translation
stringlengths 1
47.6k
| source_text
stringlengths 3
47.6k
|
---|---|
I think that after this stage, the development of domestic action films will begin. | Düşünürəm ki, bu mərhələdən sonra yerli döyüş filmlərinin inkişafı başlayacaq. |
Right now, you need to make action movies. | Hazırda döyüş filmləri çəkmək lazımdır. |
I'm not saying professional action movies. | Mən demirəm ki, peşəkar döyüş filmləri. |
We have many new action movies. | Təzə çəkilən döyüş filmlərimiz çoxdur. |
We have such athletes, none of them are filmed. | O cür idmançılarımız var, heç birini filmə çəkmirlər. |
We even need to make a film about our athletes. | Hətta idmançılarımızın üzərində film çəkmək lazımdır. |
Hollywood itself once attracted all the famous athletes. | Hollivud özü vaxtilə bütün tanınmış idmançıları özünə cəlb eləmişdi. |
Bruce Lee, Jackie Chan, Jack Norris, Van Dam, etc. It's time for us too. | Brus Li, Ceki Can, Cak Norris, Van Dam və s. Bizdə də onun vaxtıdır. |
There is Cobra, there is Fariz Mammadov - if a film is made using these athletes, I assure you that they will be successful. | Kobra var, Fariz Məmmədov var - bu idmançılarımızdan istifadə edilib film çəkilsə, mən sizi inandırıram ki, uğur əldə edilər. |
But the process of preparation for this has to be done yet. | Amma hələ ki buna hazırlıq prosesi getməlidir. |
At least the cameramen who can shoot the fight scenes should be trained. | Ən azı döyüş səhnələrini çəkə biləcək operatorlar yetişməlidir. |
Directors who can make it interesting should be developed. | Onu maraqlı göstərə bilən rejissorlar yetişməlidir. |
My uncle gave me a name when I was a child - Kitabali... - Who first discovered that you are witty? | Dayım mənə uşaqlıqda ad qoymuşdu - Kitabəli... - İlk dəfə hazırcavab olduğunuzu kim kəşf edib? |
- In general, I wasn't witty, I didn't talk much. | - Ümumiyyətlə, mən hazırcavab olmamışam, az danışan olmuşam. |
I used to read a lot and talk less. | Mən çox oxuyan və az danışan olmuşam. |
My uncle even gave me a name when I was a child - Kitabali... (laughs). | Hətta dayım mənə uşaqlıqda ad qoymuşdu - Kitabəli... (gülür). |
Whenever they were watching, I had a book in my hand. In the class, my teacher asked a question about mathematics, and I gave the answer to the question of the class above me, regardless of myself. | Nə vaxt baxırdılar, əlimdə kitab var idi. Sinifdə müəllimim riyaziyyat fənnindən sual verirdi, mən özümdən asılı olmayaraq, o suala özümdən yuxarı sinfin cavabını verirdim. |
The teacher said don't rush, you still have to learn it. | Müəllim də deyirdi tələsmə, sənin hələ onu öyrənməyinə var. |
The children didn't understand the answer I was saying anyway. | Uşaqlar onsuz da mən deyən cavabı başa düşmürdülər. |
Everything is good if it is on time. | Hər şey vaxtında olsa gözəldir. |
My ingenuity came about almost entirely by working on myself. | Hazırcavablığım demək olar ki, öz üzərimdə işləməklə meydana gəlib. |
- How are you with social networks? | - Sosial şəbəkələrlə aranız necədir? |
- At first I used it, then I saw that it was not necessary - it was taking my time. | - Əvvəl istifadə edirdim, sonra gördüm ki, lazım deyil - vaxtımı alırdı. |
There is such a thing as a waste of time. | Vaxt israfı deyilən bir şey var. |
Social network eats and wastes time. | Sosial şəbəkə vaxtı yeyir, sovurub aparır. |
I didn't learn anything from this. | Buradan heç nə öyrənmədim. |
I read someone's gossip, read someone's gossip, etc. My news is all around me. | Kiminsə qeybətini oxudum, kiminsə deyinməyini oxudum və s. Mənim xəbərim mənim ətrafımdadır. |
A year ago, I joined the social network again. | Bir il bundan əvvəl yenidən sosial şəbəkəyə qoşuldum. |
Then I saw that no, social network does more harm than good. | Sonra gördüm ki, yox ey, sosial şəbəkənin vurduğu ziyan xeyrindən daha çoxdur. |
"Don't blame anyone, you don't die before the one you blame happens to you" - Some actors get rich and earn money. | Heç kəsi qınamayın, qınadığın başına gəlmədən ölmürsən - Bəzi aktyorlar tamadalıq edib, pul qazanırlar. |
Do you have any suggestions on this? | Sizə bu barədə təkliflər olurmu? |
How do you feel about it? | Buna münasibətiniz? |
- I like not to get involved in other people's business. | - Mən başqalarının işinə qarışmamağı xoşlayıram. |
Each person has his own business, his own decision. | Hər insanın öz işi, öz qərarı var. |
I will say that I will never do it, but God will test me in such a way that maybe I will go and do it. | Mən deyərəm ki, bunu heç vaxt eləmərəm, amma Allah elə imtahana çəkər ki, bəlkə də, gedib məcburən onu edərəm. |
It is not right for me to blame them. | Mənim onları qınamağım doğru bir şey deyil. |
There is a popular opinion that "Don't condemn anyone, you don't die before the one you condemn happens to you". | Heç kəsi qınamayın, qınadığın başına gəlmədən ölmürsən deyə məşhur bir fikir var. |
That's why I didn't blame anyone. | Ona görə də heç kimi qınamamışam. |
Simply put, I think that the wedding business, the wedding business, the restaurant business is losing a little naturalness. | Sadəcə olaraq, mən düşünürəm ki, tamadalıq, toy biznesi, restoran biznesi bir balaca təbiiliyi itirir. |
You go to the wedding with passion once, you go with it five times, you go with it ten times. | Toyu bir dəfə həvəslə aparırsan, beş dəfə həvəslə aparırsan, lap on dəfə aparırsan. |
But after ten times you see that half of the 600 people don't listen to you. | Amma on dəfədən sonra görürsən ki, 600 nəfərin yarısında çoxu sənə qulaq asmır. |
Because of this, you inevitably start laughing, showing false attitudes, letting some people go, and that changes the person's facial expressions. | Bu səbəbdən istər-istəməz sən artıq yalandan başlayırsan gülməyə, yalandan münasibət göstərməyə, bəzi adamları yola verməyə, o da insanın üz mimikalarını dəyişir. |
When you do something continuously, it becomes less of your skill, you start doing it involuntarily. | Bir şeyi davamlı elədikcə o sənin bacarığın olmaqdan çıxır, artıq ixtiyarsız olaraq eləməyə başlayırsan. |
Those laughs and facial expressions all become instinctive, which is not a good thing in this art. | O gülməklər də, üz mimikaları da hamısı instinq halına keçir, o da bu sənətdə yaxşı bir şey deyil. |
- It is hard to imagine you apart from Farda, Elmeddin, Ramin... - Almost fifty percent of our staff is protected. | - Sizi Fərdadan, Elməddindən, Ramindən ayrı təsəvvür etmək çətindir... - Bizim heyət, demək olar ki, əlli faiz qorunub. |
It is true that there were times when we fell apart for a while, but in general, if we leave aside the Fun and Jokes Club, what united us was "Only Patience". | Düzdür, bir müddət ayrı düşdüyümüz vaxtlar olub, amma ümumilikdə götürəndə bizi birləşdirən Şən və Hazırcavablar Klubunu kənara qoysaq, Tək səbir idi. |
By the way, the most comfortable time for Elmaddin, Farda, Mushfiq, Sady, and the whole "Tek sabir" team to walk around the city was on Sunday at 19:00, because at that time most people were watching "Tak sabir" at home. | Yeri gəlmişkən, Elməddinin, Fərdanın, Müşfiqin, Sadığın, bütün Tək səbir heyətinin şəhərdə ən rahat gəzdiyi vaxt bazar günü, saat 19:00 idi, Çünki həmin vaxt əksər insanlar evdə Tək səbirə baxırdılar. |
Those who were outside did not look at "Tak Sabir" and therefore did not know that collective. | Çöldə olanlar isə Tək səbirə baxmırdılar və deməli, həmin kollektivi tanımırdılar. |
That's why they went out and walked on the boulevard very easily. | Ona görə çox rahatlıqla çıxıb bulvarda da gəzirdilər. |
Currently, we are together with Farda - in the series "Brothers". | Hazırda Fərda ilə bir yerdəyik - Qardaşlar serialında. |
Elmedin is our leader. | Elməddin isə rəhbərimizdir. |
There is me and Ramin - who plays the character of love, that is, we are all people gathered together from "One patience". | Mənəm, Ramin var - Məhəbbət obrazını oynayan, yəni biz hamımız Tək səbirdən bir yerə toplaşmış adamlarıq. |
We are more comfortable with each other. | Bizə bir-birimizlə daha rahatdır. |
We already understand each other half a word, we have a good competition when we play on stage together. | Bir-birimizi artıq yarım sözlə başa düşürük, bir yerdə səhnə oynayanda yaxşı rəqabətimiz var. |
Competition is a very good thing. | Rəqabətin olması çox yaxşı bir şeydir. |
There are no intrigues between us. | Öz aramızda intriqalar yoxdur. |
For example, if tomorrow Elmeddin Jafarov is given any honorary title, it is not only the title given to him, but the general evaluation of our staff by the state. | Məsələn, sabah Elməddin Cəfərova hər hansı fəxri ad verilsə, bu tək ona verilmiş ad yox, ümumilikdə, bizim heyətin dövlət tərəfindən qiymətləndirilməsidir. |
I have heard from our elders that this happened in theaters. | Böyüklərimizdən eşitmişəm ki, vaxtilə teatrlarda da belə olub. |
The success of one person is not only his success, but the success of the whole ensemble, the success of the work done together. | Bir nəfərin uğru tək onun uğru deyil, ümumilikdə ansanblın uğrudur, bir yerdə görülən işin uğrudur. |
What we do is a synthesis of several art forms. | Gördüyümüz iş onsuz da bir neçə sənət növünün sintezidir. |
Cinema is a work in which most art is synthesized. | Kino ən çox sənətin sintez olduğu işdir. |
Because there is music, there is literature, there is acting, there is cinematography, there is directing, there is painting. | Çünki orada musiqi var, ədəbiyyat var, aktyorluq var, operatorluq var, rejissorluq var, rəssamlıq var. |
"Every good person has light" - You have answered the question about choosing the surname Nur Yashar twice. | Hər bir yaxşı insanın nuru var - Nur Yaşar soyadını seçməyinizlə bağlı iki dəfə suala cavab vermisiniz. |
But both had different answers. | Amma hər ikisində fərqli cavablar olub. |
You said that one is Yashar Nuri, and the other is the light of every person... - I did not say about Yashar Nuri, it is someone's assumption. | Biri Yaşar Nuri, digərində hər bir insanın nuru olur demisiniz... - Yaşar Nuri ilə bağlı deməmişəm, o kiminsə fərziyyəsidir. |
As for the second, it is a person's aura. | İkincisinə gəlincə, bu, insanın aurasıdır. |
There is such a word in Azerbaijan - they say this is a black man. | Azərbaycanda belə bir söz var - deyirlər bu qara adamdır. |
In other words, a person who is not good or bad is called a black person. | Yəni yaxşı olmayan, pis olan adama qara adam deyirlər. |
When they don't see something, they even say that I see the end of this matter darkly. | Nəyisə görməyəndə hətta deyirlər ki, mən qaranlıq görürəm bu məsələnin axırını. |
But when they want to say something good, they say that the end of it is bright, there is light at the end of the road, so-and-so's face is bright. | Amma nəyi isə yaxşı demək istəyəndə deyirlər ki, bunun axırı işıqlıdır, yolun axırında işıq görünür, filankəsin üzü nurludur. |
Every good person has a light. | Hər bir yaxşı insanın nuru var. |
When a person is bright, he warms those around him. | İnsan nurlu olanda ətrafdakıları isidir. |
Some things are forgotten, some things lose importance. | Bəzi şeylər yaddan çıxır, bəzi şeylər mühümlüyünü itirir. |
Regarding our work, I think that our work is a ray, a light, a hope given to people, a good air that comes home. | Bizdə də işimizlə bağlı olaraq düşünürəm ki, işimiz bir nurdur, işıqdır, insanlara verilən bir ümiddir, evə gələn yaxşı havadır. |
This means that if a person has it, he should share it, if not, the audience will not accept it anyway. | Bu da ki, insanın özündə varsa, onu paylaşmalıdır, yoxdursa, tamaşaçı onsuz da onu qəbul eləmir. |
- In which theater would you like to work? | - Hansı teatrda çalışmaq istərdiniz? |
Any suggestions at all? | Ümumiyyətlə, təklif varmı? |
- No, I have not received an offer. | - Yox, təklif almamışam. |
The play is even worse, where mistakes are not forgiven. | Tamaşa daha qəlizdir, orada səhv bağışlanmır. |
For example, when something goes wrong in a movie, we shoot it several times to show the audience a better version of it. | Məsələn, filmdə nə isə alınmayanda onun daha yaxşısını tamaşaçıya göstərmək üçün bir neçə dəfə çəkirik. |
The actor playing on the stage does not have that chance, if he made a mistake, he already goes down in history. | Səhnədə oynayan aktyorun isə o şansı yoxdur, səhv elədisə, artıq düşür tarixə. |
At least it is engraved in the minds of the audience sitting there. | Ən azı orda oturan tamaşaçıların beyninə həkk olunur. |
I don't think I'm ready for it yet, but someday I will. | Bir az hələ özümü hazır saymıram ona, amma nə vaxtsa istəyərəm. |
I am interested in the atmosphere of the performance. | Tamaşa atmosferi mənə maraqlıdır. |
I trained with several professionals, I see that it is a completely different atmosphere. | Bir neçə nəfər peşəkarlarla məşq elədim, görürəm ki, tamam ayrı atmosferdir. |
This is not a movie, not a series, to put it bluntly, it is a completely different disease. | Bu, film deyil, serial deyil, loru dillə desək, tamam ayrı bir xəstəlikdir. |
But it is a good disease. | Amma yaxşı xəstəlikdir. |
I would very much like our audience to go to theaters. | Çox istəyərdim ki, tamaşaçılarımız teatrlara da getsinlər. |
Whatever you do, that art must live. | Nə edirsən et, o sənət yaşamalıdır. |
When the audience is small, the actors cannot catch the pulse of the audience and what they want. | Tamaşaçı az olanda aktyorlar tamaşaçının nəbzini, nə istədiyini tuta bilmirlər. |
If the audience is large, if they demand different things in a good way, our theaters can achieve a thousand times more. | Tamaşaçı çox olsa, fərqli şeylər yaxşı mənada tələb etsələr, teatrlarımız min qat bundan artıq işlərə nail ola bilərlər. |
Azerbaijan is a state and nation that has left many countries behind in terms of art. | Azərbaycan sənət baxımından bir çox ölkələri geridə qoymuş dövlətdir, xalqdır. |
What is it for us to develop? | Bizim üçün nədir ki, onu inkişaf etdirmək? |
For example, if you make a film, if money does not come, if it is not met with interest, then the next film will not be made. | Məsələn, bir film çəkirsən, pul gəlmirsə, maraqla qarşılanmırsa, deməli, növbəti film çəkilməyəcək. |
Theater is the same thing. | Teatr da həmin şeydir. |
If the audience comes to the theater, the hall is full and they play three sessions during the day, of course the theater's income will increase. | Teatra tamaşaçı gəlsə, zal dolu olsa və gün ərzində üç seans oynasalar, təbii ki, teatrın gəlirləri artar. |
When the income increases, let's say they bring in a director with a different mindset from abroad, etc. Gradually we realized that... - If I'm not mistaken, you also write a screenplay. | Gəlirlər artanda isə gedib tutaq ki, xaricdən fərqli düşüncəli bir rejissor gətirirlər və s. Get-gedə anladıq ki... - Səhv etmirəmsə, həm də ssenari yazırsınız. |
What does it mean: we don't have good screenwriters? | Bu nədən irəli gəlir: bizdə yaxşı ssenaristlər yoxdur? |
- Yes, I am in the screenwriter's team. | - Bəli, ssenarist heyətinin içindəyəm. |
Those in the Fun and Jokes Club can also write a script as a result of the operativeness we mentioned earlier. | Şən və Hazırcavablar Klubunda olanlar bayaq dediyimiz operativliyin nəticəsində ssenari də yaza bilirlər. |