeri Zalujnıya “Ukrayna Qəhrəmanı” adı vermişdi.
2024-02-09
830,808
Təqaüddə olan polis zabiti həbs olundu
Milli fəalların tutulmasına yönəlmiş əməliyyatların ardı-arası kəsilmir. Axar.az xəbər verir ki, həftə ərzində İranda Güney Azərbaycan Milli Hərəkatının üzvlərinə qarşı həyata keçirilən silsilə əməliyyatlar nəticəsində 12-ci milli fəal həbs edilib. Onun Marağa şəhər sakini, təqaüddə olan polis zabiti Cəfər Məhəmmədi olduğu müəyyən edilib. Bildirilib ki, Məhəmmədi hazırda paytaxt Tehranda yerləşən 209 nömrəli kəşfiyyat bölməsinə təhvil verilib.
2024-02-09
830,810
Əsədov Kobaxidzeni təbrik etdi
Azərbaycanın Baş naziri Əli Əsədov gürcüstanlı həmkarı İrakli Kobaxidzeni bu vəzifəyə təyin edilməsi münasibətilə təbrik edib. Axar.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı Ə.Əsədov İ.Kobaxidzeyə gələcək fəaliyyətində uğurlar arzulayıb. Bundan başqa, tərəflər iki ölkə arasında strateji əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümidvar olduqlarını bildiriblər.
2024-02-09
830,813
Ukrayna həmişə Bakıya minnətdar olacaq - Araxamiya
Hesab edirik ki, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) yaranmış vəziyyət təəssüf doğuran anlaşılmazlıqdır. Axar.az xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Ukraynanın hakim Xalqın Xidmətçisi fraksiyasının Ali Radadakı rəhbəri David Araxamiya deyib. “Yaranmış vəziyyətə görə təbii ki, çox üzüldük. Biz bir-birimizin - həm Azərbaycanın, həm doğulduğum vətənim Gürcüstanın, həm də təəssüf ki, hazırda belə qanlı müharibənin getdiyi Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləyirik. Bu isə hər bir dövlətin öz suverenliyini müdafiə etmək, beynəlxalq səviyyədə tanınmış sərhədlərini qorumaq hüququdur. AŞPA-da baş vermiş vəziyyət, hesab edirik ki, təəssüf doğuran anlaşılmazlıqdır. Hisslərə qapılmaq lazım deyil. Bizim parlamentin Xarici əlaqələr komitəsi həm Azərbaycan tərəfinə, həm də AŞPA-ya müraciət edib. Bir xahişimiz var, - biz bu prosesin subyekti deyilik və iştirakçı kimi ortada olmaq istəmirik. İstəyirik ki, hər iki tərəf danışıqlar masası arxasında əyləşsin, ümumi razılıq əldə edilsin və hər şey olduğu kimi geri qaytarılsın. Çünki Azərbaycan və Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti uzun onilliklər ərzində çox səmərəli işləyir, bütün dəyərləri - multikulturalizmi, demokratik dəyərləri bölüşürlər. Ona görə də bizə elə gəlir ki, bu anlaşılmazlıq daha çox hər iki tərəfin emosiyalarından qaynaqlanır. Buna görə bir neçə onillik ərzində davam etmiş təmsilçiliyi dayandırmaq üçün heç bir səbəb yoxdur. Ona görə də indi hər hansı detala varmıram. Mənə elə gəlir ki, bizim parlamentdən olan deputatlarımızın hamısının həm sizin parlamentə, həm də AŞPA rəhbərliyinə etdiyi müraciət öz rolunu oynamalıdır, çünki biz bugünkü vəziyyətimizdə birliyin nə olduğunu başa düşürük. Bu gün birlik böyük dəyərdir. Belə halların baş verdiyini görəndə birliyin çox vacib olduğunu anlayırıq. Ona görə də biz istəyirik ki, müharibə şəraitində yaşayan ölkə olaraq hər iki tərəfə müraciət edək və tərəflər danışıqlar masası arxasında əyləşib həll yolunu tapsınlar”, - Araxamiya bildirib. Onun sözlərinə görə, Azərbaycan multikultural ölkədir, burada müxtəlif dinlərə, millətlərə tolerant yanaşılır, dözümlülük var: “Azərbaycana dəfələrlə səfər etmişəm və bu ölkə ilə bağlı təcrübəmi bölüşə bilərəm. Mən Azərbaycanda küçələri gəzmişəm, sadə azərbaycanlılarla söhbət etmişəm. Çox rahat şəkildə piyada gəzmişəm. İnsanlar bu ölkədə özlərini çox təhlükəsiz hiss edirlər, kriminogen durum çox aşağı səviyyədədir. Ona görə də hesab edirəm ki, Azərbaycan bütün aspektlərdən beynəlxalq səviyyədə tanınmağa layiq ölkədir. Ümid edirəm ki, bizim indi başladığımız təşəbbüs həm ölkənizə, həm də AŞPA rəhbərliyinə bütün tərəflər üçün müsbət nəticəyə gətirib çıxarmağa, ümumi təmas və dialoq nöqtələrini tapmağa kömək edəcək”. Azərbaycanda növbədənkənar prezident seçkilərinin nəticələrinə dair sualı cavablandıran fraksiya rəhbəri İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib: “Mən cənab Əliyevi şəxsən tanıyıram. Mən də prezidentimizin təbrikinə Ukrayna xalqı adından qoşuluram, Azərbaycan xalqı bizim üçün qardaş xalqdır. Ukraynada çoxlu azərbaycanlı yaşayır, ona görə də mən Prezidentinizə, ölkənizə səmimi-qəlbdən cansağlığı, firavanlıq arzulayıram. Əlbəttə ki, bütün azərbaycanlılar xoşbəxtdirlər. Sizin böyük tarixi Qələbəniz var. Siz ərazi bütövlüyünüzün bərpası ilə bağlı ilk nəticələri əldə edəndə mən elə orada idim, mindiyim taksinin sürücüsü ilə söhbət edəndə o dedi ki, bu hadisə əsrlər boyu yaddan çıxmayacaq. Bütün təbriklərə qoşuluram”. Azərbaycanın Ukraynaya müharibə dövründə humanitar yardımlarını yüksək qiymətləndirən Araxamiya bildirib ki, müharibə zamanı Azərbaycan Ukraynanın dost dövlətləri arasında ən tez reaksiya verənlərdən biri oldu: “Bizdə terror aktı ilə bağlı vəziyyət yarananda, Avropanın ən böyük su elektrik stansiyası partladıldı, sözün əsl mənasında, bütün şəhərlər su altında qaldı. Mən o zaman sizin ölkə rəhbərliyinə zəng etdim və 24 saat ərzində ilk təyyarə yükləndi və ünvana çatdı. Daha sonra bir neçə təyyarə göndərildi. Həmin vaxt bu, bizim üçün çox vacib idi. Təbii ki, daha böyük həcmdə yardımlar edən ölkələr var, amma burada önəmli olan Azərbaycanın həmişə göstərdiyi operativlik, səmimiyyət və mehribanlıqdır. Ona görə də biz vaxtında göstərdiyi köməyə və bizə dost münasibətinə görə Azərbaycana minnətdarıq və həmişə minnətdar olacağıq”. David Araxamiya Ukrayna-Rusiya müharibəsinin gələcək vəziyyəti ilə bağlı danışarkən bildirib ki, müharibənin gedişi bu gün müsbət, sabah mənfi ola, onun dinamikası dəyişə bilər: “Təəssüf ki, indi vəziyyətimiz sadə deyil, çünki beynəlxalq yardımlarla bağlı məsələlər var, bu, ABŞ-da daxili siyasət mövzusuna çevrilib. Amma buna baxmayaraq, bizim çox müsbət proqnozlarımız var. Biz inanırıq və rəqəmlərdən də görürük ki, Ukrayna və Rusiyanın itkiləri təxminən 1-in 3-ə və ya 1-in 4-ə nisbətində Ukraynanın xeyrinədir və biz indi daha çox müdafiə əməliyyatındayıq. Həmişə olduğu kimi, ordu və müharibə qanunları deyir ki, özünü müdafiə edənlər daha az itki verir və düşmənə daha çox zərbə vurur. Bu gün müharibə strategiyası dəyişir. Bütün dünya, bütün analitiklər döyüş meydanında baş verənləri təhlil edirlər. Çünki hamı artıq başa düşür ki, ənənəvi məhvetmə üsulları - artilleriya, zirehli texnika, praktiki olaraq lazım deyil, çünki pilotsuz uçuş aparatları onları məhv edir, dronların müharibəsi gedir. Yəni NATO-nun analitik qeydlərində gələcəkdə müharibələrin necə olacağı ilə bağlı oxuduqlarımı, təəssüf ki, bu gün artıq qismən ölkəmdə döyüş meydanında görürük. Əlbəttə, hamımız sülh istəyirik, amma təbii ki, sülhü başqa şərtlərlə deyil, bizim üçün əlverişli şərtlərlə istəyirik. Başa düşürük ki, biz heç kimə hücum etməmişik. Bizə qarşı təcavüz edilib. Buna görə də bu gün bütün dünya bu prizmadan baxır, təbliğat hər şeyi nə qədər dəyişməyə çalışsa da, hamı nə baş verdiyini anlayır. Biz sakit yaşayırdıq və gözəl bir gündə bizə hücum etdilər. Amma biz özümüzü müdafiə edəcəyik. Dövlət, hakimiyyət, Ukrayna xalqı özünü müdafiə etməyə hazırdır. Tərəfdaşlarımız, müttəfiqlərimiz, dostlarımız hər zaman bizə kömək etməyə hazırdırlar”.
2024-02-09
830,817
Zaxarova Bakıya görə ATƏT-i ələ saldı - Video
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ATƏT/DTİHB-nin Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı hesabatını sərt tənqid edib. Axar.az xəbər verir ki, o, bu barədə Rusiya Federasiya Şurasının dövlət suverenliyinin qorunması və ölkənin daxili işlərinə müdaxilənin qarşısının alınması üzrə komissiyasının iclasında Azərbaycanda keçirilən seçki ilə bağlı hesabatı şərh edərkən deyib. O, ATƏT/DTHİB-in hesabatını oxuyub və qısa hesabatdakı “rəqabətsiz mühit”lə bağlı deyilənlərə istehza edib, daha sonra bir şeir parçası ilə hesabat müəlliflərinin ünvanına sərt ifadə işlədərək bildirib: “Nə edirsən et, nə qədər namizəd olursa-olsun, hansı platformaya, hansı partiyaya sahib olursan-ol, bir şeydən başqa heç nə önəmli deyil – əvvəlcədən müəyyən edilmiş siyasi qərəz. ATƏT/DTİHB-ə bir sualım var: Onlar dövlət üçün kritik bir anda cəmiyyətin konsolidasiya konsepsiyası haqqında nəsə eşidiblərmi? Məncə, heç nə eşitməyiblər. Heç nə eşitməyiblərsə, deməli, seçkini necə müşahidə etmək barədə heç bir təsəvvürləri yoxdur”.
2024-02-09
830,818
Brüsseldə Ermənistan-AB iclası keçiriləcək
Fevralın 13-də Brüsseldə AB-Ermənistan Tərəfdaşlıq Şurasının beşinci iclası keçiriləcək. Axar.az xəbər verir ki, bu barədə Avropa Şurasının mətbuat xidməti məlumat yayıb. “Tərəflər AB-Ermənistan hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişinin icrasının gedişi və tərəfdaşlığın prioritetləri barədə fikir mübadiləsi aparacaqlar. Onlar həmçinin daha iddialı tərəfdaşlıq proqramının təşviqi imkanlarını müzakirə edəcəklər. Görüş iştirakçıları siyasi məsələlər, o cümlədən regional proseslər, xarici siyasət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparacaqlar”, - məlumatda deyilir.
2024-02-09
830,823
Ermənistan məktəblərindən əsgər guşələri yığışdırılır
Ermənistanın Təhsil və Mədəniyyət Nazirliyi məktəb direktorlarına Qarabağ müharibəsində ölən əsgərlərin şöhrət guşəsinin təhsil ocaqlarından yığışdırılması ilə bağlı göstəriş verib. Axar.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb. Məlumata görə, bu xəbəri eşidən əsgər yaxınları etiraz edib. Hətta bəzi valideynlər belə bir addımın atılacağı təqdirdə Təhsil Nazirliyi önündə özlərini yandıracağını bildirib: “Deməli, uşaqlarımız buna görə həlak olublar, buna layiq olublar? Onların şəklini qoymayıb, kimin şəklini qoyacaqlar?! Bu dəfə dözməyəcəyik, əvvəl ən qiymətlilərimizi, indi isə onların “Şöhrət guşələrini” alırlar. Bizim oğlanlar inamla ölümsüzlüyün qucağına getdilər, amma bilmirdilər ki, düşmən daxildədir”.
2024-02-09
830,825
Hindistanda məscidə görə qan töküldü: 4 ölü, 250 yaralı
Hindistanın şimalındakı Uttarhand ştatının Haldvani şəhərində məscid və mədrəsənin sökülməsinə etiraz edən sakinlərlə polis arasında toqquşmalar baş verib. Axar.az xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb. “Toqquşmalar nəticəsində 4 nəfər ölüb, yerli administrasiyanın işçiləri və jurnalistlər də daxil olmaqla, 150 nəfər yaralanıb. Polis əməkdaşları arasında da 100-dən çox yaralı var”, - məlumatda qeyd olunub.
2024-02-09
830,827
Bakıda binanın damında ağaclar əkildi - Foto
Bakıda Nəsimi rayonu Həsən Əliyev küçəsi 33 ünvanındakı binanın damında bina sakini tərəfindən maraqlı və qeyri-adi bağça yaradılıb. Axar.az-ın əməkdaşı binanın damında bağça yaradan Məhərrəmovlar ailəsinin qonağı olub. 60 yaşlı Gülşən Məhərrəmova bildirib ki, həyat yoldaşı ilə birlikdə 14 ildir həmin bağçanın yaradılmasına çalışır: “Biz naxçıvanlıyıq. Həyat yoldaşım İsmayılla 2010-cu ildən bağçanı yaratmağa başlamışıq. Bağçada alyandra bitkisi, dekorativ ağaclar, nərgiz gülü, müxtəlif qızılgül və kaktus kolları var. May ayında bağçamız yamyaşıl, al-əlvan görnüşü, quşların civildəşməsi ilə heyran edir”. G.Məhərrəmovanın sözlərinə görə, bu ideya insanların marağına səbəb olub: “Aşağdan baxıb deyirlər ki, bu restorandırmı? Gəlib tanış olandan sonra görürlər ki, bu bizim kiçik bağçamızdır”.
2024-02-09
830,829
Azərbaycanlı din xadimi yoxa çıxdı
Azərbaycanlı din xadimi Höccətül-islam Əzimi Qədimi neçə gündür yoxa çıxıb. Ailə üzvləri fevralın 6-dan onunla əlaqəni itirib. Axar.az xəbər verir ki, güneyli ruhaninin telefonuna zəng çatmır. Yaxınları onun rejimin qüvvələri tərəfindən saxlanıldığını düşünür. Azərbaycan milli fəallarının müxtəlif şəhərlərdə həbsi ilə eyni vaxtda Əzimi Qədiminin də yoxa çıxması onun tutulması ilə bağlı şübhələri artırıb. Qeyd edək ki, Əzimi bundan əvvəl də dəfələrlə həbs olunub. O, rejimə qarşı tənqidi fikirlərinə görə 24 avqust 2005-ci il, 4 may 2006-cı il və 27 oktyabr 2006-cı il tarixlərində zindan həyatı yaşayıb.
2024-02-09
830,830
Rusiyada səfərbərlik üçün yaş həddi 65 olacaq
Rusiya Müdafiə Nazirliyi hərbi vəziyyət dövründə, müharibə və ya səfərbərlik zamanı çağırılan müqaviləli əsgərlər, eləcə də səfərbər edilmiş hərbçilər üçün vahid yaş həddinin müəyyən edilməsini təklif edən qanun layihəsi hazırlayıb. Axar.az xəbər verir ki, bu barədə nazirliyin normativ-hüquqi akt layihələri portalında dərc olunan sənədində deyilir. Sənəddə yüksək rütbəli zabitlər üçün yaş həddinin 70, qalanları üçün isə 65 yaş olacağı bildirilir. Söhbət 24 iyun 2023-cü il tarixindən əvvəl xidmətə aparılanlardan gedir. Hazırda qanun iyunun 24-dən əvvəl müqavilə bağlamış şəxslər üçün yaş məhdudiyyəti nəzərdə tutmur. “Qanun layihəsi bu qeyri-müəyyənliyi aradan qaldırır”, - sənəddə deyilir.
2024-02-09
830,831
İlham Əliyevin 100% səs aldığı məntəqələr - Siyahı
Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olan ilkin protokollara əsasən İlham Əliyevin 7 fevral 2024-cü ildə keçirilən prezident seçkilərində 100 faiz səs topladığı məntəqələr məlum olub. Axar.az həmin məntəqələrin siyahısını təqdim edir: 11 saylı Binəqədi-Qaradağ seçki dairəsinin 44 saylı seçki məntəqəsi; 16 saylı Yasamal ikinci seçki dairəsinin 41, 51, 54, 56 və 57 saylı məntələri; 17 saylı Yasamal üçüncü seçki dairəsinin 45, 50 və 52 saylı məntələri; 40 saylı Gəncə üçüncü seçki dairəsinin 41 saylı məntəqəsi; 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin 48 saylı məntəqəsi; 62 saylı Kürdəmir seçki dairəsinin 53 saylı məntəqəsi; 64 saylı Salyan seçki dairəsinin 49 və 50 saylı məntəqələri; 83 saylı Beyləqan seçki dairəsinin 60 və 61 saylı məntəqələri; 84 saylı Füzuli seçki dairəsinin 75, 76 və 77 saylı məntəqələri; 85 saylı Füzuli-Ağcabədi seçki dairəsinin 62 saylı məntəqəsi; 86 saylı Ağcabədi seçki dairəsinin 50 və 51 saylı məntəqələri; 96 saylı Goranboy seçki dairəsinin 61 və 62 saylı məntəqələrində; 97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsinin 60, 61 və 62 saylı məntəqələri; 99 saylı Bərdə seçki dairəsinin 60 saylı mətəqəsi; 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər seçki dairəsinin 100 və 101 saylı məntəqələri; 103 saylı Şəmkir kənd seçki dairəsinin 48 saylı məntəqəsi; 118 saylı Ağdam şəhər seçki dairəsnin 57, 59 və 60 saylı məntəqələri; 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 80, 81 və 83 saylı məntəqələri; 121 saylı Laçın seçki dairəsinin 112 saylı məntəqəsi; 122 saylı Xankəndi seçkin dairəsinin 14 saylı seçki məntəqəsi; 123 saylı Kəlbəcər seçki dairəsinin 27, 30, 57, 58, 65 və 66 saylı məntəqələri; 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 109, 110, 111, 112 və 113 saylı məntəqələri. Qeyd edək ki, MSK-nın yaydığı yekun nəticələrə əsasən, İlham Əliyev 92,12 faiz səslə fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkisinin qalibidir.
2024-02-09
830,834
Xocalıda quruculuq işləri belə aparılır - Foto
Bu yaz Xocalıda 50 evin çırağı yanacaq. Hazırda əsas işlər Xocalının mərkəzindən keçən magistral yolun ətrafında gedir. Axar.az xəbər verir ki, bu barədə Bakı Abadlıq Xidmətinin məlumatında bildirilib. Bildirilib ki, əsas yol, ətrafında salınmış yaşıllıqlarla birgə, 14 metrə qədər genişlənəcək. Bundan başqa, 167 hektar ərazidə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xüsusi nömrələnmiş 113 ev yenilənir. Bu bahar Xocalıya 50 ailənin qayıdacağı gözlənilir. Köç prosesi sürətləndikcə, xocalılar yolboyu səliqə ilə düzülmüş 200-ə yaxın müasir, rahat həyət evlərində yaşayacaqlar. Biri 5 mərtəbəli, digərləri 2-3 mərtəbəli 110 mənzillik binalar da tədricən istifadəyə veriləcək. Bundan əlavə, 18 hektar ərazidə “fin evləri” adlanan 92 kottecin təmiri bitmək üzrədir. Eyni zamanda, tikinti ilə paralel olaraq müasir şəhər kimi dirçələcək Xocalıda böyük abadlıq işləri görülür - ağaclar budanır, yaşıllıqlar salınır. Bakı Abadlıq Xidmətinin landşaft memarı Əhməd Erənin sözlərinə görə, Xocalı da çaykənarı, eynən Laçında, Həkəri ətrafında salınmış bulvar kimi gəzinti, istirahət yerinə çevriləcək. İlk sakinlərin köçməsi ilə şəhərdə iaşə obyektləri fəaliyyətə başlayacaq, müəssisələrin işi bərpa ediləcək. Artıq indidən yerli sakinlər quruculuq prosesinə cəlb ediliblər.
2024-02-09
830,835
Cəbrayılda silah-sursat aşkarlandı
Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər zamanı silah-sursat aşkar edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Axar.az-a verilən məlumata görə, polis əməkdaşları rayonun Nüzgar kəndi ərazisində 5 avtomat, 1 pulemyot, 1 snayper tüfəngi, patronlar və digər sursatlar aşkar edərək götürüblər. Bu istiqamətdə tədbirlər davam etdirilir.
2024-02-09
830,836
Tələblərə cavab verməyən marşrut avtobuslarının sayı...
Avtobuslar ən çox sərnişin daşınan ictimai nəqliyyat vasitəsidir. Axar.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib. "Hazırda bu sahədə mövcud vəziyyət sərnişinlərlə yanaşı, bizi də narahat edir. Bu gün Bakıda 100-ə yaxın marşrut üzrə müasir tələblərə cavab verməyən avtobus fəaliyyət göstərir. Bu avtobusların bəziləri istismar müddətini başa vurduğundan yenilənməsinə ciddi ehtiyac var", - o qeyd edib. A.Rzayevin sözlərinə görə, xüsusən ətraf kənd və qəsəbələr istiqamətində fəaliyyət göstərən avtobuslar köhnəldiyindən texniki tələblərə və qüvvədə olan ekoloji standartlara qəti cavab vermirlər: "Bu avtobusların iştirakı ilə qəzalar, yanma halları baş verir. Bir müddət əvvəl sərnişin avtobusunun yaşayış evinin damına çıxmasını, yəqin ki, xatırlayırsınız. Bu kimi hallar nəticəsində vətəndaşlar fərdi nəqliyyat vasitələrinə üz tutmağa məcbur olurlar. İctimai nəqliyyatın bütün komponentləri bir-biri ilə bağlıdır və əlaqəlidir. Hansısa yenilik bütün komponentlərə təsir edir. Buna görə də bu sahədə islahatlar aparılarkən məsələyə kompleks yanaşırıq. Biz dayanıqlı ictimai nəqliyyat xidmətlərinin təmin edilməsi üçün dövlət dəstəyi mexanizminin yaradılması üzərində çalışırıq. Nəqliyyat infrastrukturunun modernləşdirilməsi, təhlükəsiz və effektiv idarəetmə tədbirləri, sərnişinlərin rahatlığının təmin edilməsi əsas məqsədimizdir. Bu məqsədlə tərəfimizdən yeni dayanıqlı maliyyə modeli hazırlanıb və yaxın vaxtlarda tətbiqinə başlanılacaq".
2024-02-09
830,838
Finlandiya Kiyevə 190 milyonluq hərbi yardım göndərdi
Finlandiya Ukraynaya təxminən 190 milyon avro dəyərində 22-ci hərbi yardım paketini göndərib. Axar.az xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, tranşın ayrılması barədə qərarı hökumətin təklifi ilə prezident qəbul edib.
2024-02-09
830,842
36 yaşlı erməni Fransada nazir oldu
Fransanın mənzil-tikinti naziri postuna erməniəsilli Giyom Qasbaryan təyin olunub. Axar.az xəbər verir ki, məlumatı Fransa mətbuatı yayıb. Qeyd edək ki, 36 yaşlı G.Qasbaryan bundan əvvəl Fransa parlamentinin deputatı olub.
2024-02-09
830,845
Bakıda bu kinoteatrı söküb yerində bina tikəcəklər? – Rəsmi
Bakıda tarixi bina kimi tanınan “Dostluq” kinoteatrının söküldüyü iddia edilir. Kult.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı memarlıq üzrə elmlər doktoru, professor Elçin Əliyev sosial şəbəkə hesabında paylaşım edib. Professor qeyd edib ki, iki gündür 1960-cı illərin memarlıq abidəsi olan “Dostluq” kinoteatrının sökülməsi işləri aparılır: “Bina 1952-ci ildə memar Məmməd Əliyevin layihəsi əsasında tikilib. Təəssüf ki, rəsmi mənbələrdə dəqiq məlumat yoxdur, amma öyrəndim ki, bir çox bakılının yaddaşında qalan kinoteatrın yerində çoxmərtəbəli bina tikmək istəyirlər”. Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətindən bildirilib ki, həmin ərazidə heç bir çoxmərtəbəli binanın tikilməsindən söhbət gedə bilməz: “Sadəcə olaraq, təmir işləri aparılır. Hazırda tərəfimizdən araşdırma da aparılır. Əlimizdə olan məlumata görə, “Dostluq” kinoteatrı özəl mülkiyyətdir. Yəni, ərazi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən Rasim Süleyman oğlu Salmanovun mülkiyyətindədir”.
2024-02-09
830,848
Mask mobil telefondan imtina edir
Amerikalı milyarder İlon Mask mobil telefondan imtina etmək istəyir. Axar.az xəbər verir ki, bu barədə Mask özünün X sosial şəbəkə səhifəsində yazıb. “Bir neçə aydan sonra mən telefon nömrəmdən imtina edəcəyəm və yalnız X-dan mətn mesajları, audio və video zənglər üçün istifadə edəcəyəm”, - Mask bildirib.
2024-02-09
830,849
Qətər bu liderləri ölkədən qovmağa çalışır
ABŞ və Qətər HƏMAS liderlərini Dohadan qovmaq üçün birgə plan üzərində işləyir. Axar.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb. Hələlik media orqanı təfərrüat barədə dəqiq məlumat verməyib və bu iddia başqa mənbələr tərəfindən təsdiqlənməyib. Qeyd edək ki, HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə, Musa Əbu Mərzuk və Xalid Məşəl kimi yüksək rütbəli qrup üzvləri hazırda Qətərdə yaşayır.
2024-02-09
830,850
Paşinyan Əliyevin andiçmə mərasiminə gələ bilər?
Ermənistan sosial şəbəkə və bəzi media orqanlarında Baş nazir Nikol Paşinyanın Prezident İlham Əliyevin andiçmə mərasimində iştirak edəcəyi ilə bağlı yayılan xəbərlər əsaslandırılmış deyil. Bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev deyib. O bildirib ki, bu addım indiki halda Paşinyan hakimiyyətinə zərər verə, Ermənistan daxilində suallar yarada bilər: “Hətta Paşinyan qatılmaq istəsə belə, Azərbaycan tərəfinin buna razılıq verəcəyinə inanmıram”. Politoloq Elman Vəliyevin sözlərinə görə isə Paşinyan belə bir addım atmağa risk etməz: “Paşinyanın İlham Əliyevin andiçmə mərasiminə qatılacağı ilə bağlı fikirlərin absurd olduğunu deyə bilərəm. Sülh bağlanmamış Paşinyan Bakıya necə gələ bilər? Paşinyan bu riski etməz”.
2024-02-09
830,853
“Akıncı”lar qardaş torpaqlarındadır - Bayraqdar
“Akıncı”lar qardaş torpaqlarda, yeni yuvalarındadır. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlçuq Bayraqdar sosial media hesabında yazıb. "Azərbaycanda Bayraqdar “Akıncı” anqarının açılışını və təslimat mərasimini keçirdik. Birliyimiz əbədi olsun", - deyə paylaşımda bildirilib. Qeyd edək ki, yeni inşa edilmiş anqar kompleksləri müxtəlif tipli pilotsuz uçuş aparatları, eləcə də silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-sı və digər aviasiya-texniki vasitələrin saxlanılması üçün nəzərdə tutulub.
2024-02-09
830,854
716-cı gün: Rusiya Ukraynanın itkilərini açıqladı
Rusiya müharibənin 716-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 570 təyyarəsi, 265 helikopteri, 12 137 PUA-sı, 464 zenit-raket kompleksi, 14 953 tank və digər zirehli texnikası, 1 218 reaktiv yaylım atəş sistemi, 8000 artilleriya və minaatanı, 18 404 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
2024-02-09
830,855
Rəsul Quliyevdən Əliyevə: Rəqibləriniz dərsini aldı!
Azərbaycan Milli Məclisinin sabiq sədri Rəsul Quliyev Prezident İlham Əliyevi fevralın 7-də keçirilən seçkilərlə bağlı qalib gəlməsi münasibəti ilə təbrik edib. Axar.az təbrikin mətnini təqdim edir: “Hörmətli Prezident! Sizin seçkilərdə parlaq qələbəniz planetimizin istənilən regionunda danılmazdır. Bu seçki Azərbaycan xalqının Sizlərə sevgi və məhəbbətini əks etdirir. Sizin ailənizlə birlikdə Xankəndi seçki dairəsində qeydiyyatdan keçməniz çox böyük düzgün addımdır və hansı ki, bir daha “Qarabağ Azərbaycandır!” tezisini təsdiqləyir…. Bu seçkidə iştirak edən digər namizədləri də topladıqları təcrübəyə görə təbrik edirəm. Onlar bir daha “güclü rəqiblə necə mübarizə aparmaq lazımdır” dərsini almış oldular. Hörmətli Prezident! Sizi bir daha əzəmətli qələbəniz münasibətilə təbrik edir - Azərbaycanımız üçün yeni mərhələnin açılışında, reformalarınızın startında Sizə uğurlar arzulayıram”.
2024-02-09
830,857
Bu avtobuslar da kart sisteminə keçir
Sabahdan Bakıda Zığ qəsəbəsi-“Neftçilər” metrostansiyası istiqamətində fəaliyyət göstərən 43 nömrəli şəhərdaxili, fevralın 11-dən isə Ramana qəsəbəsini “8-ci km bazarı” ilə əlaqələndirən 214 nömrəli şəhərətrafı müntəzəm marşrut xətlərində nağdsız ödəniş tətbiq ediləcək. Axar.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. “AYNA sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işləri davam etdirir”, - məlumatda qeyd olunub.
2024-02-09
830,858
Türkiyənin ilk kosmonavtı Yerə endi
Türkiyənin ilk kosmonavtı Alpər Gezeravcı Yerə enib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Qeyd edək ki, A.Gezeravcının kosmosa səyahəti yanvarın 19-da başlayıb. O, bir sıra təcrübələr həyata keçirib. Kosmonavtın Yerə qayıdışı əlverişsiz hava şəraiti səbəbindən indiyədək üç dəfə təxirə salınıb.
2024-02-09
830,862
Nəqliyyat vasitələri utilizasiyaya verilməzdən əvvəl... - Qərar
Nazirlər Kabineti “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə 24 iyun 2023-cü il tarixli qanunun qəbul edilməsi ilə əlaqədar bəzi qərarlarında dəyişiklik edib. Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, nəqliyyat vasitəsi “Tullantılar haqqında” qanunla müəyyənləşdirilmiş qaydada utilizasiyaya verilməzdən əvvəl dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Bu məqsədlə nəqliyyat vasitəsinin sahibi və yaxud sərəncam vermək hüququ olan digər şəxs aiddiyəti orqanlara müraciət edir. Müraciət qəbul edildikdən sonra 3 iş günü müddətində həmin orqan tərəfindən araşdırma aparılaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması və yaxud aşağıdakı hallardan hər hansı biri mövcud olduqda səbəbləri göstərilməklə dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmasından imtina barədə qərar qəbul edilir və müraciət edən şəxsə bu barədə yazılı məlumat verilir: 1) nəqliyyat vasitəsinin inzibati tənbeh etmə qismində müsadirə edilməsi və ya cinayət-hüquqi tədbir qismində xüsusi müsadirə edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda; 2) nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) və yaxud məhkəmənin qanuni qüvvəyə minmiş və icra edilməmiş yekun qərarı olduqda; 3) nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər üzrə cəza və ya digər cinayət-hüquqi tədbirlər qismində cərimənin tətbiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş və icra edilməmiş yekun qərarı olduqda; 4) nəqliyyat vasitəsi üzərində həbs və ya yüklülük olduqda; 5) dövlət müəssisə, idarə və təşkilatlarına, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərə məxsus olan nəqliyyat vasitələrinin silinməsinə dair normativ hüquqi aktlarla müəyyən edilmiş hallarda və qaydada rəy verilmədikdə. Nəqliyyat vasitələrini utilizasiyaya dövlət qeydiyyatını həyata keçirən orqan verdikdə, “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin tələblərinə əməl olunmaqla, avtomobillər həmin dövlət qeydiyyat orqanının qərarı ilə dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılır. Bu zaman ödənilməmiş cərimələrin olması nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmasına mane olmur.
2024-02-09
830,863
"Neftçi" yarımfinalda "Qarabağ"a rəqib oldu
18:22 Futbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçının adına aydınlıq gəlib. Axar.az xəbər verir ki, 1/4 final mərhələsinin keçirilən cavab matçında "Qəbələ" "Araz-Naxçıvan"ı qəbul edib. Qəbələ şəhər stadionunda gerçəkləşən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 2:0. Bununla Qəbələ təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb. Qeyd edək ki, günün ikinci görüşündə "Neftçi" "Sumqayıt"ı qəbul edəcək. Daha öncə "Zirə" və "Qarabağ" yarımfinala vəsiqə əldə edib *** Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Sonuncu cavab matçında "Neftçi" "Sumqayıt"ı qəbul edib. "Neftçi Arena"dakı qarşılaşma heç-heçə başa çatıb - 1:1. Meydan sahiblərində 26-cı dəqiqədə Filip Ozobiç fərqlənib. "Gənclik şəhəri" təmsilçisində Roi Kehat 40-cı dəqiqədə tarazlığı bərpa edib. Sumqayıtdakı ilk matçda rəqibini 3:2 hesabı ilə üstələyən "Neftçi" yarımfinala yüksəlib. Komanda bu raundda "Qarabağ"la üz-üzə gələcək.
2024-02-09
830,864
Azərbaycanda bu tibbi vasitənin satışı qadağan olundu
Azərbaycanda bir tibbi vasitənin satışı qadağan olunub. Bu barədə Axar.az-a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib. Bildirilib ki, “M&C Firması”nın Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə müraciətində 23E24H8B05 seriya ilə buraxılmış “Pencan 25Gx3 1/2” (88 mm) M.FK-EU/AP/SA ticari adlı tibb vasitəsinin spinal iynəsinin iynə altlığı və polad kannulanı birləşdirən hissənin istifadə zamanı qopması riski ilə əlaqədar könüllü olaraq geri çağırmaq qərarı qəbul etdiyi və qeyd edilən seriya ilə buraxılan tibb vasitələrini son istifadəçilərdən, pərakəndə satış müəssisələrindən (apteklərdən) və topdansatış müəssisələrindən (distributorlardan) geri çağırması bildirilib. Müraciəti Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşları araşdırıb və Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 460 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin geri çağırılması Qaydası”nın 5-ci hissəsinin müddəalarını rəhbər tutaraq, müraciətdə qeyd edilən tibb vasitəsinin geri çağırılması qərarı Mərkəzin sərəncamı ilə təsdiqlənib. Yuxarıda qeyd edilənləri və “Dərman vasitələrinin geri çağırılması Qaydası”nın 16-cı hissəsinin müddəalarını nəzərə alaraq, 23E24H8B05 seriya ilə buraxılmış “Pencan 25Gx3 1/2” (88 mm) M.FK-EU/AP/SA ticari adlı tibb vasitəsinin ölkəyə idxalı və ölkədə topdan və pərakəndə satışı qadağan edilir.
2024-02-09
830,865
Yetkinlik yaşına çatmayan şəxs ölkəni necə tərk edə bilər?
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, məhkəmə iclasında Ali Məhkəmənin müraciəti əsasında Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinin üçüncü cümləsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin III hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb. Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlər Ali Məhkəmənin və Milli Məclis Aparatının mülahizələrini, Bakı Apellyasiya Məhkəməsinin və Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru G.Cəbinin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib. Qərarda deyilir ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş “yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsini həll edən məhkəmə qərarı” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinə uyğun olaraq uşağın hansı valideynin yanında saxlanılmasına dair qətnaməni ehtiva etmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin VI hissəsi, 28-ci maddəsinin III hissəsi və 129-cu maddəsinin I hissəsi baxımından Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11-ci maddəsinə uşağın valideynlərdən biri ilə saxlanılmasına dair məhkəmə qərarının mövcud olduğu halda, onun həmin valideyn ilə ölkədən getməsi üçün digər valideynin razılığının tələb olunmamasına dair müddəanın əlavə edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi ilə bağlı məsələlərin məhkəmə tərəfindən həlli üçün qısaldılmış prosessual müddətlərin müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
2024-02-09
830,866
Rusiya XİN-dən Azərbaycandakı seçkilərlə bağlı bəyanat
Rusiya Azərbaycanda prezident seçkilərinin uğurla keçirilməsini alqışlayır. Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib. “Rusiya tərəfi Azərbaycanda seçkilərin uğurla keçirilməsini alqışlayır və Azərbaycan Respublikası ilə müttəfiqliyin və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə, beynəlxalq və regional məsələlər üzrə fəal birgə işə, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ən yüksək səviyyədə üçtərəfli bəyanatların bütün müddəalarının həyata keçirilməsinə sadiqdir”, - bəyanatda qeyd olunub. Qeyd edək ki, MSK-nın yaydığı yekun nəticələrə əsasən, İlham Əliyev 92,12 faiz səslə fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkisinin qalibidir.
2024-02-09
830,867
Balakəndə buna görə 114 nəfər məsuliyyətə cəlb olundu
Balakəndə tütün məmulatlarından istifadə qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, rayon ərazisində yerləşən obyektlərdə keçirilən tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətraf mühitə atan şəxslər aşkar olunub. Həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb və barələrində inzibati tənbeh tədbirləri görülüb. Yanvar-fevral ayları ərzində bu istiqamətdə keçirilən tədbirlər nəticəsində qeyd olunan inzibati xətaya yol verən ümumilikdə 114 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsi ilə protokol tərtib olunub.
2024-02-09
830,868
İsrail ABŞ-ı müharibə bataqlığında boğacaq - Nazir
İsrail hakimiyyəti Vaşinqtonu Yaxın Şərqdə, xüsusilə də Qəzzada müharibə bataqlığında boğacaq. Axar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian "Tasnim" agentliyinə müsahibəsində bildirib. "İsrailin 4 aylıq müharibəsindən sonra bu gün görürük ki, Təl-Əviv qarşıya qoyduğu məqsədlərin heç birinə nail olmayıb. ABŞ-ın Netanyahuya davamlı dəstəyi açıq-aşkar uğursuzluğa səbəb olacaq. İsrail rejimi Yaxın Şərqdə ABŞ-ı müharibə bataqlığında boğmağa çalışır", - nazir deyib. O, ABŞ-ı İsrailin Qəzzada törətdiyi cinayətlərə dəstək verməməyə çağırıb.
2024-02-09
830,869
Bakı və Bern arasında siyasi məsləhətləşmələr oldu
Fevralın 9-da Bakı şəhərində Azərbaycan Respublikası və İsveçrə Konfederasiyasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, İsveçrə Konfederasiyasının nümayəndə heyətinə Federal Xarici İşlər Departamentinin Dövlət katibinin köməkçisi, Avrasiya idarəsinin müdiri xanım Müriel Peneveyre rəhbərlik edib. Görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq mövzuları müzakirə olunub. Cari ildə Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı fikir mübadiləsi aparılıb və bu əlamətdar tədbirin əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacağı bildirilib. Görüşdə post-münaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə məlumat verilib. Siyasi məsləhətləşmələr zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
2024-02-09
830,870
Bu il 60 milyon turist qəbul edəcəyik - Ərdoğan
Bu il 60 milyon turist qəbul etməyi planlaşdırırıq. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “Məqsədimiz 2024-cü ildə 60 milyon turist qəbulu və turizmdən 60 milyard dollar gəlir əldə etməkdir”, - Ərdoğan qeyd edib.
2024-02-09
830,871
Axtarışda olan tacik ölkəsinə təhvil verildi - Prokurorluq
Axtarışda olan Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib. Bu barədə Axar.az-a Baş Prokurorluqdan məlumat verilib. Başqa ölkələrin ərazisində silahlı birləşmələrdə qanunsuz olaraq iştirak etməkdə təqsirləndirilərək 2023-cü ildə beynəlxalq axtarışa verilmiş Tacikistan Respublikasının vətəndaşı 1976-cı il təvəllüdlü Yusupov Mamur İkromoviçin verilməsinə dair Tacikistan Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib. Mamur Yusupov 2023-cü ilin iyul ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Tacikistanın səlahiyyətli orqanlarına təhvil verilib.
2024-02-09
830,873
Makron yeni naziri tənqidlərə görə işdən çıxartdı
Fransa Prezidenti Emmanuel Makron bu yaxınlarda təyin edilən təhsil naziri Ameli Udea Kasteranı istefaya göndərib. Axar.az xəbər verir ki, Makron Kasteranı Nikol Belube ilə əvəz edib. Qeyd edək ki, Kastera vəzifəyə gəldikdən sonra övladlarının özəl məktəbdə təhsil almasını dövlət məktəbinin vaxt itkisi olduğu ilə əsaslandırıb. O, bu fikrinə görə sərt tənqidlə üzləşib.
2024-02-09
830,874
Qafqaza hücum edənlər NATO ölkələrində təlim keçiblər
1990-cı illərin sonlarında Şimali Qafqaza basqın edən terrorçular NATO ölkələrində təlim keçiblər. Axar.az xəbər verir ki, bunu Dövlət Dumasının Dağıstandan olan deputatı, polis general-mayoru Abdulhakim Hacıyev deyib. O iddia edib ki, Dağıstanda təxribat törədənlər NATO ölkələrində pul və silahlarla təmin olunublar. Hacıyevin sözlərinə görə, Şimali Qafqaz sakinləri üçün ABŞ və onun müttəfiqlərinin terrorçuları dəstəkləməsi o vaxt da bəlli idi, indi də göz qabağındadır.
2024-02-09
830,879
Putinin müsahibədə dediyi sözlərə inanmayın! - Kirbi
ABŞ vətəndaşları Rusiya Prezidenti Vladimir Putinin jurnalist Taker Karlsonla müsahibəsində dediyi sözlərə inanmamalıdır. Axar.az xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. “Bu müsahibəyə baxan istənilən insan Vladimir Putini dinlədiyini unutmamalıdır”, - deyə o bildirib.
2024-02-09
830,885
Venesuela sərhədə ordu yığır - Xəbərdarlıq
Venesuela mübahisəli Essekibo bölgəsinə görə neftlə zəngin Qayananın sərhədinə yüngül tanklar, patrul katerləri və zirehli nəqliyyat vasitələri göndərir. Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb. “Venesuela yüngül tankları, raketlə təchiz olunmuş patrul katerlərini və zirehli personal daşıyıcılarını sərhədə daşımaqla Qayananın bəzi hissələrini ilhaq etmək və on ildən artıqdır ki, dünyanın ən böyük neft yataqlarından birinə nəzarəti ələ keçirməyə çalışır”, - deyə bildirilib. Eyni zamanda, Qayana Xarici İşlər Nazirliyindən nəşrə verilən açıqlamada Venesuela hakimiyyətinin “pis niyyətindən” təəccüblənmədikləri vurğulanıb.
2024-02-09
830,889
Ukrayna qalib olmayacaq - Mirşaymer
Ukrayna Silahlı Qüvvələri ABŞ-dan hərbi yardım aldıqdan sonra da əraziləri itirməkdə davam edəcək. Axar.az xəbər verir ki, bu sözləri Çikaqo Universitetinin professoru Con Mirşaymer deyib. “Ehtimal edilir ki, bu pullar (hərbi yardım – red.) Ukraynaya yeni ərazilər əldə etməyə yardım edəcək, lakin Ukrayna qalib gəlməyəcək. Ukrayna yalnız yeni ərazilər itirəcək”, - deyə bildirilib.
2024-02-09
830,890
Binədə 38 yaşlı kişi dəm qazından boğuldu
Binə qəsəbəsində bədbəxt hadisə baş verib. Axar.az-ın Report-a istinadən xəbərinə görə, qəsəbədə yaşayan 38 yaşlı Aqil Fail oğlu Rəhimov dəm qazından boğularaq, dünyasını dəyişib. Onun nəşi bu gün Lerikə gətirilərək Monidigah kənd qəbiristanlığında torpağa tapşırılıb. Bir övlad atası idi.
2024-02-09
830,892
Peskov Zalujnının istefasından danışdı
Valeri Zalujnının Ukrayna Silahlı Qüvvələri baş komandanı vəzifəsindən istefası və yerinə Aleksandr Sırskinin təyinatı hərbi əməliyyatların gedişatını dəyişməyəcək. Axar.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib.
2024-02-09
830,893
Günəşdə son beş ilin ən böyük partlayışı baş verdi
Fevralın 9-da Günəşdə ən yüksək dərəcəli güclü partlayış qeydə alınıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidməti məlumat yayıb. “Fevralın 9-da 3576 (S14E10) günəş ləkələri qrupunda rentgen diapazonunda HF radio rabitəsinin kəsilməsi ilə müşayiət olunan və 38 dəqiqə davam edən X3.3 partayışı qeydə alınıb”, - məlumatda deyilir. Hazırda günəş rentgen şüalarının Yerin ionosfer qatına təsiri, kosmik hava məlumatlarına görə, R3 (güclü) səviyyəsindədir. Belə təsirin ən yüksəyi R5-dir (ekstremal səviyyə). Günəş partlamaları rentgen şüalarının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 səviyyəsi Yerin orbitində hər kvadrat metrə 10 nanovat düşən radiasiya gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlamalar, adətən, günəş plazmasının emissiyaları ilə müşayiət olunur, onların buludları isə Yerə çatmaqla maqnit fırtınalarına səbəb ola bilər. Qeyd edək ki, bu, son 5 ildə qeydə alınmış ən böyük partlayışlardan biridir.
2024-02-09
830,896
Naxçıvan MR-in 100 illiyi ilə bağlı tədbir keçirildi
Fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi ilə bağlı tədbir keçirilib. Axar.az xəbər verir ki, Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov, Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov, digər rəsmi şəxslər və ictimaiyyət nümayəndələri tədbirdə iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət ediblər. Sonra tədbir Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında davam edib. Səlahiyyətli nümayəndə, dövlət və hökumət nümayəndələrinə Sarayın foyesində Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə bağlı hazırlanmış veb saytı, poçt markası, posterlər təqdim edilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək Prezident İlham Əliyevin muxtar respublikanın 100 illik yubileyi münasibətilə təbrikini çatdırıb. Səlahiyyətli nümayəndə Prezident İlham Əliyevin 2023-cü il dekabrın 30-da “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncama əsasən bu il ərzində əlamətdar tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb. F.Nəcəfli vurğulayıb ki, Naxçıvanda müasir idarəetmə modelinin tətbiqi, aparılan institusional islahatlar, nəqliyyat imkanlarının genişləndirilməsi, Azərbaycanda ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyəti çərçivəsində muxtar respublikanın yaşıl enerji zonası elan olunması, bütün bunların yekunu olaraq isə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması Naxçıvanda yeni inkişaf mərhələsinin əsasını qoyub. Sonra Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş videoçarx və Naxçıvan Televiziyasının hazırladığı “Ulu torpaq, Ulu Öndər” filmi nümayiş etdirilib.
2024-02-09
830,898
AB ABŞ-a görə siyasi çəkisini itirib - Siyarto
Avropa Birliyi ABŞ-ın nəzarəti altına keçdiyinə görə siyasi çəkisini və rəqabət qabiliyyətini itirib. Axar.az xəbər verir ki, bunu Macarıstan xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib. “AB son vaxtlarda çəkisini, nüfuzunu və rəqabət qabiliyyətini xeyli itirib, çünki Ukraynadakı müharibəni təcrid edə bilmədi, əvəzində ona praktiki olaraq qlobal xarakter verdi. AB müharibəni dayandıra və vəziyyəti sülhə doğru çevirə bilmədi, əksinə, münaqişə zonasına silah göndərməklə vəziyyəti daha da ağırlaşdırdı”, - Siyarto qeyd edib.
2024-02-09
830,900
Rusiyanın NATO-ya hücumuna hazır olmalıyıq
Rusiyanın NATO-ya hücumu mümkündür. Axar.az xəbər verir ki, bu barədə Danimarka müdafiə naziri Troels Lund Poulsen deyib. “Danimarka hadisələrin bu cür inkişafına hazır olmalıdır. Vəziyyət ciddidir və buna görə də müdafiəyə investisiyalar ön plana çəkilməlidir”, - Poulsen bildirib.
2024-02-09
830,903
Siyasətçi başından güllələnərək öldürüldü
Ekvadorun Quayas əyalətinin Naranjal şəhərində bələdiyyə məclisinin üzvü Diana Karnero bələdiyyə iclasını tərk etdikdən sonra şəhərdəki pis yol şəraiti ilə bağlı video çəkərkən motosikletlə ona yaxınlaşan iki nəfərin onu başından vurması nəticəsində ölüb. Axar.az Baku.vs-yə istinadən xəbər verir ki, hücum edənlərin tutulması üçün araşdırmalara başlanılıb. Ekvadorlu məclis üzvü Diana Karneronun öldürülməsindən sonra Guayaquil bələdiyyə sədrinin müavini Blanca Lopez sosial mediada hisslərini paylaşaraq, "Bu bitməlidir, əyalətlərimiz və ölkəmiz üçün daha yaxşı günlər istəmək həyatımızı riskə atmaq demək deyil", - deyib. Qeyd edək ki, siyasətçilərin qətlinin tez-tez baş verdiyi ölkədə 50 yaşlı Şura üzvü Çarbel Ruhana 24 oktyabr 2023-cü ildə öz evində güllələnərək öldürülüb. Duran şəhərində Bolivar Vera sentyabr ayında müəmmalı şəkildə yoxa çıxdıqdan bir gün sonra ölü tapılıb. Həmçinin Manta şəhərinin meri Aqustin İntriaqo iyul ayında iş başında olarkən vurularaq öldürülüb.
2024-02-09
830,904
Netanyahudan MN-ə tapşırıq: Rəfah da boşaldılır!
İsrail Baş naziri Benyamin Netanyahu Müdafiə Nazirliyinə HƏMAS-ın daha dörd batalyonunun qaldığı Qəzza zolağının cənubundakı Rəfahdan əhalinin təxliyəsi planını təqdim etməyi tapşırıb. Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” Baş nazirin ofisinə istinadla məlumat yayıb. Qeyd edilib ki, HƏMAS-ın qalan dörd batalyonunu sıradan çıxarmadan Qəzza zolağında münaqişənin məqsədlərinə nail olmaq mümkün deyil: “Rəfahdakı genişmiqyaslı əməliyyat mülki şəxslərin döyüş bölgəsindən təxliyəsini tələb edir”. Qeyd edək ki, İsrailin Rəfaha hücumu zamanı çoxsaylı mülki itki olacağı barədə dəfələrlə xəbərdarlıq edilib.
2024-02-09
830,906
Naxçıvana görə qisas: Şahtaxtinski öz başına 4 güllə “sıxdı”…
9 fevral 1924-cü ildə Naxçıvan Muxtar Respublikasının yaradılması günüdür. Düz 100 il öncə yaşı 7.500 olan Naxçıvan muxtar status alıb. Bu gün mütləq yada salınmalı və Naxçıvanın Azərbaycan dövlətinin tərkibində qalmasında mühüm rolu olan, Naxçıvan mahalının qədim Şahtaxtı kəndində 1881-ci ildə anadan olmuş Behbud ağa Şahtaxtinski xatırlanmalıdır. O, mürəkkəb zamanda - 1921-ci il martın 1-də Leninə məktub yazaraq Zəngəzur, Qarabağ və Naxçıvanın Azərbaycana məxsusluğunu sübut etməyə çalışan, hər cür əziyyətə qatlaşmağı bacaran diplomat və siyasi xadim idi. Azərbaycan sovet hakimiyyətində Naxçıvan ərazisinin Ermənistan Sovet Respublikasına verilməsinə dair təşəbbüslər olmuşdur. Anastas Mikoyan və Levon Mirzoyan Naxçıvanın Ermənistana verilməsini tələb edirlər. Bu təhlükəli işin reallaşacağını görən Azərbaycan İnqilab Komitəsinin üzvü və xalq ədliyyə komissarı Behbud ağa Şahtaxtinski heç bir icazə və razılıq almadan birbaşa Naxçıvana gələrək, burada əhali arasında Naxçıvanın Ermənistana verilməsi ideyasının əleyhinə və Azərbaycanın tərkibində qalması uğrunda təbliğat işləri aparmışdır. Yerli əhalini Naxçıvanın Azərbaycana məxsus ərazi kimi saxlanılması üçün referendum tələbi ilə çıxış etməyə təşviq etməsi və buna nail olması Behbud ağa Şahtaxtinskinin Naxçıvanı qoruyub saxlamaq sahəsindəki və sonralar burada muxtar respublikanın yaradılmasında mühüm iş idi. Azərbaycan Kommunist Partiyasının rəhbərliyində olan S.Danielyan, L.Mirzoyan, A.Mikoyan, S.Orconikidze hələ 1921-ci ilin iyununda Şahtaxtinskini danışıqlardan uzaqlaşdırmağa və onu özləri üçün daha əlverişli adamla əvəz etməyə can atırdılar. Behbud ağa Şahtaxtinski Rusiya XKS-nin sədri Vladimir Leninə göndərdiyi 13 avqust, 20 sentyabr, 7 oktyabr 1920-ci il və xüsusən 1 mart 1921-ci il tarixli məktub və teleqramlarında, əlavə etdiyi arayışlarda bolşevik hakimiyyətinin Şərq siyasəti, bu zaman yol verilmiş səhvlər, Rusiya-Türkiyə münasibətlərinin qurulması və bunun Rusiya üçün əhəmiyyəti, Azərbaycan-Rusiya münasibətləri, Azərbaycanın ərazi bütövlüyü problemi, Naxçıvanın Azərbaycanın tərkibində saxlanılması və ona muxtariyyət verilməsi və başqa məsələləri çatdırmış, təklif və mülahizələrini bildirmişdi. Məhz bunlar ermənilərin planını pozmuşdur. Naxçıvanın Azərbaycanın himayəsi altında olan muxtar ərazi statusu RSFSR ilə Türkiyə arasında imzalanmış 16 maddə və 2 əlavədən ibarət Moskva müqaviləsində təsbit edildi. Naxçıvan bölgəsinin Azərbaycan Respublikasının himayəsi altında və həmin vilayətin Azərbaycan tərəfindən heç bir üçüncü dövlətə güzəşt edilməməsi şərti ilə muxtar ərazi təşkil etməsi müqavilənin üçüncü maddəsində razılaşdırılmışdı. Bu maddə Naxçıvanın taleyinin həll edilməsində tarixi əhəmiyyətə malik oldu. Behbud ağanın fəaliyyətinin ən əhəmiyyətli məqamlarından biri də Qars müqaviləsinin hazırlanmasındakı iştirakı, oradakı qətiyyəti və nümayəndəlik missiyasıdır. Onun Ermənistana Naxçıvanın "itirilməsi" bahasına başa gəlmiş "özbaşınalığı" Moskvanın yadından çıxmamışdı. 1923-cü ildə Şahtaxtinski Azərbaycan hökumət başçısının birinci müavini vəzifəsindən azad olunur və Tiflisdəki Zaqafqaziya Ali Arbitraj Komissiyasının üzvlüyünə təyinat alır. 1924-cü il yanvarın 8-də Zaqafqaziya MİK Naxçıvan diyarının Azərbaycan SSR tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsini elan etdi. Nəhayət, 1924-cü il fevralın 9-da Azərbaycan SSR MİK-in Rəyasət Heyəti Naxçıvan diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi haqqında dekret verdi. 1924-cü il mayın 31-də isə Tiflisdə nəşr olunan “Şərqin şəfəqi” qəzetində Şahtaxtinskinin intihar etdiyinə dair məlumat yayılır. Məlumatda bildirilir ki, o, naqandan öz başına 4 güllə sıxsa da, sağ qalıb, lakin xəstəxanada dünyasını dəyişib. Qəzet səhəri gün Şahtaxtinskinin ölümü ilə bağlı nekroloq da dərc edir. Mərhumla vidalaşma mərasimi keçirilmir. İstintaq aparan qrup sonradan sənədləri yoxa çıxardır. Bu günə qədər də tapılmır. Ruslar və ermənilər onun ölümünə intihar donu geyindirməyə cəhd etsələr də, bir insanın öz başına dörd güllə sıxması faktı əsla real ola bilməzdi. Sonradan məlum olur ki, əsl qatillər onun başına 3 min qızıl pul qoyan Daşnaksütun Partiyasının üzvləridir və onlar da hadisədən sonra Fransaya köçüb gediblər.
2024-02-09
830,909
Mirzoyan fransalı həmkarı ilə görüşdü
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Fransa xarici işlər naziri Stefan Sejurne ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Mirzoyan həmkarı ilə iki ölkə arasındakı əməkdaşlıq məsələlərini və regiondakı vəziyyəti gündəmə gətiriblər. Qeyd edək ki, Mirzoyan Parisdə səfərdədir.
2024-02-09
830,911
Maydanda etiraz: Zelenskinin istefası tələb olunur
Kiyevdə etirazçılar Ukrayna Silahlı Qüvvələrinin istefaya göndərilmiş baş komandanı Valeri Zalujnının geri qaytarılmasını və prezident Vladimir Zelenskinin istefasını tələb etmək üçün Maydana toplaşıblar. Axar.az Publika.az-a istinadən xəbər verir ki, Ukrayna mətbuatının məlumatına görə, insanlar fevralın 9-u axşam saatlarında mitinqə toplaşmağa başlayıb. Əvvəlcə iyirmiyə yaxın insan afişalarla dayanıb, sonradan onların sayı 150-yə yüksəlib. Etirazçılar General Zalujnının geri qaytarılmasını tələb edir və “Cəhənnəmdən çıxın” şüarları səsləndirirlər. Polis hələ də fəaliyyətsizdir, baş verənləri sakitcə izləyir. Çox güman ki, kütlə qeyri-qanuni hərəkətlər etməsə, polis müdaxilə etməyəcək. Eyni zamanda, ekspertlər qeyd edirlər ki, Maydan bir növ “Rubikon”a çevrilə bilər: Poroşenko, Kliçkonun tərəfdarları, Ukrayna Silahlı Qüvvələrinin Kiyevdə yerləşən millətçiləri və yaraqlıları arasından alovlu rəqiblər bunun mümkün və zəruri olduğu qənaətinə gəlsələr, növbəti etirazlar daha böyük, kütlə isə daha radikal ola bilər.
2024-02-09
830,913
Partiyasını seçkilərə Saakaşvili özü aparacaq – Elan etdi
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili əsasını qoyduğu Vahid Milli Hərəkat Partiyasının seçkiqabağı kampaniyasında fəal iştirak etmək niyyətindədir. Axar.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb. “Mən partiyamızın siyasi fəaliyyət komitəsinə rəhbərlik etmək niyyətindəyəm və qarşıdan gələn parlament seçkilərində mübarizənin önündə olmağa hazıram. Bu komitəyə partiya liderləri, eləcə də ictimai xadimlər daxil olacaq”, - Saakaşvili növbəti məhkəmə iclasına klinikadan onlayn qoşularkən deyib. Saakaşvili bildirib ki, Ukrayna vətəndaşı olaraq qalır, buna baxmayaraq, onun seçki kampaniyasında iştirakına heç nə mane olmur: “Çünki presedent də var, oliqarx Bidzina İvanişvili 2012-ci ildə Gürcüstanda keçirilən seçkilərdə başqa ölkənin vətəndaşı kimi iştirak edib”. Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri 2024-cü il oktyabrın 26-da keçiriləcək.
2024-02-09
830,916
Ukrayna ordusu cəbhədə tədricən dağılacaq - NYT
Qərbdə hesab edirlər ki, ABŞ-ın köməyi olmadan bu il Ukrayna qoşunları tədricən döyüş meydanında məhv olacaq. Axar.az xəbər verir ki, bu barədə "Nyu York Tayms" nəşri yazıb. Bildirilib ki, Ukraynanın hava hücumundan müdafiə vasitələri yeni təchizat olmadan yalnız gələn aya qədər davam gətirə biləcək: "ABŞ-ın təcili ehtiyac duyulan yardımı hələ də şübhə altındadır. Ukrayna qoşunları tükənib, silah və sursat çatışmır. ABŞ-ın köməyi olmadan bu il Ukrayna ordusu cəbhədə tədricən dağılacaq". Ekspertlər və Qərb rəsmiləri hesab edirlər ki, mart ayına qədər Ukrayna qoşunları hətta lokal əks-hücum əməliyyatlarını həyata keçirməkdə çətinlik çəkə bilər. Nəşr əlavə edib ki, ABŞ-ın yeni yardımı olmadan Kiyevin öz mövqeyini necə qoruyub saxlaya biləcəyini təsəvvür etmək çətindir.
2024-02-09
830,919
Qallant Ostinlə İran təhdidini müzakirə etdi
İsrail müdafiə naziri Yoav Qallantla Pentaqon rəhbəri Lloyd Ostin arasında telefon danışığı baş tutub. Axar.az xəəbr veri ki, bu barədə "Tudey in İsrail" məlumat yayıb. “Həmsöhbətlər İranın təhdidlərinə və regional təcavüzə qarşı mübarizədə ABŞ rəhbərliyinin əhəmiyyətini, həmçinin Qəzza zolağında İsrailin HƏMAS ilə davam edən müharibəsindəki vəziyyəti müzakirə ediblər", - məlumatda vurğulanıb. Bundan əlavə, Qallant Ostinə Qəzza zolağının cənubunda davam edən əməliyyatın təfərrüatı, eləcə də girovların saxlanıldığı tunellər, silah anbarları, İranın birbaşa HƏMAS-a yardımı barədə məlumat verib.
2024-02-09
830,922
Bu ölkə 79 ölkəyə viza tələbini ləğv etdi
Malavi Respublikası 79 ölkənin vətəndaşları üçün viza tələblərinin ləğv edildiyini açıqlayıb. Axar.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb. Malavi Prezidenti Lazarus Çakvera deyib ki, turizm sektoru tütün və çay ixracından sonra büdcəyə ən çox valyuta gətirir, lakin onun göstəriciləri aşağıdır. Onun sözlərinə görə, viza rejiminin ləğvi turizmin inkişafına yardım edəcək.
2024-02-09
830,925
Bakı ilə savaş riski yoxdur, çünki İrəvan istədiyini aldı
Ermənistanla Azərbaycan arasında böyük münaqişə riskini görmürəm. Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici və Müdafiə Siyasəti Şurasının Rəyasət Heyətinin sədri, politoloq Fyodor Lukyanov erməni mediasına müsahibəsində deyib. “Mənə elə gəlir ki, nə qədər qəribə səslənsə də, hər iki tərəf istədiyinə nail olub. Belə ki, Ermənistan heç vaxt öhdəsindən gəlmədiyi qeyri-müəyyənlikdən azad oldu. Söhbət Qarabağ məsələsindən gedir”, - o bildirib. Onun sözlərinə görə, Ermənistan və Azərbaycanda son dərəcə təlatümlü mühit var: “Həm Yaxın Şərq, həm də Orta Şərq Azərbaycan və Ermənistanın böyründədir. Bu vəziyyətdə öz aranızda hansısa davaya girmək ağıllı hərəkət deyil. Mən nə İrəvanda, nə də Bakıda avantürist görürəm. Onlara istədiyiniz kimi davrana bilərsiniz, lakin onlar müəyyən hesablanmış davranış nümunələri olan insanlardır. Bu modellərə görə, onların konfliktlərə ehtiyacı yoxdur”.
2024-02-09
830,927
Moldovada NATO mərkəzi yandırıldı - ABŞ-dan reaksiya
Kişinyovda NATO İnformasiya Mərkəzinin ofisinin yandırılmasını pisləyirik. Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Moldovadakı səfirliyinin bəyanatında bildirilib. “ABŞ-ın Kişinyovdakı səfirliyi dünən Moldova Dövlət Universitetinin kampusunda yerləşən NATO İnformasiya Mərkəzinə qarşı törədilmiş zorakılıq aktını qətiyyətlə pisləyir", - bəyanatda vurğulanıb. Qeyd edək ki, ötən gün Kişinyovda naməlum şəxslər NATO-nun İnformasiya Mərkəzinin iki qapısını yandırıblar.
2024-02-09
830,928
Avropa Parlamentinin biabırçı qətnaməsi... - Venesuela
Venesuela Milli Assambleyası Avropa Parlamentinin ölkədə keçiriləcək prezident seçkilərinin nəticələrinin tanınmaması ilə bağlı qətnaməsini kəskin şəkildə pisləyib. Axar.az xəbər verir ki, bu barədə Milli Assambleyanın sədri Xorxe Rodriqesinin X hesabında yaydığı sənəddə bildirilib. “Venesuela Milli Assambleyası Avropa Parlamentinin fevralın 8-i tarixli biabırçı qətnaməsini qəti şəkildə rədd edir. Bu akt ölkəmizin daxili işlərinə kobud müdaxilədir, Venesuelanın Konstitusiyasına hörmətsizlikdir, ölkədə sülhə və siyasi sabitliyə qarşı təcavüzün yeni eskalasiyası və dirçəldilməsi cəhdidir. Venesuela Milli Assambleyası ölkəyə qarşı qətnaməni kobud şəkildə dəstəkləyən və lehinə səs verən Avropa Parlamentinin üzvlərini persona non-qrata elan edir”, - sənəddə qeyd olunub.
2024-02-10
830,929
Qarabağ bitdi, Bakı ilə yeni münasibət… - Rus ekspert
Düşünmürəm ki, Rusiyanın Cənubi Qafqazı tərk etməsi prosesi gedir, amma prioritetlər sisteminin dəyişməsi prosesi müşahidə edilir. Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici və Müdafiə Siyasəti Şurasının Rəyasət Heyətinin sədri, politoloq Fyodor Lukyanov erməni mediasına müsahibəsində deyib. “Qarabağ münaqişəsinin belə dramatik şəkildə həlli və bu mövzunun təkcə Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə deyil, həm də Rusiya-Cənubi Qafqaz, o cümlədən Rusiya-Azərbaycan münasibətlərinin gündəmindən çıxarılması balansı dəyişir və münasibətlər baxımından, məsələn, Bakı ilə yeni imkanlar yaradır. Digər tərəfdən, Rusiyanın mövcudluğu hər zaman fərqli ölçülərə malik olub və olacaq. Uzun müddət bu, Ermənistanın təhlükəsizliyi üzərində qurulmuşdu. Söhbət SSRİ-nin dağılması ilə regionun əldə etdiyi miras, o cümlədən Qarabağ məsələsi ilə birbaşa bağlı olan münasibətlər sistemindən gedir. İndi bu, dəyişir, müvafiq olaraq, Ermənistan rəhbərliyinin qaldırdığı təhlükəsizlik təminatı məsələsinə başqa cür baxılır. İstəməyən ölkəyə təhlükəsizlik zəmanəti vermək, yumşaq desək, çox çətindir. Bu amil, bəli, dəyişə bilər. Amma aydın deyil ki, Ermənistan başqa təminatı harada axtarır. Bununla maraqlanan başqa oyunçular çox deyil, xüsusən də yaxınlıqda. Digər tərəfdən, ola bilsin ki, Ermənistan rəhbərliyi bütün bunlara başqa cür yanaşır. Paşinyanın bu yaxınlarda dedikləri hamı ilə münasibətlərdə hansısa başqa paradiqma elan etmək cəhdidir. Bu şəraitdə iqtisadi məsələlər ön plana çıxacaq. Dəyişikliklərin və əvvəlki münasibətlər tipindən uzaqlaşmanın müşahidə olunduğu siyasi təhlükəsizlik sahəsindən fərqli olaraq, iqtisadiyyatda Rusiya-Ermənistan münasibətləri normal inkişaf edir. Son iki ildə baş verənlər yeni imkanlar yaratdı. İndi əvvəl olduğu kimi olmayacaq. Necə olacağını isə bilmirik”, - ekspert qeyd edib. Onun sözlərinə görə, Rusiyanın Cənubi Qfqazı tərk etdiyini söyləmək hələ tezdir: “Əgər kimsə öz siyasətini bunun üzərində qurmaq qərarına gəlsə, o zaman səhv etmək riski var”. Lukyanov hesab edir ki, Şimal-Cənub dəhlizinin hər bir variantı (Ermənistan və Azərbaycan vasitəsilə - red.) özünəməxsus xüsusiyyətləri ilə seçilir və hər birinin öz müsbət və mənfi tərəfləri var: “Rusiya öz maraqlarına uyğun olan, lakin sabitliyin pozulması səbəb olmayan variantı qəbul edəcək”.
2024-02-09
830,930
Prezident "Akıncı" PUA-sını belə idarə etdi - Video
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olublar və silahlanmaya yeni qəbul edilən "Akıncı" hücum PUA-larının uçuşunu izləyiblər. Axar.az xəbər verir ki, sonra Ali Baş Komandan yeni hərbi obyektdə müxtəlif tipli PUA üçün uçuş-enmə zolağına gəlib. "Akıncı" hücum PUA-sının havaya qalxmasını izlədikdən sonra idarəetmə məntəqəsinə gələn Prezident İlham Əliyev burada PUA-nın idarəolunmasını praktiki həyata keçirib. Həmin görüntüləri təqdim edirik:
2024-02-09
830,934
Zelenski Baş Qərargah rəisini də işdən çıxartdı
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Sergey Şaptala vəzifəsindən azad olunub. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində məlumat verib. “Bu gün Ukraynanın Müdafiə və Təhlükəsizlik Qüvvələrinin komandanlığı və müdafiə naziri Rüstəm Umerovla müşavirə keçirdim. Müşavirələrin nəticələrinə əsasən: birincisi, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisini dəyişdim. Baş komandan Aleksandr Sırskinin təklifi ilə general-mayor Anatoli Barxileviçi Baş Qərargaha yeni rəis təyin etdim. Təcrübəli insandır – bu müharibənin vəzifələrini və Ukraynanın məqsədlərini anlayır”, - Zelenski qeyd edib.
2024-02-09
830,936
İranın Ermənistan sərhədləri ilə bağlı mövqeyi… - Qriqoryan
İran bizim üçün vacib tərəfdaşdır, onunla əlaqələr təkcə xalqlarımıza xeyir gətirmir, həm də bütün regionda sabitliyin və inkişafın təmin edilməsində ciddi amildir. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan İran İslam İnqilabının qələbəsinin 45-ci ildönümünə həsr olunmuş tədbirdə deyib. “Ermənistan hökuməti İranın ali rəhbərliyinin Ermənistanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı ilə bağlı aydın mövqeyini yüksək qiymətləndirir. Ölkələrimizin hökumətləri lazımi siyasi iradə nümayiş etdirir və siyasi əlaqələrin yüksək səviyyədə genişləndirilməsi üçün hər cür səy göstərirlər”, - o bildirib.
2024-02-10
830,938
Delimitasiya üçün bu xəritələrdən istifadəyə çalışırıq
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyaların yanvarın 31-də keçirilən iclasında cari məsələlər müzakirə olunub. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan yerli mediaya açıqlamasında deyib. “Növbəti görüşlə bağlı hələlik razılaşmamız yoxdur, amma düşünürəm ki, yaxın vaxtlarda onu təşkil edəcəyik. Qanuni əsası olan topoqrafik xəritələrlə məşğul olmağa çalışırıq. Bu xəritələrin hansı əsaslarla, hansı hüquqi baza ilə tərtib edildiyi çox vacibdir ki, bu məntiq Almatı Bəyannaməsinin məntiqi ilə uzlaşsın”, - o bildirib. “Sərhədin delimitasiyası və demarkasiyası üçün çoxlu materiala ehtiyac var. İş çoxdur və demək olmaz ki, hamısı bir yerdə cəmləşib”, - deyə Qriqoryan Rusiya xarici işlər nazirinin müavininin yalnız Rusiya tərəfinin lazımi materiallara malik olması barədə bəyanatına cavab olaraq vurğulayıb.
2024-02-09
830,939
ABŞ Ekvadora hərbi dəstəyi artırır
ABŞ Ekvadora hərbi dəstəyi artırır və bu ölkəyə martın sonunadək C-130 hərbi-nəqliyyat təyyarəsi təhvil vermək niyyətindədir. Axar.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Adrian Vatson bildirib. “ABŞ zorakılığın baş verməsi fonunda Ekvador xalqının yanındadır", - A.Vatson qeyd edib. O aydınlaşdırıb ki, amerikalı mütəxəssislər Ekvador prezidenti və vitse-prezidentinin mühafizəsinə cavabdeh olan 35 nəfərə təlim keçiblər.
2024-02-10
830,940
Rusiyaya qarşı döyüşən Ukrayna hərbçilərinin sayı...
Döyüş əməliyyatlarında Ukrayna Silahlı Qüvvələrinin yalnız 200-300 min hərbçisi iştirak edir. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib. O bildirib ki, Ukrayna ordusunda hərbçilərin sayı isə 1 milyona çatır.
2024-02-10
830,942
Zalujnı istefasından sonra ilk dəfə danışdı: Bundan sonra...
Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı istefaya göndərilməsindən sonra ilk dəfə açıqlama verib. Axar.az xəbər verir ki, onun açıqlaması Teleqram kanalında yayılıb. O, bundan sonra hər hansı postda təmsil olunmayacağını bildirib: “Hazırda vəzifə tutmamağıma baxmayaraq, Ukraynanın hər bir müdafiəçisi qarşısında qürur və məsuliyyət hiss edirəm". Qeyd edək ki, ötən gün Ukrayna Prezidenti Vladimir Zelenskinin qərarı ilə V.Zalujnı Ukrayna SQ baş komandanı vəzifəsindən azad edilib. Onun yerinə quru qoşunları komandanı Aleksandr Sırski təyin olunub.
2024-02-10
830,944
Müharibə istənilən an başa çata bilər - Şolts
ABŞ olmadan Ukraynanın vəziyyəti çətin olacaq. Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib. Şolts Konqresin Kiyevə yardımına ümid etdiyini söyləyib: "Müharibə istənilən an başa çata bilər. Rusiya özü müharibəyə son qoymalı və sülh üçün şərait yaratmalıdır".
2024-02-10
830,946
Nikolu kim devirmək istəyir: ABŞ, yoxsa Kreml?
Bu cür iddialar Rusiyanın mövqeyini əks etdirir. Belə dezinformasiyaların Moskva tərəfindən yayılma ehtimalı var. çünki Rusiyaya yaxın olan Qarabağ klanının üzvləri və ya müxalifətə aid media Ermənistanda bu cür xəbərlər tirajlayır. Bu sözləri Axar.az-a politoloq Turab Rzayev ABŞ-ın Paşinyanı devirmək planı haqqında yayılan informasiyaları şərh edərkən deyib. Onun sözlərinə görə, Vaşinqtonun belə bir niyyətinin olması mümkün deyil: “Moskva çalışır ki, Paşinyan hakimiyyətdən getsin və dövlət başında daha çox rusiyameyilli şəxs olsun. Vaşinqtonun isə Paşinyanı belə tez kimləsə əvəz edəcəyini düşünmürəm. Paşinyan Qərbin layihəsidir və rəngli inqilab dalğasında hakimiyyətə gəlib. Qərb tərəfindən dəstəklənir. Həm də Qərb və ABŞ Ermənistan vasitəsi ilə Qafqazda açıq şəkildə hərəkət etmək və möhkəmlənmək imkanı qazanıb. Odur ki, Paşinyan hakimiyyətinin ABŞ və ya Qərb tərəfindən devriləcəyi ilə bağlı fikirlər əsassızdır”. Konfliktoloq Elman Vəliyev də hesab edir ki, Qərb bloku və ABŞ Paşinyandan narazı deyil. Konstitusiya ilə bağlı dəyişiklik də onun devrilməsi üçün ciddi səbəb ola bilməz: “Ermənistana rəhbərlik etmiş şəxslər içərisində ən çox Paşinyan Qərbə və ABŞ-a sərf edən şəxsdir. Paşinyan dövründə Ermənistan Qərbi Avropa və NATO ilə daha isti münasibətlər qurdu. İndiki baş nazir üçün təhlükə ancaq Kremldən gələ bilər. Ermənistanda xalq Paşinyanı dəstəkləyir və hesab edirlər ki, ölkənin gələcəyi üçün nəsə etməyə çalışır”.